Mayın 27-də İçərişəhərdə V Milli Kitab Sərgisi işə başlayacaq.

AZƏRTAC xəbər verir ki, iyunun 4-dək davam edəcək sərgidə müxtəlif təqdimatlar, panel müzakirələri, yerli və xarici müəlliflərlə görüşlər, imza günləri, poeziya axşamları keçiriləcək.

Sərgi saat 09:00-dan 20:00-dək Qoşa Qala meydanında təşkil olunacaq.

Mənbə: https://azertag.az/