Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
ƏSHABÜL-KƏHV ZİYARƏTGAHI
/”Vətənimdir” – silsiləsindən/
Bilinmir tarixi, bilinmir yaşı,
Heyrət, möcüzədir hər qaya, daşı.
Yurdun əfsanəsi, yurdun sirdaşı,
Olub zəvvarların daş qibləgahı-
Əshabül-Kəhv ziyarətgahı.
Qüdrətdən heyrətli, əsatir dağı,
Əbədi qurtuluş, nicat ocağı.
Sirlər aləmidir qoynu, qucağı,
Haqqa sığınanın ümid, pənahı-
Əsahabül-Kəhv ziyarətgahı.
Şanından söz açır Qurani- Kərim,
Misilsiz hikmətlər, mənası dərin.
Yeddi Kimsənənin ayaq izlərin,
Tapa bilməyibdir dövrünün şahı-
Əshabül-Kəhv ziyarətgahı.
Arzular, diləklər, dualar, niyyət,
Könüllər qazanır saflıq, ülviyyət.
Burda hüzur tapır ruhi-zehniyyət,
Qayalar qoynunda bir cənnət bağı-
Əshabül-Kəhv ziyarətgahı.
Hər gün minlərlədir onun qonağı,
Daşdandır məscidi, daşdır otağı.
Nurlu buludlardır qübbəsi, tağı,
Tanrı qapısıdır, Haqqın dərgahı-
Əshabül-Kəhv ziyarətgahı.
Sıxıntı edərkən qəlbi qəmxana,
Ülvi niyyətlərlə üz tutdum Ona.
Yalvardım Ya Rəbbim , yol göstər mana,
Qalmasın Dövranda dövrün güna
OLARMISAN
/”Könül dəftərim” – silsiləsindən/
Aşiqinəm,-deyən cavan,
Düşün, tayım, olarmısan?
Uzun, zülmət gecələrdə,
Nurlu ayım, olarmısan?
Heyran edib bu aləmi,
Olub könül, qəlb həmdəmi.
Unutdurub dərdi, qəmi,
Sevgi payım, olarmısan?
Könül sevən, qəlbə yatan,
Ömrə, günə nəşə qatan.
Xoşbəxt olub, kama çatan,
Hay- harayım, olarmısan?
Mələksimam, aynaqabaq,
Alnı açıq, hey üzü ağ.
Dağ çayıtək coşqun, şaqraq,
Yazım, yayım, olarmısan?
Qaçırma məndən gözünü,
Söylə ürək, qəlb sözünü.
Gəl Dövrana de düzünü,
Ilim, ayım, olarmısan?!…
Olarmısan?!…
Olarmısan?!…