Yazıçı-publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin anadan olmasının 60, ədəbi yaradıcılığının 40 illiyinə həsr olunmuş “Mən və eqom…” kitabı nəşr edilib.
AZƏRTAC xəbər verir ki, “Yeni Poliqrafist” nəşriyyatı tərəfindən çap olunan kitab yazıçının şəxsiyyət və yaradıcılığı haqqında nəzərdə tutulmuş dörd kitabın birincisidir.
Kitaba tanınmış qələm adamlarının (yazıçıların, şairlərin, tənqidçilərin, ədəbiyyatşünasların) müxtəlif zamanlarda yazdıqları məqalələr daxildir və E.Hüseynbəylini tanımaq və tanıtmaq baxımından əhəmiyyətlidir, çünki çeşidli ədəbi nəsillərin fikir və düşüncələrini özündə birləşdirir.
Kitabın redaktorları Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə və Dürdanə İbrahimova-Hüseynbəylidir.
Mənbə: https://azertag.az/