Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar informasiya məktubu hazirlandı. İnformasiya məktubunda “Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, yaradıcılıq fəaliyyəti, müəllimləri, onun oynadığı teatr tamaşaları əks olunmuşdur.
Bundan başqa, Leyla Bədirbəylinin çəkildiyi filmlər haqqında məlumat və filmlərin YouTube kanalında yerləşdiyi versiyalarının linkləri göstərilmişdir.
İnformasiya məktubunda Leyla Bədirbəylinin görkəmli şəxsiyyətlər haqqında sözləri və yaradıcı insanların Leyla Bədirbəyli haqqında fikirləri də verilmişdir.
İnformasiya məktubu              
http://yasamal.cls.az/front/files/libraries/81/documents/841526351.df yerləşdirilmişdir.