Xalq şairi Süleyman RÜSTƏM.”Gün o gün olsun ki…”

Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açılsın hava!
Alınsın düşməndən ömürlük qisas,
Torpaq nəfəs alıb dincəlsin bir az!
Silinsin ürəkdən, könüldən ağrı,
Bir də tapdanmasın vətənin bağrı!
Sağalsın yaralar, axmasın qanlar,
Sevinsin insanlar, gülsün insanlar!