Yanvarın 29-da “M” Teatrının səhnəsində “Bir gecənin nağılı” adlı tamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Elnur İsmayılov, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır.
Səhnə həlli tamaşaçıya aktyorlar Cavid Baba və Aydan Həsənzadənin təqdimatında çatdırılır.
Qeyd edək ki, səhnə əsərində gənc bir qız sevmədiyi birinə nişanlanmaq istəmədiyi üçün evdən qaçır. Gecə parkda bir oğlanla rastlaşır və bu təsadüfü görüş hər iki gəncin həyatını dəyişir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.