Həyat ŞƏMİ.”GÖRƏSƏN, SƏN İNSAN OLA BİLDİNMİ?”

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü

Şair ürəyinə toxundu bir səs,
Görəsən, sən insan ola bildinmi?
Həm qondu qəlbinə, həm endi bir səs –
Görəsən, sən insan ola bildinmi?

Ömür bir labirint, bizsə axar su,
Başından sonuna doğru axarsan,
Sağına-soluna axar, baxarsan,
Görəsən, sən insan ola bildinmi?

Hər düşən yarpaqla qopan ürəyin,
Daş deyil, qan dolu sapand ürəyin,
Qana-qana içdin al-qan ürəyini:
Görəsən, sən insan ola bildinmi?

Şəkilləndin ilmə-ilmə, söz ilə,
Sözdən qala qurdun dərin özüllə,
Hər keçən daş atdı qalana göz ilə,
Görəsən, sən insan ola bildinmi?

Özünlə daşıdın yüklü illəri,
Başını bağladın, açıq qolların,
Sonunda ölüm var bütün yolların –
Görəsən, sən insan ola bildinmi?

09.07.2025

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir