Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 121 - 180 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Vasif SÜLEYMAN.”BALACA ADAŞIMA”

Post Views: 199 Tələsmə, hər şeyi düz anlamağa,Tələsmə, dünyanı tez anlamağa.Başlasa, başını dərdə salacaq,Ürək anlamağa, göz anlamağa-Get adaş, get oyna, qurbanın olum! Bilməyib kədərə gülmək, bir aləm,Dünyadan-dünyaya gəlmək, bir aləm.Sonra heç birindən keçmək olmayır,Yaşamaq bir aləm, ölmək bir aləm-Get adaş, get oyna, qurbanın olum! Özünü bir dünya daddan qoyarsan,Qohumdan, yoldaşdan, yaddan qoyarsan.Kənddə toy çalınır, get …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”ZAVALLI ŞAİR”

Post Views: 339 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri. Dünyanı çiynində daşıyan şair,Bir könül qırmadı, qəlb dağlamadı.Yadların ömrünü yaşayan şair,Özünə bir gün də gün ağlamadı. Ruhunu sarsıtdı ömrün gərdişi,Sözünü Sarıtel üstə köklədi.Vurğun ürəyində solğun vərdişi,Dalğın gözlərində dərd çiçəklədi. Qəlbi çisənləndi söz əlacında,Yarın göz sazağı ürəyə doldu..Dözümü asdıqca ehtiyacından,Ruhən misra-misra ürəyi doldu. Sevilə bilmədi …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”ALTILIQLAR”

Post Views: 279 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas. Sevgi sərhəd tanımır ki, əziz insan!Ciyərimdə hiss edirəm nəfəsini.Nə zamansa qismət olsa görüş bizə,Çıxacağıq ayrılığın əvəzini…Daha gizli saxlamaq da mümkün deyil,Mənim olmaq, sənin olmaq həvəsini! Eşqin dönüb həyatımın mənasına,Sözlərinə, gözlərinə oldum əsir…Okeanın o tayından işıq gəlir,Yenə …

Azərbaycan ədəbiyyatı

Firəngiz SABİRQIZI.”Adını bilmədiyim gül”

Post Views: 261 Adını bilmədiyim gül,Nə qəmli qoxun gəlir.Ləçəklərin titrəyir,Son dəfə ahın gəlir. Sən də belə ölürsənBir kitab arasında…Görəsən, doğulmusanDünyanın harasında? Adını bilmədiyim gül,Gülün burnunda ölür,Quruduqca ləçəyin,Balan qarnında ölür. Quruya-quruya ölürsən,Dönürsən saman çöpünə.Səni necə tullayım?Gərəksən yaman günümə. Adını bilmədiyim gül,Öpüşək, dadsız ölmə.Öləndə mənlə öl ki,Yazıqsan… adsız ölmə.

Azərbaycan ədəbiyyatı

“Ruhun pıçıltısı” Aysel Nəsirzadə ilə

Post Views: 177 Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və İncəsənət” portalının Xüsusi Layihələr şöbəsi Salam, “Ədəbiyyat və İncəsənət” sevimli izləyiciləri, sentyabr ayında xoş gördük. Fəsillər dəyişir, illər ötür, amma bizim rubrikalar öz izləyicilərini bütün fəsillərdə duyğulandırır. “Ruhun pıçıltısı” adlı rubrikamızın qonağı da ruhunun pıçıltılarını bizimlə bölüşəcək. Beləliklə, Aysel Nəsirzadənin şeirlərini Sizə təqdim edirik. *** Üfüqdən boylanmamışdı günəş, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”POYLU VAĞZALI”

Post Views: 190 Yada düşür Kür çayı,Analı vaxtımıydı.Bizim Poylu vağzalıMənim paytaxtımıydı!Bilmirdim qayğı nəydi.Ağrı nəydi, fikir nə!Mən meydan oxuyurdumBu dünyanın özünə.Əyilib bu torpağıÖpürəm indi, Tanrım!O günləri, aylarıKaş görəm indi, Tanrım! Bakı şəhəri. 13.7.2025. QEYD: Bu şeir görkəmli Azərbaycan yazıçısı Varis Yolçuyevin facebook səhifəsindən götürülmüşdür.

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bütün qoca romançılara…”

Post Views: 281 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Bu gecəni hiss elə…Eynəyinin ağrıyan şüşəsini silmə heç…Sızlasa əlinin qələm söykənən yeriÜflə…Hər ağrıya ürək vermə,Birinin də üstündən keç… Bu gecəni hiss elə…Oxuduğun son romandanDaha gözəlini yaz…Gül …

Azərbaycan ədəbiyyatı

Təhminə MÜBARİZ.Yeni şeirlər (2026) VIII hissə

Post Views: 222 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. * * * Oldu bu ömür yarı,Hər şey keçər.. – bəs hanı!?Kaş düz olaydı barı..Bu sözün az hissəsi..Dolub daşdıqca daşır,Səbrin səbir kisəsi.. Erkən əsdi sovurdu,Qönçələri küləklər..Quşlar da saldı qanad,Uçdu.. uçdu lələklər..Sən getdin.. çiçəklərə,Qonmadı kəpənəklər..Düzələr hər şey.. – hanı..Kaş düz olaydı barı..Bu sözün az hissəsi..Getsəm, …

Azərbaycan ədəbiyyatı

Könül NURİYEVA.”Gözlərimin nuru, hansı aysan?”

Post Views: 197 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Səni bir sentyabr gününə bənzətdim,Gözlərində sual, saçların dağınıq,sanki bir məktəbli uşaq,mənə baxırdın matdım- matdım…Sentyabr uzaqlaşırdı ikimizdən addım- addım,İndi özümə verirəm sual,—uzun ayrılıqdan sonragörəsən, hansımız atacaq ilk addım? Səni oktyabrın dumanlı havası bilirdim,əlindəki gitara ilə,oktyabrın boz buludlarını silirdin,Sən, həmin gün təkcə mənim, mənimdin…məni aldatdığını bilmirdim,demə …

Azərbaycan ədəbiyyatı

Sevinc YUNUSLU.”Çıxıb gedəsim var uzaq bir yerə”

Post Views: 230 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri Güneyli inqilabçı şair Huşəng Cəfəriyə Çıxıb gedəsim var uzaq bir yerəOrda ki, ağaclar yaşıl yaşıldı..Nə olsun, bu eldə doğulmuşam mənDünyanın hər daşı qəbir daşımdı.. Fərqi yox şimaldı, ya şərqdi, olsun..Bəxtimin şairi Huşəngdi, olsun!Fərqi yox çirkindi, qəşəngdi olsun-Onsuz da sevən …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026) XI hissə

Post Views: 230 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. * * * Bir addım irəli, bir addım geri,Yenə eyni çıxır yolların sonu.Mənə bu havada üşümək qalır,Bir də ki, bir də ki, düşünmək onu. Təzədən doğulur bu ruh, bu bədən,İlahi, …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Dünənimdə elə həmin adamsan”

Post Views: 196 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Dünənimdə elə həmin adamsan,Məhv elədin ikimizi gül kimi!Bilirəm ki, mənim üçün haçansaTökəcəksən göz yaşını sel kimi. Mən yenə də sevinmirəm o qəmə,Ürəyinə daş dəyməsin sabah da.Baxmayaraq acımadın sən mənə,Demədin ki, qəlb sındırmaq günahdı. Şeirlərim ağladıqca sevindin,Dedin: “Mənəm o ocağın tüstüsü.”Yazdıqlarım …

Azərbaycan ədəbiyyatı

Xanım ANELA.”HƏR ŞEY YAXŞIDIR…” (Yeni hekayə)

Post Views: 342 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “MÜCRÜ” Nəşriyyatının redaktoru. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Sübh namazının vaxtı mənim üçün günün ən sevdiyim zamanıdır. Yuxumun ən çox gəldiyi saatlar olsa da, oyaq qalmaq istədiyim yeganə vaxt da elə həmin saatlardır. Yeni açılmaq istəyən səhərin səssizliyi, binalarda tək-tük yanan işıqlar və sanki Allahın səni daha yaxşı …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Bivec dünyada mən qərib”

Post Views: 257 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Bivec dünyada mən qərib,O qədər çarəsizəm ki…Dərdi dərd üstən əndərib,O qədər çarəsizəm ki… Bir saman yolla tutmağa,Bəhanə ver unutmağa.Canmı qalıb can atmağa, –O qədər çarəsizəm ki… Göy üzü yarıldı, düşdüm,Ümidim qırıldı düşdüm.Qanadım yoruldu düşdüm,O qədər çarəsizəm ki… Bu xırman dənlik deyil ta,Var olmaq tənlik …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”AĞACLARIN NALƏSİ”

Post Views: 252 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Ən boyük ahyaşıl-yaşıl kəsilənağacların ahıdı,Ən böyük naləgöycə-göycə qurudulanağacların naləsidi, –Kərpic-kərpic,bina-bina yüksələr Ərşi-əlaya.Ağacların ahıinsanların ahındandaha tez çatar Mövlaya,Çatdımı – ta baxılmazkimdi, kimin kimsəsidi,nədi, nəyin nəsidi……Ağacların qarğışıinsanların qarğışındandaha tez tutar adamı,Bu ah,bu nalə,bu qarğışŞimşək libasındaqayıdar geri…Qayıdar və…Keçər qarğış yiyəsininyeddi qatından,Fayda olmaz zatından,yeddi arxa dönənindən,Nicat bulmazqılıncının dalı …

Azərbaycan ədəbiyyatı

Telefon söhbəti (Hekayə) – Xanım ANELA

Post Views: 190 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “MÜCRÜ” Nəşriyyatının redaktoru. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Məhəbbətin dərin, xəyalın dərin, Nə çıxar sözlərə könlümü versəm?! Əslinə varmaqçın bu söhbətlərin, Nolur, gözlərini telefonda görsəm?! Mikayıl Müşfiq Nə Leylilər bitib bu dünyada, nə Məcnunlar. Nə Əslilər yox olub, nə Kərəmlər. Nə də Şirinlə Fərhadın hekayəsi zamanın …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”BƏXTİMİN ÜLKƏRİ DEYƏRDİM SƏNƏ”

Post Views: 219 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas. Bəxtimin ülkəri deyərdim sənə,Dayandıq üz-üzə, alışdıq, söndük.Nə vaxt uzaqdaydın, doğmaydın mənə,Nə vaxt yaxınlaşdıq,ögeyə döndük. Bu görüş, bu vüsal yalanmış, yalan,Başımın üstünü aldı qarlı qış.Demə, o duyğular kül altda qalanKözün axırıncı işartısıymış… Ürəyim – günbəgün soyuyan torpaq,O …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”İncimə”

Post Views: 315 Eşidəndə dəyişmişəm dünyamı,Çiçəklər də haray salsa, incimə,Demirdinmi: “Alacaqsan canımı”Ruhum getsə,canım qalsa, incimə. Heç bildinmi, sənnən nələr çəkdi can?Dərdlərinnən bildin necə çökdü can?Bir dənəydi, elə bildin çoxdu can?Vicdanında qanım qalsa, incimə. İstəməzdim ömrüm solan bağ olsun,Mənsizliyin bir dözülməz dağ olsun,Qoymadın ki, bircəciyi ağ olsunGünlər sənə qənim qalsa, incimə. Yurdum-yuvam oldu hara?-Bilməsən,Ürəyimi bir də …

Azərbaycan ədəbiyyatı

Elnur Uğur ABDİYEV.”Xəyali söhbət”

Post Views: 274 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ. Qonşumuzun oğlu vardı,Hər gün Vətən damarı atardı.Bir gün müharibə adlı qatar onu da apardı,Getdi.Sonuncu dəfə qatardan əl elədi geriyə.Sevinirdi Vətəni azad edəcəkdi deyə.Döyüşdən hər gün mərd sorağıDönürdü o igidin yerinə.Kəndimiz sevinirdiBelə oğul vermişdi …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Seçmə şeirlər

Post Views: 194 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının SUMQAYIT Bürosunun Rəhbəri Məni bu qələmdən qoru, İlahi Küfr mənlik deyil… Əstəğfürullah! –Sənə can atıram, sənə, İlahi!Şeytan bardaş qurub kürəyimizdə,Aman vermir gələk dinə, İlahi! Burdan daşlayırsan, o yandan çıxır,Ordan təpinirsən, burda hazırdı.Dünən gözlərimlə gördüm, masamdaƏyləşib yerimə şeir yazırdı. İşə yüyürürsən – iş yerindədi,Dükana girirsən – vitrindən baxır.Meyxanadan …

Azərbaycan ədəbiyyatı

Sevinc YUNUSLU.”Göy üzü əngin idi”

Post Views: 159 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri Göy üzü əngin idi,Günəşi rəngin idi.O bulud sən kimiydiGedirdi, alınmadı.. Tikanlı bir arıydın.Xınalıqda qarıydın.Sonuncu siqarıydınBitirdim, alınmadı.. Gördüm dar ayağını,Yıxdım Avey dağını,Ürəyimin yağınıGətirdim, alınmadı.. Axdı üzümdən dənizSoldu gözümdə filiz.Bu mən, bu sən, bu da biz,İtirdin, alınmadı.. Su sızdıran damıydım,Nə bitməz …

Azərbaycan ədəbiyyatı

Könül NURİYEVA.”Əgər Niobe övlad həsrəti çəkən qayadırsa”

Post Views: 182 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Əgər Niobe övlad həsrəti çəkən qayadırsa,Mümtaz Mahal on üç rəqəminin nəsindən qurtarıbsa,On dörd onu öldürübsəonlarda aramıram ki, çarəni,onlar başa düşməzlər məni… Yalnız sən Rumi, sən anlayarsan bir qadınıSən olduğu kimi qəbul edərsən adamıBütün gizli qorxularımı bilərsənNə olur olsun, “gəl!” deyərsən… Bağışlayarsan qüsurlu təbiətimi,mən demədən, …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Poçtalyona məktub”

Post Views: 162 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Poçtalyona məktub Qaytar mənim məktubumu,Aparma yara, poçtalyon.Qırma yarın ürəyini,Eyləmə para, poçtalyon. Dəyişik sal o ünvanı,Başqa qapını silkələ.O ağlayaraq oxuyar,Başqaları gülə-gülə. Qaytar geri günahımı,Savabın da qoy bu …

Azərbaycan ədəbiyyatı

Gülnar SƏMA.”Mənim Fədakarlığım”

Post Views: 356 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri. Xanla bacanaq kimiyaşayardın mənimlə.Tağı çiynində bitərbəylə bostan əkənin.Atalar yaxşı deyib,çobanın meyli olsa,pendirini tutar təkənin. Pisliyə baxma,Yaxşılıq nəsə, unudulur.Mənim fədakarlığım dafolklor kimi bir şeydir.Özü var,müəllifi isə …

Azərbaycan ədəbiyyatı

Nicat HUNALP.”Qəbir daşına şeir”

Post Views: 298 Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Çölün ortasında Tanrısız qalıb,Gecələr üşüyür qəbir daşları.Günbəgün dolaşır bu yer üzünü ,Yorulur, tövşüyür qəbir daşları. Gecənin bir vaxtı gözünü açır,Diksinir yerində bir it səsindən.Başını torpağa atıb yatanmır,Tənha ,tək ruhların inləməsindən. Allah haradasa …

Azərbaycan ədəbiyyatı

Təhminə MÜBARİZ.Yeni şeirlər (2026) VII hissə

Post Views: 241 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. * * * Gözəl də deyildin, nə cox sevmişəm,Üşüyən əlləri, donuq bənizi.Yox idi çomağım – Musa deyildim,Yar desən yarardım amma dənizi.. Mən ki ulduzlardan çələng hörərdim,Qara saçlarına, pərişan telə..Hər kəsin üzündə səni görərdim,Məni gözlərində görməzdim yenə.. Ağlıma sis çöküb – qatı dumandır,Səni ürəyimdə izləyirəm …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.Seçmə şeirlər

Post Views: 157 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Adam elə darıxır ki… Salam, ömrüm, biz tərəfə qar yağır,Don vurubdu üst qatını dənizin.Adam elə köpək kimi darıxır,Adam elə darıxır ki, əzizim…Baxırsan ki, quş yuvası yiyəsiz,Baxırsan ki, ağacların barı yox.Yaşayırsan “bəlkə”lərsiz, “niyə”siz,Yaşayırsan, yarı varsan, yarı yox.Bürünürsən keçən ilki pencəyə,“Üşüyərsən” – …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026) X hissə

Post Views: 244 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. * * * Toxunmadım xatirənə,Yaxşı, ya da pis demədim.Səni geriyə qaytarmaqƏlimdəydi, istəmədim. Ürəyimi xırdalayıbVərəq-vərəq söz etmişdim.Sənlə etdiyim səhvi dəDüz etmişdim, düz etmişdim. Yordu məni bunca kədər, –Ya bittim gedincə, deyim…Bunun …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Bütün sevdalar eynidi”

Post Views: 378 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Bütün sevdalar eynidi, –Sonunda ayrılıq gizli.On sevdadan, and içimmi, –Onunda ayrılıq gizli?! Siz ha təzə-tər sanın da,Üzə gülməz tərs anında.Əsli adlı tərsanın daDonunda ayrılıq gizli. Kim deyir ki, yalın çıxın –siz önünə Yalıncığın?!Səhl Sumbat qılıncınınQınında ayrılıq gizlı. Bu su ömrün arxı dönür, –Başında çox …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”SAXLARAM”

Post Views: 381 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Haçandı gözlərim yol şumlamaqda,Yolları gözümün üstə saxlaram.Gedişin qəlbimi xəstəhal edib,Gəlincə beləcə xəstə saxlaram. Adını dilimdə bəslərəm müdam,Vədəli, vədəsiz səslərəm müdam.Dərdimi sevginlə süslərəm müdam,Qoymaram sınıxa – süsdə saxlaram. Gör neçə aşiqə usandırıb can, –Dünya özü boyda zindandı, zindan.Ruhumun, cismimin sızıltısındanƏn həzin, ən kövrək bəstə saxlaram. …

Azərbaycan ədəbiyyatı

Təranə Turan RƏHİMLİ.”EGE SAHİLİNDƏYƏM”

Post Views: 237 Filologiya elmləri doktoru, Ədəbiyyatşünas, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Ege sahilindəyəm, Balkandan ŕüzgar əsir,Dalğa-dalğa ruhumu alıb aparır dəniz.Lap uzaqdan bir gəmi gözüylə məni kəsir,“Kirpik qırpır” fənəri, çağırır səssiz-səssiz. Ege sahilindəyəm, ulduzlar ətəyimdə,Ayağımın altından qaçır şıltaq ləpələr.Ay işığı sərilib adaların üstünə,Dənizin laylasıyla mürgüləyir təpələr. Ege sahilindəyəm, türkü var Rumelindən,Selanikdən bu …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”MİNNƏTDARAM MƏN”

Post Views: 191 Bəstəkar Ramiz Mustafayev Yenə səsin gəldi qulaqlarıma,həyata, dünyaya minnətdaram mən.Sən orda pıçılda, eşidim səni,özgəsi çağırsa, ona karam mən. Sən açdın bir qəlbin məhəbbətini,mən duydum bir ömrün səadətini.Sənsiz hər sözünü, hər söhbətini,sənsiz hər ədanı xatırlaram mən. Mənim bu aləmdə öz aləmim var,sənlə sevincim var, sənsiz qəmim var.Dünyadan qazancım bir qələmim var,sənin xidmətində varam, …

Azərbaycan ədəbiyyatı

ŞEİR ADAM

Post Views: 220 Kamalə Abiyeva, “Ədəbiyyat və incəsənət” 1934-cü il 2 noyabrda Salyanda bu dünyaya  gəldi. 2019-cu il 18 avqustda Bakıda bu dünyadan getdi… Onu çox sevirdim. Çoxdan tanıyırdım. Anam­­la eyni universitetdə işləyirdi. Ayrı – ayrı fakültələrdə çalışsalar da dost idilər. Anam fizik olsa da, ədəbiyyatın – poeziyanın vur­ğunu idi. Anamın ilk nəvəsinə- Ayselə şeir də …

Azərbaycan ədəbiyyatı

VAQİF SƏMƏDOĞLU, “Atıram özümü…”

Post Views: 180 Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir. 608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.”Necəsən?”

Post Views: 184 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının SUMQAYIT Bürosunun Rəhbəri Mənim səndən uzaqlardaYamandı halım, necəsən?Özgəsinə qismət olanCahı-cəlalım, necəsən? Yalana döndü gerçəyim,Ay gözəlim, ay göyçəyim.Çəmənim, çölüm, çiçəyim,Pətəyim, balım, necəsən? Daşam yolun üstə bitən,Nə sirdi anlamaz yetən.Gözü, könlü dil-dil ötən,Dilləri lalım, necəsən? Zər-zibam, ləlim, gövhərim,Yaqut-yəmən, simu-zərim,Barmaqları bəxtəvərim,Başı bəlalım, necəsən? Üzün dönməz mənə sarı,Yarı öz ömründən, yarı.İbrahimin …

Azərbaycan ədəbiyyatı

Şeirlər – Rafiq YUSİFOĞLU

Post Views: 279 İki okean arasında Bu il gec gəldim Venisə, Gözlədim ki, hava sına, Doğrudan, söz ola bilməz Bu yerlərin havasına… Yenə şair könlüm coşdu, Bu yerlərə nəğmə qoşdu, Qulaq asmaq necə xoşdu Okeanın avazına… Dünyamızı duman alıb, Bu qovğanı kimlər salıb? Təbiət məəttəl qalıb İnsanların davasına… Sərin-sərin külək əsir, Həyəcandan ürək əsir, Məlhəm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”ŞEYTAN ŞƏRİKLƏRİ…”

Post Views: 402 Vurduq, əzildi burnu- “İşverənlərin” işi evləri yıxmaq idi,Sonra anladım bunu-Öyüd verənlərimin çoxusu axmaq idi, Dözərək hər cür ağır əzablara, töhmətə,(ağlım kəsəndə gəldim bu gerçək qənaətə)“məsləkləri nə sevgi, nə sayqıydı millətə;şırəfsizlər amalı- yuxarı qalxmaq idi”, Çatmırdı əxlaqları- işıqlı iz qoymağa,Azadlığın himinə daşları düz qoymağa,cumdular güc önündə hər yerdə diz qoymağa-İşləri- çatlayınca El malın …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”BİZ KÖÇƏNDƏ”

Post Views: 172 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas. Biz köçəndə bu dünyadaQalacaqmı ömrün izi?Var-dövlət yığmaqdan ötrüXərcləyirik ömrümüzü. Niyə bu qədər hərisikİnciyə, dürrə, altuna?Dünya çox “mənəm” deyəniAlıb dizinin altına. Acılar yaddan silinirElə ki biz bal dadırıq.Xırda-xuruş sevinclərləÖzümüzü aldadırıq. Ömrü güdaza veririkQurdalana-qurdalana.Əriyirik, yox oluruqXırdalana-xırdalana…06.04.2007

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.”Bayquş yuxular”

Post Views: 208 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Yadımda nənəmin bir sözü qalıb,Deyirdi bayquşun səsi gələndə,O yerdən bir ölü çıxar, ay bala.Bir uşaq marağı olardı məndə,O gecə yatmazdım mən də az qala… Eyvanda …

Azərbaycan ədəbiyyatı

Elnur Uğur ABDİYEV.Yeni şeirlər (2026) III hissə

Post Views: 365 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ. * * * Dəyərlər salındı ayaq altına,Ağla gəlməyəni dilə saldılar.Tarixi yaradan dahini belə,Cahillər lağ edib ələ saldılar. Sısqadan,damladan sel düzəltdilər,Süni günəş,süni yel düzəltdilər.Cımcır qarışqadan fil düzəltdilər.Yazıq fili gözdən belə saldılar. Vurub sinəsinə mən- …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.”Elə bilirsən ki..”

Post Views: 209 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının SUMQAYIT Bürosunun Rəhbəri Elə bilirsən ki, səni duymuram,Elə bilirsən ki, mən qəlbi daşam.Elə bil hər dəfə səni görəndəDizləri titrəyən mən olmamışam. Bəzən yol getmişik uzun-uzadı,Nə mən danışmışam, nə sən dinmisən.Hələ də gözlərim ulduzlardadır,–Sən elə mənimçün göydən enmisən. Səni illər boyu sevdim gizlicə,Dindi ürəyimin axır təpəri.Əllərim əlinə toxunan …

Azərbaycan ədəbiyyatı

Sevinc YUNUSLU.”Onsuz da mən nə eyləsəm”

Post Views: 240 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri Onsuz da mən nə eyləsəm boşdur, hədərdir, hədər.. Ayrılıq … – bu vəhşi, heyvani kədər axşam- sabah içimi gəmirir.. Şeytan qulağıma deyir göydə uçan quşları tut qanadından gölə sal.. Bütün səni sevənləri Sev, unut, aldat , çölə sal.. Eh, …

Azərbaycan ədəbiyyatı

Gülnar SƏMA.”Daha”

Post Views: 298 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri. Daha simurq quşunun lələkləriöz sehrli qüdrətini itirmiş.Onu hər yandırıbməni yanında görmək istəyəndəmöcüzə baş verməyəcək. Padşahın bağındakı sehrli almalarışahzadə dərib aparıb.Daha onu yeyən kimi divlər özünüon …

Azərbaycan ədəbiyyatı

Nicat HUNALP.”Qızım, ağlama”

Post Views: 373  Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Gecə saat ikidi yuxunun şirin vaxtı,Beşiyində yuxula şirin qızım ağlamaAyda yatıb göy üzün qucaqlayıb bu vaxtı,Anan yuxusuz qalıb, alın yazım ağlama Göz gəzdirib düşündüm uyuduğun yüyrüyə,Zaman gələr ayağın ayaq açıb yeriyə,Gecə də …

Azərbaycan ədəbiyyatı

Təhminə MÜBARİZ.Yeni şeirlər (2026) VI hissə

Post Views: 223 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Qəlbi əllərindən incə qızımın,Gülüşü mənalı qönçə qızımın,Təkəbbürlü bilib öncə qızımı,Qınayan könüllər dönər başına.. Ağ teldən saçına çələnglər düzüb,Əzəldən qarışıq gecə-gündüzü,Dodağı dinməsə, danışar gözü,Sükutu, sözləri məna qızımın.. Anlayar sükutun səssiz dilini,Oxşayar dualar pambıq əlini,Üzə yan tökəndə qara telini,Qısqanır gecələr səma, qızımı.. Zülmətin içində nura inanır,Çoxluğun …

Azərbaycan ədəbiyyatı

“Xatirən də yavaş-yavaş ölürmüş…” – Arzu Hüseyn

Post Views: 289 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi “Ədəbiyyat və İncəsənət” portalı isti, soyuq bilmədən, istirahəti sevmədən öz rubrikaları Sizi yenə salamlayır, əziz izləyicilərimiz. ” Ruhun pıçıltısı” rubrikası bu dəfə Arzu Hüseyn poeziyasını pıçıltı ilə Sizə çatdıracaq. ARZU HÜSEYN …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026) IX hissə

Post Views: 263 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. * * * Ürəyindən bərk yapış,Sözünü tut, deyirəm…Bu nə yükdü gözümdə?Mən ki bulud deyiləm. İşdi, ayrılıq gəlsə,Unutmaram- qətidi.Sevə bilmək insanınƏn yaxşı cəhətidi. Ürəksizəm-nəyim var,Səndə qoyub getmişəm.Gör mən sənə nə gözəlSevilmək …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”YENƏ BİR YUSİF TƏKLƏNİR…”

Post Views: 368 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Əlim ətəyimdən uzun,Dilim dilçəyimdən gödək.Bu necə darağacıdı?! –Boyum ilgəyindən gödək. Qaynaşır bazar meydanı,Qarışıb qumaşa başlar.Kimsənin xəbəri yoxdu, –Birazdan tamaşa başlar. Yenə soyulur NəsimiŞeyxül-müfid fətvasıyla.Ruhuna sığal çəkilir,“Dost-doğma”lar nəvasıyla. Bu quyu tanış quyudu,Kəndiri həmin biçimdə.Yenə bir Yusif təklənir,Bir qərib ölür içimdə. Bir gözqırpımına bağlı,Qarışqanın fil olmağı…Gör …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”GETMƏK VAR…”

Post Views: 344 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru (cinas sicilləmə) Baş alıb zalım dostlarınəlindən çıxıb getmək var,Tutub sınıq ürəyininəlindən, çıxıb getmək var,Əkdin, becərdin, tutmadıəlin dən, çıxıb getmək var,Getmək var düzü-dünyadan,getmək var, yavrum, getmək var. Dünya gülməz, körpələringöz yaşları qurumasa,Dahi odur – iblsləringözlərindən qurum asa.Doyurmaz ki, qarınlarıquru vədlər, quru masa,Qovurlar düzü dünyadan,getmək var, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”ŞEİR DEYİLMİ?”

Post Views: 225 Məndən təzə şeir xəbər alan dost,Bəs yazın gəlməsi şeir deyilmi?!Gəzməyə çıxanda – çölün, çəməninÜzünə gülməsi şeir deyilmi?! Yenə gözüm qalıb bağçada, bağda,Min-min gül açıldı aranda, dağda.Eyvana əyilən çarpaz budaqdaBülbülün nəğməsi şeir deyilmi?! Seyr elə hüsnünü göydə durnanın,Qayada kəkliyin, göldə sonanın,Aynabənd otaqda gəlin anamınŞirin laylay səsi şeir deyilmi?! Dərədə moruq dər, döşdə çiyələk.Gah …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Poylu-beşiyim mənim” poemasından bir parça

Post Views: 153 Qarabağdan qayıdanlar hasalı qalıb,anam yoxdu, anamın bir misalı qalıb:– “Qoşa relslər – qollarımdı uzalı qalıb, –mən arxanca boylanıram gündə, ay oğul,bir də nə vaxt dönəcəksən kəndə, ay oğul!?..” Abır-həya gözəliydi, Azərbacjan, mənim anam.Can dedikcə, candan kəsib, can payladın, canım anam.Xanım ikən, bir xanımlıq görmədin sən, xanım anam.Başındakı kəlağayın bir millətin həyasıydı,Bu heykəli …

Azərbaycan ədəbiyyatı

VAQİF SƏMƏDOĞLU, “Son gecədir bu gün yenə…” 

Post Views: 162 Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir. 608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”XƏZƏRİM…”

Post Views: 282 Yavaş-yavaş tərk edirsən-qəribsəyir sahillərin,baş alıb hara gedirsən,ərköyün, dəcəl Xəzərim? Gedsən barışmaz səninlə-Bakı baş qoyub sinənə,azalmaq yaraşmaz sənə-ləpələri ləl Xəzərim. Oynama yaddaşımızla,sənli arzularımızla,adın bağlı adımızla,varlığı gözəl Xəzərim, Qırılar ümidim biraz,sənsiz həyat gözəl olmaz,kimə sığınar Kür-Araz?bir imana gəl, Xəzərim..

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”ÖLƏNLƏR…”

Post Views: 216 Çoxu səs-səmirsiz köçdü Dünyadan,Az adam tarixə yazıldı, öldü,Kimisi- dilindən, kimi-boğazdan,Kimi ayağından asıldı, öldü, Hər kəsin bir həddə qırıldı yaşı,Gözlər kor edərmiş xain baxışı,Qorxaq gedə bilməz tufana qarşı,Üsyankar- zindana basıldı, öldü, Ellər talan oldu “Vəba” bürüyən,Şahlar da tanıfıq zülmü yeriyən,Yurd batar azalsa doğub-törüyən-Xalqlar var ged-gedə azaldı, öldü, Az ayaq tutmadı hökmü yalanın,Ovcu daş …

Azərbaycan ədəbiyyatı

Vasif SÜLEYMAN.Yeni şeirlər (2026)

Post Views: 225 BİRCƏ GÖZƏLİ VAR VUR-TUT DÜNYANIN Nə dərd çək, nə həsrət, nə də ki ağla,Neçə ki, səninəm… Unut dünyanı.Sən gəl, ürəyini buz kimi saxla,Bircə gözəli var vur-tut dünyanın. Elə ki, üzünə yolları bağlı,Dərdi sevincindən əzəl görünür.Qəribə şey imiş insanın ağlı,Sevdiyi hamıdan gözəl görünür. Alnımı yandırar qəlbimin təri,Gözümün yaşını əyləyə billəm.Ürəyim göynəyir səndən ötəri,Məndən …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”İSTİ YAĞIŞLAR”

Post Views: 295 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas. İçimi silkələdi ordumuzun zəfəri,Qəlbimin dağlarında ildırımlar oynadı…Məni xoşbəxt elədi bu qələbə xəbəri,Uçum-uçum uçundum,gözümdən yaş qaynadı… Xirtdəyimə söykənən həsrət dönub qılınca,Ömrün bu qış çağında qismətim bahar imiş…Durub qaçmaq istədim ayaqları yalınca,İlahi, gözlərimdə nə qədər yaş var imiş! …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”AHULAR AHIMDAN BEZAR…”

Post Views: 418 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Gəl yetiş, gözümün nuru,bu miskin, qərib ömrümə.Gör kimlər işığı alıb,zülməti sərib ömrümə. Dan yeri günəş doğurmur,açılmır sabahlar sənsiz.Məcnun könlüm səhralarda,çöllərdə sabahlar sənsiz. Ahular ahımdan bezar,yaxam gözümün yaşından.Bir kibrit çəkəm, dünyanıyaxam gözümün yaşından. Qurtar bəlalı başımıeşq yanğılı havalardan.Qərib quşların qurduğuçır-çırpılı yuvalardan. Bu yerdə tək bircə …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”GƏZƏRSƏN DƏRİN ƏLİNDƏ”

Post Views: 437 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Bəsdir göylərlə əlləşdin,Biraz yerdə düş gəz, adam.Bu qapış-qapış dünyada,Sənə birşey düşməz, adam. Vur özünü oda-közə,Ha qırış, çarpış dünyada.Şeytan özü girinc qalıbŞeytana papış dünyada. Hara getsən addımbaşıBadalağa tuş olarsan.Tükünü didərlər sənin,Ətcəbala quş olarsan. Soğan kimi soyularsan,Gəzərsən dərin əlində.Büzüşüb yumaq olarsanMin dərdi-sərin əlində. Gəzərsən başıalovlu,İçi cadar-cadar …

Azərbaycan ədəbiyyatı

İmarət CƏLİLQIZI.”Həmin köhnə dost”

Post Views: 226 “Ədəbiyyat-Az.Com” portalına növbəti məktub redaksiyamıza istedadlı yazıçı İmarət Cəlilqızı tərəfindən göndərilib. Həmin hekayəni oxuculara təqdim edirik.  Bəzilərinə qəribə, bəzilərinə anlaşılmaz, bəzilərinə hətta  mənasız görünən, kiminsə əsəblərini tarımlayan, kimisə üzünə şübhəli baxışlarla baxmağa, kimisə səndən uzaq durmağa (kimdənsə sənin özünü uzaqlaşmağa) vadar edən düşüncələrinlə yalqız qalanda ona – ən sadiq Dostuna üz tut.  Dünyada onun qədər …