Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına   Mərkəzi Kitabxanasında 31 Mart Azərbaycanlıların Soyqrımı gününə həsr olunmuş interaktiv plakat hazırlandı. 

İnteraktiv plakatda umummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı, “1918-ci il Azərbaycanlıların soyqırımı – 100 il” bölməsində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında“ Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 yanvar  2018-ci il tarixli Sərəncamı verilmişdir.

İnteraktiv plakatda mart soyqırımı haqqında tarixi faktlara əsaslanmış Azərbaycan və rus dillərində məlumatlar geniş əks olunmuş və bu hadisələri əks etdirən fotolar verilmişdir.

Burada həmçinin Azərbaycan ədəbiyyatının virtual kitabxanasında yerləşdirilmiş “31 mart soyqrımı: 1918-1920-ci illər mətbuatında” və “Azərbaycanlıların soyqrımı unudulmamalıdır” kitabları ilə də, tanış olmaq olar.

İnteraktiv plakata çoxlu sayda şəkil və 10 link daxil edilib. Material İnternetdə yerləşdirilib:

https://padlet.com/filivara/1ym25w77ljlj