Malayziya Beynəlxalq İslam Universitetində müsəlman ölkələrinin ənənəvi mədəniyyət festivalı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbir çərçivəsində müxtəlif ölkələrin milli stendləri, kitab sərgisi, İslam xəttatlığı müsabiqəsi, ölkələrin musiqi və mədəniyyətinin təqdimatı təşkil olunub. Azərbaycanın Malayziyadakı səfirliyinin hazırladığı stenddə ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatı və musiqisi ilə bağlı təbliğat xarakterli materiallar nümayiş etdirilib və ziyarətçilərə paylanılıb.

Tədbir çərçivəsində, həmçinin ölkəmizin tanıtımı ilə bağlı videoçarx nümayiş olunub, Malayziya Beynəlxalq İslam Universitetində təhsil alan tələbələrimiz Hafiz Rəhimov, Şahin Müzəffərov, Aqşin Məmmədov Azərbaycan milli rəqslərini və musiqi nümunələrini ifa ediblər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: https://azertag.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir