https://c.radikal.ru/c39/1910/e9/556602223604.jpg

https://b.radikal.ru/b19/1910/5c/0a15e8f5a6b8.jpg

https://a.radikal.ru/a12/1910/e3/d804e405e5fe.jpg

https://c.radikal.ru/c34/1910/09/6482812b33b2.jpg

https://c.radikal.ru/c18/1910/03/75a78eadab93.jpg

https://c.radikal.ru/c24/1910/1e/f0486047c011.jpg

https://c.radikal.ru/c36/1910/63/c4c92c4fea33.jpg

Səməd Vurğun adına Mərkəzi Kitabxananın və Sumqayıt Gənclər evinin birgə təşkilatçılığı ilə “Dostluğumuz kitabdan başlasın” adlı maariflənfirici seminar-təlim keçirilmişdir.

Tədbiri Mərkəzi Kitabxananın direktoru Yeganə Əhmədova acaraq təlimdə iştirak edən gəncləri salamlamış və kitab tarixindən, kitabxananın yaranmasından, şəhərdə fəaliyyət göstərən
kitabxanaların fəaliyyətindən danışmış, Xidmət şöbəsininn müdiri Z.Mirzəyeva gənclərin kitabxanalara olan marağından, daha çox oxunan nəşrlərdən, İRŞ-in müdiri B. Əhmədova, sistem inzibatçısı E.Şahbazova elektron kitablardan və elektron kataloqda axtarış barədə ətraflı məlumat vermişdir. 30-a yaxın gəncin iştirak etdiyi seminar-təlim diskusiya şəklində davam etmiş və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Sonda gənclər kitabxananın şöbələri ilə yaxından tanış olmuş və həmçinin kitabxanaya üzv olmuşlar.

Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mətbuat xidməti