This image has an empty alt attribute; its file name is 1902788_614529541965133_896121757_n-225x300-1.jpg

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Ustad Aşıq Şəmşirə

Şəmşirin yazdığı gözəl şeirlər,
Bir anın içində elə yayıldı.
Murovun qoynunda yazdığı şeir,
Yeni nəğmə oldu, dilə yayıldı.

Dağların qoynunda Sən məskən saldın,
Dağların qoynundan Sən ilham aldın,
Murova. Qoşqara şeirlər yazdın,
Yazdığın şeirlər çölə yayıldı.

Gündüzlər qoynuna getdiyin dağlar,
Kəlbəcər elində meyvəli bağlar,
Səhərdən-axşama axan bulaqlar,
Nəfəsi bir anlıq gölə yayıldı.

*Bu şeir Azərbaycanlı gənc yazar Kənan Aydınoğlunun 2007-ci ildə Bakı şəhərində, “Adiloğlu” nəşriyyatı tərəfindən işıq üzü görən “Ömürdən bir səhifə” adlı ilk şeirlər kitabından seçilərək dərc edilir.