Author: Delphi7

  • “Qurani-Kərim”

    Bütün aləmlərə bütöv bir nursan

    Yaradanların ən gözəli olan Allah müxtəlif dövrlərdə insanları doğru yola yönəltmək üçün Lövhi-məhfuzdan dünya səmasına ilahi, nurani, səmavi kitablar nazil etdi ( Musa peyğəmbərə enən “Tövrat”, İsa peyğəmbərə enən “İncil”, Davud peyğəmbərə enən “Zəbur”, Məhəmməd peyğəmbərə enən “Qurani-Kərim”).
    Bu haqda ”Əl-Bəqərə”surəsində buyrulduğu kimi:

    “O kəslərə ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s. ) iman gətirir və axirətə də şəksiz inanırlar”.

    Və yaxud da:

    “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik! “(“Əl-Qədr” surəsi, ayə 2)

    Hər bir dini kitab dövrün tələblərinə uyğun olaraq peyğəmbərlər vasitəsilə insanlara çatdırılrıdı.Allahla peyğəmbərlər arasında vəhylərə vasitəçilik edən,əmrləri peyğəmbərlərə çatdıran, Allah dərgahında xüsusi hörmətə sahib olan, dörd ən böyük mələyin ən böyüyü olan Həzrət Cəbrayıl (ə.) xüsusi rolu vardı.
    Allah tərəfindən dünyaya Həzrət Cəbrayıl (ə.) vasitəsilə göndərilən sonuncu kitab “Qurani-Kərim”dir. Bu haqda “Əş-şüəara” surəsinin 192-ci ayəsində buyurulur:

    “Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!”

    Müsəlman dünyasının müqəddəs və təməl kitabı “Qurani-Kərim” adlanır. ”Qurani-Kərim” ərəb mənşəli alınma sözdür. Azərbaycan dilində “Qiraət” mənasını bildirir. Müsəlman aləmində “Əl-kitab əl-müqəddəs” (Müqəddəs kitab) və ya “Kəlami-şərrif” (Şərəfli söz) kimi qəbul edilir. ”Qurani-Kərim” 114 surə, 6236 ayə, 323.671 hərf, 77.807 kəlmə, 77394 sözdən ibarətdir. Ərəb dilindədir. Təxminən 23 ilə tamamlanıb. Surələr Səudiyyə Ərəbistanın Məkkə və Mədinə şəhərlərində nazil olub. Doxsan surə Məkkədə, iyirmi dörd surə isə Mədinədə tamamlanıb. Kitabın surələrinin sistemli şəkildə nazil olaraq tamamlanması məhz 633-cü ilə təsadüf edir.

    Kainatın yaradılmasının əsas və ilk şəxsi, nəbilərin sərvəri Peğəmbər Əfəndimiz Həzrət Muhəmməd Mustafa (səllallhu əleyhi və alihi və səlləm) müqəddəs və təməl kitabımız “Qurani-Kərim” haqqında buyurub:

    -“Aranızda ən xeyirliniz Qur’anı öyrənən və öyrədəndir”

    -“Ümmətimin ən şərəfliləri, öndə gələnləri Qur’an hafizləridir”

    -“Kim, Allahın kitabından bir ayəyə qulaq asarsa (dinlərsə) onun üçün qat-qat savab yazılır. Kim onu (Allahın kitabından bir ayəni) oxuyarsa, qiyamət günü onun üçün bir nur olar”

    -“Kim Qur’anı oxuyar, əzbərlər, halal buyurduğu şeyi halal qəbul edər, haram buyurduğu şeyi də haram qəbul edərsə, Allah, həmin şəxsi Cənnətə salar”

    “Qurani-Kərim”i ilk dəfə olaraq kitab halına salan Zeyd İİb Sabit olub. Peyğəmbər Əfəndimiz Həzrət Məhəmməd Mustafa (səlləllahu əleyhi və alihi və səlləm) sağlığında kitab halına salmayıb. Dünyada islam dini yayılandan sonra “Qurani-Kərim” müxtəlif dillərə tərcümə olunmağa başladı. Azərbaycanda “Qurani-Kərim”in ərəb dilindən Azərbaycan türkcəsinə tərcümə olunması məhz Azrbaycanda Sovet hakiyyətini dağılması və müstəqillik əldə etməsindən sonrakı dövrə təsadü edir. ”Qurani-Kərim”i Azərbaycanda dövlət müstəqilliyimizi əldə etdikdən sonra Vasim Məmmədəliyev və Ziya Bünyadov tərcümə etdi. Çağdaş dövrdə “Qurani-Kərim”i Ədəbi Elektron Məkanında elektron kitab halına ( daha çox pdf və exe fomat) salındı. Azərbaycanın dini qurumu Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında “Qurani-Kərim”in bütün surələri ayrı-ayrılıqda yazılı ədəbi dilin qaydalarına uyğun olaraq əlavə olunub. Hətta, Azərbaycan Ədəbi Elektron Məkanında bir çox saytlara mp3 versiyaları da var.

    610-cu ildə Məkkə ilə Mədinə arasında olan Həra dağında Həzrət Cəbrayıl (ə.) vasitəsilə Həzrəti Məhəmməd Əli Mustafa (səllallahu ələyhi və alihi və səlləm) çatdırılıb. ”Əş-şuəra” surəsinin 195-ci ayəsində buyrulduğu kimi:

    “Özü də açıq-aydın ərəb dilində”.

    Müsəlman dünyasının müqəddəs və təməl kitabı, ilahi, nurani, səmavi kitabların sonuncusu “Qurani-Kərim”də iyirmi beş peyğəmbərin adı çəkilir:

    1. Hz. Adəm (ə.s) 14. Hz. Musa (ə.s)
    2. Hz. İdris (ə.s) 15. Hz. Harun (ə.s)
    3. Hz. Nuh (ə.s.) 16. Hz. Davud (ə.s)
    4. Hz. Hud (ə.s) 17. Hz. Süleyman (ə.s)
    5. Hz. Saleh (ə.s) 18. Hz. Zülkifl (ə.s)
    6. Hz. İbrahim (ə.s) 19. Hz. İlyas (ə.s)
    7. Hz. İsmayıl (ə.s) 20. Hz. Əl- Yesə (ə.s)
    8. Hz. Lut (ə.s) 21. Hz. Yunus (ə.s)
    9. Hz. İshak (ə.s) 22. Hz. Zəkəriyyə (ə.s)
    10. Hz. Yaqub (ə.s) 23. Hz. Yəhya (ə.s)
    11. Hz. Yusuf (ə.s) 24. Hz. İsa (ə.s)
    12. Hz. Eyyub (ə.s) 25. Hz. Məhəmməd (s.ə.v)
    13. Hz. Şueyb (ə.s)

    İlk nazil olan “Əl-Ələq”surəsinin ilk beş ayəsidir. Sonuncu nazil olan surə isə “Ən-nəsr” surəsidir. “Qurani-Kərim”də 113 surə “Bismillah”la başlayır. Yalnız “Tövbə”surəsi “Bismillah”la başlamır. “Qurani-Kərim”in yalnız ”Əl-nəml”surəsinin əvvəlində və otuzuncu ayəsində “Bismillah” kəlməsi iki dəfə işlənir.

    Dərin hörmət və ehtiramla,

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Türkiye Cumhuriyetinin Kurucusu Sayın Mustafa Kemal Atatürk

    Mustafa Kemal Atatürk (19 Mayıs[Not 2] 1881, Selanik – 10 Kasım 1938, İstanbul), Türk ordu subayı, mareşal ve Türkiye’nin ilk cumhurbaşkanı. Türkiye Cumhuriyeti’nin kurucusu ve önderidir. 1934’te Türkiye Büyük Millet Meclisi tarafından kendisine ”Türklerin atası” anlamına gelen Atatürk soyadı verilmiştir.[1]

    Atatürk, Birinci Dünya Savaşı sırasında bir ordu subayıydı. Savaş sonunda Osmanlı İmparatorluğu’nun yenilgisini takiben Türk Kurtuluş Savaşı’ndaki Türk Ulusal Hareketi’ne önderlik etmiştir. Kurtuluş Savaşı sürecinde Ankara Hükûmeti’ni kurmuş, askeri eylemleriyle İtilaf Devletleri tarafından gönderilen askeri güçleri bozguna uğratmış ve Türkleri zafere götürmüştür. Atatürk daha sonra eski Osmanlı İmparatorluğu’nu modern ve seküler bir ulus devletine dönüştürmek için politik, ekonomik, toplumsal ve kültürel reformlar başlatmıştır. Liderliği altında binlerce yeni okul inşa edildi. İlköğretim ücretsiz ve zorunlu hale getirildi. Kadınlara sivil eşitlik ve politik haklar verildi. Köylülerin sırtına yüklenen ağır vergiler azaltıldı.[2][3]

    Türk Orduları Başkomutanı olarak Sakarya Meydan Muharebesi’ndeki başarısından dolayı 19 Eylül 1921 tarihinde “Gazi” unvanını almış ve mareşalliğe yükselmiştir.[3] Cumhuriyet Halk Fırkası’ni kurmuş ve ilk genel başkanı olmuştur.[4] 1938 yılındaki vefatına kadar arka arkaya 4 kez cumhurbaşkanı seçilen Atatürk, bu görevi en uzun süre yürüten cumhurbaşkanı olmuştur.[3]

    Atatürk tarihte oynadığı önemli rolden dolayı pek çok yazar ve tarihçi tarafından incelenmiş ve hakkında 379 eser yazılmıştır. Bu yönüyle hakkında en çok eser yazılan ilk 100 kişi arasında yer almaktadır. Ayrıca dünyada ilk kez ve tek örnek olmak üzere, Birleşmiş Milletler’in UNESCO örgütü tarafından, kendisinin 100. doğum yılı olması sebebiyle ve tüm ülkelerin oy birliğiyle 1981 “Atatürk Yılı” olarak kabul edilmiştir. Dergilerinin Kasım 1981 sayısında da, Atatürk ve Türkiye konusu ele alınmıştır.
    (daha&helliip;)

  • Müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər ƏLİYEV

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

    1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

    Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

    1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

    1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

    1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

    1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

    1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

    1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

    Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

    Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.

    1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

    Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

    Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

    1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

    1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

    Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

    1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

    Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

    1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

    O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

    2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

    Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

    Mənbə: http://www.president.az

  • Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham ƏLİYEV

    İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

    1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

    1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

    1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

    1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

    1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

    1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

    1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

    1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

    2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

    2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

    İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

    2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

    2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

    Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

    Evlidir. Üç övladı, beş nəvəsi var.

    Təltiflər və fəxri adların siyahısı:

    Ordenlər

    Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

    Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

    Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

    Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

    Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

    Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

    Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

    Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

    Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

    Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

    Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

    Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

    Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

    Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

    Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

    Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

    Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)

    Fəxri elmi adlar

    Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

    Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

    Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

    Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

    Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

    Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

    Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

    İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

    Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

    Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

    Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

    Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

    Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

    Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

    Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

    Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)

    İdman təşkilatlarının mükafatları

    Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

    Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

    Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

    Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

    MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

    Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

    Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

    Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

    Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

    Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)

    Mənbə: http://www.president.az

  • Türkiyə Cümhuriyyəti

    Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkədir.[2] Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan, İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlərlə əhatə olunmuşdur. Bu dənizlər qərbdə Egey dənizi, şimalda Qara dəniz, cənubda isə Aralıq dənizidir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır.[3] Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.[4]

    Əhalinin təqribən 70-80%-i özünü etnik türk hesab edir.[5][6] Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir.[6][7][8][9] Rəsmi dil türk dilidir.[10] Türk dili ilə yanaşı kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillərdə danışanlar da azlıq təşkil edir.

    Müasir Türkiyə ərazisi Paleolit dövründən etibarən müxtəlif xalqlar tərəfindən məskunlaşma yerinə çevrilmişdir. Aysorlar, yunanlar, frigiyalılar, uratular bu ərazilərin ilk sakinləri hesab olunur.[11] Makedoniyalı İsgəndər bu əraziləri ələ keçirdikdən sonra burada yunanlaşma prosesi başlamışdır. Bu proses sonralar Roma İmperiyası və Bizans İmperiyası zamanında da davam etmişdir. XI əsrdə Səlcuq türklərinin əraziyə miqrasiyası başlamışdır. 1071-ci ildə səlcuqların Malazgird döyüşündə Bizansa qalib gəlməsi Türkiyənin quruluşunun başlama tarixi kimi simvolizə edilir.[12] Rum Sultanlığı 1243-cü ildə monqol işğalı başlayana qədər Anadolunu idarə etmiş, həmin tarixdən sonra isə sultanlıq müxtəlif Anadolu bəyliklərinə parçalanmışdır.[13]

    XIII əsrin sonlarından etibarən Osmanlı sülaləsi Anadoluda yerləşən bu kiçik bəylikləri birləşdirməyə başlamış və nəticədə, ərazisi Cənub-Şərqi Avropa, Qərbi Asiya və Şimali Afrikanın çox hissəsini əhatə edən böyük imperiyaya çevrilmişdir.[14] Osmanlı İmperiyası Sultan Süleyman Qanuninin hakimiyyəti illərində dünya gücünə çevrilmişdir.[15] İki əsrdən çox müddət ərzində öz gücünü qorumasına baxmayaraq, XIX və XX əsrlərdə Avropada strateji əhəmiyyətli ərazilərin itirilməsi artıq dövlətin keçmiş hərbi qüdrətinin zəifləməsindən xəbər verirdi. 1913-cü ildə baş vermiş dövlət çevrilişindən sonra ölkənin idarə olunması “Üç Paşalar”ın əlinə keçdi. Birinci dünya müharibəsi ərzində Osmanlı İmperiyası İttifaq dövlətlərinə qoşulmağa qərar verdi. Müharibənin başa çatmasından sonra məğlub olan Osmanlı İmperiyası süquta uğradı. İşğalçı qüvvələrə qarşı başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə monarxiyanın ləğv edilməsi və 1923-cü ildə Türkiyə Respublikasının əsasının qoyulması ilə nəticələndi.[16] Atatürk ölkənin ilk prezidenti təyin olundu. Atatürk ölkə başçısı seçildikdən qısa müddət sonra tarixə Atatürk islahatları adı ilə daxil olan bir çox islahat həyata keçirdi.

    Türkiyə BMT, NATO, BVF və Dünya Bankının üzvü, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, QDİƏT, İƏT və G-20 kimi təşkilatların qurucu üzvüdür. Türkiyə 1949-cu ildən Avropa Şurası, 1963-cü ildən Avropa İqtisadi Birliyi, 1995-ci ildən Avropa İttifaqı Gömrük Birliyinin üzvüdür. 2005-ci ildən etibarən ölkənin Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlar başlasa da, 2017-ci ildə bu danışıqlar Aİ tərəfindən dayandırılıb. Hal-hazırda Türkiyə böyüyən iqtisadiyyatı və diplomatik təşəbbüsləri sayəsində regional güc olaraq qəbul edilir.[17]

    Mündəricat
    1 Etimologiya
    2 Coğrafi mövqeyi, təbii şərait və ehtiyatları.
    2.1 Təbii ehtiyatları
    2.2 İqlimi
    2.3 Daxili suları
    3 Ərazi
    3.1 İnzibati-ərazi bölgüsü
    4 Əhali
    4.1 Dil
    4.2 Din
    5 Tarix
    5.1 Qədim dövr
    5.2 Cumhuriyyət dövrü
    5.3 İkinci dünya müharibəsi dövrü
    5.4 Avropalı dövlətlərlə müttəfiqlik
    6 Siyasət
    7 İqtisadiyyat
    8 Təsərrüfat sahələri
    9 Ordu
    10 Təhsil
    10.1 Universitetler
    10.2 Məktəbəqədər təhsil
    10.3 İbtidai təhsil
    10.4 Orta təhsil
    10.5 Ali təhsil
    11 Bayramlar və xüsusi günlər
    11.1 Rəsmi bayramlar
    11.2 Dini bayramlar
    12 Şəkillər
    12.1 İstinadlar
    12.2 Xarici keçidlər
    Etimologiya
    Türkiyə adı iki komponentə bölünür: Türk etnonimi və “sahib” mənasında istifadə olunan –iyə şəkilçisi. “Türk” və ya “Türük” sözlərinə tarixdə ilk dəfə Mərkəzi Asiyada dövlət qurmuş Göytürklər tərəfindən Orxon əlifbası istifadə edilərək səkkizinci əsrdə tikilən Orxon abidələrində rast gəlinib.[18] Bu sözün müasir dövrdəki halının orjinalı ilk dəfə XII əsrdə italyanlar tərəfindən orta əsr latın dili istifadə edilərək Turchia və ya Turmenia şəklində qeydə alınmışdır. Bunlarla birlikdə, orta əsrin alman səyyahları bölgəni Turkei və ya Tirkenland şəklində, fransızlar isə Turquie şəklində adlandırmışdır.

    Yunan dilində eyni mənanı ifadə edən Tourkia adı isə Bizans imperatoru VII Konstantinos tərəfindən De Administrando Imperio kitabında istifadə edilib.[19] Ancaq imperator burada “türklər” adı altında macarları ifadə etmişdir.[20] Oxşar şəkildə, Bizans mənbələri Qara dəniz və Xəzər dənizinin şimalında mövcud olmuş türk dövləti olan Xəzər xaqanlığı üçün də Tourkia (türklərin ölkəsi) ifadəsini işlətmişdir.[21] Osmanlı İmperiyası da müxtəlif vaxtlarda digər ölkələr tərəfindən Türkiyə və ya Türk İmperiyası şəklində adlandırılmışdır.

    Coğrafi mövqeyi, təbii şərait və ehtiyatları.
    İki qitədə: Avropa və Asiyada yerləşən Türkiyənin sahəsi 779 min km 2 -dir. Ölkənin Avropa hissəsi Şərqi Frakiya və ya Rumeli adlanmaqla ümumi ərazinin 3%-ni (23,7 min km 2 ), Asiya hissəsi isə Anadolu adlanmaqla ümumi ərazinin 97%-ni əhatə edir. Avropa və Asiya hissələrini bir-birindən Egey dənizi, Bosfor və Dardanel boğazları ayırır. Türkiyə ticarət və hərbi-strateji yollar (avtomobil və dəmir) kəsimində və 3 dəniz (şimalda Qara, qərbdə Egey, cənubda Aralıq dənizi) əhatəsində yerləşir, bu da onun coğrafi və geosiyasi mövqeyinin əlverişliyini müəyyən edir. Türkiyə dağlıq ölkədir. Ölkənin dəniz səviyyəsindən orta yüksəkliyi 1132 m-dir. Mərkəzi hissədə Anadolu yaylası, kənarlarında isə silsilələr yerləşir (şimalda Pont, cənubda Tavr). Anadolu yaylası 3 rayona bölünür: Qərbi, Daxili və Şərqi. Qərbi Anadolu – Egey və Mərmərə dənizlərinin sahillərini əhatə edir. Buradakı dağlar orta yüksəkliyə malikdir (Uludağ – 2543 m). Türkiyənin ucqar şimal-qərbinin (Şərqi Frakiya) relyefi düzənlik olduğundan kənd təsərrüfatı baxımından əlverişlidir. Daxili Anadolu – Anadolu yaylasının çox yüksək hissəsidir. Hündürlüyü 850 m olan dağ tirəsində ölkənin paytaxtı Ankara şəhəri yerləşir. Şərqi Anadolu – İranla sərhəddə yerləşməklə ərazisində Türkiyənin ən yüksək nöqtəsi (5165 m) ucalan Ağrıdağdan ibarətdir. Pont dağları Qara dəniz sahillərinə paralel 100 km məsafədə uzanır. Pont dağları Sinopdan şərqdə 3000–3700 m-ə qədər ucalır (ən hündür nöqtə Trabzon yaxınlığında Qaçqar – 3937 m). Türkiyənin cənubunda Aralıq dənizi boyu və ondan şərqə Türkiyə-İran sərhəddinədək Tavr dağları uzanır. O, Qərbi, Mərkəzi və Şərqi Tavrlara bölünür[22].

    Təbii ehtiyatları
    Türkiyə təbii ehtiyatlarla o qədər də zəngin deyildir. Əsasən xromit (Toros), həmçinin daş və qonur kömür, civə, sürmə, mis, molibden, manqan, volfram, dəmir filizinin ehtiyatı vardır. Bəzən neft-qaz ehtiyatının olduğu da göstərilir[22].

    İqlimi
    Qara dəniz sahillərində iqlim Aralıq dənizindən rütubətli subtropikə keçid təşkil edir. Burada iqlim yumşaqdır, bu da ölkənin mərkəz hissəsindən gələn soyuq atmosfer axınlarının qarşısını alan dağlar və dəniz hava kütlələri ilə əlaqədardır. Egey və Aralıq dənizi sahillərinin iqlimi subtropik Aralıq dənizi tiplidir (isti və quru yay, yumşaq və yağıntılı qış). Türkiyənin daxili hissələrinin iqlimi kontinental tipli subtropikdir. Ölkədə yanvarın orta temperaturu 4; 7 0 C, iyulun isə 20; 24 0 C-dir. Qərbə 635 mm, şərqə 2500 mm yağıntı düşür (əsasən oktyabr-mart). Şərq hissə çox şaxtalıdır (ən minimum temperatur -40 0 C burada qeydə alınıb)[22].

    Daxili suları
    Konya düzənliyi istisna olmaqla ölkə ərazisində çay şəbəkəsi sıxdır. Lakin bu çaylar dağ mənşəli olduğundan gəmiçiliyə yararlı deyildir. Yaşıl İrmak, Qızıl İrmak əsas, həmçinin Fərat, Dəclə çayları, Van isə gölüdür[22].

    Ərazi
    Asiyanın cənub – qərbində, Qara dəniz və Aralıq dənizi arasında, Anadolu yarımadasında yerləşir. Türkiyə Statistika İnsitutunun məlumatına əsasən daxili su hövzələri ilə birlikdə ölkənin ümumi ərazisi 783562.38 km² təşkil edir ki, bunun da 769603.74 km²-i quru, 13958.64 km²-i isə daxili su hövzələridir.[23]

    Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir. Ən uca dağı Ağrı dağı, ən böyük gölü Van gölüdür.[24]

    Ölkə 7 bölgəyə və 81 vilayətə ayrılır. Ölkənin şimalında dəniz iqlimi hakimdir, cənubuna Aralıq dənizi iqlimi hakimdir və mərkəz və şərq hissəsində isə quru bozqır tipli kontinental iqlim hakimdir.

    İnzibati-ərazi bölgüsü
    Əsas məqalə: Türkiyənin inzibati bölgüsü
    BlankMapTurkeyProvinces.png

    Ankara
    Kırklareli
    Ədirnə
    Təkirdağ
    Çanaqqala
    Balıkəsir
    Bursa
    Yalova
    İstanbul
    Kocaeli
    Sakarya
    Düzce
    Zonquldak
    Bolu
    Biləcik
    Əskişəhər
    Kütahya
    Manisa
    İzmir
    Aydın
    Muğla
    Dənizli
    Burdur
    Uşak
    Afyon
    İsparta
    Antalya
    Konya
    Mersin
    Karaman
    Aksaray
    Kırşəhər
    Kırıkkale
    Çankırı
    Karabük
    Bartın
    Kastamonu
    Sinop
    Çorum
    Yozqat
    Nevşəhər
    Niğdə
    Adana
    Hatay
    Osmaniyə
    Qəhrəmanmərəş
    Kayseri
    Sivas
    Tokat
    Amasya
    Samsun
    Ordu
    Girəsun
    Ərzincan
    Malatya
    Qaziantep
    Kilis
    Şanlıurfa
    Adıyaman
    Gümüşxanə
    Trabzon
    Rizə
    Bayburt
    Ərzurum
    Artvin
    Ərdəhan
    Qars
    Ağrı
    İğdır
    Tuncəli
    Elazığ
    Diyarbakır
    Mardin
    Batman
    Siirt
    Şırnak
    Bitlis
    Bingöl
    Muş
    Van
    Hakkari
    Əhali
    Əsas məqalə: Türkiyə əhalisi
    Türkiyə Statistika Qurumunun 31 dekabr 2016-cü il tarixinə olan rəsmi təxmininə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 79.814.000 nəfərdir .[25] Konda-Araştırma və Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunlarına əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyənin 72.975 milyon nəfər əhalisinin 76 %-ni Anadolu türkləri , 15.7 %-ni Kürdlər və Zazalar, 2.8 %-ni digər türk xalqlarının nümayəndələri , 0.7 %-ni ərəblər , 4.7 %-ni isə digər etnik qruplar təşkil edir .[26][27]

    Dil
    Türkiyə Respublikasının rəsmi dövlət dili Türk dilidir. Türkiyə türkcəsi, Azərbaycan türkcəsinə çox yaxındır. Türkiyədə rəsmi olaraq İstanbul şivəsi əsas alınmışdır. Türkiyə türkcəsi bütün Türk xalqlarının əsas dili hesab olunur. Bunun səbəbi Türkiyə türkcəsinin bütün türk xalqları tərəfindən anlaşılmasıdır.

    Kondanın sorğusuna əsasən
    Türkiyədə 18 yaşdan yuxarı
    olan əhali arasında ən çox
    danışılan 5 dil (2006)[28]
    Ana dili Nisbəti
    Türk dili

    84.54%
    Kürd dili

    11.97%
    Ərəb dili

    1.38%
    Zaza dili

    1.01%
    Laz dili

    0.12%
    Digər

    0.98%
    Din
    Türkiyə Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Onlardan ən geniş yayılmışı İslamdır. 1965-ci ildə aparılmış rəsmi əhali siyahıya almasının elan olunmuş nəticələrinə əsasən ölkədə o zaman yaşayan 31.391.421 nəfər əhalinin 31.129.854 nəfəri müsəlman (həmçinin 206.825 nəfər xristian, 45.995 nəfər iudaist, 2.746 nəfər digər dinlər, 613 nəfər dinsiz, 2.494 nəfər bilinmir) olduğunu bəyan etmişdir.[29]

    Türkiyədə ən geniş yayılmış din İslamdır və müxtəlif məlumatlara əsasən ölkə əhalisinin 99.8%-i müsəlmanlardan ibarətdir. Ancaq bəzi digər mənbələrdə bu məlumat fərqlilik göstərir və 96.4% olaraq göstərilir. Ümumilikdə nəzər saldıqda Türkiyə rəsmi dini olmayan bir dövlətdir və ölkənin konstitusiyasında da bu özünü Türkiyə vətəndaşı olan hər bir kəsin din və vicdan azadlığında təzahür edir. Ölkə ərazisində ümumilikdə məscid sayı isə 80.000-dən çoxdur.

    Türkiyə torpaqlarında müsəlman olmayanların sayı 1914-cü ildə 19% olduğu halda bu sayı 1927-ci ildə 2.5%-ə düşmüşdür. Müasir dövrdə ölkədə katoliklər və ortodokslar da daxil olmaqla müxtəlif məzhəblərdən 120.000 xristian vardır ki, bu da ölkə əhalisinin 0.2%-dən daha azdır. Ölkədə açıq olan kilsə sayı isə 236-dır. İstanbul şəhəri 4-cü əsrdən bu yana Şərq Ortodoks Kilsəsinin mərkəzi hesab olunur.

    Türkiyə ərazisində yaşayan yəhudi sayısı isə 26.000 hesablanmışdır. Türkiyədə ilk yəhudilər e.ə. 5-ci əsrdən etibarən məskən salmışlar. Sonradan 20-ci əsrdəki miqrasiyalara baxmayaraq hələ də az da olsa, ölkədə yəhudi əhali qalmaqdadır.

    Tarix
    Əsas məqalə: Türkiyə tarixi
    Qədim dövr

    Celsus kitabxanası
    Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Türklərin Anadoluya gəlişi isə XI əsrə təsadüf edir. 1071-ci ildə Malazgird döyüşündə Bizansı məğlub eden səlcuqlular paytaxtı İznikdə olan türk dövlətinin əsasını qoydular. XIII əsrin sonlarında səlcuqluların zəifləməsi fonunda Anadolunun şimal-qərbində qərar tutun osmanoğulları güclənməyə başladılar. 1299-cu ildən başlanmış proseslər nəticəsində 1326-cı ildə mərkəzi Bursa şəhəri olan yeni siyasi idarəçilik forması – Osmanlı quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə köçürüldü. Daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Dünya tarixində Osmanlı İmperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (Osmanlı İmperiyasının üç qitədə torpaqları olmuşdur) biri hesab olunur.

    Cumhuriyyət dövrü
    Əsas məqalə: Türkiyə Qurtuluş Savaşı

    Türk süvari birliklərinin İzmirə girişi
    XIX əsrin sonlarında zəif idarəçilik,imperiya tərkibində seperatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyəti İmperiyanı hədsiz zəiflətdi. Zəifləməkdə olan İmperiya Birinci dünya müharibəsini uğursuzluqla başa vurdu. Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlı Türkiyəsinin bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 may 1919-cu ildə yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə professional hərbiçi Mustafa Kamal Atatürk paşanın başçılğı ilə Azadlıq hərəkatı başlandı.

    İkinci dünya müharibəsi başlayanda Qərb dövlətləri SSRİ ilə Almaniyanı Türkiyə vasitəsilə toqquşdurmağa can atırdılar. Buna görə də Türkiyə Sovet hökumətinə də qarşılıqlı yardım haqqında müqavilə imzalamağı təklif etdi. SSRİ bu müqavilə vasitəsilə İngiltərə və Fransa ilə əlaqə yarada bilərdi. Lakin özünü bitərəf elan edən SSRİ bu təklifi rədd etdi. O, əvəzində Türkiyəyə Qara dəniz və boğazlar rayonunda qarşılıqlı yardım haqqında ikitərəfli saziş təklifini irəli sürdü. Türkiyə isə bu təkliflə razılaşmadı. 1939-cu il oktyabrın 19-da Türkiyə İngiltərə və Fransa ilə qarşılıqlı yardım haqqında hərbi müqavilə imzaladı. Müqaviləyə görə, Aralıq dənizi zonasında hər hansı bir təcavüz aktı törədildikdə Türkiyə bu dövlətlərlə səmərəli əməkdaşlıq öhdəliyini öz üzərinə götürürdü. Bununla da o, Almaniya ilə müharibə vəziyyətində olan ingilis-fransız blokuna qoşulmuş oldu. SSRİ üzerinə hücum edənə qədər Almaniya tərəfindən Avropanın əksər hissəsinin işğal edilməsi Türkiyəni narahat etməyə bilməzdi. 1940-cı ilin fevralında Türkiyə Böyük Millət Məclisi “Milletin müdafiəsi haqqında” qanun qəbul etdi. Bu qanuna görə hökumətə iqtisadiyyatı hərbi rels üzərinə keçirmək və hərbi dövrün ordusunu yaratmaq üçün fövqəladə səlahiyyətlər verilirdi.

    İkinci dünya müharibəsi dövrü

    1941-ci ildə Türk əsgəri tərəfindən Ayasofya Muzeyinin minarəsindən yerləşdirilən MG08 pulemyotu.
    1941-ci il iyunun 18-də isə Türkiyə hökuməti Almaniya ilə dostluq va hücum etməmək haqqında müqavilə imzaladı. Almaniya SSRİ-yə hücum etdikdən sonra, iyunun 25-də Türkiyə özünün bitərəfliyini elan etdi. Müharibə illərində qəbul edilmiş “Millətin müdafiəsi haqqında” qanuna əsasən hökumət əmək mükəlləfiyyəti tətbiq etdi. Müəssisələrdə iş günü uzadıldı. Türkiyə bitərəf ölkə kimi müharibə edən tərəflərlə, xüsusən həm Almaniya, həm də ABŞ və İngiltərə ilə iqtisadi əməkdaşlığı davam etdirdi. Mis, pambıq, dəri, yun, tütün, meyvə ixrac edənlər və taxıl, parça, maşın avadanlığı idxal edənlər həm Almaniya ilə, həm də ABŞ və İngiltərə ilə ticarət əlaqələri saxlayırdılar. Türkiyə həmçinin Almaniya və onun müttəfiqlərini strateji xammal, meyve qurusu və s. ilə təchiz edirdi.

    1941-1942-ci illərdə Türkiyə ixracatının yarıdan çoxu Almaniyanın payına düşürdü. Ölkədə bir milyonluq ordunun saxlanması hərbi xərcləri artırırdı. Bu isə iqtisadi vəziyyəti daha da ağırlaşdırırdı. Dənli bitkilərin əkin sahələrinin azaldılması və məhzuldarlığın yarıya qədər aşağı düşməsi kəskin ərzaq qıtlığı yaratmışdı. Çörəyin bazar qiyməti sürətlə artmışdı. Hökümət iri şəhərlərdə talon sisteminə keçməyə məcbur olmuşdu. Ərzaq məhzulları və geniş tələbat olan malların çatışmamazlığı ölkədə bahalığın artmasına səbəb olmuşdu. Bütün bunlar isə zəhmətkeş kütlənin var-yoxdan çıxmasına va aclığa gətirib çıxarmışdı.

    Avropalı dövlətlərlə müttəfiqlik

    İkinci Qahirə Konfransında ABŞ prezidenti (Dövlət Başçısı) Roosevelt, Türkiyə Respublikasının Prezidenti İnönü və İngiltərə Baş naziri Churchill (3 dekabr 1943), Qahirə.
    1942-ci ildə qəbul olunmuş qanuna əsasən əmlak üzərinə fövqəladə vergi qoyulmuşdu. Vergini ödəməyənlərin əmlakı müsadirə olunurdu. Hökumət, həmçinin kəndlilərin taxıl ehtiyatını müsadirə edir ve məhzulun 20-50%-nin aşağı qiymətlə dövlətə satılmasını məcburi surətda tətbiq edirdi. Müharibə illərində Türkiyədə bəzi qanunlara əlavələr edilmişdi. Polis xidməti haqqında qanunda polisə istədiyi vaxt hər hansı bir şəxsi həbs etmək hüququ verilmişdi. İstanbul, Çanaqqala, Qocaeli, Ədirne, Qırxlareli və Tekirdağda fövqəladə, Sovet İttifaqı ila sərhəd olan vilayətlərdə isə hərbi vəziyyət elan olunmuşdu. Türkiyənin bəzi hakim dairələrinin faşistpərəst siyasəti ölkənin mütərəqqi qüvvələrinin müqavimətinə rast gəldi. Gələcəkdə təcrid olunmamaq və ölkə ictimaiyyatinin narazılığını aradan qaldırmaq məqsədilə Türkiyə hökuməti 1944-cü il avqustun 2-də Almaniya ilə diplomatiK əlaqələri kəsdi. İngiltərə və ABŞ gələcək planlarında Türkiyəyə böyük əhəmiyyət verirdilər. 1943-cü ilin sonunda ABŞ prezidenti Franklin Delano Ruzvelt va İngiltərənin baş naziri Çörçill Qahirədə Türkiyə prezidenti İsmət İnönü ilə görüşdülər. Görüşdə Türkiyənin Balkanlarda müharibədə iştirakı məsələsi müzakirə olundu. Lakin 1944-cü ilin payızında Balkan dövlətlərinin Sovet ordusu tərəfindən işğalçılardan azad edilməsi ingilis-amerikan planını pozdu. Onlar yalnız Yunanıstanda köhnə rejimi xilas edə bildilər. ABŞ və İngiltərənin təhriki ilə Türkiyə 1945-ci ilin fevralında Almaniya və Yaponiyaya müharibə elan etdi. Bu addım simvolik səciyyə daşısa da, Türkiyəni beynalxalq aləmdə təcrid olmaqdan xilas etdi.

    Siyasət
    1919-1923-cü illərdə Mustafa Kamal Paşa (Atatürk) rəhbərliyində həyata keçirilən İstiqlal Mubarizəsi nəticəsində Türkiyə öz müstəqilliyini bərpa etdi, prosesin yekun mərhələsində isə Osmanlı səltənəti süquta uğradı, müasir sərhədlər daxilində (Hatay bölgəsini çıxmaq şərti ilə) Türkiyə Respublikası quruldu.

    İqtisadiyyat

    Levent, İstanbul maliyyə mərkəzi
    Qurtuluş illərində Osmanlı Dövlətinin çöküş vaxtında savaş məğlubiyyətləri keçmişiylə başlayan Türkiyə iqtisadiyyatı 1923-cü ildən sonrakı illərdə ağır vəziyyətdə idi. İstanbul və İzmirdən başqa digər heç bir sənaye şəhəri və təhsil mərkəzi mövcud deyildi. Ən həyati vacib məhzullar belə ölkədə istehsal olunmurdu. 12 milyonluq əhalinin əksəriyyəti,ilk növbədə yoxsul insanlar,savadsız idi.Anadoludaki böyük torpaq sahibləri də sənaye burjaziyasını yaratmaqda maraqlı deyildilər.Hazırda Türkiyənin qarşısında 2023-cü ilədək dünyanın on ən böyük iqtisadiyyatından birinə sahib olmaq hədəfi var.

    Təsərrüfat sahələri
    Türkiyə – sənaye-aqrar ölkəsidir. XX əsrin 80-ci illərindən başlayaraq Türkiyədə gətirilmə xammal və müəssisələrin köçürülməsi və ya bu ölkədə məhsullarını istehsal etməsi sayəsində emaledici sənaye yüksək inkişaf edir. Qara və əlvan metallurgiya, neft emalı (İzmir şəhərində), kimya (Bandırma şəhərində), tikinti materialları istehsalı, yüngül (toxuculuq), yeyinti sənayesi fərqlənir. İstilik Elektrik Stansiyaları (İES) əsas elektrik enerjisi istehsalı mənbəyidir, həmçinin bu stansiyalar kömürlə işləyir. Suriya ilə sərhəddə, Fərat çayının üzərində böyük hidroenerji kompleksi (SES) yaradılmışdır (həm Suriya, həm də Türkiyə istifadə edir). Neft və qaz idxal olunur. Elektrotexnika və elektronika sənayesi yüksək səviyyədə inkişaf etmişdir. Türkiyədə kənd təsərrüfatı da inkişaf etmişdir. Kənd təsərrüfatında əkinçilik heyvandarlığa nəzərən xüsusilə seçilir. Anadolu yaylası kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Ərazidə pambıq, günəbaxan, şəkər çuğunduru, zeytun, fındıq, tütün, üzüm, dənli bitkilər (buğda, arpa, qarğıdalı, çəltik, vələmir) becərilir. “Samsun” və “Trabzon” növlü tütünlər, həmçinin fındıq əkininə görə dünyada seçilir. Türkiyə pambıq yığımına görə dünyada VI (0,8 mln ton), buğdaya görə dünyada IX (20 mln ton), şəkər çuğunduru yığımına görə isə IV-dür (2,7 mln ton). Heyvandarlıqda qoyunçuluq (anqor tiftiyi), quşçuluq və maldarlıq inkişaf etmişdir. Türkiyə nisbətən inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Daxili sərnişin və yük daşımalar əsasən avtomobil nəqliyyatı ilə həyata keçirilir. Dəmir yollarının uzunluğu cəmi 3,4 min km-dir. Xarici ticarət əlaqələrində dəniz nəqliyyatı əsas əhəmiyyət daşıyır. Mühüm dəniz limanları İstanbul, İzmir, Samsun, İsgəndərundur. “Türk hava yolları” həm daxili, həm də xarici sərnişin daşımaları həyata keçirir[22].

    Ordu
    Əsas məqalə: Türkiyə Silahlı Qüvvələri
    21 noyabr 2011-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələr Komandanlığının açıqladığı rəsmi rəqəmlərə əsasən TSQ-nin şəxsi heyəti 720 min nəfər (666.576 hərbi personal və 53.424 mülki işçi) olmuşdur .[30][31] 3 yanvar 2012-ci il tarixinə olan ən son rəsmi elan olunmuş xəbərə əsasən TSQ-nin şəxsi heyəti 8.241 nəfər azaldılmışdır və hazırda şəxsi heyətin sayı 711.759 nəfərdən ibarətdir .[32][33]

    Təhsil
    Quruluş illərində yığılan 12 milyon əhalinin çoxu oxuma-yazma bilmirdi. Günümüzdə bu səviyyə 97%-si oxuma-yazma bilir. Türkiyə təhsil sistemi, 8 illik vacib təhsilə əsaslanır. Daha sonra, 4 illik orta təhsil sistemi var. Universitetə keçid “Tələbə Seçmə Sınağı” vasitəsi ilə həyata keçirilir. Genişlənmiş təhsil sistemləri bazasında xalq təhsili mövcuddur. Açıq təhsil sistemi də çox vaxt şagird tərəfindən işlədilməkdədir.

    Universitetler

    İstanbul Texniki Universiteti Maçka kampusu

    Boğaziçi Universiteti
    Türkiyədə 1930-cu ilə qədər cəmi 2 universitet – İstanbul Universiteti və İstanbul Texniki Universiteti mövcud olduğu halda, bu gün 170-dən artıq ali məktəb fəaliyyət göstərir. Ölkənin ən qədim ali məktəbi olan İstanbul Universiteti 1456-cı ildə, İstanbul Texniki Universiteti isə 1773-cü ildə yaradılıb. Onu da qeyd edək ki, son 50 ildə qardaş ölkənin ali məktəblərinə idarəetmə baxımından olduqca böyük sərbəstlik verilib. Universitetlərə qəbul Tələbə Seçmə Sınağı vasitəsi ilə həyata keçirilir. Türkiyənin milli təhsil sistemi planlı və əyani təhsil olaraq, iki əsas hissədən ibarətdir.Planlı təhsil, müəyyən yaş qrupundakı və eyni səviyyədəki şəxslər üçün, müvafiq proqramlarla məktəblərdə tədris edilən sistemli təhsildir. Planlı təhsil məktəbəqədər, ibtidai, orta və ali təhsili əhatə edir.

    Türkiyənin ən qədim universiteti olan İstanbul Universitetinin quruluşu 1456-cı ilə, ilk texniki universitet olan İstanbul Texniki Universitetinin quruluşu isə 1773-cü ilə təsadüf edir.

    1961-ci ildə Anayasanın 120-ci maddəsində universitetlər özəl quruluşlar olaraq yer alır. 27 sentyabr 1960-cı il tarixli 115 saylı qanuna əsasən 1946-cı il tarixli 4936 saylı qanunun bəzi maddələri dəyişdirilmişdir, yeni maddələr əlavə olunmuşdur. Bu qanunla Milli Təhsil Nazirliyinin Universitet üstünə səlahiyyətləri azalmışdır.

    Məktəbəqədər təhsil
    Məktəbəqədər təhsil pilləsində 3-5 yaşlı uşaqların könüllü təhsili nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti 3 formada həyata keçirilir-müstəqil, qız peşə liseylərinə bağlı sınaq sinifləri və ya digər təhsil müəssisələrinin nəzdindəki bağçalar kimi. Məktəbəqədər təhsilin məqsədi uşaqların fiziki, zehni, psixoloji inkişafını, ibtidai təhsilə hazırlanmasını, müvafiq vərdişlər qazanmasını, türk dilində səlis danışmasını və onlar üçün müştərək təlim-tərbiyə mühiti yaradılmasını təmin etməkdir.

    İbtidai təhsil
    Türkiyədə ibtidai təhsil icbaridir və dövlət məktəblərində pulsuzdur. İbtidai təhsil pilləsi 6-14 yaş arasındakı uşaqları əhatə edir. İbtidai təhsilin məqsədi uşaqların yaxşı bir vətəndaş kimi yetişməsini təmin etmək, onların zəruri məlumat, qabiliyyət, davranış, vərdiş qazanmasına, milli ruhda formalaşmalarına yardımçı olmaqdır. Şagirdlərin maraq, bacarıq və qabiliyyət istiqamətlərinə uyğun inkişafı, onların həyata və növbəti təhsil pilləsinə hazırlanması da ibtidai təhsilin başlıca vəzifələrindəndir. Səkkizillik ibtidai təhsilin sonunda şagirdlərə müvafiq diplom verilir.

    Orta təhsil
    Türkiyədə orta təhsil dördillikdir. Orta təhsil ümumi, peşə və texniki orta təhsil müəssisələrini əhatə edir. Orta təhsilin məqsədi şagirdlərə ortaq mədəni dəyərlər aşılamaq, fərd və cəmiyyət məsələlərini anlatmaq, onları ölkənin sosial-iqtisadi və mədəni inkişafına layiqli töhfələr verə biləcək vətəndaş kimi yetişdirmək, şagirdləri həm ali təhsilə, həm peşəyə, həm də müstəqil həyata hazırlamaqdır. Orta təhsil müxtəlif proqramlara uyğun tədrisə əsaslanır. Şagirdlər istək və qabiliyyətləri müqabilində bu proqramlardan birini seçərək ümumi liseylərdə, fənn liseylərində, sosial elmlər liseylərində, idman liseylərində, incəsənət liseylərində və çoxproqramlı liseylərdə təhsil ala bilərlər.

    Ali təhsil
    Ali təhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli mütəxəssislər kimi yetişməsini təmin edir. Türkiyənin ali təhsil müəssisələri sırasına universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri daxildir. Türkiyədə 104 dövlət, 62 vəqf universiteti və 7 peşə ali məktəbi fəaliyyət göstərir.

    Türkiyə ali təhsilinin məqsəd və vəzifələri milli təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun olaraq müəyyən edilib:

    Tələbələri maraq, istedad və qabiliyyətləri müqabilində dövlətin elm və təhsil siyasətinə, əmək qabiliyyəti ehtiyaclarına görə yetişdirmək;
    Müxtəlif istiqamətlərdə elmi inkişafa nail olmaq;
    Ölkənin ümumi inkişafı naminə dərin elmi araşdırmalar aparmaq;
    Hökumət və qeyri-hökumət təşkilatları ilə işbirliyi şəraitində tədris və araşdırma mövzularının nəticələrini cəmiyyətə təqdim etmək;
    Elmi araşdırmaların nəticələrinə həsr olunmuş, elm və texnikanın inkişafını təmin edən nəşrləri təqdim etmək;
    Türkiyə cəmiyyətinin ümumi səviyyəsini yüksəldən, ictimai rəyi aydınlaşdıran elmi məlumatları xalqa çatdırmaq və əyani təhsil xidmətləri göstərmək.[34]
    Bayramlar və xüsusi günlər
    Əsas məqalə: Türkiyə bayramları
    Rəsmi bayramlar
    1 yanvar – Yeni il
    23 aprel – Milli Suverenlik və Uşaq Bayramı
    1 may – İşçi Bayramı
    19 may – Atatürkü anma, Gənclik və İdman Bayramı
    30 avqust – Zəfər Bayramı
    29 oktyabr – Respublika Bayramı
    Dini bayramlar
    Ramazan Bayramı (3 gün)
    Qurban Bayramı (4 gün)

  • Azərbaycan Respublikası

    Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan)[6], şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir.[7] Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20%-ni təşkil edir.[8] Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.[9][10][11][12] Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.[11] Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.

    Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür Dili, Pirallahı, Çilov, Xərə Zirə və Böyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.

    Aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə – bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.

    Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür.[13] 2017-ci ildə ABŞ-ın “Global Firepower” araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 849,5 milyard m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.

    Mündəricat
    1 Etimologiya
    2 Tarix
    2.1 Qədim dövr
    2.2 Feodal dövrü
    2.3 Yeni dövr
    2.3.1 Azərbaycan Xalq Cümhuriyyəti
    2.3.2 Sovet İttifaqının tərkibində
    2.3.3 Üçüncü Respublika dövrü
    3 Hökumət və siyasət
    4 Xarici siyasət və ordu
    5 İnzibati bölgü
    6 Coğrafiya
    6.1 İqlim
    6.2 Biomüxtəliflilik
    7 İqtisadiyyat
    7.1 İqtisadiyyat tarixi
    7.2 İxracat
    7.3 İdxalat
    7.4 Turizm
    7.5 Elm və texnologiya
    8 İnfrasruktur
    8.1 Nəqliyyat
    8.2 Enerji
    9 Demoqrafiya
    9.1 Din
    9.2 Dil
    9.3 Təhsil
    9.4 Səhiyyə
    10 Mədəniyyət
    10.1 İncəsənət
    10.2 Ədəbiyyat
    10.3 Fəlsəfə
    10.4 Musiqi
    10.5 Kinematoqrafiya
    10.6 Memarlıq
    10.7 Mətbəx
    10.8 İdman
    11 Qalereya
    12 İstinadlar
    13 Xarici keçidlər
    Etimologiya
    Əsas məqalə: Azərbaycan (ekzonim)
    Azərbaycan sözünün mənşəyi mövzusunda fərqli tarixi mənbələrlərdən əldə olunmuş müxtəlif məlumatlar var. Bəzi mənbələrə görə, “Azərbaycan” toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır.[14]

    Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir.[15] Ərəb coğrafiyaşünası və səyyahı Yaqut əl-Həməvi yazırdı: “Bəziləri güman edir ki, Azər pəhləvi dilində “atəş”, bayqan isə “keşikçi” və ya “atəş mühafizəçisi” deməkdir və beləliklə, söz “atəş məbədi” və ya “atəş mühafizəçisi” deməkdir, hansı ki, həqiqətə uyğundur, çünki bu ərazidə atəş məbədləri çox olub”[16].

    XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov Azərbaycan sözünün yaranmasını Xürrəmilər hərəkatının məşhur sərkərdəsi Babək ilə əlaqələndirir.[17] Babək Abbasilər xilafətinə qarşı xürrəmilərin üsyanına rəhbərlik etmişdir. Bakıxanov Gülüstani-İrəm əsərində yazırdı: “Ehtimala görə, Azərbaycan sözü Azər-Babəqan sözündəndir, hansı ki, ərəblər Azər-Babəcan kimi tələffüz edir və “Babəkin atəşi” deməkdir. Hər halda, bizə məlum olduğu qədərilə, atəşpərəstlik hal-hazırda Azərbaycan adlandırılan ərazidə zühur edib.”

    Tarix
    Əsas məqalə: Azərbaycan tarixi
    Qədim dövr

    Qobustan dövlət tarixi-bədii qoruğunda qayaüstü rəsmlər
    Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.[18] Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır.[19] Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Hazırda Azərbaycan, Yaxın Şərq və Qafqaz ərazisində mustye mədəniyyətinə aid ən zəngin arxeoloji abidə Tağlar mağarası hesab olunur.[20] Mağara Qarabağın Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.

    Mezolit dövrü başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. 2007-ci ildə Qobustan UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.[21] Qobustanda Böyükdaş dağının yuxarı terrasında yerləşən petroqliflərdə öküz (tur) təsvirlərin tarixi 15 000 il əvvələ aid edilir.[22] Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları da öz əksini tapmışdır. Neolit Azərbaycanda er.əv. 7ci minilliyə təsadüf edərək Qobustanın və Həsənlu (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır. Er.əv. 6-4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları vəs.) düzəldilməsi təsadüf edir.

    Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir.[23] Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı.[23] Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Assuriya dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.[23]

    Eramızdan əvvəl I minillikdə – bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur.[23] Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.[23]

    Feodal dövrü
    Əsas məqalə: Qafqaz Albaniyası

    2000-ci ildə İçəri şəhər, Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.[24]
    III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi.[23] İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.[23] Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar.[23] Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.[23] Həmin dövrdən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi.[23] Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı.[23] Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş – monoteist din yox idi.[23] Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş – tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi.[23] Zərdüştlük, atəşpərəstlik, günəşə, aya, göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi.[23] Ölkənin şimalında – Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi.[23] Lakin müstəqil Alban Həvari kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.[23]

    Şəki rayonununda yerləşən Kiş kilsəsinin interyeri
    VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.[23] İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi.[23] Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.[23] İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans İmperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.[23]

    IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi.[23] Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.[23] Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.[23] Ərəb xilafətinin tənəzzülündən sonra – IX əsrin ortalarından başlayaraq Azərbaycanda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı.[23] XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi.[23] Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlular, Ağqoyunlular, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.[23]

    Azərbaycanın dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi.[23] Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi.[23] O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırlatmışdı. Hökmdar Quranı azərbaycan dilinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı Oğuznamə yazdırmışdı.[23] XV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi olan dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.[23] Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti — Səfəvi dövləti meydana gəldi.[23] Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi.[23] Azərbaycan dili dövlət dilinə çevrildi.[23]

    Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi.[23] Azərbaycanın əfşar-türk elindən çıxmış hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi.[23] Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.[23] Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.[23] Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı.[23] Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə – xanlıqlara və sultanlıqlara parçalandı.[23]

    Yeni dövr
    Əsas məqalə: Mart soyqırımı
    Medieval azerbaijani helmet 5.JPG
    Medieval azerbaijani shield 2.JPG
    Gəncə xanlığı ordusunun dəbilqə və qalxanı, Azərbaycan Milli İncəsənət Muzeyi
    XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər.[25] Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şah Əfşarın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Çar Rusiyası arasında uzun sürən müharibələr dövrü başlandı.[23]

    Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.[23] Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.[23] Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: “Şimali Azərbaycan” (və ya “Rusiya Azərbaycanı”) və “Cənubi Azərbaycan” (və ya “İran Azərbaycanı”).[23]

    Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü.[23] Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında – keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə “Erməni vilayəti” yaradıldı.[23] Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.[23] Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu Erməni Həvari kilsəsinin tabeçiliyinə verdi.[23] Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı.[23] Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu.[23] Bütün bunlarla kifayətlənməyən Çar Rusiyası erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.[23]

    Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən Stepan Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı Mart soyqırımını həyata keçirdi.[23] 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakı döyüşündə qələbə çaldı.[26] 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.[23]

    Azərbaycan Xalq Cümhuriyyəti
    Əsas məqalələr: Azərbaycan Xalq Cümhuriyyəti və Bakı döyüşü

    Bakını azad etmiş Qafqaz İslam Ordusunun şəhərdə fəxri keçidi
    Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.[23] Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tarixi iki dövrə ayrılır: Birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlament 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olun-masını öz üzərinə götürmüş və tarixi Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmişdir.[23]

    Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək – cəmi 17 ay davam etmişdir. Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.[23] Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.[23] Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.[23]

    Sovet İttifaqının tərkibində
    Əsas məqalə: Azərbaycan Sovet Sosialist Respublikası

    1942-ci ildə Biləcəri Dəmiryol Stansiyasından cəbhəyə yollanan batalyon
    1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müstəqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ci ildə tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları daxil olmuş Zaqafqaziya Demokratik Federativ Respublikası təşkil edildi.[27] 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı.[23] 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu.[23] Azərbaycanda müstəqil hakimiyyət məhrum edildikdən sonra ölkənin sərvətlərinin talan olunmasına başlandı.[23] Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu.[23] Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik Vladimir Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı.[23] Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda “Bakını almaq bizə olduqca və olduqca zəruridir” deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş Lenin öz arzusuna çatdı.[23] Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.[23]

    Azərbaycan Yazıçılar Birliyi binasında repressiyaya uğramış Azərbaycan yazıçılarına həsr edilmiş memorial lövhə
    1920-ci il aprelin 28-dən başlayaraq Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində 100 minə yaxın günahsız azərbaycanlı öz siyasi əqidəsinə, fəaliyyətinə, başqa cür düşündüyünə və ayrı səbəblərə görə repressiyalara məruz qalmışdır.[28] Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı.[23] Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli və başqaları kimi onlarla mütəfəkkirlərini və nadir ziyalılarını itirdi.[23][29]

    Azərbaycan İkinci dünya müharibəsində böyük dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Üçüncü Reyx Bakı neftini ələ keçirməklə Şərqə – İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Adolf Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı.[30][31] Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü.[32] İkinci Dünya müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insan səfərbər edilərək ordu sıralarına yola düşmüş, onların 300 mindən çoxu döyüşlərdə həlak olmuşdur.[32] Müharibənin hələ ilk günlərində respublikada 4 mindən çox oğlan və qız könüllü surətdə cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etmişdi.[33] 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı.[33] Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.[33] Müharibədə hətta azərbaycanlılardan ibarət diviziyalar təşkil olunmuşdu.[33] 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və digər milli diviziyalar Simferopolda, Odessada və digər şəhərlərdə vuruşmuşlar.[33] 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində igidlik göstərmişdi.[33] 416-cı diviziya Qafqazdan Berlinədək qəhrəmanlıq yolu keçmişdi.[33] İkinci Dünya müharibəsi zamanı göstərdikləri igidliyə görə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.[32].

    1948-1953-cü illərdə azərbaycanlıları Ermənistan SSR-dən kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı.[23] Deportasiyalardan sonra, ermənilərin bu ərazidə sayca üstünlüyü təmin olundu.[23] Bir sıra obyektiv və subyektiv səbəblər üzündən 1960-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində – həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.[23] Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı.[23] Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.[23] 1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı.[23] 213 iri sənaye müəssisəsi işə salındı.[23] Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.[23]

    1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağ erməniləri ilə Azərbaycan Respublikası arasında Qarabağ müharibəsi baş verdi. Tərəflər arasında döyüşlər Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur.[34] Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra ermənilər Azərbaycandan çəkilmək qərarına gəlmiş və tanınmayan Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.

    Üçüncü Respublika dövrü
    Əsas məqalələr: Qara Yanvar, Qarabağ müharibəsi, və Xocalı soyqırımı

    Qarabağ müharibəsi zamanı Azərbaycan əsgərləri, 1992-ci il.
    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.[35] Qara Yanvar hadisələrinin əks-sədası bütün ölkəyə yayıldı və bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmiş, Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilmişdir.[23] Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkə öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir.[23]

    1991-ci il sentyabrın 8-də prezident seçkilərində Azərbaycanın prezidenti Ayaz Mütəllibov seçilmişdir.[36] Azərbaycan və Ermənistan arasında geniş miqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır.[37] 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı Xocalı soyqırımı baş vermişdir. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirmişdirlər və hazırda Azərbaycan torpaqlarının 20%-nə nəzarət edirlər.[38] 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.[39]

    1992-ci ildə iyunun 7-də prezident seçkilərində Azərbaycanın prezidenti Əbülfəz Elçibəy seçilmişdir.[36] Daxildə gedən proseslər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə maneçilik törətmişdir. Hakimiyyət mübarizəsi, hakimiyyətin güclə dəyişdirilməsi halları Azərbaycandakı daxili vəziyyəti çox gərginləşdirmişdi.[40] Xüsusən, 1993-cü ilin iyun ayında Azərbaycanda çox ağır bir vəziyyət yaranmış, respublikada vətəndaş müharibəsi baş vermiş, Azərbaycan parçalanmaq təhlükəsi qarşısında olmuşdur.[40] Bunun qarşısı alınmış, ancaq ondan sonrakı dövrdə də Azərbaycanın müstəqilliyini pozmaq cəhdləri davam etmiş və respublikada dövlət çevrilişinə iki dəfə cəhd göstərilmişdir.[40] 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.[23]

    1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı.[41] “Əsrin müqaviləsi” adı ilə tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu.[42] 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunmuşdur.[43]

    15 oktyabr 2003-cü ildə keçirilmiş prezident seçkilərində İlham Əliyev qalib gəlmişdir.[44] Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin müxtəlif sahələrində ASAN xidmət kimi iri miqyaslı proqram və layihələr reallaşdırılmışdır.[45][46] 2012-ci ildən başlayaraq ölkədə mətbuat azadlığı və insan haqlarının vəziyyəti xeyli pisləşmişdir.[47][48][49][50] 2011-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.[51]

    Hökumət və siyasət
    Əsas məqalə: Azərbaycanın dövlət quruluşu

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildən ölkəyə başçılıq edir.
    Azərbaycan prezidentli respublikadır və icraedici hakimiyyət prezidentə məxsusdur. Hakimiyyət baş nazirin və digər seçilmiş parlament üzvlərinin əlində cəmlənmişdir və Azərbaycan xalqına suverenlik hüququ verilir. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan prezidenti Kabinet başçısıdır və dövlət nazirlərini müəyyənləşdirir və ya işdən azad edir. 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında keçirilən referendumdan sonra prezident ümumi, bərabər, birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.[52]

    Azərbaycanın qanunverici orqanı Azərbaycan Respublikasının Milli Məclisidir və Milli Məclis Bakı şəhərində yerləşir. Parlament birpalatalıdır və 125 deputatdan ibarətdir. Milli Məclisdə əsas yerləri Yeni Azərbaycan Partiyası (YAP) və Vətəndaş Həmrəyliyi Partiyası (VHP) tutur. Yeni Azərbaycan Partiyası 1993-cü ildən seçkilərdə daim uğur qazanır.[53] Azərbaycan baş naziri hökumətin əsas başçısıdır və Milli Məclis tərəfindən üzvləri arasından müəyyənləşdirildikdən sonra prezident tərəfindən təyin olunur. Baş nazirin formal olaraq prezident tərəfindən təyin olunmasına baxmayaraq, Azərbaycan konstitusiyası aşkar şəkildə prezidentdən parlament tərəfindən seçilmiş şəxsi bu vəzifəyə təyin etməsini tələb edir.[54]

    Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur.[55]

    Xarici siyasət və ordu
    Əsas məqalələr: Azərbaycanın xarici siyasəti və Azərbaycan Silahlı Qüvvələri

    Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Moskvada İkinci Dünya müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunan paradda
    Azərbaycan Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. Azərbaycan dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalamışdır.[56]

    Azərbaycanın Ermənistan ilə Qarabağ münaqişəsi üzərində torpaq mübahisəsi, Azərbaycanın həmçinin Ermənistan ilə XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi məsələsinə görə davam edən konflikti var.[57] Xəzər dənizinin bölünmə prinsipinin razılaşdırılmaması olmadığından, Azərbaycanın İran və Türkmənistanla su sərhəd problemi var.[58][59] Bununla belə Azərbaycanla Türkmənistan Kəpəz yatağına görə mübahisə edir.[60] Hazırda Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.[61]

    2017-ci ildə ABŞ-ın “Global Firepower” araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur.[62] 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan sülhməramlı qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar.[63] 2011-2015-ci illərdə Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı idi.[64]

    2005-ci ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir.[65] Azərbaycanda istehsal olunan silahlar və hərbi məhsullardan “İstiqlal” və “Yalquzaq” snayper tüfənglərini, “Qaya” qumbaraatanı, Gürzə patrul maşını, Xəzri avtomatı və “Zərbə” PUA-nı qeyd etmək olar.[66][67]

    İnzibati bölgü
    Əsas məqalələr: Azərbaycanın inzibati bölgüsü, Azərbaycan rayonlarının siyahısı, və Azərbaycan şəhərlərinin siyahısı
    Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.[68] Hər bir inzibati vahid seçilmiş icra hakimiyyəti, qanunverici orqan və inzibati bürokratiya tərəfindən nəzarət olunur.

    Coğrafiya
    Əsas məqalələr: Azərbaycan coğrafiyası və Azərbaycan təbiəti

    Bazardüzü zirvəsi — Azərbaycan Respublikasının ən hündür nöqtəsidir.
    Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² təşkil edir. Ölkə 39° 24′, 41° 54′ şimal en dairələri arasında və 44° 46′, 50° 45′ şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3489 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km, Türkiyə ilə 13 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1027 km həmsərhəddir. Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərbi sahilində yerləşir. Azərbaycanın 11,5%-i meşəlik, 1,6%-i su hövzələrindən və 50,0%-i becərilən torpaqlardan ibarətdir. Ölkənin ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır.

    Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir.[73] Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelağında yerləşən vulkanların 100-dən artığı Qobustandadır.[74] 2007-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.[75] Odlu qövsdəki mövqeyinə görə Azərbaycan zəlzələlərə meyilli ölkədir.[76]

    Şahdağ

    Böyük Zirə

    Beşbarmaq səddi 

    Əshabi-Kəhf mağarası

    Qoturdağ palçıq vulkanı 

    İqlim
    Əsas məqalə: Azərbaycanın iqlimi
    Azərbaycanda hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir.[77] Respublikanın şimalında yerləşən və şimal-qərbdən cənub-şərqə uzanan Böyük Qafqaz dağları ölkə ərazisinin böyük hissəsini şimaldan gələn soyuq hava kütlələrinin birbaşa təsirindən qoruyur.[78] Bunun da nəticəsində respublikanın əksər düzənlik və dağətəyi ərazilərində subtropik iqlim formalaşır.[78] Ölkənin düzənlik və dağətəyi əraziləri günəş işığının bolluğu ilə fərqlənir.[78] Azərbaycan ərazisində iqlimin formalaşmasına arktik (Kara və Skandinaviya antisiklonları), mülayim enliklərin soyuq kontinental (Sibir antisiklonu) və dəniz (Azor maksimumu), tropik enliklərin isti hava kütlələri (subtropik antisiklon və cənub siklonları), Mərkəzi Asiya üzərində yaranan antisiklon, həmçinin yerli atmosfer prosesləri təsir göstərir.[78]

    Azərbaycanın orta qış temperaturu 4 °C, orta yay temperaturu 26 °C təşkil edir.[79] Azərbaycanda ən yüksək temperatur 6 iyul 2000-ci ildə Naxçıvan Muxtar Respublikasında qeydə alınmışdır: 46 °C.[80]

    Biomüxtəliflilik
    Əsas məqalələr: Azərbaycan florası, Azərbaycan faunası, və Azərbaycanın daxili suları

    Qarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir.
    Azərbaycanda 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.[81] Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3%-ini, o cümlədən milli parklar 3,7%-ini təşkil edir.[81]

    Azərbaycan təbiətində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü qeydə alınmışdır.[82] Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir.[82] Azərbaycan Respublikasının “Qırmızı kitab”ına 108 növ heyvanın adı daxil edilmişdir.[82] Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.[82] Respublikanın şirin sularında və Xəzər dənizində 30 növ balıq ovlanır.[82] Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur.[82] Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir).[82]

    Azərbaycanın ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır.[83] Azərbaycanda rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.[83] Azərbaycanda üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir.[83] Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigəvər, şümşad və s. göstərmək olar.[83] Respublikada 240 endemik bitki növü mövcuddur.[83]

    Hidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir.[84] Ölkənin hidroqrafik şəbəkəsinin əsasını çaylar təşkil edir.[84] Respublikanın ərazisindən müxtəlif uzunluqda 8359 çay axır.[84] Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır.[84] Uzunluqları 100 km-dən çox olan 24 çay vardır.[84] Respublikanın ərazisindən axan ən böyük çaylar: Kür, Araz, Qanıxçay, Qabırrı, Samurçay, Tərtərçay, Türyançay, Ağstafaçay, Həkəri, Bərgüşad, Sumqayıtçay, Viləşçay və s.[84]

    İqtisadiyyat
    Əsas məqalə: Azərbaycan iqtisadiyyatı
    İqtisadiyyat tarixi

    Bakı-Tbilisi-Ərzurum Boru Xəttinin xəritəsi
    Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır.[85] Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.[85] 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” ilə başlamış Azərbaycanda sərmayə qoyuluşu, xüsusilə enerji sektoruna xarici sərmayə investisiyaları uğurlu şəkildə inkişaf edir.[41] 2003-cü ildən etibarən isə digər sektorlara istiqamətləndirilmiş yerli və xarici investisiyanın təşviqi məqsədi ilə inkişaf proqramları həyata keçirilməyə başlandı.[86] Azərbaycan 2010-cu ildə istehsal etdiyi 51,509 milyon ABŞ dolları həcmində ÜDM-i ilə dünyanın 188 ölkəsi arasında 71-ci sırada yer almışdır.[87]

    2010-cu illərdə Azərbaycan orta gəlirli ölkəyə çevrilsə də, ölkədə qeyri-sabitlik, əməkçi qüvvəsindən kifayət qədər istifadə olunmaması və məhsuldarlığın aşağı səviyyəsi davam edir.[88] Hazırda Azərbaycanda yoxsulluq və korrupsiya ölkənin inkişafını kölgələşdirməyə davam edir.[44] 2016-cı ildə ÜDM-in təxminən 45 faizini təşkil edən enerji daşıyıcılarından əldə olunmuş gəlirlərin aşağı düşməsi nəticəsində, büdcə daxilolmaları, Azərbaycan manatının məzənnəsi, xarici valyuta ehtiyatları və ödəniş balansı zərbəyə məruz qalıb.[89] Həmin ilin sonunda Azərbaycan iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsini hazırlayıb.[90] Proqramın əsas hədəfi qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadiyatı şaxələndirməkdir.[89]

    Azərbaycan Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının üzvüdür.[13] Azərbaycanın ən tanınmış şirkətlərinə SOCAR, Azərbaycan Hava Yolları, Azərenerji, Azərsu, Azpetrol, Akkord, Azercell, Bakcell, Nar Mobile, Palmali Group və Azərsun Holding aiddir.[91][92]

    İxracat
    Hazırda Azərbaycan xam neft, təbii qaz və neft məhsulları ixrac edən ölkədir.[93] 2015-ci ildə ölkədə ixracın həcmi 46,1 milyon neft ekvivalenti tonu təşkil etmiş, bunun 78,4 faizi xam neftin, 16,5 faizi təbii qazın, 5,0 faizi neft məhsullarının, 0,1 faizi isə elektrik enerjisinin payına düşmüşdür.[93] Təzə ət (mal, toyuq və qoyun əti) Azərbaycanda ən çox istehsal edilən heyvandarlıq məhsulları olmaqla, dəyər ifadəsində həcminə görə ikinci yerdədir.[94] Bununla belə, bu məhsul yerli bazarın tələbatını ödəmir və onun ixracı aşağı səviyyədədir.[94] Ölkədən, əsasən, emal edilmiş və konservləşdirilmiş ət məhsulu ixrac edilir.[94]

    ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin hər il yayınladığı “The World Factbook” nəşrinin hesabatlarına əsaslanaraq, 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır.[87]

    İdxalat
    Azərbaycanın idxal etdiyi əsas mallar maşın, avadanlıqlar və onların hissələri, mexanizm və elektrik aparatlarıdır.[95] İdxalda əsas yerlərdən birini qara metallar və onlardan hazırlanan məmulatlar tutur.[95] Rusiya Azərbaycana ən çox mal idxal edən ölkədir.[95] Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Rusiya Azərbaycanın idxal etdiyi əsas 10 məhsul üzrə aparıcı ixracatçı olub, Azərbaycanda bu məhsullara tələbatın 37 faizini ödəyir.[94] O cümlədən Azərbaycan siqaretin yarıdan çoxunu, bərk buğda və meslinin (buğda və çovdarın qarışığı) 50 faizindən çox hissəsini Rusiyadan idxal edir.[94] Ölkənin idxal etdiyi 10 əsas məhsula olan tələbatının 7 faizini isə, əsasən, regionun digər ölkələri ödəyir.[95] İdxalda əsas ölkələr siyahısında ikinci yeri Türkiyə tutub və ordan Azərbaycana 2015-ci ildə 1 milyard 171 milyon 385,43 min dollarlıq (ümumi idxalda payı 12,70%) mal idxal olunub. Ümumi idxalda 9,19%-lik paya malik olan ABŞ-dan ötən il Azərbaycana 847 milyon 389,38 min dollarlıq mal göndərilib.[95] Azərbaycanda süd emalı müəssisələrinin sayının azlığı ilə yanaşı, sənaye tələbatı üçün təbii süd xammalı istehsalının həcmi də lazımi səviyyədə olmadığına görə, ölkəyə böyük miqdarda süd məhsulları idxal edilir.[94]

    Turizm
    Əsas məqalə: Azərbaycanda turizm

    Şahdağ Turizm Mərkəzi
    2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 1 milyard 437,3 milyon dollar, yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub.[96] Ümumiyyətlə, turizm və səyahət sənayesinin məşğulluğa tam təsiri 2016-cı ildə 609 min iş yeri, yaxud əhalinin ümumi məşğulluğunun 13,2 faizi qədər təşkil edib.[96]

    Azərbaycandan YUNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısına Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər və Qobustan dövlət tarixi-bədii qoruğu daxil edilib.[97] Azərbaycanın populyar turist məkanlarından Bakı bulvarı, Fəvvarələr meydanı, Atəşgah, Yanardağ, Şəki xan sarayı, Möminə Xatun türbəsi, Heydər Əliyev Mərkəzi, həm də ölkənin ən böyük xizək kurortu olan Şahdağ Turizm Mərkəzini qeyd etmək olar.[98][99][100]

    Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən Turizm Şurası yaradılıb.[101] Şura turizm sahəsinin inkişafı ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər dövlət qurumları arasında koordinasiya funksiyasını yerinə yetirir.[101] 2016-cı ildən xarici turistlərin Azərbaycanda daha çox alış-veriş etmələrinə müsbət təsir edən “Tax free” sistemi tətbiq olunur.

    Elm və texnologiya
    Əsas məqalələr: Azərbaycanda telekommunikasiya, Azərbaycan Milli Aerokosmik Agentliyi, və Azərbaycan ixtiraları və kəşfləri

    Şamaxı Astrofizika Rəsədxanası
    21-ci əsrdə Azərbaycanda neft və qaz “bumu”, ölkədə elm və texnologiya sahələrində vəziyyəti yaxşılaşdırmasına kömək etdi və Azərbaycan hökuməti modernləşdirilmə və innovasiya yönəlmiş kampaniyaya başladı. 2017-ci ildə Azərbaycan yeni iqtisadi modelə keçməklə, iqtisadiyyatını ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirmək strategiyasına başlayıb.[102]

    Azərbaycanda internet 1993-cü ildən inkişaf etməyə başlamışdır.[103] İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmış, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılmışdır.[103] 1993-cü ildən yüksək səviyyəli milli .az domeninin inzibatçılığı həyata keçirilir.[103]

    Azərbaycanda radio yayımına ilk dəfə 1926-cı il noyabrın 6-da, televiziya yayımına isə 1956-cı ilin fevral ayının 14-də başlanılıb.[104] Hazırda ölkədə əhali yaşayan ərazilərin 99.6%-i 10–12 TV proqramdan ibarət açıq paketli rəqəmli TV yayımla əhatə edilib.[104] Bundan başqa, Gəncə, Quba və Lənkəran rayonlarında və ətraf ərazilərdə ödənişli əsaslarla çoxproqramlı rəqəmli TV yayım xidməti də göstərilir.[104]

    Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulmuşdur.[105] Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir.[105] 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılmışdır.[105] 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən Azərbaycanda ilk telefon xətti çəkilmişdir.[106] Hazırda Azərbaycanda üç GSM operatoru fəaliyyət göstərir: Azercell, Bakcell və Nar Mobile (Azerfon).[107]

    Azərbaycan Milli Aerokosmik Agentliyi (MAKA) Azərbaycanın kosmik agentliyidir. Agentlik kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahələrin elm və istehsal potensialından respublikanın xalq təsərrüfatı və təhlükəsizliyi naminə istifadə edilməsi sahəsində milli siyasəti həyata keçirir.[108] Agentlik 2013-cü il 8 fevral gecəsi kosmosa Azerspace-1 adlı ilk süni peykini buraxıb.[109] Fransa Qvianasında Kuru kosmodromundan reallaşdırılan ucuş gecə saat 01.36 və 02.20 arasında baş verib.[110] Telekommunikasiya peyki olan Azerspace-1 səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə olunur.[111]

    İnfrasruktur
    Nəqliyyat
    Əsas məqalə: Azərbaycanda nəqliyyat

    İçərişəhər metrostansiyasının gecə görünüşü
    Azərbaycan 1997-ci ildən Avropada yol hərəkətinin ümumi qaydalarını və təhlükəsizlik normalarını müəyyən edən Beynəlxalq Vyana Konvensiyasına qoşulub. Azərbaycanda avtomobil yolları ölkədə mövcud olan bütün yol şəbəkəsini əhatə edir.[112] 2015-ci ilin məlumatına əsasən, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 19 002 kilometr təşkil edir, onun 4 645 kilometri respublika əhəmiyyətli, 14 357 kilometri yerli əhəmiyyətlidir.[112] Bu yollarda ümumi sayı 1463-ə yaxın 50 652 poqon metr uzunluğunda körpülər var.[112] Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tərkibində müvafiq olaraq “Avtonəqliyyatservis” və “Yolnəqliyyatservis” departamentləri yaradılıb.[112]

    Azərbaycanda xidmət göstərən 7 beynəlxalq hava limanı var.[13][112] Onlardan ən böyüyü Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir və şəhərlə əlaqəsi 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə təmin edilir.[112] AZAL və onun struktur bölməsinə aid olan Buta Airways milli bayraq daşıyıcısının qeydiyyat limanıdır.[112] Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər hava limanları Gəncə, Lənkəran, Naxçıvan, Qəbələ və Zaqatala şəhərlərində yerləşir.[112]

    1878-ci ildə Azərbaycanda ilk dəmir yolunun çəkilişinə başlanılıb və 1880-ci ilin 20 yanvar tarixində Azərbaycan Dövlət Dəmir Yolu yaradılıb.[112] Hazırda Azərbaycan dəmir yolları Bakıdan Tümen, Rostov, Xarkov, Kiyev, Sankt-Peterburq, Moskva, Mahaçqala kimi istiqamətlərə gediş-gəliş həyata keçirir.[112] 2017-ci il oktyabrın 28-də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi keçirilib.[113]

    1967-ci il noyabrın 6-da istismara verilmiş Bakı metropoliteni Azərbaycanda yeraltı dəmiryol xətlərini birləşdirən ictimai şəhər sərnişin nəqliyyatı sistemidir.[112] Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var.[112]

    Enerji
    Əsas məqalələr: Azərbaycanda enerji və Azərbaycanda neft sənayesi

    XIX əsrin sonunda Bakıda Qara Şəhər.
    Azərbaycanda neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi.[114] Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər.[114] Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.[114]

    Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir.[87] Azərbaycan 849,5 milyard m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.[87] 2015-ci ildə ölkədə ümumi istehsal həcmi 69,8 milyon neft ekvivalenti tonu olan enerji məhsullarının 87,5 faizini ilkin enerji məhsulları, 9,2 faizini neft emalı məhsulları, 3,3 faizini istilik və elektrik enerjisi təşkil etmişdir.[93] Transformasiya sektorunun proseslərində elektrik və istilik enerjisinin istehsalına sərf olunan yanacaq öz əksini tapmış və onun 92,9 faizini təbii qaz, 7,0 faizini mazut və 0,1 faizini isə dizel yanacağları təşkil etmişdir.[93] Son istehlakın 37,7 faizi ev təsərrüfatlarının, 26,6 faizi nəqliyyatın, 23,1 faizi sənaye və tikintinin, 12,6 faizi isə iqtisadiyyatinin digər sahələrinin payına düşür.[93] Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 1 fevral 2013-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.[115] 2017-ci ildə Bakıda Azəri-Çıraq-Günəşli blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilə imzalanmışdır.[116]

    Demoqrafiya
    Əsas məqalələr: Azərbaycan əhalisi və Azərbaycanlılar

    Azərbaycanın etnik azlıqlarından biri olan molokanlar.
    2017-ci ilin əvvəlində Azərbaycan Respublikasının əhalisinin sayı 9,810,000 olmuşdur.[117] Əhalinin 53%-i şəhər, 47%-i kənd yerlərində yaşayır.[117] Əhalinin 49,9%-i kişilərdən, 50,1%-i faizi isə qadınlardan ibarətdir.[117] Azərbaycan əhalisinin 90,6%-i azərbaycanlıdır.[1]

    Azərbaycanda milli azlıqlar ölkə əhalisinin 9,4%-ni təşkil edir.[1] Yerli xalqlardan ən çox üstünlük təşkil edənlər ləzgilər, ermənilər, ruslar və talışlar, eləcə də avarlar kimi kiçik etnik qruplardır.[117] Azərbaycanın böyük hissəsi ölkəni multikultural dövlət kimi görür.[118]

    1994-cü ilin fevralında Azərbaycanın prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinə səfəri zamanı Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə etmək üçün “Bir millət, iki dövlət” konsepsiyasını yaratmışdır.[119] 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir.[1] Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının Qanun qarşısında bərabər olduğunu təsdiq edir.[1] 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasının Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır.[1] 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalamışdır.[120]

    Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunmuşlar.[1] Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur.[1] Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışır.[1] Milli azlıqların nümayəndələri Milli Məclisin bəzi daimi komissiyalarının sədri və ya sədr müavini vəzifəsində çalışır.[1]

    Milli azlıq[1] Sayı[1] Dili[1] Sıx yaşadığı ərazi[1]
    Ləzgilər 178000 Qafqazın Nax-Dağıstan dillərinə aid olan ləzgi dili, həmçinin Azərbaycan və rus dilləri Azərbaycanın şimal bölgələri
    Ruslar
    Molokanlar
    141700 Hind-Avropa dillərinin Slavyan dilləri qoluna aid olan rus dili, eləcə də Azərbaycan dili Sənaye şəhərlərində, eləcə də bir neçə kənd təsərrüfatı bölgələri
    Ermənilər 120700 Hind-Avropa dillərinin erməni qoluna aid olan erməni dili, eləcə də Azərbaycan dili Dağlıq Qarabağ, Bakı
    Talışlar 76800 Hind-Avropa dillərinin ailəsinin Hind-İran dilləri qoluna aid olan talış dili, eləcə də Azərbaycan dili Azərbaycanın cənub bölgələri
    Avarlar 50900 Qafqazın Nax-Dağıstan dillərinə aid olan avar dili, eləcə də Azərbaycan dili Azərbaycanın şimal bölgələri
    Axısqa türkləri / Mesxeti türkləri 43400 Türk dillərinin oğuz qoluna aid olan türk (Anadolu türkcəsi) və Azərbaycan (Azərbaycan türkcəsi) dilləri Azərbaycanın şimal və aran bölgələr
    Tatarlar 30000 Türk dillərinin qıpçaq qoluna aid olan tatar dili, eləcə də Azərbaycan və rus dili Azərbaycanın şəhərləri, əsasən Bakı
    Ukraynalılar 29000 Hind-Avropa dilərinin Slavyan dilləri qoluna aid olan ukrayın dili, eləcə də Azərbaycan və rus dilləri Bakı
    Saxurlar 15900 Qafqazın Nax-Dağıstan dillərinə aid olan saxur dili, eləcə də Azərbaycan dili Zaqatala rayonu
    Gürcülər (İngiloylar) 14900 Qafqazın Kartvel dillərinə aid olan gürcü dili, eləcə də Azərbaycan dili Qax rayonu
    Kürdlər 13100 Hind-Avropa dillərinin Hind-İran dilləri qoluna aid olan kürd dili, eləcə də (hazırda əsasən) Azərbaycan dili Ermənistanla silahlı münaqişədən əvvəl Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarında sıx yaşamışdırlar. Bu ərazilərin işğalı nəticəsində başqa rayonlara məcburi olaraq köçürülmüşlər.
    Tatlar 10900 Hind-Avropa dillərinin Hind-İran dilləri qoluna aid olan tat dili, eləcə də Azərbaycan dili Azərbaycanın şimal bölgələri
    Yəhudilər:
    Dağ yəhudiləri
    Avropa (Əşkinazi) yəhudiləri
    Gürcü yəhudiləri
    8900 Afro-Asiya dillərinin Semit (Sami) dilləri qoluna daxil olan yəhudi dili, eləcə də Azərbaycan dili
    Tat dilinin xüsusi dialekti sayılan Dağ yəhudiləri (Cuhuri) dili, eləcə də Azərbaycan dili
    Quba rayonu (Qırmızı Qəsəbə) və Bakı şəhəri
    Udilər 4100 Qafqazın Nax-Dağıstan dillərinə aid olan udi dili, eləcə də Azərbaycan dili Azərbaycanın şimal bölgələri; xüsusilə Qəbələ rayonu (Nic kəndi) və Oğuz şəhəri
    Demoqrafik quruluşdakı dəyişikliklər bir neçə sosial nəticəyə səbəb olmuşdur.[121] Xüsusən 1991-ci ildən başlayaraq ölkədə miqrasiya saldosu mənfi xarakter daşımışdır, əhali əsasən “qastarbayter” kimi Rusiyaya emiqrasiya etmişdir.[121] Hazırda Azərbaycanda əsasən daxili miqrasiya mövcuddur.[121] Belə ki, son dövrlərdə əhalinin intensiv olaraq Bakı şəhərində, onun ətrafında və Abşeron yarımadasının digər məntəqələrində cəmlənməsi davam edir.[121] 2000-ci illərdə Azərbaycanda neft hasilatının və ixracatının sıçrayışla artması nəticəsində ölkənin milli gəliri dəfələrlə artmış, buna uyğun olaraq əhalinin gəlirləri də xeyli dərəcədə yüksəlmişdir[122].

    BMT İnkişaf Proqramının (UNDP) hər il nəşr etdiyi “İnsan İnkişafı Hesabatı” çərçivəsində tərtib edilən İnsan İnkişafı İndeksinintəhlili göstərir ki, Azərbaycan 2011-ci ildə İnsan İnkişafı İndeksinə görə 187 ölkə arasında 91-ci, Həyat Keyfiyyəti İndeksi ilə 111 ölkə arasında 86-cı yerdədir.[87] 2016-cı ildə “Mercer Human Resource Consulting” beynəlxalq konsaltinq şirkətinin araşdırmasında, nəticəsində məlum olub ki, bahalılığına görə, 214 şəhər arasında Bakı 172-ci yerdədir.[123] 2012-ci ildən fəaliyyət göstərən ASAN xidmət mərkəzləri — dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir.[124]

    b•m•r
    Ən böyük şəhərlər (Azərbaycan)
    2017-ci ilin siyahıyaalınması
    Yer Ad Rayon Əha. Yer Ad Rayon Əha.
    Bakı
    Bakı
    Sumqayıt
    Sumqayıt 1 Bakı Bakı şəhəri 2.245.800 11 Xankəndi Xankəndi şəhəri 55.700 Gəncə
    Gəncə
    Mingəçevir
    Mingəçevir
    2 Sumqayıt Sumqayıt şəhəri 339.000 12 Cəlilabad Cəlilabad rayonu 45.900
    3 Gəncə Gəncə şəhəri 331.400 13 Şəmkir Şəmkir rayonu 42.300
    4 Mingəçevir Mingəçevir şəhəri 103.200 14 Xaçmaz Xaçmaz rayonu 41.600
    5 Xırdalan Abşeron rayonu 98.100 15 Ağcabədi Ağcabədi rayonu 40.800
    6 Lənkəran Lənkəran şəhəri 87.800 16 Bərdə Bərdə rayonu 39.800
    7 Şirvan Şirvan şəhəri 85.000 17 Salyan Salyan rayonu 38.200
    8 Naxçıvan Naxçıvan şəhəri 81.800 18 Göyçay Göyçay rayonu 36.800
    9 Yevlax Yevlax şəhəri 68.400 19 İmişli İmişli rayonu 35.200
    10 Şəki Şəki şəhəri 67.400 20 Ağdaş Ağdaş rayonu 31.900
    Din
    Əsas məqalə: Azərbaycanda din

    Gəncədəki İmamzadə türbəsinin tavanı
    Azərbaycan konstitusiyasının 48-ci maddəsinə görə Azərbaycanda hər kəs istədiyi dinə etiqad etməkdə sərbəstdir.[125][126] 2015-ci ilin statistik təxminlərinə görə, Azərbaycanda yaşayan əhalinin 93.4%-i müsəlman, 3.1 %-i xristian, 3 % isə hər hansı bir dinə bağlı deyildir.[127] Yerdə qalan 0.5 %-ə isə digər dinin mənsubları aiddir.[127] Azərbaycanda 28-i qeyri-islam olmaqla 784 dini icma fəaliyyət göstərir.[128]

    Müsəlman əhalisinin 65 faizi şiə, 35 faizi isə sünnilərdir.[129] Xristianların böyük əksəriyyəti rus pravoslavlarıdır.[129] Xristianlar Bakı və bir sıra digər şəhərlərdə cəm halında yaşayırlar. Ölkənin 20000 nəfərlik yəhudi icmasının böyük hissəsi Bakıda yaşayır.[129] Qubada və başqa ərazilərdə də kiçik icmalar mövcuddur.[129]

    Şiələr, sünnilər, rus pravoslavları və yəhudilər ölkənin ənənəvi dini qrupları hesab olunurlar.[129] Lüteranların, roma katoliklərinin, baptistlərin, molokanların, yeddinci günün adventistlərinin və bəhailərin kiçik icmaları ölkədə yüz ildən artıqdır ki mövcuddur.[129] 1991-ci ildə Azərbaycan müstəqillik əldə edildikdən bəri “vəhhabi” və sələfi müsəlmanlar, əllincilər və digər yevangelist xristianlar, o cümlədən Yehovanın Şahidləri və Hari Krişna kimi hökumətin əcnəbi və ya “qeyri-ənənəvi” icma kimi hesab etdiyi dini qruplar yaranmışdır.[129]

    Dil
    Əsas məqalə: Azərbaycan dili
    Azərbaycan Respublikasının rəsmi dövlət dili — Azərbaycan dilidir.[130] Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qoluna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.[130] Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.[130]

    Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.[130] Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var.[130] Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.[130] Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir.[130]

    Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.[130] Dövlət və özəl məktəblərdə dərslər azərbaycan dilində keçirilir, eləcə də, ingilis və rus dili tədris olunur.[131]

    Təhsil
    Əsas məqalə: Azərbaycanda təhsil

    Azərbaycan Milli Kitabxanasının Foyesi
    Azərbaycanda ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır.[132] Ölkədə 4481 ümumtəhsil məktəbi, 107 peşə ixtisas təhsili müəssisələri, 61 orta ixtisas məktəbi və 53 ali məktəbi fəaliyyət göstərir.[133][134] Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 99,8 faizdir.[135]

    Azərbaycanın ən məşhur universitetləri Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti və ADA Universitetidir.[136] BMT-nin hazırladığı “İnsan inkişafı hesabatı 2014”-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub.[135]

    Səhiyyə
    Əsas məqalə: Azərbaycanda səhiyyə
    2005-ci ildə AMEA Əlyazmalar İnstitutunda saxlanılan Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmalarından üçü — İbn Sinanın “Tibb elminin qanunu” əsəri (II cild), Rüstəm Curcaninin “Nizamşahın ehtiyatları” əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin “Əl-Məqalə əs-Sələsun” əsəri Azərbaycanda YUNESCO-un Dünya Sənəd İrsi “Dünyanın yaddaşı” siyahısına daxil edilib.[137]

    2016-cı ildə BMT rəsmisinin bildirməsinə görə, Azərbaycanda kişilərin orta ömrü 69.6, qadınlarda isə təqribən 76 ildir.[138] 2016-cı ilin əvvəlinə ölkədə 32,5 min həkim və 54,9 min orta tibb işçisi çalışdığı 559 xəstəxana, 1750 ambulator-poliklinika, 79 təcili tibbi yardım stansiyası (şöbəsi), 137 qadın məsləhətxanası, 250 uşaq poliklinika və ambulatoriyaları, 68 sanatoriya-istirahət müəssi-sələri fəaliyyət göstərmişdir.[139]

    Azərbaycanda sağlamlıq xidməti milli və yerli hökumətlər tərəfindən təmin edilir.[140] Ödənişli şəxsi tibbi xidmət də təklif olunur.[140] Sığortası olmayan şəxslər işə götürənlər vasitəsilə yerli hökumətlər tərəfindən idarə olunan milli sağlamlıq-sığorta proqramında iştirak edə bilərlər. Xəstələr istədikləri həkimi və ya sağlamlıq müəssisəsini seçməkdə sərbəstdirlər.[140]

    Mədəniyyət
    Əsas məqalə: Azərbaycan mədəniyyəti

    Azərbaycan milli geyimlərindən biri
    Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqlə Qərbi birləşdirən ərazidə yerləşməsi təsir edib. Azərbaycandan YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına muğam, aşıq sənəti, Novruz bayramı, xalça toxuculuğu ənənəvi sənəti, tar ifaçılıq sənəti, Qarabağ atı ilə oynanılan çovqan oyunu, kəlağayı, Lahıc misgərlik sənəti, lavaş bişirmə ənənəsi daxil edilib.[141]

    İncəsənət
    Əsas məqalələr: Azərbaycan incəsənəti, Azərbaycan xalçaları, və Azərbaycan milli geyimləri
    Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. VIII minilliyə təsadüf edir.[142] Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir.[142]

    XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi.[142] XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. “Molla Nəsrəddin” və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır.[143] “Molla Nəsrəddin” jurnalının rəssamı Əzim Əzimzadə dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır.[143] Müasir satirik qrafikanın inkişafı əsasən “Kirpi” jurnalının fəaliyyəti ilə bağlıdır.

    Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ – tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist – rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. Azərbaycan xalçaları 2010-cu ilin noyabr ayında UNESCO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına salınmışdır.[144][145]

    Azərbaycan mədəniyyəti ilə Avropa mədəniyyətinin qarşılıqlı təsiri əhəmiyyətli nəticələr doğurmuşdur. Bəhruz Kəngərli Əzim Əzimzadə ilə birlikdə Sovet Azərbaycanının təsviri sənətinin təməllərini atmışdır. XX əsrdə fəaliyyət göstərən məşhur Azərbaycan rəssamları Tahir Salahov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Vidadi Nərimanbəyov, Rasim Babayev, Qəzənfər Xalıqov və Toğrul Nərimanbəyov idi.[146]

    Ədəbiyyat
    Əsas məqalələr: Azərbaycan ədəbiyyatı və Azərbaycan folkloru

    Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində İmadəddin Nəsimi rəsmi
    Azərbaycan ədəbiyyatının ən qədim nümunələri Zərdüşt peyğəmbərə aid edilən “Avesta” kitabı və Kitabi-Dədə Qorqud dastanıdır. Orta əsrlər Azərbaycanda ədəbiyyatının inkişafında mühüm rolu İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Qazi Bürhanəddin, Məhəmməd Füzuli və Nizami Gəncəvi oynamışlar. Orta əsrlərin digər parlaq simalarından Molla Vəli Vidadini və Azərbaycan ədəbiyyatında realizmin əsasını qoyan Molla Pənah Vaqifi qeyd etmək olar. Həmin dövrdə Azərbaycan aşıq sənətinin mahir icraçılarına Aşıq Qurbani, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Valeh, Aşıq Ələsgər və s. aşıqları misal çəkmək olar.

    XIX əsrdə Azərbaycan ədəbiyyatı Qərb ədəbiyyatına inteqrasiya etməyə başlamışdır. Bu dövrdə Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə kimi şair və yazıçılar yetişdi. XIX əsrin ortalarında Mirzə Fətəli Axundzadə yazdığı 6 komediya (“Hekayəti Molla İbrahim-Xəlil Kimyagər”, “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat”, “Dərviş Məstəli Şah Cadükuni Məşhur”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Hekayəti Xırsi-Quldurbasan”, “Sərgüzəşti Mərdi-Xəsis” və “Mürafiə vəkillərinin hekayəti”) ilə Azərbaycan ədəbiyyatında yeni janrın — dramaturgiyanın əsasını qoyur. O, həmçinin Azərbaycan ədəbi tənqidinin əsasını qoymuş, “müsəlman dünyasının Molyeri” adlandırılmışdır.[147] 1896-cı ildə Nəcəf bəy Vəzirov ilk Azərbaycan tragediyası olan “Müsibəti-Fəxrəddin”i yazmışdır.[148] Nəriman Nərimanov ilk Azərbaycan tarixi tragediyası olan “Nadir şah”ın müəllifidir.[149] Səkinə Axundzadə Azərbaycan ədəbiyyatında ilk qadın dramatuqdur.[150] XX əsrin əvvəllərində Məhəmməd Hadi, həmçinin Hüseyn Cavid və Abbas Səhhət Azərbaycan ədəbiyyatında romantizmin əsası qoyur. Mirzə Ələkbər Sabir isə Şərqdə Sabir ədəbi məktəbinin əsasını qoyur.

    Sovet dövrü Azərbaycanının yazıçılarına Rəsul Rza, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Səməd Vurğun daxildir. Müasir dövr Azərbaycan yazıçıları arasında ən məşhurları kinodramaturq Rüstəm İbrahimbəyov və dedektiv romanların müəllifi Çingiz Abdullayevdir. Ən məşhur Azərbaycan şairlərinə isə Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Baba Pünhan misal göstərilə bilər.[151]

    Fəlsəfə
    Əsas məqalə: Azərbaycan fəlsəfəsi
    Azərbaycan fəlsəfəsi anlayışı tarixən Azərbaycanda və ölkə xaricində yaşayan müxtəlif dil, din və mədəniyyətlərin daşıyıcıları olan azərbaycanlıların fəlsəfəsinin təşəkkül və təkamülünü əhatə edir. Müasir elmi məlumatlara görə, Azərbaycanda fəlsəfi fikrin inkişafı dördüncü minilliyinə qədəm qoymuşdur. Bu ölkədə qədim dövrlərdən başlayaraq yüksək sivilizasiyaların bir-birini əvəz etməsi, müxtəlif dil, din, həyat tərzlərinin çulğaşması Azərbaycan etnosunun mənəvi mədəniyyətinin məhvəri olan fəlsəll fikir və dünyagörüşünün təşəkkül və təkamülü üçün münbit zəmin yatmışdır. Azərbaycanda fəlsəfi mədəniyyətin inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi, tarixən yüksək şəhər mədəniyyəti, daim müxtəlif dil və din daşıyıcıları olan regionlarla əlaqələrinin mövcudluğu mühüm rol oynamışdır. Bunların sayəsində artıq e.ə. I minilliyin birinci yarısında ölkənin ictimai şüurunda varlığın təkamülü, başlanğıcı və sonunun, insan və mühitin, maddi və qeyri-maddinin, rasional və irrasionalın münasibətlərinin, həqiqət, xeyir, şər və ədalətin çoxçalarlı əlaqələrinin dərkinə yönəlmiş fəlsəfi mülahizələr və onları ehtiva və təmsil edən mifologiya və dinIə bağlı, kökləri keçmiş minilliklərə gəlib çıxan müxtəlif ideoloji cərəyanlar olmuşdur. Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçiin keçmişin mühüm yazılı abidələri – Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsələri, orta əsr yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Fəlsəfi dünyagörüşünün təşəkkülü insanın təbiətə münasibətində fetiş, totem, ruh, ilahilər və s. bu kimi təzahür formaları ilə bağlı olmuşdur. Bu təsəvvür və təlimlər, müxtəlif kultlarda və mühitdən özünümüdafiəsinə yönəlmiş magiyada da əksini tapmışdır. Müasir elm e.ə. l minilliyin birici yarısında Azərbaycanda zərvanilik, maqlar (muğlar) təlimi və zərdüştilik fəlsəfəsinin geniş yayıldığını göstərir. Azərbaycan fəlsəfi fikrinin inkişafında VII-X əsrlər özünəməxsus mərhələ olmuşdur. Bu dövrdə artıq fəlsəfi fikrin təməl cərəyanları formalaşmış ölkədə fəlsəfonin sonrakı inkişafı xristian və islam mədəniyyətləri məcrasında davam etdirilmişdir. VII-VIII əsrlərdə ilahiyyat fəlsəfəsi inkişaf elməyə başlayır. İslamın fəlsəfi şərhi ilahiyyatçıların birbaşa vazifasinə çevrilir. Buna baxmayaraq, həmin vəzifənin icrası prosesində fikir ayrılıqları da olurdu. O dövrdə Azərbaycanda ortodoksal fəqihlərdon Əhməd ibn Harun Bərdici, Məkki ibn Əhmod Bərdəi, Musa ibn İmran Səlmasi və başqaları məşhur idilər. Rasionalizmi və azadfikırliliyi ilə səciyyələnən mötəzili cərəyanın Azərbaycanda görkəmli nümayəndələri isə IX əsrdə yaşamış məşhur alim və ilahiyyatçılar Cəfər Həmədani Bağdadi, Əbubəkr Məhəmməd ibn Ömər ibn Abdulla Bordəi, Əbusəid Əhməd Bərdəi, Bəhmənyar Azərbaycani və b. idi. XIII-XVIII əsrlərdə Azərbaycan fəlsəfi fiıkri üçün bütövlükdə idealizmlə panteizmin, irrasionalizmlə rasionalizmin, mövcud sosial quruluş və etik normaların qəbulu ilə onların tənqidi, orta əsrlərin mürəkkəb şəraitində azadfikirliliyin mövcudluğu səciyyəvi idi.[152]

    Musiqi
    Əsas məqalələr: Azərbaycan musiqisi və Azərbaycan rəqsləri

    2011-ci ildə Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi “Running Scared” adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya Mahnı Müsabiqəsinin tarixinə düşmüşdür.
    Azərbaycan musiqisi eklektik və çoxşaxəlidir. Azərbaycanın simli musiqi alətlərinə qopuz, çoğur, çəqanə, bərbət, çəng, rud, səntur, tar, kamança, qanun, saz, Şirvan tənburu, nəfəsli musiqi alətlərinə isə tulum, ney, zurna, balaban, tütək daxildir.[153] Azərbaycanın xalq musiqi janrları olan muğam, meyxana və Azərbaycan aşıq yaradıcılığı Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.[154]

    Azərbaycan Qərb klassik musiqisi ilə XX əsrdə tanış olmuşdur və bu Azərbaycan klassik musiqisi janrını formalaşmışdır. 1907-ci ildə “Leyli və Məcnun”u bəstələyən Üzeyir Hacıbəyov Azərbaycan opera sənətinin əsasını qoydu. Bu opera nəinki Azərbaycanda, həmçinin İslam aləmində yazılan ilk opera idi.[155] Azərbaycanda müasir professional balet sənətinin mənşəyi milli opera və operettanın inkişafı ilə əlaqədardır. Ölkədə həm də Azərbaycan cazı, Azərbaycan roku, Azərbaycan hip-hopu kimi müasir musiqi janrları daim inkişaf edir. Azərbaycan pop musiqisi isə 2011-ci ildə Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi “Running Scared” adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya Mahnı Müsabiqəsinin tarixinə düşmüşdür.[156]

    Kinematoqrafiya
    Əsas məqalələr: Azərbaycan kinematoqrafı və Azərbaycan televiziya kanallarının siyahısı

    Heydər Əliyev Mərkəzində “Arşın mal alan” filminin rəngli formatda premyerası
    Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır.[157] İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.[157] 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı.[157] Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdu.[157] Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.[157] Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır.[157] 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə özünün ildönümünü bayram etdiyi günlərdə kinematoqrafçılar onu lentə almış, “Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı sənədli film yaratmış və o, həmin ilin iyul ayında ekranlarda geniş nümayiş etdirilmişdir.[157]

    1950-ci illərinin ikinci yarısından sonra, xüsusilə 1960-cı illərin sonunda Azərbaycan kinosunda bir canlanma əmələ gəldi.[157] Bu illərdə kinostudiyada “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Uzaq sahillərdə”, “Bir qalanın sirri”, “Telefonçu qız”, “Yenilməz batalyon”, “Uşaqlığın son gecəsi”, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək” kimi sənət əsərləri yaradıldı.[157] 1970-1990-ci illəri Azərbaycan kinosunun intibah dövrü adlandırırlar.[157] Həmin dövrdə çəkilmiş bir sıra kino əsərlərində, o cümlədən “Sevil”, “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Ad günü”, “Babək”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Atları yəhərləyin”, “Yaramaz”, “Fəryad” filmlərində tarixi və müasir həyata müxtəlif baxışlar, insan amili, xarakterlərin təhlili, gənclərin formalaşması, mənəvi-əxlaqi problemlərin qaldırılması və s. məsələlər əsas yer tuturdu.[157]

    SSRİ dağıldığından sonra ilk dövrdə Azərbaycanda baş verən məlum hadisələr, hakimiyyət uğrunda gedən mübarizə, Qarabağ müharibəsi və s. Azərbaycan kinematoqrafını inkişafdan saxladı, hətta tənəzzülə uğratdı.[157] Ancaq 2000-ci illərin sonunda Azərbaycan kinematoqrafı özünü bərpa etməyə başladı, “Ovsunçu”, “Arxada qalmış gələcək”, “Qala”, “Sahə”, “Çölçü”, “Buta”, “Dolu”, “Nabat”, “Nar bağı” kimi filmlər bir sıra dünya kino festivallarında iştirak etmiş və mükafatlar qazanmışdır.[158][159][160] Onlardan bəziləri Amerika Kino Akademiyasının təsis etdiyi “Oskar” mükafatının “Ən yaxşı əcnəbi film” nominasiyasına namizədliyini irəli sürmüşdür və bir sıra beynəlxalq festivallarda uğur qazanmışdır.[161][162]

    Memarlıq
    Əsas məqalə: Azərbaycan memarlığı

    Azərbaycan memarı Əcəmi Naxçıvaninin əsas əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri olan Mömünə Xatun türbəsi.
    Azərbaycan memarlığı Şərq və Qərb elementlərindən ibarətdir.[163] X-XII yüzillikərdə Azərbaycanda müxtəlif memarlıq məktəbləri yaranmışdır.[164] Bunlar Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron memarlıq məktəbləridir. Bu memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi.[164] Mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapıb. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif Küseyir oğlu türbəsi və Möminə Xatun türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Naxçıvani yaradıcılığı təşkil edir.[164]

    Müasir Azərbaycanda Qız qalası və Şirvanşahlar Sarayı kimi bir çox qədim memarlıq xəzinələri indiyə kimi qorunub qalmışdır. Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə əlaqədar olub.[164] Fabrik, zavod, anbar binaları, liman, körpü, vağzal və s. tikililər Azərbaycanda sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb olmuşdur.[164]

    Qarabağ müharibəsi nəticəsində Qarabağ və ətraf ərazilərdə Azərbaycanın külli miqdarda memarlıq abidələri məhv edilmişdir.[165] Müstəqillik qazanandan sonra da, Azərbaycanın ən görkəmli yerlərində müasir memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən Heydər Əliyev Mərkəzi, Bakı Kristal Zalı kimi müasir binalar, Alov qüllələri, SOCAR Tower kimi göydələnlər tikilmişdir.[166]

    Mətbəx
    Əsas məqalə: Azərbaycan mətbəxi

    Dovğa
    Azərbaycan mətbəxi — təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir.[167] Azərbaycan mətbəxi – mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.[167] Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney Azərbaycanı, İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları Borçalı bölgəsində, Dağıstan ərazisində və onun ətrafında yaradılmışdır.

    İdman
    Əsas məqalə: Azərbaycanda idman

    200 metr məsafəyə qaçışda dünya və Avropa çempionu Ramil Quliyev
    Ənənəvi idman növü olan güləş Azərbaycanın milli idman növü hesab edilir.[168] Azərbaycanın digər ənəvi oyunlarına nərd, çövkən və zorxana daxildir.[168] Ölkədə döyüş sənətləri olan cüdo, karate və boks ilə məşğul olan xeyli insan var. 2015-ci ildə Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etmişdir.[169] 2017-ci ildə Bakı şəhərində 2017 İslam Həmrəyliyi Oyunları keçirilmişdir.[170] 1996-cı ildən Azərbaycan Olimpiya Oyunlarında təmsil olunur və indiyə kimi 7 qızıl, 25 gümüş və 43 bürünc medalı qazanmışdır.[171]

    Azərbaycan dünyada şahmat ölkələrindən biri kimi tanınır.[172] Ölkənin kişilər üzrə şahmat yığması üç dəfə Avropa çempionu, qadın yığması isə Avropa çempionatının bürünc medalçısıdır.[173][174] 2016-cı ildə Bakıda 42-ci Şahmat Olimpiadası keçirilib.[175]

    Voleybol hazırda ölkədə ən məşhur idman növlərindən biridir. Azərbaycanın Azərreyl və Lokomotiv Bakı Avropa Qadınlar CEV Çağırış Kubokunun qalibi olmuşlar.[176][177] Ölkədə digər populyar idman növlərindən futzal, gimnastika və cüdonu qeyd etmək olar.[178]

    1992-ci ildə Azərbaycan Premyer Liqasının qurulmasından sonra futbol daha populyarlıq əldə etmişdir.[179] Azərbaycandan UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında “Qarabağ”, “Qəbələ” və “Neftçi” isə Avropa Liqasının qrup mərhələsində dəfələrlə iştirak edib.[180][181] 2019-cu ildə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.[182] 2020-ci ildə Bakıda UEFA Avro 2020-nın qrup mərhələsi və 1/4 finalına ev sahibliyi edəcək.[183]

    2000-ci ildən sonra Azərbaycanda Baku Cup, Futbol üzrə 17 yaşadək Avropa Çempionatı 2016, FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012, 2010 Güləş üzrə Avropa Çempionatı, Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, 2018 Cüdo üzrə Dünya Çempionatı kimi beynəlxalq idman yarışları keçirilib.[184][185] Hal-hazırda ölkədə Tour d’Azerbaidjan velosiped yarışları və Formula-1 çempionatının Azərbaycan Qran Prisi keçirilir.[186]

  • Əzizə Türkan ƏHMƏDOVA.”UŞAQLARA MƏHƏBBƏTLƏ”

    Uşaq ədəbiyyatının dünya miqyasındakı əhəmiyyətindən danışmaq həmişə nəinki lazımdır, həm də zəruridir. Yetişən gənc nəslin – uşaqların təfəkkürünün dərinliyi, dünyagörüşünün formalaşması, balaca balaların milliliyi və geniş eridusiyası bu sahədə çalışan yazıçıların sanbalından və qələminin zənginliyindən çox asılıdır.
    Dağıstanın görkəmli şairi Rəsul Həmzətovun vaxtilə eşitdiyim bir çıxışı həmişə yadımdadır. O demişdi: ”Biz gəzməyə çıxanda uşaqları çiynimizə qaldırırıq ki, onlar bizdən uzaqları görsünlər”.
    Şairin bu hikmətli fikri uşaq ədəbiyyatının qarşısında duran başlıca vəzifəni yerinə yetirmək – uşağa çox, bacardıqca çox bilik, mə’lumat, bilgi vermək zəruriyyətindən doğur.
    Müasir dünyada sosial vəziyyəti həqiqətən ağır olan baxımsız uşaqlar hələ də az deyil. Dövlətlərin vəzifəsi bu vacib problemi diqqət mərkəzində saxlamaq, ona lazımi qayğını göstərməkdir.
    Ölkəmizdə uşaq ədəbiyyatının inkişaf problemi ilə bağlı gözəl bir ən’ənə mövcuddur, sözsüz ki, sabah da mövcud olacaq. Bu baxımdan ”Ilin ən yaxşı kitabı”, ”Vətən”, ”Qızıl qələm”, ”Araz”, ”Tofiq Mahmud” ali ədəbi mükafatlarının laureatı, filologiya elmləri namizədi, tanınmış şair, ədəbiyyatşünas Rafiq Yusifoğlunun ”Uşaq ədəbiyyatı” (”Təhsil” nəşriyyatı, 2002) kitabının əhəmiyyəti böyükdür. Kitab hər cəhətdən – həm sosial, ictimai, həm də estetik cəhətdən kamildir, diqqəti cəlb edir.
    Rafiq Yusifoğlu – bu sakit, mülayim, mədəni insan, həm də uşaqların sevimli şairidir. Müəllifin neçə-neçə şe’rlər kitabı məktəblilərin sevə-sevə oxuduqları kitablardandır. Onun, həqiqətən dəyərli şe’r kitabları nəşr olunmuşdur. Ancaq məhz ”Uşaq ədəbiyyatı” kitabında Rafiq Yusifoğlu özünü uşaq ədəbiyyatının kamil bilicisi kimi tam aydın mövqeyi ilə təsdiq etmişdir.
    ”Uşaq ədəbiyyatı” kitabı dərs vəsaitidir. Onun əsas ideyası bütövlükdə Azərbaycan, eləcə də dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələri haqqında yığcam məqalələr vasitəsi ilə onları tanıtmaq, habelə müəlliflərin əsərlərindən ən tipik nümunələri oxuculara çatdırmaqdır.
    Kitab tərbiyəçilər, müəllimlər, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Bəri başdan deyək ki, belə lazımlı kitabın 500 nüsxə tirajla nəşr olunması, ən azı insafsızlıqdır. Tirajın belə az olması ona gətirib çıxarıb ki, çoxsaylı oxucu kitabsız qalıb.
    Rafiq Yusifoğlunun Azərbaycan yazıçıları haqqında mə’lumatları üslubunun yüngüllüyünə, lakonikliyinə, aydınlığına, dəqiqliyinə və emosilnallığına görə seçilir. O, hər yazıçının öz yazı tərzi, öz üslubu olduğu kimi, məqalələri də bu baxımdan təkrarsızdır, özünəməxsusdur. Məncə, bütün bu məziyyətlər müəllifin oxucu qarşısında duyduğu məs’uliyyət hissindən irəli gəlir.
    Kitabda müəllifin yazdığı sadə, aydın, ağıllı giriş sözünün də öz çəkisi var və xüsusi qeyd olunmağa layiqdir.
    Bütün kitabı ümumiləşdirmiş olsaq, onu xüsusi qeyd etmək lazımdır ki, kitabın hər sətrində müəllifin mövzuya aydın mövqeyi və hədsiz məhəbbəti duyulur. Görünür, Rafiq Yusifoğlunu uşaq ədəbiyyatının problemləri daim qayğılandırır.
    Sonda mən müəllifi, eləcə də Azərbaycan uşaq yazıçılarının yaşlı və gənc nəslini belə dəyərli kitabın nəşri münasibətilə təbrik edirəm.

    ”Ədəbiyyat qəzeti”, 18 aprel 2003-cü il.

  • Əməkdar mədəniyyət işçisi Rafiq YUSİFOĞLU.Seçmə şeirlər

    SALAM, AY ÖZGƏNIN SƏADƏT QUŞU

    Hələ çatmamısan öz ünvanına,
    Ancaq gözlərinə çöküb qaranlıq.
    Salam, ay özgənin səadət quşu,
    Yorulub çiynimə qondun bir anlıq.

    Kimsənin qisməti deyil gərəyim,
    Qəlbimə yüz həsrət sığınacaqdır.
    Taleyim belədi, mənim ürəyim
    Qərib sevgilərə sığınacaqdır.

    Duyuram, ürəyin safdı, təmizdi,
    Olmayıb heç zaman zaval yaxşıya!
    Adın da, eşqin də mənə əzizdi,
    Qalsan şad olaram, getsən yaxşı yol!

    Hansı ürəyəsə düşən açarsan,
    Ilk dəfə qalxırsan göyə sən hələ.
    Bir az dincini al, sonra uçarsan,
    Mənzilin uzaqdı deyəsən hələ…

    Xalisdən ayıra biləndə qəlpi,
    Nakam taleyinə qərib söyəcək!
    Bəlkə nə zamansa sevdalı qəlbin
    Mənim ürəyimçün qəribsəyəcək?!

    Şairin başından çıxıbdır huşu,
    Sevgi çəmənindən çiçək dər mənə.
    Salam, ay özgənin səadət quşu,
    Bircə lələyin də bəs edər mənə!

    01. 09. 2001

    BİR KÖRPƏ AĞ SEVİNC

    Coşqun dağ selləri axıb, durulub,
    Özünə zülm etmək, vallah, hədərdi.
    Bu dünya əzəldən belə qurulub;
    Əvvəli sevincdi, sonu kədərdi.

    Həyat sarayında beş-on kərpic var,
    Əcəl dəstələyir ömrü əlinə.
    Dönür postamentə dərdlər, ağrılar,
    İnsanlar çevrilir qəm heykəlinə.

    Məni danlamayın sözümün üstdə,
    Ürəyim fərəhlə döyünür hələ.
    Kədərin qartımış dizinin üstdə
    Bir körpə ağ sevinc böyüyür hələ…

    SEVGİ MÜHARİBƏSİ

    ”Sevgi müharibəyə bənzəyir, onu başlamaq asan, dayandırmaq çətindir” – Sizi müharibəyə səsləyirəm…
    Bir məktubdan

    Başı sevgi havasıyla
    dumanlanan bir qız
    mənə ultimatum göndərib.
    O, hələ müharibənin
    nə olduğunu bilmir,
    mənimsə ürəyimi
    sevgi qoşunları
    viranəyə döndərib…
    Bəbəkləri işım-işım
    işıldayır,
    Baxşlarında
    tufan qoxusu var.
    O hələ bilmir ki,
    işığa can atan ürəyin
    ütülmək qorxusu var.
    Mənə sevgi müharibəsi
    elan eləyiblər;
    içindən həsrət qoşunları
    keçən ürəyim
    həmişə səfərbərdi,
    həmişə mətindi…
    Ancaq bilirəm ki,
    bir qız ürəyini fəth eləmək
    Ölkə fəth eləməkdən
    qat-qat çətindi…

    17.05.2008

    LAYLAY, QƏBƏLƏM,
    LAYLAY

    Torpağın içindəki
    Şəhəri görmürsən bəs?
    Ayağının altında
    Tarix yatır, yavaş gəz!

    Itirib-axtarmasaq,
    Küsər Qəbələ birdən.
    Qazıb üzə çıxartdıq
    Qəbələni qəbirdən…
    ***
    Qəbələ bir yüyrükdü,
    Onu zaman tərpədir.
    Qaraçay, Qocalançay
    Sanki yüyrük ipidi.

    Qaraçay, Qocalançay
    Həzin-həzin oxuyar.
    Bu yüyrüyün içində
    Tarix gedib yuxuya.
    ***
    Evinin, hasarının
    Kərpici uçub lay-lay.
    Laylay, gözümün nuru,
    Laylay, Qəbələm, laylay!

    Laylay, ulu şəhəri
    Salan memar əlləri.
    Laylay, evim-eşiyim,
    Laylay, ötən illərim.

    Laylay, düşmən oxuna
    Sipər olan sinələr.
    Laylay, ulu babalar,
    Laylay, ulu nənələr!

    Biz sizi unutmarıq,
    Düşmənə uduzmarıq.
    Yatın, arxayın yatın,
    Yerinizdə biz varıq!

    1985

    BU PAYIZ ÖMRÜMDƏN
    KÖÇÜNÜ ÇƏKDI

    Həsrətin qanatdı könül yaramı,
    Bir nakam məhəbbət içini çəkdi.
    Ömrü xəzan oldu doğmalarımın,
    Bu payız ömrümdən köçünü çəkdi.

    Bu payız kövrəltdi məni yamanca,
    Duydum ki, dünyada tənhayam, təkəm.
    Baxıb yarpaqları qopan ağaca
    Az qaldım gözümdən mən də yaş tökəm.

    Payız neçə bağın, neçə ağacın
    Saçına sehrli əlini çəkdi.
    Daldım xəyallara mən acı-acı,
    Gözümə ayrılıq dumanı çökdü…

    2000

  • Şair İbrahim İlyaslının “Şair olmaq zülümdür” adlı yeni şeirlər kitabının və “55” illik yubileyinə həsr olunan möhtəşəm tədbir düzənlənib

    Şakir RƏHMAN, FOTOMÜXBİR

    Şair İbrahim İlyaslının “Şair olmaq zülümdür” adlı yeni şeirlər kitabının və “55” illik yubileyinə həsr olunan möhtəşəm tədbir düzənlənib
    28 noyabr 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron Rayon Mədəniyyət Mərkəzində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt Şəhər Poeziya Evinin sədri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Sumqayıt bürosunun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, şair İbrahim İlyaslının “Şair olmaq zülümdür” adlı yeni şeirlər kitabının və “55” illik yubileyinə həsr olunan möhtəşəm tədbir düzənlənib.
    Tədbirdə mədəniyyət, ədəbiyyat, incəsəcət xadimləri, müəllifin qələm yoldaşları, dostlarının, Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak ediblər.

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuatxidməti

  • Mirzə Şəfi ədəbi ənənələri bərpa olunur

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında gənc yazarlar üçün “Mirzə Şəfi Vazeh ədəbi məclisi” təşkil olunacaq.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu məclisdə məktəblilər və tələbələr bədii əsərlərin yazılma sirlərini öyrənəcək, şeir, poema, esse, nağıl və s. janrlarda yazdıqları yazıları təqdim edəcəklər. Ədəbi məclisin sədri, “Sehirli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimovadır.

    Məclisin hər üzvünə üzvlük biletləri təqdim ediləcək. Ən yaxşı gənc yazarlar isə diplom və təşəkkürnamələrlə təltif olunacaqlar. Məclis dekabr ayından başlayaraq şənbə günləri təşkil olunacaq.

  • Daşkənd və Bakıda dramaturq Maqsud Şeyxzadənin 110 illik yubileyi qeyd olunacaq

    Bu il özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi, soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi tamam olur.

    AZƏRTAC-a Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) verilən məlumata görə, bu münasibətlə Daşkənd və Bakıda beynəlxalq elmi konfranslar keçiriləcək.

    Belə ki, bu il dekabrın 14-də Daşkənddə baş tutacaq tədbir AMM-i Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat İnstitutu, habelə Şeyxzadənin uzun illər fəaliyyət göstərdiyi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə reallaşacaq.

    Konfransda Özbəkistan elminin, ədəbiyyatının tanınmış simaları – akademiklər Naim Kərimov, Baxtiyar Nazarov, ədəbiyyatşünas alimlər Nurbay Cabbarov, Hamidulla Hamidi, Hamidulla Boltabayev, Babaxan Şərif və başqaları məruzələrlə çıxış edəcəklər.

    Öz fəaliyyəti ilə iki xalq arasında dostluq körpüsü yaradan böyük şair və dramaturq Maqsud Şeyxzadənin yubileyi ədibin vətəni Azərbaycanda da geniş qeyd olunacaq.

    Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanın “Kaspi” qəzeti və eyni adlı Təhsil Şirkəti ilə birgə təşkil olunacaq yubiley tədbiri Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

    Tədbirlər çərçivəsində Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş “İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdiriləcək.

    Yubileylə əlaqədar Mədəniyyət Mərkəzin layihəsi ilə Daşkənddə çap olunmuş “Özbək şeir çələngi” adlı kitabda Şeyxzadənin “Bir zamanlar”, “Bahar yağışı” adlı şeirləri özbək və Azərbaycan dillərində yer alıb. Tədbirlər çərçivəsində bu kitab iştirakçılara təqdim olunacaq.

    Qulu Kəngərli
    AZƏRTAC-ın xüsusi müxbiri
    Daşkənd

  • Türkiyənin “Kanal 7” televiziyasında Azərbaycandan bəhs olunub VİDEO

    Türkiyənin “Kanal 7” televiziyasında Özlem Tuncanın təqdimatı ilə hər bazar günü yayımlanan “Dünyanı gəzirəm” verilişinin budəfəki buraxılışında ölkəmizdən bəhs olunub.

    AZƏRTAC xəbər verir ki, verilişdə paytaxt Bakının görməli yerləri, tarixi məkanları barədə geniş məlumat verilir.

    Aparıcı izləyicilərinə Bakıda ilk dəfə şəhər turuna çıxdığını deyir. Bildirir ki, Azərbaycanın paytaxtı müasir memarlıq üslubu və tarixi məkanları ilə daim turistlərin diqqətini özünə çəkən bir şəhərdir.

    Müəllif bildirir ki, Bakı bir-birindən gözəl park və xiyabanları, Xəzər dənizinin sahili boyu uzanan bulvarı, geniş və səliqəli küçələri ilə göz oxşayır. Bakının simvollarından biri olan “Alov qüllələri”, qədim İçərişəhər haqqında türkiyəli izləyicilərə məlumat verən aparıcı küçələrindən ədviyyat qoxusu gələn tarixi qala divarlarının əhatələdiyi İçərişəhərin onda xoş bir təsir oyatdığını vurğulayır. Verilişdə Şirvanşahlar sarayının Bakının unikal tarixi məkanlardan olduğu bildirilir. Burada sərgilənən muzeydəki eksponatların bu yurdun qədim tarixindən soraq verdiyi diqqətə çatdırılır.

    Verilişdə “Dünyanı gəzirəm”in yaradıcı heyətinin səfər çərçivəsində Bakının Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət etdikləri bildirilir.

  • Üç ölkənin opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək

    Dekabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası təqdim olunacaq.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın rəhbərliyi Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edib. Səhnə əsərində, həmçinin Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti Andrey Romanenko, Opera və Balet Teatrının aparıcı solistləri – Xalq artistləri Əli Əsgərov və Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Cahangir Qurbanov, Tural Ağasıyev, Əliəhməd İbrahimov və solist Nina Makarova da çıxış edəcək. Opera Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə ediləcək.

  • UNESCO-nun baş qərargahında TÜRKSOY-un 25 illik yubileyi qeyd olunub

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 25 illik yubileyini silsilə tədbirlərlə təntənəli şəkildə qeyd edir. ABŞ, Yaponiya, Türkiyədən sonra TÜRKSOY-un Gənclər Kamera Orkestri təşkilatın 25 illik yubileyi münasibətilə Avropa turnesinə çıxıb.

    AZƏRTAC xəbər verir ki, Parisdə yerləşən UNESCO-nun baş qərargahında türk dünyasını təmsil edən 5 ölkədən 27 artistin iştirakı ilə təşkil edilən konsert proqramı tamaşaçıların rəğbəti və alqışları ilə qarşılanıb.

    Əvvəlcə Nərminə Rəsulbəyova TÜRKSOY-un tarixi və 25 illik yubileyi barədə məlumat verib.

    Sonra çıxış edən qurumun baş katibi Düsen Kaseinov TÜRKSOY-un üzv dövlətlərinin mədəniyyət nazirləri adından tamaşaçıları salamlayıb və kamera orkestri haqqında danışıb. O, UNESCO-nun rəhbərliyinə, Azərbaycanın, Türkiyənin və Qazaxıstanın bu təşkilat yanındakı daimi nümayəndəliklərinə təşəkkürünü bildirib. TÜRKSOY-un baş katibi dünyanın yaradıcı gənclərinin dostluğu sayəsində mədəniyyətlər və dinlər arasında dialoqu möhkəmlətmək məqsədi daşıyan belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, türk mənşəli xalqların musiqiçilərindən ibarət orkestr ümumi mədəniyyətimizin, adət-ənənələrimizin bütün dünyada tanıdılması istiqamətində vacib rol oynayır.

    Diqqətə çatdırıb ki, TÜRKSOY yarandığı gündən UNESCO ilə mədəniyyət, maddi və qeyri-maddi mədəni irsin mühafizəsi sahələrində daim sıx əməkdaşlıq edir.

    UNESCO-nun üzv dövlətlər və tərəfdaşlar bölməsinin direktoru Genc Seiti bildirib ki, mədəni irsin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi təşkilatın əsas məqsədidir. O, xalqların daha da yaxınlaşmasında mədəniyyətin rolundan danışıb. TÜRKSOY-un Gənclərdən Kamera Orkestrinin də milli ənənələrin gələcək nəsillərə ötürülməsində böyük rolu olduğunu diqqətə çatdırıb.

    Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan olan gənc ifaçılardan ibarət Kamera Orkestrinin konserti olub. Azərbaycan Simfonik Orkestrinin dirijoru, TÜRKSOY Gənclər Kamera Orkestrinin qonaq-dirijoru Mustafa Mehmandarovun idarə etdiyi orkestrin konsertində türk dünyası klassiklərinin əsərləri səsləndirilib. Konsertdə azərbaycanlı Hüsenalıyev Hüseynalı (skripka) və Üzeyir Mahmudbəyli (viola) də iştirak ediblər. Nuriyyə Hüseynova “Yar bizə qonaq gələcək” folklor mahnısını ifa edib. Orkestr Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyası səsləndirilib. Musiqilərimiz tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

    Konsert çərçivəsində UNESCO-nun baş qərargahında TÜRKSOY-un fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi açılıb. Açılış mərasimində ölkəmizi UNESCO yanında daimi nümayəndəliyimizin müşaviri Ayaz Qocayev təmsil edib.

    TÜRKSOY-un Gənclər Kamera Orkestrinin növbəti konsertləri müvafiq olaraq Avstriyada və Sloveniyada olacaqdır.

    Şəhla Ağalarova
    AZƏRTAC-ın xüsusi müxbiri
    Paris

  • Nazarbayev Beynəlxalq Türkologiya Konqresinin keçirilməsinə qərar verdi

    1926-cı il Bakı Türkologiya Konqresindən sonra ikinci belə dünya miqyaslı konqresə ev sahibliyini Astana edəcək. Prezident Nursultan Nazarbayev bununla bağlı xüsusi təşəbbüslə çıxış edib. N.Nazarbayevin rəsmi dövlət qəzeti “Egemen Qazaxıstan”da yayımlanan “Böyük Çölün yeddi özəlliyi” adlı geniş məqaləsində tarixi mirasa sahib çıxmaq məqsədi ilə “Türk siviliziyası: tarixdən bu günədək” adlı böyük layihənin gerçəkləşdirilməsinin zəruriliyi qeyd olunur.
    Bu layihə çərçivəsində 2019-cu ildə Astanada Dünya Türkologiya Konqresi və müxtəlif ölkələrin muzeylərində toplanan əsərlərin də yer alacağı, Türk xalqlarının mirasını əks etdirəcək Türk Mədəniyyət Günlərinin keçirilməsi təklif olunur. Məqalədə Qazaxıstan bütün türk xalqlarının tarixi vətəni, ilkin beşiyi kimi xarakterizə olunur. Bundan başqa, Qazaxıstanın moderatorluq edəcəyi Vikipediya nümunəsində ortaq Türk onlayn kitabxanasının yaradılması ideyası irəli sürülür. Eyni zamanda, dünyanın müxtəlif arxivlərində türk dünyası ilə bağlı materialların tədqiq olunması məqsədi ilə “Arxiv – 2025” adlı 7 illik proqramın reallaşdırılması təklif edilir.

    Mənbə: http://ataturk.az

  • Kazakistanın Cümhurbaşkanı Nursultan NAZARBAYEV.”ULU BOZKIRIN YEDİ KARAKTERİ

    Uzay her şeyin, vakit ise tüm olayların boyutudur. Zaman ve uzay ufku birleştiği zaman ise ulusal tarih başlar. Bu sadece edebi bir aforizma değildir. Gerçek anlamda Almanların, İtalyanların veya Hindistan halkının tarihçelerine baktığımızda onların binlerce yıllık tarihlerinde büyük başarılarının çoğunluğu günümüzde yerleştikleri bölgelerle ilişkilendirilmesinde bir hakikat bulunmakta olduğu ifade edilebilir. Tabii ki de günümüz İtalya’sı eski Roma olmasa da İtalyanlar kendi tarihleri ile gurur duyabilmektedirler. Bu haklı bir gurur kaynağıdır. Aynen eski Gotikler ile bugünkü Almanlar da aynı milletten değildirler. Fakat onlar da Almanya’nın zengin tarihinin bir parçasıdır. Pek çok etnik grupların yer aldığı eski Hindistan medeniyeti ve günümüz Hint halkını ise tarih sürecinde kesintisiz olarak gelişen bir medeniyet olarak ele alabiliriz.
    Bu tarihi anlamada doğru bir adımdır. Bu sayede köklerimizi bilerek milli tarihimizi derin bir şekilde inceleyerek, onun ana düğümünün çözülmesine olanak sağlanır. Kazakistan tarihide sadece kendi tek ekleri ile değil, bir bütün olarak günümüz modern bilim bakış açısından bakıldığında anlaşılır olması lazımdır. Bunun için argümanlarımız da oldukça yeterlidir. Birinci olarak, katkıları daha sonra bahsedilecek olan proto-devletler birliğinin çoğunluğu günümüz Kazakistan topraklarında kurulmuş olup Kazak halkının etno-genetiğinin esas elementlerini oluşturmaktadır. İkinci olarak, bahsedeceğimiz büyük kültürel başarılar dizini coğrafyamıza dışardan gelmemiş olup, tam aksine pek çoğu uçsuz bucaksız bölgemizde meydana gelmiş olup daha sonrasında Batı’ya ve Doğu’ya, Güney’e ve Kuzey’e dağılmıştır.

    Üçüncü olarak, daha sonraları bulunan tarihi eserler bizlerin atalarımızın kendi zamanlarının en ileri ve gelişmiş teknolojilerle doğrudan ilişkilerinin olduğunu kanıtlamaktadır. Bu eserler Ulu coğrafyamızın dünya tarihi içerisindeki yerine yeni bir bakış açısı ile bakmamıza olanak sağlamaktadır. Hatta bazı boyların isimleri “Kazak” etnoniminden asırlar önceden biliniyordu. Tüm bunlar bizim milletimizin tarihinin köklerinin bugüne kadar söylenenlerden çok daha ötesine kadar ulaştığını kanıtlamaktadır. Avrupa merkezli bakış açısı Saklar, Hunlar ve günümüzdeki Türk milletlerinin ata babaları sayılan etnik grupların bizim halkımızın tarihi etno-genetik yapısının ayrılmaz bir parçası olduğunu kaçınılmaz gerçekler ile görmemize olanak sağlamamıştır. Buna ek olarak uzun zamandır topraklarımızda yaşayan pek çok etnik gruplar için ortak Kazakistan tarihi hakkında bahsedildiğine dikkat edilmelidir. Bu farklı etnik grupların birçok seçkin kişilerinin de katkıda bulunduğu tüm halkımıza ortak tarihtir.

    Günümüzde, tarihimize olumlu bir tutum ile yaklaşmamız gerekmektedir. Fakat sadece tarihimizden belli bir olaya seçmeli olarak yaklaşma ile sınırlı kalmamalıyız. Siyah ve beyaz birbirinden ayrılmayan kavramlardır. Bunlar kendi aralarında birleştikleri zaman şahısların ve tüm halkların da hayatlarına benzersiz bir renk katmaktadır. Bizim tarihimizde trajik ve üzücü olaylar, şiddetli çatışma ve savaşlar, sosyal açıdan tehlikeli sınavlar ve siyasi sürgünler az yaşanmadı. Bunları unutmaya hakkımız yok. Geniş ve çok taraflı tarihimizi doğru anlamak ve kabul etmemiz gerekmektedir. Biz başka milletlerin rolünü küçülterek kendi büyüklüğümüzü gösterme çabasında içinde değiliz. Başlıca olarak biz sağlam bilimsel kanıtlara dayanarak, dünya tarihinde kendi rolümüzü nazikçe ve doğru bir şekilde muhakeme etmeye mecburuz. Şimdide Bozkırın yedi karakteri hakkında konuşalım.

    I. ULUSUN TARİHİNDEKİ UZAY VE ZAMAN

    Bizim topraklarımız pek çok maddi kültür eserlerinin ortaya çıktığı yer ve kökeni desek abartmış sayılmayız. Günümüzde toplumların yaşamlarının vazgeçilmez birer parçası haline gelen pek çok ürünler zamanında bizim coğrafyamızda icat edilmiştir. Bozkırda yaşayan eski zamanın insanları türlü teknik yenilikler keşfederek, daha önce hiç kullanılmamış yeni aletler yapmışlardır. Bunları insanoğlu dünyanın dört bir yanında hala da kullanmaktadır. Eski tarihi kaynaklar günümüz Kazakların ata babalarının engin Avrasya kıtasındaki siyasi ve ekonomik tarihin akışını defalarca değiştirdiği hakkında bilgiler sunar.

    1. AT BİNİCİLİK KÜLTÜRÜ

    At binicilik kültürü ve at yetiştiriciliğinin Ulu Bozkır’dan kaynaklandığı bilinmektedir. Ülkenin kuzey bölgesindeki Eneolitik döneme ait Botay yerleşimindeki kazılar, atların ilk kez günümüzdeki Kazakistan topraklarında yetiştirildiğini kanıtlamıştır. Atları yetiştirip eğiten babalarımız o zamanlarda eşsiz bir hâkimiyete sahip olmuşlardır. Küresel ölçekte ise ekonomik ve askeri alanda eşi görülmemiş bir devrime yol açmıştır. Atların evcil hale getirilmesi binicilik kültürü için de bir temel oluşturmuştur. Beş silah taşıyan atlı asker, yavuz göçebe imparatorlukları çağının bir sembolüdür. Bayraklı bir savaşçının imajı, kahramanlar dönemin en ünlü amblemi ve ordunun ortaya çıkmasıyla bağlantılı olarak oluşan göçebe dünya “kültürel kodunun” ayırt edici bir unsurudur. Araç motorlarının gücü hala at gücü ile ölçülmektedir. Bu gelenek, at binicilerin egemen olduğu büyük çağa karşı saygı göstergesidir. Eski Kazak topraklarından tüm dünyaya yayılan bu büyük teknolojik devrimin meyvelerini insanoğlunun 19. yüzyıla kadar kullandığı unutulmamalıdır. Günümüz giyim modelinin temel bileşenleri, Bozkır Uygarlığının ilk aşamalarına dayanmaktadır. Ata binme kültürü atlı askerin küçük bir modelini meydana getirmiştir. At üstünde kendilerini rahat hissetmek için atalarımız ilk kez giysiyi üst ve alt kısma ayırmışlardır. Böylece, normal pantolonların ilk versiyonu ortaya çıkmıştır.

    Bu, atlı insanların harika binicilik becerilerine sahip olmalarını ve savaş sırasında rahat hareket etmelerini sağlamıştır. Bozkır sakinleri deri, keçe, kınnap, yün ve çuval bezinden pantolon dikmişlerdir. Binlerce yıl geçmesine rağmen, bu tür kıyafetler değişmemiştir. Kazma sırasında bulunan eski pantolonların modern pantolonlardan hiç bir farkı olmadığı söylenebilir. Buna ek olarak, bugün giydiğimiz her türlü çizmeler, göçebelerin ata bindiklerinde giydikleri yumuşak topuklu keçe çoraplı çizmelerin “mirasçıları” olduğu bellidir. Göçebeler, atlarına rahatça binebilmeleri için yüksek eyer ve üzengiyi icat etmişlerdir. Bu yenilik, sürücünün at üzerinde dümdüz ve sağlam bir şekilde oturabilmesine ve aynı zamanda dörtnala giderken elindeki silahı zahmetsiz ve etkili bir şekilde kullanmasına imkân sağlamıştır. Atalarımız dörtnala giden at üzerinde okçuluk yapma konusunda oldukça mükemmelleşmişlerdir.

    Bu bağlamda silahın yapısı da değişerek daha karmaşık, kullanışlı ve güçlü olmuştur. Yay ucuna tüy takılan metal ok, örme zırh gömleği delebilen bir ok haline gelmiştir. Kazakistan topraklarında yaşayan Türk boyları tarafından geliştirilen bir başka teknolojik yenilik kılıçtır. Kılıcın dümdüz veya kavisli yüzü kendine özgü bir özelliktir. Bu silah en önemli ve yaygın savaş aracına dönüşmüştür. Askeri ve bindiği atı korumak için kullanılan zırh da ilk defa atalarımız tarafından yapılmıştır. Avrasya göçebelerinin en önemli askeri yeniliklerinden biri olan demir zırhlı ordu bu şekilde kurulmuştur. Ateşli silahlar ortaya çıkarak kitleler tarafından yoğun bir şekilde kullanılmadan önce süvari ordusunun gelişimi M.Ö. birinci binyıl ile çağımızın ilk yüzyılı arasında göçebelerin uzun bir süredir eşi benzeri görülmemiş askeri hâkimiyetini sağlayan ordunun içinde yer alan özel bir takım türü olan yavuz süvari ordusunun oluşumuna katkı sağlamıştır.

    2. BÜYÜK BOZKIRDA ANTİK METALURJİ

    Metal üretmenin yollarını bulmak, yeni bir tarih çağına yol açmış ve insani gelişme sürecini önemli ölçüde değiştirmiştir. Metalik cevherlere zengin Kazak toprakları, metalürjinin ilk merkezlerinden biridir. Antik çağda Kazakistan’ın Orta, Kuzey ve Doğu bölgelerinde madencilik merkezleri ortaya çıkmış ve bronz, bakır, çinko, demir, gümüş ve altın alaşımları alınmaya başlamıştır. Atalarımız yeni, daha güçlü bir metal imalat işi geliştirmiş ve hızlı teknolojik ilerlemeye katkı sağlamıştır. Kazılar sırasında bulunan metal eritme fırınları ve el yapımı mücevherler, eski ev eşyaları ve silahlar buna delildir. Bütün bunlar, bölgemizdeki bozkır uygarlığının antik çağda teknolojik olarak ne kadar hızlı ilerlediğini göstermektedir.

    3. HAYVAN STİLİ

    Atalarımız çevre ile barış içinde yaşamış olup kendilerini doğanın ayrılmaz bir parçası olarak görmüşlerdir. Yaşamın bu ana ilkesi, Ulu Bozkır’da yaşayan insanların dünya görüşünü ve değerlerini oluşturmuştur. Kendi yazımı ve mitolojisi olan Kazakistan’ın antik sakinlerinin gelişmiş bir kültürü olmuştur. Miraslarının en parlak tezahürü, güzelliğinin ve ruhsal zenginliklerinin parlak işareti, “hayvan stili” sanatıdır. Hayvan imgelerinin günlük yaşamda kullanılması, insan ve doğa arasındaki bağlantının bir sembolü olmuş ve göçebelerin ruhsal yönelimini tanımlamıştır. Onlar çoğunlukla kedi ırklarının imgelerini daha çok kullanmışlardır. Egemen Kazakistan’ın sembollerinden birinin yerel hayvanlar dünyasında nadir görülen bir kar leoparı olması tesadüf değildir. Aynı zamanda hayvan stili, atalarımızın çok yüksek bir üretim tecrübesine sahip olduğunu göstermektedir. Onlar süs boyama, bakır ve bronz kalıplama, döküm, sac metal üretimi dâhil olmak üzere metal işleme tekniklerini iyi bilmişlerdir. Genel olarak, “hayvan stili” olgusu, en yüksek seviyedeki dünya sanatlarından biridir.

    4. ALTIN ELBİSELİ ADAM

    Bizim kökenimize farklı boyuttan bakmamıza neden olan, bilim dünyasına ses getiren haber – 1969 yılında Kazakistan’ın Esik kalesinde keşfedilen ve sanat eleştirmenleri arasında “Kazakistanlı Tutanhamun” olarak adlandırılmış “Altın Elbiseli Adam’dır”. Bu savaşçı birçok gizemli sırrı gün ışığına çıkardı. Bizim atalarımız bugüne kadar aşırı güzelliğiyle herkesi hayran bırakan yüksek seviyedeki çok güzel eserler yaratmıştır. Savaşçının altın ile kaplanmış elbiseleri eski ustaların altın işleme teknolojisini iyi benimsemiş olduklarını göstermektedir. Bununla birlikte bu haber Bozkır medeniyetinin muazzam gücünü ve estetik güzelliğini belirten zengin bir mitolojiyi dünyaya duyurdu. Bozkır halkı kendi önderlerine böylece değer verip onların statüsünü güneş gibi bir güç seviyesine getirmiş ve yüceltmiştir. Mezardaki zengin ve sanatsal donanımlar eski atalarımızın entelektüel geleneklere sahip olduklarını da göstermektedir. Savaşçının yanından bulunan gümüş kâselerin birisinin üzerinde işlenmiş işaret ve damgalar mevcuttur. Bu damga – Orta Asya bölgesindeki yazıların en eskisidir.

    5. TÜRK DÜNYASI’NIN BEŞİĞİ

    Kazakların ve Avrasya’daki başka da halkların tarihinde Altay bölgesinin yeri ayrıdır. Bu yüce dağlar asırlardır sadece Kazakistan topraklarının tacı değil, bütün Türk dünyasının beşiği olarak kabul edilmiştir. Tam bu bölgelerde bizim çağımızın ilk binyıllığının ortalarında Türk dünyası ortaya çıkmış ve Ulu bozkır üzerinde yeni bir devir başlamıştır. Tarih ve coğrafya Türki devletleri ve büyük göçebe imparatorluklarının sürekliliğinin özel modelini oluşturmuştur. Bu devletler uzun zamanlardır birbirinin yerine gelmiş, orta asırlardaki Kazakistan’ın ekonomik, siyasi ve kültürel hayatında kendi izini bırakmıştır. Aşırı büyük topraklara sahip çıkabilen Türkler, sonsuz sınırsız bozkırlarda göçebe ve yerleşik medeniyetin kendine has bir örneğini oluşturmuş, sanat, bilim ve dünya ticari merkezi haline gelmiş orta asırlardaki şehirlerin gelişmesine neden olmuştur. Örneğin, Otırar şehri dünya medeniyetinin ünlü düşünürlerinden biri Ebu Nasır El-Farabi’yi dünyaya getirdiyse, Türk halklarının manevi önderlerinden biri Hoca Ahmet Yesevi Türkistan şehrinde yaşamış ve kendi bilimini paylaşmıştır.

    6. ULU İPEK YOLU

    Ülkemiz coğrafi açıdan şanslı bir konumdadır, yani Avrasya kıtasının göbeğinde yer alması eskiden çeşitli devletler ve medeniyetler arasında transit “koridorların” oluşmasına yardımcı olmuştur. Bizim çağımızdan itibaren bu kıta yolları Büyük Avrasya’nın Doğusu ve Batısı, Kuzeyi ve Güneyi arasında ticaret ve kültür alanındaki ilişkilerinin kıtalararası ağını –Ulu İpek Yolu sistemini geliştirmiştir. Bu yol milletler arasındaki küresel mal dolaşımı ve entelektüel işbirliğinin oluşturulması ve gelişmesi için sağlam bir zemin olmuştur. Karavan yolların eksiksiz düzenlenmesini ve güvenliğini sağlayan Ulu Bozkır halkı eski ve orta asırlardaki çok önemli ticari ilişkilerin temel bağı sayılmıştır. Bozkır kuşağı Çin, Hint, Fars, Akdeniz, Orta Doğu ve Slav medeniyetleri arasında bağ kurmuştur. İlk ortaya atıldığı andan itibaren Ulu İpek Yolu haritası esas olarak Türk imparatorlukları coğrafyasından oluşmuştur. Avrasya’nın ortasında Türklerin hâkimiyetinin sürdüğü dönemde Ulu İpek Yolu tam anlamıyla gelişmişlik olarak zirveye ulaşmış olup, uluslararası seviyede ekonominin kalkınmasına ve kültürün gelişmesine katkı sağlamıştır.

    7. KAZAKİSTAN – ELMA VE LALENİN VATANI

    Yüce Alatau’ın eteklerinde elma ve lalenin “tarihi vatanı” olduğu bilimsel olarak kanıtlanmıştır. Sade fakat bütün dünya için anlamı büyük bu bitkiler bu bölgede ilk kök salmış ve bütün dünyaya yayılmıştır. Kazakistan günümüzde dünyadaki bütün elmanın en eski kaynağı sayılan Sivers elmasının vatanı sayılmaktadır. İşte bu tohum en yaygın meyveyi bütün dünyaya hediye etti. Hepimizin bildiği elma – bizim ülkemizdeki genetik elmanın bir çeşididir. O elma Kazakistan topraklarındaki İle Alatau yamaçlarından Ulu İpek Yolu’nun eski güzergâhı üzerinden ilk olarak Akdeniz’e daha sonra bütün dünyaya yayılmıştır. Bu tanınmış meyvenin derin tarihinin simgesi olarak ülkemizin güneyindeki güzel şehirlerden biri Almatı olarak adlandırılmıştır. Kazakistan coğrafyasındaki Şu, İle dağları eteklerinde günümüzde halen yerel bitkiler arasında dünyanın cevheri olarak sayılan Regel lalelerinin ilk haline rastlamak mümkündür. Bu güzel bitkiler bizim topraklarımızda Tanrı Dağları’nın etekleri ile çöl bozkırın kesiştiği noktada ortaya çıkmıştır. Kazak topraklarındaki bu kadar sade ve aynı zamanda özel çiçekler güzelliğiyle birçok milletlerin kalbini fethetmiş ve yavaşça bütün dünyaya yayılmıştır. Günümüzde bütün dünyada lalenin 3 binden fazla çeşidi mevcuttur, onların büyük çoğunluğu – bizim bozkır lalelerin soyundan gelen “nesillerdir”. Şu anda Kazakistan’da 35 çeşit lale yetişmektedir.

    II. TARİHİ BİLİNÇ MODERNİZASYONU

    Araştırılan konular kapsamlı bir anlayış ve derin bir çalışma gerektirir. Aynı zamanda bizim bakış açımızın temel dayanakları, halkımızın geçmiş, şimdiki ve geleceği ile doğrudan ilgilidir. Bu çalışmanın birkaç büyük proje ile başlatılabileceğini düşünüyorum.

    1. ARŞİV – 2025

    Bağımsızlık yılları boyunca halkımızın geçmişini incelemek için çok çalışma yapıldı. Ülkenin tarihî kronolojisindeki aralıkların yeniden doldurularak yerine getirilmesinin yolunu açan “Kültürel Miras” programı başarıyla uygulandı. Ancak, atalarımızın yaşamları ve harika uygarlıkları hakkında pek çok belge henüz bilimsel dolaşıma ulaşmamış olup tüm dünya arşivlerinde araştırmacılarını beklemektedir. Bu nedenle, antik dönemden modern zamana kadar olan dönemi kapsayan tüm yerli ve yabancı arşivler hakkında temel araştırmaları yapmak üzere yedi yıllık arşiv “Arşiv – 2025” oluşturmamız gerektiğine inanıyorum. Bu projenin uygulanması sırasında, tarihçiler, bilim adamları ve kültür araştırmacılarından oluşan gruplarının büyük yerli ve yabancı arşivlerle sistematik ve uzun süreli bir etkileşime sahip olması ile araştırma ve geliştirme faaliyetlerinin yürütülmesine özellikle dikkat edilmesi gerekir. Her durumda, bu önemli çalışma devlet tarafından karşılanan “akademik turizm” durumuna dönüşmemelidir. Sadece arşiv verilerinin toplanması değil, aynı zamanda onları dijital formatlara çevirmek de önemlidir, böylece tüm ilgili araştırmacılar ve halkın kullanımına açık olacaktır. Tarihi ile gurur duyan vatansever bireylerin yetiştirilmesi okul çağından başlamalıdır. Bu nedenle, tüm bölgelerdeki okullar ve bölgesel müzeler etrafında tarihi arkeolojik etkinlikler yapılmalıdır. Ulusun tarihinin bilinci, tüm Kazakistanlılar arasında ortak bir his duygusu yaratır.

    2. ULU BOZKIRIN ÜNLÜ İSİMLERİ

    Çoğunluğun düşüncesinde tarihsel süreçlerin özel bir karaktere sahip olması iyi bilinmektedir. Birçok insan, kendi ülkelerinin özel elçisi gibi büyük atalarının isimleriyle gurur duyuyor. Örneğin, Tutanhamon, Konfüçyüs, Büyük İskender, Shakespeare, Goethe, Puşkin ve George Washington gibi dünyaca ünlü bireyler, artık devletlerinin paha biçilemez bir sembolü olarak kabul edilmekte ve bu ülkelerin uluslararası arenada etkili bir şekilde ilerlemesini teşvik etmektedir. Bu nedenle, her şeyden önce, meşhur tarihi figürlerimizin ve başarılarımızın şerefine, gökyüzüne açılan anıtlar ve heykeller için “Ulu Bozkırın Büyük İsimleri” adlı bir eğitim ansiklopedisi parkını açmamız gerekiyor. İkinci olarak hedef odaklı devlet desteği ile modern sanatçıların, müzisyenlerin, tiyatro sanatçılarının ve şairlerin önemli bir galerisini oluşturmak gerekir. Alternatif sanatın potansiyelini klasik formlardan da kullanmak önemlidir. Bu bağlamda, sadece yerli değil, aynı zamanda yabancı ustaları ve yaratıcı ekipleri de bu tür işlere çekmek önemlidir. Üçüncüsü, ülkemizin tarihsel evrelerini kapsamlı bir şekilde içeren, “Ulu Bozkır İsimleri” adlı bilimsel dizinin yayılmasını sistemli hale getirmek ve etkinleştirmek gerekmektedir. Bu doğrultuda, Kazakistanlı bilim adamları ve yabancı uzmanlarla uluslararası çok taraflı bir takım oluşturmak mümkündür. Sonuç olarak, kahramanlarımızın hayatı ve faaliyetleri sadece ülkemizde değil, yurtdışında da bilinecektir.

    3. TÜRK DÜNYASI’NIN OLUŞUMU

    Kazakistan, tüm Türk halklarının “Ata Yurdu” dur. Dünyanın her yerinde bugünün Kazak bozkırlarından yayılan Türk aşiretleri ve halkları, diğer ülkelerin ve bölgelerin tarihsel süreçlerine önemli katkıda bulundu. Bu bağlamda, “Türk Medeniyeti: Köklerinden Günümüze” adlı bir projeye başlamak gerekiyor. Bu projenin 2019 yılında, Türkistan Türk halklarının Kültür Günleri’ni, Türkmenlerin Dünya Kongresi ve farklı ülkelerdeki müzelerin sergilenmesi üzerine eski Türk heykelleri ile organize etmek gerekiyor. Vikipedi örneğinde, Kazakistan’ın moderatörlüğünde Türk halklarının ortak kütüphanesinin açılması da önemlidir. Aynı zamanda, yeni eyalet merkezi ilan edilen Türkistan’ın uluslararası arenadaki prestijini sistematik olarak artırmak gerekmektedir. Kazakistan’ın eski başkenti sadece halkımızın manevi merkezi değil, aynı zamanda tüm Türk dünyası için kutsal bir yerdir.

    4. ULU BOZKIRIN ESKİ SANAT VE TEKNOLOJİ MÜZESİ

    “Ulu Bozkır” Eski sanat ve teknoloji müzesini açmak için büyük bir potansiyele sahibiz. Söz konusu müzeye gelişmiş sanat ve teknoloji örneklerinden hayvan stilindeki sanat ürünleri, “Altın Elbiseli Adamın” eşyaları, atların evcilleştirilmesi, metalürji gelişimi, silah ve zırh yapma sürecini yansıtan aletler ve diğer eserleri toplamak mümkündür. Müzede Kazakistan topraklarında bulunan değerli arkeolojik keşifler ve arkeolojik kompleksler sergilenecektir.

    Bu eserler herhangi bir tarihsel dönemdeki çeşitli sektörlerin gelişme sürecini yansıtabilir. Ayrıca, “Ulu Bozkırın Ulu Medeniyetleri” adlı milli tarihi yeniden yapılanma kulübünü oluşturarak Astana ve Kazakistan’ın diğer bölgelerinde eski Sakalar, Hunlar, büyük Türk kağanları dönemi ve diğer konular üzerinde festivaller düzenlemek mümkündür. Bu konulara ilgili gösterenleri dâhil ederek ilgili çalışmalar da aynı zamanda yürütülebilir. Eski Otırar şehrinin bir takım antlarını, yani, evler ve sokakları, alanları, su boruları, kale duvarları ve diğer yerlerini kısmen restorasyon çalışmalarının yapılması turizm projesi de oldukça ilginç olacaktır. Bu bakımdan, bilimin benimsenmesi ve turizmin gelişiminin desteklenmesine büyük önem verilmelidir.

    5. ULU BOZKIRIN BİN YILLIK FOLKLORU VE MÜZİĞİ

    Bu proje çerçevesinde “Ulu Bozkır folkloru Antolojisi” oluşturulmalıdır. Bu antoloji ulu bozkır halkının son bin yıllık halk edebiyatından seçilmiş örnekleri – halk hikâyeleri, efsaneleri, öyküleri ve destanlarını içerir. Ayrıca, kazakların kopuz, dombra, sıbızgı, sazsırnay ve diğer geleneksel müzik aletleri ile çalınan önemli eserlerin bir koleksiyonunu – “Ulu Bozkırın Eski Ezgileri” antolojisin hazırlamak gerekmektedir. Ulu bozkırın folklor ve melodisine modern bir dijital formatta “yeni bir nefes” getirilmelidir. Bu projelerin uygulanması için göçebelerin zengin mirasını sistemleştirebilmenin yanı sıra, onları geliştirebilecek yerli ve yabancı profesyonelleri bu tür işlere çekmek önemlidir. Kültürümüzün ana akımları, karakterleri ve ezgilerinde sınır yoktur, bu yüzden sistematik bir araştırma yaparak onları Orta Asya’ya hatta tüm dünyada tanıtmalıyız. Sözlü ve müziksel geleneğin modernizasyonu modern bir izleyici kitlesi için yakın ve anlaşılır bir formatta olmalıdır. Özellikle, arkaizm kelimeler ve metinler resimlerle beraber veya açık bir video formunda sunulabilir. Günümüzde müzik sesleri ve melodileri sadece geleneksel aletlerle değil, aynı zamanda modern elektronik versiyonlarıyla da üretilmektedir. Dolaysıyla folklor geleneklerinin ortak tarihsel temellerini bulmak için Kazakistan’ın farklı bölgelerine ve diğer ülkelere çeşitli bilimsel araştırma ve keşif saha görevlerinin düzenlenmesi gerekmektedir.

    6. TARİHİN FİLM VE TELEVİZYONDA YANSIMASI

    Sinematografi, modern toplumların tarih ve geçmiş anlayışında özel bir yere sahiptir. Genel olarak toplumun zihninde, sinematografideki parlak film karakterleri temel bilimsel monografilerdeki belgesel portrelerden daha önemli bir rol oynamaktadır. Bu nedenle, Kazakistan’daki medeniyet tarihinin tarih boyunca süre gelen gelişimini gösteren özel bir belgesel film, dizi ve uzun metrajlı filmlerin üretilmesi gerekmektedir. Söz konusu projeler, geniş uluslararası işbirliği çerçevesinde çağdaş sinematografi alanındaki en iyi yerli ve yabancı senaryo yazarlarının, yönetmenlerin, aktörlerin, yapımcıların ve diğer profesyonellerin katılımıyla gerçekleştirilmelidir. İlginç ve melodram türlerinin yanı sıra, popüler fantezi ve macera unsurları dâhil olmak üzere yeni tarihsel film ve dizi türlerini artırmak gerekir. Bu amaçla ulu bozkırın zengin mitolojik ve folklor eserleri kullanılabilir. Milli kahramanları anlatan yüksek kaliteli çocuk filmleri ve animasyon filmlerine ihtiyaç duyan genç neslin zevkine de özellikle dikkat edilmelidir. Şanlı kahramanlarımız, düşünürlerimiz ve ülke yöneticilerimiz sadece Kazakistan’da değil, hatta tüm dünyada örnek alınacak şahsiyetlerdir.

    ÖZET

    Bir buçuk yıl önce “Geleceğe Doğru: Manevi Yenilenme” isimli makalem yayınlandı. Söz konusu projeleri “Manevi Yenilenme” programının devamı olarak görüyorum. “Manevi Yenilenme” ulusal programının yeni bileşenleri, atalarımızın yüzyıllardır devam eden mirasının dijital ortamda anlaşılabilir hale gelmesini ve talep edilmesini sağlayarak yeniden canlandırılmasını sağlayacaktır. Tarihini iyi bilen, takdir eden ve gurur duyan halkın geleceğinin güzel olacağına inanıyorum. Geçmişinden gurur duymak, bugününü iyi tanımak ve geleceğe olumlu bakmak – ülkemizin başarısının anahtarıdır.

    ERI News

    Mənbə: http://ataturk.az

  • Ahmet DİVRİKLİĞOLU.(Türkiye Cümhuriyyeti, Tokat).”Duam”

    ad

    Minareden Ezanımı
    Dindirtme benim, Allahım
    En yüceden Bayrağımı
    İndirtme benim ,Allahım

    Milletimi pahidar kıl
    Cümlemize ver sen akıl
    Düşmanlara tek bir çakıl
    Verdirtme bize ,Allahım

    Bülbül susmasın bağımda
    Hain gezmesin dağımda
    Çakalları -Vatanımda
    Ürdürtme bize , Allahım

    Duam kabul olsun benim
    Yücelsin,yükselsin Elim
    TUFAN diyor :Ölüm,zulüm
    Gördürtme bize ,Allahım

    Ahmet DİVRİKLİOĞLU TUFAN

  • Rafiq ODAY.Yeni şeirlər

    KEŞİK ÇƏKİR

    Qucaq açdi gülə sinəm,
    Bəlkə bir az gülə sinəm.
    Gözlərimin giləsinə
    Bir damla yaş keşik çəkir.

    Həyadan yana tər sinə,
    Üz qızara, tər isinə.
    Yaxşı ki, deyil tərsinə, –
    Ayağa baş keşik çəkir.

    Üzdü xəyanət canımı,
    Yurda əmanət canımı.
    Namərd kəsdirib yanımı,
    Əlində daş keşik çəkir.

    Alsa ruhunu dərd ələ,
    Budur ən böyük dərd elə,
    Olub bir sürü dərd ilə,
    Bağrım badaş, keşik çəkir.

    Ahım haradan haraya…
    Yetiş, Yaradan, haraya,
    Ölümü qoyub araya,
    Göz ilə qaş keşik çəkir.

    AĞRIYIR

    Dərd əkib, qəm biçməkdən,
    Qol yerindən ağrıyır.
    Kasıb yoxdan, harınsa
    Bol yerindən ağrıyır.

    Gözlərim oyum-oyum,
    Nə baxdım ki, nə doyum?!
    Canımı hara qoyum? –
    Sol yerindən ağrıyır.

    İçimə damcılayır
    Çölümün qançırları.
    Kürəyim qamçıların
    Zol yerindən ağrıyır.

    Yerə girən boy sızlar,
    Kök inləyər, soy sızlar.
    Bədəsillər, soysuzlar
    Döl yerindən ağrıyır.

    Dünya məhbəs, qəfəs dar,
    Ya al, ya ver – nəfəs dar.
    Cəmi yaranmış ki var –
    “Ol” yerindən ağrıyır.

  • İradə AYTEL.”Mən onu sevirdimmi?…”

    (ilk hekayəm)

    – Sizə sonuncu sualımdır: Gəncliyinizi necə xatırlayırsınız?

    Bu sualdan sonra bayaqdan bəri ilk dəfə olaraq onun gözlərinə baxdım. İlahi, o gözlər, o baxışlar necə də dəyişmişdi. Sanki, cəmi on beş il bundan əvvəlki o gözlər, o baxışlar deyildi. Onun on beş il bundan əvvəlki qap-qara saçlarına dən düşmüş, alnına on beş ilin naxışı düzülmüş, on beş il bundan əvvəlki şux, cazibəli qamətinə sanki bir əzginlik, bir yorğunluq çökmüşdü. Acılı-şirinli xəyallar məni on beş il əvvələ, onun gəncliyinə, mənimsə uşaqlıq illərimə apardı. …Mən onu tanıyanda təxminən on üç-on dörd yaşım olardı. Onlar bizim qonşu evə təzə köçmüşdülər. Həmin vaxtlar onun təxminən otuz beş-otuz səkkiz yaşı olardı. Ortaboylu, qarayanız, parlaq, iri gözlü, dolubədənli bu adamın bir-birindən gözəl, bir-birindən qəşəng üç qızı var idi. İlk dəfə görəndən məndə ona qarşı maraq oyanmışdı. Bu maraq get-gedə daha da güclənirdi. Hətta, elə günlər olurdu ki, saatlarla pəncərədən küçəyə baxır, onun yolunu gözləyirdim. O, isə bütün bunlardan xəbərsiz idi. Əlbəttə, on üç-on dörd yaşlı dəcəl bir qızcığazın daxilindəki çırpıntıdan onun nə xəbəri ola bilərdi?…

    …Son vaxtlar elə dəyişmişdim ki, yaşıdlarımla yaxınlıq etmir, bütün günümü tənha keçirir, çox fikirli görünürdüm. Səhərlər məktəbə getməmişdən əvvəl onu gözləyirdim. Onun böyük qızı da mən oxuduğum məktəbdə təhsil alırdı. O, hər səhər öz maşını ilə qızını məktəbə aparırdı. Baxışlarımla onu yola salar, sonra məktəbə gedərdim. Demək olar ki, hər gün dərsə gecikərdim. Lakin müəllimlər danlamazdı. Qabaqcıl şagird idim.

    Onu yaxından görmək heç vaxt mənə qismət olmazdı. Hər səhər işə gedər, axşamlar geri dönərdi. İşlədiyi yeri də dəqiq bilmirdim. Demək olar ki, onun haqqında heç nə bilmirdim. Lakin, onu görmədiyim gün gecəni səhərəcən yatmazdım. O məni heç vaxt görməzdi. Həmişə ondan qaçırdım. Təsadüfən rastlaşanda da elə hala düşürdüm ki, qıp-qırmızı pörtürdüm, hətta ayaqlarım da sözümə baxmır, bir-birinə dolaşırdı.

    Gecə-gündüz o, bir dəqiqə də olsa mənim xəyalımdan çıxmırdı. Mənim kiçicik ürəyim çox əzablar çəkirdi. Özüm də bilmirdim bu nə haldır. Yamanca küsəyən olmuşdum, hamıdan küsürdüm. Qəlbimə dəyən olan kimi bir küncə çəkilər, göz yaşı tökərdim. Bir sözlə, o, məndən uzaqda olsa da ruhən mənimlə idi. Mənimlə yuxudan oyanar, bütün günü mənimlə birgə olar, mənlə də yuxuya gedərdi. Yuxularım da onlu idi.

    Kitabçadan telefon nömrələrini də öyrənmişdim. O, evə gələn kimi telefona qaçar, titrək əllərimlə onların nömrəsini yığardım. Elə ki, telefona o cavab verərdi, ürəyim elə döyünərdi ki, tez dəstəyi asardım. Mənə elə gəlirdi ki, o, telefonda mənim ürəyimin döyüntüsünü eşidir. Bütün bu hisslərin nə demək olduğunu isə başa düşmürdüm…

    taraklı.çınar-ağacı.1Yay ayları idi. Məktəblilər tətilə çıxmışdı. Biz tərəflər dağlıq əraziyə yaxın olduğundan havalar çox isti olmurdu. Demək olar ki, əksər ailələr yayı öz evlərində keçirirdilər. Hamının həyətində üzüm tənəkləri olardı. İsti günlərdə bütün ailə o tənəklərin altına yığışar, uzun-uzadı şirin söhbətlər edərdi. Mənim otağımın küçəyə baxan pəncərəsinin düz qabağında uca, qocaman bir tut ağacı var idi. Gündüzlər balaca uşaqlar o ağaca dırmanar, axşamlar isə ağacın altına yığışıb müxtəlif oyunlar oynayardılar. Mən hərdən rəfiqələrimlə bir yerdə olsam da, çox vaxt tək-tənha pəncərədən bayıra baxardım. Mənə elə gəlirdi ki, bu tut ağacı mənim bütün dərdlərimdən xəbərdardır. Həddindən çox romantik qız idim. Saatlarla tut ağacına baxar, ürəyimdə onunla söhbət edərdim. Onun zərif yarpaqlarını meh titrətdikcə sanırdım ki, ağac da mənimlə danışır.

    … Yenə pəncərənin qarşısında durub onun yolunu gözləyirdim. Küçədən əl-ayaq tamam çəkilmişdi, çox aydın və sakit bir gecə idi. Hərdən sərin külək əsdikcə tut ağacının yarpaqları yavaşca titrəyir, mənimlə birgə yol gözlədiklərini söyləyirdilər.

    …Gecədən xeyli keçmişdi, o isə gəlmək bilmirdi… İntizar dolu dəqiqələr uzandıqca səbrim daha da tükənirdi. Elə bu vaxt küçəyə maşın işığı düşdü. Mən onu maşını idarə etməyindən və maşının siqnal səsindən tanıyırdım. Ürəyim bərkdən döyünməyə başladı. Maşın bizim dalana tərəf buruldu. Elə hala düşdüm ki, həmişə onu uzaqdan görəndə pərdənin arxasında gizləndiyim halda bu dəfə gizlənə bilmədim. Donmuş halda ona baxdım. Sanki, aylardır onu görmürdüm. Nəhayət, o, pəncərəmin qarşısına çatdı. Donuq halda ona baxdığımı görüb, maşını bir anlıq saxladı və diqqətlə mənə baxdı. Özümü lap itirdim. Nə edəcəyimi bilmədən sakitcə ona baxmağa başladım. Artıq ürəyim köksümə sığmırdı. Əgər o, bircə dəqiqə də yerində dayansaydı, ürəyim bəlkə də məhvərindən çıxacaqdı. O qədər həyəcan keçirmişdim ki, o gedəndən sonra saatlarla ağlayıb, eləcə də yuxuya getdim. Həmin hadisədən sonra ondan qaçmağa başladım.

    Onların telefon nömrələrini ağlıma yox, ürəyimə həkk eləmişdim. Həmin rəqəmlər mənim üçün ən sevimli rəqəmlər idi. Yenə, əllərim titrəyə-titrəyə, ürəyim döyünə-döyünə həmin nömrələri yığdım. Telefona özü cavab verdi. Onun səsi o qədər gözəl, həlim mehriban idi ki… Uzun müddət onunla telefonda danışmaq barədə götür-qoy etsəm də, lakin heç vaxt bir qərara gələ bilmir, söz tapmırdım.

    Var gücümü toplayıb, titrək səslə dilləndim:

    – Alo!..

    Mənə elə gəldi ki, o, mənim həyacanımı duydu, məni tanıdı və ürəyim daha da bərkdən döyündü. Dəstəyi asmaq istəsəm də asmadım. Uşaq vaxtlarımda çox qəribə bir xasiyyətim var idi; qarşıma hansı məqsədi qoysam, nəyi özümə söz versəm ki, edəcəyəm, o işi mütləq edirdim. Odur ki, özümdə cəsarət toplayıb, yenə dedim:

    – Alo!..

    O, mehriban bir səslə cavab verdi:

    – Bəli, eşidirəm. Kimdir?

    Kaş soruşmazdı kimdir? Axı, mən necə tanışlıq verim. Özümdən asılı olmayaraq kəkələməyə başladım:

    – Bi-lir-siniz, mən si-zi ta-nı-yı-ram…

    Çox gözəl, nə lazımdır?

    – Heç… – dedim. Daha heç bir söz deyə bilmədim. O, mənə yenidən sual verdi:

    -Sənin neçə yaşın var?

    İstədim yaşımı çox deyim, amma yalan danışa bilmədim. O, məni görməsə də başımı aşağı dikib dedim:

    – On üç…

    – Kimə zəng etmisən?

    – Sizə…

    – Eşidirəm, mənə nə sözün var?

    – Heç nə, mən sizə demək istəyirəm ki, – bir az susdum, o isə səbrlə mənim cavabımı gözləyirdi. Onun gözlədiyini düşünüb yenidən dilləndim: – Mən sizə həmişə zəng vururam.

    İlk dəfə idi ki, onun gülüşünü eşidirdim. Sonra mehriban bir səslə dedi:

    – Deməli, zəng edib telefonda susan sənsən?

    – Hə! Bu dəfə çox cəsarətlə cavab verdim. O, mənim cəsarətimi görüb bir qədər susduqdan sonra soruşdu:

    – Dərslərindən neçə alırsan?

    – Beş. Əlaçıyam.

    – İnstitutda oxumaq fikrin var?

    – Hə, oxuyacam.

    – Hansı institutda?

    – AMİ-də.

    – Hə, deməli həkim olmaq istəyirsən. Yaxşı fikirdir. Qızım, onda niyə vaxtını belə şeylərə itirirsən, get dərslərini oxu, yaxşımı?

    Onun «qızım» sözü sanki ürəyimə ox kimi sancıldı. Elə bircə onu bilirəm ki, «xudahafis», – deyərək dəstəyi asdım. Bir neçə gün çox qayğılı hərləndim. Ondan yamanca incimişdim. Özümə söz vermişdim ki, bir də ona zəng etməyəcəm. Heç yolunu da gözləməyəcəm. Lakin ürəyim durmur, onu bircə dəfə görmək, səsini eşitmək üçün həsrət çəkirdim.

    Aradan bir neçə gün keçdi…Hava yavaş-yavaş qaralırdı. Küçənin bütün uşaqları yığışıb oynayır, səs-küy edirdilər. Mən də pəncərəmin qabağında – tut ağacının altındakı taxtadan düzədilmiş skamyada əyləşib, uşaqlara baxırdım. O vaxtlar hamı həyətində qaz saxlayardı. Bir nəfərin həyətində heç olmasa on-on beş qaz olardı. Uşaqların hamısı qazdan yaman qorxardı. Qazlar «fıss» eləyib adamın üstünə gələndə ondan böyüklər qorxardı, o da qala uşaqlar. Həmin o axşamüstü də bir dəstə qaz yenə küçədəki uşaqlara «qan uddururdu». Onun kiçik qızı Lamiyə də totuq, son dərəcə qəşəng bir uşaq idi. Onda Lamiyənin təxminən iki yaşı olardı. Lamiyəni elə çox istəyirdim ki, ondan ayrı dura bilmirdim. Uşaq da məndən əl çəkməzdi. Bütün günü bizə gələr, mənim yanımda olardı. Yenə evlərindən çıxıb, mənə sarı gəlməyə başladı. Bir vaxt onu gördüm ki, qazlar Lamiyənin üstünə cumdular. Yazıq uşaq elə qorxdu ki, qorxusundan yerə yıxıldı və ucadan ağlamağa başladı. Yerimdən necə qalxıb uşağa sarı yüyürdüyümü hiss etmədim. Uşağın yanına çatıb, qucağıma alaraq bağrıma elə basdım, ətrafımda baş verənləri belə hiss etmədim. Məni həmin qorxudan onun xoş səsi oyatdı:

    – Çox sağ ol. Lamiyəni qazlardan xilas elədin. Afərin! Sən məndən bərk qaçırsanmış… məni qabaqladın.

    Ona heç nə deyə bilmədim. Həyəcandan dilim tutulmuşdu. Mənim bu halıma baxıb, gülümsünərək dedi:

    – Niyə belə qorxursan? Sən ki, böyüyəndə həkim olmaq istəyirsən. Həkim ürəkli olar.

    Bu sözdən sonra özümü lap itirdim. Aydın oldu ki, zəng edənin kim olduğunu o bilir. Tez uşağı verib evə qaçdım… Daha küçəyə çıxmır, onlara zəng etmirdim. Sonralar biz həmin rayondan başqa bir rayona köçməli olduq. Bir daha onun üzünü görmədim… Çalışırdım ki, bütün meylimi kitablara salım, kitablar mənim dostum, sirdaşım, həmdəmim idi. Əlbəttə, günü-gündən onu unudur, həyatın axarına düşürdüm. Nəhayət, orta məktəbi bitirdim. Həkim olmaq arzusu da bir çox arzularım kimi əlçatmaz oldu. Mən sənədlərimi başqa ali məktəbə verdim, ali təhsil aldım, işə girdim, şəxsi həyatımda bir çox dəyişikliklər oldu…

    … Bütün şəhər qarşıdan gələn tədbirə hazırlaşırdı. Ziyalıların birgə hazırladığı bu tədbirdə çıxış edəcək alimlər barəsində məqalə hazırlamalı idim. Həmin alimlərin içərisində onun da adını görəndə bir anlıq özümü itirdim. Gözlərimə inanmaq istəyir, lakin inana bilmirdim…

    … Yenə də on beş il əvvələ dönmüşdüm… Yenə on beş il əvvəlki kimi şıltaq bir qızcığaz idim… Yenə də on beş il əvvəlki kimi yanaqlarım qızarır, ürəyim bərkdən-bərkdən döyünürdü… Hər şey on beş il əvvəlki kimi idi; bircə şeydən başqa, on beş il əvvəl mən onunla belə yaxın olmamışdım. İndi isə mənimlə onun arasında azacıq məsafə var. Biz üz-üzəyik… Biz bir-birimizlə söhbət edirik… Mən onu on beş il əvvəlki kimi görür, eşidir, dinləyirdim. Bu, o idi… Lakin… Lakin xəyallar aləmindən dönüb həqiqətlə barışanda bu on beş ilin bizlərə göstərdiyi sərtliyi görür, təəssüf edirdim ki, o, niyə bu qədər dəyişib. Fikirləşirdim: İlahi, insan da bu qədər dəyişərmi? Zamanın nə acı sınaqları varmış. Əgər onun adını eşitməsəydim, bəlkə də qarşımda oturan bu insanın bir vaxt mənim körpə ürəyimi əzablara düçar edən şəxs olduğuna inanmazdım…

    – Xanım, nə yaman fikrə getdiniz?

    Məni xəyallardan onun səsi ayıltdı. Qeyri-ixtiyari dedim:

    – Bağışlayın, söhbətimiz harada qaldı?

    – Siz mənə sual verdiniz ki, gəncliyinizi necə xatırlayırsınız? Bilirsiniz, mənim gəncliyim çox maraqlı olub…

    O, danışdıqca fikirləşirdim ki, məni tanımadı. Yəqin mən də çox dəyişmişəm. Əlbəttə, dəyişərəm də… Axı onda dəcəl, qayğısız bir qız idim. Mən onda necə xoşbəxt idim… Eh… illər…illər… Özümü elə sevirdim ki… saatlarla güzgünün qabağında durar, özümə baxardım. Mənə elə gəlirdi ki, hamıdan gözələm… Hərdən də fikirləşirəm: yəqin mənə fələyin acığı tutdu. Zamanın ən sərt üzünü mənə qismət elədi. Axı on beş il nədir ki? Özüm də bilmirəm bu on beş il necə keçib? Zamanı dayandıra, geri döndərə bilsəydim…

    Uşaqlıq çağlarımdan doymamış yaşa doldum… O da məni tanımadı…

    – Xanım, jurnalist olmaq sizin uşaqlıq arzunuz olub?

    – Xeyr, uşaqlıqda həkim olmaq istəyirdim.

    Mənim cavabımdan sonra o, başını qaldırıb diqqətlə məni süzdü və:

    – Hə, həkimlik sizə yaraşardı. Özü də uşaq həkimi. Axı, siz uşaqları çox sevirdiniz. Lamiyə də bu il sənədlərini Tibb Universitetinə verib, – dedi:

    Mən daha heç nə deyə bilmədim. Sadəcə, sonuncu dəfə onun üzünə baxıb, ayağa durdum. O isə yerindəcə əyləşib, yarı qayğılı, yarı xəyal dolu baxışlarla mənə baxırdı. Mən hiss edirdim ki, o da on beş il əvvələ dönüb… İndi onun saçları qap-qaradır… O, xoşbəxt günlərini yaşayır… Üç körpə qızı ona ata deyəndə, özünü hamıdan xoşbəxt sanır… Məni də görür… on üç yaşlı qarayanız, dəcəl bir qızcığazı…

    Aprel-2003

    Mənbə: http://www.kultur.az

  • Tural SAHAB.“Venera” qəzetinin redaksiyasında

    Bir həftə olardı ki, işdən çıxmışdım. Hələ bir- iki günlü pulum vardı, lakin tezliklər iş tapmasam vəziyyət heç də yaxşı olmayacaqdı. Düzdü, qaldığım otağın kirayə haqqını təzə vermişdim, hələ üç həftə çöldə qalmayacaqdım… ancaq yemək, içmək və siqaret pulunu tapmaq üçün işləmək lazımdı. Aprel ayıydı deyəsən. Yazın ən gözəl vaxtları.. belə günlərdə insan gəzmək, içmək və çoxlu sevişmək istəyir. Sevişmək dedim də bu dövrdə həyatımda bir neçə qadın vardı. Demək olar ki, hər gecə qonağım olurdu. Bu qadınların gəlib getdiyinə görə bir neçə dəfə qaldığım yeri dəyişdirməli olmuşdum. Hətta bir dəfə qonşular məni polisə vermişdi. Güc bəla ilə canımı qurtarmışdım. Nəyisə… uzun sözün qısası belə gözəl günləri boş keçirmək olmazdı. Qərara gəldim ki, bu günü də gəzib, gecəni yaxşıca əylənirəm və sabahdan başlayıram iş gəzməyə.

    Parkda skamyada əyləşmiş, ətrafdakı insanları seyr edirdim. Bu parkın arxa tərəfində gizli bir yer vardı- gənclərin gəlib, doyunca öpüşdüyü… əyləşdiyim skamya elə bir yerdəydi ki, o gizli yerə gedən bütün gənclər qarşımdan keçməli olurdu. Cavanların həyacanı, titrəməsi mənə iyirmi il öncəki məni xatırladırdı. Indi qırx yaşlı yazıçı Kənan Ümid də bir zamanlar gəncdi. Bax elə bu cavan oğlanlar kimi sevdiyi qızın əlindən tutub gəzir, xəlvət yer tapan kimi də doyunca öpüşürdü… onda öpüşmək, əlindən tutmaq çox maraqlı gəlirdi. Elə ki, böyüdü… qadınları tanıdı, sevişdi..bir çox şeyin mənası itmiş, dəyərləri dəyişmişdi. Adam gəncliyində elə bilir ki, dünyanın ən zövqlü işi sevişməkdi..lakin böyüdükcə, sevişdikcə anlayırsan.. sevişməyin elə də zövqlü olmadığını, seksdən daha zövlqü şeylərin olduğunu… bu düşüncələrlə gəncləri yola salır, qarşılayırdım. Axşama az qalırdı. Saat dörd olardı. Birdən yuxum gəldi, evə getmək istədim. Həm də bərk acmışdım. Pulum az olduğu üçün çöldə nəsə yeyə bilmirdim. Evdə yeməyə məcburdum. Ancaq yemək bişirməyə ərinirdim. Bu zaman ağlıma bir fikir gəldi. Zəng vurub Reyhanı evə dəvət etdim. Qırx beş yaşlı bu dolu qadın əla yeməklər bişirirdi. Elə bu cəhətinə görə onunla əlaqəni tamamı ilə kəsmir, həftədə bir dəfə görüşürdüm. Hər gəlişində beş- altı günlük yemək bişirərdi. Işin yaxşı tərəfi həm də ondaydı ki, gələndə özü ilə çaxır da gətirirdi. Tək istədiyi isə sevişməkdi… elədiyi bu qədər şeydən sonra kiçik bir fədakarlıq etmək olardı hər halda. Evə dəvət etdiyim zaman sevinərək qəbul etdi. Imkanı pis deyildi, işləyir tək yaşayırdı. Oğlu Rusyaya işləməyə getmiş, qızı isə ailə qurub öz evinə köçmüşdü. Indi bu qadının tək əyləncəsi həftədə bir dəfə olan mənimlə görüşü idi. Sakitcə ayağa qalxıb evə doğru addımlamağa başladım. O qədər də uzaqda deyildi qaldığım otaq. Doqquz mərtəbəli bir binanın sonuncu mərtbəsində tək otaqlı bir ev…. görəsən, indi necə bir yerdə işləyəcəkdim. Indiyə qədər işləmədiyim iş qalmamışdı. Ölkədə yazıçılıqla, kitab yazmaqla dolanmaq olmurdu. Nəşr olunan kitablar özlərinin xərcini güclə ödəyirdi. Ayda bir- iki dəfə yazdığım yazıların qonororu isə heç siqaret pulu etmirdi. Məcbur qalıb başqa işdə işləməlisən, ya da ölməlisən… başqa yolun yoxdu.

    Binanın qarşısına çatanda saat beşin yarsı olmuşdu. Bir siqaret yandırdım, bir az daha baharı seyr etdikdən sonra liftə minib yuxarı çıxdım. Yaz olmasına baxmayaraq hava isti keçirdi. Bir neçə saatlıq gəzinti məni əməllicə tərlətmişdi. Reyhan gələnə qədər duş almaq olardı. Duşdan çıxanda saat beş olmuşdu. Soyuducunu açıb dünəndən qalan pivədən bir bardak içdim. Pəncərəni açıb siqaret yandırdım. Hələ ki, Reyhandan səs soraq yoxdu. Aclıq isə məni haldan salırdı. Başımı qatmaq üçün komputeri açıb yarım qalmış yazılardan birini tamamlamaq istəyirdim. Sabah axşam jurnallardan birinə göndərəcəkdim… yazmaq tək şeydi ki, həqiqətən məni məndən alır, dünyanı unutdururdu. Həqiqətən də elə olmuşdu. Düz bir saat yazmaqla məşğul oldum. Saat altı olardı, qapının zəngi çaldı. Məqalə demək olar ki, bitmişdi. Nöktəni qoyub leptopu bağladım və qapını açdım. Nəhayət Reyhan gəlib çıxmışdı. Hər iki əli doluydu. Içəri girən kimi üzümdən öptü və gecikdiyi üçün üzr istədi. Sən demə yeməyi evdə bişirib gətirmək istəmişdi. Bir yekə qazan yarpaq dolması… dolmanı həqqi çox sevirdim. Təbii ki, sadəcə dolma ilə gəlməmişdi. Iki dənə də çaxır çıxdı zənbilindən… on dəqiqə sonra sofranın kənarında əyləşib çaxırla dolmanı vururduq. Reyhan xeyli bəzənmişdi. Çaxır bardakları boşaldıqca bu kök qadın belə getdikcə gözəlləşirdi. Həqiqətən çirkin qadın yoxdu, az içki vardı… yarım saat çəkdi yeməyimiz. Sonra Reyhan duş almaq üçün hamama girdi, mən də siqaret yandırıb sevdiyim mahnılardan birini açdım internetdən. Gənclikdən bəri iki şey dəyişməmişdi həyatımda- sevişəndə və yazanda mütləq mahnı dinləməliydim. Mahnılar da eyni mahnılar. Iyirmi ildi eyni mahnını dinlədiyimi bilsələr yəqin dəli deyərdilər mənə… bu nəğmələr mənə saflığı, sevgini xatırladır axı… hələ məhv olmamış həyatımı, ümidlərimi… nəysə on dəqiqə sonra Reyhan hamamdan çıxdı və biz yatağa tərəf getdik….

    Reyahan məni əməlli başlı yormuşdu. Saat ona qədər bir neçə dəfə sevişdik və sonra o, çıxıb getdi. Mənə isə sadəcə yatmaq qalırdı. Gözümü yumdum və yatdım. Sabaha saat on birdə gələn telefon zəngi güclə yuxudan oyatdı. Zəng vuran Gülbənizdi. Otuz yaşlı, çox gözəl qadındı. Əri ilə beş il evli olduqdan sonra ayrılmışdı. Indi iki az yaşlı qızını tək başına böyüdürdü. Həmkar sayılırdıq. Yazıçı deyildi, ancaq jurnalist kimi fəaliyyət göstərirdi. Hərdən görüşürdük. Onunla sevişmək həqiqətən ləzzət verirdi adama. Nəyisə… zəng vurub mənə iş tapdığını dedi. Yuxulu olub mızıldadığımı görüb.. “ on beş dəqiqə sonra “ pələng” kafesində səni gözləyirəm” dedi və telefonu söndürdü. Axşam olanlardan sonra yerimdən qalxacaq halda deyildim, lakin qalxmalıydım. Bir təhər yataqdan qalxıb hamama getdim. Soyuq su başıma, bədənimə dəydiyi zaman ayıldığımı hiss etdim… on dəqiqə sonra liftlə aşağı endim və Gülbənizin dediyi yerə doğru addımladım. Pələng kafesinə qədər olan yol iyirmi dəqiqə olardı… on beş dəqiqə sonra Gülbənizdən mesaj gəldi.. “ tez ol, yarım saat sonra orada olacam”. Hmm demək mənə vaxtında qalxım gedim deyə yalan söyləmişdi. Bir siqaret yandırıb gülə- gülə yeriməyə başladım. Hələ xeyli zamanım vardı. Ona görə də tələsmədən gedirdim…

    Gülbəniz dediyi zamanda “ Pələng” kafesinə gəlmişdi. Içəri keçib əyləşdik. Iki çay və bulku sifariş verib söhbətə başladıq. Ilk öncə mən başladım. Onun üçün çox darıxdığımı bu gecə görüşə biləcəyimizi dedim. Başını bulayıb gülə- gülə razılaşdı. Haqlıydı… o, mənim üçün iş tapsın. Mən isə işin nə olduğunu soruşmamış sevişmə təklif edim. Sonra keçdik əsas məsələyə- iş haqqında danışmağa. Gülbənizin tapdığı iş “ Venera” qəzetindəydi. Qəzetə həftədə beş gün yazı yazacaqdım və hər yazı üçün iyirmi manat alacaqdım. Ayda 400 manat.. bir- iki yazı da başqa qəzetlərə, saytlara yazsam yaşamaq olardı. Ona necə təşəkkür edəcəyimi yaxşı bilirdim… soyuducuda dünənki çaxırlardan biri və xeyli yarpaq dolması qalmışdı… bir xeyli söhbət etdikdən sonra qəzetin yerləşdiyi binaya getdik. Böyük bir otaqda ona yaxın insan çalışırdı. Bu qəzet ölkədə ən çox tirajla çıxan qəzetlərdəndi. Ilk başda diqqətimi çəkən burada olanların hamsı 25- 35 yaş arası qızlar və gəlinlərdi. Qəzetin rəhbəri Ramil Vüsal və mələkləri… beş dəqiqə gözlədikdən sonra Ramil müəllimin otağına gedə bildim. Gülbəniz içəri girmədi. Ramil Vüsalı yaxşı tanıyırdım. Hətta dəfələrlə yazı da göndərmişdim. Lakin bu yazıları sistemli şəkildə yox, elə- belə pulsuz olanda göndərirdim. Yarım saata yaxın söhbət edib, bəzi məsələləri aydınlaşdırdıq. Mən yazıları yazıb göndərəcəkdim hər gün axşam. Onlar isə hər həftənin altıncı günü pulumu verəcəkdi. Bura vacib işim olmadıqca gəlməyimə ehtiyac yoxdu… sağollaşıb oradan ayrılan zaman mini yupkalı bir gəlin gülə- gülə Ramilin otağına girdi və qapını örtdü… bu olanlar on beş il öncə məni təəccübləndirə bilərdi, lakin qırx yaşında hər şey insana adi gəlir… Mən- Kənan Ümid Ramili də, onun yanına girən o qızı da yaxşı tanıyıram, hətta digərlərini də… məsələn o gəlin üç il öncə normal həyat yaşayan biriydi. Əri, uşaqları vardı. Hətta bir neçə dəfə mənə şeirlərini göndərmişdi ki, o zamanlar işlədiyim saytda yayınlayım. Sonra öyrəndim ki, ərinin kimlərəsə borcu olub. Borc sahiblərinin qorxusundan qaçıb xarici ölkələrdən birinə…bu xanım öncə yaşadığı rayonda qalmağa, işləməyə cəhd etdi. Daha sonra Ramil kimi insanlar bunun qanına girib çağırdılar bu şəhər. Bir- iki tədbir, kitab təqdimatı… sonrası da bəlli. İndi Ramil Vüsalın məşuqələrindən biri…. yenə deyirəm, əvvəllər olsa bu məni narahat edərdi. Indi isə heç vecimə də deyil. Elə mənim “ dostum” Gülbəniz də bu qəzetdə işləyir.( Ramilin sevgilisi olmayan heç bir qadın burada işləyə bilməzdi. Onun üçün kişi yazarlar ancaq uzaqdan əməkdaşlıq edirdi) Gənc Kənan yəqin ki, onu qısqanar, trip atar, bunu ürəyinə dərd edərdi… indi isə… qəzetin yerləşdiyi binadan çıxanda Gülbəniz qapıya qədər yola saldı və axşam mütləq gələcəyini deyib oradan ayrıldı. Mənim isə axşama qədər görəcək işlərim vardı. Evə gedib bir neçə məqalə qaralamalı, sonra isə əsas işimə- romanıma davam etməliydim. Indi Kənan Ümid diblərdə, Ramil Vüsallar isə zirvədə görünə bilərdi, lakin o bədbaxtlar ancaq mənim romanlarımda bir obraz olaraq tarixdə qala bilərdi… mən isə ölümsüz olacaq, insanlar var olduqca onlarla söhbət edəcəm…

    Indi cibimdə qalan pulu ürəklə xərcləyə bilərdim. Yer altında yerləşən Publlardan birinə enib, pivə sifariş verdim. Belə yerlərdə kimi istəsən tapa bilərdin. Sosial şəbəkə fenomeni olan qızları, yazarları, aktyorları, rəssamları- həyata üsyan edən hər kəsi. İnsanların saxtakar olduğunu nə zaman öyrənmişdim, ilk dəfə sevgini, saf hissləri nə zaman atmışdım ürəyimdən yadıma gəlmirdi. Nəysə … sərxoş olana qədər içib oradan ayrıldım və bir təhər evə gəldim. Indi işim vardı… rahat yaza, içə və sevişə bilərdim. Mənim Ramil Vüsaldan fərqim nədir, bilirsinizmi… mən saxtakar, iki üzlü deyiləm. O, qəzetə işçi götürmək adı ilə özünə sevgili gəzir. Mən isə heç bir bəhanə gətirmədən tapıram, sevişirəm və ayrılıram…

    Bir duş alıb, azca özümə gəldim və axşama qədər yazdım. Saat yeddi olardı Gülbəniz gəldi. Dünəndən qalmış dolmaları yeyib, çaxırı içdik. Indi tamamı ilə sərxoş olmuşdum. Gülün də gözləri axırdı. Elə masanın araxasındaca paltarlarını çıxarıb yerə atdı…. səbirsizdi, tezcə sevişib yuxuya getdik….

    Mənbə: http://www.kultur.az

  • Türkiye Yardım Sevenler Derneği’nin kuruluşu 1928 yılında

    Türkiye Yardım Sevenler Derneği’nin kuruluşu 1928 yılında Türk kadınları tarafından faaliyete geçirilen Himaye-i Etfal Kadın Yardım Cemiyeti’ne dayanıyor. Cumhurbaşkanınız Gazi Mustafa Kemal ATATÜRK’ün önerisiyle 1938 yılında bu cemiyetin adı ” Türkiye Yardım Sevenler Derneği oluyor. Ülkemizin en saygın dernekleri arasında yer alan bu derneğin Tokat temsilcileri bugün Yönetim Kurulu Başkanı Sevinç Yaveroğlu Hanımefendi başkanlığında derneğimize bir nezaket ziyareti gerçekleştirdiler. Kendilerine müteşekkiriz. Daima yanımızda ve yakınımızda gördüğümüz bu değerlerle İnşallah ortak etkinliklere imza atabilme ümidindeyiz.

    Hasan AKAR,
    Tokat Şairler ve Yazarlar Derneği Başkanı

  • Remzi Özkan.”YETİŞ SEVDİĞİM”

    Ömrümün her anı kar ile boran
    Kalmadı halimi hatrımı soran
    Resmindir karşımda yıllardır duran
    Yetiş ey sevdiğim, çok geç olmadan

    Meğerki bu dünya yalanmış yalan
    Süslü kelimeler, zehirli yılan
    Sazımın son teli henüz kopmadan
    Yetiş ey sevdiğim, çok geç olmadan

    Yitip giden gençlik sahile vuran
    Sevdamızdır bizi, yakıp kavuran
    Artık son yapraktır takvimde kalan
    Yetiş ey sevdiğim, çok geç olmadan

    Var mıdır hasretle barışık olan
    Ayrı dünyalarda mutluluk bulan
    Yürek harman yeri, şimdi toz duman
    Yetiş ey sevdiğim, çok geç olmadan

  • Hilal ORAL.”UMUT”

    Kaf dağının ardıydı
    “ Uyuyan prensesti”
    Umut toza toprağa bulaşmış
    Ellerimdi…
    Ağzımın kenarındaki
    Pekmez bulaşığıydı… Umut
    Saçlarıma taktığım çiçekti
    Eteklerime topladığım taş…
    Yıldızlara erişir sandığım
    Baştı… Umut…
    Umut ilk aşkımdı…
    Çeşme başlarında beklediğimdi
    Umut…
    Aynada yansıyan aksimdi…
    Sol yanımda uslanmaz kuştu
    Umut…
    Türkü türkü sesti…
    İki büklüm çalıştığım tarlada
    Aldığım nefesti umut…
    Ektiğim pamuk, biçtiğim başaktı…
    Yüreğimden geçenlerdi umut…
    Söylediklerimdi
    Anlatamadıklarımdı, ağlayamadıklarımdı.
    Umut öğrendiklerimdi öğrettiklerimdi.
    Toprağa girene kadar bedenim…
    Sevdiğim, seveceğim verdiğim vereceğim
    Her şeydi umut…

  • Hüseyin YEĞNİDEMİR.”KALAYCI ÇIRAĞI”

    Benim çocukluk yıllarımda bugünkü gibi yemek masalarını porselen tabaklar süslemiyordu. Çelik tencereler yoktu. Mutfaklarda kullanılan tencereler, tabaklar, bardaklar, su kapları bakırdan yapılırdı. Bunlar Zile yöresinin deyimi ile su taşımasına yarayan helke, su tası, sitil, kazan, kuzu kazanı, bağ leğeni, çamaşır kazanı ve leğeni, yağ tavası, lenger, kirpikli sahan vs. Bunlardan bazıları her yıl bazıları ise 2-3 yılda bir kalaylanırdı.
    Şehirlerde kalaycı dükkânları vardı. Kalayı silinmiş, bakırı çıkmış kaplar buralarda kalaylatırdı. Köylerde yaşayanlar için seyyar kalaycılar vardı. Bunlar köy köy gezer, uygun bir mekân bulur, körüklü ocak tezgâhı kurulurdu. Köyün tellalı akşam yüksek bir yere çıkarak kalaycının geldiğini “Kalaycı geldi, kalaycı geldi” diye bağırarak duyururdu.
    Bir kalaycı ekibi üç kişiden oluşurdu. Usta, kalfa ve çırak. Usta temizlenmiş kapları kalaylar, kalfa bakır kapları su, kum ve bez kullanarak temizlerdi. Çırak ise işin en zor kısmını yapardı. Esas işi körük çekmekti. Ayrıca etrafın temizliğini yapar, kalaylanmış kapları sahibine teslim ederdi. Hangi ailenin kapları kalaylanıyorsa o aile yemek verirdi. Çırağın diğer bir vazifesi de aileler tarafından hazırlanan bu yemekleri getirip boş kapları yine teslim etmekti.
    Çırağın vazifeleri bununla da bitmezdi. Ustanın abdest suyunu ısıtır, ibrikle dökerdi. Akşamları yatakları serer, sabahları toplardı. Sabah erkenden körüğü yakar, çay suyunu ısıtır ve demler. Çırak olmadan gerçekten zor bir iştir. Bir kalaycının ekipmanları körük, kömür, kalay, nişadır, pamuk ve çeşitli boyda kıskaçlardan oluşurdu. Tabi bu eşyaları taşımak için de bir eşek lazımdı.
    İlkokul 3. sınıfa geçtim yaz tatili başladı. Komşumuz Karaböcük’ün Ömer Usta Çekerek’ten haber yollamış anneme. Hüseyin’i Çekerek’e gönder bu yaz benim yanımda çırak olarak çalışsın diye. Annem beni bir kamyona bindirip Çekerek İlçesi’ne gönderdi. Ömer Usta’nın kardeşi Mahmut Usta’nın evine gittim. Üç dört gün burada kaldım. Yaşıtım olan Mahmut Usta’nın oğlu İsmail’le güzel vakit geçirdik.
    O zaman Çekerek’te cumartesi günleri Pazar kurulurdu. Mahmut Usta çalıştığı köyden Çekerek’e geldi. Beni de yanına alarak Koyunculu Köyü’ne gittik. Orada sıra ile Kadışehri, Kalaba, Gümüşlük, Yankı ve en son Örencik Köyü’ne gittik. Her köyde yaklaşık on beş gün çalışıyorduk. Örencik Köyü’nde çalışırken bir gün körüğün başında yorgunluktan uyuklamışım. Usta kıskaçla tuttuğu kızgın bakır su tasını yanağıma sürdü. Çığlıkla kendime geldim. Acı içinde koşarak yakında bulunan köy çeşmesine gittim. Başımı suyun altına tuttum. Sesimi duyan ve beni gören hanımlar başıma toplandılar. Yüzümdeki yanığı gören bir kadın koşarak gittiği evinden yoğurt getirdi ve yüzüme sürdü. Beş on dakika sonra acım azalmaya başladı.
    Ben hıçkıra hıçkıra ağlıyorum. Etrafımdaki kadıncağızlara yalvarıyorum. Bana dedemin köyünü tarif edin gideyim diye. Kadınlar bu köyün çok uzak olduğunu, yolda kurda kuşa yem olursun diye teselli ediyorlardı. Beni çalıştığım yere geri gönderdiler. Yaşlı bir hanım bana bir merhem getirdi ve her gün bunu sürmemi istedi. Merhem halk tabiriyle kocakarı ilacı denilen kendi yaptığı bir ilaçtı. Beş on gün sonra yüzümdeki yanık iyileşti.
    Okulların açılmasına bir hafta kala elimizdeki işleri bitirdik. Zile’ye dönmek için hazırlıklara başladık. Bir sabah güneş doğmak üzereydi. Örencik’ten ayrıldık. Ömer Usta eşeğe bindi. Dursun Kalfa ile ben yürüyerek yola koyulduk. Gün boyu yürüyüp gece de yola devam ettik. Gece yarısı Deveci Dağı’nın zirvesinde yorulunca mola verdik. Çeşmenin başında köyden verdikleri yiyecekleri yedik ve biraz dinlendik. Sonrası yine yola düştük. Gökyüzü yıldız kaynıyor, ateşböcekleri tepemizde uçuşuyordu. Etraftaki çalılıkların gölgeleri her biri bir hayalet gibi üzerimize geliyordu sanki. Aylardır giydiğim ayakkabının altı delinmiş, burnu yırtılmış parmaklarımın yarısı dışarıda geziyordu. Ancak ne yorgunluk, ne de acı hissediyordum. Çünkü evimize, anama gidiyordum artık.
    Tanyeri ağardığında Zile’nin ışıkları görünmeye başladığında içimde bir hasret duygusu kıpırdayınca dertli dertli bir iki türkü mırıldandım. Güneşin ilk ışıklarıyla birlikte yayan yirmi dört saat süren yolculuk sona erdi.
    Evden içeri girdiğimde anacığım ocak başında çorba pişiriyordu. Ömer Usta anneme: “Hüseyin’e giyecekler hazırla hamama gideceğiz” dedi ve kendi evine gitti. Anamla sarılıp ağlaştık ve hasret giderdik. O kadar yorgun ve uykusuz kalmışım ki oturduğum minderin üzerinde uyuyakalmışım. Uyandığımda akşam olmak üzere idi. Anama selendim, ustam geldi mi diye. Anam gelip boynuma sarıldı. Gözleri dolu dolu: “Ah yavrum ustan geldi ama ben çok uğraştım ama seni uyandıramadım, gittiler. Hem onlar dün gittiler, sen iki gündür uyuyorsun” deyince nasıl yorulduğumun memlekette, ana ocağında farkına varmış oldum.
    Ustamın Çekerek’te bana yaptığı zulmü anneme anlatamadım. Çünkü o bir anaydı çok üzülürdü. Zaten o dönemlerde bir anne veya baba çocuğunu çırak olarak ustasına teslim ederken: ”Bu çocuğun eti senin, kemiğin benim, bunu adam et” derlerdi. Bilmem bu ne kadar doğru bir sözdü. Küçük bir çırağın yüzüne neşter atar gibi kızgın bakır parçasını sürecek kadar mı?

  • “Kümbet” dergisinin 50. sayısında yayınlanan şiirler

    ƏLLİ BEŞİN MÜBARƏKDİ, AY ATA!

    -Atam Aydın Murquzovun anadan olmasının
    55 illik yubileyi münasibətilə!-

    Keçmişə qayıdıb, xoş bir niyyətlə,
    Sevincli günləri bu gün say, Ata!
    Allah tərəfindən ram olunubdu,
    Bəndəyə həm günəş, həm də ay, Ata!

    Şairi obada torpaq saxlasın,
    Qonağı sevənlər qonaq saxlasın.
    Bir anlıq dünyada ayaq saxlasın,
    Həm çeşmə, həm bulaq, həm də çay, Ata!

    Sevinsiz ötməsin zamanın, anın,
    Sağ olsun hər zaman dünyada canın.
    Doğma Ağstafada qaynayan qanın,
    Əməlin olmasın Sənin zay, Ata!

    Deyirlər, bu dünya kədər gətirib,
    Ruzunu dünyaya səhər gətirib.
    Yığışıb bir yana xəbər gətirib,
    Payız, qış, nazlı yaz, bir də yay, Ata!

    Allahdı sahibi yerin, göyün də,
    Sevinib güləsən toyda, düyündə.
    Kutsal Ramazanda, gözəl bir gündə,
    Əlli beşin mübarəkdi, ay Ata!
    (Bakı şəhəri. 29 may 2018-ci il.)
    Kamran MURQUZOV

    ƏLLİYƏ ÇATACAQ YAŞIN, AY ANA!

    -Anam Aida Rəhimivanın anadan olmasının
    50 illik yubileyi münasibətilə-

    Süfrədən dağılmaz ruzusu heç vaxt,
    Dadlı bişirdiyin aşın, ay Ana!
    Tarixə çevrilib, yaddaşa hopan,
    Bilibsən qədrini daşın, ay Ana!

    Allaha ibadət Haqqın yoludu,
    Möminlər Allahın sadiq quludu,
    Sanma ki, bu ömür qəmlə doludu,
    Sən ölüm fikrindən daşın, ay Ana!

    Aşiqin gözündən daha gözəldi,
    Şairin sözündən daha gözəldi,
    Cənnətin özündən daha gözəldi,
    Yanaqdan süzülən yaşın, ay Ana!

    Görmüsən Sən neçə yası və toyu,
    Uludu yenə də Türkümün soyu.
    Şahidi olubsan həyatın boyu,
    Qarlı günlərini qışın, ay Ana!

    Çəkibsən nazını doğmanın, yadın,
    Yenə şərəflidi dünyada adın,
    Sən məni dünyaya gətirən qadın,
    Əlliyə çatacaq yaşın, ay Ana!
    (Bakı şəhəri. 7 yanvar 2018-ci il.)
    Kamran MURQUZOV

  • Media nümayəndələri

    https://a.radikal.ru/a39/1811/8f/598a6c225767.jpg

    https://a.radikal.ru/a42/1811/b9/12ccd7ba175a.jpg

    https://d.radikal.ru/d29/1811/de/5e6471eca339.jpg

    https://d.radikal.ru/d31/1811/30/297adad05c58.jpg

    https://b.radikal.ru/b34/1811/21/2e60b0c89bdd.jpg

    https://b.radikal.ru/b13/1811/ed/3c675e59e033.jpg

    https://d.radikal.ru/d14/1811/3b/34572ccab3a4.jpg

    https://a.radikal.ru/a43/1811/f1/efaaa9db2d91.jpg

    https://d.radikal.ru/d23/1811/69/d38e186b240b.jpg

    https://a.radikal.ru/a02/1811/fe/106ac37909e7.jpg

    https://d.radikal.ru/d25/1811/67/1fd1ca28d4dc.jpg

    https://b.radikal.ru/b20/1811/82/911e35c90e1f.jpg

    https://d.radikal.ru/d03/1811/74/9c6ff7a3ebdb.jpg

    Sumqayıtın şəhər statusu almasının 69 illiyi münasibəti ilə noyabrın 24-də bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Sumqayıt şəhərinə media-tur təşkil edilib.
    Media nümayəndələrinə son illərdə Sumqayıt şəhərində həyata keçirilən layuhələr və abadlıq-quruculuq işləri ilə bağlı geniş məlumat verilib. Sonra isə yeni istifadəyə verilən sosial obyektlərlə yaxından tanışlıq olub.
    Heydər Əliyev parkında, Heydər Əliyev Mərkəzində, Şahmat məktəbində, Uşaq İncəsənət Məktəbində, “Kimyaçı” mədəniyyət sarayında, Sumqayıt bulvarında, Bayraq Muzeyində, Sumqayıt Dövlət Dram Teatrında olan media nümayəndələrinə görülmüş işlərlə bağlı geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
    Səfər çərçivəsində jurnalistlər Hacı Zeynalabdin qəsəbəsində yeni istifadəyə verilən nümunəvi həyətin açılışında da iştirak ediblər.

  • “Şair olmaq zülümdür”

    28 noyabr 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron Rayon Mədəniyyət Mərkəzində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt Şəhər Poeziya Evinin sədri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Sumqayıt bürosunun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, şair İbrahim İlyaslının “Şair olmaq zülümdür” adlı yeni şeirlər kitabının və “55” illik yubileyinə həsr olunan möhtəşəm tədbir düzənlənəcək.
    Tədbirdə müəllifin qələm yoldaşlarının, dostlarının, Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı gözlənilir.
    İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti

  • Xalq yazıçısı Anar.”Ədəbiyyatın keşiyində”

    Nizami İnstitutu mədəniyyətimizi, ədəbiyyat elmimizi, dilimizi yaşadan, qoruyan, nəsillərdən-nəsillərə çatdıran yüksək mənəviyyat ocaqlarımızdandır.
    Söz sənəti üç amilə bağlıdır – həyat gerçəkliyi, bədii ədəbiyyat və geniş anlamda – nəzəriyyə, tarix, tənqid daxil olmaqla – ədəbiyyatşünaslıq elmi.
    Milli mədəniyyət tariximizdə – ədəbiyyat elmi və bədii ədəbiyyat – əkizdirlər. Qədim dövrün ədəbiyyat nəzəriyyəçisi Xətib Təbrizidən üzü bəri – Nizaminin, Nəsiminin, Füzulinin bədii yaradıcılığında söz sənətinin sirləri haqqında dərin hikmətlər ifadə olunmuşdur. Orta çağ risalələri, təzkirələr, cünglər bizə milli ədəbiyyatımızın zəngin xəzinəsini çatdırmışlar. Mirzə Fətəli Axundzadənin Molla Rumi haqqında məqaləsi çağdaş anl
    amda tənqidimizin ilk örnəklərindəndir. Ədəbiyyatın məqsədi, qayəsi, üslubiyyət və ifadə vasitələri haqqında dəyərli fikirlər Həsən bəy Zərdabinin, Mirzə Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əlibəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Abbas Səhhətin, Hüseyn Cavidin bədii və publisist yazılarında mühüm yer tutur. XX əsrin əvvəllərində ilk peşəkar tənqidçilərimiz Abdulla Sur, Hüseyn Sadiq (Seyid Hüseyn) Firidun bəy Köçərli fəaliyyətə başlayırlar. Firidun bəy Köçərli ədəbiyyat tariximizə aid çox qiymətli ikicildliyin müəllifidir. Yeri gəlmişkən, başqa bir önəmli əsərin – İsmayıl Hikmətin Azərbaycan və türk ədəbiyyatlarına həsr olunmuş 4 cildini bugünkü əlifbamızla nəşr etmək nəcib və vacib iş olardı.
    Müxtəlif dövrlərdə Türkiyədə və İranda ədəbiyyat tariximizə aid ciddi araşdırmaların dəyərini azaltmadan bu sahədə ilk fundamental iş Heydər Hüseynov və Məmməd Arifin redaktəsi ilə nəşr olunmuş ikicildlik “Azərbaycan ədəbiyyatı tarixi” sayılmalıdır. Sonralar tədqiqatlar daha da genişləndirilərək və təkmilləşdirilərək üç cildlik ədəbiyyat tariximiz nəşr olundu. Əlbəttə, bu kitablarda da, ümumən o dövrün ədəbi tənqidində, mətbuatında da sovet ideologiyasının təsiri və təzyiqi aydın görünür, marksist-leninçi təlimə əsaslanan sırf sinfi baxış əks olunub, söz sənətimizin bir çox parlaq nümunələri, pantürkist, mürtəce burjua romantizmi adıyla çıxdaş edilib.
    Acı bir həqiqətdir ki, 1933-cü ildən bugünə qədər Nizami İnstitutunun on beş müdirindən beşi 37-38-ci illərin repressiya qurbanları olmuşlar.
    Sovet dönəmində yaranmış bədii ədəbiyyatda belə gah millətçilik, yalançı xəlqilik, gah nihilizm, kosmopolitizm, formalizm, süni novatorluq meyilləri “tapılırdı”, Altmışıncı illər nəslinin əsərləri “sosialist realizmi” metoduna zidd olduğuna, plakat əmək qəhrəmanlarına deyil, adi adamlara üz tutduğuna, “işıqlı sovet həyatını” tünd qara boyalarla təsvir etdiyinə görə damğalanırdı.
    Amma bununla bərabər ədəbiyyat elmimiz və tənqidimiz bütün yasaqlara və qadağalara rəğmən ədəbiyyatın həqiqi dəyərlərinin keşiyində dayanıb, bu gün bir çox hallarda baş alıb gedən ölçüsüzlüyə, meyarsızlığa, subyektivizmə, ucdantutma tərifnamələrə uymurdu. Çünki sözünün dəyərini bilən ciddi alimlər öz yazılarına Tarixin verəcəyi qiyməti yaşadıqları Zamanın konyunktur hökmlərindən və imtiyazlarından üstün tuturdular.
    Ədəbiyyatçı alimlər ədəbiyyat tariximizi sistemləşdirməklə, ardıcıl təsnifat aparmaqla, faktik bilgilər toplamaqla və nəzəri ümumiləşdirmələrlə bu elmin özülünü qurmuşlar. Və bu əməli işdə Elmlər Akademiyasının 85 il bundan əvvəl fəaliyyətə başlamış Nizami İnstitutunun böyük xidmətləri var.
    Bəzi inkarçılar sovet dövrünün bütün aşkar uğurlarına göz yumaraq o dövrün ancaq qüsurlarını göstərirlər. O rejimin qüsurlarını, yanlışlıqlarını, hətta cinayətlərini unutmadan ədalət və həqiqət naminə onu da deməliyik ki, elə Elmlər Akademiyamızın özü də, onun institutları da, o cümlədən Nizami İnstitutu da məhz o dövrdə yaranıb və səmərəli işlər görüb. Qədim dövr və Orta əsrlər ədəbiyyatı, XVIII, XIX və XX yüzillərin ədəbiyyat tarixləri, ədəbiyyat nəzəriyyəsinə, folklora, mifologiyaya, əruz vəzninə, aşıq sənətinə aid araşdırmalar, tənqid və mətbuat tarixiylə bağlı tədqiqatlar, klassik və müasir yazıçılara həsr olunmuş monoqrafiyalar xalqımızın mənəvi zənginliyini əks etdirən sərvətdir və bu sərvət neçə-neçə nəslin milli ruhda yetişməsinə, mədəni dəyərləri dərk etməsinə misilsiz xidmət göstərib. Ədəbiyyatımız, incəsənətimiz, təhsil sistemimiz və elmimizin başqa sahələriylə bir sırada ədəbiyyatşünaslığımız da müstəqilliyimizin mənəvi təməlini qoyan ən mühüm amillərdəndir. Bu mənada müstəqillik dövrümüzdə yaranmış ədəbiyyatşünaslıq nümunələri, çoxcildlik ədəbiyyat tariximiz bu möhkəm dayaqlar əsasında və müasir dövrün yaratdığı imkanlar zəminində uğurla meydana çıxır. Müstəqillik dövründə işıq üzünə çıxarılan monumental nəşrin elə ilk cildi ədəbiyyat tariximizə yeni, daha dürüst, daha elmi baxışın yaranmasına sübutdur. Ədəbiyyat tariximizin kökləri əskilərdə olduğu kimi, bizə yad dillərdə çatmış mətnlərlə deyil, ümumtürk abidələri, türk folklor və mifologiya örnəkləriylə bağlanır.
    Bu baxımdan unudulmaz ulu öndər Heydər Əliyevin “Kitabi-Dədəm Qorqud” dastanının 1300 illiyiylə bağlı qərarı ədəbiyyat tarixşünaslığımızın dönüş nöqtələrindən sayılmalıdır. Heydər Əliyevin siyasi iradəsiylə və sırf elmi yanaşma nəticəsində dastanın yaşı Həzrət Məhəmmədin müasiri Dədə Qorqudun yaşadığı dövrlə, yəni VII əsrlə bağlandı və bu rəqəm YUNESKO tərəfindən də təsdiq edildi.
    Bu gün böyük qürur və iftixar hissiylə deyə bilərik ki ədəbiyyatımızda “Kitabi Dədəm Qorqud” kimi ölməz bir abidə də var, bu abidəni doğma dilimizdə yaradan ozan-şair-dastançı Dədə Qorqud kimi dahi bir sənətkarımız da… Böyük ədəbiyyat tariximiz də bu faktdan başlanır.
    Dastanın hərtərəfli araşdırılmasında Nizami İnstitutunun və onun içindən çıxmış Dilçilik və Folklor institutlarının əməkdaşlarının xidmətləri xüsusi qeyd olunmalıdır.
    Sovet dövründə yasaq olunmuş başqa bir tarixi uyğunsuzluğu da aradan götürməyin vaxtı çatmışdır. Əgər Türkiyə ədəbiyyatşünasları haqlı olaraq Nəsimini, Xətaini, Füzulini Azərbaycan ədəbiyyatından ayırmadan öz ədəbiyyat tarixlərinə də salırlarsa, biz də Sivaslı Qazı Burhanəddinlə bərabər Səfəvilər müridi Pir Sultan Abdal, Qaracaoğlan, afşar Dadaloğlu kimi şairlərin yaradıcılıq irsini Türkiyə ədəbiyyatından qoparmadan ortaq şeir və dil örnəklərimiz kimi araşdırmalı, Azərbaycan ədəbiyyatı tarixinə daxil etməliyik. Həsənoğlunun doğma dilimizdə yaranmış əruz vəznli qəzəllərindən daha əvvəl heca şeirimizin ilk böyük sənətkarı Yunis Əmrənin möhtəşəm divanı da ədəbiyyat və dil tariximizin malı olmalıdır. Bu örnəklərsiz şifahi və yazılı poeziyamızın inkişaf və dəyişmə proseslərini müəyyənləşdirmək çətin olardı. Ədəbi təkamülü bugünkü siyasi sərhədlərin o tayına, ya bu tayına düşməsiylə ayırmaq keçmişə bütöv şəkildə baxmağa əngəl törədər, bu, baxışlarda natamamlığa, yarımçıqlığa səbəb olar. Güman edirəm ki, yeni nəşrə hazırlanan və artıq birinci cildi çıxmış 10 cildlik ədəbiyyat tariximizdə bu cəhət nəzərə alınacaq.
    Müstəqillik illərində Nizami İnstitutunun ərsəyə gətirdiyi çox dəyərli işlər – “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının bugünkü əlifbamızla nəşrləri, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Müstəqillik dövrü ədəbiyyatı haqqında ikicildlik son illərin böyük nailiyyətidir.
    Gələn il Azərbaycan Yazıçılar təşkilatının da 85 yaşı tamam olur və bu gün mən Yazıçılar Birliyimiz adından özündən bir yaş böyük qardaşını – Nizami adına Ədəbiyyat İnstitutunu ürəkdən salamlayır, alqışlayır, ona daha böyük uğurlar arzulayıram. Ona – yəni institutun əməkdaşlarına, rəhbərliyinə, çünki institut yalnız addan və binadan ibarət deyil, onu yaradanlar və yaşadanlar insanlardır – peşəkar, fədakar alimlərdir.
    Səksən ildən artıq bir müddətdə Yazıçılar təşkilatıyla Ədəbiyyat İnstitutu sıx yaradıcılıq təmasında çalışırlar. Nizami İnstitutu hər ilin ədəbi prosesinə aid elmi konfranslar keçirir, alimlərimiz, tənqidçilərimiz yeni əsərlərimizi diqqətlə izləyir, təhlil edirlər. Təşkilatımızın nizamnaməsinə görə, Akademiyanın ədəbiyyat üzrə həqiqi və müxbir üzvləri Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasına daxildirlər. Qəzetimizin və jurnallarımızın redaksiya heyətlərində ədəbiyyatşünas alimlər, tənqidçilər önəmli yer tutur.
    1945-ci ildə Akademiya təşkil olunanda onun ilk həqiqi üzvləri sırasında görkəmli ədəbiyyat xadimləri – 39 yaşlı şair Səməd Vurğun və 34 yaşlı nasir Mirzə İbrahimov da vardı. 45-ci ildən bu günə qədər 73 il ərzində Akademiyanın tərkibinə şair kimi deyil, filoloji elmlər doktoru, ədəbiyyatşünas alim kimi əvvəl müxbir, sonra həqiqi üzv seçilmiş Bəxtiyar Vahabzadədən başqa, heç bir yazıçı Akademiyaya üzv olmayıb. Bu vaxt ərzində üç bəstəkar (Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov) həqiqi üzv, iki bəstəkar (Fikrət Əmirov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə) müxbir üzv seçilmişlər. Dahi və görkəmli bəstəkarlarımızın Akademiyaya üzvlüyünə layiq görülməsi, əlbəttə, bizi sevindirir.
    Bütün hallarda yazıçılarla alimlərimiz bir məqsədə birgə xidmət edirlər – ədəbiyyatımızın həqiqi dəyərlərinin keşiyində dururlar, dilimizin saflığı və sağlamlığı uğrunda birlikdə çalışırlar.
    Hörmətli Prezidentimiz İlham Əliyevin 85 yaşlı Nizami İnstitutunun əməkdaşlarını təltif etməsi dövlətimizin bu böyük elm ocağına diqqətinin və qayğısının daha bir təzahürüdür.
    Yazıçılarımızın alim qardaşlarını və bacılarını bu möhtəşəm bayramları, ortaq bayramımız münasibətilə ürəkdən təbrik edirəm.
    Neçə-neçə belə illərə… Bir yerdə… Birlikdə… Bərabər…

    14 noyabr 2018

    Mənbə: http://edebiyyatqazeti.az

  • Nizami CƏFƏROV.”Aristokratiyanın dili”

    Qədim dövrlərdən başlayaraq, demək olar ki, bütün xalqlarda, cəmiyyətlərdə ümumxalq dili ilə yanaşı, aristokratiyanın, yaxud yüksək təbəqənin geniş xalq kütlələri üçün ya tamamilə, ya da qismən yad elə bir özünəməxsus ünsiyyət vasitəsi olmuşdur ki, çox hallarda həmin xalqların, cəmiyyətlərin klassik bədii, elmi, rəsmi-işgüzar və s. mədəniyyət tarixini məhz bu özünəməxsus ünsiyyət vasitəsindən istifadə miqyası (və məharəti!) müəyyən edir. Qədim türk aristokratiyası yalnız türkcədə ünsiyyət saxlamış, lakin türklərin I minilliyin sonu, II minilliyin əvvəllərindən etibarən bir-birindən müstəqil xalqlar olaraq ayrıldıqları yeni dövrün əvvəllərinə qədər üç aristokratik dildən istifadə etdikləri məlumdur: ərəb, fars və türk dilləri.
    Ərəbcənin islam dininin, eləcə də bu möhtəşəm dinin ideya-metodoloji təsiri altında təşəkkül taparaq orta əsrlər boyu inkişaf edən elm, farscanın isə zəngin poetik təfəkkürün dili olduğu barədə çox yazılsa da, türkcənin tarixi aristokratizmi haqqındakı təsəvvürlər elə də mükəmməl deyil. Və əlbəttə, bunun səbəbi türk dilinin həmişə xalq dili, folklor dili (və nəticə etibarilə, “türkün sözü”) səviyyəsinə endirilməsi olmuşdur ki, bunun da əsas “günahkarlar”ı, ilk növbədə, türklərin özləridir. Mahmud Kaşğarinin məşhur dildə türkçülük təəssübkeşliyindən, Yusif Balasaqunlu, Əhməd Yəsəvi və Əhməd Yüqnəkinin həmin təəssübkeşliyin mükəmməl fakt-mətnlərini təqdim etmələrindən sonra türk aristokratiyasının istər ərəbcəyə, istərsə də farscaya meyli yalnız sosioloji amillərlə izah olunmalıdır. Hər şeydən əvvəl ona görə ki, I minilliyin sonu, II minilliyin əvvəllərində ən azı min illik zəngin etnolinqvistik qaynaqlar əsasında formalaşmış Türküstan (Kaşğar) türk ədəbi dilini, professor Əhməd Bican Ərcilasun tamamilə haqlıdır ki, səlcuqlar Anadoluya gətirə bilmədilər. Niyə?.. Türk aristokratiyası Şərqdə (Türküstanda!) qalmışdı, Qərbə axın edənlər isə türk cəmiyyətinin o hissələri idi ki, hərbi-siyasi gücə əsaslanırdılar. Və elə ki, həmin güc sayəsində geniş bir coğrafiyaya hakim oldular, dərk etməyə başladılar ki, istər ərəb, istərsə də fars aristokratiyası qarşısında dayanacaq “kadr”ları, demək olar ki, yoxdur… Türküstanda monqollar türk aristokratiyasının axırına çıxanda Qərbdə türk hökmdarları ərəb-farsdilli aristokratiya (və mütəfəkkirlər!) yetişdirməyə məcbur idilər. Lakin “türk dili yaraşmaz şah nəslimizə, əskiklik gətirər türk dili bizə” düşüncəsi yuxarı təbəqədə nə qədər aparıcı olsa da, türkcə türk cəmiyyətində yalnız ümumxalq- folklor dili olmaqla qalmayıb, öz etnolinqvistik enerjisi (və ehtirası!) ilə “yuxarılar”a – saraylara can atırdı ki, bunun üçün ərəbcə və farsca kompromisə girmək lazım gəlirdi. Ona görə də türk aristokratiyası türkcənin leksikasını ərəbcə və farscaya güzəştə gedib qrammatikasına sahib çıxdı.
    Orta əsrlər türk aristokratiyasının dil- ünsiyyət mədəniyyətinin göstəricisidir ki, ərəbcəni, farscanı və türkcəni – tamamilə müxtəlif sistemli dilləri bir-birindən ayırmadı, hətta üç dildə yazan dahi türk mütəfəkkirləri yetişdirməklə yanaşı, türkcədə bu üç dili “birləşdirmək” kimi unikal bir təcrübəyə müəlliflik etdi.
    Orta əsrlərin sonu, yeni dövrün əvvəllərində – XVI-XVIII əsrlərdə türklərin differensiasiyası (və müasir türk xalqlarının formalaşmağa başlaması) nəticəsində milli aristokratiya türkcənin yerli təzahürlərinə xüsusi önəm verir.
    Rus dilinin türk aristokratiyası arasında yayılması nə mədəni, nə də siyasi deyil, məhz inzibati tələblərdən irəli gəlir. Və heç də bütün Türk dünyasını əhatə etmir… XIX əsrin əvvəllərindən başlayaraq Rusiya imperiyasının müxtəlif xalqlara bölünmüş türklərə hərbi-siyasi təcavüzü qarşısında Qərbdə Osmanlı türkləri, Şərqdə isə uyğurlar davam gətirə bilir. Azərbaycan ikiyə parçalanır… Və Azərbaycan aristokratiyasının dil taleyi o baxımdan kifayət qədər mürəkkəbləşir ki, Rusiya imperiyasının yerini Sovetlər Birliyi tutanacan rus dili türk- fars- ərəbdilli ziyalı mühitinə birbaşa yox, fransız ədası və ya elitarlığı ilə nüfuz etməyə başladığından Azərbaycan aristokratiyası Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadədən başlamış Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadəyə qədər həm Şərq, həm də Qərb (ən azı rus) dillərini mənimsəmələri (və yaradıcılıq-fəaliyyət praktikasında birbaşa istifadə etməli) olurlar. Odur ki, biz XIX əsr Azərbaycan ziyalısının mədəni səviyyəsini göstərmək istərkən tez-tez belə bir ifadə-formuldan istifadə edirik: “O, ərəb, fars və türk dilləri ilə yanaşı, rus-Avropa dillərini də bilirdi”… Lakin müşahidələr göstərir ki, milli azadlıq hərəkatının gücləndiyi 1910-cu ildən, xüsusilə AXC-nin mövcud olduğu 1918-1920-ci illərdə Azərbaycan aristokratiyasının dili, əsasən, Azərbaycan türkcəsidir. Və biz bunu, ilk növbədə, Cümhuriyyət Parlamentinin nitq təcrübəsində görürük. Birincisi, millət vəkilləri Azərbaycan türkcəsində danışmağa çalışırlar; ikincisi isə bu dili yaxşı bilməyənlər Məclisdən üzr istəməyə, tezliklə dövlət dilində danışmağı öyrənəcəklərinə söz verməyə məcbur olurlar.
    Sovet hakimiyyətinin ilk illərində – 1920-1930-cu illərdə Azərbaycan aristokratiyası artıq siyasi-inzibati deyil, ədəbi-mədəni ziyalılar təmsil edir ki, onları “köhnə” və “yeni” olmaqla iki nəslə ayırmaq lazım gəlir. “Köhnə” nəslə, məsələn, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Abdulla Şaiq, Əliağa Şıxlinski, Bəkir Çobanzadə, “yeni” nəslə isə Cəfər Cabbarlı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mehdi Hüseyn, Məmməd Arif, Həmid Araslı, Mir Cəlal, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə… daxildirlər ki, bu nəsillərin dil aristokratizminə artıq daha doğru olar deyək, elitarizminə münasibətdə mövqeləri fərqlidir. O mənada ki, “köhnə” nəsil öz mövqeyini müəyyən etməkdə daha sərbəst olduğu halda, “yeni” nəslin qarşısında müəyyən ideoloji məhdudiyyətlər dayanır ki, onlardan birincisi xalq danışıq (“proletar”) dilini ədəbi səviyyəyə yüksəltməkdən, ikincisi isə rus dilini yeganə beynəlxalq ünsiyyət vasitəsi (gələcək kommunizm cəmiyyətinin dili!) olaraq mənimsəməkdən, ona xüsusi ehtiram göstərməkdən ibarətdir.
    XX əsrin ortalarından, ilk növbədə, Stalin rejiminin çökməsindən etibarən Azərbaycan ziyalı elitasında rus dilinin get-gedə süni şəkildə yüksəldilən nüfuzu qarşısında Azərbaycan dilinin milli-mənəvi, eləcə də siyasi-ideoloji hüquqlarını qorumaq hisslərinin güclənməsi, əlbəttə, tarixi bir zərurət idi. Mirzə İbrahimovun şəxsində baş qaldıran “ana dili qiyamı”, “mərkəz”in sərt reaksiyası öz yerində, “daxil”də də müəyyən müqavimətə rast gəlsə də, tamamilə aydın idi ki, bu, məhdud dünyagörüşlü bir millətçinin deyil, dünya mədəniyyətinə yaxşı bələd olan milli kommunistin ümumbəşəri dəyərlərə zidd olmayan təşəbbüsüdür. Və Azərbaycan ziyalı elitasının ümumi mövqeyini əks etdirir.
    Mirzə İbrahimovun “ana dili qiyamı” və ya Azərbaycanın dövlət idarələrində Azərbaycan dilinin nüfuzunu gücləndirmək təşəbbüsü milli ziyalı elitasının dilə münasibəti baxımından ən azı üç səbəbdən irəli gələ bilərdi:
    1) Sovetlər Birliyi yaranarkən kifayət qədər qədim mədəniyyəti olan xalqlar müttəfiq respublikaların timsalında onun tərkibinə o şərtlə daxil olmuşdular ki, milli mədəni varlıqlarına, yaxud mənliklərinə toxunulmasın, lakin həmin şərtə nəinki əməl olunur, hətta zaman-zaman zatı-kökü naməlum bir xalqdan – “sovet xalqı”ndan bəhs edilməklə digər xalqların ruslar daxilində əriməsi tendensiyası dövlət siyasəti səviyyəsinə qaldırılır;
    2) Azərbaycan xalqı ikiyə parçalandığından onun dili iki fərqli ictimai-siyasi şəraitdə mövcud idi ki, milli ziyalı elitası bunu nə Şimaldakı, nə də Cənubdakı “ağa”lara güzəştə gedə bilmirdi;
    3) Stalin rejiminin çöküşü millətin təbii hüquqlarını təmin etmək üçün müəyyən ümidlər doğurur, perspektivlər vəd edirdi.
    Mirzə İbrahimovun sələfləri, müasirləri ilə yanaşı, onlardan geri qalmayan xələfləri də meydana çıxdı: Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Anar, Elçin, Sabir Rüstəmxanlı…
    Və heç şübhəsiz, milli dil elitarizmi problemini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həll etdi. Sadəcə, bir-iki “qiyam” və ya təşəbbüsdən ibarət olmayıb ümumən milli dövlət quruculuq strategiyasının üzvi tərkib hissəsi səviyyəsinə yüksəldən dil məsələsinə bu gün millət və milli elita münasibətləri sistemində (və tamamilə təbiidir ki, beynəlxalq ünsiyyət, mədəniyyət kontekstində baxılır. Azərbaycan Prezidenti İlham Əliyevin dami nəzarətdə saxladığı, zəruri proqram, fərman sərəncam və göstərişlərlə işlənməsi, saflığı, inkişafı ilə yanaşı, elitar nüfuzunu da ardıcıl müdafiə (və təmin) etdiyi Azərbaycan dili xalqımızın (və dövlətimizin) tərəqqisinin həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda ən mühüm göstəricisidir.
    O dövrdə ki, xalqın dilinə onun güclü dövləti qayğı göstərir, onda yad dillər, yaxud təsirlər həmin dili öz kökündən ayıra, mehvərindən çıxara bilməz. Və ana dilinə münasibətdə bütün xalq elitaya (aristokratiyaya) çevrilmək imkanı əldə edir.
    Ümummilli lider Heydər Əliyev nə etdiyini bilirdi. Və Dünya azərbaycanlılarının lideri İlham Əliyev də nə etdiyini bilir…

    Mənbə: http://edebiyyatqazeti.az

  • Şükür ŞƏNOL.”…nə gözəl onu andı, sevdi, düşündü hər türk”

    Türklüyü ən böyük qürüru oldu çocuqkən
    …Atası Əli Rza əfəndi
    anası Zibeydə bəyim
    doğulduğu ev Salonikidə Qocaqasım məhəlləsi
    sübhün üzü qızılgüllər kimi qırmızı
    buludların üzü qar kimi bəmbəyazıdı
    səkkiz yaşı vardı, atası vəfat edəndə
    türklüyü ən böyük qüruru oldu çocuqkən
    bunu duyan və sezən yüzbaşı Mustafa əfəndi
    isminin sonuna “Kamal” yazdı…
    …………………………………………….
    Hərbçi oldu, natiqliyi və ədəbiyyatı sevdi
    hər sözünün başı Vətən
    o, türkün alp ərəni
    dünənin, bu günün, sabahın qəhrəmanı
    öpə-öpə məmləkətin torpağını, daşını
    əngin üfüqdən doğan
    qızıl şəfəqlər kimi
    onun bağrından qopan
    yaşa Vətən nidası qabaqladı zamanı…
    …………………………………………….
    Dənizdən və qurudan
    gələn bir dev ordunun, önündə
    o, bir savaş yolçusu
    onun üstü, köynəyi mərmi, barıt qoxulu
    daş, qaya, qala oldu
    düşmənə Çanaqqala
    keçilməz sipər kimi
    uzaq tutdu düşməni
    saxladı və qorudu minarələr şəhəri
    qənirsiz gözəl olan sevgili İstanbulu…

    Fəqət, sultan, saray və
    hökumət Antanta ilə
    şərəfsiz sülh müqaviləsi imzalayıb
    birinci dünya savaşından çıxdı.
    Ağır şərtləri olan Mudros müqavıləsi
    ulu bir məmləkəti yıxdı
    düşmən istədiyini aldı
    ordusu buraxılmış ölkənin qədəri
    quyu dibi kimi qaranlıq qaldı…
    …………………………………………….
    Başsız millət və başsız məmləkət
    türk insanının qəlbində
    bütün hər şeyin kədəri
    sıra-sıra, umudsuz qarşıladı
    açılan hər günü, hər səhəri
    önə, qabağa çıxdı Mustafa Kamal Paşa.
    Türklüyü başının tacı, onun dövləti, varı
    türkü və türkəm deyəni
    döyüşə apardı Vətən uğrunda
    bu dühanın “Ya istiqlal, ya ölüm!” şüarı…
    …………………………………………….
    Bir millətin ölüm-qalım müharibəsinin
    istiqlaliyyət savaşında mübarizəsinin
    önündə gedən böyük
    səsinə millət və məmləkət oyandı
    ormanlardan- ormanlara
    yeriyən aslanlar kimi
    səngərdən- səngərə yeriyən
    türkün əsgəri
    birinci İnönü qələbəsiylə
    düşmənin sinəsinə süngü kimi dayandı
    bir qələbəsi də Sakariya meydan savaşı
    ardından zəfər saatı gəldi
    məmləkət yenidən
    qanadlarını çırpdı
    bəmbəyaz mələklər kimi
    onun çiyinlərindən yüksəldi…

    Mustafa Kamal Paşa

    …Böyük öndər
    fikir və düşüncələrində
    inancı “Ya istiqlal, ya ölüm!” şüarı
    qəlbini açdı, ürəyini verdi
    millətinə, məmləkətinə
    bir müqəddəs
    hürriyyət nəğməsi kimi ötdü rüzgarı
    türkün tarixinə
    yazdı “Nə xoşbəxtdir, türkəm deyən!” səsini
    o səsdə, o səsin ahəngində
    bütün uçurumları yenən
    qüdrət və qüvvət axdı ruhlara
    o səs “Yurdda sülh, cahanda sülh!” söyləyən
    bir könüldən havalandı
    yazılmaz və
    sığmaz uzun-uzun dastanlara…
    …………………………………………….
    Min doqquz yüz iyirmi ikinci il
    otuz avqust savaşı
    türk tarixinin şanlı səhifəsi
    bu zəfər
    hədəfə yönəlmiş
    fədakarlığın, milli birliyin ən gözəl misalı
    yenidən dalğalandı Vətənin hər yerində
    türkün Ay-ulduzlu bayrağı
    yekdilliklə Böyük Millət Məclisi
    yaratdığı, qurduğu cümhuriyyətə
    prezident seçdi
    min səkkiz yüz səksən bir
    təvəllüdlü Mustafa Kamalı…
    …………………………………………….
    Min doqqus yüz otuz dördüncü ildə
    ona, Atatürk adını verdi məclis
    el-el, oba-oba
    dolaşdı məmləkəti
    oldu Vətənin hər köşəsində
    böyük öndər Mustafa Kamal Paşa
    könüllərə yazdı
    məslək və amalını
    istək dolu bir qəlbnən
    bu yollarda uçurum keçdi, dağ aşdı
    bir aydın gerçəyə çevirdi
    uzaq-uzaq
    üfüqdən ötən arzu və xəyalını…
    …………………………………………….
    Nə gözəl, onu andı
    sevdi, düşündü hər türk
    son mənzili Anıtqəbir
    aydın səma altındakı
    böyük, gözəl, xoş xatirat
    gözümüzdən iri-iri
    süzülsün isti damcılar
    dönüb-dönüb onu anaq
    o, bir dünya, bir kainat
    gedək, onu – türkün böyük
    atasını ziyarətə
    önündə mən, sən əyilək
    başımızı bir an əyək
    içimizdə, ona sayğı
    ruhuna dualar deyək…

    Atatürk sevgisi
    …Unudulmuş sevgilər
    çox-çox əski sevgilər
    yaşıl biçənəyin, iydə çiçəyin
    havasına tutulan
    yaz günlərindən oyandı üzümüzə…
    …………………………………………….
    uzaq üfüq qaşında
    günün bata-batında
    dan üzü qaranlıqdan qalxan aydınlığa
    oxşadı bir belə sevgi, bir belə istək…
    …………………………………………….
    Bir belə sevgiyə, belə istəyə
    məmləkətin ağacları çiçəklədi
    çiçəklədi heyvaları
    çiçəklədi gilənarı
    gözdolusu Təbrizdə, Ankarada, Şuşada
    və Gəncədə…
    …………………………………………….
    Bir belə sevgiyə, belə istəyə
    dağların göyü açıldı
    açıldı torpağın üzü
    açıldı daş qönçənin gözü
    evlərin banı açıldı alapaxta qanadına
    bu sevginin yiyəsiydi and içən
    damarımızda axan dopdoğma qan adına…
    …………………………………………….
    Bir belə sevgi, bir belə istək
    bəlkə, bir də yüz il, min il sonra
    yaşıl biçənəyin, iydə çiçəyin
    havasına tutulan
    yaz günlərindən oyandı üzümüzə…

  • Şair Faiq Balabəylinin “Yağışdan sonra” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    “Qanun” Nəşriyyatı tərəfindən çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Qızıl qələm” media mükafatı laureatı, şair Faiq Balabəylinin “Yağışdan sonra” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, AYB Moskva bölməsinin məsul katibi, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı, şairə, publisist, tərcüməçi Afaq Şıxlı, ön sözün müəllifi Xalq şairi Sabir Rüstəmxanlıdır.
    Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb. Kitab müəllifin oxucuları ilə sayca yeddinci görüşüdür. Ədəbiyyatsevərlər, poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Qeyd edək ki, bundan öncə şair Faiq Balabəylinin “Eh ayrılıq, nə yamansan”, “Kəsilməyən həyacan fiti”, “Sənə yazılan şeirlər”, “Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Bayıldan bayıra” şeirləri kitabı nəşr olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Xalq yazıçısı İsa Muğannanın anadan olmasının 90 illiyi qeyd ediləcək

    Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamının icrası ilə əlaqədar geniş tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, noyabrın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli yazıçının təntənəli yubiley tədbiri keçiriləcək.
    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə İsa Muğannanın həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına və kinosuna töhfələrindən danışılacaq, ssenari müəllifi olduğu filmlərdən fraqmentlər göstəriləcək. Tədbirdə sevilən xanəndələrin ifasında musiqilər səsləndiriləcək.
    Qeyd edək ki, ədəbi fəaliyyətə 1948-ci ildən başlayan İsa Muğannanın “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. O, bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, ”Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm” və digər kitablarını oxuculara təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.
    Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub.

    Mənbə: http://azertag.az

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ƏSHABÜL-KƏHV ZİYARƏTGAHI
    /”Vətənimdir” – silsiləsindən/

    Bilinmir tarixi, bilinmir yaşı,
    Heyrət, möcüzədir hər qaya, daşı.
    Yurdun əfsanəsi, yurdun sirdaşı,
    Olub zəvvarların daş qibləgahı-
    Əshabül-Kəhv ziyarətgahı.

    Qüdrətdən heyrətli, əsatir dağı,
    Əbədi qurtuluş, nicat ocağı.
    Sirlər aləmidir qoynu, qucağı,
    Haqqa sığınanın ümid, pənahı-
    Əsahabül-Kəhv ziyarətgahı.

    Şanından söz açır Qurani- Kərim,
    Misilsiz hikmətlər, mənası dərin.
    Yeddi Kimsənənin ayaq izlərin,
    Tapa bilməyibdir dövrünün şahı-
    Əshabül-Kəhv ziyarətgahı.

    Arzular, diləklər, dualar, niyyət,
    Könüllər qazanır saflıq, ülviyyət.
    Burda hüzur tapır ruhi-zehniyyət,
    Qayalar qoynunda bir cənnət bağı-
    Əshabül-Kəhv ziyarətgahı.

    Hər gün minlərlədir onun qonağı,
    Daşdandır məscidi, daşdır otağı.
    Nurlu buludlardır qübbəsi, tağı,
    Tanrı qapısıdır, Haqqın dərgahı-
    Əshabül-Kəhv ziyarətgahı.

    Sıxıntı edərkən qəlbi qəmxana,
    Ülvi niyyətlərlə üz tutdum Ona.
    Yalvardım Ya Rəbbim , yol göstər mana,
    Qalmasın Dövranda dövrün güna

    OLARMISAN
    /”Könül dəftərim” – silsiləsindən/

    Aşiqinəm,-deyən cavan,
    Düşün, tayım, olarmısan?
    Uzun, zülmət gecələrdə,
    Nurlu ayım, olarmısan?

    Heyran edib bu aləmi,
    Olub könül, qəlb həmdəmi.
    Unutdurub dərdi, qəmi,
    Sevgi payım, olarmısan?

    Könül sevən, qəlbə yatan,
    Ömrə, günə nəşə qatan.
    Xoşbəxt olub, kama çatan,
    Hay- harayım, olarmısan?

    Mələksimam, aynaqabaq,
    Alnı açıq, hey üzü ağ.
    Dağ çayıtək coşqun, şaqraq,
    Yazım, yayım, olarmısan?

    Qaçırma məndən gözünü,
    Söylə ürək, qəlb sözünü.
    Gəl Dövrana de düzünü,
    Ilim, ayım, olarmısan?!…
    Olarmısan?!…
    Olarmısan?!…

  • Şəfa VƏLİYEVA.”Təbəssümü xatırladan yazılar”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bir fransız filmi var; “8 qadın” (“8 femmes”)… Orda “qadın” adlı varlığın ilahiləşdirilməsi və şeytaniləşdirilməsi 111 dəqiqə boyunca tamaşaçını təzadlı duyğuların qoynuna atır…

    Təsadüf dediyimiz qanunauyğunluq nədirsə, bu filmlə Şahanənin sevimli “525-ci qəzet”dəki “Rifah istəyi, yoxsa nəfsin əsarəti…” adlı yazısı sentyabrın əvvəlində ard-arda gözlərim önündə təzahür etdi. Şahanə qadın təzadına, hər zaman göz önündə olsa da, təfəkkürü dumanlandıran qadın həqiqətinə bir cümlə həsr etmişdi öz yazısında: “Niyə uzun müddətli xaqanlığımızı (söhbət 40 min il bundan öncə başlamış e.ə IV minilliyin sonlarınadək (təqribən, 37 min il) mövcud olmuş ana xaqanlığından, matriarxatdan gedir) kişilərə inanıb həvalə etmişik?” İlahi sualdır, məncə… Çünki, cavabı sonsuzluqda gizlidir. Heç eynimə də gəlmir ki, Şahanə öz sualına “məhz güclərindən, qüvvətlərindən, dözümlülüklərindən dolayı” cavabını verib. Mənimçün cavab bu gün üçün sevgidir… Sabahkı gün bu cavab “xəyanət”, “cəza”, “sitayiş”, hətta daha irəli gedib “qurban etmək istəyi” də ola bilər…

    lll

    Uşaqlığım ən təlatümlü illərin qoynuna atılmış məktub parçası olub; gah illərin altında qalıb, əzilib, gah anamın göz yaşıyla islanıb, rəngləri, yazıları bir-birinə qarışıb, gah da əldən-ələ gəzərək qırıq-qırıq oxunub… Amma mənim varlığıma şükür edən az olub, çox az. Heç kim üzümə məhəbbətlə, yaxud nəvazişlə baxıb “yaxşı ki varsan!” deməyib. Şikayət etmirəm, əsla! Bu da bir tale payıdır, qoyulub ovcumuza. Məşhur deyimdəki kimi, Tanrı məni yaradanda artıq qalan gili ovcuma qoyub: “Nə istəsən düzəlt!” – deyib. Mən hələ o bir ovuc gillə oynamaqdayam…

    Şahanə isə ürəklə “Yaxşı ki var gül balalar…” deyir. Yazı “3 ALMA”nın yeni layihəsi: “Göyərçinim, gəl görüm” şeirli, şəkilli “əlifba” kitabı haqqında qeydlərdən ibarətdir. Amma Şahanə özünün uşaqlıq həsrətini də yazısına hopdura bilib. Elə səmimi etiraf edir ki: “Uşaqlar üçün nəzərdə tutulmuş hər şeyi sevirəm, xüsusən də kitabları”. Və bu sevginin, bu incəliyin arxasınca günümüzün uşaqlarının ruhundakı boşluqların səbəbini, qaynağını da hayqırır: “Etiraf etməliyik ki, ölkəmizdə yaxın illərə qədər uşaq ədəbiyyatı sahəsində ciddi problemlər var idi. Nəşriyyatlar belə kitablara maraq göstərmir, yazıçılar isə nəşriyyatın maraq göstərmədiyi bu sahəyə çox da enerji sərf etmək istəmirdilər. Buna görə də uzun müddət bu sahədə böhran dövrü yaşandı…”

    lll

    “Tənhalığın simfoniyası” da Şahanənin “525-ci qəzet”in oxucularına hədiyyə etdiyi yazılardandır. “Çətinliyə baş vurmaq” serialının baş qəhrəmanı haqqında yazılan bu yazıda hamıdan gizlətdiyimiz və sadiqliyimizə görə bizə heç bir xoş gün vəd etməyən tənhalığımız var.

    Şahanə yazır: “Hərdən ürküdücü olur tənhalıq. İnsan özü özünü dinləməkdən o qədər bezir, o qədər yorulur ki, yanında başqa bir səs, başqa bir nəfəs istəyir. Həmin an hər şeyini verməyə hazır olursan bəlkə də. Təki öz beynimin içərisindən çıxım, ağzımdan çıxan kəlməni eşidə bilən biri olsun, o da mənə cavab versin istəyirsən”.

    lll

    Bütün bu narahatlıqların fonunda Şahanə sevincdən kövrəlməyə də vaxt tapır. Valideynlərinin 50 illik yubileyi ərəfəsində sevdiyim peçenyelərdən danışır. Yox, siz “Əlli il deyildi, əllicə gündü…” adlı yazıda peçenye haqqında bir cümlə də oxumamısınız, bilirəm. Sadəcə, mən, yataqxana pilləkənində oturub bir qutu peçenyeni göylərin hədiyyəsi kimi qəbul edən gənc ananın yanındaydım bu yazını oxuyanda. Onun əllərindən peçenye alıb yeyirdim… Və o peçenye limonlu idi!

    lll

    “525-ci qəzet”in mən tanıdığım təbəssümüdür Şahanə Müşfiqin yazıları. Siz heç bir kitabın ağlamağını, bir jurnalın xatirə danışdığını, bir qəzetin gülümsədiyini görməmisiniz ki?! Görməmisinizsə, özünüzü oxucu saymayın…

    “Səhnənin gülən üzü – Afaq Bəşirqızı”, “Sirli təbiətin yazıçı və rəssam oğlu Ernest Seton-Tompson”, “İtkin səsin möhtəşəmliyi: Akif İslamzadə” kimi sənədli esselərində Şahanə özü də gülümsəyir… Bu təbəssümün yaz gürşadı kimi anidən şıdırğılanması da var, payız leysanı kimi qəfildən titrəyəni də…

    “İtkin səsin möhtəşəmliyi: Akif İslamzadə” adlı sənədli essesində Şahanə yazır: “Arzu! Bir insan övladının heç zaman bitib tükənmək bilməyən istəkləri! Əslində, insanı həyata bağlayan da məhz budur: arzu və ümid. Keçmiş nə qədər cah-cəlallı, nə qədər rahat, nə qədər hüzurlu olsa da, insan gələcək istəyir, çünki gözləntiləri var, arzuları var. O gözləntiləri, coşğun dağ şəlaləsi kimi qəlbində aşıb daşan, beynini dumanlandıran, gözlərini alovlu günəştək parıldadan o arzuları bircə anın içərisində daha öncə artıq yaşadığın, gördüyün, nə olacağını əzbər bildiyin keçmişin üçün qurban vermək mümkünmü ki?! Verərikmi? Yəqin ki, yox”. Mən bu cavabla razılaşıram!

    Amma “Ruh sən özün deyilmisən, özündən vaz keçə bilərmi insan?” sualına veriləsi bir düjün cavabım var…Bu cavabların hər birində məndən bir parça, keçmişimdən, bu günümdən, gələcəklə bağlı gözləntilərimdən bir incə ştrix var… Yox, deməyim, bu cavabları hələ yazmayım. Qoy, bu da mənim qadın sirrim olsun!

    “Səhnə və ekran sənətimizin ulu korifeyi: Məmmədrza Şeyxzamanov” adlı yazıya kiçik bir əlavə etmək istəyirəm. Hazırda Gəncədə, Mərkəzi Univermaq Mağazasının sol tərəfindən dolanıb keçən küçədə Şeyxzamanovların (Şeyxzamanlıların) mülkündə avtomobil yuma məntəqəsi fəaliyyət göstərir. Bu, bizim tariximiz üçün acınacaqlı faktdır… Çox istərdim ki, üstündən insan talelərinin qara yelləri əsən bu mülk ev muzeyi kimi yaşasın, öz tarixini elə özü danışsın…

    lll

    Şahanə “525-ci qəzet”də oxuduğu kitablar haqqındakı qeydlərini də oxucularla bölüşür. Beləcə, mənim kimi kitabsevərlərə zövqlü oxu saatlarından əlavə düşünmək üçün də zaman tanıyır. Məsələn, mən hələ İlqar Kamilin “Yerlə göy arasında” romanını oxumamışam. Amma Şahanənin “Yerlə Göy arasında qalanların romanı” adlı yazısını oxuduqca bu roman haqqında düşünə bildim… Bu, Şahanənin öz publisist qələmiylə oxucuya təsir etmək bacarığıdır.

    “Mustafa Məsturun romana çevrilmiş pıçıltıları” adlı yazısında isə Şahanə özü də əsərlərini oxumadığı bir müəlliflə söhbətin avantaj olduğunu qeyd edir. Çünki bu məqam yazıçı-oxucu münasibətlərində tamam başqa əhval yaradır. Tanıdığın bir adamın yazılarını daha rahatlıqla həzm edə bilirsən…

    “Ağrılı mətləblərin uğurlu bədii ifadəsi” adlı yazısında Şahanə yazıçı Aqşin Babayevin yeni hekayələrindən danışır. Qeyd edir ki, “Çağdaş ədəbiyyatımızın problemlərindən biri də uzunçuluqdur”. Nə yalan deyim, Şahanənin bu iradından özümə də pay götürdüm. Və çoxdandır yazdığım nəsr əsərlərini gizlətməyimə daha bir haqlı səbəb tapdım. Məni qane etməyən bir əsəri oxucuya sırımaq kimi niyyətim yoxdur…

    Şahanə isə Aqşin Babayevin “Ağrı” və “Divardakı portret” hekayələrində “geniş təsvirçilik, tez-tez mövzudan yayınmaq, haşiyəyə çıxmaq” kimi lazımsız nüansların olmamasını qeyd edir. Və oxucu üçün hekayələrin qısa anonsunu da verir.

    Bir də Şahanənin “Məmməd Araz yaradıcılığının rənglər dünyasındakı əksi” adlı yazısı var. “Qoçaq qız” deyə xitab etdiyim Şahanə Müşfiq rəssam Kirman Abdinin “Məmməd Araz qrafik albomu”ndan elə qəribə maraqla söz açır ki… Əslində, bu maraq özü də məni sevindirdi. Hardasa özümlə, üzvü olduğum Dünya Gənc Türk Yazarlar Birliyi ilə qürur duydum. Axı bu Birliyin həyata keçirdiyi “Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik” layihəsinin yekunlarına dair nəşr olunan “Səs… Söz… Rəng” adlı toplunun tərtibçilərindən biri də mən idim… Və səsin sözə, sözün də rəngə çevrildiyinin şahidi olmuşdum.

    Şahanə isə məhz bu yazısında Məmməd Araz poeziyasının rənglərdəki təzühürünü “oxşayır”, “sevir”: “Hazırda qarşımda olan və günlərdir vərəqlədiyim “Məmməd Araz qrafik albomu” da bir rəssamın şairin poeziyasına və şəxsiyyətinə sonsuz sevgisinin təcəssümüdür. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Jurnalistlər və Azərbaycan Karikaturaçı Rəssamlar Birliklərinin üzvü Kirman Abdinin bədii təxəyyülünün və yüksək sənətkarlığının əksi olan tabloların hər birində başqa, tamamilə yeni Məmməd Araz “doğulur” sanki”.

    lll

    İllər əvvəl televiziyada redaktor işləyəndə Norma Cinlə – Merilin Monro ilə tanış olmuşdum. O gündən bu qadın haqqında qeyri-adi düşüncələrim vardı. Gah ən çətin zamanda düşünürdüm: “Norma Cin olsaydı, bu çətinliyin üzünə necə gülərdi?” Gah da özüm gülürdüm… Gülüşümün onun gülüşünə oxşamadığını bilə-bilə…

    Bu gün Şahanə Merilindən – Norma Cindən “gözəllik ikonu” deyə bəhs edir. Haqsız da deyil. Axı, o, doğrudan da, gözəlliyin çox şeyə bədəl olduğunu sübut edən bir həyat yaşayıb…

    Bütün zamanların seks-simvolu, azad sevginin etalonu sayılır Norma Cin… Amma o, qadınları nikah masasına oturdacaq bir cümlə də miras qoyub dünyada: “Özünün də dediyi kimi, karyera mükəmməl bir şeydir, amma siz soyuq qış gecələrində karyeranızı qucaqlayıb yata bilməzsiniz”.

    Mənsə… Etiraf edim ki, bir zamanlar Norma Cinin ən çox bu sözlərini sevirdim: “Həyatın əsl üzü xəyallarınızdan fərqlidir. Uzun müddətdən bəri ilk dəfə tək-tənha bədbəxt olmaq, kiminləsə bədbəxt olmaqdan daha yaxşı görünür gözümə”.

    İndi isə Edit Piafın sözlərini sevirəm, artıq bədbəxtliklərin gözünə arzu adlı kül üfürə bilirəm… O “Sərçəcik” deyirdi ki: “Ən böyük arzular heç vaxt gerçək olmur”.

    Yaxşısı budur, daha susum. Səhər açılır…

  • Şəfa EYVAZ.Yeni şeirlər

    Her şey farklı

    Her şey farklı
    Biliyormusun?!
    Şimdi Güneş bile
    Eskisi değil.
    Arzularımızın işığı bitmiş mesela.
    Ümitlerimiz bile seslemiyor sabaha.
    Aslında
    Hiç bi şey
    Eskisi gibi değil.
    Ne yaşımız üzerine eklenen yaşlar,
    Ne de başımıza değen taşlar
    Aynı…

    Ellerimizi uzatdığımız eller kırışmış ,
    Öpdüğümüz saçların da değişmiş renki…
    Hatta kapılar var ki, açılmıyor artık.
    Artık ne söyleyeyim sana?!
    Her gün bir az artık eskiyor,
    Sana 10 yıl öncə yazılan mektup.
    Eski resimlerin renkleri solmuş,
    Toz tutmuş sonuncu şiirimi de…

    Şimdi köyümüzde evler değişmiş,
    Masallar değişmiş, devler değişmiş.
    Hiç bi şey eskisi gibi değil,
    Biliyormusun?!
    Keçmişten hatıra göz yaşlarımız
    Hatta üzüntümüzün rengi bi başka.

    Artık ne söyleyim sana?!
    Ne eski şakrak halim var,
    Ne də cingildəyən şık gülüşlerim…
    Bir az gülümsemem kalmış,
    Bir azcık kalbim .
    Sevdiğim, ne söyleyim sana,
    Ne söyleyeyim?!
    Artık hiç bi şey esgisi değil…

    16.11.2016

    Qorxu…

    Qorxaq doğulduq bu həyata…
    qorxaq.
    daha gözümüz açılmadan
    üsyan etdik həyata, qorxularla
    səsimizlə…
    qorxduq həyatın bizə hazırladıqlarından…
    bəlkə daha doğular-doğulmaz,
    əl-ayağımıza vurulan buxovlar qorxutdu bizi…
    həyat bu olsa gərək…
    bizi azadlıqdan ayıran bələk.
    bəlkə də.

    Qorxaq doğulduq həyata…
    yetmədi, qorxaq böyüdük…
    uşaqkən əllərimizə vurdular
    öyrənmək istədiyimizə toxunduğumuzda,
    istiyə toxunduq… oddan qorxduq,
    yıxıldıq, yeriməkdən…
    həyata ilk addımlar atdığımızda.

    Qorxaq doğulduq həyata…
    qorxduq.
    qarşımıza çıxan təpələri dağ sandıq,
    kiçicik baryerləri yüksək divarlar…
    öyrəndik lazımsızları gözümüzdə böyütməyə
    beləcə aldandı gözlərimiz də…
    qorxaq böyüdük…

    Qorxmamaq lazımdı halbuki…
    qorxmamaq.
    barmağımızı çatdıra bildiyimizə həyatımızla tutunmaq
    savaşa bilmək əllərimizi yandıran odla,
    mübarizə aparmaq dizimizi sıyıran
    daşla-torpaqla…
    yenmək qorxularımızı
    irəliyə addımlamaq, ancaq irəli
    hətta bəlkə həyatımız bahasına…
    bacarmadıq…

    Biz həyata qorxaraq doğulduq…
    qorxaraq böyüdük…
    qorxaraq öləcəyik
    Əcəl adlı zəngin son sədasından…

    nə idi qorxu, qorxmaq?!
    Bəlkə də qorxmaq, qorunmaqdı yox olmaqdan…
    kim bilir???

    11 sentyabr 2012…

  • İlahə İMANOVA.Yeni şeirlər

    * * *

    Özündən küsmək fikri Allahdan küsmək demək,
    Yazan odur taleyi, gələcəyi nə bilmək?!
    Allah bizi sınayır, çox eyləyir imtahan,
    Polad polad olmaz ki əgər keçməsə oddan!
    Əzab verir ruhuna insanların xisləti?
    Insanlıq adı uca, böyükdür əzəməti.
    Insan qəlbi incədir, pislik eyləyə bilməz,
    Sevgi dolu ürəyin mərhəməti əskilməz!
    Əl tutmaqsa bizlərə ərmagandır Əlidən,
    Insan qəlbi zövq alır öz yaxşı əməlindən.
    Darda olan birinin köməyinə yet yenə!
    Sən nə etdinsə etdin tək Allah xatirinə.
    Qoy itirsin insanlar yaxşılığı dünyada…
    Əsas odur təmizsən vicdanın qarşısında.
    Uyma şana-şöhrətə, bunlar çün yaddır sənə,
    Insan ki, gedə bilməz iradəsi ziddinə.
    Könül sındırmaq günah, çox böyük cəzası var,
    Nə Allah bağışlayar, nə vicdanın rahatlar!

    ***

    Çox zaman sanmışam ki, bu dünyada təkəm mən…
    Çoxlarından fərqliyəm…Bəlkə özgə, yadam mən?!
    Bir gözümlə ağlayıb bir gözümlə gülmüşəm,
    Insanlardan xəyanət, çox haqsızlıq görmüşəm…
    Doğulan gündən bəri, gör,nələrdən keçdim mən!
    Çoxu sınardı bəlkə, amma ki sınmadım mən.
    Ruhumu, həm qəlbimi pak saxladım hər zaman,
    Uzaq oldum pislikdən, uzaq oldum riyadan.
    Şeytana da uymadım, tək Allaha sığındım,
    Göz yaşımı tökdülər, mən Allahı çağırdım…
    Dost bildiyim, sevdiyim hər kəsdən zərbə aldım,
    Allahın cəzasına, ədalətə inandım.
    …Diqqət et sən səmaya, gör, nə qədər ulduz var,
    Amma təkcə səmanı Ay nuruna boyayar.
    Çoxdur ulduzlar kimi ikiüzlü, həm yaltaq…
    Yalanla qazanılan dövlət talan olacaq!
    Riya və zülm ilə qurulan olmaz abad,
    Göz yaşıyla dağılar, nə iz qalar, nə də ad!
    Sənin qəlbin gözəldir, şəfəq saçan günəş tək,
    Sözlərin hikmət dolu, dəyərli bir inci, tək.
    Qara, qalın buludlar nuru tutub saxlamaz,
    Əsas gözəl ürəkdir, o da hər kəsdə olmaz!
    Vətəndən uzaqlaşmaq?! Məgər, belə asandır?!
    Bəs deyirdin bu torpaq, Vətən sənin anandır?!
    Torpağının, suyunun ətrini verməz qürbət!
    Bəlkə günün xoş keçər, amma… bir gün nəhayət,
    Ruhun sızlayıb dinər Vətən sevgisi ilə…
    Axı, hopmuş qanına laylayla gilə -gilə.
    Çətinlikdən qaçırsan özgə ellərə, söylə?
    Amma ki həll olunmaz məsələ bu cür, böylə!
    Sən qaçırsan özündən? De, hara qaçacaqsan?!
    Ruhunu sızladanı qəlbində tapacaqsan!!!

    Qatara tələsirsən…bəlkə uçaraq getdin…
    Vətənə qayıdırıq sürünüb dizin – dizin…
    Bura sənin elindir, sənin yurdun, torpağın,
    Burdan da ucalacaq dünyalara sorağın!

    ***

    Nəzər yetir səmaya, qaranlıqdır, zülmətdir,
    Buludlarsa qapqara, Ay pərdə də gizlidir.
    Gecə yaman uzanır… sanki zaman dayanır…
    Saatlar keçmir fikri beynində çox dolanır.
    Amma günəş boylanır qəfil elə bu anda,
    Zülmət əriyib gedir səmanın ağ nurunda.
    Günəş öz şəfəqiylə qara zülməti boğar,
    Uzun gecədən sonra IŞIQLI SABAH doğar!

  • Şəfaqət CAVANŞİRZADƏ.”Həyat dərsi” (Hekayə)

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü

    Polis akademiyasında oxuyan tələbə qohumum özünü həddindən artıq gözəl qızların cəngavəri kimi hiss edir. Gözəl olmayan, ətli-qanlı qızlara qarşı da biganə qala bilmirdi. Düzü, gözəl qız görəndə mən də baxıram, o qız kimi gözəl olmadığım üçün dəfələrlə paxıllıq hissi də keçirmişəm. Nədənsə, qohumumun bəyənib-seçdiyi gözəlçələrə heç cür qanım qaynamırdı. Hər dəfə o qızlar tərəfindən aldanmaq, deyəsən, qohumumun taleyinə yazılmşdı. “ Həyatda hər şey qismətdir” deyirlər. Qohumum yenə bir gün bizə gəldi. Axşam süfrəsində onun enli kürəyinə, yaraşığına, balaca burnuna, vaxtından tez ağarmış saçlarına ovçu şikarını güdən kimi baxa-baxa yeməyimlə oynayırdım. Evdəkilər nə danışırdı, fikir vermirdim, ancaq onun haqqında fikirləşirdim. Kurs yoldaşı Gülcanın ona xəyanətini heç cür başa düşə bilmirdim. Gülcandan sonra qohumum qızlara qarşı laqeyd qala bilmədiyi qədər də inamsız idi. Yaxşı bilirdim, onun qısqanclığı sevgidən yox, həmişə inamsızlıqdan olurdu. Bu dəfə hər şey başqa cür oldu.
    Avtobusa minəndə gözü qarşı tərəfdə oturmuş qıza sataşıb. Qız qohumumla, qohumum qızla baxışa-baxışa bir-birinin ürəyinə yol tapıblar. Avtobusdan düşəndə qohumum qıza yaxınlaşır, aralarında nə söhbət olub təfərrüatıyla yaza bilməyəcəm. Onu bilirəm ki, nömrəsini qıza vermək bir göz qırpımında olub. Qızla bir müddət danışdıqdan sonra şəklini mənə göstərdi . Elə bilin Araşla duet oxuyan Ayselin bir balaca sarışın variantıydı. Gözəlliyinə söz ola bilməz. Elə bilin ki, yaradan o gözəl üçün xüsusi bir zaman ayırıb, nə qədər mələk geyimləri var, hamısını bu qıza bağışlayıb.
    ─Qadası, deyəsən, bu dəfə tale üzünə gülüb, axı. Allah xoşbəxt eləsin!, -deyib ağbirçək nənələr kimi dualı ağzımı açdım.
    Dodaqaltı güldü, başını yellədi:
    ─Şəfi, qız xəstədir, ömrünə az qalıb.
    Özünüzü mənim yerimdə təsəvvür elədiniz? Çox pis oldum. Bir az da təəccübləndim. Elə bil gözümün qabağında yeddinci sinifi təzə bitirmiş, yerdə gözüaçıq uzanmış, insanları başına yığan oğlanın meyidini görən mən olmamışam. Üstündən illər keçmişdi. Tez-tez xatırlaya bilməzdim. Yenə də kamazın vurduğu o oğlanı uzun müddət gecələr unuda bilməmişdim. O gecə yenə o oğlanı xatırladım…
    ─Niyə?
    ─Xərçəngdir… Başından… Ailəsiylə Moskvaya getməlidir. Medinstitutda oxuyur, dördüncü kursda. Hər gecə danışırıq. Tez sağollaşanda xətrinə dəyir. Akademiyada da çox danışmaq olmur. Altı-bazar danışa bilərəm, deyirəm, elə bilir başımdan edirəm, – hiss edirdim, qohumum ürəyində bəxtinə söyürdü, – Səndən ona danışmışam. Nömrəsini verim, sən də danış. Mən olmayanda, başını qatarsan.
    ─Nə danışım? – soruşdum.
    ─Nə bilim… Danışanda söz-sözü çəkir də… – deyib öz telefonundan qızı yığdı. Hal-əhval tutandan sonra telefonu mənə verdi.
    İlk iki dəqiqədən sonra qızla düz bir saat danışdım. Göz dəyməsin, sözü sözə calayıb, uzun-uzadı danışmaq uşaqlıqdan qalan xasiyyətimdi. Sonrakı günlər öz nömrəmlə danışdım qızla. Üstəlik bacım da danışdı. Anam telefonla danışmasa da salam göndərəndə eşidirdi. Qıza təsəlli verirdim. İnsanlara qarşı həssas olsam da, həyata qarşı soyuq və biganə olduğumu məni tanıyanlar məndən yaxşı bilirdi. Daha doğrusu, mən böyüdükcə tanıdılar.

    Rusiyaya gedəndə də qız mənə zəng edirdi, amma gizli yığırdı. Konturun qurtarar deyirdim, nömrəni yaz, mesajlaşaq. Danışıb qurtarandan sonra da həmişə ağlayardım. Bir-iki gündən sonra cin nömrəsindən zəng vurdu. Səsini eşidib təəccübləndim.
    ─Nə yaxşı gəlmisən? Sağaldın? –soruşdum.
    O vaxtlar xərçəng xəstəliyi haqqında geniş məlumatım yoxuydu. Vay-vay, yadıma indi də düşəndə tüstü təpəmdən çıxır.
    ─Yox, Türkiyədəyəm. Moskvadan məni Türkiyəyə göndərdilər. Əməliyyat burda olacaq. – dedi.
    Qohumumla evlənməkdən söz salanda:
    ─Qız, əsas sən sağal. İnşallah ailə də qurarsız, -dedim və əlavə etdim, –hələ xoşbəxt günləriniz qabaqdadır. Həm də ki bizim oğlan oxuyur. O, işləyəsi, özünə şalvar alası… çox var.
    Qısası, qızı güldürmək üçün ayrı vaxtı məndən soruşanda danışa bilmədiyim lətifələri hardan tapıb danışırdım, özüm də bilmədim, amma danışırdım. Güldürməyi də bacarırdım. Özünü tərifləmək kimi çıxmasın, dərdli adamı güldürüb dərdsiz kimi hiss elətdirmək, əzəldən canımda var.
    Qıza görə cin nömrə almalı oldum. Hər gün mənimlə danışırdı. Qohumumla isə gecələr danışırdı. Bir dəfə söhbət əsnasında dedi:
    ─Moskvada əməliyyat olanda, bacım deyir, qohumunun adını sayaqlamışam. Atam da əsəbləşib bacımdan soruşub ki, bu oğlan kimdir ki, bu qız onun adını sayaqlayır. Bacım susub, heç nə deməyib… Qismət…Sağalım, evlənərik…
    Dalağım sancdı. Ertəsi gün qohumumla söhbət edəndə dedi ki, bu qız bu hayda da ancaq elə evlənməkdən danışır.
    Dalğın halda dedim:
    ─Fikir vermə… Evliliklə bağlı, çalış, heç nəyə ümidləndirmə. Sağalsın…Bəlkə heç xasiyyətiniz tutmadı…
    Qızın dediyinə görə, Tibb universitetinin dördüncü kursunda oxuyurdu. Anası isə Semaşkoda ginekoloq şöbəsində işləyir. Qohumum mənə bir neçə dəfə söhbət zamanı anasının, atasının adını da, hətta soyadını da söyləmişdi.
    Axşam qız yenə zəng elədi mənə. Evlənib-evlənməməklə bağlı qohumumun fikrini soruşanda:
    ─Qadası, sən axı hələ müalicə alırsan. Üstəlik də tələbəsən. Oğlanın da imkanı hələlik yoxdu evlənməyə. Sən sağalası, oğlan işləyəsi, hardasa, 4-5 il lazımdır… Yaxşıdır da, neçə illik sevgi tarixçəniz olacaq. Sonra oturub uşaqlarınıza danışarsız, – demişdim ki,qız qayıdasan:
    ─Nə olsun, nişanlı qalarıq, -dedi.
    ─Allah qoysa. Nə xeyirlidirsə, o olsun, -deməkdən başqa söz tapmadım.
    Sağollaşarkən:
    ─Sabah saat səkkizdə əməliyyat olmalıyam… Həkimlər deyir ki, əməliyyatdan sağ çıxmaya da bilərəm, – deyib susdu.
    ─Bacın qohumumun nömrəsini bilir? –soruşdum.
    ─Hə.
    ─Mənim də nömrəmi ver bacına. Ya da bacının nömrəsini ver, mən əlaqə saxlayım, –dedim.
    ─Telefonumun zaryatkası qurtarır, bir azdan yazaram, -deyib dəstəyi asdı.
    Narahat qalmışdım. Bir saatdan sonra zəng elədim. Telefonuna zəng çatmadıqda narahatçılığım daha da artdı.
    Səhər saat beşdə yatmışdım. Başqa vaxt oyana bilmirdim yuxudan, amma o gün, necə oldusa, düz saat səkkizin yarısı gözümü açdım. Telefona cumdum, qıza zəng elədim. Yenə zəng çatmadı. Qohumum da, mən də bir həftə gözlədik, xəbər çıxmadı. Mesaj da yoxuydu. Zəng də gəlmirdi.
    Qohumum qızın ev nömrəsini də, mobil nömrəsini də polis dostuna verdi. Sağ olsun, məlum oldu ki, nömrə Gəncədən olan bir kişinin adınadır. Ev telefonundan ünvanı öyrəndik. Qohumumun imtahanı olduğundan ünvanı dəftərimin arxa tərəfinə yazdım. Səhər doqquzda çıxdım evdən. Qızın zəng elədiyi ev telefonundan Elmlərdə yaşadığını bilirdim. İlk yalanını burda öyrəndim…
    Biz başqa ünvan bilirdik. Eləmədim tənbəllik birinci küçəni, sonra binanı soruşa-soruşa axırda təngnəfəs qapının ağzına çatdım. Qapını döydüm, gec açdılar. Qurşaqdan yuxarı çılpaq bir kişi qapını açmışdı. Təsəvvür eləmərsiz, utandığımdan bilmədim nə edim.
    Kişi qaşqabaqlıydı. Belə başa düşdüm ki, yuxusundan oyatmışam.
    ─Nə lazımdır? –soruşdu.
    ─Salam, dayı. Bağışlayın, bu vaxt narahat etdim. Evdə xanım var?
    Kişi mənə necə baxdı, bilmirəm, mən başımı aşağı salmışdım. Qapı üzümə örtüldü.
    Quruyub qalmışdım. Bilmədim qayıdım-gedim, yoxsa təzədən qapını döyüm. Qapını döyməyə ehtiyyac olmadı.Qapını bu dəfə xanım üzümə açdı
    ─ Salam, xanım.Vallah, sözü hardan başlayım, bilmirəm. Mən sizin qızınızla telefonda danışmışam… Əslində, ev telefonuyla təkcə qohumumla danışıb…
    Xanım sözümü ağzımda qoydu:
    ─Səhv ünvana gəlmisən. Bizim uşağımız yoxdu.
    Məcbur qalıb ev nömrəsini dedim. Dedi:
    ─Nömrə bizimdir, amma səhv gəlmisən.
    Əlavə nəsə deməyimə imkan verməyib qapını üzümə çırpdı. İlk sevgimin uğursuzluğunda bu qədər pərt olmamışdım. Qapını ikinci dəfə döyməli oldum.
    Qadın qapını hirslə açdı.
    Məsələni aydınlaşdırmayınca getmək istəmirdim:
    ─Xanım, onda yəqin qohumlarınızdan kimsə sizə qonaq gəlib, onunla danışmışam. Qız rak idi. Birinci Moskvada, sonra Türkiyədə əməliyyat olub.
    Qadın əsəbləşdi:
    ─Ay qız, başa düşmürsən, səhv ünvana gəlmisən?
    ─Axı, indicə özünüz dediniz ki, nömrə sizin nömrədi…
    Qadın heç nə deməyib qapını ikinci dəfə də üzümə çırpdı.
    Kor-peşman küçəyə çıxdım. Binaya daxil olan cavan oğlana yaxınlaşdım. Ayaq saxladı.
    ─Qardaş, salam. Burda yaşayırsız?
    Oğlan salamımı alıb, orda yaşadığını təsdiqlədi. Qızın adını dedim, tanımadı. Ata-anasının adını dedim, yenə tanımadı. Axırda əlacsız qalıb xahiş elədim ki, heç olmasa, “ jekin ” yerini mənə göstərsin. Sağ olsun, “ jekin “ yerini göstərmək nədir, hətta məni jekəcən yola da saldı.
    Bəxtimdən jekdə işləyən orta yaşlı kişi də oğlan kimi nəzakətli çıxdı. Yalan danışmalı oldum, qızla telefonda tanış olduğumu, xəstə olduğunu, bütün söhbətlərimizi yerli-yataqlı danışdım. O ərazidə yaşayan insanların siyahısını qoydu qarşıma, mən dediyim adamların heç birinin ad-soyadına rast gəlmədim. Təbiətcə möcüzə yaradacağıma inanan o qədər inadkar insanam ki, gərək ki, qarşı tərəf də bunu gördü. İkinci dəfə adların üstündən keçməli olduq. Yenə də qəşəngcə aldandığımızı dərk elədim. Elə adam da mənə məsləhət gördü ki, yaydı, get evə, aldanmısan. Səni gün vuracaq.
    Sağollaşıb Elmlərə gəldim. Dörd peraşki alıb yedim, üstündən də bir sərin ayran içəndən sonra birbaşa Tibb universitetinə getdim. Nəzarətçi polis dayıya yaxınlaşdım. Dayı mənlə gülərüzlə salamlaşdı. Dayıya hər şeyi olduğu kimi danışdım. Ürəyi yandı yanmağına, amma dedi ki, qızım, səni aparacam dekanın yanına. Xəstəliyə görə təhsilini donduran tələbələrin siyahısını çalışacam göstərsin sənə. Amma sizi o qız aldadıb.
    Aldanmağımı çoxdan bilirdim. Bayaq yazdım, axı, mən möcüzələrə inanan insanam. Dekanın yanına getdik, vəziyyəti başa düşdü. Xəstəlikdən altı tələbənin təhsilini dondurduğunu dedi və siyahını mənə göstərdi. Qızın adı, soyadı çıxmadı. Kor-peşman universitetin həyətinə polis dayıyla qayıtdım. Dayı da mənə məsləhət gördü ki, qızım, istidir. Gün vuracaq səni, get evinə.
    ─Yox , dayı, semaşko qaldı. Ora da dəyim, sonra evə gedərəm.
    Dayı güldü:
    ─Allah saxlasın səni. Başa düşmürsən, a bala? O qız sənə yalan danışıb.
    ─Nə bilim, dayı… Bu qədər yalan olar? – dedim. Hələ də ürəyimin dərinliklərində qızın səmimiyyətinə inanmaq istəyirdim, bəlkə də…
    Dayı nömrəsini mənə verib:
    ─Qızım, qohumum semaşkoda işləyir. Evə gedim, zəng edib qızın anasını soruşacam. İndi gedəcəksən, bilmirsən səni kim qarşılayacaq. Yaxşısı budur, sən çıx, get evinə. Özünü həlak eləmə, –dedi.
    Gəzməkdən, aldanmaqdan, düzü, halsız düşmüşdüm. Kefim də yox idi. Dayını nəyi var yola verməli oldum. Nömrəsini aldım, axşam zəng edəcəyimi söylədim.
    Dayıyla sağollaşıb birbaşa semaşkoya getdim. Ginekoloq şöbəsinə girdim. Bilmirdim kimə yaxınlaşım. Qarşıdan ağ xələtli, dolu bədənli xala gəlirdi. Salamlaşdım, qızın anasının adını deyib soruşdum. Dəqiq qadının onların şöbəsində işləyib-işləmədiyini soruşdu. Bilmirəm, dedim. Sağ olsun, məni iti qovan kimi qovdu.
    Qovduğu üçün dalaşmağa halım da yox idi. Hardan baxsaq, səhv çıxan mən olacaqdım. Xəstəxananın həyətinə çıxdım. Qadının hərəkətindən gözüm dolmuşdu. Doğuş şöbəsinin qabağınacan gəldim. Ağ xələtli, hündür, yaşı təxminən 55-60 olardı, bir kişi mənə yaxınlaşdı, salam verdi. Könülsüz salamını aldım.
    ─Nəysə olub? –soruşdu.
    Allahdan gözümə karandaş çəkməmişdim. Gözümün yaşını sildim. Bu adda qadın axtardığımı dedim. Mərdimazar insan deyiləm, ağ xələtli qadının məni qovduğunu demədim. Özünü təqdim elədi, şöbə müdiriydi. Mənimlə gəl, dedi. Kadrlar şöbəsinə gedənəcən haqqımda suallar verdi, mən də uşaq kimi suallarını cavablayırdım. Kadrlar şöbəsində məni bir xanıma tapşırdı ki, necə lazımdır kömək eləsin. Xanım “ baş üstə ” dedi, sonra nəinki ginekoloq şöbəsində, dediyim qadının adını heç digər şöbələrdə də tapmadı. Aldandığımı qadın da üzümə vurdu. Elə dolmuşdum, bir çırtmaya ağlamağa hazırıydım.
    Bu dəfə özüm-özümə evə getməyi məsləhət gördüm. Hamamda suyun altında hönkürtüylə ağlayanda anam qapının ağzında səsimi eşidib narahat olmuşdu. Qapını döyürdü ki, açım. Açmadım. Niyə ağladığımı soruşanda, “ ürəyimi boşaldıram “, dedim. Bu qədər aldanmaq, “qoyun” yerinə qoyulmaq yer eləmişdi mənə. Sonra hər şeyi anama, qohumum oğlana danışdım.
    Sonunda bir şeyi anladım. Əslində, qürurlu qız xəstə halıyla özünü hansısa oğlana sevdirməyə çalışmaz. Lap sevdirməsə də, oğlanla tanış olub, onu vicdanının zərbəsi altında qoymaz. Kim olur olsun, xəstə halında canının hayında olar. Danışdıqları ana-atası, tək qalanda da inandığı Tanrı ola bilər.
    Zamanla unutmaq əvəzinə, daha da təsir elədi mənə. Bu qədər mərhəmətli olduğum üçün özümdən zəhləm də getdi. O qıza nifrətim bugün də var. Üstündə on ildən çox vaxt keçsə də…Rəfiqələriylə mənim və qohumumun hissləriylə oynadığı üçün nə qədər güldüklərini təsəvvür edirəm. Yenə də sağ olsun. Əsl həyat dərsi öyrətdi bizə. Bu məsələni eşidən tanış-bilişlər deyirlər ki, qıza qohumumdan çox , elə bil mən vurulmuşdum….

  • Halil GÜRKAN.”SAÇLARIN”

    Yine geceyle gündüz arasındayken vakit,
    Fırtınalar koparır yüreğimdeki gel git,
    Dem dem sabra imtihandır saçların,
    Her telinde ışıldar günün verdiği ümit,
    Bakışınla açılır gönlümdeki o kilit.

    Derde dermandır saçların,
    Kati fermandır saçların.

    Aşk güneşi vurunca sevdanın yollarına,
    Koyu bir gölge olup düşerim kollarına,
    Dalga dalga bir ummandır saçların,
    Her damlası can olur hasretin çöllerine,
    Ellerim sevgi döker uzanan ellerine.

    Dönen devrandır saçların,
    Sırlı kervandır saçların.

    Sular sen gibi akar bulunduğun her yerde,
    Yokluğunda sessizlik ölümden de ilerde,
    Sükûtlara feverandır saçların,
    Çığlıkları yükselir semaya perde perde,
    Aşkımıza şahittir yıldızlar her seherde.

    Ağaran tandır saçların,
    Kat kat dumandır saçların.

    Leylak rengi bakışın süzülür aynalardan,
    Zemheriyi ısıtır gülüşün ta bahardan,
    Yıldız yurdu asumandır saçların,
    Kurtarır bulutları duman duman efkârdan,
    Belik belik dökülür güç alınca rüzgârdan.

    Bazen mihmandır saçların,
    Bazen tufandır saçların.

  • Agâh (Erol KARAHAN).”VİSAL.”

    Müteazzir görünür perde-i ikbâlde visâl
    Bir elem sütresi olmuş bize her hâlde visâl

    Her gelen seyrediyor gülşen-i dünyâyı fakat
    Görünür olmadı hiç zerre-i miskâlde visâl

    Neylesin meclis-i uşşâkı gönül geçti demim
    Kurumuş gül gibi kalsın yine âmâlde visâl

    Âhımız Arş’ı sarar eşkimizin mahfili yok
    Gayr-i mümkün bilinir âlem-i ef’âlde visâl

    Gün değen güllere şeydâ şakısın nâlesini
    Bir firâk türküsüdür gam dolu azlâlde visâl

    Sanmayın âb-ı zülâl katresidir ehl-i dile
    Bir serin katreye dönmüş yed-i gassâlde visâl

    Anlatırlar ey Agâh kıssa-i Mecnûn’u sana
    Bir garip farz-ı muhâldir nice nakkalde visâl

  • Osman KABLAN.”AV DEDİĞİN MÜBAHTIR”

    İyi yetişmiş iki öğretmendi onlar. Tecrübeleri de yeterliydi. Her konuda iyi anlaşıyorlardı. Tartışmazlardı. Sadece avlanmaktan söz açılınca tartışırlardı.
    Cengiz, çocukluk yıllarından av tutkunuydu. Sapan taşıya bir yerleri nişan alır, taş atardı. Bir köpeğin tavuk kovalamasını zevkle izlerdi. Gülerek izlerdi. Avlanmayı çok severdi. Köyde avcılar vardı. Mahalle baskısı buna engel oluyordu. Bu kadar tutkun olan cengiz, arkadaşını ikna edemiyordu. “Av günahtır.” diyordu Bahattin.
    Kan döküyorsun. Cana kıyıyorsun. Günah olmaz mı? Bunları köy kahvesinde konuşuyorlardı. Çaycıdan başka kimse yoktu kahvede.
    Molla Dayı içeri girdi. Onların masasına oturdu. Çay söylediler. Molla Dayı yetmiş yaşlarındaydı. Uzun boylu, sarı sakallıydı. Başında, beyaz üstüne sarı işlemesi olan fesi vardı. O, köyün mektebi yapılırken” gâvur mektebi” diye karşı çıkmıştı. Kendince dindardı. Cengiz, Molla Dayı’ya:
    -Senin dinî bilgilerine güvenerek bir soru soracağım. Bana anlatır mısın? Hocam, avlanmak günah mı?
    -Bana niye sordun?
    -Bahattin hocam günah olduğunu söylüyor.
    -Peki, sen ne diyorsun? diye sordu Molla Dayı.
    -Ben günah olmadığını söylüyorum.
    Molla Dayı, çayından bir yudum çekti. Sandalyenin arkasına yaslandı. Ayaklarını ileriye uzattı. Bastonu ile yere bir şey yazar gibi yaparak konuştu:
    -İkiniz de yanlış söylüyorsunuz.
    -O nasıl oluyor hocam? dedi Cengiz. Doğrusu ne?
    -Av dediğin mubahtır. O da gâh-ı gâhtır.
    Bahattin:
    -O ne demek Molla Dayı?
    -Her gün ava gidersen, her gün cana kıyarsan günahtır. Çok seyrek gitmek demektir. Daha fazla cana kıymamaktır. Rast gelirse avlanırsın, aramakla bulamazsın.
    Bu sözleri hiç unutmadılar. Bilhassa Cengiz’in kulaklarına küpe oldu. Sonbahar soğukları başlamış, kış yaklaşmıştı. Köylüler pancar sökmeye başlamıştı.
    İki öğretmen birlikte kasabaya gidiyorlardı. Cengiz cebindeki sapanla sağa sola taş atıyordu. Bundan zevk alıyordu.
    Ağaçlara, taşlara, kuşlara nişan alıyordu. Vuramayınca Bahattin gülüyor, onu kızdırıyordu.
    Cengiz:
    -Aha rast geldi bak, gördün mü tilkiyi? Rast gelecek demişti Molla Dayı. Rast geldi işte.
    -Ne tilkisi, ben görmedim. Nerde?
    -Bak, sağ şarampolde sürülmüş tarlanın kenarında gidiyor.
    -Aha, aha. Gördüm. Gidiyor, gördüm.
    Araları yakındı. Yavaşladılar. Tilki bunları görmemişti. Kendi halinde gidiyordu. Dikkatle takip ettiler. Sessizlik bozulmasın diye çalışanlara selam da vermiyorlardı. Herkes tarlalarda çalışıyordu.
    Yolu dere suyundan korumak için yapılan menfezin içine girdi tilki. Menfezde su yoktu. İkisi menfezin iki tarafını kestiler. Ellerinde birer sopa da vardı. Çıkarken vurup öldürmek kolaydı. Bunu yapmadılar. Canlı yakalayacaklardı.
    Cengiz kemerini çıkardı. İlmek yaptı. Kendini menfezin altından görünmeyecek şekilde sakladı.
    Menfezin ucundan dışarıyı görmeye çalışan tilkinin kafasına, kemerin çemberini geçirdi. Çekti. Çember küçüldü. Tilki yakalandı. Hemen teslim oldu. Çabalayıp onları yormadı. Onu sevdiler. Sırtını sıvazladılar. Streslerinden kurtardılar. Yanlarında tasmalı köpek gibi beraber yürüdüler. Arkalarından gidiyordu. Tarlalarda çalışanlar işlerini bıraktı, onlara bakıyordu. Her tarladan seslenenler oluyordu. Birlikte gülüyorlardı.
    Cengiz başarılı avcı olduğunu kanıtlamıştı.
    Kör İsmailler, pancar söküyordu. Oğlu (U) şeklindeki pancar /çatalıyla söküyor, kızı söküleni toplayıp yığın yapıyordu. İsmail’le karısı yaprağını kesiyordu.
    İki öğretmen, bir tilki yanlarına uğradılar. Oturdu sohbete başladılar.
    Kemerin ucunu cengiz tutuyordu. Zavallı hayvan yorulmuş. Hemen uykuya daldı. Uyuyordu. Belki de onları dinliyordu.
    Hiç birisi:
    -Bu tilki uykusu olabilir. diye düşünmediler.
    Konuşma hararetlendi. Bir konuda tartışmaya döndü. Tilki unutuldu. Demek ki bu ara kemer gevşek tutuldu. Tilki fırladı. Öyle kaçıyor ki kurşun atsan ulaşmazdı. Beklenmeyen bir olaydı. Yapacak bir şey yoktu. Oradakiler gülerken Cengiz, iki elini dizlerine vurarak:
    -Aha baban anan, kemerim güzeldi. Yeni almıştım. Diye feryat ediyordu. (04.03.2018)

  • Arş. Gör. Dr. Mustafa Sargın.”TOKAT MASALLARI”

    Uzun kış gecelerinin vazgeçilmez anlatılarından olan masal, olay örgüsünün özünü oluşturan sevgi, saygı, iyilik, sabır, aklı kullanma, adalet, ihanet, kıskançlık, yalancılık, zorbalık gibi kültürler arası tema, motif ve tiplerin, üretilip yaşatıldığı sosyal çevrenin maddî ve manevî kültürel değerleriyle bezendiği, eğlenme ve vakit geçirme işlevinin öncelikli olduğu, dinleyiciye örtülü veya açık mesajlar ileten, anlatım tekniği ve üslûbuyla diğer halk anlatılarından farklılaşan, bazılarının gerçek olayların hikâyeleriymiş biçimi olarak kabul edildiği, hayalî mekân ve kahramanların sembolleştirilerek nesir biçiminde sunulduğu anonim halk anlatısıdır.

    Uzun tarihi geçmişiyle birçok medeniyeti barındıran ve son bin yıldır Türk egemenliğinde bulunan Tokat yöresinin sözlü halk anlatılarının yeterince araştırılıp incelenmediği görülür. Türk kültür ve medeniyeti ile yoğrularak zengin bir kültür hazinesine sahip Tokat yöresinin sözlü halk anlatılarının oluşturulduğu ve yaşatıldığı kültür ortamlarının kayıt altına alınması; nesilden nesile aktarılan miraslarımızdan masalların derlenmesi önem arz etmektedir.
    Bu amaçla, Muğla Sıtkı Koçman Üniversitesi’nin mâli desteğiyle 2011 yılının Temmuz ayında başlanan ve beş ayrı dönemde toplam 150 günde gerçekleşen Tokat yöresi masallarının derlenmesi ile ilgili çalışmalar, 2013 yılının Ağustos ayında tamamlanmıştır. Tokat il merkezi dâhil 12 ilçe merkezi, 36 belde ve 132 köy olmak üzere toplam 180 yerleşim biriminde araştırma gezileri gerçekleştirilmiştir. Derlemelerde ses kayıt cihazı, kamera ve fotoğraf makinesi kullanılarak 205 kaynak kişiyle yapılan yüz yüze görüşmeler neticesinde toplam 544 masal derlenmiştir. Bunlardan yedisi kadın dokuzu erkek olmak üzere toplam on altı masal anlatıcısı, performans yöntemine göre “Tokat Masalları Üzerine Araştırma ve İncelemeler” adlı doktora tezimizde incelenmiştir. Derleme çalışmalarının yapıldığı yerlerde masal ile karşılaşmamışsak, bunun sebebi orada yaşayanların masal bilmemesi değil, bizim sadece doğru kişilerle buluşturulmamış olmasındandır.
    Tokat yöresinde yapılan alan araştırmasında “masal” teriminin yanında, bu tür anlatılar için halkın “hekiya/hekaye”, “gelüştüme”, “koca karı hikâyesi”, “düzmece”, “orannama” ve “uzaklama” kelimelerini kullandığı tespit edilmiştir. Bu kavramların kullanımı Tokat yöresinin her yerinde yaygın değildir. Bunlardan gelüştüme ve bilhassa uzaklama terimi, Erbaa ve Niksar ilçelerinin birbirine yakın köylerinde; orannama ise Reşadiye ilçesinde kullanılır. “Hikâye” terimi ise bütün yörede bilinir. Hikâye terimi aynı zamanda efsane, destan, halk hikâyesi, fıkra, masal ve hatta kişisel yaşanmışlıklar da dâhil bütün anlatılar için kullanılır.
    Tokat yöresinde masal anlatım ortamları çok çeşitlidir. Masallar köy odalarında, kahvehanelerde, ev oturmalarında, cezaevlerinde ve iş arkadaşlığı gibi ortamlarda anlatılır. Masal anlatım ortamlarında kimler yok ki. Dedeler, nineler, anneler, babalar, torunlar, komşular, kadınlar, erkekler, çoluk-çocuk herkes bulunur. Uzun kış gecelerinde bir araya gelen akraba ve komşular, bir yandan erişte kesip şehriye dökerken, diğer yandan da usta masalcıların “uzaklamalarını” dinlerler. Hem kazak ve çorap örüp yün eğirirler, hem tütün demet ederler, hem de masal anasından ya da masal atasından, kimi zaman devlerle mücadele edip onları yenen gülünç Alicik masalını kimi zaman öksüz Fatmacık’ın maceralarını kimi zaman da bir şehzadenin kahramanlıklarını dinlerler. Zamanın ne kadar hızlı geçtiğini kimse anlamaz. Anlatcılar, o kadar güzel masal anlatır ki ağızlarından bal damlar. Bildiklerini ballandıra ballandıra anlatırlar. Onların anlatımına doyum olmaz. Bu sebeple tek bir masal dinlemekle yetinmeyen dinleyiciler, usta anlatıcılara birden fazla masal anlattırırlar.
    Yapılan tespitlere göre, masal ortamlarında sadece masal anlatılmaz. Yörenin çeşitli sorunları, günlük olaylar, tarihî, dinî konular gibi hayatın her alanıyla ilgili hususlarda sohbet edilir; çeşitli oyunlar oynanıp eğlenceler düzenlenir.
    Konu, motif, tema ve çeşitli olaylar bakımından evrensel niteliklere sahip bir masal, Tokat yöresinde anlatılmaya başlandığında, Tokat yöresinin kültürel unsurlarıyla bezenir. Örneğin, masal kahramanları Tokat yöresindeki geleneklere göre düğün yapar. Kız isteme, söz kesme, nişan, düğün gibi evliliğin bütün aşamaları, Tokat yöresi örf ve adetlerine uygun gerçekleştirilir. Masal kahramanlarının yedikleri yiyecekler, içtikleri içecekler, giydikleri elbiseler… hep Tokat yöresine aittir. Hatta masalın insan dışındaki varlıkları dahi Tokat kültürünün özellikleriyle yoğrulur. Konuyla ilgili ayrıntılı bilgi için Milli Folklor Dergisi’nin 117. Sayısındaki “Tokat Masallarında Yerelleşme” adlı makaleye bakılabilir.
    Tokat yöresinde 1970’li yıllardan itibaren radyo; 1980’li yıllardan sonra televizyon ve 2000’li yıllardan sonra da cep telefonu ve bilgisayar gibi iletişim ve eğlence araçları yaygınlaşmaya başlar. Ülkemizin diğer yerlerinde olduğu gibi Tokat yöresinde de masal anlatma geleneği, değişen toplumsal hayat şartları, kullanılan araç gereçler, sosyal ve ekonomik gelişmelerin etkisiyle geçmişteki canlılığını süreç içinde yitirerek yok olmuştur. Çok nadir olarak da olsa aile ortamlarında dedeler, nineler, babalar ya da analar tarafından çocuklara ve torunlara anlatılmaktadır.
    Sonuç olarak, Tokat yöresi masalları ile ilgili geç kalınmış bir araştırma olmasına rağmen, masal geleneğinin son temsilcilerinden derlenen metinlerin kaydedilmesiyle “Tokat Masalları Üzerine Araştırma ve İncelemeler” adlı çalışma, Türk masal araştırmalarında önemli bir boşluğu doldurmuştur.

  • Tehranda nəşr edilən “Xudafərin” jurnalının xüsusi buraxılışı alim-publisist Teymur Əhmədova həsr olunub

    İranın paytaxtı Tehranda Azərbaycan dilində nəşr olunan “Xudafərin” jurnalının 168-ci xüsusi buraxılışı “Respublika” qəzetinin baş redaktoru, Özbəkistandakı “Turan” Elmlər Akademiyasının akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, professor Teymur Əhmədovun həyat və yaradıcılığına həsr olunub.

    AZƏRTAC xəbər verir ki, təsisçisi və baş redaktoru Hüseyn Şərqidərəcək olan jurnal hər sayında Azərbaycan ziyalılarına da geniş yer ayırır. Jurnal “Teymur Əhmədov fenomeni” sərlövhəli məqalə ilə açılır. Məqalədə deyilir ki, Teymur Əhmədov ömrünün 50 ilini Azərbaycan elminə və mətbuatına sərf edərək bütün fəaliyyəti dövrü ərzində milli köklərimizə sadiq qalıb. Teymur Əhmədov imzası geniş ədəbi ictimaiyyətin yaxşı tanıdığı mötəbər tədqiqatçı alimlərdən biridir.

    Akademiklər Cəmil Quliyev, Budaq Budaqov, Yaşar Qarayev, yazıçı Qılman İlkin, şair Nəriman Həsənzadə və başqalarının vaxtilə T.Əhmədov haqqında yazdıqları oçerklər də jurnala daxil edilib. Jurnalın digər bölməsində isə elm və mədəniyyət xadimlərinin – Azərbaycanın böyük yazıçısı Mirzə İbrahimovun, Mirvarid Dilbazinin, Kamal Talıbzadənin, İsa Həbibbəylinin, Zəlimxan Yaqubun, Əli Vəkilin, Nizami Cəfərovun və başqalarının Teymur Əhmədov haqqında fikirləri dərc olunub. Həmçinin jurnalda professor Teymur Əhmədovun “Mirzə Fətəli Axundzadənin ədəbi prosesə təsiri” və “Əndəlib Qaracadaği Nəbati” adlı məqalələrinə də yer verilib. Həmçinin publisist Həqiqət Kərimovanın “İki əsrin salnaməçisi” və “Nəriman Nərimanovun yorulmaz tədqiqatçısı” sərlövhəli məqalələri də jurnalın bu nömrəsinə daxil edilib.

    Dərgidə qeyd edilir ki, T.Əhmədovun məşğul olduğu sahələrdən biri də ədəbiyyatşünaslıqdır. Onun yazdığı və tərtib etdiyi əsərlər ədəbiyyatımızın tarixində çox əhəmiyyətlidir. Nəriman Nərimanovun ədəbi, elmi, ideoloji-siyasi fikri Teymur Əhmədovun tədqiqatları nəticəsində həqiqi dəyərini alıb. Bu barədə jurnalın oxucularına ətraflı məlumat verilir.

    Mənbə: http://www.azertag.az

  • Rafiq ODAY.”ARZUM SÜLH ADINDA GÖYƏRÇIN OLDU”

    Sumqayıtı özünə tale şəhəri seçənlərin “Şəhər günü” mübarək olsun!

    Göyər, ümid payım, göyər, çin oldu,
    ALP ƏR gerçək oldu, GÖY ƏR çin oldu.
    Arzum sülh adında göyərçin oldu,
    Qondu Sumqayıtın sinəsi üstə.

    Çəkəndən üstündən Quzey əlini,
    Əritdi şəhərim buz heykəlini.
    Neçə ərən oğul öz heykəlini,
    Yondu Sumqayıtın sinəsi üstə.

    Baxıb qibtə edir indi “o yanlar”, –
    Bir vaxt ayağının altın oyanlar…
    Heyrətdən – ilk dəfə qədəm qoyanlar,
    Dondu Sumqayıtın sinəsi üstə.

    Bacar nazını çək, qoru – evindi,
    Baxdım könlüm güldü, gözüm sevindi.
    Bir vaxt bircə parkı vardısa, indi
    Ondu Sumqayıtın sinəsi üstə.

    Sahilsiz dənizə sevgi limandı,
    Xoşbəxtlik gətirər, sev ki, limandı.
    İnsana, Tanrıya sevgi – imandı,
    Dindi Sumqayıtın sinəsi üstə.

    Sökülən dan, batan gün ah yerisə,
    Dünya düzələrmi günah yerisə?!
    Sən sülh qapısısan, pənah yerisən
    İndi Sumqayıtın sinəsi üstə

    Göyər, ümid payım, göyər, çin oldu,
    ALP ƏR gerçək oldu, GÖY ƏR çin oldu.
    Arzum sülh adında göyərçin oldu,
    Qondu Sumqayıtın sinəsi üstə.

  • İbrahim İLYASLI.”Ağ günlər eşqiylə yaranan şəhər”

    Ibrahim-Ilyasli1-300x2253

    Böyük arzusuydun böyük millətin,
    Böyük talelərin şəhəri oldun.
    Xəzərin qoynunda Azərbaycanın
    Üzünə açılan səhəri oldun.

    Həyatın özünə verdik imtahan,
    Adınla gecəni gündüzə qatdıq.
    Alın tərimizlə yoğruldu mayan,
    Səni qarış-qarış qurub yaratdıq.

    Yaşıl bağlar saldıq, ağ məhəllələr,
    Zülmət gecələri çıraqban etdik.
    Gündüz fəhlən olduq, axşam tələbən,
    Halal haqqın ilə murada yetdik.

    Doğma ağuşunda sevdik, sevildik,
    Sevgilər yaşadıq sulardan təmiz.
    Qubalı, qazaxlı, qəbələliydik,
    Sumqayıtlı oldu körpələrimiz.

    Ürəkdən, könüldən bağlandıq sənə,
    Döndün qəlbimizdə sevgili yurda.
    İgidlik görküdü, «Can Vətən!»- deyib,
    Şəhid düşənlərin məzarı burda.

    Qan-qada da gördük, qələbəlik də,
    Şanlı tarixini yazdıq kitaba.
    Bağçada şəninə şeirlər deyən
    Qızlar nənə oldu, oğlanlar baba.

    Ağ günlər gözləyir səni qarşıda,
    Ağ günlər eşqiylə yaranan şəhər.
    Bu dünya durduqca yaşa, sən yaşa,
    Ey başdan ayağa gülüstan şəhər.

  • Kənan AYDINOĞLU.”Sən doğma Bakımdan özgə deyilsən”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Mən sənin qoynunda böyüməsəm də,
    Sən doğma Bakımdan özgə deyilsən.
    Yazdığım hər şeri qulaqlarıma,
    Həzin nəğmə kimi mənə deyirsən.

    Sənin torpağına ayaq basanda,
    Könlümdə dil açdı yeni nəğmələr.
    Qıza, gəlinlərə şeir yazanda,
    Bir sevgi hissləri hopdu canıma.

    Aylara, illərə dost olan gündən,
    Xoşbəxt yaşamağı səndə tapmışam.
    Demirəm bir damcı suya çevrilib,
    Bir cana, bir ruha, şerə hopmuşam.

    Sevindim düzü, mən ömür yolunda,
    Sənlə barışanda həftələrlə il.
    Sənin qədimliyin, sənin tarixin,
    Doğma Bakım kimi mənə yad deyil.

    Sumqayıt şəhəri. 1 aprel 2009-cu il.

  • Dr. Dos. Alpaslan DEMİR HOCAMIZIN yeni kitapı yayında

    Kardeş Türkiye Cümhuriyetinin Taokat şehrinde yayınlanan TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin üyesi, Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansı (gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-az.com) Türkiye tümsilcisi Dr. Dos. Alpaslan DEMİR Hocamızın “Gece kitaplığı” basınlarında “Osmanlıda yaşamak” kitabı yayında.

  • Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur.

    İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

    Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.

    Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

    Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.

    Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır.

    2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

    İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 15 noyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • Azərikimya» İB-də Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib

    Noyabrın 16-da «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə bir sıra idarə, müəssisə və təşkilatların komandaları arasında Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Xəmsə” bilik yarışması keçirilmişdir.
    “Azərikimya” İB-nin də təmsil olunduğu və Birliyin akt zalında keçirilən yarışlara Karbamid zavodunun, Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, MDU-nun Bakı filialının, YAP Sumqayıt şəhər təşkilatının, FHN-nin Sumqayıt Regional Mərkəzinin, “N” saylı hərbi hissənin, Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, təhsil şöbəsinin, Sumqayıt Gənclər evinin, Mərkəzləşdirilmiş Kitabxanalar sisteminin, Asan xidmətin və digər müəssisələrin komandaları da daxil olmaqla 20 komanda qoşulmuşdur.
    Bilik yarışması bütün komandaların xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Xəmsə” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti altında keçirilmişdir. Ənənəvi olaraq üç seçim və bir final mərhələsindən ibarət olmaqla dörd saata qədər davam edən yarışmada yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən “Asan Xidmət”in komandası birinci, Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin və Bakı Ali Neft Məktəbinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.
    Qalib komandalara «Azərikimya» İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunmuşdur.
    Həmçinin dördüncü yerdə qərarlaşan “N” saylı hərbi hissənin komandası həvəsləndirici mükafata layiq görülmüş, Sumqayıt Dövlət Universitetinin komandası isə bilik yarışında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılmışdır.

    Qeyd: Yüksək idarəçilik nümayiş etdirdiklərinə görə Sabir Əsgərova, Seymur, Salamova, Teymur Salamova, Vüqar Ağayevə minnətdarlığımızı bildiririk.
    Həmçinin Cəmilə Fəyyaza xüsusi təşəkkürlər.

    Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti

  • Xalq şairi Zəlimxan YAQUB.”Ey əsili olmayan kəs! duya bilməzəsn məni”

    Ey əsili olmayan kəs! duya bilməzəsn məni
    Soyda, kökdə,özüldə, əsildəyəm zatdayam

    Məndə məni görməyə, səndə bir mənlik gərək
    Oğulsan çıx yanıma, gör mən hansı qatdayam.

    Keçmişdə köküm yaşar, gələcəkdə budağım
    Hər ötən saniyədə, hər gələn saatdayam

    Məni insan yaradan Allahıma min şükür
    Qurana İncilə bax, Zəburda Tövratdayam.

    Sürünənlə, uçanın yer göy qədər fərqi var
    Məni ayaqda gəzmə, mən qolda qanatdayam

    Adəmdən Nuhdan bəri yolçüsuyam yolların
    Şər özünü yormasın, Haqqa çat ha çatdayam.

    Səhraların qumuyam, dəryaların damlası
    Yerdə mənəm göydə mən sonsuz kainatdayam

    Gün kimi doğulanlar qarışır şəfəqlərə
    Rəngimi solğun görüb sanma bata-batdayam

    Canım qara torpağın, nəfəsim göylərindir
    Qəbirdə yatsam belə, həmişə həyatdayam.

  • Nizami CƏFƏROV.”Mütəfəkkir ədəbiyyatşünas”

    Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-ictimai fikrin inkişafında Məsud Əlioğlunun, heç şübhəsiz, müstəsna xidmətləri vardır ki, bu xidmətlərin yalnız miqyası deyil, məzmun-mündəricəsi, ideya-estetik mükəmməlliyi də həmişə etiraf olunmuş, tənqidçi-ədəbiyyatşünasın keçən əsrin qırxıncı illərinin sonlarından yetmişinci illərinin əvvəllərinə qədər davam edən (və təəssüf ki, çox tez kəsilən) yaradıcılıq axtarışları bir neçə fundamental istiqaməti əhatə etməklə sonrakı illərin araşdırmalarına, ümumən milli ədəbi-nəzəri təfəkkürün tərəqqisinə əhəmiyyətli təsir göstərmişdir.

    Məsud Əlioğlu iyirmi beş illik yaradıcılığı ərzində “Şamo” romanı haqqında (1951), “Cəlil Məmmədquluzadənin dramaturgiyası” (1954), “Mirzə İbrahimovun dramaturgiyası” (1955), “S.S.Axundovun həyat və yaradıcılığı” (1956), “Osman Sarıvəlli” (1958), “Rəsul Rza” (1960), “Məfkurə dostları” (1961), “Ədəbiyyatda yeni insan” (1964), “Məslək qardaşları” (1966), “Tənqidçinin düşüncələri” (1968) kitabları, onlarla məqalələri nəşr olunmuş, vəfatından sonra “Ədəbi fraqmentlər” (1974), “Hüseyn Cavidin romantizmi” (1975), “Məhəbbət və qəhrəmanlıq” (1979), “Amal və sənət” (1980) və ikicildlik “Darıxan adamlar” (2009) kitabları çıxmışdır.
    Məsud Əlioğlunun yaradıcılığında üç əsas istiqamət elmi-metodoloji aktuallığı (və enerjisi) ilə seçilir ki, onlardan birincisi xalq yaradıcılığı, ikincisi klassik, üçüncüsü isə müasir ədəbiyyatdır. İlk tədqiqatlarından başlayaraq maraq dairəsi çox geniş olan tənqidçi-ədəbiyyatşünas ədəbi növ, janr məhdudiyyəti bilməmiş, həm poeziyadan, həm nəsrdən, həm də dramaturgiyadan eyni peşəkarlıqla yazmaq təcrübəsinə yiyələnmiş, çox zaman mənbəyini paradokslardan alan yeni ideya-estetik çağırışlarla zəngin dövrün qabaqcıl təhlil (və ümumiləşdirmə) texnologiyalarını dərindən mənimsəyib böyük istedadla (və ustalıqla) tətbiq etmişdir ki, bu, gənc ədəbiyyatşünasın analitik-fəlsəfi təfəkkürə malik olmasından irəli gəlir.
    Məsud Əlioğlunun, əslində, bir monoqrafiya statusunda olan “Məhəbbət və qəhrəmanlıq” məqalə-essesi “Dədə Qorqud”, “Koroğlu” eposlarını, eləcə də həmin eposları yaradan ozan-aşıq yaradıcılığının metafizikasını anlamaq üçün ciddi metodoloji istinadlar verir…
    “Dədə Qorqudun həyati idealı düzlükdür! Fəqət düzlüyün özü də sübuta yetirilməlidir, ziddiyyətlərin düyünündən və münaqişələrin cərəyanından çıxaraq təsdiq olunmalıdır. Qorqud fəlsəfəsinin müdrikliyi və təsir gücü orasındadır ki, real həyatın və varlığın ziddiyyətlərindən keçərək möhkəmlənən, sübuta yetən doğruluğu şübhədən qurtarır və ona qanunauyğunluq haqqı qazandırır”.
    “Xalq əsrlər boyu həyatı adi gündəlik vəziyyətindən ideal dərəcəyə ucaltmaq məqsədilə fövqəladə əməllər, qeyri-adi işlər, qüdrətli qəhrəmanlar və yenilməz şəxsiyyətlər axtarışındadır, “Koroğlu” dastanı da bu istiqamətdəki axtarışlar əsasında xalqın yaradıcılıq dühasının əldə etdiyi ən böyük kəşfdir”.
    Əlbəttə, Məsud Əlioğlu folkloru bir folklorşünas kimi deyil, tənqidçi-ədəbiyyatşünas (və ədəbiyyat filosofu) kimi təhlil edir. Və bu təhlil üsulu özünü ona görə doğruldur ki, müəllif xalq yaradıcılığına xalqın etnoqrafik təfəkkür enerjisinin təzahürü, dünyagörüşünün, etnokulturoloji varlığının təfsilatı (və təfərrüatı) kimi baxmaqla onu (xalq yaradıcılığını) bir bütöv halında ədəbi-mənəvi ideyalar (və ideallar!) mətni səviyyəsinə yüksəltmiş olur.
    Tənqidçi-ədəbiyyatşünas xalq ədəbiyyatının ideyalar (və ideallar!) sisteminə hansı ideya-estetik səviyyədən təhlil verirsə, Azərbaycan klassik ədəbiyyatına da həmin səviyyədən yanaşmaqla Nizami, Füzuli, Vaqif kimi “zəka səltənətinin, könül mülkünün hökmdarları”nın hər birini öz miqyasında araşdırıb elə dolğun qənaətlərə gəlir ki, həmin qənaətlər yalnız ədəbiyyat tarixi deyil, ümumən milli təfəkkür tarixi üçün böyük əhəmiyyət daşıyır.
    Nizami lirikasının məzmun-mündəricəsi, Nizami qəzəllərində tərənnüm olunan sevginin fəlsəfi mahiyyəti barədə deyir:
    “Nizami dühasının məna-məzmun siqləti şairin lirikasında, məhəbbət və gözəllik nəğmələrində də dərin-emosional təsir qüvvəsi ilə ifadə olunmuşdur. Nizami qəzəllərinin mərkəzi mövzusu – məhəbbətdir və bu məhəbbətin mahiyyətinə diqqət yetirdikdə bir həqiqəti dərk edirik: Nizami sevir!”.
    Məsud Əlioğlu Füzulinin “insan sevgisi”nin bütün dərinliyinə (və miqyasına) vararaq belə bir nəticəyə gəlir ki, dahi şair-mütəfəkkir üçün eşq “insan təbiətinin ülviyyətindən doğan və naqis ehtiraslara qarşı mübarizədə ali xüsusiyyət qazanan qüdrətli keyfiyyət”dir.
    Və mütəfəkkir ədəbiyyatşünas Nizami, Füzuli məhəbbətindən nə qədər arifanə danışırsa, Vaqifin “gözəllik tərənnümü”nü də o qədər müdrikliklə şərh edir:
    “Vaqifin adı, şeir-sənət dünyası xəyalən xatırlandıqda gözəllik və həyat eşqi ilə çırpınan azad bir şair könlü yada düşür. Bu könül sıxıntıdan, məhdudluqdan, yeknəsəqlikdən büsbütün uzaqdır. Orada real varlığın əbədi və sarsılmaz qanunlarına sitayiş edən bir qüvvə hökm-fərmadır – həyatsevərlik! Bu ötəri nəşə, sadəcə “günü xoş keçirmək”, “fani dünya”dan “arzu-kam” almaq əhval-ruhiyyəsi deyildir. Vaqif şeirinin qan damarını təşkil edən həyatsevərlik mənəvi ölgünlüyə, ruh düşkünlüyünə müqavimət sayəsində dərin və düşündürücü mahiyyət kəsb etmişdir”.
    Məsud Əlioğlunun klassik ədəbiyyat barədəki ideya-estetik şərhlərinin çox böyük bir hissəsi XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına aiddir. O dövr ədəbiyyatına ki, həm kəskin realizmi, həm də eyni dərəcədə kəskin romantizmi ilə özü öz daxilində elə bir cəbhə açmışdır ki, bu günə qədər Azərbaycan ədəbi-ictimai fikri özünün ən barışdırıcı təzahüründə belə, bu ziddiyyəti sonacan həll etmək iqtidarında deyil. Və bəlkə də, istənilən xalqın ədəbi-ictimai fikrinin tarixində belə həlledilməz (paradoksal) hadisələrin, dövrlərin varlığı elə bir təbii inersiyadır ki, burada söhbət ziddiyyətləri həll etməkdən yox, onların fərqinə daha dərindən varmaqdan getməlidir.
    “Molla Nəsrəddinin xələfi” dahi Mirzə Cəlil, onun “ölülər və dəlilər” aləmi…
    “Cəlil Məmmədquluzadənin humanizmi və demokratizmi, ümumən xalq sənətkarı olaraq mütərəqqi görüşləri onun sadə insanların faciəsini, cəmiyyət tərəfindən incidilən və unudulan məğrur ziyalıların iztirablarını dərin ürəkağrısı ilə, vətəndaş-sənətkara məxsus kədərlə duyub dərk etməsindədir. Bu xüsusiyyət isə zahirdə hər şeyə gülə-gülə diqqət yetirən, əslində isə, insanlığın əzilib-alçaldılması üçün için-için göz yaşı axıdıb kədərlənən Molla Nəsrəddinin insanpərvərlik ideallarını təsdiqə yetirir”.
    Mirzə Cəlillə eyni cəbhədə dayanan “həqiqət nəğməkarı”, eyni dərəcədə dahi Sabir…
    “Çoxcəhətli, dərin və sarsıdıcı həqiqət Sabir sənətinin mayasına hopmuşdur. Şairin məğrur, müdrik və müqtədir yaradıcılığı yalnız həqiqətin müqəddəs və nurlu mənası qarşısında başını əymişdir. Həqiqəti sevənlər, həqiqəti deməkdən çəkinməyənlər və onu dost tutanlar Sabirin nəzərində şərəfli ömür sürməyə qadir və layiqdirlər. Bununla belə, həqiqəti anlamaq, təbliğ etmək və sevmək asanlıqla başa gəlmirdi. Bunun üçün fədakarlıq tələb olunurdu”…
    Və romantizm… Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla Şaiq… Nəhayət, “romantizm dövrü” bitəndən sonra Azərbaycan ədəbiyyatı tarixində yeni bir romantizm dövrü yaratmağa qalxan (və yaradan!) Hüseyn Cavid…
    “Hüseyn Cavidin romantizmi” monoqrafiyası təkcə Məsud Əlioğlunun deyil, ümumən Azərbaycan ədəbiyyatşünaslığının (və xüsusən cavidşünaslığın) ən mükəmməl əsərlərindəndir. Monoqrafiya müəllifi “öz əsərlərində fəlsəfi müdrikliyi və bədii kamilliyi müstəsna bir ustalıqla birləşdirən” şairin ideyalar aləmini, mövzularını və bədii idrak vasitələrini ilk dəfə sistemli şəkildə tədqiq etmiş, böyük sənətkar-mütəfəkkir haqqında obyektiv (və ürəkdən!) söz deməyin çətin olduğu illərdə yazmışdı:
    “…İnsan qəlbinin ən dərin guşələrində gizlənmiş, munis və zərif duyğuları həssaslıqla duyan Cavid, hər şeydən əvvəl, sənətkardır və sənətkar Cavidin öyrənilməsinə, araşdırılmasına olan ehtiyac getdikcə daha artıq əhəmiyyət kəsb etməkdədir”.
    Hər bir xalqın ruhunun təcəssümü – təzahürü olan ədəbiyyat yalnız mənsub olduğu millətin həyatından yazdığı məqamda milli deyildir. Xalqı ictimai bir varlıq kimi özünə tanıtdıran, xalq ruhunun təcəssümü – təzahürü olan, millətin mənəvi zənginlik və əzəmətini əks etdirən bir ədəbiyyat, sözün əsl mənasında, milli və xəlqi ola bilər”…
    Məsud Əlioğlu bir ədəbiyyatşünas-mütəfəkkir olaraq klassik ədəbiyyatı tədqiq (və təhlil) edərkən onun qarşısında həmin ədəbiyyatın bütün ideoloji, estetik paradoksları ilə dayanan sonuncu dövrü də vardı: sovet sosialist klassikası… Onun ən möhtəşəm nümayəndəsi isə, heç şübhəsiz, Cəfər Cabbarlı idi…
    Cəfər Cabbarlının romantikasını müfəssəl tədqiq edən tənqidçi-ədəbiyyatşünas belə bir doğru qənaətə gəlir ki, “C.Cabbarlı romantizmini şərtləndirən əsas amillərdən biri təbiətcə romantik insanların ziddiyyətli, mürəkkəb, faciə və məhrumiyyət dolu həyatlarının təsvirindən ibarətdir”. Cəfər Cabbarlı yaradıcılığının sovet dövründən bəhs edərkən Məsud Əlioğlu xatırladır ki, bu dövrdə “Cabbarlını daha çox maraqlandıran ədəbiyyatda realizmin qüvvətlənməsi ilə canlanan mütərəqqi mündəricədir”.
    Azərbaycan sovet poeziyasının ideoloji konyunkturlarına nə qədər uyğunlaşmağa çalışsalar da, yaradıcılıq imkanlarının hüdudları etibarilə daha geniş miqyas sahibləri vardı: Səməd Vurğun, Rəsul Rza… Və Əliağa Vahid…
    Məsud Əlioğlu yazır:
    “Səməd Vurğunun poetik irsi, yaradıcılıq ideyaları və sənət aləmində açdığı yol xüsusunda müəyyən tədqiqat işi aparılmış və xeyli yazılmışdır. Bununla belə, Səməd Vurğun elə bir sənətkardır ki, ondan nə qədər danışılsa, əsərləri nə qədər təhlil edilsə, bugünkü ədəbiyyatımız ondan bir o qədər faydalanar”.
    Məsud Əlioğlu “İnqilabi pafosu, siyasi kəskinliyi və xəlqiliyi ilə seçilən” Rəsul Rza poeziyasına həsr etdiyi kitabında şairin yaradıcılıq yolunu dərindən araşdırmış, onun ideya-bədii axtarışlarının novator mahiyyətini təqdir edən ilk tədqiqatçılardan olmuşdur.
    Nizamidən, Füzulidən, Vaqifdən, Mirzə Cəlildən, Sabirdən, Hadidən, Hüseyn Caviddən… yazan Məsud Əlioğlu Azərbaycan “sovet ədəbiyyatı”nın klassikləri barədə də eyni məhəbbətlə yazdı. Və səhv eləmədi… Birincisi, onun ədəbiyyatşünas-mütəfəkkir düşüncəsində Azərbaycan ədəbiyyatı hər hansı sosial-iqtisadi uklad məhdudiyyətinin fövqündə dayanırdı; ikincisi, təqdir etdiyi əsərlər (və onların müəllifləri) ədəbi siqlətinə görə, həqiqətən, təqdirəlayiq idilər; üçüncüsü isə, bu, öz həqiqətini hansısa konyunktura görə heç kimlə bölüşməyən bir söz sahibinin mövqeyi idi.
    Məsud Əlioğlu ən gözəl məqalələrindən birini haqqında ciddi ədəbi-elmi məclislərdə deyil, adətən, “kuluarlar”da danışmağa üstünlük verilən Əliağa Vahidə həsr etmişdi…
    “Ə.Vahid şeiri poeziyamızın inkişafı tarixində xüsusi bir cığırdır, ayrıca məktəbdir. Bu məktəbin yaradıcısı da, davamçısı da şairin özüdür. Bədii sözün və obrazlı təfəkkürün əlvanlıq və dəqiqliyindən, üsul və imkanlarından məharətlə faydalanan şair bizə təravəti solmayan qiymətli bir mirası yadigar vermişdir. Bu dəyərli xəzinəni göz bəbəyi kimi qoruyub saxlamaq, böyük qayğı və həssaslıqla mühafizə etmək azdır. Əsas vəzifə Ə.Vahid poeziyasının sirrini açmaq, onu şərh etmək və şairi layiq olduğu dərəcədə oxuculara tanıtdırmaqdır. Ə.Vahid gələcəkli sənətkardır”.
    Müasirləri Məsud Əlioğlunun mükəmməl, güclü, nüfuzedici şəxsiyyətindən danışırlar. Tənqidçi-ədəbiyyatşünas Yəhya Seyidov deyir:
    “Çox duzlu, mənalı yumorla yoğrulmuş bir nitqi vardı, danışa-danışa öz hisslərini dinləyicilərə aşılamağı, onları da özü ilə bərabər gülməyə, ya kədərlənməyə məcbur etməyi bacarırdı.
    …Əsas kitablarını hələ yazmamışdı, çap etdirdiklərinə ciddi hazırlıq kimi baxırdı. Ancaq elə qələmindən çıxanlar da Məsud Əlioğluya Azərbaycan sovet ədəbiyyatşünaslığı və tənqidi tarixində görkəmli xidmətləri olan bir şəxsiyyət mövqeyi qazandırmışdır”.
    Şair-ədəbiyyatşünas Qasım Qasımzadə Məsud Əlioğlunun tənqidçi-ədəbiyyatşünas şəxsiyyətində üç keyfiyyətin üzvi vəhdətdə olduğunu göstərib yazırdı:
    “Biz onun simasında ədəbiyyatımızın təkrarolunmaz istedada, temperamentə, orijinal xarakterə malik vətənpərvər mücahidini tanıyırdıq”.
    Mütəfəkkir ədəbiyyatşünas (və ədəbi təfəkkür mücahidi!) az yaşasa da, Azərbaycan ədəbiyyatının ideya-estetik mahiyyətini dərk etmək üçün elə metodoloji əsaslar (və ruh!) yarada bildi ki, nəticə etibarilə, ümumən yeni (və milli) tənqidçi-ədəbiyyatşünas obrazının formalaşmasına əhəmiyyətli təsir göstərdi. Və bu təsirin uzunömürlülüyünə heç bir şübhə yoxdur…

    Nizami CƏFƏROV,
    Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü.

    Mənbə: http://respublica-news.az

  • Ədalət RƏSULOVA.”Süleyman RƏHİMOV”

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

    Süleyman Hüseyn oğlu Rəhimov ədəbiyyatımızın inkişafında səmərəli xidmətlərinə görə özünəməxsus layiqli yer tutmuşdur. “Həyat yolunda” yazdığına görə (seçilmiş əsərləri 1-ci cild 1968 səh.5) 22 mart 1900-cü ildə Qubadlı rayonunun Əyin kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Əlifbanı kənd mollasından öyrənmiş, 1912-ci ildə yaşı keçdiyinə görə çox çətinliklə Qubadlı rus məktəbinə daxil olmuşdur. Ədəbiyyat və tarixə daha çox maraq göstərən Süleyman beş il ərzində başqa fənnlərlə yanaşı rus və dünya ədəbiyyatı nümunələri, Azərbaycan klassiklərinin, XX əsrin əvvəllərində fəaliyyət göstərən yazıçıların əsərləri ilə də yaxından tanış olmuşdur.
    Fevral burjua inqilabından az sonra Qubadlı məktəbi bağlandığından Qori seminariyasında təhsil ala bilmədiyi üçün kəndə qayıdan gənc Süleyman, kasıb ailədən olduğu üçün heç yerdə iş tapa bilmir. 1917-1920-ci illərdə əvvəlcə öz kəndlərində sonra isə yaşadıqları başqa yerlərdə mal-qara otarmışdır.
    Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Süleymanın atası Hüseyn kişi oğlunu nahiyyə inqilab komitəsinə, köhnə tanışı Qara İsmayıloğlunun yanına gətirərək oğluna bir iş verməsini xahiş edir. Nahiyyə inqilab komitəsinə kargüzar qəbul olunan Süleyman Leninin əsərlərini ilk dəfə orada oxumuş, zəhmətkeşlərin qələbəsini möhkəmləndirmək naminə gərgin mübarizənin baş verdiyinə daha ayıq nəzər salaraq inanmışdır ki, hökuməti alqışlamaq azdır, onları həyata keçirənlərlə əl-ələ verib işləmək mübarizədən çəkinməmək gərəkdir.
    1921-ci ilin mayında inqilab komitəsi tərəfindən Şuşaya altı aylıq pedaqoji kursa göndərilən gənc, kursu bitirəndən sonra bir neçə il Xanlıq, Qubadlı, Laçın rayonunun Hocaz kənd məktəblərində müəllim və müdir olmuş, fəal komsomolçulardan biri kimi etibar qazanmışdır.
    1928-ci ildə Süleyman Rəhimov Bakı şəhərinə gəlib ali məktəbə daxil olmuş, 1932-ci ildə Pedaqoji İnstitutun tarix-ictimaiyyət fakültəsini bitirmişdir. Elə bu zamandan da ədəbi fəaliyyətə başlamışdır.
    İlk qələm təcrübəsi “Vərdişli adam” hekayəsi rayon qəzetində çap olunandan sonra heç bir şey yazmasa da uzun illər davam edəcək yaradıcılığa əsaslı hazırlıq mərhələsi keçmişdir. 1938-ci ildən Bakıda yaşayan ədib Azərbaycan SSR Nazirlər Soveti Yanında İncəsənət İşləri İdarəsi Komitəsinin sədri və idarə rəisinin müavini, (1938-1939) Azərbaycan KP-nın Bakı Komitəsinin katibi, Azərbaycan KP MK-nın təbliğat-təşviqat şöbəsi müdirinin müavini, Marks-Engels-Lenin İnstitutunun Azərbaycan filialının direktoru, (1940-1944) Azərbaycan SSR Nazirlər Soveti Yanında Mədəni Maarif Komitəsinin sədri (1945-1953) olmuş dəfələrlə Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri seçilmişdir.(1939-1940), (1944-1945, 1954-1958)
    1958-ci ildən bədii yaradıcılıqla məşğul olsa da partiyanın həyata keçirdiyi tədbirlərdə (xalq elçisi) məhşur yazıçı kimi yaxından iştirak edir.
    Bu illər ərzində xüsusiilə səmərəli işləyən ədib bir sıra hekayə və oçerklərlə yanaşı, povestlər və romanlar da çap etdirmişdir. Bu baxımdan “Ana abidəsi”, “Qafqaz qartalı”, “ Uğundu ”, “ Qoşqar qızı ” povest və romanları ədəbiyyatımızı yeni mövzu və surətlərlə zənginləşdirmişdir.
    Süleyman Rəhimovun demək olar ki, bütün əsərləri rus dilinə tərcümə olunaraq Sovet İttifaqının hər yerində geniş yayılmışdır. Yazıçının “Ata və oğul” povesti, “ Su ərizəsi ”, “ Gəlin qayası ”, “ Oyun ” və bir sıra başqa hekayələri ərəb, ingilis, alman, fransız, polyak dillərinə tərcümə edilmişdir.
    1975-ci ildə Azərbaycan sovet ədəbiyyatının inkişafında böyük xidmətlərinə və səmərəli ictimai fəaliyyətinə görə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdür.
    “Şamo” nun birinci variantını və “Aynalı” povestini çap etdirməklə sənət aləminə qəti addımlar atan S.Rəhimov tez-tez ön və arxa cəbhədə çıxış etsə də yazı masasından ayırlmamışdır. O, “ Şamo ” və “ Saçlı ” romanları üzərində işi davam etdirməklə yanaşı eyni zamanda povest və hekayələr, məqalələr də yazmışdır. Ədibin “Torpağın səsi” (1941), “ Medalyon ” (1942), “ Qardaş qəbri ” (1945) kimi əsərlərində zəhmətkeş insanların vətənə məhəbbəti, mərdlik və qəhrəmanlıqları bədii vasitələrlə əks olunmuşdur. “ Medalyon ” da Valentina, Arkadi, Pəri nənə, Aleksey Vasilyeviç kimi müxtəliv şəraitdə böyümüş adamların surətini rəğbət hissi ilə yaratmış müəllif, inandırıcı surətdə göstərmişdir ki, Vətənin tarixində ciddi sınaq günlərində onların hamısını müqəddəs bir hiss, vətənpərvərlik hissi birləşdirir. S.Rəhimov özünə məxsus bir həssaslıqla Valentinanın bir ana və vətandaş kimi canlandırmağa, Vətənə məhəbbətin hər şeydən üstün olduğunu qələmə aldığı “ Medalyon ” povestində daha qabarıq şəkildə əks etdirmişdir.
    Azərbaycan ədəbiyyatının qiymətli ənənələrindən olan xalqlar dostluğu mövzusu yazıçının yaradıcılığında önəmli yer tutmuşdur. Azərbaycan xalqının qardaş Zaqafqaziya xalqları ilə əsrlərdən bəri davam edən iqtisadi mədəni əlaqələri XIX əsrin əvvələrindən başlayan qardaşlıq münasibətləri bədii ədəbiyyat üçün əhəmiyyətli olmuşdur.
    Vətənin ağır günlərində qələbəyə vətəndaşların sonsuz inamını və dözümünü əbədiləşdirən əsərlər arasında “ Medalyon ” və “ Qardaş qəbri ” (1945) xüsusi əhəmiyyətə malikdir.
    Məhz yazıçının bu dövrdə qələmə aldığı “ Mehman ” (1944) povesti Azərbaycan nəsrinin müvəffəqiyyəti oldu. Yazıçı bu əsərində də otuzuncu illərin əvvəllərində oxucuların əlindən düşməyən qiymətli bir sənət əsəri yarada bilmişdir.
    Əsərdə müəllifin ən böyük nəaliyyəti qbaqcıl müasirlərimizin təmsilçisi olan Mehman surəti ilə əlaqədar idi. Gənc hüquqşünas özünün vətəndaşlıq borcunu yerinə yetirmək üçün çətinlikdən və fədakarlıqdan çəkinmir, mübarizəni özünün vətəndaşlıq və insanlıq borcu bilir. Mehman ona müraciətlə “ Təmiz ol ” :- deyən anasının müəlliməsinin, nəhayət rayon partiya komitəsinin katibi Vahidovun sözlərini əsla yadından çıxarmır, həmişə təmizliyini, düzlüyünü qoruyur.
    Sinfi düşmənlər povestdə prokurorluğun süpürgəçisi Qaloşlu adam vasitəsi ilə hərəkət edənlər, çox incə, ağlagəlməz bir vasitə ilə Mehmanın ailəsinə yol tapırlar. Mehmanın qaynanası, sabiq tacir arvadı Şəhla xanımın iti nəfsi qapıları gizlindən, taybatay onların üzünə açır. Qaloşlu adam böyük məharətlə rüşvət saatı gənc prokurorun arvadı Züleyxaya bağışlayır. Lakin Mehman tərəddüd etmədən düşmənin hiyləgərliklə hörülmüş torunu qopara bilir.
    Mövzunun və problemin həyatiliyi, surətlərin hərəkətlərinin ictimai – psixoloji planda inandırıcılığı, dilinin sadəliyi və bədiiliyi ilə güclü olan “ Mehman ” ədibin parlaq istedadına olan ümidləri doğruldur. Mehman müəyyən dərəcədə birtərəfli bir surət kimi işlənmiş olsa da özünün barışmazlığı və prinsipallığı ilə rəğbət qazanır…
    S.Rəhimovun müharibədən sonrakı otuz ildə Azərbaycan xalqının azadlıq uğrunda mübərizə tarixinin səhifələrinə müraciət etmişdir. İstər uzaq tarixi keçmişdən, istərsə də müasir dövürdən yazanda hadisələri aydın müasirlik baxımından qiymətli sənət nümunələri yaratmışdır. Ədibin əsərlərini uzun ömürlü edən amillərdən biri də müasirlik olmuşdur.
    S.Rəhimov XX əsrin əvvəllərində Azərbaycan kəndində genişlənən sinfi mübarizə hərəkatının (daşnaqların) fitnəkar siyasətinin şahidi olmuş, hakimiyyətə qarşı çıxanların qəddarlığını və rəzilliyini görmüşdür. Zəhmətkeşlərin xoşbəxtliyi yolunda mərd mübarizlərin, fədakar, ölümlə üzləşəndə də fikrindən dönməyən məslək qəhrəmanlarının şücaəti mübarizə arzusuna qanad vermişdir. Kəndin, vətənimizin siması, adamların məişəti, dünya baxışı gözü qabağında dəyişmişdir. O, sadəcə müşahidəçi olmamış, yeniliklə köhnəliyin, tarixi mübarizənin fəal iştirakçısı kimi yaşamış fəaliyyət göstərmişdir. Müəllim və partiya işçisi, yazıçı və ictimai xadim, çox müxtəlif tellərlə xalq həyatına, zəhmətkeşlərin yeni cəmiyyət quruculuğunun fəal iştirakçılarından olmuşdur.
    Respublikanın müxtəlif yerlərində qazanılan nəaliyyətləri görəndə, müxtəlif adamlarla görüşəndə yazıçı müşahidəsi ilə adamların şüurunda adət ənənələrində baş verən dəyişiklikləri hafizəsinə həkk edərək yaşatmış və bir sənətkar kimi gördüklərinin dərin mənasına vararaq axtarışlarını davam etdirmişdir.
    Xalq yazıçısı S.Rəhimov nəsrin müxtəlif janırlarında sınanmış yazıçılardandır. Əsərləri Azərbaycan və rus ədəbi – bədii tənqidində povest, hekayyə, roman və oçerkləri yüksək qiymətləndirilmişdir. Ədəbi-ictimai fəaliyyətinin çox cəhətliliyi ilə yanaşı ona böyük sənətkar şöhrətini romanları qazandırmış və romançı kimi tanınmışdır. “ Şamo ” (1931-1974), və “ Saçlı ” (1940-1949) romanları Azərbaycan sovet ədəbiyyatının nəaliyyəti kimi qiymətləndirilmişdir. Xalqımızın bir əsrlik həyatının bədii səlnaməsi olan bu romanlarda milli həyat və məişətimizdə yaranmış dərin inqilabi baxışlar inandırıcı və bədii əksini tapmışdır.
    S.Rəhimovun ədəbi fəalliyyətinin tənqid və qələm dostları tərəfindən necə qiymətləndirildiyini göstərmək üçün mülahizələrdən bəzilərinə nəzər salmaq zəruridir.
    “S.Vurğun Böyük Vətən Müharibəsi günlərində demişdir ki, S.Rəhimov romançıdır, böyük yazıçıdır, xalq yazıçısıdır”. (“ Ədəbiyyat və incəsənət ” 16iyul 1960-cı il.)
    M.Arif : “ S.Rəhimov nasirlərimiz içində böyük bir realist, dərin müşahidəçi, incə bir psixoloq olması son zamanlarda hərkəs tərəfindən təqdir edilməkdədir ”. (M.Arif “ seçilmiş əsərləri ” birinci cild 1967 səh. 262)
    S.Rəhimovun özünə məxsusluğunu aydın təsəvvür etmək üçün yadda saxlamaq vacibdir ki, o böyük realistdir. Lakin onun realizmi heç vaxt hadisələrin ardınca gedərək onları qeydə almaqla kikayətlənməmişdir. Romantika bu realizmin üzvi bir hissəsidir. Realizmlə romantikanın üzvi vəhdəti ömrü boyu ədibin yaradıcılıq axtarışlarını müşaiyyət edib, əsərlərinə dərinlik və yüksəklik gətirmişdir. “Şamo” üzərində işlədikcə özünün müsbət surətlərini, onların məhəbbət və fədakarlıqlarını romantikləşdirmək meyli get – gedə qüvvətlənmiş, Şamo, Qəmər, Maşallah, Alagöz, Kamran və Alo kimi surətlərin işlənməsində bu vasitədən geniş istifadə olunmuşdur. S.rəhimovun xalq yaradıcılığı ilə əlaqəsi mürəkkəb, daima davam edən bir proses olmuşdur. “ Şamo ” əsərində Şamo, Alo, Qəmər, Kamran kimi surətlərin təsvirində olduğu kimi, təbiətin canlandırılmasında, sərt – sıldırım dağların və qalaçaların təsvirində də biz xalq yaradıcılığı ilə yaxınlığı hiss edirik. Bu özünü mövzu və surətlər aləmi ilə yanaşı bədii təsvir vasitələrinin seçilməsində də göstərir. Xalq yaradıcılığı üslubu ilə sıx surətdə bağlı olan “Güzgü göl əfsanəsi” (1967), “ Kəsilməyən kişnərti ” (1969) ədibin yaradıcılığını yeni çalarlarla zənginləşdirmişdir. Beləliklə xalq yaradıcılığı ilə bağlılıq və dünya sənətinin realizm təcrübəsində ədibin sənətkarlıq xüsusiyyətlərini müəyyənləşdirən amillər sırasında xüsusi əhəmiyyətə malikdir.
    S.Rəhimovun bədii axtarışlarında inqilabdan əvvəlki kənd mövzusu mühüm yer tutur. “ Şamo ”, “ Qafqaz qartalı ” kimi iri həcmli romanlarında , “ Ötən günlər dəftərindən ” silsisləsinə daxil olan hekayələrində, “ Pirqulunun kürkü ” (1975) povestində Böyük Oktyabr sosialist inqilabından əvvəlki Azərbaycan kəndinin geniş lövhəsi yaradılmış, xalqın arzu və əməlləri adət – ənənələri geniş planda canlandırılmışdır. Uşaqlığı və gəncliyi kənddə keçmiş müəllif hakim ictimai münasibət və baxışların zəhmətkeşlərə nəsib etdiyi acınacaqlı həyatı, alçaldılan və təhqir edilən kasıbların qəzəbini şəxsən görmüş, bilavasitə yaşamışdır. Həyat materialına bələdlik böyük yazıçı istedadı ilə birləşərək əsərlərinə müvəffəqiyyət qazandırmışdır.
    S.Rəhimovun yaradıcılığında inqilabdan əvvəlki həyata maraq adları yuxarda çəkilən əsərlərlə məhdudlaşmır. Müəllif “ Ata və oğul” (1949) povestində, “ Ağbulaq dağlarında” və “ Ana abidəsi” romanlarında da yeri gəldikcə surətlərin xatirələri vasitəsi ilə bu həyatın müəyyən epizodlarını canlandırmış, həmin mövzuya həsr olunmuş əsərlərini tamamlayıb genişləndirərək ümumi lövhəni yeni çalarlarla zənginləşdirmişdir.
    Azərbaycan sovet romanı səviyyəsinə yüksəlmiş “ Şamo ” nun ilk variantı (1931) əlli ilə yaxın bir müddətdə müəyyən fəsillərlə olsa da axtarışlarını davam etdirən müəllif əsərin ayrı – ayrı cildlərinin bir neçə variantını işləmişdir. Zənginləşən həyat təcrübəsi, dünya görüşü, qələminin püxtələşməsi, çox millətli ədəbiyyatımızın nailiyyətlərindən qidalanaraq bu çox cildli əsərin yaranmasında mühüm əhəmiyyətə malik olmuşdur. Əsər otuzuncu illərdə mühüm ədəbi hadisə kimi qarşılanmış, Azərbaycan ədəbiyyatı S.Rəhimovun “ Şamo ” romanı ilə yeni bir müvəffəqiyyət qazanmışdır. “ Şamo ” nun bu variantı, əlbətdə, bədii dəyəri ilə yox, ilk dəfə nəsrin iri formalarında Azərbaycanda vətəndaş müharibəsi tarixinə müraciətlə cəbhədə qəhrəmanlıq göstərənlərin surətini yaratmaqla, müəllifin siyasi niyyətinin, ideya mövqeyinin aydınlığı ilə güclü olub diqqəti cəlb etmişdir. Bu həm də təəssüratı zəngin, görüb eşitdiklərini istismarçılar cəmiyyətində hökm sürən əlaqə və münasibətlərin eybəcərliyini bütün dəhşəti ilə göstərməyə çalışan, bunun əhəmiyyətini yaxşı dərk edən bir gəncin vətəndaş narahatlığının məhsulu idi.
    Buna baxmayaraq, “ Şamo ” öz müəllifini istedadlı, həyata bələd, müşahidəçi realist yazıçı kimi tanıtdı. S.Rəhimov öz qəhrəmanlarının ruhi çırpıntılarını, arzu və istəklərini real planda canlandırmağa nail olmuşdur.
    1940-cı ildən sonra ədibin dönə – dönə üzərində işlədiyi “Şamo” istər qaldırılmış siyasi ictimai problemlərin əhəmiyyəti , istərsə də sənətkarlıq xüsusiyyətləri baxımından oxucunun rəğbətini qazanmış əsərlərdən biri kimi qiymətləndirilmişdir.
    “ Şamo ” nu ümumittifaq , hətta dünya əhəmiyyətli roman sayan Y.Libedinski inqilabi mübarizə səngərlərində yeni keyfiyyət kəsb edib möhkəmlənən xalqlar dostluğunun məziyyətlərindən biri kimi qiymətləndirmişdir. (Azerbaydjanskaya sovetskaya literatura 1951)
    1940-cı illərdən sonra S.Rəhimovun yaradıcılığı Azərbaycan ədəbi – bədii tənqidinin : – Azərbaycan sovet ədəbiyyatşünaslığının diqqət mərkəzində duran əsas hədəflərdən biri olmuşdur. Onun ayrı – ayrı əsərləri çapdan çıxdıqca müntəzəm surətdə qiymətləndirilmiş, xüsusiilə romanın inkişafı problemləri ilə məşğul olan alimlər tərəfindən əsərləri təhlil olunmuşdur.
    Ədib haqqında yazılanları nəzərdən keçirəndə aydın olur ki, yazıçı özünün yeni əsərlərini, xüsusiilə “ Şamo” nu işləyəndə bu tənqidi fikirləri diqqətlə nəzərdən keçirmiş, müəyyən bir qismini (məsələn : – Bakı partiya təşkilatının kənddə inqilabi hərəkatın genişlənməsinə köməyini , baş qəhrəman kimi Şamonun xarakterini fəal mübarizədə açmağın zərurəti və s.) qəbul etmişdir.
    Müasir rus ədəbi tənqidi də yazıçının yaradıcılığına müəyyən diqqət yetirmiş , xüsusən , son iyirmi beş ildə ədibin yaradıcılığını izləyən Z.S.Kedrina rus dilində çıxan “Şamo” , “Saçlı”, “Ağbulaq dağlarında” əsərləri haqqında müqəddimə ya da son söz yazmışdır.
    “Şamo” ya daha artıq diqqət yetirən alim sovet xalqları ədəbiyyatlarında dəfələrlə ona müraciət etmişdir. O, ilk məqaləsində yazmışdır: – “ S.Rəhimovun Şamo əsərinin meydana çıxması Azərbaycan ədəbiyyatında əlamətdar bir hadisədir. Çünki bu əsər xalq həyatından yazılmış bir əsərdir. Xalqın tarixi inkişafının dönüş mərhələsində xalq həyatının ən mühüm məsələlərini açıb göstərən sosialist millətləri ədəbiyyatının müəyyən bir dövrü üçün yazılmış qiymətli bir əsərdir.” (Z.Kedrina “ Epopiya yaratmaq yolunda “ , ədəbiyyat qəzeti 17 mart 1951-ci il.
    “ Şamo “ xalq həyatının , zəhmətkeşlərin arzu və əməllərinin geniş təsviri ilə gücldür. Bu nöqteyi nəzərdən S.Rəhimovun təcrübəsi Azərbaycan sovet tarixi romançılığının təcrübəsini zənginləşdirmişdir. İllər boyu xalq həyatının özündən keçib gələn və dərin bir çay kimi , üzərində yeni səmanı əks etdirən , həyat materialı ilə zəngin olan belə əsərləri oxuyanda istər – istəməz müəllifin iradəsini və fikirlərini canlandıran mənbə haqqında düşünməli olursan. Ədib inqilabdan əvvəlki həyatı işıqlandırmış , inqilab ərəfəsinə məxsus cəhətləri ilk plana çəkmişdir. Bu müəllifin mühüm ideya bədii nəaliyyətidir. “ Şamo “ nun son variantında müəllif , əsrlərdən bəri qul vəziyyətində yaşayan yoxsul Azərbaycan kəndlilərinin psixologiyasında əmələ gələn dəyişikliyi , inqilabi fikrin tədriclə xalq kütlələrinin dərin qatlarına yayılmasını Bakı fəhlələrinin köməyi ilə xalq etirazının axırda sarsılmaz bir qüvvəyə çevrilməsini əks etdirməyə çalışmışdır. İllər ərzində yazıçının məlumat dairəsi genişlənib , ilkin müşahidələri zənginləşdikcə niyyəti də dəyişmişdir. Romanın mərkəzində bir neçə şəxsin taleyi deyil , azadlıq uğrunda mübarizəyə qalxmış xlqın tarixi müqəddəratı , xalq həyatının geniş təsviri durur. Birinci variantdan fərqli olaraq Şamo əsərin baş qəhrəmanı deyil , müəllifin sevimli surətlərindən biridir.
    “ Şamo “ da xalqın əzəməti və mənəvi gücü parlaq bədii boyalarla əks etdirilmişdir. S.Rəhimov azadlıq hərəkatının gedişində ruh yüksəkliyini , inamın sarsılmazlığını , müsbət qəhrəmanların vətənpərvərlik hisslərini və yüksək mənəvi keyfiyyətlərini ilk plana çəkdiyindən , xalq tarixin yaradıcısı , xoşbəxt gələcək uğrunda fəal qurucusudur.
    “ Şamo “ istər mövzusu , istərsə də bədii ifadə vasitələri baxımından son dərəcə zəngindir. Romanda – Gülsənəmin qaçırılması təxminən 1908 – 1909 illərə aiddir. Bu vaxtdan başlayaraq S.Rəhimov Azərbaycan kəndində baş verən sinfi toqquşmaları , müxtəlif sinif və təbəqələrə mənsub qüvvələrin həmin illərdə baş vermiş hadisələri təfsilatı ilə izləmiş , Azərbaycan kəndinin real mənzərəsini canlandırmışdır. Müəllif tez – tez əsas surətlərin tərcümeyi halına müraciət edib , xarakterlərin formalaşmasına , əvvəlki hadisələri canlandırmaqla məlumatı daha da genişləndirmişdir. Roman üzərində iş davam etdikcə S.Rəhimov mühüm ictimai – siyasi hadisələri təkcə tanınmış alimlərin tədqiqatlarından deyil , həm də arxiv sənədləri əsasında öyrənmişdir. O, tarixi fakt və sənədlərdən istifadə etsə də, surətlərin əksəriyyəti yazıçı xəyalının təxəyyülüdür. Bununla belə əsər üzərində iş davam etdikcə , tarixiliyi qüvvətləndirmək zərurəti duyan müəllif , M.Əzizbəyov , N.Nərimanov , M.S.Ordubadi , inqilabçı Ocaqqulu kimi real şəxslərin surətini yaratmış , tarixi faktlara daha tez – tez müraciət etmişdir.
    “ Şamo “ da Lenin mövzusu mühüm yer tutur . Müəllif Lenin ideyalarına, onun şəxsiyyətinə inamı müxtəlif vasitələrlə canlandırmışdır. Bu ad çəkiləndə insanların üzü gülür , elə hesab edirlər ki, onları Lenin gündəlik həyatlarındakı çətinlik və qayğılardan xilas edəcəkdir.
    Heybət Dağbaşı yaralanmış Şamonun qanına boyanmış dəsmalı bayraq kimi yuxarı qaldırıb üz – üzə dayananları barışığa çağırır. Şamo və Alo da ən çətin vaxtlarda Lenini yada salır , əmin olurlar ki, mütləq Lenin onlara kömək edəcəkdir. S.Rəhimov qəhrəmanlarının fəaliyyətini bütün ölkədə genişlənən inqilabi hərəkatla əlaqələndirməyə nail olmuşdur. Bakı kommunasının müvəqqəti məğlubiyyətindən sonra Həştərxana işləməyə gedən N.Nərimanov Dağbaşı səngərindəki toqquşmadan xəbər tutur. Onun Dağbaşı səngərindəki çıxışı , qardaşlığa çağıran səsi bütün ölkədə müraciətə çevrilir , inqilabi yüksəlişlə əlaqələnir.
    Yazıçı Azərbaycan kəndini geniş planda canlandırdığı kimi , kənd həyatını daha canlı və inandırıcı vermişdir. Əsərdə Bakı və Həşdərxan hadisələri daha geniş yer tutmuş və bir sıra yeni surətlərlə zənginləşmişdir. Ədib surətlərin xarakterini , ictimai – siyasi hadisələri , adət ənənələri izləyir və tədqiq edir. Dərinliyə varan müəllif eyni sinifə mənsub adamların müəyyən hadisələrə müxtəlif münasibətlərinin səbəbini araşdırır , inandırıcı əsaslandırır.
    “ Şamo “ da mübarizənin mahiyyət və gedişini toqquşan tərəflərin tarixi müqəddaratını ideyalar müəyyənləşdirir. Romanda qüvvətli və ehtiraslı insanlar üz – üzə gəlir , ölüm – dirim mübarizəsinə girişirlər.
    S.Rəhimovun inqilabdan əvvəlki kəndi təsvir edən əsərlərində hadisələr müxtəlif yerlərdə cərəyan etdiyi kimi , yoxsulların və varlıların , xaraktercə müxtəlif rəngarəng surətlər yaratmışdır. Mahiyyət etibarı ilə eyni arzularla yaşayan xarakterlər bir – birinə bənzəmir və bir – birini təkrar etmirlər.
    “ Şamo “ və “ Qafqaz qartalı “ nın mərkəzində dövrün ən böyük ictimai konflikti durur : azadlıq hərəkatı müxtəlif sinifləri təmsil edən canlı surətlər , iki böyük cəbhə üz- üzə dayanır. Bir tərəfdə çar məmurları və yerli hakimlər, Sultan , Gəray , Müqim , Ağaxan , Hətəmxan kimi varlılar və onların əlaltıları Yasavul Kərbalı , Balay , Ələmdar və başqaları , digər tərəfdə isə Nəbi və Həcər, Şamo , Alo , Safo , Gülsənəm , Qəmər , Fərzəli , Sibir Matvey , Mirzə Polad , kənkan Qeybalı bir sözlə , Azərbaycan , rus və gürcü xalqlarının ən yaxşı oğulları , azadlıq mübarizləri özlərinə məxsus xüsusiyyətləri ilə yadda qalırlar.
    Əsər Şehli hadisələrinin təsviri ilə başlanır. Müəllif təbii yolla əhatə dairəsini genişləndirir , kiçik dağ kəndini gözəgörünməz bağlarla ölkə ilə əlaqələndirir. S.Rəhimov məharətlə Dəli dağ , Eloğlu , Cavanşir , Dağətəyi və Şuşanın bir – birinə bənzəməyən mənzərələrini canlandırır . O, bütün səyi ilə göstərir ki, zəhmətkeşlərin vəziyyəti hər yerdə ağırdır , onlar çıxış yolu axtarırlar. Cəmi otuz evdən ibarət olan Şehli kəndi bir – birini yaxından tanısa da , parçalanmış yaxın qohumluq , mehriban qonşuluq münasibətləri pozulmuşdur. Bir tərəfdə yoxsullar , digər tərəfdə varlılar arasında gizli və aşkar toqquşmalar illər boyu davam edir. Torpaq qazmalarda yaşayan ac – yalavac kasıb uşaqlarının əyinləri paltar , ayaqları başmaq görmür. Hampalar və ruhanilər əlbir olub camaatı talayır , gözümçıxıtıya salırlar. Varlıların və yoxsulların dolanışığını əks etdirən epizodlar romanda inandırıcı dəlillərlə verilmişdir. Cəmiyyətdə hakim qanunlar düzlüklə yaşamaq , insani ləyaqəti qorumaq çətindir. Xalqın ən yaxşı oğulları bu həqiqəti dərk edib mübarizəyə başlamışdılar. Köhnə kəndi yaxşı tanıyan ədib təfərrüatları yerində işlətməklə azadlıq mübarizlərinin qarşısına çıxan çətinlikləri hərtərəfli araşdırır. Əsərdə xüsusi mülkiyyətçilik vətəndaşlar arasında bərabərsizliyin doğurduğu ədalətsizlik bütün çılpaqlığı ilə göstərilmişdir. “ Şamo “ da elə bir dövr əks olunmuşdur ki, sinfi şüuru oyanan zəhmətkeşlər birləşir , mübarizəyə qalxırdılar. Azadlıq hərəkatı öz iştirakçılarına mərdlik , fədakarlıq , dözüm dərsi verir. Bu həqiqət əsərdə özünü aydın göstərir. Yeni şərait mübarizlərini, Şamo , Heybət , Arşaq , Suren , Heydərəli , Seyfəli surətlərində yeni inqilabçı nəslinin yetişməsində kommunist ideyalarının təbliğatının rolunu göstərir. S.Rəhimov yoxsulların acınacaqlı vəziyyətlərinə göz yummur, bunu onların mübarizəyə qaldıran əsas amillərdən biri kimi mənalandırır. Əsərdə Zeynəb özü kimilərinin acınacaqlı taleyinə göylərin təyin etdiyi bir qismət kimi baxırsa da , oğlu Qeybəli mübarizənin ən qızğın yerində dayanır. Əəsrdə bir ailənin , bir dam altında yaşayan adamların dünyabaxışlarının müxtəlifliyində əks olunmuşdur. Belə ki, məruz qaldığı haqsızlıqların qabağında xəstə və qoca Safo xilası göylərdən gözləyir , lakin onun oğlu kommunist Şamo başa düşmüşdür ki, azadlığa çıxmaq üçün silahlanmaq , qurban vermək , fədakarlığa hazır olmaq lazımdır. Yazıçı əsərdə Şamonun inkişaf yolunu inandırıcı göstərə bilmişdir. Realist yazıçı gəncin xarakterinin formalaşmasında XX əsrin ikinci onilliyində baş verən hadisələrin və düşdüyü yeni mühitin həlledici rolunu göstərməklə yanaşı, xalqın əsrlərdən bəri gözəl , əxlaqi – mənəvi keyfiyyətlərinin əhəmiyyətini də unutmamışdır. Bir vaxtlar özünü göstərən şəxsiyyət kimi tanınmasında sözü bütövlük , dostluqda sədaqət kimi sifətlər şüurlu bir inqilabçının dünya görüşündən daha artıq xalqın əsrlərdən bəri əxlaqi qənaətləri ilə bağlanır.
    S.Rəhimovun xalqla bağlılığının mühüm xüsusiyyətlərindən biri uşaqlıqda eşitdiyi nağıl və əfsanələrin , dastan və rəvayətlərin onun yaddaşında tükənməz bir mənbə olmasıdır. Ədibin uşaq hafizəsinə həkk olunmuş ilk həqiqi qəhrəman Nəbi və Həcər olmuşdur. Bu təsadüfü olmayıb , yazıçının illər keçdikcə bu real qəhrəmanlar yadından çıxmamış , onların igidliyini dəyanətini , məhəbbət və sədaqətini yadda qalan bədii vasitələrlə əks etdirə bilmişdir. Demək olar ki, S.Rəhimovun iri həcmli romanlarında , povest və hekayələrində IX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan kəndlərində hökm sürən ictimai – iqtisadi münasibətlər geniş şəkildə canlandırılmışdır. Bu nöqteyi – nəzərdən tədqiqatçılar ədibi heç kəslə müqaisə etmirlər. Onun əsərlərində sadə zəhmətkeşlərin hüquqsuz və acınacaqlı vəziyyəti hərtərəfli təhlil olunmuş , əsərlərindən təfəkkürlərə keçərək canlı nitqə daxil olmuşdur. Bu , sənətkarın qüdrətini və xalqa bağlılığını parlaq surətdə göstərən dəlillərdən biridir. Kənddə sosializm quruculuğunun , onun tarixi nəaliyyətlərinin şahidi olan ədib , inqilabdan əvvəlki kəndə nəzər salmış , sinfi şüuru oyanan , insani həyat uğrunda mübarizəyə qoşulan qüvvələrini ilk plana çəkərək , xalqın azadlıq hərəkatına başçılıq etmiş mətin kommunistlərin surətlərini böyük məhəbbətlə yaratmışdır. Ədibin bu məsələ ilə əlaqədar mülahizələri xalq və cəmiyyətə münasibətini aydınlaşdırmaq nöqteyi – nəzərindən çox əhəmiyyətlidir. O, məqalə və çıxışlarında dəfələrlə göstərmişdir ki, sosializm realizmi yeknəsəqliyə deyil , sənəd rəngarəngliyinə , kəşviyyatçı , ixtiraçı olmağa səsləyir. ( “ Yazıçı və həyat ” səh. 356) Həyata bağlılıq əlaqəsini geniş mənada qəbul edən yazıçı əsərin cəmiyyətin zəruri tələblərindən doğmasını vacib saymışdır.
    Azərbaycan sovet ədəbiyyatının inkişafı tarixində mövzu və bədii ifadə vasitələri baxımından öz yolu olan yazıçı uzun illər ərzində özünün mənalı sənət aləmini yarada bilmişdir. S.Rəhimovun əsərləri hərşeydən əvvəl həyat materialları və dəqiqliyi ilə diqqəti cəlb edir. O, deyir : – “ Mən əlimə qələm alıb yazmağa başladığım gündən bu qənatdə olmuşam ki, əsərin mövzusunu , materialları , səciyyə və surətləri də yazıçıya bitib tükənməyən həyat qaynaqları verir. ( “ Yazıçı və həyat “ səh. 404)
    Beləliklə S.Rəhimov taleyi ilə bağlı düşüncələrindən çıxış edərək demişdir: – Müəllif əməyə münasibəti ilə əsər üzərində sona qədər inadla işləməli axtarışlar aparmalıdır. “ Mən yaradıcı əməkdən qorxan ilhamın səmərə verəcəyinə zərrə də olsa inanmıram , yaradıcı zəhməti olmasaydı istedad sönərdi , zəhmət səmərə verməzdi ” . S.Rəhimov ağır zəhmətdən sonra çap etdirdiyi əsərlərdən birdəfəlik əl çəkmir , imkan olanda onları yenidən işləyir , “ Şamo “ və “ Saçlı” kimi iri həcmli romanların ayrı – ayrı nəşrləri yazıçının öz əsərləri üzərində diqqət və səylə işlədiyini əyaniləşdirir. Onun fikrincə müasir Azərbaycan kəndindən yazan müəllif kəndin dünənini bilməsə , hzırda orada nə baş verdiyini ictimai mədəni dəyişikliklərinin əhəmiyyətini lazımı qədər qiymətləndirə bilməz.
    Çoxmillətli Azərbaycan sovet ədəbiyyatı öz inkişafının ilk mərhələlərindən başlayaraq tarixi mövzuların işlənməsinə mühüm əhəmiyyət vermişdir. Trixi mövzular xalqın yadelli işğalçılara və istismarçılara qarşı mübarizəsinin parlaq səhifələrinin canlandırılması zəhmətkeşlərin vətənpərvərliyi mühüm əhəmiyyətə malik olmuşdur. Otuzuncu illərin əvvəllərindən başlayaraq, Azərbaycan yazıçıları azadlıq və xalq hərəkatının parlaq səhifələrinə müraciət etmişdilər. Tarixə bu gün də azalmayan dərin maraq Azərbaycan ədəbiyyatının xarakter xüsusiyyətlərindən biridir. Tarixi mövzuların meydana çıxması Azərbaycan romanının inkişafında mühüm əhəmiyyətə malikdir.
    “ S.Rəhimov böyük sənətkardır ” , – dedikdə , onu da nəzərə almaq lazımdır ki, ədibin əsərlərində xalqımızın inqilabdan əvvəlki həyatı kimi , onun sosializm cəmiyyəti quruculuğunda fəaliyyəti yeni dünya görüşünün formalaşması özünün bütün mürəkkəbliyi və əlvanlığı ilə əks olunmuşdur.

    ********

    S.Rəhimov otuzuncu illərin əvvəllərində Azərbaycan kəndində gedən kəskin sinfi toqquşmanın real mənzərəsini “ Saçlı “ romanında canlandırmış ,
    əsərdə tərəflərin mövqeyi , arxalandıqları tarixi həqiqətlər , zəhmətkeş insanların yeni qurluşun həyatiliyi və humanizminin nəticəsi , tarixi məğlubiyyətin labüdlüyü qarşısında acizliklərini etiraf etmək istəməyən istismarçı siniflərin qalıqlarının mənafe , əməl və arzularının toqquşması ilə müəyyənləşmişdir. Ədib özünün “ Müəllif qeydlərində “ “ Saçlı “ əlaqədar olan , tipləri aşkarlamış romanın yazılmasında təəssuratlarından danışmışdır. ( “ Yazıçı və həyat “ səh.78 158 ) “ Saçlı “ (1940-1949) üç hissədən ibarət roman idi. Bu əsərdə süjet xətti “ Şamo “ dan fərqli olaraq şaxələnmədiyi kimi əhatə olunan dövr də deyildi. Müəllif üç – dörd ay ərzində baş verənləri qələmə almış , daha çox dərinliyə meyl edərək xarakterlərin açılmasını əsas vasitə kimi ifadə etmişdir. Yeni cəmiyyətin qabaqcıl qurucularının fəaliyyətini əks etdirən “ Saçlı ” Azərbaycan sovet nəsrinin inkişafı tarixində özünə məxsus yeri olan əsərlərdən biridir. Otuzuncu illərdə ədibin bir neçə il Azərbaycanın müxtəlif rayonlarında partiya işində çalışması , kollektivləşmə , kəndin yenidən qurulması uğurunda gedən mübarizədə bilavasitə fəal iştirakı , eyni vaxtda gördükləri və eşitdikləri roman üçün zəngin material vermişdir. Xalqın ən yaxşı oğulları , kommunistlər , fəhlə sinfinin kəndə göndərdiyi adamlar şəxsi mənfəət və rahatlıq bilmədən qələbəni möhkəmləndirmək yolunda səylərini əsirgəməmişdir. Hakimiyyətlərini , var – dövlətlərini itirmiş qolçomaqlar , kəşfiyyat orqanlarına satılmış xainlər yeni quruculuğa qarşı çıxaraq quruculuğu pozmağa , müvəqqəti çətinliklərdən kütlələrin avamlığından çirkin məqsədlərinə çatmaq üçün cəhd göstərirdilər.
    “ Saçlı “ otuzuncu illərin birinci yarısında Azərbaycan kəndinin həyatını real şəkildə əks etdirir. Müəllifin qələmə aldığı dövr səciyyəvi hadisələr : – kollektivləşmə , əsrlərdən bəri qanun şəkli almış adət ənənənin sarsılması mühüm ictimai – siyasi dəyişikliklərin adamların məişətində və psixologiyasında doğurduğu böyük inqilabi çevriliş sənətkara maraqlı material vermişdir. Mübarizədə sosializmin dostları ilə düşmənləri arasında mübarizə genişlənirdi. Yazıçı, kimlərin ardınca getmələrini tarixi həqiqətə müvafiq olaraq onların arzularının həqiqətə çevrilməsi kimi qələmə almışdır. “ Saçlı “ sosializmin kənddə qələbəsini əks etdirən bir əsərdir. S.Rəhimov zəhmətkeşlərin əmək coşqunluğunu və sevinclərini xüsusi bir diqqətlə canlandırmağa müvəffəq olmuşdur. “ Saçlı “ da ədibin ən mühüm ədəbi nəaliyyəti müsbət qəhrəman surətlərinin canlılığı və inandırıcı göstərilməsi , daxili aləmlərinin psixoloji dəqiqliklə işıqlandırılmasıdır. Ona görə də oxucu qəhrəmanları alqışlamaqla yanaşı onları bir insan kimi də sevirdilər. Yazıçının qabaqcıl müasirlərimizin surətini yaratmaq nöqteyi – nəzərindən “ Saçlı “ romanı mühüm əhəmiyyətə malik əsərlərdən biridir.
    S.Rəhimovun ayrı – ayrı vaxtlarda irəli sürdüyü mülahizələr göstərir ki, müsbət qəhrəman surəti bir sənətkar kimi ədibin düşüncələrini həmişə məşğul etmişdir. Amma o , həmişə özünün şəxsi təcrübəsinə əsaslanmışdır. Müsbət qəhrəman necə olmalıdır ? – sualı ətrafında mübahisələri rədd edərək deyirdi : – “ Gəlin zəmanəmizin müsbət adamının dolğun surətini verək ! Qoy bizim müsbət qəhrəmanlar sevinən , gülən , yeri gələndə öz əqidəsi uğrunda ölməyi bacaran , yoldaşının ölümünə ağlayan , sonra da onun hər qətrə qanına bir düşmən öldürən real insan olsun! “ ( “Yazıçı və həyat “ səh. 62)
    Yazıçının etiraf etdiyi kimi rayonda partiya işində çalışması , kollektivləşmə uğrunda fəal mübarizənin iştirakçılarından biri olmağı “ Saçlı “ nın yazılmasına zəngin material vermişdir. S.Rəhimov etiraf etmişdir ki, “Saçlı” bütünlüklə mənim həyat müşahidələrimin əsasında yazılmışdır. (“Yazıçı və həyat” səh.155)
    Yazıçı kollektivləşmə mövzusuna gec müraciət etmiş olsa da təkrara yol vermədən kəskin sinfi mübarizənin mahiyyətini açmağa müsbət qəhrəmanlarının əməllərini əbədiləşdirməyə nail olmuşdur. “ Saçlı “ müəllifin yaradıcılıq nəaliyyətləri kimi qeyd edilmişdir. Əsərdə Dəmirov , Zamanov , Qocaoğlu , Mədət , Qiyasəddinov , Cəlilzadə eyni məsləkin insanları , daxili aləmləri ilə fərqlənən canlı insanlarıdır.
    Vəzifəsinə, partiyanın etimadının nəticəsi olaraq , xalqa daha səmərəli xidmət etməyə çalışan Tahirin arzuları daha canlı verilmişdir. “ O, arzu edərək deyirdi ki, – Bütün kənd evlərində neftsiz lampalar – elektirik lampaları yansın , radio səsləri eşidilsin. Qoy gündüz alın təri ilə işləyən zəhmətkeşlər rahat həyat sürsünlər. Hər bir kəndlinin evində suyu, kəndində həkim məntəqəsi olsun”. Tahir çətinliklərə , sinfi düşmənin fitnəkarlığı nəticəsində mürəkkəbləşən vəziyyətə baxmadan inam və həvəslə işləyir , günün vəzifələrini unutmur , hər şeydən əvvəl onları həyata keçirməyə çalışı, eyni zamanda da işıqlı sabah haqqında düşünür. O, cəmiyyətə arxalanan bir müsbət qəhrəman kimi partiya təşkilatının irəli sürdüyü planların əhəmiyyətini başa düşərək daha da əzmlə çalışır. Tahir cəmiyyətin sağlam qüvvələrini öz ətrafına toplayır. İşlədiyi bu ucqar rayonun gözəlliyini nəzərində canlandırdıqca , ancaq müşahidəçi mövqeyi tutmayaraq, rayonu daha da abadlaşdırmaq arzusu ilə yaşayır. Eyni zamanda onu da başa düşür ki, sinfi düşmənə qarşı ayıq və amansız olmaq lazımdır.
    Süleyman Rəhimov romanın mövzusu baxımından dövrün böyük ictimai – siyasi həqiqətləri , kənddə sosializmin qələbəsini yığcam və tarixi faktlarla verməyə nail olmuşdur.
    Böyük Vətən Müharibəsi ərəfəsində başlanmış , tarixi qələbədən bir neçə il sonra tamamlanmış “ Saçlı “ mükəmməl bir əsər kimi tədqiqatçılar tərəfindən qəbul edilmişdir.

  • Moskvada Nəsimi Festivalı keçiriləcək

    Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunda Nəsimi Festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, festival çərçivəsində “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda elmi-praktik konfrans təşkil olunacaq.

    Konfransda tarixi şəxsiyyətin fəaliyyətini müxtəlif aspektlərdən təhlil etməyə imkan verən İslam mistisizminin şairin humanist dünyagörüşünün formalaşmasına təsiri, Nəsiminin ədəbi-fəlsəfi irsi və digər mövzular ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

    Fəridə Abdullayeva
    AZƏRTAC-ın xüsusi müxbiri
    Moskva

    Mənbə: http://azertag.az

  • Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunmuş kitab nəşr edilib


    Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyinə hazırlanmış “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı işıq üzü görüb.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, İkinci Dünya müharibəsi dövründə keçmiş Yuqoslaviya və İtaliya partizan dəstələrinin tərkibində nasist Almaniyasına qarşı döyüşmüş qəhrəmanın rəşadətli ömür yolundan bəhs edən əsərin müəllifi – tanınmış Sloveniya yazıçısı Peter Amaliettidir.

    Kitab igid partizanın tarixi qəhrəmanlıqlarının şahidi olmuş sloveniyalıların dili ilə söylənən xatirələr, sənədli mətn və materiallar əsasında tərtib edilib.

    Əsəri Azərbaycan dilinə tanınmış tərcüməçi Fərhad Abdullayev çevirib.

    Mənbə: http://azertag.az

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    HƏLƏ VAXT VAR DEYƏN KƏSİN

    “Eldən- gündən”-silsiləsindən

    Hələ vaxt var deyən kəsin,
    Dünya çox çəkdi nazını.
    Fələk qəfil kəsdi səsin,
    Dünən qıldıq namazını.

    Inanmırdı Haqq yazana,
    Rişxənd edərdi azana.
    Çırpınırdı çox qazana,
    Itirdi çoxdan azını.

    Tamah hissi alovlandı,
    Gah itirdi, gah qazandı.
    Imanını, dini dandı,
    Kəsdi nəzir, niyazını.

    Qafil idi, yazıq nadan,
    Enməzdi göydən, fəzadan.
    Qorxmazdı qədər, qəzadan,
    Əcəl sıxdı boğazını.

    Nə görmüşdü pulda, varda?
    Qazandığı qaldı burda.
    Görən necə yatır gorda?
    Yazan yazdı son yazını.

    GÖRMÜŞƏM

    “Düşüncələrim”-silsiləsindən

    Gözümü açandan fani dünyaya,
    Onu hey boşalan, dolan görmüşəm.
    Heç rəhmi olmayıb Rəbb verən paya,
    Bəşərə vəfasın, yalan görmüşəm.

    Dönür gidi- gidi qanlı oxunda,
    Əcəl gah uzaqda, gah da yaxında.
    Çarıqlı çobanın, taclı şahın da,
    Papağın mismarda, qalan görmüşəm.

    Yaşam da, ruzi də, qismət də verib,
    Həya, abır, iffət, ismət də verib.
    Yaxşıya, həm pisə qiymət də verib,
    Verdiyin çox zaman, alan görmüşəm.

    Zalimin saldığı haqsız harayı,
    Qan üstə yüksələn büllur sarayı.
    Haramla yığılan pulu, parayı,
    Bir anda sovrulan, talan görmüşəm.

    Boy-buxun, qamətlə, şəstlə öyünən,
    Qəlbi ehtirasla, eşqlə döyünən.
    Zaman xırmanında dəni döyülən,
    Neçə mənəmləri, nalan görmüşəm.

    Ömürdən ələyib aylar, illəri,
    Gəzdim qarış- qarış doğma elləri.
    Dövran, bahar vaxtı açan gülləri,
    Payızda hey xəzan, solan görmüşəm…

  • Şəfa EYVAZ.”Hər şey fərqlidir”

    Hər şey fərqlidir,
    Bilirsənmi?!
    İndi Günəş belə
    Əvvəlki deyil.
    Arzularımızın işığı tükənib məsələn.
    Ümidlərimiz belə çağırmır sabaha.
    Əslində
    Heç nə
    Əvvəlki deyil.
    Nə yaşımız üstünə yığılan yaşlar,
    Nə də başımıza dəyən daşlar
    Eynidir…

    Əllərimizi uzatdığımız əllər qırışıb,
    Öpdüyümüz saçların da dəyişib rəngi…
    Hətta qapılar var ki, açılmır daha.
    Daha nə deyim sənə?!
    Hər gün bir az daha solur,
    Sənə 10 il öncə yazılan məktub.
    Köhnə şəkillərin üzü qat kəsir,
    Toz tutub sonuncu şeirimi də…

    İndi kəndimizdə evlər dəyişib,
    Nağıllar dəyişib, divlər dəyişib.
    Heç nə əvvəlki deyil,
    Bilirsənmi?!
    Keçmişdən xatirə göz yaşlarımız
    Hətta kədərimizin tonu başqadı.

    Daha nə deyim sənə?!
    Nə əvvəlki şıltaq halım var,
    Nə də cingildəyən şux gülüşlərim…
    Bir az təbəssümüm qalıb,
    Bir az ürəyim.
    Ürəyim, nə deyim axı sənə,
    Nə deyim?!
    Axı heç nə əvvəlki deyil…

    16.11.2016

  • Şəfa VƏLİYEVA.”Nağılçı Şahanə olanda…

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    İyirmi iki yaşımda həyat fəlsəfəm bu idi: “Həyat nağıl deyil, amma nağıllarsız da həyat yoxdur”… Hələ də hərdən bu cümləni xatırlayıram.

    “Qırmızı don”dan başlayıb “Əmrahın nağılı”nadək bütün nağılları sevirəm; oxumağı da, söyləməyi də, söylədikcə Göyçə ləhcəsini işə salıb özümdən bir-iki epizod uydurmağı da. Mən çoxdan kəşf etmişəm nağılçı olmağın sirrini-bu sirr sevginin özüdür…

    … Şahanə deyirdi kitabım çıxacaq, elə bilirdim, adı “Bir qızım gələcək dünyaya” olacaq. Axı, kitablarımız da bizim oğlumuza-qızımıza taydı… Amma Şahanə də nağılçıymış… Özü də onun nağılları mənim bildiyim nağıllardan bir az fərqliymiş; qafiyəli, hecalı, ölçülü-nizamlı…

    “Şahanənin nağılı”nda divlər nə qara deyil, nə yaşıl, rəngsizdilər. Axı, ayrılıqlar rəngsiz olur… Onu kim necə yaşayırsa, o rəngə də boyayır. Məlikməmməd qırx arşın qaranlıq quyunun dibinə düşmür burda; o, sadəcə, Şahanəni Bakıya tapşırıb gedir. Şahanə isə sehrli sözləri sehrsiz güzgüsünə pıçıldayır:

    Yoluna səpilib gözümün nuru,
    Yoxluğun içində de necə durum?!
    Qoruya bilirsən, qal, özün qoru,
    Axı, atıb getməz sevən-sevəni,
    Bakıya əmanət eyləmə məni…

    Və nağıl olmayan bir həyatın gerçəyi budur ki, gedənlər qayıtmır… Elə getdiyi kimi də heykəlləşir yolunu gözləyənin yaddaşında…

    “Şahanənin nağılı”nda bir də əllər var. Şahanənin əlləri…

    … Gəncədə “Əllərin yanı”, “Əllərin kruqu” deyilən bir yer var, Bakıdan gələn bütün avtobusların təyinat nöqtəsidir o yer. Hətta yolçular taksi sifarişi edəndə də bu yeri nişan verir. İllər əvvəl o yerdə qoşa əl heykəli vardı. Elə hüznlü görünürdü ki… Elə bil üzü Bakıya tərəf Gəncəni tərk edənlərə “gedişin mübarək” deyirdilər… İndi o heykəl yoxdur, əllərin yeri boşdur. Amma heç kəs o əlləri unutmur, unuda bilmir. Həmin əllər öz xatirəsini bütün əllərdə qoyub gedib sanki… Xatirələrin yaddaş kartına çevrilən əllər nəyi unuda bilər ki?!

    Şahanə nağılındakı İrəm bağının-sevən ürəyinin hər bir guşəsinə səpələyib əllərin mistikasını. Gah deyir: “Əlimdə şehlənib əlinin izi…” Yəni Məlikməmmədin əlinin izi Şahanənin ovcunda gülə dönüb, sevən və yol gözləyən gözlərin dolmuş buludu isə yağış yağdırmayıb, sadəcə, bu gülün üstündən bir dan üzü ötüb keçib. Gül şehlənib…

    Gah da Şahanə nağılının qəhrəmanı olmadan açılacaq sabahdan qorxur. Ümumi bir ehtimalı məchulluğun “boynuna yıxır”, qorxusunu etiraf etmək istəmir, amma titrəyişini anlatmaq cəhdindən də əl çəkmir:

    Deyir, sabah qar yağacaq,
    Əlin ver, geyim əlimə…

    Şahanəyə elə gəlir ki, əlini ona doğma olan ovucda gizlətsə, qorxuları yox olacaq, çiyinlərindən betər daha ürəyi titrəməyəcək… Bax, budur, bir əlin ümumidən xüsusiyə çevrilməsi…

    “Bakı küləyi” şeirində Şahanənin əllərinin dərdi “ozan dərdi”dir… Düzdür, Bakı heç vaxt küləksiz olmayıb, düzdür, Bakının yaraşığıdı küləklər, amma… Məsələ elə bu “amma”dadır… Sevən və yol gözləyən bir qadın üçün hər şey öz ilkin mənasını itirə, bəzən adiləşə, bəzən də mürəkkəbləşə bilir. Bu şeirdə Bakının küləyi Şahanə üçün nağılının “bədxah” padşah oğluna çevrilib, sevdiyi əllərin yerini tutmağa çalışır:

    Bir vaxtlar əllərində itən əlimdən
    İndi külək yapışıb…

    Şahanənin əlləri bir tacir karvanından düşüb susuz səhrada qalan gül şitilidi. Karvan mənzil başına çatanda tacir baxıb görür ki, padşahın qızına gətirdiyi sehrli gül şitili yoxdur… Ölkənin dörd bucağına səs düşür, igidlər atlanır, hamı padşah qızının könlünü almaq üçün o gülü tapmağı qarşısına məqsəd qoyur. Təbii ki, bu məqsədə çatmaq-şahzadənin könlünün sevdiyi olmaq yalnız bir nəfərə qismət olur; igidlərin bəxti oyaq olanına! Şahanənin nağılındakı Məlikməmmədə… Amma bu nağılın başqa nağıllardan daha qəmli olması bütün divlərin yatdığı vaxtda Məlikməmmədin özünün “oyaq olmamasıdır”… Elə ona görə də Şahanənin əlləri Məlikməmmədin yoxluğunu intihar fürsəti kimi yaşayır:

    Əllərin elə düşüb ki,
    saçlarımın könlünə…
    Gəl, nolar, gəl,
    Yubanma…
    Yoxsa asacaq saçlarım özünü
    Əllərinin yoxluğundan…

    Bir də küpəgirən qarıların-yalançı təsəllilərin bu əlləri aldatması var. Təbii ki, divi, şah qızı, İrəm bağı olan bir nağıl küpəgirən qarıdan kasad ola bilməz! Bu qarı öz küpünə girib yol aşağı yuvarlandıqca qopardığı tozanaq iki sevəni ayırmağa yetir də, ordan o yana keçir də… Geridə yalnız təsəllilər qalır:

    … üşüyəndə
    Axtarır əlinin istisini
    Sağ əlim sol əlimdə…

    Şahanənin “İki əl” şeiri isə ayrıca bir nağıldı… Bu nağılı bir axşam sevdiyinə oxumaq, Adəmi aldadıb alma yedirtmək kimidir. Amma nağıllarsız da həyat yoxdur!

    Bəzən yorğun həyatların
    Qurumuş dodaqlarına
    Bir cibdə qovuşan iki əl
    Xəfif təbəssüm qondurar,
    Yağışdan gizlənmək üçün
    Kiçik komaya sığınan
    Bir cüt sevgilini andırar…
    O dar məkanda sarılar bir-birinə
    Titrək barmaqlar
    İllərin həsrətlisi kimi…
    Qışın şaxtasından donan əllərin
    Qovuşması ilə,
    Dəri gödəkçənin kiçik cibinə
    İlıq bir nəfəs yayılar
    Yaz nəfəsi kimi…
    Bu bir neçə dəqiqəlik təmasda
    Yaşanar hər şey;
    Bəşərin ən məsum sevgisi-
    Gözlərdən uzaq,
    Baxışlardan oğrun…

    “Şahanənin nağılı”nda bütün xalqların folklorunda ana xətt hesab olunan “Ay və Gün” əfsanəsinin izləri də var. Türk dünyasının böyük alimi Sədnik Paşa Pirsultanlı özünün “Azərbaycan eposunun əfsanə qaynaqları” (Gəncə-2013) adlı kitabında bu əfsanəni olduqca gözəl tədqiq edib. Əfsanənin qısa məzmunu belədir: “Ay və Gün bir-birini sevən iki aşiq-məşuqdurlar. Gecə də Günəşi sevir, amma Günəş ona məhəl qoymur. Odur ki, Gecə girir onların arasına, Günəş qaçır-Ay qovur, Günəş qaçır-Ay qovur, elə çathaçatda Gecə girir araya. Haçan onlar bir-birinə yetişsə, day Gecə olmayacaq, Ay və Gün bir-birinə qovuşacaqdır. Dünya, aləm həmişə işıq olacaqdır”.

    Qeyri-adi məqam odur ki, Şahanə bu nağılda özünü Günə yox, Aya bənzədir. O, sevən bir qadının öz sevgisinin uğrunda nələri fəda etdiyini, vüsal həsrətilə gecə-gündüz dayanmadan “yol getdiyini” anladanda Ay olmaqdan qorxmur… Yeganə şərt Yer üzünün Ayın göz yaşlarında boğulmasıdır ki, bu da insanların bütün ruh hallarında səmaya üz tutduqlarının poetik simvolikasıdır…

    Əgər biz ayrılsaq;
    Nakam Ayın göz yaşları
    Ulduz-ulduz yağar bu yer üzünə…

    Ayın ulduzlar içindəki şahanəliyidir Şahanənin qüruru… Bu qüruru anlatmağa da söz tapıb nağılçı qız: “Qarışıqlığın olmamasıdır tənhalıq…” Sonra isə bir Dan üzü qovuşmaq ümidilə sevdiyinin “başına dönən” Ayın nakam pıçıltılarını oxuyuruq “Şahanənin nağılı”nda:

    Min illər yol gəldik bir-birimizə,
    İşə bax, ayrılıq günü görüşdük…

    Nağıldan qopub həyatın özünə atılanda isə Şahanə “beş günlük dünyada” elə beşinci gün ömrünə gələnin faniliyini anlayır. Deyir ki:

    Dünyanın sinəsində
    Bir nəfərlik qəbir axtarışıdır
    Yaşamaq…

    Bundan sonra sevdalı qızın özünə qayıdışının şahidi oluruq kitabın vərəqlərində… Burda Şahanənin nəyə inandığını, nəyə güvəndiyini tapmaq müşkülə çevrilir. Sanki o, bütün şeirlərini elə ona görə yazıb ki, dərdini unutsun: “Yazmaq dərdi azaltmır, Elə-belə baş qatır…”

    … Bakıda harda kimin sevinci varsa, yanında Şahanənin gülüşü var, kimin dərdi varsa, orda Şahanənin bir cümləlik “hər şey yaxşı olacaq, can!” deməsi var. Amma Şahanə dərdini hər adama danışmır. İstəyir ki, Çexov demiş, “həmdərdləri” onu bircə baxışdan anlasınlar. Məncə, anlayırlar… Anlayırıq… Və bu anladığımızı Şahanə də bilir. Elə ona görə əminliklə deyir: “Şairlər qəm çəkir gözümdən”…

    Bu gözlər Şahanənin ürəyində gizlətdiyi Məlikməmmədi “gedər, gəlməz”lərə sevdirə bilib. Hə, nağılın bütün yol ayrıclarında tək bir işarə var Şahanənin kitabında; hamısı da “gedər, gəlməz”…

    Heç zaman gəlmədiyin yollar
    Gözlərimdən tanıyır səni…

    Nə olsun ki, Şahanə öz sevgi romanını nağılın “biri vardı, biri yox”una büküb?! Nə olsun ki, o, heç vaxt Bakıya əvvəlki ürəklə qayıtmayacaq Məlikməmmədin yolunu Ay obrazında gözləyir?! Nə olsun ki, o, öz nağılındakı sehrli xalçaya oturub bu dünyadan baş götürüb qaçmaq istəyir?! Deyir:

    Gəl, sənə nağıl danışım;
    Alım, götürüm səni bu dünyadan,
    Bu dünyada nə var ki?!

    Nə olsun axı?! Əsas o deyilmi ki, Şahanə bütün dünyanı xilas edəcək anlamın Sevgi olduğunu anlayır?! Bəli, o, xoşbəxtdir ki, bunu anlayır. Yoxsa nə “Tanrının ən gizli sirridir sevgi” deməzdi, nə də hər səhər sonuncu göz yaşını sol əliylə silib üzünü səmaya tutmazdı:

    Tanrım, bu günahkarı
    Sevgisinə bağışla…

    Sevginin möhtəşəmliyinə bağışla bu səhəri, Şahanə! Və unutma, “göydən düşən üç alma”dan birini Gəncədə gözləyən var…

  • Dəyanət OSMANLI.Yeni şeirlər

    Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru,
    Azərbaycan Yazıçılar Birliyinin Qəbul Komissiyasının üzvü, Prezident təqaüdçüsü.

    ******
    Mən Allahın lal diliyəm,
    hərə bildiyin anlayır.
    Ağzımda sözüm quruyub,
    hərə bir dildə oxuyur.

    Səhranın kor bulağıyam,
    dəvələr üfürüb içir.
    Türkün vahim sorağıyam,
    səsimdə yovşanlar bitir.

    Ulu qurdun sükutuyam,
    izimdən fəryad boylanır.
    İtmiş ruhumun quluyam,
    kölgəmin könlü atlanır.

    Məzarımın daşı diri,
    yaramı gendən tanıram.
    Hərdənbir boylanıb geri,
    dostumu düşmən buluram.

    O YURD..

    Həyatım darıxır, hara aparım,
    sonu yazılmayan ömür – yarımçıq.
    Nə bir gedən vardır, nə bir qayıdan,
    hər iki dünyanın qapısı açıq.

    O yurd çox qocalıb tanıyammıram,
    Yuxarı Şenniyi aşağı köçüb.
    Oğullu, uşaqlı ocaq başının
    tifağı dağılıb, tüstüsü uçub.

    Saraylar xaraba, qəbirlər durur,
    orda sevinc ölmüş, qəmsə diridi.
    Yurdsuzun, qəribin, dostun, düşmənin
    sağ bəndədən rəhmət umduğu yerdi.

    Yasəmən kolları içində itən,
    səmtin unutduğum o məzarlıqdan
    atam yorğun gələr yuxularıma.
    Xəyalı yaşayan bir bayatıdan
    boylanıb, yolumu açar uzaqdan.

    O qəbrin yanından ötən cığırla
    bəlkə min il əvvəl keçib getmişəm.
    Aramızda yollar, şəhərlər durur.
    Ruhum uyğudadı öz odasında,
    mənsə hey gedirəm, mənzilin başı
    qarışmış həyatın düz ortasında.

    *****
    Günlər çox köhnədi,
    yaşamaq olmur.
    Yolu başa vurub qayıdammadım.
    Yaşadım,
    itirdim,
    qazandım, amma
    bir xatirə həyat uydurammadım.

    Mənə kim öyrətdi bu qədər sevim,
    ya bir dərviş olum, ya şəhid düşüm.
    Kimsə yox, uğrunda canımdan keçim,
    ömür çox uzandı, heç usanmadım.

    cənnətdə dirilik suyu içmədim,
    göz yaşıydım Tanrı gözündən gəldim.
    İstədim yaşayam, amma ki, öldüm,
    təndə öz ruhumla yollaşammadım.

    cənnət qismətimdən quş kimi uçdu,
    hər şey ilk mənzildə qalası oldu.
    Ölüm yalquzaqtək tənha dolaşdı,
    dərgah çox soyudu, qovuşammadım.

    Unutmaqdan ötrü

    Unutmaqdan ötrü
    bütün çabalar boşuna getdi.
    Sanki indicə canım çıxacaq
    hər dəfə nəfəsimi dinşəyib
    təzə bir xəbər gözləyəndə.
    Silkələyib çevirdim
    günləri astarına,
    nimdaş saatlar tökülüb
    dağıldı üst-başıma.

    Burnundan qan açılmış
    keçmişi görüb tanıyınca
    vaz keçdim gülümsəməkdən
    mutluluğun naməlum üzünə.

    Səndən sonranı
    unutmaqdan ötrü
    ortada vurnuxan bir bəhanədi
    mənim varlığım.
    Haydı,
    onu da gəl apar,
    heç kimdən izn almadan
    heç kimə gənəşmədən…

    Sağlıqla qal
    Əziz anam Yetərin baş daşına

    Köprü üstə dayanıb
    qonaqları ötürdüm.
    Səni ovcuma alıb
    son evinə götürdüm…

    Sağlıqla qal
    ay ana
    daha gecdi mən gedim.
    Bir az işim-gücüm var
    sahmana salım gəlim.

    Dilim ağrıyır deyim:
    köhnə evin virandı
    rəfdə salamat qalan
    şəkillər və Qurandı.

    Divarlar da buz kimi
    bir nəfəs yox qızdıra.
    Bir ruh ola söz kimi
    ocağını yandıra…
    Xatirələr dirilə
    öləsən gülə-gülə.

    Görürsənmi
    ay ana
    əlim qalıb amanda.
    Ac dərdlər arasında
    vurnuxuram
    bir yana
    yenə də çıxammıram.

    Mən bir fani aşiqəm
    səni torpağa gömdüm.
    Bir oyundu bilirəm
    ölümünü də sevdim.

    Yolun səmti bilinməz
    ağrıyıb ləngiyərəm
    ölüm xəbərim gəlməz
    özünə dərd eləmə.
    Qəfil sənə gəlirsəm
    odam dardı söyləmə.

    Suçum varmış

    Yad bir yana, dostlar üzə ağ oldu,
    öfkəm harda, səbrim harda, bilmədim.
    Sözü bəlli qərib dilim tutuldu,
    qibləm harda, qəbrim harda, bilmədim.

    Cığırımız iz-iz olub itər də,
    sağlıq olsun, fani ömür bitər də,
    daşım üstə: “mən də vardım” yetər də,
    yol içindən qırılarmış, bilmədim.

    Can bazarı can satılar, alınmaz,
    şah da istər, qul da istər, usanmaz,
    suçum varmış, heç hesabım sorulmaz,
    Osmanlını qan tutar da, bilmədim.

    Səfər uzun, yol haça
    Dostum İ. İlyaslıya

    Haqdan salam olsun, ozan İbrahim,
    bir dosta gəl, qədəmini çağ eylə.
    Mən susuram, fələk üzür dilimi,
    yanmış canın çiy dərdini dağ eylə.

    Qar yağmaqla alçaq dağlar ucalmaz,
    uca yurdam, sel qapımda dayanmaz,
    islanar da qızmış öfkəm soyumaz,
    əsilsizdən haqq alınmaz lağ ilə.

    Ömür gödək, yazı qara, anlarsan,
    fələk döyər, öz-özünü danlarsan,
    insafın yox, bildiyini saxlarsan,
    qafil zatın lənətini çox eylə.

    Osmanlı der: səfər uzun, yol haça,
    eşq utancaq, qələm dəli, söz qoca,
    azar tutsun dərd sırtından vurunca,
    acı sözün yarasını sağ eylə.

  • Kənan AYDINOĞLU.Yeni şeirlər

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    NƏRİMAN HƏSƏNZADƏYƏ

    “Yenə gözlərindən həsrət tökülür,
    bu səhər sübh çağı işıq yerinə”.
    Müəllif

    Yenə də yol çəkir gözlərin, şair,
    Duyub yaşadıqca ömrün gününü.
    Bəzən də bir insan tapa bilməyir,
    Sevib-sevilməyin əsl yönünü.

    Amma bu işdə də təcrübən çoxdu,
    Çünki sən bir ömrü girov qoymusan.
    Qadınsız bir ömrün hər bir anını,
    Qadınsız yaşayıb birgə duymusan.

    Dərd-səri saydıqca sətirbəsətir,
    Mətləbdə gəlmədin de, hara qədər?!
    Bəlkə də sevmirdi Fərhad Şirini,
    Həsrətin çəkdiyin bir Sara qədər.

    YENƏ DƏ GÖZLƏRİM
    BU GÜN YOL ÇƏKİR

    “Sən məni bu qədər gözlətməmişdin,
    belə qoymamışdın gözümü yolda”.
    Nəriman Həsənzadə

    Özgəsi sənədə bu gün qol çəkir,
    Doğrunun yerini əyri sananda.
    Yenə də gözlərim bu gün yol çəkir,
    Səni düşünəndə, səni ananda.

    Sənlə keçən gündən xatirələr var,
    Bir də ki hamısı eyni deyil ki.
    Könlümün ən həssas duyğuları da,
    Sanki pıçıldayıb mənə deyir ki,-

    Haradsan sən qayıt dünyama mənim,
    Hissimi, duyğumu oyat yenidən.
    Sən orda, mən burdaayrı düşsək də,
    Qoy gülsün üzünə həyat yenidən.