Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1561 - 1620 of 2. 193 NƏTİCƏLƏR
Mədəniyyət

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Yaşat” adlı xeyriyyə konserti keçirilib

Post Views: 115 10 dekabr 2022-ci il tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Yaşat” adlı xeyriyyə konserti keçirilib. Konsertdə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri (dirijor Xalq artisti Rafael Bayramov) və “Xəmsə” Estrada Ansamblı (bədii rəhbər Şəhriyar Tağıyev) çıxış edib. Xeyriyyə konsertində qəhrəmanlıq mövzusunda bir-birindən maraqlı musiqi nömrələri, dünya musiqi incilərindən nümunələr səsləndirilib. Tədbirdə şəhər …

Mədəniyyət

Abidə mühafizəçiləri üçün təşkil olunan təlim başa çatıb

Post Views: 82 Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə  Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” adlı təlim başa çatıb. Təlimdə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin, “Avey”, “Keşikçidağ”, “Qədim Şəmkir Şəhəri” və …

Mədəniyyət

SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 110 illik yubileyinə həsr olunmuş konsert keçirildi

Post Views: 117 Dekabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 110 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Musiqili gecənin əvvəlində Əməkdar İncəsənət Xadimi, musiqişünas Zümrüd Dadaşzadə maestro Niyazi haqqında söz açdı. Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bədii rəhbər və baş dirijor …

Mədəniyyət

“Şuşa mədəniyyətinin inciləri”: Yusif Vəzir Çəmənzəminli

Post Views: 95 “Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir. Layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat Yusif Vəzir Çəmənzəminliyə həsr olunub. XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixinin ən parlaq nümayəndələrindən biri olan Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub. İlk təhsilini Şuşada …

Mədəniyyət

Bursada “Şuşa Günləri” keçirilib, “Türk dünyası mədəniyyət paytaxtı” simvolu Şuşa şəhərinə təhvil verilib

Post Views: 129 8-9 dekabr tarixlərində Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Bursa Böyükşəhər Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində “Şuşa Günləri” keçirilib. “Şuşa Günləri” 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Bursa şəhərinin bu missiyanı növbəti il üçün Azərbaycanın Şuşa şəhərinə təhvil verməsi münasibətilə təşkil olunub. “Şuşa Günləri” çərçivəsində Azərbaycanın görkəmli şairəsi, …

Mədəniyyət

Şair Namiq Hacıheydərli ilə görüş keçirilib

Post Views: 94 Dekabrın 10-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsi çərçivəsində icra edilən “Şagirdlərdə bloqyaratma və bloqlarında hekayəyazma müsabiqələrinin keçirilməsi” layihəsi çərçivəsində AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Namiq Hacıheydərli ilə görüş keçirilmişdir. Onlayn görüşdə yaradıcı şagirdlərlə bir araya gəlməkdən şad olduğunu bildirərərək Namiq Hacıheydərli onların qələm …

Mədəniyyət

“Qalanı xatirədir” kitabı Sumqayıt oxucularına təqdim olunub

Post Views: 82 Sumqayıt şəhərindəki Əli Kərim adına Poeziya evində Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli şair Baba Vəziroğlunun “Qalanı xatirədir” kitabının təqdimatı və imza günü keçirilib. AZƏRTAC xəbər verir ki, Poeziya evinin rəhbəri İbrahim İlyaslı şairin yaradıcılığı, onun nəsr və şeirlərinin başlıca hərəkətverici qüvvəsi barədə məlumat verib. Sonra kitabın redaktoru və tədbirin təşkilatçısı, şəhərdəki 11 nömrəli …

Mədəniyyət

İlin son “Ulduz”u

Post Views: 126 “Ulduz” jurnalının dekabr nömrəsi işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, jurnal İlham Əzizin özü ilə söhbəti və “Priçuda” hekayəsi ilə açılır. “Şeir saatı”nda Günay Nərimanın, Əlizadə Nurinin, Tural Turanın, İradə Aytelin, Xosrov Natilin və Təranə Dəmirin şeirləri yer alıb. Şəfa Vəli “Dramaturgiyamızın banisi” sərlövhəli müsahibəsində böyük ədib M.F.Axundzadənin Şəkidəki ev-muzeyinin əməkdaşı Sevda …

Mədəniyyət

Azərbaycan Memarlar İttifaqının XX qurultayı keçirilib

Post Views: 71 Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının XX qurultayı keçirilib. Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb. Muğam Mərkəzində davam …

Mədəniyyət

Mədəniyyət naziri Anar Kərimov Xalq artisti Sərdar Fərəcovla görüşüb

Post Views: 79 Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 9-da Əməkdar incəsənət xadimi, Fəxri Mədəniyyət işçisi, Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcovla görüşüb. Sərdar Fərəcovu 65 illik yubileyi münasibətilə təbrik edən nazir onun musiqi sənətinin inkişafındakı xidmətlərini, xüsusilə çoxillik pedaqoji fəaliyyətini vurğulayaraq sənətkara ən xoş arzularını çatdırıb. Bildirib ki, yubilyar sənətkar Azərbaycan …

Mədəniyyət

Moskvada Bülbülün 125 illiyinə həsr olunmuş tədbir keçirilib

Post Views: 119 Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən Rusiya Milli Musiqi Muzeyində Azərbaycan professional vokal məktəbinin banisi, Xalq artisti, tanınmış ictimai xadim, görkəmli opera müğənnisi Bülbülün 125 illik yubileyinə həsr olunmuş sərgi və onun repertuarından ibarət konsert keçirilib.             Tədbir çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Bülbülün Memorial Muzeyi və Rusiya Milli …

Mədəniyyət

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Post Views: 63 Dekabrın 8-də Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. …

Mədəniyyət

“Şuşa yaradıcılıq emalatxanası” layihəsinə yekun vuruldu

Post Views: 89 Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə cari ilin 28-30 avqust tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yaradıcı sahənin təmsilçiləri ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilib. “Şuşa İli” çərçivəsində gerçəkləşən layihədə müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı insanlar Şuşada bir araya gəldilər. Üç gün …

Mədəniyyət

ЎЛМАС ХЎЖАНИНГ КИТОБ ТАҚДИМОТИ ОЗАРБАЙЖОН ФАНЛАР АКАДЕМИЯСИДА ЎТКАЗИЛДИ

Post Views: 89 ЎЛМАС ХЎЖАНИНГ КИТОБ ТАҚДИМОТИ ОЗАРБАЙЖОН ФАНЛАР АКАДЕМИЯСИДА ЎТКАЗИЛДИ Озарбайжон ўзининг кўҳна ва қадим тарихи, адабиёти ва маданияти, табиати ва гўзал Хазар (Касбий) денгизи соҳилларида жойлашганлиги билан чирой ва мафтункорлик касб этиб, улуғ ҳазрат Алишер Навоийнинг увайс устози сифатида илк “Хамса” достонини яратган Низомий Ганжавий туғилган Ватан, туркий қадим юрт сифатида ҳамиша кўринмас …

Mədəniyyət

Azərbaycan Yazıçılar Birliyinə qarşı təxribatlar davam edir

Post Views: 92 Azərbaycan Yazıçılarının XIII Qurultayı işgüzar şəraitdə uğurla keçirildi. Ədəbiyyatımızın hər nailiyyətini gözü götürməyənlər, Yazıçılar Birliyinə qənim kəsilmiş tək-tüklər yenə də bulanıq suda balıq tutmağa cəhd edirlər. Ayrı irad tapmayanda şəkillərə ilişirlər. Qurultayımızın Rəyasət Heyətində Nizamnaməmizə uyğun olaraq, Xalq yazıçıları, Xalq şairləri, akademiklər, AYB rəhbərləri oturmuşdular. Bu şəkilə etiraz edirlər. Bəs bunlar deyil, …

Mədəniyyət

Əlisa Nicatın balıq sərgüzəştləri və onlara iki şərh

Post Views: 113 Əlisa Nicat: «AYB-də mənə qarşı soyuqluq o vaxt Rəsul Rzaya balıq aparmamağımın nəticəsidir». Müsahibə. 1 Dekabr 2022  – Anarla münasibətləriniz necədir?  – Yazıçı kimi işim yoxdur. Amma münasibətlərimiz isti deyil. Bunun da səbəbi var. Mənim bir səhvim üzündən Rəsul Rza məni çox incitdi. 10 il Yazıçılar İttifaqına üzv olmağa qoymadı, nəhayət, 1973-cü …

Mədəniyyət

Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın şeiri “Kümbet” dərgisində işıq üzü görüb

Post Views: 79 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı tərəfindən gerçəkləşdirilən  “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın el şairəsi Güllər Məmmədqızının “Mənim” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 58 yeni sayında …

Mədəniyyət

Şair İbrahim Səfərlinin şeiri “Kümbet” dərgisində işıq üzü görüb

Post Views: 108 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı tərəfindən gerçəkləşdirilən  “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbayan Jurnalistlər Birliyinin üzvü, şair İbrahim Səfərlinin “Kəlbəcər” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 58 yeni …

Mədəniyyət

Şair-publisist Əli Rza XƏLƏFLİ.ni doğum günü münasibətilə təbrik edirik! (7 Dekabr)

Post Views: 119 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsünü, “Kredo” qəzetinin Baş redaktorunü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə …

Mədəniyyət

Xalq artisti Emin Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək

Post Views: 108 Dekabrın 15-16-da Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Emin ənənəvi qış konsertini təqdim edəcək. AZƏRTAC xəbər verir ki, konsertdə müğənni sevilən lirik kompozisiyaları və rəqs nömrələrindən ibarət hitləri ilə tamaşaçıların qarşısına çıxacaq. Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xəti olan Emin dünyaşöhrətli Frenk Sinatra, Elvis Presli və özünün müəllimi saydığı Müslüm Maqomayev kimi musiqi …

Mədəniyyət

Bakıda gənc şairlərin yaradıcılıq gecəsi keçirilib

Post Views: 117 Bakıdakı Rus Evində “açıq mikrofon” formatında növbəti yaradıcılıq gecəsi keçirilib. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rus Evindəki ədəbiyyat klubunun iştirakçıları olan gənc şairlər Aydan Allahyarova, Olqa Şalayeva, Dilarə Mehdiyeva, Nina Tişşenko, Günatay Hüseynova, Tamilla Şıxəmirova, Tatyana Zorina, Aysel İbrahimova, Esmira Atluxanova, Alyaska, Bayram Məhərrəmov, Türkan Bayramzadə öz şeirlərini və …

Mədəniyyət

Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

Post Views: 63 Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə “İstedad sərhədsizdir” adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, Milli Xalça Muzeyinin direktoru Şirin …

Mədəniyyət

Rusiya və türkdilli ölkələrin tibbi turizmini birləşdirən alyans yaradılıb

Post Views: 99 Rusiya paytaxtı Moskvada MDB-nin ən böyük müalicə-sağlamlıq turizmi forumu olan “Med Tourism-2022” keçirilib. Dörd gün davam edən tədbirdə iştirakçı ölkələrin tibbi turizm fəaliyyəti ilə məşğul olan əsas qurumları iştirak ediblər. AZƏRTAC xəbər verir ki, ölkəmiz forumda Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Assosiasiyasının sədri, Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin üzvü Ruslan Quliyev …

Mədəniyyət

Xalq artisti Rauf Hacıyevin 100 illiyi Filarmoniyada da qeyd olunacaq

Post Views: 73 Dekabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə “Rauf Hacıyevin musiqi miniatürləri” adlı konsert təşkil olunacaq. AZƏRTAC xəbər verir ki, gecədə Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, Əməkdar artist Adilə Əliyeva, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və “Şəms-qəmər” kamera xoru (bədii rəhbər və …

Mədəniyyət

Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək

Post Views: 93 Bakıda dekabrın 10-11-də Qazaxıstan Kino Günləri keçiriləcək. AZƏRTAC xəbər verir ki, nümayişlər Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gerçəkləşəcək. Tamaşaçılara “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq. Filmləri cizgi filminin rejissoru İvan Ardaşov və bədii filmin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcəklər. Hər iki film ingilis subtitrləri ilə rus dilində …

Mədəniyyət

Mədəniyyət müəssisələrində “Ustad dərsləri” həftəsi keçirildi

Post Views: 83 XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə “Ustad dərsləri” həftəsi çərçivəsində cari ilin 28 noyabr-2 dekabr 2022-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Sumqayıt, Gəncə, İsmayıllı Regional Mədəniyyət …

Mədəniyyət

Ustad tarzən Əhməd Bakıxanovun məzarı ziyarət olunub

Post Views: 117 Bu il Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun (1892-1973) anadan olmasının 130 illiyidir. Bu münasibətlə dekabrın 6-da II Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olunub. Mərasimdə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə …

Mədəniyyət

Görkəmli tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun 130 illiyi keçirilib

Post Views: 109 Daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verən görkəmli tarzən Əhməd Bakıxanov muğam aləminin mükəmməl bilicisi olmaqla yanaşı, tar ifaçılığının sirlərinə dərindən yiyələnib. Yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə …

Mədəniyyət

Azərbaycanlı gənc xanım yazar Sona İntizarın şeirləri “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin Noyabr sayında işıq üzü görüb

Post Views: 82 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc xanım yazar Sona İntizarın “DOST MƏKTUBU”, “KƏNAN AYDINOĞLUNA”, “YAZ, QƏLƏMİM!”, “SEVDİYİM”, “GƏL, APAR!”, “ƏLVİDA!” adlı şeirləri “Gənclər Şəhəri” doğma Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin aylıq mətbu orqanı “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin …

Mədəniyyət

Azərbaycanlı gənc yazar Kənan Aydınoğlunun şeirləri “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin Noyabr sayında işıq üzü görüb

Post Views: 80 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun “Yaşasın RƏHBƏRİ Azərbaycanın!”, “Ustad Aşıq Şəmşirə”, “Sən mənim qədrimi bilmədin, dünya!”, “Məni ayırmayın şeir dünyamdan!”, “Axı Sən gələndə başqadı dünya” adlı şeirləri “Gənclər Şəhəri” doğma Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin aylıq mətbu orqanı “Sözün Sehri” ədəbi-bədii, …

Mədəniyyət

İstedad sərhədsizdir

Post Views: 64 Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə “İstedad sərhədsizdir” adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi keçiriləcək. AZƏRTAC xəbər verir ki, dekabrın 8-dək davam edəcək sərgidə …

Mədəniyyət

Su və rəng ahəngindən yaranmış əsərlər

Post Views: 78 Xətai Sənət Mərkəzində “Su və rəng ahəngi – 2022” adlı akvarel sərgi açılıb. AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzi nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə gerçəkləşib. Tədbirdə Xətai Sənət Mərkəzinin direktoru Zahid …

Mədəniyyət

Kuba musiqisi ilə Azərbaycan muğamı YARAT-da sintez ediləcək

Post Views: 99 YARAT Müasir İncəsənət Məkanı musiqisevərlərin həzz alacağı xoş bir səyahətə hazırlaşır. Dekabrın 13-də YARAT-da reallaşacaq konsertdə Kuba musiqisinin müxtəlif üslublarının Azərbaycan muğamı ilə sintezini dinləmək imkanı olacaq. Bu barədə YARAT-dan AZƏRTAC-a məlumat verilib. İştirakçılar Kubanın ecazkar musiqi zənginliyinə daxil olan “Punto-quaxiro”, “Ça-ça-ça”, “Bolero”, “Quaraça”, “Mambo” kimi janrlardan da eşidə biləcəklər. Layihənin məqsədi – …

Mədəniyyət

Mədəniyyət naziri Anar Kərimov gənc kinematoqrafçılarla görüşüb

Post Views: 79 Mədəniyyət naziri Anar Kərimov dekabrın 2-də Nizami Kino Mərkəzində gənc kinematoqrafçılarla görüşüb. Görüşdə Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov və kinorejissor, Əməkdar incəsənət xadimi Elçin Musaoğlu da iştirak ediblər. Anar Kərimov çıxış edərək mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb. Mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf …

Mədəniyyət

Maestro Rauf Abdullayevin 85 illiyi qeyd olunub

Post Views: 113 Bu il görkəmli maestro, Xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin anadan olmasının 85 illiyidir. Dekabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijorun yubileyi münasibətilə təntənəli gecə keçirilib. Maestronu təbrik etməyə gələnlər arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və …

Mədəniyyət

“Şuşa mədəniyyətinin inciləri”: Rəşid Behbudov

Post Views: 98 Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı Rəşid Behbudova həsr olunub. Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Əslən Şuşalıdır. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir …

Mədəniyyət

“Şuşa – Zirvədən uca” və “Şuşa – Qarabağın ulduzu” kitablarının təqdimatı keçirilib

Post Views: 87 “Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İrs” Nəşriyyat evi tərəfindən “Şuşa – Zirvədən uca” və “Şuşa – Qarabağın ulduzu” kitabları çap olunub. Dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində yeni nəşrlərin təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov kitabların tarixi-mədəni əhəmiyyətini yüksək qiymətləndirib. Deyib ki, …

Mədəniyyət

Gəlin Əlisa Nicata dəstək olaq! 

Post Views: 89 Qocaman yazıçı, filosof Əlisa Nicatın ağır məişət durumu barədə süjeti “Azadlıq radiosu”nda  ürək ağrısı ilə izlədik. Aylıq 470 manat gəlirlə ailəsini dolandırmaq zorunda qalmış yazar kommunal xərcləri belə ödəyə bilmədiyindən qışın bu çağında bir müddət işıqsız, susuz, qazsız qalıb.  Yazıçı Kənan Hacı belə bir post paylaşıb: “Bu gün Kitabevim.az-a gedib Əlisa Nicatın …

Mədəniyyət

Mədəniyyət Nazirliyi tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin test mərhələsinin nəticələrini elan edir

Post Views: 153 Nazirliyin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə 28 noyabr 2022-ci il tarixində Azərbaycan Milli Kitabxanasında təşkil olunan test imtahanında iştirak etmiş namizədlərin nəticələri bəlli olub. Nəticələrə əsasən, test imtahanında iştirak edən 319 namizəddən 141 nəfəri (44 faiz) keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. 178 namizəd (56 …

Mədəniyyət

“Şuşa İli” çərçivəsində heykəltaraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub

Post Views: 87 Ölkə Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq keçirilən heykəltaraşlıq müsabiqəsinin əsas məqsədi Azərbaycan incəsənətinin tarixi mərkəzi, Qarabağın baş tacı, Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin ərsəyə gətirilməsi və qorunmasına dəstək olmaqdır. Heykəltaraşlıq müsabiqəsinə ölkəmizin …

Mədəniyyət

Azərbaycan Yazıçılar Birliyini biganəlikdə qınamaq gülüncdür

Post Views: 84 Azərbaycan Yazıçılar Birliyi bütün üzvlərinə diqqətlə yanaşan, onların qayğılarına biganə qalmayan bir təşkilatdır. Vəfat etmiş imkansız üzvlərimizin ailələrinə, xəstəlikdən əziyyət çəkən üzvlərimizə, imkansız üzvlərimzə hər zaman maddi dəstəyimizi əsirgəməmişik.  Dəfələrlə bildirmişik ki, Yazıçılar Birliyi kirayəyə verdiyi sahəsindən gələn gəliri maddi vəziyyəti aşağı olan əməkdaşlara əlavə yardım olaraq və yuxarıda qeyd edilmiş məsələlərə …

Mədəniyyət

Mətbuat xidmətinin məlumatı

Post Views: 91 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun 30 noyabr 2022-ci il tarixli müvafiq qərarına əsasən, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü​ saytın (10 illik) uzunmüddətli səmərəli fəaliyyətinə xitam veriləcək. Fəaliyyətə başladığı ilk gündən bəri ədəbiyyatsevərlərin, oxucuların diqqətinə ən son mədəniyyət və ədəbiyyatyönümlü xəbərləri çatdırmaqla yeni nəsil Azərbaycan gəncliyinin istedadlı …

Mədəniyyət

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN  “Qızıl Əllər Milli Mükafatı”na layiq görülüb

Post Views: 83 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN  “Qızıl Əllər Milli Mükafatı”na layiq görülüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

Mədəniyyət

Türkmənistanda dünya xalqlarının musiqi sənətinə həsr olunmuş beynəlxalq festivalda Azərbaycan da təmsil olunur

Post Views: 89 Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin “Mükamlar” sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” adlı beynəlxalq festival öz işinə başlayıb. Prezident Serdar Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan Mədəniyyət Nazirliyinin təşkil etdiyi bu tədbirdə beynəlxalq təşkilatların, əlaqədar nazirliklərin rəhbərləri və nümayəndələri, müğənnilər, musiqiçilər – milli musiqi alətləri ifaçıları iştirak edirlər. Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, …

Mədəniyyət

Türk dünyasının birlik simvoluna çevrilən Əhməd Cavadın yubileyi qeyd olunub

Post Views: 77 Dövlət başçısının sərəncamı ilə bu il anadan olmasının 130 illiyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilən istiqlal şairi Əhməd Cavad (1892-1937) Azərbaycan milli ictimai fikrinin parlaq simalarından biridir. XX əsr Azərbaycan poeziyasında istiqlal ideyalarının yorulmaz təbliğatçısı olan şairin yaradıcılığı həmişə müasirdir. Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində AMEA Folklor İnstitutu ilə birgə …

Mədəniyyət

“Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı” monoqrafiyası çap olunub

Post Views: 99 Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı” (kollektiv) monoqrafiyası çap olunub. “Sənətkarın elmi pasportu seriyası”nın 31-ci nəşri olan “Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı” kitabı Ədəbiyyat İnstitutunun Elmi şurasının 6 aprel 2022-ci il tarixli qərarı ilə nəşr edilib. İnstitutdan Edebiyyatqazeti.az-a bildirilib ki, layihənin müəllifi …

Mədəniyyət

Tatarıstan Respublikasının mədəniyyət naziri ilə görüş keçirilib

Post Views: 78 Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva noyabrın 29-da ölkəmizdə səfərdə olan Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova ilə görüşüb. Görüş zamanı qonağı səmimi salamlayan Sevda Məmmədəliyeva xalqlarımız arasında tarixi bağlılıq, ortaq dəyərlər və mədəni əlaqələrin inkişafı üçün gələcək əməkdaşlıq perspektivlərindən söz açıb. Sevda Məmmədəliyeva 2022-ci ilin 28-29 noyabr tarixlərində Tatarıstanın Qabdulla Karieva adına …

Mədəniyyət

Azərbaycan filmləri “Moskovskaya premyera” IV beynəlxalq kinofestivalda təqdim olunub

Post Views: 84 Noyabrın 29-dan dekabrın 5-dək Rusiyanın paytaxtında Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq “Moskovskaya premyera” kinofestivalı keçirilir. AZƏRTAC xəbər verir ki, festivalın proqramına Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Özbəkistan, Ermənistandan olan filmlərin, o cümlədən Azərbaycan və Rusiya-Azərbaycan istehsalı olan 5 filmin – “Bir cənub şəhərində”, “Əlvida, cənub şəhəri”, “İstintaq”, …

Mədəniyyət

Mədəniyyət naziri Sumqayıtda vətəndaşlarla görüşəcək

Post Views: 94 Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 16-da saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri, Zülfü Hacıyev 53) Sumqayıt, Şuşa şəhərlərindən və Abşeron, Xızı, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək. Mədəniyyət Nazirlikdən AZƏRTAC-a bildirilib …

Mədəniyyət

Mədəniyyət Nazirliyi təkzib edir: “Odda – İki bacı” filminə yayım vəsiqəsi verilməyib

Post Views: 80 “Odda – İki bacı” filminə Mədəniyyət Nazirliyi tərəfindən yayım vəsiqəsi verilməyib. İstər nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. “Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər …

Mədəniyyət

Əkbər Qoşalı “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif edilib

Post Views: 110 Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif olunub. Medalı şairə Bakıda səfərdə olan Tatarıstan Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin rəhbəri, Xalq şairi, Dövlət mükafatı laureatı Rkail Zəydulla təqdim edib. Əkbər Qoşalı qardaş xalqlar arasında, o cümlədən Tatarıstanla ədəbi-mədəni əlaqələrin …

Mədəniyyət

Gənclərin roman müsabiqəsinin II seçim mərhələsinin nəticələri açıqlanıb

Post Views: 89 “TEAS Press” nəşriyyat evinin gənc yazıçılar üçün təşkil etdiyi roman müsabiqəsinin ikinci seçim mərhələsinin nəticələri bəlli olub. Nəşriyyat evindən Edebiyyatqazeti.az-a bildirilib ki, münsiflər heyəti ikinci mərhələnin qısa siyahısını müəyyənləşdirib. İlk beşliyə Əfrail Abbaszadənin “Mənguberdi”, Əşrəf Əşrəfovun “Gecənin ən qaranlıq anı”, Seymur Həmzəyevin “Nikolas Bonnet – Şərqə aparan hekayə”, Elay İsmayılovun “Günah kolleksioneri” və …

Mədəniyyət

“II Sumqayıt Kitab Sərgisi” həyata keçiriləcək

Post Views: 79 23, 24, 25 dekabr tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə “II Sumqayıt Kitab Sərgisi” həyata keçiriləcək. Edebiyyatqazeti.az ANAİB-ə istinadən xəbər verir ki, ötən il birincisi keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanıb. İkinci sərgi isə daha möhtəşəm proqram və …

Mədəniyyət

Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunmuş “Türk dünyası gəncləri-Nizami Gəncəvi dühası” kitabının təqdimatı keçiriləcək

Post Views: 91 Dəvətlisiniz, dostlar! Dəvətlisiniz!Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunmuş “Türk dünyası gəncləri-Nizami Gəncəvi dühası” kitabının təqdimatı tədbirinə dəvətlisiniz! (Kitablar tədbir iştirakçılarına hədiyyə olunacaq) Tarix: 03.12.2022Saat: 15:00 Ünvan: Gəncliyə Yardım Fondunun konfrans zalı(Cəfərov qardaşları küçəsi 16, Tarixi Təzəbəy hamam kompleksinin yaxınlığı) Proqram:1. Kitabın təqdimatı, …

Mədəniyyət

Professor Şirindil Alışanlının 70 illik yubileyi qeyd olunub

Post Views: 143 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə İnstitutun XX əsr (sovet dövrü)  Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlının 70 illik yubileyi keçirilib. Yubiley tədbirində xalq yazıçıları və şairləri, akademiklər və bir sıra alim və yazarlar iştirak ediblər. Azərbaycan Yazıçılar …

Mədəniyyət

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyi Nyu-Yorkda təntənə ilə qeyd edilib

Post Views: 79 Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyi Nyu-Yorkda təntənə ilə qeyd edilib Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Diaspora Komitəsinin və Azərbaycanın Vaşinqtondakı Səfirliyinin dəstəyi, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarovanın təşəbbüsü və təşkilatçılığı ilə noyabrın 22-də Nyu-Yorkdakı “Karnegi Holl”da “Dostluq körpüləri” adlı konsert təşkil …

Mədəniyyət

Nazir Anar Kərimov Azərbaycanda Amerika Ticarət Palatasının təşkil etdiyi növbəti görüşün qonağı olub

Post Views: 89 Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) hər ay bir dövlət rəsmisi ilə görüş təşkil edir. Noyabrın 25-də “JW Marriott Absheron Baku” hotelində qurum tərəfindən keçirilən növbəti görüşün qonağı mədəniyyət naziri Anar Kərimov olub. Görüş iştirakçılarını salamlayan “AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli palatanın 2022-ci il üçün strateji hədəfləri çərçivəsində həyata keçirilən layihələr …

Mədəniyyət

II “4.4 Qısa Tamaşalar Festivalı” çərçivəsində Xalq artisti Cahangir Novruzovun ustad dərsləri keçirilib

Post Views: 84 Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” başlayıb. 25-30 noyabr 2022-ci il tarixində Bakı şəhərində gerçəkləşən Festival milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədi daşıyır. Festivalın müsabiqə proqramına daxil edilən 12 tamaşa Təşkilat komitəsinə göndərilən 20-dən …