Azərbaycan Yazıçılar Birliyinin üzvü, Məmməd Araz mükafatı laureatı, Azərbaycanlı şair Müzəffər Məzahimin “Vətən sevdalı ürək” adlı yeni kitabı işıq üzü görüb.
Müəllif bu sözləri facebook sosial şəbəkəsindəki hesabında paylaşıb:
“1989-cu ilin sonlarından başlamış Naxçıvanda gedən qanlı döyüşlərdə cəsarətlə vuruşan könüllü dəstələrin və onların rəhbəri, o vaxt Şərur rayon Polis İdarəsinin rəisi işləmiş polkovnik Allahverdi Həsənovun misilsiz xidmətləri olmuşdur. “Şərurli polkovnik” sənədli povestinin müəllifi Tofiq Hüseynin dediyi kimi: “Şərur döyüşləri milli qeyrət, hərbi şücaət, xalqımızın döyüşkən ruhunun təntənəsi olduğundan onun millətə daha yaxşı çatdırılmasına böyük ehtiyac vardır.” Polkovnik Allahverdi Həsənov və onun döyüşçüləri barəsində 1999-cu uldə yazıb bitidiyim “Vətən sevdalı ürək” poemam bu gün kitabça şəkilində artıq çapdan çıxmışdır. Şərur-Sədərək istiqamətində gedən döyüşlərdə şəhid olanlara Allah rəhmət eləsin, sağ qalanlara can sağlığı arzulayıram”.
Kitab müəllifin oxucuları ilə sayca yeddinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. İctimaiyyət nümayəndələri, ədəbi came, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, şair Müzəffər Məzahimin bundan öncə “Görüşünə gəlmişəm”, “Ata ocağı”, “Gəlin baharadək”, “Bu qərib dünyada”, “Atlan, igidim!” və Təbrizdə “Könül, gileylənmə” adlı şeirlər kitabı ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.