Mən ölmək istəmirəm Hələ beynim düşünür, Hələ qələmim yazır. Mən ölmək istəmirəm, Buna deyiləm hazır.
Dost mənə yaşa deyir, İllər qəbrimi qazır. Qələm düşməz əlimdən, Günlərim, ötmə hədər, O son mənzilə qədər.
Qoca köklər üstündə Olur meyvəli budaq. Mən ölmək istərəm Gözlə, məkanım torpaq.
1984
*Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
Sirlər dünyasıdır bu dünya başdan, Tükənən deyildir onu deməklə… Təbiətdən güclü, qadir, möhtəşəm, Bir qüdrət, bir qüvvət bilmirəm hələ.
Mən ona şadam ki, hələ canlıyam, Ayrılmaz üzvüyəm mən təbiətin. Kim bilir, bəlkə də, sirri bundadır, Təbiətə olan bu məhəbbətin!
1976
*Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
Təbiət! Sevirəm, demişəm müdam- Sənin hikmətinə alqış, min alqış! Yerə çiləyirsən çox səxavətlə Yayı bolca isti, qışı qar, yağış.
Təbiət! Həm məftun, həm minnətdaram Sənin dövlətinə, sənin varına. Bir də ona görə çox sevirəm ki, Sadiqsən öz möhkəm qanunlarına.
1976
*Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
*Bu şeir Xalq şairi Hüseyn Arifin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
Həyat ətirli güldür, Gülümə qurban olum. Dağdı, dənizdi, göldü, Gölümə qurban olum.
Coşub, çağlayan könül, Açıb, bağlayan könül, Gülüb, ağlayan könül, Könlümə qurban olum.
Dağ sökülüb, -dedilər, Bel bükülüb, -dedilər, -ARİF ölüb, -dedilər, Ölümə qurban olum.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
De, yolun düşdümü Muğan düzünə? Piyada gəzdinmi çölləri sən də’? Söz qoşub ceyranın qara gözünə, Dincini aldınmı bir göy çəməndə?
Yerdən ayağını quş kimi üzüb, Yay kimi dartınıb, ox kimi süzüb, Yenə öz sürünü nizamla düzüb, Baş alıb gedirsən hayana, ceyran?
Əzəldən meylini salıb çöllərə, Bəxtini tapşırdın bizim ellərə, O qara gözlərin düşdü dillərə. Dişlərin oxşayır mərcana, ceyran!
Bir məsəl qalmışdır ata-babadan: Uçarda turacdır, qaçarda ceyran Bir mən deyiləm ki, hüsnünə heyran, Şöhrətin yayılıb hər yana, ceyran!
Sükuta qərq olmuş ürəyimlə mən Keçirəm yenə də Muğan çölündən. Yanında balası, yağış gölündən Əyilib su içir bir ana ceyran!
Elə ki, son bahar min büsat qurur, Kolları-kosları yıxıb uçurur, Sıxlaşıb bir yerə baş-başa durur Düşəndə çovğuna, borana ceyran.
On addım kənarda yatmayır təkə, Gəzinir, oylağa baş çəkə-çəkə. Gələn qaraltıdır, yoxsa təhlükə? Bir özünə baxır, bir ona ceyran!
Ovçu, insaf elə, keçmə bu düzdən! O çöllər qızını ayırma bizdən! Qoyma ağrı keçə ürəyimizdən, – Qıyma öz qanına boyana ceyran! Nə gözəl yaraşır Muğana ceyran!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru.
Bahar nəfəsli sinən güllələrə tuş gəldi, Ağu dedi bülbülün, qaranquşun nəğməsi. Çiçəklərin, güllərin gözlərindən yaş gəldi, Daraldı hər bir yerdə təbiətin nəfəsi. Şəhid ayım, aprelim!
Qönçə-qönçə gül açan güllərin güllələndi, Şəhid ətrin yayıldı, qara geydi buludlar. Hər arzun, hər diləyin qəlbində düyünləndi, Torpağına, daşına başın əydi buludlar. Şəhid ayım, aprelim!
Dalğalandı dəniz tək, çaxdı ildırım kimi, İgidləri hayladı azadlığın işığı. Ölümə sinə gərən ərən oğullarına, Əbədiyyət yaratdı o bahar yaraşığın. Şəhid ayım, aprelim!
Nəfəsində igidlik toxumları səpildi, Şəhidlərin ruhunda açıldı danın gözü. Qönçələrin qan əmdi, küləklərin acıdı, Çiçək açdı dilində azadlıq adlı sözün. Şəhid ayım, aprelim!
Vətən adllı tarixin düşüb igid payına, Aprel şəhidlərimin qızıl səsli bu ünü. Şəhidlərim doğuldu dil açdı sinən üstdə, Apeliin ikisində yazıldı doğum günü. Şəhid ayım, aprelim!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru.
Şeirimin bahar gözü, Yaşla dolub, kövrəlibdi. Yaz nəfəsli ürəyimdə Qış yenidən dirçəlibdi.
Hər sözümün bənövşəsi, Qara xallı laləsi var. Vətən deyən dillərimin Göyə qalxan naləsi var.
Misra-misra qocalıram, Kəlmə-kəlmə can verirəm. Şeir-şeir ucalıram, Vətən boyda qan verirəm.
Sözlərimin soyqrımı, Dillərimdən asılıbdı. Qələm tutan əllərimi Gör kimlər daşa basıbdı.
Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas
Hava yeni kararmıştı. Avluda sessizlik vardı. Ninem kümese bakıp tavukları-civcivleri yokladı, hepsinin tünekte büzüşüp yattığını görünce kümesin kapısını kapattı. Parmaklıktan tutup her zamanki gibi yavaş adımlarla iki katlı evin ikinci katına çıkan merdivenlerden yukarı çıkıyordu ki, avlu kapısı açıldı. (Avlu kapısını kapatmayı unuttuğunu da şimdi anladı.) Avlu kapısı önünde komşu Ruhsare göründü. O, «buraya gel, burasıdır» diye avluya davet ettiği yaşlı kadınla açık kapıdan içeri girdi. Ninem bu vakitsiz misafirlerin gelişine şaşırsa da bunu belli etmedi. Ruhsare kapı komşusu idi, avlu kapıları birbirine bakıyordu. Lakin konu-komşuya gidip-gelmezdi, nadiren birisinin kapısını açardı. Üstelik, avludan el-ayağın çekildiği karanlık düşen bir vakitte. Ninem hemen bu vakitsiz gelişin Ruhsare’nin önüne düşüp yol gösterdiği bu yaşlı kadınla ilgili olduğunu anladı. Gelenlerle selamlaşıp rahatsız bakışlarını onlara dikti. Ruhsare de onu beklemede bırakmayıp çabucak konuya girdi. Güzel haberi çabuk verme telaşıyla meraklı bir üslupla nineme sordu: – Tavat, iyi bak bakalım, kim olduğunu biliyor musun? Ninem 65 – 70 yaşlarında görünen, uzun boylu, beyaz tenli, ela gözlerinin bebekleri heyecandan titreyen bu garip kadını dikkatlice süzdü. Kadının aşağı sarkmış örtüsünün altında görülen düz saçları da, mucize bekliyor gibi düğümlediği kaşları da bembeyaz idi. Bu beyazlık onun aydınlık çehresine özel bir güzellik veriyor, simasını daha da nurlu gösteriyordu. Tahminen aynı yaşta görünen bu iki kadın uzun bir süre bakıştılar. Birden ninemin bakışları kadının gözlerinin derinliğine takılıp kaldı. «Meryem» sözünün dilinden düşmesi ile onların biri birilerine sarılması, gözyaşlarının biri birine karışması aynı anda gerçekleşti. Bu sahne, izlemeye duran çoluk-çocuğu da, komşu Ruhsare’yi de hüzünlendirdi. Ninem, «Allah-Allah! Kamboy’umun can-ciğeri» diye diye adı Meryem olan bu kadını öpüp kucaklamaya doymuyordu. Artık evdekiler de bu adı işittiklerinde misafirin kimliğini anlamışlardı. Hepsi şaşkınlıkla Meryem’e bakıyordu. Efsanenin gerçekleşmesi imkânsız göründüğü gibi Meryem’in uzak geçmişteki hatıralardan gelişi de masal kahramanının gerçek hayatta görünmesi gibi inanılmaz şaşkınlık doğurmuştu. Çocuk yaşlarından ninemin mutlu genç kızlık çağları, bey konağındaki bolluk günleri, daha sonra babası Dadaş Bey’in sürgün edilmesi, yeni evlenmiş, henüz çoluk-çocuk sahibi olmayan kardeşi Kamboy’un ahretliği Meryem’in sevgili erkeğinden zorla koparılıp sürgüne gönderilmesi, sonra Kamboy’un savaşta yitik düşmesi, anası Zabite Hanım’ın üzüntüden azap çekerek ölmesi… Bütün bu hatıraları döne döne dinlemiştim. Ninem ansızın karşılaşmanın heyecanından yerinde donup kalmıştı. Meryem’e baktıkça baktı, baktı… Sanki birden ayılıp aziz misafirini geldiğinden beri ayakta beklettiğinin farkına vardı: – Uzak yoldan geliyorsun, yorgunsun. – dedi. Bir birinin beline sarılmış halde basamakları çıktılar. Ninemin sevincinin de, kederinin de haddi hududu yoktu. Tanrı’nın izni ile hepi topu altı aycık aziz kardeşi Kamboy’a zevcelik, babası Dadaş Bey’e gelinlik eden Meryem – anası Zabite Hanım’ın sevimli büyük gelininin sürgünde ölüp gitmediğine, Sibirya’nın vahşetinden sağ salim çıkıp bu karşılaşmaya gelebildiğine seviniyordu. (Sibirya vahşetlerini ise bir süre sonra Meryem’in konuşmalarından daha açık şekilde anlayacak, saçının tüyleri dik dik olacaktı.) Dadaş Bey’in sürgün edildiği, aslında izinin kesin kaybedildiği, üç katlı bey konağından – dede-baba ocaklarından zorla göçürüldükleri, kardeşlerinin birbirinden ayrı düştüğü, anasının üzüntüden ateşlere düştüğü, kendisinin türlü türlü belalara düçar olduğu günler yeniden gözlerinin önünde canlandığı için de kederleniyordu. O, Meryem’i lafa tutmazdan önce çay-çörek sofrasını hazırladı. Dolabı açıp oradaki emanet kutusundan ikiye katlanmış, sararmış bir defter yaprağı çıkarıp Meryem’e uzattı: Bak bakalım ne mektubu? Okuma – yazma bilmeyen ninem kırmızı kalemle alel-acele yazılmış olan bu mektuptaki metni önceleri oğluna, sonraları ise torunlarına o kadar çok okutmuştu ki, orada yazılanları birebir ezberden biliyordu. Mektubu açar açmaz Meryem’in iri ela gözleri buğulandı. Yanaklarından aşağı doğru yuvarlanan bir damla yaş kâğıttaki «daha» sözcüğünün üzerine düştü. Ondan önceki satırda yazılı olan «belki» sözünün üzerindeki gözyaşı hangi vakit düşmüştü. Meryem, bu mektubu yazdığı sırada, sürgüne gönderildikleri o gam yüklü katardaki uğursuz gecelerden birinde akıttığı bu gözyaşını tanıdı. O acı hatıraları anınca her iki eli ile yüzünü kapatarak yürek yakan hıçkırık ile ağladı. Evde bulunanların hiçbiri, bu anda, dünyadaki bütün haksızlıklar nedeniyle, bütün dünyanın yerine, dünyadaki bütün dertlilerin gözyaşıyla ağlamak isteyen bu yaşlı kadına teselli vermek istemedi. Çünkü bu gözyaşlarını hiçbir teselli avutamazdı. Ninem de onunla birlikte bu gözyaşlarına katılıp bütün bir neslin asilzadeliği yüzünden düştüğü durumlara ağladı. Meryem gözyaşlarını dindirip bir süredir eğleştiği odanın duvarlarında göz gezdirdiğinde ilk olarak Kamboy’un fotoğrafını gördü. Ninem Tavat Hanım’ın Kamboy’un yanında durduğu bu fotoğraf aslında ayrı ayrı çekilmişti. Kamboy savaşta kaybolduktan sonra ninem her iki sureti birleştirip büyütmeyi fotoğrafçıdan istemişti. Fotoğrafçının ustalıkla birleştirip büyüttüğü bu fotoğraf o zamandan evde en mukaddes bir hatıraya dönüşmüştü. Meryem öne çıkıp fotoğrafın karşısında durdu. Geçen yıllar boyunca hayalinde yaşattığı, halen de gençlik şevki ile sevdiği sevgilisinin gözlerine baktı, baktı… Babası Elbrus Bey’in evinden gelin çıktığı günü, büyüklerin hayır duasını, Dadaş Bey’in büyük oğlu Kamboy’a kavuşacağı anı gizli hasretle beklediğini, o anın anlatılamaz güzelliğini… Daha neleri, neleri hatırladı. Sanki Kamboy’un kendisi ile yüz yüze duruyormuş gibi söze başladı: – 70 yaşı devirdim, Kamboy! Sensiz neler gördüm, bilsen… Sibirya, işkence, hakaret, açlık, susuzluk, hastalık… Ölümden döndüm, yollar beni çok yordu. İnsanlar gördüm, merdi de oldu, namerdi de. Ancak senin gibisini görmedim Kamboy! Sonra gözlerini fotoğraftan ayırmadan: –Bir bilebilseniz o nasıl bir insan idi… Allah onu tek yaratmıştı. Kamboy gibi yiğit o vakit de yok idi, şimdi de yoktur– dedi. Gece sabaha kadar uyumadılar. Ninem, Bakü asilzadelerinden olan meşhur Ağacanlılar soyunun en yakışıklı, Petersburg’da yüksek eğitim görmüş oğlu Mehdi ile düğünlerinden, gelin gittiği faytonun Bolşevikler tarafından alıkonulmasından, sevgili nişanlısından zorla koparılmasından, Bolşevik İsrafil’le (babamla) ailesinin kalan üyelerini kurtarmak maksadıyla evliliğe razı olduğundan, kocasın düzenlediği, on altı yaşındaki genç kızın mağduriyeti pahasına gerçekleşen sahte boşanma belgesi nedeniyle anasının, kardeşlerinin ve kendisinin Sibirya’ya sürğün edilmemesinden, 1941 yılında savaş başladığı zaman Meryem’siz kendine bir yer bulamayan Kamboy’un kendini ölümün ağuşuna atıp ön cepheye yollanmasından, kaybolmasından… ve birçok başka meselelerden bahsetti. Meryem de kendi başına gelenleri anlattı. Sibirya’ya giden trende nasıl hakarete uğradıklarından, yol boyunca askerlerin onları alçaltmasından, fırsat bulan kimi asilzadelerin intihar etmesinden, kendinin başarıya ulaşmayan intihar girişiminden, yer altı maden ocağındaki ağır çalışma şartlarından… –Saçımızı da kesmişlerdi, Tavat. Aylarca banyo yapamıyorduk, herkesin başı bit-sirkeyle dolu idi. Hem de öyle ağır çalışmadan sonra saç örgüsü de başa ağırlık ediyordu. Saçımızı keseceklerini biliyordum. O nedenle önceden saç örgülerimi kesip saklamıştım. Kamboy’un elinin sıcaklığı vardı onlarda, kıyıp da atamazdım…– sözünü tamamlayamadı, birden yaşça kendinden büyük baldızı ile (aralarında beş yaş fark vardı) konuştuğunu hatırlayıp utancından yanakları kızardı. Tıpkı gençliğindeki gibi… Ninem Meryem’in yüzünde bundan elli yıl önceki kızarıklığı gördü. Deminden beri onu meraklandıran soruyu sordu; – Nasıl oldu da kaçabildiniz? – Yer altı maden ocağında iş çok ağır idi. Bir yandan da açlık, hastalık. Açlık olan yerde hastalık da eksik olmuyor. Kızamık, verem, astım… Hemen hemen her gün ölen var idi. Cenazeleri defnetme işlemini de bize yaptırıyorlardı. Bize hayvandan da kötü muamele ediyorlardı. Havasızlıktan herkesin rengi sapsarı olmuştu. Sadece cenaze defnederken hava yüzü görüyorduk. Cenaze defnetmek sana kolay gelmesin. Sibirya’nın kışını anlayamazsın. Erkeklerin tükürüğü havada donup sakalından sallanıyordu. Yer, ayazdan nasıl donup taşa dönüşüyorsa, orda en hünerli erkek bile mezar kazamazdı. Her seferinde mezar kazma görevini üç kişiye veriyorlardı. Bu üç kişi de ellerine balta alıp buz tutmuş, ayazdan taşa dönüşmüş toprağı yarmaya başlıyordu. Öyle oluyordu ki, sabahtan bu minval üzere mezar kazmaya başlıyor gece yarısı ancak bitirebiliyorduk. Bir deyişle, mezar kazmak madende yaptığımız en ağır işten de ağır idi. Bir gün Karabağ beylerinden birinin güzel kızı kendini asmıştı. «Güzel» diyorum ama güzel olduğunu o kızın belki kendisi de unutmuştu, her gün yüzüne-gözüne kömür isi çalıp geziyordu. – Neden? – Orada namusumuzu korumak için çoğumuz böyle yapıyorduk. Kendimizi kasten çirkin göstermek için neler yapmıyorduk? Hatta kaşlarımızı da tamamen yolup dökmüştük… Ha! O kız da fırsat bulup kendini öldürmüştü. Sibirya’da bu başlı başına bir hüner idi. İntihar etmeye de bırakmıyorlardı. Biz sağ kalıp çalışmalı, açlık ve işkence görmeliydik. Çünkü biz, Sovyet hükümetini tanımak istemeyen adamların karıları, kızları idik. İnsanı yakan nedir bilir misin? Suçsuz cezalandırılmak. Bu nedenle biz durumumuzla uzlaşamıyorduk. Suçumuzun sadece asilzade olmamız olmasıyla, sadece bu suçla Sibirya’ya gönderilmemizle uzlaşmamız mümkün değildi. Ha! O kadının öldüğü gün hava her zamankinden daha soğuk idi. Mezar kazma görevini, anama, bana ve başka bir kadına vermişlerdi. Aslında bu taş kırmakla eşitti. Baltaları götürüp güçlükle işe başladık. Hava o kadar soğuktu ki, ayaz eldivenin içinden geçip insanın iliğine işliyordu. Büyük baltaların ağırlığı da insanı güçten düşürüyordu. Baltayı her kaldırıp indirişte taşa dönen topraktan küçük bir parça kopuyordu. Mezar kazılıp bitmek bilmiyordu. Aç-susuz akşamadek kazdık. Mezarı henüz yarı etmemiştik. Nöbetçiler söyleniyor, bize en kötü küfürleri ediyor, işin gecikmesinden dolayı sinirleniyorlardı. Artık hava kararmıştı. Eli silahlı nöbetçiler sigaralarını çeke-çeke karın üstünde dolaşmaktan bezmişlerdi. Onlar iki kişi idiler. Kendi aralarında fısıldaşıp bir şeyler konuşuyorlardı. Fırsattan istifade anam ve öbür kadın ellerinde balta ile onlara doğru saldırdılar. Anam elindeki baltayı şiddetle nöbetçilerden birinin başına indirdi. Öbür kadın ise baltayı hedefe vuramayıp diğer nöbetçiyi omzundan yaralamıştı. O, yere çöktüğü gibi kadın da onun göğsüne çöküp boğmaya başladı. Onları öldürmeleri o kadar ani oldu ki, yaşananlardan kendime gelemiyordum. Lakin artık kaçmak fırsatını geri tepmek olmazdı. Biz yakınlardaki meşeliğe yöneldik. Kaçıp sığındığımız köydeki ev sahibi çok iyi bir insan idi. O, bizi bir yıl evinde sakladı. Sonra… Çok köyler, çok evler gördük. Bir askere rastladık, o bize çok iyilikler etti, üçümüze de sahte kimlikler düzenledi, iş buldu. Tatar milletindendi, Albay idi, – Meryem’in sesi burada kesildi. Ninem heyecanla sordu: – Ya sonra? –O, bizim bütün sıkıntılarımıza katlanmaya söz verdi. Bize öyle gönülden davranıyordu ki, anamın da takdirini kazanmıştı. Anamı ki, tanıyorsun… Böylece… – Meryem’in seni yine titredi, Kamboy’un duvardaki fotoğrafına baka-baka: – Şimdi o benim kocamdır. Emekli Albay Atabiyev. – Ya çoluk–çocuktan neyiniz var? –Ninem bu soruyu özel merakla sordu. – İki kızım var, – sonra ninemin merakını gidermek için ilave etti: –Oğlum olmadı, olsaydı Komboy’un adını koyacaktım. Kızlarıma da Kamboy’an bahsettim. Beni iyi anlıyorlar. O da iyi adamdır (kocasını aklına getiriyordu), ama çok asabidir. Lakin baldızının gözlerinde bir yığın soru görüp dedi: –Benim hayatım Kamboy’la sona erdi, bahtım–talihim onunla gitti. Şimdiki Meryem bir cisimdir, bir de hatıra yumağı. Ruhum çoktan uçup Kamboy’un yanına gitti. Öylece nefes alıp veriyorum… Sizden haber almak için uzun yıllardır kavruluyorum. O, korku, o hüzün henüz canımdan çıkmamıştı, o nedenle arzumu kimseye belli etmeye cesaret edemiyordum. Allah’ın merhameti büyüktü, geç de olsa gerçekleşti. Şükür ki, talihimde seni, bu toprağı bir daha görmek varmış. Günün aydınlanması yaklaşıyordu. Yetmiş yaşında gelin, yetmiş beş yaşında baldız mutlu gençliğin, çok kısa süren mutlu günlerin birbirinden tatlı anılarını hatırladılar. Yıllardan beri yüreklerinde dolaştırdıkları en ulvi duygularla hafızalarındaki mukaddes hatıra sandığını «döküp-döküştürdüler». Birlikte yaşadıkları bey konağındaki günlerin en kötü hallerini de sevinçle yâd ettiler. Bu hatıraların varlığından aldıkları lezzet kalplerini öyle bir refahla doldurmuştu ki, sanki her ikisinin de bir ömürlük mutluluk payını saklayıp-saklayıp bir gecede onlara hediye etmişlerdi. Sohbet esnasında ninem: –Meryem, İsfendiyar’ı görmek ister misin? – diye sordu. Meryem geldiğinden beri cevabını almak istediği, lakin kötü haber korkusundan sakındığı için sustuğu, biricik kaynının sağ–salim olduğunu duyunca düşüncelerini dile getirdi: –Sormaya cesaret bulamıyordum, Tavat! Senin kardeş acının bir değil iki olduğunu işitmekten korkuyordum. –Allah’a şükür, İsfendiyar sağ–selamettedir. Önceki muzipliği, hazırcevaplığı da yerindedir. Mingeçevir’de yaşıyor. İstersen sabah gidebiliriz. …Mingeçevir’den ayrılırken Meryem İsfendiyar’ı kucaklayıp: –Bu son görüşmemizdir gardaş – dedi, – çok kocadım, aslında ben kendi sıcak yurdumdan uzak düştüğümde kocadım. Bu söz her üçünü de hüzünlendirdi. Gerçekten her üçü de kocamıştı. Ve her üçü Meryem’in dediği vakitte kocamıştı. Külfet, Dadaş Bey’in alındığı geceden başlamıştı, bey konağından kovulup kiralık eve taşındıkları günden. Bolşeviklerin okul binası yaptıkları evlerinin yanından geçtiklerinde gizli-gizli gözyaşı akıttıkları andan… Çoktan kocamışlardı, uzun zaman önce… …Bakü’den Nalçik’e giden tren yavaş yavaş ilerliyordu. Tekerlerin sesi onu koynuna alıp aheste-aheste uzaklara götürüyordu. Bomboz çorak çöller de, tek-tük dikenlik dallarından başka dalı-budağı olmayan çıplak dağlar da, tren gelip geçtikçe tek-tük «əğilip-yıkılan» elektrik direkleri de onu bu ana yurdundan koparıp ayırıyordu. Bu ayrılıkta memnuniyetsizlik, üzüntü karışımı bir sükûnet vardı. Bu ayrılık bundan elli yıl önceki o dehşetli ayrılığa benzemiyordu. Bu tren de o tren gibi yedeğinde çekilmez dert yükü taşımıyordu. Meryem’in içinde bir hafiflik vardı. Elli yıldan beri ilk defa kendini bu kadar rahat hissediyordu. Sanki dünyaya yeniden gelmiş gibiydi. Onu seven kalplerin sıcaklığını, ateşini buluyordu kendinde. Kamboy’un fotoğraftan bakan emin bakışları ona – kendi vefalı güzeline «İyi ki geldin!» diyordu. Bakü, 2006 Türkçeye çeviri: Alpaslan Demir
Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas
Burdan qərib Bezansona – Hüqoya beş addım yoldu, Ruhum qalan Panteona Qatar yolu neçə əsr?
Yenə fikrim uzaqlarda, Qraf Tolstoyda qaldı Payız… Yasnaya Polyana… O kədərli, köhnə qəsr.
Ryazanda meşə yolu, Ağcaqayın sağda, solda. Bir şeirlə zəncirlənib, Ruhum Yeseninə əsir.
Qocalıb Puşkin dağında, Bir ağacın gözü doldu. Bu yaz da gedə bilmədim, Yenə hər ilki kəm-kəsir…
Peterburqda bir tələbə Ömründən-günündən oldu. Edamdan dönən yazarın Səsi qulağımda gəzir.
Gecəyarı… könül yenə Gör kimləri yada saldı?! Gör nə qədər doğmalar var, Həsrəti qəlbimi əzir.
ElLƏ SUSDUM DAŞ BİLDİLƏR
Bu nə yerdi, bu nə dövran, Kim göndərdi bura məni? Bir yol gördü div adamlar, Yüz yol çəkdi dara məni.
Duyduqlarım duymadılar, Dərd yedirib doymadılar, İçimdə yer qoymadılar, De, gizlədim hara məni?!
Hər gün bir ümid yıxıram, Qalaq-qalaq qəm yığıram, Daha özümdən çıxıram, Özgələrdə ara məni.
Baharımı qış bıldilər, Nə etdim çaşbaş bildilər, Elə susdum daş bildilər, Hördülər divara məni.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
XOŞ GƏLMİSƏN
Qar əriyir, çaylar daşır, sellənir, Nərə çəkib, lal qayalar dillənir, Çeşmə üstə, salxım söyüd tellənir, Ana Vətən oğlun, qızın bəxtiyar, Yurdumuza xoş gəlmisən ey bahar.
Al geyinib gilənarlar, alçalar, Bəzyibdi yamacları xalçalar, Qayalardan süzən sular, əl çalar, Çeşmələrə keşik çəkər, xan çinar, Yurdumuza xoş gəlmisən ey bahar.
Gözəl bahar, nə gözəldi vüsalın, Zirvələrə qanadlanıb xəyalın, Gözəllikdi əzəl gündən amalın, Bu diyardan, gözəl, bir diyarmı var Yurdumuza xoş gəlmisən ey bahar.
Bənövşələr, qızılgüllər nazlanır, Gözəllərin yanaqları allanır, Hər budaqdan neçə çiçək sallanır, Hər çiçəyin arzular,ı şirin bar, Yurdumuza xoş gəlmisən, ey bahar.
Şəlalələr yenə coşub, çağlayır, Sünbül qalxıb yolu, izi bağlayır, Bir cənnətdi, yaşıl çəmən, çöl- bayır, Zirvələrdən yavaş-yavaş gedir qar, Yurdumuza xoş gəlmisən ey bahar.
Qızılgülün düymələnir yaxası, Hər çiçəyin təzələnir butası, Bir aləmdi yazın nazlı havası, İndi-indi qönçələnir heyva, nar, Yurdumuza xoş gəlmisən, ey bahar,
Gün uzanır, günəş qalxır taxtına, Hər qayaya çəkilbdi bir xına, Qaranquşlar uçub gəlir, yaxına, Məhhəbbətdən söhbət açır, yara, yar, Yurdumuza xoş gəlmisən, ey bahar.
Əzəl gündən sən olmusan həmdəmim, Sən gələndə yoxa çıxır dərd, qəmim, Çəmənlərə göz yaşıdı şəbnəmim, Nanə, yarpız el-obaya ilk nubar, Yurdumuza xoş gəlmisən, ey bahar.
Yamaclarda qoyun, quzu hey mələr, Yaxalardan bir-bir qopar düymələr, Gəlişinlə yaradırsan gör nələr, Məclisləri tay bəzəyir kaman, tar, Yurdumuza xoş gəlmisən ey bahar,
Gözəllikdən ilham alır, bu ürək, Əziz Musa səni sevir Kərəm tək, Bayramımız mübarəkdir, mübarək, Gözəlliyə düşmən baxıb, olur xar, Yurdumuza xoş gəlmisən, ey bahar.
BİZİ BAĞIŞLAMAZ
Qarabağda ermənilər prezident seçkiləri keçirir.
Azdıq yolumuzu dumanda, çəndə, Sevən qəlbimizi həsrət dağladı, Doğma yurd-yuvanı qoyub gələndə, Dərələr hönkürdü, dağlar ağladı, Bizi bağışlamaz vətən torpağı.
Torpağı böldülər, yurdu satdılar, Çoxları yüyürdü kabab iyinə, Şuşada, Laçında ocaq çatdılar, Bizi yük etdilər elin çiyninə, Bizi bağışlamaz vətən torpağı.
Min oyun açdılar xalqın başına, Təzə qanun yazdı əyri adamlar, Qiymət oxudular hər qarışına, Yurda sahib çıxdı ayrı adamlar, Bizi bağışlamaz vətən torpağı.
Bizə çox gördülər havanı, suyu, Hər kənddə, şəhərdə bazar açdılar, Yaman dərin oldu daş düşən quyu, Pərvanə oğullar oddan qaçdılar, Bizi bağışlamaz vətən torpağı.
Ar-namus satdılar pul hərisləri, Qarabağ satıldı bir kresloya, Daha satılmağa torpaq qalmadı, İndi boylanırıq günəşə, aya, Bizi bağışlamaz vətən torpağı.
Bu dərdi, kədəri kimsə bölüşmür, Torpaq azlıq edir tamahkarlara. Günahkar bəndəyə fatihə düşmür, Torpaq qucaq açmaz günahkarlara, Bizi bağışlamaz vətən torpağı.
Bəs niyə tapılmır bu dərdə yiyə, Məzar da satılır pula, sələmə, Hər səhər dayanın üzü qibləyə, Satqına, namərdə rəhmərt diləmə, Bizi bağışlamaz vətən torpağı.
Qalıb gor yerləri, beşik yerləri, Hərə can ağrımız, yaramız təzə, İndi harda qazaq biz qəbirləri, Halallıq verərmi Qarabağ bizə, Bizi bağışlamaz vətən torpağı.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
AĞLAMA
Göz yaşınla gəl kövrəltmə məni sən, Dərd olmasın, yolumuzda çiləkən, Bilirsən ki, dərd çəkənəm, dərd çəkən, Qoyma dinsin, ağrım, acım, ağlama.
Sən şəkərim, sən şərbətim , balımsan, Sən sevgilim, sən qanadım, qolumsan, Demirəm ki, sən insafsız, zalımsan, Təkcə sənsən, ehtiyacım, ağlama.
Haqq özüdü, hər insanın pənahı, Aşiqinin vallah yoxdu, günahı, Hər gecənin, gülüm, vardır sabahı, Əlindədir hər əlacım, ağlama.
Sevgi varsa, yoxdu hicran, dərd, kədər, Boylanacaq nurlu günəş hər səhər, Gül ki, döysün, qapımızı xoş xəbər, Yoxdu daha anam, bacım, ağlama.
Göz yaşına dəyməz vallah bu dünya, Mələkləri gəl çağırma bu haya, Şükür eylə, bu qismətə, bu paya, Tale yazan bar ağacım, ağlama.
Sən güləndə, gülür yer- göy, bu cahan, Qoyma gəlsin üstümüzə qəm , hcran, Əziz deyir, qurban olsun, sənə can, Ömrüm, günüm, taxtı- tacım, ağlama.
TAPŞIR GÖZLƏRİNƏ
Gözlərin gör necə, naz ilə baxır, Elə bil zülmətdə, şimşəklər çaxır, Bu oda, alova, neyləsin fağır, Tapşır gözlərinə, dinc dursun bir az.
Mən dözə bilmirəm atəşə, oda, Onsuz da istidi, indi hava da, Bir od parçasısan, sən bu dünyada, Tapşır gözlərinə, dinc dursun bir az.
Üzmüsən onsuz da bu ürəyi sən, Yox deyə bilmirəm vallah nə desən. Sən mənim qəlbimin şahzadəsisən, Tapşır gözlərinə, dinc dursun bir az.
Süzgün baxışların qorxusu çoxdu, Qaşların bir kaman, kipriyin oxdu, Vallah sənin kimi, can alan yoxdu, Tapşır gözlərinə, dinc dursun bir az.
Səni görməyəndə gözlərim dolur, Sənsiz ömür, günüm cəhənnəm olur. Sənsiz günəş batır, çiçəklər solur, Tapşır gözlərinə, dinc dursun bir az.
Hər gün od tökürsən, alovun üstə, Dərd gəlir üstümə, hey dəstə-dəstə, Əzizi yandırma, ay boyu bəstə, Tapşır gözlərinə, dinc dursun bir az.
II Qarabağ müharibəsində Kürdəmirin ilk şəhidi olmuş, ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülmüş Əliyev Adəm İlqar oğlunun əziz xatirəsinə ithaf edirəm.
Uşaqlıqdan qoçaq idi, fərasətli, zirək idi, Bir dünyaydı, sevinc idi, şadlıq idi, fərəh idi, Anasına arxa idi, dayaq idi, kömək idi, İllər keçdi, yaşa doldu, böyüdü, cavan oldu, O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.
İdmançıydı, yorulmadan məşq edərdi, çalışardı, Hər zəhmətə qatlaşardı, əziyyətə alışardı, Dostlarıyla oynayardı, həvəs ilə yarışardı, Böyüdükcə səy edərək , əsil “pəhləvan” oldu, O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.
Musiqini çox sevirdi, nağara, qarmon çalırdı, İlhamını ana yurddan, doğma eldən alırdı, Şair idi, bir də gördün, xəyallara dalırdı, Yazdıqları, igidlərdən, anadan, dostdan oldu, O, Adəmdir, cəsarəti, hünəri dastan oldu . Müharibə başlayanda, cəsarətlə döyüşlərə atıldı, Qorxmaz, igid əsgərlərin cərgəsinə qatıldı, Düşmənləri məhv eyləyən – alov, şimşək, od oldu, Doğma elə – Kürdəmirə şöhrət , şərəf, şan oldu, O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.
Ölümdən qorxmayırdı, söyləyirdi: – erməni, Gəlirəm, lap az qalıb, məhv edəcəyəm, səni, Tez ol, tərk eylə, bizim bu müqəddəs vətəni, Döyüşlərdə qorxmaz oldu, cəsur qəhrəman oldu, O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.
Vətənə məhəbbəti, tükənməzdir canında, Uyuyur Kürdəmirdə, “Şəhid Xiyabanı”nda, Əziz dostu, sirdaşı mərd Fuadın yanında, Ordumuz qalib gəlib, bu da, bir zaman oldu, O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.
Çörək müqəddəsdir eldə, obada, Əslər boyunca unudulmayıb. Odu ayaqlayıb ötən olsa da, Çörəyin üstündən keçən olmayıb.
Odur süfrəmizə yaraşıq, bəzək, Açmış qapımızı nə qədər qonaq. Biz çörək vermədik çörək istəyək, Biz çörək verdik ki, çörəkli olaq.
Qılınc
Dağılmış bir yurdun xərabəsindən, Bir qılınc qarşıma çıxdı bu səhər. Necə də rənginə qaralıq çöküb, Axıb dolandıqca aylar, fəsillər.
Bir insan əlində oynayan qılınc, Min ömrə son qoyub, min qəlbə dəydi. Torpağın altında çürüməzdi o, Torpağın üstündə qan tökməsəydi.
*Bu şeirlər Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Qarın soyuqluğunda əridikcə qırmızı hərarət. Sakitləşirdi körpənin balaca ürəyi… Donan kiçicik barmaqlarını son dəfə apardı isti nəfəsinə doğru. Layla deyirdi ona buludlarda əyləşən mələklər. Gözlərini iricə açıb mələklərəmi baxırdı Xocalıdakı körpə? Dodağının kənarında donan gülüşlərdən danışın mənə… Görəsən, son dəfə onu belə gülümsədən nə idi? Nəyə, kimə gülürdü körpə? Anasınımı xatırlamışdı? Bəlkə də, onu yanına aparmaq üçün elə Tanrı özü gəlmişdi..
Aludə olub zülmət tanrıcasının zümzüməsinə 17 oktyabr 2020-də göy üzünəmi zilləndi körpə baxışların? Buludlarda əyləşən mələklərin laylasını dinlə, Mədinə, getmə… Ölüm bumbuz öpüşlərini səpdikcə dodaqlarına… Titrəyib soldu körpə əllərinin hərarəti… Qanadlandı göz bəbəklərindən neçə-neçə qaranquşlar, Gecənin Amozonvarı göz yaşlarını hiss edirsənmi? Mədinə, su istəyirsənmi? O gecə qan rəngində idi bütün ulduzlar, ay da dəyişmişdi libasını… Planet-planet uzaq olmalıydı ölüm sənə Mələklərmi toxudu bəmbəyaz kəfənini? O gecə için-için ağladı bütün qalaktika… Mədinə, lütfən, oyan, yatma… Ürəyinin getdikcə zəifləyən tik-takları Dəyişə bilərmi dövranın axsaq nizamını? Sıxmısan körpə əllərini dünyanın ədalətinə İcazə ver öpüm ovuc içlərini… Mədinə, aç əllərini… O gecə güllə yağarkən Nizaminin yurduna… Sən sonuncu sülh göyərçini idin, Mədinə… Qanadlanıb sığındın pəmbə buludlara… Bir il dörd aylıq ömründə Qucaqladın ölümü sakitcə, Daşıyaraq milyonların məsumiyyətini Addımladın əbədiyyətə… Bütün dillərdə əzbər kimi qaldın Üzündəki qorxulu yuxunu necə dartıb alım? Necə bəxş edim dodaqlarına gülüşləri? Mədinə… Mədinə… Mədinə, Eşidirsənmi?
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi
İyilik, insanın içinden gelerek “Karşılığı ne olacak?” diye düşünülmeden, menfaat ummadan, getirisi planlanmadan yapılmalıdır. Aksi halde hiçbir anlamı kalmaz ve yapılanlar iyilik olmaktan çıkar. “İyilik alış- veriş değildir. İyilik eden mükâfat beklediği an tefecidir.” demiş Cemil Meriç. Ne kadar doğru söylemiş. Tefecilik bana göre biraz ağır kaçan bir söylem olsa bile bazı fikirlerimizi keskin sözlerle ifade ederek daha iyi anlatabiliriz. “İyilik yap, denize at. Balık bilmezse Halik bilir.” Türk atasözü hepimizin bildiği ve benim de sıkça kullandığım bir sözdür.
Sizce iyilik nedir? Bence insanları birbirlerine bağlayan güzelliktir. Çelikten bile güçlü bir bağdır. Gönülden gönüle kurulan yıkılmaz köprüdür. Yaşamımız boyunca ne kadar çok gönül köprüsü kurarsak o kadar güçlü oluruz. İnsanları mutlu ederek mutlu olmaktan daha büyük bir haz olur mu hiç!
Bir fıkra anlatmak istiyorum: Yağmurlu bir günde elinde şemsiyesi olan bir adam şemsiyesi olmadığı için ıslanan komşusunu görür. Komşusunun ıslanmasına gönlü razı olmaz, onu yanına çağırır. Şemsiyeyi ortaklaşa kullanarak evlerine varırlar. Islanmaktan kurtulan adam komşusunu çok teşekkür eder. Komşusunun çok iyi biri olduğunu düşünür. Ona karşı sevgisi artar. Ancak komşusu onu her gördüğünde ona o yağmurlu günü hatırlatır. “Arkadaş, ne yağmurdu o! Seni şemsiyemin altına almasaydım sırılsıklam olacaktın.” der. Önceleri teşekkür eden komşu bu cümle her görüştüklerinde tekrarlanınca içten içe kızmaya başlar. Yine birgün köprü üzerinde karşılaşırlar. Komşu yine aynı cümleyi kullanınca adam çok bozulur. Kendini köprüden aşağı atar. Yüzerek kıyıya çıkar. Arkadaşının karşısına çıkar:“O gün şemsiyeyi başıma tutmasaydın bundan da beter olmazdım ya!” der.
Vefa duygusu yoğun olan insanlar, kendileri için yapılan iyilikleri asla unutmazlar. Ancak başa kalkma da yapılan iyiliklerin değerini düşürür. Vaktiyle iyilikte bulunduğunuz kişiden ömür boyu minnet beklemek de hoşa gitmez. Biz yine atalarımızın sözlerinde birleşelim: “Kötülük yapmak her kişiye, iyilik yapmak er kişiye mahsustur.” “Ne doğrarsan tabağına, o gelir kaşığına!” İyilik yapıp denize atmaya devam edelim öyleyse…
Allah hepimizi iyilerle karşılaştırsın. Sağlıcakla kalın.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru.
Demirəm ki, əhdinə düz, Bircə mənəm bu dünyada. Ancaq özgə təravətli, Bir çəmənəm bu dünyada.
Düşmüşəm haqq sorağına, Şöləyəm el çırağına, Haqsızlığın ayağına, Çətin enəm bu dünyada.
Demə, bu mənəmlik nədir, Nəcibənin düzdü vədi, Haqq adında bir əbədi, Ömür-günəm, bu dünyada.
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Can dostumuz Zeytin 15 yaşında melez bir köpek. Border collie ve terrier karışımı, atalarında kurtluk da var. Kulakları da kurt kulağı, atalarından miras… Şu anda çok hasta… Epeydir tedavi görüyor. Maalesef düzelmedi. Bugün de serum bağlandı. Üç gündür gözlerim çağlayanlara döndü. Güya kızımı teselli edecektim. Onu can dostumuzun gidişine hazırlamaya çalışıyordum. Oysa ben hiç de hazır değilmişim. “Güçlü, dirençli” derler benim için. Öyle değilmişim veya değişmişim. Beş ay önce 2 Kasım 2020’de geçirdiğim yüz felcinden sonra bağışıklığımla beraber gücümü, direncimi de kaybetmiş olmalıyım. 5 Aralık 2006 doğumlu köpeğimiz Zeytin, henüz iki haftalık iken evimize gelip geçici bir konuk olarak adım atmıştı. Kızım Sena onu birkaç gün sevip sahibine geri götürecekti. Köpeğin sahibi Zeytin’in kardeşlerini satmıştı. Zeytin onlara göre çok çirkin olduğu için ona alıcı çıkmamıştı. Komşu çocuklarının elinde oyuncak olmuştu. Kızım da sırt çantasına koyarak bir iki günlüğüne gizlice eve getirmişti. Onu istemeyeceğimi biliyordu. Ertesi gün salonda dolaşan henüz dişleri bile çıkmamış kapkara varlığı görünce çığlığı basmıştım. Az sonra koltuğun üstünde panik içindeydim. Yavaş yavaş ona dokunmaya başladım. Boncuk boncuk bakan gözleriyle bana baktığında içimde bir sevgi yumağı oluştu. Yine de “Bu köpek gidecek!” dedim. Kızlarım Sena ve Seda “Üç gün kalsın ne olur anne!” diye yalvardılar. Üç gün dolunca bir hafta, bir hafta dolunca 15 gün kalması için yalvardılar. Sonuçta 15 yıldır bizde… Karşı çıkmamın birçok nedeni vardı. Temizliği ve bakımı zor olacaktı. Tüye ve toza alerjim, üstelik bir de köpek fobim en büyük sorunlardandı. Fobim ne zaman başlamıştı bilmiyorum. Çengelköy İlkokuluna giderken yol arkadaşım olan Sabahat birgün erkek kardeşinin kekeme olduğunu söylemişti. Kekemeliğinin sebebi ise onu bir köpeğin kovalamasıymış. Belki de köpek fobimde Sabahat’in kardeşinin kekemeliği etkendi. Belki de bu yüzden köpeklerden kaçmaya başlamıştım. Oysa çocukluğumda evimizde kedi, köpek hatta sincap ve keklik bile beslerdik. Annem çok merhametli bir kadındı. Çocuklara da hayvanlara da sonsuz sevgi ve şefkat duyardı. “Köpeğin adı ne?” dedim. “Mahalledeki çocuklar ‘Şirin’ koymuşlar adını.”dedi kızım. Ben de “Adı ‘Zeytin’ olsun. Simsiyah zeytin gibi…”Ona ‘Zeytin’ adını koydum. Evimizin bir ferdi oldu dile kolay on beş yıl! Dört beş aydır hasta… İki haftadır hemen her gün veterinere götürüyoruz. Bugün de serum bağlandı. İyileşmesi için elimizden geleni yapıyoruz. Dualarımızı da eksik etmiyoruz. Sizler de dua edin, olumlu enerjiler gönderin lütfen. Bugün Zeytin’e serum bağlanırken Veteriner Mete Betin’in muayenehanesinin duvarında asılı olan bir resimli ileti dikkatimi çekti. Köpeğin dilinden yazılmıştı: “Beni terk etme.” O anda Zeytin’e döndüm. “Lütfen sen beni terk etme!” diye fısıldadım. Biz onları terk edemeyiz asla! Yeter ki can dostlarımız bizi terk etmesinler! ÖNEMLİ NOT: Başta Adana Büyükşehir Belediye Başkanından, Seyhan Belediye Başkanından, Yüreğir Belediye Başkanından ricam hayvan hastaneleri ve hayvan mezarlıkları açmalarıdır. HARİKA UFUK ADANA 29 MART 2021 SAAT:17.00 Yazı bittiğinde fotoğraf aynı saatlerde çekildi.
Azərbaycan Aşıqlar Birliyi (AAB) klassik aşıq yaradıcılığında mühüm yer tutan dastançılıq ənənəsinin müasir dövrdə yenidən təqdim olunmasına həsr olunmuş layihəyə başlayıb.
Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihə çərçivəsində dastanların çağdaş aşıqların ifasında sənətsevərlərə yenidən təqdim olunması nəzərdə tutulur. Layihə çərçivəsində hazırlanacaq dastan-tamaşalar “Mədəniyyət” kanalı vasitəsilə geniş auditoriyaya təqdim olunacaq.
Repertuar seçimi zamanı məşhur dastanlarla yanaşı, sənətsevərlərə nisbətən az tanış olan dastanlara da müraciət olunacaq. Hazırda “Xəstə Qasımın Şamaxı səfəri”, “Yetim Aydın”, “Tahir və Zöhrə” və s. dastanların üzərində hazırlıq işləri görülür.
Dastanlarla bağlı repertuar seçimində bir məqam da ondan ibarətdir ki, ədəbiyyat və mədəniyyət tariximizdə özünəməxsus yeri və rolu olan böyük şəxsiyyətlərin yaradıcılığına və onlarla bağlı yaranmış dastanlara da böyük önəm verilir.
“Bu il Aşıq Ələsgərin anadan olmasının 200 illiyidir. Bu yubileyin ölkəmizdə geniş miqyasda qeyd olunması üçün ölkə başçısı sərəncam imzalayıb. Layihə çərçivəsində ilk iş də bu böyük ustada həsr olunub – “Aşıq Ələsgərin Söyüdlü səfəri” adlı dastan-rəvayət gənc aşıqlardan Elbrus Hüseynov və Şöhrət Kərimovun ifasında rəğbətlə qarşılanıb. Elməddin Məmmədli və Şəhriyar Qaraxanlının ifa etdikləri “Hüseyn Bozalqanlının Tiflis səfəri”, eləcə də Şirvan aşıqları Elman Talıstanlı və Babək Şakirlinin söylədikləri “Abdulla və Cahan” dastanları da uğur qazanıb. Hər üç dastan-rəvayəti “Mədəniyyət” kanalı vasitəsilə geniş tamaşaçı auditoriyası da seyr edib”, – deyə Musa Nəbioğlu bildirib.
Layihə çərçivəsində tamaşaçılara təqdim olunacaq dastanlardan biri də bu il 880 illik yubileyini qeyd etdiyimiz Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yaradılmış eyniadlı dastandır. Həyat və fəaliyyətinin mühüm hissəsi Qarabağ xanlığı ilə bağlı olmuş böyük söz ustadı M.P.Vaqiflə bağlı “Vaqif” dastanının da aşıqların ifasında təqdim olunması planlaşdırılır.
Gələcəkdə bu dastan-tamaşaların paytaxtın mədəniyyət ocaqlarında təqdimatı və eləcə də bunların əsasında videoalbom hazırlanması nəzərdə tutulur.
Aprel döyüşlərinin qazaxlı qəhrəmanları🇦🇿 Kapitan Mühüd Orucov Qazax rayonunun Fərəhli kəndində anadan olub. 13 iyul 1984 – ∞ Vətən🇦🇿 Baş leytenant Elvin Namazov Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 7 sentyabr 1990 – ∞ Vətən🇦🇿 Əsgər Orxan Əliyev Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 11 avqust 1995 – ∞ Vətən🇦🇿 🇦🇿Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!🇦🇿 Bizlər sizlərə borcluyuq, igidlər🇦🇿 Ruhunuz şad olsun, Şəhidlər🙏🇦🇿
Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əli Quliyevin (Urfan Əli) yeni kitabı işıq üzü görüb.
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, dövrümüzdə klassik aşıq ənənələrini böyük ustalıqla yaşadan, sənətkarlıq xüsusiyyətləri ilə seçilən Urfan Əli həm də bədii yaradıcılıqla məşğul olur. İndiyədək bir neçə kitabı işıq üzü görmüş ustadın 75 illik yubileyi ərəfəsində çap olunmuş bu kitabda onun aşıq şeirinin müxtəlif formalarında qələmə aldığı yaradıcılıq nümunələri – ifa etdiyi aşıq havaları qədər könüloxşayan və şirin olan gəraylı, qoşma, divani, təcnis, müxəmməs və s. şeirləri yer alıb. Kitabda həmçinin aşığa həsr olunmuş məqalə və şeirlərə də yer verilib.
“Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunmuş “Eşqsiz insanın qəlbi boş olar” adlı kitabın məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.
Onun haqqında düşünəndə həmişə ilk olaraq ağlıma gələn Həzrət Əlinin (s) bu mübarək kəlamları olur:
“Gözəl və aydın danışanlar sehr kimi əsrarəngizdir”. Ağalar Bayramov Allahın ona verdiyi ecazkar səsiylə insanları öz sehrinə sala bilir. Və mən bilərəkdən onun adının önündə titullarını yazmadım. Çünki onu hamı sadəcə Ağalar Bayramov kimi tanıyıb sevib – titulsuz-filansız. O da sadəliyi hər şeydən üstün tutub. Bu yerdə L.N.Tolstoyun bir fikrini xatırlamamaq olmur: “O yerdə ki, sadəlik, yaxşılıq və həqiqət yoxdur, orda böyüklük də yoxdur”.
Mən Ağalar müəllimi əvvəlcə səsiylə tanımışam. Səsinin sehrinə, ovsununa düşən yüz minlərin, milyonların biri də mənəm. O səsi dinləyəndə adamın dünyanın dərdi-səriylə baş-başa qaldığı anlar da olur, sevincdən aşıb-daşan, cavanlıq eşqiylə çağladığı vaxtlar da.
Mən onun səsini sadəcə eşitmirəm, həm də o səsin rəng çalarlarını görürəm, ətrini, dadını duyuram. Bu səs dərdin, kədərin, şəhidlərimizin qanının rənginə boyanıb Vətənimizin, millətimizin üzləşdiyi müsibətləri, faciələri, qaçqın və məcburi köçkünlərin ah-naləsini də çatdırır, şəhid analarının fəryadına da çevrilir. Tarix kitabına çevrilərək keçmişimizi vərəq-vərəq bizə bir də çatdırır, bu gün düşmən tapdağında olan torpaqlarımız da daxil olmaqla bütöv Azərbaycanımızın xəritəsini cızır, sərhədlərimizin toxunulmazlığı naminə mübarizəyə səsləyir. Sevgi şeirləri deyəndə məhəbbətin, gözəlliyin rəngində qəlbimizə yol tapır, bu səsin sehrinə düşüb cavanlığımıza qayıdırıq. Vətənpərlikdən danışanda ordunu döyüşə səfərbər edən sərkərdəyə dönür. Bayramlarda, elin-obanın şad günlərində, şənliklərdə sevincin, arzu-istəyin rənginə, ətrinə, dadına çevrilib evimizə-ocağımıza ayaq açır bu səs.
Bu səs Tanrının bizə payıdır. Digər sərvətlərimizlə yanaşı, Allah bu səsi də bizə verib ki, dərdlərimizi ovutsun, biganəlik buzunu əritsin. Amma təkcə faciələrimizə ağlamaq üçün verməyib bu səsi. Həm də ona görə verib ki, bizə qələbə sevincini də çatdırsın. Və onun səsinin hələ görmədiyimiz bir rəngi, dadmadığımız bir dadı da var – Qələbənin rəngi… Qələbənin dadı… O rəngi görmək, o dadı duymaq, daha doğrusu, Ağaların səsini o rəngdə görmək, Ağaların səsindən o tamı dadmaq hamımızın arzusudur. İnanıram ki, bunu bizlərə bəxş etmək qisməti də nəsib olar Ağalar müəllimə… İnşallah, o gün uzaqda deyil.
Bu gün onun 60 yaşı tamam olur. Bu 60 ildə sevincli günləri də çox olub, dərdlə baş-başa qaldığı anlar da. Sevincdən, uğurdan yersiz qürrələnməyib, kədər onu sındırmayıb. Dostoyevski bu kəlamları sanki onun üçün deyib: “Böyük dərrakə və böyük qəlb sahibi olanlar əzab və iztirab çəkməyə borcludurlar”.
60 yaş ömrün həm də bir anlığa nəfəs dərib arxada qoyduğun illərə nəzər salmaq, özün-özünə hesabat vermək zamanıdır. Bu yubiley isə Ağalar müəllimin təkcə özünə yox, həm də Vətənə, millətə hesabat məqamıdır. Şükürlər olsun ki, bu hesabatda üzqarası olacaq, dilgödəkliyi gətirəcək səhifələr yoxdur. Şərəfli hesabat məqamın mübarək olsun, qardaş!
60 il Ağalar Bayramovun fiziki ömrünün, cismani varlığının zaman ölçüsüdür. Onun sənətinin, ecazkar səsinin yaşı isə çox-çox qədimlərdən başlayır. Və hərdən mənə elə gəlir ki, o elə 30-40 il bundan əvvəl də 60 yaşındaydı – müdrikliyi və əzəmətiylə, səsindəki şirinlik və ağayanalıqla, dərdi dərdin dilində, sevinci, fərəhi şadlığın, arzu-istəyin dilində danışdırmasıyla, öyüd-nəsihətləriylə. Bu gün isə o mənim üçün də həm də 30 yaşındakı gəncdir – şuxluğu, gənclik təravəti və enerjisi, qurub-yaratmaq həvəsiylə.
Sənətkar ömrünə ölməzlik möhürünü çoxdan vurmuş Ağalar müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı və Tanrının qismətinə yazdığı ömür payını ağrı-acısız yaşamasını arzu edirəm.
Bu günlər onu təbrik edənlər saysız-hesabsızdır. Mən də öz təbrikimi sosial şəbəkələrin birində ona ünvanlanmış təbriklərdən bir cümlə ilə bitirmək istəyirəm: “Ağa, bu qədər yanırsan, görəsən biz sənə yana biləcəyikmi?”
Musa Nəbioğlu
Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru
Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tutan bir qol da aşıq yaradıcılığına, bütövlükdə ozan-aşıq sənətinə və bu sənətin daşıyıcılarına bağlılıqdır. Bu barədə şairin özü belə deyir: “Təkcə mənim dillərdə gəzən lirik şeirlərim deyil, irihəcmli əsərlərimin hamısı saz üstündə bəstələnib, havacat üstə deyilib, sonradan vərəqlərə köçürülüb”.
Hələ 1978-ci ildə Xalq şairi Osman Sarıvəlli yazırdı: “Zəlimxanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Müəllifin xalq yaradıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin əsla kor-koranə təqlid və təkrarı deyildir. İstedadlı gənc şairin əsərləri mövzuları, fikir və mülahizələri, arzu və diləkləri etibarilə tamamilə orijinaldır”. Xalq şairi Hüseyn Arif isə belə deyib: “Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan od-alovu, simlərdən süzülən zümzüməni onun şeirlərində eşitmək olar. Sazla Zəlimxan baş-başa verib pıçıldaşanda, mənə elə gəlir ki, iki şeir-sənət vurğunu bir-biri ilə dərdləşir, bir-birinin hoyuna çatır, dadına yetir”.
Akademik Kamal Talıbzadə isə yazırdı: “Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən şairdir. Bu iki sənət dünyasının vəhdəti Zəlimxan şəxsiyyətində Azərbaycanı təmsil edir”.
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov yazır: “Zəlimxan Yaqub Dədə Şəmşirdən Dədə Qorquda doğru gedir. Gedir və geri qayıdanda artıq öz saldığı yolla – tarixlə müasirliyin vəhdəti ilə işıqlanan yeni bir yolla qayıdır”.
Zəlimxan Yaqub özü isə yazır: “Mənim şeirlərimin hamısında musiqinin sehirli qanadları var. Nəğmələrim nə qədər uzağa uçur uçsun, heç vaxt yorulmaq bilmir. Müxtəlif ölkələrdə, müxtəlif qitələrdə şeirlərimi əzbər oxuyan yüzlərlə poeziya vurğunu görmüşəm. Sərhədləri aşan şeirlərim öz qırılmaz qanadları ilə gedib dünyanın o başından öz həvəskarlarını, öz oxucusunu tapır. Bu uzaq uçuşların bir hünəri şeirin gücüdürsə, bir hünəri də o şeirin canındakı saz musiqisinin gücüdür”.
Bəli, Zəlimxan Yaqub şeirinin gücü, qüdrəti bir tərəfdən onun fitri istedadı ilə bağlıdırsa, digər tərəfdən saza bağlılığındadır. Təsadüfi deyil ki, Z.Yaqub “Saza Allah demədim, ancaq onu Allahı sevən kimi sevdim”, mən sazdan doğulmuşam, “sarıldığım sazdı mənim”, – deyir:
Əl açıb göylərə çox yalvarmışam,
Qoy bu gün saz olsun Allahım mənim.
İstəyim Tanrının xətrinə dəysə,
Gərək bağışlana günahım mənim.
13 cildlik “Əsərləri” külliyyatının birinci cildinə yazdığı ge¬niş müqəddimədə şair özünün aşıq sənətinə bağlılığı və bunun yaradıcılığına təsiri haqda belə yazır: “Ömrümün körpəlik və uşaqlıq çağlarından böyük sənətkarların danışdığı dastanları yad-daşıma köçürməyim, mənim o dastanların qəhrəmanlarına bənzəmək həvəsim sonralar mənə o imkanı verdi ki, “Saz”, “Yunus Əmrə”, “Ələsgər”, “Aşıq Hüseyn Saraçlı”, “Əbədiyyət”, “Pey-ğəmbər” kimi lirik-epik əsərlər, dastanlar yaratdım. Əgər vaxtilə çox böyük təsir gücünə, dil gözəlliyinə malik olan dastanları qəl-bimə, ruhuma köçürməsəydim, məndə zərrə qədər şübhə yoxdur ki, yuxarıda adını çəkdiyim əsərlərin heç biri dünyaya gəlməzdi”.
Və Zəlimxan Yaqub deyir ki, “mənim şeirlərimin dili çaldığım sazın dilidir”. Bu səbəbdəndir ki, onun poeziya dili “heç vaxt pəltək olmur, dolaşmır, dolaşdırmır, əllaməçilik eləmir, nə varsa, necə varsa, xalq necə yaradıbsa, o şəkildə çatdırır”. Bu şeirlərin dili təmiz, duru, təbii, gözəl, aydın və səlis, rəvan və axıcıdır, elə buna görə də yaddaqalandır, seviləndir. Çünki:
Büdrəməz köhləni, yorulmaz atı,
Nağıldı, dastandı ömrü, həyatı.
Zəlimxan nə yazsa qoşma, bayatı,
Zəlimxan nə desə saz dilindədi.
Ədəbiyyat adlı böyük bir yolda ilk addımlarını atdığı gündən saza bağlanıb, “mən havacat Məcnunuyam”, – deyib, saz onun “əbədi Leylisi” olub. Aşağıdakı misraları yazanda şair 23 yaşlı bir gənc idi:
Az yandırsan, dərdim azmı?
Heç bilmirəm qışmı, yazmı?
Saz aşığı tanımazmı,
Zəlimxanam, ay “Sarıtel”.
Sonrakı illərdə yazdığı bir şeirdə isə, məni başqa yerdə axtarmağa gərək yoxdur, ünvanımı sazdan soruşun deyir:
Əl atmaq nə lazım kağız qələmə,
Heç kəsə demərəm yaz ünvanımı.
Kimə gərək olsa sözüm, söhbətim,
Ona göstərəcək saz ünvanımı.
Sarıldığım sazdı mənim, – deyib, sazın dili kimi dillənib, teli kimi danışıb, zili kimi yüksəlib, onu ana kimi əzizləyib, sona kimi sığallayıb. Həqiqəti, doğrusu da saz olub, məşəqqəti, ağrısı da. Bəzən Qərib olub – saz onun qürbətinə çevrilib, Məcnuna dönüb – saz həsrəti olub, Kərəm kimi yanıb – sazı hicrəti sayıb. Sazı Tanrının şah vergisi bilir, Qorqud quran bir yuvada Yunusdan qalan havanı dərk etməyənləri binəva hesab edir, “Zəlimxan saz-dan doğulub”, – deyir:
Çiçəklər yazdan doğulub,
Gözəllər nazdan doğulub,
Zəlimxan sazdan doğulub,
Sarıldığım sazdı mənim.
(“Sarıldığım sazdı mənim”)
“Qorqudam, Abbasam, Ələsgərəm mən, könlüm çalmasınmı saz havasını”, – deyən Zəlimxan Yaqub sazın-sözün beşiyi olan Borçalıda dünyaya gəlib, XX əsr aşıq sənətinin nəhənglərindən olan Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev və digər ustad aşıqların əhatəsində böyüyüb, aralarındakı yaş fərqinə baxmayraq onların hər biri ilə dostluq münasibətində olub. Şeirləri mətbuata yol açmamış bu böyük ustadların dilində eldən elə yayılıb. Z.Yaqub yazır ki: “Ozan-aşıq dünyasıyla bağlı mətləblərin çoxunu oxuduğum kitablardan daha çox Borçalı aşıq məktəbinin çox ünlü şəxsiyyətlərindən – Əmrah Gülməmmədovdan, Kamandar Əfəndiyevdən və Hüseyn Saraçlıdan öyrəndim. Onlar böyük ustadlar kimi, eyni vaxtda məni Tanrının üç müqəddəsliyi ilə qovuşdurdular. Göylər aləmindən enib gələn, torpaqda ilahi ucalıq yaradıb yenidən uca göylərə qalxan səslə, sözlə və sazla tanış etdilər. Onların çaldığı havalar, oxuduğu sözlər, danışdığı dastanlar mənə elə bir xəzinə, sərvət bağışladı ki, onu dünyanın heç bir maddi xəzinəsi ilə almaq olmaz! Ömrümün ən coşqun vaxtında üç böyük ozanın taleyimə yazılması, beşiyimin başında durması mənim üçün Allahın ən böyük lütfü, hədiyyəsidir.
Onlar bütövlükdə şərqin müqəddəs üçlüyü kimi mənim varlığıma köçdü – məndə yaşamaq, məni yaşatmaq üçün”.
Bakı ədəbi mühitində əhatə dairəsi daha da genişlənən, Os-man Sarıvəlli, Hüseyn Arif, Süleyman Rəhimov, Xəlil Rza, Tofiq Bayram və digər böyük şair və yazıçılarla sıx ünsiyyətdə olan Zəlimxan Yaqub eyni zamanda Dədə Şəmşir, Mikayıl Azaflı, Əkbər Cəfərov, İmran Həsənov, Ədalət Nəsibov, Xanlar Məhərrəmov, Aydın Çobanoğlu və digər ustad sənətkarlarla da tez-tez təmasda olub. Ustadlar da həmişə onu özlərinə doğma sanıb, yeri gələndə ürəklərini ona boşaldıblar. Aşıq Şəmşirə, Mikayıl Azaflıya, Hüseyn Saraçlıya, Əmrah Gülməmmədova, Aşıq Kamandara, Xanlar Məhərrəmova və digər ustadlara onlarla şeir ithaf edib.
“Könlümdə yaşadıb könül varını, sazımı eşqinlə çalmışam, ustad”, – dediyi ustadlar ustadı Aşıq Ələsgərin yurdu ulu Göyçəni qarış-qarış gəzib, ona həsr etdiyi “Göyçədən gələn səslər” poeması vaxtilə həm də səhnələşdirilib. “Saz”, “Yunus Əmrə”, “Ozan evi – saz evi” poemalarını, “Hüseyn Saraçlı dastanı”nı yazıb, Hüseyn Bozalqanlıya poema həsr edib. Aşıq sənətinə və ustad aşıqlarımıza aid onlarla məqalənin müəllifidir, ustad aşıqlardan bir çoxunun kitabı məhz onun xeyir-duası, məsləhəti və redaktorluğu ilə işıq üzü görüb.
Zəlimxan Yaqubun aşıq sənətinə dərindən bələdliyi ilə yanaşı, ustad aşıqlarla dostluq münasibəti, yaradıcılıq əlaqələri də yaradıcılığında öz əksini tapıb. XX əsrdə yaşayıb-yaratmış ustad sənətkarlara şeir həsr etməklə bərabər, onlar haqqında bir sıra publisistik məqalələr, xatirə yazıları yazıb.
Onun Dədə Şəmşirlə olan doğmalığı hər ikisinin yaradıcı¬lı-ğında da ifadə olunur, bu gün şirin bir xatirə kimi yaddaşlarda yaşamaqdadır.
“Allah Kəlbəcəri Şəmşirə, Şəmşiri də Kəlbəcərə xəncərə gümüş kimi yaraşdırmışdı”, – deyən şair “Şəmşirli, Şəmsirsiz günlərim” adlı məqaləsində XX əsr Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri və rolu olan Dədə Şəmşir haqqında yazır: “Kəlbəcər və Şəmşir sözləri mənim üçün su ilə torpaq kimi, közlə ocaq kimi, sözlə dodaq kimi bir-birinə yaxın və doğma sözlərdir. Çünki Allah-Təala Kəlbəcəri xəlq edəndən bu günə kimi Kəlbəcər heç bir aşığın, şairin, ziyalının dilində Aşıq Şəmşirin dilində olan qədər poetik yüksəkliyə, mənəvi ucalığa qalxıb, poeziyanın mənəvi sərvətinə çevrilməyib”.
Bir bağın var, bayatılı, qoşmalı,
Xəzan görməz, talan olmaz, ay ustad.
Götürəndə Ələsgərin sazını,
Çaldığın tək çalan olmaz, ay ustad.
– deyə müraciət edib bu böyük ustada. Yeni şeir yazanlara üzünü tutaraq deyib ki, çox da öz döşünə döymə, “yeri, öz borcunu ödə Şəmşirə”.
Aşıq Ələsgərdən sonra sözün-söhbətin naxışının, xalının getməsindən narahatlığın ifadəsi kimi, böyük ustada “Dədələr azalır, ay Dədə Şəmşir”, – deyə xitab edəndə, ustad da ona belə cavab verib:
Fikir ver Şəmşirin çəkdiyi aha,
Söz ağır getməsin qadir Allaha.
Vurğunu çağırmaq çətindir daha,
Qövr edir sinəmdə yara, Zəlimxan.
XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Mikayıl Azaflını “sənət dağlarının qoca qartalı”, “Füzulinin “Şikayətnamə”sindən sonra ən böyük şikayətnamələr müəllifi”, “həqiqət carcısı”, “həsrət-hicran nəğməkarı”, “dərd dağı, qəm dəryası”, “xalqın dərd daşıyan qocası” olan Haqq aşığı adlandıran Z.Yaqub “Azaflı çinarı” adlı məqaləsində yazır:
“Mikayıl Azaflı sənəti, onun şəxsiyyəti və şəxsi keyfiyyətləri öyrənilməyə və öyrədilməyə layiq olan bir məktəbdir. O məktəbin şagirdi, tələbəsi nə qədər çox olsa, bir o qədər xalqın, millətin, sənətin, ruhun, yaddaşın və gələcəyin xeyrinədir”.
Aşıq Əkbər Cəfərovun sənətinə məhəbbətini, səsinə vurğunluğunu, şəxsiyyətinə hörmətini belə ifadə edir:
Əkbər əmi, ucalsa da göylərə,
Səsin, yerə məhəbbətin səsidir.
Oxuyursan, bulaq düşür yadıma,
Bu zümzümə təbiətin səsidir.
Çiçək kimi qoxladıqca ətrini,
Zəlimxan da əziz tutur xətrini.
Ellər bilir qiymətini, qədrini,
Bu qəhqəhə o qiymətin səsidir.
Zəlimxan Yaqub böyük məmnunluqla dövrümüzün böyük ustadlarından olan əvəzedilməz sənətkar Ədalət Nəsibov sənətinə vurğunluğunu “Ədaləti dinlədim” adlı şeirində tərənnüm edir.
Aşıq Xanlar Məhərrəmova da şeirlər ithaf edən Z.Yaqub onun haqqında “Göynərtili xatirə” və “Onun yaşadığı ömür” adlı məqalələr də yazıb və haqlı olaraq deyir ki: “Aşıq Əmrah və Aşıq Ədalət kimi saz tanrılarından sonra o yüksəkliyə ucalmaq, özünəməxsus yol seçmək, seçilmək, əzizlənmək, xalq sevgisi, el məhəbbəti qazanmaq hər oğulun yox, ər oğulun işidir. Bu misilsiz işi Xanlar bacardı, özü də yaxşı bacardı”.
O, deyir ki, “Xanların üçcə havasına qulaq asmaq kifayət idi ki, dumduru durulub dağ çeşməsinə dönəsən”. Xanlar iddialı adam deyildi, dünya malında gözü yox idi, özünün və sözünün yerini bilirdi. Sazını da, sözünü də urvatdan salmaz, baha satardı.
“Havacatdan zəri, saz adlı səngəri, dağ kimi ləngəri olan” aşıq Xanlar Məhərrəmovun ölüm xəbəri şairi sarsıdır, qəlbini göynədir:
Həyat yalan, ölüm doğru,
Zəlimxanın yandı bağrı.
Canımdakı nisgil, ağrı,
Saçımdakı dən Xanlarım.
Şimşək vuran, sel aparan,
Əlimdən gedən Xanlarım.
Özünü “aşıqlı, şairli, ağbirçəkli, sərkərdəli, ozanlı, dədəli Bor-çalı dünyasının” bir parçası sayan Xalq şairi sazın müqəddəs beşiklərindən olan Borçalı aşıqları haqqında belə deyir: “Borçalı aşıqalrı ifadəsi mənim üçün həyat sözü, tale sözü qədər əziz, şirin və müqəddəsdir”.
Və yazır: “Bəxtim onda gətirib ki, üç böyük sənətkarın – Aşıq Əmrahın, Aşıq Kamandarın və Aşıq Hüseyn Saraçlının tərlan kimi qıy vuran vaxtı mənim dəliqanlı gənclik illərimə təsadüf edib. Onların üçünün də balını arı çiçəkdən şirə çəkən kimi çəkmişəm”.
Sənətdə ilk addımlarını Borçalıda atıb, sonradan bütün Türk dünyasının ünlü sənətkarlarına çevrilən bu və digər ustadlar haqqında silsilə şeirlər, dastan və məqalələr yazıb.
“Borçalı aşıqlarının fəaliyyəti, ifaçılıq mədəniyyəti, sazla sözün vəhdətinin yaratdığı emosional duyğu bizim dilimizin saflığını yaratdı”, – deyən Zəlimxan Yaqub eyni zamanda yazır: “Borçalı aşıqlarının üstün və uğurlu bir cəhətini də deyim ki, onlar Borçalı aşıq məktəbini təmsil etsələr də, Azərbaycan aşıq məktəblərinin hamısına böyük hörmətlə yanaşıblar. İstər Göyçə-Kəlbəcər aşıq məktəbi olsun, istər Şirvan məktəbi, istər Təbriz məktəbi olsun, istər Qazax-Gəncəbasar məktəbi – hamısına hörmətlə yanaşıblar”.
XX əsr Azərbaycan aşıq sənətinin çox böyük simalarından biri Xındı Məmmədi “öz səsiylə, avazıyla Tanrı dərgahından gələn, Allahın avazı, möcüzəsi” adlandırır, Əmrah Gülməmmədovdan danışanda deyir ki, Əmrah əsrlərdən gələn səs, “tel gücünü sel gücünə döndərən” sənətkardır, yerin yeddi qatından şirə çəkib mayalanan kökümüzdür. Əmrahın hər barmağının bir cür xalı varıydı, hər xalında bir Borçalı varıydı: “Özünün saz dünyası ilə havalara yenilik gətirən, Azəbaycan tarixində ilk dəfə olaraq sazı püxtələşdirən, kamilləşdirən, on bir telli saz şəklinə salan, onu Tanrı dərgahına qaldıran şəksiz və şəriksiz, müdaxiləsiz və müdafiəsiz, tərəddüdsüz Aşıq Əmrah Gülməmmədov olub”.
Əmrah kimi ölməzlərin önündə “gəlib diz çökənləri” də görən şair onu yurdun dədələşən övladı adlandırır, “Əmrah ömrü ömürlərə paylanan bir danılmaz həqiqətin ömrüdür”, onun ayrılığı dağdan ağır yükümüzdür, “onun səsi qulağımda qalmasa, mənim səsim yer üzünə yayılmaz”, – deyir, mən aşığam deyib, sənətdən xəbərsiz naşılara məsləhət görür ki:
Əlli il taxtaya, simə döyüncə,
Bircə gün sazını çal Əmrah kimi.
Şair deyir ki, Dədə Qorqud zirvəsiylə tən duran aşıq Əmrah zirvəsi elə bir zirvədir ki, çox boylara öz boyundan boy verəcək. Onun sənətini Haqqın vergisi adlandırır:
Min ömür uzadıb, ömür üzməyib,
Yersiz oynamayıb, yersiz süzməyib.
Usta bağlamayıb, zərgər düzməyib,
Sənə Haqdan gəlib saz, Əmrah dayı.
(“Əmrah dayı”)
Çox ustadlar görən Zəlimxan Yaqub deyir ki, Aşıq Əmrah pərdə-pərdə, xana-xana ruha hopdu, qana keçdi, yana-yana ocaq oldu, təbi daşqın Araz oldu, telli sazın meydanında şir gəldi, şir getdi, pir gəldi, pir getdi, bir gəldi, bir getdi:
Başımıza gəldi nələr,
Ay Zəlimxan, qaldıq mələr.
Açıldı çox möcüzələr,
Əmrah sirr gəldi, sirr getdi.
(“Aşıq Əmrah”)
Hüseyn Saraçlıdan bəhs edəndə Zəlimxan Yaqub deyir ki, “O, mənim Şəmsim oldu, mən onun Mövlanası”. Həyatının mə-nası “ozan ömrü, saz ömrü” olan, sazdan yaranıb, sözdən doğulan, sazının laylasında neçə aşıq, könüllərdə sənət adlı sönməz işıq böyüdən Hüseyn Saraçlı yurd-mahal aşığıydı, meydanda Koroğluydu, Rüstəm-Zalıydı.
Hüseyn Saraçlıya dastan da həsr edən Z.Yaqub məqalələrinin birində bu böyük ustad haqda belə yazır: “Aşıq Hüseyn Saraçlını Allah əsl ozan kimi yaratmışdı. Ona baxanda elə bilirdin Yunus Əmrə də budur, Dadaloğlu da budur, Aşıq Veysəl də budur, Xəstə Qasım da budur. Yerişi, duruşu, gəzişi, danışığı, əlini bığına çəkməsi, nəmli dəsmalla aradabir alnının tərini silməsi – hamısı o qədər ölçülü-biçili, nizamlı, səliqəli, insanı heyrətə gətirən bir gözəllik mücəssəməsi idi”.
Hüseyn Saraçlının ölümündən təsirlənən şair yazır:
Yüz dəfə çək, yersiz ahdan nə çıxar,
Qəlbi yasda saxlamaqdan nə çıxar.
Ay Zəlimxan, ağlamaqdan nə çıxar,
Az sızılda, az inildə, az ağla!
Saraçlının taleyindən əsər yaz,
Saraçlının dastanını yaz, ağla!
Şeirlərindən da göründüyü kimi, 1987-ci ilin baharında Borçalıda XX əsr Azərbaycan aşıq sənətinin iki ünlü simasının – Əmrah Gülməmmədov və Hüseyn Saraçlının dünyasını dəyişməsi onu təsirləndirir, “sözü ürəkdə, sazı köynəkdə” qalan “bir mahalın mahal boyda dərdi var”, – deyir. Haqlı olaraq deyir ki, analar bir də Xan Əmrahı doğmaz, Saraçlını zaman bir də yetirməz, bu ustadların həyatdan köçməsi bütövlükdə Azərbaycanın itkisi olsa da, onların varlığından sazın ömrü qazandı:
Nə qazandı sazın ömrü qazandı,
Nə itirdi, Azərbaycan itirdi.
Bu iki böyük ustadın dünyasını dəyişməsindən hədsiz təsirlənən, qəlbi göynəyən, Əmrah Gülməmmədovun ölüm günü yazdığı şeirdə “Aman ellər, xan Əmrahı itirdik, sənət mülkü Kamandarsız qalmasın”, – deyən Zəlimxan Yaqub Aşıq Kamandar Əfəndiyevlə də sıx dostluq münasibətində olub, onun sənətini hər zaman yüksək dəyərləndirib:
Ruhunla Qorqudtək qocalardasan,
Ahınla tüstülü bacalardasan,
Bəndə dərgahından ucalardasan,
Tanrı dərgahını haxla, Kamandar.
Aşıq Kamandar sənətini ovsun, tilsim, sehir, cazibədarlıq dünyası adlandıran Z.Yaqub yazır: “Aşıq Kamandar təzənəni tellərə yox, ürəklərə çəkirdi. Aşıq Kamandarın səsi boğazdan yox, ürəkdən gəlirdi. Aşıq Kamandar dərsini kitablardan yox, qırxlar pirindən, ələst aləmindən, ərənlər məclisindən almışdı. Boyu-buxunu da, yerişi-duruşu da, durumu-qırımı da, səs diapazonunun genişliyi də, nəfəs mənzilinin uzaqlığı da, avazı-laylası da, on bir telli, uzunqollu, gen sinəli tavar sazı da bəndənin yox, Allahın əsəridi.
…Kamandarın ömrü sazın, saz üstündə köklənən sözün ömrüdür. Qurbanidən Dədə Şəmşirə və bu günə qədər gələn ozan-aşıq dünyasında olan böyük sənətkarların hamısının birgə yaşadıqları ömürdür”.
Məqalələrinin birində şair yazır: “Saz mənim üçün Türk ru-hunun şəksiz və şəriksiz, tək və müqəddəs alətidir. Saz mənim üçün ana laylası, beşikdən məzara qədər ömür yolunda yol yoldaşım, könül sirdaşım, həyatım, varlığımdır”.
Sazın “ruhundan qopan”, sazın “ruhuna hopan”, sazı “özündə tapan”, özünün təbirincə desək, dili söz tutub, ağlı kəsəndən Ələsgər çağırırb, Ələsgər deyən, “el məclisi görməsə, şair könlü saz olmaz”, “sənsiz mənim bir məclisim, bir şənliyim olarmı heç”, – deyən şairin qəlbi kövrələndə, tənha qalanda həmişə ümid yeri, pə¬nahı saz olub, dərd-ələm üstünə yeriyəndə “Cəngi”, “Misri” onun silahına çevrilib, özü “havacat Məcnunu”, saz isə əbədi Leylisi olub, varlığını sazda görüb, sazın gücünə, sehrinə inanıb, ona güvənib:
Sən varsan, həyatda mən varam demək,
Səsimi hər yana yetir, ay sazım.
Saz adlı, sənət adlı bir yola könül verən Zəlimxan Yaqub deyir ki, bu yol məni duru və diri saxladı, “baxışımda haqq odunu, qəlbimdə nuru saxladı”. Bəli, bu yol onun gözünü yaşdan, yazını qışdan qoruyub, külündə qoru saxlayıb:
Haqdan, nahaqdan ölmüşdüm,
Qılıncdan, oxdan ölmüşdüm,
Vallah, mən çoxdan ölmüşdüm,
Saz məni diri saxladı.
(“Saxladı”)
Bəşəri qanunlardan fərqli olaraq, sazın müqəddəs qanunları dəyişməzdir. Saz duyanları uca göylərə qaldırır, duyğusuzlara divan eyləyir, insana öz ilkini, kökünü, tarixini tanıdır.
Ədəbiyyatşünas alim Azər Turan yazır: “Eiraf etməliyik ki, Azərbaycanda muğamın dərki müstəvisində ədəbiyyatın timsalında Bəxtiyar Vahabzadənin “Muğam” poeması hansı işi görübsə, Zəlimxan Yaqubun “Saz” poeması da saz havalarının dərki müstəvisində eyni işi görüb”.
“El havası” – “Qaraçı”yla ellərimizi gəzib dolanan, “Sarıtel” çalınanda Qul Abbası, Xəstə Qasımı xatırlayan, “Mansırı” nakam aşiqlərin sorağı, könülləri göynədən qəmli bir dastanın varağıdır deyən, “Divani”ni dənizə bənzədən şair “Təcnis” söz meydanında sınaqdı, – cinas yarışıdı, söz imtahanıdı deyir. “Yanıq Kərəmi”dən söz açanda deyir ki, Kərəmi yandıran təkcə keşiş deyil, həm də dağılan, bölünən torpağımızdı, Vətənimizdi. “Ənəlhəq” deyən Nəsiminin dərisi soyulanda, Babəkin qolları kəsiləndə “ağrıdan göynədi tellərin səsi”:
Məni dilləndirmək Dədə Qorqudun,
Yandırmaq Kərəmin bəxtinə düşdü!
“Dübeyti” havasından söz açanda şair deyir ki, bu hava “bir az dərddi, bir az dəva”, bu, dağılan yurddu, uçan yuvadı, nisgil, ağrı, həsrət, qərib, qürbət havasıdı. Havaların sultanı “Ruhani” çalınanda isə saz ürəkləri kitab kimi varaqlayır. “Dilqəmi” elin dərdidi, elin qəmidi. Ocaqdan, alovdan, qılıncdan yaranan, ildırımdan od alan “Misri” mənim özümə sığmazlığım, döyüşüm, mübarizəmdir, bu dünyaya alovlu gəlib, ər kimi yaşamağım, kişi kimi ölməyimdir deyir:
“Misri” mənim nəyimdir?
Kamalda bitkinliyim,
Sınaqlarda dözümüm,
Döyüşdə yetkinliyim!
Mən onu çala-çala,
Qeyrətimi qorudum,
Mərdliyimi yaşatdım!
İnadımı qorudum,
Sərtliyimi yaşatdım!
Sənətdə varisliyə böyük əhəmiyyət verən şair deyir ki, dünə-ni, keçmişi bilməyən aşıq sabaha üzüağ gedə bilməz. Dədə Şəmşir, Mikayıl Azaflı, Əkbər Cəfərov, İmran Həsənov, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev, Ədalət Nəsibov, Xanlar Məhərrəmov, Aydın Çobanoğlu və digərləri kimi böyük ustadlarla daim sıx ünsiyyətdə olub onların ifalarını dinləməkdən doymayan Zəlimxan Yaqub aşıqlara qarşı olduqca tələbkardır:
Zəlimxan sevəndi kamil ustadı,
Kamil ki, deyilsən, batırma adı.
Yoxdu sözlərinin ləzzəti, dadı,
Gözünə qatmağa duz qəhətdimi?
(“Qəhətdimi”)
“Hər pərdənin ahəngində bir ölümsüz halallıq” olan, telləri susmaq nədir, lallıq nədir bilməyən, “yerli-yersiz zərbələrə tuş gəlsə də”, heç zaman sınmayan saza biganə olanlara, onu bəyənməyənlərə “sən mənim sazımla oynama, bala,” – deyərək özünəməxsus qətiyyət və inamla cavab verir:
Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup KİV və QHT başçısı, bloqgerlər və ictimai fəallar, Prezidentin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə martın 13-də Ağdam rayonuna səfər etdi. Bəlli olduğu kimi Ağdam ötən il, noyabrın 20-də işğaldan azad olunub. Ağdama səfər imkanına görə göydə Tanrıya, yerdə dövlətimizə, Ali Baş Komandanımız başda olmaqla müzəffər Silahlı Qüvvələrimizə minnətdarıq, minnətdarıq. Şəhidlərimizi ehtiramla anır, yaralı qazilərimizin sağalmasını, itkinlərimizin tezliklə tapılmasını Tanrıdan təmənna edirik. Ağdama səfərə yollanarkən ilk öncə minnətdarlıq və şükran duyğularım dilə gəldi, sonra, Ağdamın Ağdam vaxtlarının tərifini, tərənnümünü xatırladım. Və… budur, şəhər – daha doğrusu, şəhər yerinə gəlib çatırıq: şəhər atom bombası atılmış yapon şəhərləri Xirosima və Naqasakidən daha betər haldadır, desək, yanlış olmaz. O tərifli şəhərdən dörd divar belə tam qalmayıb… Dövlət başçısının dəqiq ifadəsi ilə desək, elə bil vəhşi qəbilə keçib burdan – vəhşi qəbilə! Təfəkkürcə, davranışca vəhşi qəbilə, silah-sursat baxımından möhkəm təmin edilmiş, dişindən-dırnağınacan ağır silahlanmış “müasir, mədəni” ermənilər… Üstəlik, o qəbilə təfəkkürlü, müasir silahlı ermənilər Ağdamı müharibənin gedişində bugünə salmayıb, illa da işğaldan sonra viran ediblər şəhəri. Demək, məqsədyönlü, düşünülmüş, planlı, rahat bir dağıdıcılıq prosesi icra ediblər. Hər şey bir yana: kitabxananı dağıdıblar, Dram Teatrını dağıdıblar… – Bə, hanı mədəniydilər? Mədəniyyətin “m” hərfini bilənlər kitabxana, teatr dağıdarmı? Bu mənim Ağdam şəhərinə ilk səfərim idi. Ağdam! Qarabağımızın Ağdamı… Biz o şəhəri salanda adına Ağdam demişdik… İşğalçılar oranı 27 il içində qara dam etdi. Biz ağ evlər qurmuşduq, ermənilər dağıtdığını dağıtdı, dağıtmadığını, biləvasitə qara dam kimi istifadə etdi… Qədim dövrlərdə mədəni, mədəniyyətli sözü şəhərdə yaşayan, şəhərdə yaşaya bilən sözlərinin ekvivalenti olub; nə qədimliyi, nə də gələcəyi olmayan köksüzlərin uğursuz dövləti, o dövlətin silahlı qüvvələri şəhər kimi şəhər Ağdamın daşını daş üstə qoymayıb… Bəli, bu bilinən faktdır, bəli, çox deyilib, çox yazılıb amma daha deyilməməli, daha yazılmamalıdırmı? Bizim Ağdam səfəri müddətində paylaşdığımız şəkillərə fəqrli ölkələrdəki dostların, aydınların reaksiyaları ilə tanış oluram və bir daha görürəm ki, deyilincə, yazılınca, göstərilincə Qarabağda olub-bitənlər ürəklərdə, yaddaşlarda yuvalanır, yeni ünvanlar qazanır, necə deyərlər, ibrət olur… – İşğal dövründə deyib, yazıb, göstərdiklərimiz bir başqa, indi bir başqadır. Biz ağlaşma qurmuruq, biz, necə deyərlər, quru həqiqətin özünü göstəririk: görün, biz necə bir vəhşilik üzərində qələbə çalmışıq! – Çətin və şərəfli qələbə! Bəli, Ağdam şəhərində yalnız Ağdamın şəhər yeri qalıb. Erməni izlərini silmək, əlbəttə, mümkün olacaq – minalar təmizlənəcək, yollar, digər infrastrukturlar bərpa ediləcək, planlı şəhər salınacaq amma 30 il yox, 300 il keçsə də, başımıza gələnləri unuda bilməyəcəyik. Ermənilərə Ağdamı qara dama döndərmək kimi aşağılıq hərəkətlərinin xəcalətini yaşadacağıq. Xəcalətli düşmənimiz olacaq! Yolu, evi, qəbirstanlığı, kitabxananı, teatrı, məscidi… dağıdan dövlət, xalq, cəmiyyət, fərd… ömrü boyu xəcalətdən qurtula bilməz.. O yollar bir zamanlar ümidə, inama, sevgiyə aparmışdı… Çörəyə, işə aparmışdı o yollar – dağıdılan, kol-kos basan yollar… İşığa, gələcəyə aparmışdı yollar – yolsuzluların yolluqdan çıxardığı Ağdam yolları… İndi yalnız qaralan yerləri görsənən Ağdam evlərində körpə qığıltısı eşidilmişdi bir zamanlar… O evlərdə şənliklər keçirilmiş, uzun qış gecəsi qonşuların bitib-tükənməyin şirin söhbətləri olmuşdu… Erməni qonaqlar da ağırlanmış, süfrələr açılmışdı onlara… O evlərə can verilmişdi, o evlərdə can verilmişdi… O qəbirstanlıqlar bir ibrət bağçasıydı… O qəbirstanlıqda pıçıltı ilə də, fəğan edərək də ağlamışdı Ağdamlılar, öz doğmaları ilə dərdləşmişdilər oralarda… O kitabxanada qiymətli kitablar qorunurdu… O kitabxanada xalqlar dostluğunu tərənnüm edən əsərlər vardı… O kitabxanada kitabın tanışdırdığı gənclər olmuşdu, o tanışlıqlardan tale birlikləri çıxmışdı… O teatrın açılış toy bayram olmuşdu… O teatrda alqışlar… təbriklər… divarların daş yaddaşına çökmüşdü… O teatrın divarları necə gərgin məşqlərə şahid olmuş… o teatrda necə tamaşalar oynanmışdı… O tamaşaların hazırlığı prosesində alın təri tökülmüşdü döşəməyə… ermənilər qan tökdü… O teatrda sənətçilərə güllər-çiçəklər verilmişdi… Ermənilər gül yerinə güllə gətirdi teatra… O Cümə məscidində dualar edilmişdi, Tanrıya şükürlər oxunmuşdu… İnsanlar xeyirxahlığa, barışa, dostluğa-qardaşlığa çağırılmışdı o məsciddə… O yollar, o ev-eşiklər, kitabxanalar, teatrlar, məscidlər – bərpa edilə bilən nə varsa bərpa ediləcək ancaq haqsızca məruz qaldığımız müharibənin yaddaşımıza, ömrümüzə vurduğu ağır yaralar sağalacaqmı? Uğursuz dövlətin ağılsız siyasi-hərbi rəhbərliyi anlamadı ki o yollar bundan sonra həm də tarixə, yaddaşa aparacaq… O evlər qurulacaq, şəhər abadlaşacaq, o evlərdə doğulan körpələr şəhidlərin, qəhrəmanların adları ilə böyüyəcək, Qarabağ yaddaşı ilə dirçələcək… O kitabxanalarda yenə qaynar günlər başlayacaq və bu dəfə orada Ağdamın qara günlərini, müharibənin dəhşətlərini əks etdirən çoxsaylı kitablar da olacaq… O teatrlarda necə dram əsərləri oynanacaq, necə şahanə səhnələr olacaq, qalib ölkənin qüruru sənətin estetik dəyərləri ilə universallaşıb dörd tərəfə yayılacaq dalğa-dalğa… O məscid yenə azan səsi ilə oyanacaq, yenə dua yeri, alxış ünvanı olacaq, hər cümədə, hər duada şəhidlər yad ediləcək… Bütün hallarda biz itirdiklərimizin üzərində yeni gələcək inşa edərkən, ermənilər qazandıqlarının bədəlini ödəyə-ödəyə, etibardan, vəfadan, dostluq-qonşuluqdan yoxsun şəkildə sürüncək… Ağdam. 2021-ci il… Burası dünya tarixşünaslığı üçün əsl təcrübə yeridir: “Bir vəhşi qəbiləni qədim dövrlərdən XX-XXI yüzilə dartıb gətirmək mümkün olsaydı, onlar bir ağeyvanlı abad şəhərdə necə davranardı?” sualının cavabını ermənilər tarixçilərin, etnoqrafların, sosioloqların, daha necə elm, sənət adamının “menyu”sünə “bəxş edib”… DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN! BAYRAĞIMIZ UCA OLSUN!
Hər şey o qədər gözlənilməz, o qədər sürətli və qarmaqarışıq baş vermişdi ki – indi –üstündən xeyli keçəndən sonra da gərginliyi canımdan çıxmayıb; olanları başdan-aya¬ğa xatırlamağa çətinlik çəkirəm. Şeytanın bacağını sındırıb – uzun illərin həsrətinə son verərək, Təbrizə yollanmış-dım. Qəribə hisslər keçirirdim, nə gizlədim. Deyirdim, Təbriz ruhumu dirçəldəcək; de-yirdim, Arazın bu tayına döndükdən sonra dünyam dəyişəcək, çox şey öncəki kimi ol-mayacaq. Elə inanırdım, elə ina¬nırdım! Güneyli qardaşlar sağ olsun, məni rəsmi sərhəd məntəqəsinin çıxışında qarşıladılar, mənə diqqət-qayğı göstərdilər, ürəyim hara istədi apardılar, kimnən istədim, görüşdürdülər; hamısı, hamısı gülərüz, istiqanlı, qonaqpərvər, hazırcavab və şən idi. Amma bir həftəlik səfərin son günü hiss etdim ki, qardaşlar nəsə umulu-dumulu, kefləri pozğun hərlənir və bu ovqatsızlığı məndən gizlətməyə çalışır. Ağlıma çox şey gəlsə də, ancaq geri dönüşdə – rəsmi keçid mən¬təqəsində bildim ki, vahim olaylar olmuş… Və gü¬ney¬lilər olub-bitənləri böyük ustalıqla məndən gizlətməyə, kefimin pozulmamasına ça¬lı¬şıb. Bilirdilər axı – yaşım qədər, bəlkə, yaşımdan artıq həsrətim vardı Təbrizə, bilir¬dilər… Bəli, geri dönər-dönməz hər şeyin dəyşdiyini gördüm, ancaq bu dəyişim mən düşündüyüm dəyişim deyildi. Sərhəddən keçən hər kəs kimi məni də açalaq-umalaq As¬tara xəstəxanasına götürdülər. Az qala hər kəsin ağzı-burnu maskalı və… sualı çox, ca¬vabı azdı. Hamı bircə sözü çevirirdi: koronavirus, koronavirus… Açığı, mən özümdə ra¬hatsızlıq hiss etmirdim, yaxşıydım, di gəl sərbəst buraxan kimdi? Sanki sər¬hədin o ta¬yın¬dakı qara çarşablar “modern¬ləşib” bu taydakı qadın həkimlərin ağzı-burnu boyda kiçik mas¬kalara dönmüşdü; dövlətlərarası rəsmi sərhəd “balalayıb”, indi rayondan-rayona da ke¬çid məntəqələri kimi “çoxalmışdı”; tanı¬ma¬dıqlarına şübhəli baxan o taylı məmurlar qalsın o tayda, bu tayın tanıyanı da, tanımayanı da istiqanlı görüşmələri “ixtisar etmiş”, müna¬si¬bətlər məsafə qaza¬nmışdı. Qızdırmamızı tez-tez ölçən ağ xalatlı, qara maskalı həkim qızlar az danışıqları ilə soyuqqanlı idi. Bəlkə də, elə deyildi, mənə belə gəlirdi, bəlkə, öz tə¬dirginliyim məni haldan-hala salır, hamıdan incik düşürürdü… – bilmirəm, ola bi¬lər. Hərdən də, fikirləşirdim ki, aman, Tanrım, yoxsa, o tayda hansısa ziyarətdə yanlış dav¬ranışımmı oldu, yanlış sözmü dedim, ulu qüvvələrin xoşuna getmədi – nədi? Yoxsa, “ca¬du-pitik”mi yazdılar mənə? Bu yandan da, telefonum susmurdu, sanki bütün gərəksiz zənglər məhz bu günü göz¬ləyirmiş… Di gəl bu qarğaşa içində, nə etdilər, neynədilər, müəyyən vaxtdan sonra, xeyli adamı buraxdılar, mən isə Bakıdakı Xüsusi Tibb Mərkəzinə köçürəcəklərini bildirdilər. Aç¬ı¬ğı, gerilədiyimi hiss edirdim yavaş-yavaş, amma bunun koronavirusla yox, ümumi ov¬qatsızlıqla bağlı olduğunu düşünürdüm; lakin mən saydğımı sayım, görək, fələk nə sa¬yırmış… Astaradan Bakıya hərəkət vaxtı başımın fırlandığını, gözümə qaranlıq çökdüyünü, ələl¬xü¬sus nəfəsimin daraldığını hiss etməyə başladım. – İqlim dəyişikliyi, yuxusuzluq, rejimsizlik, doğmalardan uzaqlıq-filan – ha özümə təsəlli ver¬mə¬yə çalışdım, gör¬düm, yox, bu xına o xınadan deyil. Və Bakıya çatdıq çatmağına… lakin artıq, nəfəsim çatmırdı, nəfəsim. “Bu ilmi ölübsən, bildirmi?” – fikrən hava¬lanırdım, havam yetmirdi. Huşum zəifləyir, yaddaşım “tərəddüd edir”, “bir sağ, bir sol” göstərirdi. Gö-rəcəkli günüm varmış… Ala-çula xatırlayıram, kimsə pasportuma baxa-baxa, “Yolçu Qədirlini həkim İradə Qiyamətdinliyə götürün” – dedi. Kimə, kimə? – İradə Qiyamətdinliyəmi?! Aman Tanrım! Bu qədər təsadüf ola bilməzdi, belə nadir soyada İradədən başqasında heç rast gəl¬mə¬miş, heç eşitməmişdim – bu o idi! Heyim yoxdu, bir də soruşam, da¬ya¬nam, duram. Duyduğumu duymuşdum artıq… İradə ilə belə qarşılaşmağı heç istəməzdim, heç. Anlaşılmaz bir dirənişə meyil etsəm də, dediyim kimi, artıq heyim tükənirdi, təngnəfəslik, quru öskürək, gözü açıq sa¬yıqlama kimi bir halətə qərq olmuşdum və məni bu halımla, halsızlığımla qeyri-ixtiyari içəri apardılar. Artıq heç nə mənim iradəmdən asılı deyildi. Gözümü bir də onda açdım ki, sanki “ska¬fandra” gey¬miş İradə başımın üstündə və mən şəffaf tabut kimi bir nəsnənin için¬¬dəyəm… Gözümü, bəlkə, bir saniyəlik aça bilirdimsə, qazancdı. Uzun illər görmədiyim İradə mənə adi xəstə kimimi baxır, nifrətləmi, sevgiqarışıq rəhm hissi iləmi? Gəl də bil… Bil də gör… İradə ilə gözəl günlərimiz olmuşdu. Sonra əbədi ayrılıq kimi hərəmiz bir yana düşmüşdük. Onun Türkiyədə yaşadığını bilirdim, orada həkim kimi çalışdığını, həm də tibbin hansısa yeni sahəsi üzrə elmi iş üzərində işlədiyini eşitmişdim. Amma budur, biz Bakıdakı xüsusi mərkəzdə qarşılaşmışdıq. O – həkim, mən – xəstə… Nə qə¬ribədi, qabaqlar da belə olmuşdu: onda da mən onun xəstəsiydim, onun xəs¬təsi… amma bir vacib fərqlə – onda, aradabir Taclıbəyim dediyim bu zalımın özünə, sevgisinə tutquluydum – indisə taclı virusa tutulmuşdum… İradə, İradə… Nə olmuşdusa, mənim üzümdən olmuşdu. Hər kəs bizi sevgili bilir, sevgili görür¬dü – düz də edirdilər, haqq edirdilər. Necə deyərlər, ayrı gecələrə yatsaq da, eyni sa-bahlara durardıq, bir damın altında yaşamayan, qohum olmayan, bir kollektivdə çalış-mayan iki insan nə qədər bir yerdə ola bilərdisə, ondan daha artıq dərəcədə bir yerdəydik… Günlərin bir günü İradə dedi, mən Türkiyəyə oxumağa gedirəm. “Bıy, xanıməfəndilər, durub-dururkən bu da nərdən çık¬dı?” – mən elə beləcə də soruşdum ondan. O da “əsas”lar gətirdi – nə bilim, “təhslin növbəti mərhələsi vacibdi, mənim ixti¬sasım üzrə ən yaxşı universitet Cərrahpaşadadır, qrupun bütün yaxşı oxu¬yan¬ları gedir, mən də əlaçıyam (mən hər dəfə “əlaçı deyilsən, əlasan” deyərdim, bu dəfə “düzəliş” eləmədim) – özü də uzağa getmirəm ha, öz Türkiyəmizə ge¬dirəm…” Türkiyəyə getmək sorun deyildi, ümumiyyətlə, GETMƏKdən söhbət ge¬dirdi və bu qərar mənsiz verilmişdi; üstəlik, onunla Türkiyəyə, eyni şəhərə, eyni uni¬ver¬sitetə gedəcək qrup yol¬daşından gö¬züm heç su içmirdi, heç. İradəyə inanmırdımmı? – İnanırdım. Amma biz kişi xeylaq¬larının boynumuza almadığımız qısqanclıq hissi də olmamış deyil. Nə giz¬lədim, evlənməyə hazırlaşdığım qızın məni burda qoyub uzun müddətə respublikadan qırağa getməsini qəbul edəcək qədər “inkişaf et¬mə¬mişdim”. Belə çıxırdı İradə evlən¬məyə hazırlaşmır; e-ee… hazırlaşmırsa, bə neçə illərdir biz niyə tutub-tutu¬şurduq?.. Bu söhbət acı bağırsq kimi uzandıqca uzandı, o dedi, mən dedim, mən dedim, o dedi… – yıpradırdıq bir-birimizi. Bilmirəm, nə hikmətsizliksə, sevənlərin bir-birini bağış¬la¬ması zülmdür elə bil; o günlər hər ikimiz, bəlkə, onlarca adamı nədəsə, hardasa ba¬ğışladıq, bir-birimizi anlamaq, bağışlamaqsa alınmadı ki alınmadı… İlahi, nə qədər “ar¬qument” çıxdı ortaya?.. – Sanki geridönməz yola girmişdik. Bu “geridönməzlik”də mənə bağlı iki hadisə həlledici oldu: biri mənim İradə ilə eyni universitetə gedəcək oğlanla cavanlıq sövq-təbiiliyi ilə və əslində, məz¬mun¬suzca gərginlik yaşamam, digərisə tam da o sı¬rada İradənin qrup yoldaşı olan bir qızın sürətlə mənim həyatıma daxil olmağa baş¬la¬ması idi… – Zalım qızını öncələr fərq etməmişdim, sanki son günlər bir baş¬qa cür olmuş, işvə-naz qazanmışdı, ya nə bilim, nə olmuşdu. – Mənim gözüm İradədən baş¬qasını görürdümü ki, onu da görəydi?.. Bəlkə də, elə həmişə belə gözəlmiş, nə bilim? – Münasibətlər və münasi¬bətsizliklərin “avtorəqs”inə, “kvant fizikası”na düşmüşdük. – Ya¬xınlaşmalar, uzaq¬laşmalar, doğmalaşmalar, yadlaşmalar… Bir dönəm qapanırdı sanki, sanki o qa¬panış nöqtəsi həm də yeni açılım nöqtəsiydi… “Ah, bu uzun sevda yolu, Vurulurmu başa könül?..” – İlahi, İlahi, İradəynən zor şərtlərdə qurduğumuz sevgi qalası uçurmuydu!? – Belə ola bilərdimi? Və bu qədərmi asanmış ayrılmaq?! – Qəlbən elə qırılmışdıq, elə qırlmışdıq, çilik-çilik olmuşduq! Başqaları belə məqamlarda necə davranardı? – Bilməm ki! – Mən heç belə gün görməmişdim, mən belə hallara düş¬mə-mişdim, mən belə ayrılığa xamıydım. Beləydi, acı da olsa, beləydi. O da macal ta¬pıb, ehtiyac duyub, gedib saçlarını kəsdirmişdi – bilə-bilə ki mən uzun saç¬larına bir baş¬qa cür va¬lehdim. Bir neçə şəkli gözümə dəydi, hardasa, qırmızı rəngli nə paltarı, akse-ssuarı, nəyi, nəyi vardısa, “tərk etmiş”, qatmaqarışıq rəngli əlbisəyə, xırda-xuruşlara tut¬muşdu özünü. “Cəhənnəmə ki!” – dilimdən çıxmasa da, ürəyimdən bu sözlər keç-miş¬di, doğrusu. Sonra qürur imkan verməmişdi bir-birimizi aramağa. Gedilməyən yolu kol-kos ba-sar, deyirlər. Deyirlər ha: gözdən uzaq olan, könüldən də uzaq olar… – Körpülərimiz al¬tın¬dan sular axmış, göy üzümüzdən karvan-karvan buludlar keçmişdi ötən illər boyunca. Mən evi tikilmişin şərə-şur işləri də olmuş, o evitikilmişin qrup yol¬daşından bir qızım dün¬yaya gəl¬mişdi… – yox, yox, evlənməmişdik – o da ayrı bir söhbətdi… Ay parçası doğul¬ma¬mış¬dan ön¬cələrdən araya buz soyuqluğu düşmüşdü; sonralar öyrəndiyim bir xə¬bərsə ildırım kimi çaxmış, məni haldan-hala salmışdı: anası qızımızın adını İradə qoy¬muşdu. – Niyəsiz, necəsiz: İRADƏ! – Lütfmü, əzabmı, acıqmı, etirafmı? – anlayanı gətir, anladanı gör… Bəli, uzun illər sonra İradənin respublikaya dönməsi sırf koronavirusla mübarizə tədbirləri çərçivəsində bir qrup azərbaycanlı həkimin qardaş ölkədən yardıma gəlməsi ilə bağlıydı. Gərginlik keçəndən sonra qayıdacaqdı… Kim bilir, oralarda ailə qurubmu?.. Amma saçları uzunuydu yenə hər halı ilə “Ay deyiləm, ulduzam, Gəlin deyiləm, qızam” deyirdi amma; amma da canayaxın davranırdı zalım balası, adda-budda gözə dəyən ak¬sessuarları da qırmızıydı… “Koronavirus” – başqa adı ilə “Covid 19”, el arasındakı deyilişi ilə “Ca¬vid 19”, elə bil bizi müdrikləşdirmişdi, doğmalaşdırmışdı və bir-birimizə yaxşı görünməyə başla-mış¬dıq. Şəxsən mən onun hər hərəkətində, sözündə, baxışında bir məna axtarır və o mə¬nanı “tapırdım”. Elə bil bu gözəgörünməz virus, virus deyildi, görüşmə imkanı, birləşmə bəhanəsi, özümüzün özümüzü ötmə “akt”ımızdı. Nə qəribədi, illər öncə “oğlumuz olsa, adını Cavid, qızımız olsa, Cavidan qoyarıq” deyirdi İradə. O deyirdi, oğlumuzu 19 yaşına girər-girməz evləndirərik, mən deyirdim, 26 yaş – ağıllı vəzirin oğluna nəsihət etdiyi “Qa¬busnamə” yaşı! O, erkən vəfat etmiş anasını xatırladır, deyirdi, birdən anam kimi mən də erkən ölləm, nəvə görüm bari, mən deyirdim, bizim ocaqda erkən ölümlər olmur, qorxma… Ey, gidi dünya, ey… Görəsən, o bizim İradə adlı qızımız olduğunu bilirmi? Görəsən, qrup yoldaşların¬dan kimlərlə əlaqəsi var? Suallar o qədər çox, cavablar o qədər az… Eynən koronavi¬rus¬la bağlı dünyada dolaşan suallar və cavabsızlıqlar kimi… Və mən Təbrizdən dönmüşdüm – bir həsrətimə son verib, başqa bir həsrətimə qovuşmuşdum. O həsrətimə ki, ata tərəfdən Təbriz kökənliydi… Mənim həsrətdən həsrətə yönələn duyğulu yolum… gəlib-gəlib, koronavirus adlı bir gözə¬gö¬rün¬məz nəsnə ilə sonlanmaqdaydı. İzaholunmaz duyğulardaydım… Nə başınızı ağrıdım, bəlkə, altşüurda saxladığım, bəlkə, yaddaşımın bir qırağında qoruduğum xatirələrimin yiyəsiynən baş-başaydım indi… Tanrı məni onun əllərinə təslim eləmişdi. İra¬dəynən da¬nışırdım danışmağına, ancaq danışığın “janr”ını heç cür mü¬əy¬yən¬ləşdirə bil¬mirdim. Bu pıçıltıydımı, hayqırtıydımı, xəyaldımı, ürəkdən-ürəyə görünən yol¬dumu, təfək¬kür şəkil¬lən¬məsiydimi? – Gəl də bil… Bil də gör… – İradə, mən ölürəm!.. – İradən olsun!.. – İRADƏm olmayandan sonra, iradəm olsa, nəyə yarar? – İradən olsa, İRADƏn də olar… Biz danışırdıq… bəlkə də, danışmırdıq, bu mənə belə gəlirdi… biz əl-ələ tutmuşduq… yox, bu mümkün deyildi, ikimiz də o qədər “altdan geyib, üstdən qıfıllanmış, üstdən ge¬yib, altdan qıfıllanmış”dıq ki… Bəs niyə o mənə Şair demir, bəs niyə mən ona Taclı¬bə¬yim de¬mirəm? – biz belə danışardıq axı. Yoxsa, yoxsa… Yadımdaykən deyim, İradə tələbə gənclər arasında keçirilən şah¬mat yarışmasında qalib gəlmiş, başına rəmzi “tac” qoymuşdular – mənim dilim dinc durmamış, Taclı-bəyim demişdim, o da heç borclu qalmamış, əlində tutduğu, mənim ona həsr olunmuş “Dünən qaldı dünəndə…” adlı şeirim çap olunmuş qəzetə işarə edərək, “Şair! – Mənim şa¬irim” de¬mişdi. Xoş demişdi, yaxşı eləmişdi. Tanrı xasiyyətimi kəsməsin, mənim ona verdiyim başqa adlar da var¬dı: özünü zabitəli aparanda – Hərbiyyə, könlümü oxuyanda – Könülgözlü, qıy¬ğacı ba¬xan¬da – Ül¬kərgözlü olurdu Taclı¬bəyim İradə… Biz elə geyinib-keçinmiş, elə qorunma altına alınmışdıq… nəinki virus, heç nə bi-rimizdən o birimizə nüfuz edə bilməzdi. Amma baxmaya-baxmaya baxan gözlər, dəy-mə¬yə-dəyməyə dəyən əllər… elə güclü, qarşısıalınmaz rabitə içindəydi, elə duyğuverici, həyəcanvericiydi ki! Ürəkdi bu, Ürək! O ürəkdə bəslənən sevginin açmadığı qapı, eşqin aşmadığı maneəmi var? – Yoxmuş da, yoxmuş! Havalıydıq, havamız çatmırdı… ya havasızdıq, hava almalıydıq… Dün¬yanın düz vaxt¬ları, müəyyən müddət ayrı düşdüyümüzdə – ikimiz də dolub da-şan¬da mən ona “Başım ağrıyır” yazardım, o da zarafatla “ağrısın” yazardı; sonra mən arsız-arsız “çalış, əlimə düşmə, nə-fə-si-ni kə-sə-jəm!” ya¬zardım, o isə “söhbəti tat¬lıya bağlar”, “mənə nəfəs ver, nəfəs” yazardı… Budur, indi mən ağrıyırdım; budur, o, mənə nəfəs verirdi – sözün hər mə¬na¬sında! İndi ondan utanırdım, utanırdım… Mən ne¬cəsə gö¬rürdüm, duyurdum, bilirdim – mənə “skafandr” kimi görünən xüsusi geyim onu islahat¬dan salıb, gözləri qızarıb, üzü döyənək olub, göyərib, oynaqları əldən düşüb; rejimi po¬zulub, ev-eşik üzü görmür, gah koridordaca yatır, gah mənim yatağım yanındakı stul¬da¬ca mür¬güləyir… Həkimli, xəstəli hər kəs İradə deyir, İradə eşidirdi. İradənin etdikləri bir həkimin etdik¬lərindən artıqdı. Bu mənə görəmi beləydi, yox¬sa onun ümumi yanaşmasıydımı? Mən birinci variant olduğuna inanmağa meyilliydim, başqa bir hiss “ikinci” deyirdi. Eləsi də, beləsi də İradənin həkim ləyaqətinin, insan lə-yaqətinin ifadəsiydi! O ikiləşməmişdi, hər halıyla İradəydi, İradəydi – qızıl ləyaqət gös¬tə¬rən İradə! Mənim Taclım! Öpürəm əllərindən! – Hərçənd dünyanın düz vaxtı əlindən heç öp¬mə¬mişdim… Günlər keçdi, sanki gün içində günlər yaşandı… mən özümə gəldim; bir də baxdım, mənə tətbiq olunan intensiv müalicə kursu da, rejim də yumşaldılır və budur, artıq İradə ilə, doğ¬rudan-doğruya, söhbət edirik. Məni sevgi sağaltmışdı. – Mənim ona bəs-lə¬diyim, onun da mənə bəslədiyinə inandığım sevgi! O heç nəyi mənim üzümə çəkmir, qaxınc qaxmırdı, eləcə təbəssüm edirdi, dərin tə-bəssüm… Yoxsa mənə rəhmimi gəlirdi, mənə qıymırdımı? Ya təsəllimi verirdi? Biz “köhnə palan içi” tökmürdük – sanki amnistiya vermişdik bir-birimizə. Kimin amnistiyası daha keçərliydi? – o artıq ayrı məsələ… Sanki biz hər şeyi danışıb-barışmışdıq da, daha dünəndə, hətta bugündə dayanmadan, birbaşa sabahların söhbətini edə bi¬lərdik. Tə¬səv¬vür edin, mənim dəliqanlı qısqanclığıma illər bir yandan, koronavirus bu yandan… elə sı¬ğal çəkmiş, elə ayar vermişdi… görmədiyim, izləmədiyim illərdə İradənin aydan arı, su¬dan duru davrandığına dəlicə, qarşısıalınmaz bir inam içindəydim! O iradəli İradəydi, mənim İradəmdi… Üstəlik, qızın adı o qədər mənimlə çıxmışdı, onun bu günədək bar¬ma¬ğında üzük olmamasının, ailə qurmamasının “faktura”sı elə mənə yazılmalıydı… Yox, bəlkə… – Əstəğfürullah, başqa şey fikir¬ləş¬məyim, heç fikir¬ləşməyim, heç! Rəhmətlik atam mənə “A bala, hətütlüyündən əl çək”, deyər, səbirsizliyimi qınayardı həmişə. Mən yenə səbirsizlik etdim, yəqin ki; deyilməli bir sürü “giriş” sözünü sərf et¬mədən, son sözümü dedim: – İradə, mənimlə evlən! – Deyəsən, bir az yöndəmsiz, “yad ehtiram”la demişdim… ancaq söz ağızdan çıxmışdı bir kərə. İradə üzündən daşan təbəssümlə: – Şair, “ərsənmi?” çatışmır sanki). – Mən onun sözünün sonundakı “smaylik”i “gördüm” – za¬ma¬nında “smaylik”siz mesajı olmazdı… Ən çox və qarmaqarışıq “smaylik”i bu cümlə¬lər¬dən sonra yazmışdı bir vaxt: – Mən ona boş mesaj yollardım, O mənə “CAN” yazardı, Cansız telefon ekranındakı “CAN” Can kimi gələrdi canıma, canım üçün. Canım mənim… Cavabında, demək olar, nə qədər “smaylik” vardı, hamısını ard-arda düzmüşdü… İndi mesajlaşmırdıq, ona görə də “…ərsənmi”nin dırnağını görə bilmədim, üzümü tur¬şut¬dum bir anlığına, sonra üzünü aşan təbəssümündən “tutub” müraciətimi “Ev¬lə-n+ər¬sənmi?” şəklində deməli olduğuma işarə etdiyini başa düşdüm, mən də qımışdım… Əl çəkmədim, o da həkimanə davrandı: – Şair, hələ bir qalx, bir də xəstələnmə, bu xəta-bəla da ötsün, baxarıq. Cümlənin “Baxarıq” hissəsini deyərkən qıyğacı baxışı, gözünü naməlum bir yerə süz¬dürüb də, canalarcasına qırpması müsibət gözəldi, gözəl müsibətdi! Nə başınızı ağrıdım, sağaldım, evə buraxıldım. Hər şey təzədən başlamışdı – artıq “votsap” nömərəsini bilirdim, əhvallaşırdıq, bəlkə də, onu bezdirəcək dərəcədə ya¬zır-dım, o da “smaylik”li, “smaylik”siz cavablar verirdi. Sanki yenidən do¬ğulmuşdum – həm sağlamlıq mə¬na¬sında, həm sevgi… Hələ mediadan koronoavirusla bağlı saysız-he-sabsız informasiya axışını, qorxunc məlumatları izlədikcə doğum günümü korona¬vi-rus¬dan sağaldığım günə ke¬çir¬mək qərarına gəldim. Demə, İradə mənim bugünlərə təsadüf edən həqiqi doğum günümü yadında saxlayıbmış. Canım mənim. Atəşli təbrik yaz¬mış, bir də şəkil əlavə etmişdi – illər öncənin ikimizə aid şəkli – saxlayırmış, demə… Mən bu təbrikdən sonra qəti qərar verdim: yox e, yox, bu işin zarafatı, irəlisi-gerisi yoxdu, onunla evlənəcəm! Uzun illərin xətir-hörməti vardı, illərin xiffəti vardı, ax¬şam-səhər, açıq-gizli görüşlər adəti vardı aramızda – bu öz yerində – amma görün o mənim “təşəkkür”ümü necə cavablamışdı: “Mən səni görməyə adət etmişəm, Adət məhəbbət deyil! Səni görməyəndə xiffət etmişəm, Xiffət məhəbbət deyil! Sənə min ehtiram, hörmət etmişəm, Hörmət məhəbbət deyil! Gözündə çağlayan mehribanlığa Heyrət etmişəm, Heyrət məhəbbət deyil! Yalvarıram, sən Məhəbbət umma məndən. Hanı iqtidarım, Məhəbbət tufanına sinə gərən Gəncliyimi Sənə qurban vermək üçün Geri qaytarım?! Geri qaytarım… ” (QABİL) Mən bu şeiri İradənin öz hisslərini gizlətmə cəhdi saydım; bu ismarışı “hər şey mə-həb¬bətdir” kimi qavradım; öz qərarımı vermişdim mən – ruh təzə, can təzə, sevgi köhnə-təzə… Qalxdım, getdim İradənin çalışdığı Mərkəzə. Yenə yorğundu, yenə arğındı… Ye¬nə “sakafandr” geymişdi, əllərinin ağlığına uduzan ağ əlcək geymişdi, “skafandr”ı da üz-gözünün işığını, nazını-işvəsini, gözəlliyini tam gizlədə, qapada bilməmişdi. Sa¬lam¬laşdıq. “Şair, indilərdə bura gəlməyəydin keşkə; üzümə söz gələr, onsuz da ya¬zışmı¬rıq¬mı?” dedi. Du¬ruxub əlavə etdi: “bizi də yoxlayırlar, mən də “test” vermişəm…” Bu dəfə mən duruxdum – dərhal dilləndi – “Qorxma, pis adama heç nə olmur. Noolsun?.. – Əsas “kritik 4 gün”ü keçməkdi…” Mən: “Qız, pis adamı, yaxşı adamı yığşdır” dedim, ardınca bir qədər qətiyyətlə, amma bəm səslə dilləndim: – Həkim, mən burda sənin əllərində ölümlə əlləşəndə sənə evlənmək təklif etdim – “təklif yox, əmr etdin” – İradə mənim bu rəsmisayaq cümləmə çevik müdaxilə etdi – bəli, mən bu işi ləngitmək, uzatmaq istəmirəm, onsuz da yetərincə vaxt itirmişik, bir-birimizə “ki¬tab oxumağ”a ehtiyac duymuram, de görüm, nikaha nə zaman müsaidsən? Mənə elə gəldi, İradənin qürur selli, sevinc qarışımlı təbəssümü “skafandr”ı deşir: – Şair, dəlisən, sən? Nə nikah? – İradə!.. – Əfəndim?! – İradə, sabahkı iş qrafikin necədi? Sən çıxammırsansa, mən nikah masasını burda qur¬durram. – Şair, olmaz! Olsa da, yalnız nikahla olmaz, biz tərəflərdə “kəbin” şərtdir, hətta hər ikisi olsa belə, indilərdə olmaz – hələ burda heç olmaz! – İradə, sabah bu vaxt bütün zəruri yoldaşlarla burada olajam, xəbərin olsun! – dəli bir qətiyyətlə dilləndim. Mən xəstəxananı tərk edərkən girişdə toplanmış həkimlərin dəhşətli söhbətini eşitdim: – İradənin “test”i pozitiv çıxıb. Aman Tanrım! Sanki mən neçə gün öncəki halsızlığıma döndüm birdən-birə, halım hal deyildi, deyildi! Heç özümün koronavirusa yoluxduğumu biləndə belə haldan-hala düş¬məmişdim; doğrudur, ağrıyırdım, rahatsızdım, ancaq İradə üçün bir başqa cür pozul¬dum. Ürə¬yimdən qovmağa çalışdığım bir hiss mənə təlaş pıçıldayırdı. O gecəni səhərədək ilan vuran yatdı, mən yatmadım. İndi demək asandı, bəlkə, amma nə gizlədim, ağır, çox ağır bir qərar aldım: sözüm sözdür, geri dura bilmərəm! Niyə ağır? – mən ata-ananın tək övladıyam; bir dəfə xətam olub, ikinci xətaya ixtiyarım yoxdu, yaş da o yaş deyildi zatən. Belə şərtlər içində, ölümün qənşərindəki bir qızla kəbin kəs¬dirib nikaha girmək intihara bərabər bir şeydi! Və biz sabah and içməliydik: – Xəstəlikdə və sağlıqda, Pis gündə və yaxşı gündə, Yoxsulluqda və bolluqda, Ölüm bizi ayıranadək!.. – Mən son cümləni dəyişdirəcəkdim və biz belə deyəcəkdik: – Ölüm bizi ayırdıqdan sonra da!.. Xülasə, vədə tamamında beynimdə min bir sual, “komandam”la İradənin qapısı ağzın¬daydım. İradə bir az süslü-müslüydümü, ya mənəmi belə gəlirdi? İradə bir az hazırlıqlı ki¬miydi, yoxsa bu nizam orda qabaqlar da vardımı? İradənin iş yol¬daşları təsadüfənmi bir yerə cəm olmuşdu, ya “nikah törəni”nəmi yığışmışdılar? Bizi görər-görməz dilləndi: – Yolçu! – O bu dəfə “Şair”, “Əfəndim”… demirdi, adımla müraciət edirdi, bu, bir də¬yi¬şik¬likdi. Mən: – Buyurun, xanıməfəndi, – dedim. İkimiz də susduq bir anlıq. Mənimlə Sağlamlıq Mərkəzinə gedən nikah müvəkkili, ruhani və şahidlərimdən xahiş et¬diyim kimi, prosedur o qədər sürətli getdi, bir də baxdıq, əlcəkli əllərimiz tutuşub… O dedi: Ra-zı-yam; mən dedim: Bəli, razıyam! Nikah müvəkkili dedi: Sizi bu gündən ər-arvad elan edirəm. Biz baxışdıq, anidən gözlərimizi çəkdik, sonra yenə baxışdıq… Ya¬nı¬mızdakılar: Xoş¬bəxt olun! – dedi. Öpüşmədik. İkimiz də ağzı maskalıydıq. Mən onun ağ ¬əlcəkli ağ əlini irəli çəkib barmağına üzük taxdım. O: “Neynək, bir halda ki sən de¬diyini elədin, o zaman qüsura baxma, mən sənin üzüyünü sa¬bah verrəm, inşallah – bir də gəl¬məli olassan, – dedi. – Bir az sozalmış olsa da, işvə ye¬rin¬dəydi, naz ye¬rindəydi. Sabah yenə ordaydım, üzük üçün deyil, əlbəttə; artıq ordakı yalnız sevgili deyildi, mənim kəbinlim, rəsmi nikahlımdı. Mən orda ol¬ma¬lıydım – niyəsiz, necəsiz… İçəri bu¬rax¬masalar da, bayır-bucaqda bir yer bulub gözlərdim. İradəm reanimasiyadaydı. Mən bir zülmlə keçdim reanimasiyaya – necə keçdim, bir Allah bilir, siz heç soruşmayın. Dünən nikahdan sonra özü ilə bağlı həqiqəti bilib, dünyası tar-mar olub – ikiqat gərginlik içində olduğu açıqca hiss edilirdi. İradə dörd yerdən əl girəsi “qol¬cu¬ğ”u olan “şəffaf tabut” kimi bir qoruyucunun için-dəydi, əlimi uzatdım, əlini tutdum. “Dəli, gəldinmi?” – dedi İradə. Taqətsiz qolunu birtə¬hər tərpətdiyini hiss etdim, əlcəkli əli yuxarı qalxdı, barmağında mən taxan üzük, ov¬cunda mənə alınan üzük… Reanimasiyanın qapısını içəridən bağlamışdım. Döyülürdü qapı… Döyülsün!.. İradə: – Sən bilirdin? – Bilirdim – dedim. – Niyə belə edirsən? Niyə zülm edirsən mənə? – Qız, sən nə deyirsən? – Mən ölürəm, adam, başa düşürsən, ö-lü-rəm! – Sən… sən ölə bilməzsən!.. – Yolçu, mənə söz ver, gedib günü bu gün nikahı pozduracaqsan. Yaxşımı?! – İradə, bu dünyasa bu dünya, o dünyasa o dünya! Burda qismət olmazsa, olmasın, o dünyada vüsala yetərik! Biləsən ki, əlim səndən başqasının əlini tanımayacaq, gözüm bir başqa göz görməyəcək! – Bu sözləri ürəyimdən keçirdim… amma demədim, deyə bil¬mə¬dim; eləcə, “əgər məni sağalda bildinsə, özün də sağalacaqsan, uşaqlıq eləmə” de¬dim. Yarızarafat, yarı¬gerçək sözlərə yüklədim duyğularımı: “Məni kiminçün sağalt¬mı¬san? Mə¬ni belə qoyub heç hara gedə bilməzsən!” O isə bir az başqa cür cavab verdi, sanki məndən eşitmək istəyib də, eşitmədiyi suala cavab verirdi: – Mən həmişə sənin omuşam, Yolçu, həmişə – xəbərin olmayıb… O gün ondan eşitdiyim son söz “Səni çox sevirdim, bə, Dəli!” oldu… İlahi, “Dəli” bu qə¬dərmi təsirli, buncamı şirin sözmüş? Onun eşitdiyi son söz: “Məni bu dünyada gözləmisən, o dünyada da gözlə!” olmalıydı, olmadı, əvəzində, sözünə düzəliş etdim: “sevirdim yox, sevirsən, bə ağıllı”. – Qımışdı, sanki daha nəsə demək istədi, demədi, ya da deyə bilmədi. Sonra qapının ağzında aləm qarışdı; deyəsən, “ehtiyat açar”ı gətirdilər, şaraqqaşaraq açdılar qapını, keçdilər içəri. Biz iki dəlini… yox, bir dəli, bir ağıllını əl-ələ tutuşmuş gör¬dülər… Nəsə dedilər, deyindilər, nəsə vurnuxdular, vurdular. Mən necəsə İradənin əli¬nin əlim¬dən qopduğunu gördüm. Mən necəsə otaqdan çıxdım. Mən, mən, mən – Tanrı məni versin deyim, verməsin? deyim? – aləmi qatıb-qatışdırmışdım. Baş həkim, onun mü¬a¬vin¬ləri, növbətçi, şəfqət bacısı, qapı bələdçisi… – hamı bir-birini günahlandırırdı: bunu kim buraxıb bura? – Məni heç kim burax¬mamışdı, ruh kimi keçmişdim içəri… Axşam TV-də günün korona cədvəli verilirdi: 36 nəfər virusa yoluxub, 64 nəfər sağalıb, 1 nəfər vəfat edib. O 1 nəfər kimdi, İlahi, kim? Yoxsa?!. Bilgisayarı açdım. “Feysbuk”da İradənin rəfiqələri şəkillər paylaşmışdı – dünənki əziz günümüzdən – “rəy”lər, “bəyəni”lər, “ürək”lər, “yanındayam”lar aşıb-daşırdı… Sosial şəbəkənin başqa bir İradəsi də təbrik edilirdi bugün: İradə Yolçu qızı Qədirli… – Anası şəkillərini paylaşmışdı Ay parçasının – anasından çox adaşına oxşayır¬dı… İradə¬lərin heç birinə təbrik yazmadım mən əli qurumamış, yazmadım… Bir gün sonra xəbər portallarında “Koronavirusla mübarizə tədbirləri çərçivəsində fə¬da¬kar xidmət göstərmiş həkimlərin təltif olunması haqqında Sərəncam yayıldı. Sərən¬cam¬da onun da adı vardı: “İradə Təbriz qızı Qiyamətdinli “Qızıl ləyaqət” medalı ilə təltif edilir”. – Adının qarşısında mötərizə açılmışdı: “ölümündən sonra…” BAKI, 2020
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri
Bu şeri 2017-ci ildə paylaşanda qədərin belə olacağından xəbərsizdik. Harda olsam, mənə bir pəncərə verin, bir ovuc göy üzü, bir damla dəniz, bir zərrə günəş… ilıq şüaların işığında yuyunsun fikirlərim. Harda olsam, gözlərimdən baş alıb getsin üfüqlər, Baxışımı üşütsün dağların qarı, könlümdə ləpələnsin dənizin suları. Harda olsam, yuxuma layla desin anadilin səsi, eyvanımı isitsin ətcə balaları civildəşən qaranquşun nəfəsi. Bir əlçim bulud da bəsimdi… sıxım közərən həsrətimin üstünə. Bir ömür yetər mənə, ulduzları muncuq-muncuq Iydə qoxulu bir gecə, bir masa, bir qələm, bir ağ varaq. Bir də təzəcə doğulan pişik balası kimi gözləri açılacaq bir sabah…
Daha yadırğadım darıxmağı da, Ötənlər,keçənlər yadıma gəlmir. Kimsəsiz otaqda yanan tək şamam, Uçub pərvanələr oduma gəlmir.
Elə unutmuşam gəldiyim yolu, Özüm də bilmirəm harda itmişəm. Yay günü səhrada azan bulağam, Yoxda üzə çıxıb,varda itmişəm.
Payızdı…budaqdan son yarpaq düşür, Üşüyür yol üstə bir tənha qovaq. Qan sızan yaramı sarıyıb hər gün, Ürəklə davadan necə çıxım sağ?
Qışqırsam,ünümü kimsə eşitməz, Heyif…öz səsində batıb adamlar. Qarışıb başları çörəyə,suya… Elə ayaq üstə yatıb adamlar.
Gözlərim yuxuya hələ girovdu, Hələ kipriymlə vaxtı sayıram. Gümüşü əqrəblər qaçır divarda, Dərdimi özümə pıçıldayıram…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Yenicə ailə həyatı quran Rüfət bəyə və Mədinə xanıma!
Yaxından-uzaqdan gələn qohumlar, Qurulan məcslidə durub oynasın. Toy, məclis bayramı deyilən yerdə, Ayağa qalxaraq gülüb-oynasın.
Qohumlar yığılsın qurğu-büsata, Qoy məclis çatdırsın sizi vüsala, Bir gün ömrünüzə şirinlik qata, Xətir istəyənlər durub oynasın.
Bayaqdan əyləşən bəyə, gəlinə, Bəyi yetişdirən doğma elinə, Xoş sözlər gətirib Ana dilinə, Atası, Anası deyib oynasın.
*Bu şeir Azərbaycanlı gənc yazar Kənan Aydınoğlunun 2007-ci ildə Bakı şəhərində, “Adiloğlu” nəşriyyatı tərəfindən işıq üzü görən “Ömürdən bir səhifə” adlı ilk şeirlər kitabından seçilərək dərc edilir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Ustad Aşıq Şəmşirə
Şəmşirin yazdığı gözəl şeirlər, Bir anın içində elə yayıldı. Murovun qoynunda yazdığı şeir, Yeni nəğmə oldu, dilə yayıldı.
Dağların qoynunda Sən məskən saldın, Dağların qoynundan Sən ilham aldın, Murova. Qoşqara şeirlər yazdın, Yazdığın şeirlər çölə yayıldı.
Gündüzlər qoynuna getdiyin dağlar, Kəlbəcər elində meyvəli bağlar, Səhərdən-axşama axan bulaqlar, Nəfəsi bir anlıq gölə yayıldı.
*Bu şeir Azərbaycanlı gənc yazar Kənan Aydınoğlunun 2007-ci ildə Bakı şəhərində, “Adiloğlu” nəşriyyatı tərəfindən işıq üzü görən “Ömürdən bir səhifə” adlı ilk şeirlər kitabından seçilərək dərc edilir.
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi.
İslam müəllim kimi bütün mənalı həyatını sözə həsr edən, sözlə yaşayan və heç zaman sözü urvatdan salmayan bir insan haqqında nəsə demək, nəsə yazmaq çox çətindir və adamdan böyük məsuliyyət tələb edir. Üstəlik bu söz onun ölümündən sonra xatirə şəklində deyilirsə, daha ağır olur və məsuliyyəti ikiqat arıtır. Çünki İslam müəllim mənim həyatda tanıdığım o böyük kişilərdəndir ki, daim sözün fövqündə dayanıb. Dilimizin lüğətindəki ən gözəl sözləri seçib ünvanına yazsan da, yenə də bu sözlərdən ucada dayanan kişidir. Belə kişilər az-az gəlir dünyaya. İslam müəllim sözün əsl mənasında bir məktəb idi. Bu gün Gürcüstanda və onun hüdudlarından kənarda yaşayan neçə-neçə qələm adamının onu özünə ustad sayması təsadüfi deyil. Çoxlarımızın ilk qələm təcrübəmiz məhz onun peşəkar jurnalist qələminin sığalından keçib qəzet səhifəsinə çıxıb. İslam müəllim bir məktəb idi – həyat məktəbi! Kişilik, mərdlik və halallıq məktəbi! İkiüzlülükdən və ikiüzlülərdən uzaq, sözü ilə əməli bir-birini tamamlayan bütöv şəxsiyyət idi. Həmişə haqqın və haqlının yanında olmağı bacaran, haqq sözünü heç nədən və heç kəsdən çəkinmədən üzə deməyi bacaran KİŞİ idi. Bu sətirləri yazarkən yadıma Borçalının böyük oğlu, Xalq şairi Zəlimxan Yaqubun misraları düşdü:
Nə toxa bel bağla, nə aca söykən, Nə ada, şöhrətə, nə taca söykən. Özün basdırdığın ağaca söykən, Bağbandan min dəfə bağ vəfalıymış.
İslam müəllim Allahın ona bəxş etdiyi ömür payını alnıaçıq yaşadı. Zəlimxan Yaqubun təbirincə desək, vaxta arxalanmadı, baxta aldanmadı. Çünki bilirdi ki, “nə dövran, nə də bir çağ vəfalıdır”. Toxa bel bağlamadı, aca, ada, şan-şöhtrətə və taca söykənmədi. Güvəndiyi, söykəndiyi ancaq özünün xeyirxah əməlləri və halallığı oldu. O əməllər ki, zaman-zaman onu yaddaşlarda yaşadacaq. Bəli, bütün ömrü boyu Tbilsidə nəşr olunan “Gürcüstan” (sovet dövründə “Sovet Gürcüstanı”) qəztində çalışan, son illərdə isə qəzetin nəşrinin dayanmaması üçün redaktor kimi minbir əziyyətə qatlaşan Əməkdar jurnalist İslam müəllim bir məktəb idi – ömrünün son gününədək mənim də şagirdi olduğum bir məktəb! İslam Əliyev bir Müəllim idi – mənim müəllimim! 40 ildən çox bir müddətdə hər yazısından, hər söhbətindən, bəzən adicə bir jestindən çox şey öyrəndiyim və bundan sonra da öyrənəcəyim müəllim. Artıq İslam müəllim cismən bizimlə deyil. Təbii ki, onun yoxluğunun ağrı-acısını ilk növbədə ailəsi, övladları, doğmaları və dostları çəkəcək. Amma itirən təkcə onlardımı? Necə böyük bir kişini, istedadlı qələm adamını itirdiyimizin fərqindəyikmi? İslam müəllimin həyatdan köçməsi gələn il nəşrə başlamasının 100 illiyini qeyd edəcəyimiz, həmişə Gürcüstandakı Azərbaycan dilli mətbuatımızın flaqmanı olmuş “Gürcüstan” qəzətinin son sütunlarının da laxlaması deyilmi? İslam müəllimin şəxsində Borçalı bir böyük kişisini, istedadlı qələm sahibini itirdi. İslam müəllim elimizdən-obamızdan getdi, mətbuatımızdan getdi. Gedişiylə sözümüzü bir azda yetim qoydu. Dünyada heç kəs əbədi qalan deyil. Aşıq Şenlik demiş, bu dünyada “başatan şad olub gülən öyünsün”. Hər kəs doğulduğu gündən ölümünə doğru yol gedir. Sadəcə bu yolu kimin necə getməsi fərqi var. Və şərqin böyük filosofu C.Ruminin dediyi kimi, “məqamı gələndə ölümü qarşılamaq ən böyük elmdir”. İslam müəllim kişi kimi yaşayıb, kişi kimi də ölməyi, ölümün gözünə də dik baxmağı bacarması ilə də çoxlarından fərqləndi. Onun dünyasını dəyişməsi xəbərindən minlərlə insanın sarsılması bir daha sübut etdi ki, Zəlimxan Yaqubun dediyi kimi:
El yadda saxlamaz evdən gedəni, İnsan əzizlənər eldən gedəndə.
Bir tacik xalq misalında deyilir ki, “insanın ömrü – onun dünyaya baxması və dünyanın onu gör¬məsi ilə deyil, insanların onu yadda saxlaması ilə ölçülür”. Bu mənada, tam əminliklə deyə bilərik ki, İslam müəllimin ömrü sözün ömrü qədər olacaq. Nə qədər ki, qədirbilən xalqımız var, nə qədər ki, Borçalı var, Borçalının ləyaqətli oğul və qızları var, İslam müəllim də var olacaq. Allah rəhmət eləsin!
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Sən yer adamı deyilsən” şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 30-cu sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.
“İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, bundan öncə Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı gənc yazarlar Şəfa Vəliyevanın “Poçtalyona məktub”, Şəfa Eyvazın “Bu axşam”, İlahə İmanovanın “Qısqanıram”, Kamran Murquzovun “Yoxdu ehtiyacın Sənin, ay ALLAH!”, Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət!” şeirləri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədrini, ”Sözün Sehri” qəzetinin təsisçisini, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorunu, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, şair Qafqaz Əvəzoğlunun “Şuşam!” şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 30-cu sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.
“İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, bundan öncə Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı gənc yazarlar Şəfa Vəliyevanın “Poçtalyona məktub”, Şəfa Eyvazın “Bu axşam”, İlahə İmanovanın “Qısqanıram”, Kamran Murquzovun “Yoxdu ehtiyacın Sənin, ay ALLAH!”, Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət!” şeirləri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoruistedadlı gənc xanım yazar Təhminə Vəliyevanın “Bəxtiyar Vahabzadənin “Fəryad” pyesində Nəsimilik və İnsan problemi” adlı məqaləsi “Gənclər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən “Sözün sehri” ədəbi-bədii, ictimai qəzetinin mart sayında dərc olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti vəİctimaiyyətlə Əlaqələr şöbəsi
“Gənlər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin aprel sayı işıq üzü görüb. Həmişə olduğu kimi, bu dəfə də “Bərgüşad” ictimai-siyasi qəzetinin səhifələrində bir-birindən maraqlı yazılar yer alıb.
Qubadlı Rayon İcra Hakimiyyətinin basçısı İsaqov Malik Xizir oğlunun Qubadlılara göstərdiyi diqqət və qayğı adıçəkilən mətbu orqanın diqqət mərkəzində saxladığı və daimi olaraq, işıqlandırdığı məsələlərdən biridir.
“Sözün sehri” ədəbi-bədii, ictimai qəzeti “Gənclər Şəhəri” Sumqayıtda Azərbaycan Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, şair Qafqaz Əvəzoğlu Dəmirovun rəhbərliyi ilə nəşr olunur.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədrini, ”Sözün Sehri” qəzetinin təsisçisini, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorunu, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatını, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Əvəzoğlu, çıx dağlarla görüşə, Hər tərəfdən ətir saçır bənövşə… Göy çəməndə yan verməyə bir döşə, Mütəkkənin, döşəkçənin vaxtıdır!..
Ay qadınlar, bayramınız mübarək,
Biz kişilər heç vaxt sizsiz olmasın! Kaş həmişə sizi belə şad görək, Hər gününüz al səhərsiz olmasın; Biz kişilər heç vaxt sizsiz olmasın!
Qadın gülsə gözəlləşər bu dünya, Gözəlliklə əməlləşər bu dünya, Lap yenidən təməlləşər bu dünya, Dodağınız təbəssümsüz olmasın; Biz kişilər heç vaxt sizsiz olmasın!
Qoy Yaradan bəxtinizə yar olsun, Hər arzunuz, diləyiniz var olsun, Zülfünüzə sığal çəkən yar olsun, Daş ürəklər məhəbbətsiz olmasın; Biz kişilər heç vaxt sizsiz olmasın!
Heç bir yerdə görməmişəm bir qəşəng, Yurdumuzun gözəlləri olantək. Hər biriniz bir açılmış tər çiçək – Bülbül olan qızılgülsüz olmasın; Biz kişilər heç vaxt sizsiz olmasın!