
Azərbaycanlı şairə Nigar Arifin şeirləri Çinin beynəlxalq “ Rendition of İnternational Poetry Quarterly” jurnalında dərc edilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Nigar Arif (Azerbaijan)
Nigar Arif was born in 1993 on the 20th of January in Azerbaijan. She studied at Azerbaijan State Pedagogical University in the English faculty in 2010- 2014 and graduated from “III Youth Writers’ School” in “Azerbaijan Writers’ Union” in 2016- 2017. Nigar Arif is a member of “Azerbaijan Writers’ Union”, “World Union of Young Turkish Writers”, “İnternational Writers’ Union in Kyrgyzstan”, “ Writers Union of Central Asia” and the “International Forum for Creativity and Humanity” in Morocco. Her poems have been partially translated into English, Turkish, Russian, Persian, Chinese , Portuguese , Montenegro, Spanish, Arabic, İndian, Urdu and have been published in different countries. She was a participant of “ IV LIFT- Eurasian Literary Festival of Festivals“ which was held in Baku in 2019 and “30 Festival Internacional De Poesia De Medillin” in 2020 which was held in Colombia, “Panaroma International Literary Festival 2020” in India at an online platform. She participated at the” Word trip Europe” project, “100 poets around the World for love” and “ Fourth Global Poet Virtual Meeting 2020” and so on…
The Wind
Hey wind, knocking door to door,
is that one door you’re looking for,
is that enough for you?
Where are they now,
those open doors
from the hot, sunny days of summer?
Where are those that loved you,
to dine with and to rest;
who once were pleased to welcome you
and treat you as their guest?
Hey wind, knocking door to door,
where are your lovers now?
Now the weather’s turned to winter,
have they turned cold as well?
Don’t knock, my dear, don’t knock,
no one’s opening their door,
no one will look out for you, nor call on you,
no more.
Who, I ask, now the weathers changed,
would call on you at all?
Go dear, go.
Just wander round these dull grey streets
and break dry trees in anger;
just wait as winter turns to summer and your friends,
dear wind, with the sun, will grow again once more.
The Window of Mind
No, but there is something
I can’t hold back anymore,
I can’t talk…
Well,
what I say to the dark-faced world?
What I say to this time
that getting dark,
What I say to the day
that draws to a close;
What would I say?
What I say to the right or wrong word –
the mirror for the world
that has been through my house
and road,
taking by hand of these crossed roads,
passed by coldness and warmness
of this dusty town,
and smoke of the cars,
and through the lights of the streets
from road to road,
and through the darkened hearts of people,
and walked right
through the eyes of the people,
and turned into a word,
into the mirror for the world,
What I say to myself
whom I have seen in this mirror?
Break this mirror, break it,
my life and sweet-heart!
Let me not see
what I realized,
Well, what do you get in mind?
I’m not human…I’m not human!
Maybe I am a house that locked,
I can’t go out of myself…I can’t!
Where is a window of this house?
Tell me,
where opens out that window?
Take my mind and lead me,
Take me far away from here,
Tell me,
maybe the windows are the hands
of the silent houses?
Every day, every evening
They are opened for us
to embrace those
that we never seen,
not to show us
we have seen?
I Wonder, How am I?
I am not at home today,
I have gone to the far…
I don’t know where I am,
Well, look, probably,
I have lost sight of myself…
O, I don’t know, maybe…
Maybe when I am in a hurry
To be chasing rainbows.
I have been late for myself
To live to my heart’s content.
As I wanted to reach us,
Maybe I didn’t recognize
And passed by myself…
I have become thoughtful
My wishes stayed hungry –
Mind’s digested me…
I am not at home today,
My hand knocking at my door,
my heart isn’t just opened,
beating just itself up…
It put me into fire
I am burning there without you…
And this life shack
smells of death.
It wakes me up at once.
My light of hope
has gone out at all.
It can’t wait for a good day.
You have made blind
that darkened room.
I am now a reproof
In the house where I’m absent.
I am not at home today,
Don’t ask me how I am,
As soon as I found you
I am moved out of myself.
Look, I am like that…
I wonder, how am i?
To Distant Places
Hello, my friend, how are you?
How’s it going down there?
So, what’s the weather like?
Is the wind blowing again
interfering in affairs of Heaven?
Does the Sun reconcile to clouds
when it fell out with them?
Does the rain become the eye
of the house that you live in?
Tell me:
are the dreams playing back gammon
at nights, waking up past days
And drinking the memories?
Do the sweet, tasteful smells
that cooked by my mother
you loved in childhood,
knock at your door?
Do the days going out
Look ever at the day?
Do you hear voice
coming from far away,
And as it touches the ears
When you look for that voice
Your dreams in your soul
missing like me?
Does your tongue mix up often
spelling the old name?
How is the morning there?
How is the city there?
They say,
you fell in love there,
How is that place there?
Music is Me, Word is You
I have turned into sea,
Waves are line by line.
Under the waves
the fish is playing.
I have turned into sea,
İn the coast of my verse.
The sharp rocks got brittle,
The sun takes it by hand.
I have turned into sea,
It flies up to the sky.
Dreams like the ship
making sail in my soul.
I have turned into sea
In the apple of the eyes.
Striking against the gems
On the gentle wrists.
I have turned into sea,
Hairs are like water-plants.
Time is on the lips
resting long, and long.
I have turned into sea,
You’re just the sea itself!
Music of its song is me,
The word of its song is you….
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Gedirdim…
Yoluma bir döngə çıxdı,
Gölməçə döngəyə göyün payıydı…
Əlləri kəsilən kötük gülürdü,
Dili də, dişi də bomboz palçıqdı…
Kötüyün üstündə dünya düz idi,
Bir qoca oturub sərçə sayırdı…
Gedirdim…
Yolumdan eylədi məni
Buludun atdığı bircə ovuc su…
İslanmış saçıma bəhanə tapdım:
Göylər aydınlığa bələdi məni,
Qaranlıq dediyim nurun tayıdı…
Sonra gülümsədi ömür üzümə:
Gözü göy üzündə, əli dizində,
Bir qoca oturub sərçə sayırdı…
Gedirdim…
Dayandım…
Geri qayıtdım…
Könlümü boyadım ümid rəngində…
Şəki mənə, mən Şəkiyə naz atdım:
Bu mart başdan-başa bəxtin dəngində…
Bir mürəbbə açdım,
Bir çay qaynatdım…
Səsim dalğalandı mahnı səsində:
Yaradan bu gün də məni ayırdı
Qarğış dumanından, nifrət sisindən…
… Bir qoca oturub sərçə sayırdı…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Ölə bilmir şairlər
Ölümü özü yazan
Bir şair var haradasa…
Onu sevindirmir dan,
Günəş batırır yasa…
Qaranlığın aşiqi,
Məsumluq şeytanıdır…
Gecənin yaraşığı,
Əcəlin sübh anıdır…
Ağlamır…
Qəhərində
Qələmi üzdürür o…
Dünyanın səhərindən
Şeirini küsdürür o…
Gözünün qarasından
Bəzəyir vərəqləri…
Ayla gün arasından
Keçirir sətirləri…
Sabaha sağ çıxammır,
Bu gecədən şeirlər…
Burda əcəl darıxır…
Ölə bilmir şairlər…
(2016)
Şəfa Vəli
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Yaşımın az vaxtından
Boylanır xatirələr.
Aramızdan ötüb keçən
Nəhəng illər görünür
Saçlarının ağında.
Necəsən, ömrüm-günüm?
Məndən sonra nə oldu?
Hansı üzü əzizlədin
Əlinin sığalında?
Bütün köhnə xəbərləri
Danış, təzədi mənə.
Söylə, onun üzü, gözü,
Nəyi bənzədi mənə?
…Sən gəlsən,
Hamıdan çıxıb gedərdim-
Nələri xatırladım.
O şəhəri, o binanı,
O dəhlizi,
Eh, bizi xatırladım.
Səndə məsumluğum qalıb,
Görürəm hər sözündən.
Gəncliyimdən xatirəsən,
Muğayət ol özündən.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Səni çox xatırladırdı,
Yatıb öldürdüm gecəni.
Dağıtdım fikrimin səliqəsini
Ki, düşünməyim heç səni.
Nə yeridi,
Nə vaxtıdı həsrətin.
İndi səni düşünməyə
Bəs axı nə gərək var?
Fikirli gəzirəm,
Qəmgin gəzirəm
Görən deyir,
Bu işdə bir ürək var.
Ümid bitir,
Təsəllilər başlayır:
Qoy getsin gedənlər,
Nə olacaq ki?
Özümə də yer qalsın
Ömrümün sıxlığında.
Mən varam,
Həmişə öz yanımdayam
Hamının yoxluğunda…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Səni gözləməyi yadırğamışam,
Unudub pəncərəm yol izlərini.
Üfüqə boylanıb ruhum hər axşam,
Boyamır həsrətə gündüzlərini.
Səni gözləməyi yadırğamışam,
Qəmin yox beynimin xatirəsində.
Əllərin çoxdandır cığır çəkməyir,
Tərli bədənimin xəritəsində.
Səni gözləməyi yadırğamışam,
Taqət də qalmayıb ayaqlarımda.
Daha həya edib qızara bilmir,
Eşqin, ehtirasın yanaqlarımda.
Səni gözləməyi yadırğamışam,
Nə qərib duyğudur, bir bilə bilsən.
Unuda-unuda qaya olmuşam,
Ərit yaddaşımı, əridə bilsən.
Hər tərəf köksünü ötürən payız,
Vaxtdan dünənimi ala bilmirəm.
Görəsən, mənmiydim səni sevən qız?
Bağışla, yadıma sala bilmirəm.
Səni gözləməyi yadırğamışam…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Aldığım nəfəs kimisən,
Bircə ölümə bəndsən.
Çalış daha dönmə geri,
Bu dəfə çıxıb getsən.
Gecə olsan, mən də sərin
Sinən üstə uyusam.
Qaynayan səhra qumu tək,
Soyusam e, soyusam.
Başım üstə kərkəslərin,
Uçuşuna baxarsaq.
Bəlkə yenə ümüd doğar,
Sabaha sağ çıxarsaq.
Ruhum iftar süfrəsiydi ,
Ac gəldin yedin, bitirdin.
Mən səndən nə umdum, Adam
Sən mənə nə gətirdin?
Sevmədin giley edəndə,
Dedin səbr et, şükr et, dayan!
Birdə gördüm əli qanlı,
Uçurumun kənarındayam…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Mən sevirəm, sən biganə
Alışıram yanə-yanə
Sən bir yanə mən bir yanə
Ayrı düşüb yerlərimiz
*
Həsrət mənə, sevinc sənə
Dərd – qəm düşüb yenə mənə
Şadlıq-baş tacı sənə
Ayrı düşüb yerlərimiz
*
Ahu-fəğan eyləmirəm ,
Danışmıram, nə gülmürəm ,
El deyir, mən ki, demirəm
Ayrı düşüb yerlərimiz
*
İNTİZAR ləqəbim olub
Kədər də sirdaşım olub
Dərd çəkən
Dərdimi bölən
Qələm, bir də yazım olub
Sənə həmdəm dostların
Mənə zülmətlərim olub
Ayrı düşüb yollarımız
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Sadə bir qızam mən, yara inanan,
Canın qurban edən, eşqə sığınan,
Gəncliyi puç olan, ömrü dağılan
Vəfasız həyatın quluyam, qulu
*
Alışır ürəyim, közərir hisslər
Aldanıb, çarəsiz ağlayır gözlər
Karıma yetməyir o şirin sözlər
Vəfasız həyatın quluyam, qulu
*
Dözdüm hər əzaba, sinə gərib mən,
Döndüm İNTİZAR-a, buna səbəb sən
Sən oldun ömrümü məhv edib gedən
Vəfasız həyatın quluyam, qulu
*
Tez inanıb, tez aldandım, fayda nə?
Səhv elədim, cəzalandım mən yenə.
Tərs qanunuq: mən – həyata, o-mənə,
Vafasız həyatın quluyam qulu
Qeyd edək ki, Cəfərova Filizin atası Daşdəmir Cəfərov 17 ildir ki, Rəşadətli Azərbaycan Milli Ordusununun hərbi qulluqçusudur. II Qarabağ müharibəsi iştirakçısıdır.
Silahlı Qüvvələrin MÜZƏFFƏR ALİ BAŞ KOMANDANI, Azərbaycan Respublikasının PrezidentiZati-aliləri cənab İlham Əliyevin sərəncamı ilə “Qüsursuz xidmətə görə” medalı təltif olunub.
“Körpə Həsən və Hüseynə dəstək olaq” kampaniyası davam edir. 2016-cı il təvəllüdlü Cəfərov Həsən və Cəfərov Hüseyn üçün hər kəsə göstərilən hesaba pul köçürə bilərlər.
Əməliyyata ehtiyacı olan hər iki qardaş üçün toplanılmalı olan məbləğ 75000 dollara bərabərdir.
Qeyd edək ki, Həsən və Hüseynin atası Daşdəmir Cəfərov 17 ildir ki, Rəşadətli Azərbaycan Milli Ordusununun hərbi qulluqçusudur. II Qarabağ müharibəsi iştirakçısıdır.
Silahlı Qüvvələrin MÜZƏFFƏR ALİ BAŞ KOMANDANI, Azərbaycan Respublikasının PrezidentiZati-aliləri cənab İlham Əliyevin sərəncamı ilə “Qüsursuz xidmətə görə” medalı təltif olunub.
Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.
Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.
Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.
Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.
Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.
Novruz bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2023-cü il
Mənbə: http://president.az
Novruz bayramı (Tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, türk. Nevruz, krımtat. Navrez.) – Qədim türk və fars mənşəli xalqlara məxsus bayram.
Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.SSRİ-nin poçt markası. Azərbaycanda Novruz
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
Nizamül Mülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Novruz bayramında müxtəlif oyunlar keçirilir.Bunlara atırma.halay,bənövşə,cıdır-ənzəli,Kosa-kosa və bu kimi oyunlar aid edilir.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, badan yarandım” deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.
Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.Adətə görə süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur
Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.
Əsas məqalə: Novruz bayramı Azərbaycanda
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) (22 mart 1919, İkinci Şıxlı, Gəncə quberniyası – 26 iyul 1995, Bakı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).
İsmayıl Şıxlı |
---|
İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).
İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir[2].
Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994)[3].
1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909, İkinci Şıxlı, Qazax qəzası – 10 mart 1965[1], Bakı[1]) — Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri (1958–1965), nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1964), “Stalin” mükafatı laureatı (1950), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–1965), 1941-cı ildən Sov.İKP üzvü.
Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax qəzasında anadan olmuşdur. O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və “Ürək”povestlərini yazmışdır.
1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir”, “Nizami”,[2] “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi.O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950).Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur.Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi (“Bizdə futurizm cərəyanı”) 1926 ildə, ilk hekayəsi (“Qoyun qırxımı”) isə 1927 ildə dərc edilmişdir. “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır.Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1942–49) pəşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mü¬hüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957–59) və ölməz “Yeraltı çaylar dənizə axır” (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İ.Əfəndiyevlə birgə), “Şamil” (1940–41) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri “Bir ay və bir gün” (1963), gündəlikləri var. “Şair” (1939), “Fətəli xan” (1947, Ə.Məmmədxanlı ilə birgə), “Səhər” (1958), “Qara daşlar” (1958) kino ssenarilərinin müəllifidir.Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. /* Həyatı */
Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir. Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.
Səməd Vurğun (doğum adı) Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir.
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.
Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov (1902–1975) qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərli də şairin yaxın qohumu idi.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920–1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edir.
Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.
1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı pedaqoq Xanqızı (Bıjı, yəni, bacı) Vəkilova qayğı göstərir.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə “Vurğun” təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri “Vurğun” təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında toplanmışdır.
1930–1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin “Könül dəftəri” və 1935-ci ildə “Şeirlər” adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1933-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.
Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş verir. Belə ki, o, Abdulla Şaiqin həyat yoldaşının bacısı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurur.
1936–1937-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, Puşkinin “Yevgeni Onegin” mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin komitəsinin “A.S.Puşkin medalı” təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin “Pələng dərisi geymiş pəhvəlan” əsərinin bir hissəsini böyük ustalıqla tərcümə etmiş, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – “Vaqif”i yazır. “Vaqif” dramını 3–4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. “Vaqif” dramına görə Səməd Vurğun 1941-ci ildə “Stalin mükafatı”na layiq görülmüşdür.
1937–1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan yan keçməmişdi. Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə “onun məsələsinə” baxılmış, böyük şair “ölüm və ya ölüm” dilemması qarşısında qalmalı olmuşdur. Şairi aidiyyəti idarələrə tez-tez çağırırdılar.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun “Leyli və Məcnun” poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan “Xanlar”ı yazmışdır. Həmin il onun “Azad ilham” kitabı nəşr edilir.
1941-ci ildə Səməd Vurğun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə “Stalin mükafatı”na layiq görülür.
Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tutur. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən “Bakının dastanı” poemasını yazmışdı. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı “Ukrayna partizanlarına” şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı.
1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranmışdır.
1945-ci ildə yazdığı fəlsəfi dram olan “İnsan”da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Şairin bu əsərdə yaratdığı “Qardaşlıq şəhəri”ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilir. İlk gündən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR arasında mədəni körpü yaradılması işində fəal iştirak edir. Ulu öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədə nitqində S.Vurğunun akademik fəaliyyətinə toxunmuşdur: “Səməd Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd Vurğun Elmlər Akademiyasının yaradılmasının təşəbbüsçülərindən biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıbdır. Bu, böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəxtlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.”[1]
Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun “Vaqif” dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Ağa Məhəmməd şah Qacarın obrazında Adolf Hitlerə məxsus cizgilər vermişdi.
1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra “Zəncinin arzuları” poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur “Avropa xatirələri” adı ilə çap etdirmişdir.
1951-ci ildə şair “Bolqar-sovet dostluğu cəmiyyəti”nin xəttilə Bolqarıstanda olmuşdur.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca “Muğan” (1948), “Aygün” (1950–1951) və “Zamanın bayraqdarı” (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. “Aygün” poeması tənqid edilir, şairin Moskvada çap edilmiş “Şairin hüquqları” məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Lakin, həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur.
1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilir. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmədov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.[2]
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu.
1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında” məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 mln.-luq SSRİ xalqları arasından azərbaycanlı şairin Qurultayda “Sovet poeziyası haqqında” məruzəni etməsi, bütövlüklə, Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən, Səməd Vurğuna verilən olduqca böyük qiymət kimi dəyərləndirilə bilər.
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilir.
Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
1976-cı ildə şairin 70 illiyi münasibətilə buraxılmış poçt markası2006-cı ildə şairin 100 illiyi münasibətilə buraxılmış poçt markası
Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa, Azərbaycan Rus Dram Teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva (Rusiya) və Dərbənd (Dağıstan) şəhərlərində küçə, Düşənbə (Tacikistan) şəhərində məktəb, Kiyev (Ukranya) şəhərində kitabxana, Plovdiv (Bolqarıstan) şəhərində texnikum, və Datça (Türkiyə) şəhərində küçə şairin adını daşıyır.
Respublikamızın bütün rayonlarında Səməd Vurğun adına onlarla məktəb, mədəniyyət evi, küçə və park vardır. Vaxtilə respublikada bir çox kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin heykəlləri, büstləri qoyulmuşdur.
1975-ci ildə Bakıda Sovet ədəbiyyatı günlərində ölkənin ədəbi ictimaiyyətinin iştirakı ilə “Səməd Vurğunun ev-muzeyi“nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyin filialı – “Səməd Vurğunun poeziya evi” yaradılmışdır.
İran ziyalılarının ağsaqqalı, akademik Cavad Heyətin söylədiklərindən:[3]Akademik Cavad Heyət: vəfatından bir qədər əvvəl Şəhriyarla görüşümüzdə ondan soruşdum ki, Şimal şairlərindən hansını üstün sayırsınız? O bir az düşündü və dedi Səməd Vurğunu.
“Ayna” qəzeti, Bakı, 6 oktyabr, 2012.
5 fеvral 1996-cı ildə Azərbaycanın xalq şairi Səməd Vurğunun anadan оlmasının 90 illiyi münasibətilə ilə əlaqədar qərar qəbul edilmişdir.[4]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Səməd Vurğun Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[5]
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir.Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir.
16 mart tarixinədək müxtəlif şəhər və rayonlar üzrə 15 minə yaxın uşaq qeydiyyatdan keçib.
Xatırladaq ki, uşaq festivalı 21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəs qatıla bilər. Festival həm peşəkar, həm də həvəskar kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək.
İştirakçıların qeydiyyatı 20 fevral – 30 mart tarixlərində www.uif.az internet saytı üzərindən aparılır.
Əlavə məlumatları festivalın internet saytı, elektron poçtu, (050) 2880147 mobil, 147 qısa nömrələri, həmçinin festivalın rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə etmək mümkündür:
Rəsmi sayt – https://uif.az
E-poçt – info@uif.az
Facebook – https://www.facebook.com/uif.az
Instagram – https://www.instagram.com/uif.az
Twitter – https://twitter.com/uif_az
Youtube – https://www.youtube.com/@uif_az
Tiktok – https://www.tiktok.com/@uif.az
Mənbə: https://culture.gov.az
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Beləcə qocaltdıq qara torpağı..
-əvvəl meyvə küsdü, sonra soxulcan.
Atdıq addımlarla yara tapdağı,
Bağrına can sərib ağladıq: ‘can.. can…’
Bir şənlik dağıldı, bir ağı qaldı
min ömrün yuyuldu toz şəhərciyi.
Adsız kəfənlərin min dağı qaldı.
İmtahan yoğurdu boz şəhərciyi?
Mövsümlük dostlarım,necə usandıq.
-nələri bitirdik hesabımızda…
Neçə say itirdik, neçə qazandıq?!
Ümidi diriltdik kitabımızda!?
Boğazda yığılar, düyünlənər söz.
Vəfasız dünyadır-başına uçar..
Yusifi(Hz) quyudan çıxaran bir ‘döz!’
Yerin altında da sənə qol açar.
Əbədi yumulan çaxmaq gözlərin
kimsəsiz naləsi göyləri yıxar…
Türküm, quracaqdır Vətən-əllərin!
Çıxar əllərini, torpaqdan, çıxar!
(Hələ də kimlərinsə sağ qaldığına inanıram)
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Üstümdə
Müharibədən qalib çıxmış
Döyüşçü yorğunluğu.
İçimdə
Məzmunsuz bir boşluq.
“Dəydimi bu müharibəyə?” sualı,
-Yox.
İnsanın ən təhlükəli vaxtı
Məsumiyyətini itirdiyi vaxtdı.
İndi durub düşünürəm,
Öldürməsəydim məhəbbətini
Neçə yaşı olacaqdı?
Unutmaq da öyrənilən bir şeydi-
Zaman lazımmış.
Səni niyyət tutub
Döydüyüm qapıdan
Gələn bəd xəbər
Alın yazımmış…
Darıxıram, İlahi,
Yoxluqdu, təklikdi.
Bunun adı bir gün deyil,
Bunun adı gündəlikdi.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Səhər eyni, axşam eyni,
Əcəb axına düşmüşəm.
Tanrı də atmışdı məni,
Gördü yaxına düşmüşəm,
Qıymadı.
Ağlamağa qoymadı.
“Səbr”, – dedi.
“Ürəyində bir sevgi var,
Gözlərində gəzir”, – dedi.
“Əsir”, – dedi, “əllərin,
Kirit barmaqlarını.
Bu ağ vərəq, bu taleyin,
Yerit barmaqlarını”.
“Hüzur”, – dedim,
“Hüzur”, – dedim!
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Gözlərindən süzülüb axır gecənin nəmi,
Udur balışlarımız ikimizin kədərin.
Ah nə gözəl çilədir, beləcə sevmək səni
Toxunmadan, dəymədən,
fəqət dərindən-dərin.
Eyni şəhərdə olmaq, eyni havanı udmaq,
Eyni bağda, bağçada gəzişmək axşam çağı.
Ah, nə gözəl çilədir, səni düşünüb yatmaq,
Xəyalına boyamaq pəncərəni, otağı.
Ünvanını bilmədən, yollarını tanımaq.
Təsadüfən küçədə göz-gözə gəlmək də var.
Ah, nə gözəl çilədir sənsiz də, sənin olmaq
Ah, nə gözəl sehirdir sənə açan qapılar.
Karıxır sözlərimiz hisslərimiz dinəndə,
Qismətimdir gözünün zülmətində boğulmaq.
Ah, nə gözəl çilədir dodaqların güləndə,
Ölüb-ölüb, təzədən gülüşündə doğulmaq.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Hər şey səni xatırladır,
Bu küçə də, bu döngə də.
O ağacdan yola düşən,
O kölgə də.
Bu şəhər də, bu ölkə də,
Qəm də səni xatırladır.
Hər gün səni xatırladır,
Vaxt, zaman da.
Sahibi tərk edib gedən,
o ünvan da.
Yanımda əlimi sıxan,
Bu adam da,
Mənə səni xatırladır…
Ay mənim dünənim, bugünki günüm,
Sevəndən küsməzlər, başınadönüm,
Puldan da kəsərlər, çörəkdən də adamı,
Ümiddən kəsməzlər, başınadönüm…
Təəssüf bürüyüb dörd bir yanımı,
Ağlımdan keçənə şübhə asırsan,
Sözlərim sinəmdən daşır çay kimi,
Divar dilə gəlir, sənsə susursan…
Hay-haray içində fikirlər keçir,
İncik baxışların dönmür səs-küyə
Heç bilmirəm nə deyim
xoşuna gəlsin deyə,
Daha bəsdir əzizim,
Dur əlini ver mənə,
Bunca uşaqlıq niyə?
Yadındadı o mahnı?
“ Gedək üzü küləyə”…
Gedək üzü küləyə?…
Qardaş Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən “Kardeş Kalemler” dərgisinin yeni 195-ci sayında “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Gənc xanım yazar Şəfa Vəlinin məqaləsi işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.
Qardaş Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən “Kardeş Kalemler” dərgisinin yeni 195-ci sayında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri, istedadlı yazıçı Coşqun Xəliloğlunun şeiri ərgisində işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib. Görüşdə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, institutun magistrləri və digər alimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı açıb. Bildirib ki, bu görüş şöbənin mütəmadi keçirilən müzakirələrindən biridir. Şöbədə hazırlanan kitablardan birinin Xalq yazıçısı Süleyman Rəhimova həsr olduğunu qeyd edib. “Süleyman Rəhimov Azərbaycan ədəbiyyatında yeganə şəxsiyyətdir ki, epopeya yaradıb. “Şamo” ilə başlayıb, təxminən həmin əsərlə də bitirib. Bütün ömrü boyu Şamodan ayrılmayıb” – söyləyən alim, yazıçının həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verib, haqqında aparılan tədiqatlara münasibət bildirib.
Filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov çıxışında Xalq yazıçısının ədəbiyyatımıza gətirdiyi yeniliklər, onunla bağlı maraqlı xatirələr haqqında danışıb. Qeyd edib ki, “Süleyman Rəhimov milli adam olub, bütövlükdə özünü Azərbaycana həsr edib. Gənclərə yaxından kömək edib. Nəsrin bütün janrlarında yazıb. Sovet dövrü ədəbiyyatında yeganə epopeyanı o yaradıb. “Şamo” romanında yaradılan 879 obrazın heç biri bir-birinə bənzəmir. Bu əsər dünyanın 60 dilində çap olunub, rus dilində 12 dəfə nəşr edilib”.
Tədbirdə filologiya elmləri doktorları, professorlar Qəzənfər Paşayev, İsmayıl Məmmədli də çıxış edərək Süleyman Rəhimov haqqında maraqlı faktlar səsləndiriblər.
Sonda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimov çıxış edərək tədbirin təşkili üçün təşəkkürlərini çatdırıb.
Gülnar Səma
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi
Anar Prezident İlham Əliyevə təşəkkür edib: “Əməyimi qiymətləndirib”
Xalq yazıçısı Anar Prezident İlham Əliyevə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsinə görə təşəkkür edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Anar Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
“Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Çox sağ olsun, əməyimi qiymətləndirib”.
Qeyd edək ki, yazıçı Anarın 85 yaşı tamam olub.
“Ədəbiyyat və incəsənət”
(16.03.2023)
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın anadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası və “Anar – 85” adlı ənənəvi kitab sərgisi hazırlanıb.
Kitabxananın məlumatına görə, elektron məlumat bazası “Ana səhifə”, “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Anar haqqında”, “Əsərləri”, “Haqqında”, “Filmoqrafiya”, “Mükafatları”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Anar/index.html linkindən istifadə edə bilərlər.
“Ədəbiyyat və incəsənət”
“Ulduz” jurnalı ilə “Ədəbiyyat və İncəsənət” portalı görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi elan edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edir, mövzu seçimi sərbəstdir.
Müsabiqə iştirakçıları hekayələrini öz tərcümeyi-halları və fotoşəkilləri ilə birgə iyul ayının 15-dək hekayen2023@mail.ru ünavanına göndərə bilərlər. Təqdim edilmiş mətnlərin həcmi 20 min işarədən artıq olmamalı, bundan əvvəl heç bir mətbu orqanda dərc edilməməlidir.
Müsabiqəyə sentyabr ayında yekun vurulacaq, nüfuzlu münsiflər tərəfindən ümumilikdə dörd qalib hekayə müəllifi (1-ci yer bir, 2-ci yer bir, 3-cü yer iki laureat) diplom və mükafatlarla təltif ediləcək.
Qeyd edək ki, müsabiqə çərçivəsində seçilmiş bəlli sayda hekayə “Ulduz” jurnalının xüsusi nömrəsində, eləcə də
“Ədəbiyyat və incəsənət” portalında dərc ediləcək.
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)
Azərbaycanın “Hədis” animasiya filmi Annecy Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyev məlumat verib.
Onun sözlərinə görə, bu festival bütün dünya ölkələrində istehsal olunmuş animasiya filmlərindən ən yaxşılarını nümayiş etdirən aparıcı animasiya festivalı kimi tanınır: “Annecy müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir. Rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev olan “Hədis” simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır. “Hədis” qısametrajlı animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib və bu ölkədə gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub”.
Bildirilib ki, filmin ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, filmin məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovádır. Filmin montajını Jorge Sánchez Calderón həyata keçirib. Filmə musiqini Ondřej Zavadil yazıb. Filmi Zöhrə Kərimi səsləndirib. Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin musiqisi səslənir. “ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası və “Əkinçi” platforması filmə media dəstəyi verib.
Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən, yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram günlərində maraqlı və səmərəli keçməsi məqsədilə “Bayram qalası” günləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirlərə ilk olaraq martın 19-da saat 13:00-da Qoşa Qala meydanında quraşdırılacaq səhnədə konsert proqramı ilə start veriləcək. “Bayram qalası” günləri martın 26-da saat 12:00-dan 22:00-dək davam edəcək.
Həmin günlər ərzində qurama, rəssamlıq, nano-art, keramika kimi sənətkarların əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə, həmçinin milli mətbəx nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş olunacaq.
A.R.Rzayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 2023-cü il
Mənbə: http://president.az
***
Həsəd çəkmədim heç vaxt,
Heç bir zaman heç kəsə.
Qısqanmadım kiminsə
şöhrətinə, dövlətinə, adına…
güclü istedadına
Ömrün son müddətində
İllər ötdüyü zaman
qısqanıram mən yaman
özüm bilmirəm haçan
gələcək Gələcəyə
Mənsiz keçən illərçün
qəribsəyirəm hər an.
Bir gün mən olmayanda
Necə yad edəcəklər,
nələr söyləyəcəklər?
İçində dərd çəkən kim?
Guya ki dərd çəkən kim?
Şux, şən zarafatları
yada salıb gülən kim?
Ayrılığa dözməyib
həsrətindən ölən kim?
Bəlkə də haqlıdırlar
Hindistan müdrikləri
Ölən insan da bir gün
Dönüb qayıdır geri,
Quş kimi, balıq kimi,
Ağactək, gül-çiçəktək.
Quşları ovlayırlar,
Balıqları tuturlar,
Ağacları kəsirlər,
gül-çiçəyi dərirlər,
yenə məhv olur dönən,
Mən hansıymışam görən?
Tutalım, lap belədir,
Dünyamı dəyişərkən,
Bir də dönəcəm geri
Kim tanıyacaq məni?
Dünya bir pəncərədir.
qapatma pəncərəni…
12 yanvar 2022
***
İtirdiyim dostlarla
yuxuda görüşürəm.
maska filan taxmadan
görüşüb-öpüşürəm.
Gündüz ölən dostlarım
Gecə yuxuma girir.
Mən burdan danışıram.
Soruram: orda nə var?
Cavab vermir heç biri,
Məlul-məlul baxırlar.
Oranın ünsiyyəti
bəlkə, susub baxmaqmış.
Görəsən, o dünyada
yuxular belə varmış?
Ordakı dostlarım da
Hərdən görürmü məni,
ordakı yuxularda?
Əslində, kim bilir kim,
Kimdi yuxulu, ayıq?
Bəlkə, onlardı oyaq
Biz burda yuxudayıq.
13 yanvar 2022
***
Asilərim elə hey məni dəfn eləyirlər
“tükənibdir” deyirlər.
Amma mən də beləyəm:
“Basdırılandan” sonra,
“tükənəndən” sonra da
On cild kitab yazmışam.
Bir gün əgər doğrudan
əcəl qapımı döysə,
Ölümə də hazıram.
Amma hələ ki, sağam
Yazmaqçün yaşayıram,
yaşamaqçün yazıram.
12 yanvar 2022
Mənbə: https://edebiyyatqazeti.az/
Yazıçı-publisist, «Qobustan» dərgisinin baş redaktoru, Filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyevanın «Anar yaradıcılığında zaman və insan» adlı dərs vəsaiti işıq üzü görüb. Kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə «Qanun» nəşriyyatında işıq üzü görüb. Elmi redaktoru Akademik İsa Həbibbəylidir.
Dərs vəsaiti Ali məktəblərin tələbələrinin Xalq yazıçısı Anarın yaradıcılığını dərindən mənimsəməsi və sənətkarın aid olduğu dövrü öyrənməsi üçün faydalıdır. Burada yazıçının bioqrafiyası və ayrı-ayrı əsərlərinin vəhdət şəklində təhlili ilə həm Sovet dövrü, həm də müstəqillik illəri Azərbaycan ədəbiyyatı tarixinin mənzərəsi yaranır… Qeyd edək ki, dərs vəsaiti Xalq yazıçısı Anarın 85 illik yubileyinə ithaf olunub.
Kitabın müəllifi «Anar dünyası» esselər kitabından sonra yazıçının yaradıcılığına ayrı yöndən yanaşmağa çalışdığını bildirib: «Təxminən son beş ildə üzərində işlədiyim, zaman-zaman əlavələr etdiyim və yazıçın nəsrini bütöv halda təhlil etməyə çalışdığım bu kitabın Anar müəllimin 85 illik yubileyi ərəfəsində çapdan çıxması təsadüfi deyil. Əlbəttə öncəki esselər kitabımdan sonra daha fundamental araşdırma ortaya qoymaq istəyirdim. Amma kitabın yazılmasından çox onun çapa hazırlanması daha çətin məqamdı. Bu yolda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, hörmətli elmi məsləhətçim, akademik İsa Həbibbəylinin dəstəyini xüsusi qeyd etməliyəm. Elm yolunda hər bir uğurlu işə dəstək olan İsa müəllim bu kitabın da elmi məsləhətçisidir. Həmçinin Qanun nəşriyyatı və rəhbəri Şahbaz Xuduoğlu çox qısa müddətdə kitabın işıq üzü görməsi üçün hər cür çaba göstərdilər. Buna görə bütün «Qanun» ailəsinə minnətdarlığım sonsuzdur. Və əlbəttə bu böyük xəzinəni bizlər üçün yaradan Ustadım Anar müəllimə təşəkkür eddirəm. Arzu edirəm ki, yazıçı çox yaşasın, çox yazsın, oxucularını hər zaman sevindirsin…»
Qeyd edək ki, bu günlərdə Pərvinin Türkiyədə, Türk Ədəbiyyatı Vaqfı yayınlarından «Çağının önündə bir yazar:Anar» adlı kitabı da işıq üzü görüb. Bu kitabda isə Xalq yazıçısı Anarın türk dünyası qarşısında xidmətləri, ümumtürk ədəbiyyatına verdiyi töhvələr geniş araşdırılıb. Kitabın Türkiyə türkcəsinə yazıçı-tərcüməçi, «Türk ədəbiyyatı» dərgisinin baş redaktoru İmdat Avşar çevirib.
Mənbə: https://edebiyyatqazeti.az/
«Qobustan» İncəsənət Toplusunun yazı sayı işıq üzü görüb. 2023-cü il Heydər Əliyev ili konsepsiyasında yayımlanan dərgi Ulu öndərin əziz xatirəsinə ithaf olunub. Dərgidə müxtəlif yazıçıların, alim və sənətkarların Heydər Əliyev haqqında xatirələrinə, yazılarına yer verilib. Ədəbiyyatşünas-alim Vilayət Quliyev «Ədəbiyyat mühafizi» adlı məqaləsində Ulu öndərin şair və yazıçılarla, söz-sənət adamları ilə münasibətlərindən söz açıb.
Həmçinin dərginin Yaz sayında bu il yubileyləri qeyd olunan «Azərbaycan» dərgisi, «Sabah» Yaradıcılıq Birliyi haqqında məqalələr, bəstəkarlar Fikrət Əmirov, Şəfiqə Axundova, rəssam Cavad Mircavadov, Xalq yazıçıları Anar, Elçin, Mövlud Süleymanlı yubileylərinə həsr olunmuş esse və təbrik yazıları yer alıb. Dərginin bu sayı «Qobustan»ın əməkdaşı, rəssam Ayxan Rəsulun 50 illik yubileyinə həsr olunmuş məqalə ilə yekunlaşır.
Ümummilli liderin mədəniyyətə, ədəbiyyata və onun ayrı-ayrı nümayəndələrinə qayğısı, sevgisi, xeyirxah münasibəti, həmçinin yubileyləri qeyd olunan söz-sənət adamlarının həyatında oynadığı rol dərginin əsas ideyasını təşkil edir.
Qeyd edək ki, oxucular «Qobustan»ın bu sayını AYB-nin dördüncü mərtəbəsindən, dərginin redaksiyasından əldə edə bilərlər.
Mənbə: https://edebiyyatqazeti.az/
Bu günlərdə Türkiyənin nüfuzlu ədəbiyyat təşkilatı olan Türk Ədəbiyyatı Vəqfində “Tedev” nəşriyyatının Xalq yazıçısı Anar haqqında iki yeni kitab işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, birinci kitab İmdat Avşarın tərtibatı ilə məqalələr toplusu – “İki əsrin qovşağında bir yazar: Anar” və Pərvin Nurəliyevanın müəllifi olduğu “Çağının önündə bir yazar: Anar” adlanır. Birinci kitab Türkiyənin önəmli söz-sənət adamlarının, alimlərinin yazıçının 85 illik yubileyinə yazdığı məqalələrdən ibarətdir. Burada Əli Yavuz Akpınar, Ataol Bəhramoğlu, İsa Həbibbəyli, Yəhya Akengin, Nəsrin Qaraca, Əhməd Bican Ərcilasun, Fikrət Türkmən, Yaqub Çelik, Əli Abdin Qaraca, Gökhan Tunc, Gülzar Məmmədova, Abuzər Bağırov, İmdat Avşar kimi türk dünyasının önəmli imzalarının yazıçının həyatı və yaradıcılığını incələyən yazıları yer alıb. Pərvin Nurəliyevanın kitabında isə Anarın Türk dünyası qarşısında xidmətləri və ümumtürk ədəbiyyatına aid araşdırmaları haqqında məqalə-esselər yer alıb. Kitabı Türkiyə türkcəsinə çevirən yazıçı-tərcüməçi, “Türk ədəbiyyatı dərgisi”nin baş redaktoru İmdat Avşardır.
Türk Ədəbiyyatı Vəqfinin rəhbəri, şair Sərhat Kabaklı bu cür kitabların çapının son dərəcə vacib olduğunu bildirib: “Beş il öncə İstanbulda ustad Anarın 80 illik yubileyini qeyd edəndə demişdik ki, əziz dostumuz çox yaşasın, yaratsın, biz də onun növbəti yubileylərin təbrik edək. Bu dəfə yubiley çərçivəsində işlərimiz daha genişdir. Arzumuz odur ki, Anarımızı yeni nəsil türk oxucusu tanısın, sevsin. Anarımız deyirəm ona görə ki, o, bütün türk dünyasının ortaq dəyəridir. Həm Pərvin Nurəliyevanın kitabından, həm də İmdat Avşarın tərtib etdiyi məqalələr toplusundan bir daha anladıq ki, Anar qardaş xalqların və onların ədəbiyyatının yaxınlaşması üçün necə böyük işlər görüb. Mən əziz Anar müəllimi təbrik edirəm. Qalan ürək sözlərimi Türkiyədə, İstanbulda düzənləyəcəyimiz tədbirlər deyəcəyəm…”
Kitabların tərtibatçısı və tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi İmdat Avşar bu il Türkiyədə Anar yubileyi ilə bağlı planların geniş olduğunu bildirib: “Ustadın yubileyinə həsr etdiyimiz bu iki kitab görmək istədiyimiz işlərin uğurlu bir başlanğıcıdır. Arzum o idi ki, bu dəfə yeni yazılar qələmə alınsın, yeni kitablar çıxsın. Tərtib etdiyim kitabda imzası olan hər kəs öz tanıdığı, sevdiyi Anarı təqdim edir türk oxucusuna. Hazırda ustadın nəsr əsərlərini də Türkiyə türkcəsinə yenidən çevirirəm, yaxınlarda İstanbulda üç romanı çapdan çıxacaq. Anar Türk dünyasının yaşayan Dədə Qorqud ödülünün sahibidir. Məhz belə dəyərlərimizi təbliğ etməyə, gənc nəsilə tanıtmağa ehtiyac var. Bu işlərdə böyük çabalar göstərən, hər cür dəstəyini əsirgəməyən əziz Sərhat Kabaklıya, Türk Ədəbiyyatı Vəqfi ailəsinə çox minnətdaram…”
“Heydər Əliyev İli”nə Yazıçılar Birliyinin töhfəsi yeni kitab olacaq. Belə ki, Yazıçılar Birliyi bu əlamətdar ilə kitab hazırlayır. Bu kitabda Ulu Öndər Heydər Əliyevi şəxsən tanıyan yazıçıların xatirələri toplanıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.
“Kitabda mənim də xatirələrim yer alır. Tanımayan, şəxsən ünsiyyətdə olmayan yazıçıların da Heydər Əliyevə həsr etdikləri yazılar bu nəşrdə olacaq. 100 illik yubileyə belə bir sanballı nəşrlə töhfəmizi verəcəyik”,- deyə Xalq yazıçısı bildirib.
Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə – Torpaq çərşənbəsidir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir.
AZƏRTAC xəbər verir ki, bu çərşənbəyə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.
Uzun qış aylarında insanların evlərində saxladığı ərzaqlar tükənir. Əfsanəyə görə adamların əziyyət çəkdikləri bu gündə Su, Od, Yel və Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir və burada yatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini (çərşənbələri) müxtəlif mərasimlərlə qeyd edirlər.
Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə isə xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir. Ölkəmizin bəzi bölgələrində İlaxır çərşənbə hətta Novruz bayramının özü qədər təntənəli keçirilir.
Bu çərşənbədə nələr etməli?
İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapıpusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.
Həmçinin bu günün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına inanırlar.
İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər – qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.
İlaxır çərşənbələrlə bağlı ənənələr
İlaxır çərşənbələr müxtəlif mərasim ənənələri ilə zəngindir. Ev adətləri ilə bağlı ən əsas adətlərdən biri ev təmizləmədir.
Bu tipli yenilənmənin – təmizlənmənin əsas vasitələrindən biri üzərlikyandırmadı. Üzərlikyandırma Novruz mərasim kompleksində təmizlənmə – yenilənmə ilə bağlı icra olunan ayinlərdəndir. İnsanlar Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə, mal-qaraya, ev sakinlərinə yönəlmiş hər hansı mənfi nəzərin təsirini aradan qaldırarmışlar.
İlaxır çərşənbənin və ümumiyyətlə, 4 çərşənbənin hər birinin ən ayrılmaz və əvəzolunmaz atributu tonqalqalamadır. Xüsusilə ilaxır çərşənbədə tonqal qalanır, insanlar “ağırlığım-uğurluğum bu odda qalsın” deyib onun üzərindən tullanırlar. Bu zaman nəğmələr də oxunur.
Axır çərşənbənin əsas adətlərindən biri “qurşaqatdı” adətidir. Buna bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə papaq atıb, pay istəməkdir.
İlaxır çərşənbənin ayinləri çoxdur. Bunlardan bəziləri səməni ilə bağlıdır. Onlardan biri də “səməni nəziri” adətidir. Qəlbində bir niyyəti olan adam böyük tabaqlara buğda töküb göyərtdirirdi. Sonra cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadırdılar. Ona qoz-fındıq ləpəsi qatır, sonra xonça sinilərinə töküb yayırdılar. Xonçaları evə aparmayıb, həyətdə saxlayırdılar. Gecə yatmayıb niyyətin qəbul olması haqqında dua edirdilər. Səhər bişmişin dadına baxırdılar. Əgər bişmiş şirin çıxırdısa, demək, nəzir-niyyət qəbul olunub.
“Barışıq” adəti çox mühüm adətdir və insanlar buna böyük əhəmiyyət verirlər. “Bayramlaşma” adəti isə çox geniş tərkibli mərasim aktıdır.
Oyun ənənələri
İlaxır çərşənbələrdə icra edilən oyunların bir çoxu heyvanlarla bağlıdır. Məsələn, “Xoruzdöyüşdürmə”, “İtboğuşdurma”, “Qoçdöyüşü” oyunları. “Xoruzdöyüşdürmə” oyunu Novruz bayramı günlərində, adından da göründüyü kimi, xüsusi cinsdən olan və xüsusi bəslənmiş xoruzların döyüşdürülməsidir.
Novruz bayramının ən mühüm və geniş yayılmış oyunlarından biri “Yumurta döyüşdürmək”dir. Bu oyunda yumurtalar bir-birinə vurulur, sınan yumurta məğlub tərəf olur. Qeyd etmək lazımdır ki, bu oyun tarixən çox geniş yayılmış, kütləvi xarakter daşımışdır. Keçmişdə dövlət başçıları da bu oyuna biganə qalmamışlar. Burada döyüşdürülən yumurtalar iki dünyanın – qışla yazın, soyuqla istinin mübarizəsini nümayiş etdirməkdədir.
Mətbəx ənənələri
Novruz bayramının ənənələrindən də biri “Yumurta boyamaq” adətidir. İnsanlar ilboyu yumurta qaynadıb yeyirlər. Lakin Novruzda qaynanmış yumurtanı həm də boyayırlar ki, bunun da bayramla bağlı xüsusi mənası vardır. İlaxır çərşənbədə və Novruz bayramı günlərində qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir sözlə oyanma-dirilmə ayini ilə əlaqədar olan ən qədim təsəvvürlərlə bağlı olduğunu göstərir.
Bayramın mərasimi simvolikası “Yeddi ləvin”, yaxud “Yeddi sin” adlanan adətdə xüsusi ifadə olunur. “Yeddi ləvin” yeddi növ yemək deməkdir. Yeddi növ yemək hazırlamaq və ya bayram süfrəsinə eyni hərflə başlayan yeddi ədəd bayram nəməri qoymaq adəti olmuşdur. Yeddi ləvində süfrəyə çörək, duz, üzərlik, kömür, güzgü, su və yumurta kimi yeddi növ yemək, nemət, əşya qoyulur. Bunların hər birinin öz mənası var. 7 müqəddəs rəqəmdir və dünyanın, kainatın birliyini, tamlığını ifadə edir. Bunun 7 növ ərzaqla ifadə olunması süfrənin simvolikası, ümumiyyətlə, yeməyin simvolikası ilə bağlıdır. Yəni Novruz süfrəsi də bayramın yaradılış ideyasına xidmət edir. Bayram süfrəsinə qoyulan 7 nemət artıq mərasimi məna daşıyır.
Novruz falları
“Qulaq falı”, “qapıpusma”, “qulaqpusma” adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır.
Axır çərşənbənin məşhur fallarından biri “üzüksalma” adlanır. “Bundan irəli ilaxır çərşənbədə ərgən qızlar bir otağa yığışıb dilək tası qurardılar. Ortalığa dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü həmin qabın içinə atardı. Üzükləri qabın içində iki-üç kərə qarışdırıb, balaca bir oğlan uşağını da gətirərdilər yığnağa. Uşağa başa salardılar ki: – Bax, indi biz növbə ilə bayatı oxuyacağıq. Hər dəfə bayatı oxunub başa çatanda, sən gedib tasın içindəki üzüklərdən birini götürərsən. Biz də baxıb görərik üzük kimindir. Bayatıdan sonra kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə yaxın bir axarda yozulardı.
İlaxır çərşənbənin fallarından biri də güzgü ilə falabaxmadır. Məsələn, Naxçıvan və Dərələyəz bölgələrində ilaxır çərşənbədə qızlar əllərində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, “sevdiyi oğlana gedər” deyərlər. Burada iki əsas element var: güzgü və ay. Məlumdur ki, güzgü ruhlar aləmi ilə bağlıdır. Bu halda oğlanın şəklinin güzgüdə görünməsi onun ruhunun görünməsi deməkdir. Ay obrazına gəlincə, onun oğlan obrazı ilə bağlılığı diqqəti çəkir.
Ümumiyyətlə, Novruz falları say və məzmunca zəngindir. Bu fallar məzmunca maraqlı olmaqla yanaşı, bir sıra hallarda çox açıq şəkildə əski təbiət kultları ilə bağlı təsəvvürləri özlərində əks etdirir.
Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Şeirimin bahar gözü,
Yaşla dolub, kövrəlibdi.
Yaz nəfəsli ürəyimdə
Qış yenidən dirçəlibdi.
Hər sözümün bənövşəsi,
Qara xallı laləsi var.
Vətən deyən dillərimin
Göyə qalxan naləsi var.
Misra-misra qocalıram,
Kəlmə-kəlmə can verirəm.
Şeir-şeir ucalıram,
Vətən boyda qan verirəm.
Sözlərimin soyqrımı,
Dillərimdən asılıbdı.
Qələm tutan əllərimi
Gör kimlər daşa basıbdı.
Qardaş Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən “Kardeş Kalemler” dərgisinin yeni sayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycanlı gənc xanım yazar Banu Muharremin “Türkiyəm, o günəş yenə doğacaq” adlı şeiri dərc olunub.
Qeyd edək ki, “Mücrü” Nəşriyyatının “Proza” seriyasından işıq üzü görən “İlin hekayələri” nəsr toplusunda “1.. 2.. 3.. 4” hekayəsi işıq üzü görmüşdü.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Martın 18-25-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın bənzərsiz ifaları ilə səsləndirilir.
Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev və kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslıdır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Dünyanın ən böyük turist bazarı olan Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur.
AZƏRTAC xəbər verir ki, bu, Çinin Mədəniyyət və Turizm Nazirliyinin xaricə qrup turist səfərlərinin təşkili üçün təyinat məntəqlərinin sayının çoxaldılması ilə bağlı növbəti qərarından sonra mümkün olub. Martın 15-dən qüvvəyə minəcək qərara əsasən, turizm agentlikləri Fransa, İspaniya, İtaliya, Braziliya kimi populyar turizm təyinat məntəqələri daxil olmaqla 40 ölkəyə, o cümlədən Azərbaycana qrup turist səfərləri təşkil edə biləcək.
Çinin populyar onlayn səyahət platforması olan “Tongcheng Travel”in məlumatına əsasən, nazirliyin qərarı elan olunandan sonra sözügedən ölkələrə səyahət üçün axtarışlar 77 faiz, viza müraciətləri isə 4 dəfə çoxalıb.
Çindən xaricə qrup turist səfərləri 2020-ci ilin əvvəlindən COVID-19 pandemiyası səbəbindən dayandırılıb. Xaricə qrup turist səfərlərinin bərpasına fevralın 6-dan başlanılıb. İlkin mərhələdə əsasən qonşu ölkələrə, o cümlədən Tailand, İndoneziya, Malayziya, Laos daxil olmaqla 20 dövlətə qrup turist səfərlərinə icazə verilib.
Qeyd edək ki, Çin pandemiyaya qədər dünyanın ən böyük turist bazarı hesab olunur. 2019-cu ildə təxminən 160 milyon Çin vətəndaşı xaricdə turist səfərində olub. Ümumiyyətlə, pandemiyadan əvvəlki bir neçə il ərzində xaricə turizm səfərlərinin sayına görə çinlilər dünyada birinci yeri tutub. Həmin dövrdə qlobal turizm gəlirinin təxminən 15 faizi çinli turistlər tərəfindən təmin edilirdi.
Pandemiya ortaya çıxmazdan əvvəlki son illərdə Çindən Azərbaycana turist səfərlərinin sayında da böyük artım müşahidə olunurdu. Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi, “Asan Viza” sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfərini asanlaşdıran amillərdir. Bundan başqa, ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir. 2019-cu ilin martında isə Pekində “Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb.
Bir məqamı da qeyd etmək lazımdır ki, Çinin 3 iri aviasiya şirkətindən biri olan “Çin Cənub Hava Yolları” (China Southern”) martın 13-dən etibarən Quancou-Urumçi-Bakı və əksinə istiqamətində sərnişin təyyarələrinin uçuşlarını bərpa edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Səfəvi imperiyasının banisi və birinci şahı, ilk dəfə olaraq Azərbaycan ərazilərini vahid dövlətdə birləşdirən və Azərbaycan türkcəsini dövlət dili elan edən hökmdar, şair Şah İsmayıl Səfəvi haqqında “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Shoh Ismoil Safaviy” adlı bölmə istifadəyə verilib.
Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.
Mərkəzin “Wikipediya” heyəti tərəfindən yaradılmış bölmədə Şah İsmayıl Səfəvinin həyatı, hökmdarlığı, onun başçılığı ilə edilən yürüşlər və döyüşlər, siyasi fəaliyyəti, onun ailə və nəsil şəcərəsi, şəxsiyyəti, xidmətləri, ədəbiyyatımızda yeri, əsərləri, dövlətimiz tərəfindən adının əbədiləşdirilməsi və s. mövzular öz əksini tapıb.
Bölmələr üzrə hazırlanmış məqalədə Şah İsmayıl Səfəvinin həyatı və hakimiyyət illərini tam əhatə edən məlumatlar, xəritələr, tarixi rəsmlər, əlyazma əsərlərindən nümunələr və s. zəngin materiallar elmi istinad prinsipinə uyğun şəkildə verilib.
Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli qərarı ilə Şah İsmayıl Xətainin əsərləri Azərbaycan Respublikasında dövlət mülkiyyəti elan edilən müəlliflərin siyahısına daxil edilib.
Şah İsmayıl Səfəvinin xidmətləri adlı bölmədə vurğulanır ki, o, qısa həyatında Azərbaycan dövlətçiliyi üçün vacib işlər görüb, böyük uğurlara imza atıb, ona ölməzlik bəxş edən əsərlər qələmə alıb, Azərbaycan xalqının siyasi və mədəni tarixində parlaq səhifələrdən birinin yaradıcısı kimi tanınıb.
Bölmədə Şah İsmayıl Səfəvinin 13 yaşında ikən Səfəvi əmirləri və digər türk boylarının dəstəyi ilə əcdadlarının başladığı mübarizəni davam etdirməsi, orta əsrlərdə onun rəhbərliyi ilə Azərbaycan xalqının dövlətçiliyinin ən yüksək mərhələsi olan Səfəvilər imperiyasının qurulduğu, onun hakimiyyətinin və dövlətçilik ənənələrinin sonrakı Azərbaycan dövlətçilik tarixi zəncirində çox önəmli bir halqanı təmsil etməsi və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını təşkil etməsi qeyd olunur.
Məqalədə, eyni zamanda, Şah İsmayıl Səfəvinin müasir Azərbaycan dövlətində, dövlətçilik tarixində, Klassik Azərbaycan ədəbiyyatında rolundan söz açılır, Azərbaycan dövlətinin ona verdiyi böyük dəyər və qiymət vurğulanır.
“Wikipediya”da Şah İsmayıl Səfəvi haqqında özbək dilində məlumatlarla https://uz.wikipedia.org/wiki/Shoh_Ismoil_Safaviy linki vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikiuz” layihəsi çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, dövlətçiliyi, şəhərləri, görkəmli şəxsiyyətləri, elm, siyasət, mədəniyyət və incəsənət xadimləri, Ermənistan-Azərbaycan münaqişəsi, birinci Qarabağ savaşı, Vətən müharibəsi və s. aid özbək dilində yüzlərlə məqalə hazırlanaraq onlayn ensiklopediyaya yerləşdirilib.
Martın 15-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Sədəf” xalq çalğı alətləri ansamblı konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən ansambl zəngin və maraqlı repertuarla tamaşaçıların qarşısına çıxacaq.
Proqramda xalq və bəstəkar mahnıları, habelə muğam və təsniflər ifa olunacaq.
Qeyd edək ki, konsert Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, “Sağlığında qiymət verin insanlara” sətirləri dillər əzbəri olan Xalq şairi Cabir Novruzun anadan olmasının 90 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Xalq şairinin həyatı, ictimai və ədəbi fəaliyyəti haqqında geniş məlumat verilib. Burada Cabir Novruzun uzun illər müxtəlif aparıcı mətbuat orqanlarında redaktor, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi vəzifəsində çalışması, 1995-ci ildə Azərbaycanın Milli Məclisinə deputatı seçilməsi haqqında məlumat verilib. Şairin ədəbi yaradıcılığına geniş yer verilən virtual sərgidə onun şeirlərindən nümunələr, sözlərinə bəstələnən musiqi əsərləri yer alıb. Materialda, həmçinin görkəmli şəxslərin şair haqqında söylədikləri dəyərli fikirlər, Cabir Novruzun təltif olunduğu mükafatlar haqqında da məlumatlar əks olunub. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Cabir Novruzun həyat və yaradıcılığından bəhs edən və müəllifi olduğu “Vətən əbədi qoruqdur”, “Bir dünyam var”, “Mənim muğamatım”, “Özünü qoru xalqım”, “Seçilmiş əsərləri” və digər kitabların biblioqrafik təsviri verilib. Xalq şairi Cabir Novruzun foto və videogörüntülərinin yer aldığı materialda şairin “Sağlığında qiymət verin insanlara” şeiri öz ifasında təqdim edilib.
Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin rəhbərliyi ilə Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında səfərdə olub.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində əvvəlcə Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzi, Hüseyn Arif adına şəhər Uşaq musiqi məktəbi, Dövlət Rəsm Qalereyası, rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinə baxış keçirilib. Həmçinin rayon Mədəniyyət Mərkəzinin şəhər 1 saylı Folklor klubu, rayon MKS-nin Dağkəsəmən kənd 2 saylı kitabxana filialı və kənd Mədəniyyət evinə baxış olub, yaradılan şəraitdən səmərəli istifadə edilməsi, işin müasir tələblər səviyyəsində qurulmasının vacibliyi diqqətə çatdırılıb.
Qazax rayonuna səfər zamanı Heydər Əliyev Mərkəzi, Ədəbiyyat Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, MKS, Mədəniyyət Mərkəzi, Qazax Dövlət Dram Teatrı, Dövlət Rəsm Qalereyası, İsrafil ağa hamamı, eləcə də rayondakı bir sıra mədəniyyət müəssisələrinə baxış keçirilib.
Nümayəndə heyəti Qazax Müəllimlər Seminariyasının tarixi binasında fəaliyyət göstərən ADA Universitetinin Qazax Mərkəzinə baş çəkib, təhsil ocağının fəaliyyəti, kompleksdə yaradılmış şəraitlə tanış olub.
Eyni zamanda rayon ərazisindəki “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Daş Salahlı kəndində yerləşən qoruğun Damcılı filialına da baş çəkilib. Məlumat verilib ki, burada dünya əhəmiyyətli qədim Damcılı mağara düşərgəsi və çox sayda mağaralar yerləşir. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloq M.Hüseynov tərəfindən arxeoloji qazıntılar aparılıb və Avey dağında Daş dövrünə aid 30-a yaxın mağara aşkar edilib, buradan iki minə yaxın alət tapılıb. 2015-ci ildə Yaponiyanın Tokio Universiteti Muzeyi, AMEA-nın indiki Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və “Avey” qoruğu arasında memorandum imzalanıb. Sənədə əsasən, yaponiyalı və azərbaycanlı mütəxəssislər tərəfindən bu ərazilərdə arxeoloji tədqiqatlar davam etdirilir.
Tovuz rayonuna səfər zamanı ilk olaraq bu qəbildən dünyada ilk muzeylərdən olan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinə baxış keçirilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan və dövlət başçısının iştirakı ilə istifadəyə verilən müasir standartlara uyğun muzeydə Azərbaycan aşıq sənətinin keçmişini və bugünkü vəziyyətini əks etdirən qiymətli eksponatlar nümayiş olunur.
Sonra Tovuz Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi, MKS və 1 nömrəli Qovlar şəhər kitabxana filialı, Heydər Əliyev Mərkəzi, aşıq Əkbər Cəfərov adına rayon Mədəniyyət Mərkəzi, Qovlar şəhər və Düz Qırıqlı kənd folklor evləri, aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbi və Qovlar şəhər Uşaq musiqi məktəbi ilə də tanışlıq olub. Qeyd edilib ki, bədii təhsil ocaqları ilə mədəniyyət müəssisələrinin uğurlu əməkdaşlığına nail olunmalı, effektiv birgə fəaliyyətin qurulması diqqətdə saxlanılmalıdır.
Ölkə başçısının tapşırığı ilə yenidən qurulan, müasir standartlara cavab verən Nizami Gəncəvi adına Tovuz rayon Mədəniyyət evinə də baxış olub. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və canlandırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Sonra Şəmkir rayonuna gələn nümayəndə heyəti Əhməd Cavad adına Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq musiqi məktəbi, Alman Lüteran kilsəsi, MKS və onun Uşaq şöbəsi, Mahir Aslanov adına Düyərli kənd kitabxana filialı, Zəyəm qəsəbə kitabxana filialı və Zəyəm qəsəbə Mədəniyyət evinə baxış keçirib. Müəssisələrin maddi-texniki imkanları, cari vəziyyəti və fəaliyyət istiqamətləri haqqında məlumat verilib.
Qeyd olunan bölgələrə səfər zamanı monitorinq qrupu keçmiş dövrlərdən qalmış, bu günün çağırışlarına cavab verməyən bir sıra infrastruktur obyektlərinə baş çəkib. Heyət tərəfindən qeydlər aparılıb, müvafiq tapşırıqlar verilib.
Musiqi məktəblərinə baxış zamanı müəllim kollektivi və şagirdlərlə görüş olub. Musiqi təhsili ocaqlarında istedadlı, yaradıcı potensiallı uşaqların olduğu müəyyən edilib, onların bacarıqlarının qiymətləndirilməsi və tanıdılmasının vacibliyi diqqətə çatdırılıb.
Bundan əlavə, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Uşaq İncəsənət Festivalının nominasiyalar üzrə regionların hansı mədəniyyət müəssisələrində təşkil ediləcəyi də nəzərdən keçirilib.
Rayonlarda mədəniyyət müəssisələrində mövcud problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Rejissor Den Kvan və Deniel Şaynertin “Hər şey hər yerdə və dərhal” adlı ekran əsəri “Ən yaxşı film” nominasiyasında “Oscar” mükafatını qazanıb.
AZƏRTAC xəbər verir ki, həmin film “Ən yaxşı rejissor işi”, “Ən yaxşı orijinal ssenari”, “Ən yaxşı montaj” nominasiyalarının da sahibi olub. Bundan başqa filmdə baş rolun ifaçısı Mişel Yeo “Ən yaxşı aktrisa” nominasiyasında qalib gəlib, Ceymi Li Körtis və Ke Hyui Kvan ən yaxşı ikinci plan aktyorları seçilib.
Ümumilikdə 158 mükafat qazanan film kino tarixinin ən titullu ekran əsəri olub.
Bu film camaşırxanada çalışan və vergi müfəttişliyinə gedərkən paralel dünyalar arasında səyahət edə bildiyini aşkarlayan çinli mühacirin həyatından bəhs edir.
2023-cü ilin “Ən yaxşı film” nominasiyası uğrunda on ekran əsəri, o cümlədən Stiven Spilberqin “Fabelmanlar” (2022), Ceyms Kemeronun “Avatar: suyun yolu”, Edvard Bergerin “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Erix Mariya Remarkın romanının ekran versiyası), Sara Pollinin “Qadınlar danışır”, Todd Fildin “Tar”, Cozef Kosinskinin “Top Qan: Meverik”, Ruben Estlundun “Qəm üçbucağı”, Baz Lurmanın “Elvis” və Martin Makdonahın “İnişerin Banşiləri” filmləri mübarizə aparıb.
Digər əsas nominasiyaların qalibləri:
Ən yaxşı aktyor – Brendan Freyzer (Darren Aronofskinin “Kit” filmi).
Ən yaxşı xarici bədii film – “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Almaniya). Bu ekran əsəri, həmçinin Ən yaxşı operator işi, Ən yaxşı orijinal saundtrek və Ən yaxşı quruluşçu-rejissor işi nominasiyalarının qalibi olub.
Ən yaxşı adaptasiya olan ssenari – “Qadınlar danışır”.
Ən yaxşı sənədli film – Deniel Roerin “Navalnı” əsəri (HBO kinokompaniyası).
Ən yaxşı animasiya filmi – Hilyermo Del Toro və Mark Qustafsonun “Pinokkio Hilyermo Del Toro”.
Azərbaycan Dövlət Musiqili Teatrında maraqlı tamaşalardan sayılan SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası əsasında hazırlanmış eyniadlı səhnə əsəri nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, teatrın rus bölməsi tərəfindən hazırlanan tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əli Usubovdur.
Rauf Hacıyevin musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalçikin, Volqoqradın musiqili teatrlarında tamaşaya qoyulub.
Qeyd edək ki, martın 17-də göstəriləcək tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlərdir.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.
Azərbaycan Milli Xalça Muzeyinin formalaşmasında xidmətləri olmuş xalçaçı-rəssam, sənətşünas alim Cəfər Mücirinin doğum günü ilə əlaqədar boyanmamış yun iplərdən xalçatoxuma üzrə ustad dərsi keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ustad dərsi 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.
İlk dəfə xalçalarında boyanmamış yun ipdən istifadə edən rəssam C.Müciri olub. Onun muzeyimizdə saxlanılan məşhur əsərlərindən biri XVII əsrin böyük şairi Saib Təbriziyə həsr etdiyi təbii rəngli, müxtəlif çalarlı yun iplərdən toxunmuş xalçadır.
Ustad dərsinə qatılmaq istəyənlər öncədən https://forms.gle/Kygtg9afG6yqSysN8 linkindən qeydiyyatdan keçməlidirlər.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlıyazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim MəmmədxanlıGöyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarındandır.
Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il[1].
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.
Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
Anar və Ziya Bünyadov
1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.
Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib[2].
Filmin adı | İl | Ssenari müəllifi | Əsər müəllifi | Quruluşçu rejissor | Aktyor | İştirakçı | Haqqında | Filmin növü | |
---|---|---|---|---|---|---|---|---|---|
Dəniz | 1965 | Qısametrajlı sənədli film | |||||||
Torpaq. Dəniz. Od. Səma | 1967 | Tammetrajlı bədii film | |||||||
Qobustan | 1967 | Qısametrajlı sənədli film | |||||||
Hər axşam on birdə | 1968 | Tammetrajlı bədii filmi | |||||||
Bu, Səttar Bəhlulzadədir | 1969 | Qısametrajlı sənədli televiziya filmi | |||||||
Gün keçdi | 1971 | Tammetrajlı bədii film | |||||||
Nəsimi | 1971 | Qısametrajlı sənədli film | |||||||
Gecə işıqları | 1972 | İki hissəli bədii film | |||||||
Yığıncaq | 1972 | ||||||||
Xatirələr sahili | 1972 | Tammetrajlı bədii film | |||||||
Var olun, qızlar… | 1972 | Tammetrajlı bədii film | |||||||
Dədə Qorqud | 1975 | Tammetrajlı bədii film | |||||||
Daşlar danışanda | 1976 | Qısametrajlı sənədli film | |||||||
İşgüzar adamlar (film, 1977) | 1977 | “Mozalan” süjeti | |||||||
Dantenin yubileyi | 1978 | Tammetrajlı bədii film | |||||||
Ötən ilin son gecəsi | 1978 | Tammetrajlı televiziya tamaşası | |||||||
Üzeyir ömrü | 1981 | Tammetrajlı bədii film | |||||||
Ötən ilin son gecəsi | 1983 | Tammetrajlı bədii film | |||||||
Qəm pəncərəsi | 1986 | Tammetrajlı bədii film |
Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906, Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan SSR xalq şairi (1960), II dərəcəli Stalin mükafatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü.
Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur.
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olmuşdur.[2][3] 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (1937–1938), “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, “Azərbaycan“, “Kirpi” jurnallarının və “Советский писатель” (sovetskiy pisatel)” redaksiya heyətlərinə üzv seçilmişdir.
Xidmətlərinə görə üç dəfə “Lenin” ordeni, iki “Qırmızı əmək bayrağı” ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. 1971–1989-cu illərdə Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur.
1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.
Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazmışdır. Ən sevilən əsərlərindən biri Təbrizim əsəridir.
Ədəbi fəaliyyətə 20-ci illərin əvvəllərində başlamış, 1922-ci ildə “Çimnaz xanım yuxudadır” birpərdəli komediyasını yazmışdır. “Unudulmuş gənc” adlı ilk mətbu şeiri 1923 ildə “Maarif və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalında dərc olunmuşdur. “Ələmdən nəşəyə” adlı ilk şeir kitabı 1927-ci ildə nəşr edilmişdir.
Sosializm ideyalarını, inqilabi əhvali-ruhiyyəni ədəbiyyata gətirmək, poeziyanı gündəlik ictimai-siyasi hadisələrin inikasına çevirmək bu kitabın başlıca xüsusiyyətləri idi. “Addımlar” (1930), “Səs”, “Atəş” (1932) şeir kitabları S.Rüstəmin siyasi lirik şair kimi formalaşmasının göstəricisi idi.
İkinci Dünya müharibəsi illərində o, xalqın qəhrəmanlıq mübarizəsini tərənnüm edən əsərlər yazmışdır. “İldırım” (1942), “Qafurun qəlbi” (1959), “Əzizlərdən əzizlərə” (1965) və s. Müharibə dövrü yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tuturdu: “Təbriz şeirləri silsiləsi”, “İki sahil” kitabı (1949). 1960–1980-ci illər yaradıcılığında ictimai-siyasi və məhəbbət lirikası əsas xətti təşkil etmişdir: “Günəşli sahillərdə” (1963), “Keçilməmiş yollarda” (1970), “Ürəyimin gözüylə” (1977), “Mənim günəşim” (1981) və s. kitabların, “Yanğın” (H. Nəzərli ilə birgə, 1930) pyesinin, “Qaçaq Nəbi” (1940) mənzum pyesinin, “Durna” (1948) komediyasının müəllifidir.
Vikimənbədə Süleyman Rüstəm ilə əlaqəli məlumatlar var.
Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2]
Həyatı
Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.[3]
1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.
Yaradıcılığı
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.
Şeirlərinə yazılmış mahnılar
Video
Şövkət Ələkbərova – Məhəbbət – musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə – Bakının qızları – musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə – Mənim duyğularım – musiqi: Oqtay Kazımi
Zeynəb Xanlarova – Cavanlığım – musiqi: Oqtay Kazımi
Zeynəb Xanlarova – Bulaq suyu, dağ havası – musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə – Dünya düzələn deyil – musiqi: İqbal Ağayev
Yalçın Rzazadə – Böyüməyə tələsmə – musiqi: İqbal Ağayev
Manana Caparidze – Bu nə cür məhəbbətdir – musiqi: Eldar Mansurov
Aygün Kazımova – Səsim səsinə öyrəşib – musiqi: Eldar Mansurov
Mübariz Tağıyev – Ömür keçir – musiqi: Eldar Mansurov
Ruhəngiz Abdullayeva – Məhəbbət ölməyəcək – musiqi: Eldar Mansurov
Audio
Ağadadaş Ağayev – Gəlin gələndə – musiqi: Oqtay Kazımi
Mübariz Tağıyev – Sən oldun – musiqi: Eldar Mansurov
Brilliant Dadaşova – Gecikmiş məhəbbət – musiqi: Eldar Mansurov
İlqar Muradov – Sən oldun – musiqi: Eldar Mansurov
Heydər Anatollu – Tənhalıq – musiqi: Eldar Mansurov
Abbas Əhməd – Təki sənin səsin gəlsin – musiqi: Eldar Mansurov
Səbinə Cabbarzadə – Məhəbbət – musiqi: Eldar Mansurov