Alazan oğlu Murad Beydiyevə həsr olunmuş şeir

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) növbəti yeni şeirini təqdim etdi. Şairə yazdığı şeiri Azərbaycanın igid Alazan oğlu, Basqallı balası Murad Beydiyevə həsr etmişdir. 50 bənddən ibarət olan şeirdə yazıçının Vətənə bəslədiyi dərin sevgi hisləri duyulur, Vətən igidləri ilə fəxr etdiyini bildirir. O, həmçinin şeirində Alazan ləqəbi ilə tanınan Muradın qəhrəmanlığının tariximizdə əbədi iz qoyduğunu fəxrlə qeyd etmişdir.

Alazan oğlu, Basqallı balası Murad Beydiyevə…

Canıma can verən ölməz diyarım!

Odlar yurdu! Mübarizlər vətəni….

Tarixdə izi qalan, sözü qalan,

Qoca şərqin qapısı,doğma diyarım.

 Sən nə qədər müqəddəssən, munissən.

Qəhrəman oğullar, mərdlər şəhəri.

Mavi Xəzərimiz, əziz, doğma, Bakımız

Tarixin şahidi, qədim Bakımız….

Səndən ilham alır hər bir övladın.

Ədalət, azadlıq deyən igidlərin.

Vətənçün, torpaqçün candan keçdilər.

Qarabağ uğrunda gözəl məkanın.

Uğrunda ölməyə hey tələsdilər.

Tarix təkrarlanır, söyləyir zaman!

Düşmən  Qarabağa verməyir aman.

Bu çağırışa qoşuldu Basqal gəncləri.

BakIda doğulmuşdu bu gəncdə.

1967-ci il  oktyabr ayının 6-da

Ana-atanın sevinci, muradı o!

Adını elə  də Murad qoydular.

Söylədi ana:-“Yaradan qorusun onu!

Vətən sevgisiylə, döyünürdü  ürəyi.

Bu çağırışa qoşuldu el oğlumuz.

Nə qədər ki, ölməmişəm xalqı sevməkdir  mənim peşəm.

Əgər Qarabağım, getsə əlimdən.

Bağışlarmı, məni  ana vətənim?!

1991-ci il  Qarabağa yollandı

Düz döyüş meydanına Murad.

Bir gün yaranmışam, bir gün ölərəm.

Ölmək üçün, gəlmədim mən dünyaya.

Qəhrəmanlıq, şərəf, cəsurluq üçün

Mən gəlmişəm  iz salmaqçün dünyaya!

Düşmənlərin sinəsini, meydanda o dağladı.

Dik baxdı, ölümün  gözünə doğru.

Lərzəyə salırdın, düşməni  cəsarətinlə.

Mənfur düşmən ordusuna vermirdin aman.

Alazan ləqəbi ilə tanındın sən, eloğlu!

Beydiyev soyadın, Zahid oğlu.

Gedirsən həyatın özünə doğru.

Bir sevinc parlayan, zirvəyə doğru.

İncitək bəzəyir sinəni medallar indi.

Alın tərinlə, mərdliyinlə qazandın

Sən ey igid, ana vətən oğlu!

Qarşında baş əyir, Basqal kəndimiz.

Azərbaycan adlı məmləkətimiz!

Poladdan mətin, vüqarlı oğul!

Səni yetişdirdi bu, ana torpaq!

Tarixdə əbədi izini qoydun.

Azərbaycan! Odlar yurdun!

Fəxr edir səninlə, uca adınla!