Görkəmli Azərbaycan şairi Əhməd Cavadın “Sevgi candan ayrılmaz” adlı şeirlər kitabı Təbrizdə işıq üzü görüb.

Kitabı Azərbaycan türkcəsindən ərəb əlifbasına tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslandır.

İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.

Xatırladaq ki, kitablar Miandoabdakı Şahmat nəşriyyatında və Təbrizdə Azərturanda çap olunub.

Nigar ARİF,

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

Cənubi Azərbaycan Bürosunun Rəhbəri