
Bir bədbəxtin bu gecə də
yuxusu qarışıq olub,
gözəl-göyçək bülbül qalıb;
gedib gülə aşiq olub,
Eşq oynadar canı odnan,
doğma edər özgə- yadnan,
indi qan yaşlar axıdan
gülə-gülə aşiq olub,
Ülkərdi- göylərdən enib,
bilmir- bəxtin üzü dönüb!
Ocaqda közü söndürüb-
külək külə aşiq olub,
Başı daşdan-daşa dəymiş,
aman, Allah, eşq nəyimiş!
Bülbül də Məcnun gündəymiş-
şirin dilə aşiq olub…