This image has an empty alt attribute; its file name is 1902788_614529541965133_896121757_n-225x300-1.jpg

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Yenicə ailə həyatı quran Rüfət bəyə və Mədinə xanıma!

Yaxından-uzaqdan gələn qohumlar,
Qurulan məcslidə durub oynasın.
Toy, məclis bayramı deyilən yerdə,
Ayağa qalxaraq gülüb-oynasın.

Qohumlar yığılsın qurğu-büsata,
Qoy məclis çatdırsın sizi vüsala,
Bir gün ömrünüzə şirinlik qata,
Xətir istəyənlər durub oynasın.

Bayaqdan əyləşən bəyə, gəlinə,
Bəyi yetişdirən doğma elinə,
Xoş sözlər gətirib Ana dilinə,
Atası, Anası deyib oynasın.

*Bu şeir Azərbaycanlı gənc yazar Kənan Aydınoğlunun 2007-ci ildə Bakı şəhərində, “Adiloğlu” nəşriyyatı tərəfindən işıq üzü görən “Ömürdən bir səhifə” adlı ilk şeirlər kitabından seçilərək dərc edilir.