“Mücrü” Nəşriyyatı 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə “Səngər” adlı poeziya almanaxı nəşr etməyi planlaşdırır.

Layihənin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatında qələbə ruhlu şeirlərin yazılmasına və nəşrinə, eyni zamanda qələbəmizin təbliğatına dəstək, Qarabağ zəfərinə yaradıcı müstəvidə münasibəti üzə çıxarmaqdır.

–     Yalnız Azərbaycan dilində olan şeirlərin qəbul olunacağı layihədə iştirak etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur.

–     Əsərlər şanlı Azərbaycan Ordusunun zəfərini, müharibənin ağrı-acısını, qələbədən sonrakı qalib ovqatı əks etdirməlidir.

–     Bir müəllif layihəyə maksimum 3 şeir göndərə bilər.

–     Müəlliflər şeirlərini sengermucru@gmail.com ünvanına göndərməlidir. Mövzu hissəsində ad və təxəllüsünü, əlaqə nömrəsini, həmçinin şeirin adını qeyd etməli, eyni zamanda müəllif fotosunu əlavə etməlidirlər.

Şərtlərə uyğun olmayan şeirlər layihəyə qəbul edilməyəcək.

–     Şeir qəbulu 27 sentyabr tarixində başlayacaq, 1 noyabr 2021-ci ilə (saat 12:00-a) qədər davam edəcək.

–     Layihənin informasiya dəstəyi “Mücrü ART” (www.mucru.art) portalıdır.

Mənbə: www.mucru.art