Bu il Moldova Respublikasının Qaqauz Yeri muxtar bölgəsinin yaradılmasının 30-cu ildönümü qeyd edilir. Bu münasibətlə “Qaqauz rəngləri – 2024” beynəlxalq rəssamlar görüşü keçirilib. “TÜRKSOY-un rəssamlar görüşü” ənənəvi layihəsinə Qaqauz Yerinin mərkəzi Komrat şəhəri ev sahibliyi edib.
AZƏRTAC xəbər verir ki, Qaqauz Yeri Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə gerçəkləşən tədbirin məqsədi Türk dünyası rəssamları arasında təcrübə mübadiləsinə şərait yaratmaq və qaqauz mədəniyyətini rəsmlərin dili ilə beynəlxalq aləmə tanıtmaqdan ibarət olub.
“Müasir Qaqauz Yeri”, “Qaqauz diyarının təbiəti”, “Qaqauz xalqının adət-ənənələri” mövzularını əhatə edən sənət görüşünə Qaqauz Yeri, Azərbaycan və Türkiyədən rəssamlar qatılıblar.
Avqustun 29-da Komrat şəhərindəki Təsviri İncəsənət Qalereyasında rəssamlar görüşünün bağlanış mərasimi və layihə çərçivəsində rəssamların ərsəyə gətirdikləri əsərlərin (ümumilikdə 39 rəsm) sərgisi açılıb.
Nümayiş etdirilən əsərlərdə muxtar bölgənin təbiəti, mədəni irsi və s. əksini tapıb. Qaqauz Yeri Baş Mədəniyyət İdarəsinin rəisi Marina Semyonova on gün davam edən tədbirin reallaşmasına verdiyi dəstəyə görə TÜRKSOY-un Baş katibi Sultan Raevə təşəkkürünü bildirib: “Türk dünyası mədəniyyətinin və sivilizasiyasının qorunması, inkişafı və təbliğində əsas rol oynayan TÜRKSOY-un fəaliyyətimizdə iştirakından və dəstəyindən çox məmnunuq və bu köməyi yüksək qiymətləndiririk. Layihəyə qatılan rəssamlara yeni yaradıcılıq uğurları arzulayıram”.
Bağlanış mərasiminin sonunda layihədə iştirak edən rəssamlara Baş Mədəniyyət İdarəsinin diplom və hədiyyələri təqdim edilib. Tədbir bədii proqramla başa çatıb.
Azərbaycanın “Simurq” muğam ansamblı avqustun 26-dan 30-dək Özbəkistanın Səmərqənd şəhərində keçirilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-Pri mükafatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən builki festivala 80-ə yaxın ölkədən 300-dən çox nümayəndə qatılıb.
Tanınmış xanəndə Mirələm Mirələmov və instrumental heyət – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadədən (balaban) ibarət “Simurq” muğam ansamblı möhtəşəm ifası ilə Azərbaycana dünyaşöhrətli festivalın üçüncü dəfə baş mükafatını qazandırıb.
Oktyabrın 24-də Heydər Əliyev Sarayında unudulmaz xanəndə Səxavət Məmmədovun xatirəsinə həsr olunmuş muğam konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, xatirə gecəsində Qarabağ muğam məktəbinin ən parlaq nümayəndələri səhnədən Səxavət Məmmədovla virtual duetlərini təqdim edəcəklər. Tamaşaçılar həmçinin mərhum sənətkarın ifa etdiyi mahnıları muğam ifaçılarının təqdimatında dinləyəcəklər.
Konsertdə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Əməkdar artistlər Almaz Orucova, Sevinc Sarıyeva, Firuz Səxavət (Məmmədov), Cabir Abdullayev, Zakir Əliyev və tanınmış ifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Malik Həsənov, Şahmar Hacıyev, Əliyar Məmmədov və Anar Məmmədov səhnəyə çıxacaqlar.
Musiqi sənətimizdə iz qoymuş Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyub. Ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. “Hümayun” xalq ansamblının solisti olub. Sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) təhsil alıb. Yaratdığı “Qarabağ” instrumental ansamblının kollektivi ilə getdiyi ölkələrdə muğamımızın təbliğinə töhfələr verib. 30 sentyabr 1991-ci ildə avtomobil qəzasında vəfat edib.
Bu gün Xalq artisti, əfsanəvi tarzən Qurban Primovun anım günüdür.
AZƏRTAC xəbər verir ki, bu gün tanınmış tarzən Qurban Pirimovun vəfatından 59 il ötür.
Azərbaycan musiqisi tarixində özünəməxsus yeri olan Qurban Pirimov 1880-ci ilin oktyabr ayında Ağdamın Abdal Gülablı kəndində anadan olub. O, məşhur aşıq Valehin nəticəsidir. Q.Pirimov on beş yaşında ikən müəllimi, müasir Azərbaycan tarının yaradıcısı Sadıqcanın xeyir-duası ilə Qarabağ toylarında seçilən xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tarda ifasını bəyənib və onu özünə tarzən götürüb.
1905-ci il gənc tarzən üçün uğurlu olub. Belə ki, Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun ifasını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib. Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. Şuşinski xatirələrində onu belə yad edir:
“Mən Qurban Pirimovu sonuncu dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, “Rahab” ifa edirdi. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən “Rahab”ı 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni üç dəfə səhnəyə dəvət etdilər”. Bəli, onda özünəməxsus çalğı ştrixləri olub. Bunlar onun öz tapıntısı, ürəyinin hərarəti idi. Q.Pirimovu tanıyanlar onun həm də çox zarafatcıl bir insan olduğunu xatırlayırlar. Həmişə zarafatla tarzənlərə deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əllərinizi qoruyun. Qurban Pirimov haqlı idi. Bizləri heyrətə salan, möcüzələr yaradan məhz həmin əllər idi. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi.
Tarzənlər bu gün böyük sənətkarın yolunu davam etdirərək öz sələflərini unutmağa qoymurlar. Ancaq Qurban Pirimovun öz sözləri ilə desək, “öyrənmək ustad olmaqda ümdə şərtdir. Amma gərək hər bir ustadın öz barmaqları olsun”.
Ustad sənətkar 1965-ci il avqustun 29-da Bakıda vəfat edib.
Kitabları hər zaman böyük tirajla çap edilən görkəmli yazıçı Əlibala Hacızadənin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərində, durğunluq adlandırdığımız dövrdə artıq SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. Bunlar “Heykəl gülür”, “Məhəbbət olmayan evdə”, “Unutmaq olmur”… əsərləridir. Əlibala Hacızadənin qəhrəmanları müəllifin özü kimi sadə, təmkinli, sevməyi, həyəcanlı hisslər keçirməyi bacaran insanlardır.
Əlibala Hacızadə ədəbiyyata 1956-cı ildə gəlib. Həmin vaxt Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) şərqşünaslıq fakültəsinin tələbəsi olan Ə.Hacızadənin təxminən 20 yaşı vardı.
Partiya üzvü olmayan şərqşünas-alim bir neçə illiyə Əfqanıstana ezam edilib və orada tərcüməçi işləyib. Həmin illər Əlibala müəllim bir-birinin ardınca bədii əsərlərini yazıb. Tezliklə onun “Qürbətdə” adlı hekayələr toplusu, “Təyyarə kölgəsi” romanı, daha sonra isə Əfqanıstanda cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü görüb. Deyirlər ki, o vaxtlar Əlibala Hacızadənin əsərləri “Azərkitab”ın mağazalarında digər yazıçıların kitabları əlavə olunmaqla satılırdı.
Bu maraqlı əsərlər arasında müəllifin Əfqanıstanda yaşayarkən qələmə aldığı və sonralar özünün yaradıcılığının zirvəsi adlandırdığı “İtkin gəlin”i daha çox əl-əl gəzirdi. O deyirdi: “Oxucular “Təyyarə kölgəsi” romanımı mənim yaradıcılığımın “şah əsəri” hesab edirlər. Mən özüm isə “İtkin gəlin” romanını yaradıcılığımın zirvəsi hesab edirəm. Mən “İtkin gəlin”i Azərbaycanda yox, Əfqanıstanda olanda yazmışam. Senzuradan kənarda bütün ürəyimdə olanları demişəm bu əsərdə. Buna görə də bu roman mənə daha doğma, daha əzizdir”.
Görkəmli ədibin “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi əməkdaşı, filologiya elmləri namizədi Əlibala Hacızadə bir çox elmi tədqiqat əsərlərinin də müəllifidir. Onu ciddi alim kimi tanıdan “Fərruxi Yəzdinin poeziyası” əsəri ötən əsrin 60-cı illərinin sonunda işıq üzü görüb. Ə.Hacızadə fars dilindən bir sıra elmi və bədii əsərlərin tərcüməçisi kimi də tanınır. Bunlardan “Quranın 30-cu Surəsinin təfsiri” (iki cilddə), Jan Junyerin “Unudulmuş qəhrəmanlar”, Əli Əkbər Vilayətinin “Səfəvilər dövründə İranın xarici siyasəti tarixindən” və başqa əsərləri misal çəkmək olar.
Əlibala Hacızadə ədəbiyyatı həyatının ayrılmaz hissəsi hesab edirdi. 2004-2005-ci illərdə yazıçının müasir Azərbaycan ədəbiyyatı xəzinəsinə layiqli töhfə olan seçilmiş əsərlərinin on cildliyi nəşr edildi. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının o vaxtadək bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdıra bilib.
“Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də… Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..” Görkəmli yazıçımız Əlibala Hacızadənin “Təyyarə kölgəsi” romanının qəhrəmanı Nadirənin gündəliyindəndir bu sözlər. Onun əsərlərini və özünü xatırladıqca bu sözlərin yazıçının obraz dili ilə dediyi öz kredosu olduğunu anlayırsan. Öz kredosuna layiqli olaraq yaşamış Ə.Hacızadə ruhən öz romanlarının səhifələrində yaşamaqdadır. Onun romanları sevginin, səmimiyyətin daşıyıcılarıdırsa, bu səhifələri hər zaman oxumaq gərəkdir.
İllər ötsə də onun yazdığı əsərlər nəinki aktuallığını itirmir, həm də böyük məhəbbətlə oxunur.
Rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmi Cənubi Koreyada keçirilən sənədli film festivalı – “EBS International Documentary Festival”da Qran-Pri qazanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə rejissor özü məlumat verib.
2024-cü ilin istehsalı olan tammetrajlı sənədli film (xronometrajı 87 dəqiqə) Azərbaycan və talış dillərində çəkilib. Ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, səs rejissoru Morteza Najaflo, prodüserləri Lino Rettinger və François-Pierre Claveldir.
Ekran əsəri bundan öncə Almaniyada (Köln şəhəri) kino sahəsi üzrə nüfuzlu mükafatlardan sayılan, operator (təsvir rejissorluğu) və montaj (qrafika) işinə görə verilən “Alman Kamera Mükafatı”nın (Deutscher Kamerapreis) qalibləri sırasında yer almışdı. Almaniyanın WDR və ZDF teleradio şirkətləri tərəfindən dəstəklənən müsabiqədə “Kinomexanikin qayıdışı” “Təsvir həllinə görə” nominasiyasında (operator Daniel Quliyev) fərqlənmişdi.
Filmin qəhrəmanı keçmiş kinomexanik Samid oğlunu iş qəzasında itirəndən bəri tənha və melanxolik hisslərlə yaşayır. Bu əhvaldan qurtulmaq üçün əvvəlki peşəsinə qayıtmaq, kino nümayişlərini canlandırmaq üçün işə başlayır. Gənc Ayazı da bu işə təşviq edir. Aralarında böyük yaş fərqi olsa da, hər ikisinin kinoya həvəsi var və ucqar kənddə kütləvi kino nümayişini yenidən təşkil etmək ideyası ilə yaşayırlar. Bunun üçün kənd sakinlərini kino ekranı üçün yer tikməyə inandırmaq, köhnə proyektorları təmir etmək, rəhbərlikdən icazə almaq və s. lazımdır…
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qaliblərindən olan Azərbaycan Aşıqlar Birliyində (AAB) “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər yekunlaşmaq üzrədir.
Bu barədə AZƏRTAC-a məlumat verən AAB sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli bildirib ki, birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun rəhbəri olduğu layihənin həyata keçirilməsində əsas məqsəd əslən Qərbi Azərbaycandan olub, ötən əsrin sonlarında öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra ölkəmizin müxtəlif guşələrində məskunlaşmış aşıqların musiqi repertuarının daha da zənginləşməsinə yardımçı olmaq, onların ifalarından ibarət audiodisk hazırlayıb geniş ictimaiyyətə təqdim etməkdir.
Vurğulanıb ki, layihə üzərində işlər icra planında nəzərdə tutulmuş qrafikə uyğun olaraq həyata keçirilir. Artıq ifaları audiodiskdə yer alacaq əslən Qərbi Azərbaycandan olan ustad və gənc aşıqların dəqiqləşdirilməsi, onların ifa edəcəkləri aşıq musiqisi və mətnin müəyyənləşdirilməsi, ifaların ayrı-ayrılıqda yazıya alınması kimi işlər arxada qalıb, yaxın günlərdə isə audiodiskin çoxaldılması işləri yekunlaşaq. Bu zaman Qərbi Azərbaycanın Göyçə, İrəvan, Zəngəzur, Dərələyəz, Ağbaba, Loru-Pəmbək kimi aşıq mühitlərinin əhatə olunması diqqət mərkəzində olub. İfa olunan musiqi və mətn seçiminə də xüsusi diqqət yetirilib – Qərbi Azərbaycan aşıq mühitləri ilə bağlı olan saz havalarına və vətənpərvərlik, tarixi torpaqlarımızdakı yurd yerlərimizlə bağlı şeirlərə üstünlük verilib.
Audiodiskdə Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musaoğlu, Xanlar Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmran Fikrətoğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadların ifaları da yer alır.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Həyat yükü
Bir an olsun, ana haqqı, Onda seçər tükdən-tükü. Boynumuzda ana haqqı, Çiynimizdə övlad yükü.
Yer üzünə kədər yağır. Kəndir nazik, yüküm ağır. Çiyinlərim oldu yağır. Nə ağırmış həyat yükü.
Yerə,göyə sığmaz insan, Nəfsə uyar, doymaz insan, Son mənzilə gedər insan, Varı, yoxu bir at yükü.
* * *
Brilyant, cəvahir, qızıl, Özünü asıb intihar edir. Sanki dar ağacıdır qadın qulağı. Uşaqdan böyüyə hər kəsin yeri Bələkdi, beşikdi, hüzurdu, sevgidi Sığaldı qadın qucağı Dünyanı dəyişər hər kəlməsi… Kişini yaşadar, öldürər… Hakimdi, cəlladdı, həkimdi, dərmandı qadın dodağı… Hara getsə, cənnəti aparar ora Dinclikdi, ruzidi, bərəkətdi, ocaqdı, qadın ayağı… Bəzən günəş doğar üzündə Bəzən bulud ağlar üzündə Sevgi, nifrət, ümid, qayğı, məhəbbət… Nə istəsən, yaparsan, taparsan gözlərində… Udur kədəri, qurudar göz yaşını… Solmadın, solmasın qadın yanağı…
Cavabsız sevgi
Nazını çəkməyə hazırdım hər an Çünki mənasızdır əzabsız sevgi Ancaq ki, insanı bir ağac kimi İçindən çürüdür cavabsız sevgi
Yanımda olsan da, mənə uzaqsan Hər yandan üstümə həsrət çilənir Baxışın bənzəyir ölüm hökmünə Gözündən üzümə nifrət çilənir
Sanmaki, hər işin doğrudur, düzdür Ömrünü puç edər əyrilər bir gün Sevgimə gülərək alçaltma məni Nifrətin sevgiyə çevrilər bir gün
***
Çəkilməyən,dözülməyən, Dediyiniz o dərd mənəm. Qova-qova namərd edib Söydüyünüz o mərd mənəm.
Özümə də bir az yadam. Bir az suyam,bir az odam. Həm küləyəm,həm torpağam. Bildiyiniz o dörd mənəm.
Dostu azdır,düşməni çox Qarnı acdır,gözləri tox Kölgəsinə güvəni yox Yalquzağam,bozqurd mənəm.
Qan qoxuyur çiçəkləri. Kəfənsizdir şəhidləri. Kimsəsiz “ruhlar şəhəri”- Gördüyünüz o yurd mənəm.
Bu gün doğum gününü qeyd edən Mehriban xanımın ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir
Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Prezident İlham Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban Əliyeva ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə sanballı töhfələr verir.
Mehriban xanım ictimai-siyasi həyatda, dönməz xarakter alan islahatlar prosesində fəal iştirakı, milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyəti, vətənpərvərliyi və xeyirxahlığı ilə milyonların sevimlisinə çevrilib. Haqlı olaraq onu Azərbaycan humanizminin simvolu adlandırırlar. Şəhid ailələrinə, qazilərə xüsusi diqqət, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi analıq qayğısı bunun bariz nümunələridir. Vətən müharibəsi zamanı ordumuza verdiyi mənəvi dəstək, milli həmrəyliyə xidmət edən çağırışları daim minnətdarlıq duyğuları ilə xatırlanır. Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.
AZƏRTAC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətinin əsas məqamlarına nəzər salır.
Azərbaycan xalqının böyük sevgisini qazanmış Mehriban xanım Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi bu gün onunla çiyin-çiyinə Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsində öncüllük edir. Onun Vətən və xalq qarşısında daha bir önəmli xidməti Ulu Öndərin ideyalarının həyata keçirilməsi sahəsində göstərdiyi aramsız səylər və çoxsaylı layihələrdir. Sərhəd tanımayan xeyirxahlığı, nəcibliyi birinci xanım Mehriban Əliyevaya təkcə Azərbaycanda deyil, yaxın və uzaq xaricdə tükənməz məhəbbət qazandırıb. O, həmçinin Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır.
Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının reallaşdırılmasında, bu dahi insanın zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması bilavasitə Heydər Əliyev Fondunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. Fond Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması istiqamətində də fəal iştirak edib və edir.
Mehriban xanım, həmçinin beynəlxalq sülh, təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi, tarixi mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə böyük töhfələr verir. Artıq 20 ildir ki, Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün yorulmadan fəaliyyət göstərir. Onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu mədəni landşaftı”, eyni zamanda, Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınıb. Eyni zamanda, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Mehriban xanımın o vaxt dediyi sözlər yada düşür: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.
Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu, sözün əsl mənasında, Vətənə və xalqa xidmət nümunəsidir.
Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Təsadüfi deyil ki, yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.
Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.
Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, Şuşada möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. Eyni zamanda, Mehriban xanımın təşəbbüsü olan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib.
Əhalinin sağlamlığı məsələsi də Mehriban Əliyevanın daim xüsusi diqqət göstərdiyi sahələrdəndir. Onun təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu çərçivədə Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub.
Azərbaycanın birinci xanımının tapşırığına əsasən aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu bu istiqamətdə də mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Mehriban xanım Əliyeva özünün xeyriyyəçilik fəaliyyəti ilə gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Artıq ictimai həyatımızda xüsusi yer tutan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etməkdə və genişlənməkdədir.
Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində Mehriban xanımın təşəbbüsü ilə məqsədyönlü iş aparılır. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin gedişində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələri ucaldılıb.
Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, Formula 1, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxardı. Respublikamızda bu mötəbər beynəlxalq tədbirlərin möhtəşəm təşkili hətta inkişaf etmiş ölkələri heyran qoydu. Təsadüfi deyil ki, Mehriban xanım idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalına layiq görülüb.
Birinci xanımın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq yaxın və uzaq xaricdə geniş əks-səda doğurur. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda, Fransa, Pakistan, Bosniya və Herseqovina, Misir, Hindistan və digər ölkələrdə bir sıra önəmli layihələr icra edib.
Mehriban Əliyevanın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, eləcə də “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı… Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.
Mehriban xanım xalqın sevgisi, etimadı ilə öz ömür kitabını yazmaqda davam edir, onu ildən-ilə yeni parlaq və mənalı səhifələrlə zənginləşdirir.
Bu ilin birinci yarısında qoruqları 305 min 376 nəfər ziyarət edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 201 min 138 nəfər və yaxud 52 faiz artım deməkdir. Qoruqlara gedənlərin 218 min 967 nəfəri xarici ziyarətçidir. Bu da ötənilki göstəricilərlə müqayisədə 78 faiz çoxdur.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Agentlikdən onu da bildiriblər ki, ölkəmizin kifayət qədər mədəni turizm potensialı var. Azərbaycana üz tutan turistlər ölkədə mövcud olan bütün turizm məhsullarından istifadə etmək arzusundadırlar. Buraya sağlamlıq, dağ, mətbəx, mədəni turizmlər və digər səyahət növləri daxildir. Tarixi abidələri və qoruqları görməyə gedən turist qrupları ölkə tarixi ilə yaxından tanış olur, mədəniyyətimiz barədə bilgilər əldə edirlər.
Müşahidələr göstərir ki, turistlər tarixi abidələrlə daha yaxından maraqlanırlar. Bakı, Şəki, Qəbələ və işğaldan azad edilmiş rayonlarımızda mövcud abidələri mədəni turizm marşrutları kimi gələn turistlərə düzgün təqdim etməklə, ölkəmizin tarixini, mədəniyyətini təbliğ edilir. Ölkəmizdəki abidələrdən turizm məqsədi üçün lazımi səviyyədə istifadə edilməsi də daha çox turist axınına səbəb ola bilər.
Türk Mədəniyyəti və İrsi Fondunun 12 yaşı tamam oldu. Türk dünyagörüşünə görə, 12 illik “muşol jas” dövrü yenilənmə simvolu deməkdir.
AZƏRTAC xəbər verir ki, Fond fəaliyyət göstərdiyi 12 il ərzində Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, TÜRKPA, Türk İnvestisiya Fondu kimi təşkilatlar ilə əməkdaşlıq edərək əhəmiyyətli uğurlar qazanıb, türk xalqlarının zəngin mədəniyyəti və irsinin öyrənilməsi və təbliği istiqamətində bir çox layihələr həyata keçirib, Türk dünyasında olan mövcud mədəni əlaqələri daha da möhkəmləndirib. Fond bundan sonra da bu mühüm missiyanı davam etdirəcək, Türk dünyasının maddi və mənəvi dəyərlərinin qorunması və təbliği üçün birgə işlər həyata keçirəcək.
Xatırladaq ki, 2012-ci il avqustun 23-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Şurasının Sammitində türk dövlətlərinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət başçılarının qərarı ilə Azərbaycanın paytaxtı Bakı şəhərində Türk Mədəniyyəti və İrsi Fondu təsis edilib.
Ümumdünya Poçt İttifaqı Azərbaycanın ilk peşəkar qadın rəssamı Vəcihə Səmədovaya həsr olunan poçt bloku ilə bağlı paylaşım edib. “Azərpoçt” tərəfindən hazırlanmış poçt markası Vəcihə Səmədovanın 100 iliyinə həsr edilib. Paylaşım İttifaqın “She Stamps” layihəsi çərçivəsində həyata keçirilib.
“Azərpoçt”dan AZƏRTAC-a bildirilib ki, blokun üzərində rəssamın portreti və rəsm əsərləri təsvir olunub.
Azərbaycanın Əməkdar incəsənət xadimi Vəcihə Səmədova 1924-cü ildə anadan olub. Görkəmli Azərbaycan rəssamı ölkəmizin təsviri sənət tarixində öz layiqli dəsti-xətti və yaradıcılıq manerası ilə seçilən sənətkarlarımızdandır.
Qısa ömür yaşayan və fitri istedada malik olan Vəcihə Səmədovanın fərdi sərgiləri dəfələrlə Bakı, Moskva, Sofiya və digər şəhərlərdə uğurla nümayiş etdirilib. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub.
Vəcihə Səmədova 1965-ci ildə vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu onun adını daşıyır.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Heç düşündünüzmü indiyədək, “ədəbiyyat nəyə lazımdır?” deyə? Hə, nəyimizə lazımdır? Yaşadıqlarımız bizə bəs etmirmi ki, bir də onun bədii əksi girib həyatımıza? “Kitabsevər” sözü elə-belə yaranmayıb, kitabı sevənlə sevməyənin fərqini anlamağımız üçündür. Kitabı sevməyənlər… Onlar belə, ədəbiyyatsız yaşamır. Baxdıqları filmlərin içində mütləq ki, hansısa əsər əsasında çəkiləni var, dinlədikləri mahnıların sözlərini bir şair yazır… Başqa sözlə, ədəbiyyat qapısından qovulduğu insan ömrünə bacadan girir. Özü də, hünərlə! Niyə? Çünki yaşadıqlarımız kitaba sığır da, dünyanın bütün kitabları həyatımıza sığmır. “Dünyanın bütün kitabları” deyərkən hələ yazılmamış olanları da nəzərdə tuturam. Və də yazılanları, hələ çap olunmayanları…
Əli Rzazadə “Cənab leytenant” romanına şəhid Teymur Abbasovun həyatını sığdırmağa çalışıb. Amma bu roman Teymurun yarımçıq qalan həyatına sığmır…Kitabda müəllifin öz hisslərindən, xatirələrindən başqa, illərlə qisas yanğısı ilə yanan bir xalqın əzmi, Vətən sevdası var. Yarımömürə sığarmı bu boyda dəyər?!
Yarımömür yaşadı Teymur Abbasov… Və qalxdı fövqəlliyə. Əli Rzazadə kitabının əvvəlində Teymur Abbasovun timsalında bütün şəhidlərimizə olan ehtiramını aşağıdakı cümlələrdə dilə gətirir:
“…Onlar… Fövqəlinsanlar… Adları dilə gəlincə bizi ehtiramla ayağa qaldıran, damarımızda kədərli bir qüruru coşduran, xatirələrinə sarılaraq kədərimizə təsəlli tapmağımıza səbəb olan ŞƏHİDLƏR!”
Şəhidlərdən bizə qalan əmanətin bir Vətən, bir də xatirələr olduğunu qeyd edən yazıçımız “Cənab leytenant”ı yazmaq səbəbini də səmimiyyətlə açıqlayır: “Sadəcə, Teymuru anlatmaq, ondan danışmaq istəyirəm, vəssalam…”
“Vətən müharibəsi”nin ilk günlərində sosial şəbəkədə yayılan bir video yadınızdadır yəqin. Dəmir barmaqlıqlardan ibarət hasarın arxasından əllərini uzadıb balalarının başını sığallayan, onların üzündən öpən hərbiçinin gülərüz çöhrəsi o videonu izləyənlərin ürəyində ziddiyyətli duyğular oyatmışdı. Kimisi bu ata sevgisi qarşısında heyrətə düşmüş, kimisi də atalarına sarı balaca əllərini uzadan oğlanlara baxıb qürrələnmiş, gələcəyə olan ümidləri qanadlanmışdı: “Qurddan olan qurd olar!” Və hamı o hərbiçinin cəbhəyə sağ gedib-salamat qayıtmasını diləmişdi. Deyirlər, kainata eyni anda bir neçə adam tərəfindən göndərilən diləklər gül açır. İnanıram. Hələ də arxeologiya qədim insanların mərasim yerlərini, qədim məbədlərini aşkar etməkdədir… Deməli, insan lap əvvəldən kainatla yaşam arasındakı körpünün siluetini görmüşdü düşüncə/inanc dumanının arxasında…
“Bəs niyə o sevgi dolu ata-Teymur Abbasov ilə bağlı “sağ gedib-salamat qayıtsın” alqışı kainata çatmadı?”-deyə sual verənlər olar. O diləklər də kainata çatdı, bəli. Amma o diləklər Teymurun ürəyindəki “Vətən naminə ölərəm!” arzusunun kölgəsində qaldı. Teymurun özünü Vətənə qurban deməsi ona can sağlığı arzulayanların səmimiyyətindən daha qudsal idi!
Bu qənaətə gəlməyimin, əminliyimin səbəbi Əli Rzazadənin Teymuru hamımıza tanıtmasıdır-yazıçı ustalığıdır. Təxəyyül məhsulu olan obrazı işləmək daha asandır, onu oxucuya necə istəsən, o cür də təqdim edə bilərsən. Yaxud obrazı elə sirlərin ahəngində təqdim edərsən ki, onun kimliyi haqqında oxucu özü qərar vermək məcburiyyətində qalar. Əli Rzazadə dost itkisinin ağrısını-acısını büküb, ruhunun bir küncünə qoyub, ədəbi ustalığına sığınaraq Teymuru necə varsa elə-olduğu kimi anladıb. Real obrazı ədəbi qəhrəmana çevirməyin bir çətinliyi də ondan ibarətdir ki, təxəyyülünün hücumunun qarşısına məntiqin aydınlığı ilə sədd çəkməlisən. Əbədiyyət, insan-düşüncə tənliyinin həlli, cəmiyyət və kitab məsələlərində yazıçı ustalığını incəliklərinədək gördüyümüz “Cənab leytenant” romanında Teymurun iştirak etdiyi epizodlarda qalib Əli Rzazadənin məntiqidir: “…Vətən eşqiylə qəlbi tutuşan oğul idi Teymur”. Başqa sözə, heç bir bədii təsvirə, mübaliğəyə gərək yoxdur-oxucu artıq Teymurun kim olduğunu bilir!
Romanda ən diqqətçəkən məqamlardan biri də Xocalının səsini eşidən dostların keçirtdiyi hisslərdir. O səs ki, Böyük Zəfərimiz belə, o səsi unutdura bilmədi; təsəlli oldu… O səs ki, Böyük Zəfərdən bəhs edən bütün mahnıların sədası altında hər bir azərbaycanlının zehninin içində mövcudluğunu bir daha hayqırır… Bu gün Xocalı çiçəklənir. Amma hamımız bilirik ki, o çiçəklərin bitdiyi torpaq qana doyub. Məncə, heç bir azərbaycanlı Xocalıda gül dərməyə qıymaz… Əli müəllimin təbirincə, “ağrı da xatirədir, həm də, ən qudsalından!”
“Dağ dağa rast gəlməz, insan insana rast gələr” deyib ulularımız. Rast gəldiklərimizin hamısı yadımızda qalmır, ömrümüzdə iz qoymur, ya da biz qoyulan izin fərqində olmuruq. O adamlara “Tanrı bizi rast saldı” deyirik ki, ömrümüzdəki izləri tarixin ta əvvəlindən mövcud olub. Hə, tale yazılanda kimin harada kimin ömrünə gərək olduğu da qeyd olunur. Və biz yalnız yaşayaraq gəlib çatırıq bu hikmətin özəyinə. Əli Rzazadə romanın bir yerində Teymuru “yaradılışın ta əvvəlindən tanıdığını” deyir. Əlavə edir: “Yaradan onu ömürlərə toxunmaq, hamının əlçatanı, ünyetəni olmaq üçün yaratmışdı”.
İki gəncin köhnə kitablar satılan yerdə rastlaşması, bir-birinin fikir dənizində qəvvasa çevrilməsi də tale işidir. O tale ki, lap əzəldən Teymurun şəhid olacağı, Əli Rzazadənin də şəhid dostu haqqında roman yazacağı həkk olunmuşdu alnına… Və şəhadət şərəfinin nəsib olduğu insana kainatın bunu müxtəlif işarətlərlə anlatmaq forması var romanda. Məsələn; bir qadının Teymura etdiyi alqış: “Allah səni şərəfləndirsin, oğlum!”
Kitabdan oxuyuruq ki, Teymur ömür-gün yoldaşına, Cəfər Cabbarlının təbirincə, Sonasına mesaj yazır ki:“Bağışla, mən Vətəni seçdim”. Oxuyuruq… Əvvəl bir təbəssüm qonur dodaqlarımızın ucuna, sonra düşmən gülləsinə qurban gedən dağ vüqarlı bir oğulun göynəyi baş qaldırır sinəmizdə, lap sonda da Sona Abbasovanın gülümsər çöhrəsi gəlir gözümüzün önünə… Təbəssümümüz göynəyimizə, göynəyimiz təbəssümümüzə təsəlli verir: “Sona xanım Teymuru ilk gördüyü, könlünü verdiyi gün bağışlamışdı Vətənə…”
“Cənab leytenant” romanının redaktə prosesini heç zaman unutmayacağam… Əli müəllimin bütün əsərlərində -janrından asılı olmayaraq,-mənəvi arınma var. Hərdən bir romanın, yaxud bir essenin redaktəsi üçün zehnimdəki “qırx qapıdan birinin açılmasını” gözləyəndə kainata üz tutur, deyirəm: “Nolaydı, Əli müəllim bir hekayə göndərəydi redaktəyə, işə onunla başlayaydım, mənən arınaydım, sonra keçəydim növbəti iş mərhələsinə…” Hə, Əli müəllimin redaktoru olduğum bütün əsərlərinin ruhumda izi var. “Cənab leytenant”ın izində isə aliliklə yanaşı, dünyanın, hətta kainatın belə, Vətəndən kiçik olması nüansı var ki, unudulmaz!
Getdikcə qloballaşan dünyada multikulturalizm anlayışı siyasi və sosial diskursun mərkəzinə çevrilmiş, müxtəlifliyin və qloballaşmanın müəyyən etdiyi bir dövrdə multikulturalizm anlayışı bütün dünya cəmiyyətlərində əsas prinsip kimi meydana çıxmışdır. Bu sahədə ən nüfuzlu müasir filosoflardan biri multikultural vətəndaşlıq mövzusundakı işi liberal demokratiyalar daxilində azlıq qruplarının hüquqları və inteqrasiyası haqqında dərin fikirlər təklif edən Vill Kimlikadır. Görkəmli Kanada siyasi filosofu Vill Kimlika multikulturalizmin dərk edilməsinə, multikultural vətəndaşlıq nəzəriyyəsi vasitəsilə mühüm töhfələr vermişdir. Kimlikanın “Multikultural vətəndaşlıq” əsəri müxtəlif cəmiyyətlərin birlik və sosial birlik hissini qoruyarkən mədəni plüralizmin mürəkkəbliklərində necə hərəkət edə biləcəyinə, müxtəlif mədəni cəmiyyətlər daxilində fərdlərin hüquqlarına, statuslarına və şəxsiyyətlərinə dair dəyərli fikirlər təqdim edir. Mədəni müxtəliflikləri homogenləşdirən assimilyasiyaçı yanaşmanın əksinə olaraq, Kimlika ictimai sahədə müxtəlif mədəni təcrübələrə, dillərə və kimliklərə hörmət edən və onlara uyğunlaşan multikultural vətəndaşlıq formasını müdafiə edir. Onun fəlsəfəsinin mərkəzində mədəni üzvlüyün fərdi şəxsiyyətin və rifahın mühüm mənbəyi olması fikri dayanır. Kimlika iddia edir ki, fərdlər dominant mədəniyyətə uyğunlaşmaq üçün ayrı-seçkilik və ya məcburiyyətlə üzləşmədən öz mədəni irsini qorumaq, ifadə etmək və ötürmək hüququna malik olmalıdırlar. Ənənəvi liberal nəzəriyyələr çox vaxt fərdi şəxsiyyətlərin formalaşmasında mədəniyyətin əhəmiyyətini laqeyd edir. O, qrup hüquqlarının müdafiəsi olmadan fərdlərin öz şəxsiyyətlərini ifadə etmək və həyata keçirmək qabiliyyətinə ciddi şəkildə mane ola biləcəyini iddia etməklə qrup hüquqlarının klassik liberal tənqidinə qarşı çıxır. Məsələn, dilin qorunması və dini təcrübələr hüquqi tanınma və dəstək tələb edən mədəni kimliyin vacib komponentləridir. Liberalizmin bu şəkildə yenidən nəzərdən keçirilməsi vətəndaşlıq haqqında daha geniş bir anlayışa gətirib çıxarır. Onun fikrincə, dövlət multikultural vətəndaşlığın asanlaşdırılmasında həlledici rol oynayır. Kimlika ictimai sferanın inteqrasiyasının, onların görmə qabiliyyətinin və iştirakının artırılmasının tərəfdarıdır. Bu, dil hüquqları, müxtəlif tarixləri və perspektivləri əks etdirən təhsil kurikulumları və mədəni ifadələrin hüquqi müdafiəsi şəklində ola bilər. Kimlika azlıq qruplarına dil, təhsil və özünüidarə ilə bağlı məsələlərdə müəyyən dərəcədə muxtariyyətə malik olmağa imkan verən “polietnik hüquqlar” üçün iddia qaldırır. Bu hüquqlar liberal demokratik çərçivədə azlıq icmalarının mədəni fərqliliyini və kollektiv çiçəklənməsini qorumaq üçün vacib hesab olunur. Əsərdəki əsas arqumentlərin mühüm aspekti inteqrasiya və assimilyasiya arasındakı fərqdir. Assimilyasiya azlıq qruplarının dominant mədəniyyətə uyğun olmasını tələb etdiyi halda, inteqrasiya birgə yaşayışı və qarşılıqlı hörməti təşviq edir. Kimlikanın fikrincə, sağlam multikultural demokratiya azlıq qruplarının öz mədəni kimliklərini qoruyub saxladıqları və eyni zamanda millətin vətəndaş həyatında tam şəkildə iştirak etdikləri bir tarazlıq tələb edir. Bu baxış sosial harmoniyaya kömək edir və müxtəlifliyi milli sərvət kimi qeyd edir. Kimlikanın fəlsəfəsi fərdi hüquq və azadlıqları vurğulayan liberal prinsiplərə əsaslanır. O, iddia edir ki, multikulturalizmə təkcə ictimai çağırış kimi deyil, demokratik həyatı zənginləşdirmək üçün bir fürsət kimi baxmaq lazımdır. Kimlika azlıq qruplarının iki kateqoriyasını fərqləndirir: milli azlıqlar (məsələn, yerli xalqlar) və etnik qruplar (immiqrantlar və onların törəmələri). Onun təhlili müxtəlif mədəni qrupların vətəndaşlıq və onlara təqdim edilməli olan müvafiq hüquqları necə təcrübədən keçirməsi ilə bağlı incəlikli anlayışı əks etdirir. Kimlika fəlsəfəsinin əsasını multikultural cəmiyyətlərdə fərdlərin ayrı-seçkilik və ya marginallaşma ilə üzləşmədən öz mədəni kimliklərini qoruyub ifadə edə bilməsi ideyası təşkil edir. Mədəni müxtəlifliyin bölünmə və ya münaqişə mənbəyi kimi deyil, cəmiyyəti zənginləşdirən dəyərli sərvət kimi tanınmalı olduğu fikrində olan Kimlika, eyni zamanda azlıqların eyni zamanda öz mədəni irsini qoruyarkən millətin sosial, siyasi və iqtisadi həyatında tam iştirak etməsinə imkan verən bir çərçivə yaratmağın vacibliyini vurğulayır. Onun fikrincə, liberal demokratik dövlətlər həqiqi ədalət və bərabərliyə nail olmaq üçün azlıq qruplarının fərqli mədəni kimliklərini tanımalı və onlara uyğun gəlməlidir.”Multikultural vətəndaşlıq” nəzəriyyəsinin əsasını azlıqların hüquqları anlayışı təşkil edir. O, fərdi hüquqlar və qrup hüquqları arasında fərq qoyur və bildirir ki, azlıqların üzvləri daha böyük cəmiyyət daxilində öz mədəni təcrübələrini, institutlarını saxlamaq hüququna malik olmalıdırlar. Qrup hüquqlarının qorunması mədəni mənşəyindən asılı olmayaraq bütün şəxslərin bərabər iştirakını və tam vətəndaşlığını təmin etmək üçün vacibdir. Kimlikanın nəzəriyyəsinin əsas aspektlərindən biri dil hüquqlarına vurğu və azlıqların dillərinin multikultural cəmiyyətin ayrılmaz hissəsi kimi tanınmasıdır. O, təklif edir ki, azlıq qruplarına dil hüquqlarının verilməsi təkcə mədəni müxtəlifliyi deyil, həm də sosial inteqrasiya və birliyi təşviq edir. Bundan əlavə, Kimlika yerli xalqlar üçün özünüidarə konsepsiyasını müdafiə edərək, onların öz işlərini idarə etmək və daha geniş siyasi çərçivədə mədəni ənənələrini qorumaq hüququna malik olmalarını vurğulayır. Əsərin əsas töhfələrindən biri onun multikultural vətəndaşlıq kontekstində fərdi hüquqlar və qrup hüquqları arasında fərq qoymasıdır. Liberal demokratiyalar ənənəvi olaraq fərdi hüquqların qorunmasını vurğulasa da, Kimlika azlıqların mədəniyyətlərinin cəmiyyət daxilində tam iştirakını və bərabərliyini təmin etmək üçün müəyyən qrup əsaslı hüquqların zəruri olduğunu müdafiə edir. Əsər fərdi muxtariyyətin liberal prinsipinə əsaslanır. O, fərdlərin həyatları ilə bağlı mənalı seçimlər etmək üçün öz mədəni irsinə çıxışa ehtiyacı olduğunu iddia edir. Ona görə, mədəni hüquqların qorunması təkcə mədəni müxtəlifliyin qorunması deyil, həm də fərdlərin muxtar və mənalı həyat sürməsinə imkan yaratmaqdır. Bu, onun azlıq hüquqlarını iki kateqoriyaya təsnif etməsinə gətirib çıxarır: daxili (qrupa xas hüquqlar) və xarici (özünüidarəetmə hüquqları). Daxili hüquqlar qruplara öz mədəniyyətlərini sərbəst şəkildə həyata keçirməyə imkan verir, xarici hüquqlar isə onlara müəyyən dərəcədə siyasi muxtariyyətə malik olmağa imkan verir. Kimlika multikulturalizmin asanlaşdırılmasında dövlətin rolunu vurğulayır. O, iddia edir ki, dövlətlər təkcə azlıq qruplarının hüquqlarını qoruyan deyil, həm də mədəni müxtəlifliyi fəal şəkildə təşviq edən siyasət həyata keçirməlidir. Buraya dil hüquqları, siyasi institutlarda təmsilçilik və mədəni fəaliyyətlərin dövlət tərəfindən maliyyələşdirilməsi daxildir. Bununla dövlət müxtəlif mədəniyyətlərin sosial quruluşa verdiyi töhfələri etiraf edir və sosial birliyi gücləndirir. Bundan əlavə, Kimlika multikulturalizmin sosial birliyi pozduğu anlayışına qarşı çıxır. Onun fikrincə, həqiqi multikultural cəmiyyət müxtəlif şəxsiyyətlərin harmonik şəkildə birlikdə mövcud olduğu daha zəngin mənsubiyyət və icma hissini inkişaf etdirə bilər. Kimlikanın sosial ədaləti müdafiə edərkən fərdi azadlıqlara üstünlük verən daha geniş liberal çərçivəsi ilə üst-üstə düşür. Əsərin ictimai strukturlar və siyasətlər üçün dərin təsiri var. Bu, immiqrasiya siyasətlərinin, təhsil kurikulumlarının və sosial inteqrasiya təcrübələrinin yenidən qiymətləndirilməsinə təkan verir. Onun nəzəriyyəsi cəmiyyətləri azlıqların mədəniyyətlərinə hörmət edildiyi və dəstəkləndiyi inklüziv mühit yaratmağa təşviq edir. Məsələn, təhsil sistemləri müxtəlif mədəniyyət tarixlərini və perspektivlərini əks etdirən, müxtəlif qruplar arasında qarşılıqlı hörmət və anlaşmanı gücləndirməyə kömək edən kurrikulumdan faydalana bilər. Bundan əlavə, Kimlikanın fəlsəfəsi vətəndaş dialoqunun və demokratik iştirakın vacibliyini vurğulayır. O hesab edir ki, azlıq qruplarının qərar qəbul etmə proseslərinə cəlb edilməsi onlara nəinki güc verir, həm də siyasi diskursu zənginləşdirir. Əsərdəki əsas anlayışlardan biri, bir çox müasir cəmiyyətlərin çoxsaylı milli, etnik və mədəni qruplardan ibarət olduğunu qəbul edən “çoxmillətli vətəndaşlıq” ideyasıdır. Kimlika iddia edir ki, bu qruplar daha böyük siyasi icma daxilində öz müqəddəratını təyin etmək hüququna, o cümlədən mədəni və təhsil məsələlərində muxtariyyət hüququna malikdir. Bu yanaşma mədəni müxtəlifliyin və mədəni hüquqların əhəmiyyətinin tanınması ilə sosial birlik və siyasi sabitlik ehtiyacını balanslaşdırmağa çalışır. Kimlikanın əsərindəki əsas müzakirələrdən biri multikultural cəmiyyətlərdə fərdi hüquqlar və qrup hüquqları arasında tarazlıq ətrafında fırlanır. Kimlika liberal demokratiyaların təməl daşı kimi fərdi hüquqların vacibliyini qəbul etsə də, o, mədəni kimlikləri qorumaq və təcrid olunmuş icmalar üçün sosial ədaləti təmin etmək üçün kollektiv dil hüquqları və ya yerli xalqlar üçün özünüidarəetmə kimi müəyyən qrup hüquqlarının zəruri ola biləcəyini müdafiə edir. Hüquqlara bu nüanslı yanaşma müxtəlif cəmiyyətlərdə fərdi muxtariyyət və qrup maraqları arasında mürəkkəb qarşılıqlı əlaqəni tanıyır. Kimlika fəlsəfəsinin təməl daşı qruplar tərəfindən diferensiallaşdırılmış hüquqlar konsepsiyasıdır. Əsərdə iki növ azlıqları fərqləndirilir: milli azlıqlar və immiqrant qrupları. Yerli xalqlar və ya fərqli mədəniyyətlərə malik tarixi icmalar (məsələn, Kanadada Kvebeka) kimi milli azlıqlar öz unikal mədəni kimliklərini qorumaq üçün özünüidarəetmə hüquqlarını tələb edirlər. Bu hüquqlara ərazi muxtariyyəti və onların mədəniyyətinə təsir edən məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti daxil ola bilər. Digər tərəfdən, immiqrant qrupları, bir qayda olaraq, mədəni irslərinin aspektlərini qoruyaraq daha geniş cəmiyyətə inteqrasiya etməyə çalışırlar. Bu qruplar üçün Kimlika polietnik hüquqları,o cümlədən dil hüquqları, dini yerləşdirmə və mədəni təşkilatlara dəstəyi müdafiə edir. Bu tədbirlər immiqrantların mədəni kimliklərini tərk etmədən cəmiyyətdə tam iştirak etmələrini təmin etməyə kömək məqsədi daşıyır. Kimlika mədəni hüquqlarla bağlı işindən əlavə, multikultural cəmiyyətlərdə sosial ədalət və bərabərliyin vacibliyini də vurğulayır və iddia edir ki, azlıq qruplarının cəmiyyətdə tam şəkildə iştirakını, bərabər imkanlardan istifadə etməsini təmin etmək üçün mədəni tanınma, maddi resurslar və siyasi güclə müşayiət olunmalıdır. Kimlikanın yanaşması yalnız hüquqi statusa əsaslanan ənənəvi vətəndaşlıq anlayışlarına meydan oxuyur və bunun əvəzinə mədəni müxtəlifliyi özündə cəmləşdirən inklüziv və iştirakçı vətəndaşlıq formalarına ehtiyacı da müdafiə edir. Kimlikanın multikultural vətəndaşlıq nəzəriyyəsi mədəni üzvlük və milli kimliyin dinamikasını da araşdırır. Onun fikrincə, fərdlər öz mədəni mənsubiyyətlərini seçmək və bərabər vətəndaşlar statusuna xələl gətirmədən çoxsaylı mədəni icmalarda iştirak etmək hüququna malik olmalıdırlar. Müxtəlif mədəni fonları özündə cəmləşdirən vətəndaşlıq vizyonunu təşviq etməklə, o fərdlərin ümumi vətəndaş dəyərlərini qoruyarkən öz şəxsiyyətlərini sərbəst ifadə edə bildiyi daha inklüziv və vahid cəmiyyəti inkişaf etdirməyə çalışır. Kimlikanın yanaşması mədəni müxtəlifliyə hörmətin liberal demokratik prinsiplərə uyğun olduğunu vurğulayaraq liberalizmi mədəni plüralizmlə uzlaşdırır. O, mədəni hüquqların fərdi hüquqlara xələl gətirmədiyini, əksinə fərdi muxtariyyət üçün lazımi kontekst təmin etməklə onları dəstəklədiyini müdafiə edir. Bununla belə, Kimlika mədəni hüquqlara da məhdudiyyətlər qoyur və təkid edir ki, onlar fərdlərin əsas hüquqlarını və ya dövlətin demokratik çərçivəsini pozmamalıdır. Nəzəri cəlbediciliyinə baxmayaraq, əsər xeyli müzakirələrə və tənqidlərə səbəb olmuşdur. Bəzi tənqidçilər iddia edirlər ki, qruplar tərəfindən differensiallaşdırılmış hüquqlar ayrılıqları gücləndirə, fərdi hüquqların pozulması praktikasını bəhanə edə biləcək bir mədəni relativizm formasını davam etdirə, mədəni qrupların hüquqlarına vurğu etmək istər-istəməz mədəniyyətin əsasçı anlayışlarını davam etdirə və fərdi muxtariyyətə xələl gətirə bilər. Digərləri onun milli azlıqlar və immiqrant qrupları arasındakı fərqinin həddən artıq bəsit olduğunu və müasir multikultural cəmiyyətlərin mürəkkəbliklərini nəzərə almadığını iddia edir, mədəniyyətlərin potensial mahiyyətcələşdirilməsi və fərdi hüquqlar üzərində müəyyən qrup hüquqlarına üstünlük verilməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. ideyalarının praktikada, xüsusən də çox müxtəlif və bölünmüş cəmiyyətlərdə həyata keçirilməsinin mümkünlüyünü şübhə altına alırlar. Bundan əlavə, multikultural siyasətlərin praktiki həyata keçirilməsi tez-tez müxtəlif mədəni qruplar arasında siyasi müqavimət və sosial-iqtisadi bərabərsizliklər də daxil olmaqla maneələrlə qarşılaşır. Kimlika bu çağırışları qəbul edir və davamlı dialoq və danışıqlara ehtiyac olduğunu vurğulayaraq multikultural siyasətlərin dəyişən sosial dinamikaya uyğunlaşmasını tələb edir. Bu tənqidlərə baxmayaraq, əsər mədəniyyət, şəxsiyyət və vətəndaşlığın mürəkkəb kəsişmələri haqqında mühüm müzakirələrə səbəb olmuşdur və indi də multikulturalizm, azlıqların hüquqları və vətəndaşlıq mövzusunda müzakirələri formalaşdırmağa davam edir. Onun mədəni müxtəlifliyin və liberal demokratiyanın uyğunluğuna dair təkidləri 21-ci əsrdə multikultural vətəndaşlığın problemlərinin həlli üçün möhkəm çərçivə təklif edir. Kimlikanın ideyaları şəxsiyyət, inklüzivlik və təmsil məsələlərinin daim mövcud olduğu müasir multikultural cəmiyyətlərdə əhəmiyyətli dərəcədə aktualdır. Onun qrup hüquqlarının tanınması və dəstəklənməsinə vurğu etməsi ədalətli rəftar və müxtəlif mədəni kimliklərin tanınması tələbinin artması ilə üst-üstə düşür. Mədəni fərqliliyi itirmədən inteqrasiyanı prioritetləşdirməklə, cəmiyyətlər fərdi azadlıqlar və kollektiv kimlikləri əhatə edən inklüziv çərçivələrin qurulması istiqamətində işləyə bilərlər. Bundan əlavə, Kimlikanın yanaşması müxtəlif mədəni qruplar arasında anlaşma və qəbulun gücləndirilməsində təhsilin vacibliyini vurğulayır. Cəmiyyətin plüralist təbiətini əks etdirən təhsil sistemləri qarşılıqlı hörmət və əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər. “Multikultural vətəndaşlıq” əsəri müxtəlif mədəni cəmiyyətlərdə vətəndaşlığı yenidən təsəvvür etmək üçün cəlbedici çərçivə təklif edərək liberal demokratiyalar daxilində mədəni müxtəlifliyin yerləşdirilməsi üçün cəlbedici bir baxış vurğulayır. Qruplar tərəfindən diferensiallaşdırılmış hüquqları müdafiə edərək və fərdi muxtariyyət üçün mədəni üzvlüyün vacibliyini vurğulayaraq, Kimlika mədəni plüralizmin tələblərini liberal demokratiya prinsipləri ilə balanslaşdırmağa çalışan azlıqların hüquqlarına nüanslı bir yanaşma təklif edir. Onun işi daha inklüziv və ədalətli cəmiyyətlər üçün səy göstərən siyasətçiləri, alimləri və fəalları ruhlandırmağa və onlara meydan oxumağa davam edir. Cəmiyyətlər multikulturalizmin mürəkkəbliyi ilə mübarizə aparmağa davam etdikcə, onun fikirləri müxtəlif icmalarda yaşamağın çətinliklərini və imkanlarını idarə etmək üçün dəyərli bələdçilik edir. Dialoq, empatiya və inklüzivliyə sadiqlik vasitəsilə bütün vətəndaşlar üçün aidiyyət hissini aşılayaraq çoxşaxəli kimliklərini qeyd edən cəmiyyətlər yaratmaq mümkündür.
Fəlsəfə və folklor, çox vaxt fərqli səltənətlər kimi zəngin və dərin şəkildə bir-birinə qarışır. Hər iki sahə insan varlığına, etikasına və reallığın təbiətinə dair fikirlər təklif edir, baxmayaraq ki, onların metodları və ifadələri əhəmiyyətli dərəcədə fərqlidir.Mif əfsanələri və ənənəvi hekayələri əhatə edən folklor, icmaların paylaşılan dəyərlər qorxularını və istəklərini ifadə etdiyi bir mədəni kətan təqdim edir. Bunlar çox vaxt həyat və əxlaqla bağlı fundamental suallara cavab verən dərin fəlsəfi əsaslar daşıyır. Məsələn, Günəşə çox yaxın uçan İkarın nağılı, şöhrətpərəstlik və qürur mövzularını araşdırır, insan səylərinin hüdudları haqqında fəlsəfi müzakirələrlə səsləşir. Fəlsəfə həqiqət və hikmət axtarışında mürəkkəb ideyaları təsvir etmək üçün tez-tez folklordan istifadə edir, Qərb fəlsəfəsinin təməl daşı olan Platonun “Mağara” alleqoriyası mahiyyətcə qavrayış və reallıq haqqında dərin fikirlər çatdıran mifdir. Eynilə, Şərq filosofları da karma və maariflənmənin təbiəti kimi anlayışları aydınlaşdırmaq üçün çox vaxt folkloru ilə fəlsəfəni birləşdirmişlər. Fəlsəfə və folklor arasındakı qarşılıqlı əlaqə, hər birinin digər fəlsəfi fikirlərin tez-tez folklora nüfuz etməsində, nəsildən-nəslə ötürülən hekayələrin əxlaqi və etik quruluşunu incə şəkildə formalaşdırmaqda aydın görünür. Müxtəlif mədəniyyətlərin folklorunda rast gəlinən fəlsəfi düşüncələri nəzərdən keçirsək, Afrika miflərində “Hörümçək Anansinin nağılı” hiyləgər nağılları, məsələn, əxlaqın təbiəti və insan davranışı haqqında düşünməyə vadar edən hiyləgərlik, hiylə və ədalət mövzularını araşdırır, Türk folklorunda da ağac kultunun həyat ağacını, dünyanın və insanın varoluşunu sorğuladır. Fəlsəfə ilə folklor arasındakı bu sinerji müasir dövrdə də müşahidə oluna bilər. Rəssamlar və hekayəçilər müasir problemləri araşdırmaq üçün qədim miflərdən istifadə etməyə davam edirlər. Dinləyicilər tərəfindən rezonans doğuran müəyyən bir “folklor” albomu kimi, bu hekayələr zamansız duyğuları və universal həqiqətləri əks etdirir. Bu dinamik qarşılıqlı əlaqə vasitəsilə fəlsəfə və folklor kollektiv şəkildə insan təcrübəsi haqqında anlayışımızı zənginləşdirir. Onlar bizə xatırladırlar ki, müdriklik həm fəlsəfi tədqiqatın analitik ciddiliyində, həm də folklor ənənəsinin təxəyyül dərinliyində tapıla bilər. Nəhayət deyə bilərik ki, bu iki səltənətin birləşməsi sonsuz bir həqiqəti vurğulayır: miflər və ideyalar məna axtarışımız üçün vacibdir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” (Qarabağ bölməsi)
Bəzən nəsr, bəzən publisistika, amma mütləq ki bəzən də şeir. Mühacir şair Almaz İldırımın “Məlum bir zamanda, məhkum bir eldə. Allahım nə üçün şair doğuldum?”-şerinə cavab yazmışam bu şeiri… Ümid edirəm ki, bəyənərsiniz.
“Xalq düşməni” deyib təqib etdilər Nələr çəkmədi ki, bəlalı başı? Dərdini söylədi Araza, Kürə Xəzərə yetişdi qanlı göz yaşı
Dedi “dəfn edərsiz üzü vətənə” Onun Kəbəsiydi hər vətən daşı Adıtək ruhu da qalxdı göylərə Qürbətdə gömdülər bir Vətəndaşı
O Yanvar gecesi qan dənizində Əliyalın xalqımla birgə boğuldum Arxalı köpəklər cumdu elimə Mən də sənin kimi yurddan qovuldum
Şəhidlər can verib aldı hüriyyət Onların ruhutək mən azad oldum Azad məmləkətdə, azad bir eldə Allahım, nə yaxşı şair doğuldum!!!
R.M.Məcidovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Özünün yazdığı kimi, od üstündə doğulmuşdu. Ölümlər, sürgünlər, qadağalar, milli qırğınlar və milli əsarət görmüş nəslin nümayəndəsi idi Mirvarid Dilbazi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə qəfil erməni hücumları, Qırmızı ordunun işğalı, sinfi mübarizə adı altında həbslər, repressiya tufanı bu nəsildən də yan ötməmiş, onun zərif nümayəndəsi Mirvaridin yaddaşında dərin izlər buraxmışdı. Babası, dayıları Qazaxıstanda, Türkiyədə torpağa tapşırılmış, anası, nənəsi Bakıda dəfn olunmuşdu. Beləliklə, böyük bir ailənin üzvlərindən heç birinə mənsub olduqları Dilbazilər nəslinin doğma kəndində – Qazaxın Xanlıqlar (indiki Musaköy) kəndində öz ulu babalarının yatdıqları torpaqda uyumaq qismət olmadı.
AZƏRTAC xəbər verir ki, avqustun 19-u Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 112-ci ildönümü tamam olur.
Qazax rayonunun Xanlıqlar kəndində anadan olan Mədinə Paşa qızı Dilbazi atasını erkən itirdiyindən Daş Salahlıda babası Mustafa ağanın yanında böyüyüb. Əhatə olunduğu mühit onun şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərib. 1920-ci ildə Bakıda – darülmüəllimata daxil olan Mirvarid oranı bitirdikdən sonra Biləcəridəki onillik dəmir yolu məktəbində və digər məktəblərdə müəllim işləyib. Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil almış bu gənc qız Quba partiya məktəbində müəllim işləyib, sonra isə Bakıda “Şərq qadını” jurnalında fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.
Mirvarid Dilbazinin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci, “Bizim səsimiz” adlı ilk kitabı 1934-cü ildə nəşr edilib. Şairin “İlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Xatirələr aləmində”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə “Seçilmiş əsərləri”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, uşaqlar üçün “Nağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında” və digər kitabları çapdan çıxıb.
Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət” və digər poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Laylay”, “Azərbaycan elləri” şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.
Doğma Azərbaycanı qarış-qarış gəzmiş şair onun hər guşəsinin gözəlliyini dərindən duya-duya, mənəvi dünyasından keçirərək bədiiləşdirməyə nail olub. Təbiətən kəndə doğma hisslərlə bağlı olduğu üçün zəhmət adamlarının saf mənəviyyatını da ilhamla qələmə alıb. İkinci Dünya müharibəsi dövründə onun qəhrəmanı – sevgilisinin yolunu intizarla gözləyən gənc qız, körpə balasının taleyi üçün narahat ana, arxa cəbhədə çətinliyə qatlaşan mərd qadın olub. Daha çox lirik şair kimi tanınan və sevilən Mirvarid Dilbazinin lirik “mən”i sevən, səadətini saf, təmiz məhəbbətdə axtaran, etibar, sədaqət timsalı olan bir qadındır. Bu qəhrəman aşiqindən vəfasızlıq görəndə qürurunu itirmir, əyilmir. Mirvarid Dilbazinin poeziyasında analıq dünyasının rəngarəng məqamları dərin emosionallıqla verilib. Belə şeirlərdə həm ana və övlad duyğularının, həm də mehriban nənənin nəvaziş və qayğılarının bədii inikasına rast gəlinir. Ana olmağı əvəzsiz bir səadət bilən Mirvarid Dilbazi özü haqqında “Şair və ana – tale iki şahlıq tacını bəxş etmiş ona” yazıb. Eyni zamanda, “Kişi anası ol ana olanda”, – deyən şair gözəl insani keyfiyyətlərlə zəngin, təkcə valideynin deyil, xalqının da sabahında layiqli varis ola biləcək bir övlad böyütməyi, tərbiyə etməyi ən böyük analıq şərəfi sayıb.
Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq səciyyəvi lirik lövhələri yaradıb. Bu dövrdə şairin lirik “mən”i müdrik, qayğılı el anasıdır. Vətənin, xalqın taleyi ən ağrılı enişləri ilə onun varlığından keçərək şeirə çevrilir. Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.
Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.
Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!
– yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.
Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar mədəniyyət işçisi, Xalq şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
Süleyman Rəhimov Azərbaycan epopiyasının yaranması və inkişafında xüsusi mövqeyi olan qüdrətli söz ustalarındandır. Xalq şairi Səməd Vurğun yazıçını Azərbaycan nəsrinin yaddaşlarda qalan “uzaqgörən topu” hesab edərək demişdir: S.Rəhimov geniş müşahidə qabiliyyətinə, zəngin təcrübəyə, epik yazı manerasına malik olan böyük sənətkarın əsərlərində kənd həyatının təsviri əsas mövzulardan biri kimi geniş yer tutur. Onun əsərlərində iki cür kənd görürük, birincisi miskin görünüşə malik, haqsızlıqlarla dolu köhnə kənd, ikincisi isə inkişaf etmiş mədəni görkəmə iqtisadiyyata, yüksək ideyalar uğrunda mübarizə aparan insanlara, güclü texnikaya malik olan gur işıqlı kolxoz kəndini təsəvvürümüzdə canlandırırıq. Süleyman Rəhimov realist bir yazıçı kimi kənddə gedən sinfi mübarizəni, azadlıq mübarizəsini inandırıcı şəkildə təsvir etmişdir. Zülm və işgəncədən cana doymuş, mənlikləri alçaldılmış, təhqir edilmiş yoxsullar əl-ələ verərək işğalçılara qarşı mübarizə etmişlər. “Şamo”, “Ata və oğul”, “Aynalı” əsərlərində, “Ötən günlər dəftərindən” adlı hekayələr kitabında köhnə kəndin təsviri geniş şəkildə qələmə alınmışdır. “Şamo” dakı Şehli kəndinin təsvirində varlılarla kasıblar arasında ziddiyət aydın görürünür. Bu kənddə yaşayan varlılar dəbdəbəli həyat sürürlər, onlar ehtiyyacın nə olduğunu bilmədən yaşayırlar. Başqa bir tərəfdə isə yoxsulların qaranlıq daxmaları öz varlığından utanırmış kimi dərələrin küncünə, təpələrin yamacına sığınır. Bu yastı-yapalaq daxmalarda yaşayan insanlar bir parça çörəyə möhtac olurlar, onlar etiraz səslərini ucaltdıqda, söyülür, döyülür, təhqir edilirlər. Bu baxımdan müəllifin “Üzsüz qonaq”, “Muzdur əhvalatı”, “Mozalan kəndi”, “Xoruzlu dəsmal”, “Su ərizəsi” kimi hekayələri daha qabarıq şəkildə qələmə alınmışdır.
Yazıçı “Saçlı” romanında bu mübarizənin davamını, köhnə ictimai quruluşun tör-töküntüləri olan Zülmət və onun bandit dəstəsi, rayon icraiyyə komitəsi sədri kimi yüksək vəzifə tutan sinfi düşmən Qəşəm Sübhanverdizadə kimi ünsürlər azad kənd uğrunda mübarizəyə qarşı çıxırlar.Yeni qüvvələrin birgə səyi mübarizəsi nəticəsində Zülmət və Qəşəm kimiləri məhv edərək azad və mədəni kənd uğrunda apardıqları mübarizəyə nail olurlar. Uğrunda mübarizə apardıqları yeni kəndin gözəl və firavan həyatı inqilabdan əvvəlki kənddən fərqləndiyi kimi, onun insanları da hüquqsuz kəndlilərdən fərqlənirlər. Onlar cəmiyyət üçün insanların rifahı naminə xeyirxah işlərlə məşğul olurlar. Bu baxımdan ədibin “Yanan buludlar” adlı hekayə-oçerki xüsusilə diqqəti cəlb edir. Əsərdə Sovet hakimiyyəti illərində xalqımızın daim artan mədəni tələblərindən bəhs olunur. Hekayənin qəhrəmanı Nəbi kişi inkişafı düzgün başa düşən bir surət kimi verilmişdir. Nəbi kişi böyük bir kolxoza başçılıq edirdi. Onun sədr olduğu kolxoz zəngin həyatın canlı bir nümunəsidir. O, istəyir ki, insanlar daha çox işlərə qadir olsun, məhsul bolluğu yaratmaq uğrunda mübarizənin ön sırasında getsinlər. Müasir kənd mövzusunda yazılmış “Ağbulaq dağlarında” romanında yeni həyat, yeni ictimai münasibətlər xüsusi yer tutur. Əsərin qəhrəmanı Şiraslan Böyük Vətən müharibəsi cəbhələrində həlak olmuş atası kimi xeyirxah işlər görmək, xalqa xidmət etmək arzusu ilə yaşayır. “Qardaş qəbri”, “Mehman”, “Ana abidəsi” və bu kimi başqa əsərlərində Süleyman Rəhimov kənd həyatından sonuz bir məhəbbətlə söhbət açır. Süleyman Rəhimovun xalq həyatı ilə yaxından bağlılığı və yaratdığı obrazlar sözün həqiqi mənasında onun kənd həyatı ilə bağlılığından irəli gəlir. Geniş xalq həyatını, Azərbaycan zəhmətkeşlərinin xoşbəxt həyat uğrunda mübarizəsini inqilab illərində və quruculuq dövründə keçdiyi həyat yolunu göstərən bədii əsərlərimiz çoxluq təşkil edir. Ancaq xalq həyatının vüsəti, əzəməti və inkişafı haqqında danışanda Süleyman Rəhimovun əsərləri ön sırada gəlir. Onun əsərlərində xalq həyatını dərindən, istedadla, böyük yaradıcılıq əzmi ilə qələmə aldığını müşahidə edirik. Süleyman Rəhimov öz yaradıcılıq işini həmişə geniş ictimai fəaliyyətlə əlaqələndirmiş, bir yazıçı və vətəndaş kimi xalqımızın və partiyamızın qarşıya qoyduğu vəzifələri, sədaqətlə yerinə yetirmişdir. O, belə hesab etmişdir ki, “yazıçı harada, hansı şəraitdə olursa-olsun onun ürəyi yaradıcı sənətkar ürəyi olaraq çırpınmalıdır. Bu çırpıntı olaraq qalmamalı, ötüb keçməməlidir. O, əməklə, qələmlə, kağızla birləşməli, yüksək bədii məhsulunu verməlidir”! Yaradıcılıq işini ictimai fəaliyyətdən ayrı təsəvvür etməyən sənətkarın zəhməti qəlb çırpıntıları öz bəhrəsini vermişdir. Sosialist Əməyi Qəhrəmanı adı Süleyman Rəhimovun və bütünlükdə Azərbaycan sovet ədəbiyyatının bədii nailiyyətlərinin yüksək qiymətləndirilməsi, yaradıcı zəhmətin şöhrətidir. Onun bir sənətkar kimi qələmi həmişə nurlu olmuşdur. (Teymur Əhmədov)
Yazıçı sənətin və sənətkarın yaradıcısı olan xalqı tanımaq, xalqın qüdrətini, ləyaqətini dərk etməyi, ona arxalanmağı əsərlərində, sadə insanların təsvirində müvəffəq olmuşdur. Ədib xalqa onun qatı düşmənlərini tanıtdırmaqda, müxtəlif əks-inqilabçı qüvvələrin cəhalətin, meşşanların, məsləksizlərin iç üzünü açmaqda bir inqilabçı yazıçı kimi xalq arasında tanınmışdır. Süleyman Rəhimovun əsərlərində əks olunan böyük həyat həqiqətlərindən biri də sovet xalqları arasındakı sarsılmaz beynəlmiləl birliyinin tarixi kökləri və bu qardaşlığın böyük həyatı gücü ilə yeni məzmun kəsb etməsidir. Humanizim, xalqalar dostluğu ideyası tarix boyu ədəbiyyatda, incəsənətdə bəşəri bir arzu kimi təbliğ edilmişdir. Bu həqiqət S.Rəhimovun yaratdığı obrazlarda müxtəlif millətlərdən olan inqilabçı qəhrəmanlarda, onların məslək, əqidə birliyində çoxmənalı ifadəsini tapmışdır.
Müasir ədəbiyyatımızın şöhrətlənməsində, müxtəlif millətlərdən geniş oxucu kütləsi cəlb etməsində onun əsərlərinin təsiri çox güclü olmuşdur. Xalqımızın gözəl mənəvi keyfiyyətlərini, qəhrəmanlıq ənənələrini igid babaların ağ günlər üçün fədakarlığını söz sənətində yaşatdığına, əbədiləşdirdiyinə görə Süleyman Rəhimov sevilərək oxunan yazıçılardan olmuşdur.
Məhşur ədib E.Heminquey həqiqi yazıçını məmbəyi çox dərinliklərdə olan sərin sulu kəhrizə bənzədir. Əgər bu kəhriz mənşəyini başı qarlı uca dağların yeraltı laylarından alırsa, heç zaman bitib tükənmir, dayanmır, qurumur, daim axır, ana yurdun göllərinə, çəmənlərinə, ucsuz-bucaqsız tarlalarına gözəllik və bərəkət çiləyir. Süleyman Rəhimov bitib tükənməyən kəhriz kimi milyonlarla insanların ürəklərinə əsərləri vasitəsiilə sərin su çiləyir. Bu ilham bulağı inqilabi keçmişimizə üz tutaraq xalqın yeni ideyalarla silahlanıb hakimiyyəti ələ alması onun əsərlərində təkraredilməz lövhələrlə verimişdir. Yazıçı müharibədən əvvəlki yeni həyatın necə çətin və mürəkkəb şəraitdə qurulmasından, Böyük Vətən müharibəsində xalqımızın nailiyyətlərindən bəhs edən üçcildlik “Saçlı”, romanı yaradıcı ziyalılarımızın zəhmətindən danışan “Ana abidəsi”, təbii sərvətlərin insan səadətinə tabe olmasından bəhs edən “Ağbulaq dağlarında” əsərləri xalqımızın tarixinə şərəfli və ləyaqətli səhifələr yazan qəhrəman Həcər və Nəbinin əfsanəvi igidliyindən danışan “Qafqaz qartalı”, müasir dövrümüzün mənəvi-əxlaqi keyfiyyətlərindən bəhs edən “Qoşqar qızı”, C.Məmmədquluzadəyə həsr olunmuş “Uğundu” romanlarını yaratmışdır. Bu ilham bulağından məkdəbdən, maarifdən bəhs edən “Ata və oğul”, hüquq işçilərinin həyatından canlı lövhələr yaradan “Mehman” əsəri onun səmərəli yaradıcılıq axtarışlarının nəticəsi idi. Bu görkəmli realist sənətkarın əsərlərində xalqın tərəqqisinə maneçilik törədən qüvvələr, mənfi tiplər çox böyük ustalıqla qələmə alınmışdır. Ədib bədii yaradıcılığa başladığı ilk vaxtlardan bu məsələyə xüsusi əhəmiyyət vermiş, qabaqcıl cəmiyyətdə mütərəqqi qüvvələrin mənafeyinə xidmət edənlərlə daha çox maraqlanmışdır. Cəsarətlə demək olar ki, əsərdən-əsərə onun müsbət qəhrəmanları qüvvətlənmiş, canlılıq və gerçəklik kəsb etmişdir. Görkəmli alim Məmməd Arif müasirlik probleminə toxunaraq yazırdı: “Müasir mövzu dediyimiz zaman bəziləri bunu sadəcə bugünkü gündən yazmaq mənasında başa düşürdülər. Lakin unutmamalıdırlar ki, sovet yazıçısı üçün müasir mövzu, sovet həyatının həqiqi simasını, onun əsas nailiyyət və çətinliklərini, insanlarının yaradıcılığını, mənəvi aləmini, sevinc və kədərini təsvir etmək deməkdir. Müasir mövzu deyərkən həyatımızın səciyyəvi adamlarını və hadisələrini, fikrini və ruhunu nəzərdə tutmalıyıq. Bu, hər zaman belə olub, bizdə də belə olmalıdır”.
Böyük Vətən müharibəsinin qızğın günlərində otuzuncu illərin hadisələrinə müraciət edən ədib bu məqsədlə, ədəbiyyatımıza “Mehman” povesti kimi qiymətli bir əsər ərsəyə gətirmişdir. Vətən müharibəsinin ağır illərindən insanlarımızın qəhrəmanlıqlarından, dostluqlarından, vətənpərvərliklərindən bəhs edən “Medalyon”, “Qardaş qəbri”, “Torpağın səsi”, insanların saflığından söhbət açan “Gəlin qayası”, mənəvi sərvətimiz olan durna gözlü göllərimizdən söhbət açan “Gəlin qayası”, “Güzgü göl”, qəzəbli ata məhəbbəti ilə damğalanan “Kəsilməyən kişnərti”, həqiqət və azadlıq uğrunda düşünən insanların ürək döyüntüsünü tərənnüm edən, şöhrət və mülkiyyət əsiri olan adamları damğalayan “Məhtaban”, məhəbbətin əbədiliyindən bəhs edən “Bəhram və Zərəfşan” və s. kimi mənalı, gözəl povestlər, həmçinin “Pəri çınqılı”, “Gülən balıq”, “Gülsabah”, “Su ərizəsi”, “Minnətsiz çörək” kimi qiymətli hekayələr də böyük sənətkarın ilham çeşməsinin məhsuludur. Heç də tam olmayan bu siyahıdan aydın görünür ki, yazıçının mövzu dairəsi son dərəcə geniş və rəngarəngdir. Xalqımızın bir əsrdən artıq dövrünü əhatə edən Süleyman Rəhimov sözün həqiqi mənasında qüdrətli qələm sahibi, unudulmaz xarakterlər yaratmaq, xalq dilinə, ruhuna hakim olmaq, onun keçmişində işıqlı cəhətləri müasir baxışla süzgəcdən keçirib bugünün oxucusuna çatdıran böyük sənətkardır. Yazıçını həmişə ön cəbhədə olan, sarsılmayan, mərd, vüqarlı bir əsgərə bənzətmək olar. Azərbaycan sovet ədəbiyyatının beşiyi başında ayıq-sayıq dayanan bu mərd ürəkli, fəhlə hünərli əsgərin dizləri heç zaman qatlanmamışdır. O, xalqa sıx ideyalarla bağlanmışdır. Ədibin özü demişdir: “Mən hər dəfə əlimə qələm alanda elə bil silah götürüb səngərə girirəm. Ədəbiyyat ən böyük səngərdir. Əlbəttə burada atəş açılmır, toplar, tanklar, təyyarələr vuruşmur, hisslər, fikirlər, düşüncələr vuruşur, dünya görüşləri çarpışır. Yazıçı öz əsərləri vasitəsiilə oxucularının qəlbinin dərinliklərinə nüfuz edir. Onun öz sözləri ilə desək, həqiqi yazıçı bu mənada əlinə qələm alan gündən son nəfəsinə qədər səfərbər olmalıdır”.
Süleyman Rəhimovun yaratdığı surətlərin çoxu onunla bir cəmiyyətdə yaşayan, müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar olmuşdur. Yazıçının istedadını yüksək qiymətləndirən Səməd Vurğun yazmışdır: “Süleyman nadir simalardandır. O, çox cürətli adamdır. Məhz buna görə də mən ona bağlıyam. O, Azərbaycan ədəbiyyatının ağır artileriyasıdır. Hər hansı bir sözü Rəhimov istədiyi şəkilə salmaq gücünə malikdir. Lakin onun qələmi nə qədər müti vəziyyətə düşsə də, əsas bir məqsədə, surətin daxili aləmini, psixologiyasını, ictimai-siyasi baxışlarını açmağa xidmət edir. Maraqlıdır ki, onun yaratdığı yüzlərlə surət danışıq tərzi, xarakteri, cəmiyyətdəki yeri, mövqeyi ilə seçilir, yadda qalır. Yazıçı bu müxtəlif xarakterli, müxtəlif səviyyəli surətləri bacarıqla bir sırada birləşdirir. Onun üslubunu surətlərin sayından və xarakterindən asılı olaraq çox səsli musiqi alətinə bənzətmək olar. Bu kimi məziyyətlər onu xalq ruhunun incəliklərinə, adət-ənənəsinə, dilinə bələd olan bir sənətkar kimi tanımaq imkanı verir. Yazıçının yaradıcılığında sağlam və sərt realizm, xalq müdrikliyi və yumoru üzvi surətdə birləşir, eyni zamanda bu birləşmədə xalq həyatının və insanların münasibətlərindəki təsvirin həyatiliyi dərin ictimai-tarixi ümumiləşdirmə yolu ilə göstərilir. Həmçinin xalq arasındakı satirik nağılların süjet və surətlərin ədib tərəfindən məhəbbətlə işlənməsi yazıçının üslubunda və xarakterində öz əksini tapır”.
Süleyman Rəhimov əlli ildən artıq həvəs və məhəbbətlə, enerjisini əsirgəmədən yazıb-yaratmış, zəhməti sayəsində necə möcüzələrə qadir olduğunu yazdığı əsərləri vasitəsilə sübut etmişdir. O, özünü Azərbaycan xalqının və ədəbiyyatının “əli qələm tutan fəhləsi” adlandırır və bununla fəxr edir. O zamankı partiya və hökumətimiz onun əməyini qiymətləndirmiş, Sosialist Əməyi Qəhrəmanı kimi fəxri ad vermişdir.
Sənətdə müasirlik geniş anlayışdır. Onu ancaq günün hadisələrindən yazmaq mənasında başa düşmək birtərəfli olardı. Müasirlik ruhu mövzudan daha artıq, müəllifin qələmə aldığı hadisələrə münasibətindən, mövqeyindən asılıdır. Yazıçı daima orijinal istedad, axtaran böyük sənətkardır. Ədib haqqında yazan azərbaycan və rus tənqidçiləri onun qüdrətli söz ustası olduğunu dəfələrlə qeyd etmişdilər. Görkəmli sənətkarın kitablarında respublikamızın təxminən bir əsrlik tarixinin bədii salnaməsi yaradılmışdır. Onun roman və povestlərində, hekayə və xatirələrində XIX əsrin ikinci yarısından başlayaraq, xalqımızın azadlıq və sosializm uğrunda mübarizəsinin parlaq səhifələri, kəskin sinfi toqquşmaların geniş lövhəsi, adamların dünyabaxışı və əxlaqında baş vermiş mühüm dəyişikliklər öz əksini tapmışdır.
Xalq yazıçısı Süleyman Rəhimov böyük ictimai-siyasi və maarifçilik fəaliyyəti ilə ədəbi yaradıcılıq işini ustalıqla əlaqələndirib, onlarca dəyərli romanlar, povestlər, hekayələrlə yanaşı elmi və publisistik məqalələr də yazmışdır. Azərbaycan sovet nəsrinin və pedoqoji fikrinin inkişafında mühüm mərhələ təşkil edən zəngin irsdə Azərbaycan xalqının həyat yolu, inqilabi mübarizəsi, keçmişi və gələcəyi ilə bağlı vacib məsələlər, digər tərəfdən gənc nəslin təlim-tərbiyə məsələləri son dərəcə parlaq və inandırıcı şəkildə təsvir olunmuşdur. Hələ gənc yaşlarında xeyli müddət müəllim işləmiş bu böyük sənətkarın elə bir əsəri tapılmaz ki, orada xalq maarifinə, məktəbə, müəllimə bir sözlə mühüm pedaqoji məsələlərə öz dəyərli fikirlərini çatdırmamış olsun. Müəllimlik müqəddəs sənətdir. Körpə balalara təlim-tərbiyə vermək, onları yetişdirib boya-başa çatdırmaq, gələcək üçün faydalı vətəndaşlar hazırlamaq vacib və gərəklidir. Bütün bu deyilənlərlə yanaşı S.Rəhimov öz məqalələrinin birində yazmışdır: “Sənətkar üçün daha mən zirvəyə çatdım” demək ən qorxulu və dəhşətli xəstəlikdir. Sənətkar özünə qarşı daima tələbkar olmalıdır.
Süleyman Rəhimovun yaradıcılıq gücü nədədir? Nə üçün görkəmli ədəbiyyatşünaslar onu bu dərəcədə yüksək qiymətləndirmişlər?
Ədibin əsərləri haqqında yazmış müəlliflərin siyahısı çox genişdir. Onların arasında akademik Məmməd Arif, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü M.Cəfər, filologiya elmlər doktoru professor Cəfər Xəndan, Ağamusa Axundov, Qulu Xəlilov, Məsud Əlioğlu, Pənah Xəlilov, Musa Adilov kimi tanınmış alimlər vardır. Səməd Vurğun, Mehdi Hüseyn, Mirzə İbrahimov, Mir Cəlal, Əli Vəliyev kimi görkəmli söz ustaları öz qələm yoldaşları haqqında yüksək fikir söyləmişlər. Rus yazıçı və ədəbiyyatşünaslarından Y.Libedinski, K.Simoniv, K.Zelinski, Z.Kedrina, A.Adalis, Q.Lomidze, N.Vorobeyeva, S.Xitarova və başqaları ədibin yaradıcılığı ilə maraqlanmış, əhəmiyyətli mülahizələr irəli sürmüşlər.
Yuxarıda adları çəkilən tənqidçi və ədəbiyyatşünaslar Süleyman Rəhimovun yaradıcılığını, sənətkarlıq xüsusiyyətlərini yüksək qiymətləndirmişlər!
Köksündə min əsər yaşadır hər gün,
Günəşdən od alır hər bir əsərin.
Sənətlə ölçülür sənətkar ömrün,
Sənə haqqımız var sənətkar deyək.
***
Fatehlər susdurub sənətkar səsi,
Qartal qanadlısan zirvələrdə gəz!
Öz eli ucalda bilməyən kəsi,
Bəşər də yığılsa ucalda bilməz.
***
Sənin ömrün bu həyata bənzəyir,
Muganı da mil düzü də var onun.
Ömr yolun kainata bənzəyir,
Qartal qanadlısan zirvələrdə gəz!
***
Bədii yaradıcılıq qocalmaq bilməyən sənətdir. Yazıçı həyat həqiqəti ilə bədii həqiqətin uyğunluğuna daha ciddi diqqət verir. Əsərlərində yüz illik həyatı yaşadan, ədəbiyyatımızı zənginləşdirən belə sənətkarlara ehtiyyacımız daha çoxdur. Süleyman Rəhimovun yaradıcılığından, onun mənalı həyatından söz açmaq, yarım əsrdən artıq mürəkkəb bir dövrün mübarizələrlə dolu səhifələrini varaqlamaq deməkdir. Mənalı və məhsuldar həyatının ən yüksək zirvələrinə çatmış, sənətkarımızın keçdiyi həyat yolu ədəbi gəncliyimiz üçün vətənə sədaqət nümunəsidir.
Əminik ki, ədibin sevə-sevə yaratdığı, öz müasirliyini saxlayan əsərləri heç vaxt qiymətini itirməyəcək, nəsillər dəyişdikcə sevilərək oxunacaq.
AMEA Nizami Gəncəvi adına ədəbiyyat insitutunun XX əsr şöbəsinin əməkdaşı
Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır.
AZƏRTAC xəbər verir ki, bu gün Bəxtiyar Vahabzadənin anadan olmasının 99-cu ildönümü tamam olub.
Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.
Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2000-ci ildən isə AMEA-nın həqiqi üzvü olub.
Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.
Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.
Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir. Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə belə deyib: “Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməlik onun sənətinə yaddır”.
Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü ədibin dramaturgiyasında təcəssümünü tapıb. Təsadüfi deyil ki, onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. Onun müasir mövzularda qələmə aldığı “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Fəryad”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” və “Özümüzü kəsən qılınc” kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.
Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından idi Bəxtiyar Vahabzadə. Bu azadlığın çətin və şərəfli iş olduğunu duyaraq bir an belə seçdiyi yoldan nəinki dönmədi, əksinə daim mübarizənin ön cərgəsində oldu. Bəlkə də bu səbəbdəndir ki, 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı “Şəhidlər” poeması ilə yeni bir tarix yazdı.
Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.
Avqustun 12-si çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Xalq şairi Qabilin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairinin anadan olmasının 98-ci ildönümü tamam olur.
Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb və 1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.
O, müxtəlif illərdə Yardımlıda, Bakıda orta məktəb müəllimi, məzunu olduğu ali təhsil ocağında laborant, “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor vəzifələrində işləyib.
Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir – məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi qeyri-adi şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.
Onu hər zaman sevdirən şeirlərindən biri də “Səhv düşəndə yerimiz” adlanır. 1969-cu ildə yazılan bu şeir zaman keçdikcə gündən-günə müasirləşib. Nəsillər dəyişdikcə bu gün də cavanlaşmaqda davam edir.
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda, həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.
Heç bir vəzifə daşımayan Qabil azad söz sahibi olub, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırıb. Bu da ondan irəli gəlib ki, Qabil yuxarıda dediyimiz kimi, həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən, nadir vətəndaşlıq mövqeli, təəssübkeş böyük şair idi.
Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.
Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.
Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə – “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Xalq şairi Qabilin zarafatları, duzlu-məzəli lətifələri uzun illərdir xalq arasında gəzib dolaşmaqdadır. O, daha çox güldürməyi, gülməyi sevirdi. Baş verən hadisələrə özünəməxsus yanaşma tərzi istər-istəməz dodaqlara təbəssüm qondururdu.
Qabilə bu hörməti qazandıran onun zəngin yaradıcılığı ilə yanaşı, ötkəmliyi və cəsarət sahibi olmasıdır. Xalq yazıçısı İsmayıl Şıxlı onun haqqında lətifələri toplayaraq “Dostum Qabilin qəribə əhvalatları” adı ilə nəşr etdirib. Zaman keçəndən sonra şairin 90 illik yubileyi ərəfəsində ailəsində olan qəribə hadisələrlə bağlı oğlu Mahir Qabiloğlu da “Atam Qabilin qəribə əhvalatları” adlı kitab çap etdirib və bu kitablar xalq içində sevilə-sevilə oxunur.
2007-ci il aprelin 4-də vəfat edən görkəmli şair cismən aramızdan getsə də, zəngin ədəbi irsi, nəcib əməlləri ilə Qabilsevərlərin qəlbində daim yaşayacaq.
R.B.Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilsin.
Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32‑ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cilqamlı Rəmziyə Əkrəmovna
Quliyeva Gülşən Rəsul qızı
Məmmədov Rövşən İsax oğlu
Nəcəfov Bayram Hidayət oğlu
Yunusov Ədalət Məmməd oğlu.
2. Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.
Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik.
Qəlbləri nurla dolduran Novruz bayramının hər evə, hər ocağa bol sevinc, ruzi‑bərəkət və firavanlıq gətirməsini diləyirəm.
Novruz bayramı (Tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز (Novruz), özb.Navruz, türkm.Nowruz, qaz.Naurız, qırğ.Nooruz, türk.Nevruz, krımtat.Navrez.) – Qədim türk və fars mənşəli xalqlara məxsus bayram.
Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.SSRİ-nin poçt markası. Azərbaycanda Novruz
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
Nizamül Mülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Novruz bayramında müxtəlif oyunlar keçirilir.Bunlara atırma.halay,bənövşə,cıdır-ənzəli,Kosa-kosa və bu kimi oyunlar aid edilir.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, badan yarandım” deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Birinci su çərşənbəsi adlanır. Bahara doğru buzlar əriyir, çayların donu açılır,torpaq ağaclarla birlikdə oyanır hər yer yavaş-yavaş canlanır.Torpaq yavaş-yavaş islanmağa başlayır.Adət olaraqsa qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyib buğda isladardılar.
Novruz bayramında xüsusi şirniyyatlarla bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bayramda bişirilməsi mütləq olan şirniyyatlar bunlardır, qoğal, şəkərbura, badamburan, paxlava. Hər bir bişirilən şirniyyatlar bir səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir.
Kosa və Keçəl Novruz atributlarıdır. Keçəl qışı, Kosa isə yazı ifade edir.
Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
Torba atmaq. Sonralar torba, xurcun papaqla əvəz olunub. Ancaq Azərbaycanda namus, qeyrət rəmzi olan papağın qapılara pay üçün atılmağı birmənalı qarşılanmır və tənqid edilir. Qapıya atılan torbanı boş qaytarmazlar.
Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım – uğurluğum odda yansın”.
Üzük falına baxmaq. Qızlar üzüyü saç telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
Yaşlıları ziyarət etmək. Yaşlı və xəstə insanları ziyarət olunar, bayramları təbrik edilir.
Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür
Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.Edit
İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).
İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.
Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994)[3].
Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax qəzasında anadan olmuşdur. O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və “Ürək”povestlərini yazmışdır.
1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir”, “Nizami”,[2] “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi.O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950).Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur.Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi (“Bizdə futurizm cərəyanı”) 1926 ildə, ilk hekayəsi (“Qoyun qırxımı”) isə 1927 ildə dərc edilmişdir. “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır.Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1942–49) pəşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mü¬hüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957–59) və ölməz “Yeraltı çaylar dənizə axır” (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İ.Əfəndiyevlə birgə), “Şamil” (1940–41) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri “Bir ay və bir gün” (1963), gündəlikləri var. “Şair” (1939), “Fətəli xan” (1947, Ə.Məmmədxanlı ilə birgə), “Səhər” (1958), “Qara daşlar” (1958) kino ssenarilərinin müəllifidir.Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. /* Həyatı */
Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir. Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.
↑ “Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi”. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasınınYuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.
Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və Firudin bəy KöçərliQori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov (1902–1975) qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərli də şairin yaxın qohumu idi.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920–1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edir.
Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.
1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı pedaqoq Xanqızı (Bıjı, yəni, bacı) Vəkilova qayğı göstərir.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə “Vurğun” təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri “Vurğun” təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında toplanmışdır.
1930–1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin “Könül dəftəri” və 1935-ci ildə “Şeirlər” adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1933-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.
Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş verir. Belə ki, o, Abdulla Şaiqin həyat yoldaşının bacısı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurur.
1936–1937-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, Puşkinin “Yevgeni Onegin” mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin komitəsinin “A.S.Puşkin medalı” təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin “Pələng dərisi geymiş pəhvəlan” əsərinin bir hissəsini böyük ustalıqla tərcümə etmiş, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – “Vaqif”i yazır. “Vaqif” dramını 3–4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. “Vaqif” dramına görə Səməd Vurğun 1941-ci ildə “Stalin mükafatı”na layiq görülmüşdür.
1937–1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan yan keçməmişdi. Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə “onun məsələsinə” baxılmış, böyük şair “ölüm və ya ölüm” dilemması qarşısında qalmalı olmuşdur. Şairi aidiyyəti idarələrə tez-tez çağırırdılar.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun “Leyli və Məcnun” poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan “Xanlar”ı yazmışdır. Həmin il onun “Azad ilham” kitabı nəşr edilir.
1941-ci ildə Səməd Vurğun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə “Stalin mükafatı”na layiq görülür.
Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tutur. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən “Bakının dastanı” poemasını yazmışdı. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı “Ukrayna partizanlarına” şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı.
1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranmışdır.
1945-ci ildə yazdığı fəlsəfi dram olan “İnsan”da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Şairin bu əsərdə yaratdığı “Qardaşlıq şəhəri”ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilir. İlk gündən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR arasında mədəni körpü yaradılması işində fəal iştirak edir. Ulu öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədə nitqində S.Vurğunun akademik fəaliyyətinə toxunmuşdur: “Səməd Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd Vurğun Elmlər Akademiyasının yaradılmasının təşəbbüsçülərindən biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıbdır. Bu, böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəxtlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.”[1]
Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun “Vaqif” dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Ağa Məhəmməd şah Qacarın obrazında Adolf Hitlerə məxsus cizgilər vermişdi.
1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra “Zəncinin arzuları” poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur “Avropa xatirələri” adı ilə çap etdirmişdir.
1951-ci ildə şair “Bolqar-sovet dostluğu cəmiyyəti”nin xəttilə Bolqarıstanda olmuşdur.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca “Muğan” (1948), “Aygün” (1950–1951) və “Zamanın bayraqdarı” (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. “Aygün” poeması tənqid edilir, şairin Moskvada çap edilmiş “Şairin hüquqları” məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Lakin, həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur.
1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilir. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmədov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.[2]
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu.
1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında” məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 mln.-luq SSRİ xalqları arasından azərbaycanlı şairin Qurultayda “Sovet poeziyası haqqında” məruzəni etməsi, bütövlüklə, Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən, Səməd Vurğuna verilən olduqca böyük qiymət kimi dəyərləndirilə bilər.
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilir.
Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Xəyalə Sevili doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
…Sonra gördüm, hər şey bəsit, Bu dünyada hər şey adi. Sonra gördüm, sevmək elə Yaşamağa bəhanədi. Hər gün göyün üzünə Pıçıldadım adını ki, Allah qəbul eyləsin. Həmişə yarım qalanım, Nə yoxumdun, nə bəsim. Bu içim, bu çölüm,- dedim, Ürəyinə yatırsa, Sev, sevə bildikcə məni, Nəyə gücün çatırsa… Ayrılıq ən orta həddi, Nə ölümdü, nə yaşam. Qəfil yadıma düşdün, Boylandım ürəyimə, Gördüm, bağışlamışam.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Məni də həvəsdən salırlar hərdən, Özümü yetərsiz hiss eləyirəm. Elə oxuyurlar, tələsik, üzdən, Bilmirlər heç nədən bəhs eləyirəm.
Necəydi? Nə oldu? Bu arallıqda Nələrdən keçmişəm, nəyim qalıbdı? Hər şeyi dəyişə bilmişəm bəlkə, Dəyişməyən bir ürəyim qalıbdı.
Susub gizlənmişəm dilimin altda, Başıma vurmuşam neçə qaxıncı… Ağrının ən uca zirvələrinə Tək sənin adını ürəyim sancır.
Bildiyiniz kimi, martın 22-də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 105 illik yubileyidir. Bu münasibətlə 18 mart 2024-cü il tarixində saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Ədəbiyyat Fondu olaraq Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin və “Qazax” Xeyriyyə-İctimai Birliyinin dəstəyi ilə “Onun ölməyən dünyası” adlı tədbir keçiriləcək.
Ruhu şad olsun böyük yazıçı və alovlu vətənpərvər, böyük AZƏRBAYCANLI İsmayıl ŞIXLININ!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair Səxavət Ənvəroğlunun “Xatirələr qocalmır” adlı yeni şeirlər kitabı işıq üzü görüb.
Kitabın redaktoru və ön sözün müəllifi Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Türkiyə elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü Anar Məmmədovdur.
Kitab müəllifin oxucularıyla sayca yeddinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı martın 15-i Bakı vaxtı ilə saat 12:30-da Avroviziyanın rəsmi yutub kanalında və İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.
Bu barədə AZƏRTAC-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən məlumat verilib. Öncə bildirildiyi kimi, mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirir. Mahnının müəllifi bu il ölkəmizi Avroviziyada təmsil edəcək Fahree – Fəxri İsmayılov özüdür. Qeyd olunan vaxtda ictimaiyyətə ilk dəfə açıqlanacaq mahnı üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər – Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles da işləyib.
Qeyd edək ki, mahnının muğam hissəsini “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin finalçısı İlkin Dövlətov ifa edəcək. Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.
Avstriyada geniş oxucu kütləsinə malik və əsasən diplomatik korpusun fəaliyyətindən bəhs edən “Society“ dərgisinin təşkilatçılığı ilə ölkənin Milli Kitabxanasında Novruz bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram şənliyinə Novruzun milli bayram kimi qeyd olunduğu ölkələrin nümayəndələri qatılıblar. Bayram tədbirində ölkəmizi Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri, yerli media, Şərq mədəniyyəti və musiqisinə maraq göstərən insanlar iştirak ediblər.
Bayram şənliyində ondan çox ölkənin hər biri ayrıca guşədə Novruzla bağlı adət-ənənə, kitab və broşürlər, suvenir və şirniyyatlar təqdim ediblər. Azərbaycan guşəsində xalqımızın əziz bayramı Novruz barədə materiallarla yanaşı, Azərbaycana səyahət üçün məlumatlandırıcı kitabçalar, eləcə də mədəniyyətimiz, tariximiz, mətbəximiz, musiqi və adət-ənənələrimiz barədə materiallar təqdim olunub. Xüsusi ekranda isə Azərbaycana həsr edilmiş videoçarxlar nümayiş olunub.
Kulinariya bölməsində isə ölkələr öz milli mətbəxlərini təqdim ediblər. Burada da tədbir iştirakçıları Azərbaycanın milli təamlarına qonaq ediliblər.
Tədbirin bədii hissəsində Azərbaycan, Qazaxıstan, İraq, İran və Əfqanıstan musiqiçiləri səhnəyə çıxıblar. Görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu Novruz bayramı münasibətilə xüsusi proqramla çıxış edib. Azərbaycan ifaçılarının təqdimatı böyük marağa və sürəkli alqışlara səbəb olub və tədbirin aparıcısı proqramdankənar əlavə mahnıların ifasını xahiş edib.
Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri milli rəqslərimizlə proqramı davam etdiriblər.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Ulucay Akifin “Pul axtaranlar” hekayəsi Təhkiyənin obrazlaşdırıldığı bir hekayədir. Əsər müəllifin təhkiyəsi ilə başlayır və elə də bitir. İlk baxışdan əsərin əsas qəhrəmanı kimi görünən qardaşlar da təhkiyənin kölgəsində qalırlar. Hekayə sonluğun nəticəsi ilə başlayır. 15 il görüşməyən dostların aqibəti ilk sətirlərdən ip ucu verir. Bu işdə də əsas güc təhkiyənin üzərinə düşür: “Hal-əhval tutandan sonra İbişin haralarda olduğunu, neylədiyini soruşdum. Ceyhunun üzündəki təbəssüm sındı”. Əsər boyu baş verəcək hadisələrin gedişatını da bu sınmış təbəssümdən anlamaq olur. Təhkiyənin təqdimatına əsasən hekayədə əsas obrazlar İbiş (İbrahim) və Ceyhun qardaşlarıdır. Məhəllənin ən qəribə uşaqları olan bu qardaşların aralarında iki-üç yaş fərq olduğu da vurğulanır. Böyük qardaş olan Ceyhunun xasiyyətinin görünüşünə uyğun gəlmədiyini, İbrahimin isə üzündən hiyləgər təbəssümün heç vaxt əskik olmadığını müəllif nitqindən bilirik. Ataları “alkaş Vaqif” kimi təqdim olunan bu qardaşların anaları haqqında heç nə bilmədiklərini də təhkiyədən anlayırıq. Ceyhunun təqdimatında futbol oyunu epizodu ilə onun solaxay olduğu da üzə çıxır. Ona sol ayağı ilə vurduğu zərbələrə görə Karlos adının verilməsi də ifadə olunub. Müəllifin öz dostu kimi təqdim etdiyi bu obrazların prototipinin olub-olmaması barədə kəskin fikir söyləmək çətindir. Lakin əsərdə hər şey gerçəkliyə istinadən əksini tapır. Hekayədəki hadisələrin baş verdiyi məkan da realdır. Hadisələr Azərbaycanın paytaxtı Bakıda cərəyan edir, hətta daha konkret Bayılda – “20-ci sahə”də. Müəllif məkanın bütün müasir gerçəkliklərinin təfərrüatını yazıya alır, keçmişindən də epizodlar təqdim edir. Bu təfərrüatlar hardasa nostalgiya yaratsa da, sürətli şəkildə dəyişən və dəyişdikcə daha çox cazibədarlığını nümayiş etdirən dünyamızda heyrətamizliyini qoruya bilmir. Gələcək insan (oxucu) üçün nə dərəcədə maraqlı olacağını da deyə bilmərik. Çünki onun əlində olacaq telefonla nəinki XX əsrin, lap eradan əvvəl XX əsrdə yaşmış insanların da güzəranına səyahət ediləcəyini düşünürəm. Bunlar fərziyyə olsa da, hər halda, içində yaşdığımız müasir texnologiyalar belə düşünməyi diqtə edir. Yəqin ki, gələcək insanlar üçün Əhəd əminin “Bərəkət” adlı dükanı da maraqlı olmayacaq. Bu dükanın tarixçəsi isə bizə təhkiyənin verdiyi informasiyadan bəlli olur. Müəllifin uşaqlıq xatirələri həmin dükan və sahibinin obrazı ilə təqdim olunur. Təsvir olunan uşaqlıq xatirələri ilə bütün uşaqların pullarını nəyə xərclədiyi üzə çıxır. Qardaşlara gəldikdə isə “Tapdıqları pulu nəyə xərclədiklərini bilmirdik”.
Hər halda, əsərdə nələr necədirsə, ona münasibət bildirmək önəmlidir. Müəllifin əminliklə söylədiklərinə görə “İbişlə Ceyhun hər gün pul axtarmağa çıxırdılar”. Hər gün zaman məfhumu olaraq çox da mübaliğəli görünməsə də, eyni işin təkrarlanması baxımından şişirdilmiş təsiri bağışlaya bilər. HƏR GÜN pul axtarmağa gedən “İbiş tez-tez dağa qalxırdı”. Bu cümədəki tez-tez sözü ağlabatandır. Əslində müəllif bu cümlə ilə hadisələrə düyün vurur. Düzdür, ilk baxışdan adama elə gəlir ki, İbişin oraya niyə çıxdığının təfərrüatları söylənilir, lakin həmin “söyüşlərə” gələn reaksiyalardan əsərin sonluğu arasında məntiq qurulur. Mətnə istinad etsək, “İbişin bu hərəkətinə məhəlləmizin kişiləri çox əsəbiləşirdilər. O, hər dəfə dağa qalxıb söyməyə başlayanda, Rövşən əmi deyirdi, “o qoduğ aşağı düşsün, tutub basacam dama, ağlı başına gəlsin!” Müəllif İbişin dağa çıxmağı ilə Rövşən əminin təqdimatını verir. Düşünürsən ki, bu obraz elə-belə yaradılmayıb. Onun ilkin təqdimatı yenidən ona qayıdış olacağına zəmin yaradır. Hətta dağa çıxmaq əhvalatının nəticəsindən də xəbərdar oluruq: “İbiş dağdan məhəlləyə enəndə, elə bil polis Rövşən dediklərini unudurdu. Onu tutub dama basmayacağını bilirdik, çünki İbişin atası ilə möhkəm dostuydular”. Bu fikirlər də Rövşən əmi obrazı ilə işin bitdiyini təsdiqləmir. Hekayənin davamında onun xatırlanacağına bir əminlik yaranır. Bununla belə hadisələrin mərkəzinə yenə qardaşlar gətirilir: “Qəribəydi ki, hər dəfə necəsə yerdən pul tapırdılar”. Bu qəribəlik və necəlik oxucuda bir şübhə yaradır. Sonrakı epizodda həmin şübhəndə bir az da haqlı çıxırsan. Ərik ağacı olan həyətdə baş verən hadisələr bir daha şübhələri əminliklə əvəzləyir.
Ulucayın “Pul axtaranları” son dərəcə sadə dillə yazılmış bir hekayədir. O qədər sadədir ki, əsərdə hər hansı bir bədii təsvir və ya ifadə vasitəsini axtarmağa gərək qalmır. Ənənəvi ədəbiyyatşünaslıqda buna oxunaqlı da deyirdilər. Məsələn: “Pul axtarmaq İbişlə Ceyhunun peşəsinə çevrilmişdi. Elə bil adamların əllərini harada ciblərinə saldığını, pullarını harada itirdiklərini duyurdular”. Tanıdığımız normal nəqli cümlə. Yaxud da “Qəsəbəni əlinin içi kimi tanıyırdı” – cümləsi də quruluşca da, ifadə ediciliyinə görə də sadədir. Lazım olan məqamda isə müəllifin dilində “hasar”, obrazın dilində isə “zabor” sözündən istifadə olunub. Hekayətin sonluğa doğru getməsi də adi formada nəql olunur: “Ceyhunla İbiş məhəlləmizdən nə vaxt köçdülər, hara köçdülər, bilmədim”. Bütün bu təfərrüatlardan sonra əvvəldəki “sınmış təbəssüm”ə növbə çatır. Təhkiyə Ceyhunla həmsöhbət olur:
“- İbişi tutdular da, içəridədi… – Ceyhun dedi.
– Nə danışırsan?! Niyə?!
– Oğurluğa görə.
– Nə oğurluğu? Haçan?
– Həəə, oğurluğa görə. Evlərə girirdik. İkimizi də tutdular. Papam polis Rövşənin əliylə pul verib məni çıxartdı, amma ha çalışdısa, İbişi buraxdırammadı”. Bu hissədə artıq hər şey aydın olur. Əsərin əvvəlində Ceyhunun təbəssümündəki sınıq da, Rövşən əminin dağa çıxan İbişlə bağlı obrazlaşdırılması da, məhz sonluğa hazırlıq imiş. Sonluqdakı bir cümlə isə əsərin bütün mahiyyətini üzə çıxarır: “Ceyhun İbişlə pul axtarmaqlarından başqa hər şeyi xatırladı”. Əsərdə bu “hər şeyin” incəlikləri sadalanıb, təkrara gərək yoxdur. Amma adı “Pul axtaranlar” olan bir əsərin peşəsi də pul axtarmaq olan bir qəhrəmanı niyə, məhz pul axtarıqlarını xatırlamır? Çünki xatırlanası bir şey yox, hər şey oğurluq imiş. Deməli, onlar HƏR GÜN oğurluğa gedirmişlər. Polis işləyən Rövşən əmi də bunu hələ o vaxtlardan bilirmiş. İllərlə oğurluğa göz yumandan (şərik olmaq da demək olar) sonra oğrunun birinin azadlığa (ev dustaqlığına) çıxmağına da zəmin yaradıb.
Bədii mətn kimi mükəmməl olan bu əsərdə qeyri-adi heç nə ilə qarşılaşmadım. Obrazların portreti peşəkarcasına yaradılıb. Peyzaj və ya məkanların təsviri də ustalıqdan xəbər verir. Hissə-hissə hekayənin hər bir detalı qüsursuzdur. Lakin ümumilikdə əsər çox sadədir.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Hərdən yuxum sürgün olur, Üz tutur sənin qoynuna. Gah da qəfil yolu düşür, “Səninlə mənim toyuma”.
Yeyir, içir, sağlıq deyir, Utanmayıb oynayır da. Hamını özütək bilir, “Sən”li, “mən”li bu dünyada.
Eh…bezdirir çoxunu, Arzumu gizləməliyəm. İnsaf et, qaytar yuxumu, Səhər işə getməliyəm.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) “Ulduz” jurnalı ilə birlikdə keçirdiyi “Məişət zorakılığına YOX deyək!” mövzusunda hekayə müsabiqəsində “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəli müsabiqənin qalibləri sırasında yer alıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Martın 12-də dünyanın ən böyük kitab sərgilərindən olan London Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə nazirliyin məsul əməkdaşları, nazirliyin dəstəyi ilə “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Tural Axundov və “Everest” nəşriyyatının rəhbəri Ramil Rzazadə iştirak edirlər.
Nazirliyin nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb.
Həmçinin Azərbaycan naşirləri öz məhsullarını daha geniş auditoriyaya təqdim etmək üçün görüşlər keçirir, əməkdaşlıq əlaqələri qururlar.
Milli stendimizdə nümayəndə heyəti tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə sərgi iştirakçılarına və ziyarətçilərə geniş məlumat verilir.
1971-ci ildən keçirilən London Beynəlxalq Kitab Sərgisində ölkəmiz 129 adda 300-ə yaxın kitabla təmsil olunur. Onlarla ölkədən nəşriyyat, kitab sənayesi nümayəndələri və yazarların qatıldığı sərgi martın 14-dək davam edəcək.
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim MəmmədxanlıGöyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarındandır. Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır. 1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur. Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur. Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib[2].
Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə “Anar” “anmaq” (“xatırlamaq”, “yada salmaq”) feilindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.
Kinoşünas Ayaz Salayevin iddiasına görə rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı “Sizə məktub var” (You’ve Got Mail) filminin ssenarisi Anarın “Mən, sən, o və telefon” əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.[6]
Mənbə
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsünü Günel Natiqi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir.
AZƏRTAC AMEA Folklor İnstitutu, “Qərbi Azərbaycan folklor” şöbəsinin aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin Yel çərşənbəsi ilə bağlı qeydlərini təqdim edir.
Novruz bayramı ölkəmizdə xüsusi mərasim, adət-ənənələr və təmtəraqla qeyd edilən, xalqımızın ən qədim və milli bayramıdır. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində bu bayramın xüsusi yeri var. Novruz bayramından əvvəl dünyanın yaranmasında iştirak edən dörd ünsürün adı ilə adlandırılan çərşənbələr qeyd edilir. Bu gün həmin dörd ünsürdən birini simvolizə edən “Yel çərşənbəsi”dir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır. İnanclara görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Daha sonra su, od və külək birlikdə torpağı oyadır. Torpaq hərəkətə gəlir, isinir.
Yel çərşənbəsi günü həyətlərdə tonqal qalanır, evlərdə plov, südlü plov, lobyalı aş, bulğur aşı və bir çox yeməklər bişirilir. Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Evlərdəki yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır, təmizlənir. İnanca görə, Yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar.
“Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır. Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc var. Azərbaycan nağıllarında da rast gəldiyimiz “yel baba” ifadəsi və onun nağıldakı rolu da diqqət çəkir. Yel Azərbaycan mifik təfəkküründə həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı obrazında peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır.
Bölgələrdə, xüsusilə də Naxçıvanda Yel çərşənbəsi qəbirüstü ziyarət, əcdadların, vəfat edən yaxın-qohum əqrabanın yada salınması günü kimi də qeyd edilir. Məzarların üstü təmizlənir, ziyarət edilir, üzərində şam yandırılır, səməni qoyulur, vəfat edənlərin ruhuna dualar oxunur. Sonra evdə ehsan hazırlanır. Ehsan yeməyi əsasən plov, halva olur. Ehsan qohum-əqrabalara, qonşulara paylanır. Qadınlar il ərzində yas düşən evləri gəzərək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı, təsəlli verir, mərhuma Allahdan rəhmət diləyirlər. Həmin gün həm də “yasdan çıxarma” sayılır. Yasdan çıxarmadan sonra yas saxlamaq məqbul sayılmaz, artıq deyərlər ki, toy, xeyir işlər etmək lazımdır.
Qədim zamanlarda hələ xırmanın mövcud olduğu vaxtlarda yellə bağlı keçirilmiş mərasimlər də var. Mərasim “Yel baba” adlanırdı və taxıl biçilib xırmana yığılandan sonra keçirilirdi. Məlumdur ki, keçmişdə kombayn olmadığından taxıl əllə biçilərək dərz bağlanar, at, öküz arabaları ilə xırmana daşınardı. Dərzlər xırmanda döyüləndən sonra buğdanın, arpanın və digər dənli bitkilərin sovrularaq samandan, çör-çöpdən, kol-kosdan təmizlənib, ayrılması üçün küləyə ehtiyac var idi. Ona görə də keçmişdə insanlar xırmanda taxılın sovrulması zamanı “Yel baba, gəl, ağ atına arpa, saman apar” deyərək küləyi, yeli müxtəlif nəğmələrlə köməyə çağırardılar:
A Yel baba, yel baba,
Tez gəl baba, gəl baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən yığılıb dağ olsun.
Yel babamız sağ olsun.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A Yel baba, yel baba,
Tez gəl baba, gəl baba.
İnanclara görə, bu mərasimdən sonra yel əsər və insanlar taxılı rahat sovurardı.
Küləklə, yellə bağlı bəzi miflər, rəvayətlər də mövcuddur. Rəvayətə görə, qədim zamanlarda Fatı (Fatma nənə) qarı yeddi rəngdə ip əyirib, yumaqları dizinin altına qoyaraq, hanada toxuculuq işinə hazırlıq edirmiş. Birdən yel əsir və yumaqlardan biri diyirlənib, açılır və ip dolaşır. Fatı qarı bundan qəzəblənir, “Azarım, bezarım dəymiş Yel baba, hardan gəlib çıxdı? İplərimi dolaşdırdı” deyib yelə qarğış edir. Yel baba qarğışdan hirslənir, daha bərkdən əsir və bütün yumaqlar diyirlənərək açılır. İplər bir birinə dolaşaraq, göyə qalxır və yel yumaqları üfüqlərə kimi aparır. Fatı qarı da qəzəbindən qarğışı-qarğışa calayır, əl ağacı ilə Yel babanın arxasınca düşüb onu vurmağa çalışaraq, yumaqlarının ardınca qaçır, amma yumaqlarını tuta bilmir. Deyilənə görə, elə o vaxtdan da Fatı qarının ipləri yeddirəngli qurşağa dönərək göydən asılır. Fatı qarı da nə Yel babanı vura bilir, nə də ipləri tuta bilir. Yağışdan sonra yeddirəngli göy qurşağı görünəndə ona el arasında “Fatı qarının hanası” və ya “Fatma nənənin saçaqları” da deyirlər.
Azərbaycanda martın 19-da Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd olunacaq.
Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
Küləyin xalqımızın üzərindən hüznlü, qəmli günləri uzaqlara aparması, xoş günləri, xeyir-bərəkət, sülh və əmin-amanlıq gətirməsi diləyi ilə Yel çərşənbəniz mübarək olsun!
Dünya ədəbiyyatına ümumi nəzər saldıqda qarşımıza maraqlı mənzərə çıxır: xüsusun ümumiləşməyi. Bu gün klassik sayılan əksər əsərləri bizə miras qoyan, zəkasına heyran olduğumuz, düşüncələrinin dolaylarında dizlərimizin giri tutmadığı müəlliflər belə, bir məqamda oxucunu düşünüblər. “Oxucunu düşünmədən yazıram”… Mənim də oxucunu düşünmədən yazdığım yazılar var. Mənim də oxucunu düşünmədən yazmağa başladığım yazılar var… Və bütün səmimiyyətimlə deyirəm ki, istənilən müəllifin yaradıcılığında hər iki növ yazıdan da mövcuddur. Son abzasda, son cümlədə xüsusluqdan çıxır yazdıqlarımız, olur “ümumun malı”. Bu “ümumun malı”nın altına iri, qalın şriftlərlə adımızı yazmağımız isə bahalı əl çantasını istehsal edən “moda evi”nin reklam arzusundan başqa bir şey deyil. Ümumiləşmə bizi qələmimizi (indiki dövrdə klaviaturamızı) fərqli janrlarda sınamağa sövq edir. Bütün janrlarda uğurlu oluruqmu? Sual böyükdür… Sual mürəkkəbdir…Sual bəsitdir… Bu sualın ən hazır cavabı Qulu Ağsəsin yazdıqlarıdır. O, istənilən janrda uğurlu yazır. Çünki bütün yazılarını bəribaşdan “ümumun malı” kimi yazır. Onun heç bir şeirində, heç bir essesində “mənimdir!” iddiası yoxdur. “Hamınındır”, “dünyanındır”, “bütün bəşəriyyətindir” var. Bu gün belə, qəribə anlarda yadımıza düşən Fərqanə Mehdiyevadan yazanda sözlərə güzgü kimi baxır-Fərqanə xanımın şeirləri ilə öz şeirləri arasındakı “fərdilik” çayının bu tayında durub deyir: “Fərqanə hamının Fərqanəsiydi; sağlam vaxtı da, xəstə olanda da!” Fərqanə xanım haqqında illərdir bir cümlə də yaza bilmirəm. Onu, sadəcə, xatırlayıram. Gözəl xatirəmdi Fərqanə xanım mənim. Bircə onu istəyirəm ki, Fərqanə xanım insanlara necə gözəl xatirələr qoyub getdiyini biləydi…Bəlkə də, bilir?! Filoloq Kəmalə Umudovanın “Adı soyadını eşidən şair” kitabını 2 günə oxudum. Daha doğrusu, 1 günə oxudum, 2-ci gün zehnimi əsir alan cümlələrə bir də döndüm. Kəmalə xanım yazır: “Poetik mətnin oxunması, təhlili öz mürəkkəbliyi ilə hər zaman böyük marağa səbəb olur, çünki hər bir doğru oxuma növbəti anlama mərhələsinə təkan verir”. “Bu şeir məni çəkib apardı…” dediyimiz məqamın elmi izahıdır… Bir cümlə var ki, Kəmalə xanım məni gülümsətdi: “Qulu Ağsəsin şeirləri qaçdığım yerdə yaxaladı məni”. Nə yalan deyim, Qulu Ağsəsə bəxtəvərlik vermədən oxumağa davam edə bilmədim. Təkcə bu cümlənin xətrinə şeirimizin altında adımızı yazıb yaradıcılığımızı, yaratmaq qabiliyyətimizi “reklam etməyə” dəyər! Kəmalə xanım Qulu müəllimin xatirələrə sadiqliyindən də yazıb: “Qulu Ağsəs Qarabağın, Ağdamın, doğma kəndi Abdal-Gülablının amansız, fəlakətlə dolu işğal tarixini yaşadı, amma acıların poeziyanın azad ruhuna üstün gəlməsinə, onu buxovlamasına izn vermədi”. Çünki Qulu Ağsəs Qarabağın xoş vaxtını, Ağdamın ağ gününü, Abdal-Gülablının yurd olmasıyla öyünməsini olduğu kimi saxlayıb xatirə sandığında. Qoymayıb ki, üstünə bir damcı kədər tozu düşsün, göz yaşı nəmlətsin. Hətta zaman-zaman “ah”larının qarşısını almaq üçün həsrət ocağı da qalayıb xatirə sandığının qapağı üstündə. Boğazında təngiyən nəfəslər “ah” olmayıb, ocaq üfürüyü olub… “Yaradıcı düşüncə kamil insan axtarışından doğur”-deyir Kəmalə Umudova. “Şair eqosu” cilalanmamış almaz, əhlilləşdirilməmiş istedaddır. Aylarla, illərlə o almazın cilalanmış formasını, o istedadın mədəniliyini göstəririk dünyaya. Özümüzlə tək qalanda-daxili yolçuluğumuzda isə biz həmənkiyik-cilalanmamış, əhlilləşdirilməmiş yaradan. “Kamil insan” bəşər üçün arzudan çox məqsəd olmalıdır-bunu bütün dinlər deyir. Şair isə bunu arzulamaqla, kamil insanı axtarmaqla yetinməyi bilir. Daxilində o kamillikdən bir zərrə də olmasa, şair olmazdı ki?! Dərketmənin intəhasız əzabından xilas olmaq üçün iki bənd şeir oxumaq çarə deyil. Olmayacaq da… İki bənd şeir yazmaq? Hə, bu olar. Kəmalə xanımın yazdığı kimi: “Həqiqəti və azadlığı dərk etməyin bədəli var”. Qulu Ağsəs dərk etdiklərinin bədəlini ödəyib/ödəyir yazdıqlarıyla. Yoxsa bilinən həqiqəti çoxüzlü piramida kimi o yan-bu yana çevirərdimi? Yoxsa yazardımı ki: “ Cəsurlar sevirlər, Qorxaqlar sevilir”?! …Kəmalə xanım bu fikirdədir ki, şair müəyyən təsirlərlə “dil tapmalıdır”. Məmməd Arazın o məşhur misraları gəldi dilimin ucuna: “Həyatda “ürəkləş”, “sevləş” demirlər, “Ayaqlaş” deyirlər bu həyat ilə…” Sonra da Qulu Ağsəsin idrakını həyata adaptasiya etməkçün bütün yaşam mexanizmlərini sınaqdan çıxarmaq arzusunu düşünürəm. Bir daha əmin oluram ki, Qulu Ağsəs bu arzusuna heç vaxt çatmayacaq. Müəyyən anlar olub/olacaq ki, həyatın içində olacaq, vəssalam! O “içdən”-yaşamın verdiyi amansız əzablarla mübarizədən də dırnaqlarının altında kainatın DNT-si ilə çıxacaq: ya bir şeirlə, ya iki esse ilə… Qulu Ağsəs ənənəvi şeirin formasından çox uzaqdı, amma mənasına doğmadı. “Gözəl dünya”dan incikliyini onun faniliyi ilə deyil, özünün “qonaq” olmağı ilə ifadə edir. “Şair təvazökar olmaz”, hə, amma şair dünyaya, taleyə hökm etmək iddiasına da düşməz. Üstəlik, dünyanı, həyatı, insanları, ən kiçik əşyaları belə, təqdir etməyi hamıdan yaxşı bacarar. “Bircə eybi var ki dünya gözəlin Məni qucağına qonaq yazdırıb”. Bu misralarda biz Qulu müəllimin təvazökarlığını deyil, təqdiretmə, qədirbilmə bacarığını görürük. “Meşə görməmişdim belə arxayın, Mən belə narahat dağ görməmişdim…” Meşə nəyə arxayındı? Dağ niyə narahatdı? Bu sualların cavabını tapmağı Qulu müəllim bizim-oxucunun öhdəsinə buraxıb. Özü bildiyi cavabları bizə deməz-dağın, meşənin sirrini açmaz. Biz arxayın meşəni, narahat dağı (bəlkə də, dağın strukturu fərqlidir, zirvəsi yastıdı, sinəsi yarğan doludu, kim bilir?!) düşünə-düşünə fantastik roman yazacağıq. Son nöqtəsini qoyanda “shift+delete” edəcəyik: Qulu müəllimin iki misrası həmin romandı elə… “Ustanın əl işi-şəyirddi” misrasının davamıdır “İçiynən danışanın deməyə sözü olmaz…” Sus, əl işini-şeirini göstər, şair! Şeirlər də şairin şəyirdləridir; əsili üz ağardar, bədəsili başı önə əydirər. “Bədəsil şeir varmı?” deyə soruşmayın, günahlarımızı etiraf etdiyimiz bütün şeirlər nankor övladlarımızdır. Biz onların adını çəkmirik, barmağımızı onlara tuşlamırıq, onlarla fəxr edib sinəmizə döymürük. Amma onlar hər yerdə müəllifinin kim olduğundan danışır. Kəmalə xanım yazır: “Tanrını görə bilmək məqamında özünə yetişən abiddir, arifdir Qulu Ağsəs”. Və ya “Qulu Ağsəs öz duyğularını kosmik varlığın təzahürü kimi qəbul edir”. Mənsə Qulu müəllimin “Kim kəsib sən olan yerdə Söylə, yolu-yolağı?!” misralarında bəşəriyyətin indiyədək axtarmaqdan çəkindiyi bir həqiqətin eyhamını tapdım. İnsanla Yaradan arasındakı qorxu, vahimə qatı nə vaxt, necə yarandı? Yox, axtarmayacağam… Dərketmənin əzabından xilas olmaqçün bir şeir yazaram-ən asan yolu seçmək, özümü özümdən xilas etmək şansım var. “Ol!” əmri mənə də aid deyilmi?! “Neçə kərə söz göndərdin, ərindim, yazammadım…”-deyir Qulu müəllim bir şeirində. Yazmasaq da, o şeir zehnimizdə özünə yer edir, bir gün yol getdiyimiz yerdə heyranlıqla baxdığımız üfüqün üstünə axır gözlərimizdən. Dərd odur ki, indi yaşamağa ərinirik. “Bu gündən sabaha iş saxlama!”- öyüdləmişdi nə vaxtsa məni anam. Saxlayıram indi, sabah da oyanmağa, günə başlamağa səbəbim olsun deyə… Göndərdiyi şeirləri yazmağa ərindiyi üçün Qulu Ağsəsdən küsməyən Tanrının bağışlamaq bacarığına güvənərək yaşamağa ərinirik. Tanrının yanında ömür rəfləri boşdu, biz yaşayıb o rəfi doldururuq, qaytarırıq Tanrının özünə. Tanrı da bizi-ömürləri kitab kimi oxuyur, yeni yazdığı taledə əvvəlki nəticələri görür. Tanrı da qafiyələri təkrarlayır, söz oyunu oynayır. Amma hamımızın Tanrıya ərki çatmır ki, Qulu Ağsəs kimi deyək: “Sən ordan bir boş şey göndər, Doldurub geri qaytarım…” Kəmalə Umudova bu kitabı yazanacan Qulu Ağsəs yaradıcılığını cığır-cığır gəzib, hər mamırlı daşa sığal çəkib, hər qaya xınasında barmaq isladıb-kitabın sonunda gəldiyim qənaət bu oldu. “Az qalıb” şeirində isə Qulu müəllimin gəldiyi bir qənaətlə rastlaşdım:
“Olacaq” deyir, gözləntisini qoyur oxucunun baxdığı yerə. Di gəl, ilk oxunuşdaca oxucu Qulu müəllimin şifrəli misralarındakı həqiqəti çözür: bunların hamısı olub, hamısını yaşayıb Qulu Ağsəs. Yaşayıb və özündən sonrakılara anladır. Ümid deyil, güman deyil “olacaqlar”; qənaətdir, qəti qənaət.
Qulu müəllim bircə onu demir ki, “Oranın-(Qarabağın) adamları quş kimi oxuyanda” nə oxuyur?
Süleyman Rüstəm 1906-cı il martın 12-də BakınınNovxanı kəndində anadan olmuşdur.[2][3] 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.
Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazmışdır. Ən sevilən əsərlərindən biri Təbrizim əsəridir.
Ədəbi fəaliyyətə 20-ci illərin əvvəllərində başlamış, 1922-ci ildə “Çimnaz xanım yuxudadır” birpərdəli komediyasını yazmışdır. “Unudulmuş gənc” adlı ilk mətbu şeiri 1923 ildə “Maarif və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalında dərc olunmuşdur. “Ələmdən nəşəyə” adlı ilk şeir kitabı 1927-ci ildə nəşr edilmişdir.
Sosializm ideyalarını, inqilabi əhvali-ruhiyyəni ədəbiyyata gətirmək, poeziyanı gündəlik ictimai-siyasi hadisələrin inikasına çevirmək bu kitabın başlıca xüsusiyyətləri idi. “Addımlar” (1930), “Səs”, “Atəş” (1932) şeir kitabları S.Rüstəmin siyasi lirik şair kimi formalaşmasının göstəricisi idi.
İkinci Dünya müharibəsi illərində o, xalqın qəhrəmanlıq mübarizəsini tərənnüm edən əsərlər yazmışdır. “İldırım” (1942), “Qafurun qəlbi” (1959), “Əzizlərdən əzizlərə” (1965) və s. Müharibə dövrü yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tuturdu: “Təbriz şeirləri silsiləsi”, “İki sahil” kitabı (1949). 1960–1980-ci illər yaradıcılığında ictimai-siyasi və məhəbbət lirikası əsas xətti təşkil etmişdir: “Günəşli sahillərdə” (1963), “Keçilməmiş yollarda” (1970), “Ürəyimin gözüylə” (1977), “Mənim günəşim” (1981) və s. kitabların, “Yanğın” (H. Nəzərli ilə birgə, 1930) pyesinin, “Qaçaq Nəbi” (1940) mənzum pyesinin, “Durna” (1948) komediyasının müəllifidir.
C.Qou. Dərin köklər (3 pərdəli drama). (İnqilab və mədəniyyət, 1948, № 7, s.50–103.) Pyesi Arnod Dyusse ilə birlikdə yazmışlar.
Nazim Hikmət. On beş yara; Həsrət; Provakator; Bəlkə mən; Yanmamış papiros; Kərəm kimi (şeir). (İnqilab və mədəniyyət, 1951, № 9, s.57–59) Qəlbim; Səni düşünürəm; Arpa çayının iki yanı; Dizə qədər qarlı bir gecə; Dəmir qəfəsdə gəzişən aslan; Xəzər dənizi (şeir). (İnqilab və mədəniyyət, 1952, № 1, s.131–136) Səs; Nəğmələrimiz; Cavab nömrə 4; XX əsrə dair; Arifəyə; Məktub; Dəvət; Sevgilimə; Mehmet; Yeriyən adam (şeir). (İnqilab və mədəniyyət, 1952, № 6, s.51–56) Səni düşünürəm; Şərqli və SSRİ; Ustamızın ölümü; On doqquz yaşım; Xəzər dənizi; Vida; Bəlkə mən; Provokator; Yanmamış papiros; Dizə qədər qarlı bir gecə; On beş yara (Onbeşlərin xatirəsinə ithaf); Həsrət; Dəmir qəfəsdə gəzişən aslan; Kərəm kimi; Qəlbim; Uşaqlara nəsihət; Şən gələcək; Bənövşə, ac dostlar və qızıl gözlü qız; Komsomol (şeir).
Nazim Hikmət. Şeirlər. Bakı: Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1952, s.15–45.
Qaysın Quliyev. Torpaq və şeir (şeir). Azərbaycan, 1961, № 4, s.36.
İlya Selvinski. Babəkin ikinci mahnısı (şeir). (Ədəbiyyat və incəsənət, 1961, 8 aprel) Bahar dostları (RSFSR şairlərinin şeirləri) (Bakı: Azərnəşr, 1961, 248 s.)
Əbdülvahab Süleymanov. Azərbaycan (şeir) (s.193–195). Bahar dostları (RSFSR şairlərinin şeirləri). Bakı: Azərnəşr, 1961, 248 s.
Yaroslav Smelyakov. Gözəl qız Lida (şeir). Ədəbiyyət və incəsənət, 1964, 18 iyul.
Jan Pol Sartr. Lizzi (pyes). Azərbaycan, 1966, № 10, s.169–190.
Taras Şevçenko. “Siz ey fikirlərim, düşüncələrim!..” (şeir) (s.13–16); Fikirlərim, düşüncələrim (şeirlər və poemalar). Bakı: Yazıçı, 1979, 104 s.
Cahit Küləbi. İyirminci əsrin ilk yarısı; Dəfn; Yanğın; Acı zaman; Biz; Sivaş yollarında; Amerika (şeir). Ədəbiyyat və incəsənət, 1981, 13 mart.
Məhəmməd Mehdi Əl Cəvahiri. Fəhlələrin bayramında (şeir). Ağ günlərin sorağında (İraq ədəbiyyatından nümunələr). Bakı: Yazıçı, 1983, s.18–22.
Şota Rustaveli. Pələng dərisi geymiş pəhləvan (s.7–181). Dünya ədəbiyyatı kitabxanası seriyası. 19-cu cild. Ş.Rustaveli. Ə.X.Dəhləvi. Pələng dərisi geymiş pəhləvan. Şirin və Xosrov. Bakı: Yazıçı, 1988, 366 s. (Məmməd Rahim və Səməd Vurğun ilə birgə tərcümə).
Nazim Hikmət. Həsrət (s.83); Yanmış papiros (s.86); Mehmet (s.87) (şeir). Türkün 101 şairi (türk şairlərinin şeirləri). Bakı: Yazıçı, 1993, 235 s.
Nizami Gəncəvi. Yaxşı bir söz degilən, ta şəkər ərzan olsun…; Fəxr elə yar ki, barını çəkirəm…; Ey nigarım, könlümü Azərbaycan Tərcümə Ensiklopediyası 511 çaldın, füsunxan olma, gəl!.. (qəzəl). Klassik Azərbaycan ədəbiyyatı seriyası. Nizami Gəncəvi. Lirika. Bakı: Lider, 2004, s.24, 63, 64. 21.
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2]
Həyatı
Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.[3]
1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.
Yaradıcılığı
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.
Şeirlərinə yazılmış mahnılar Video
Şövkət Ələkbərova – Məhəbbət – musiqi: Oqtay Kazımi Yalçın Rzazadə – Bakının qızları – musiqi: Oqtay Kazımi Yalçın Rzazadə – Mənim duyğularım – musiqi: Oqtay Kazımi Zeynəb Xanlarova – Cavanlığım – musiqi: Oqtay Kazımi Zeynəb Xanlarova – Bulaq suyu, dağ havası – musiqi: Oqtay Kazımi Yalçın Rzazadə – Dünya düzələn deyil – musiqi: İqbal Ağayev Yalçın Rzazadə – Böyüməyə tələsmə – musiqi: İqbal Ağayev Manana Caparidze – Bu nə cür məhəbbətdir – musiqi: Eldar Mansurov Aygün Kazımova – Səsim səsinə öyrəşib – musiqi: Eldar Mansurov Mübariz Tağıyev – Ömür keçir – musiqi: Eldar Mansurov Ruhəngiz Abdullayeva – Məhəbbət ölməyəcək – musiqi: Eldar Mansurov
Audio
Ağadadaş Ağayev – Gəlin gələndə – musiqi: Oqtay Kazımi Mübariz Tağıyev – Sən oldun – musiqi: Eldar Mansurov Brilliant Dadaşova – Gecikmiş məhəbbət – musiqi: Eldar Mansurov İlqar Muradov – Sən oldun – musiqi: Eldar Mansurov Heydər Anatollu – Tənhalıq – musiqi: Eldar Mansurov Abbas Əhməd – Təki sənin səsin gəlsin – musiqi: Eldar Mansurov Səbinə Cabbarzadə – Məhəbbət – musiqi: Eldar Mansurov
Azərbaycan Yazıçılar Birliyi yarandığı vaxtdan cəmiyyətdə ictimai rəyə təsiredici statusda olub. Ölkəmizdə müstəqil dövlətin qurulması ilə insanın, ədəbiyyatın yeni həyatı başlandı. Ədəbiyyat siyasəti ilə yanaşı, ədəbiyyatın ictimai dərki, meyillər də dəyişdi. Cəmiyyətin həmişə mənəvi ehtiyac duyduğu Yazıçılar Birliyi mürəkkəb vəziyyətlərə düşdü, amma yaşadı. Bu prosesin və nəticənin əsl mahiyyəti ədəbiyyat idarəçiliyinə kimin rəhbərlik etməsdir.
Yeni dövrdə Birliyin quruculuq və yüksəliş dövrü Anarın sədrliyi dönəminə bağlıdır. AYB strukturlarında, ədəbi orqanlarda yeniləşmə və gəncləşmə, yazarların yaradıcılıq, sosial vəziyyətinin dövlət tərəfindən diqqətə alınması da Anara böyük etibar və sayğıdan irəli gəlir. Anar sözübütöv, əsil-nəcabəti bəlli, ləyaqətli, xeyirxah, cəsarətli insandır. Ədəbiyyatda Azərbaycan adına öz möhürünü vurmuş yazıçıdır. Tərifdən xoşu gəlməsə də, boğazdan yuxarı olmayan bir gerçək var ki, o, sadəcə, öz bənzərsiz dünyası olan bir yazıçı deyil, həm də böyük bir düşüncə adamı, mütəfəkkir-ideoloqdur.
Anar Yazıçılar Birliyinin tarixində ən islahatçı və ən humanist sədrlərdən biridir. Bəziləri Anarın nə vaxt sədr postundan gedib-getməyəcəyini gündəmdə saxlamaq çabaları göstərir. Bunlar daha çox neqativ çabalardır, tənqid yox, ədəbiyyatdan və ədəbdənkənar hərəkətlərdir. Anar onu qərəzli tənqid edənlərin heç birinə pislik eləməyib. Əksinə, bəlkə, hardasa ondan yaxşılıq görüblər. Doğrusu isə, o, istər ədəbiyyatda, istərsə də, tənqidi fikirdə kiminsə önünü kəsməyib, bunu özünə sığışdırmayıb.
Anara və onun timsalında öz həmkarlarına qarşı təhqir yazanlar bilsinlər ki, öncə özlərini mühit içində etibarsız duruma düşürürlər. Bəzən heç özləri də anlamırlar ki, onlarda Anara nifrət haradan qaynaqlanır, səbəbi nədir?! Hər halda, Anarı sevməyənlərin sayı 5-3 nəfərdirsə, sevənlərin sayı minlər, milyonlardır. Mən təəssüf edirəm, belələri Anarın iş, dəstək verdiyi yazarlar sırasında da vardır. Onlara sözümü, iradımı həmişə məqamında, açıq şəkildə bildirmişəm, yazmışam. O fikirdəyəm ki, özündən öndəkini, dünənini, tarixini sevməyən adamın, sabahı qaranlıqdır. Milli-mənəvi dəyərlərə sayğı göstərməyən adamın heç kimin gözündə bir qara qəpiklik qiyməti olmaz. Əlbəttə, “yel qayadan nə aparar?!”
Söz bir olar, sözü bir edən isə vicdan və cəsarətdir:
Anar ədəbiyyatçı, ictimai xadim, şəxsiyyət kimi heç vaxt dediyi sözü ikinci dəfə nə dəyişib, nə də inkar edib. Eyni zamanda indiyədək ədəbiyyat siyasətində yanlış qərarlar verməyib ki, o da ciddi mübahisələr obyektinə çevrilsin. Anarı tanımaq, haqqında söz-müzakirə açmaq, təftiş eləmək səlahiyyəti qazanmaq üçün gərək onun Azərbaycanın ədəbi-mədəni tarixində, vətən, millət yolunda yerini, töhfələrini bilib dəyərləndirmək imkanında olasan.
Anar yaxın tariximizdə müstəqillik uğrunda mücadiləçi, milli yazıçı-ideoloq kimi obrazlaşıb. Sovet dönəmində özünü millətçi, dissident adlandıranların bir çoxu mübarizə məqamlarında susanda, Anar həm publisistik, həm bədii əsərlərində, həm də ictimai-siyasi sferada əsl dissidentlik, patriotluq edirdi. Sovet imperiyası ömrünün sonlarında yaşamaq uğrunda qəddar mübarizə apardığı dövrdə onu ən cəsarətli addımlar atan yazıçılardan biri kimi xatırlayıram.
20 Yanvar faciəsindən dərhal sonra məhz Anar SSRİ Ali Sovetinin tribunasından kəskin etirazını M.Qorbaçovun üzünə söyləmişdi. Bəlkə də sıradan başqa bir deputat olsaydı, buna görə ciddi cəzalandırılardı. Amma Anarın nüfuzu qabağında belə bir tədbir, ümumiyyətlə Sovetlər İttifaqına baha başa gələrdi.
İstiqaməti bilinməyən, idarə edilməsi çox çətin olan o hadisələr içərisində hər ziyalı, yazıçı baş çıxara və dəngəsini saxlaya bilməzdi. Çünki vəzifə beləydi ki, gərək insan həm özünü, həm də xalqının maraqlarını qoruya bilsin. Hər özünü qoruyan da cəmiyyətin ona inamını qoruya bilməzdi.
Mənim Universitet illərim də xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşdiyi ilk dövrlərə düşüb. Anar Azadlıq meydanına yığışan gənclərin gözündə ən doğma, ən mübariz şəxsiyyət idi. “Adamın adamı”, “Molla Nəsrəddin-66” adlı kitabları gələcəyin jurnalistləri, publisistləri üçün cəsarət örnəyi idi. Doğrudur, sayğıdəyər Fidan xanım bizim müəllimimiz idi, qardaşı Anar haqqında ona müxtəlif suallar vermək imkanımız vardı, verirdik də, cavabında çox həvəslə də danışırdı. Ancaq yenə də o bizim üçün əlçatmaz milliyyətçi yazıçı obrazı təsiri bağışlayırdı. Bir addım yaxına gələndə isə, nə qədər sadə və anlaşılan (və anlayışlı) olduğu gözgörəti aydın bilinir.
Və burada bir anı qeyd etməliyəm:
Bəlkə çoxlarının yadında olar: 80-ci illərdə YB-nin nəzdində Gənclər ədəbi birliyi fəaliyyət göstərirdi. Biz dinləmək, öyrənmək üçün arada o toplantılarda həvəslə iştirak edirdik. Natəvan klubunda ayaq üstə durmağa belə yer tapılmırdı. Orada bəyənilən əsərlər ədəbi orqanlarda tanınmış yazarların “Uğurlu yol”u ilə dərc edilirdi. Ədəbiyyata gəlmək istəyən onlarla gəncdən yalnız 3-4-nə bu uğur qismət olurdu. Səhv etmirəmsə, Cabir Novruzdan sonra 1988-89-cu illərdə ədəbi birliyin sədri Vaqif Bayatlı Odər oldu. O da xalq hərəkatı genişlənməyə başlayanda oradan uzaqlaşdı.
Artıq ədəbiyyatın tələbləri mühitdə yenilik, dəyişiklik, sovet ədəbiyyatından kənardakı ədəbi cərəyanlarla, təmayüllərlə kontakt, təmas istəyirdi. Onda gənc yazarlar bir araya gəlib, həmin ədəbi birlyi başqa adla bərpa elədik. Ayda 2-3 dəfə Yazıçılar Birliyində yığışıb görüşlər keçirir, Azərbaycan və dünya ədəbiyyatından, oxuduğumuz əsərlər barədə müzakirələr aparır, qəzetlərdə yazılarımızdan ibarət xüsusi buraxılışlar hazırlayırdıq. O qarışıq zamanlarda, demək olar, Birliyin möhtəşəm, daim qaynar binası az qala unudulmuşdu. Az adamlar gəlib-gedərdi. Yuxarı dəhlizlərdə yeriyəndə birinci qatda ağır addım səslərindən bilmək olurdu ki, bu, Anar müəllimdir. O, Birliyi, nəinki unudulmağa qoymadı, əvvəlki şöhrətini qaytarmaq üçün əlindən gələni elədi və buna nail oldu…
Hərdənbir binada şair Qabili, katiblərdən V.Əzizi və texniki işçilərdən kimisə görmək olardı. Bəzi vaxtlarda tədbir keçirmək istəyəndə qapını bağlayıb, bizi içəri buraxmırdılar. Deyirdilər ki, gənclər ağsaqqal yazıçıları tənqid edir, buraları dağıtmağa çalışırlar.
Bir gün Anar müəllimlə görüşüb, 20 Yanvar hadisələrilə bağlı tədbir keçirmək və Şəhidlər Xiyabanını ziyarət etmək barədə fikrimizi bildirdik. O bizi bir-bir dinlədi, təklifimizi bəyəndi, birgə proqram hazırladıq. Bir neçə gün sonra isə Anar müəllimin iştirakı ilə şəhid şairlərimiz Ülvi Bünyadzadə, Alı Mustafayev və Nizami Aydının böyüdülmüş şəkilləri 3-cü qatın dəhliz divarından asıldı.
O görüşdə fürsət tapıb, Natəvan klubunda ədəbi məclislər təşkil etdiyimizi, ancaq bəzən bizi Birliyin binasına buraxmadıqlarını söylədim. Üzünü çevirib, kənarda əyləşən rəhmətlik F.Qocadan və V.Əzizdən soruşdu:
– Həmin o inqilabçı şair budur? – Ani bir sükut yarandı və ardınca əlavə elədi: – Siz bura konkret təkliflərlə, ədəbiyyatla bağlı gəlirsiz. Kim qoymur tədbir keçirməyə? Mən demişəm, yenə də deyirəm, Yazıçılar Birliyinin qapısı bütün yazıçılara, gənclərin üzünə açıq olmalıdır.
Bundan sonra, həm Yazıçılar Birliyində tədbirlərimizi sərbəst şəkildə keçirə bildik, həm də ədəbi orqanlarda müzakirələrimiz, yazılarımız dərc olundu.
Bir ədəbiyyat adamı kimi düşüncəmin ümumi qısa tezisi budur:
Anarın məşhur əsərlərində sadəliklə iç-içə bir modern dərinlik var. O dərinlikdə obrazlar da, əhvalatlar da, söz, təsvir və təhkiyə də cox azad, sərbəst şəkildə hərəkətdədir və gerçəklə dinamik təmasda çıxış edir. Mətnlərin strukturundakı əlaqələri təşkil edən fikirlər asanlıqla müzakirə və mühakimə predmetinə çevrilə bilirlər. Anar nə qədər bədiidirsə, o qədər intellektual və ictimaidir. Və bu üç əsas xüsusiyyət onun yaradıcılığının əsas leytmotividir. Təqdim və təsvir elədiyi həyat gerçəklərində, ədəbi görüşlərində fəlsəfi və psixoloji baxımdan insan düşüncəsinin alt qatlarının açılmasına intellektual girişim vardır. Düşünürəm ki, bu məsələdə o, mükəmməl və təkrarsızdır. Anar nə qədər milli ədəbiyyat adamı olsa da, onun əsərləri nə qədər ümumtürk epos mədəniyyətinə bağlı olsa da, bütövlükdə danılmaz bir dünya ədəbiyyatı faktıdır. Yaradıcılığının xarakteri, genezisi, tipologiyası, ideyaları xalqın təməl-üst təfəkküründən gəlir.
“Yaxşı padşahın nağılı”, “Dantenin yubileyi”, “Macal” və publisistikasındakı cəsarət yeni nəsil üçün çox etibarlı “dərs”lərdi. “Dədə Qorqud” kinopovesti və “Dədə Qorqud dünyası” araşdırmasında oğuz türklərinin kimliyi və ilkin torpaqlarını təyinetmə maraqları, seçkin milli-mənəvi dəyərləri, türkçü-dirilişçi təfəkkür müasir düşüncə üçün çox faydalı istiqamətdir.
“Otel otağı”nda mənəvi-əxlaqi keyfiyyət dəyişimləri, “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə realist-psixoloji, “Əcəl”də fərdi-psixoloji yaşantılar, “Ağ qoç, qara qoç”, “Gözmuncuğu”da mifik və mistik fonun realist açılımları, yeniləşən (və qloballaşan), ancaq gələnəyə bağlı olan insan münasibətlərində tərəddüd və hərəkətlər dəyişimlərin açar epizodlarıdır. “Sizsiz” isə Anarın fərdi-milli kimliyi, soy tipologiyası, solmaz tərcümeyi-halıdır. Bu əsər, həm də öz fəxarətli keçmişinə ucaltdığı möhtəşəm abidəyə atdığı İMZAdır.
Və burada daha bir anı qeyd etməliyəm:
1995-ci ildə Gürcüstanda rəsmi səviyyədə Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Yazıçılardan, mədəniyyət xadimlərindən, ziyalılardan ibarət böyük bir heyət oktyabrın 8-də Tbilisiyə yola düşdü. Onda mən “Azərbaycan” qəzetinin müxbiri kimi nümayəndələr sırasına salınmışdım. “Yak-40” təyyarəsində Anar müəllim məndən ön sırada əyləşmişdi. O ərəfədə “Ulduz” jurnalında bir silsilə şeirlərim çıxmışdı. Şeirlərimi təqdim eləmək üçün ən yaxşı fürsət idi. Jurnalı açıq şəkildə verib, oxumasını xahiş elədim. Anar müəllim şeirlərin hamısını diqqətlə oxudu və geri çevrilib, hamının eşidəcəyi səslə: “Dəyanət, təbrik edirəm, çox gözəl şeirlərdir”, – dedi. Bu sözdən sonra digər nümayəndələr də jurnalı alıb, əl-əl gəzdirdilər. Axırda o jurnal kimdə qaldısa, heç bilmədim, axtarmadım. O zaman Anar müəllimin fikri mənim kimi gənc yazar üçün böyük stimul, özünəinam yaratdı. Həm də o xoş sözlər neçə-neçə tanınmış yazıçı və şairin, dövlət nümayəndəsinin yanında deyilmişdi deyə, qürrələnirdim. O səfərdən xatirə qalan şəklimiz bu gün də durur. Və o da yadımdadır ki, gürcü ziyalıları, Gürcüstan Prezidenti və dövlət rəsmiləri Anar müəllimə necə bir sayğıyla, ədəb-ərkanla yanaşırdılar.
Sonralar Anar müəllim Milli Məclisin deputatı olanda mühüm məsələlər barədə ondan müsahibələr aldım, yazılar yazdım, bir daha yaxşı yöndən tanıdım. Onun sayəsində 1996-cı ildə Yazıçılar Birliyinin üzvlüyünə qəbul olundum. 1997-ci ildən isə, Yazıçılar Birliyi İdarə Heyətinə üzv seçildim. Və indiyədək də bu ictimai statusdayam. 1997-ci ildə Anar müəllim məni gənc yazıçıların Azərbaycan Prezidenti ilə görüşünə dəvət elədi, hətta sözümlə bir neçə gənc yazarı da siyahıya saldı. Müəyyən vaxtlarda ədəbiyyatın, ədəbi mühitin problemləri ilə bağlı tənqidi fikirlər söyləsəm də, heç zaman sözü şəxsi müstəviyə gətirmədim. Kabinetinin qapısında dayanıb fəxri ad, mükafat, vəzifə istəmədim, amma fəaliyyətimə Anardan yalnız diqqət, qayğı gördüm. Və təbii olaraq, bunlarsız belə, həmişə ona layiq olduğu sayğını göstərmişəm, buna özümü borclu bilirəm. İndi də o mövqedə qalıram, yoxsa, vicdansızlıq olar. Doğrudur, yüzlərlə yazıçı onun qayğısından daha üstün bəhrələndi, tanındı, ad-san, iş qazandı. Yenə Allah bir çoxlarına insaf versin, gərəkən zamanlarda, söz deyiləsi məqamlarda bəziləri ağızlarına su alıb çəkildilər. O isə öz haqqını da, haqsızlığa uğrayanın haqqını da təkbaşına müdafiə elədi.
Bütövlükdə həqiqət budur ki, o sağlığında milli-mədəni-mənəvi dəyərə çevrilmiş TƏKlərdəndir. Sadəcə, müasir olduğuna görə, kimlərəsə bir az adi, bir az mürəkkəb, bir az inanılmaz görünə bilər. Anar ona görə böyük yazıçıdır ki, insan kimi böyükdür.
Ədəbiyyata erkən rəhbərlik iddiaçılarına baxanda:
Ümumiyyətlə, sosial mediada müəyyən vaxtlarda, xüsusən də, yazıçıların qurultaylarından öncə Birliyin ləğv olunması və yeni sədr istəkləri də baş qaldırıb. Ancaq bunlar cəmiyyətin, ədəbi sferanın rəyinə qətiyyən cavab verməyib, ehtiyaca çevrilməyib. Və bu istəklər dağıdıcı təfəkkürün məhsulu kimi yersiz cəhdlər olaraq da qalıb, köhnəlib.
Qeyri-təbii halda nələrin dəyişə biləcəyinə gəlincə:
– ədəbiyyatımız itirər, xalqın ədəbiyyata, yazıçıya münasibəti ciddilikdən çıxar (artıq bu proses gedir);
– təşkilat cəmiyyət və dövlət qarşısında indiki statusunu, imicini itirər;
– adi QHT səviyyəsinə enə bilər;
– indiyədək təhqir, böhtan yazan, qalmaqal yaratmağa meyilli olan yazıçılara heç kim etibar edib, yaxın buraxmayacaq (hətta öz “müəllim”ləri də);
– yeni intriqalar dalğası başlayar ki, bu da qurumun ləğvinə, yaxud parçalanmasına gətirib çıxara bilər;
Və nəzərə almaq lazımdır ki, AYB yaradıcılıq təşkilatıdır.
AYB-nin ləğvini və Anarın getməyini istəyənlər hələ bir əsərləri ilə tanınsınlar, ondan sonra ədəbiyyata rəhbərlik etmək iddiasına düşsünlər. Anar sədrlik postuna gələnə kimi uzun, əziyyətli yol keçmişdi, təcrübə toplamışdı, tanınır, sevilirdi. İndi bəziləri ədəbiyyat yaratmaqdan öncə Yazıçılar Birliyinin rəhbərliyinə gələndən sonra tanınacaqlarını düşünürlər. Ona görə də ağına-bozuna baxmadan, hətta həmkarlarına da qara yaxmaqdan çəkinmirlər. Tanınmağın, dünyaya çıxmağın yolu intriqalardan yox, yaxşı əsər yazıb, xalqa, ədəbiyyata xidmət etməkdən keçir. Bu xidmətin nə dərəcədə, nə zaman dəyərləndirilməsi isə ayrıca dövlətə aid məsələdir…
Biz – 90-cı illər nəsli ədəbiyyata gəlmək üçün illərlə çalışmışıq, bir yazı çap etdirmək üçün yüz fikir öyrənmişik, redaksiyaların qapılarını döymüşük, bəzən ümidlə, bəzən ümidsiz qayıtmışıq. İndi şair, yazıçı kimi tanınmaq asandır, sosial şəbəkələrin, qeyri-rəsmi nəşrlərin qapısı hamıya açıqdır. Bir-iki şeir, hekayə quraşdıranlar, pulla əsər yazdıranlar həmən də ədəbi aləmə atılır və mükafat, vəzifə, rəhbərlik davasına çıxırlar. Anlamıram, biz ədəbiyyatı donosçulara, saxta yazarlara, qalmaqalçılaramı həvalə etməliyik?!
AYB ətrafında gedən narazılıqların heç bir əsası yoxdur, bütövlükdə ictimai fikri əks etdirmir və ədəbiyyatın, yazıçıların imicinə xələl gətirən məsələdir. Bəzən elə adamlar haqsız irad bildirirlər ki, görürsən, heç ədəbiyyata dəxli yoxdur, amma iddiası göylə gedir, sosial mediada qalmaqal, qarğaşa yaratmaqla məşhurlaşmağa çalışır. Guya obyektivlik, cəsarət nümayiş elətdirir. Anara qarşı olan ədalətsiz kampaniyaların məğzində kreslo davası durur, yəni bunlar gözü-fikri posta dikili qalan intriqaçı yazarlar tərəfindən təşkil olunan məsələdir. Bizim bəzi cavan yazarlar da müəyyən vədlər ardınca gedir, yuxusunda sədrlik kreslosu görən, bir günlük də olsa, sədr olmaq istəyən o karyeristlərin oyununa düşürlər. Ümumiyyətlə, “niyə mən yox, o olmalıdır” – düşüncəsi ilə yaşayan insan hara kimi gedə bilər?..
Həmişə o fikirdə olmuşam ki:
Yeni dönəmdə faktiki olaraq o, Yazıçılar Birliyinin, həm qurucusu, həm də qoruyucusu olub.
Müstəqilliyimizə keçmişdən ədəbiyyatın xeyli problemləri miras qalmışdı. Yazıçılar Birliyinə təzyiqlər baş qaldırmışdı. Öndə məhz Anar dayanmışdı. Və dövlətimizin dəstəyi və Anarın öncüllüyü ilə ədəbiyyat siyasəti o mürəkkəb dönəmlərdən keçib yaşaya bildi. Ona görə də gələcəkdə Birliyə sədr olacaq adam mütləq Anardan halallıq almalıdır. Onun hər bir fikrində, addımında cəmiyyətə və ədəbiyyat adamına, xeyir, sayğı, anlayış vardır. Söz yox, qurumda yeniləşmə təbii, qanuni yolla, vaxtı çatanda olmalıdır. Bu, kimlərinsə istəyinə bağlı məsələ deyil.
Mən inanıram ki, əsərlərini oxuyub dərk eləyən kim olur-olsun, Anar təkcə mətnləri vasitəsilə də milli, fərdi və vətəndaşlıq məsuliyyəti olan hər kəsə doğmalaşa bilən yazıçıdır. Və ən nəhayət, 85-dən baxanda Anar hər yerdən görünən, yerində olan və yerində dağ kimi görünən adamdır. Bütün böyüklüyü, səbri, sərtliyi və xeyirxahlığı ilə var olsun!
Ötən il, iyunun 29 və 30-da Milli Teatrda Cavid Zeynallının “Şükriyyə” pyesinin rejissor Bəhram Osmanovun quruluşunda eyniadlı tamaşasının premyerası oldu. Amma bununla bağlı fikirlərimi yazının axırında – “Tamaşa” fəslində verəcəm. Çünki bu yazıdan amacım eləcə “Şükriyyə” deyil, konkret bir tamaşa nədəniylə aşağıdakı çoxsaylı məsələlərə toxunmaq, bir sözlə, damlada dəryanı göstərməkdir:
– milli dramaturgiya və teatrın çağdaş durumu;
– rejissorun teatrdakı yeri;
– bədii istedada qayğı;
– yeni dramaturq imzası;
– sənət və toplumsal həyatın bağlantısı;
– vətənsevərlik, özəlliklə də, Qarabağ konusunun plakat, şüar, xaltura, alver alətinə çevrilməsi;
– sənətkarın meracı.
Füzuli kədərli bir eşq olayından danışan “Leyli və Məcnun”un girişində deyirdi:
Düşdü səfərim diyari-dərdə,
Kimdir mənə yar bu səfərdə?
Şair bu səfərdə 530 ildir ki, düşmənsiz ötüşməyib, amma onun sözünü deyən, hörmətini saxlayan, yolunu gözləyənlər də az olmayıb ki, çox olub. Bəs, hər cür sorunlarla üzləşəcəyim bu “uzun, incə yolda” bir az füzulluq eləmək zorunda qalsam, mənə necə, axıracan yoldaşlıq eləyən tapılacaqmı? Konkret olaraq, Füzuli ili və teatr günü, ümumən orta çağ divan şairi ilə teatr sənətinin nə ilişkisi? Bu sualların cavablarını bilmək istəyirsiniz? Onda gərək bu yazını sonacan oxuyasınız.
Ustadlara xitab
Platon haqlıydı – hər cür sənət xatırlamadır, amma təkcə ideyalar aləmini deyil, həm də gerçək şəxsləri və ya nəsnələri xatırlamaq. Platon özü bütün dialoqlarında Sokratı xatırlayırdı. Mən isə on il öncəyə – 2014-cü ilə qayıtmaq, İsa Muğannanı xatırlamaq istəyirəm. Görkəmli nasirin Daxili İşlər Nazirliyi yaxınlığında, keçmiş Hüsü Hacıyev küçəsində, yazıçılar binasının beşinci qatındakı evindən Füzuli meydanına ayaqla vut-tut, beş-altı dəqiqəlik yol olsa da, o, Nəsimidən Nizamiyə qayıdıb, Füzulidən yazmasa da, alın yazısı ömrünün axırında onu Füzuli meydanına gətirdi və yazıçını son mənzilə bir əli sinəsində, o biri çənəsində, Məcnunu sağı, Leylisi solunda, vəhşilər ayağının altı, mələklər başının üstündə, fələyin zindanı kürəyi, Allah eşqi ürəyində dərindən-dərin düşüncələrə dalmış Füzuli, İsanı isə Məhəmməd yola saldı, “çün Məsihi-vəqtsən, can vermək asandır sana…” dedi.
Artıq onilləri aşır ki, ünlü söz-sənət adamlarının çoxu son mənzilə Füzulinin yanı, Füzuli meydanından keçib gedirlər. Şair, elə bil ki, zamanla əbədiyyət arasında bir körpüdür. Füzuli metafizikdir və onun bəlkə bir misrasını da oxumayan iyirminci yüzil batı filosofu Martin Haydegger “Metafizika nədir?” kitabında yazır ki, insan düşüncəsinin irəliləməsi üçün bizi başlanğıc nöqtənin cazibəsində tutub saxlayan metafizikadan qurtulmalıyıq. Mirzə Fətəli Axundovun “Füzuli şair deyil və onun xəyalatında əsla təsir yoxdur”, Cəfər Cabbarlının “Neçə əsrlərdir ki, Füzulinin sehrli orbitindən çıxa bilmirik” sözləri də ünlü filosofun fikriylə səsləşir. Füzulini oxuyub-oxumamasına dair nəsə deyə bilməyəcəyim böyük fransız metafiziki Rene Genon isə “Çağdaş dünyanın böhranı” kitabında yazır ki, batının böyük sürətlə yuvarlandığı uçurumdan qurtuluşunun tək yolu doğuda hələ də qorunub saxlanılan vahid, əzəli metafizik prinsipə qayıtmaqdır. Kim haqlıdır? Bu sualı birmənalı cavablandırmaq bəsit bir şey olardı, nədən ki Haydegger, Axundov, Cabbarlı və Genon məsələyə fərqli, bəzən əks yönlərdən baxsalar da, bir çiynin üstündəki başlara bənzəyirlər. Əslində isə onların qoyduğu məsələ o qədər orijinal deyildi, bu metafizik sualı hamıdan öncə Füzuli özü vermişdi:
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı?
Haydegger də, Axundov da, Cabbarlı da, Genon da Füzuli sualına cavab axtarır, öncəkilər ona “usanar”, sonuncu isə “usanmaz” cavabını verirdi. Bundan sonra da neçə-neçə düşünürlər gəlib-keçəcək, mini mini bir söz deyəcək, amma ta qiyamətəcən nə bu sualın cavabı tapılacaq, nə də bu sevda bitəcək. Nədən ki bu məcnun sual insanlığın ölüm-qalım sorunu, bu sevda sonsuzdur. Füzuli isə eləcə Molla Məhəmməd Süleyman oğlu Bağdadi, onun yazdıqları isə təkcə qəzəl, dastan deyil, həm də ümumbəşəri, milli və fərdi anlamda metamətnimiz, neçə yüzillərdir qaça bilmədiyimiz, yəqin ki, qiyamətəcən pozulmayacaq alın yazımızdır. Odur ki, Füzuli əleyhinə öncələr də, bu gün də, istər xaric, istərsə də daxilimizdə aparılan siyasi-ideoloji təxribatlar – İraqda məzarının yerini dəyişmək, yaxud “İraq şairi” adlandırmaq, İranda abidəsini təhqir eləmək, bizdə isə haqqında aşağılayıcı bir şeylər yazmaq çabaları – həmişə fiasko ilə sonuclanıb, bundan sonra da belə olacaq, nədən ki gəldi-gedər siyasi maraqlara bağlı kampaniyalar əzəli-əbədi dəyərlər qarşısında acizdir. Alimlərimizdən Kamil Allahyarov, Zəkulla Bayramlı, özəlliklə də, özünün “Füzuliyə qarşı üçüncü vandalizm aktı” adlı dəyərli məqaləsində ərəbşünas Cəmaləddin Quliyev çoxsaylı faktlara söykənərək, bu məsələyə aydınlıq gətirib, bütün bu kampaniyaların riyakar siyasi-ideoloji mahiyyətini yetərincə açıqlayıblar. Füzulinin xatirəsini təhqir eləmək kimi uğursuz cəhdlərə qarşı ən ciddi cavab isə şairin 530 illik yubileyinin qeyd edilməsi ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin 25.01.2004-cü il tarixli sərəncamıdır. Bu sərəncam çağdaş sərhədlər daxilində məzarının harada olmasına baxmayaraq, Füzulinin dahi Azərbaycan şairi və mütəfəkkiri olmasının bütün dünyada rəsmi təsdiqidir və məncə, xaricdəkilərin havasına züy tutan, yuxa qırağı sulayan bəzi daxilimizdəkilər də bu qərardan nəticə çıxarıb, elmi baxımdan yanlış, siyasi yöndən zərərli mövqelərinə düzəlişlər edəcəklər.
Qoy, onlar öz düzəlişlərini eləsin, mənim yolumsa, yenə keçmiş Hüsü Hacıyev küçəsi, yazıçılar binasınadır. İllər öncə, hələ bu fani dünyada yaşadığı, onda dəyərini elə də bilmədiymiz, indi çox uzaq, əlçatmaz görünən o gözəl günlərdən birində, yazıçılar binasındakı həmin mənzilində Muğannadan “gənc yazarlara sözünüz, məsləhətiniz nədir?” deyə soruşmuşdum və o bir an da düşünmədən, guya kimsə başqa biri, ya da öz-özüylə danışırmış kimi, hansısa məchul nöqtəyə zillənərək keçmişi-keçəcəkləri, yeri-göyü, ərşi-kürsü dolanaraq yanıma enmiş və göz açıb yumunca baş verən bu tarixi, kosmik gəzintidən doğan müdtik bir dalğınlıq havasında “qoy, damlada dəryanı, zərrədə küllü göstərsinlər” demişdi. Ondan çox cavab gözləyirdim, amma bunu – əsla! Muğanna öz cavabında Genonu Haydegger, Axundov və Cabbarlı ilə barışdırır, həm o tərəf (dərya), həm də bu tərəfə (damla) vurur, axırda da qayıdıb vəhdət nöqtəsində dururdu. Onun bu sözləri mənə niyə dediyini indi – bilgisayarın qarşısına keçib, ilk cümləyə hardan, necə başlayacağımı düşünəndə bilirəm. Onda bilmirdim ki, öz sualım da, yazıçının cavabı da yaddaşıma yazılıb və günlərin bir günü bu yazıda beləcə qəfil boy verəcək.
Teatr və dramaturgiyamızın çağdaş durumuna dair bu teatral-essevari düşüncələrimə Füzuli və Muğanna anısıyla başlamağımın bir neçə nədəni var və biri də budur ki, oxuyacağınız yazıda sufi üsuluna üz tutmuş, damlanı dəryada, zərrəni küllüdə göstərməyə, çözülməsi soruna quş uçuşu, yəni bir az uzaq, bir az da yuxarıdan – uzun və geniş planlarda baxmağa çalışmışam. Çünki ayrıca sorunların da, konkret şəxslərin də yeri və rolu ümumi mənzərədə daha aydın görünür. Siz bu sufi rümuzatında “damla”nı yazının özəl predmet və subyektləri, “dərya”nı dramaturgiya, teatr, ümumən sənət, damlanı insan, dəryanı Allah kimi çözməyinizdə olun, mən də bu müddətdə ustadların ruhuna rəhmət diləyib, onlardan füzuliyanə bir halallıq alım ki, vaxtımız çox getməsin:
Arayişi-söhbət eylə, saqi,
Ver badə, mürüvvət eylə, saqi.
…Sən ver badə, mən eyləyim nuş,
Mən nəzm oxuyum, sən ona tut guş…
Rejissora sözönü
Əgər səhnə öz sərhəd, qanun və əhalisi olan ayrıca bir dünya və rejissor onun yaradıcısı, demiurqu, tanrısıdırsa, sözə Bəhram Osmanovdan başlamaq istəyirəm. Milli Teatrın səhnəsində zamanında “Qarağaclar altında ehtiraslar” (Yucin Onil), “Şah Edip, yaxud alın yazısı” (Sofokl), “Kral Lir” (Vilyam Şekspir), “Ağqoyunlular və Qaraqoyunlular”, “Köhnə ev”, “Mesenat” (Əli Əmirli), “Kaş araba aşmayaydı” (Otar İoseliani), “Uçqun” (Tuncər Cücənoğlu) və digər aydın konsepsiyalı, aktual ideyalı, istər bütövlükdə, istərsə də ayrı-ayrı səhnələrin təkrarsız ehtişamı baxımından heyranlıq doğuran tamaşalara quruluş verən bu görkəmli rejissor Gənc Tamaşaçılar Teatrına getməsilə bağlı uzun dönəmdir ki, burda görünmür, onun ana teatrın səhnəsindəki son işi – “Dəli yığıncağı”ndan (Cəlil Məmmədquluzadə) illər keçir. Teatrsevərlər isə bəzən, doğrudan da, dəli yığıncağı təsiri bağışlayan, ələşənin küləşənə qarışdığı, yaxşı ilə yamana, yağlı ilə yavana fərq qoyulmadığı hazırkı durumda çox şeyləri unutmayıblar. On doqquzuncu yüzil ünlü türk şairi və dövlət xadimi, saray çəkişmələri üzündən Osmanlını tərk edib, uzun illər batı ölkələrində yaşamaq zorunda qalan Ziya Paşa deyirdi:
Ayinəsi işdir kişinin, lafə baxılmaz,
Şəxsin görünür rütbeyi-əqli əsərində.
Osmanlı şairinin diliylə desəm, Osmanovun Milli Teatrdakı işləri onun rejissor kimliyini göstərən “ayinəsidir” və indi onlardan bəzi səciyyəvi məqamları yada salmaq istəyirəm.
…Pərdə bağlanır, tamaşa bitir, pərdənin bəri üzündə atılıb qalmış yelləncəkli boş kreslo isə dünyanın faniliyi, amansız taxt-tac qovğalarının anlamsızlığından söz açır. Burda artıq cansız kreslo danışır. Bura sözün bitdiyi yerdir! Mən ədəbiyyat tarixi səhifəsinin bu üzünü o üzünə çevirib, Füzuli divanına üz tuturam:
Ey olub sultan deyən dünyada məndən qeyri yox,
Sən səni bir cüğd bil, dünyanı bir viranə tut!
Rejissor isə tarixin pərdəsinin o üzünü bəri üzünə – çağdaşlığa çevirir, b.e.ö. səkkizinci yüzildə dumanlı Britaniyada baş vermiş saray çəkişmələri ardından 90-ların bir-birini dabanqırma izləyən dumanlı hakimiyyət davalarına üz tutur. Bu, iki fərqli heyətlə beş-altı ilə hazırlanan, Kral Lirin özü qədər qəribə, acımasız taleli “Kral Lir” tamaşasının finalıdır.
Babanın günahı üzündən: ana özünü asaraq intihar edib; gözlərini öz əlləriylə kor eləyən ata illərlə səfil-sərgərdan gəzib-dolanandan sonra dəhşətli əzablar içində ölüb; taxt-tac uğrunda qardaş qardaşı öldürüb; sağ qalanı düşmənlər qətlə yetirib; Tanrı üz çevirib və Edipin (Kamal Xudaverdiyev) qızları İsmena (Mehriban Xanlarova) ilə Antiqona (Münəvvər Əliyeva) göylə yerin arasında tək-tənha qalıblar! Tamam tək və tənha! Taleyin verdiyi çəkilməz acılardan sonra qızlar axır ki, bir-birini bağışlayıb qucaqlaşır və elə o anda Tanrı “mələyi” (Sənubər İsgəndərli) öz qanadlarını onların üstünə gərir, üçü bir yerdə səssizcə ağlayırlar. Cavanşir Quliyevin həzin musiqisi eşidilir, səhnəyə kosmik çəkisizlik, yaxud çiskin yağış ovqatı doğuran işıq düşür… Antik tragediyadakı bu olaylar ardından yenə də 90-ların hakimiyyət qovğalarına boylanan rejissorun səsi gəlir: “Niyə hər yandan düşmənlərlə çevrələndiyimizi görmürük? Niyə bir-birimizi qırır, qızlarımızı, qadınlarımızı başsız qoyuruq? Gəlin, bəylik taxtımızdan enək, şəxsi ambisiyalarımızı bir kənara qoyaq, adam olaq, bir-birimizi bağışlayaq ki, Tanrı da bizi bağışlasın – qurtuluşumuz birliyimizdədir!”
Bu, “Şah Edip”in 25 ildən bəri yaddaşımdan silinməyən uşaqcasına məsum, müdrikcəsinə mənalı finalıdır! O qədər məsum və mənalı ki, az qala hipnoz olmuş zal aktyorları alqışlamağı belə unudurdu. Mən nə öncə, nə də sonralar baxdığım tamaşaların heç birində insanı bu qədər təsirləndirən, özünə qaytaran, bu qədər güclü və zərif final görməmişəm. Bütün dünya uçub-dağılmış, yalnız bunlar qalmışdı – kosmik ənginlik qarşısında tənha insan, göz yaşı və ümid… Burda danışan göz yaşlarıydı! Bu sözün bitdiyi yer idi! Qiyamət səhəri kimi acı, hansısa müjdədən soraq verən bahar nəsimi kimi bu həzin finala baxdıqca düşünürdüm ki, dünya dramaturgiyasının bəlkə də ən talesiz məxluqlarını oynasalar da, Mehriban, Münəvvər və Sənubər dünyanın ən xoşbəxt oyunçularıdır. Təkcə elə bu tamaşanın final səhnəsində oynamaq üçün illərlə zəhmət çəkib, lazım gəlsə, şəxsi səadətindən belə əl çəkib aktyor olmağa dəyərdi! Osmanovun quruluşlarında rol almaq aktyor üçün, doğrudan da, şansdır.
Bağlanmış pərdə bir anlığa açılıb, yenidən sürətlə qapanır, amma bu bir göz qırpımı da bəs eləyir görəsən ki, üzündə təbəssüm donmuş aktyorlar Tağıyevlər ailəsinin hansısa xoşbəxt anının fotosunu canlandırır. Bu şəkil marketinq dönəminə keçidin yaratdığı aşırı varlanmaq ehtirası, maliyyə fetişizmi, acgözlüyün absurdluğuna işarə edir. Bu şəkil milli sahibkarlığın çağdaş təmsilçilərini el atası, böyük mesenat Hacı Zeynalabdin Tağıyevdən həm örnək, həm də ibrət götürməyə çağırır. Bu şəkil “nə qədər varlı, nüfuzlu olursan-ol, bu dünya olum və ölüm pərdələri arasında (f)ani bir görüntü, vaxtın sonsuz yaddaşında donub qalmış şəkildir” deyir. Burda artıq cansız şəkil danışırdı… Bu, sözün bitdiyi yer idi!
Bu isə “Mesenat”ın finalıdır.
Osmanov hər tamaşasında bizi yenidən və yenidən xoşgörüyə, barışa çağırır, “mərhəmətli olun!” deyir, nədən ki Allahın “öldüyü” bu amansız, sərt dünyada vicdan son sığınacaq, mərhəmət olan-qalan, yeganə həqiqətdir!
Mərhəmət! Bu, onun rejissor dünyaduyumunun anayasası, yaradıcılığının epiqrafıdır! Maraqlıdır ki, bütün sənət həyatı boyu üzləşdiyi çətinliklər milli Efrosumuzun mərhəmət idealına ciddi xələl gətirə bilməyib. Çoxsaylı milli, rus, qərb sənətkarları arasında onu məhz sovet dönəminin dissident ruhlu rejissoru Anatoli Efrosa bənzətməyim özü də gəlişigözəl epitet, subyektiv yarlık olmayıb, təkcə iki azad ruhlu istedadın üzləşdikləri eyni səciyyəli sorunlardan da irəli gəlməyib, hər şeydən öncə, Osmanovun özünün fikridir. Yadımdadır ki, aşağı-yuxarı, iyirmi-iyirmi beş il öncə ondan “Stanislavski, Meyerxold, Brext, Kreq, Vaxtanqov, Tovstonoqov, Yefremov, Lyubimov, Efros, Tairov… Özünü bu rejissorlardan hansının məktəbinə aid edirsən?” deyə soruşmuş və “əlbəttə, Efrosun” cavabını almışdım. Maraqlıdır ki, Taqanka Teatrında əleyhinə aparılan neçə illik kampaniyadan sonra 1987-ci ildə infarkt keçirən Efros dünyasını dəyişmiş və məhz həmin il gənc rejissor Bəhram Osmanov Milli Teatrda öz işinə başlamışdı. Rejissorun sonrakı yaradıcılıq taleyi də onun Efros kodundan xəbər verir. O da Efros kimi öz ideyalarını gerçəkləşdirmək üçün az sorunlarla üzləşməyib, teatrları dəyişmək zorunda qalıb, tamaşalarının qarşısına yapma əngəllər qoyulub. Yazıqlar olsun və nə yaxşı ki, bu belədir. Füzuliyanə desəm, gülə tikanın zərəri yoxdur:
Gözümdə məskən et, xari-müjəmdən ehtiraz etmə,
Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz.
Neçə-neçə səhnə, televiziya və kino obrazlarını gördüyüm ayrı-ayrı aktyorlar da yaddaşımda Bəhram Osmanovun quruluşlarındakı bu və ya digər anın doğurduğu unudulmaz təəssüratla qalırlar. Onları bu anlarda görmüş, tanımış, sevmiş və yadda saxlamışam:
Lir – Kamal Xudaverdiyev barmağını Kordeliyanın (Məleykə Əsədova) yanaqlarından süzülən göz yaşlarına vurub, ehtiyatla, qorxuyla dilinə toxundurur, sonra az qala hədəqəsindən çıxan gözlərlə zala üz tutaraq, sanki “duzludur! həqiqidir! doğrudanmı, saxta deyil?!” deyə soruşmaq istəyirdi! Unudulmaz aktyor yaddaşımda ömrü boyu şirin yalanlarla yaşayıb birdən-birə acı (duzlu!) həqiqətlə üz-üzə gələndə iliklərinə qədər sarsılan, uşaqcasına sadəlövh ingilis kralının açıla qalmış ağzı, heyrət dolu baxışlarıyla qalıb! Burda artıq gözlər danışırdı… Bu, sözün bitdiyi yer idi!
Nə rus sovet rejissoru, “Don Kixot”, “Hamlet” kimi dünya klassikası şedevrlərinə böyük başarıyla ekran həyatı verən Qriqori Kozintsev, nə ingilis Riçard Eyrin eyni mövzudakı filmlərində (uyğun olaraq 1970 və 2018-ci illər), nə də Leonid Heyfetsin Malı Teatrının aktyorları ilə hazırladığı və zamanında böyük maraqla qarşılanan film-tamaşasında (1982) Lir və Kordeliyanın uzun ayrılıqdan sonra qarşılaşması səhnəsi bu qədər parlaq, yaddaqalan, təsirli deyil:
Səhnənin bir başında – taxt-tacını, torpaqlarını böyük qızları Qoneriliya (Bəsti Cəfərova) və Reqanaya (Hicran Nəsirova) cehiz verib, sonra nankor övladları tərəfindən rədd edilən, qapılar üzünə çırpılan, yolçu olub çöllərə düşən, qaranlıq, soyuq, tufanlı gecələri dilənçilərlə keçirən, lakin hakimiyyətdən endikcə həqiqəti dərk pillələri ilə yüksələn, maddi sərvətlərini itirdikcə mənən zənginləşən və sonucda kraldan insana, misdən qızıla, damladan dəryaya çevrilən zavallı və bədbəxt Lir; o biri başında – sözün düzünü dediyi, yalanı, riyakarlığı bacarmadığı, diliylə könlü bir olduğu üçün cehizi lənət, təhqir olan, lakin Liri bağışlayan və öncələrdəki kimi yenə də sevən mələk təbiətli kiçik qızı Kordeliya! Dilənçi görkəmində olan Lir və su sonası kimi bəyaz libaslı Kordeliya qarşılıqlı sevgi ifadə edən atəşin sözlərlə qollarını qabağa açır, dizin-dizin bir-birinə doğru sürünür, səhnənin tən ortasında göz yaşları içində qucaqlaşırdılar! Göz yaşının dadına baxmaq da bundan sonra başlayırdı…
Əminəm ki, Kozintsev, Eyr, Heyfetsin filmləri və Osmanovun tamaşasına baxıb, eyni səhnələri tutuşdursanız, gəldiyim sonucun bayağı “özümüz-özgələri” mifindən doğan tərəfgirlikdən irəli gəlmədiyinə, hər cür kiçiltmə və şişirtmədən uzaq olduğuna siz də əmin olarsınız. Düzdür, Kamal Xudaverdiyev göz yaşının dadına baxmağı Kozintsevin filmində baş rolu oynayan ünlü eston aktyoru Yuri Yarvetdən götürmüş, amma öz mənalı heyrəti ilə bu jestə tamam fərqli anlam verə bilmişdi. Göz yaşını dadan Yarvetin üzündə bir təəssüf, peşmançılıq var. Kral bu duzlu göz yaşında, elə bil öncədən artıq duyduğu həqiqətin təsdiqini tapır: “hə, doğrudan da, duzlu imiş, saxta deyilmiş, təəssüf ki, bunu gec başa düşdüm.” Kamal Xudaverdiyevin Lirinə isə öncədən heç nə məlum deyil, o həqiqəti indi, göz yaşını daddığı andaca, zen-buddistlərin diliylə desək, qəfil tapır və bu gözlənilməz intuitiv kəşfdən ağzı açıla qalır: “doğrudanmı, duzludur, doğrudanmı, saxta deyil?!!” Onun üzündə təsdiq yox, heyrət dolu bir sual, onun gözündə təəssüf yox, özünün ən yüksək dərəcəsinə çatmış təəccüb var! Aktyorun köhnə jestə verdiyi bu yeni anlam səhnədəki degustasiyanın zaldakı dadını qat-qat artırır, ona həqiqətin kəşf olunduğu həlledici məqam statusu verir və müqayisədə ünlü eston (üstü) unlu azərbaycanlıya açıq-aşkar uduzurdu (“Kral Lir”);
taleyin amansız hökmüylə dünyanın ən bağışlanmaz suçuna sürüklənən, indiyəcən olub-keçən qadınların heç birinin üzləşmədiyi acı bir qismətə tuş gələn – öz bətnindən doğurduğu Ediplə izdivaca girən, ondan dünyaya övladlar gətirən və bu dəhşətli həqiqəti biləndə azacıq belə düşünmədən özünə ölüm hökmü çıxaran, yunan profilində qədd-qamətli, şahanə, hökmürəvan İokasta – Şükufə Yusupovanın da ölümə gedərkən tüstülər, dumanlar içində ağ göyərçin qanadları kimi, xəyal kimi çırpınan əllərini, yəqin ki, heç vaxt unutmayacam (“Şah Edip”).
Hələ Bəsti Cəfərovanın sevişdiyi kişinin ağuşundan çıxaraq, şərab dolu qədəhi başına çəkən, sonra da hüdudsuz şəhvani istəkləri və hakimiyyət ehtirasının təmin olunmamasından doğan narazılıq, nifrət, aqressiyanın ifadəsi kimi boş qədəhi bütün bədəniylə bir yay kimi gərilərək, daxili aləminin ən dərin nöqtəsindən gələn çılğın bir nidanın müşayiəti ilə səhnənin hansısa uzaq küncünə tullayan Qoneriliyası!.. Onun hüdudsuz azğınlığından xəbər verən nidası səhnə səmasında şimşək kimi çaxır, bütün zalı diksindirirdi! Qəribədir ki, aktrisa bu səhnə də daxil olmaqla Qonerilya obrazını elə də bəyənmir, Kordeliyanı oynamaq istəyirdi. Mənim isə üstündən on illər keçsə də, Qonerilyanın boş qədəhi necə atması hələ də gözümün önündə, çılğın nidası hələ də qulağımdadır. Milli və dünya dramaturgiyasında Pəridən (Cəfər Cabbarlı, “Solğun çiçəklər”, rejissor Ağakişi Kazımov) tutmuş, Fedraya (Jan Rasin, “Fedra”, rejissor Mərahim Fərzəlibəyov) qədər ən ehtiraslı qadın obrazlarını canlandıran aktrisa yaddaşımda qəddar, amansız ingilis kraliçasının bir kəlmə də demədən hər şeyi deyən sözsüz qiyamı ilə qalıb (“Kral Lir”);
düşmən siyasi partiyanın oğluna ərə getməsin deyə öz əmisi oğlu tərəfindən zorlanan, avansenaya çıxaraq bütün əclaflıqların acığına başını qürurla yuxarı qaldıran, sonra nəsə daxili hökm verdiyini bildirən sərt hərəkətlə geri dönüb, səhnə boşluğunda yoxa çıxan, eləcə mimika və baxışlarıyla tamaşanın ən önəmli informasiyasını – intihar qərarını zala çatdıran Fidan – Məleykə Əsədova da yaddaşıma ayaqlar altına atılmış məhəbbət, tapdalanmış bəkarətin saf heykəli kimi yüksəldiyi bu sözsüz səhnəsi ilə yazılıb. Fidan bu bir anlıq görüntüsüylə aktrisanın Gültəkin, Şirin, Mariya Tüdor kimi klassik faciə ehtişamıyla süslənmiş obrazlarını kölgədə qoyurdu (“Ağqoyunlular və Qaraqoyunlular”).
Aysel xanım, çox təəssüf ki, çoxlarımızın özünədərki ya yoxdur, ya da çox az faizdədir. Sizcə, bütün bəlaların kökündə bu dayanırmı?
CAVAB
-İndi çox eşidirik “Fərqindəlik” sözünü. Fərqindəlik insanın özünü yaxından tanımasıdır. İnsan öz gücünün fərqinə varır və həyatını dəyişir. Əsas istəməkdir. Şüurlu şəkildə düşünərək nə istədiyini bilməkdir. Din də deyir, elm də deyir ki istə, istəyinə nail olacaqsan. Əsas məqsədli olmaqdır. Arzulamaq, arzunun xəyalını qurmaq və istəyə çatmaq üçün çalışmaq. Yəni, nə istədiyini şüurlu şəkildə bilmək əsasdır. İnsan düşündüyü zaman insandır.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qaradağ Rayon Bürosunun Rəhbəri, Azərbaycanlı şair-yazıçı Coşqun Xəliloğlunun Coşqun Xəliloğlunun hekayəsi “Yağışlı bir gün idi” hekayələr toplusunda işıq üzü görüb.
Bu kitabda Mir Cəlal adına III Hekayə Müsabiqəsinin qaliblərinin və münsiflər heyəti tərəfindən seçilən digər iştirakçıların işləri toplanıb.
Kitab satış üçün nəzərdə tutulmayıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Gənc nəsildə tolerantlıq, dözümlülük, qarşılıqlı anlaşılma və hörmət, ailədaxili problemlərin dinc yolla çözülərək həllinin tapılması və s. bu kimi xüsusiyyətlərin aşılanması, o cümlədən bu xüsusiyyətlərin əhali arasında geniş təbliğ və təşviq edilməsi məqsədilə elan olunan hekayə müsabiqəsi yekunlaşıb. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) “Ulduz” jurnalı ilə əməkdaşlıq çərçivəsində keçirilən hekayə müsabiqəsinin finalçıları müəyyən olunub:
Arif Rəhimov – “Zərif və kövrək məxluq”
Azər Musaoğlu – “Fidan”
Fatimə Bayramova “Bağlı qapı arxasında”
Maya İmran – “Humay Atabəy”
Rəşid Bərgüşadlı – “Otit”
Şəfa Vəli – “Quşxanadan reportaj”
Zemfira Məhərrəmli – “Ailə sənin məbədindir”
13 mart 2024-cü il saat 12.00-da AYB-nin Natəvan klubunda “Məişət zorakılığına yox deyək!” mövzusunda tədbirin keçirilməsi və hekayə müsabiqəsinin qaliblərinin elan olunması nəzərdə tutulub.
“Mücrü” Nəşriyyatı tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində “Şairin yurdu” antologiyasında “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəlinin “Poçtalyona məktub” adlı şeiri yer alıb.
Layihənin rəhbəri və müəllifi Şəfa Vəli, redaktoru isə istedadlı yazıçı Xanım Aneladır.
45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib. Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Mücrü” Nəşriyyatı tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində “Şairin yurdu” antologiyasında “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Xəyalə Sevilin “Anamın əlləri” adlı şeiri yer alıb.
Mücrü” Nəşriyyatı tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində “Şairin yurdu”
Layihənin rəhbəri və müəllifi “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəli, redaktoru isə istedadlı yazıçı Xanım Aneladır.
45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib.
Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Mücrü” Nəşriyyatı tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində “Şairin yurdu” antologiyasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri şair İbrahim İlyaslının “Nə çəkir” adlı şeiri yer alıb.
Layihənin rəhbəri və müəllifi “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəli, redaktoru isə istedadlı yazıçı Xanım Aneladır.
45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib.
Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Mücrü” Nəşriyyatı tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində “Şairin yurdu” antologiyasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri, şair-araşdırmacı Namiq Hacıheydərlinin “Şairin sözü” adlı şeiri yer alıb.
Layihənin rəhbəri və müəllifi “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəli, redaktoru isə istedadlı yazıçı Xanım Aneladır.
45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib. Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Mücrü” Nəşriyyatı tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində “Şairin yurdu” antologiyasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Kənan Aydınoğlunun “Qadın ağlamaqçün yaranmayıbdı…” adlı şeiri yer alıb.
Layihənin rəhbəri və müəllifi “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəli, redaktoru isə istedadlı yazıçı Xanım Aneladır.
45 müəllifin şeiri və bu şeirlərə aid hekayətlərin yer aldığı kitab “Mücrü” nəşriyyatında nəşr edilib.
Oxucular üçün bu kitab müasir Azərbaycan poeziyasının səhnə işığı kimidir, hər şair ömrünün bir epizoduna işıq salır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Qeyd: Mübarək Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilmişdir. Digər bölgələr Mübarək Ramazan ayının təqvimini qafqazislam.com saytında yerləşdirilən ənənəvi namaz vaxtları ilə tənzimləsinlər.