Rusiya və Pakistan hərbi sahədə əməkdaşlığa hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin müdafiə və təhlükəsizlik məsələləri üzrə Rusiya-Pakistan Hərbi Müşavirə Komitəsinin İslamabadda keçirilmiş iclasından sonra bildirib.

A.Fominin sözlərinə görə, Əfqanıstanda vəziyyət hazırda gündəlikdəki ən mühüm siyasi məsələlərdən biridir. Bu baxımdan, Rusiya və Pakistan dövlətləri, eləcə də onların hərbi təşkilatları arasında əməkdaşlıq regional sabitliyin qorunmasının mühüm amilinə çevrilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: https://azertag.az/