“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Yaxşı tez alışıram
Ayrılıq ağrısına-
Bu gün-sabaha qədərdi.
Mən özümü bir saat da
Dərd çəkməyə qoymuram,
Bəs nədir bu həsrət dərdi?
Ürəyimin boşluğunda
Kim var, kimi unuduram?
Ah, mən daha heç kimi
Sevə bilmirəm axı.
Sinəmdə bir xatirətək
Ürəyimi quruduram.
Ruhum gedib, “gəl, gəl” deyir
Bir addm da gəlmirəm.
İndi mənə kim lazımdı,
İndi kimə lazımam,
Heç özüm də bilmirəm.
Yenə quraq,
Yenə susuz səhrayam.
Uzaq durma,
Üst-başımı yu, bulud.
Hamı kimi, eh, sənin də
Səs-küyünə güvənmirəm-
Yağan deyil bu bulud.