Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi dəyişib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Mədəniyyət Nazirliyinin kollegiyasının üzvləri sırasından çıxarılıb, Kino Agentliyinin Baş direktoru kollegiyasının üzvləri sırasına daxil edilib.