Xalq şairi Vahid ƏZİZ.”DAĞLARDAN…”

Hərkəsin dəyməz qədəmi,
dolayları- daşlı, hamar,
dağlar da kişilər kişilər kimi-
təpəsi daz, tüklüsü var,

Zürvədə nur cumar şərə,
şeh düşər gül bitən yerə,
gecə getmə meşələrə-
canavarı, tülküsü var,

Yadda qalmaz hər yazılan,
yaxşı çalmaz hər saz alan,
nə artandı, nə azalan-
hər dağın öz ölçüsü var,

Sevdim göydə söz tutanı-
paxırlını, pas tutanı,
çoxdu köksümdə yatanı;
sözıərin də külçəsi var…