Category: Mədəniyyət

  • Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib

    Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 11-12 aprel  tarixlərində Bakıda Teatr Forumu keçirilir.

    “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusuna həsr olunan forum Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) iştirakı ilə gerçəkləşir.

    Aprelin 11-də forumun açılışından öncə teatr ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil və gül dəstələri qoyublar.

    Sonra Teatr Forumu Heydər Əliyev Mərkəzində öz işinə başladı.

    Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli açılış nitqi ilə çıxış etdi.

    Forumun Heydər Əliyev Mərkəzində keçirilməsinin təsadüfi olmadığını bildirən Adil Kərimli qeyd etdi ki, Ulu öndərimizin 100 illik yubileyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bununla bağlı həm ölkəmizdə, həm də xaricdə silsilə tədbirlər, layihələr həyata keçirilir. İlk teatr forumunun da bu əlamətdar ildə keçirilməsi bu mənada böyük əhəmiyyət kəsb edir.

    Qeyd edildi ki, Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün mədəniyyətimiz, o cümlədən teatr sahəsi qayğı ilə əhatə olunub. Cənab Prezidentin diqqəti sayəsində mədəniyyət sahəsinin dayanıqlı inkişafı, mədəniyyət xadimlərinin vəziyyətinin  yaxşılaşdırılması üçün mütəmadi tədbirlər görülür. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı və dəstəyi ilə Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində də mühüm işlər görülür. Mədəniyyətimiz və bu sahədə çalışan insanlar hər zaman Mehriban xanımın diqqəti ilə əhatə olunublar.

    Forum haqqında söz açan nazirin birinci müavini teatr sahəsinin daim inkişaf etməsi, yenilənməsi, dövrün çağırışlarına cavab verməsinin vacibliyini vurğuladı, bu sahədə kadr hazırlığının əhəmiyyətini diqqətə çatdırdı.

    Qeyd olundu ki, Teatr Forumunda “Mədəniyyət Könüllüləri” İctimai Birliyi də fəaliyyətə başlayıb. Adil Kərimli İB-yə fəaliyyətində uğurlar arzuladı.

    Nazirin birinci müavini çıxışının sonunda forumun ərsəyə gəlməsində əməyi keçənlərə, o cümlədən öz tövsiyələrini heç zaman əsirgəməyən Prezidentin köməkçisi cənab Anar Ələkbərova və Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyevaya, teatr xadimlərinə, iştirakçılara təşəkkürünü bildirdi, tədbirin işinə uğurlar arzuladı.

    ***

    Sonra teatrşünas, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin “Heydər Əliyev və Azərbaycan teatrı” mövzusunda məruzəsi dinlənildi. Alim 1969-cu ildə respublikamızın rəhbərliyinə gəlişindən sonra hər zaman teatra böyük sevgi ilə yanaşan Heydər Əliyevin bu sahədə çalışanlara göstərdiyi diqqətdən söz açdı. Ulu öndərin premyeralara gəlişi, səhnə arxasında aktyor və yaradıcı heyətlə görüşlərini xatırladan teatrşünas gəncliyində onun dram dərnəyinə üzv yazıldığını dedi, Heydər Əliyevin teatr sevgisinin də buradan qaynaqlandığını diqqətə çatdırdı.

    Məryəm Əlizadənin çıxışından sonra “Azərbaycan teatrı: dünən, bu gün, sabah” adlı videoçarx nümayiş olundu. Videomaterialda Heydər Əliyevin teatr xadimləri ilə görüşləri, Prezident İlham Əliyevin teatr məkanlarının açılışında iştirakı və teatr ictimaiyyəti ilə görüşlərindən kadrlar əks olunmuşdu.

    ***

    Aprelin 11-də birinci panel müzakirə “Azərbaycan teatrında ənənə və trendlər” mövzusuna həsr olunmuşdu. Bu başlıq altında “Azərbaycan teatrının inkişafında yeni hədəflər”, “Müasir milli dramaturgiyanın inkişaf tendensiyaları” və “Müasir teatr tənqidinin funksiyası” mövzuları kontekstində çağdaş teatr və onun həndəvərində olan ümumi və spesifik problemlər müzakirə obyektinə çevrildi.

    Yazıçı-dramaturq, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyevanın moderatoru olduğu paneldə əsas hədəf teatrın əsas sütunu olan aktyor-rejissor məsələsi idi. Paneldə teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, Dramaturq İsmayıl İman, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov çıxış edib.

    Müzakirə qarşılıqlı sual-cavab, iştirakçıların təklif və təəssüratları ilə davam etdi.

    Xalq artistləri Afaq Bəşirqızı, Əli Nur, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, eləcə də ayrı-ayrı teatrların təmsilçiləri onları narahat edən mövzuları diqqət mərkəzinə gətirdilər.

    ***

    “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu aprelin 11-də günün ikinci yarısında öz işini “Milli teatrda müasir rejissor və aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma” mövzusunda panel iclası ilə davam etdirib.

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Elnur Kərimovun moderatorluğu ilə keçən iclasda “Müasir teatrda universal aktyor tipi” və “Müasir rejissurada yeni təmayüllər” mövzularında çıxışlar dinlənilib.

    Paneldə Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru Qriqori Zaslavski, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrları İdarəsinin baş direktoru Mustafa Kurt, GİTİS-in kafedra müdiri Elşən Məmmədov, Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə, Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov çıxış edib.

    Teatr problemlərinin geniş təhlil edildiyi panel iclasından sonra iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib. Bununla da forumun birinci iş günü yekunlaşıb.

    Forum aprelin 12-də “Konsepsiya və strateji hədəflər” və “Teatr sahəsində insan kapitalının inkişafı” adlı iki panel iclası ilə işini davam etdirəcək.

    Mənbə: https://culture.gov.az/

  • Aprelin 17-si Uşaq İncəsənət Festivalının I mərhələsinə start verilir

    Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ilk mərhələsinin keçirilməsinə sayılı günlər qalıb. 

    Qeydiyyatdan keçmiş hər bir şəxs bu mərhələdə iştirak etmək üçün aprelin 10-dan festivalın rəsmi internet portalı olan www.uif.az saytına daxil olaraq “I Mərhələ” bölməsinə keçid etməklə qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaqla festivalda iştirakının müəyyən edilən vaxtı və məkanı haqqında məlumat ala bilər.

    Gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi və iştirak məlumatlarınızın çap olunmuş formatını özünüzlə gətirməyiniz, qeyd olunan məkana vaxtından 15 dəqiqə əvvəl gəlməyiniz xahiş olunur.

    Festival haqqında daha ətraflı məlumat əldə etmək üçün www.uif.az saytının “Məlumat” bölməsinə keçid edin.

    Əziz iştirakçılar! Festivalda hər birinizə uğurlar arzu edirik!

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsi elan edilir

    Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsi elan edilir

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinə 15 may 2023-cü il tarixindən start veriləcəkdir.

    Test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 141 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak edəcəkdir.

    Müsahibə proqramına əsasən hər bir namizədin iddia etdiyi vəzifə üzrə peşə hazırlığı və bilik səviyyəsi yoxlanılacaqdır.

    Namizədlər müsahibə proqramı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərlər.

    Qısa zamanda namizədlərlə müsahibələrin keçirilmə qrafiki Nazirliyin rəsmi saytında yerləşdiriləcəkdir. 

    Mənbə: https://culture.gov.az/

  • Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 4 aprel 2023-cü il tarixli 3-24/3-1-f-63/2023 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları”na əsasən məktəb və mərkəzlərə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur. Müsabiqələrin test imtahanı və müsahibə proqramları ilə aşağıda qeyd olunan linkə daxil olmaqla tanış ola bilərsiniz.

    Yuxarıda qeyd olunan Qaydalara müvafiq olaraq Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə müddətsiz əmək müqaviləsi ilə işləyən direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.

    Müsabiqə və müsahibələrin keçirilməsi barədə əlavə məlumat veriləcək.

    Direktor və direktor müavinlərinin test imtahanı proqramı

    Direktor və direktor müavinlərinin müsahibə proqramı

    Müəllimlərin test imtahanı proqramı

    Müəllimlərin müsahibə proqramı

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycanlı şairə Nigar Arifin şeirləri İraqın Bağdad şəhərində “Uruk Suplement culture” qəzetində dərc olunub

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Vüsalə VƏTƏNXAN (Mehri)

    Yazıçı-ssenarist, şairə-qəzəlxan, qiraətçi. YARADICILIĞI – 2012-2015-ci illərdə Şəhriyar adına Mədəniyyət evində müxtəlif tədbirlərdə iştirak etmiş, bu sahədə təşəkkürnamələr və fəxri diplomlar almışam. 2016-cı ildə “Foto-fakt” qəzetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “İstedadlı Gənc Qələm” fəxri mükafatı ilə təltif olunmuşam. 2015-2016 –cı illərdə “Ulusəs” və “Yeni şans” qəzetlərinin redaksiya heyətləri tərəfindən “Ədəbi Söz Sahibi” və “Yaradıcı Qələm Sahibi” fəxri diplomu təltif olunmuşam. 2018-ci ildə Mədəniyyət Nazirliyinin təşkili ilə “Söz” ədəbi layihəsi çərçivəsində keçirilən “Nəsimi – şeir, sənət və mənəviyyat” festivalının (Leyla xanım Əliyeva tərəfindən) təltif edilmiş diplomatlardanam. 2019-cu ildə İmam Zaman Ağanın adına keçirilən “İntizar” qəzəl müsabiqəsinin qaliblərindən olmuşam. 2019-cu ildə N Saylı hərbi hissədə Mübariz İbrahimov adına keçirilən tədbirdən fəxri diplom ilə mükafatlandırılmışam. ÜZVLÜK: “Dirili Qurbani”, “Ozan”, “Aşiq Pəri”, “Vahid”, “Məcməüş-şüəra”, “DGTYB”, “Saqiyi-Kövsər”, “Qələmin sədası”, AYB Xəzər Bölməsi və Azərbaycan Yazıçılar Birliyi. MÜƏLLİFİ OLDUĞU KİTABLAR: “Bir ovuc kölgə…”, “Dözümə yer ver”, “Ayaq səsi”, “Qəzəl gülü”.

    ÇƏKDİKLƏRİ

    Antologiyalar: “Zərif Kölgələr 1 və Zərif Kölgələr 2”, “Vətən Mücahidləri 1 və Vətən Mücahidləri 2”, “Xəzər Təzkirəsi 2”, “Türk dünyası şairləri”, “Arzuların şəhidi”. Ssenarilər: “Döyüş vaxtı” dram janrı (45:07 xron.m), “Hərbi Hospital -2020” dram janrı (1:16:25 xron.m), “Özgə həyat” t/s, dram janrı “Bu Son deyil” t/s dram janrı, “Vətən gülü” bədii janr, “Ömürdən alınan 29 il” dram janrı, “Tələbənin günlüyü” t/s komediya janrı, “Qızlar”t/s komediya janrı. İşlədiyim tv programlar: “Badambura” t/s komediya j., “Zərbə” t/s dram j., “Nurayın günlüyü” uşaq verilişi, “Atılmışlar” t/s dram j., “Kitchen chef” , “X-serviz” komediya j., “David Romanov” t/s dedektiv j. və s.

    MÜKAFATLARI

    No Smoking” Film Festivalı – Ən Yaxşı Rejissor İşi (Santa-Mariya Gəmisi filmi ilə) Bakı/2014/May/p>“Bakı Oskarı” Film Festıvalı – Bakı Oskarı Mükafatı (Ən Yaxşı Film) – “Məriz” Qısametrajlı Filmi Bakı/2015/sentyabr/p>“Dahi Şəxsiyyət və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü/p> münasibəti ilə Dövlətə və Dövlətçiliyə sadiq qaldığına görə” – “Heydər Zirvəsi” Diplomu Bakı/2015/May 10/p>“Milli Mətbuatın 140-cı ildönümü münasibəti ilə” – “Best of The Best” Mükafatı

    Mənbə: https://dramaturq.az/

  • Görkəmli alim Lütviyyə Əsgərzadənin məqaləsi “ƏDƏBİ OVQAT” dərgisinin 7-ci sayında işıq üzü görüb

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, müdiri, filologiya elmlər doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Türkay” aylıq ədəbiyyat dərgisinin təsisçisi və baş redaktoru Lütviyyə Əsgərzadənin “İslam Səfərli yaradıcılığında Azərbaycanın poetik vəsfi” adlı məqaləsi “ƏDƏBİ OVQAT” dərgisinin 7-ci sayında işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Gənc şair Elvin İntiqamoğlu Prezident Mükafatına layiq görüldü

    Əli Kərim adına Poeziya Klubunun təşkilatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, II Qarabağ müharibəsi Qazisi gənc şair Məmmədli Elvin İntiqam oğlu Azərbaycan Respublikası Prezidentinin AYB üzvləri üçün ayırdığı Prezident Mükafatına layiq görüldü.

  • Azərbaycanlı gənc xanım yazar Banu Muharremin şeirləri “Azərbaycan” jurnalında işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Azərbycan” ədəbi-bədii jurnalının 3-cü sayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycanlı gənc xanım yazar Banu Muharremin “Alapar”, “Sən yadıma düşəndə” şeirləri şıq üzü görüb

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Şair-publisist Əkbər QOŞALI Qardaş Saxa-Yakutiya Respublikasının dövlət mükafatı ilə təltif olunub

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şair-publisist Əkbər QOŞALI “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Ədəbiyyatşünas-alim Gülnar Səma Qırğızıstan ilə Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Fəxri Fərmanla təltif olunub

    Qırğızısatan Yazıçılar Birliyi tərəfindən Qırğızıstan ilə Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, “İlin gənci” müfakatçısı, gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səma Fəxri Fərmanla təltif olunub. Fəxri Fərmanı Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov imzalayıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə Nigar Arifin şeiri Türkiyənin “Özyar Mersin Postası” qəzetində işıq üzü görüb

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə Nigar Arifin şeiri İtalyada “Poems for Dylan Thomas 2023” kitabında

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Teatr forumunun vaxtı dəyişdirilib

    Teatr rejissoru, Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

    Belə ki, forum aprelin 10-11-dən aprelin 11-12-nə keçirilib.

    Qeyd edək ki, Xalq artisti bu gün 76 yaşında dünyasını dəyişib

    Mənbə: https://azertag.az/

  • Özbəkistanda ilk dəfə “Şuşa günləri” silsilə tədbirləri keçiriləcək

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi çərçivəsində aprelin 11-12-də Özbəkistanda “Şuşa günləri” silsilə tədbirləri keçiriləcək.

    Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, habelə Azərbaycanın Qarabağ bölgəsinin, Şuşanın zəngin mədəniyyəti, incəsənəti, poeziyası, tanınmış şuşalılar, şəhərin turizm imkanlarını bütün dünyaya çatdırmaq və təbliğ etməkdir.

    Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq “Şuşa günləri”i tədbirlərinin rəsmi açılış mərasimində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı beynəlxalq konfrans, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərdən ibarət moda nümayişi, bədii şeir kompozisiyaları və konsertlərin təşkili nəzərdə tutulmuşdur.

    “Şuşa günləri”nin açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim ediləcək, Azərbaycan Mədəniyyət Mərkəzinin böyük zalında isə beynəlxalq konfrans öz işinə başlayacaqdır.

    Beynəlxalq konfransda Özbəkistanın dövlət və hökumət nümayəndələri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi, Daşkənddəki Türk dövlətlərinin səfirləri, diplomatlar, Özbəkistanın tanınmış ictimaiyyət və mədəniyyət xadimləri, çoxsaylı mötəbər qonaqların iştirakı gözlənilir.

    Daha sonra azərbaycanlı rejissor Ülviyyə Heydərovanın müəllifi olduğu Xurşidbanu Natəvan haqqında sənədli filmin nümayişi nəzərdə tutulub.

    Tədbirin bədii hissəsində azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun Xurşidbanu Natəvanın qəzəllərindən ibarət muğam dəstgahları da təqdim ediləcəkdir. Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” Rəqs Ansamblı Şuşaya dair milli rəqslərimizi ifa edəcəklər.

    Bədii hissədə Özbəkistanın Xalq artisti, “Yalla” Ansamblının bədii rəhbəri Fərrux Zakirovun və dünyaca məşhur “Özbəgim yoshlari” (Özbək gəncləri) musiqi qrupunun rəngarəng çıxışları gözlənilir.

    “Şuşa günləri”nin ikinci günündə isə Özbəkistan Turon kitabxanasında baş tutacaq, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Özbəkistan Yazıçılar Birliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Özbəkistan və Azərbaycan Parlamentinin deputatlarının iştirakı və çıxışları nəzərdə tutulub.

    Turon kitabxanasında “Şuşa günləri” tədbirləri çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə ilk dəfə olaraq tərcümə və çap olunmuş “Xurishidga yetar boshim” adlı kitabın təqdimat mərasimi və özbək tələbələr tərəfindən Xurşidbanu Natəvanın şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim ediləcək.

    “Şuşa günləri” çərçivəsində Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda da tədbir təşkil ediləcək. Tədbirdə Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya dair çıxışlar və təqdimatlar nəzərdə tutulur.

    Tədbirin bədii hissəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə yaradılmış yeddi türk xalqının nümayəndəsindən ibarət “Yeddi gözəl” çalğı alətləri ansamblının konserti və azərbaycanlı modelyer Gülnarə Xəlilovanın geyimlərindən ibarət Qarabağ bölgəsi, ələlxüsus da XVII əsrin sonu XIX əsrin əvvəllərində Şuşa şəhərində dəbdə olmuş qadın libaslarının moda sərgisi keçiriləcək.

    Qeyd edək ki, “Şuşa günləri” tədbirlərinin davamı olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan mədəniyyəti, habelə Şuşaya dair zəngin kitab kolleksiyası Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə ediləcək və cari ilin iyun ayında Şuşa ilə tanışlıq, Şuşaya dair verilişlərin hazırlanması məqsədilə Özbəkistanın populyar telekanallarının təmsilçiləri və onların jurnalistlərinin mədəniyyət paytaxtımız Şuşaya, habelə işğaldan azad edilmiş bölgələrimizə mediaturu təşkil ediləcək.

    Mənbə: https://azertag.az/

  • Varis Yolçiyev Ədəbiyyat Fondunun Baş direktoru təyin olunub 

    Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü Varis Yolçiyev Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru təyin olunub.

    “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ədəbiyyatımızın beynəlxalq miqyasda təmsil olunmasına, xarici ölkələrdə azərbaycanlı müəlliflərin kitablarının nəşrinə, festival və müsabiqələrdə iştirakına dəstək olan, ədəbiyyat festivallarının və forumlarının keçirilməsinə, yazarların maddi şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən bir qurumdur.

    Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu 1936-cü ildə yaradılıb, onun ilk rəhbəri həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqına sədrlik edən Məmmədkazım Ələkbərzadə olub.

    Xatırladaq ki, Varis Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Beynəlxalq Yazıçılar Gildiyasının (İGOW Berlin, Almaniya), PEN klubun (PEN İnternational, İngiltərə) üzvü, Yazıçıların Beynəlxalq Nyu-York Konfransının iştirakçısıdır. 

    O, 2018-ci ildə BMT-nin himayəsi altında Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalının qızıl medalına layiq görülüb. Reqlamentə uyğun olaraq 2019-cu ildə növbəti – 4-cü festival qalibin vətənində – Bakıda Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə keçirilib.

    Yazıçı müxtəlif illərdə Böyük Britaniya Yazıçılar İttifaqının (APPİA), Rusiyanın “Rossiyskiy kolokol” ədəbi nəşrinin versiyalarında “İlin Yazıçısı” elan olunub. Varşavada keçirilən Salavyan Ədəbiyyat festivalının və YUNESKO-nun Adam Mitskeviç medalına, Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” ədəbiyyat mükafatına layiq görülüb.

    “Ədəbiyyat və incəsənət”

    (06.04.2023)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Azərbaycanlı şairə Sevinc HƏMZƏYEVAnın şeirləri “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb

    Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, fiologiya elmləri doktoru Azərbaycanlı şairə Sevinc HƏMZƏYEVAnın “Kövrək xatirələrin üstünə getmə”, “İstəmirəm yerlə səma mənim olsun” adlı şeirləri Bakı şəhərində fəaliyyət göstərən “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb.

       Qeyd edək ki, “Azad qələm” dərgisinin təsisçisi və baş redaktoru çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, yazıçı-publisist, şairə Nəcibə xanım İlkindir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Gənc xanım yazar Sona İNTİZARın şeirləri “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, “Türkay” aylıq ədəbiyyat dərgisinin yayına məsul katibi, gənc xanım yazar Sona İNTİZARın “DOST MƏKTUBU” və “Əskin gözlərimin önündə durub” adlı şeirləri “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb.

    Qeyd edək ki, “Azad qələm” dərgisinin təsisçisi və baş redaktoru çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, yazıçı-publisist, şairə Nəcibə xanım İlkindir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şair Kənan Aydınoğlunun şeirləri “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb

       Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar, Jurnalistlər və Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi-bədii Birliklərinin üzvü Kənan Aydınoğlunun “Qadının özünə minnətdaram mən”, “Qədəmin atanda yenə də qadın” adlı şeirləri “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb.

       Qeyd edək ki, “Azad qələm” dərgisinin təsisçisi və baş redaktoru çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, yazıçı-publisist, şairə Nəcibə xanım İlkindir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Kitabxana “Tarix yaradan şəxsiyyət-Heydər Əliyev 100” layihəsi çərçivəsində silsilə materiallar hazırlayıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirilir.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırlanan materiallar silsilə formasında davam edir. Növbəti material kitabxana əməkdaşları tərəfindən “Dünyanın görkəmli siyasi xadimləri Ümummilli Lider Heydər Əliyev haqqında” adlı vidoeoçarxdır. Bir neçə hissədən ibarət olması planlaşdırılan materialın birinci hissəsi Avropa və Asiya ölkələrinin dövlət başçılarının, görkəmli siyasi xadimlərin Ulu Öndər Heydər Əliyev haqqında söylədikləri fikirlərdən, müxtəlif görüşlər, beynəlxalq tədbirlər zamanı səsləndirilən çıxışlardan ibarətdir. “Dünyanın görkəmli siyasi xadimləri Ümummilli Lider Heydər Əliyev haqqında” adlı videomaterialın növbəti bölümlərinin Ulu Öndərin öz müdrik kəlamlarından, beynəlxalq və yerli siyasi, ictimai, mədəni sahədə fəaliyyət göstərən görkəmli şəxslərin fikirlərindən, xatirələrindən, Ulu Öndərlə görüşlər zamanı tarixə həkk olunan hadisələrdən ibarət olması planlaşdırılır.

    Bundan əlavə, Respublika Gənclər Kitabxanasının rəsmi saytında “Heydər Əliyev – 100” adlı bölmə yaradılıb. Burada ölkədə fəaliyyət göstərən “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “Azərbaycan müəllimi” “İki sahil”, “525-ci qəzet”, “Ədəbiyyat” qəzeti kimi müxtəlif mətbuat orqanlarında Ulu Öndər Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada “Ulu Öndər və Naxçıvanın musiqi mədəniyyəti”, “Dirçəliş strategiyası”, “Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin yanvarı”, “Milli kinomuzun təəssübkeşi və hamisi”, “Heydər Əliyev mədəni irsimizin keşiyində”, “Tariximizin Heydər Əliyev zirvəsi” kimi məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanı qazanırlar. Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq məqalələrin sayının da simvolik olaraq 100 olması nəzərdə tutulur.

    Sözügedən materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/heyder-eliyev-xatirelerde və https://ryl.az/activity/ulu_onder linklarında yerləşdirilib.

    Mənbə: https://azertag.az/

  • Mayın 12-də “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək

    Hazırkı toplantıda TÜRKSOY-a üzv ölkələr üzrə UNESCO Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçəcək. Bu baxımdan, ötən dövr ərzində məhsuldar fəaliyyətlərinə görə Türkiyə tərəfinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, növbəti dövr üçün Azərbaycanın sədrliyi zamanı ciddi nailiyyətlər əldə ediləcəyinə əminliyimizi ifadə edirik.

    AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısında çıxışı zamanı deyib.

    “Bu il mayın 12-də “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək. İnanırıq ki, Şuşada keçiriləcək tədbirlər türk

    dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının növbəti uğuru olacaqdır”,-deyə mədəniyyət nazirinin birinci müavini bildirib.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunacaq

    Aprelin 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş konsert təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri ansamblı (rəhbər Ədalət Behbudov), solistlər və violin ansamblı, eləcə də kollecin müəllim və tələbələrinin ifalarında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndiriləcək. Konsert proqramında “Misridən Cəngiyə”, “Cəngi” kompozisiyası, “Şah sevəni”, “Yanıq Kərəmi”, “Ovşarı”, “Ruhani” aşıq havaları və digər bəstəkar mahnıları səsləndiriləcək.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

    Mənbə: https://azertag.az/

  • Londonda Qurani-Kərimdə adı çəkilən bitkilərin rəsm sərgisi açılıb

    Pakistanlı alim Şahina Qəzənfər və onun Yeni Zelandiyadan olan həmkarı Syu Vikisonun altı il davam edən əməkdaşlığının nəticəsi olaraq Londonun Kyu Qarden botanika bağında Qurani-Kərimdə adları çəkilən bitkilərin rəsmlərindən ibarət sərgi açılıb.

    AZƏRTAC “Arabnews” qəzetinə istinadla xəbər verir ki, botanika bağındakı Şirli Şervud rəsm qalereyasında yeni zelandiyalı alim və rəssamın müqəddəs Qurani-Kərimdə adı çəkilən 25 bitkinin tablosu nümayiş etdirilir. Pakistanlı botanik isə onların altında müvafiq Quran ayələrini yazıb. Şahina Qəzənfər jurnalistlərə müsahibəsində bildirib ki, “Quran bitkiləri: Tarix və mədəniyyət” kitabını araşdırarkən o, müasir ərəb adları olmayan bitkiləri izləmək üçün qədim Mesopotamiya mixi mətnlərinə və aramey və ivrit semitik dillərinə qayıdıb. “Bunları geri qaytarmaq daha çətin idi. Hər bir bitkinin tarixi və mədəni bağlılığı var və biz bu irsi itirməməliyik. Səudiyyə Ərəbistanının Qırmızı dənizi sahilində dağlar çox zəngin və yaşıldır. Bir yerdə tapılan və xüsusi əhəmiyyət kəsb edən bitkilər və ya hər hansı bitki populyasiyaları qorunmalı və öyrənilməlidir”.

    “Kyu Herbarium” botanika bağında bir neçə il işləyən S.Vikison Quran bitkilərinə marağının ilk olaraq Əbu-Dabidə Şeyx Zayed Böyük Məscidini ziyarəti zamanı yarandığını bildirib. “Heyrətamiz məscid binası ilə yanaşı, bütün mərtəbələrdə, sütunlarda və tavanda olan qeyri-adi botanika motivləri məni cəlb etdi. Bundan sonra BƏƏ və Omanın səhra və dağlarına səyahət etdim, orada nadir bitki növlərini tapdım. Bu proses illərlə davam etdi. Bitkini dəqiq və estetik şəkildə təsvir etmək üçün onu canlı materialdan işləmək çox vacibdir. Bəzi bitkiləri Yeni Zelandiyadakı evimdə özüm yetişdirdim – və ya tapmaq üçün dağlara gedirdim”, -deyə alim-rəssam qeyd edib.

    Şirli Şervud rəsm qalereyasında Pakistan əsilli amerikalı müasir rəssam Anila Quayyum Ağanın iki möhtəşəm əsəri də nümayiş etdirilir. Onun sərgisi “Quran bitkiləri”ndən ayrı olsa da, ekspozisiyaların bir-birini tamamlayan cəhətləri var. Pakistanlı rəssam deyir: “İqlim dəyişikliyi ilə bağlı bir çox nadir bitkilər yox olur. Əgər tədbir görməsək, onları real həyatda deyil, yalnız muzeylərdə görəcəyik”. Onun “Bütün çiçəklər qadınlar üçündür” adlı heyrətamiz əsəri də İslam incəsənəti və memarlığında istifadə olunan naxışları əks etdirir.

    Mənbə: https://azertag.az/

  • “Göy Qurşağı” jurnalının 77-ci buraxılışı işıq üzü görüb

    Respublika Uşaq Kitabxanasının uşaq və yeniyetmələr üçün təsis etdiyi “Göy Qurşağı” jurnalının 77-ci buraxılışı işıq üzü görüb.

    Kiatbxanadan AZƏRTAC-a bildirilib ki, 32 səhifədən ibarət jurnalda Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermiş Firidun bəy Köçərli haqqında geniş və eyni zamanda, maraqlı məlumatlar verilib.

    Jurnalın ilk səhifələrində Respublika Uşaq Kitabxanasının “Qızıl fonddan seçmələr” başlığı altında Cəlil Rəfiyevin “Quş yuvası” nağılı və Hikmət Ziyanın “Quşların nəğməsi” şeiri yer alıb.

    “Yeni kitablar bizim rəflərimizdə” rubrikasında isə uşaqların bilməsi mühüm olan anlayışlar, zaman, məkan, ölçü vahidləri, sadə toplama və çıxma əməlləri, məntiqi tapşırıqlar, diqqət və yaddaşı inkişaf etdirmək üçün rəngli, şəkilli, nəfis tərtibatlı kitabların annotasiyaları verilib.

    Jurnalda “Nəğməkar quş nə deməkdir? ”, “Nağıllar ayı”, “Uşaqlarınızın ehtiyaclarını başa düşün”, başlıqları altında maraqlı məlumatlar, həmçinin Şəlalə Əmrahovanın alman dilindən tərcümə etdiyi “Bir qış axşamı” (Elke Breunling), “Nənə və babalar super qəhrəman kimidirlər” (Fausto Brizzi), “Потешкина дорога” (Yuliya Kərimova), “Brave bear” (Solmaz Amanova) və Ələmdar Quluzadənin balacalar üçün yazdığı şeirlər yer alıb.

    Jurnalın digər səhifələrində uşaqlar həmyaşıdlarının yaradıcılığı ilə yaxından tanış ola bilər. Balaca rəssamların “Sualtı fantaziya” mövzusunda olan rəngarəng və gözəl rəsmləri sərgilənib.

    Jurnalın son səhifələrində isə yeniyetmə-gənclərin kitaba, mütaliəyə, maarifləndirici yarışlara marağının artırılması, intellektual və yaradıcı inkişafına təkan verilməsi məqsədilə məntiqi suallar, tapmaca və digər əyləncəli oyunlar yer alıb.

    Mənbə: https://azertag.az/

  • Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları Almaniya portalında

    Almaniyanın “Zitate berühmter Personen” mədəniyyət portalı Azərbaycanda elan olunmuş “Heydər Əliyev İli”nə töhfə olaraq, dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin müdrik kəlamlarının yayımına başlayıb.

    Bu barədə AZƏRTAC-a Tərcümə Mərkəzindən məlumat verilib.

    Qeyd edilib ki, Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumatla təqdim olunan kəlamların alman dilinə tərcümə müəllifləri – Almaniya ədəbiyyatşünas alimi Martin Svoboda və Dövlət Tərcümə Mərkəzinin alman dili mütəxəssisi Məryəm Səmədovadır.

    Qeyd edək ki, almandilli ölkələrin geniş oxucu auditoriyası tərəfindən izlənilən “Zitate berühmter Personen” portalı mütəmadi olaraq səhifələrində dünyaşöhrətli siyasətçi, filosof, yazıçı və şairlər haqqında məlumatlara və onların aforizmlərinə yer ayırır.

    Mənbə: https://azertag.az/

  • “Filming Azerbaijan” hazırda Sinqapur, BƏƏ, Hindistan və Argentina film istehsalçıları ilə birgə layihələr üzərində işləyir

    Mədəniyyət Nazirliyinin tabeliyində 2021-ci ildən fəaliyyət göstərən “Filming Azerbaijan” MMC (Azərbaycan Film Komissiyası) ötən müddət ərzində bir çox yerli və beynəlxalq layihələrdə, həmçinin İFFTC və MİPCOM kimi böyük beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib, bir sıra beynəlxalq kino jurnallarında “Filming Azerbaijan” haqqında məqalələr dərc olunub.

    Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

    2022-ci ildən ABŞ-də yerləşən Ümumdünya Film Komissiyaları Assosiasiyası – AFCİ-yə üzv qəbul edilərək beynəlxalq fəaliyyət üçün sertifikat alan “Filming Azerbaijan” ABŞ, Böyük Britaniya, Almaniya, Pakistan, Hindistan, Türkiyə, İndoneziya kimi ölkələrin tanınmış film istehsalçıları ilə əməkdaşlıq edərək, birgə film, klip, reklam çarxlarının, o cümlədən “Netflix” (“Gray Man” filmi), “Disney+” (“Aar ya paar” filmi) kimi platformalar üçün filmlərin ölkəmizdə çəkilişinə təşkilati dəstək göstərib.

    Ən son Pakistan brendi olan “Sufi” üçün reklam çarxı və Hindistanın tanınmış müğənnisi Stebin Ben üçün musiqili videonun (yutub platformasında həmin videonun baxış sayı 33 milyondan çoxdur, https://www.youtube.com/watch?v=8tUtWSVZAXQ) Azərbaycanda çəkilişlərinə dəstək göstərib. “Filming Azerbaijan” hazırda Sinqapur, BƏƏ, Hindistan və Argentina film istehsalçıları ilə bu il ərzində həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr üzərində işlər aparır.

    Mənbə: https://azertag.az/

  • “Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir

    “Heydər Əliyev İli” çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirmək məqsədilə elan edilən “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı çərçivəsində eyniadlı müsabiqə elan olunur.

    AZƏRTAC xəbər verir ki, yaşı 21-ə qədər şəxslər aprel ayının 25-dək rəsm əsərini fotosu ilə bərabər əsərin adı, öz adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini resmfestival2023@gmail.com ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər. Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir.

    Güllər mövzusunda olacaq əsərlərdə ölçü və texnika sərbəstdir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyası üçün ayrıca sərgi açılacaq. 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası. Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq. Əlavə suallar üçün 051-310-74 01 telefon və ya vatsap ünvanına müraciət edilə bilər. Sərgilər Xətai Sənət Mərkəzində təşkil olunacaq.

    Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikat və fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

    Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət ediləcək.

    Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.

    Qeyd edək ki, festival və müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

    Mənbə: https://azertag.az/

  • Bakıda xeyriyyə məqsədli Pasxa bazarı açılacaq

    Aprelin 22-də Pasxa bayramı şənlikləri çərçivəsində Bakıdakı Rus Evində ənənəvi xeyriyyə məqsədli Pasxa bazarı açılacaq.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Rusiyalı Həmvətənlər Koordinasiya Şurası, Azərbaycanın Rus icması, Rus Mədəniyyət Mərkəzi və “Yaşlek” tatar gənclər mərkəzinin dəstəyi ilə təşkil olunur.

    Yarmarkaya gələnlər ustaların əl işlərindən ibarət hədiyyə və məhsullar əldə edə biləcəklər.

    Aksiyadan əldə ediləcək vəsait valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək üçün xərclənəcək.

    Pasxa bazarı saat 12:00-dan 17:00-dək açıq olacaq.

    Mənbə: https://azertag.az/

  • Şanxay Beynəlxalq Film Festivalı yenidən fəaliyyətə başlayır

    Keçən il pandemiya səbəbindən ləğv edilən 25-ci Şanxay Beynəlxalq Film Festivalı cari il iyunun 9-dan 18-dək keçiriləcək.

    AZƏRTAC TASS-a istinadla xəbər verir ki, pandemiya səbəbindən 2022-ci ildə qəbul edilən festivalın təşkil edilməsinin ləğvi qərarından bu günə kimi təşkilatçılar dünyanın 128 ölkə və regionundan təxminən 8,8 minə yaxın film layihələri qəbul ediblər.

    Qeyd edək ki, Şanxay Beynəlxalq Film Festivalı 1993-cü ildən təşkil olunur. Müxtəlif vaxtlarda festivalın münsiflər heyətinin üzvləri Oliver Stoun, Karen Şahnazarov və bir çox başqa tanınmış kinematoqrafçılar olublar. Bu festival çoxdan regional tədbir olmaqdan çıxaraq təkcə Asiyadan deyil, dünya kinosundan da bir çox ulduzları özünə cəlb edir. Bu illər ərzində festival Çin kinematoqrafiyasının inkişafının şahidi olub, eyni zamanda beynəlxalq mübadilə və mədəni əməkdaşlıq platformasına çevrilib.

    Mənbə: https://azertag.az/

  • Əkbər Qoşalını doğum günü münasibətilə təbrik edirik! (3 aprel 1973-cü il)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Usatımızı Əkbər QOŞALINI, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Azərbaycanlı şair Coşqun Xəliloğlunun şeiri “Yeni Vezin” dərgisində işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qaradağ Rayon Bürosunun Rəhbəri, Azərbaycanlı şair-yazıçı Coşqun Xəliloğlunun “Aşıq Veysəl” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Karaman şəhərində fəaliyyət göstərən “Yeni Vezin” edebiyat, kültür və sanat dərgisinin yeni sayında işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Alimlər Renessans dövrünün böyük rəssamlarının sirrini açıblar

    Botiçelli və da Vinçinin rəsmləri hətta 500 il sonra da öz parlaq rəngləri ilə tamaşaçısını heyran edir. Yağlı boyalara yumurta sarısının əlavə edilməsi bu tabloları əbədiyaşar edir, onların üzərindəki boya təbəqəsində qırışlar və çat əmələ gəlməsinin qarşısını alır, həmçinin boyaların rənginin dəyişməz qalmasına səbəb olur.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu qənaəti İtaliyanın Piza Universitetinin və Almaniyanın Karlsrue Texnoloji İnstitutunun alimləri hasil ediblər. Onların bu kəşfi haqqında məqalə “Nature Communications” jurnalında dərc olunub.

    Suda həll olunmuş yumurta sarısından rəngləmək üçün piqmentləri birləşdirən maddə kimi istifadənin tarixi qədim zamanlara gedib çıxır. Lakin XV əsrdə Avropa rəssamları yağlı boyalarla rəsm çəkməyə başladılar və birləşdirici element qismində kətan yağından istifadə etdilər. Bununla belə, tədqiqatlar göstərir ki, Renessans dövrünün bir çox görkəmli rəssamları – Sandro Botiçelli və Leonardo da Vinçi yağlı boyalara yumurta sarısı qatmağa davam ediblər. Onların bunu nə üçün etdikləri bu günədək məlum deyildi.

    Bu suala cavab vermək üçün professor Norbert Villenbaxer və onun həmkarları eksperiment həyata keçirdilər və üç növ boya hazırladılar. Birincidə piqmentlərə kətan yağı əlavə edilib, ikincidə bu məhlula bir neçə damcı yumurta sarısı qarışdırılıb, üçüncüdə piqmentləri əvvəlcə suda həll edilmiş yumurta sarısı, məhlul quruduqdan sonra isə yağla siliblər.

    “Məlum olub ki, yumurta sarısı boyanın keyfiyyətinə, ilk növbədə onun qatılığına əhəmiyyətli dərəcədə təsir edib. Məhz yumurta sarısı əlavə olunmuş boya ilə impasto texnikasından (kətanın rənglənmiş təbəqələri axmadan onun səthini örtür) istifadə etmək mümkündür. Boyanın aşağı təbəqələrinin qatılığı sayəsində onun xarici təbəqəsi çatlamır və qırışmır”, – deyə Villenbaxer “The Guardian” nəşrinə şərhində bildirib.

    Bundan başqa, yumurta sarısı boya təbəqələrini rütubətdən qoruyur, xüsusən, bununla ağ-gümüşü rənglərin saralmasının qarşısını alır. Məhz bunun sayəsində yağlı boyalar gec quruyur və bu, onları daha da dayanıqlı edir, rəsm əsərinin uzun müddət yaxşı qalmasına şərait yaradır.

    Mənbə: https://azertag.az/

  • Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

    M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında görkəmli bəstəkar Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

    Kamera və Orqan Musiqi Zalından AZƏRTAC-a bildirilib ki, “Qara Qarayev və tələbələri” adlı konsertdə solistlər Əməkdar artist Töhfə Babayeva (violin), Rasimə Babayeva (orqan), Nigar Məmmədova (orqan), Səbinə Aslanova (orqan), Şəfəq Abdullayeva (orqan) öz ifalarını dinləyicilərə təqdim ediblər.

    Proqramda Qara Qarayev, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Arif Məlikov, Firəngiz Əlizadə, Elnara Dadaşova, Cəlal Abbasovun əsərləri səslənib.

    Mənbə: https://azertag.az/

  • Xalq artisti Könül Xasıyevanın yaradıcılıq gecəsi keçiriləcək

    Aprelin 3-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Könül Xasıyevanın yaradıcılıq gecəsi keçiriləcək.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsert proqramında xanəndənin ifasında muğamlarımızla yanaşı, xalq mahnılarımız da səslənəcək. Gecədə həmçinin xanəndənin sənət yoldaşlarının da çıxışları nəzərdə tutulur.

    Mənbə: https://azertag.az/

  • Sankt-Peterburqda “Çinar” rəqs ansamblının yubiley konserti olub

    Rusiyanın Sankt-Peterburq şəhərində “Çinar” vokal-xoreoqrafik rəqs ansamblının 25 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Sankt-Peterburqda millətlərarası münasibətlər və miqrasiya siyasətinin həyata keçirilməsi üzrə komitənin nümayəndəsi Andrey Frolov, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun humanitar məsələlər üzrə konsulu Rəhim Rəhimzadə, yerli hakimiyyət orqanlarının, Azərbaycan diasporunun nümayəndələri və müxtəlif icmaların mədəniyyət qurumlarının rəhbərləri iştirak ediblər.

    Tədbirdə çıxış edən qonaqlar “Çinar” vokal-xoreoqrafik rəqs ansamblının bədii rəhbəri Xeyransa Mirzəyevanı və yaradıcı kollektivi yubiley münasibətilə təbrik ediblər. Ansamblın Sankt-Peterburqun mədəni müxtəlifliyinə böyük töhfələr verdiyini vurğulayan natiqlər “Çinar” ailəsinə davamlı uğurlar arzulayıblar.

    Sonra “Çinar” ansamblının ifasında rəngarəng konsert proqramı təqdim olunub.

    Yubiley konserti yerli kütləvi informasiya vasitələri və “Mir” telekanalı tərəfindən geniş işıqlandırılıb.

    Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini və adət-ənənələrini əks etdirən sərgi təşkil edilib. Qonaqlara xalçatoxuma dəzgahında ilmələrin atılması, Novruz şirniyyatlarının bəzədilməsi qaydaları nümayiş etdirilib.

    Qeyd edək ki, “Çinar” Mədəniyyət Mərkəzinin nəzdindəki eyniadlı vokal-xoreoqrafik rəqs ansamblı Sankt-Peterburq Dövlət Universitetinin baş müəllimi Xeyransa Mirzəyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. 1998-ci ildən fəaliyyətə başlayan ansambl təkcə Sankt-Peterburqda deyil, Rusiyada və Rusiya hüdudlarından kənarda Azərbaycan musiqisinin və incəsənətinin fəal təbliğatçısı kimi tanınır.

    Mənbə: https://azertag.az/

  • “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert Ulu Öndərin 100 illiyinə həsr olunacaq

    Aprelin 25-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Orxan Həşimov) müşayiəti ilə istedadlı violin ifaçıları Ümidə Abasova və Dəniz Həsənov çıxış edəcəklər.

    Qeyd edək ki, layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Tanınmış dirijorların rəhbərliyi altında gənc ifaçıların simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

    Mənbə: https://azertag.az/

  • Bakıda növbəti Uşaq Kitab Festivalı təşkil olunacaq

    Aprelin 8-dən 11-dək Bakı İdman Sarayında II Uşaq Kitab Festivalı təşkil ediləcək.

    “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, festival çərçivəsində Bakı İdman Sarayında on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, əyləncəli tamaşalar təşkil olunacaq.

    Qeyd edək ki, tədbirin təşkilatçıları “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin Elm və Təhsil Nazirliyidir.

    Girişi sərbəst olan tədbirdə məşhur uşaq yazıçılarının imzalı kitabları festival ziyarətçilərinə təqdim ediləcək.

    Mənbə: https://azertag.az/

  • Muğam Mərkəzinin səhnəsində premyera – “Meyvələrin söhbəti”

    Aprelin 1-də Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsəri əsasında hazırlanmış “Meyvələrin söhbəti” tamaşasının premyerası olacaq.

    AZƏRTAC xəbər verir ki, tamaşa “Muğam dünyanı birləşdirir!” layihəsi çərçivəsində hazırlanıb. Layihənin məqsədi gənc tamaşaçıları Azərbaycanın xalq musiqisi və digər ölkələrin ədəbi əsərləri ilə tanış etməkdir.

    Tamaşada rolları İskra Tarant, Yevgeni Maksimov, Məmməd Əlili və Sona Abdullayeva, eləcə də xanəndə Elgiz Əliyev ifa edirlər.

    “Meyvələrin söhbəti” tamaşasında deyilir ki, həyatda hər kəsin öz yeri var. Başqalarını alçaltmaqla öz ləyaqətini ucalda bilməzsən.

    Mənbə: https://azertag.az/

  • “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi təşkil olunub

    2023-cü ilin martın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin açılış mərasimi keçirildi.

    Sözügedən sərgi üçün ayrılmış ekspozisiya zallarında Çin incəsənətinə məxsus qədim tanrılar və müdriklərin heykəlləri, rəsm əsərləri, məişətdə istifadə olunan toxuculuq məhsulları, çini vazalar, mebellər və s. nümayiş olunur.

    Təşkil edilən sərginin ekspozisiyası Çin fəlsəfəsinə uyğun olaraq semantik məna daşıyır.

    Məlumat üçün bildiririk ki, “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi Azərbaycan Milli İncəsənət Muzeyinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində davam edir.

    Qeyd edək ki, sərgi 30 iyun 2023-cü il tarixinədək davam edəcəkdir.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycanda ilk teatr forumu keçiriləcək

    Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 10-11 aprel 2023-cü il tarixlərində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçiriləcək.

    Forumun rəsmi açılış mərasimi aprelin 10-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

    Tədbirdə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunacaq, sonra forum öz işinə panel müzakirələrlə davam edəcək. Panel müzakirələri “Azərbaycan teatrında ənənələr və trendlər”, ”Milli teatrda müasir aktyor məktəbi: yenilənmə prosesində sistemli yanaşma”, ”Konsepsiya və strateji hədəflər”, ”Teatr sahəsində insan kapitalının inkişafı” mövzularına həsr olunub.

    Foruma ekspert kimi dəvət edilən Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Qriqoriy Zaslavskinin və Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) kafedra müdiri, prodüsser Elşən Məmmədovun çıxışları tədbirin proqramına daxil edilib.

    Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.

    Forumda respublikanın tanınmış teatr xadimləri, rejissor və aktyorları, paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların rəhbər və yaradıcı kollektivlər, xalq teatrları və müstəqil teatrların nümayəndələri, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı nəzərdə tutulub.

    Heydər Əliyev Mərkəzində gerçəkləşəcək forumda iştirak üçün nazirliyin rəsmi internet saytında (“culture.gov.az”) yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.

    Mənbə: https://culture.gov.az/

  • Bakıda “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgi layihəsinin açılışı olub

    Azərbaycanın Milli İncəsənət Muzeyində “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgi layihəsinin açılış mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Çinin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə ölkəmizdə akkreditə olunmuş səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.

    Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min tədbiri açaraq qeyd edib ki, sərgi Çin və Azərbaycan arasında dostluq əlaqələrini nümayiş etdirir: “İki ölkənin rəhbərlərinin qətiyyətli addımları sayəsində Çin və Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Sərginin məqsədlərindən biri də iki müxtəlif mədəniyyətlər arasında körpünün qurulmasıdır”.

    Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev bu layihənin ideyasından danışıb. O vurğulayıb ki, bu sərgi iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, iki xalqın mədəniyyətinin təbliği və tanınmasına əvəzolunmaz töhfə verəcək. Azərbaycan və Çin arasında əsrlər boyu qurulan iqtisadi, mədəni dostluq münasibətləri davamlı və möhkəm olacaq.

    Daha sonra konsert proqramı təqdim edilib.

    Sərginin kuratoru və ideya müəllifi olan Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev sərginin konsepsiyasını “muzey salonlarında ənənəvi Çin evi ab-havasının yaradılması” kimi müəyyən edib. Burada eksponatlar Çin ailəsinin həyat və ənənəvi məişətinin orijinal obyektləri kimi görünür.

    Çin mədəniyyəti haqlı olaraq planetdə ən qədim mədəniyyətlərdən biri hesab olunur, burada dualistik varlıq konsepsiyasına əsaslanan xüsusi dünyagörüşü formalaşdırılıb. “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə tarixi eksponatlardan ibarət kolleksiya deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və ənənələrinə bələd olmasıdır.

    Hər bir ekspozisiya zalı qədim tanrıların və müdriklərin heykəlcikləri, Çin mənzərələri olan tekstil məmulatları, xəttatlıq pannoları, otaq bitkiləri, çini vazalar, oyma taxta mebellər, Çin fəlsəfəsinə uyğun olaraq semantik məna daşıyan və evdə sülh və əmin-amanlığın rəmzi olan divar rəsmləri və xəttatlıq nümunələri ilə bəzədilmiş çinli ailənin qonaq otağının interyerini canlandırır.

    “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həm də Çin və onun tarixinin mədəni irsi barədə daha çox öyrənmək istəyən hər kəs üçün maraq doğurur. Layihənin koordinatoru Könül Rəfiyevadır.

    Sərgi bir neçə ay davam edəcək.

    Mənbə: https://azertag.az/

  • Moskvada İnci Vəliyevanın rəsmlərinin sərgisi olub

    Moskvada rəssam İnci Vəliyevanın rəsmlərindən ibarət “İnam. Ümid. Sevgi” adlı sərgi təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında keçirilən sərginin təşkilatçıları qismində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyət Mərkəzi çıxış ediblər.

    İnci Vəliyeva Bakıda dünyaya gəlib, Azərbaycan Dövlət Tibb Universitetinin məzunudur. O, 2017-ci ildə, 45 yaşında V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun Təsviri İncəsənət və Rəsm Məktəbinə daxil olub, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

    Sərginin bağlanış mərasimində M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Heydər Əliyev Fondunun nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova, rəssamın istedadının pərəstişkarları iştirak ediblər.

    Mərasimdə çıxış edən Tamillə Əhmədova qeyd edib ki, rəssam və həkim İnci Vəliyevanın əsərləri öz səmimiliyi və xeyirxah ruhu ilə seçilir. O deyib: “Rəssam heyrətamiz dərəcədə həssas, başqaları ilə müqayisədə daha dərin, dəqiq və uzaqgörən baxış qabiliyyətinə malik olan bir insandır. İngilis yazıçısı, 2007-ci ilin Nobel mükafatı laureatı Doris Mey Lessinq bir dəfə bunu dəqiq ifadə edib: “Rəssamlar öz əsərlərini sevgi dili ilə yaradırlar və ancaq məhəbbətin gözü ilə onların haqqında mühakimə yürütmək olar”. Əsl rəssam İnci Vəliyevanın əsərlərinə baxdıqda, məhz bu aforizm yada düşür. Çünki onun timsalında tale möcüzəvi şəkildə bir istedadlı insanda rəssamlıq qabiliyyəti və incə oftalmoloq ixtisasını birləşdirib. Həqiqətən istedadlı insan bütün sahələrdə fərqlənə bilir. O, gözün incəliklərini gözəl bilən və öz vəzifə borcuna uyğun şəkildə xəstələrinə görmə qabiliyyətini qaytaran həkim və dünyanın bütün rənglərini, eyni zamanda, öz tabloları ilə incəsənəti sevənlərin önündə parlaq və çoxşaxəli dünyanı təsvir edən rəssamdır”.

    T.Əhmədova vurğulayıb ki, rəssamın portretlərində yaxşı adamların aydın və xoşbəxt simaları əks olunub. O əlavə edib: “Onlar rəssamın dostları, valideynləri, sadəcə gözəl insanlardır. İnci Vəliyevanın tabloları öz personajlarına olan sevginin etirafıdır. Təkcə bu adlar çox mətləblərdən xəbər verir: “Qəlb”, “Ata”, “Şıltaq”, “Təmənnasız sevgi”. İnci Vəliyeva bizim hamımızın gözlərini dünyanın gözəlliyinə açır, xeyirxahlığa inamı qaytarır və bu, fiziki görmə qabiliyyətinin bərpası qədər nəcibdir. Ürəkdən arzulayıram ki, İnci Vəliyevanın hər iki həyatverici istedadı onun qəlbində, rəssam əllərində, oftalmoloq və həkim ürəyində və gözlərində sönmədən yaşasın”.

    M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin sərginin təşkilinə verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O deyib: “İnci Vəliyevanın rəsmləri qış mövsümündə, hələ soyuqların davam etdiyi bir dövrdə baharın gələcəyi və problemlərin keçmişdə qalacağına dair ümidlər verir. Onun tabloları gözəllik, qəlb, günəş, aydınlıq deməkdir və bu əsərlərdən ancaq zövq almaq olar”.

    Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva qeyd edib ki, bu sərgi Novruz bayramı – təbiətin oyanması ərəfəsində təşkil olunub. “Qadın hər şeyin başlanğıcıdır. Qadın sevgi, inam və ümid deməkdir və sərgi məhz bu sözlərlə adlanıb”.

    Rəssam İnci Vəliyeva onun yaradıcılığına verilən yüksək qiymətə görə tədbir iştirakçılarına minnətdarlıq edib. O bildirib ki, öz tablolarında pasiyentlərinin emosiyalarını, həyat yolunda rastlaşdığı maraqlı insanları canlandırıb. Xarici Ədəbiyyat Kitabxanasındakı sərgisini isə öz valideynlərinə həsr edib. Rəssam deyib: “Mənim üçün əsas vəzifə portretlərdə emosiyaları, baxışları əks etdirməkdir və yalnız bundan sonra personajlarım canlanır. Emosiyaları təsvir etməyə nail olanda, kətandan sənə canlı baxışı hiss edəndə, sözlə ifadə edə bilmədiyin hissləri yaşayırsan, öz qəhrəmanının daxili aləmi ilə ünsiyyətdə olursan”. İnci Vəliyeva əlavə edib ki, onun “Məsumluq” adlı növbəti sərgisi ahıllara və uşaqlara həsr olunacaq.

    Fəridə Abdullayeva

    AZƏRTAC-ın xüsusi müxbiri

    Moskva

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək

    Aprelin 7-dən 16-dək Sankt-Peterburqda “Rusiyada görüşlər” adlı XXV Beynəlxalq Rus Teatrları Festivalı keçiriləcək.

    AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, mədəni forum görkəmli rus dramaturqu Aleksandr Ostrovskinin anadan olmasının 200 illiyinə həsr olunub.

    Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin teatr kollektivləri “Baltika evi” teatr-festivalının binasına toplaşacaqlar. Ölkəmizi bu festivalda Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı təmsil edəcək. Aprelin 8-də teatrımız “Maskarad” tamaşasını nümayiş etdirəcək (rejissor – Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir).

    Festival iştirakçıları tamaşaları müzakirə edəcək, diskussiyalar aparacaq, səhnə nitqi və aktyorluq sənəti üzrə ustad dərslərində, teatrın quruluş hissəsinin mütəxəssisləri üçün məşğələlərdə iştirak edəcəklər. Festivalın yubileyi ilə əlaqədar MDB-yə üzv ölkələrin rus teatrlarının son 25 il ərzində yaratdıqları ən maraqlı tamaşalardan bəhs edən “25 il birlikdə” adlı fotosərgi açılacaq.

    Mənbə: https://azertag.az/

  • Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

    Azərbaycanın Qırğızıstandakı səfirliyi Novruz bayramı münasibətilə təntənəli tədbir keçirib. Tədbirə digər dövlətlərin səfirləri, qardaş ölkənin siyasi və ictimai xadimləri, Azərbaycan diasporunun və Qırğızıstan ictimaiyyətinin tanınmış nümayəndələri dəvət edilib.

    AZƏRTAC xəbər verir ki, Qırğızıstanda çıxan “Veçerniy Bişkek” qəzetinin müxbiri Nina Niçiporovanın məqaləsində bu tədbirdən bəhs edilir.

    Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov tədbirdə çıxış edib. O qeyd edib ki, hazırda mürəkkəb bir dövrdə yaşayırıq – xəstəliklər, münaqişələr, böhranlar və bir sıra başqa mənfi hadisələr göz qabağındadır. Lətif Qəndilov deyib: “Arzum budur ki, qardaş xalqlarımızın evlərində həmişə əmin-amanlıq olsun. Azərbaycan xalqı müharibənin və onun nəticələrinin nə demək olduğunu öz təcrübəsində görüb. Əminəm ki, heç bir pislik cavabsız qalmayacaq. Bahar gəlir və özü ilə bərabər yaxşılığa doğru dəyişikliklər gətirir. Novruz yeni həyatın başlanğıcı, xeyirin şər üzərində, sevincin kədər üzərində qələbəsinin rəmzidir. Gəlin ümid edək ki, ədalət zəfər çalacaq”.

    Diplomat cari ilin Azərbaycan və Qırğızıstan xalqları üçün vacibliyini xatırladaraq deyib: “Bu il Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, qırğız xalqının böyük oğlu, yazıçı Çingiz Aytmatovun 95 illiyidir. Qarşıda bizi böyük işlər gözləyir. Biz Türk dünyasının böyük xadimlərinin yubileylərini layiqincə qeyd etməliyik”.

    Qırğızıstan Ali Sovetinin keçmiş spikeri Medetkan Şerimkulov vurğulayıb ki, xalqlarımız arasında ortaq mənəvi, tarixi və əxlaqi köklərə, ortaq dəyərlərə və ənənələrə əsaslanan tarixi münasibətlər var. O deyib: “Biz müasir Qırğızıstan-Azərbaycan münasibətlərini məhz bu möhkəm təməl üzərində qururuq”.

    Diplomat Janış Rustenbekov “Veçerniy Bişkek” qəzetinə müsahibəsində qeyd edib ki, bu bayram həm türkdilli ölkələrin, həm də başqa dövlətlərin xalqlarını birləşdirir. O vurğulayıb: “Üstəlik, biz çoxmillətli respublikalarda yaşayırıq. Ona görə də hamımızı xoşbəxtliyə doğru aparan dəyişikliklər arzu edirəm”.

    Tədbir iştirakçıları dostluğun, baharın rəmzi olan bu gözəl bayram tədbirinin təşkilinə, azərbaycanlılara xas olan qonaqpərvərliyə görə səfir Lətif Qəndilova səmimi təşəkkürlərini bildiriblər.

    Səfirlik Novruz bayramına həsr edilmiş gözəl musiqili proqram təşkil edib. Proqramda qırğız, türkmən, qazax, özbək və türk dillərində Novruz bayramı mövzusunda mahnılar səslənib. Azərbaycan milli rəqsləri və ölkəmizdə Novruz bayramının necə qeyd edilməsi haqqında süjet tədbir iştirakçılarının əhvalını daha da yaxşılaşdırıb.

    Mənbə: https://azertag.az/

  • Rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr edilmiş konsert

    Aprelin 1-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

    Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində əvvəlcə bəstəkarın həyat və yaradıcılığından danışılacaq, dünya musiqi mədəniyyətinə verdiyi töhfələrdən bəhs olunacaq.

    Tədbir konsert proqramı ilə davam edəcək. Konsertdə dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Gülbacı İmanovanın dirijorluğu ilə Dövlət Xor Kapellası çıxış edəcək.

    Konsertin solistləri Əvəz Abdulla (bariton), Gökhan Aybulus (Türkiyə, piano), Yelizaveta Kulaqina (Rusiya, soprano), İqor Morozov (Rusiya, tenor) olacaq.

    Mənbə: https://azertag.az/

  • Kitabxanada “Heydər Əliyev gənclərin gözü ilə” adlı videomaterial hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən xalqın Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi, eləcə də gənclər arasında təbliği məqsədilə həyata keçirilir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində “Heydər Əliyev gənclərin gözü ilə” adlı geniş videomaterial hazırlanaraq istifadəçilərə təqdim edilib. Materialın hazırlanmasında, çəkiliş prosesində Bakı Dövlət Universitetinin tələbə-gəncləri iştirak edib.

    “Heydər Əliyev gənclərin gözü ilə” adlı videomaterial kitabxananın rəsmi saytında, https://ryl.az/multimedia/heyder-eliyev-genclerin-gozu-ile linkində yerləşdirilib.

    Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterial Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində özünəməxsus yerə malik Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi mövzusuna həsr edilib. Burada müasir kitabxana quruculuğunun təməlinin məhz ötən əsrin 70-ci illərinin əvvəllərində, Ulu Öndərimiz Azərbaycana rəhbərlik etməyə başladığı ilk zamandan onun Azərbaycanda kitabxana işinin inkişafına verdiyi töhfələri haqqında bəhs edilib.

    Material Ulu Öndərin “Biz hər birimiz ilk növbədə kitab vasitəsilə təhsil almış, elmə yiyələnmişik. Biz hamımız kitablara borcluyuq” fikri ilə başlayaraq, Ümummilli Liderin hakimiyyət illərindən Azərbaycanda mütaliə, kitab, həmçinin kitabxanalara göstərilən qayğı, kitab və kitabxana mədəniyyətinin formalaşması, Ulu Öndər Heydər Əliyevin bu sahədə olan müstəsna əməyi təsvir edilib. Onun Azərbaycanda kitabxanalara kitab bağışlamaq ənənəsinin təşəbbüskeşi olması, bununla da bir sıra ziyalılara, elm və mədəniyyət nümayəndələrinə nümunə olaraq, Azərbaycanda fəaliyyət göstərən bir sıra kitabxanaların fondlarının zənginləşməsinə səbəb olduğu haqqında maraqlı faktlar təqdim olunub.

    Materialda eyni zamanda Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində kitabxana fondlarının artırılmasına, xarici ölkələrdən kitab, jurnal və elmi məcmuələrin alınmasına xüsusi diqqətin ayrılması fikri də səsləndirilib. Videomaterialda Ulu Öndərin foto, video görüntüləri və haqqında yazılan kitabların nümunələri təqdim edilib.

    Mənbə: https://azertag.az/

  • “Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub

    “Heydər Əliyev İli” çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirmək məqsədilə “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalına start verilir və festival çərçivəsində müsabiqə elan olunur.

    Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

    O qeyd edib ki, festival və müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

    “Yaşı 21-ə qədər şəxslər aprel ayının 25-dək rəsm əsərini fotosu ilə bərabər əsərin adı, öz adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini resmfestival2023@gmail.com ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər. Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir.

    Güllər mövzusunda olacaq əsərlərdə ölçü və texnika sərbəstdir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyası üçün ayrıca sərgi açılacaq. 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası. Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq. Əlavə suallar üçün 051-310-74 01 telefon və ya vatsap ünvanına müraciət edilə bilər. Sərgilər Xətai Sənət Mərkəzində təşkil olunacaq”, – deyə o söyləyib.

    Z. Əvəzov bildirib ki, əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikat və fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

    Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət ediləcək.

    Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

    Mənbə: https://azertag.az/

  • Uşaq İncəsənət Festivalına qeydiyyat başa çatmaq üzrədir

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat başa çatmaq üzrədir.

    AZƏRTAC xəbər verir ki, martın 28-dək müxtəlif şəhər və rayonlar üzrə ümumilikdə 21 min 300-ə yaxın uşaq qeydiyyatdan keçib. Bu statistika müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraqdan xəbər verir.

    Xatırladaq ki, uşaq festivalına 21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaşarası hər kəs qatıla bilər. Festival həm peşəkar, həm də həvəskar kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək.

    İştirakçıların qeydiyyatı 20 fevral – 30 mart tarixlərində www.uif.az internet saytı üzərindən aparılır.

    Əlavə məlumatları festivalın internet saytı, elektron poçtu, (050) 2880147 mobil, 147 qısa nömrələri, həmçinin festivalın rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə etmək olar.

    Mənbə: https://azertag.az/

  • Beynəlxalq turizm sərgisi – “AITF” yenidən fəaliyyətə başlayır

    Aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində pandemiya ilə bağlı yaranan 3 illik fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

    Sərgi ənənəvi olaraq müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir.

    Fəal istirahətin ən geniş yayılmış, həmçinin kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. “AITF 2023” sərgisi səyahət etməyi sevən Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək imkanı yaradan bir platforma olacaq.

    Sərgiyə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrindən – Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və başqa ölkələrdən olan şirkətlər qatılacaq. Budəfəki sərgidə Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edəcəklər.

    Qeyd edək ki, sərgi çərçivəsində panel müzakirələr aparılacaq, ikitərəfli B2B görüşlər keçiriləcək, yerli və xarici şirkətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq yollarını, eləcə də tərəfdaşlığın digər formalarını müzakirə edəcəklər. Həmçinin təhsil turizmi, xaricdə əmlak, idman turizmi, turizmdə İT texnologiyaları, ovçuluq və balıqçılıq, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səfirliklər, səyahət agentlikləri və turoperatorlar və s. kimi bir sıra sektorlar nümayiş olunacaq.

    “AITF 2023” turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir, belə ki, “AITF” beynəlxalq və yerli şirkətlərin bazar ehtiyaclarını və istehlakçı marağını qiymətləndirən, rəqabət mühitinin öyrənildiyi, inkişaf strategiyasının qurulduğu ölkənin turizm sənayesinin bərpasına təkan verən sərgidir.

    Mənbə: https://azertag.az/

  • Kamera və Orqan Musiqisi zalının səhnəsində konsert – “Fleyta və piano gecəsi”

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Fleyta və piano gecəsi” adlı konsert təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, musiqili gecədə solistlər Nərgiz Kəngərli (piano), Mirxalid Məmmədzadə (fleyta), Kamil Hüseynzadə (zərb alətləri) və Həsən Əsədov (kontrabas) öz rəngarəng ifalarını dinləyicilərə təqdim ediblər.

    Proqramda Ferens List İspan rapsodiyası cis-moll, Frans Doppler Macar pastoral fantaziyası D-dur, op.26, Klod Bollinq Fleyta və caz piano triosu üçün süita səsləndirilib.

    Mənbə: https://azertag.az/

  • “SHORTS MEXİCO” beynəlxalq film festivalı keçiriləcək

    Sentyabrın 1-30-dək Meksikada “SHORTS MEXİCO” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, bu il 18-ci ildönümünü qeyd edən, Latın Amerikasındakı ən böyük ixtisaslaşmış qısametrajlı film festivalı olan “SHORTS MEXİCO”, dünyanın hər yerindən yeni başlayan və tanınmış kinorejissorların yaradıcılığını dəstəkləyən və təbliğ edən bir platformadır.

    Xüsusilə qısametrajlı filmlərə həsr olunmuş festival 2023-cü il üzrə dünyanın dörd bir yerindən mindən çox filmin təqdim olunacağı ən böyük hadisə hesab olunur.

    Qeyd edək ki, “SHORTS MEXİCO” festivalının əsas vəzifələri milli və beynəlxalq qısametrajlı filmləri sərgiləmək, yaymaq, təbliğ etmək, istehsalı artırmaq, izləyicilər və film istehsalçıları arasında qarşılıqlı əlaqələr qurmaq, yeni publika və format yaratmaq, kinematoqrafiya peşəkarlığını və yaradıcılığını dəstəkləməkdən ibarətdir. 15-dən çox ölkədə milli və beynəlxalq tura sahib olan festivalın təşkilatçıları hər il seçim üçün 5000-dən çox qısametrajlı filmi qeydiyyata alırlar. Festivalın son buraxılışlarında Meksika üzrə 60-dan çox məkanda 1 milyondan çox izləyici qeydə alıb. Festivalın təsisçisi və direktoru Xorge Maqana, proqramlaşdırma direktoru isə filmin kuratoru və prodüseri Isaak Basultodur.

    2011-ci ildən bəri festivalda, bəzi aktyorların əsərlərini əks etdirən xüsusi bir proqram yaradılıb.

    2012-ci ildə iştirakçıların qısametrajlı film ssenarilərini təqdim etdiyi müsabiqənin davam etdirilməsinə qərar verilib. 2013-cü ildə Meksika kinosunda yeni istedadları tanıtmaq üçün yarış proqramı, 2019-cu ildə isə iştirakçıların qısametrajlı film layihələrini təqdim etdiyi qısa film pitçinq müsabiqəsi yaradılıb.

    Mənbə: https://azertag.az/

  • Gənc Tamaşaçılar Teatrı aprel repertuarını açıqlayıb

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı aprel ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

    AZƏRTAC teatrın aprel repertuarını təqdim edir.

    1 aprel – Ərəb xalq nağılı “Sindbad”, H.Cavid “Şeyx Sənan”

    2 aprel – Y.Entin, V.Livanov “Bremen musiqiçiləri”, Aprel döyüşlərinin ildönümünə həsr olunur Y.Abramov, L.Bəyim “Yarımçıq qalmış…”

    8 aprel – A.Şaiq “Danışan gəlincik”, F.Dürrematt “Dəlixanada qətl”

    9 aprel – Y.Şvarts “Qırmızı papaq”, Ə.Haqverdiyev “Xortdanın cəhənnəm məktubları”

    15 aprel – Yeni tamaşa R.Kiplinq “Mauqli”, Ə.Əmirli “Hasarın o üzü”

    16 aprel – Yeni tamaşa R.Kiplinq “Mauqli”, U.Şekspir “Romeo və Cülyetta”

    22 aprel – A.S.Puşkin “Qızıl balıq”, M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah”

    23 aprel – P.Nurəliyeva “Qoğalın sərgüzəştləri”, M.Füzuli “Leyli və Məcnun”

    29 aprel – M.Ələkbərzadə Kod adı “V.X.A.”

    30 aprel – İngilis xalq nağılı “ Şən elf və Cadugər”

    Mənbə: https://azertag.az/

  • Azərbaycanda ən çox satılan kitab yenidən nəşr olunub

    Yazıçı Varisin “Sonuncu ölən ümidlərdir” romanı yeni redaktədə, 7-ci dəfə təkrar nəşr olunub.

    AZƏRTAC xəbər verir ki, “Azərkitab” yayınlarında nəfis tərtibatla çıxan kitabı bu gündən etibarən bütün kitab satışı mağazalarından əldə etmək mümkündür.

    “Sonuncu ölən ümidlərdir” Varisin 2008-ci ildə – tam 15 il bundan öncə işıq üzü görən, 90-cı illərin sonlarında yazdığı ilk romanıdır. 10000 nüsxəlik ilkin tirajı və sonrakı 6 təkrar nəşri ilə, üstəlik, günü bu gün də qeyri-leqal konveyerlərdən çıxan on minlərlə pirat nüsxələri ilə, internetdən pdf formatının yarım milyona yaxın yüklənməsi göstəricisi ilə kitab sözün həqiqi mənasında kütləvilik qazanıb.

    “Bakı Kitab Klubu” “Sonuncu ölən ümidlərdir”in ölkədə ən çox satılan kitab olduğunu rəsmən bəyan edib.

    Roman 90-cı illərdə ölkə paytaxtında baş vermiş bir kriminal hadisəsinin araşdırılması nəticəsində ərsəyə gəlib, amma janr etibarı ilə detektiv deyil, sevgi romanıdır. İlk baxışda yeni dövrün sevgisini xarakterizə edir, amma daha dərinliklərə varır, yüz illərdir dünyada statistik insanın devizinə çevrilmiş “Məqsəd vasitələri doğruldur” təmrininə qarşı əks arqumentlər qoymaqla, bir növ didaktik əsər funksiyasına keçid edir.

    Romanda ayrıca hər bir hissədə Azərbaycan poeziyasının ən gözəl lirik nümunələrinin təqdim edilməsi onun rənginə xüsusi rəng qatmaqla diqqət çəkir. Roman olduqca dramatik süjetli, təhkiyə olduqca sadə, oxunaqlıdır. Məhz bu da romanı geniş oxucu kütləsi üçün əlçatan edir.

    Mənbə: https://azertag.az/

  • Kukla Teatrının aprel repertuarı

    Azərbaycan Dövlət Kukla Teatrı aprel ayı üçün maraqlı repertuar tərtib edib.

    AZƏRTAC sənət ocağının aprel repertuarını təqdim edir.

    1 aprel- “Qar kraliçası”

    1 aprel- “Qoğal” (rus dilində),

    2 aprel- “Məlikməmməd”

    2 aprel- “Düyməcik” ( rus dilində),

    7 aprel- “Cırtdan”

    7 aprel- “Üç cəsur” (rus dilində)

    8 aprel- “Düyməcik”

    8 aprel- “Düyməcik” ( rus dilində)

    9 aprel- “Ağca və yeddi cırtdan”

    9 aprel- “Karlson” (rus dilində)

    14 aprel- “Gözəl və Bədheybət”, “Şəngülüm, Məngülüm”

    15 aprel- “Göyçək Fatma”, “Qoğal” (rus dilində)

    16 aprel- “Üç donuz balası”, “Çippolino” (rus dilində)

    21 aprel- “Pişiyin evi”, “Durna balığı” (rus dilində)

    22 aprel- “Qoğal” (iki dəfə Azərbaycan və rus dilində)

    23 aprel- Çippolino (rus dilində), “Qızıl Balıq”

    Mənbə: https://azertag.az/

  • Respublika Gənclər Kitabxanası “Nəşrlərin satınalınması müsabiqəsi” elan edir

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi”ni elan edir.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yeni tərkibdə təsdiq olunan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.

    Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 5 (beş) nüsxə alınacaq.

    İştirakçılar tərəfindən nəşrlər mayın 12-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

    Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

    Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 200-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 200-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.

    Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.

    Müsabiqədə iştirak qaydaları:

    Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.

    Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.

    Aprelin 12-dən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 1 nüsxə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 203/205) təqdim edilməlidir.

    Müsabiqəyə yalnız son 2 ildə çap olunan nəşrlər təqdim edilməlidir.

    Müsabiqəyə təqdim olunan nəşrlərin satınalınması qaydası:

    Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərararlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.

    Təsdiq olunmuş yekun protokola əsasən nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır. Satınalma müqaviləsi üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilir.

    İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin ehtimal olunan qiyməti müəyyən edilmiş minimum məbləğdən (5,0 (beş) min manat) yuxarı olduqda, həmin nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.

    Müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və kitabxananın fonduna daxil edilir.

    Mənbə: https://azertag.az/

  • “Artım” da sərgi – “Keçmiş nəsillərdən qalan izlər”

    Yarat Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Keçmiş nəsillərdən qalan izlər” adlı sərgi açılacaq.

    AZƏRTAC xəbər verir ki, aprelin 6-da açılacaq sərgi 10 gün davam edəcək.

    “Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi milli kimliyimiz ilə bir başa əlaqəli olan Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv yaşamı göstərməyə cəhd edir.

    Qeyd edək ki, sərgidə YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin əl işləri nümayiş olunacaq.

    Mənbə: https://azertag.az/

  • Akademik Musiqili Teatr aprel repertuarını açıqlayıb

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel ayı üçün zəngin və maraqlı repertuar tərtib edib.

    AZƏRTAC sənət ocağının aprel repertuarını təqdim edir.

    1 aprel –“Bremen musiqiçiləri və Pen” , “Ər və arvad”

    2 aprel –“Düyməcik”, “Mən dəyərəm min cavana”

    7 aprel –“Nəğməmə inan”

    8 aprel –“Qırmızı papaq”, “Kimdir müqəssir”

    9 aprel –“Dəcəl çəpişlər”, “Utancaq qız”, “Baladadaşın toy hamamı”

    14 aprel – “Molla Nəsrəddinin beş arvadı”

    15 aprel –“Qırmızı papaq”, “O olmasın, bu olsun”

    16 aprel – “Qızıl cücə”, “Amerikalı kürəkən”

    21 aprel – “999-cu gecə”

    22 aprel – “Sehrli nəğmə”, “Psix”

    23 aprel – “Qoğalın macərası”, “Bəxtiyar”

    28 aprel – “Paris Notr-Dama ithaf”

    29 aprel – “Məchul pilləkən”, “Utancaq qız” , “Anamın kitabı”

    30 aprel – “Buratino”, “Lara Martins Jazz club”

    Mənbə: https://azertag.az/

  • Opera və Balet Teatrında premyera

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletsevərlərə möhtəşəm premyera təqdim olunub.

    AZƏRTAC xəbər verir ki, sənət ocağı bu dəfə görkəmli fransız bəstəkarı Adolf Adanın “Korsar” baletini səhnəyə qoyub.

    Dünya balet sənətinin ən populyar əsərlərindən olar “Korsar” baleti gənc yunan qızı Medora ilə korsar Konrad arasındakı məhəbbətdən bəhs edir. Truppanın mövsümün əvvəlindən bəri üzərində çalışdığı səhnə əsərində əsas rolları teatrın gənc solistləri Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov, Fatimə Xələfova və başqaları ifa edib. Quruluşçu baletmeyster və liberotto müəllifi Əməkdar artist Samir Səmədov olan balet dirijor Orxan Həşimov tərəfindən idarə olunub. Səhnə əsərində dekorasiya və kostyum eskizlərinin müəllifi Dmirtri Çerbadjidir.

    Mənbə: https://azertag.az/