Category: Mədəniyyət

  • Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür

    Hüseynzadə Hüseyn Camal oğlu (Huseyn Arif) – şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), “Azərbaycan Dövlət Mükafatı” laureatı (1978), Azərbaycanın xalq şairi (1989).

    Həyatı

    Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yeni gün kəndində anadan olub.Bakı pedaqoji məktəbində (1937-1940), ADU-nun şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952).Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri (1957-1959),”Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967),”Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968),Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
    Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

    Ədəbi fəaliyyəti

    Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
    1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.

    Əsərləri

    1. Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
    2. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
    3. Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
    4. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
    5. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
    6. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
    7. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
    8. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh.
    9. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
    10. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
    11. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
    12. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
    13. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
    14. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
    15. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
    16. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
    17. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
    18. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
    19. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
    20. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
    21. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
    22. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
    23. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
    24. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
    25. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

    Məqalələri

    1.”Aşıq Alını axtarıram”, “Elm və həyat” jurnalı, Bakı, 1968, №2, səh.12.
    2.”Aşıq Alı”, “Azərbaycan” jurnalı, Bakı, 1969, №9, səh.199-203.

    XALQSIZ XALQ ŞAİRLƏRİ

    Bir həyat şairi var,
    Bir də vaxt şairləri.
    Eldən, gündən xəbərsiz
    Saray, taxt şairləri.

    Biri haqqa daş atar,
    Biri kölgədə yatar,
    Kim sevib, kim yaşadar
    Bu bədbəxt şairləri.

    Biri var, üzdəniraq
    Haça dil, hazıryaraq.
    Qapı, baca, künc, bucaq
    Əl-ayaq şairləri.

    Hüseyn Arif, nə xəbər
    Nə qədərmiş nə xəbər
    Başsız başa keçənlər
    Xalqsız xalq şairləri.

    BİZ AYRI DÜŞƏLİ

    O günlər yuxuydu, yoxsa həqiqət,
    Bəlkə bir düyünlü sirr idi, getdi.
    O arzu, o ümid, o söz, o söhbət
    Dodaqdan süzülən dürr idi, getdi.

    Şırşırlar oyandı, çağladı dağlar,
    Çiçəklər boylandı, bəzəndi bağlar.
    Biz ayrı düşəli bir qərib bahar,
    Yanımdan xəbərsiz yeridi, getdi.

    Buludlar üfüqə çəkildi lay-lay,
    Zəmilər biçildi, buğdalar tay-tay
    Biz ayrı düşəli bir alovlu yay
    Çölləri, düzləri bürüdü getdi.

    Bulaqlar boynunda üşüdü yarpız,
    Yarpaqlar, budaqdan endi aramsız.
    Biz ayrı düşəli bir yorğun payız,
    Sarı çuxasını sürüdü, getdi.

    Axdı damcı-damcı buz salxımları,
    Sellər yaraladı bürcü, hasarı.
    Biz ayrı düşəli bir qışın qarı
    Gözümün içində əridi, getdi.

    Könlümdə dörd fəslin qəmi, nisgili,
    Möhnətin sonu yox, qəmin sahili,
    Yetmiş vida ili, ayrılıq ili,
    Ömrün günlərinin biriydi, getdi.
    Bir dağ kəli yaraladım zirvədə

    Bir dağ kəli yaraladım zirvədə
    Baş titrədi, ayaq əsdi, daş axdı.
    Bir canlını candan saldı bir zədə
    İki gözdən iki damla yaş axdı.

    Düşünmədim, anadır, ya baladır,
    Ovçu atar ov bərədən keçəndə
    Ala tula qanlı daşı yaladı,
    O sönürdü tikanlığın içində.

    Qabaqlaşdıq sökülməmiş qızıl dan,
    Mən silahlı, o silahsız bu yerdə.
    Yarıyolda ayrı düşdü qatardan,
    Mən günahlı, o günhasız bu yerdə.

    Öz halına təkcə özü ağladı,
    Kimi var ki, kim dayana yanında.
    Dil uzadıb, nəm torpağı yaladı,
    Sumu keçdi xəyalından son anda.

    Dodaq yanır, yanaq yanır, üz yanır,
    Buludumu, dumanımı əyləsin?
    Boylandıqca baxış yanır, göz yanır,
    Bu yanğıyla sellər, sular neyləsin?

    Ağır-ağır dartıb bükdü dizini,
    Muncuqladı kirpiklərdə donan tər.
    İndən belə toz basacaq izini,
    İndən belə nə yürüş var, nə səfər.

    Birdən-birə elə çırpdı özünü,
    Sağ buynuzu qopub qaldı qayada.
    Ey Hüseyn, müxtəsər et sözünü,
    Bu qan səni tutasıydı, tutdu da.

    Gözəllərə

    (zarafatyana)

    Gözəllər, söyləyin bu necə işdi,
    Qiyməti şöhrətə ada verdiniz?
    Kədəri yaxının üstünə atıb,
    Sevinci aparıb yada verdiniz?

    Hər saxta gülüşə, hər yalan sözə,
    Aldanıb düşdünüz dolaşıq işə.
    Sonralar möhnətlə gəlib üz-üzə
    Ömrü közə tutub, oda verdiniz.

    Buza döndü qələm, bozardı kağız,
    Arxamı qış kəsdi, qarşımı payız.
    Yüzünüz bir şair yaratmadınız,
    Biriniz yüz şair bada verdiniz…

    Sən dərsə gəlməyəndə…

    Düşür yadıma hərdən
    Məktəb həyətində mən
    Yoluna göz dikərdim,
    Qəlbim sızlardı birdən
    Sən dərsə gəlməyəndə…

    Durub-durub anardım,
    Gizli-gizli yanardım.
    Neçə dostun içində
    Özümü tək sanardım.
    Sən dərsə gəlməyəndə…

    Zəng səsi ucalardı,
    Uşaqlar söz alardı.
    Gözlərim boş masanda.
    Fikrim səndə qalardı
    Sən dərsə gəlməyəndə…

    Dözməyib buna bəzən
    Düşüb gah da həvəsdən
    Nə danım həqiqəti,
    Qaçardım mən də dərsdən
    Sən dərsə gəlməyəndə…

    A QIZLAR

    Siz elə kimsəylə oturub, durun,
    Könlünüz nə desə yetirsin sizə.
    Bir əli daş-qaşla oynasın onun,
    Bir əli gül-çiçək bitirsin sizə.
    Xidmətmi gərəkdir?
    Hər xidmət hazır,
    Burda beçə balı, orda ət hazır
    Mənzil istəsəniz, imarət hazır,
    Günəşi ovcunda gətirsin sizə.

    Hüseyn Arifin bir ərzi də var,
    Çoxdankı, çoxları çox şey arzular.
    Sevəndə katibi sevin, a qızlar,
    Şairin nəyi var, nə versin sizə?!

    MEŞƏBƏYİ

    Kef üstündə kefimizi
    Gəldi, sordu meşəbəyi.
    – Buyur! – dedik, atdan enib,
    Bardaş qurdu meşəbəyi

    Qamçısını atdı sola,
    Çantasını çəkdi dala.
    Şirin-şirin, bala-bala
    Bizlə vurdu meşəbəyi.

    İsti kabab, təzə fətir
    Doymaq olmur, yenə gətir.
    Bığlarını arada bir
    Eşib durdu meşəbəyi

    Altımışı verib yelə
    Düşməyibdir ruhdan hələ
    Qarşıdakı bir gözələ
    Göz də vurdu meşəbəyi.

    Yatdı biri – keflənərək,
    Birini də yıxdı külək.
    Hüseynlə axıradək
    Möhkəm durdu meşəbəyi
    AY MİRZƏ DAYI

    Aşıq Mirzə Bayramova

    Mən beşikdə ikən telli sazınla
    Laylamı sən çaldın, ay Mirzə dayı
    Yenə dilləndirdin “Yanıq Kərəmi”
    Canıma od saldın, ay Mirzə dayı.

    Ağır toylar gördün, nişanlar gördün,
    Mahaldan-mahala atını sürdün.
    Gəlinlər gətirdin, qızlar köçürdün,
    Çox nəmərlər aldın, ay Mirzə dayı.

    Sənət meydanında imtahan olur,
    Hüseynin əhvalı pərişan olur.
    Səsin tutulanda könlüm qan olur,
    Sən niyə qocaldın, ay Mirzə dayı?

  • Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

    Festivalın ilk konsertlərindən biri Şuşada təşkil ediləcək

    Sentyabrın 18-dən 24-dək ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulur. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu səbəblə builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək. Sentyabrın 18-də Üzeyir Musiqi Günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.

    Bundan əlavə, sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə və Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda, cari festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start verilib və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılıb.

    Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.

    Onu da vurğulamaq lazımdır ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVID pasportu ilə giriş mümkün olacaq.

    Mənbə: https://azertag.az/

  • “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisinə əsər qəbulu davam edir

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabr ayının 6-da Vətən müharibəsində qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisi təşkil olunacaq.

    Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazanılmış möhtəşəm tarixi zəfərin əsərlərdə nümayişi məqsədilə açılacaq.

    Sərgidə 18 yaşdan yuxarı yerli və xarici rəssamlar, heykəltaraşlar, qrafika və akvarel ustaları əsərləri ilə iştirak edə bilər.

    Sərgidə iştirak etmək üçün işlərin fotoları qelebehuneri@gmail.com elektron ünvanına göndərilməlidir.

    Əsər göndərərkən işin keyfiyyətli fotosu çəkilməli (2-5MB), müəllifin ad və soyadı, işin adı, ölçü qeyd olunmalıdır.

    Sərgidə 100 əsər nümayiş ediləcək. Seçimdə professionallıq, mövzu və ideya orijinallığı nəzərə alınacaq.

    İştirakçı sərgiyə ən çox 3 əsərini təqdim edə bilər, lakin seçim əsasında sərgidə yalnız bir əsər nümayiş olunacaq.

    Əsərlərin fotosunun göndərilməsinin son qəbul tarixi 10 oktyabrdır.

    Sərgilənəcək əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək.

    Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial medya hesablarında paylaşılacaq.

    Seçilmiş əsərlər oktyabrın 30-dək Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir.

    Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.

    Sərgi Xətai Sənət Mərkəzində açılacaq.

    Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

    Mənbə: https://azertag.az/

  • Bəstəkarlar İttifaqı XIII Üzeyir Hacibəyli Beynəlxalq Musiqi Festivalı zamanı keçirəcəyi tədbirləri açıqlayıb

    Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) XIII Üzeyir Hacibəyli Beynəlxalq Musiqi Festivalı zamanı keçirəcəyi tədbirləri açıqlayıb.

    ABİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirlər sentyabrın 22-si və 24-də gerçəkləşəcək. Sentyabrın 22-də Üzeyir Hacibəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində ABİ-nin Üzeyir Hacıbəyli adına Konsert Salonunda “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans və konsert, sentyabrın 24-də isə görkəmli musiqişünas-alim, akademik, Əməkdar incəsənət xadimi və Əməkdar elm xadimi, professor Zemfira Səfərovanın yeni kitablarının təqdimatı keçiriləcək.

    Elmi konfransda respublikanın tanınmış musiqişünasları Üzeyir Hacıbəyli və onun məsləkdaşı görkəmli bəstəkar Müslüm Maqomayevin yaradıcılığına dair məruzələri təqdim edəcəklər. ABİ-nın məsul katibi, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanın “Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin Azərbaycan etnomusiqişünaslığında rolu”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyevanın “Məmməd Sadıq Əfəndiyevin Üzeyir Hacıbəylinin “Koroğlu” operası haqqında ilk elmi-tədqiqat məqaləsinə dair fikirlər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmailovanın “Üzeyir Hacıbəylinin yaradıcılığında milli məfkurə və türkçülük ideyalarının təcəssümü”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın “Müslüm Maqomayevin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində”, Bakı Musiqi Kollecinin və Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin müəllimi Raya Abbasovanın “Üzeyir Hacıbəyli ənənələri Əşrəf Abbasovun yaradıcılığında və rəhbərlik fəaliyyətində” mövzularında məruzələri konfrans iştirakçılarının diqqətinə çatdırılacaq.

    Elmi konfransda, həmçinin Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” əsərləri ilə təməlini qoyduğu qəzəl-romans janrının ənənələrinin davam və inkişaf etdirilməsi məqsədilə, ABİ tərəfindən keçirilmiş “Nizami Gəncəvi İli”nə həsr olunmuş qəzəl-romans müsabiqəsi laureatlarının əsərləri, o cümlədən Lalə Cəfərovanın “Səbr et” (solist – Əməkdar artist Fərid Əliyev) və Azər Dadaşovun “Sevgi qanaddır” (solist – Nigar Cəlilova) qəzəl-romansları ifa olunacaq.

    Sentyabrın 24-də Bəstəkarlar İttifaqının, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirəcək tədbirdə akademik Zemfira Səfərovanın yeni kitabları, o cümlədən layihənin rəhbəri və elmi redaktoru, bir çox oçerklərin, “Ön söz” və şərhlərin müəllifi olduğu “Azərbaycan musiqi tarixi” çoxcildliyinin V cildi, “Şuşa Azərbaycanın musiqi qalasıdır” (Azərbaycan və rus dillərində), habelə “Türk dünyasının Müzik Yıldızı – Üzeyir Hacıbəyli” kitabları musiqi ictimaiyyətinə təqdim ediləcək.

    Respublikanın tanınmış elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi təqdimat mərasimində Qədim Musiqi Alətləri Dövlət Ansamblı (bədii rəhbər – Xalq artisti Munis Şərifov), Xalq artisti Gülnaz İsmayılova (soprano) və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli (piano) Azərbaycanın klassik bəstəkarlarının əsərlərini ifa edəcəklər.

    Mənbə: https://azertag.az/

  • Xalq şairi Qabil haqqında videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı M.Talıbova Xalq şairi Qabil haqqında videoçarx hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda şairin həyat və yaradıcılığı haqqında geniş məlumatlar yer alıb.

    Azərbaycanın Xalq şairi Qabil İmamverdiyev 12 avqust 1926-cı il anadan olub. O,1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatına,1996-cı ildə “Şöhrət”, 2006-cı ildə “İstiqlal” ordenlərinə, 1980-ci ildə “Əməkdə igidliyə görə” medalına və digər mükafatlara layiq görülüb.

    Şair “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri” kimi bir sıra kitabların müəllifidir.

    Mənbə: https://azertag.az/

  • Əməkdar artist Yaqub Zurufçu vəfat edib

    Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Əməkdar artist Yaqub Zurufçu vəfat edib.

    Bunu AZƏRTAC-a “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

    Məlumata əsasən, Əməkdar artistin həyatını xilas etmək cəhdləri nəticə verməyib: “Yaqub Zurufçu bu gün təxminən saat 17 radələrində vəfat edib”.

    Qeyd edək ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri var xana-xana”, “De gülüm gəlsin ay nənə”, “Dilbər” mahnısını ifa edib. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görülüb.

    Mənbə: https://azertag.az/

  • Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

    Sentyabrın 10-dan 18-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda XVI Beynəlxalq Caz Festivalı keçiriləcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ikiillik fasilədən sonra keçirilən builki Bakı Caz Festivalı Azərbaycanın qəhrəman şəhidlərinin əziz xatirəsinə, eləcə də çətin zamanların ağırlığı altında əyilməyən caz musiqisinin ruhuna həsr olunur.

    Bu il Bakı Caz Festivalı, həmçinin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq karantin qaydalarına uyğun şəkildə keçirilməsi ilə fərqlənəcək. Bütün çətinliklərə baxmayaraq, Bakı Caz Festivalı beynəlxalq səviyyədə qalır və dünyanın hər yerindən ən yaxşı musiqiçiləri öz ətrafına toplayaraq yüksək standartlara uyğun təşkil olunacaq.

    Festivalın konsertləri “Beer Hall and Music Club” və “Art Tower Gallery”də, qala konsert isə sentyabrın 18-də “Shahdag Night Club”da keçiriləcək.

    Bu il festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Festivalda xarici həmkarları ilə birlikdə azərbaycanlı cazmenlər – Əməkdar artistlər Rain Sultanov, İsfar Sarabski, musiqiçilər Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, Əfqan Rəsul, Nicat Aslanov və başqaları çıxış edəcəklər.

    Bakı Caz Festivalı ənənəvi olaraq uzun illərdir keçirilən və artıq istedadlı musiqiçilər nəslini yetişdirən caz ifaçıları yarışmasına xüsusi diqqət yetirir. Builki festival çərçivəsində də gənc istedadlar üçün müsabiqə təşkil olunacaq.

    Sentyabrın 10-da festival çərçivəsində azərbaycanlı rəssamlar Hüseyn Haqverdiyev, Bəhram Xəlilov, Rüstəm Hüseynov, Arif Quluzadə “İmprovised by İndustry” layihəsini təqdim edəcəklər. Sentyabrın 17-də isə dizayner Leyla Əhmədovanın moda nümayişi – caz mövzusunda tamamilə yeni bir kolleksiyası təqdim olunacaq.

    Sentyabrın 11-12-də “İncəsənət qülləsi” (“Art Tower”) qalereyasında caz-kino proqramı – keçən əsrin əfsanəvi filmlərinin nümayişi olacaq.

    Bu il də Bakı Caz Festivalının ayrılmaz hissəsi olaraq ustad dərsləri və cem-seyşnlər (jam-session) təşkil ediləcək.

    Qeyd edək ki, Bakı Caz Festivalı axırıncı dəfə 2019-cu il 18–27 oktyabr tarixlərində “Daha çox caz, daha çox intellekt” şüarı altında keçirilmişdi.

    Mənbə: https://azertag.az/

  • Fars dili və poeziya günü ilə əlaqədar İranda beynəlxalq tədbir keçiriləcək

    İranda fars dili və poeziya günü ilə əlaqədar Azərbaycan, Türkiyə və Rusiyanın mədəniyyət nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbir keçirmək planlaşdırılır.

    AZƏRTAC xəbər verir ki, bu barədə İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin nümayəndəsi Qasım Nazimi məlumat verib. O bildirib ki, fars dili və poeziya günü-sentyabrın 18-də İranın Azərbaycan əsilli böyük şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatı gününə təsadüf edir. Dahi şair Təbriz şəhərində dəfn edilib. Bununla əlaqədar olaraq Təbrizdə möhtəşəm tədbirlər keçiriləcək.

    Qasım Nazimi nəzərə çatdırıb ki, cari ildə bu əlamətdar gün ilə əlaqədar beynəlxalq xarakter daşıyan tədbirlər yalnız Təbriz şəhərində deyil, Tehran daxil olmaqla, İranın müxtəlif şəhərlərində də keçiriləcək.

    Rabil Kətanov

    AZƏRTAC-ın xüsusi müxbiri

    Tehran

    Mənbə: https://azertag.az/

  • Kitabxana Aşiq Ələsgərin 200 illik yubileyi münasibətilə metodiki vəsait hazırlayıb

    Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Respublika Gənclər Kitabxanası böyük söz ustadı Aşıq Ələsgərə həsr olunmuş silsilə tədbirləri içərisində son günlərdə izləyicilərə təqdim olunan “Ustad el aşığı” metodik vəsaiti xüsusi yer tutur.

    AZƏRTAC xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən kitabxana əməkdaşlarına yardımçı ola biləcək metodik vəsaitdə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, Azərbaycan ədəbiyyatının görkəmli simalarının ustad haqqında söylədikləri fikirlər yer alıb. Vəsaitdə illərdir ki, Azərbaycanda el sənətinə göstərilən qayğının bariz nümunəsi olan rəsmi sənədlər də işıqlandırılıb. Təqdim edilən vəsaitin özəlliyi şairin 200 illik yubileyi çərçivəsində kitabxanalarda keçiriləcək tədbirlər haqqında tövsiyələrin yer almasıdır. Belə ki, burada Aşıq Ələsgər irsinin kitabxanalarda təbliği mövzusuna geniş və hərtərəfli diqqət ayrılmışdır. Bir çox kitabxanaçılar üçün metodiki tövsiyələr ilə zəngin olan bu vəsaitdə sözügedən mövzuda “elektron məlumat bazası”nın, “viktorinalar”ın, “Virtual kitab sərgiləri”nin, “ekskursiyalar”ın, “ədəbi-bədii gecələr”in, “ədəbi diskussiyalar”ın və s. necə və hansı formada təşkili və idarə edilməsi mövzusunda dəyərli məsləhətlər verilib. Vəsaitdə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə hazırlana biləcək “biblioqrafik icmal”ın əsasında aşıq yaradıcılığına həsr olunmuş bir sıra kitabların annotasiyaları təqdim edilib.

    “Ustad el aşığı” metodik vəsaiti kitabxananın rəsmi saytında – https://ryl.az/files/ustad_el_ashigi.pdf linkı altında yerləşdirilib.

    Mənbə: https://azertag.az/

  • Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbuluna başlanılıb

    Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.

    Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

    O qeyd edib ki, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi Komissiyanın iclasında 2020 – 2021-ci illərdə xarici filmlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən Komissiyaya 1 nüsxə Dvd formatında təqdim olunması qərara alınıb.

    Qeyd edək ki, filmlər geri qaytarılmır və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fondunda saxlanılır.

    Filmlər komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.

    Mənbə: https://azertag.az/

  • “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlı kitab işıq üzü görüb

    Çoxəsrlik aşıq sənəti ənənələrinə yeni məzmun qazandıran, xalq ruhuyla səsləşən əsərlər yaradaraq həm də Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Aşıq Ələsgərin zəngin poetik irsinə həmişə böyük diqqət göstərilib, əsərləri nəşr olunub, sözləri aşıqlarımızın repertuarında daim mühüm yer tutmaqla yanaşı, bəstəkarların da diqqətini çəkib, mahnılar bəstələnib. Milli-mənəvi dəyərlərimizə həmişə böyük qayğı göstərən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu böyük saz və söz ustadının 150 illik yubileyi respublikamızla yanaşı, Moskvada da təntənəli şəkildə qeyd olunub. Bu il ölkəmizdə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi qeyd olunur. Bununla bağlı 2021-ci il fevralın 18-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində ölkəmizdə indiyədək bir sıra işlər görülüb. Azərbaycan Aşıqlar Birliyi də yubileylə bağlı hələ ilin əvvəlindən geniş tədbirlər planı hazırlayıb. İlk dəfə olaraq hər şeirin hansı aşıq havaları üstə oxunması və yabançı sözlərin izahı verilməklə Aşıq Ələsgərin lirik şeirlərindən ibarət ayrıca kitab hazırlanıb. Klassik və müasir aşıqların ifasında Aşıq Ələsgərin sözlərindən və ustadla bağlı dastan-rəvayətlərdən ibarət video və audiodisk buraxılıb.

    Bu yaxınlarda Azərbaycan Aşıqlar Birliyinin yeni bir yubiley töhfəsi işıq üzü görüb – “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlı kitab sənətsevərlərin, elmi ictimaiyyətin və geniş oxucu kütləsinin ixtiyarına verilib.

    Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, kitabda ustad sənətkar Aşıq Ələsgərin ömür və sənət yolunun maraqlı, unudulmaz məqamlarından söz açılan 30-a yaxın dastan-rəvayət yer alıb. Bu dastan-rəvayətlərin bəziləri hələ aşığın sağlığında, daha böyük hissəsi isə sonrakı dönəmlərdə aşıqlar tərəfindən düzülüb-qoşulmuşdur. Burada xronoloji-bioqrafik əhvalatlar, eləcə də, xalq təxəyyülündən doğan epik mətnlər, aşıqların, o cümlədən də el-camaatın arzu-istəklərindən irəli gələn xoşməramlı səfərlər və qarşılaşmalar yer alıb.

    Kitabda dastan-rəvayətlərdə işlənmiş ərəb və fars mənşəli sözlərin, eləcə də arxaizm və məhəlli sözlərin izahı, “Qeydlər və izahlar” bölümündə isə kitabda yer almış dastan və rəvayətlərin yaranma tarixi, hansı aşıqların dilindən yazıya alınması və indiyədək nəşr olunduğu mənbələr haqqında məlumat verilir ki, bu da folklorşünas alimlər, eləcə də aşıq sənəti üzrə təhsil alan bakalavr və magistrlər üçün əhəmiyyətlidir.

    Kitabı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı və filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova, elmi məsləhətçi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

    Mənbə: https://azertag.az/

  • Gənc xanım yazar Sevinc Yunuslunun “Son dayanacaq Sən” adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçiriləcək

    10 sentyabr 2021-ci il tarixində saat 17:00-da AZƏRKİTABda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Sevinc Yunuslunun “Son dayanacaq Sən” adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycan Aşıqlar Birliyinin mətbu orqanı “OZAN DÜNYASI” jurnalının növbəti sayı nəşrə hazırlanır

    Azərbaycan Aşıqlar Birliyinin mətbu orqanı “OZAN DÜNYASI” jurnalının növbəti sayı nəşrə hazırlanır.

    Aşıq yaradıcılığı, görkəmli ustad aşıqlarımız və eləcə də, xalq yaradıcılığının digər sahələrinə aid elmi-publisistik məqalələri olanlar mürciət edə bilərlər.

    Müəlliflər öz yazılarını musa58@bk.ru elektron poçtuna göndərə bilərlər.

  • Azərbaycanlı şair beynəlxalq poeziya müsabiqəsinin qalibi olub

    Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetinin Özbəkistanın Dövlət müstəqilliyinin 30 illiyi ilə bağlı keçirdiyi beynəlxalq poeziya müsabiqəsinə yekun vurulub.

    Azərbaycanlı şair Əkbər Qoşalı və vyetnamlı May Van Fan müsabiqənin qalibləri elan edilib.

    Müsabiqənin münsiflər heyətinin tərkibində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da olub.

    Qaliblərin şeirlərini özbək dilinə Raxmat Babajon və Mansur Jumayev tərcümə edib.

    azertag.az

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Maşa və ayı” multserialı növbəti seriyasını Azərbaycana həsr edib

    Rusiyada məşhur olan “Maşa və ayı” multserialı növbəti seriyasını Azərbaycana həsr edib.

    AZƏRTAC xəbər verir ki, “Animakkord” studiyasının istehsalı olan cizgi filminin növbəti seriyasında Maşa oyuncaqlarına Azərbaycan nağıllarının qəhrəmanı Cırtdanın sərgüzəştlərindən söhbət açır. Cizgi filmində hadisələr Qobustanda baş verir. Maşa filmdə həm də oyuncaqlarına Azərbaycan şirniyyatı – paxlava və şəkərbura “yedirdir”.

    “Maşa və ayı” cizgi filmi uşaqlar arasında çox sevilir. Hazırda serial “Parrot Analytics” uşaq şouları dünya reytinqində birinci yerdədir.

    Cizgi filminə serialın yutub kanalında aşağıdakı linkə daxil olaraq baxmaq mümkündü: (https://www.youtube.com/channel/UCRv76wLBC73jiP7LX4C3l8Q).

    Fəridə Abdullayeva

    AZƏRTAC-ın xüsusi müxbiri

    Moskva 

    Mənbə: https://azertag.az/

  • “VƏTƏN MÜHARİBƏSİ AŞIQLARIN YARADICILIĞINDA” adlı şeir müsabiqəsinə start verildi

    “OZAN DÜNYASI” AŞIQ YARADICILIĞININ TƏBLİĞİ ictimai birliyi “VƏTƏN MÜHARİBƏSİ AŞIQLARIN YARADICILIĞINDA” adlı şeir müsabiqəsi elan edir.

    Müsabiqədə bədii yaradıcılıqla məşğul olan aşıqlar Qarabağ müharibəsi mövzusunda yazdıqları şeirlərlə iştirak edə bilərlər. Respublikamızın tanınmış söz adamlarından ibarət münsiflər heyətinin layiq bildiyi şeirlər sonda bir toplu halında nəşr olunacaq, qaliblərə diplom veriləcək.

    Müsabiqədə iştirak etmək istəyən aşıqlar şeirlərini kağızda yaxud da elektron şəkildə 2021-ci il oktyabrın 15-dək çatdıra bilərlər. email adres: ozandunyası58@mail.ru

  • Məmməd Araz yaradıcılığı Qazaxıstan ədəbiyyat portalında

    Qazaxıstanın populyar “Adebiportal. kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycan Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə edilmiş “İlhamım”, “Od kimi, su kimi” şeirlərinə və ədibin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

    Dövlət Tərcümə Mərkəzində AZƏRTAC-a bildirilib seirlərin rus dilinə tərcümə müəllifi Rusiyanın tanınmış şairi və tərcüməçisi Nikolay Qoroxovdur.

    Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənən “Adebiportal.kz” müntəzəm olaraq səhifələrində Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voynic, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

    Mənbə: https://azertag.az/

  • Milli Qəhrəman Rafiq Alıcanov haqqında sənədli film çəkilib

    Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası”nda “Azərbaycanın Milli qəhrəmanları” silsiləsindən olan sənədli filmlərin çəkilişləri davam edir. Bu silsilədən “Salnaməfilm studiyası”da ekranlaşdırılan növbəti film “Oğuz elinin qəhrəmanı” adlanır.

    AZƏRTAC xəbər verir ki, “Oğuz elinin qəhrəmanı” filmi Milli Qəhrəman Rafiq Alıcanov (1965-1993) haqqındadır. Rafiq Alıcanov zabit kimi Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilanda və Naxçıvanda döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib.

    Filmin çəkilişləri Milli Qəhrəmanın doğulduğu Qazax rayonunda və Bakıda aparılıb. Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

    Mənbə: https://azertag.az/

  • Yazıçı Varisin “Qızıl cib saatı” romanı Türkiyədə nəşr olunub

    Türkiyədə TADEV Yayınları nəşriyyatında yazıçı Varisin “Qızıl cib saatı” romanı nəşr olunub. AZƏRTAC xəbər verir ki, hazırda “Kitabyurdu”, “Kitab365.com” və digər platform üzərində kitabın satışına başlanılıb.

    Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində aça biləcək “Qızıl cib saatı” romanı Britaniya, Türkiyə və Azərbaycan arxivlərinin materialları əsasında yazılan, sırf dünya oxucusuna ünvanlanmış bir romandır.

    Azərbaycan Xalq Yazıçısı Kamal Abdullanın “Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir,” – deyə qiymət verdiyi roman Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin, habelə Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vakfının dəstəyi ilə işıq üzü görüb. Romanı Türkiyə türkcəsinə İmdat Avşar çevirib.

    Romanın başqa ölkələrdə nəşri də nəzərdə tutulur. O ki qaldı Azərbaycana, romanın ayrı-ayrı hissələri ilə Azərbaycan oxucuları “Ədəbiyyat qəzeti”ndən və “Azərbaycan” jurnalından tanışdırlar, tam romanla tanışlıq isə payız aylarında mümkün olacaq.

    Mənbə: https://azertag.az/

  • Hafiz Təmirovun “Arzu ömrü uzatmır” adlı kitabı işıq üzü görüb

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, “Polis” qəzetinin redaktoru, polkovnik-leytenant Hafiz Təmirovun “Arzu ömrü uzatmır” adlı kitabı işıq üzü görüb.

    AZƏRTAC verir ki, kitabda müəllifin yeni şeirləri ilə yanaşı, Vətənə, torpağa, sevgiyə, eləcə də Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş publisistik məqalələri yer alır.

    Redaktoru 178 nömrəli tam orta məktəbin müəllimi Elnarə Nəbiyeva olan kitabın “Ön söz” müəllifi 100 nömrəli tam orta məktəbin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Könül Səiddir.

    Hafiz Təmirovun böyük yaradıcılıq təcrübəsi var. 2009-cu ildə istedadlı gənclər üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülən müəllifin “Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”, “Dərdimdən ölən dərdlərim”, “İşıq”, “Sevgi də bir Vətəndir” və “Xatirən var” kitabları oxucuların və sənət cameəsinin rəğbətini qazanıb.

    Qeyd edək ki, Hafiz Təmirov Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Mənbə: https://azertag.az/

  • “Yarıda qalmış uçuş” filmi Milli Qəhrəman Hikmət Muradova həsr olunub

    Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası”nda “Azərbaycanın Milli qəhrəmanları” silsiləsindən olan sənədli filmlərin çəkilməkdə davam edir. Bu silsilədən “Salnaməfilm studiyası”da ekranlaşdırılan növbəti film “Yarıda qalmış uçuş” adlanır.

    AZƏRTAC xəbər verir ki, “Yarıda qalmış uçuş” filmi Milli Qəhrəman, hərbi pilot Hikmət Muradov haqqındadır. Filmin ssenari müəllifi və rejissoru Yavər Rzayevdir. Hikmət Muradov AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. Döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü. O, sərt döyüş anında belə işindən bir addım geri çəkilməyib. Sonuncu əməliyyat zamanı isə Xocalı ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi güclü raket atəşinə məruz qalır. Hikmət Muradov Xocalı aeroportundan Yevlaxa apardığı 6 nəfər dispetçerlə birlikdə şəhid olmuşdur. Filmdə qəhrəmanın sinif yoldaşları, qardaşı, əmisinin qisasını almaq üçün II Qarabağ savaşına yollanan qardaşı oğlunun müsahibəsi və onun nakam, yarımçıq qalmış məhəbbət hekayəsindən danışılır. Filmdə qəhrəmanın şəxsi arxivindən istifadə edilərək uşaqlıq, məktəb illərinin, oxuduğu Kiyev Uçuş məktəbində çəkdirdiyi fotoşəkillərdən istifadə olunub.

    Ekran əsərinin paytaxtda və bölgələrdəki mədəniyyət ocaqlarında, hərbi hissə və hərbi məktəblərdə, ali və orta ümumtəhsil məktəblərində, kino mərkəzlərində nümayişləri artıq təşkil olunub.

    Filmin operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

    Mənbə: https://azertag.az/

  • “Ulduz”un iyul nömrəsində…

    “Ulduz” jurnalının iyul nömrəsi işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi İntiqam Yaşarın “Özüylə söhbəti və şeirləri”ylə açılır. “Nəsr” bölməsində İlhamə Nasir, Günay Səma Şirvan, Nihat Pir, Ruslan Mollayev yeni əsərləri ilə oxucuların görüşünə gəlib. “Qısa fikirlər xəzinəsi” Cəlal Məmmədovun təqdimatında dühaların qısa deyimlərini təqdim edir.

    “Şeir vaxtı”nda Məlik Atilayın, “Elegiya”da Elşad Baratın əsərləri yer alıb. “Tərcümə saatı”nda ingilis yazıçısı Livelin Voqan Lidin “Aşiq və Məşuq” əsərini Elmar Vüqarlı oxuculara təqdim edir. “Tənqid”də filologiya elmləri doktoru Vaqif Yusifli “Aysellər”dən yazır. “Türk eli” Ziya Qaratəkinin şeirlərini, İmdat Avşarın “Şəkil və Qaşov” hekayəsini təqdim edir. “Ulduz”un bu nömrəsində oxucular Əlizadə Nuri, Nazim Əhmədli, Şahnaz Şahin, Nərgiz Məhərrəmzadə və Aida Adıgözəlinin şeirlərini, Qalib Şəfahətin novellasını oxuya biləcəklər. “Reportaj”da Nadir Rzalı “Bir masa ədəbiyyat”ı təqdim edir. Nurlana İşığın, Mina Rəşidin yazıları da bu nömrədə yer alır.

    “Tribuna”da Abid Tahirli “Mühacirət mətbuatı, Həsən bəy Zərdabi və “Əkinçi” haqqında” yazır.

    Mənbə: https://azertag.az/

  • “Qələmsiz yazılanlar” kitabı rus dilində nəşr olunub

    Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcidin “Qələmsiz yazılanlar” kitabı “Mütərcim” nəşriyyatında Nərgiz Əfəndiyevanın tərcüməsində “Ne perom napisannıe” adı ilə rus dilində nəşr olunub.

    AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət kitabın “Status-esselər” adlanan birinci hissəsində müəllifin təxminən on ildən çox zaman kəsiyini əhatə edən və sosial şəbəkələrdə yazdığı statusları toplanıb. Bu statuslarda əsasən ictimai həyatla sıx təmasda olan şair-publisistin hadisələrə operativ münasibəti yer alıb. Kitabın ikinci hissəsi olan “Sms-esselər” bölümü isə böyük bir sevgi etirafı, yaxud ən doğma adamla dərdləşmə kimi qavranılır. “Sms-esselər”i yazılmamış bir romanın eskizləri də adlandırmaq olar, real insan həyatının parçaları da.

    AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin kitaba yazdığı “Ön söz”də qeyd etdiyi kimi, bu kitabla Rəşad Məcid Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində yeni janrlara imza atıb: “Rəşad Məcidin statusları və “sms-esseləri” müstəqillik dövr Azərbaycan sosial şəbəkə ədəbiyyatının yol xəritəsidir. Rəşad Məcidin statusları və sms-ləri gələcək bir romanın eskizləridir. Rəşad Məcidin statusları və sms-ləri – Azərbaycan qrafik ədəbiyyatının yeni tarixi mərhələdəki ilk təzahürləridir. Nəhayət, Rəşad Məcidin statusları və sms-ləri böyük ədəbiyyatın feysbukdakı stenoqramıdır. Bütün yönləri ilə yaradıcı olan Rəşad Məcid sosial şəbəkələrdəki status və sms dünyasına da yeni bir yaradıcılıq ab-havası gətirən novator yazıçıdır”.

    Qeyd edək ki, “Qələmsiz yazılanlar” kitabı ilk dəfə 2019-cu ildə Azərbaycan dilində çap edilib. Kitab Azərbaycanın ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb, haqqında bir çox yazılar işıq üzü görüb. Bundan sonra isə kitab yenə həmin il yazıçı İmdat Avşarın tərcüməsində Türkiyədə türk dilində nəşr olunub və Türk Ədəbiyyatı Vəqfində təqdimat mərasimi keçirilib.

    Mənbə: https://azertag.az/

  • BDU-da “Nizami Gəncəvi – 880” adlı videoçarxlar hazırlanır

    Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tədris teleradio studiyasında (BDU TV) jurnalistika ixtisasında təhsil alan tələbələr müntəzəm olaraq televiziya və radio verilişləri, süjetlər, tanıtım çarxları, sənədli filmlər hazırlayaraq yayımlayırlar.

    Hazırda studiyada Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində BDU üzrə tədbirlər planına müvafiq olaraq dahi şairin yaradıcılığına həsr olunan silsilə “Nizami Gəncəvi – 880” adlı videoçarxlar hazırlanır.

    Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, cari ilin ilk yarısında tələbələrin iştirakı ilə müxtəlif mövzularda 20-dən çox videoçarx hazırlanıb və ictimaiyyətə təqdim olunub.

    Vətən müharibəsi dövründə studiyada hazırlanan silsilə proqramlarda, “Şuşa bizi gözləyir”, “Xarıbülbül”, “Terrora yox!”, “Həsrətinə qovuşduq, “Xudafərin” kimi kompozisiyalarda, BDU TV və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə layihəsi olan “Mətbuat səngəri” adlı silsilə maarifləndirici verilişlərdə torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq mübarizəmiz, rəşadətli ordumuzun parlaq qələbəsi, müharibədə medianın üzərinə düşən vəzifələr, informasiya müharibəsi, tələbə-gənclərin mövcud vəziyyətlə bağlı maarifləndirilməsi kimi mövzular əhatə olunub.

    Mənbə: https://azertag.az/Mənbə: https://azertag.az/

  • Xalq yazıçısı Kamal Abdullanın yeni romanı çap olunub

    Xalq yazıçısı Kamal Abdullanın “Laokoon…Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” adlı yeni kitabı işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, yazıçının sayca beşinci romanı olan əsərdə müəllif məşhur “Yarımçıq əlyazma” romanının yazılma tarixçəsini özünəməxsus bədii-fəlsəfi formada təqdim edir.

    Roman iç-içə süjetlər və fəsillər vasitəsilə, mifoloji zamanla çağdaş zaman arasında sıçrayışlarla müşayiət edilən hadisələr şəklində qurulub.

    Əsərin qəhrəmanı olan Vaqif bir roman yazmaqdadır, bütün düşüncəsi, varlığı həmin əsəri yazarkən içinə dolan “tanış və yad sonsuz lüğət”lə bağlı suallarla dolur. Vaqif öz şübhələrini sevgilisi Firəngizin gözlənilməz suallarında, gözlənilməz şəkildə məsələnin məğzinə işıq tutan baxışlarında yəqinləşdirir. Əsər həm Vaqiflə Firəngizin sevgi əhvalatı mənasında romandır, həm də Vaqif əsər boyu yazmaqda olduğu kitab mənasında roman.

    “Köhlən” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Cavid Zeynallıdır.

    Kitabın “Ön söz”ü çoxmüəlliflidir. “Ön söz”də Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığı haqqında Umberto Eko, Franko Kardini, Maks Statkiyeviç, Anastasiya Yermakova, Lüdmila Lavrova, Lev Anninskiy, Klod Aliber, Sudha Svarnakar, Anar, Ramiz Rövşən, İsa Həbibbəyli, Arif Acaloğlu, Tehran Əlişanoğlu, Azər Turan, Vaqif Nəsib, Aqşin Yenisey, Elnarə Akimova, Mətanət Vahid, Maraq Yaqubova, Qismət Rüstəmov, Nargis və Ülvi Babasoyun fikirləri yer alıb.

    Kamal Abdulla yeni əsəri haqqında fikrini belə ifadə edib: “Bu roman Laokoona inanan Troya haqqındadır”.

    Mənbə: https://azertag.az/

  • Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

    Bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kinosu yaranmasının 123-cü ildönümünü qeyd edir.

    Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.

    Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

    Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

    Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

    1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

    “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

    Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.

    Bu il 123-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

    Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 60-a yaxın ölkədə keçirilən 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.

    Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli Sərəncamına əsasən hazırlanmış və kino sahəsinin bütün istiqamətlərində islahatların aparılmasını nəzərdə tutan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

    Diqqətə çatdıraq ki, hər il 2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilir. Bu ilin əvvəlindən bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus pandemiyasının ən çox mənfi təsir göstərdiyi sahələrdən biri də kino sahəsidir. Demək olar ki, bütün dünyada kino ilə bağlı kütləvi tədbirlər təxirə salınıb. Ümid edirik ki, bəşəriyyət tezliklə bu xəstəliyə qalib gələcək və həyat normal axarına düşəcək. Kino pavilyonları fəaliyyətini bərpa edəcək, böyük ekranlar yeni maraqlı filmlərlə tamaşaçıların görüşünə gələcək. Azərbaycanda da kino sahəsində yeni bir canlanma yaşanacaq.

    Azərbaycan Kinosu Günü münasibətilə bütün kino ictimaiyyətini təbrik edirik.

    Mənbə: https://azertag.az/

  • Milli Kitabxana “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı virtual sərgi təqdim edib

    Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə eyniadlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə görkəmli şəxslərin ana dilimiz haqqında fikirləri, Azərbaycan dilinin qorunması və inkişafı baxımından imzalanan rəsmi sənədlər, Milli Kitabxananın fondundan ana dilimiz haqqında kitab və mövzuya dair digər resurslar yer alıb.

    Qeyd edək ki, avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

    Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm linkindən istifadə edə bilərlər.

    Mənbə: https://azertag.az/

  • Kitabxana əməkdaşları ustad Şəhriyarın xatirəsinə həsr olunmuş silsilə materiallar hazırlayıb

    10

    Respublika Gənclər Kitabxanasının əməkdaşları ustad Şəhriyarın xatirəsinə həsr olunmuş “Həm İranın, həm də bütün Şərq aləminin iftixarı” adlı biblioqrafik icmal, “Məhəmmədhüseyn Şəhriyar Azərbaycan türkü olan şair” adlı videoçarx və virtual kitab sərgisi hazırlayıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik icmalda dahi şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, bundan əlavə müəllifi olduğu əsərlər və şeirlərindən parçalar təqdim olunur. İzləyicilərə təqdim olunan bu materialda Şəhriyarın müəllifi olduğu və həmçinin də onun həyat və yaradıcılıq yoluna həsr olunmuş “Yalan dünya”, “M.Şəhriyar və zəmanəmiz”, “Şəhriyar poeziyası və milli təkamül”, “Aman ayrılıq: poema və şeirlər” və s. kitabların annotasiyası verilib.

    “Məhəmmədhüseyn Şəhriyar Azərbaycan türkü olan şair” adlı videoçarx və virtual kitab sərgisində isə ustad Şəhriyar haqqında yazılı məlumatlardan əlavə, onun müxtəlif illərdə lentə alınmış səs yazıları da təqdim olunur. İzləyicilər burada dahi şairin öz dilindən müəllifi olduğu şeirlərdən parçalar dinləmək imkanı qazanırlar. Bundan əlavə, materiallarda şairin sözlərinə yazılmış mahnılardan nümunələr də təqdim olunur. Virtual kitab sərgisində Şəhriyarın müəllifi olduğu kitablar izləyicilərin diqqətinə təqdim edilir, xatirəsinin əbədiləşdirilməsi və milli irsi haqqında məlumat verilir.

    Mənbə: https://azertag.az/

  • Xalq artisti Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunub

    Prezident İlham Əliyevin iyulun 31-də imzaladığı Sərəncamla Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunub.

    AZƏRTAC xəbər verir ki, ölkə başçısı, sənətkarın musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında da Sərəncam imzalayıb.

    Mənbə: https://azertag.az/

  • Bu gün böyük Azərbaycan şairi Şəhriyarın doğum günüdür

    Bu gün böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 115-ci ildönümü tamam olur.

    AZƏRTAC xəbər verir ki, şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.

    Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. O, Təbrizdə orta təhsil alaraq Tehran Universitetinin tibb fakültəsinə daxil olub. Təhsilini yarımçıq qoysa da, dahi şair xalq təbabətinə dərindən bələd olduğu üçün həkimliklə də məşğul olub.

    Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub.

    O, XX əsrin 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlayıb. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Məhəmməd Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olub.

    M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poeması olub. Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib. Şairin ata-baba yurdunun şirin xatirələri ilə yaşayan, “Heydərbabaya salam” poeması haqqında M.Rövşənzəmir yazırdı: “Heydərbaba dağı bir gün yerlə-yeksan оla bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeiri nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaqdır”.

    Məhəmmədhüseyn Şəhriyarın xatirəsi ədəbiyyatsevərlərin ürəyində əbədi yaşayır və sevilir. O, 18 sentyabr 1988-ci ildə 82 yaşında Təbrizdə vəfat etsə də, o gün hər il İranda “Milli şeir günü” kimi qeyd edilir.

    Mənbə: https://azertag.az/

  • Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illiyi ərəfəsində “Seçilmiş əsərləri” nəşr edilib

    Çoxcildliyə yazıçının indiyədək latın qrafikası ilə nəşr olunmamış əsərləri, eləcə də az tirajla yayımlanmış kitabları daxil edilib

    Bu il Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin (1921-2003) anadan olmasının 100 ili tamam olur. Yubiley ərəfəsində yazıçının çoxcildlik “Seçilmiş əsərləri”nin çapına başlanılıb və artıq bu il 12 cild nəşr olunub. “Elm və təhsil” nəşriyyatında yayımlanan cildlərə yazıçının indiyədək latın qrafikası ilə nəşr olunmamış əsərləri, eləcə də az tirajla yayımlanmış kitabları daxil edilib.

    Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov AZƏRTAC-a müsahibəsində bildirib ki, birinci cild yazıçının “Natəvan haqqında hekayələr”i ilə başlayır. Müəllifin “Seçilmiş əsərləri”ndə, həmçinin “Qobustan çökəklərində” romanı, “Qaratel”, “Manar sahillərində”, “Qoşqar”, “Bir zərrə iz…” və başqa povestləri, qırx hekayəsi ilk dəfə nəşr edilib. Hekayə və povestlərin bir qismi Əzizə Cəfərzadənin 1948-ci ildə çap edilmiş və Moskvanın qərarı ilə mətbəədən yığışdırılaraq yandırılmış “Hekayələr” kitabına daxil olan, həmçinin 1948-1963-cü illər ərzində nəşr olunmağa icazə verilmədiyi dövrdə yazdığı əsərlərdir.

    Əzizə Cəfərzadənin “Seçilmiş əsərləri”nə filologiya elmləri doktoru professor Vaqif Sultanlı “Ədəbiyyatın vətənsevərlik missiyasi” adlı geniş ön söz yazıb. O, həmçinin bir neçə cildin redaktorudur. Hekayə və povestlərin daxil edildiyi cildlərin tərtibatçısı, redaktoru və ön sözlərinin müəllifi Türkiyənin Mehmet Akif Ersoy Universitetinin müəllimi dosent Pərvanə Bayramdır.

    Bu kitablar, ilk növbədə, respublikanın müxtəlif şəhərlərində yerləşən mərkəzi kitabxanalara hədiyyə ediləcək. Artıq xeyli kitabxana “Seçilmiş əsərləri” və son dövrdə nəşr olunmuş kitabları elektron versiyaları ilə birlikdə öz fonduna daxil edib. Yaxın günlərdə digər kitabxanalara da əsərlər veriləcək və yazıçının www.azizajafarzade.com saytında kitabların elektron versiyası yerləşdiriləcək. Bu isə Əzizə Cəfərzadənin ədəbi irsinin Azərbaycanda və respublikadan kənarda yaşayan geniş oxucu kütləsinə çatdırılmasına kömək edəcək.

    Yazıçının digər əsərlərinin nəşri üzərində iş davam etdirilir və yeni hazırlanacaq iki cilddə oxuculara onun səyahətnamə janrında qələmə aldığı əsərləri təqdim ediləcək. Sonrakı cildlərdə yazıçının Azərbaycan klassik ədəbiyyatı, aşıq yaradıcılığı, həmçinin qadın aşıq və şairlərə həsr edilmiş elmi-tədqiqat işləri, publisistik məqalələri nəşr olunacaq.

    Ötən il də Əzizə Cəfərzadənin yaradıcılığının təbliği baxımından uğurlu olub və onun “Folklor araşdırmaları” və “Anamın nağılları” kitabları işıq üzü görüb. Bu il “Qanun” nəşriyyatı yazıçının “Bakı-1501” romanını yenidən çap edib. Bundan əlavə, “Hədəf nəşrləri” Əzizə Cəfərzadənin “Tanıdıqlarım, sevdiklərim xatirələrimdə”, “Bir səsin faciəsi” və bir neçə digər kitabını rusca nəşr etməyi planlaşdırır. Eləcə də “Altun kitab” nəşriyyatı “Bakı-1501” və “Gülüstan”dan öncə” romanlarının uşaqlar üçün işlənmiş variantını bu il nəşr etməyi nəzərdə tutur. Azərbaycan Milli Kitabxanası isə Əzizə Cəfərzadənin geniş biblioqrafiyasını (yazıçının arxivinin təsviri ilə) nəşrə hazırlayır.

    Mənbə: https://azertag.az/

  • Yazıçı Seyran Səxavətə AYB-nin “Nizami Gəncəvi” mükafatı təqdim olunub

    Görkəmli yazıçı Seyran Səxavət Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Nizami Gəncəvi” mükafatına layiq görülüb.

    AZƏRTAC xəbər verir ki, mükafatı AYB-nin sədri, Xalq yazıçısı Anar təqdim edib. AYB-nin sədri Seyran Səxavəti bu münasibətlə təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

    Seyran Səxavət belə bir dəyərli mükafata layiq görüldüyü üçün AYB rəhbərliyinə təşəkkürünü bildirib.

    Mənbə: https://azertag.az/

  • Kitabxana “Dünya şöhrətli yazıçı” adlı virtual sərgi hazırlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı məşhur yazıçı Artur Konan Doylun anım günü ilə əlaqədar “Dünya şöhrətli yazıçı” adlı virtual sərgi hazırlayıb.

    İdarədən AZƏRTAC-a bildirilib ki, virtual sərgi kitabxananın sosial hesablarında oxuculara təqdim olunub.

    Qeyd edək ki, detektiv ədəbiyyatı janrının ən parlaq nümayəndələrindən biri və Şerlok Holms, professor Çellincer kimi maraqlı obrazların müəllifi olan dünya şöhrətli yazıçı Artur Konan Doyl 1859-cu ildə Böyük Britaniyada anadan olub.

    Yazıçıya uğur gətirən ilk hekayəsi 1887-ci ildə “Beeton’s Christmas Annual” jurnalında çap olunan “Qırmızı Fayl” adlı hekayədir. 1891-ci ildən yeni nəşrə başlayan “Strend” dərgisi onun Şerlok Holmsın macəralarını hissə-hissə çap etməyə başladı. Konan Doylun universitet müəllimi Jozef Bellin simasında qələmə aldığı ağıllı, bacarıqlı və qəzəbli şəxsi detektiv oxucuya viktorian dövrünün məftunluq əzəmətini yaşatdı. O, Holmsdan bəhs edən 24 əhvalat yazdı, nəhayət, ondan bezən yazıçı “Şerlok Holmsın son işi” (1893) hekayəsində qəhrəmanını öldürdü.

    Artur Konan Doyl 1930-cu il iyulun 7-də infarktdan dünyasını dəyişib.

    Mənbə: https://azertag.az/

  • Üç bədii tammetrajlı film istehsal prosesindədir

    Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 3 bədii tammetrajlı film istehsal prosesindədir.

    Kinostudiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rejissor Elçin Musaoğlunun “Məryəm” filminin çəkilişlərinə may ayından başlanılıb. Hazırda Zaqatala-Balakən bölgəsində son çəkilişlər gedir və iyulun 10-na kimi çəkilişlər tamamlanacaq. Ekran əsərinin ilin sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulub.

    Dram janrında olan filmin süjet xətti ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən ruhi-əsəb xəstəxanasında tapan Məryəm adlı qızdan bəhs edir.

    İkinci Qarabağ müharibəsinə həsr olunmuş kinorejissor Vaqif Mustafayevin “Fəryad 2” filmi ilə bağlı hazırlıq prosesləri gedir. Filmin məkan çəkilişlərinə hazırlıq məqsədilə Hadrut və Bakı şəhərində dekorasiyalar qurulur. İyulun 15-dən sonra çəkilişlər başlanacaq.

    Asif Rüstəmovun “Mərmər soyuğu” adlı filmi isə fransalı şirkətlə birgə lentə alınacaq. İlin sonuna qədər bu iki filmin də çəkilişlərinin tamamlanması nəzərdə tutulub.

    Eyni zamanda, kinostudiyada bir neçə sənədli filmin çəkilişləri də davam edir. “Görünməyən qəhrəmanlar” adlı 5 hissəli silsilə xronikal filmlərin istehsalı prosesinə artıq start verilib. Silsilə filmlər İkinci Qarabağ müharibəsində öz qəhrəmanlıqları ilə ad qazanmış döyüşçülər haqqındadır. Mədəniyyət Nazirliyinin “Böyük qayıdış” ssenari müsabiqəsinin qalibi olan “Fulya” sənədli filmi tamamlanıb və montaj prosesindədir.

    Mənbə: https://azertag.az/

  • Leyla Əliyevanın kitabı Ukraynada nəşr olunub

    Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.

    Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur.

    Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.

    azertag.az

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Gürcüstanda nəşr olunub

    Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Tbilisidə nəşr olunub (ADTM).

    Azərbaycan Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “İverioni” nəşriyyatında işıq üzü görən kitabı orijinaldan gürcü dilinə görkəmli gürcü şərqşünası və mütərcimi professor Maqali Todua tərcümə edib.

    Kitabın redaktoru yazıçı-tərcüməçi İmir Məmmədli, “Ön söz” müəllifi professor Xəlil Yusiflidir.

    azertag.az

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Azərbaycan Yazıçılar Birliyində yeni kadr təyinatları olub

    Azərbaycan Yazıçılar Birliyində (AYB) yenə də  kadr təyinatları olub. 

    Rauf Aslanov Azərbaycan Yazıçılar Birliyi sədrinin baş müşaviri təyin edilib.

    Yazıçı-tərcüməçi Vaqif Əlixanlıya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsini, yazıçı Pərvin Nurəliyevaya isə “Qobustan” jurnalının baş redaktoru vəzifəsini icra etmək tapşırılıb. İndiyədək Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgsinin baş redaktoru ədəbiyyatşünas Seyfəddin Hüseynli isə eyni zamanda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədrinin müavini təyin edilib.

     AYB.az

    Mənbə: https://edebiyyatqazeti.az/

  • AYB Gənclər Şurasının iclası keçirilib

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının iclası keçirilib.

    AYB-in sədri, Xalq yazıçısı Anar birliyin Gənclər Şurası ilə bəzi məsələləri müzakirə edib.

    İclasda ədəbi festivalların təşkili, gənc yazarların ədəbi mətbuat orqanlarının redaksiya heyətlərinə üzv qəbul edilməsi, ədəbi telelayihələr, yay məktəblərinin təşkili, digər dövlət qurumları ilə, habelə özəl təşkilatlarla əməkdaşlıq, regionlarda və paytaxtda oxucularla görüşlərin keçirilməsi, yaradıcı qurumların bir-birinə inteqrasiyası, gənc yazarların əsərlərinin çapı və sair məsələlər müzakirə edilib.

    Görüşdə AYB-in gənclərlə iş üzrə katibi Rəşad Məcid də çıxış edib, gənclərin təklifləri ilə bağlı fikirlərini bildirib.

    Sonda Xalq yazıçısı Anar gənclərə öz tövsiyələrini verib və onlara uğurlar arzulayıb.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • 15 İyun-Xalq şairi Hüseyn Arifin doğum günüdü

    Arıxov Hüseyn Camal oğlu və ya özünə götürdüyü soyadı ilə Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif15 iyun 1924YenigünQazax qəzası – 14 sentyabr 1992Bakı) — azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978), Azərbaycan SSR-in Xalq şairi (1989).

    Həyatı[redaktə | əsas redaktə]

    Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yeni gün kəndində anadan olub.Bakı pedaqoji məktəbində (1937-1940), ADU-nun şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952).Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri (1957-1959),”Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967),”Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968),Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

    Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

    Ədəbi fəaliyyəti

    Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

    1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.

    Mükafatları[redaktə | əsas redaktə]

    Hüseyn Arifin xatirə lövhəsi

    Əsərləri[redaktə | əsas redaktə]

    1. Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
    2. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
    3. Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
    4. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
    5. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
    6. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
    7. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
    8. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh.
    9. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
    10. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
    11. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
    12. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
    13. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
    14. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
    15. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
    16. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
    17. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
    18. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
    19. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
    20. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
    21. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
    22. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
    23. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
    24. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
    25. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

    Məqalələri[redaktə | əsas redaktə]

    • Aşıq Alını axtarıram. “Elm və həyat” jurnalı, Bakı, 1968, №2, səh.12.
    • Aşıq Alı. “Azərbaycan” jurnalı, Bakı şəhəri, 1969, №9, səh.199-203.

    Filmoqrafiya[redaktə | əsas redaktə]

    • Mən Hüseyn Arifəm… (film, 2010)

    İstinadlar[redaktə | əsas redaktə]

    1.  Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı — anl.az saytı
  • Azərbaycan dili və ədəbiyyatı müəllimi Mərdan Həsənov onlayn esse müsabiqəsində ikinci yerə layiq görülüb

    Azərbaycanlı istedadlı yazıçı Mərdan Həsənov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda keçirilən onlayn esse müsabiqəsində ikinci yerə layiq görülüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şair Əziz Musa vəfat edib

    em

     Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü şair Əziz Musa vəfat edib.

    Bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

    Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edib.

    “İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Qarabağ müharibəsi veteranı olub.

    Allah rəhmət eləsin.

    Mənbə: http://edebiyyatqazeti.az/

  • “Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı keçirildi

             Bu günlərdə “Sağlamlığın Qorunması” İctimai Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı həyata keçirildi.

              “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın moderatorluğu ilə keçirilən təqdimatda 50 nəfərdən çox ziyalı iştirak edirdi.  Xatırladaq ki, bu kitab “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü və yazıçı-jurnalist, “Müəllim sözü” qəzetinin baş redaktoru Vahid Aslanın müəllifliyi ilə nəşrə hazırlanmışdır.

             Tədbirin moderatoru “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva tədbir iştirakçılarını salamladıqdan sonra müzakirəsi keçirilən kitab haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, Gədəbəydə doğulan şairlərin bir kitabda toplanaraq oxucuların ixtiyarına verilməsi və yenidən çağdaş ədəbi mühitə təqdim olunması toplunun çapında əsas məqsəd olub. Yazgül Abdıyeva onu da qeyd etdi ki, əslində bu kitabın daha geniş auditoriyada Gədəbəydə təqdimatının keçirilməsi planlaşdırılırdı. Lakin məlum pandemiya səbəblərinə görə təqdimat onlayn formatda keçirilir. Yaxın vaxtlarda yəni pandemiya ömrünü başa vurduqdan sonra kitabın təqdimatı Gədəbəydə açıq havada – təbiət qoynunda keçirilərək, həmin günün hər il “Gədəbəydə poeziya bayramı” günü kimi simvollaşdırılması nəzərdə tutulur. Yazgül Abdıyeva onu da bildirdi ki, qısa müddətdə “Gədəbəydə doğulan şairlər” kitabı ilə yanaşıdaha bir kitab – “Gədəbəy rayonunun şəhidləri” kitabı da nəşr olunmuş, eyni zamanda ötən bir il ərzində şairlərdən Aybəniz Qaragilənin, Rizvan Cəfərlinin və Vahid Aslanın şeirlərinə əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynova tərəfindən mahnılar bəstələnib, ifa olunmuşdur.  

             Daha sonra Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Müstafayev çıxış edərək belə bir kitabın işıq üzü görməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi. O, çıxışında həmçinin ölkə Prezidentinin uğurlu siyasətini önə çəkərək qazanılan uğurlardan, o cümlədən mənfur düşmən üzərində qazanılan Böyük Qələbədən danışdı. İbrahim Mustafayev Gədəbəy rayonunun gözəl təbiətə, böyük turizm potensialına malik olduğunu, eyni zamanda da ziyalıların və yaradıcı adamların məskəni olduğunu vurğuladı.

             Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva nəşr olunan kitabın Azərbaycan ədəbiyyat tarixinə bir ərmağan olduğunu vurğulayaraq, kitabdakı materialların öz oxucularına rahatlıqla çatması üçün pdf formatında internetdə yayımlanmasını tövsiyyə etdi. Qənirə xanım qalib ölkənin vətəndaşları olduğumuzdan qürur hissi yaşadığını dilə gətirdi.

             Millət vəkili Sevinc Hüseynova kitabın işıq üzü görməsində əməyi olanlara təşəkkür edərək bildirdi ki, bu kitab həm də ona görə qiymətlidir ki, burada ədəbi mühitə o qədər də məlum olmayan istedadlı gənc imzalar da təqdim olunmuşlar.

             Millət vəkili Arzu Nağıyev də bu xeyirxah işin təşəbbüskarlarını təqdir edərək, təmsil etdiyi Gədəbəy rayonunun həm də bir aqrar rayonu olduğunu önə çəkdi. O, bildirdi ki, iş adamları yaradıcı adamlarla əl-ələ verəndə belə gözəl və qiymətli kitablar da həyata vəsiqə qazanır.

             Əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynovanın ifa etdiyi, Vahid Aslanın sözlərinə yazılmış “Gədəbəyim” mahnısı tədbirə xüsusi gözəllik bəxş etdi.

             Kitabın tərtibçisi və redaktoru Vahid Aslan hesabat xarakterli çıxışında bildirdi ki, bu kitab nəşrə hazırlanarkən əsas meyar, qəbul olunan 1500 səhifəlik materialların arasından poetik cəhətdən keyfiyyətli olan şeirlərin seçilməsi olmuşdur. Kitabda Miskin Abdaldan başlayaraq müasir gənc şairlərə qədər layiq olanlar yer almışdır. Nəticədə 51 şairin yer aldığı 344 səhifəlik bir toplu işıq üzü görmüşdür. Kitaba daxil ediləcək şeirlərin qiymətləndirilməsində obyektivlik gözlənilsin deyə, redaksiya heyəti yaradılmışdır. Vahid Aslan qiymətləndirmədə əmək sərf etdikləri üçün redaksiya heyətinin üzvlərinə – Məlahət Yusifqızına, Süleyman Abdullaya və İntiqam Yaşara öz minnətdarlığını bildirmişdir.

             Təqdimatda professor Maarifə Hacıyeva, professor Mahmud Rüstəmov, 311 saylı tam orta məktəbin direktoru Esmira Muradova, tarixçi-alim Faiq Ələkbərli, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, hərbi həkim, mayor Namiq Əliyev, tanınmış jurnalist, tarixçi-alim Füzuli İsmayılov, şairlər Cəmil Hüseynli, Süleyman Abdulla , Məlahət Yusifqızı, İntiqam Yaşar, Aybəniz Qaragilə, Natiq İsalı, Sahib Camal, Qabil Gədəbəyli, hazırda Rusiyada yaşayan şairlər Ülvi Hüseyn, Rizvan Cəfərli və əslən Gədəbəydən olan hazırda Rusiyada yaşayan iş adamı Arif Cəfərov çıxış etdilər.

             Təqdimatda digər qonaqlarla yanaşı, mərhum şair Dəmir Gədəbəylinin həyat yoldaşı Rüxsarə Novruzova da iştirak edirdi.

             Təqdimatın sonunda yekun fikir bildirən Yazgül Abdıyeva bir daha vurğuladı ki, “Gədəbəydə doğulan şairlər” kitabı təşəbbüskarlar tərəfindən Gədəbəyli şairlərin yaradıcılıqlarına verilən böyük dəyər və sonsuz ehtiramdır.

    Nuray Əsgərli,

    “Müəllim sözü” qəzeti

  • Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək

    Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiriləcək.

    Bu barədə AZƏRTAC-a Heydər Əliyev Fondundan məlumat verilib.

    Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

    32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.

    Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

    Mənbə: http://azertag.az/

  • Xalq şairi Musa Yaqub vəfat edib

    Azərbaycanın Xalq şairi Musa Yaqub vəfat edib.

    Azərbaycan Yazıçılar Birliyindən bildirilib ki, Xalq şairi bu gün İsmayıllı rayonunda 84 yaşında dünyasını dəyişib.

    M.Yaqub yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq.

    Mənbə: http://edebiyyatqazeti.az/

  • Xalq şairi Fikrət Qoca vəfat edib

    Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca vəfat edib.

    Bu barədə AYB-in mətbuat katibi Xəyal Rza məlumat verib.

    O, F.Qocanın səhər saatlarında evində vəfat etdiyini deyib.

    Allah rəhmət eləsin!

  • Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib

    087

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın onlayn təqdimatı keçirilib. Təqdimatı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, ensiklopediyanın baş redaktoru, akademik İsa Həbibbəyli açaraq “Molla Nəsrəddin” jurnalının on cildliyinin yenidən nəşri ilə yanaşı, ensiklopediyasının da hazırlanmasını böyük hadisə adlandırıb. O bildirib ki, “Ensiklopediyanın hazırlanmasında Mətbuat tarixi və publisistika şöbəsinin bütün əməkdaşlarının çox sanballı xidməti vardır. “Molla Nəsrəddin” və xarici ölkələr yenidən yazılmalıdır. Çünki bu jurnal yalnız Azərbaycanın ictimai-siyasi proseslərini izləməyib, həm də dünyadakı prosesləri izləyib. Eyni zamanda mollanəsrəddinçi ədəbiyyatın poetikası da müstəqillik işığında yenidən yazılmalıdır. “Molla Nəsrəddin” ensiklopediyası mollanəsrəddinçi ədəbiyyatın və ədəbiyyatşünaslığın bir pasportudur. Bu, akademiyanın elmi tədqiqat institutlarında hazırlanan ilk ensiklopediyadır”. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında bildirib ki, “bu hadisəyə çox sevindim. Mən “Cəlil Məmmədquluzadə ensiklopediyası” hazırlananda da iştirak etmişdim. Bütöv bir ədəbi dövrün jurnalı olan “Molla Nəsrəddin”in ensiklopediyasının hazırlanması qürurvericidir. Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirəm”. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək vurğulayıb ki, “uzun illərdir Molla Nəsrəddin ədəbi məktəbini araşdıran hörmətli akademikimiz İsa Həbibbəylinin, digər mollanəsrəddinşünasların bu istiqamətdə araşdırmalarının məntiqi nəticəsi kimi meydana çıxan “Molla Nəsrəddin Ensiklopediyası” ədəbiyyatşünaslığımızda önəmli hadisədir. İlk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının ensiklopediyası hazırlanıb, nəşr edilib. Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanmış, akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə işıq üzü görmüş ensiklopediya Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib. Ensiklopediya adının, başqa sözlə, ensiklopediya təyinatının mahiyyətinə uyğun olaraq hazırlanmış nəşr, “Molla Nəsrəddin” jurnalının bütün sahələrini ardıcıllıqla və ətraflı şəkildə əhatə edən biliklər dairəsi, məlumatlar toplusudur. Molla Nəsrəddin jurnalını bütünlüklə lüğət şəklində sistemə cəlb edən ensiklopediya, bu sahə üzrə yığcam məlumat verən elmi nəşr kimi yüksək dəyərə layiqdir. Ensiklopediya öz məzmununa görə yalnız sahə ensiklopediyası olmaqda qalmayıb, universal-milli ensiklopediya kimi də təqdim edilə bilər. Nəşrin hazırlanmasında akademiklər, professorlarla yanaşı, Mehman Həsənli, Gülnar Qasımlı, Təhminə Vəliyeva kimi gənc tədqiqatçıların da iştirakı təqdir edilməlidir. “Molla Nəsrəddin” ensiklopediyası “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyasıdır, Mirzə Cəlil ensiklopediyasıdır, bütün mollanəsrəddinçilərin çoxcəhətli əməli fəaliyyətinin ensiklopediyası dəyərindədir. Bu nəfis kitab, öz əhatə dairəsi, həcmi, poliqrafiyası və digər parametrləri ilə birgə qiymətli bir vəsaitdir. Nəşrdə əsas mətnlərlə yanaşı, “Əlavələr” bölməsi də maraq kəsb edir: burada “Molla Nəsrəddin” jurnalının nəşr olunduğu ünvanlar, mətbəələr, jurnalın redaktorları, habelə, mollanəsrəddinçilərdən söz açan doktorluq və namizədlik dissertasiyalarının, gün üzü görən kitabların siyahısı və s. haqqında bilgilər verilib. Ensiklopediyada “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması, o dövrün gerçəklikləri, jurnalın tənqid hədəfləri, jurnalın əleyhinə çıxanlar, kollektivin üzləşdiyi çətinliklər, mollanəsrəddinçilərin mövhumatla, cəhalətlə mübarizəsi, jurnalın gün üzü gördüyü dövrlərdə ölkə, region və dünyada cərəyan edən tarixi-ictimai-siyasi hadisələr, o cümlədən I Dünya müharibəsi dövrü – bütün bunların jurnalın mətn-mündəricəsinə, müəlliflərin yaradıcılığına təsirləri sistemləşdirilib, jurnalı yaradanlarla yanaşı, jurnalda məşhurlaşanlar, belə demək olarsa, jurnalın – yetişdirdikləri, jurnalın təsirləri, dil məsələsi, qadın azadlığı məsələsi, jurnalın Tiflis, Təbriz və Bakı dövrü və s. kimi mövzuları universal şəkildə əhatə edilib… İlk buraxılışından (07 aprel 1906, Tiflis) 115, Təbrizdə nəşrə başlamasından (1921) 100, Bakıda son sayının gün üzü görməsindən (1931) 90 il keçən “Molla Nəsrəddin” jurnalı üçün əlamətdar olan 2021-ci il, bu ensiklopediya ilə süslənmişdir. “Molla Nəsrəddin” ensiklopediyasının bütün mollanəsrəddinçilərin ruhunu şad edəcəyinə inanıram. Fürsətdən istifadə edərək, ensiklopediyanın araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümü yetirir, yeni yaradıcılıq uğurları diləyirəm!” Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, ensiklopediyanın tərtib edəni və çapa hazırlayanı Vüqar Əhməd “Molla Nəsrəddin” jurnalının və Ədəbiyyat İnstitutunun ilk ensiklopediyası” adlı məruzə edib: “Akademik İsa Həbibbəyli Azərbaycan realist nəsrinin görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalına dövlət qayğısından bəhs edərək yazır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Cəlil Məmmədquluzadənin anadan olmasının 150, “Molla Nəsrəddin” jurnalının 100, 110 illik yubileylərinin qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi klassik irsimizə və milli mətbuatımıza verilən yüksək qiymətin real təzahürü və təntənəsidir”. Məhz Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, onun rəhbərliyi və əməkdaşları da respublika prezidentinin ideoloji və strateji xəttini uğurla davam etdirərək Cəlil Məmmədquluzadənin zəngin və ölməz ədəbi irsinə və XX əsr Azərbaycan ədəbiyyatının böyük ədəbi simalarının yaradıcılığını ehtiva edən “Molla Nəsrəddin” jurnalına bitib-tükənməyən xəzinə və möhtəşəm söz abidəsi kimi yanaşır, onun əbədiyaşarlığını təmin etmək üçün çoxsaylı layihələr həyata keçirirlər… Ensiklopediya üzərində işə 2016-cı ildən start verilmişdir. Əvvəlcə akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü ilə “Molla Nəsrəddin” ensiklopediyası üçün “Sözlük” hazırlanmışdır. Şöbənin əməkdaşı Gülbəniz Babayeva 420 səhifədən ibarət olan sözlüyü “Molla Nəsrəddin” jurnalının 8 cildliyi, Qulam Məmmədli, Elmira Qasımova və Afaq Əliyevanın “İmzalar” kitabı, keçən əsrin əvvəllərindən başlayaraq çağdaş dövrümüzə qədər Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında yazılmış tədqiqat əsərləri əsasında tərtib edilmişdir. Bu mərhələ başa çatdıqdan sonra akademik İsa Həbibbəyli sözlüklərin seçilməsi ilə bağlı şöbə əməkdaşları və müəlliflərlə müzakirə və diskussiyalar aparmış, məsləhətləşmiş və ensiklopediya üçün daha önəmli və əhəmiyyətli olan sözlər seçilmiş və elmi məqalələrin əsas mövzusuna çevrilmişdir. Dərin elmi araşdırmalar, çoxsaylı mənbələr və arxiv materialları əsasında yazılan ensiklopediya milyonlarla oxucunun istinad edə biləcəyi dəyərli və monumental bir söz abidəsinə çevrilmişdir…” Xalq şairi Sabir Rüstəmxanlı çıxışında bu cür böyük iş üçün təşəkkür edərək əlavə edib ki, bu təkcə Ədəbiyyat İnstitutunun deyil, bütövlükdə akademiyanın uğurudur. AYB-nin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında “Molla Nəsrəddin” ensiklopediyası”nı Azərbaycan ədəbiyyatı və mətbuatı üçün Ədəbiyyat İnstitutu tərəfindən çox sanballı töhfə adlandırıb. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, həmçinin BDU-nun Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli “Molla Nəsrəddin” ensiklopediyası” – əsrin söz abidəsi” məruzəsi ilə çıxış edib. Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, ensiklopediyanın məsul redaktoru Gülbəniz Babayeva “Milli məkkurə yaddaşının ensiklopediyası” adlı məruzə ilə çıxış edib. Akademik İsa Həbibbəylinin “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası” adlı ön sözün məziyyətlərindən danışıb. İnstitutun digər şöbələrinin, o cümlədən Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin xüsusilə şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımovanın ensiklopediyanın hazırlanmasına dəstəyi haqqında məlumat verib.
    Gülnar Səma Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,İctimaiyyətlə əlaqələr şöbəsi

  • Azərbaycanlı şair Coşqun Xəliloğlunun şeirləri “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair Coşqun Xəliloğlunun “Vətən andınız”, “Zəfər ilə”, “Qəhrəman atam” adlı şeirləri “Gənclər Şəhəri” doğma Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin aylıq mətbu orqanı “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı gənc yazar Kamran Murquzovun məqaləsi “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovun “Xalq şairi Xəlil Rza Ulutürkü anarkən” adlı məqaləsi “Gənclər Şəhəri” doğma Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin aylıq mətbu orqanı “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb.

    Qeyd edək ki, bundan öncə gənc yazar Kamran Murquzovun şeirləri və məqalələri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək”, “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihələri çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətindəki “Kümbet”, “Usare”, ”Hece Taşları”, “Kardelen”, dərgilərində, “Önce Vatan” qəzetində, İran İslam Respublikasındakı “Xudafarin”, “Ədəbi Körpü” dərgilərində Türkiyə türkcəsində və fars dilində dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı gənc yazar Kənan Aydınoğlunun şeirləri “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb

    Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun “Alınıbdı qisasın, uyu torpaqda rahat!”, “Doxsanl haqlayıb, ömür yaşamaq…” adlı şeirləri “Gənclər Şəhəri” doğma Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin aylıq mətbu orqanı “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb.

    Qeyd edək ki, bundan öncə gənc yazar Kənan Aydınoğlunun şeirləri və məqalələri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək”, “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihələri çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətindəki “Kümbet”, “Usare”, ”Hece Taşları”, “Kardelen”, dərgilərində, “Önce Vatan” qəzetində, İran İslam Respublikasındakı “Xudafarin”, “Ədəbi Körpü” dərgilərində Türkiyə türkcəsində və fars dilində dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Şairə-publisist Adilə Nəzərin şeiri “Sancaq” qəzetində əski əlifba ilə dərc olunub

    Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri, şairə-publisist Adilə Nəzərin “İnsan yaşadığı kimi ölür” şeiri Cənubi Azərbaycanda fəaliyyət göstərən “Sancaq” qəzetində əski əlifba ilə dərc olunub.

  • Xızıda məktəblilər arasında “Nizamidən incilər” adlı müsabiqəyə start verilib

    Xızı Rayon Heydər Əliyev Mərkəzi tərəfindən “Nizamidən incilər” adlı şeir müsabiqəsinə start verilib.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar təşkil olunan müsabiqə 12-16 yaşarası məktəblilər arasında keçirilir. Müsabiqəyə qatılmaq istəyən şagirdlər dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərindən parçaları video şəklində hazırlamalıdırlar. Hazırlanan videoçarxlar aprel ayının sonuna kimi mərkəzin email ünvanına (hxizi@bk.ru) və ya facebook səhifəsinin mesaj bölməsinə göndərilməlidir.

    Münsiflər heyəti tərəfindən seçiləcək qaliblər diplom və fəxri fərmanlarla mükafatlandırılacaq.

  • İctimai Şuraya namizədliyə dair sənəd qəbulu yenidən elan olunur

    Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbulu prosesinə 2020-ci ilin sentyabrın 21-də start verilmişdi. Belə ki, Vətən müharibəsi müddətində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması zərurəti yaranmışdır. Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən sənəd qəbulu yenidən elan olunur.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəl müsabiqəyə təqdim olunan və qeydiyyata alınan müraciətlər qüvvədə qalır.

    Qeyd edək ki, İctimai Şuraya namizədlərin qeydiyyatı mayın 26-dək davam edəcək. Namizəd şəxslərə dair tələblərlə bu link- http://mct.gov.az/az/elanlar/136 vasitəsilə tanış ola bilərsiniz.

    Mənbə: https://azertag.az/

  • Milli Kitabxanada Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı virtual sərgi açılıb

    Bu gün Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “23 Aprel – Dünya Kitab və Müəlliflik Hüququ günü” və “Gənc yazarlar” adlı virtual sərgilər hazırlanıb.

    AZƏRTAC-a xəbər verir ki, virtual sərgilərdə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

    “Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mədəni-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli sərvətimiz olan mədəniyyətimizi, ədəbiyyatımızı, kitab nəşrini, bir sözlə, xalqımızın mədəni səviyyəsini yüksək qiymətləndirib.

    Virtual sərgilər ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm http://anl.az/el/vsb/Genc_yazarlar/index.htm linklərindən istifadə edə bilərlər.

    Mənbə: https://azertag.az/

  • “Böyük Qayıdış” müsabiqəsinin sonuncu – pitçinq mərhələsi keçiriləcək

    Aprelin 27-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin növbəti -pitçinq mərhələsi keçiriləcək .

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə bədii-kinematoqrafik baxımdan fərqlənən 26 layihə müsabiqənin münsiflər heyəti tərəfindən seçiləcək.

    Müsabiqənin pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “YouTube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə münsiflər heyətinin rəyi əsasında müəyyən ediləcək ən yaxşı layihələr aprelin 30-da Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.

    Qeyd edək ki, qalib layihələr (5 bədii, 4 sənədli , 1 animasiya filmi) onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

    Mənbə: https://azertag.az/

  • Nizami Gəncəvinin həmyerliləri şairin 880 illiyinə öz töhfələrini hazırlayırlar

    Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

    Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Şair dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Gəncə şəhərində yaşayıb-yaratmış, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir.

    Nizami Gəncəvinin 880 illiyi münasibətilə dövlətimizin başçısının Sərəncamı dahi şairin zəngin ədəbi irsinin tədqiqi, nəşri və təbliğində yeni mərhələ olacaq. Bəs, şairin həmyerliləri bu möhtəşəm yubileyə hansı töhfələr hazırlayırlar?

    AMEA-nın Gəncə bölməsinin nəzdində yerləşən Nizami Gəncəvi Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Mərkəz dahi şairin irsinin araşdırılması, elmi-fəlsəfi görüşlərinin, sənətşünaslığının tədqiqi, əsərlərinin müxtəlif dillərə tərcümə olunması, həmçinin Nizami Ensiklopediyasının yaradılması istiqamətində fəaliyyətini bu il də davam etdirəcək.

    “Nizami Gəncəvi İli”ndə qüdrətli söz və fikir ustadının 880 illik yubileyinə həsr edilmiş geniş tədbirlər planı tərtib olunub. Tədbirlər planında Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş miniatürlər, monoqrafiyalar, dünya kitabxana və muzeylərindən gətirilmiş əlyazmalarından və o dövrü əks etdirən etnoqrafik materiallardan ibarət ümumşəhər sərgiləri, Nizami Gəncəvi yaradıcılığına və yubileylərinə həsr edilən filmlərin təqdimatı yer alır.

    Bundan başqa, “Nizami Gəncəvi: bəşərilik və müasirlik” mövzusunda respublika və “Dünya ədəbiyyatında Nizami Gəncəvi irsi” mövzusunda beynəlxalq elmi konfransların da keçirilməsi nəzərdə tutulur.

    AMEA-nın Gəncə bölməsi tərəfindən “Nizamişünaslıq” jurnalının yubiley buraxılışı da bu il işıq üzü görəcək.

    “Nizami Gəncəvi İli” çərçivəsində Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda”, Mirzə Mehdi Nacinin “Seçilmiş əsərləri”, Məmməd Ələkbərovun “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı”, Rauf İsmayılzadənin “Nizaminin musiqi dünyası” kimi kitabları artıq işıq üzü görüb. Daha bir neçə monoqrafiyanın nəşri də nəzərdə tutulur.

    Nizami Gəncəvi Mərkəzindən onu da bildiriblər ki, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yubiley xatirə medalının təsis olunması da planlaşdırılır.

    Mənbə: https://azertag.az/

  • Vətən Müharibəsində iştirak edən 4 qardaş haqqında film çəkilib

    44 günlük Vətən müharibəsinin iştirakçısı olan dörd qardaş – Səməd, Elnur, Kamran və Afiq Hüseynovlar haqqında sənədli film çəkilib.

    “Dörd qardaşın dastanı…” adlanan ekran əsərində onların qəhrəmanlığı, keçdikləri döyüş yolundan danışılır.

    “Azərbaycantelefilm”in istehsalı olan filmin çəkilişləri əsasən Tovuz rayonunun ərazisində, xüsusilə Dondarquşçu kəndində aparılıb. Tovuz rayon İcra Hakimiyyəti və Qarabağ müharibəsi veteranı, deputat Arzu Nağıyevin dəstəyi ilə çəkilən filmin senari müəllifi və rejissoru Elnurə Kazımovadır. Redaktoru Sadıq Elcanlı, direktoru Sahib Heybətovdur.

    Filmin yaradıcı heyətinə Elxan Rüstəmov, Elşən Bədəlov (operatorlar), Azər Kərimov (dron operatoru), Yaqub Həsənov (montaj rejissoru), Ceyhun Ağayev (səs rejissoru), Əliabbas Qasımov, Fərid Rəsulov (səs operatorları), Vəfa Bağırova (komputer qrafikası), Məlahət Əhməd (produsser) və başqaları daxildir. Mətni Toğrul Səfərov və Gülnar Səma oxuyub.

    Filmdə Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin arxiv materiallarından istifadə olunub.Oxumağa dəyər:   2021-ci ilin ən innovativ şirkətlərinin adı açıqlanıb

    Qeyd edək ki, üçü ixtisaslı zabit, biri müddətdən artıq xidmət edən qulluqçu olan qardaşların ataları Mahir Hüseynov da Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olub. Səməd, Elnur, Kamran Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunu kimi Vətən müharibəsində hava hücumundan müdafiəni təmin edən qəhrəmanlardan olublar. Afiq isə Murovda artilleriyaçı sürücü kimi hərbi silah-sursatın çatdırılmasında xüsusi fədakarlıq göstərib. Filmdə qardaşların döyüşlərdə göstərdiyi müstəsna xidmətlər, Vətən müharibəsi zamanı körpəsindən yaşlısına kimi insanlarda olan Vətən sevgisi, vətən eşqi işıqlandırılıb.

  • 7 Aprel Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdü

    Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).[1]

    Həyatı[redaktə | əsas redaktə]

    Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[2] Əslən ağdamlıdır. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (19761981)

    Fəaliyyəti[redaktə | əsas redaktə]

    Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). AfrikaAsiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (19841986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).

    Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. AlmaniyadaİrlandiyadaFransadaRusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir[3]. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır. Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində ÇexoslovakiyaYuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.

    Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.[4]

    2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.[5]

    31 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

    Ad və mükafatlar[redaktə | əsas redaktə]

    Filmoqrafiya[redaktə | əsas redaktə]

    Əsər müəllifi kimi

    1. Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
    2. Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)

    Ssenari müəllifi kimi

    1. Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
    2. Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
    3. Tərsinə çevrilən dünya (film, 2011)(tammetrajlı bədii film)
    4. Xeyirlə şərin rəqsi (film, 2016)(tammetrajlı bədii film)

    Məsləhətçi kimi

    1. 40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)

    Prodüser kimi

    1. Adın sirri və tale. Qurban Səid (film, 2010)

    Əsərləri[redaktə | əsas redaktə]

    {{main|Çingiz Abdullayevin biblioqrafiyasıjje}p

    İstinadlar[redaktə | əsas redaktə]

    1.  Çingiz Abdullayev: Məni istəməsələr, “Neftçi”də qalmayacam. apasport.az, 31.03.2015  (azərb.)
    2.  Kuluar.az – Çingiz Abdullayev “… Yazmağa başlayanda deyirdilər Çingiz getsin qoyunlarını otarsın…”[ölü keçid]
    3.  “Çingiz Abdullayev: “MTN-in təklifindən imtina etdim””2016-01-20 tarixində orijinalından arxivləşdirilibİstifadə tarixi: 2016-01-20.
    4.  Çingiz Abdullayevə “Şöhrət” ordeni verildi
    5.  Çingiz Abdullayev İnterpolun fəxri səfiri oldu[ölü keçid]. sabahinfo.az, 10.11.2014.  (azərb.)
  • Aşıqlar Birliyi yeni layihəyə başlayıb

    Dastan-tamaşalar hazırlanacaq

    Azərbaycan Aşıqlar Birliyi (AAB) klassik aşıq yaradıcılığında mühüm yer tutan dastançılıq ənənəsinin müasir dövrdə yenidən təqdim olunmasına həsr olunmuş layihəyə başlayıb.

    Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihə çərçivəsində dastanların çağdaş aşıqların ifasında sənətsevərlərə yenidən təqdim olunması nəzərdə tutulur. Layihə çərçivəsində hazırlanacaq dastan-tamaşalar “Mədəniyyət” kanalı vasitəsilə geniş auditoriyaya təqdim olunacaq.

    Repertuar seçimi zamanı məşhur dastanlarla yanaşı, sənətsevərlərə nisbətən az tanış olan dastanlara da müraciət olunacaq. Hazırda “Xəstə Qasımın Şamaxı səfəri”, “Yetim Aydın”, “Tahir və Zöhrə” və s. dastanların üzərində hazırlıq işləri görülür.

    Dastanlarla bağlı repertuar seçimində bir məqam da ondan ibarətdir ki, ədəbiyyat və mədəniyyət tariximizdə özünəməxsus yeri və rolu olan böyük şəxsiyyətlərin yaradıcılığına və onlarla bağlı yaranmış dastanlara da böyük önəm verilir.

    “Bu il Aşıq Ələsgərin anadan olmasının 200 illiyidir. Bu yubileyin ölkəmizdə geniş miqyasda qeyd olunması üçün ölkə başçısı sərəncam imzalayıb. Layihə çərçivəsində ilk iş də bu böyük ustada həsr olunub – “Aşıq Ələsgərin Söyüdlü səfəri” adlı dastan-rəvayət gənc aşıqlardan Elbrus Hüseynov və Şöhrət Kərimovun ifasında rəğbətlə qarşılanıb. Elməddin Məmmədli və Şəhriyar Qaraxanlının ifa etdikləri “Hüseyn Bozalqanlının Tiflis səfəri”, eləcə də Şirvan aşıqları Elman Talıstanlı və Babək Şakirlinin söylədikləri “Abdulla və Cahan” dastanları da uğur qazanıb. Hər üç dastan-rəvayəti “Mədəniyyət” kanalı vasitəsilə geniş tamaşaçı auditoriyası da seyr edib”, – deyə Musa Nəbioğlu bildirib.

    Layihə çərçivəsində tamaşaçılara təqdim olunacaq dastanlardan biri də bu il 880 illik yubileyini qeyd etdiyimiz Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yaradılmış eyniadlı dastandır. Həyat və fəaliyyətinin mühüm hissəsi Qarabağ xanlığı ilə bağlı olmuş böyük söz ustadı M.P.Vaqiflə bağlı “Vaqif” dastanının da aşıqların ifasında təqdim olunması planlaşdırılır.

    Gələcəkdə bu dastan-tamaşaların paytaxtın mədəniyyət ocaqlarında təqdimatı və eləcə də bunların əsasında videoalbom hazırlanması nəzərdə tutulur.

    Mənbə: https://medeniyyet.az/

  • Azərbaycanlı istedadlı gənc xanım yazar Təhminə Vəliyevanın məqaləsi “Gənclər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən “Sözün sehri” qəzetinin mart sayında dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru
     istedadlı gənc xanım yazar Təhminə Vəliyevanın “Bəxtiyar Vahabzadənin “Fəryad” pyesində Nəsimilik və İnsan problemi” adlı məqaləsi “Gənclər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən “Sözün sehri” ədəbi-bədii, ictimai qəzetinin mart sayında dərc olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti vəİctimaiyyətlə Əlaqələr şöbəsi