Category: Mədəniyyət

  • Bu gün yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin doğum günüdür

    Bu gün böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 154-cü ildönümü tamam olur.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.

    Cəlil Məmmədquluzadə ədib realist hekayələri, povestləri, dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, “Ölülər”) ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

    Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori Seminariyası) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik (1887-1897) edib. İlk məlum bədii əsəri sayılan “Çay dəstgahı” (1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-cü ildə nəşr olunub) povestini də bu dövrdə yazıb.

    1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni həyatı ilə tanış olub. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin redaksiyasında işləyib. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində bu qəzetin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yazdığı “Poçt qutusu” hekayəsi 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. “Kişmiş oyunu”, L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri də ilk dəfə bu qəzetdə dərc edilib.

    1905-ci ilin əvvəllərində “Şərqi-Rus” bağlananda Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb. 7 aprel 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.

    C.Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, İran və Türkiyədə də ədəbi-ictimai fikrin inkişafına qüvvətli təsir göstərib.

    Cəlil Məmmədquluzadənin publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. O, xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.

    XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən “Ölülər” komediyası 1909-cu ildə yazılıb. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapıb. “Ölülər”də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur. Avamlıq və nadanlığın nə kimi bəlalar yaratdığı göstərilir. Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olmuşdur. Cəlil Məmmədquluzadənin tərcümeyi-halı ilə əlaqədar olan materiallar, arxiv sənədləri və xatirələr göstərir ki, Şeyx Nəsrullah surətinin yaradılmasında müəllifin şahidi olduğu konkret tarixi faktların və həqiqətlərin böyük təsiri olmuşdur. Şeyx Nəsrullah bütün Yaxın və Azərbaycan üçün səciyyəvi olan canlı, tipik və mürəkkəb bir ruhani obrazıdır. Ədib Şeyx Nəsrullahın əksi olaraq yaratdığı Kefli İskəndər obrazı vasitəsilə xalqı oyatmağa çalışmışdır. 1916-cı ildə Bakıda səhnəyə qoyulmuş “Ölülər” komediyası uzun müddət Azərbaycan və Şərq ölkələrinin teatrlarında oynanılmışdır.

    Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərib.

    Ədib yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub) pyesində feodal-patriarxal münasibətləri, din və fanatizmi kəskin tənqid atəşinə tutub.

    Cəlil Məmmədquluzadə 1907-ci ildə ədib Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurub. Bu izdivacdan onların Midhət və Ənvər adlı iki oğulları dünyaya gəlib.

    Böyük ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri xiyabandadır.

    Mənbə: https://azertag.az

  • Şuşada “Qorqud Ata Türk Dünyası” Film Festivalı təşkil olunacaq

    Şuşada “Qorqud Ata Türk Dünyası” Film Festivalı təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

    Oktyabr ayına nəzərdə tutulan festivalın icrası ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

    Mənbə: https://azertag.az

  • Ümummilli Liderin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

    Forum çərçivəsində may-iyun aylarında Beynəlxalq Türk Akademiyası ilə birgə türk dünyasında ortaq mədəni irsin, tarix-memarlıq abidələrinin qorunması, bərpası və tanıdılmasına həsr olunmuş tədbirin təşkili nəzərdə tutulub. Həmçinin TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısı və Türk Dünyasının Mədəni Marşrutu layihəsinin təqdimatı keçiriləcək. Eyni zamanda, Türk dünyası mədəniyyət paytaxtlarının Şuşa şəbəkəsinin yaradılması və ilk görüşünün təşkili, elədə də TÜRKSOY Muzeylər Birliyinin toplantısının keçirilməsi planlaşdırılır.

    Qeyd olunan işlərin icrası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

    Mənbə: https://azertag.az

  • Milli Kitabxanada Hüseyn Cavidlə bağlı kitabların təqdimatı olub

    Fevralın 9-da Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Hüseyn Cavidin ev-muzeyinin təşkilati dəstəyi ilə “Hüseyn Cavid: Biblioqrafiya” və “Hüseyn Cavid: Biblioqrafik göstərici” kitablarının təqdimat mərasimi keçirilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 140 illiyi münasibətilə hazırlanan nəşrlər Azərbaycan Milli Kitabxanası və Hüseyn Cavidin ev-muzeyi tərəfindən nəşr edilib.

    Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin, Mirzə Ələkbər Sabir satirik şeir məktəbinin əsasını qoyduğu kimi, Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında romantik şeirin, mənzum romantik dramaturgiyanın və nəhayət, romantizm ədəbi cərəyanının banisi olaraq qəbul edilir. Direktor öz çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Hüseyn Cavidi Azərbaycan xalqına ikinci dəfə qaytarıb. Sovet ideologiyasının qızğın çağlarında onun nəşinin Azərbaycana gətirilməsini həyata keçirib. Bu, Azərbaycan ədəbiyyatı üçün çox böyük xidmət hesab edilir. Ulu Öndərin siyasətinin davamı kimi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Hüseyn Cavidin 125, 130, 135 illik yubileyləri yüksək səviyyədə keçirilib. K.Tahirov qeyd edib ki, Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə hazırlanan “Hüseyn Cavid: Biblioqrafiya”, həm də “Hüseyn Cavid: biblioqrafik göstərici” şairin yaradıcılıq üçün böyük töhfədir. Hazırlanan biblioqrafiyalar məzmun baxımından bir-birini təkrar etmir, əksinə tamamlayır.

    AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, Hüseyn Cavid çoxəsrlik Azərbaycan ədəbiyyatını yeni janrlarla daha da zənginləşdirib. Böyük şair ilk dəfə olaraq XX əsrin əvvəlləri Azərbaycan poeziyasına Qərb şeiri üçün səciyyəvi olan sonet janrını gətirib. O, öz çıxışı zamanı Hüseyn Cavidin ev-muzeyi tərəfindən onun bir çox əsərlərinin Azərbaycan dilində və bir çox xarici dillərdə nəşrindən və Hüseyn Cavidin həyat və yaradıcılığı barədə materialları əks etdirən 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusunun əhəmiyyətindən də bəhs edib. Alim hər iki biblioqrafiyanın cavidşünaslığa böyük töhfə olduğunu iştirakçıların diqqətinə çatdıraraq bütün əməyi keçənlərə təşəkkürünü bildirib.

    Xalq yazıçısı Elçin söyləyib ki, dahi dramaturq öz yaradıcılığında çoxlu sayda faciələr yaratsa da, onun öz həyatı da böyük faciə olmuşdur. Hüseyn Cavidin cənazəsinin Azərbaycana gətirilməsi Azərbaycan ədəbiyyatı salnaməsinin şərəfli səhifəsidir və bu səhifəni Ulu Öndər Heydər Əliyev yazmışdır. Ümumiyyətlə Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri çox böyükdür.

    AMEA-nın Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, yazıçı-publisist Fazil Mustafa, ədəbiyyatşünas alim, professor Asif Rüstəmli Hüseyn Cavidin ədəbiyyata gətirdiyi yeniliklərdən, onun çoxcəhətli və zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatı tarixinə yaratdığı yeni mərhələdən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan ədəbiyyatında romantik mənzum faciə janrının yaranması və inkişafı da birbaşa Hüseyn Cavidin adı ilə bağlıdır. Çıxışçılar Milli Kitabxana və Hüseyn Cavidin ev-muzeyi tərəfindən hazırlanan biblioqrafik vəsaitlərin əhəmiyyətindən də bəhs ediblər.

    Tədbirin sonunda qonaqlar “Əbədiyyət şairi – Hüseyn Cavid” mövzusunda geniş kitab sərgisi və Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Ədəbiyyatımızın əbədiyyət rəmzi – Hüseyn Cavid” adlı elektron məlumat bazası ilə tanış olublar.

    Qeyd edək ki, məlumat bazası üç dildə (Azərbaycan, rus, ingilis dillərində) istifadəçilərə təqdim olunur.

    Mənbə: https://azertag.az

  • Bakıdakı Rus evində “Kəşflər vaxtıdır” sərgisi açılıb

    Bakıdakı Rus evində “Kəşflər vaxtıdır” fotosərgisinin açılışı olub. Tədbir “Qafqaz” beynəlxalq fotoklubu tərəfindən təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində bildiriblər.

    Rusiyanın Nijni Novqorod şəhərindən olan tanınmış fotorəssam, “35AWARDS” beynəlxalq fotomükafatına layiq görülən Stanislav Kaznov qonaqlara öz əl işləri, ekstremal vəziyyətlərdə fotoçəkiliş və sərgidə təqdim olunan kadrların çəkildiyi Rusiyanın regionlarına ekspedisiyalar haqqında söhbət açıb.

    Sərgi fevralın 19-dək davam edəcək.

    Mənbə: https://azertag.az

  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tender elan edib

    Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində yerləşən keçmiş poçt binasının əsaslı təmiri işlərinin satınalınması üzrə açıq tender elan edib.

    Bu barədə AZƏRTAC-a Qoruğu İdarəsindən bildirilib.

    Tenderdə iştirak etmək arzusunda olan şirkətlər 2023-cü il martın 16-dək hüquqi sənədləri, aprelin 3-dək isə təklifi və təklifin təminatı sənədlərini Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.

    Mənbə: https://azertag.az

  • “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində internet resursları və poçt markaları hazırlanacaq

    “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet resursları və xatirə materialları hazırlanacaq.

    AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiqində yer alıb.

    Həmçinin “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ili ərzində poçt markalarının və xatirə nişanının hazırlanması, Şuşa şəhərinin elektron xəritəsinin və mobil tətbiqinin hazırlanması və “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” portalının yaradılması da nəzərdə tutulur.

    Qeyd olunan işlərin icrası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

    Mənbə: https://azertag.az

  • Şuşada VI “Xarıbülbül” Beynəlxalq Festivalı may ayında keçiriləcək

    Şuşa şəhərində VI “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi bu ilin may ayına planlaşdırılır.

    AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiqində yer alıb.

    Festivalın təşkili ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

    Mənbə: https://azertag.az

  • “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023”ün rəsmi açılış mərasiminin vaxtı məlum olub

    “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023”ün rəsmi açılış mərasiminin cari ilin martında keçiriləsi nəzərdə tutulur.

    AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb.

    Tədbirin icrası Mədəniyyət, Xarici İşlər nazirliklərinə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə həvalə olunub.

    Mənbə: https://azertag.az

  • Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib

    Azərbaycan Respublikası Nazirlər Kabineti “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiqləyib.

    AZƏRTAC xəbər verir ki, Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Mədəniyyət Nazirliyi müəyyən edilib.

    Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə olunub.

    Mənbə: https://azertag.az

  • Türk rejissorun filmi YARAT-da göstəriləcək

    Fevralın 14-də YARAT Müasir İncəsənət Mərkəzində türk rejissor Pelin Əsmərin “10-dan 11-ə qədər” dram filmi nümayiş etdiriləcək.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, “Multiperspektivdə” qrup sərgisi çərçivəsində nümayiş olunacaq ekran əsərinin xronometrajı 110 dəqiqədir.

    Filmdə hadisələr belə cərəyan edir: Mithat bəy təqaüddə olan dövlət qulluqçusudur. Əli onun yaşadığı binada konsyerjdir. İki qəhrəman eyni binada yaşasalar da, fərqli dünyalara mənsubdurlar. Amma bir gün həyat onları vacib məsələ üçün birləşdirir – yaşadıqları ev zəlzələyə davamlı olmadığı üçün sökülür…

    Mənbə: https://azertag.az

  • Tərcümə Mərkəzi 22 dil üzrə seçim turlarının qeydiyyatını davam etdirir

    Dövlət Tərcümə Mərkəzi Azərbaycan dilinin və tərcümə sahəsinin təkmilləşdirilməsi istiqamətində kifayət qədər təkmilləşdirici tədbirlər həyata keçirir. Dilimizin qanun kitabı sayılan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” üzərində 2016-cı ildən etibarən təhlil və araşdırma işləri aparılıb və kitab 60 min orfoqrafik, qrammatik qüsurlardan, heyvan səslərindən, loru sözlərdən, söyüşlərdən, qurama və əcnəbi ifadələrdən təmizlənərək təkmilləşdirilib.

    Bu sözləri AZƏRTAC-a Dövlət Tərcümə Mərkəzinin İnformasiya departamentinin rəhbəri Yaşar Əliyev deyib.

    “2017-ci ildə nəşr olunan “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”, 2020-ci ildə işıq üzü görmüş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 100 illik milli orfoqrafiya lüğəti tariximizdə ilk mükəmməl lüğətlər hesab edilir. Mərkəzin bu sahədə ərsəyə gətirdiyi digər lüğətlər də – neft, kimya sahəsinə aid “Azərbaycanca-ingiliscə-rusca terminoloji lüğət”, “Yeni alınma sözlər lüğəti”, “Çex-Azərbaycan dili lüğəti”, “Serb-Azərbaycan dili lüğəti”, “Azərbaycan-ərəb dili danışıq kitabçası”, “Azərbaycan-alman danışıq kitabçası”, “Azərbaycan-ispan danışıq kitabçası”, “Mifoloji lüğət” kimi dəyərli nəşrlər bu sahəyə verilən qiymətli töhfələrdir ki, bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur”, – deyə o vurğulayıb.

    Tərcümə Mərkəzinin təşkil etdiyi seçim turları haqqında məlumat verən Y.Əliyev deyib ki, bu istiqamətdə də böyük irəliləyişlərə nail olunub: “2018-ci ildən etibarən ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirilən turlar əsasında tərcüməçilərin mərkəzləşdirilmiş məlumat bazası, yəni reyestri formalaşdırılıb. Hazırda seçim turlarının 9-cu mərhələsi üzrə qeydiyyatlar davam edir. Budəfəki turlarda spesifik sahələr üzrə ixtisaslaşmış tərcüməçilərin dil arealı bir qədər də genişləndirilib. Bu dəfə turlarda ingilis, rus, türk, alman, fransız, ispan, ərəb, fars dilləri ilə yanaşı, artıq portuqal, italyan, polyak, macar, bolqar, İsveç, Niderland, yunan, fin, gürcü, ivrit, yapon, Çin və hind dili üzrə tərcümə mütəxəssisləri də iştirak edə biləcəklər”.

    Mənbə: https://azertag.az

  • Bakıda görkəmli opera müğənnisi Fyodor Şalyapinin 150 illiyi qeyd olunacaq

    Fevralın 10-da görkəmli opera müğənnisi Fyodor Şalyapinin 150 illik yubileyi ərəfəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə Bakıdakı Rus evində konsert keçiriləcək.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, konsert proqramında Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Məryəm Yusifova, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Teymir Kazımov, eləcə də BMA-nın tələbələri iştirak edəcəklər.

    Konsert proqramının aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakinadır.

    Rus opera müğənnisi Fyodor Şalyapin XX yüzilliyin əvvəllərində tanınmış simalardan olub. Dünyanın ən nüfuzlu teatrlarında çıxış edən müğənni rəsm və heykəltaraşlıqla məşğul olub, bir neçə bədii filmdə çəkilib. Bəstəkarlar Sergey Prokofyev və Anton Rubinşteyn onun istedadının pərəstişkarları arasında olublar. Maksim Qorki Şalyapini “rus sənətinin ayrıca dövrü” adlandırırdı.

    Mənbə: https://azertag.az

  • Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq

    Fevralın 25-də Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisi açılacaq.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə açılacaq sərgiyə əsər qəbulu davam edir.

    Əsərlərin mövzusu, ölçüsü və texnikası sərbəstdir, 18 yaşdan yuxarı istənilən vətəndaş müraciət edə bilər.

    Sərgiyə təqdim olunan əsərlərin fotoları ilə yanaşı, ad, soyad, əsərin adı, əsərin ölçüsü, texnikası və əlaqə nömrəsinin hisslerim2023@gmail.com elektron adresinə göndərilməsi vacibdir.

    Bir müəllif tərəfindən ən çox 3 əsər göndərilə bilər. Son müraciət tarixi fevralın 25-dəkdir. Qeyd edək ki, əsəri seçilmiş müəlliflərin siyahısı Xətai Sənət Mərkəzinin media hesablarında yayımlanacaq. Bir müəllifin 1 və ya 2 əsəri sərgilənə bilər. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq.

    Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.

    Əlavə suallar üçün (051) 310 74 01 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

    Mənbə: https://azertag.az

  • Musiqili Teatr “Sehrli nəğmə” ilə azyaşlı tamaşaçıları sevindirəcək

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının azyaşlı və gənc tamaşaçılar üçün hazırladığı yeni səhnə əsərlərindən olan “Sehrli nəğmə” tamaşası nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, “Cartier Evi”nin əməkdaşlığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn səhnə əsəri fevralın 11-də saat 12:00-da teatrsevərlərin ixtiyarına veriləcək.

    Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən olan teatr mütəxəssislərinin hazırladığı tamaşanın bəstəkarı Diana Hacıyeva, libretto müəllifi dramaturq Polina Korotıç, quruluşçu rejissoru Anton Morozovdur.

    Süjet xəttinin əsasında ümumbəşəri mövzu dayanan bu tamaşada əsərin baş qəhrəmanı xəyalən öz nağıl dünyasından real aləmə keçid etməkdə çətinlik çəksə də, sonradan hər işin öhdəsindən çox asanlıqla və böyük məharətlə gəlir. Bu çək-çevirli, imtahanlı dünyanın möcüzəli səyahətlərində ona Ana laylası bələdçilik edir. Tamaşanın süjet xəttinin rəngarəngliyi fonunda əsas məqsəd insan həyatını poetik çalarlarla göstərmək və özünüdərk məfhumunu aşılamaqdır.

    Layihənin art direktoru Miroslav Bayda, yaradıcı prodüseri Anastasiya Şevçenko, icraçı prodüseri Yelizaveta Lyubimova, folklor üzrə məsləhətçiləri Fərhad Fərzəli, Mariya Nəzərova, əsərin bədii tərcüməsinin müəllifi isə Aytən İsmixanovadır.

    Tamaşanın ideya müəllifi və yaradıcı direktoru Viktoriya Motornyuk, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, bədii tərtibatçısı və geyim üzrə rəssamı Alina Korıtova, rəqslərin quruluşçusu, xoreoqraf Maks Petrov, işıq üzrə rəssamı Konstantin Binkin, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Afər Tağıyevadır.

    Səhnə əsərində Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Zaur Əliyev, Diana Hacıyeva, Nigar Qarayeva, Ofeliya Məmmədova, Hidayət Əliyev, Murad Əliyev, Adelin Öztürk, Əli Kərimov, xor artistləri Elşad Qasımov, Fatimə Vəliyeva, balet artistləri Kamran Həsənov, Mehrac Talıbzadə, Aynurə Əsgərova, Yaqub Bəhramov, Roman Krasnov, Məhəmməd Abdullayev, Elvira Əzizova, Anna Cabbarova, Mətanət Rəcəbli və Cəmilə Mənsurova iştirak edəcəklər.

    Tamaşada səsləndirilən laylaların musiqiləri Əməkdar incəsənət xadimi Zakir Bağırova, sözləri isə Xalq şairi Bəxtiyar Vahabzadəyə aiddir.

    Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

    Mənbə: https://azertag.az

  • Ədəbiyyat İnstitutunda “Əlişir Nəvai və XXI əsr” mövzusunda 8-ci beynəlxalq konfrans keçirilir – FOTOLAR

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əlişir Nəvai və XXI əsr” mövzusunda 8-ci beynəlxalq konfrans keçirilir. Konfrans AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Özbəkistan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir. Konfransa Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Özbəkistandan və Türkiyədən gəlmiş alimlər, akademiyanın bir neçə institutunun əməkdaşları qatılıblar.

    Tədbirdən öncə Əlişir Nəvaiyə həsr olunmuş əsərlərdən ibarət sərgiyə baxış olub.

    Beynəlxalq konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Türkiyədə baş vermiş, insan tələfatı ilə nəticələnən güclü zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı verib. Sonra qardaş Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həmçinin, bu günlərdə vəfat edən Ədəbiyyat İnstitutunun şöbə müdiri Mahirə Quliyevanın xatirəsi anılıb.

    Son illərdə Azərbaycan-Özbəkistan əlaqələrinin inkişaf etdiyini, Prezident İlham Əliyevin Türkiyə və Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyən akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin dediyi və bütün səviyyələrdə isbat olunan “Bir millət, iki dövlət” anlayışının artıq genişlənməyə doğru getdiyini söyləyib. Bildirib ki, artıq bu şüar Özbəkistanla münasibətlərin güclənməsindən sonra “Bir millət, üç dövlət” kimi qəbul olunur və bu, türk dünyası üçün əhəmiyyətli hadisədir. AMEA rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi münasibətləri, yüksək dostluq əlaqələri ölkələrimiz arasında iqtisadi, siyasi, elmi, mədəni, təhsil və digər bir çox sahələrdə əlaqələrin genişlənməsinə meydan açır.

    “Hər il dünyanın bir çox bölgəsində Özbəkistan xalqının görkəmli nümayəndəsi Əlişir Nəvaiyə həsr olunmuş konfranslar keçirilir və Azərbaycan alimləri də həmin tədbirlərdə aktiv iştirak edirlər. “Əlişir Nəvai və XXI əsr” mövzusunda beynəlxalq konfrans isə bugünə qədər yalnız Özbəkistanda keçirilib. Lakin bu il Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti konfransın ilk dəfə Özbəkistandan kənarda, Azərbaycanda keçirilməsi barədə qərar qəbul edib. Özbəkistan üçün milli bayram səviyyəsində keçirilən Əlişir Nəvai konfransının bu il ilk dəfə Azərbaycanda, Akademiyada keçirilməsi böyük iftixar hissidir. Bu, qardaş ölkənin bizə bəslədiyi ehtiramın, birliyin ifadəsidir. Bu qərara görə, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinova və Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanova dərin minnətdarlığımı bildirirəm”, – deyə akademik İsa Həbibbəyli vurğulayıb.

    Azərbaycanın Əlişir Nəvainin və nəvaişünaslıq elminin ikinci vətəni olduğunu deyən akademik diqqətə çatdırıb ki, 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindən başlayaraq ədibin əlyazmaları, əsərləri ölkəmizdə geniş yayılıb, tədqiqatlara cəlb olunub və xalqımız tərəfindən Füzuli, Nəsimi səviyyəsində qəbul olunur. Səməd Vurğunun “Əlişir Nəvainin Özbəkistanda doğulduğunu bilməsəydim, hesab edərdim ki, o, azərbaycanlıdır” – sözlərini xatırladan akademik İsa Həbibbəyli bu gün də ölkəmizdə Nəvai irsinin dərindən öyrənildiyini, nəvaişünaslıq elmini zənginləşdirən əsərlərin ortaya qoyulduğunu, elmi işlərin yazıldığını söyləyib. Həmçinin, 2020-ci ildə Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin açıldığını və uğurla fəaliyyət göstərdiyini bildirib. Öz növbəsində, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzinin yaradıldığını diqqətə çatdırıb.

    Qardaş Türkiyədə də Əlişir Nəvainin yaradıcılığı istiqamətində geniş tədqiqatların aparıldığını deyən AMEA rəhbəri Nəvai ilə bağlı tədqiqatların Azərbaycan-Türkiyə-Özbəkistan münasibətlərinin ən gözəl təzahürü olduğunu qeyd edib. AMEA prezidenti “Əlişir Nəvai və XXI əsr” mövzusunda keçirilən 8-ci beynəlxalq konfransın ədibin əsərlərinin ölkəmizdə yenidən tədqiqinə meydan açacağını söyləyib, tədbirin işinə uğurlar arzulayıb.

    Sonra akademik İsa Həbibbəyli Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinova sözügedən universitetdəki Füzulinin adını daşıyan mərkəzdə sərgilənməsi üçün Məhəmməd Füzulinin portreti əks olunan xalça hədiyyə edib.

    Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov çıxış edərək ona hədiyyə edilən Füzuli xalçasına və konfransın təşkilinə görə təşəkkür edib. Təmsil etdiyi Universitet və onun Ədəbiyyat İnstitutu ilə əlaqələrindən danışıb. Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafında akademik İsa Həbibbəylinin səmərəli fəaliyyətindən bəhs edib.

    Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov çıxış edərək vurğulayıb ki, “hər il Əlişir Nəavi konfransları Özbəkistanda geniş qeyd olunur. Bu il isə Azərbaycanda qeyd edirik. Azərbaycan Milli Elmlər Akademiyasına bu konfransın təşkilinə görə təşəkkür edirik. Nizami Gəncəvi ilə Əlişir Nəvainin müqayisəli şəkildə tədqiq edilməsini əhəmiyyətli hesab edirəm. Füzuli Nəvaini öz ustadı bilib, Nəvai də Nizamini ustadı qəbul edib. Səfirlik də mədəni əlaqələrin inkişafına öz töhfələrini verməyə hazırdır”.

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında əlavə edib ki, “Nəvainin ikinci vətəni Azərbaycanda böyük özbək şairi, türk dünyasının tanınmış şairi Əlişir Nəvainin doğum gününü qeyd edirik. Biz də Özbəkistandakı səfirliyimiz və Mədəniyyət Mərkəzi adından konfransın işinə uğurlar arzu edirik. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin “Xəmsə”si birinci dəfə özbək dilinə tərcümə olunub. Fəxrlə demək istəyirik ki, Nəvainin də “Xəmsə”si professor Ramiz Əskər tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Mərkəzin layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində ilk dəfə Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılmasına qərar verilib”.

    Konfransın açılışında  Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurboy Cabbarov, İstanbul Mədəniyyət Universitetinin professoru Vahid Türk, Macarıstanın Etvos Loran Universitetinin kafedra müdiri Benedik Peri və Cənubi Koreyanın Dongduk Universitetinin professoru Oh Eun-Kyung çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından, eləcə də konfransın əhəmiyyətindən danışıb, ölkəmizdə Əlişir Nəvai ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndiriblər. Eyni zamanda AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktorları Ramiz Əskər, Elman Quliyev və Yaşar Qasımbəyli də çıxışlarında görülən işlərdən və qarşıda duran planlardan bəhs ediblər.

    Tədbir öz işini panel iclasları ilə davam etdirib

    Gülnar Səma

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

    İctimaiyyətlə əlaqələr şöbəsi

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Xalq artisti Tofiq Tağızadənin anadan olmasından 104 il ötür

    Kino sənətində ilk yaradıcılıq işindən uğur qazanmaq hər rejissora nəsib olmur. Lakin onun ilk ekran əsəri “Görüş”, həm də tamaşaçı auditoriyası ilə uğurlu bir görüş oldu və gənc rejissoru həmin vaxtdan bu sənətə bağladı. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən filmi kino tariximizdə iki ölkənin aktyorlarının ilk müştərək ekran işi kimi olduqca qiymətlidir. Filmin quruluşunu isə gənc azərbaycanlı rejissor Tofiq Tağızadə verib. Onun debütü çox uğurlu alınıb və gənc rejissor bu ilk işindən nəyə qadir olduğunu göstərə bilib. Şübhəsiz, “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim” filmlərinə baxmayan insan az tapılar. Bu filmlərin hər birinin öz süjeti vardır. Rejissorun mövzulara özünəməxsus yanaşma tərzi isə milli kinomuza yeni üslub və nəfəs gətirib.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan, adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz bir çox filmlərdən maraqlı epizodlar canlanan rejissor, Xalq artisti Tofiq Tağızadənin anadan olmasından 104 il ötür.

    O, 1919-cu ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tarixinin yeni səhifələrini yazıb.

    Ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi filmlərdə özünü professional rejissor kimi təsdiq etməyi bacarıb. Onun ekran əsərləri Azərbaycan kinosunun ən nadir nümunələridir. Bu filmlərin əksəriyyətinin tarixi yarım əsrdən artıq bir dövrü əhatə etsə də, mövzu və ideya baxımından bu gün da aktuallığını qoruyub saxlayır.

    Görkəmli rejissorun “Görüş”dən sonra ərsəyə gətirdiyi “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü” və digər kinofilmləri onun yaradıcılığında əsas yeri tutur. Bu filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişəti çox böyük sənətkarlıqla öz əksini tapıb. Onun Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılmış filmləri bu gün də əsl məktəbdir. Bu ekran əsərlərindən çox şey öyrənmək, əxz etmək mümkündür.

    Tofiq Tağızadə hər birimizin yaddaşımızda zamanın problemlərini ekrana gətirən və insanları bu aktual məsələlər ətrafında düşünməyə sövq edən görkəmli rejissor kimi qalıb. Rejissorun daxili dünyası onun filmlərində əksini tapır. Hər bir filmində onun böyük bir insan və şəxsiyyət kimi dəyərləri görünür. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili “mən”ini özü ilə üzbəüz qoyur.

    Rejissorun İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi bütün zamanlarda Azərbaycan tamaşaçılarının sevə-sevə baxdıqları ekran əsəridir. Rejissorun yaratdığı Mixaylo obrazı bu gün də tamaşaçılar tərəfindən sevilir. Bu ekran əsəri 1959-cu ildə Kiyevdə Ümumittifaq Kinofestivalında diploma layiq görülüb, dahi bəstəkar Qara Qarayevə isə filmin musiqisinə görə kinofestivalın ikinci mükafatı verilib.

    Tofiq Tağızadə kinorejissor olmaqla yanaşı, bir çox filmlərdə rol alıb, həmçinin uzun illər respublikamızda kino işinin təşkilində və milli kadrların hazırlanmasında da əvəzsiz xidmət göstərib.

    Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoydu. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.

    Qeyd edək ki, Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edilib.

    Mənbə: https://azertag.az

  • Gəlirlərinə görə “Titanik”i üstələyən ekran əsəri

    Məşhur rejissor Ceyms Kemeronun “Avatar: Suyun yolu” filmi beynəlxalq kassada “Titanik”i üstələyərək tarixin ən çox gəlir gətirən üçüncü filmi olub. O, xarici bazarlarda 1,538 milyard dollar toplayıb.

    AZƏRTAC xəbər verir ki, bu barədə “The Variety” məlumat yayıb.

    Bununla belə, ekran əsərinin birinci hissəsi 2,1 milyard dollarla xaricdə ən çox gəlir əldə edən film olaraq qalır, “Avengers: Endgame” isə 1,9 milyard dollarla ikinci yerdədir.

    Qeyd olunub ki, beynəlxalq kassada Çin (240,6 milyon dollar), Fransa (141,5 milyon dollar), Almaniya (130,7 milyon dollar) və Cənubi Koreya (105,5 milyon dollar) liderlik edir.

    Mənbə: https://azertag.az

  • “Ah, bu uzun sevda yolu” tamaşası yenidən səhnədə

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşası fevralın 10-da yenidən nümayiş ediləcək.

    AZƏRTAC xəbər veririk, səhnə əsəri dramaturq Ə.Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

    Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

    Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edirlər. Qeyd edək ki, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” əsəri 1937-ci ilin repressiya qurbanı olmuş istedadlı şair Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqındadır. Tamaşada xalqımızın heç vaxt unutmayacağı qanlı-qadalı repressiya illərindən bəhs edilir. Səhnə əsərində M.Müşfiqin nakam taleyi əks olunsa da, bu əsərdə repressiyaya məruz qalmış minlərlə insanın məhv edilmiş nakam taleyi gözümüz qarşısında canlanır.

    Mənbə: https://azertag.az

  • “Əsli və Kərəm” operası yenidən səhnədə

    Fevralın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, fədakar məhəbbətin gücünü və insanın mənəvi gözəlliyini tərənnüm edən operada əsas rolları Əməkdar artist Elnur Zeynalov, aparıcı solistlər Rəvanə Əmiraslanlı və Taleh Yahyayev ifa edəcəklər.

    Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Hacıyevdir.

    Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

    Qeyd edək ki, opera ilk tamaşasından böyük müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil edilib. “Əsli və Kərəm”in ilk tamaşası 1912-ci il mayın 18-də indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında olub. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir Hacıbəyli idi.

    Mənbə: https://azertag.az

  • “Azərbaycan – ərəb dili danışıq kitabçası” nəşr olunub

    Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan – ərəb dili danışıq kitabçası” nəşr edib.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, kitabçada toplanan söz və ifadələr “Yolda”, “Sərhəddə”, “Hoteldə”, “Şəhərdə”, “Yeməklər və içkilər”, “Rabitə vasitələri”, “Tibbi yardım”, “Alış-veriş və xidmətlər”, “Gündəlik istifadə olunan söz və ifadələr”, “Vaxt və tarix” kimi fəsillər üzrə təqdim edilib.

    Sözlüyün tərtibçisi – Mərkəzin ərəb dili üzrə mütəxəssisi Fərid Camalov, redaktorları – Bәhlul Abbasov və Şəfiqə Şəfadır.

    Qeyd edək ki, nəşr ərəb ölkələrinə işgüzar və turist səfərinə gedənlər, eləcə də ərəb dilinə şifahi ünsiyyət vasitəsi ilə yiyələnmək istəyənlər üçün nəzərdə tutulub.

    Mənbə: https://azertag.az

  • “Məchul pilləkən” balet-tamaşası Musiqili Teatrda

    Fevralın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet-tamaşası nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, gənclərə bir örnək və ismarış xarakteri daşıyan bu balet-tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq, ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.

    Narkomaniya, eyni zamanda, zərərli vərdişlərə qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan bu səhnə əsərinin baş rol ifaçısı Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı isə teatrın baş rəssamı Vüsal Rəhimdir.

    Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Getmə-getmə” mahnısından istifadə edilib.

    Tamaşada, həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndiriləcək.

    Mənbə: https://azertag.az

  • Milan Ekert: Azərbaycanla Çexiya arasında turizm imkanları genişdir

    Mən çox şadam ki, Azərbaycanla Çexiya arasında mehriban münasibətlər mövcuddur.

    AZƏRTAC xəbər verir ki, bunu fevralın 6-da Azərbaycanla Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş hibrid konfransa onlayn qoşulan Çex Respublikasının ölkəmizdəki sabiq səfiri Milan Ekert deyib.

    Diplomat bildirib ki, Azərbaycanla Çexiyanı minlərlə kilometr ayırsa da, dostluğumuz möhkəmdir. “İnanıram ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da inkişaf edəcək. Xalqlarımızı dərin köklər bağlayır. Azərbaycanlı əsgərlər 1941-1945 müharibəsi dövründə çexlərə çox kömək ediblər. Biz bunu unutmuruq”.

    Milan Ekert ölkələrimiz arasında turizmin imkanlarının genişləndirilməsindən də danışıb və Çexiya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində iştirakını qeyd edib.

    Mənbə: https://azertag.az

  • “Qoru” Gənclər Təşəbbüs qrupunun təqdimatı olub

    “İçərişəhər” və Qala qoruqlarının ərazisində yaşayan sakinlərin layihəsi olan “Qoru” Gənclər Təşəbbüs qrupunun təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin deputatı Nigar Arpadarai, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, İçərişəhər Ağsaqqallar Şurasının üzvü Səadət Qəndilova gənclərə uğurlar arzulayıblar.

    Bildirilib ki, “Qoru” Gənclər Təşəbbüs qrupunun əsas məqsədi tariximizin yadigarı olan qoruqların qorunmasına yönəlib. Qrupun əsas fəaliyyət istiqamətlərinə – əhali arasında könüllük fəaliyyətinin aşılanması, qonşuluq ənənələrinin möhkəmlənməsi, qoruqların fəaliyyətində sakinlərin iştirakının təmin edilməsi, sakinlərdə qoruqlara və Qoruq İdarəsinə loyallığın artırılması, icmanın inkişaf etdirilməsi (bilik, savadlılıq, sosial bacarıqlar, dünyagörüşü), qoruğun qorunmasında maraqlı tərəflərin birgə fəaliyyətinin təşkil edilməsi kimi istiqamətlər daxildir.

    Sonda “Qoru” Gənclər Təşəbbüs qrupunun fəaliyyətinə həsr edilmiş kiçik videoçarx nümayiş olunub.

    Mənbə: https://azertag.az

  • Azərbaycanın Gürcüstandakı səfirliyi rəsm müsabiqəsi elan edib

    Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar rəsm müsabiqəsi elan edib.

    Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

    Bildirilir ki, Gürcüstanın 18 yaşadək və 18 yaşından yuxarı vətəndaşları arasında qeyd olunan mövzu üzrə ən yaradıcı əsərə malik olan şəxslər səfirlik tərəfindən hər iki yaş qrupu üzrə (ilk üç yeri tutanlar ) təltif olunacaqlar.

    Müsabiqənin nəticələrinə əsasən, qaliblər cari ilin fevral ayının 24-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində təltif ediləcəklər.

    Müsabiqədə iştirak edəcək şəxslərdən mövzu üzrə rəsm əsərlərini 20 fevral 2023-cü il tarixinədək Azərbaycanın Gürcüstandakı səfirliyinə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etməlidirlər.

    Xətayi Əzizov

    AZƏRTAC-ın xüsusi müxbiri

    Tbilisi 

    Mənbə: https://azertag.az

  • “Grammy” musiqi mükafatının qalibləri elan olunub

    Los-Ancelesdə 65-ci “Grammy” musiqi mükafatının təntənəli təqdimolunma mərasimi keçirilib. Mərasimin yekunlarına əsasən, Beyonse karyerası ərzində rekord sayda mükafat qazanıb.

    AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, müğənninin “Renaissance” albomu ilin elektron və rəqs valları arasında ən yaxşısı olub. Bu, Beyonsenin qazandığı 32-ci heykəlcikdir. Bundan əvvəlki rekord – 31-ci “Grammy”yə layiq görülən dirijor Georq Şoltiyə məxsus idi.

    Qeyd edək ki, Beyonse 9 nominasiyaya təqdim olunsa da, birində qalib olub.

    Lizzo və onun “About Damn Time” kompozisiyası ən yaxşı səs yazısı üzrə “Grammy” mükafatını qazanıb. Müğənni Bonni Raytın “Just Like That” kompozisiyası ilin ən yaxşı mahnısı adına layiq görülüb. Samara Coy ən yaxşı gənc artist nominasiyasında, Harri Staylz “Harry’s House” valına görə ilin ən yaxşı albomu nominasiyasında “Grammy” qazanıb. Teylor Sviftin “All Too Well” (10 Minute Version) videoçarxı da “Grammy” mükafatçıları sırasında yer alıb.

    Mənbə: https://azertag.az

  • Kitabxanada Qara Qarayevin 105 illiyi ilə əlaqədar silsilə materiallar hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 105 illiyi ilə əlaqədar bəstəkarın həyat və yaradıcılığından bəhs edən “Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu” adlı videomaterial, “Qara Qarayev 105” başlığı altında ənənəvi sərgi hazırlanıb.

    AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda Xalq artisti Qara Qarayevin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin Qara Qarayev haqqında söylədikləri fikirlər, mükafatları, əsərləri, musiqi bəstələdiyi filmlər haqqında məlumatlar əks olunub. Burada dahi bəstəkarın foto və videoqalereyası ilə yanaşı, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar da yer alıb.

    Kitabxanada “Qara Qarayev 105” başlığı altında təşkil edilən ənənəvi sərgidə görkəmli bəstəkar haqqında Azərbaycan və rus dillərində qələmə alınan “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri”, “Qara Qarayev həyat və yaradıcılığı haqqında qisa oçerk”, “Qara Qarayev tələbələrinin xatirəsində” və digər bu kimi kitablar, not əsərləri sərgilənməkdədir.

    Mənbə: https://azertag.az

  • Qahirə Beynəlxalq Kitab Sərgisində azərbaycanlı müəlliflərin kitabları təqdim edilib

    Yaxın Şərq, Afrika və Asiyadan 53 ölkənin 1047 nəşriyyatın iştirak etdiyi 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisində azərbaycanlı müəlliflərin kitabları təqdim edilib.

    AZƏRTAC xəbər verir ki, Qahirə Universitetinin professoru Seymur Nəsirovun “Ərəb elminin inkişafında azərbaycanlı alimlərin rolu” adlı kitab sərgiyə gələnlərin böyük marağına səbəb olub. Tədqiqatçı alimin bu əsərində orta əsrlərə aid ərəb mənbələrində azərbaycanlı alimlərin fəaliyyəti barədə müfəssəl məlumatlar yer alıb.

    Sərgidəki Azərbaycan stendində ərəbdilli oxuculara daha bir kitab – “Discover Azerbaijan” layihəsi çərçivəsində nəşr olunmuş “Azərbaycan sədası” adlı əsər təqdim edilib. Doktor Sədaqət Əliəşrəf, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Ərəb Ölkələri üzrə Koordinasiya Şurasının Misir üzrə əlaqələndiricisi Səbinə Sultan və Ayn-Şəms Universiteti tibb fakültəsinin tələbəsi Sandi Ənvərin müəllifi olduqları və Misirin 10 kitabxanasına təqdim olunmuş kitabda Azərbaycanın şəhərləri (Bakı, Gəncə, Şamaxı, Lənkəran, Şəki, Şuşa, Laçın) haqqında geniş məlumat verilib.

    Mənbə: https://azertag.az

  • Rəssamların nəzərinə: “Düşün və yarat” müsabiqəsi davam edir

    Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Düşün və yarat” adlı yaradıcılıq müsabiqəsi davam edir.

    “Heydər Əliyev İli” çərçivəsində reallaşan müsabiqə düşüncənin inkişaf etdirilməsi məqsədilə keçirilir.

    AZƏRTAC xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər Bakı Xətai Sənət Mərkəzinin feysbuk qrupuna daxil olmaqla (https://www.facebook.com/groups/144172178999749/?ref=share) əsərin fotosu ilə bərabər, texnikası, materialı, adı, həmçinin müəllif adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəb və əlaqə nömrəsini yerləşdirərək qoşula bilərlər.

    Müsabiqədə 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Ölçü və texnika sərbəstdir. İştirakçı bir və ya iki əsəri təqdim edə bilər. Əsərlər tək-tək yerləşdirilməlidir.

    Müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək. Kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.

    Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.

    Müsabiqəyə əsər qəbulu fevralın 15-dək nəzərdə tutulur.

    Mənbə: https://azertag.az

  • Gülnar Səma alimlik dərəcəsi alıb

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, “İlin gənci” müfakatçısı, gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmaya Ali Attestasiya Komissiyası Kollegiyasının 12.01.2023-cü il tarixli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Fəlsəfə doktoru diplomunun təqdimatı 02.02.2023-cü il tarixində baş tutub.

    Qasımlı Gülnar Vaqif qızı 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə əyani doktoranturaya qəbul olub. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” adlı dissertasiya işini 24 dekabr 2021-ci il tarixində müdafiə edib.

    Gülnar Səma 1 iyun 2017-ci ildə Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində kiçik elmi işçi kimi işə başlamış, 3 iyul 2018-ci ildən həmin şöbədə elmi işçi, 1 noyabr 2022-ci ildən böyük elmi işçi kimi çalışır. 2019-cu ilin iyun ayından Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi həvalə olunub.

  • Türk rejissorun filmi YARAT-da göstəriləcək

    Fevralın 7-də YARAT Müasir İncəsənət Mərkəzində “Multiperspektivdə” qrup sərgisi çərçivəsində Osman Nuri İyemin “Buludlar” filmi nümayiş olunacaq.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, sənədli film Türkiyənin Egey dənizi sahilində yerləşən kiçik bir kənddə yaşayan Bulud ailəsinin sənədli tragikomediya hekayəsidir.

    Film, yaxın ailə üzvlərinin gündəlik həyat tərzini bitərəf və humanist nöqteyi-nəzərdən təsvir edir. Osman Nuri İyem İstanbulda yaşayan və fəaliyyət göstərən fotoqraf və rejissordur.

    O, “Taşeron Independent Art Initiative”nin həmtəsisçisi, həmçinin “Evin Art Gallery”nin bədii rəhbəridir.

    Müddəti 40 dəqiqə olan ekran əsəri ingilis subtitrləri ilə göstəriləcək.

    Mənbə: https://azertag.az

  • Milli Kitabxanada “Qara Qarayev” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim edilib

    Qara Qarayev musiqimizdə gələcəyə yeni yollar açan novator bəstəkar, XX əsrin bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biridir. Onun özünəməxsus yaradıcılığı həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda tanınır.

    Görkəmli bəstəkarın 105 illik yubileyi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Qara Qarayev” adlı Elektron məlumat bazası hazırlanaraq virtual rejimdə istifadəçilərə təqdim edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Elektron məlumat bazası rəsmi sənədlər, həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslər Qara Qarayev haqqında, Qara Qarayev Azərbaycan musiqisi və görkəmli sənətkarlar haqqında, mükafatları, əsərləri, xatirəsinin əbədiləşdirilməsi, fotoqalereya və videoqalereya bölmələrindən ibarətdir. Məlumat bazasında yerləşdirilən materiallar tam mətnləri ilə təqdim olunur.

    Məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Q.Qarayev-100/index.html linkindən istifadə edə bilərlər.

    Mənbə: https://azertag.az

  • Şuşa teatrından növbəti tamaşa – “Sərgüzəşti vəziri xani Lənkəran”

    Fevralın 4-də Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” əsəri əsasında hazırlanan eyniadlı tamaşası nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı isə Xaliq Cabbarovdur.

    “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası Mirzə Fətəli Axundzadənin 1850–ci ildə yazdığı sayca üçüncü komediyadır. Bu əsər Azərbaycan teatrı səhnəsində tamaşaya qoyulmuş ilk əsərdir. Əsərin süjeti 1800–1801-ci illərə təsadüf edir. Hadisələr Lənkəran xanının vəziri Mirzə Həbibin evində və xanın sarayında cərəyan edir. Komediyada saray və ailə intriqaları fonunda vəzirin baldızı Nisə xanım və xanın qardaşı oğlu Teymur ağanın saf məhəbbəti əsas götürülüb. Əsərdə olduğu kimi, tamaşada da bütün hadisələr komik dillə, eləcə də şən musiqi keçidlərlə tamaşaçıya təqdim olunur.

    Qeyd edək ki, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası Şuşa Dövlət Musiqili Dram Teatrında ilk dəfə 2012–ci ildə oynanılıb. Tamaşanın premyerası “Sərgüzəşti – Mirzə Fətəli Axundzadə” teatr festivalının bağlanışında təqdim olunub. Bundan əlavə tamaşa 2013–cü ildə Tatarıstanın Kazan şəhərində keçirilən türkdilli xalqların “Nauruz” XI Beynəlxalq Teatr Festivalında və 2014–cü ildə I Şəki Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub.

    Mənbə: https://azertag.az

  • “Ölülər” tamaşasının finalı bu dəfə fərqli olacaq

    2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlər həyata keçirəcək. Mərkəzdə “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində silsilə tamaşaların nümayişi nəzərdə tutulur.

    Layihə çərçivəsində fevralın 24-də Akademik Milli Dram Teatrı truppasının iştirakı ilə Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasının tamaşası Heydər Əliyev Mərkəzində göstəriləcək.

    AZƏRTAC xəbər verir ki, səhnə əsəri Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanır.

    Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov bildirib ki, “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Ulu Öndərin ən çox sevdiyi və böyük maraqla izlədiyi tamaşaları nümayiş olunacaq. Heydər Əliyev çıxış və müsahibələrində “Ölülər” tamaşası ilə bağlı fikirlərini bildirib, pyesin bənzərsiz, tarixi, fəlsəfi əsər olduğunu qeyd edib.

    “Ölülər”in quruluş müəllifi Xalq artisti Azər Paşa Nemətov hazırda tamaşanın Heydər Əliyev Mərkəzinin səhnəsinə uyğunlaşdırılması prosesinin aparıldığını deyib. Bildirib ki, Heydər Əliyev Mərkəzinin səhnəsi Akademik Milli Dram Teatrının səhnəsindən daha genişdir. Səhnələr fərqli olduğuna görə yeni dekorasiyalar hazırlanır. Rejissor tamaşanın finalının fərqli olacağını da vurğulayıb. Onun sözlərinə görə, tamaşaçı ilk dəfə yeni final görəcək. Bu final yalnız Heydər Əliyev Mərkəzində olacaq.

    “Ölülər” tamaşasında əsas obrazlardan birini – Şeyx Nəsrullahı oynayan Xalq artisti Nurəddin Mehdixanlı qeyd edib ki, Heydər Əliyev Mərkəzi çox gözəl təşəbbüs irəli sürüb. Kollektiv çalışacaq ki, fevralın 24-də teatrı Heydər Əliyev Mərkəzində layiqli şəkildə təmsil etsin. Bütün tamaşaçılarımızı Heydər Əliyev Mərkəzinə dəvət edirik.

    “Ölülər”in Kefli İsgəndəri Əməkdar artist Anar Heybətovun sözlərinə görə, məşq prosesi artıq yekunlaşıb. Səhnələrin ölçüləri fərqli olduğundan bəzi düzəlişlər edilib, artıq tam hazır vəziyyətdədir.

    Səhnə əsərində Şeyx Əhməd rolunda çıxış edən Əməkdar artist Aslan Şirin “Ölülər”in Heydər Əliyev Mərkəzində səhnəyə qoyulmasını böyük mədəniyyət hadisəsi adlandırıb. Aktyor tamaşada əsas rollardan birinin ona həvalə edilməsindən məmnun olduğunu bildirib. O, fevralın 24-də yaradıcı heyətin ilk dəfə belə böyük auditoriyada geniş tamaşaçı kütləsi ilə üz-üzə qalacağını vurğulayıb.

    Bildirək ki, ikihissəli tamaşada həmçinin Xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, Əməkdar artistlər Elxan Quliyev, Elşən Rüstəmov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxış edəcəklər.

    Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin vaxtilə “Ölülər” tamaşası üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunacaq.

    Mənbə: https://azertag.az

  • AMEA-da “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabının təqdimatı keçirilib – FOTOLAR

    Fevralın 2-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Əməkdar elm xadimi, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabının təqdimatı keçirilib.

    Əvvəlcə akademik Kamal Abdullanın əsərlərindən ibarət sərgiyə və həyat və fəaliyyətini əks etdirən videoçarxa baxış olub.

    Tədbiri Mərkəzi Elmi Kitabxananın direktoru, professor Məmməd Əliyev açaraq sözü AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə verib.

    Təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, akademik Kamal Abdulla böyük ənənələri olan Azərbaycan dilçilik elminin ən görkəmli nümayəndələrindəndir və o, apardığı mühüm tədqiqatlarla bu elm sahəsinin inkişafına öz dəyərli töhfələrini verib.

    Akademik Kamal Abdullanın özünəməxsus bədii yaradıcılığı ilə seçildiyini qeyd edən AMEA rəhbəri görkəmli yazıçının müstəqillik dövrü Azərbaycan ədəbiyyatında postmodernizm ədəbi cərəyanının yaradıcısı olduğunu deyib. Diqqətə çatdırıb ki, Kamal Abdulla davamlı fəaliyyəti ilə postmodernizmi Azərbaycan ədəbiyyatının ana xətlərindən birinə çevirib və bu gün də əsərləri ilə bu janrı zənginləşdirir.

    Ədibin qorqudşünaslıq istiqamətindəki fəaliyyətinə toxunan akademik İsa Həbibbəyli vurğulayıb ki, ölkəmizdə qorqudşünaslığın böyük ənənələri var və Azərbaycan bu elm sahəsinin dünyada əsas mərkəzlərindən biridir.

    Görkəmli türkoloq Fuad Köprülünün sözlərinə istinadən, “Azərbaycan qorqudşünaslığını tərəzinin bir gözünə, Türk dünyası qorqudşünaslığını tərəzinin o biri gözünə qoysaq, Azərbaycan qorqudşünaslığı ağır gələr”, – deyən akademik İsa Həbibbəyli ötən əsrdə bu istiqamətdə böyük alimlərimiz Həmid Araslı və Məmmədhüseyn Təhmasibin önəmli tədqiqatlar apardıqlarını və Azərbaycan cəmiyyətinə təqdim etdiklərini söyləyib. Akademik Kamal Abdullanın isə qorqudşünaslığı öz tədqiqatları ilə yeni mərhələyə qaldırdığını bildirən AMEA rəhbəri vurğulayıb ki, yazıçı tərəfindən ilk dəfə “Kitab-Dədə Qorqudun” diskurs və linqvopoetik təhlili aparılıb.

    “Kamal Abdulla Dədə Qorqud poetikasına həsr olunmuş orjinal əsərlərin, dilçiliklə ədəbiyyatşünaslığın qovşağında qorqudşünaslığımızda nadir tədqiqatların müəllifidir. O, Dədə Qorqudun alt qatına, mifoloji qatına enməklə yeni bir istiqaməti müəyyən edib. Kamal Abdulla dünya qorqudşünaslığını özünəməxsus əlavələrlə zənginləşdirib”, – deyə bildirən akademik İsa Həbibbəyli akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü Rafiq Əliyevin “Kitabi-Dədə Qorqud” eposunu qeyri-səlis məntiq nəzəriyyəsi istiqamətindən təhlilə cəlb etmələrini yüksək qiymətləndirib və bunu, qorqudşünaslıqda yeni istiqamətin başlanğıcı adlandırıb.

    AMEA rəhbəri Azərbaycan cəmiyyətinə təqdim edilən akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabının müasir qorqudşünaslığımızın əsas nailiyyətlərindən biri olduğunu deyib.

    Sonra Xalq yazıçısı, akademik Kamal Abdulla çıxış edərək qeyd edib ki, sözügedən bu kitabda “Kitabi-Dədə Qorqud” dastanlarındakı semantik sayrışmalar ayrı-ayrı oçerklər şəklində lüğət formasında toplanıb.

    “Dastan daxilində və mövzu ilə bağlı dastandan kənarda zaman-zaman diqqətimin yönəldiyi bəzi anlayışlar olub. Onların hər biri sanki sayrışa-sayrışa böyük bir sürətlə qaranlıqdan işığa, işıqdan qaranlığa keçirlər. Bu zaman dastanla bağlı bilməli olduğumuz bir çox açıq, amma diqqət çəkməmiş mətləbləri özündə birləşdirir. Biz qaranlıqdakı gizli məqamları görüb dəyərləndirmə fürsəti əldə edirik. Bu gizli məqamları sayrışmanın işıq gələn anında tutub izah etmək istəyi belə bir lüğətin ərsəyə gəlməsinə yol açdı”, – deyə yazıçı bildirib və kitabın redaktoru, həmçinin “Ön söz”ünün müəllifi professor Ahmet B.Ercilasuna da təşəkkürünü çatdırıb.

    Akademik qeyd edib ki, kitabda ikinci hissə kimi təqdim edilən “Mifolinqvistika” bu gün dilçiliyimizə öz yerində sayan mövzuların dəyişdirilməsi, onların yeni istiqamətə yönəlməsi ilə maraqlıdır. Alim bildirib ki, yeni bir sahə kimi mifoloji dilçilik – mifolinqvistika bizim müasir dilçiliyimizin qarşısında yeni-yeni üfüqlər açır və bu istiqamətdə birgə tədqiqata hər zaman hazır olduğunu da diqqətə çatdırıb.

    Tədbirdə, həmçinin akademiklər Möhsün Nağısoylu, Muxtar İmanov, Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, MEK-in baş direktoru, professor Məmməd Əliyev, “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov çıxış edərək akademik Kamal Abdullanın yaradıcılığının önəmli məqamlarına toxunub, yazıçının yeni əsərinin Azərbaycan qorqudşünaslığına dəyərli töhfə olduğunu bildiriblər.

    Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın, Qazi Universitetinin müəllimi Fatih Keskin və Bursa Uludağ Üniversitetindən Kərimə Üstünova isə videoçıxışlarında alimin elmi fəaliyyətini yüksək qiymətləndirərək, onun elmdə açdığı izlə irsindən bəhrələnən gənc türkoloqların yetişəcəklərini əminliklə ifadə ediblər.

    science.gov.az

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Türkiyədə isti münasibətlər gördüm”

    Gənc yazar Habil Yaşar yaradıcılığı ilə bağlı qardaş Türkiyədə bir çox tədbirlərə qatılıb, mükafatlandırılma məeasimlərində iştirak edib.

    Yazar “Ədəbiyyat və incəsənət” portalına bildirib ki, İstanbul şəhərində ədəbi vəqflərdən biri tərəfindən “Günəş” mükafatına layiq görülüb. Tezliklə onu “Beyaz Tv” də izləyə biləcəksiniz, televiziya onunla bağlı süjet hazırlayıb. Eyni zamanda o, İzmir şəhərində “Yazsader”in törənində başqan Cemal Durmaz bəy tərəfindən “Edebiyyat onur ödülü” nə layiq görülüb. Bursa şəhərində isə “Fevki Ala Türk Müziği Korosu”nun başqanı Fatma Gündoğdu xanımım təşkilatçılığı ilə “Ördekli Kültür Mərkəzi”ndə yazarımızın oxucularla görüşü keçirilib.

    “Ədəbiyyat və incəsənət”

    (02.02.2023) 

    Mənbə: https://edebiyyatveincesenet.az

  • Rus Dram Teatrı balaca tamaşaçıları yaddan çıxarmır

    Fevralın 4-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində uşaqlar üçün “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” adlı tamaşa nümayiş olunacaq.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tamaşanın bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski, rejissor və xoreoqrafı isə Raulya Turkkandır.

    Əsərin səhnə tərtibatı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorova, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova və musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir.

    Mənbə: https://azertag.az

  • “Kung-Fu Panda” adlı müzikl-tamaşa Mahnı Teatrının səhnəsində

    Fevralın 4-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında musiqi, rəqs və interaktiv uşaq oyunları ilə rəngarəng “Kung-Fu Panda” adlı müzikl-tamaşa nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, rus dilində hazırlanan müzikl-tamaşada Kung-Fu Panda və digər personajlar şən və musiqili səhnə oyunu ilə balaca tamaşaçıları əyləndirəcəklər.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

    Mənbə: https://azertag.az

  • Bu gün Azərbaycan Gəncləri Günüdür

    2 fevral – Azərbaycan Gəncləri Günüdür. Artıq 26 ildir Azərbaycanın əlamətdar günlər təqvimində yer alan bu bayramı gənclərimizə müasir Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyev ərməğan edib. Ulu öndər tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasəti sayəsində Azərbaycanda mənəviyyatca zəngin, vətənpərvər ruhlu gənc nəsillər yetişir. 

    Tariximizə şanlı Zəfərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin vətənsevərliyini, fədakarlığını, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Qürur hissi ilə qeyd edə bilərik ki, canı-qanı bahasına xalqımıza bu Zəfəri yaşadanlar sırasında mədəniyyət sahəsində çalışmış gənclərimiz də var. Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızı bir daha dərin ehtiramla yad edirik. Vətən müharibəsində qazi olmuş onlarla gəncimiz bu gün Mədəniyyət Nazirliyi sistemində bizimlə bərabər çalışırlar.

    Azərbaycan gəncliyi, o cümlədən mədəniyyət və incəsənət sahələrində çalışan, yaradıcılıq fəaliyyəti göstərən gənclərimiz dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Onların bilik və bacarıqlarının aşkara çıxarılması, təşviq edilməsi məqsədilə proqramlar həyata keçirilir, istedadlı gənclər Prezident təqaüdünə, mükafatlara layiq görülürlər. Gənclərin yüksək səviyyədə bədii təhsilinə, beynəlxalq festival və müsabiqələrdə iştirakına şərait yaradılır, onların sorağı dünyanın mötəbər incəsənət məkanlarından gəlir. Bu gün ölkə həyatının bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahələrində gənclərin xüsusi yeri var. İşində peşəkar, məsuliyyətli, vətənsevər gənclər ölkəmizin gələcəyidir.  
    Mədəniyyət Nazirliyinin kollektivi adından bu əlamətdar gün münasibətilə gənc həmkarlarımızı və onların timsalında Azərbaycanın bütün gənclərini səmimi qəlbdən təbrik edir, hər kəsə cansağlığı, səadət, peşə fəaliyyətində, yaradıcılıqda, dövlətə və xalqa xidmət niyyətli bütün əməli işlərində yeni uğurlar arzulayırıq.

    Mənbə: https://culture.gov.az/

  • “Avroviziya 2023” Azərbaycan nümayəndə heyəti açıqlama yayıb

    “Avroviziya 2023” Azərbaycan nümayəndə heyəti seçim mərhələsinə qatılmış bəzi ifaçıların şəxsi sosial səhifələrində son iki gün ərzində yaydıqları böhtan xarakterli iddialara münasibət bildirib.

    AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova bununla bağlı açıqlamasında deyib: “Əvvəla qeyd etmək istərdim ki, bu iddialara cavab verməyimizin əsas məqsədi final mərhələsinə seçilən ifaçılara qarşı hörmətsizliyə biganə qalmamaqdır. Seçilmiş 5 iştirakçı təqdim etdiyi musiqi və ifası sayəsində bu mərhələyə çatıb.

    Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də, bildiririk ki, final mərhələsi məhz bu günlərdə keçirilir və bu prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

    Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə paylaşacaq, finalçıların adlarını açıqlayacağıq. Bir az səbirli olmağınızı xahiş edirəm”.

    “Avroviziya 2023” Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov bildirib ki, builki Avroviziya təmsilçimiz hələlik bəlli deyil. Bu qərar verilməmişdən əvvəl yerli və beynəlxalq musiqi aləmindən təcrübəli insanların rəyləri öyrəniləcək. Sağlam rəqabəti təmin etmək üçün bütün finalçıların mahnılarını bir neçə gün əvvəl eyni studiyada, eyni şəraitdə yazdırmışıq.

    Nümayəndə heyətinin rəhbəri Vasif Məmmədov isə deyib ki, komanda üzvlərinin müsabiqəyə müraciət etmiş ifaçı və bəstəkarlarla tanışlığının seçim prosesinə heç bir təsiri yoxdur. “Eldar Qasımov və Ömər Əbdülkərimov illərdir musiqi sahəsində çalışırlar və onların bu sahədə həm dostları, həm yaxın həmkarları var. Bu, təbii bir haldır. Amma qeyd etməliyəm ki, Avroviziya heyətinin üzvlərindən heç biri müsabiqədə iştirak edən hər hansı ifaçının meneceri deyil və olmayıb. Böhtan xarakterli məlumatları yayanlara isə vaxtlarını və enerjilərini yaradıcılığa yönəldib, şöhrət qazanmağı arzu edirəm”, – deyə o vurğulayıb.

    Mənbə: https://azertag.az

  • Dünyaşöhrətli “Akcent” qrupu yenidən Bakıda

    Martın 4-də Heydər Əliyev Sarayında dünyaşöhrətli “Akcent” qrupunun konserti təşkil olunacaq.

    Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən pop musiqi qrupu öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.

    Qeyd edək ki, “Akcent” qrupu 1999-cu ildə Rumıniyada Adrian Sina tərəfindən yaradılıb. Fərqli vaxtlarda buraxılan mahnı və albomlar tez bir zamanda hitlərə çevrilərək qrupa nəinki Rumıniyada, bütün dünyada böyük uğur gətirib.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

    Mənbə: https://azertag.az

  • Bakı musiqi məktəblərinin növbəti uğuru

    Qazaxıstan və Çexiya respublikalarının təşkilatçılığı, Astana Mədəniyyət İdarəsinin dəstəyi ilə onlayn “Bohemian Music Festival” adlı I Beynəlxalq incəsənət müsabiqəsi keçirilib.

    AZƏRTAC xəbər verir ki, müsabiqə 4 nominasiya: vokal, xoreoqrafiya, instrumental incəsənət və orijinal incəsənət üzrə təşkil edilib.

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Dərya Rzazadə (müəllim Firuzə Əliyeva) müsabiqədə 8-10 yaş kateqoriyası üzrə instrumental incəsənət nominasiyasında çıxış edərək I dərəcəli laureat adını qazanıb.

    Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Zəhra Babazadə (müəllim Dilrubə Əbdurəhmanova) isə 11-13 yaş kateqoriyası üzrə instrumental incəsənət nominasiyasında çıxış edərək, münsiflər heyətinin qərarı ilə I dərəcəli laureat adına layiq görülüb.

    Mənbə: https://azertag.az

  • Gənc rəssamların “AXIN” adlı qrup sərgisi açılacaq

    Fevralın 2-də Bakı Kitab Mərkəzində gənc rəssamların Gənclər Gününə həsr olunmuş “AXIN” adlı qrup sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, Bakı Kitab Mərkəzinin dəstəyi ilə “Azerbaijanartist” platforması (“Azərbaycan Rəssamları”) tərəfindən təşkil olunan sərgiyə giriş sərbəstdir.

    Mənbə: https://azertag.az

  • Bakıdakı Rus evində Gənclər Günü qeyd ediləcək

    Fevralın 3-də Bakıdakı Rus evində Azərbaycan Gənclər Gününə həsr edilmiş konsert təşkil olunacaq.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konsert proqramı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) tərəfindən hazırlanıb. Tədbirdə beynəlxalq müsabiqələr laureatları, BMA-nın tələbələri və akademiyanın nəzdindəki məktəb-studiyanın tələbələri iştirak edəcəklər. Konsertdə həm klassik, həm də estrada və caz musiqisi səslənəcək.

    Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə təsis olunan Azərbaycan Gənclər Günü hər il fevralın 2-də qeyd olunur.

    Mənbə: https://azertag.az

  • Filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq

    Fevralın 10-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək.

    Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, gecədə bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə solist Günel Kazımova (piano) çıxış edəcək.

    Proqramda dünya klassik bəstəkarlarının əsərlərindən nümunələr səslənəcək.

    Mənbə: https://azertag.az

  • Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı elan olunmuş müsabiqənin qalibləri müəyyən olunub

    Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən heykəltaraşlıq müsabiqəsi keçirilib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə ölkəmizin heykəltaraşları tərəfindən 13 əsər təqdim olunub.

    Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən birinci yerə Natiq Əliyev, ikinci yerə Xanlar Əhmədov və üçüncü yerə Kamran Əsədov layiq görülüblər.

    Mənbə: https://azertag.az

  • Milli musiqi alətlərimiz – milli sərvətimizdir

    Fevralın 9-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Milli musiqi alətlərimiz – milli sərvətimizdir” adlı konsert keçiriləcək.

    Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, musiqili axşamda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayev, Əməkdar artist, dirijor İlahə Hüseynova) müşayiəti ilə gənc istedadlar öz ifalarını dinləyicilərə təqdim edəcəklər.

    Qeyd edək ki, konsert proqramında Azərbaycan, Rus və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənəcək.

    Mənbə: https://azertag.az

  • Türkiyədə ötən il 10 min 500 tarixi əsər aşkar edilib

    Türkiyənin ən qədim yaşayış məskənlərindən olan Anadolu torpaqları əvəzsiz tarixi zənginliyi ilə diqqət çəkir. Ötən il zəngin coğrafiyaya malik bu diyarda 713 sayda arxeoloji qazıntı aparılıb və 10 min 500-ə yaxın tarixi əsər aşkar edilib.

    AZƏRTAC xəbər verir ki, son iki əsrdə Anadoluda bəşəriyyətin mədəni irsini işıqlandırmaq üçün arxeoloji tədqiqatlar aparılıb və ölkə daxilində araşdırmalar bu gün də davam edir. 2022-ci ildə ən çox arxeoloji qazıntı işləri Egey və Aralıq dənizini birləşdirən və 8 min illik tarixə malik olan Muğlada həyata keçirilib. Muğladan sonra Egeyin incisi İzmir fərqlənib.

    Türkiyənin cənub-qərbində yerləşən Dənizli şəhəri diqqət çəkir. Buradakı Laodikya, e.ə. 1-ci əsrdə Anadolu coğrafiyasının ən əhəmiyyətli və məşhur məkanlarından biri olub. Laodikiya Qərb Teatrı bərpa edilərək yenidən mədəni tədbirlərə ev sahibliyi etməyə başlayıb.

    1979-cu ildən etibarən hər il ənənəvi olaraq Dənizli şəhərində beynəlxalq simpozium keçirilir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Pamukkale Universiteti və Dənizli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli və xarici arxeoloqlar, alimlər və tələbələr iştirak edirlər.

    2023-cü ildə Türkiyənin tarixi zənginliyini gələcək nəsillərə ötürmək məqsədilə təxminən 750 arxeoloji qazıntının həyata keçirilməsi planlaşdırılır.

    Mənbə: https://azertag.az

  • Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində Bakıya səfər edən Dünya Gənc Türk Yazarlar Birliyinin türk dövlətlərinin şair və yazıçılarından ibarət nümayəndə heyəti ilə görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı təmsil edən gənc şair və yazıçılar iştirak ediblər.

    Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyasının folklorunun, ədəbiyyatının və incəsənətinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə tanıdılması yönündə genişmiqyaslı fəaliyyətindən bəhs olunub. Fond tərəfindən türk dövlətlərinin dahi mütəfəkkirlərinin, görkəmli ədiblərinin irsinin təbliği istiqamətində həyata keçirilmiş layihələr ortaq türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə kimi qiymətləndirilib. Ümumtürk dəyərlərinin gələcək nəsillərə ötürülməsində müasir dövrdə yetişən türk xalqlarının gənc qələm sahiblərinin üzərinə düşən önəmli missiyalar qeyd olunub. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk dövlətlərinin şair və yazıçılarının bir araya gətirilməsinə, eləcə də onların əsərlərinin işıqlandırılmasına dəstək verməyə hər zaman hazır olduğu vurğulanıb.

    Fondun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən hazırlanan nəşrləri qonaqlara təqdim edib.

    Görüş gələcək mümkün birgə layihələrin perspektivlərinin dəyərləndirilməsi ilə davam edib.

    Mənbə: https://azertag.az

  • “Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub

    Bu il İngiltərənin Liverpul şəhərində keçiriləcək “Eurovision 2023: Liverpul” mahnı müsabiqəsi üçün ürəklərin birlikdə döyünməsini əks etdirən loqo və “United by Music” adlı rəsmi şüar təsdiqlənib.

    AZƏRTAC xəbər verir ki, mayın 9-u və 11-də müsabiqənin yarımfinal mərhələsi, mayın 13-də isə final mərhələsi keçiriləcək.

    Qeyd edək ki, müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib.

    Mənbə: https://azertag.az

  • Heydər Əliyev Sarayında xeyriyyə konserti olacaq

    Fevralın 4-də Heydər Əliyev Sarayında 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş xeyriyyə konserti olacaq.

    AZƏRTAC xəbər verir ki, konsert proqramı Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX “Gəncliyin səsi” festivalı çərçivəsində reallaşacaq.

    Konsertdən əldə olunan vəsait valideyn himayəsindən məhrum olmuş gənclərə ianə ediləcək.

    Qeyd edək ki, gənclərin yaradıcı sahəyə olan marağının artırılması, onların istedadının üzə çıxarılması məqsədilə təşkil olunan IX “Gəncliyin səsi” festivalı fevralın 8-dək davam edəcək.

    Mənbə: https://azertag.az

  • Nazlı Çələbinin yeni kitabı işıq üzü görüb

    Bu günlərdə Nazlı Çələbinin yeni romanı işıq üzü görüb. “Şeytan özü şahiddir” adlı romanda müəllifin əvvəlki kitabları ilə paralellik, eyni zamanda da, kəskin fərq özünü göstərməkdədir. Belə ki, xanım yazar yenə öz ənənəsinə sadiq qalıb: yazıçı həmrəyliyi nümayiş etdirərək, digər bir müəllifin hekayəsinin motivlərinə əsaslanıb, insan psixologiyası və mənəviyyatı haqqında informasiya verib. Əsərin xüsusiliyi isə insanın öz missiyasının axtarışına çıxmasının ön plana çəkilməsidir. İnsan-yaradılış-var oluş-son/sonsuzluq ardıcıllığı barədə müxtəlif yönlü düşüncələrə işıq tutulan romanda oxucular keçmiş-gələcək əlaqəsinin sarsılmazlığını bir daha görəcəklər.
    Qeyd edək ki, kitab ….. tarixində, …. məkanda təqdim ediləcəkdir. Kitabın redaktoru Şəfa Vəli, naşiri Müşfiq Xandır.

  • Gənc Tamaşaçılar Teatrında premyera – “Mauqli”

    Fevralın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklərin kitabı” və “İkinci cəngəlliklər” əsərləri əsasında uşaqlar üçün hazırlanan “Mauqli” adlı tamaşanın premyerası keçiriləcək.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı İradə Muradova, plastik həll Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

    “Çarlz Dikkensin ədəbi varisi” kimi xatırlanan Redyard Kiplinq həyatının müxtəlif dövrlərində uşaqlarla bağlı “Yeddi dəniz”, “Cəsur kapitanlar”, “Puk təpəsindən gələn Pak”, “Mükafatlar və pərilər” adlı əsərlər yazıb. Yazıçının ən çox müraciət olunan əsəri isə “Cəngəlliklərin kitabı” hekayələr toplusu olub. Kitabdakı hekayələrin qəhrəmanı Mauqli haqqında dünyanın bir çox teatrlarında, xüsusən Rusiyanın aparıcı teatrlarında uşaq tamaşaları hazırlanıb, filmlər və cizgi filmləri ekranlaşdırılıb.

    Yeni tamaşada rolları Əməkdar artistlər Şəfəq Əliyeva, Elnur Bəhramxan, aktyorlar Asya Atakişiyeva, Nurlan Süleymanlı, Aybəniz Heydərova Yaşar Heydərli, Ceyhun Məmmədov, Ramil Məmmədov, Ümman Budaqov, Günel Məmmədova, Hökümə Rəhimzadə, Tahir İsmayılov, Mehriban Hüseynova, Anar Seyfullayev, Hilal Dəmirov, İlqarə Tosova, Könül Əbilova, Ramiq Nəsirov, Nuranə Hüseynova, Fəridə Qurbanova, Xalid Bəkirov, İmdad Tofiqoğlu, İlahə Əmirxanova, Elgün Yəhyayev, Gülbəniz Lətifova, Xəyalə Qasımova canlandıracaqlar.

    Qeyd edək ki, tamaşadakı hadisələr Afrika qəbilələrinin yaxınlığındakı cəngəllikdə cərəyan edir. Şirxan adlı pələng qəbiləyə hücum edərək Mauqli adlı uşağın atasını parçalayır. Bahira adlı bəbir isə Mauqlini xilas edərək onu cəngəllikdəki canavarlara verir. Mauqli canavar kimi gəzməyi yaşamağı öyrənməyə məcbur olur. O, yaramazlara qarşı amansız, güclü və qorxmaz böyüyür. Mauqli ilə Şirxan arasındakı qırmızı od üzərindəki mübarizənin qələbəsi isə Mauqlinin özünü insan kimi hiss etməsinə səbəb olur.

    Mənbə: https://azertag.az

  • “Gəncliyin səsi” festivalının proqramı zəngindir

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsi istiqamətində “Gəncliyin səsi” festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, təşkil olunan konsertlər Azərbaycanın müxtəlif mədəniyyət müəssisələrini əhatə edəcək.

    Festival çərçivəsində bir sıra konsertlər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində olacaq.

    Fevralın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Gecədə gənc bəstəkarlar Aysel Əzizova, Tamilla Əhədova, Vüsal Namazlı və Tofiq Rzayevin əsərləri səslənəcək.

    Fevralın 6-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti keçiriləcək. Gənc solistlər rəngarəng ifaları ilə çıxış edəcəklər.

    Fevralın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Orkestrin gənc solistləri öz ifalarını dinləyicilərə təqdim edəcəklər.

    Mənbə: https://azertag.az

  • Heydər Əliyev Mərkəzində “Opera və moda. Sultan Couture 20” konsert-sərgisi olacaq

    Martın 8-də Beynəlxalq Qadınlar Günündə Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün möhtəşəm və fərqli bir hədiyyə hazırlayıb.

    AZƏRTAC xəbər verir ki, həmin gün ziyarətçilərə “Opera və moda. Sultan Couture 20” adlı konsert proqramı və sərgi təqdim ediləcək.

    Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə – geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib.

    Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri – beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano), Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solistləri Yuliya Süleymanova (soprano), Yekaterina Sannikova (soprano) və “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano) iştirak edəcək.

    İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa edəcəklər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

    Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olacaq. Beləliklə, Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus 16 geyimdən ibarət kolleksiya nümayiş etdiriləcək. Gecə ərzində səhnəyə çıxacaq müğənnilər həm də “BVLGARI” brendinin zinət əşyalarını təqdim edəcəklər.

    Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyalarının, zəngin repertuarın, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olacaqlar.

    Həmin gün Heydər Əliyev Mərkəzində sərgi də təqdim olunacaq. Sərgidə Azərbaycan operasının ilk qadın müğənniləri haqqında məlumat veriləcək. Qeyd edək ki, tarixini 1908-ci ildən başlayan Azərbaycan operasında qadın ifaçılar xüsusi yer tuturdular. Müsəlman Şərqində ilk dəfə qadın ifaçılar məhz Azərbaycanda teatr səhnəsinə çıxıblar. Sərgidə ilk qadın opera müğənniləri Fatma Muxtarova, Şövkət Məmmədova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şərqdə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumat veriləcək. Azərbaycan operasının qadın ifaçılarının ən məşhur tamaşalardakı səhnə geyimlərində fotoları da sərgilənəcək. Bunların sırasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Nərgiz”, Niyazinin “Xosrov və Şirin”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Cüzeppe Verdinin “Traviata”, Reynqold Qliyerin “Şahsənəm”, Jorj Bizenin “Karmen” operalarından fotolar da yer alacaq.

    Ziyarətçilər iki tarixi geyim: Həqiqət Rzayevanın “Leyli və Məcnun” operasından Leyli obrazındakı geyimi və Nəzakət Məmmədovanın “Od gəlini” operasından Solmaz obrazındakı geyimini görmək fürsəti də əldə edəcəklər.

    Sərginin daha bir bölməsində isə həmin gün geyimləri nümayiş olunan Orxan Sultanın 20 il ərzindəki işləri yer alacaq.

    Biletləri Mərkəzin kassası və iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

    Mənbə: https://azertag.az

  • Azərbaycan Yazıçılar Birliyi (AYB) Qəbul Komissiyası elan edir

    Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyən yaradıcı şəxslərin nəzərinə çatdırırıq ki, 2023-cü ilin aprel ayının 14-dən may ayının 5-ə qədər üzvlük üçün tələb olunan sənədləri AYB Qəbul komissyasına təqdim edə bilərlər. Təqdim ediləcək sənədlərin siyahısı ilə “Ədəbiyyat qəzeti”nin növbəti sayında tanış olmaq mümkündür.

    Mənbə: https://ayb.az/

  • Ceyhunə HÜSEYNOVANI doğum günü münasibətilə təbrik edirik! (31 Yanvar)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • “Türk dünyasından Şuşaya- Şuşadan Türk dünyasına” kitabının Bakı şəhərində təqdimatı keçirilib

    Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində Bakı şəhəri “Azərkitab” kitab yayım mərkəzində eyniadlı kitabın təqdimatı baş tutub. 

    “Ədəbiyyat və incəsənət” xəbər verir ki, tədbirdə bir sıra tanınmış ictimayyət nümayəndələri, yazarlar, KİV təmsilçələri iştirak ediblər. 

    Tədbiri giriş sözü ilə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri şair-publisist İntiqam Yaşar açıq elan edib.  İntiqam Yaşar iştirakçılara kitab haqqında  məlumat verib. Bildirib ki, layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub. 

    Milli Məclisin Mədəniyyət komitəsinin eksperti şair-publisist Əkbər Qoşalı ortaq türk ölkələrini birləşdirən dəyərin məhz Şuşa olduğunu diqqətə çatdırıb və qeyd edib ki, adıçəkilən layihə fonunda qardaş ölkə nümayəndələrinin bir-biri ilə əməkdaşlıq münasibətləri bir az da genişlənmiş olub.

    “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasından olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb.  Və kitabda yazıları yer alan türk ölkə və topluluqlarından olan ədəbiyyat nümayəndələri 26-29 yanvar 2023-cü il tarixlərində Azərbaycana səfər edib, Bakı şəhərində təşkil olunmuş müxtəlif tədbirlər və görüşlərdə iştirak edib.  Türk Dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gələn ədəbiyyat nümayəndələri arasında Qırğız Respublikasının “Manas” teatrının direktoru Aziz Bıymırza, Özbəkistan Gənclər İşləri Agentliyinin başqan yardımçısı şair Mehrinaz Abbas,  yazar-publisist Dilrabo Norkulova, Qazaxıstan Yazıçılar Birliyinin bölüm başqanı Baurxan Xəliulla, Türk Ədəbiyyatı Vəqfinin yazı işləri başqanı Enver Aykol, Başqırdıstan Yazıçılar Birliyinin sədri yazar Aygiz Baymuhəmməd və Qazaxıstan Respublikası “Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi” başqanı Erkinbek Serikbay olub.  Onlar çıxışları zamanı Azərbaycanın İrandakı səfirliyinə edilən hücum səbəbindən Azərbaycan xalqına və şəhidin ailəsinə  başsızlığı verib , hadisədən təsirləndiklərini təəssüf hissi ilə qeyd ediblər.

    Bakıya ilk səfərlərinin olduğunu məmnunluqla vurğulayan qonaqlar türk dünyasını öz ətrafında birləşdirən adıçəkilən layihənin həyata keçirilməsində əməyi olan hərkəsə və İntiqam Yaşara dərin minnətdarlıqlarını bildiriblər.  Onlar qeyd ediblər ki, belə önəmli layihələrin sayı artırılmalıdır. 

    Kitabda yazıları dərc olunan yerli yazarlar sırasında Yusif Nazim, Ayşən Rəhim  və s. layihə haqqında öz fikirlərini səsləndiriblər.  Tədbirdə Kənan Hacı,  Ümid Nəccari, Tural Turan , Qabil Ədalət, Emil Rəhimov , İradə Əlili və başqaları da iştirak edib. 

    Sonda kitabda dərc olunan müəlliflər, tərcüməçilər diplom və fəxri fərmanla təltif olunub. Eyni zamanda iştirakçılara “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” kitabı hədiyyə edilib. 

    Xatırladaq ki, bundan əvvəl kitabın Türkiyənin İstanbul şəhərində və Özbəkistanın Daşkənd şəhərində təqdimat törənləri təşkil olunub.

    “Ədəbiyyat və incəsənət”

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • “Pillə” İkinci Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edilib

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubiley münasibətilə “Pillə” İkinci Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edilib.

    AZƏRTAC xəbər verir ki, iyunun 5-dən 9-dək keçiriləcək festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir.

    Festivalın qalibləri ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” nominasiyaları üzrə müəyyənləşdiriləcək. Qaliblərə münsiflər heyətinin və gənc tənqidçilərin xüsusi mükafatları təqdim olunacaq.

    Festivalda ADMİU-nun və digər universitetlərin baklavr və magistr pilləsi üzrə təhsil alan tələbələri iştirak edə bilər. Müsabiqəyə göndərilən tamaşalara janr və mövzu məhdudiyyəti qoyulmur. İştirakçılar tamaşaların posterini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər. Müsabiqəyə təqdim edilən materiallar 2023-cü il mayın 20-dən gec olmayaraq festival@admiu.edu.az elektron poçt ünvanına göndərilməlidir.

    Mənbə: https://azertag.az

  • Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq

    2 fevral – Azərbaycan Gəncləri Günüdür. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur.

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə layihələr həyata keçirilir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Gəncləri Günü ilə əlaqədar fevralın 1-2-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq.

    Bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

    Mənbə: https://azertag.az