Bu günlərdə Bakı Dövlət Sirkinin miniatür kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, miniatür kitab Bakı Dövlət Sirkinin ilk premyerasının 75 illik yubileyinə həsr olunub. Kitabda Bakı Dövlət Sirkinin tarixi inkişaf mərhələlərinə aid mövzulara yer verilib. Bundan başqa, miniatür kitabda Azərbaycan sirkinin bir çox korifeyləri haqqında bioqrafik məqalələr də yer alıb. Həmçinin miniatür kitabda Bakı Dövlət Sirkinin 2021-ci ildə həyata keçirdiyi yeni layihələr haqqında da bilgilər işıq üzü görüb.

Qeyd edək ki, kitab Miniatür Kitab Muzeyinə də təqdim ediləcək.

Mənbə: https://azertag.az/