Kitabxananın Daşkəsən rayonuna virtual turu

 



Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası  “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Daşkəsən rayonuna virtual tur təşkil etdi.

Videoçarxda Daşkəsən rayonunun təmiz dağ havası, onun əsrarəngiz təbiəti, yaşıllığınının bol olması ilə seçilən zəngin faunası, turizm üçün xarakterik olan muzeyləri, ziyarətgahları, müasir binaları və parkları, sənətkarlıq sahələri (dülgərlik, dəmirçilik və s.) və mətbəxinə (göy kətə, quzu buğlaması, yarpız dovğası və s.) aid fotolar toplanmışdır.

Burada arıçılığa xüsusi yer ayrılmışdır.

Tarixi abidələrdən Tunc dövrünə aid divar qalıqları, kurqanlar, son tunc – ilk dəmir dövrünə aid Örük daş qalası və nekropol, monastr (487-ci il), kilsə (1869-cu il) və b. abidələrin fotoları, qalaçaların siyahısı (Yol yurdu, Çalağan, Daşlıtəpə, Əhmədli, Nağaradağ və s.) izləyicilərə təqdim olunmuşdur.

Videoçarxda Daşkəsənin ilk qurucularının – İslam Həsənov, Əhməd Məmmədov, Seyidəmir Ağayev və digər görkəmli şəxsiyyətlərinin adı qeyd olunur.

         Videoçarx YouTube-də yerləşdirilib:

Layihə əsasında hazırlanmış videoçarxları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür.

Qeyd edək ki, “Vətənimizə virtual səyahət” adlı layihəsi əsasında Azərbaycanın bir çox rayonları haqqında silsilə videoçarxlar hazırlanacaq.