Blog

  • Aslanlı Jalə Elmiyaz qızını doğum günü münasibətilə təbrik edirik! (5 İyun 2018-ci il)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi Aslanlı Jalə Elmiyaz qızını doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir. Dodaqlarınızdan gülüşün, yanaqlarınızdan isə təbəssümün əskik olmaması diləyi ilə İnşAllah!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Nərmin Kərimovanı doğum günü münasibətilə təbrik edirik! (5 İyun)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi Nərmin xanım Kərimovanı doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir. Dodaqlarınızdan gülüşün, yanaqlarınızdan isə təbəssümün əskik olmaması diləyi ilə İnşAllah!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • 5 İyun – Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür

    Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 5 iyun 1939Bakı – 28 yanvar 2015Bakı) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı.

    Həyatı[redaktə | mənbəni redaktə et]

    Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968–1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992–1994) vəzifələrində çalışmışdır.

    Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962–1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963–1971). C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982–1985) işləyib.[3] Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992–1994)[4].

    Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).

    Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.

    Xatirəsi[redaktə | mənbəni redaktə et]

    2019-cu ilin iyununda Qazax rayonunun “Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstünün açılışı olub.[5]

    Mükafatları[redaktə | mənbəni redaktə et]

    Ailəsi[redaktə | mənbəni redaktə et]

                   Yusif
    ağa Vəkilov
     Məhbub
    xanım Vəkilova
     
      
                                        
             
            Ruqiyyə
    Paşabəyova
       Mehdixan
    Vəkilov
        Səməd
    Vəkilov
       Xavər
    Vəkilova
      
            
                                         
                       
            Çiçək
    Vəkilova
       Cavanşir
    Vəkilov
        Yusif
    Vəkilov
     Vaqif
    Vəkilov
     Aybəniz
    Vəkilova
        

    Əsərləri[redaktə | mənbəni redaktə et]

    Kitabları[redaktə | mənbəni redaktə et]

    • Yoldan teleqramlar. 1968
    • Günü baxtı
    • Mən burdayam, ilahi. 1996
    • Uzaq, yaşıl ada. 1996
    • Gürzəçöl yazıları. 2016

    Dram əsərləri[redaktə | mənbəni redaktə et]

    • Bəxt üzüyü
    • İntizar
    • Uca dağ başında
    • Lotereya
    • Yayda qartopu oyunu,
    • Yaşıl eynəkli adam,
    • Generalın son əmri,
    • Mamoy kişinin yuxuları

    Şeirləri[redaktə | mənbəni redaktə et]

    • Son gecədir bu gün yenə…
    • Nəyin istisindən yananlar…
    • Bir cüt ayaqqabı…
    • Qağayı, axtar məni…
    • Anara
    • Birlikdən və tənhalıqdan…
    • Bu payız da başlandı…
    • Eşidirsənmi?..
    • Mühit içində…
    • Ədalarından çaşdığım qadın…
    • Ev. Özgə otağının kiri. Divarda Stalin…
    • Dənizdən ayrılmış qupquru qaya…
    • Əyrin-üyrün, dar küçələrin…
    • Doğuldum 1939-da…
    • Uşaqkən ölənlərin…
    • Bax bu kitabı da oxuyub…
    • Füzuliyə
    • Qış gələndə…
    • Sən mənim doğma anamsan, Azadlıq…
    • Vicdan kirəsi tək gəlir evimə…
    • Olan-qalan yayımızı…
    • Bir gün dəli olacağam…
    • Əlimi uzatdım…
    • Uşaqlığımın meşəsində…
    • Mən ölən gün…
    • Mənə bir az yağış…
    • Bir gün səslənəcək bu telefon…
    • İlahi, hansı dildə yalvarım sənə?..
    • Kağızın üstünə düşüb…
    • Ah çəkməyə bir yer…
    • İçən günlərimi sayır…
    • Aygünə
    • Ölüm bir gün də tək qoymur məni…
    • Allaha, bir də qadına…
    • Məni sevib ayrılmağa…
    • Salam, ata…
    • Bu əllər əvvəl-axır…
    • Ölüm ayağında yuyulan günah kimi…
    • Biz yox, Allah inanmır bizə…
    • Məzara bənzəyir yaxşı insan…
    • Yaman həzin, yanıqlı bir nəğmə kimi…
    • Dəlixanada axşamdır…
    • Bu yorğunluq nəyə bənddir?..
    • O əyri yol, tək vələs…
    • Saat neçədir, qumru…
    • Niyə görəsən adam bilmək istəyir…
    • Gözəl qızlardan, qadınlardan…
    • Mənə vətən yolu dar gəlir yenə…
    • Sabah kiminsə gözündə nifrət…
    • Yusif Səmədoğluna
    • İndi gileydən, güzardan…
    • O bayrağın kölgəsində…
    • Pis olmazdı yavaş-yavaş…
    • Günaha batmağım gəlib, ay Allah..
    • Polyak qızı, mən sənə…
    • Ömrümdə olmalıymış…

    Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

    1. 1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
    2. Ağır şkaf (film, 1971)
    3. Ayrılıq bir dənizmiş… (veriliş, 2002)
    4. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
    5. Bəxt üzüyü (film, 1991)
    6. Bircəciyim (film, 1986)
    7. Cin mikrorayonda (film, 1985)
    8. Çıxılmaz vəziyyət (film, 1983)
    9. Evləri göydələn yar (film, 2010)
    10. Evləri köndələn yar (film, 1982)
    11. Gün keçdi (film, 1971)
    12. Gün keçdi (film, 2012)
    13. Xəzinə (film, 1970)
    14. Karvan (film, 1995)
    15. Qətl günü (film, 1990)
    16. Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
    17. Nəğməkar torpaq (film, 1981)
    18. Toya dəvətnamə (film, 1973)
    19. Vurğun ocağı (film, 2003)
    20. Yaşıl eynəkli adam (film, 1987)
    21. Yaşıl eynəkli adam-2 (film, 1999)
    22. Yaşıl eynəkli adam-3 (film, 2002)
    23. Yumurta (film, 2003)
    24. Bəxt üzüyü 2 (film, 2017)

    Həmçinin bax[redaktə | mənbəni redaktə et]

    İstinadlar[redaktə | mənbəni redaktə et]

    1.  “Ramilə Qurbanlı. “Mən bircə gün Vaqifə can deməsəm…” Müsahibə”2021-11-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 2014-06-06.
    2.  Vaqif Semedoqlu
    3.  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 275–277.
    4.  “75 yaşlı Səmədoğlu: “Yaşamaq istəyirəm..””. AzVision.az (az.). az.azvision.az. 05.06.2014, 9:49. 2016-03-05 tarixində orijinalından arxivləşdirilibİstifadə tarixi: 2014-06-25.
    5.  İTV. “Vaqif Səmədoğlunun büstünün açılışı olub” (az.). Youtube.com. 22.06.2019. İstifadə tarixi: 2019-06-22.
    6.  “Xalq Şairi Vaqif Səmədoğluna “Nəsimi” Mükafatı təqdim edildi”2020-02-09 tarixində arxivləşdirilibİstifadə tarixi: 2014-03-20.
    7.  “Ramilə Qurbanlı. “Mən bircə gün Vaqifə can deməsəm…” Müsahibə”2021-11-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 2014-06-06.
    8.  Vaqif Semedoqlu

    Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Professor Lütviyyə Əsgərzadənin “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” adlı yeni kitabı işıq üzü görüb

    Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 mart 2003-ci il tarixli 2 saylı iclasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının 4 may 2023-cü il tarixli 7 saylı iclasının qərarları ilə çap olunmuşdur. Kitasbın elmi redaktoru akademik İsa Həbibbəyli, Ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımov, rəyçi: filologiya elmləri doktoru, professor İslam Qəribovdur. İdeya müəllifi və redaktoru Gülbəniz Babaxanlı filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlıdır. Kitabda XX əsr Azərbaycan romantizminin banisi, ədəbiyyatda özünəməxsusluğu ilə seçilən, yaradıcılığında Qərb və Şərq ədəbiyyаtı ənənələrini dаvаm və inkişаf еtdirən filosof Hüsеyn Cavidin həyatı və yaradıcılığı araşdırılır. Hüseyn Cavid müxtəlif münasibətlər, müxtəlif ədəbi qüvvələrlə ünsiyyətlər, bölüşmələr, mübahisələr fonunda təhlil edilir, Qurbanəli Şərifzadə, Şeyx Məhəmməd, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, türk romantikləri Rza Tevfik, Məhmət Akif Ərsoy, Xalid Ziya Uşaqlıgil, Əbdülhəq Hamid və başqaları ilə olan yaradıcılıq əlaqələri sistemində təqdim edilir. Repressiya qurbanı olan filosof şair-dramaturq Hüseyn Cavidin bir romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri araşdırılır.

    Mənbə: https://literature.az

  • Şair-publisist Kənan Aydınoğlunun “Darıxmışam dostlar üçün…” adlı şeirlər kitabı işıq üzü görüb

    “MAYAK KARGO” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun “Yaman darıxmışam dostlar üçün mən” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

    “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək” layihəsinin rəhbəri və müəllifi Arzu MAHMUDOVAdır. Kitabın redaktoru Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, “BAKU CUSTOMS WORKS” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Rafət ALLAHVERDİYEV, məsləhətçisi Milli Qəhrəman Cəmil Niftəliyev adına Bakı şəhəri 233 saylı tam orta məktəbin İngilis dili müəllimi Nigar İsmayılova, tərtibatçısı isə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzovdur.

    Kitabın naşiri Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair-publisist Qəşəm İSABƏYLİDİR. Kitabın üz qabığının rəssamı isə təcrübəli mütəxəssis, peşəkar rəssam Zahid MƏMMƏDOVdur.

    Bu kitabda müəllifin “PRIME BROOKER AND LOGİSTİCS” MMC, “CAHAN BROKER” MMC və “BAKU CUSTOMS WORKS” MMC-də təcrübə keçdiyi dövrdə və sonralar həmkarları ilə bağlı qələmə aldığı bədii əsərləri, məqalələri və yoldaşlarının müəllifə ünvanladığı poetik nümunələrini yer alıb.

    Kitab müəllifin oxucuları ilə sayca üçüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alim, tənqidçilər və Ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Xatırladaq ki, bundan öncə şair-publisist Kənan Aydınoğlunun “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK” Nəşriyyatı, 2010) adlı şeirlər kitabı ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə-publisist Şəfa Vəliyevanın şeiri “Anne şiirleri” antologiyasında işıq üzü görüb

    Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “LizYayınları” nəşr olunan Anne şiirleri” antologiyasında“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, şairə-publisist Şəfa Vəliyevanın “Naxış Anam” adlı şeiri işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə Sona İnztarın şeiri “Anne şiirleri” antologiyasında işıq üzü görüb

    Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “LizYayınları” nəşr olunan Anne şiirleri” antologiyasında Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, istedadlı gənc xanım yazar Sona İNTİZARın “Saçına dən düşüb yazıq Anamın” adlı şeiri işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım yazar Banu Muharremin şeiri “Anne şiirleri” antologiyasında işıq üzü görüb

    Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “LizYayınları” nəşr olunan Anne şiirleri” antologiyasında Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycanlı gənc xanım yazar Banu Muharremin “Anamın telindən” adlı şeiri işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə Xəyalə Sevilin şeiri “Anne şiirleri” antologiyasında işıq üzü görüb

    Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “LizYayınları” nəşr olunan Anne şiirleri” antologiyasında “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Azərbaycanlı şairə Xəyalə Sevilin “Anamın əlləri” şeiri işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Anne şiirleri” kitabı yayında

    Antolojide yer alan Azerbaycan Türkçesi ile Anne Şiirleri

    Fidan Malik / Ananın Ağısı

    Ruhengiz Aliyeva / Ana

    Şefa Veliyeva / Naxış Anam

    Banu Muharrem / Anamın Telindən

    Sona İntizar / Saçına Dən Düşüb Yazıq Anamın

    Fərrux Rəhimli / Annam

    Samir Mustafayev / Ana

    Leyla Qasımova / Mələk Anam

    Xeyale Sevil / Anamın Əlləri

  • “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayı işıq üzü görüb

    http://hecetaslari.com/turkaydergisi/turkay1sayi6iyun2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İlkinin şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, Azərbaycanlı şairə-publisist Nəcibə İlkinin “Şəhid qoxuyur payız” adlı şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb

    http://hecetaslari.com/turkaydergisi/turkay1sayi6iyun2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım yazar Sona İntizarın şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, istedadlı gənc xanım yazar Sona İNTİZARın “Dost məktubu” adlı şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb.

    http://hecetaslari.com/turkaydergisi/turkay1sayi6iyun2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım yazar Bənövşə Mahmudqızının şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanlı şairə-publisist Bənövşə Mahmudqızının “Rəsm” adlı şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb.

    http://hecetaslari.com/turkaydergisi/turkay1sayi6iyun2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə-publisist Vüsal Vətənxan Mehrinin şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanlı şairə-publisist VüsaləVətənxan Mehrinin “Onsuz qaralır dünyam” adlı şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb.

    http://hecetaslari.com/turkaydergisi/turkay1sayi6iyun2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şair-publisist Kənan Aydınoğlunun “Anam Təbrizim, Təbrizim!” adlı şeirlər kitabı Təbrizdə nəşrə hazırlanır

    İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “AzərTuran” Nəşriyyatı tərəfindən yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Kənan Aydınoğlunun “Anam Təbrizim, Təbrizim!” adlı şeirlər kitabı nəşrə hazırlanır.

    Kitabın redaktoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin məzunu, Milli Qəhrəman Cəmil Niftəliyev adına Bakı şəhəri 233 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aida Murğuzova, məsləhətçisi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu , Milli Qəhrəman Cəmil Niftəliyev adına Bakı şəhəri 233 saylı tam orta məktəbin İngilis dili müəllimi Nigar İsmayılova, tərtibatçısı isə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü , şair-publisist Kamran Murquzovdur. Kitab üç bölmədən ibarətdir: “Şimaldan Cənuba bir qatar gəlir”, “Ustad Məhəmmədhüseyn Şəhriyara məktublar”, “Anam Təbrizim, Təbrizim!”.

    Kitabı Azərbaycan türkcəsindən fars dilinə tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslanidir.

    İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.

    Kitab müəllifin oxucuları ilə sayca dördüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alim, tənqidçilər və Ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Xatırladaq ki, bundan öncə şair-publisist Kənan Aydınoğlunun “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007), “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010), “Darıxmışam dostlar üçün…” (Bakı, “Şirvannəşr”, 2023) kitabları ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi

  • E.H.Axundovanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    E.H.Axundovanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 25 may 2023-cü il

    Mənbə: http://president.az

  • Azərbaycanlı şairə, gənc xanım yazar Nigar Arifin şeiri Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində populyar jurnal olan “Al-Yamama”da

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəri, Azərbaycanlı şairə, gənc xanım yazar Nigar Arifin şeiri Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində populyar jurnal olan “Al-Yamama”da ərəbcə dərc olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Tarix” animasiya filmi ölkəmizi beynəlxalq festivalda təmsil edəcək

    “Tarix” qısametrajlı animasiya filmi Xorvatiyada keçirilən 14-cü “VAFI & RAFI – International Children and Youth Animation Film Festival”ının əsas müsabiqə proqramına daxil edilib.

    “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC bildirilib ki, festival bu gündən başlayaraq iyunun 4-dək davam edəcək.

    Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi çərçivəsində nazirliyin dəstəyi ilə “OB FILM” tərəfindən istehsal olunmuş “Tarix” qısametrajlı animasiya filminin quruluşçu rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.

    Film Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə doğulan, ötən illər ərzində Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən oğlanın hekayəsidir.

    Qeyd edək ki, “Tarix” filmi bundan əvvəl Bakıda keçirilən 5-ci “ANIMAFILM International Animation Festival”ında, Hindistanda 19-cu “Aakruti-My Creation International Film Festival”ında (Quarter-Finalist) və Filippində keçirilən “Batangas Balisong Film Festival”ında (Finalist) iştirak edib.

    Mənbə: https://azertag.az/

  • Dövlət Uşaq Filarmoniyasının hesabat konserti – “Sizi gözləyirik”

    İyunun 2-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Sizi gözləyirik” adlı hesabat konserti təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında keçiriləcək.

    Proqram rəngarəng musiqi nömrələri, bir-birindən parlaq səhnə geyimləri ilə zəngindir. Konsertdə “Şəms” uşaq xoru, vokal sinfi, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivləri çıxış edəcəklər.

    Mənbə: https://azertag.az/

  • “Kremerata Baltica” kamera orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək

    İyunun 9-da Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri solistlərinin konserti keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, 1997-ci ildə dünyaca məşhur skripka ifaçısı Qidon Kremer tərəfindən yaradılmış “Kremerata Baltika” kamera orkestrinin tərkibinə Latviya, Litva və Estoniyadan olan 23 gənc istedadlı musiqiçi daxildir. Orkestr 1997-ci ildə Avstriyada keçirilən “Lockenhause” festivalında ilk çıxışı ilə dərhal tamaşaçıların rəğbətini qazanıb. “Kremerata Baltika” musiqi kollektivi bu gün Avropanın ən tanınmış orkestrlərindən biri olaraq, 50-dən çox ölkədə mindən çox konsert verib. Musiqiçilər 20-dən çox CD-disk buraxıblar, 2002-ci ildə isə “Qremmi” mükafatına layiq görülüblər.

    Bakı konsertinin solistləri litvalı “Kremerata”nın yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Qiyedre Dirvanauskayte olacaq.

    Konsertdə, həmçinin Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri çıxış edəcək. Azərbaycan dirijorunu “Kremerata Baltika” ilə yaradıcılıq dostluğu bağlayır. O, məşhur orkestrlə müxtəlif festivallarda mütəmadi olaraq çıxış edir.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Bəstəkarlar İttifaqı Ulu Öndərin 100 illiyi ilə əlaqədar müsabiqə elan edib

    Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.

    Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, noyabr ayının 20-22-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir.

    Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər (ərizə, 13×18 ölçüdə 2 rəngli fotoşəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı).

    Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.

    Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.

    İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.

    Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.

    Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.

    Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.

    Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər.

    Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.

    Mənbə: https://azertag.az/

  • Məşhur italyan opera müğənnisinin Opera və Balet Teatrında ustad dərsi

    Artıq bir neçə gündür Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun təşəbbüsü ilə məşhur italyan opera müğənnisi Federico Longhin teatrda ustad dərsləri keçir.

    AZƏRTAC xəbər verir ki, Federico teatrda öz təcrübəsini bölüşməklə yanaşı, sənət ocağının solistləri ilə fərdi məşğələlər aparır.

    Nəticə etibarilə teatrın peşəkar kollektivi öz bilik və bacarıqlarını daha da stimullaşdırır.

    Xatırladaq ki, layihə teatrın yaradıcı baxımından kadr potensialının və peşəkarlığın yüksəldilməsinə yönəlib və silsilə şəkildə davam edəcək.

    Mənbə: https://azertag.az/

  • “Yaradıcı oxucularımız” layihəsi davam edir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, şair, yazıçı-publisist Gülarə Munis kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə  “Kişi əlləri” miniatürünü təqdim etdi.

    Müəllif qılınc vuran, qalxan tutan, ox atan, zəhmətkeş, qabarlı, güclü, yenilməz, bəzən ana əlləri qədər zərif, doğma, bəzən də kövrək, titrək kişi əllərini vəsf edir.

    Gülarə Munis

    Kişi əlləri

    (Miniatür)

    Ağlımız kəsəndən bədii kitablarda ana əlləri, qadın əlləri barədə müxtəlif yazılarla qarşılaşmışıq. Amma etiraf edək ki, kişi əlləri barədə qələmə alınan yazılara o qədər də rast gəlməmişik.

    Kişi əlləri…

    Güclü, təpərli kişi əlləri…

    Bəzi mərdanə kişilər barədə belə deyirlər: “Filankəsin qolunda Fərhad gücü var, o, dağı yerindən oynada bilər!”

    O dağı yerindən oynatmağa qüdrəti çatan kişi əlləri ömür-gün yoldaşını itirəndən sonra heç kim görməsin deyə gecələr övladlarının paltarlarını da yuyur, anasız qalan övladının beşiyini də yellədir. Övladının saçlarını sığallayıb onu yuxuya verir. 

    Kişi əlləri…

    Vətənə gəc baxan düşmən görəndə o qüvvətli kişi əlləri silahdan yapışır. Bəzən düşməni yalın əlləri ilə boğub məhv edir. Qılınc vuran, qalxan tutan, ox atan kişi əlləri…

    Yaşa dolanda qabarlı, titrək, qırışlı kişi əlləri…

    Evlər-imarətlər tikən, bağ-bağat salan, qohumların, dostların xeyir-şərində qollarını çirmələyib dada yetən kişi əlləri…

    Qocalanda əl ağacını zorla tutan kişi əlləri…

    Hanı sizin qolunuzun qüvvəti? Niyə zaman sizə qarşı belə amansız olur?

    Niyə?

    Kişi əlləri…

  • İçərişəhərdə V Milli Kitab Sərgisi açılacaq

    Mayın 27-də İçərişəhərdə V Milli Kitab Sərgisi işə başlayacaq.

    AZƏRTAC xəbər verir ki, iyunun 4-dək davam edəcək sərgidə müxtəlif təqdimatlar, panel müzakirələri, yerli və xarici müəlliflərlə görüşlər, imza günləri, poeziya axşamları keçiriləcək.

    Sərgi saat 09:00-dan 20:00-dək Qoşa Qala meydanında təşkil olunacaq.

    Mənbə: https://azertag.az/

  • Mərkəzi Kitabxanada qazilərdən bəhs olunan tədbir – Vətən fədailəri

    Xətai rayon Mərkəzi Kitabxanası və LM Akademiyasının birgə təşkilatçılığı ilə Xətai rayon Mərkəzi Kitabxanasında “Vətən fədailəri” adlı qazilərin həyat yolundan bəhs olunmuş tədbir təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədri, Finlandiya Qadınlar Cəmiyyətinin sədri Arzu Oktay çıxışı zamanı qeyd edib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində təhsil müəssisələrinin böyük rolu var.

    Tədbirin ədəbi-bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda, şeirlər və vətənpərvərlik ruhunda ifalarla çıxış ediblər.

    Mənbə: https://azertag.az/

  • “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” təsdiq edilib

    Dövlət Turizm Agentliyinin Kollegiyasının sədri Fuad Nağıyev tərəfindən “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” təsdiq edilib.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, təsdiqlənmiş meyarlarda ümumi müddəalar, mehmanxanaların ulduz təsnifatı, ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları, ulduz kateqoriyaları üzrə qiymətləndirmə qaydası detallı şəkildə əksini tapıb.

    Mənbə: https://azertag.az/

  • Ulu Öndər Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin Madriddə ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı İspaniyanın mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifləri – tanınmış Salvador dilçi-alimi, professor Sesar Edqardo Martines Flores və ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.

    Mənbə: https://azertag.az/

  • Kitabxana kitab və mütaliə məsələləri ilə bağlı Beynəlxalq konfransda iştirak edir

    Bu gün Qırğızıstanda MDB ölkələrinin müzey, arxiv, nəşriyyat, kitab ticarəti nümayəndələri, habelə alimlər, yazıçılar və ictimai xadimlər “İnformasiya cəmiyyətində kitab, mütaliə və xatirə institutları” III Beynəlxalq elmi-praktik konfrans çərçivəsində kitab və mütaliə məsələlərini müzakirə edirlər.

    Konfransda “Kitabxananın Beynəlxalq əlaqələri” layihəsi​ çərçivəsində Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi-informasiya və tərcümə şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva iştirak edir. Zakirə Əliyeva konfransda ”Uşaq ədəbiyyatı dünyasında uşaqlar: ədəbiyyatın populyarlaşdırılması və mütaliə məsələləri” məruzəsi ilə çıxış edəcək.

    Bişkekdə mütaliə və tarixi mədəni-irsin populyarlaşdırılması məsələlərini Azərbaycandan, Belarusiyadan, Qazaxstandan, Qırğızstandan, Rusiyadan, Türkmənstandan, Özbəkstandan olan nümayəndələr müzakirə edəcəklər.

    Konfransın təşkilatçıları Kitabxana Əməkdaşlığı Regionlararası Mərkəz, YUNESKO-nun “İnformasiya hamı üçün”

    ​Proqramının Rusiya komitəsi və Qırğızıstan Respublikasının Milli Tarix Müzeyidir. Konfransa MDB iştirakçı-dövlətlərin Dövlətlərarası Hümanitar Əməkdaşlıq Fondu, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi və Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi dəstək vermişdir.

  • Şəfa VƏLİYEVA.”Eşikdə yağış səsi”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Eşikdə yağış səsi,
    İçəridə isti çörək
    Və sevda fəlsəfəsi…
    Yenə sevməyim tutub:
    Zehnimdə bir yelləncək,
    Üstündəki xəyalın,
    Həsrət elə sevincək
    Boylandı ha…
    Nazlandım…

    İçəridə isti çörək,
    Eşikdə yağış səsi…
    Həftənin ömrü gödək,
    Təqvim ömür şirəsi…

    Üçdüymə köynəyi var
    “fələk” dediyimizin,
    Düymələr də tez qopur…
    And içərəm, günahkar
    Mən deyiləm…
    Adındı…
    … Yenə sevməyim tutub…

  • Şəfa VƏLİYEVA.”Yüyürmüsən ömrü bu baş-o başa”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Yüyürmüsən ömrü bu baş-o başa,
    Arzuların gediş haqqı almayıb…
    Gülə-gülə döndün ürəyi daşa,
    Gözündə yaşların haqqı qalmayıb…

    Unutdular yaşayırsan hardasa,
    Umacaqda yada düşdü ünvanın…
    Fələk kimin ürəyini qırdısa,
    Təsəlli yuvası oldu sığnağın…

    Sığnaq dedim…
    İncimədin, bilirəm,
    Sığınar şeirə hər ağlı “dəli”…
    Bu gün yenə sənə baxıb gülürəm,
    Güzgümüz eynidi, ay Şəfa Vəli…

  • Xəyalə SEVİL.”Oxuduğum kitab kimi”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Oxuduğum kitab kimi
    Gözlərimdə rəfdəsən.
    Söylədiyim hər cümlədə,
    Hər sözdə, hər hərfdəsən.

    Eşq aldı məni cənginə,
    Çatdım könlümün dənginə.
    Gözümün su səhənginə
    Dolmusan ee, kefdəsən.

    Tanı, əllərimi tanı,
    Tanı, əlimin vətəni.
    Sən də sevəcəksən məni,
    Çoxdandı hədəfdəsən.

  • Xəyalə SEVİL.”Yaxşı tez alışıram”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Yaxşı tez alışıram
    Ayrılıq ağrısına-
    Bu gün-sabaha qədərdi.
    Mən özümü bir saat da
    Dərd çəkməyə qoymuram,
    Bəs nədir bu həsrət dərdi?
    Ürəyimin boşluğunda
    Kim var, kimi unuduram?
    Ah, mən daha heç kimi
    Sevə bilmirəm axı.
    Sinəmdə bir xatirətək
    Ürəyimi quruduram.
    Ruhum gedib, “gəl, gəl” deyir
    Bir addm da gəlmirəm.
    İndi mənə kim lazımdı,
    İndi kimə lazımam,
    Heç özüm də bilmirəm.
    Yenə quraq,
    Yenə susuz səhrayam.
    Uzaq durma,
    Üst-başımı yu, bulud.
    Hamı kimi, eh, sənin də
    Səs-küyünə güvənmirəm-
    Yağan deyil bu bulud.

  • Arzu HÜSEYN.”Danışmaq da xoş deyil inamdan, etibardan”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Danışmaq da xoş deyil inamdan, etibardan,
    Nəbilirsən kim səni hansı tində vuracaq.
    Ağac vəfa gördümü, əlvan rəngli bahardan?
    Öz külündən tükənir, soyuyanda od, ocaq.

    Güvənmək də xoş deyil, güvənirik hər dəfə,
    İnsan əl üzə bilmir nədənsə dünənindən.
    Mən hər zaman silah yox,
    Mən hər zaman hədəfəm.
    Mənəm edam edilən, asılan güvənindən.

    Əli bıçaq tutmayan, dili acı söz tutdu,
    Nələr, nələr eşitdim həqiqətə uymayan.
    Məhkəmələr quruldu, yenə haqsızlıq uddu,
    Uduzdu bu dəfə də, haqq yolunda can qoyan.

    Sığışmaz yerə, göyə, kəhkəşanlı saraya,
    Hesabında milyonlar, guya iman güdənlər.
    Bir zamanlar Şah idi, hökmürandı dünyaya,
    İndi qara tabutda, əli yalın gedənlər…

  • Arzu HÜSEYN.”Sən mənim ömrümə əsən rüzigar”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Sən mənim ömrümə əsən rüzigar,
    Sən mənim bəxtimə yağan yağışsan.
    Bəlkə də yaşanan sonuncu bahar,
    Bəlkə də əbədi bitməyən qışsan.

    Hələ gözlərində ilk sevda dəmi,
    Hələ əllərində ilıq hərarət.
    Neynəyim dəli tək sevirəm səni,
    Sevirəm bir şirin sözünə həsrət.

    Ürək söz anlamır yoxsa nə gəzim,
    Getdiyin yollarda, durduğun yerdə.
    Sən qalib çıxmısan qorxma, əzizim,
    Mən yenə eşqinə məğlub sərkərdə.

    Ürəkdən dodağa bircə pıçıltı,
    Dodaqdan ürəyə öpüş kimisən.
    De görüm yuxumu hara uçurdun?
    De görüm yuxuna saldın kimi sən?

    Mən sərt dalğalarla çarpışan qayıq,
    Ümidi kəsilmiş qağayıyam mən.
    Biz ki, ayrı-ayrı yaşamalıyıq,
    Bəs niyə evimi sən sayıram mən?
    Darayır otları bahar küləyi,
    Heyvalar sonuncu çiçəyin tökür.
    Mən şeir yazıram səndən, Mələyim,
    Şəhərin üstünə buludlar çökür,
    Heyvalar sonuncu çiçəyin tökür……

  • Kitabxanaya Ulu Öndərə həsr olunmuş yeni şeir təqdim olundu

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, “Tərəqqi” medalı laureatı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin redaktoru, şair, yazıçı-publisist Nəsibə İsrafilqızı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi yeni şeirini kitabxanaya təqdim etdi.

    Mərkəzi Kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsində fəal iştirak edən Nəsibə İsrafilqızının “Xilaskarım” şeiri oxuculara təqdim olunur.

    Xilaskarım

    (Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilib)

    Sən zirvəsən, uca dağsan,

    Bol-bəhrəli yaşıl bagsan.

    Sən alisən, sən aqilsən,

             Tarix yazan bir alimsən.

    Ürəklərə dolub qaldın,

    Bir əbədi mehman oldun.

    Şəfa tapdın minbir dərdə,

    Bərabərin yox hünərdə.

    Sən milləti tanıtdın, bu dünyaya, cahana.

    Hər kəlməndə min hikmət, hər sözündə min məna.

    Adına “Xilaskarım”, “Heydər baba” dedilər.

    Millətə ata oldun, “Heydər ata” dedilər.

    Sənsən al Günəşimiz, nuruna boyanırıq,

    Şəfəqlər sığalında hər sabah oyanırıq.

    Sən xalqın keşiyində bir əbədi mayaksan,

    İşinlə, əməlinlə millətinə dayaqsan.

    Oldu bayraqdarımız dəmir yumruqlu İlham,

    Bu şərəfə, hünərə, dünyalar qaldı heyran.

    Bir yumruqda birləşib sinə gərdik səngərə,

    Alqış igid əsgərə, alqış igid rəhbərə.

    Möhtəşəm zəfər çaldı döyüşlərdə ordumuz,

    Azadlığa qovuşdu bu müqəddəs yurdumuz.

    Qarabağda, Şuşada dalğalandı bayrağım,

    Şənlik etdi el-oba, güldü yurdum, torpağım.

    Əqidən, amalınla sənin yolun haqqı yolu,

    Sən millətin oğulsan sənin yolun xalq yolu.

    Adın zirvələrdədi, tarixlərdə qalacaq,

    Sən tarixi yazmısan, tarix səndən yazacaq.

    Ey Türkün şanlı oğlu, Vətənin vətəndaşı,

    Türkün başqa kimi var, Türkdü elə qardaşı.

    Bizi qoruyacaqdır Allah, müqəddəs “Quran”,

    Yaşasın Azərbaycan, yaşasın Ulu Turan.

  • Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə açıq havada kitab sərgisi açılıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə açıq havada kitab sərgisi açılıb.

    Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən kitablar və kitabxananın fonduna daxil olan yeni nəşrlər nümayiş olunub.

  • Azərbaycanlı şairə Nigar ARİF saytda Cənubi Azərbaycan Bürosunun Rəhbəri təyin olunub

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun 23 may 2023-cü il tarixli müvafiq qərarına əsasən, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycanlı şairə, gənc xanım yazar Nigar ARİF Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəri təyin olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Div boyda arzuların cırtdan ayaqları var…” (Nigar Arif) – SW ekspertlərinin seçimi

    Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi budur, başa çatdı. 

    Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda hazırda ekspertlərin 30 finalçını müəyyənləşdirmək mərhələsidir. 

    Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Emin Piri, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli, Cavid Qasımov və digərləri…

     “Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.

    Nigar Arif ( Ağalarova İlqar qızı)

    1993-cü il 20 yanvarda Mingəçevir şəhərində anadan olub. 

    2003-2009-cu illərdə Mingəçevir şəhər Üzeyr Hacıbəyov adına 3 saylı “Uşaq Musiqi Məktəbi”ndə piano üzrə təhsil alıb. 

    2010-2014- cü illərdə ADzərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsində “ingilis dili  müəllimliyi” üzrə təhsil alıb.

    2016–2018-ci illərdə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III “GəncƏdiblər Məktəbi”nin  məzunudur.

    Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    2017-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.

    2020- ci ildən Mərakeşdə  “Beynəlxalq İnsanlıq və Yaradıcılıq Forum”unun üzvüdür. Dünyada sülhün təminatında yaradıcılıq xidmətlərinə görə bu forum tərəfindən 2022-ci ildə “Dünyanın ən yaxşı medalı”na layiq görülüb.

    2021-ci ildən Özbəkistanda “Orta Asiya Yazarlar Birliyi”nin üzvüdür. Həmçinin bu birlik tərəfindən ‘Yangi Ovoz” ordeni ilə təltif olunub.

    2022-ci ildən Çində “CHINA POETRY CIRCLE” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. Çin festivalında “Mükəmməl Gənc Yazar “ adına layiq görülüb.

    2022-ci ildən Qırğızıstanda “Beynəlxalq Yazarlar Birliyi”nin üzvüdür.

    2019-cu ildə Bakıda ədəbiyyat üzrə IV LİFT Festivallar Festivalının, 2020- ci ildə Kolumbiyada keçirilən məşhur “Medelyin Dünya Şeir Festivalı”nın iştirakçısı, eləcə də Hindistan, Çin, İtaliya üzrə bir çox dünya şeir festivalları və layihələrinin iştirakçısı olub, mükafat və sertifikatlarla təltif edilib. Şeirlərindən bəziləri türk, rus, ingilis, ispan, ərəb, fars, çin, hind, portuqal, italyan, urdu kimi dillərinə tərcümə edilərək dünyanın bir çox ölkələrində dərc olunub, “ Barış” şeirinə İtalyada mahnı bəstələnib.

    23 may 2023-cü ildən etibarən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəridir.

    Həqiqətən də xanım yazarların şeirləri daha səmimi, daha kövrək, daha duyğusal olur. Yalnız onlar deyə bilərlər ki, div boyda arzuların cırtdan ayaqları var…

    Gecikmiş görüş

    Bax belədir, əzizim,

    Yol uzundur, zaman dar,

    Hardan biləydik axı

    Div boyda arzuların

    cırtdan ayaqları var…

    Xəyallar qura-qura

    Ağlımız kəsmədi heç

    arzular da gecikər,

    birdən bizə çatammaz.

    Bir gün şirin yuxular

    daha yalan satammaz…

    Böyüməyə tələsdik

    uşaqlıq dura-dura

    Nə gənclik yaşadıq ki,

    özümüzü o dağdan

    bu daşa vura-vura…

    Bir vaxt fil qulağında,

    oyandıq qəh-qəhəylə,

    Elə bil dan söküldü

    əlimizdə qədəhlə…

    Boylandı arxamızca

    yük dolu karusellər,

    Gülümsədi uzaqdan,

    Londonlar, Brüsellər…

    Öyrəşdik uçaqlara,

    Kim nə deyə bilər ki,

    indi bu qoçaqlara?

    Gəzdik bütün dünyanı,

    Nə sən bezdin, nə də mən

    O cırtdan ayaqların

    ümidindən yapışdıq,

    Gec olsa da neyləyək

    əsas odur,ölmədik,

    evvəl-axır tapışdıq…

    Bəstəsi mən, sözü sən

    Bir dənizə dönmüşəm, 

    Ləpəsi sətir-sətir. 

    Dalğaların altında, 

    Balıqlar yallı gedir. 

    Bir dənizə dönmüşəm, 

    Şeirimin sahilində. 

    Kövrəlib sərt qayalar, 

    Günəş tutur əlindən. 

    Bir dənizə dönmüşəm, 

    Göyün üzünə qaçır. 

    Gəmi boyda arzular, 

    Sinəmdə yelkən açır. 

    Bir dənizə dönmüşəm, 

    Dəniz bəbəklərində.

    Çaxılıram daş-qaşa, 

    İncə biləklərində. 

    Bir dənizə dönmüşəm, 

    Saçları yosun-yosun. 

    Zaman dodaqlarında, 

    Dincəlir uzun-uzun.

    Bir dənizə dönmüşəm, 

    Bu dənizin özü sən.

    Oxuduğu nəğmənin, 

    Bəstəsi mən, sözü sən.

    İçimdəki səs

    Bir səs gəlsə uzaqdan,

    çağırsa gedənləri…

    Axtarıb tapsa bir-bir

    gözümdən itənləri,

    qəlbimdə susanları,

    dilimdə bitənləri…

    Bir səs gəlsə uzaqdan,

    Gəlsə, lap yaxın olsa…

    İllərin dostu kimi,

    Könül yoldaşı kimi

    Keçmiş qayğılarımdan

    Təzə qayğılaradək

    gəlib dadıma çatsa,

    əl tutsa bacım kimi,

    Əlim çatmayanlara,

    uzansa ümidlərin

    boyu qardaşım kimi,

    Bir səs gəlsə uzaqdan,

    Gəlsə, lap yaxın olsa,

    Evimdə-eşiyimdə,

    Xoş günlər keşiyində,

    dayansa atam kimi.

    Arzular beşiyimdə

    həzin bir layla çalsa,

    oxusa anam kimi…

    Bir səs gəlsə uzaqdan,

    gedənləri çağırsa,

    Gedənlər eşitməsə,

    gedənlər qayıtmasa,

    Bu səs məni də alıb,

    kaş özüylə aparsa…

    Sən də mənim kimisən

    Kaşlardan corab hördün,

    günlərimin başına,

    Bir ayağın ilişib

    bəlkələrin daşına,

    Gözlərimdən, əllərimdən sürüşüb,

    vərəqlərin üstünə

    söz-söz tökülən ömür..,

    Ovcumun içində

    qoca qırışlar kimi,

    beli bükülən, ömür,

    Sən də mənim kimisən…

    sən də mənim kimisən,

    Bir az cılız, balaca,

    Əynimə geyindiyim,

    bu köhnə pencəyimdə,

    düymələrin yerindən

    yersiz sökülən, ömür..,

    Eh… Daha bir-birimizə

    dar gəlirik dəyəsən,

    Əl dayayıb ağaca,

    dincəlmək istəyirsən,

    Duz olub dizlərimə,

    vaxtsız çəkilən ömür…

    Ciblərimdə gizlənən,

    beş qəpiklər kimisən,

    Beş qəpik qalan, ömür,

    Əlim sənlə doludu,

    Saydım qəpiklərimi,

    bir çörəyin puludu…

    Indi sol yanımda

    dərin bir nəfəs dərib,

    az əvvəl yandırdığın siqaretin közünü

    ayağınla əzirsən…

    Dodağın yana qaçır,

    Gülməkdən çox elə bil,

    gülüşündən bezirsən,

    başı dikələn ömür,

    Bilirəm, düşünürsən:

    “buna da şükür”,

    buna da şükür…

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Xalq şairi Nigar Rəfibəylinin “Bir gün səni görməyəndə” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi, Xalq şairi Nigar Rəfibəylinin “Bir gün səni görməyəndə” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb.

    Kitabı Azərbaycan türkcəsindən ərəb əlifbasına tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

    İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.

    Xatırladaq ki, kitablar Miandoabdakı Şahmat nəşriyyatında və Təbrizdə Azərturanda çap olunub.

    Nigar ARİF,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

    Cənubi Azərbaycan Bürosunun Rəhbəri

  • Xalq şairi Nəriman Həsənzadənin “Təbriz” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Əməkdar İncəsənət xadimi, filologiya elmləri doktoru, professor, Xalq şairi Nəriman Həsənzadənin “Təbriz” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb.

    Kitabı Azərbaycan türkcəsindən ərəb əlifbasına tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

    İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.

    Xatırladaq ki, kitablar Miandoabdakı Şahmat nəşriyyatında və Təbrizdə Azərturanda çap olunub.

    Nigar ARİF,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

    Cənubi Azərbaycan Bürosunun Rəhbəri

  • Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Mükafatı laureatı, Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb.

    Kitabı Azərbaycan türkcəsindən ərəb əlifbasına tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

    İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.

    Xatırladaq ki, kitablar Miandoabdakı Şahmat nəşriyyatında və Təbrizdə Azərturanda çap olunub.

    Nigar ARİF,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

    Cənubi Azərbaycan Bürosunun Rəhbəri

  • Azərbaycanlı şairə Nuranə Rafaelqızının “Mənə bir az nağıl danış” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb

    Azərbaycanlı şairə Nuranə Rafaelqızının “Mənə bir az nağıl danış” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb

    Kitabı Azərbaycan türkcəsindən ərəb əlifbasına tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

    İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.

    Xatırladaq ki, kitablar Miandoabdakı Şahmat nəşriyyatında və Təbrizdə Azərturanda çap olunub.

    Nigar ARİF,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

    Cənubi Azərbaycan Bürosunun Rəhbəri

  • Azərbaycanlı şairə Fərqanə Səfərlinin “Mənim ümidlərim” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb

    Azərbaycanlı şairə Fərqanə Səfərlinin “Mənim ümidlərim” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb

    Kitabı Azərbaycan türkcəsindən ərəb əlifbasına tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

    İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.

    Xatırladaq ki, kitablar Miandoabdakı Şahmat nəşriyyatında və Təbrizdə Azərturanda çap olunub.

    Nigar ARİF,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

    Cənubi Azərbaycan Bürosunun Rəhbəri

  • Azərbaycanlı şairə  Ülviyyə Qəhrəmanın “Bir qadın şeir yazır” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb

    Azərbaycanlı şairə  Ülviyyə Qəhrəmanın “Bir qadın şeir yazır” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb.

    Kitabı Azərbaycan türkcəsindən fars dilinə tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

    İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.

    Xatırladaq ki, kitablar Miandoabdakı Şahmat nəşriyyatında və Təbrizdə Azərturanda çap olunub.

    Nigar ARİF,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

    Cənubi Azərbaycan Bürosunun Rəhbəri

  • Görkəmli Azərbaycan şairi Əli Tudənin “Mən nə gətirdim” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb

    Görkəmli Azərbaycan şairi Əli Tudənin “Mən nə gətirdim” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb.

    Kitabı Azərbaycan türkcəsindən ərəb əlifbasına tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

    İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.

    Xatırladaq ki, kitablar Miandoabdakı Şahmat nəşriyyatında və Təbrizdə Azərturanda çap olunub.

    Nigar ARİF,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

    Cənubi Azərbaycan Bürosunun Rəhbəri

  • Görkəmli Azərbaycan şairi Abbas Səhhətin “Seçilmiş şeirləri” Təbrizdə işıq üzü görüb

    Görkəmli Azərbaycan şairi Abbas Səhhətin “Seçilmiş şeirləri” Təbrizdə işıq üzü görüb.

    Kitabı Azərbaycan türkcəsindən ərəb əlifbasına tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

    İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.

    Xatırladaq ki, kitablar Miandoabdakı Şahmat nəşriyyatında və Təbrizdə Azərturanda çap olunub.

    Nigar ARİF,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

    Cənubi Azərbaycan Bürosunun Rəhbəri

  • Görkəmli Azərbaycan şairi Əhməd Cavadın “Sevgi candan ayrılmaz” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb

    Görkəmli Azərbaycan şairi Əhməd Cavadın “Sevgi candan ayrılmaz” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb.

    Kitabı Azərbaycan türkcəsindən ərəb əlifbasına tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

    İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.

    Xatırladaq ki, kitablar Miandoabdakı Şahmat nəşriyyatında və Təbrizdə Azərturanda çap olunub.

    Nigar ARİF,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

    Cənubi Azərbaycan Bürosunun Rəhbəri

  • Xalq yazıçısı Afaq Məsudun “Sərçələr” adlı yeni hekayələr kitabı Təbrizdə işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru Afaq Məsudun “Sərçələr” adlı yeni hekayələr kitabı Təbrizdə işıq üzü görüb.

    Kitabı Azərbaycan türkcəsindən fars dilinə tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

    Kitab müəllifin oxucuları ilə növbəti görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. İctimaiyyət nümayəndələri, ədəbi came, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Yaşadanın – yaşamağa haqqı var -“

    “Azərbaycan gəncləri” qəzetinin ədəbiyyat şöbəsində işlədiyim vaxtlar idi. Unudulmaz Xalq yazıçımız, böyük dramaturq İlyas Əfəndiyevlə görüşə getmişdim. Tamaşaya hazırlanan yeni pyesi barədə redaksiyanın tapşırığı ilə məlumat xarakterli məqalə hazırlamalıydım. Səhhəti ilə bağlı işə çıxmadığı üçün evə dəvət etmişdi.

    Elçin müəllimlə də ilk dəfə orada, atasıgildə tanış oldum. Şadam ki, o vaxtdan bizim münasibətlərimizin üstə toz qonmayıb, yaradıcılıq əlaqələrimiz davam edir.

    …Bu illər ərzində Elçin Əfəndiyevin nəinki əsərləri dünya şöhrəti qazanıb, hətta özü də bir yazıçı kimi milli ədəbiyyatımızın görkəmli şəxsiyyətlərindən sayılır. Təkcə bunu deyim ki, Türkiyə Prezidenti cənab Tayyib Ərdoğan bu yaxınlarda Elçin Əfəndiyevlə görüşündə onun yaradıcılığına yüksək dəyər verməklə mükafatlandırmış, Türkiyədə tamaşaya hazırlanan pyesinə uğur diləmişdir.

    Elçin müəllimin çoxlu oxucuları var. Onun bir sıra əsərləri mətbuat səhifələrində də geniş müzakirə olunur və bu da onun müasirliklə bağlı məsələlərə müdaxilə etdiyini, tariximizin dərin laylarını qaldırdığını göstərir. “Baş” romanının geniş əks-sədası dediyimə misallardan biri ola bilər.

    Görkəmli ictimai və dövlət xadimi, ədəbi-tənqidi fikrin nüfuzlu nümayəndələrindən olan Elçin Əfəndiyevin 80 yaşı tamam olur.

    Yola saldığımız acılı-şirinli günlər və illər ərzində mən onun təmkinli, xeyirxah, bir az da narahat qəlb sahibi olduğunu görmüşəm.

    Bəzi məqamları xatırlayıram. Bunlar unudulmur.

    Məlumdur ki, bu il anadan olmasının 100 illik yubileyini geniş qeyd etdiyimiz Ulu Öndər müxtəlif yaradıcı nəsillərin həyatında, taleyində, xatirəsində yaşayır və yaşayacaqdır.

    Mən də kənar deyiləm. Bizim Yazıçılar Birliyinin ədəbi orqanlarından olan “Azərbaycan” jurnalının poeziya şöbəsində işləyirdim. Ulu Öndər məni birbaşa “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru təyin etdi. Qəzet iki böyük yaradıcı təşkilatın: Azərbaycan Yazıçılar İttifaqının və Respublika Mədəniyyət Nazirliyinin orqanı idi. Elçin müəllim onda Yazıçılar İttifaqı üzrə qəzetin kuratoru idi.

    Mən də bir müəllif kimi yeni yazdığım “Kimin sualı var” poemamdan qəzetdə bir parça çap etdirdim. Nədənsə, bu parça katiblərdən biri tərəfindən sərt qarşılandı, hələ siyasi rəng də verdi.

    Poemanın qəzetdə çıxan fəsli iki gün katiblikdə müzakirə olundu. Ərizəmi yazıb işdən getməliydim.

    Elçin müəllim qəzetin kuratoru kimi ədalətin tərəfində durdu, çünki məni yaxşı tanıyırdı.

    Qəzetdə işlədiyim vaxtlarda Ulu Öndər özü mənə “Əməkdar incəsənət xadimi” adı vermişdi.

    Xalq şairi Sabir Rüstəmxanlı Respublika Mətbuat və İnformasiya naziri vəzifəsində işləyirdi. O, Milli Məclisə deputat seçiləndən sonra Ulu Öndər məni birinci müavin vəzifəsindən müvəqqəti olaraq, nazirəvəzi yerinə sərəncamla təyin etdi.

    Elə bir vaxt idi ki, orta məktəb dərslikləri nəşr edilib, təyinatı üzrə yerlərə göndərilməliydi.

    Nazirlər Kabineti dərsliklər üçün nəzərdə tutulan maliyyə xərclərini, hətta işçilərin maaşlarını da ləngidirdi.

    Baş nazirin müavini Elçin Əfəndiyev zəng vurmuşdu. Vəziyyəti olduğu kimi dedim. Elə bilirəm, narazı qaldı. Dərsliklər vaxtında çıxmalıydı.

    Lakin bir gün sonra iki tanıdığım imkanlı şəxsə zəng eləyib borc istədim. Xeyli miqdarda xərciydi. Ümidim az idi. Amma verdilər.

    Dərslikləri vaxtından qabaq nəşr edərək, Nazirliyin özündə dərsliklərdən ibarət sərgi düzəltdik. Baş nazirin müavini Elçin Əfəndiyevi də dəvət etdik.

    Nazirliyin işini bəyəndi, nəşriyyat işçilərinin əməyinə yüksək qiymət verdi.

    Dərindən nəfəs aldıq.

    Artıq o illər də arxada qaldı.

    Bu gün uğurlu taleyimiz yenə bizi bir yerə – İçərişəhərdə “Ədibin evi”nə yığmışdı. ADA Universitetinin rektoru, professor Hafiz Paşayev hekayə janrının inkişafına həsr olunan “Üçüncü Mir Cəlal Paşayev hekayə müsabiqəsi”nin yekunlarını elan etdi.

    Müsabiqənin sədri Xalq yazıçısı Elçin Əfəndiyevdir. Tanınmış, görkəmli alimlər, yazıçılar isə münsiflər heyətinin üzvləridir.

    Mükafatçıları təbrik edirik, şəkil çəkdiririk, vidalaşırıq.

    Dünən Elçin müəllimin də müəllimi, böyük yazıçı, alim, pedaqoq Mir Cəlalın da anadan olmasının 115 illiyini oxucuları, ölkə mətbuatı geniş qeyd elədi.

    Sizə cansağlığı, Elçin müəllim! Ailə, nəvə-nəticə sevincləri! Biz, əziz atanızgildə hələ dünən görüşmədikmi?!

    Axı böyük türk şairi Nazim Hikmət də deyirdi ki, insan hər yaşda gəncdi.

    Yaşayın, Elçin müəllim!

    Yaşadanın yaşamağa haqqı var.

    Sizə və ailənizə hörmətlə…

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Azərbaycanın müasir şair və yazıçılarının kitabları Təbriz və Qoşaçayda nəşr olunub

    Azərbaycanın müasir şair və yazıçılarının kitabları Təbriz və Qoşaçayda nəşr olunub. Kitabları tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

    “Xatirələr Otağı”
    Şair: Nigar Arif


    “Xəncər kirpikli qız”
    Şair: Səddam Laçin


    “Mənim ümidlərim”
    Şair: Fərqanə Səfərli


    “Bir qadın şeir yazır”
    Şair: Ülviyyə Qəhrəman


    “Mənə bir az nağıl danış”
    Şair: Nuranə Rafaelqızı


    “Yulğun çiçəyi”
    Şair: Zaur Ustac


    “Ömrə sığmayan arzular”
    Şair: Leyla Mətin


    “Sərçələr”(hekayələr)
    Afaq Məsud

  • Azərbaycanlı şair Namiq Hacıheydərlinin məqaləsi “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 215-ci sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri şair-araşdırmacı Namiq Hacıheydərlinin adlı məqaləsi  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 215-ci sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şair Müzəffər Məzahimin  “Vətən sevdalı ürək” adlı yeni kitabı işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Məmməd Araz mükafatı laureatı, Azərbaycanlı şair Müzəffər Məzahimin  “Vətən sevdalı ürək” adlı yeni kitabı işıq üzü görüb.

    Müəllif bu sözləri facebook sosial şəbəkəsindəki hesabında paylaşıb:

    “1989-cu ilin sonlarından başlamış Naxçıvanda gedən qanlı döyüşlərdə cəsarətlə vuruşan könüllü dəstələrin və onların rəhbəri, o vaxt Şərur rayon Polis İdarəsinin rəisi işləmiş polkovnik Allahverdi Həsənovun misilsiz xidmətləri olmuşdur. “Şərurli polkovnik” sənədli povestinin müəllifi Tofiq Hüseynin dediyi kimi: “Şərur döyüşləri milli qeyrət, hərbi şücaət, xalqımızın döyüşkən ruhunun təntənəsi olduğundan onun millətə daha yaxşı çatdırılmasına böyük ehtiyac vardır.” Polkovnik Allahverdi Həsənov və onun döyüşçüləri barəsində 1999-cu uldə yazıb bitidiyim “Vətən sevdalı ürək” poemam bu gün kitabça şəkilində artıq çapdan çıxmışdır. Şərur-Sədərək istiqamətində gedən döyüşlərdə şəhid olanlara Allah rəhmət eləsin, sağ qalanlara can sağlığı arzulayıram”.

    Kitab müəllifin oxucuları ilə sayca yeddinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. İctimaiyyət nümayəndələri, ədəbi came, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Xatırladaq ki, şair Müzəffər Məzahimin bundan öncə “Görüşünə gəlmişəm”, “Ata ocağı”, “Gəlin baharadək”, “Bu qərib dünyada”, “Atlan, igidim!” və Təbrizdə “Könül, gileylənmə” adlı şeirlər kitabı ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.