Author: Delphi7

  • 12 mart-Xalq şairi Cabir Novruzun doğum günüdü

    This image has an empty alt attribute; its file name is xscn-300x300.jpg

    Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2]

    Həyatı

    Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.[3]

    1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.

    Yaradıcılığı

    Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.

    Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.

    Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.

    Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

    Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.

    Şeirlərinə yazılmış mahnılar
    Video

    Şövkət Ələkbərova – Məhəbbət – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Bakının qızları – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Mənim duyğularım – musiqi: Oqtay Kazımi
    Zeynəb Xanlarova – Cavanlığım – musiqi: Oqtay Kazımi
    Zeynəb Xanlarova – Bulaq suyu, dağ havası – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Dünya düzələn deyil – musiqi: İqbal Ağayev
    Yalçın Rzazadə – Böyüməyə tələsmə – musiqi: İqbal Ağayev
    Manana Caparidze – Bu nə cür məhəbbətdir – musiqi: Eldar Mansurov
    Aygün Kazımova – Səsim səsinə öyrəşib – musiqi: Eldar Mansurov
    Mübariz Tağıyev – Ömür keçir – musiqi: Eldar Mansurov
    Ruhəngiz Abdullayeva – Məhəbbət ölməyəcək – musiqi: Eldar Mansurov

    Audio

    Ağadadaş Ağayev – Gəlin gələndə – musiqi: Oqtay Kazımi
    Mübariz Tağıyev – Sən oldun – musiqi: Eldar Mansurov
    Brilliant Dadaşova – Gecikmiş məhəbbət – musiqi: Eldar Mansurov
    İlqar Muradov – Sən oldun – musiqi: Eldar Mansurov
    Heydər Anatollu – Tənhalıq – musiqi: Eldar Mansurov
    Abbas Əhməd – Təki sənin səsin gəlsin – musiqi: Eldar Mansurov
    Səbinə Cabbarzadə – Məhəbbət – musiqi: Eldar Mansurov

  • C.X.Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    C.X.Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Xanəli oğlu Əkbərov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 9 mart 2020-ci il.

  • Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Əməkdar artist” fəxri adı

    Hüseynquliyeva Nazlı Hüseynqulu qızı

    “Əməkdar rəssam” fəxri adı

    Qundorina İrina Sergeyevna

    Sultanova Nailə Şamil qızı

    “Əməkdar mədəniyyət işçisi” fəxri adı

    Tağıyeva Gülnaz Xasay qızı

    “Əməkdar müəllim” fəxri adı

    Məmmədova Nüşabə Məmmədəli qızı

    “Əməkdar tibb işçisi” fəxri adı

    Rəşidova Aidə Nəcəf qızı.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 5 mart 2020-ci il.

  • Kitabxananın Fəxri oxucusunun “Dünya, barışmışam səninlə” kitabı çapdan çıxdı

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm”, Rəsul Rza adına beynəlxalq, Həsən bəy Zərdabi adına mükafatlara layiq görülən Zöhrə Əsgərovanın “Dünya, barışmışam səninlə” kitabı işıq üzü gördü.
             Yazıçı-publisist Zöhrə Əsgərova oxucular arasında daha çox mədəniyyət sahəsi ilə bağlı araşdırmaları, elmi-populyar yazıları ilə tanınır. ”Talelərə yazılan musiqi”, “Tarixi yaddaş və qondarma əhvalatlar”, “Odisseya “Korablya durakov”, “Zdes proletel angel” adlı kitabları və başqa esseləri oxuculara yaxşı tanışdır.
             “Dünya, barışmışam səninlə” kitabında müəllifin fəlsəfi düşüncələri, mənsur şeirləri və xatirələrində yaşayan unudulmaz sənətkarlar haqqında yazılar, rəylər toplanmışdır. Müəllif insanın cəmiyyət qarşısında vəzifələrini, şəxsiyyətin yetişməsi üçün sağlam mühitin vacibliyi haqda dərin, bəşəri fikirlərini bədii şəkildə oxucularla bölüşür. Yazıçı bəşəriyyətin gələcək taleyi üçün çox narahatdır.
             Zöhrə Əsgərovanın yaradıcılıq axtarışları davam edir. “Dünya, barışmışam səninlə” adlanan yeni kitabın əsas məziyyəti ondan ibarətdir ki, onun qəhrəmanları öz həqiqətinin axtarışında, əqidəsi uğrunda mübarizə əzmindədirlər.
             Kitabın “Düşüncələrimlə üz-üzə” bölməsində iyirmi iki, “Mənsur şeirlər” bölməsində otuz, “Xatirələr, rəylər” bölməsində on bir material yerləşdirilmişdir. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.

  • Leyla Bədirbəylinin 100 illiyi ilə əlaqədar informasiya məktubu hazırlandı

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar informasiya məktubu hazirlandı. İnformasiya məktubunda “Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, yaradıcılıq fəaliyyəti, müəllimləri, onun oynadığı teatr tamaşaları əks olunmuşdur.
    Bundan başqa, Leyla Bədirbəylinin çəkildiyi filmlər haqqında məlumat və filmlərin YouTube kanalında yerləşdiyi versiyalarının linkləri göstərilmişdir.
    İnformasiya məktubunda Leyla Bədirbəylinin görkəmli şəxsiyyətlər haqqında sözləri və yaradıcı insanların Leyla Bədirbəyli haqqında fikirləri də verilmişdir.
    İnformasiya məktubu              
    http://yasamal.cls.az/front/files/libraries/81/documents/841526351.df yerləşdirilmişdir.

  • Kitabxanada Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı.

    İnformasiya bülleteninə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir…” sözləri epiqraf kimi verilmişdir.

    İnformasiya bülletenində “Nəriman Nərimanovun 150 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mətni yerləşdirilmişdir.  

    Burada, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin N.Nərimanovun 100 illik yübleyindəki məruzəsi və  abidəsinin açılışında nitqi verilmişdir.

    Nəriman Nərimanovun həyatı, yaradıcılığı, ictimai fəaliyyəti barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, Nəriman Nərimanov həyatı boyu geniş və çoxcəhətli ictimai, ədəbi və siyasi fəaliyyəti ilə xalqın azadlığı və səadəti uğrunda mübarizə aparmışdır. Nəriman Nərimanov M.F.Axundovun yaratdığı ədəbi məktəbin kllasik ənənələrinin qüdrətli davamçısı olmuşdur.

    Materialda qeyd olunur ki, N.Nərimanov хalqın mədəni tərəqqisinə köməyi özünün başlıca vətəndaşlıq borcu hesab edirdi. O, maarifpərvər dostları S.Qənizadə, H.Mahmudbəyov, H.Sarabski və başqalarının köməyi ilə teatr truppası yaradır, tamaşalar göstərirdi.

    N.Nərimanov Şərq xalqlarının azadlıq və istiqlaliyyəti çox düşündürürdü. O, geniş xalq kütlələrini inqilabi mübarizəyə cəlb etmək üçün onları dini fanatizm əsarətindən xilas etmə, qəflət yuxusundan ayılma yollarını göstərib.

    N.Nərimanov “Həyat” qəzetində “Nər”, “Arı bəy” imzası ilə çap etdirdiyi “Həftə fəryadı”, “Hərdənbir” felyetonlarında və məqalələrində ictimaisiyasi hadisələrə müasirlərindən fərqli olaraq daha fəal münasibət bəsləyirdi.

    İnformasiya bülletenində, Nəriman Nərimanovun hikmətli sözləri yerləşdirilmişdir.

    Burada Nəriman Nərimanovun heykəltaraş, Xalq rəssamı Cəlal Qaryağdı tərəfindən Bakının Nərimanov prospektində ucaldılmış heykəli,  Bakıda və Tiflisdəki ev-muzeyləri haqqında da məlumat verilir.

    Bundan əlavə, informasiya bülletenində görkəmli ədib və ictimai xadim haqqında çəkilmiş filmlərin siyahısı da verilmişdir.

    İnformasiya bülleteni ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Veb saytında tanış olmaq olar

    http://yasamal.cls.az/front/files/libraries/81/documents/522779988.pdf
  • Kənan AYDINOĞLU.”Məni”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Yıxılsam, büdrəsəm bu yer üzündə,
    tutacaq qolumdan Yaradan məni.
    Mənim ünvanımı tapmaq istəsən,
    sən soruş Fikrətdən, Qaradan məni.

    Dəyişsə, könlümdə kədər-qəm indi,
    dağlarda yurd salsa, bir aləm indi,
    Göz yaşın tökdüsə, bir qələm indi,
    həyat götürməsin aradan məni.

    Dağların, aranın qonağı olsam,
    gül üzlü qızların yanağı olsam.
    Mən bu ilk baharın növrağı olsam,
    de, hardan taparsan, haradan məni?!

  • Kənan AYDINOĞLU.”Olsun”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Deyirəm, gəzdiyim ana torpağın,
    Hər qarış torpağı gül-çiçək olsun.
    Bitsin bənövşəsi, laləsi belə,
    Gözümün önündə tək göyçək olsun.

    Qədir bilən bu elin, bu obanın,
    Şair üçün əyilməz bir ananın.
    Məğrurlar obası Azərbaycanın,
    Dizinin taqəti qoy çörək olsun.

    Bəndələr əməldə düz olsun gərək,
    Şairlər cahanda yüz olsun gərək.
    Allaha deməyə üz olsun gərək,
    Alllaha hər bəndəyə tək kömək olsun.

  • Kənan AYDINOĞLU.”Salam söyəyir”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Qələm yoldaşım, şair dostum 
    Azər Mustafayeva.

    Qazax mahalında durmadan axan,
    Bulaqlar şairə-salam söyləyir.
    Yaşıl düzlərində ceyranı qaçan,
    Yaylaqlar şairə-salam söyləyir.

    Çətinlik görmədən gəlib keçəndən,
    Ovçular maralı dağda görəndən,
    Sənin bu Qazağa yolun düşəndən,
    Oylaqlar şairə-salam söyləyir.

    Şairlər yurduna dastanlar qoşan,
    Neçə dağ, təpəni mərd kimi aşan,
    Şair ürəyitək durmadan coşan,
    Misralar şairə-salam söyləyir.

  • Kənan AYDINOĞLU.”Sözünə qurban”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Qardaşım Kamrana.

    On yeddi baharda, on yeddi qışda,
    Dediyin hər şirin sözünə qurban!
    Məğrurluq eyləyib igidtək duran,
    Sənintək igidin yüzünə qurban!

    Anamın dayağı, balası sənsən,
    Mən köçsəm, cahanda qalası sənsən,
    Anamın könlünü alası sənsən,
    Cahana od tökən gözünə qurban!

    Dərdimin tapılan çarası kimi,
    Kənanın könlünün yarası kimi,
    Gözünün gah ağı, qarası kimi,
    Sənin gülümsəyən üzünə qurban!

  • Kənan AYDINOĞLU.”Sədəfli saz”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Şairlər ilhamın səndən alıbdı,
    Aşıqlar yurdunun sədəfli sazı.
    Sən verdin şeiri bizim sənətə,
    Aşıqlar yurdunun sədəfli sazı.

    Aşığın sözünü dilə gətirdin,
    Sən o xoş əhvalı elə gətirdin,
    Sən neçə nadanı yola gətirdin,
    Aşıqlar yurdunun sədəfli sazı.

    Ələsgər şerini salmısan yada,
    Boynunu əymədin özgəyə, yada,
    Oğullar yetirdin bizim dünyada,
    Aşıqlar yurdunun sədəfli sazı.

    Hər şair sözünü yazdı varağa,
    Mövzudan çıxmadı inan qırağa,
    Səni bənzədirlər sönməz ocağa,
    Aşıqlar yurdunun sədəfli sazı

  • Şair İbrahim Səfərlinin şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbayan Jurnalistlər Birliyinin üzvü, şair İbrahim Səfərlinin “Ağlama” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.


    Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 102-ci sayında çap olunub dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Şair İbrahim SƏFƏRLİ.”Ağlama”

    İbrahim Hidayət Səfərli

    Yaman günün ömrü azdır, ay ana,
    Belə qalmaz, ötüb-keçər, ağlama.
    Kəlbəcər elinə zülm eyləyən
    Əcəl şərbətini içər, ağlama.

    Altun sarayların şamın söndürən,
    Neçə zülmkarı səssiz sındıran,
    Fironu taxtından vaxtsız endirən
    Yaxşını yamandan seçər, ağlama.

    Bir elin varına göz dikənləri,
    Nahaqdan torpağa qan tökənləri,
    Saxta var-dövlətlə ev tikənləri
    Zaman dəryazıyla biçər, ağlama.

    İbrahim, Fələyin budur gərdişi,
    Düşməsin heç kimin tərsinə işi.
    «Günü günortadan qaytaran kişi»,
    Bir qapı bizə də açar, ağlama.
    آغالما

    ابراهیم صفرلی

    یامان گونون عؤمرو آزدیر، آی آنا،
    بئله قالماز، اؤتوب-کئچر، آغالما.
    کلبجر ائلینه ظولوم ائیلهین
    اجل شربتینی ایچر، آغالما.

    آلتون سارایالرین شمعین سؤندورن،
    نئچه ظلمکاری سسیز سیندیران،
    فیرعونو تاختیندان واختسیز ائندیرن
    یاخشینی یاماندان سئچر، آغالما.

    بیر ائلین وارینا گؤز دیکنلری،
    ناحاقدان تورپاغا قان تؤکنلری،
    ساختا وار-دؤولتله ائو تیکنلری
    زامان دریازییال بیچر، آغالما.

    ابراهیم، فلهیین بودور گردیشی،
    دوشمهسین هئچ کیمین ترسینه ایشی.
    »گونو گونورتادان قایتاران کیشی«،
    بیر قاپی بیزه ده آچار، آغالما.

  • USTAD Məhəmməd NƏRİMANOĞLU.”Qadan alım”

    “Ata, Kəlbəcərə Murovdan aşıb gedəcəyəm”,- deyən oğlum leytenant Sənan Sadıqzadəyə

    Yolunu sal, oğul, doğma dağlara,
    Doyunca zirvələr gəz, qadan alım.
    Haray sal çiçəkli göy yaylaqlara,
    Bir dəstə bənövşə üz, qadan alım.

    Özünlə götürüb əsil dostları,
    Dolan təpələri, qalx dağa sarı.
    Yayın ortasında görəndə qarı,
    Götür yaz bir qatar söz, qadan alım.

    O bulaq, bu tala, o da ki meşə,
    Bulud aralansa, düşmən təşvişə,
    Tələsik əmlikdən kabab çək şişə,
    Sönməmiş ocaqda köz, qadan alım.


    İldırım şaxıdı zirvədə bayaq?!
    Yatma səngərində, oyaq ol, oyaq!
    Bürün yapıncıya sən çoban sayaq,
    Borana, çovğuna döz, qadan alım.

    İçməmiş keçməzsən Şirinbulaqdan,
    Çıxammazsan bu tənədən, qınaqdan.
    Çiçəklərin rəngi süzsün yanaqdan,
    Doysun bir ömürlük göz, qadan alım?!

    Yenə gül açıbmı Dikyurd dərəsi?
    Dərmandı çiçəyin burda hərəsi.
    Çörəyə yaxılsın yağın kərəsi,
    Dolçaya ayranı süz, qadan alım.

    Məhəmməd çalardı sazda “Yurd yeri”,
    Dönsün karvanımız, köç üzügeri.
    Qopar ayağımdan qıfıl, zənciri,
    Düşmənin başını əz, qadan alım!

    20 iyun 2011-ci il, Beyləqan

  • USTAD Məhəmməd NƏRİMANOĞLU.”Dədə Şəmşir, Ağdabanım yoxdu, yox!”

    Tərpətməyin, hal-əhvalım qarışıb,
    Yurd gedəli din-imanım yoxdu, yox.
    Kökdən düşüb telli sazım, çalarmı,
    Dədə Şəmşir, Ağdabanım yoxdu, yox!

    Yaş da getdi, baş da getdi əlimdən,
    Payız ötdü, qış da getdi əlimdən.
    Uçdu tərlan quş da, getdi əlimdən,
    Qayıtmağa bir gümanım yoxdu, yox!

    Nərimanoğlu, iyirmi ildi dözürük,
    Sərgəndarıq, haqq axtarıb, gəzirik.
    Canımızı bax beləcə üzürük,
    Xoş gələcək bir zamanım yoxdu, yox?!

  • USTAD Məhəmməd NƏRİMANOĞLU.” Unudulmuş unudulmazlar “

    DAĞLARIN BƏXTƏVƏR DUSTAĞI

    BU GÜN UNUDULMAZ ŞAİR-ALİMİMİZ ƏNVƏR RZANIN KƏLBƏCƏRDƏ DÜNYAYA GÖZ AÇDIĞI GÜNDÜR!

    Xəzan vaxtı bahar bilin Ənvəri
    Dağ çayı tək çağlamağa gələrdi…

    Saflaşmaq, durulaşmaq, özümüzə, kökümüzə
    – saflığımıza qayıtmaq istəyəndə Ənvər Rzanın şeirlərinə üz tuturam

    Qəlbi poetik duyğuluların qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, hətta, sevinc belə çuğlayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucuları ilə bölüşməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır.
    Məqsədim heç də onların ümumilikdə haqqında söz açmaq deyil. Azərbaycan ədəbiyyatı tarixinə adları yazılanlardan biri, könlündəki silsilə dağlara söykənib, hələ sovetlər dönəmində Bakıda gözlərini Kəlbəcərə gedən yollara dikən, ulu yurdu üçün qəribsəyən Ənvər Rza ədəbi simalar arasında özünəməxsusluğu ilə sayılıb-seçildi desək, biz də haqqa tapınmış olarıq.
    Şairin ədəbi bioqrafiyasına qısa nəzər salmaqla fikrimizə, məram və məqsədimizə körpü salmaq pis olmazdı: Ənvər İsmayil oglu Rzayev 1939-cu il martın 3-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dovlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirmişdir. “Goz işığı” adlı ilk şeiri 1962-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilmişdir.1967-ci ildə məzunu oldugu həmin fakültədə müəllim, 1972-ci ildə kafedra müdiri, 1979-ci ildən isə dosent kimi fəaliyyət gostərmisdir.1985-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuş şairin ömrü də yolları kimi qısa oldu: 1987-ci il iyunun 8-də Moskvada vəfat edən şair-alim vəsiyyətinə əsasən, öz doğma kəndlərində dəfn edilmişdir.
    “Göz işığı” adlı ilk şeiri “Ədəbiyyat və incəsənət” qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxdıqdan sonra o, bədii yaradıcılığa başlamışdır. Dövri mətbuatda şeirləri və bədii tərcümələri ilə çıxış edən şair Bayronun “Şilyon məhbusu”, “Mazepa”, “Parizina” poemalarını tərcümə etmiş, “İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.
    Ənvər Rza qəlbi poetik duyğularla cilalanmış şair və bacarıqlı tərcüməçi-alim idi. V.Şeksprin, G.Bayronun poemalarını ingiliscədən Azərbaycan dilinə tərcümə etmişdir. Bunlardan başqa, o, S.Vurğunun “Vaqif” dramını ingilis dilinə, G.Bayronun “Çayıld Haroldun Səyahəti” poemasını Azərbaycan dilinə tərcümə etmiş, vaxtsız ölüm imkan verməmişdir ki, onları tamamlasın.
    Bəri başdan deyək ki, şair o bəxtəvərlərdən deyildi ki, “Seçilmiş əsərləri” cild-cild nəşr edilib kitabxanalarda oxucu gözləsin.

    Kitablarının sayına yox,
    şeirlərinin sanbalına görə sevilən şair

    Ənvər Rzanın cəmi 4-5 kitabı (“Sənsiz” (1969), “Könlümə bahar düşüb”(1970), “Nə yaxşı görüşdük”(1985), “Bəxtəvər dustaq”(şeirlər və poemalar,1994) və “Kəlbəcərə gedən yollar”(2010) nəşr edildi ki, onun da ikisini özü görmədi.
    Sonuncu “Kəlbəcərə gedən yollar”ında demək olar ki, şairin külliyyatı toplanmışdır. Sağlığında o qədər də səxavətlə nəşr edilməyən bütün şeiri, poemaları, həmçinin ingilis dilindən birbaşa tərcümələri də bu kitabdadır. Canlı xalq yaradıcılığının içində böyüyən, dünya ədəbiyyatının klassik və müasir məzmun və mahiyyətini kamil bilən şairin əsərləri əbədiyaşar ədəbi bir irsdir.
    Könlümə-gözümə, sözümə yazılan Ənvər Rza haqqında ustad Aşıq Qəmkeş Allahverdidən, şair müəllimim İdris Verdiyevdən, bacısı oğlu Bahadur Sadıq oğlundan (sonralar isə Azərbaycan Dillər Universitetinin müəllimi Səfər İsgəndərlidən, daim yana-yana danışan “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdan, şair-alim Adil Cəmildən, filologa üzrə fəlsəfə doktoru İlham Məmmədlidən, şair Yusif Hüsyndən, alim-şair Mirvari Verdiyevadan…) eşitdiklərim şairi mənə bir az da sevdirdi. Ona görə də istəyirəm ki, Əlövsət müəllimin fikirlərinə söykənim. Deyir ki, “Ənvəri yadına salırsanmı heç”? Bu sərlövhə ilə yazısını oxumaq olmur Əlövsət müəllimin. Açığı, göz yaşlarıma hakim kəsilə bilməyib sona kimi oxuyuram. Öz yazımı yarımçıq saxlamaq istəyirəm, Ənvər Rzanın qısadan-qısa, lakin dərin mənalı, nakam ömrü kimi. Nə yaxşı ki, qədirbilənlərimiz az deyil. Əlövsət müəllim deyir ki, cəmi üç dəfə görüşü olub şairlə. Hər üçü də qəlbinə ən əziz və unudulmayacaq xatirə kimi yazılıb:
    Şairimizin adlarını yuxarıda çəkdiyim kitablarının hər birini, sadəcə, vərəqləməmişəm. Ənvər Rza şeirlərinin dillər əzbər olmasına kimsənin şübhəsi varsa, ən azı, kəlbəcərliləri dilləndirsin! Lakin bu yazını qələmə almaq üçün şairin 1994-cü ildə “Azərnəşr”də oğlu Pərvizin tərtibçiliyi, Əlövsət Ağalarovun redaktorluğu ilə işıq üzü görmüş “Bəxtəvər dustaq” kitabını yenidən vərəqlədim. Kəlbəcərdən didirgin düşdüyümüz 24 il ərzində bəlkə də şair bu qədər mənə doğma olmamışdı. Göz yaşlarımla suladığım hər səhifədən dağçiçəyi, novruzgülü, nərgiz, bənövşə cücərirdi, sanki… Kəlbəcərin bu məsum baxışlı çiçəkləri də Ənvərsizləşib elə bil, solğun idilər. Amma şeirləri elə təzətərdir ki:
    Yaddışımı xatirələr kötəklər,
    Yaddaşımda pöhrələnər kötüklər.
    Qayıdanda yol verməyə gədiklər,
    Bir bəxtəvər dustaq olam dağlara.
    Aman Allah! Bakıdan Kəlbəcərə – ata yurduna dönəndə imana-dinə gələn şair geri qayıtmamaq üçün özünə ölüm diləyirmiş. Hələ bir siz şair fəhminə, duyumuna baxın: dağların yağı əlinə keçəcəyini o zamanlardan hiss edirmiş:
    Dağlar oğlu, dağa qoyma yağını,
    Aldatdılar, uzaq sandıq yaxını.
    Əritmişəm ürəyimin yağını,
    Ay batanda çıraq olam dağlara.
    Əlövsət müəllim düz yazıb ki, Ənvər Rza Azərbaycan və ümumən bütün türk dünyasının böyük şairidir. Həmin kitabın ön sözünü şirin söhbətləri, şeiriyyəti, söz xəzinəsi incilərindən ərmağanları qalmış Məmməd Aslanımız yazıb: “Quzeydə qar sulandı”. Yenə də orijinal deyim, yenə də tapıntıı, yenə də Məmməd Aslan özünəməxsusluğu. Xatırlayıram ki, şair Yusif Hüseynin də bir kitabının ön sözünə də qeyri-adi bir sərlövhə seçmişdi: “Qarəməngül”. Amma açmasında yazmışdı ki, mart ayında qarı deşib boylanan həmin gülə Kəlbəcərdə peşəməngül də deyilirdi. Yusifi isə həmin gülə bənzədir, lakin onun dərdi eləcə əmib boylanan, böyüyən kimi təqdim edirdi:
    Quzeydə qar sulandı,
    Ürəyim qarsılandı.
    Yaz gəlməyib, yalandı,
    Anamsız da yaz olar?!
    Ənvər Rza ruhunu hiss etdinizmi? Təbiəti də doğma anası kimi sevən şair anasızlığın ağrı-acısını şeirə görün necə hopdurub?

    Nə yaxşı görüşdük, nə yaxşı yenə!

    Dağlar mövzusu Ənvər Rza poeziyasının ana xətti olub. Şəhərdə kənd üçün qəribsəyən Ənvər müəllimin burnunun ucu bilirsiz nələrdən ötrü göynəyirmiş? Doğulduğu el-oba, uşaqlığı, sadə insanlar, qohumlar-dostlar, ana təbiətin füsunkar guşələri…
    Bu da yəhərləyib mindiyim boz daş,
    Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
    Ömrümün ləzzəti a köhnə dam-daş,
    Nə yaxşı görüşdük, nə yaxşı yenə!
    Nəyə vurğun olubsa onun poetic ifadəsini elə verib ki, qəlbimizə, köksümüzə bulaq suyu kimi süzülüb:
    Vurğundur buy ala, yamaca Ənvər,
    Meyl edər yarpıza, umaca Ənvər.
    Ay quzu otaran balaca Ənvər,
    Nə yaxşı görüşdük, nə yaxşı yenə!
    Ənvər Rza poetikasının özünəməxsusluğu bir də ondadır ki, şairin şeirlərinə bəstələnən mahnılar zaman keçdikcə sanki müasirləşir, gənc nəslin ruhunu oxşayır və dillər əzbərinə çevrilir. Mərhum müğənnimiz Nəzakət Məmmədovanın ifasında “Elə baxma…” mahnısı isə özgə bir ovqat yaradır insanda. Baxışların söhbəti, sevginin, lal məhəbbətin tərənnümü dinləyicidə bax elə həmin müqəddəs anları yaşadır.
    Nəhayət, onu da deməyi borc bilirəm ki, bu sətirləri ağ kağıza köçürməmişdən bir gün öncə Nazirlər Kabinetindən gələn zəng məni həm diksindirdi, həm də kövrəltdi. Ənvər Rza poeziyasını sevən, Kəlbəcərin ədəbi mühitinin təbliğində yorulmayan, kəlbəcərlilərin didərginlik illərində daim yanlarında olan, dərdlərini bölüşən Qurban Sadıqov idi bu dəfə zəng edib şairin doğum gününü unudub-unutmadığımızı soruşan. Sağ olsun. Amma bilmirdi ki, şairin “Kəlbəcərə gedən yollar” şeiri ilə mən onsuz da bir mənəvi yol başlamışdım, üzü dağlara.
    Kəlbəcərin həsrətindən qovurulan şair onun yollarını elə incə notlarla təsvir edir ki, sanki qoşulub onunla o dağlara gedirsən. Amma birdən fikrin dolaşır, dumana düşüb azırsan. Haralardan keçib getmir ki, bu yollar:
    Min bulaqdan içib gedir,
    Qayaları biçib gedir.
    Ürəyimdən keçib gedir,
    Kəlbəcərə gedən yollar.
    “Qala dərdim” kitabımda şairin bu şeirinə üz tutub yazdığım “Kəlbəcərə gedən yollar” rədifli gəraylı ilə fikrimə nöqtə qoyur və Ənvər Rzaya bir daha əbədilik, ölməzlik, kəlbəcərsizliyə dözməyənlərə isə həsrətlərinə son qoyulmasını arzulayıram.
    Yazda əriş-arğac olur
    Kəlbəcərə gedən yollar.
    Yayda örüş-arxac olur,
    Kəlbəcərə gedən yollar.
    (Ənvər Rza)

    Gör neçə ildi bağlıdır,
    Kəlbəcərə gedən yollar?!
    Sinəmiz kimi dağlıdır
    Kəlbəcərə gedən yollar.

    Haçalanmır neçə kəndə,
    Yolçusu yox bircə bəndə.
    Bir yaxşı bax, gör nə gündə,
    Kəlbəcərə gedən yollar.

    Düşməni azdıra bilmir,
    Qəbrini qazdıra bilmir,
    Yazısın yozdura bilmir
    Kəlbəcərə gedən yollar.

    Ot basıbdı, yoxdu izim,
    Qırılıb taqətim, dizim,
    Qurban olum sizə özüm,
    Kəlbəcərə gedən yollar.

    Sizdən keçib atam, anam,
    Sizdən keçib, bacım, sonam,
    Sizdən ötrü xəstə canam,
    Kəlbəcərə gedən yollar.

    Yox, deyəsən belə olarsa dağların bəxtəvər dustağının ruhu bizdən inciyər. Elə ilk və son söz də Ənvər Rzamızınkı olsun:
    Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
    Mən bu dərdi oxlamağa gəlmişəm.
    Yazda nə var, yaylaqların payızda,
    Vəfasını yoxlamağa gəlmişəm.

    Susuzyurdum tək məcməyi, tək sini,
    Şair kimi sözlə hörüb köksünü.
    Gözlə çəkib bu dağların əksini,
    Ürəyimdə saxlamağa gəlmişəm.

    Göy təpələr sarı örpək bürünür,
    Duman, çiskin ayağıma sürünür.
    Ata yurdu, qardaş yeri görünür,-
    Bir doyunca ağlamağa gəlmişəm.

    Naxış olur biçinçinin hər vəri,
    Qızıl payız ilhamımın sərvəri.
    Xəzan vaxtı bahar bilin Ənvəri,-
    Dağ çayıyam, çağlamağa gəlmişəm.

    “Ənvər Rzanı xatırlayarkən…”

    Ənvər Rzanı xatırlamaq nə qədər savbdırsa, bir o qədər də ağrlıdır, acılıdır.Onu tanıyanlardan kim sakit, təmkinlə (Ənvər Rzanın özü kimi) onun haqqında söz aça bilər? Heç kim məncə…
    Payızdı yenə də. şairin ürəkdağlayn şeirlərindən biri yaşatdı gözlərimi:

    Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
    Mən bu dərdi oxlamağa gəlmişəm.
    Yazda nə var, yaylaqların payızda,
    Vəfasını yoxlamağa gəlmişəm.

    Unutmayaq ki, aradan illər keçsə də, şairin həmin fikirləri bahar təravətini qoruyub saxlayıb. Daha dəhşətlisi isə odur ki, biz o dərdi oxlaya bilmirik. Dərd bizi hədəfə alıb, bir-bir çətən çubuğu kimi qırılırıq. Daha naxış olmur biçinçinin hər vəri, qızıl payız ilhaının sərvəri, çox da xəzan vaxtı bahr bilək Ənvəri, dağ çayı tək çağlamağa gəlmir ki…
    Dönüb gözlərimdə yaşa,
    Axam Kəlbəcərdən ötrü.
    Övlad ola bilmədimsə,
    Yoxam Kəlbəcərdən ötrü!

    Yığmışam dərdi ürəyə,
    Qəmnən əriyə-əriyə.
    Dönüb şimşəyə, nərəyə
    Çaxam Kəlbəcərdən ötrü?

    Qurbanam dərə-düzünə,
    Döyməsin bizsiz dizinə.
    Düşməninin sağ gözünə
    Oxam Kəlbəcərdən ötrü….

    Bu günlərdə Ənvər Rza yuxuma gəlmişdimi deyim, yoxsa, mən Ənvər Rzalı illərin həsrətiynən yuxlamışdım, bilmirəm, gördüm ki, şairin səsi gəlir, həm də qəmgin-qəmgin:
    Ayağında bir balaca yer verə,
    Başmaq olam, dolaq olam dağlara.
    Ya də əkib sinəsində cücərdə,
    Palıd olam, qovaq olam dağlara.

    Yaddaşımı xatirələr kötüklər,
    Yaddaşımda pöhrələnər kötüklər.
    Qayıdanda yol verməyə gədiklər,
    Bir bəxtəvər dustaq olam dağlara.

    Çaşğın dövran əməlini azdımı,
    Daş kitaba qanla tarix yazdımı?!
    Kövrəltmərəm, özcə dərdi azdımı,
    Bir yandan da mən dağ olam dağlara?

    Dağlar oğlu, dağa qoyma yağını!
    Aldatdılar, uzaq sandıq yaxını!
    Əritmişəm ürəyimin yağını,
    Ay batanda çıraq olam dağlara.

    Könül, elə duyduğunu saf-çürük,
    Bu dağlardan ayrı keçən ömür – yük.
    Bir yer verə balasına ömürlük,
    İstəmirəm qonaq olam dağlara.
    …Bir şairdəki fəhmə bax, İlahi, tanrı?! Sən bu hikməti onun qəlbinə necə vermişdin ki, Kəlbəcərdə kəlbəcərsizlik dərdini, həsrətini yaşadırdın Ənvər Rzaya?! Hələ nə qaçğınlıq-köçkünlük vardı onda nə də o dağlardan ayrı keçən yük ömrü!
    “Ənvər Rzanı xatırlayarkən”…. nələr düşmür ki, yada. Təəssüf ki, mənən Ənvər Rza ilə həmsöhbət olub dərdləşsək də, şirin hikmətli səsini maqnitafon lentindən eşitmişəm. S. Vurğunun, Dədə Şəmşirin nəfəsi, avazı kimi yaddaşıma hopub. Amma şairlə illərlə bir süfrə arxasında oturub onu dinləyən və yadadşına acılı-şirinli xatirələr yazan bir nəfər tanıyıram. İnsan loğmnı olduğunu kəlbəcərlilərdən savayı, ölkə əhlisi də bildi və tanıdı. Kəlbəcərin ağır və məşəqqətli mühasirə illərində lampa işığına belə cərrahiyyə əməliyyatı apararaq neçə-neçə növ-cavan könüllü və Milli Ordu əsgərlərimizi amansız və vaxtsız ölümün pəncəsindən xilas edən doktor Əli İsmayılovun könül adamı olduğunu bu günlərdə duydum və təsdiqlədi ki, vallah, kitab müəllifi olmaq üçün nə dilçi-ədəbiyyatçı olmalısan, nə də yazıçı-şair. Qəlbin və qələmin könül bulğından su içirsə sən fikrini düzüb-qoş bilərsən. “Ənvər Rzanı xatırlayarkən…” kitabını birnəfəsə oxuyub (həm də marşrut avtobusunda, 20 Yanvar-Müşfiqabad yolunda) dərindən nəfəs alanda kəlbəcərlilərin yaxşı tanıdığı Əli Müseyib oğluna minnətdrlığımı ifadə edə biləcək söz tapmadım. Fikrimi qəlmə alıb sözlə ifadə edib çatdırmaq üçün gecənin bir aləmində düşünmədən, fikirləşmədən, kağız-zad qaralamadan birbaşa kompyuterin klaviyaturasındakı hərflərə sığal çəkir barmaqlarım. Xəyallanmışam, rəhmətlik Əli Qurban Dastançı demişkən, məni məndən alıb aparan xatirə kitabının hər səhifəsindən dərd boylanır. Dərd bürüyüb dördbir yanımı.
    Qalaq-qalaq qaldırmışam,
    Qalaqlanıb qala dərdim.
    Böyüyübdü, qocalıbdı,
    Mənim kimi bala dərdim.

    Dağdan aşıb düzə gəldik,
    Həsrətlə üz-üzə gəldik.
    Təhqir edən gözə gəldik,
    Bir ney lazım çala dərdim.

    Əlim yetmir ətəyinə,
    Dağda çoban tütəyinə.
    Bu fələyin kötəyinə
    Dönüb qara qula dərdim.
    Bir-birindən əziz və unudulmaz xatirələr dil açan kitabın nə redaktoru var, nə də ön sözü. Doğrusu, bu qeyri-adi, “standartlara baş əyməyən”, əslində, “sığışmayan” kitab, nədənsə, mənə çox doğma təsir bağışladı. Yalnız ona görə yox ki, eləcə ilk səhifələrdən şirin və bu xatirələr müəllifinin kimliyi, haradan gəlib hara getmələri barədə burda maraqlı tarix səhifələnir. Bir də ona görə ki, Ənvər Rza bütövlükdə şəxsiyyət olaraq təqdim olunur oxuculara. Məncə, hətta, kəlbəcərlilərin özlərinin çoxu bilmirdi ki, Ənvər Rzanın nəsil şəcərəsində neçə tarixi şəxsiyyətlər olub və bu gün də həmin ənənə şərəflə davam etdirilir.
    Mən burada Kəlbəcərin son məskunlaşma tarixinin də izinə düşən müəllifin fədakarlığını yazmaya, qeyd etməyə bilmərəm. Əlbəttə, tarixi ulu olan yurdumuzda məskunlaşmalar bir neçə dəfə olub, əgər məşhur Zar kəndinin adı “Min bir gecə” nağıllarında çəkilirsə, Şəhrizadın adı Zar şəhərindən görürülübsə, demək, Kəlbəcər qaim-qədim yurdlardandır. Onun tarixi daşlara həkk olunub. Sadəcə, sonuncu məskunlaşma 400-500 ili əhatə edir.
    Beləliklə, kitabı vərəqləyir və orada dil açan xatirələrlə o illərə dönürük. Ənvər Rzanın 5-6 yaşında olarkən mühribə illərində çəkdiklər (zülm-zillət və məşəqqətlər), Kəlbəcərin ötən əsrin 30-cu illərinin üsyanları, repressiya qurbanları, erməni daşnakların qəfil hücumları, Məşədi Cəmil kimi şəxsiyyətlərin Soltan bəylə dostluğu və bunun müqabilində el-elin arxa-dayağı olması, ermənilərin hücumlarının qarşısının alınması…
    Kitabı, mənə qalarsa, Kəlbəcərin tarixinə giriş hesab edərdim, Ənvər Rza ilə bağlı xatirələrlı bağlı olsa da….
    Cəmi-cümlətanı 4-cə kitabı işıq üçü görüb, onlardan ikisi sağlığında, ikisi isə son illər-Ənvərsiz qaldığmız və harayladığımız didərginlik, Kəlbəcərdən uzaqlarda, Kəlbəcər həsrətiylə göyüm-göynədiyimiz bu günlərdə. “Könlüə bahar düşüb” (bəxtinə xəzan yazılan şairin), “Nə yaxşı görüşdük, nə yaxşı yenə”, “Bəxtəvər dustaq” bizi yamnca ağladır, sinəmizi dağladır “Kəlbəcərə gedən yollar”. Kitabların işıq üzü görməsində elimizin və xalqımızın dəyərli ziyalıları Eldar Hümbət oğlu Həsənovla “Azərnəşr”in baş redaktoru, təəssübkeşliyi ilə kəlbəcərlilərinin sevimli və dərd ortağı kimi tanıdığımız publisist Əlövsət Ağalarovun xidmətləri, maddi və mənəvi dəstəkləri də xüsusi qeyd edilməyə dəyər. Əli Həkim bu incə məqama qədər həssaslıq göstərib.
    Şairin Moskvada xəstəxanada yanına gedib, onu sonuncu dəfə ziyarət edən Əlövsət Ağalarovun da bu məqamı kədər hissilə öz yazılarında qeyd etməsi təsadüfi deyildi. Şair bakıda o zamanlar yaşayan cəmi 5-6 kəlbəcərli ziyalıların sevimlisinə çevrilmişdi. Onların arasından Əlövsət Ağalarovun seçilməsi də təsadüfi deyildi.
    Şairin həm də alim kimi Azərbaycan ədəbiyyatdındakı xidmətlərini xatirələrində qələmə alan müəllif burada da ən lazımlı, ümummilli fikirləri önə çəkməklə, sanki özünün də elm və ədəbi tənqiddən xəbərdar ədəbiyyatşünas kimi hiss etdirir. “Dünya, səni ta almıram vecimə” sərlövhəli xatirəsində Əli həkim yazır: “…Ənvər Rza Vətənini, millətini ürəkdən sevən insan idi. Azərbaycanın ikiyə bölünməsini, işğal altında olmasını çox ağrılı qəbul edirdi. Ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi. Əfsuslar olsun ki, o, bu günləri –Azərbaycanın müstəqilliyə qovuşduğunu görmədi.
    Ə.Rza şeirlərində yaşadığı dövrə, ictimai quruluşa etiraz notları çoxdur. Sovet quruluşunun ədəbiyyata, şeirə tələbi belə idi: “yazılan hər bir əsər partiyalı olmalıdır”. Hətat, aşıqlard a o vaxt yüksək tribunalardan oxuyardılar: ”Qəminizmə (kommunizmə) gedirik biz!. Lakin o zamanlar xalq arasında geniş yayılmış belə bir bir şeir də vardı:
    Başımızda motal papaq,
    Əlimizdə zoğal çomaq,
    Ağ şalvarda qara yamaq
    Kommunizmə gedirik biz”!
    “Dünya, səni ta almıram vecimə” şeirinin sonuncu bəndini oxuyuram. Şair görün necə “tərənnüm” edir o dövrü və bu gün üçün necə də səslənir. Şeiriyyətin də sevilməyi məhz bundadır ki, bütün dövrlərdə öz aktuallığını təsdiqləmiş olsun:
    Şah Xətaim namus, qeyrət səhifəm,
    Dilimizə heykəl qoyduq “Qorqud”u.
    Kim deyir ki, mən acizəm, zəifəm?!
    Köləliyin bir adı da qorxudu.
    Qorxunun da gücü çatmaz gücümə,
    Dünya, səni ta almıram vecimə.
    Kitabın dəyərini artıran, maralılığını artıran səbəblər az deyil. Onlardan biri də Əli İsmayılovun (bu xatirələr müəllifinin) haqqında ayrı-ayrı nəşrlərdə müxtəlif imzaların sahiblərinin dəyərli fikirlərinin yer almasıdır. Burada kimlərin adı yoxdur k… Abdulla Qurbaninin, “Murovun qəm karvanı”, Aslan Meyramlının, “Biz gedərik, xeyirxahlar qalandı”, “” Şamil Dəlidağ, “”Kəlbəcərin qəm dastanı, viran olan gülüstanı”, Zimistan Həsənovla Məhəmməd Nərimanoğlunun, “KƏLBƏCƏR-Azərbaycanın qala qapısı”, Əli Uluxanlının, “Qartallı dağlar”, Ələsgər Ağdabanlının, “İbrət” kitablarında Əli həkimin Kəlbəcərin o ağır, mühasirə illərində göstərdiyi təmənnasız xidmətlərindən söz açılır.
    …Hə, gecə keçir…Mən isə “Ənvər Rzanı xatırlayrkən” kitabı ilə üz-üzəyəm. Əslində, mən kitabın müəllifi ilə həmsöhbət olmaq, ona bu misilsiz xəzinəni bir araya gətirdiyi üçün minnətdarlıq etmək istəyirdim. Buna macal vardımı? Telefonun “Vatsapp” xidməti ilə müəllif məni kitabın təqdimatına dəvət etdiyini yazdı. Məmnum oldum. Bütün bu təmənnasız xidmətlərinizə görə Sizə, sadəcə, təşəkkür eləmək azdır, həkim, çünki şəfalı əllərinizlə belə bir müqəddəs işi də gördünüz. Bunun əvəzini heç kim, heç bir mükafat ödəyə bilməz. Sizin qızıl kimi əliniz olduğunu bilirdik, qəlbinizin də elə bu cür olduğunu öyrəndik. Buna görə var olun!
    …Bu da son. Yox, hələ heç nəyin sonu olmayıb. Ənvər Rza xalqın sevimli şairidir, rəsmi ad ona qıyılmasa da… Mərhum şairimiz Bəhmən Vətənoğlunun 70 illik yubileyində bakıdakı indiki Heydər Əliyev Sarayında (o zamanlar “Respublika” adlanırdı) Xalq şairi, kəlbəcərlilrin də sevimlisi Zəlimxan Yaqub bir tutarlı və yaddaşlara yazılan fikir işlədərək dedi ki, “….Bəhmən, sən qəm eləmə ki, səni təqdim edəndə “Xalq şairi” fəxri adı demədi. Amma, siz bu ada xalq tərəfindən çoxdan layiqsiniz. Ona görə ki, sazın sinəsinə yazılan eirlərin müəllifi xalqın əsl şairləridir. Bu sırada, Ənvər Rza, Dədə Şəmşir, Məmməd Aslan… kimi söz azmanları da var.

    Məhəmməd NƏRİMANOĞLU

  • USTAD Məhəmməd NƏRİMANOĞLU.”İstedadlılar”

    Qızıl barmaqlılar
    “Bacarıqlı əllər”dən çıxan əl işləri mükəmməl sənət əsərləri kimi sevilir

    “Çoxuşaqlı ailə”nin üzvləri…

    Onları çoxuşaqlı ailənin üzvləri də hesab etmək olar: bir-birləri ilə səmimi, doğma münasibətlərinə görə. Barmaqları qızıl olan bu istedadlıları bir “ailəyə” toplamaq heç də asan olmayıb. 10 il bundan öncə “zərgər barmaqlı” istedadlıları bir araya toplmaqla böyük xeyirxahlıq göstərilib. “Bacarıqlı Əllər Dünyası “ İctimai Birliyinin sədri Azadə Məmmədova deyir ki, fiziki məhdudiyyətli uşaqların arasında elə istedadlılar var ki, onlar artıq püxtə sənətkar kimi tanınırlar. “Azərbaycanı dünyaya tanıdaq” layihəsi ilə respublikanın müxtəlif bölgələrinə (İsmayıllı, Şəki, Şamaxı, Quba və s.) səfərlər edib, orada sərgilər keçirmişik. Belə layihələrin təşkili barmaqları qızıl hesab edilən bacarıqlı əllər sahiblərinin üzə çıxarılmasında, xüsusən onların ictimaiyyətə, cəmiyyətə inteqrasiyasında mühüm vasitələrdən biri hesab edilir”.
    Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 2020-ci ili “Könüllülər ili “elan etməsi ilə əlaqədar reallaşdırılan layihələrdən biri də fiziki məhdudiyyətli uşaqlarla təlimlərin keçirilməsidir. 2 ay davam edəcək təlimlərdə 20 uşağa toxuma sənətinin incəlikləri öyrədiləcək ki, bu da onlara həm maddi, həm də mənəvi dəstək deməkdir.
    Ümumiyyətlə, fiziki məhdudiyyətli uşaq və gənclərin “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyində bir araya gəlməsi yalnız sosial məsələ deyil. Bu, ilk növbədə həmin kateqoriyalı uşaqların həyata inteqrasiyası, onlara mənəvi dəstək məqsədi daşıyır. Qısa zaman ərzində 40-dək belə uşağın toplanması və nümunəvi əl işləri yaratmalarına səbəb, ilk növbədə Zəhra Xələfova, burada əziyyəti daha çox olan Rahim Rzayev, Sevinc Məsimova, Adil Şıxəliyev kimi sevimli müəllimlərdir. Adlarını qeyd etdiyimiz həmin müəllimlər hər bir uşaqla fərdi qaydada məşğul olmaqla, onlara həm sənət və peşələrin sirrini öyrədir, həm də sevdirirlər.
    Rahim Rzayevin buradakı xidmətləri, həmçinin əl işləri haqqında isə xüsusi qeyd edilməyə layiqdir.

    Şamxalın “Möcüzə”si…

    Azadə Məmmədova “Bacarıqlı əllər” ailəsinin üzvlərini təqdim edərkən Xələfli Samxal Şahid oğlundan başladı: “1998-ci ildə Bakıda anadan olub. Autizm sindromu və nitq inkişafı geriliyi var. Yasamal rayonundakı 153 nömrəli tam orta məktəbdə inkuliziv təhsil alıb. “Saglam Gələcəyə Yardım” İctimai Birliyi, “Birgə və Sağlam”, Bakı Uşaq Teatrı, A.Şaiq adına Kukla Teatrı, “Bacarıqlı Əllər Dünyası”, Tofiq İsmayılov adına Uşaq Qalereyası və s. yerlərdə müxtəlif dərnəklərdə təlimlər keçib. Stolüstü tennis və yüngül atletika üzrə bir çox yarışlarda iştirak edərək qalib olub. “Birgə və Sağlam”da autizmli gənclərin calışdığı “Kasalata” kafe-atelyedə peşə, ənənəvi incəsənət vasitəsilə İnkuliziv Təhsil Layihəsində keramika və foto təlimləri də alır. “Möcüzə” rəqs qrupunun üzvü olan Şamxal həm də özəl əl qabiliyyətinə malikdir – rəsmləri adamı heyran qoyur…”
    Milliyyətcə Məhsəti türkü olan Umarova Astımaral Əziz qızının 15 yaşı var. O da fiziki məhdudiyyətli uşaq-gənclərdən biridir. Yalnız əl işləri ilə fərqlənmir, həm də gözəl rəqs edir. Tikmə, toxuma və muncuqlarla işləməyi sevir. “Bacarıqlı Əllər” dərnəyinin ən məsuliyyətli, həm də çalışqanlarındandır.
    Nigar Süleymanzadənin də 15 yaşı var. Eşitməsi qüsurlu olan Nigar həm də nitq məhdudiyyətlidir. O da çox gözəl rəqs edir. Toxumaları və ümumiyyətlə, əl işləri onda əla alınır, müəllimi razılıq edir. Deyir ki, ilk başlayanda çətinlikləri az olmamışdı. Lakin indi onun əl işləri fərqlənir. Nigarın piserlərlə işləmək və rəsm çəkmək qabiliyyəti də var.

    Əngəl törətməyən əngəllik

    Mustafa Abdullayevin rəsmlərinə gəlincə, onlar nümunəviliyi ilə seçilir. Erkən yaşlarından atadan yetim qalan Mustafa anasının tək övladıdır. İnkişfın ləngiməsi diaqonuzu qoyulub, çox çalışqandır. Burada öyrəndiyi sənəti ilə fəxr edir. Məsələ burasındadır ki, fiziki məhdudiyyətli olması onun qabiliyyət və bacarıqlarına heç cür əngəl törətmir. Anası şəkər xəstəliyindən əziyyət cəkir. İşlədiyi rəsmlərini bu birliyin xətti ilə satıb anasının gözünü əməliyyat etdirib…
    Hüseynova Bəsti Ramil qızı 2007-ci ilin yanvar ayında Bakıda 2 saylı dogum evində dünyaya gəlib. 2 yaşına qədər hər şey normal olsa da, sonradan geriləmə baş verib. Həkimlərin rəyinə görə, autizm sindromludur. 11 saylı xususi təmayüllü məktəbin nəzdində ev təhsili alır. Anası UAF təşkilatının rəhbərliyinə belə uşaqlara göstərdiyi dəstəyə görə təşəkkürünü bildirir və əlavə edir ki, Bəstinin gözəl əl qabiliyyəti var. “Bacarıqlı Əllər Dünyası”nın sədri Azadə Məmmədova və buradakı dərnəyin müəllimlərindən Zəhra Xələfova ilə Zenfira Həbibullayevanın qayğıları sayəsində layihəyə cəlb edildikdən sonra parça üzərində naxış işləməyi öryənib. Bu naxışlar onun ən çox sevdiyi işə çevrilib. Atrıq Bəsti tikiş maşını da işlədir, tort bəzəyir. O, ümumiyyətlə, “Bacarıqlı Əllər”ə qoşulduqdan sonra əməlli-başlı inkişaf yolu keçib, həyata baxışları tamamilə dəyişib. Bu, onun fəallığında, ona tapşırılan işlərin öhdəsindən bacarıq və həvəslə gəlməsində də özünün təsdiqini tapıb. Qoçaqlığına isə söz ola bilməz.

    Rəngbərəng darı muncuqlarından yaradılan pələng

    Mayılzadə Fatimə də təşkilatın təlimlərindən yararlanır. Gözəl əl qabiliyyətlidir: muncuqtoxuma işlərini bacarır, dəzgahda palaz, milçə ilə papaq, şərf və s. toxuyur. Suvenir, saç sancağı düzəltməyi bacarır. Rəssamlıq Akademiyasının təşkil etdiyi rəsm əsərləri müsabiqələrində dəfələrlə I, II və III yerlərin qalibi olub.
    Onun 19 yaşlı qardaşı Fuad serebral, ağır tetrafarezli iflicdən əziyyət çəkir. Fatimə sərgilərdə satdığı əl işlərindən əldə etdiyi qazancı ilə qardaşının müalicəsinə köməklik göstərir. Onun özgə bir dərdi də atasının gözdən əlilliyidir. Beş nəfərlik ailəni gözdən əlil Rasim Mayılov çəkdiyi rəsmlərini satmaqla dolandırır. Bu birliyin təşkil etdiyi sərgilərdə əsərləri daha çox satılan sənətkarlardan sayılır.
    Fatimənin anası Rəxşəndə Şiriyevanın işsiz olsa da, yüksək qiymət verilən əl işləri var – muncuqdan qəndqabı, səbət toxuyur. Toxuma işlərinə daha çox üstünlük verir. Məsələn, ipdən papaq, şərf toxuyur, suvenirlər, rəngbərəng darı muncuqlarından parça üzərində şəkil yaradır, saç sancağı, çələng, qapı üstündən asmaq üçün süsü düzəldə bilir.
    Cabarova Gulnar da Bakda dünyaya göz açıb. Xəstəliyi də elə gözlə bağlıdır: gözdibi miopiya astiqmatizm-klobomadır. Hazırda Bakı Dövlət Pedaqoji Kollecinin II kurs tələbəsidir. Bir çox sərgilərə qatılaraq setifikat da alıb. “Bacarıqlı Əllər”in təlimlərində davamlı iştirak edən Gülnar burada bir cox əl işləri öyrənib.
    Bacarıqları və istedadlı olmaları ilə seçilən bu “çoxuşaqlı ailə”nin hər bir üzvü həm də səmimidirlər. Ən əsası isə bir-birlərinə məhəbbətli davranışları ilə çoxlarına nümunədirlər…

    Məhəmməd NƏRİMANOĞLU,
    “Azərbaycan”

  • Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın “Sən gedəndən bəri” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.


    Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 102-ci sayında çap olunub dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • USTAD Məhəmməd NƏRİMANOĞLU.”Gəldim”


    Kənan balamı Beyləqanın ilanmələyən
    düzlərində əsgəri xidmət keçmək üçün “N” saylı hərbi hissəyə təhvil verib qayıdanda elə bildim ki,
    həyatda o da, mən də yalqız qaldıq.

    Böyütdüyüm, yetirdiyim Kənanı
    Vətənə xidmətə verdim də gəldim.
    Muğan çöllərinin ceyran, cüyürün,
    Nə sərin havasın gördüm də, gəldim.

    Dolandıq düzləri biz qarış-qarış,
    Oğulsan talehlə gəl burda barış.
    Torpaq cadar-cadar, üz qırış-qırış,
    Artdı bu yerlərdə dərdim də, gəldim.

    Soyuq baxışlardan üzüldü canım,
    Dondu damarımda qaynayan qanım.
    Qəm-kədər bürüdü yenə dörd yanım,
    Dərdlərdən bir qala qurdum da gəldim.

    Bənövşə tək boynubükük də gördüm,
    Qəriblikdə qəlbi sökük də gördüm,
    Doğmalardan üzüdönük də gördüm,
    Mən qəm karvanını sürdüm də gəldim.

    Bahar buludu tək dolmuşdu balam,
    Boylana-boylana qalmışdı balam.
    İstidən indidən solmuşdu balam,
    Sinəmə göz yaşım sərdim də gəldim.

    20 iyul 2013-cü il, Bakı şəh.

  • USTAD Məhəmməd NƏRİMANOĞLU.”Kəlbəcərə gedən yollar”

    Ölməz alim-şairimiz Ənvər Rzaya

    Gör neçə ildi bağlıdır,
    Kəlbəcərə gedən yollar?!
    Sinəmiz kimi dağlıdır
    Kəlbəcərə gedən yollar.

    Haçalanmır neçə kəndə,
    Yolçusu yox bircə bəndə.
    Bir yaxşı bax, gör nə gündə,
    Kəlbəcərə gedən yollar.

    Düşməni azdıra bilmir,
    Qəbrini qazdıra bilmir,
    Yazısın yozdura bilmir
    Kəlbəcərə gedən yollar.

    Ot basıbdı, yoxdu izim,
    Qırılıb taqətim, dizim,
    Qurban olum sizə özüm,
    Kəlbəcərə gedən yollar.

    Sizdən keçib atam, anam,
    Sizdən keçib, bacım, sonam,
    Sizdən ötrü xəstə canam,
    Kəlbəcərə gedən yollar.


    16 sentyabr 2012-ci il.

  • USTAD Məhəmməd NƏRİMANOĞLU.”SənəmSən”


    Cəmilə Çiçəyin “Əyyub və Sənəm” dastanına

    Bir baxışdan həsrətini duymuşam,
    Sən ürəyi paralısan, sənəmsən.
    Vüsalına əliçatmaz Məcnunam,
    Leylimisal yaralısan, sənəm, sən!

    Gül qönçəsi, ətrin edib məst məni,
    Üzməmişdi belə əda, qəsd məni.
    Lal eyləyib, kar eyləyib – süst məni,
    İndi bildim haralısan, Sənəm, sən.

    İstisuda, Dəlidağda maraldın,
    Gül açmamış qönçə-ləçək saraldın.
    Yanıb-sönüb od almamış qaraldın,
    Əyyub görən o işvəli Sənəmsən?!

    Tər çiçəyin ləçəyisən, əsirsən,
    Məhəbbətin girdabında yesirsən.
    Eşqin bəlasında hələ əsirsən,
    Məhəmmədə deməsən də, Sənəm, sən!

  • USTAD Məhəmməd NƏRİMANOĞLU.”Göz dəyib deyirlər gülünə, gözəl!”

    Yamanca susubdu, danışmır, dinmir,
    Vurub qadağanı dilinə gözəl!
    Bağban olub qorumadıq yəqin ki,
    Göz dəyib deyirlər gülünə, gözəl!

    Bahar donlu tər çiçəkdən gözəlsən,
    Gözəllərdən, sən göyçəkdən gözəlsən.
    Ay qara tel, sən ləçəkdən gözəlsən,
    Qurban didərgin obana, elinə, gözəl.

    Sən hürkək baxışlı körpə maralsan,
    Dözərəmmi çiçək-ləçək saralsan?!
    Hicranınla dərd dağında qalarsan,
    Dən düşər saçına, telinə, gözəl!

  • Bu gün Od çərşənbəsidir

    Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.Çərşənbələrr yazın gəlişindən xəbər verir.

    Elmi ədəbiyyatda çərşənbələrin dörd ünsürlə adlandırılmasının müasir dövrün ənənəsi olması, yəni, bu adların sonradan qoyulması barədə fikirlər də var. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.[1][2]

    sadə süfrə

    Mündəricat

    Su Çərşənbəsi[redaktə | əsas redaktə]

    Yumurta Döyüşü

    Su çərşənbəsinə Yalançı çərşənbə, Əzəl çərşənbə, Sular Novruzu da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yaradanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.

    Od Çərşənbəsi[redaktə | əsas redaktə]

    Boz ayda qeyd edilən ikinci çərşənbə – Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

    Yel Çərşənbəsi[redaktə | əsas redaktə]

    Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

    İnanclar:

    • Yeli əsdirəni söyməzlər.
    • Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel babasənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

    Üçüncü çərşənbə bəzi bölgələrdə, xüsusən də Azərbaycanın qərb rayonlarında Qara çərşənbə, Gül çərşənbə də adlandırılır. Həmin gün qəbirlər ziyarət olunar, kol-kosdan təmizlənər, dünyasını dəyişmiş yaxınlar yad edilər.[3]

    İlaxır və ya torpaq çərşənbəsi[redaktə | əsas redaktə]

    Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə – Topraq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

    Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səmənixonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

    İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar. “Çərşənbələrin sonuncusu Axır çərşənbədir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılamışlar. Torpaq çərşənbəsi ərzin donunu dəyişir, adamlar qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır. Bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel (Su), Atəş, Yel, Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları fəlakətə salan özü fəlakətə düşər” – deyə yerindən qalxır, Sel (Su), Atəş, Yel və Torpaq xatun əl-ələ verib:

    Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,

    Təzə ömür, təzə məhsul, il gəldi –

    deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, həmin gün elin əziz günü olan Axır çərşənbə idi.

    Beləcə, torpağın oyanışı olan Torpaq çərşənbəsi özlüyündə bərəkəti, məhsul artımını simvollaşdırmaqla insanları maddi nemətlər bolluğu ilə təmin edib, acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Torpağın müqəddəsliyi və həyatvericilik gücü ondadır ki, digər yaradılmışlar da torpaqdan dirilik tapıb, inkişaf edir. Bitkilərin bitib-cücərməsi timsalında digər canlılar aləminin torpağın bəxşedici gücü ilə yaranıb formalaşdığını əks etdirir. Torpaq maddi varlıq olaraq bitkiləri və insanların yaşayıb inkişaf tapmasına, fəaliyyətinə şərait yaradır. 

    Ümumiyyətlə, qeyd olunan çərşənbələrdə hər yaradıcı ünsürün öz yeri, mövqeyi, əhəmiyyəti və rolu var. Onların hər biri ayrı-ayrılıqda həyat, yaşayış, dirilik üçün çox vacib funksiyanı yerinə yetirməklə, hamısı birləşib vahid bir komponent təşkil edir və bütöv canlı orqanizm kimi birlikdə canlı həyatın əsasında dayanırlar. Ona görə də xalq təfəkkürünün ayrılmaz tərkib hissəsi kimi götürülən bu dörd yaradıcı həyat elementini bir-birindən təcrid edərək, birinin rolunu azaldıb, digərinin funksiyasını böyütməklə yanlışlığa yol vermək olmaz. 

    İlaxır çərşənbələrin hər birində onların ayrı-ayrı yaradıcı ünsürlərin adları ilə tanınıb adlanmalarına baxmayaraq, xalqımız Su, Od, Yel və Torpaq çərşənbələrinə hər zaman eyni qaydada önəm verib. Bu, həm də mərasim və ayinlərdə xalq müdrikliyinin bir göstəricisi kimi diqqət çəkir. Bütün çərşənbələrdə od ünsürünün rəmzi olan ocaq qalanır, şamlar yandırılır, su ünsürünün rəmzi kimi qapı-bacalara “su aydınlıqdır” deyə parçlarda su atılır, eləcə də yel (hava), torpaq ünsürü ilə də bağlı digər inanclar, mərasimi aktlar və s. yerinə yetirilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, xalq ilaxır çərşənbələrin hər birində bu yaradıcı elementləri simvolizə edən yaradıcı qüvvələrə eyni dərəcədə qədir-qiymət qoyur, hər bir yaradıcı qüvvəyə xoş gedəcək ayin və rituallar həyata keçirir. Professor Azad Nəbiyevin “Suya, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirən Axır çərşənbə İlaxır çərşənbələrin ən gözəli, təntənəlisi və insanları bayrama yaxınlaşdıran bir çərşənbə idi” fikrinə əsasən Axır çərşənbənin Suya, Atəşə, Yelə və Torpağa tapınmanı digər üç çərşənbənin mərasim keyfiyyətlərinə də aid etmək olar. 

    Tədqiqatçı Xeybər Göyyallının yazdığı kimi, sonuncu çərşənbə sayılan Torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. 

    Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.

    Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar. 

    Torpaq insanları yaşayış üçün zəruri olan qida-ərzaq bolluğu ilə təmin edən real həyati varlıq stixiyasıdır. Torpaq deyir: “Öldür məni, dirildim səni” və s. bu tipli saysız-hesabsız folklor örnəklərimizin də məğzində torpağın bir yaradıcı ünsür kimi insanın yaşayışı və fəaliyyəti üçün əsas stimulverici güc olduğu bildirilir. Bütün bunlar torpağın real həyatla, gündəlik məişətimizlə bağlı olduğunu göstərən amillərdir…

    Torpaq çərşənbəsində digər çərşənbələrdəki kimi simvolik məzmunlu rituallar, ayinlər keçirilir ki, bunlar da bayram ənənəsinin təbii tələbidir. Axır çərşənbənin özündən əvvəlki digər üç çərşənbədən (söhbət doğruçu çərşənbələrdən gedir) təmtəraqlı, zəngin ayin və rituallarla müşayiət olunması onun yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş – yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunur.

  • Kitabxanada Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı. İnformasiya bülletenində görkəmli sərkərdənin döyüş yolu, təltifləri, ona həsr olunmuş şeirlər, fotoqalereya və. s. məlumatlar toplanmışdır.

    İnformasiya bülleteni MKS-in Veb saytında yerləşdirilib

    http://yasamal.cls.az/front/files/libraries/81/documents/924431518.pdf
  • Gənc yazar Kamran Murquzovun şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovun “Yoxdu ehtiyacın Sənin, ay ALLAH!” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, adıçəkilən məqalə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib. Bundan öncə şeirləri “Kümbet”, “Usare”, ”Hece Taşları”, “Kardelen” dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • “Qələmlə, Silahla…” adlı kitab-albomun təqdimat mərasimi keçirilib –

    Azərbaycan Yazıçılar Birliyinin atavan klubunda Müdafiə Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi Ağsaqqalar Şurasının nəşri olan “Qələmlə, Silahla…” adlı kitab-albomun təqdimat mərasimi keçirilib.
    Kitab-alboma xalqımızın yüksək mənəvi keyfiyyətlərini – Vətən sevgisi, torpağı qorumaq borcu, qələbə əzmi, yadelli işğalçılara qarşı döyüşlərdə qəhrəmanlıq, fədakarlıq, şəhidlik örnəklərini özündə əks etdirən müsahibələr, şeirlər, məqalələr və tarixi şəkillər daxil edilib.
    Kitab-albom ulu öndər Heydər Əliyevin “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur” fikirləri ilə başlanır.
    Nəşrdə 2016-cı ilin Aprel döyüşlərindən sonra Yazıçılar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup şair və yazıçının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə   səfərindən və onların təəssüratlarından  geniş söhbət açılır. Hər sətrində Azərbaycan əsgərinin gücünü, Lələtəpə zirvəsində vüqarla dalğalanan üçrəngli bayrağımızın tezliklə Şuşada da dalğalanacağına əminliyi, kül altından boy atan Cocuq Mərcanlıdakı qələbəliyi tərənnüm edən şeirlər böyük maraq doğurur.
    Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar tədbir iştirakçılarını salamlayaraq, kitab-albomun işıq üzü görməsində göstərdiyi maddi və mənəvi dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyə minnətdarlığını bildirib.
    Xalq yazıçısı Müdafiə nazirinin bir qrup yazarı qəbul etdiyi görüşü və cəbhə bölgələrinə səfərlərini xatırlayıb. Yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksək  səviyyədə və onun istənilən döyüş tapşırığını yerinə yetirməyə hər an hazır olduğundan  qürurla danışıb.
    AYB-nin Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadə bütün müharibələrdə digər ideoloji vasitələrlə yanaşı,  ədəbiyyatın da böyük rol oynadığını qeyd edərək müharibə mövzusunda yazılan əsərlərin döyüşçünün mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində müstəsna əhəmiyyət kəsb etdiyini deyib. “Vətən müdafiəçilərinə həsr edilən əsərlər cəmiyyətlə ordu arasında sağlam mənəvi körpü yaradır. Əgər yazar döyüşçünün şücaətini, rəşadətini dolğun şəkildə əks etdirə bilirsə, əgər əsgər həmin əsərlərdə özünün obrazını görürsə, bu, ədəbiyyatın  böyük uğurudur.”
    Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani  Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə fəaliyyət planından söz açaraq, ordumuzun qələm sahibləri ilə işbirliyinin vacibliyini xüsusilə vurğulayıb. O, qeyd edib ki, ziyalılar, ictimai xadimlər, eləcə də şair və yazıçılarımız  tez-tez Azərbaycan əsgərinin qonağı olur və ordu gənclərinin Vətənə, dövlətə, xalqa sədaqət ruhunda tərbiyə olunmasında səylərini əsirgəmirlər.
    A.Qurbani Azərbaycan Ordusu şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun daha da yüksəldilməsində xidmətlərinə görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Nəriman Həsənzadəyə ünvanladığı təbrik məktubunu və qiymətli hədiyyəni görkəmli Xalq şairinə təqdim edib.
    Təqdimat mərasimində Xalq yazıçıları Mövlud Süleymanlı, Elmira Axundova, akademik Nizami Cəfərov, Xalq şairi Musa Yaqub, Cocuq Mərcanlıdan gələn Səidə müəllimə və başqaları Müdafiə Nazirliyinin “Hərbi Nəşriyyat”ında hazırlanan AYB-nin Ağsaqqalar Şurasının “Qələmlə, Silahla…” nəşrini yüksək qiymətləndirib və bu vətənpərvərlik təşəbbüsünün davam etdiriləcəyinə əminliklərini bildiriblər.

  • Əziz Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2020-ci ildə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi tamam olur.

    Professor Əziz Mirəhmədov ömrünün altmış ilini ədəbiyyat tariximizin xüsusən XIX əsri və XX əsrin əvvəllərini əhatə edən dövrünün sistemli tədqiqinə həsr etmiş, sanballı araşdırmaları ilə milli ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir. Alimin Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Məhəmməd Hadi kimi qüdrətli ədəbi şəxsiyyətlər haqqında ictimai fikir cərəyanları ilə bədii fikrin əlaqələrini vəhdətdə götürən fundamental əsərləri ədəbiyyatşünaslığımızın nailiyyətləri sırasında özünəməxsus yer tutur. Əziz Mirəhmədovun Azərbaycan romantizminin estetik prinsiplərinə dair ümumiləşdirici mülahizələri bu istiqamətdə sonrakı tədqiqatlar üçün elmi-metodoloji baza rolu oynamışdır.

    Ölkəmizdə ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov, eyni zamanda, mətbuat tariximizin öyrənilməsində əhəmiyyətli işlər görmüşdür. “Əkinçi” qəzetinin və “Molla Nəsrəddin” jurnalının yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılması alimin mətnşünaslıq sahəsində təqdirəlayiq fəaliyyətinin nəticələrindəndir. Əziz Mirəhmədov yüksəkixtisaslı elmi kadrlar hazırlanmasına böyük əmək sərf etmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətlərini nəzərə alaraq, görkəmli alim Əziz Mirəhmədovun anadan olmasının 100 cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Milli Elmlər Akademiyası Əməkdar elm xadimi Əziz Mirəhmədovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 28 fevral 2020-ci il.

  • Dəyərli qələm dostlarımız və ədəbiyyat maraqlıları!


    Sizi 29 fevral 2020-ci il tarixində saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, tanınmış şair, jurnalist RƏŞAD MƏCİDlə görüşə dəvət edirik. Tədbirdə eyni zamanda şairin yeni nəşr olunuş “Qələmsiz yazılanlar” kitabı oxuculara təqdim ediləcək.
    Ünvan: Sumqayıt şəhəri, Heydər Parkı, Z.Hacıyev küçəsi-6. Poeziya Evi. 

  • Xocalı soyqırımına həsr olunmuş səyyar sərgi

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS- inin Q.Musabəyov adına 3 №-li kitabxana filialının əməkdaşları Xocalı soyqırımı ilə əlaqədar Yasamal rayon 1№-li Telefon Qovşağında “Xocalı harayı” adlı səyyar sərgi təşkil etdilər.Tədbirdə müəssisənin əməkdaşları iştirak etdilər.Kitabxana filialının müdiri Arzu Xudayarova sərgi barədə məlumat verdi.Tədbir iştirakçıları ermənilərin törətdiyi faciədən danışaraq bildirdilər ki, artıq bu gün dünya Xocalı soyqırımı ilə bağlı əsl həqiqətləri bilməlidir. 

  • Beynəlxalq əməkdaşlıq çərçivəsində müsahibə dərc olunub


    2020-ci ildə Belarus Yazıçılar Birliyinin “Heмaн” jurnalının 75 illik yubileyidir.
    Jurnalın yanvar nömrəsində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktorunun “Dağlardan yüksək yalnız… kitablar ola bilər” («Выше гор могут быть только … книги») müsahibəsi dərc olunub. 
    Müsahibədə müasir dövrdə kitaba və mütaliəyə marağın azalması məsələləri ümümbəşəri məsələ kimi işıqlandırılır. Burada uşaq mütaliəsi haqqında fikirlər  söylənilir. Müsahibədə Yasamal rayon MKS-inin son bir il ərzində həyata keçirdiyi davamlı layihələr də öz əksini tapıb. Müsahibədə informasiya dövrünün kitaba təsiri mərkəzi yer almışdır.
    Yazıda “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” haqqında oxuculara ətraflı məlumat verilir. Belarus oxucusuna Azərbaycan kitabxanaları haqqında digər maraqlı məlumatlar da verilir və qeyd olunur ki, Azərbaycanda milli mədəniyyətin və milli-mənəvi dəyərlərin qorunmasına, nəsillərdən-nəsillərə ötürülməsinə xüsusi diqqət yetirilir. Qeyd olunur ki, bu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Müsahibəni Belarus Yazıçılar Birliyinin 1-ci katibi Yelena Stelmax aparıb.
    “Heмaн” jurnalı ilə Yasamal rayon Mərkəzi Kitabxanasında tanış olmaq mümkündür.

  • Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

    Komissiyanın sədri

    Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri

    Komissiyanın üzvləri

    Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini

    Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

    Əbülfəs Qarayev – Azərbaycan Respublikasının Mədəniyyət naziri

    Oqtay Şirəliyev – Azərbaycan Respublikasının Səhiyyə naziri

    Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri

    Anar Quliyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

    İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

    İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

    İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

    Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

    Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

    Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru

    Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

    Abel Məhərrəmov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

    Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

    Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

    Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri

    Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi

    Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi

    Natiq Əliyev – Xalq rəssamı

    Mövlud Süleymanlı – Xalq yazıçısı.

    2. “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 26 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 703) 1-ci hissəsi ləğv edilsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 24 fevral 2020-ci il.

  • İbrahim İLYASLI.” BİLDİM”

    Dünyanın iki türlü rengi varmış,-
    Bildim siyah ne, ak nedir, bildim.
    Yavrumun dilinden bir şeyler duydum,
    Göğsüme vurulan dağ nedir, bildim.

    “Yok” tan yola çıktım, yol beni gitti,
    Kıt beni kıstırdı, bol beni gitti.
    Ben sağı giderken sol beni gitti,
    Sonunda sol nedir, sağ nedir bildim.

    Doldu piyaleler, boşaldı camlar,
    Sarhoş dimağımı değişti tamlar…
    Karanlık gönlümde yandıkca mumlar
    Yürekten eriyen yağ nedir bildim.

    Aşarak dünyanın Hun hisarından
    Koptu şah milletim şahdamarından…
    Kırıldı memleketim sınırlarından,-
    Çitleri bozulmuş bağ nedir bildim.

    Ibrahim İlyaslı, bu mudur kanmak?-
    İşin oldu her zaman tutuşmak, yanmak.
    Hakkı buluncaymış feleği danmak-
    Bildim haksızlık ne, hak nedir bildim.

  • İbrahim İLYASLI.”Məmləkətim”

    Səni
    «dil demək» nədi?-
    Heç sazla da
    ağlamaq olmur,
    Məmləkətim!
    Dərdlərinə
    ayna tuta bilmir
    nə kaman, nə ud.
    Biz
    bir bəla kimi
    doğulduq sənə,
    sevgili yurd!

    «Can Azərbaycan!» deyibən
    şarkılar yazdıq adına.
    «Yaşa! Yaşa! Yaşa!»
    şüarlarında
    basdırdıq səni.
    Şuşa deyib – Şuşadan,
    Laçın deyib – Laçından
    asdırdıq səni.
    Biz
    bir bəla kimi
    doğulduq sənə,
    sevgili yurd!

    Heç bu şeirdə də
    qəminə layiq
    ağrı yoxdu,
    nöyütünə layiq
    kibrit.
    Xəcalət çək, ay şair,
    ay şeir,
    buradaca tükən,
    buradaca bit!..

  • Kitabxanaçılar ”Ana harayı“ abidəsini ziyarət etdilər

           Bu gün, Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının iyirmi səkkizinci ili tamam olur. Bununla əlaqədar, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Ana harayı” abidəsini ziyarət etdilər.  “Ana harayı” abidəsi 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc azərbaycanlı əhalisinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə ucaldılmışdır. 
    Xocalı şəhəri fevral ayının 25-də atəşə tutulmağa başladı və erməni silahlı birləşmələri səhərə yaxın şəhərə daxil oldular. Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 ahıl, yaşlı insan qətlə yetirildi, 8 ailə isə tamamilə məhv edildi. 487 nəfər yaralananların arasında 76 nəfər uşaq var idi. 1275 nəfər isə əsir götürülmüşdür.  Onlardan 150 nəfərin taleyi bu günədək məlum deyil. Xocalı vəhşiliklərini ilk dəfə lentə alan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev olmuşdur.  
          Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb.
       Xocalı faciəsinin ildönümü ilə əlaqədar Mərkəzi Kitabxanada kitab sərgisi və stend təşkil olunmuşdur.

  • 26 fevral 1992-ci il-XOCALI Soyqırımı

    Xocalı soyqırımı

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
    Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.
    Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
    Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
    uşaqlar – 63 nəfər;
    qadınlar – 106 nəfər; 
    qocalar – 70 nəfər.

    8 ailə tamamilə məhv edilmişdir.
    25 uşaq hər iki valideynini itirmişdir.
    130 uşaq valideynlərindən birini itirmişdir

    487 nəfər yaralanmışdır, onlardan:
    uşaqlar – 76 nəfər;
    1275 nəfər əsir götürülmüşdür.
    150 nəfər itkin düşmüşdür.
    Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

    Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.
    Xocalı – əsas hədəf
    Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.
    Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri – dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
    Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
    Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.
    Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.
    “Xocalı platsdarmının məhv edilməsi” sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.
    Faciənin xronikası
    Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
    Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
    Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
    Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.
    Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.
    Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
    Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
    Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:
    Krua l’Eveneman jurnalı(Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.
    Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
    Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
    Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
    Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
    İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
    Faynenşl Tayms qəzeti(London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.
    Le Mond qəzeti(Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
    İzvestiya(Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
    Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
    R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
    “Memorial” hüquq-müdafiə mərkəzinin hesabatından:
    Xocalı
    1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. Əhalinin bir hissəsi şəhəri tərk etmişdi, ancaq Xocalı İcra hakimiyyətinin başçısı E.Məmmədovun təkidli müraciətlərinə baxmayaraq dinc əhalinin tam evakuasiyası olunmamışdı.
    1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.
    Hücumun iştirakçıları
    Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi.
    Sovet Ordusunun 366-cı alayının hərbiçilərinin iştirakı
    Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər.
    Hücumun gedişatı
    Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir.
    Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir.
    Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır.
    Əhalinin çıxması üçün azad dəhliz
    Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur.
    Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdur və nəticədə çoxlu sayda insan həlak olmuşdur.
    Şəhərdə qalmış əhalinin müqəddəratı
    Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalmışdı.
    Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.
    Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti
    Müvəqqəti saxlanılma təcridxanasının rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu.
    Xocalı sakinlərinin əmlakı
    Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər.
    Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.
    Alınmış məlumatların qiymətləndirilməsi
    Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarçı kütləvi zorakılıq törədilmişdir.
    Azad dəhliz barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmamışdır.
    Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz.
    Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbiçiləri iştirak etmişdir.
    Memorial Hüquq-müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:
    Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
    Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.
    Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
    Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
    Maddə 17.Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
    Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.19748-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir.
    366-cı alay
    Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır.
    Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
    Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur!
    Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.
    Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara – Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.
    Bu faciədə həmçinin, Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov Azərbaycanın Prezidenti və Ali Baş Komandanı olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Onlar hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlarının törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi.
    Tarix unutmayacaqdır
    Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
    Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.
    Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
    Tarix heç nəyi unutmur.

  • Abdulla Şaiqin məzarı ziyarət edildi

    Yasamal rayon MKS-inin A.Şaiq adına 2 №-li kitabxana filialı və ədibin ev-muzeyinin təşkilatçılığı ilə gorkəmli şair, yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiqin doğum günü ilə əlaqədar Fəxri Xiyabanda ədibin məzarı ziyarət edildi.

          Tədbirdə kitabxananın və Abdulla Şaiqin ev-muzeyinin əməkdaşları,  kitabxananın fəal oxucuları, ədibin ailə üzvləri iştirak etdilər. Anım tədbirində ev-muzeyinin direktoru Ülkər Talıbzadə və  böyük elmi işçi Arzu Hacıyeva çıxış edərək ədibin yaradıcılığından, ictimai fəaliyyətindən danışdılar. Bildirildi ki, ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb işlərilə də məşğul olmuşdur.

          Sonda Abdulla Şaiq adına kitabxana filialında təşkil olunmuş sərgiyə baxış keçirildi.

  • Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları A.Məmmədov adına  38 №-li tam orta məktəbdə 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirdilər. Tədbirdə kitabxananın fəal oxucusu BDU-nun Hüquq fakültəsinin tələbəsi Nuray Araz, kitabxanada təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanaçılıq informasiya fakültəsinin IV kurs tələbələri və məktəbin IV, V və VII sinif şagirdləri iştirak etdilər.

    Kitabxananın böyük metodisti İradə Hüseynova bildirdi ki, Beynəlxalq Ana Dili Gününün tarixi 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində həlak olan dörd nəfərin xatirəsi ilə bağlıdır. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət etmişlər. Məktəb kitabxanasının müdüri Səbinə Abbasova ölkəmizdə ana dilinin qorunması ilə bağlı görülən işlərdən  danışdı. Şagirdlər ana dilinə həsr olunmuş şeirlər söylədilər.

    Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

  • Udmurtiya Milli Kitabxanasında Azərbaycan güşəsi yaradılacaq

    Rusiya Federasiyası Udmurt Respublikasının Milli Kitabxanası 2018-ci ilin payızında 100 illik yubileyini qeyd etdi. Elə həmin ildən Udmurt Milli Kitabxanası Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası ilə əlaqələr qurmuş və iki kitabxana arasında beynəlxalq əməkdaşlığı genişləndirməyə başlamışdır.

    Beynəlxalq əməkdaşlıq çərçivəsində Udmurt Milli Kitabxanasında 2020-ci ildə Azərbaycan güşəsinin yaradılması planlaşdırılır.

    Bununla əlaqədar, Yasamal rayon MKS-i Udmurt Milli Kitabxanasına Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, milli adət-ənənələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ulu öndər Heydər Əliyev həsr olunmuş kitablar, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət haqqında, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən zəngin kitab kolleksiyası toplanmışdır. Kolleksiyaya həmçinin uşaq ədəbiyyatı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəşr olunmuş “Dünya ədəbiyyatı kitabxanası” seriyasından da maraqlı kitablar daxil edilib.

    Yaxın zamanlarda Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə 80 adda 102 kitab Udmurt Milli Kitabxanasına göndəriləcək.

  • 31 Mart – Azərbaycanlıların soyqırımı günü

    1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib.

    İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Süni ərazi bölgüsü, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan torpaqlarında “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanılıb. Azərbaycanın və ümumən, Qafqazın tarixinin təhrif olunması bu fəaliyyətin mühüm tərkib hissəsini təşkil edib.

    “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

    Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışıblar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib.  Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

    Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib.

    Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olub. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi

    qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

    Ümummilli lider Heydər Əliyev 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

    Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib.

    2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər

    Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

    Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Həmin mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, – onların da mənfur adları orada göstərilir, – Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.

    Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

    Mənbə: http://seferberlik.gov.az/

  • Xocalı soyqırımı

    Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.

    Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji məntəqədə yerləşən, Dağlıq Qarabağın yeganə hava limanının yerləşdiyi Xocalı fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülüb. Dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınıb.

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideyn­lərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Ümummilli lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz buraxılmasına kəskin etiraz edərək deyib: “O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır”.

    Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyidlərin bir qismini minalayıblar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirib.

    Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.

    Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətidir.

    Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bunu Xocalı faciəsindən təqribən ay yarım sonra – aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı qabaqcadan hazırlanmış plan əsasında həyata keçirilmiş kütləvi qırğın aktında xüsusi amansızlıqla, içərisində uşaqlar, qadınlar və qocalar olmaqla, 67 nəfər dinc sakinin qətlə yetirilməsi, onlarla şəxsin girov götürülməsi, itkin düşməsi, kəndin tamamilə yandırılması da sübut edir. Bu tədbirlərin davamı kimi 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində daha bir amansız cinayət – Ballıqaya qətliamı törədilib. Nəticədə 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib, onların arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq isə hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.

    Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib.

    Azərbaycan parlamenti 2017-ci il fevralın 24-də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsini bir daha təsdiq edib.

    Azərbaycan Respublikasının hüquq mühafizə orqanları Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirləri davam etdirir.

    Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı haqqında deyib: “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün

    mühüm şərtdir”.

    Bununla əlaqədar Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.

    Mənbə: http://seferberlik.gov.az/

  • 20 Yanvar faciəsi

    1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi

    qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

    Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

     Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişiboyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-siSSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

    Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib.

    1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır.

    Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: “…Azərbaycanda baş vermiş

    hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və … hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm …Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı …Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.

    Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

    Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.

    1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

    Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

    Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

    Mənbə: http://seferberlik.gov.az/

  • Elvin Əlizadəni doğum günü münasibətilə təbrik edirik! (20 fevral 1988-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinn üzvü,Sumqayıt Regional Mədə­niyyət İdarəsi nəzdindəki Poeziya Evininin əməkdaşı Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt şəhəri üzrə xüsusi müxbirini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Ustadım Dərviş Yunus ƏMRƏ

    Yunus Əmrə (d.1238 Sarayköy, Milhalıççıq, Əskişəhər – ö.1321 Sarayköy, Milhalıççıq, Əskişəhər) — Anadoluda türkcə şeirin banilərindən biri[7]; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur.

    Həyatı

    Tapdıq Əmrə ilə tanış olması

    Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun[10] müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarından[11] Osmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında[12] oldusa da[13], onu “Bizim Yunus” edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir.[14] Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur.[4][15]

    Digər mütəfəkkirlərlə tanış olması[redaktə | əsas redaktə]

    Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir.[10] 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır.[10] Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi[4], Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi[16], məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s. mövzuları mənimsəmişdir.

    Vəfatı[redaktə | əsas redaktə]

    Yunus Əmrə, “Risalətun-Nushiyyə” adlı məsnəvisinin sonunda belə bir cümlə yazmışdır:“Sözə tarix yeddi yüz yeddi idi, Yunus canı bu yolda fidiidi.[17]

    Bu cümləyə əsasən iddia olunur ki, Yunus Əmrə H. 707 (M. 1307/8) tarixlərində həyatda olmuşdur. Adnan Ərzi tərəfindən Bəyazid Dövlət Kitabxanasında tapılmış 7912 nömrəli əlyazmada belə qeyd edilmişdir:

    “Vəfatı Yunus Əmrə
    Müddəti-Ömür 82
    İl 720[17][18]

    Bu sənədə əsasən, Yunus Əmrənin H. 720-ci ildə (M. 1320-1) vəfat etdiyi və bu tarixdən 82 il əvvəl H. 648-ci ildə (M. 1240/41) doğulmuş olduğu iddia olunur.[7]

    Məzarı[redaktə | əsas redaktə]

    Əsas məqalə: Yunus Əmrənin məzarı

    Qaxın Oncallı kəndindəki Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahında Yunus Əmrəyə aid olduğu iddia edilən məzar

    Yunus Əmrənin məzarı olduğu iddia edilən[3] bir çox türbə və məzar vardır: Türkiyədə: Əskişəhər ilinin Mihalıççıq ilçəsinin Sarıköy kəndi (indiki Yunus Əmrə bəldəsi); Qaraman ilindəki Yunus Əmrə məscidinin həyəti; Bursa; Ağsaray ilinin Ortaköy ilçəsinin Rəşadiyə kəndi; Ünyə; Manisanın Kula ilinin Əmrə kəndi; Ərzurum ilinin Dutçu (Dutçu[19], Tuzcu[20] və ya Düzcü[21]) kəndi; Sparta ilinin Gönən və ya Keçiborlu ilçəsi; Afyonkarahisar ilinin Sandıqlı ilçəsi[22]; Sivas yaxınlığında bir yolun üstü, Toqatın Niksar ilçəsi və Azərbaycanda Qax rayonunun Oncallı kəndindəki Oğuz qəbiristanlığı.[23]

    Səyyah Övliya Çələbinin Səyahətnamə əsərində Qaraman ilə əlaqədar olaraq “Kirişçi Ata Məscidi həyətində Yunus Əmrə Həzrətlərinin məzarı vardır.”[24] deyə yazır. Əskişəhərin Sarıköy (indiki Yunus Əmrə) kəndində Yunus Əmrənin türbəsi olduğu iddia edilən sahədəki türbə Türkiyə İstiqlaliyyət Müyaribəsi zamanı yunanlar tərəfindən uçurlsa da, 1948-ci ildə ərazidə yenidən türbə tikilməsi məqsədilə hökumətə müraciət edilmişdir.[4] 1949-cu ildə türbə tikilməsi məqsədi ilə aparılan qazıntılarda, 15 nəfərə aid skeletlər tapılmışdı.[24] Qazıntı aparılan sahədə skeletlərin səthə çox yaxın bir nöqtədə olması, ərazinin qədim bir qəbir yeri olduğu barədə ciddi şübhələr doğurmuşdur. Müəyyən bərpa işlərindən sonra 6 may 1949-cu ildə türbənin açılışı olmuşdur.[4]

    Bəzi tədqiqatçılar Yunus Əmrənin şeirlərində bəhs edilən 23 yaşayış məntəqəsi adından 20 dənəsinin hazırda Qaraman rayonu sərhədləri içərisində yerləşən kənd, qəsəbə, abidə adları ilə eyni olmasını Yunus Əmrənin hal-hazırda Qaraman olaraq adlandırılan ilin sərhədləri daxilindəki bölgədə yaşayıb və ölmüş ola biləcəyi iddiasını irəli sürürlər.[24]

    Yaradıcılığı

    Yunus Emre: Aşkın sesi filminin afişası

    İşlədiyi mövzularla Anadoluda inkişaf edən Türk ədəbiyyatının nümayəndələrindən sayılan Yunus Əmrə, yalnız xalq və təkkə poeziyasına deyil, divan şeirinə də təsir etmişdir.[16] Heca və əruz vəznlərində yazdığı şeirlərində məhəbbəti əsas tutmuşdur.[17] Təsəvvüflə, İslam ilə əlaqədar misralarında insanın özü, əşyalarla, Allahla olan münasibətlərini mövzusunda yazmış, ölüm, doğum, həyata bağlılıq, İlahi ədalət, insan sevgisi kimi məsələləri müzakirə etmişdir.[17]

    Əsərləri

    Əsərlərinin bir neçə nüsxəsi mövcuddur: Fateh, Nuru-Osmaniyə, Yəhya Əfəndi, Qərəman, Balıqəsir, Niyazi Mısri və Bursa nüsxələri.[25]

    Divan

    Yunus Əmrənin şeirləri bir Divanda toplanmışdır.[10][17] Şeirlər əruz və heca vəznlərində yazılmışdır.[11]

    Risalətun-Nushiyyə

    Əsas məqalə: Risalətun-Nushiyyə

    Adının mənası “Nəsihətlər kitabı”dır. Didaktik əsərdir.[25] Əmrə əsərin sonunda belə bir cümlə yazmışdır:“Sözə tarix yeddi yüz yeddi idi,
    Yunus canı bu yolda fidiidi.[17]

    Bu cümləyə əsasən müəllifin əsəri H. 707-ci ildə (M. 1307/8) yazmış olduğu iddia olunur.[7][26][27] Əsər, məsnəvi tərzində yazılmış və 573 beytdən ibarətdir. Dini, təsəvvüfi və əxlaqi məzmunludur.[28]

    Əmrə sözünün mənası

    Anadoluda müxtəlif ozanların, aşıq və dərvişin adında olan Əmrə sözü türkcədə “Aşiq” mənasını verir. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilir. Türk-monqol dillərində dərman, ağız, qadınlıq, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəməq/İmrəməq felləri “aşiq olmaq” deməkdir. Əmrə sözü də aşiq mənası daşıyır.[29] Amrağ/Amra/Əmrə çevrilməsinə məruz qalmışdır. Anadoluda “imrəmək” və “imrənmək” feilləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəmək mənaları daşıyır.[30]

    Mədəniyyətdə

    Əsərlər

    2009-cu ildə tədavülə çıxmış 200 Türk lirəsinin arxa üzündə Yunus Əmrənin porteti və VyanadakıYunus Əmrə Çeşməsinin şəkli əks olunmuşdur.[31][32]

    İskəndər Palanın Yunus Əmrədən bəhs edən Od romanının sonuncu nəşrinin üz qabığı

    • Od (Bir Yunus romanı)“, İskəndər Pala
    • “Yunus Emre”, Cahit Öztelli
    • “Aşka Ağlayan Derviş”, Mahmut Ulu, bioqrafik roman
    • “Yunus Emre Divan ve Risaletü’n-Nushiyye”, Mustafa Tatcı
    • Sarıköylü Yunus Emre, Eskişehir Valiliği, Bahattin Atak
    • “Yunus Emre Divanı”, Faruk K. Timurtaş
    • Bizim Yunus, Mustafa Özçelik [1][2]
    • Yunus Emre Divanı, Burhan Toprak
    • “Yunus Emre Seçme Şiirler”, Fide Yayınları
    • “Yunus Emre Külliyatı”, 2008
    • “Antologıa Shel Shırım Sufıım Me et Yunus Emre”, Denis Ojalvo, Avram Mizrahi ve Selim Amado  (ivr.)
    • “Aşkın Kandili”, Galip Argun
    • Əbdülbaqi Gölpınarlı. Yunus Əmrə: Həyatı, sənəti və şerləri. 1952.
    • Əbdülbaqi Gölpınarlı. Yunus Əmrə və təsəvvüf. 1961.
    • Nəzihə Araz. Dərdli dolab və Yunus Əmrənin həyat hekayəsi. 1961.
    • Köyxan Övliya oğlu. Anadolunun iç aydınlığı – Yunus Əmrə. 1963.

    Filmoqrafiya

    Diskoqrafiya

    Ədəbiyyat

  • Həzrət Mövlana Cəlaləddin RUMİ

    Mövlana Cəlaləddin Balkhi (fars. مولانا جلال الدین محمد رومی Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 1207BəlxƏfqanıstan – 1273) — İslam və təsəvvüf dünyasında tanınmış fars[2][3][4][5][6]şairmövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin tanınmış nümayəndəsi.

    Həyatı

    Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir.

    Mövlana Cəlaləddin Rumi (Rumi adı ona Anadoluya (o vaxtlar Anadolu “Diyari Rum” adlanırdı) yerləşib orada yaşadığı üçün, “Əfəndimiz” mənasına gələn Mövlana isə özünə qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) indiki Əfqanıstanın Bəlx şəhərində anadan olmuşdur. Rumi o dövrün İslam mədəniyyəti mərkəzlərindən biri sayılan Bəlx qəsəbəsində müəllimlik edən və Sultan-ül Üləma (alimlər sultanı) ləqəbi ilə tanınan Bəhaəddin Vələdin oğlu idi.

    Babası Əhməd Xətibi – nin oğlu Hüseyn Xətibidir. Anası əsil-nəcabətli bir ailəyə mənsub olan Möminə xatun, nənəsi Xarəzmşahlar xanədanından türk şahzadəsi Məlaikəi-Cahan Əmətullah Sultandır.

    Bəhaəddin Vələd 12141217-ci illər arasında ailəsi ilə birgə Anadoluya köçür. Mövlana bütün ömrünü o vaxt Səlcuqların paytaxtı olan Konya şəhərində keçirir, orada da dəfn edilir. Atası Bəhaəddin Vələdin ölümündən bir il sonra, 1232-ci ildə Konyaya gələn Seyyid Bürhanəddin Mövlananın tərbiyəsi ilə məşğul olmuş və Mövlana doqquz il ona xidmət etmişdir. Rumi 38 yaşında olarkən 60 yaşlı İslam piri, dərviş Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünyagörüşünə dərin təsir göstərir, onun fikir dünyasını kökündən dəyişdirir. Şəmsə qeyri-adi bir məhəbbətlə bağlanmış Cəlaləddin onu tanrı səviyyəsində ilahiləşdirir. Bir gün Şəms sirli şəkildə qeyb olarkən, Cəlaləddin sarsılmış və müəlliminə olan məhəbbətini, onun itməsindən doğan kədər və həsrətini bədii əsərlərində – məsnəvilərdə, rübai və qəzəllərində ifadə etmişdir. Əslən Xorasandan olan Rumi şeirlərini ana dili olab fars dilində yazmışdır, türk dilində yalnız bir neçə şeri və farsca-türkcə müxəmməsi qalmışdır.

    2007-ci ildə Mövlananın anadan olmasının 800 illiyi YUNESKO tərəfindən Dünya Mövlana İli elan edilmişdir.

    Əsərləri

    İstinadlar

    1.  https://www.kokanshakti.com/2019/12/what-do-i-know-about-rumi.html
    2.  http://www.encyclopedia.com/topic/Jalal_ad-Din_Rumi.aspx
    3.  http://www.museumstuff.com/learn/topics/Jalal_ad-Din
    4.  http://www.1902encyclopedia.com/R/RUM/jalal-ad-din-rumi.html
    5.  ^ C.E. Bosworth/B.G. Fragner, “Tādjīk”, in Encyclopaedia of Islam, Online Edition: “… In Islamic usage, eventually came to designate the Persians, as opposed to Turks […] the oldest citation for it which Schaeder could find was in verses of Djalāl al-Dīn Rūmī …”
    6.  ^ Ritter, H.; Bausani, A. “ḎJ̲alāl al- Dīn Rūmī b. Bahāʾ al-Dīn Sulṭān al-ʿulamāʾ Walad b. Ḥusayn b. Aḥmad Ḵh̲aṭībī .” Encyclopaedia of Islam. Edited by: P. Bearman , Th. Bianquis , C.E. Bosworth , E. van Donzel and W.P. Heinrichs. Brill, 2007. Brill Online. Excerpt: “known by the sobriquet Mawlānā (Mevlânâ), Persian poet and founder of the Mawlawiyya order of dervishes
  • F.İ.Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 15 fevral 2020-ci il.

  • Sumqayıtlı gənc yazarların nəzərinə!


    Əli Kərim adına Poeziya Evi Azərbaycanın gənc yazarlarının Sumqayıtda keçiriləcək toplantısına hazırlıq məqsədilə sizləri qeydiyyatdan keçməyə və hazırlıq görüşünə dəvət edir. Görüş 23 fevral 2020-ci il tarixində saat 12:00-da Poeziya Evində keçiriləcək.
    Ünvan: Sumqayıt şəhəri, Heydər Parkı, Zülfü Hacıyev 6
    Əlaqə telefonları: 044 208 01 61; 055 887 51 61
    E-mail : sumqayitpoeziya.evi@mail.ru

  • Bağçada “ucadan oxu” keçirildi

                                 

    18 fevral tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları Sevil Namazova, İradə Hüseynova və Dəniz Vətəni 94 №-li Körpələr Evi Uşaq – Bağçasında “Ucadan oxu” keçirdilər. S.Namazova uşaqlara Mixail Zoşenkonun “Ağıllı meymun” nağılını oxudu. O, izah etdi ki, bu nağıl hesablama əməlinin yaxşı qavranılması və fikir yürütmək qabiliyyətinin inkişafı üçün faydalıdır. İ.Hüseynova uşaqlardan ən çox hansı nağılı xoşladıqlarını soruşdu. Onlar “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılını sevdiklərini söylədilər. Nağıldakı canavarın əməlini pisləyən uşaqlar xeyirxah olmağın yaxşı əməl olduğunu bildirdilər.

  • “Vahidəm, xəlqimin qəzəl şairiyəm”

    Yasamal rayon MKS-inin Ə.Vahid adına 1№-li kitabxana filialında Azərbaycan qəzəl məktəbinin görkəmli nümayəndəsi, “Füzuli yadigarı”, qəzəlxan-şair Əliağa Vahidin 125 illiyi ilə əlaqədar “Vahidəm, xəlqimin qəzəl şairiyəm” adlı tədbir keçirildi. Tədbirdə “Vahid” Poeziya Məclisinin sədri Hacı Rafiq Əliyev, “Məcməüş-şüəra” məclisinin sədri, professor, qəzəlxan-şair Şahin Fazil, məclis üzvləri Elman Qasid, Adilə Nəzərova, Azər Cəbrayılov, Fatimə Mahmudova, Əliağa Vahidin oğlu Ramiz İskəndərov,kitabxananın əməkdaşları iştirak etdilər. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Mətanət Qasımova açaraq qonaqları salamladı və Əliağa Vahidlə bağlı xatirələrini bölüşmək üçün sözü “Vahid” Poeziya Məclisinin sədri Hacı Rafiq Əliyevə verdi. Məclis üzvləri ustadın qəzəllərini oxudular. Kitabxananın oxu zalında Əliağa Vahidin əsərlərindən, jurnal və qəzet materiallarından, fotoşəkillərdən ibarət sərgi nümayiş olundu.

    Sonda tədbir iştirakçiları Əliağa Vahidin İçərişəhərdə yerləşən büstünü ziyarət etdilər.

  • Kitabxanada Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı filialı Xalq şairi, dramaturq Nəriman Həsənzadənin doğum gününə həsr olunmuş kitab sərgisi təşkil edib.

    İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, 1953-cü ildən mətbuatda çıxış edən şairin əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Bakıda “Seçilmiş əsərləri”, Tehranda “Söyüd” və Tbilisidə “Seçilmiş əsərləri” çapdan çıxıb. “Nabat xalanın çörəyi” povesti Moskvada “Molodaya qvardiya” nəşriyyatında rus dilində nəşr olunub.

    Diqqətə çatdırılıb ki, Nəriman Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınıb. Xalq şairi 34 bədii – poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi məqalələr kitabının müəllifidir. 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilib. 100-dən artıq şeirinə musiqi bəstələnib.

    Sonda oxucular ədibin əsərləri ilə tanış olublar.

    Mənbə: https://azertag.az/

  • Bolnisi rayon rəhbərliyi Xalq şairi Zəlimxan Yaqub adına Poeziya evinin tikintisi üçün torpaq sahəsi ayırıb

    Gürcüstanda Azərbaycanın Xalq şairi, saz və söz ustadı Zəlimxan Yaqubun adına anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində Poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb.

    Kənd ağsaqqalı Ramiz Bəkirov AZƏRTAC-a bildirib ki, Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili Kəpənəkçidə olub, ziyalılarla görüşüb. O deyib ki, rayon rəhbərliyinin qərarı ilə Xalq şairinin adının əbədiləşdirilməsi və onun yaradıcılığının gələcək nəsillərə çatdırılması üçün nəzərdə tutulan Poeziya evi üçün torpaq sahəsi ayrılıb.

    Bolnisi rayon bələdiyyəsinin əməkdaşları, Ramiz Bəkirov və kənd ağsaqqalları Poeziya evinin tikiləcəyi sahəyə baxış keçirib, tikilinin layihəsi barədə fikir mübadiləsi aparıblar.

    Kənd sakinləri Z.Yaqubun xatirəsinin əbədiləşdirilməsi məsələsinə göstərdikləri diqqət və dəstəyə görə Bolnisi rayon rəhbərliyi və rayondan olan majoritar deputat Qoqita Meşvelianiyə minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, bu il yanvarın 21-də Z.Yaqubun anadan olmasının 70 illiyi tamam olub. Bu münasibətilə şairin anadan olduğu kənddə keçirilən tədbirdə bir sıra təkliflər, o cümlədən Poeziya evinin tikilməsi ilə bağlı rayon rəhbərliyinə və parlamentin deputatına müraciət qəbul olunub.

    Xətayi Əzizov

    AZƏRTAC-ın xüsusi müxbiri

    Tbilisi

    Mənbə: https://azertag.az/

  • Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib

    Nazirlər Kabineti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında qərar imzalayıb.

    Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qərara əsasən, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü” təsdiq edilib.

    Eyni zamanda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin işçilərinin say həddi 215 ştat vahidi, o cümlədən regional idarələrin aparatı üzrə cəmi 20 ştat vahidi, abidə mühafizəçiləri üzrə 195 ştat vahidi müəyyən edilib.

    Qərara əsasən, Dövlət Xidmətinin 5 – Bakı, Şabran, Qəbələ, Gəncə və Salyan regional idarələri yaradılıb.

    Həmçinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin 2020-ci ildə saxlanılması xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

  • TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 53. sayısı yayında

    Kümbet Dergimiz 2020 yılına 53. sayı ile merhaba dedi.

    EDİTÖRDEN

    Yeni bir yıl, yeni bir sayı ile siz değerli okuyucularımızın karşısındayız. 2020 yılının tüm dünyaya ve ülkemize hayırlar getirmesi, huzur bulması en büyük dileğimizdir. Ekonomik sıkıntıların bu yılda devam etmesi kültür ve sanat dünyamıza yansımaları nedeniyle elbette bazı tedbirlerin, tasarrufların alınmasına ihtiyaç duyulmaktadır. Bu yüzden geçen yıl olduğu gibi 2020 yılında da iki sayı ile yayın hayatında olacağız.

    Kültür ve Turizm Bakanlığı, Kütüphaneler ve Yayımlar Genel Müdürlüğü 2020 ‘de KÜMBET Dergisi’nin 200 kütüphaneye gönderilmesine karar kılarak Türk dergiciliğine olan desteğini tasarruf tedbirlerini de göz ardı etmeyerek sürdürmeye gayret etmiştir. Bu vesile ile Kültür ve Turizm Bakanlığı’na ve daima yanımızda hissettiğimiz siz değerli okuyucularımız müteşekkiriz.

    53. sayımızda derginin kapağından da anlaşılacağı üzere kültür ve sanat dünyamızda yankı bulacağına inandığımız Kosova/Mamuşa Dosyası ile karşınızdayız. Bu dosya içinde Kosova’dan Milazim Mizrak, Bahtiyar Sipahioğlu, Cemali Tunalıgil ve Kosova, Priştina, Üsküp, Prizren ve Mamuşa’da düzenlen etkinliklere Türkiye’den katılan Dr. Mehmet Yardımcı, Hasan Akar ve Ahmet Divriklioğlu’nun araştırmaları yer aldı.

    Diğer değerli kalemlerimiz Azerbaycan’dan Prof. Dr. Tamila Abbashanlı, Öğretim Görevlisi Sona Çerkez, ülkemizden Prof. Dr Ertuğrul Yaman, Prof. Dr. Alpaslan Demir, Prof. Dr. Hasan Boynukara, Doç. Dr. Levent Küçük, Abdullah Satoğlu, Levent Konyar, Nihat Aymak, Sündüs Arslan Akça, M. Necati Güneş, Mehmet Kurdoğlu, Mustafa Everdi, İbrahim Sağır, Bekir Yeğnidemir, Tuba Dere, Merve Nur Maden, Mehmet Binboğa, Çetin Oranlı araştırma ve makalelerini sizler için paylaştılar.

    Şiir bahçesinde yine çok değerli şairlerimizin şiirleri kıştan bahara karlar arasında gülümseyen nevruzlardan, bahar dallarına öbek öbek, rengârenk sizlerin duygularına çiçek açtılar.

    Arkadaşlarımız il ve ilçelerimizde yaptıkları kültür faaliyetlerini dışında Ankara, Ardahan, Kırşehir, Bayburt, Malatya’da da kültür-sanat adına yapılan etkinliklere katıldılar.

    Etkinlikler dosyamızda Tokat Şairler ve Yazarlar Derneği’nin nelere imza attığını, Bize Gelen Kitaplar Dosyasında da büyük emeklerle hazırlanıp dernek arşivine gönderilen eserlerden bazı örnekleri göreceksiniz.

    İki önemli duyurumuz var: Türk Dünyası Yazarlar ve Sanatçılar Vakfı (TÜRKSAV) tarafından organize edilen “19 Mayıs Türk Dünyası Diriliş ve 24. Uluslararası Türk Dünyası Hizmet Ödülleri” töreni 2020 Temmuz ayında Bayburt’ta yapılacak.

    Samsun İlkadım Belediyesi tarafından Cemal Safi Şiir Yarışması düzenlendi. Aşk konulu yarışmaya katılım için son tarih 20 Mart 2020 olarak belirlendi.

    Ve 2019 yılında Derneğimizin kurucu üyelerinden kültür adamı Muhsin Demirci’yi kaybetmenin üzüntüsünü yaşadık. Ruhu şâd olsun diyoruz.

    54. sayımızda buluşmak dileğiyle…

    Hasan Akar,

    Tokat Şairler ve Yazarlar Derneği Başkanı

  • Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    This image has an empty alt attribute; its file name is president-300x225.jpg

    Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur.

    Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.

    Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.

    Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın görkəmli yazıçısı, dövlət və ictimai-siyasi xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyinin qeyd edilməsini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 14 fevral 2020-ci il.