Beyin: Soruşmamaq üçün özümü güclə saxlayıram, amma yenə də alınmır. Onu bilirəm ki, səni yeyib bitirən hər nədirsə, məni yoracaq. Danış görüm nə olub?
Ürək: Özünün xatirinə halımı soruşursansa, heç soruşmamağın daha yaxşıdır. Səni yormağımla bağlı olan məqama gəlsək, mənim yaralarımın birinin üstünə beşini qoyub yenidən əzabıma əzab qatan sənsən.
Beyin: Bəsdi də, səni artıq anlaya bilmirəm. Niyə həmişə özünü haqlı çıxarmaq üçün əlindən gələni edirsən?
Ürək: Mənə deyənə bax, sən sanki heç etmirsən? Həm sən məni qara düşüncələrinlə doldurmasan, özüm öz yaralarımı sağalda bilərəm.
Beyin: Ay yazıq, sənin başqasının fikirlərinə ehtiyacın varsa və öz qərarlarını özün qəbul edə bilmirsənsə, bu olanlarda mənim günahım nədir?!
Ürək: Ay Allah, sən mənim düşdüyüm vəziyyəti görürsən?!
Beyin: Allah sənə nə edə bilər ki? Sən onun sənə bəxş etdiyi heç nəyi lazımlı yerdə və düzgün istifadə edə bilmirsən. Ən sonda da adını qoyursan ki, sənsən günahkar. Saf tapmısan də!
Ürək: Nə? Sənsən saf olan?! Sən mənim ilə hər gün min dildə danışırsan. Keçən dəfə sənə kiçik bir mövzu dedim, böyüdüb dağ boyda elədin. O qədər əzab çəkmişəm ki, yazıq sahibimə gecə yatmağa belə icazə verməmişəm.
Beyin: Mənəm min dildə danışan?! Əgər eləyəmsə, onda məni niyə dinləyirsən? Ayrıca mən heç vaxt sənin dərdlərin üçün pis fikirlər irəli sürməmişəm. Hər problemdə ağıla gəlməli olan başlıca məsələləri səninlə bölüşmüşəm. Sən isə oturub hamısını düşünüb dəli olmusan.
Ürək: Başlıca məsələləri söyləyirmiş, yox bir. Bir dəfə də son ağlına gələni söylə, qorxma ölməzsən. Arada bir qayğıma qal, çünki mənə bir şey olsa, sənin də sonunu gətirəcəyəm.
Beyin: Deyirlər ki, dərd sahibləri uzun yaşayır. Düşünüb özünü yormağa çalışma, elə əlavə bir səbəbi yoxdur. Dərd düçar olduğu qulunu bütün varlığı ilə sevib, onun od-ocağına hakim kəsilən və onu əbədi tək qoymayan yeganə məfhumdur.
Ürək: Bunu kim deyir?
Beyin: Mən!
Ürək: Səfeh, boşboğaz!
Beyin: Özünsən!
Ürək: Əsla…
Beyin: Bundan sonra sənin işinə qarışan namərddir. Özün öz halına çarə tap. Belə də ki, mənim kimsəyə ehtiyacım yoxdur.
Ürək: Mənim də sənə ehtiyacım yoxdur. Xoş getdin!
Beyin: Sən də xoş getdin!
Axşam saat: 23.59
Beyin: Mənə bax, hələ də mənə əsəbisən?
Ürək: Deyəsən, milçək səsi eşidirəm. Yox, məncə, milçəyə haqsızlıq edirəm, çünki bu səs tonu onu ifadə edir ki, onun şüuru həmin həşəratın belə şüurundan kölgədə qalır. Səni daşıyanın məhz bu səfehliyinin səbəbindən halım hal deyil.
Beyin: Ey! Mənim fikrimcə bu qədər uzatmağın heç bir mənası yoxdur. Axı belə nə qədər davam edə bilər ki?
Ürək: Aydın oldu, sən mənə rahat yatmağa imkan verməyəcəksən. Nə istəyirsən, onu de!
Beyin: Mən səndən yaxşılığından başqa nə istəyə bilərəm ki? Öz içimdə hiss etdim ki, sənin mənim köməyimə ehtiyacın var. Sən yaxşı bilirsən ki, mən laqeyd bir dost deyiləm. Taleyimiz o qədər qəribədir ki, girdiyimiz qapıdan birlikdə çıxacağıq.
Ürək: Hər nə qədər mənasındakı dərinlik itsə də, dost dəyərli bir kəlimədir. Az əvvəl ölüm məsələsinə toxundun. İnsanları bir uçurum, yaxud bir qəza düşmənləri ilə birgə də həmin qapıdan çıxara bilər. Bizə də belə olacaq, ona görə ki, düşüncə və hisslərini bir -birinə düşmən edən insan öz-özünə düşməndir.
Beyin: Əlbəttə, bəzən elə bir an olur ki, dözə bilmədiyin, səni yandıran bütün hisslərini bir nəfərdə söndürmək istəyirsən və elə o an ağlına yeganə insan gəlir. Ona inanırsan, güvənirsən düşünürsən ki, dilindəki bir damla su ilə səni fərahladar, lakin bəzən hər şey istədiyin kimi olmur. Sənin ruhunu heç düşünmədən külə çevirən, ən sevdiklərin olur.
Ürək: Əvəzsiz olan, sənə özünü xoşbəxt hiss etdirən hər şey bir gün getməyə məcburdur. Peşman olmaq üçün, bəlkələrlə yaşamaq üçün, lap elə özünü sənə tanıtmaq üçün bunlar sadəcə bir imtahandır.
Beyin: Bəlkə də, bu söylədiklərin bizə nəyi isə öyrətməyə çalışır. Artıq bizim üçün son parlayan günəşdir, keçən həftə bizim üçün son dəfə yağmur yağdı, ən son keçən il göyqurşağını gördük və bu sözləri sənə son dəfə deyirəm… Məni son dəfə diqqətlə dinləməyini xahiş edirəm: İkimiz də həmişə eyni səmtə baxdıq. “Fəqət hansımızın gözündə canlanan mənzərə daha parlaq oldu?” -bax bu, böyük müəmmadır. Baxdığımız o səmtdə nə baş verdi? Özünə bir dəfə də olsun heç bu sualı vermisən? Düşünürəm ki, cavab məndə çoxdan hazırdır. Biz eyni səmtə baxıb fərqli mənzərələri görərkən eyni sualları içimizdə boğacaq qədər ağır ruhlu olduq. Ola bilər ki, sən mən deyildin və mən də heç vaxt sən olmağı bacara bilmədim, amma içimizdə olan bütün suallar bizi hər zaman eyni mövqedə qarşı-qarşıya gətirdi. Və bu, sadəcə bizə şamil olmayacaq. Əgər sən belə zənn etmisənsə, çox yanılırsan.
Ürək: Bəs bütün bu olanlarda özümü günahkar hesab etməliyəm? Axı bir nəfər günahkar olmalıdır. Mənə ən son nə vaxt birlikdə qərar verdiyimizi söyləyə bilərsən?
Beyin: Bütün bu suallara cavab axtarmaq üçün səncə də artıq gec deyilmi? Ömrünün bu çağında, zahirin qırışmışkən, ruhunu dərin bir qorxu əsir almışkən və ən önəmlisi, sənə gedən bütün yolların bağlanmasına çox az bir vaxt qalmışkən gecikmiş cavablarını dinləməyi özümə rəva bilmirəm.
Ürək: Özüm də uduzduğumun, artıq mənim üçün hər şeyin gec olduğunun, yolun tamamilə sonunda olduğumun fərqindəyəm. Onu çox incitdilər, elə bu səbəbdən də o da məni yaralamağı seçdi. Az sonra ona içimdə olan bütün suallarla, məni vahiməyə salan qorxularımla, susduğum bütün haqsızlıqların yara izləri ilə vida edəcəyəm. Yanlış seçimləri məhz indi onu bir ip kimi özündən asır. Bu ölüm bir intihardan daha ağır olacaq, bunu hiss edirəm. Elə məhz bu an sənin düşüncələrində gəzinən ilk sual nədir?
Beyin: Bu sualı eşitmək istədiyinə əminsən?
Ürək: Düşünürəm ki, artıq əmin olub, ya da olmamağımın heç bir əhəmiyyəti yoxdur. Buna hazıram.
Beyin: Deyir ki, həyatda yaşadığımız bütün pis və ya yaxşı hadisələr Tanrının seçimləri olduğu təqdirdə, bir qulun alın yazısına yazılan intiharı yaşaması axı necə günah ola bilər? Hər şeyi yerlə yeksan etməyə qadir olan UCA YARADAN’IN məhz bir qulunun ayaqları altındakı kiçik bir kətili saxlamağamı, yoxsa onun boğazını öz əlinə alan mənfur ipi qoparmağamı gücü yetmir? Əgər bu bir həyat oyunu deyilsə, niyə yaşamağa məcburuq? Çox maraqlıdır, bütün bunlara verəcək hansısa bir cavabın varmı?
Ürək: Mən cavab vermək üçün deyil, içimdə yaşadıb böyütmək və daha da çox özümü məhv etmək üçün yaranmışam… Deyəsən, artıq yavaş-yavaş təslim oluram. Əgər sənin gücün çatırsa, özünə mənim onu heç vaxt bağışlamayacağım düşüncələrini ək.
Beyin: Belə başa düşürəm ki, bu dəfə də sən intihar etmək fikrindəsən. Bəlkə, səninlə paylaşdığım bütün sirlər üçün məni də yox etməyi düşünürsən? Elədi, ay qısqanc?
Ürək: Sən necə qaçmaq lazımdır çox yaxşı bilirsən. Mənim üçün isə narahat olmağın əsassızdır, kədər ortağım.
Beyin: Bəsdi görək, ay səfeh.
Ürək: …………..
Beyin: Nə tez getdin? Bir də… bir də ki…. onun üçün məndəki son düşüncəsi sənin adına həkk olunan böyük bir peşmanlıqdır. O, sənə yaşatdığı hər şey üçün çox……..
Ürək: …………!
***
Yeni günə salam olsun, bitən gün isə özü ilə bərabər bir çox əzabı, sevinci, kədərin yanıqlı toxumlarını külə çevirdi. Artıq əqrəblər daha həzin hərəkət edir, saniyələr əzabın hökmü altında sürünür, dəqiqələr axına qarşı üzən gəmi tək gücünün təkəbbürü əlində oyuncağa çevrilir, saatlar isə öz hökmünü çoxdan verirdi. Kimlərsə yeni günün doğan günəşi ilə birlikdə dünyaya gözlərini açarkən, bəzilərini də dünənin batan günəşi özü ilə birlikdə çoxdan tarix etmişdi. Günəşin batışını dərin bir sükutla ötürən asiman günü böyük səs-küylə qarşılayırdı. Hər kəs bir-birinin rüzgarı ilə fərqli diyarlara səpələnirdi və daha sonra alışdıqları məskəni unudub yenidən qədəm qoyduqları həyata alışmaq məcburiyyətində qalırdılar. Dünəndən qalan cavabsız suallar heç kimin maraq dairəsinə daxil belə deyildi. Səmanı ağuşuna alan qara buludlar gündüzü gecəyə çevirəcək qədər güclü idilər. Yolun mərkəzindən uzun bir karvan keçirdi. Onlar çiyinlərində çoxdandır axtardıqları vicdanlarını son mənzilinə çatdırmağa çalışırdılar. Bəziləri qara geyimdə, bəzilərinin gözündə qara eynək, bəzilərinin əlində yalandan bir əsa və yalnız bir neçəsinin gözlərində kədəri bariz görə bilirdim. Bu kasıb insan karvanı hər birinin vicdanından bir parça daşıyan tabutu göməcək boş torpağı tapa bilmirdi. Əlləri havaya açılmış, gözləri ilə bizi bir ölçüb min biçən şəxs isə üzünə çisələyən yağmur dənəciklərini silmək üçün əllərini üzündə büsbütün rəqs etdirirdi. Əlləri üzünü örtsə belə, ruhundakı etinasızlığı örtməyə onlar da çarəsiz idi. Və… ən sonda hər kəs nizama düzülmüş əsgərlər kimi eyni anda əks istiqamətə yönəlirdilər. Çıxışın qapısı onları qarşılamaq üçün hər iki qolunu büsbütün açaraq iki ayaqlı heyvan sürüsünü gözləyirdi.
Səssiz və yaramaz baxışlardan uzaq bir həyat səni ağuşuna çoxdan almışdı. Artıq səni onlara xatırladan bir tək yeni qazılmış isti torpağına sancılan taxta parçası idi. Üzərində günəşin doğuşu və batışının dumanlı tarixləri həkk olunmuşdu və ən sevmədiyim səkkiz rəqəmini də elə bu taxta yatağa uzatmışdılar. Baxışlarım elə hey birotaqlı, rütubətli evimin açıq pəncərəsi ilə arasına uzun bir yol inşa edirdi. Bir zamanlar daşdan möhrü qoyulan bu səssiz insan sürüsünə o həmin pəncərədən baxırdım. İndi isə ağır payız küləyinin təsiri ilə rəqs edən pəncərəmin qiyafəsi onun tam arxasına iz salan stulun çiyinlərinə gücsüz əlləri ilə toxunaraq, -“Səssiz ol”- deyirdi.
Elə bir kimliyə bürün ki, sənin səssizliyin bitən əzablarının imzası olsun!
“Ədəbiyyat və incəsənət” portalının Debüt rubrikasında bu gün sizlərə tələbə şeirləri təqdim ediləcək.
Aytəkin Ağazadə 2003-cü ildə Lənkəran rayonunda anadan olub. Lənkəran Dövlət Universitetinim “Filologiya və ibtidai təhsil” fakültəsinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının 4-cü kursunda təhsilini davam etdirir. Lap uşaq yaşlarından şeirləri, şifahi və yazılı ədəbiyyat nümunələrini çox sevib, ədəbiyyata böyük maraq göstərib. Məktəb və Universitet tədbirlərinin fəal iştirakçısı olub, müxtəlif şairlərdən şeirlər səsləndirib. 2013-cü ildən şeirlərini “Aytəkin Əziz” imzası ilə yazır. Yaradıcılığında ictimai-fəlsəfi motivli şeirlər üstünlük təşkil etsə də, məhəbbət lirikası, eləcə də qəhrəmanlıq lirikasına aid yazdığı nümunələr də az deyildir.
Hazırda şeir yazmaqla bərabər bədii qiraətlə də məşğul olur.
Şairlərdən başqa heç kəs şairlərin dilin bilmir…
Əzəldən haqq yolundayam,
yola sonra gəlməmişəm,
Amma bu “haqq” deyilənin
özün yolda görməmişəm.
Gəzib onu diyar-diyar
mən də tapa bilməmişəm,
Haqqı elə basdırıblar
kimsə onun yerin bilmir…
İnsanların arasında
təklik elə yaman olur,
Nə olursa elə sənin
tək qaldığın zaman olur…
Gündüz gülən adamların
gecə beyni duman olur,
Rahat-rahat danışanlar
birin bilir, birin bilmir…
Mən deyərəm anlamazlar,
ən yaxşısı susum gedim,
Susanların səslərinə
bir-bir qulaq asım gedim.
Qoy yanmasın, ürəyimə
bir dənə daş basım gedim,
Şairlərdən başqa heç kəs
şairlərin dilin bilmir…
Yarası var…
Dəyişə bilməsən barış taleyinin rəngi ilə,
Bəxtin bozu olmayır ki, bir ağı var, qarası var.
Hər mərmisi acı olan həsrət adlı süngü ilə,
Parça-parça olan qəlbin de salamat harası var?
Kədər ömür qonağıdı, hər gecəni dəyər gedər,
Can dediyin can evinin dirəyini əyər, gedər.
Yarım qalanın nəfəsi ciyərinə məyər gedər?
Axı sevən bir ürəyin hələ yarda parası var…
Bütün sevgi bağlarına qış gələndə, don dəyəndə,
Günəş şəfəqdən bərq vurar vaxtsız qapın döyüləndə…
Yazılarıma maraq göstərən çoxsaylı oxucularla bərabər bir-iki nəfər qulp qoyan da olur. Şübhəsiz, “Təhminənin son sirri” hekayəsinə ağız büzənlər kimi bu yazıma da irad tutanlar tapılacaq. “Təzə bir şey yaza bilmir, odur ki, köhnə yazılarını istismar edir” deyəcəklər.
Desinlər.
Mən qəhrəmanlarıma canlı insanlar tək yanaşıram. Onlar sevirlər, sevilirlər, sevinirlər, kədərlənirlər, əzab çəkirlər və zamanında, bəzən də zamanından çox əvvəl, vaxtsız vəfat edirlər.
Qəribə görünsə də, mən bir müəllif kimi bəzən özümü personajlarım qarşısında günahkar hiss edirəm. Bu hissi izah da edə bilmirəm.
Bəlkə Təhminənin etibarına şübhəylə yanaşmaqda yanılmışam. Bəlkə Kəbirlinskiyə qarşı çox insafsız olmuşam.
Bəlkə bu hekayə də elə günah hissini yumaq üçün yazılıb. Hər halda bu iki hekayəylə – “Təhminənin son sirri” və “Kəbirlinskinin son etirafı”yla mən bu personajlarımın taleyinə son nöqtə qoyuram.
Hekayəylə tanış olacaq oxuculardan bir xahişim var. “Dantenin yubileyi” povestimi oxumayıblarsa, əvvəlcə onu oxusunlar. Çünki orada cərəyan edən hadisələri bilmədən, ordakı xarakterlərlə tanış olmadan bu hekayənin mətləbi və məqsədi açılmayacaq.
Kəbirlinskinin son etirafı
Hekayə
Xəstəxananın iri qapılarından içəri girən kimi Həcər bura xas olan iyi duydu. Nə qoxusu idi bu? Dərman, formalin, irinli yaraların, ya yarılmış meyitlərin qoxusu? Yaxud xəstələrin özünün yodlu sarıqlarından gələn özəl bir qoxu?
Pilləkanların başında kiçik meydança və dəhliz adamla dolu idi. Bu insan qalabalığında əlil arabasında əyləşmiş, başı sarıqlı, yaxud qolu gipsli xəstələr də, onlara dəyməyə gələnlər kimi bikef və ümidsiz görünürdülər. Ailə üzvlərini, qohumlarını yoluxmağa gələnlər üzlərinə saxta mehribanlıq, nikbinlik masqası taxsalar da xəstələrin özləri kimi yorğun və bezikmişdilər. Hər kəs bu icbari görüş vaxtının tez bitməsini, yenidən min qayğıyla dolu olsa da, adət etdikləri həyata, televizor proqramlarıyla, telefon söhbətləriylə keçən ömürlərinə qayıtmağa can atırdı. Xəstələr rəngi qaçmış bozumtul pijamalarda idi. Üzlərinə ağrı və əzab izləri çökmş xəstələrlə də, onların yorğun, müalicə qayğılarından bezmiş müsafirləriylə də yaşıl xalatlı, hamar, rahat sifətli tibb bacıları təzad təşkil edirdi. İti, qıvraq addımlarla oradan buraya şütüyən gənc həmşirələrin sağlamlığı sanki xəstələrin taqətsizliyinə acıq verirdi. Həcər adamların arasından birtəhər keçərək Baş həkimin otağına yanaşdı. Katibəsi harasa çıxmışdı və Həcər fürsəti fövtə verməyib Baş həkimin otağına daxil oldu. Baş həkim orta yaşlı, tosqun və daz bir kişi idi. Daz başında bircə tükü qalmışdı, Həcərin haçansa eşitdiyi lətifə yadına düşdü. Bir kişinin başında yalnız iki tük qalıbmış, birini sağa, birini sola darayırmış. Bir gün tüklərin biri də düşəndə: – eybi yox, pırpız başla gəzərəm, – deyə özünə təsəlli verirmiş.
Hafizəsində qəflətən bu lətifənin canlanmasına özü də mat qaldı. Heç lətifə yeridi, sən Allah?
Baş həkimin masasının üstünə sərilmiş kiçik süfrədə çörək parçaları, kotletlər və bir baş soğan vardı.
Həcər:
– Olar? – deyə soruşdu.
– Day gəlmisən də, nə “olarbazlıqdı?”
– Mən Kəbirlinskinin arvadıyam.
– Kimin?
– Kəbirlinskinin – dedi və əlavə etdi, – məşhur teatr artist Feyzulla Kəbirlinskinin.
– Buyur, sözün nədi?
– Ərimin halını soruşmağa gəlmişəm. Yaxşılığa doğru bir irəliləyiş var?
– Çalışırıq. Hansı palatadadı?
– Yeddinci palatada. Yəni sağalmasına bir ümid var?
– Əlimizdən gələni edirik, bacı – telefon zəng çaldı. Baş həkim dəstəyi qaldırdı.
– Salam, salam, – dedi – nə oldu? – qulaq asdı – Əla. Mən deyirdim də…
Başının işarəsiylə Həcərə bildirdi ki, gedə bilər.
Həcər əlindəki zəmbili göstərib:
– Alma şirəsi gətirmişəm – dedi – olar da?
Baş həkim cavab vermədən başıyla razılıq işarəsi verdi, sonra telefona: – Yox əşşi? – deyə şaqqanaq çəkib güldü.
Əslində, Həcər ərinin halını soruşmağa gəlməmişdi Baş həkimin yanına. Vəziyyətini onsuz da bilirdi. Xahiş etmək istəyirdi ki mümnkünsə ayrı palataya keçirsinlər. Son iki gündə o palatadan iki nəfər ölü çıxmışdı.
“Bədbəxt kişi, – deyə düşündü – vaxtında zvaniyadan – zaddan bir şey versəydilər, indi daha yaxşı palatada qalardı. Ya elə daha yaxşı xəstəxanada yatardı.
Həcər palataya girdi. Buranın havası daha da boğuq, kəsif idi. Palata cürbəcür səslərlə doluydu: aramsız öysürən kim, kəsik-kəsik xoruldayan kim, zarıyan, arabir mamasını çağıran kim?
Feyzulla sistem altında gözüyumulu uzanmışdı. Həcər bilirdi ki, gözləri açıq olanda da hər şeyi duman içində görür, sifətləri güclə sezir.
Həcər:
– Xoş gördük, Feyzulla, – dedi – Necəsən? – Maşallah, qıvraq görünürsən. Həkim də dedi ki, tezliklə duracaqsan.
Feyzulla gözlərini açıb zəif səslə:
– Hardan? – dedi – Day mənim hay-hayım gedib, vay-vayım qalıb.
– Elə danışma, sağalacaqsan da, yenə teatr çıxaracaqsan da.
– Düz-əməlli vaxtında teatra lazım olmadım. İndi lazım olacam? Kor ərəbin mahnısını oxumağa?
– Niyə elə deyirsən? Teatrdan zəng etmişdilər. Halını soruşurdular. Dedilər nə lazımdı, çəkinməyin, deyin. Dedim sağ olun. Heç nəyə ehtiyacımız yoxdu.
Feyzulla:
– Kim zəng eləmişdi? – deyə soruşdu.
– Kim? Nə bilim, tanımadım.
– Kişidi, arvaddı?
– Hm. hə… yox, kişi idi. Dedi bir ehtiyacınız varsa…
Feyzulla:
– Sağ olsunlar – dedi
Sükut çökdü, xəstənin zarıltısı eşidilirdi:
– Öldüm, ay məmə…
Anaxanım:
– Bilirsən Anaxanımgildə nə həngamə qopub?
Feyzulla dinmədi.
Həcər davam etdi:
– Sultan arvadına ad günündə çox bahalı bilərzik alıb…
– Sultan kimdi?
– Buy… Anaxanımın oğludu da, diş həkimi. Anaxanım bir mərəkə qoparıb, gəl görəsən. Deyir biz bacının cehizini yığa bilmirik, sən yad qızına belə bahalı hədiyyə alırsan. Sitarə də…
– Kim?
– Sitarə də, Sultanın arvadı… demə bu söhbəti öz qulağıyla eşidib, yığışıb gedib dədəsigilə.
Fərrux da ki…
– Fərrux kimdi?
– Oyunun olsun, Feyzulla, gəl məni də tanıma, Anaxanımın əridir də, qapıbir qonşumuz. Onunla o qədər nərd atmısan ki…
Feyzulla:
– Qonşuların dərdini çəkəsi halım yoxdu, Həcər – dedi. – Buranı görürsən də, Həcər, sən də çox – yubanma, get…
– Sənə alma şirəsi gətirmişəm. Həkim də icazə verdi. Dedi xeyri olacaq.
– Sağ olun, sən də, həkim də.
– Tamam yadımdan çıxmışdı. Bir şad xəbər də var axı…. Eldar institutu əla diplomla qurtardı. Sabah gəlir Moskvadan.
– Sağ olsun. Di get, Həcər. Yuxum gəlir, yatacam.
– Eldar da gələcək sənə dəyməyə.
– Eldarı mənim adımdan təbrik elə.
Feyzulla gözlərini yumdu. Həcər vidalaşmadan asta addımlarla (guya kimisə narahat etməməkçün) otaqdan çıxdı.
Az sonra Kəbirlinski doğrudan da yuxuya getdi, yuxu gördü. Gördü ki, Eldar ona dəyməyə gəlib, amma sifəti tamam dəyişib. Saqqal saxlayıb. Eldarı belə aydın gördüyünə təəccüblənirdi, axı son vaxtlar hər şeyi duman içində azacıq sezərək görürdü. Təbii, yuxuda dərk etmirdi ki, yuxudadır. Yuxuda hər şeyi, hər kəsi əvvəlki kimi aydın görürdü.
Düşündü ki, Eldara bunu mütləq deməlidir. İndi də deməsə haçan deyəcək? – Eldar, bilirsənmi mən sənin atan deyiləm. Sənin atan məşhur alim İsgəndər Muradəliyevdir. Anan yazıqla avtomobil qəzasında həlak oldular. Sən körpəydin, salamat qalmışdın. Səni Həcər xalanla biz böyütdük.
Eldar gözünü qırpmadan:
– Təzə xəbər! – dedi. – Mən bunu çoxdan bilirdim.
– Bilirdin?
– Əlbəttə, amma mənim atam sənsən, anam də Həcər.
Feyzullanın boğazı tutuldu. Udqundu.
– Mən?
– Əlbəttə… ata
Feyzulla qəhərdən kəsilə-kəsilə:
– Sağ ol… – dedi
Bir müddət hər ikisi susdu.
Sonra Eldar qəfilcə:
– Mən həmişə səninlə qürur duymuşam – dedi.
Feyzulla hələ də yuxudaydı. Amma gözlərindən iki damla yaş yanaqlarına süzüldü. Sifətində xoş bir təbəssüm əmələ gəldi.
Qonşu yataqdakı kişi hələ də zarıyırdı:
– Hardasan, ay məmə, öldüm axı…uuuuu…
Gecə saat iki radələrində Feyzulla Kəbirlinski keçindi. Üzündə elə həmin xoş təbəssüm qalmışdı.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Eşikdə yağış səsi, İçəridə isti çörək Və sevda fəlsəfəsi… Yenə sevməyim tutub: Zehnimdə bir yelləncək, Üstündəki xəyalın, Həsrət elə sevincək Boylandı ha… Nazlandım…
İçəridə isti çörək, Eşikdə yağış səsi… Həftənin ömrü gödək, Təqvim ömür şirəsi…
Üçdüymə köynəyi var “fələk” dediyimizin, Düymələr də tez qopur… And içərəm, günahkar Mən deyiləm… Adındı… … Yenə sevməyim tutub…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Yüyürmüsən ömrü bu baş-o başa, Arzuların gediş haqqı almayıb… Gülə-gülə döndün ürəyi daşa, Gözündə yaşların haqqı qalmayıb…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Oxuduğum kitab kimi Gözlərimdə rəfdəsən. Söylədiyim hər cümlədə, Hər sözdə, hər hərfdəsən.
Eşq aldı məni cənginə, Çatdım könlümün dənginə. Gözümün su səhənginə Dolmusan ee, kefdəsən.
Tanı, əllərimi tanı, Tanı, əlimin vətəni. Sən də sevəcəksən məni, Çoxdandı hədəfdəsən.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Yaxşı tez alışıram Ayrılıq ağrısına- Bu gün-sabaha qədərdi. Mən özümü bir saat da Dərd çəkməyə qoymuram, Bəs nədir bu həsrət dərdi? Ürəyimin boşluğunda Kim var, kimi unuduram? Ah, mən daha heç kimi Sevə bilmirəm axı. Sinəmdə bir xatirətək Ürəyimi quruduram. Ruhum gedib, “gəl, gəl” deyir Bir addm da gəlmirəm. İndi mənə kim lazımdı, İndi kimə lazımam, Heç özüm də bilmirəm. Yenə quraq, Yenə susuz səhrayam. Uzaq durma, Üst-başımı yu, bulud. Hamı kimi, eh, sənin də Səs-küyünə güvənmirəm- Yağan deyil bu bulud.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Danışmaq da xoş deyil inamdan, etibardan, Nəbilirsən kim səni hansı tində vuracaq. Ağac vəfa gördümü, əlvan rəngli bahardan? Öz külündən tükənir, soyuyanda od, ocaq.
Güvənmək də xoş deyil, güvənirik hər dəfə, İnsan əl üzə bilmir nədənsə dünənindən. Mən hər zaman silah yox, Mən hər zaman hədəfəm. Mənəm edam edilən, asılan güvənindən.
Əli bıçaq tutmayan, dili acı söz tutdu, Nələr, nələr eşitdim həqiqətə uymayan. Məhkəmələr quruldu, yenə haqsızlıq uddu, Uduzdu bu dəfə də, haqq yolunda can qoyan.
Sığışmaz yerə, göyə, kəhkəşanlı saraya, Hesabında milyonlar, guya iman güdənlər. Bir zamanlar Şah idi, hökmürandı dünyaya, İndi qara tabutda, əli yalın gedənlər…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Sən mənim ömrümə əsən rüzigar, Sən mənim bəxtimə yağan yağışsan. Bəlkə də yaşanan sonuncu bahar, Bəlkə də əbədi bitməyən qışsan.
Hələ gözlərində ilk sevda dəmi, Hələ əllərində ilıq hərarət. Neynəyim dəli tək sevirəm səni, Sevirəm bir şirin sözünə həsrət.
Ürək söz anlamır yoxsa nə gəzim, Getdiyin yollarda, durduğun yerdə. Sən qalib çıxmısan qorxma, əzizim, Mən yenə eşqinə məğlub sərkərdə.
Ürəkdən dodağa bircə pıçıltı, Dodaqdan ürəyə öpüş kimisən. De görüm yuxumu hara uçurdun? De görüm yuxuna saldın kimi sən?
Mən sərt dalğalarla çarpışan qayıq, Ümidi kəsilmiş qağayıyam mən. Biz ki, ayrı-ayrı yaşamalıyıq, Bəs niyə evimi sən sayıram mən? Darayır otları bahar küləyi, Heyvalar sonuncu çiçəyin tökür. Mən şeir yazıram səndən, Mələyim, Şəhərin üstünə buludlar çökür, Heyvalar sonuncu çiçəyin tökür……
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi budur, başa çatdı.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda hazırda ekspertlərin 30 finalçını müəyyənləşdirmək mərhələsidir.
Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Emin Piri, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli, Cavid Qasımov və digərləri…
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Nigar Arif ( Ağalarova İlqar qızı)
1993-cü il 20 yanvarda Mingəçevir şəhərində anadan olub.
2003-2009-cu illərdə Mingəçevir şəhər Üzeyr Hacıbəyov adına 3 saylı “Uşaq Musiqi Məktəbi”ndə piano üzrə təhsil alıb.
2010-2014- cü illərdə ADzərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsində “ingilis dili müəllimliyi” üzrə təhsil alıb.
2016–2018-ci illərdə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III “GəncƏdiblər Məktəbi”nin məzunudur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2017-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
2020- ci ildən Mərakeşdə “Beynəlxalq İnsanlıq və Yaradıcılıq Forum”unun üzvüdür. Dünyada sülhün təminatında yaradıcılıq xidmətlərinə görə bu forum tərəfindən 2022-ci ildə “Dünyanın ən yaxşı medalı”na layiq görülüb.
2021-ci ildən Özbəkistanda “Orta Asiya Yazarlar Birliyi”nin üzvüdür. Həmçinin bu birlik tərəfindən ‘Yangi Ovoz” ordeni ilə təltif olunub.
2022-ci ildən Çində “CHINA POETRY CIRCLE” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. Çin festivalında “Mükəmməl Gənc Yazar “ adına layiq görülüb.
2022-ci ildən Qırğızıstanda “Beynəlxalq Yazarlar Birliyi”nin üzvüdür.
2019-cu ildə Bakıda ədəbiyyat üzrə IV LİFT Festivallar Festivalının, 2020- ci ildə Kolumbiyada keçirilən məşhur “Medelyin Dünya Şeir Festivalı”nın iştirakçısı, eləcə də Hindistan, Çin, İtaliya üzrə bir çox dünya şeir festivalları və layihələrinin iştirakçısı olub, mükafat və sertifikatlarla təltif edilib. Şeirlərindən bəziləri türk, rus, ingilis, ispan, ərəb, fars, çin, hind, portuqal, italyan, urdu kimi dillərinə tərcümə edilərək dünyanın bir çox ölkələrində dərc olunub, “ Barış” şeirinə İtalyada mahnı bəstələnib.
23 may 2023-cü ildən etibarən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəridir.
Həqiqətən də xanım yazarların şeirləri daha səmimi, daha kövrək, daha duyğusal olur. Yalnız onlar deyə bilərlər ki, div boyda arzuların cırtdan ayaqları var…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Ayağım altında bir yarpaq qaldı, Ürəyim gülümsədi… Düşdü yenə əlimdən göy yelənli dəsmalım, “Ah”ım göyə tələsdi…
Bir sərçə qanadıyla havanı sığalladı, Təsəllimə döndü… Dərdim nadinc, sevdam yaman cığaldı, Bəxt yazan bir vüsal yazıb, Bilmirəm hansı yöndü…
“Bu da keçər…” bilirəm, üzüyüm paslansa da, Yetim qaldı barmaqlarım… …yenə nömrəni yığdım… Telefonun çalsa da, Açma… … Çoxdu umacaqlarım…
Verdiyin narahatlıq, Yaşatdığın nə varsa “qısa”, “müvəqqəti” deyil… Yuxuma gəlməyin varsa, Gəl… … Bir fələyə, bir sənə, bir özümə söyürəm… Və bunlar telefon söhbəti deyil… Şəfa Vəli (2023)
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Eşikdə yağış səsi, İçəridə isti çörək Və sevda fəlsəfəsi… Yenə sevməyim tutub: Zehnimdə bir yelləncək, Üstündəki xəyalın, Həsrət elə sevincək Boylandı ha… Nazlandım…
İçəridə isti çörək, Eşikdə yağış səsi… Həftənin ömrü gödək, Təqvim ömür şirəsi…
Üçdüymə köynəyi var “fələk” dediyimizin, Düymələr də tez qopur… And içərəm, günahkar Mən deyiləm… Adındı… … Yenə sevməyim tutub…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Boşaltdım ürəyini, Ürəyin gencə olsun. Çıxıram bu oyundan, Qoy ürəyincə olsun.
Gözlərimdən düşməyə Yol başlayıb təzəcə. Azaltmışam mən səni, Boyun yerdən dizəcən.
Bir pay ayrılıqdı bu, Həm mənimdi, həm sənin. Ürəyimə yatmışdın, Oyadıram mən səni.
Bir az yaxına gəl, Tanrı
Bir az yaxına gəl, Tanrı, İşim yoxdu bəndə ilə. Dünyaya sığmayan ruhum Qalıb bir bədəndə elə.
Görmədi… Heç kim görmədi. Mən gördüm, bütün görmədim. Nə qürbətdə gün görmədim, Nə də ki, vətəndə elə.
Hansından danışım indi? Görünür yanlışım indi. Dərindən yaşadım, indi Hamı necə, mən də elə.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Dinclik tapmayanda Etdiyim nadinclikdi səhvlərim- Məni bağışlamaq olar! Saatı geriyə çəkib Yenidən başlamaq olar. İndi xatırlamazsan- Köhnənin söhbətidi, Məni sevirdin onda. Məhəbbətim buludlarda Ürəyim qırmızı donda. Geriyə bilirsən nə qalıb? Tez-tez qanayan yaram. Söhbət səndən düşmüşkən Deyim ki, darıxıram.
Hansı ölüm yaxşıdı Ölümlərin içində? Bir dinclik tapmayıb Yorulub ölmək? Yoxsa Onun gözlərinə, baxışlarına Vurulub ölmək?
Ürəyimin içindədi, Əlimin çölündə yoxdu, İlahi, məni başa sal, İlahi, bilim dəə, yoxdu.
Ayağımdan çəkildi yol, Yıxıldım ürəyin üstə. Mən onun məhəbbətinə Tutuldum, heç nəyin üstə.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
* * *
Adamlardan dağ olmadı, Bilmədim kimə söykənim, Gəlib ağaca yaslandım, Ağac məni saxladı.
Bulaq oldum dum-duru, Dedilər bulanıqdı. Süzüldüm, daşdan süzüldüm, Süzüldüm, qumdan süzüldüm, Torpaq mənə inandı, Adamlar inanmadı.
Nə illahdı bilmirəm, Tapılmır çəmim, yönüm. Yollar da o yol deyil , Gedəsən gün doğana. Elə mat-mat baxıram Əllərimə, ilahi. Əllərim qanad deyil, Ah, kaş ki qanad ola…
* * *
Sahil boyu qovmamış külək bizi, Gəl isidək əlimizi günəşə. Quş edəydi yaradan gərək bizi, Çevirəydik yönümüzü günəşə.
Yay da bitir, yenə xəzəl, yenə qəm. Son yarpağı qoparacaq yel hələ. Mən çovğuna borana da dözərəm, Bircə baxıb gözlərimə gül hələ.
Bəlkə gülsən unudular dünənlər, Zülmətlərə yem olmaram birdə mən. Həyatıma əli odlu gələnlər, Ürəyimi kül eyləməz, Birdənəm.
Ah, nə gözəl açılıbdır sübh bu gün, Saçlarında çəmənlərin gülləri. Sən ən gözəl mücəvhərsən mənimçün, Boyunbağım əllərindir, əllərin.
İlk saralan yarpaq idi son bahar, İsti idi dəniz hələ, qum hələ. Ürəyimdə şirin-şirin xəyallar, Sinəm üstə gözlərini yum hələ, Xəyal elə xəyal elə mənimlə…
Ulu Tengri göy üzündən qəzəbini yağış kimi yağdıranda , ruhlar göydən yerə endiyi gün monqollar arasında yenidən çaxnaşma başlamışdı. Həmin gün Şaman Kokoçunun qabırğasını sındırmışdılar .Şaman Kokoçu çadırda yatağında uzanılı vəziyyətdə idi. Çadırda tək qalan Kokoçunu ölümə tərk etmişdilər. Avarqa Kokoçunu görmək üçün xəlvət çadırın arxa tərəfindən fırlanaraq çadıra daxil oldu.Gördüklərinə inanmaqda çətinlik çəkən Avarqa bunun bir yuxu olduğunu yəqin edirdi. Avarqanın təlaşını anlayan Şaman Kokoçu:-Qorxma Avarqa, heç nədən qorxma.-Sənin axı qabırğanı sındırmışdılar, bu necə ola bilər ?-Deməli ,Göy Tengri hələdə məni yadından çıxarmayıb Avarqa .Şaman Kokoçu müqəddəs ocağın ətrafında əlindəki qavalla ruhları səsləyirdi:-Biz pis iş görmüşük Avarqa, ata ruhları qəzəblənib. Fəna işlər görüb bozqır xalqlarını fəlakətə sürükləmişik.-Axı onlar sənin qabırğanı sındırdılar Kokoçu.-Düzdür, ancaq bizdə zamanında onlara pislik etmişik. Hasarı təkləyib atından salmışdıq. Onsuz da Bozqırdakı bütün tayfalar bir- biri ilə düşmənə çevrilib. Bir sözlə Kokoçu Bozqırda kələfin ucu itib.-Bu bizim taleyimizə yazılıb Avarqa.Ocağın alovları çadırın dirəklərinə qədər çatırdı.Kokoçu ocağa dua edirdi.Çadırın ortasında ocaq ,ocağın qarşısında isə müqəddəs Qayın ağacından düzəldilmiş dirəkdən at kəlləsi asılmışdı.Şaman Kokoçu bir tasa su töküb Avarqaya tərəf uzatdı:-Al iç Avarqa , ruhların qəzəbi soyumadı.Qayın suyu qəlbimizə əbədi rahatlıq gətirsin. Göy Tengri günahlarımı bağışlasın.Erlik xan mənə qəzəblənib.Kayra xanın müqəddəs Onon adlı yerində Çingiz xanı mən xan elan etmişdim. Ruhlar Göy üzünə xəbər apardı :-Teb Tengri Çingiz xanı bütün monqol boylarının xanı elan etdi.Amma mən sonradan Yer üzünün tək xanı Çingiz xana qarşı fitnəliklər edib , xonxotanları ağır durumla üz – üzə qoydum.Qulaq as Avarqa ,göy üzü qaranlığa bürünəndə Burxan Xaldun dağının ruhu içərimdəki enerjini məndən alacaq.Sənin getmək zamanın gəldi , səni görsələr halımız yaman olacaq.Avarqa dizlərini yerə qoyaraq Kokoçuyla vidalaşdı.Avarqa kimsəyə görünmədən çadırı tərk elədi.Şaman Kokoçu ayağa qalxaraq qavala vuraraq ruhları səsləyirdi:Erlik xanın qəzəbindən məni qoruyun ata ruhları ,məni bu dünyada və o biri dünyada qutlandırın .Ucsuz – bucaqsız Bozqırda xain kimi ölməkdən məni xilas edin. Tezliklə tinimi göy üzünə çəkin. Qoy Göy Tanrı məni cəzalandırsın..Ulu Günəş nurunu yer üzündən alanda ,axşama yaxın Subutay Şaman Kokoçunun çadırı ətrafına beş keşikçi yerləşdirmişdi.Avarqa çadırdan çıxarkən Naya onu görüb ,Çingiz xana xəbər vermişdi. Kokoçu Şaman olduğu üçün Çingiz xan onu narahat etməməyi tapşırmışdı.Bu səbəbdən Çingiz xan gəlmədən kimsə çadıra daxil ola bilməzdi.Bozqırda gecə səssiz və qorxulu idi.Şaman Kokoçu ocaq ətrafında yun keçənin üzərində əyləşmişdi.Yalın ayaqlarını közə basdırmış , qanını qımıza damladırdı.Gözləri dəhşətli dərəcədə intiqam hissiylə yanıb alışırdı. Közün üzərində dolaşaraq ruhları səsləyir ,bağışlanmağını istəyirdi. Göy Tenqri ,Yeri Göyü Yaradan hələ yer üzündə qan gölü yaranananda məni albıslar əmizdirdi.Dağ ruhu bütün vücuduna daxil olub ,məni şaman elədi. Qutsal qayın ormanında ruhumu təzələdim,qayın ağacının suyundan içdim.Bilirəm , monqolaçr arasında qarmaşaya səbəb olmuşam.Xonxotanların sonu gəlməsin,mən günahlarıma görə əbədi əzaba hazıram ,Göy Tenqrii məni əbədi dünyaya apar ,ruhumu göy üzünə çək.Tengriiiii …..Səhərə yaxın Çingiz xan Noyonla obada göründü.Naya Çingiz xana çadıra kimsənin daxil olmadığını bildirdi.Noyan çadıra daxil oldu və otağın boş olduğunu gördü .Ocaq yerində köz yavaş yavaş öləziyirdi.Ey ulu Çingiz xan Şaman Kokoçu çadırda yoxdu, güman edirəm tebi göy üzünə çəkilib.Çingiz xan at üstündə qarşısında diz çökmüş xonxotanları gözucu süzərək :- Xonxotanlar və bütün monqol boyları eşidin. Göy Tengri onun ruhunu göy üzünə çəkdi.Etdiyi pisliklərə görə Şaman Kokoçunu Erlik xanın pis ruhları cəzalandırdı. Heç bir pislik cəzasız qalmır.Göydə Tengri ,yerdə mən o adamları cəzalandırıram.Dərisini soyub içinə saman dolduram.Güman edirəm xonxonatlara Şaman Kokoçunun ölümü dərs olar.Göy Tengri bütün monqol boylarını bir yerdə birləşdirməyə mənə güc ver ,Mönk gök Tengri.Çingiz xan monqol boylarını bir arada tutacağına inanırdı . Gözlərinin dərinliyində bəşəriyyətin taleyi həll olunurdu.Çingiz xan çox qürurla at üstündə dayanmış , börkünün yeləsini külək dalğalandırırdı.Qurdbaşlı tuğlar göy üzündə əsrarəngiz mənzərə yaratmışdı.
İndi arzuların da mürgüləyən vaxtıdı Saatdan xəbərim var, artıq gecə yarıdır. Bürünüb ümidlərə Ağlımda sual yatır, O da məndən beşbeter, Şirin deyil yuxusu, Tez-tez gəmisi batır. Könlümdən nələr keçir, Vergül-vergül dalınca… Üç nöqtələr yol çəkir Evimin eşiyində, Bax, dünya yerindədi Hər şey öz yeşiyində Qıyıb çıxarmamışam, Qalmısan ürəyimdə. Hərdən yada düşürsən… Hələ də uşaq kimi Yırğalanır duyğular məhəbbət beşiyində. Sənin nə vecinədi, Özün çıxıb getmisən Qarışıq fikirlərim gecə-gündüz it kimi dayanır keşiyində Qapır o xəyalını, hürür bu ayrılığa…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Gözlərimdə qara bulud, Yağım sənin yoxluğuna. Yaşa, yaşa ölənədək, Baxım sənin yoxluğuna.
Bu gün göyərçinin qanadlarında, Yüksələn ruhuma baxır vətənim. Üç rəngli bayrağın ayparasında, Şəhidlik rəmzini taxır vətənim.
Anam nalə çəkib diz çökən anda, Tutun qollarından, qaldırın onu. Mənsiz bükülməyə izn verməyin, Şəhriyar oğlutək qoruyun onu.
Vətənə qanımı halal etmişəm, Bu haq belə asan verilməz ələ. Qalmasın düşməndə bu pak torpağım, Yoxsa yaralarım ağrayar hələ.
Allaha əmanət qoyub sizləri, Əbədi cənnətə yol alıram mən. Azadlıq uğrunda savaşan varsa, “Şəhidlər ruhutək” yaşayar vətən.
*** (Şəhid İlqar Bürcəliyevin xatirəsinə) Bu gün doğum günün imiş, Ey qəhrəman şəhid, İlqar. Gəncliyinə vəda etdi, Torpağa döndü arzular. Vətən qucaq açdı sənə, Sən vətənə qucaq açdın. Şəhidliyin zirvəsindən, Torpağa nurunu saçdın. Gözlərində işıldayan, Günəş sönən deyil, oğul. Bizi daim yaşadacaq, Həyat eşqindi bil, oğul. Səmalara ucaltmısan, Sən bu vətən bayrağını. Qanın ilə tarix yazıb, Öpdün vətən torpağını.
Susun, sakit durun! Dünyanın dərinliyindən bir səs gəlir, körpə səsi, Boğur insanlığı, qopur göylərdəki ah-naləsi. Duyun, ölmüş vicdanların qətl etdiyi məzlum kəsi, Vermiş həyat bətnindəki doğulmamış son nəfəsi.
Susun, sakit durun! Günəştək qalxsa da erkən, bu erkən yatma dünyası, Mənafe uğruna neyçün tükənməz qanlı dəryası? Ürəklər ürpədən fəryadı duymaq gec, nə faydası? Bəşər dönmüş müqəvvaya? Nədəndir yoxdur ehsası?
Susun, sakit durun! Bədənlər sağ ikən yandı, Xocalım yandığı gündən, Nə eybi gördülər əfsus, fəqətdir güldülər gendən, Susun! Əlbət bu səssizlik çıxardar sizləri dindən! Həqiqət olduğu yerdə susan varsa, odur düşmən.
Susun, yox, susmayın bir də! Dönüb dəryatək axdıqca bilin ki, qan tutar aləm, Duyunca körpə fəryadın İlahi dillənər hər dəm, Daha susma, daha susma, insan oğlu deyil əbsəm, Mən insanlıq mayasından zühur etmiş həmin sidqəm!
*** ƏSGƏR QARDAŞIMA
Qardaş, əsgərliyin mübarək olsun! Bu vətən torpağı sənə əmanət. Biz, ana-bacını qorumaq üçün, Düşmənlə üz-üzə gələrsən əlbət! Qardaş, əsgərliyin mübarək olsun! Qolumu göndərim, yenə güc olum, Dizimi göndərim taqətin üçün, Özümü göndərim, sənə güc olum. Qardaş, əsgərliyin mübarək olsun! Darıxma, özümtək yaxınam sənə. Bu il yuxusuzsan, bilirəm necə, Çünki öz gözümtək yaxınam sənə. Qardaş, əsgərliyin mübarək olsun! Təki sağ-salamat qayıt evinə! Sənin bir Allahın, bir də vətənin, Bir də ana-bacın sənə pərvanə. Qardaş, əsgərliyin mübarək olsun! Səninlə fəxr edir yerlə göy inan! Bu yolda müqəddəs xidmətin üçün, Baş əyir vətəni sevənlər hər an. Qardaş, əsgərliyin mübarək olsun! Qoru sən özünü, anana xatir. Gözü həsrət çəkən bacına xatir, Anatək ürəyi yanana xatir! Qardaş, əsgərliyin mübarək olsun! Allah pənahında saxlasın səni. Yolunu gözlərik, sağ-salamat gəl, Anan doya-doya qoxlasın səni!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Eşqdən Oxuma
Ay qırmızı papaqlı, Ay hamıdan küsən qız… Əlləri umacaqlı, Boy-buxunu süsən qız…
Yenə kimə inandın? Aldadan tapıldımı? “Dağ haqqı”ydımı andın, Dağlarda haqq qaldımı?
Yazdığın “son mesajla” Hansı qarğış yol aldı? Bir sərçə qayğısıyla Keçmədiyin yol qaldı?
Ay qırmızı papaqlı, Saçı daraqtanımaz… Eşqi “başı qapazlı”, Arzuları gülaçmaz…
Ömrün önündən çəkil, Nə olacaq, olacaq… İkimizdən bir şəkil, Bir xatirə qalacaq…
Aç saçını, tök üzə, Qocalmaqdan da qorxma… Bir bayatı çək bizə, Və də, eşqdən oxuma…
2022
Qara Pişik
Şəkinin dumanı nazlanır axı, Çəkir ürəyimi pişik dalaşı, Qonşuda söz qalıb: qapıarası, Qızların göyçəyi piyada gəzmir, Naza həsrət daşlar küçə həyası… İndi necə edim, nə deyim ki mən Olmayım dumanda nazdan narazı?
Bir naz da mən atdım xatirələrə, Bu gün də yadıma salmadım səni… …Nə eyvan, nə də ki pişik deyiləm, Qatım abırıma, aldadım səni… Mənimki, uzağı, bircə tumardı, Çəkəsən ruhuma, dönəm olam mum… …bilirəm… Bilirəm, gözəl axtaran, Şəkidə eyvan da, qara pişik də, Bu daşlı yollarda ölən ümid də, Lap elə Şəkinin özü də məsum… …Bir mən günahkaram… Bir də, ayrılıq… Şəkinin dumanı nazlanır axı…
2022
Çəhrayı Çiçək
Sənə bir çəhrayı çiçək almışam… Atmışam özümü günah eşqinə, Parlayan həyatın zər-xarasına… Asmışam özümü günah eşqimdən, Demə, oynamışam dərd havasına…
Bir yaşıl salmışam ovcumdan, demə, Bir sarı ilişib yanaqlarıma… Bir əlçim təbəssüm sərmişəm yenə Həyatın “piyada zolaqlarına…”
Mavilər bəzənir qara naxışla, Bozları sevməyi hünər sanmışam… Səni boyamışam rəng-rəng… Bağışla… … Bilmişəm… …görmüşəm… Və utanmışam… Sənə bir çəhrayı çiçək almışam…
(Nigar Arif) Tu vida, como la de una hormiga, fue devorada no te queda ni un día Llevaste el peso del mundo sobre tus hombros, como un elefante pero nadie nunca te apreció de verdad Desnataste y limpiaste tu vida, pero, ¡te habías basado en esperanzas, mujer! Sólo te reíste de tu aflicción en silencio. ¿Tu alegría te complicaba todo, mujer? Ahora localizas tus esperanzas, y tu tierra está al final de su soga. Mujer, tal vez no es algo que simplemente sabemos: la tierra es inconsciente, la roca es oscura. He aquí tu vida devorada que te espera, silenciosa y tranquilamente, al alcance de la muerte que serás.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Nə ürəyim, nə ağlım Səndən əlini üzdü. Təkliyə düşən kimi Darıxdığım da düzdü.
Baxma səsim hüzünlü, Baxma gözlərim yaşdı. Ah, səni xatırlamaq Bilirsən necə xoşdu?
Hamı bir az təsəlli, Hamı könül boşluğu. Hamı zaman israfı, Unutmaq sərxoşluğu.
Sən duyğumun sərsəri, Ruhumun hürr vaxtısan. Həsrətimin şər vaxtı, Arzumun hər vaxtısan.
Səndən nə qaldı ki…
Sonra gözəl-göyçək ayrılıq gəldi, Sonra gözəl-göyçək ayırdı bizi. Arxanca uzanan əlim gödəldi, Üzü qışa tutduq ürəyimizi.
Səndən nə qaldı ki, eh, səndən heç nə, Bir azca peşmanlıq, bir azca hüzün. Sən məni hamıdan yaxşı tanıdın, Mən səni tanıya bilmədim, quzum.
Ölü doğulubdu məhəbbətimiz, Daha yanağımda axınım sənsən… … Bir az uzaq dayan, uzaq ol mənə, Hələ də hamıdan yaxınım sənsən…
Nə sən həmin o adam, nə mən həmin qadınam, Boyn bükük ümidlər ruhunu təslim edib. Qarşılaşsaq, döyünməz birgə vuran qəlbimiz, Gecikmiş məhəbbətin qatarı çoxdan gedib.
Yaşadığım ünvan da daha həminki deyil, Daha xatirələr də canlanmır gözlərimdə. Varlığınla var olan o qadından əsər yox, Ölmüş bir qadın cismi gəzdirirəm özümdə.
Bircə-bircə xəyallar uçuruma adlayır, Zaman da taleyimə kəm biçəcək soydadır. Zülmətlərə qərq olan çarəsiz, tənha dünyam, Qaniçən yoxluğunun qaranlığı boydadır.
DAĞILAN ÜMİDLƏR
Dağılıb ümidlərin hərəsi bir köşəyə, Neyləyim axtarmağa taqətim də qalmayıb. Mən necə yanılmışam səni belə sevərək, Sən adlı bir ünvanım heç əzəldən olmayıb.
Tıxanır boğazımda eşqə dair cümlələr, Lal olur məhəbbətim sevgisizlik dilindən. Taxtın qurub qəlbimdə, həsrətin padişahı, Qurtar məni, İlahi, bu qüssənin əlindən.
Üşüyür xatirələr, yaddaşımın evində, Ruhum soyudur artıq nəfəsimdən özünü. Yollar uzanıb gedir hicranın qollarına, Gəl birlikdə kor edək ayrılığın gözünü.
ÇAĞIRIR MƏNİ
Ruhum asılıb göydən, Ölüm çağırır məni. Haqqın yolunu kəsən, Zülüm çağırır məni.
Bir quru canım qalıb, səndən sonra özümdən, Uğursuzluqlar büküb, taleyimin qəddini. Boş, mənasız bu dünya elə düşüb gözümdən, Yarıb keçə bilmədim kədərin sərhədini.
Basdırılmış ümidlər üşüyür məzarında, Çəkdiyim ah-nalələr ərşə qulaq batırır. Taleyinin önündə diz çökən quzğun kədər Mənim də gəncliyimi ağuşunda yatırır.
Bax, hələ də qalmışam keçmişin qucağında, Sönük gəzdirir ruhum bu cansız bədənimi. Sən indi ailənlə, öz isti ocağında, Mən hər gün itirirəm yaşamaq “nədən”imi.
ÜMİDSİZ
Nə vaxtdır ki ümidsiz, gümansızam sabaha, Arzuların canında məndən əsər qalmayıb. Allahın ümidinə yaşayıram hələ də, Bu kor qalmış bəxtimin gözləri açılmayıb.
Hey cəm olur sinəmdə, çarpazlaşır dərdlərim, Hicran hələ zövq alır həsrətinin dadından. Xəyalının kölgəsi kəsir başım üstünü, Ümidsizəm, ümidsiz o sevdiyin qadından.
O sevdiyin qadının kədər qırıb belini, O yuxa ürəyi də Çin Səddinə bürünüb. O sevdiyin qadının buraxandan əlini İşıqlı sabahlardan qaranlığa sürünüb.
Yolların sinəsində üşüyür yoxluğunla, Didərgin bir sevginin nəfəsini daşıyır. Puç olmuş gəncliyilə bu vəfasız həyatda Allahın ümidinə yalan-gerçək yaşayır.
SƏNSİZLİYƏ DOĞRU
Üz tutur sənsizliyə saatların əqrəbi, Hər dəqiqə ömürdən, bir ömürü aparır. Xatirələr can verir zamanın yaddaşında, Nə ömür sona yetir, nə sənsizlik qurtarır.
Zaman da öz payından, artıq pay vermir bizə, Doğan günəş isitmir üşüyən sevgimizi. Yuxuların çin olma ümidi sona yetib, Yuxular da birlikdə görmək istəmir bizi.
Döyülür sol yanımda həsrət adında vurğu, Nəbzim də hey deyinir, yorulur sürətindən. Kiçicik bir ürəkdə bunca böyük bir sevgi, Özüm də nigaranam, inan ki, səhhətimdən.
Kədər öz örpəyini atıb başım üstünə, İtib dodaqlarımda təbəssümün şöləsi. Yalnızlıq qala qurur, yeni yaşım üstünə, Havadan da duyulur bir əlvida nəfəsi.
ŞƏN, MAKİYAJLI QADIN…
Can çəkişir ümidlər həsrətinin dizində, Körpəcə arzuların bükülür bel-buxunu. Yorğun bir ürək gəzir, sənsizliyin izində, Ay mənim uzaqdakı ən dəyərli yaxınım.
Xatirənlə baş-başa – dörd divardır, bir də mən, Saatın əqrəbləri zamanı qabaqlayır. Sənsizlik payız kimi xəzan tökür üstümə, Sənsizlik payız təki ömrümü qucaqlayır.
Taqətsizəm, sabaha yalınayaq gedirəm, Yollar tikan bitirir, ayağımın altında. Səndən sonra qəhəri çəkirəm üz-gözümə, Səndən sonra həsrətəm makiyajlı qadına.
KİMSƏSİZ DAXMA KİMİ
Kimsəsiz bir daxmayam, Qapanmışam özümə. Xəyalları toz basıb, Görünmürlər gözümə.
Uçub sevgi çatısı, Məhəbbəti üşüdür. Hayqırtımı, sadəcə, Yalnızlığım eşidir.
İnstagram: vetenxan_vusale_mehri Youtube: Yazar Vüsalə Vətənxan FB: Gənc Yazar Vüsalə Vətənxan Mehri və Yaradıcılığı.
VİG TV (Vig-tv@blogspot.com)-da təsisçi və redaktor.
YARADICILIĞI 2012-2015-ci illərdə müxtəlif Mədəniyyət evlərində bədii tədbirlərdə iştirak etmiş, bu sahədə təşəkkürnamələr və fəxri diplomlar almışdır. 2016-cı ildə “Foto-fakt” qəzetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “İstedadlı Gənc Qələm” fəxri mükafatı ilə təltif olunmuşdur. 2015-2016 –cı illərdə “Ulusəs” və “Yeni şans” qəzetlərinin redaksiya heyətləri tərəfindən “Ədəbi Söz Sahibi” və “Yaradıcı Qələm Sahibi” fəxri diplomu təltif olunmuşdur. 2018-ci ildə Mədəniyyət Nazirliyinin təşkili ilə “Söz” ədəbi layihəsi çərçivəsində keçirilən “Nəsimi – şeir, sənət və mənəviyyat” festivalının (Leyla xanım Əliyeva tərəfindən) təltif edilmiş diplomatlardandır. 2019-cu ildə İmam Zaman Ağanın adına keçirilən “İntizar” qəzəl müsabiqəsinin qaliblərindən olmuşdur. 2019-cu ildə N Saylı hərbi hissədə Mübariz İbrahimov adına keçirilən tədbirdən fəxri diplom ilə mükafatlandırılmışdır. MÜƏLLİFİ OLDUĞU KİTABLAR. “Bir ovuc kölgə…”, “Ayaq səsi”, “Dözümə yer ver.”, “Qəzəl Gülü”. (Hal-hazırda yeni roman üzərində çalışır.) SSENARİLƏRİ.
“Qızlar”, “Tələbənin günlüyü”, “Özgə həyat”, “Bu son deyil”, “Ömürdən alınan 29 il”, “Vətən gülü”, “Hərbi Hospital-2020”. Antologiyalar. “Zərif Kölgələr 1 -2 -3”, “Vətən Mücahidləri 1 -2”, “Xəzər Təzkirəsi 2”, “Türk dünyası şairləri”, “Arzuların şəhidi”, “Türkay” və s. Şeir və məqalələrim müntəzəm olaraq “Hürriyyət”, “Bakı Xəbər”, “İki sahil”, “Yurd jurnalı”, “Hərbi and” və bir çox dövrü mətbuatda işıqlandırılıb. Çap olunduğu qəzet və jurnallar. “Ulduz”, “Fatimə” jurnalı. “Oxu məni”, “Palitra”, “Azərbaycan”, “Vətənpərvərlər” qəzetləri və s. ÜZVÜ OLDUĞU ƏDƏBİ MƏCLİSLƏR “Dirili Qurbani”, “Ozan”, “Aşiq Pəri”, “Vahid”, “Məcməüş-şüəra”, “DGTYB”, “Saqiyi-Kövsər”, “Qələmin sədası” və Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsi. İş fəaliyyəti. TV kanallarda yazıçı-ssenarist, sayt üzrə redaktor və VİG TV idarəçisi, təsisçi. Fitret.az-da redaktor. İşlədiyim tv programlar: “Badambura” t/s, “Oyun” t/s, “Qəzəb” t/s, “Zərbə” t/s, “Nurayın günlüyü”, “Atılmışlar” t/s, “Kitchen chef”, “X-serviz”, “David Romanov”, “Son gecə” və s. Vəzifəsi: Ssenarist, rekvizist, rejissor assenti, qrim, geyim rəssamı və s. Üzvlük.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
** ah… şair ürəyi… şair ürəyi… mən sənə xitabən nə yazım indi? deyimmi, qoymursan ümidi sevim? bu ömrün yeganə səhləbi sənin, bu ömrün sonuncu göz yaşı mənim…
bütün pərdələri toz basıb axı, hansı pəncərədən günəş görünür? sənin hər sevdana uzaqlar yaxın, mənim baxışıma çiskin bürünür…
kahinəyəm, rahibəyəm, bu eşqdə, neynim ki, ürəklə sevişmək olmur… düşüb yıxılanda tənha qədəhdən çiynini Tanrıya dirəmək olmur…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Durub sirkələdim İçimi çölə, Baxdım içimin də Bir önəmi yox. Hər şey mənasızdı, Hər şey lüzumsuz, Bu günü, sabahı Və dünəni yox.
Mən kimə lazımam, Mənə kim lazım? Ayağım getməkçün Bir himə bənddi. Nədir yaşamağın, Ölməyin belə Ən uca, ən ali, Ən gözəl həddi? Çatmayan nə varsa, Həmişə çatmır,
Çatmayan nə varsa, Boş tərəfimdi. Bir qırıq ümid var İçimdə hələ, Bu da yaşamağa Xoş tərəfimdi.
* * *
Dəli kimi vurulan Vaxtı keçmişik daha. Ağıllı başlı istəkdi. Mənim səndə, Sənin məndə Yerin təkdi. Ayrılıq sevginin intiharıdı, İntihardan qayıtdıq. Hələ indi anlayıram, İllərlə bir-birimizi Nə sevdik, nə unutduq. Mən onda sənin adına “Gələcəyim” deyirdim İllər sonra gəlmisən. Sən Tanrıya duam idin, Bunu hardan bilmisən?
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Bir gecə üşüyər əllərim qəfil, Donar dodağımda ağzım, dilim də. Solar güldanımda o ağ qərənfil, Xəbərsiz ölərəm öz mənzilimdə.
Bir gecə nə anam,nə atam bilər, Bir gecə nə oyaq,nə yatan bilər. Nə bilər havada işıldaquşlar, Nə bilər o sakit səssiz gedişi, Fələk çox oynadı ruhumla mənim, Mənim bu dünyayla axı nə işim?
Bir gecə ulduzlar sayrışar yenə, Ay da buludlardan nur səpər yerə. Uyuyar beşikdə körpələr şirin, Bircə bayquşların səsi kəsilməz. Bir gecə qəfildən donan əllərim, Son dəfə dəstəyə uzana bilməz.
Elə telefonda yanılı qalar, Yazılmış məktubun göndər düyməsi. O gecə nə məndə cəsarət olar, Nə səni oyadar qəlbinin səsi.
Xəbərsiz ölərəm ruhun da duymaz, Ölərəm, çıxaram öz qabığımdan. Elə ölərəm ki, nə çox nə də az, Əlimi tutanda havalanarsan, Gözümə baxanda havalanarsan, Tanıya bilməzsən sən məni adam.
Qış çıxacaq, Yaz olacaq. Şax gəncliyim,şux gəncliyim bir də geri dönməyəcək. Həsrət dolu gözlədiyim o illərim,o anlarım,o kədərim o sevincim,şıltaqlığım bir də geri dönməyəcək. Həsrətində olduqlarım,həsrətimdə olanlarım bir də geri dönməyəcək. Küsüb nazla barışdığım o günlərim bir də geri dönməyəcək… Qış çıxacaq,yaz olacaq,gün doğacaq Öləziyən ümidlərim cücərəcək, Dirçələcək. Arzularım qönçələnib güllənəcək. Qış gedəcək,yaz olacaq. Nə yaxşı ki yaz olacaq,gün doğacaq, Ümidlərim barlanacaq,nurlanacaq,gül açacaq Həm o tayım,həm bu tayım qovuşacaq, Nə yaxşı ki yaz olacaq. Ümidimə,fərəhimə bircə körpü al şəfəqli yaz gələcək! Nə yaxşı ki yaz gələcək!!!
Xəzan yarpaqlarının xışıltısında Büllur bulaqların pıçıltısında Səni görürəm Dan yerinin al-əlvan qırmızılığında Bəyaz gecələrin süd kimi işıq saçan aydınlığında Səni görürəm.. Lacivərd göylərin göz qamaşdıran ulduzlu kəhkəşanında Hər yeni səhərin ala-toranında Səni görürəm… Həsrətdən divanə dalğaların qaçışında Sevənlərin od yandıran baxışında Səni görürəm… Göylərin nur yağışında Ağ duvaqlı şəlalənin axışında Səni görürəm… Hər yeni günün ümid dolu gəlişində Qürub günəşinin qəlbləri sızladan kədərli,müztərib gedişində Səni görürəm… Əqlimdə sən, Qəlbimdə sən, Dilimdə sən, Gözümdə sən, Özümdə sən, Hər yerdə,hər şeydə sən. Əl çəkdim inadımdan Qurtulum əzabından Gəl,gəl qurtar, məni səndən Mən, mən olum Sən də sən…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
bir də qayıt… bir də gəl… bir də ölüm-itim mən… sonra yenə çıxıb get, kol dibində bitim mən…
arada qırpım gözümü… döyüm kirpiklərimi… dilim qıymaz özümə, söyüm sevdiklərimi…
aylar keçsin, öyrənim, çayı sənsiz içməyi… qaranquşa söyləyim qəlbdən-qəlbə köçməyi…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Mən bir alov parçası, fövqəl bir fəlakətəm. Ürəyimdə yanardağ,göz yatağım şəlalə. Qayğılardan yonulmuş ömürlük xəsarətəm. Doğmalarım didərgin, xəyallarım sülalə.
Mən pisliyi bilmərəm, hər pislik məni tapar. Yastığımın boynuna ahdan qırış çəkərəm. Qulağım guruldayar, yatağım qıcırdayar.
Sən ağlımdan keçərsən..
Bir gün yuxum çin olar, mən köksünə köçərəm. Uşaq ağlım inanar, yolu şişə çəkərəm… Şabalıdı gözümü çəkmərəm gözlərindən! Ləbin astanasında nəfəsimdən köçərəm. Təbii! Fəlakətəm.. Təbii fəlakətəm!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Sən bircə məni unutma, Qalan hər şey düzələr.
Keçib gedər aramızdan Bu soyuq havalar da. Bu ərköyün küsmələr Bu şıltaq davalar da.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Sveta, tələbə yoldaşlarının görüşünə bu dəfə qızları ilə gəlmişdi – özü də lap böyük sevinclə. Çünki belə görüşlər iki –üç ildən bir keçirilsə də, bütün tələbələr bir yerə cəm olmurdular. İndi isə bütün qrup yoldaşları, rəhmətə gedənləri çıxmaq şərtilə, görüşdə idilər. Şirin xatirələr bir-birini əvəz edirdi. Arada gözəl sağlıqlar deyilir, həzin musiqi səslənirdi. Bəzən insanı xoş duyğuların qoynuna səsləyən, bəzənsə keçmişin iztirablarını xatırladan nəğmələr bir-birini əvəz etdikcə Şahinin əhvalı da dəyişir, gözünü Svetadan çəkmirdi. Uzun illərin ayrılığından sonra gənclik illərində ondan aldığı sevgi nəşəsi yenidən yadına düşmüşdü. Xoş anlar gözünün qabağında canlandıqca başı dumanlanır, ona yaxınlaşmaq üçün fürsət gözləyirdi. Diqqəti daha çox cəlb etmək üçün arabir baməzə söhbətləri, lətifələri ilə şənliyə gözəllik qatır, gah da gözünü Svetadan çəkmədən sevgi şeirləri söyləyirdi. Nədən belə etdiyini heç özü də bilmir, ürəyindən keçənləri söyləmək üçün fürsət axtarırdı. Məclis qızışanda ona nə vaxt yaxınlaşdığından özünün də xəbəri olmadı. Keçmişin nəşəsi parıldayan gözləri ilə yenidən qadını ovsunladı, həlim səslə soruşdu: -Sveta, necəsən? Öz aramızdı, heç dəyişməmisən ha…Həminki kimi gözəlsən, canı yanmış, – o, bir qədər susub əlavə etdi, – amma qızların heç atalarına oxşamırlar. Sveta əli ilə onun ağzını tutdu, pıçıltı ilə: – Şahin, indi onun vaxtı deyil. Bilirəm niyə maraqlanırsan, vaxtı gələndə bilərsən, – dedi. Musiqi sədaları restoranı bürümüşdü. Bəlkə də görüşlərin heç biri belə gözəl keçməmişdi. Hamı rəqs edirdi. Sveta Şahinin qolları arasında sanki hər şeyi, hətta qızlarını da unutmuşdu. Ağzını Svetanın qulağına dayayan Şahin yenidən sözə başladı: -Hə…Sveta danış görək keçmişindən. Amma bir şeyi desəm, mənə acıqlanma ha… -Yox, Şahin səni həmişə çox sevmişəm. Neynim ki, əlim sənə çatmadı. Uzaq düşdük. İldə bir dəfə görüş isə bizə bəs etmədi. Nə desən, xətrimə dəyməz. Axı sən qəlbimdə ayrı bir iz qoymusan. – Eybi yox, bu da bəs idi.. Sadəcə onu demək istəyirdim ki, – o susdu, sonra yenidən sözə başladı, – sənin çox adamla əyləndyini bilirdim. Sənə olan hislərim tamam fərqli idi. Bir neçə dəfə görüşsək də, səndən tez uzaqlaşmaq istədim. Dəli eşqini duydum. Hiss etdim ki, mən də sənə bağlanıram. Yaxşı ki, uzaqlaşa bildim, yoxsa… – Yoxsa, nə? Şahin söhbəti dəyişmək istədi: – Sveta, xətrinə dəyməsin, siz erməni qızları adamı elə tora salırsınız ki, çıxmaq olmur. Bu məqsəddimi, sevgidimi, anlamaq çətin olur. Amma, öz aramızdı, bu, sevgidən çox… arxasını özün bilirsən. Bizim qızlarda isə əksinə… – Mən o vaxt səni öz toruma sala bilmədim. Heyifsilənirəm. Svetanın qəh-qəhə ilə dediyi bu söz Şahinə xoş gəldi. – Nə yaxşı ki, o tora düşməmişəm… Siz erməni qızları öz kişilərinizdən çox türk kişilərinə meyillisiniz. Axı niyə? -Sevgini milliləşdirmə də, Şahin. Sevgi insanın içindən gəlir. Bizimsə türk kişilərinə meyillənməyimizin sən düşündüyündən də çox başqa tərəfləri var,- Sveta ona daha bərk sığındı, – gəl bu barədə danışmayaq, keçmiş sevgimizin ətrini alaq bir-birimizdən. -Mənim üçün bu sevgi yox, əslində səninlə əylənmək idi, gözəl Sveta. Axı sən hamının sevgilisi ola bilməzdin. -Orası doğrudur. Mən də bilirəm kiminlə əylənmk lazımdır. Axı sən də savadlı, həm də şux qamətli idin. -Aha, aydındır. Bax, məqsədinin üstünə indi gəlirsən. Deməli, erməni qızları yaxşı toxumluq axtarırlar. Sveta susmağa üstünlük verdi. Yenidən Şahinin qolları arasında uyudu. Birdən gözləri qrup yoldaşları Seymurun və Sahibin qucağına sığınıb rəqs edən qızlarına sataşdı. Öz-özünə: -Eybi yox, qoy gözləri açıq böyüsünlər, – deyib rəqsinə davam etdi. Şahin qrup yoldaşlarına göz vuraraq üzünü Svetaya tutdu: -Nədənsə qızlarını sizin millətə oxşada bilmədim. Ərini yaxşı tanıyırdım, taksisinə o qədər minmişik ki, səninlə, – o bu sözü xüsusi intonasiya ilə dedi. Sveta gülümsündü: -Hə, elədir…əlacsız qalıb ona getdim. Əvvəlcə uşağı rədd elətdirdim. Toyumuza qədər əməlli-başlı böyümüşdü. Toyumuzdan az sonra iş yerindən Kislovodsk şəhərinə göndərildim. Sərbəst olmaq üçün ərimin mənimlə getməsini istəmədim… Orada bir oglanla tanış oldum. Azərbaycanlı idi. Bir-birimizi çox sevdik. Fizika-riyaziyyat üzrə elmlər namizədi idi. Hər gün sevgi dolu günlər yaşayırdıq. Mən ondan hamilə qaldım… Geri qayıdanda hamilə olduğumu bilən ərim çox sevindi. Hə, nə isə qızım oldu. Bayaq sənə göstərdiyim böyük qızım həqiqi atasının davamçısıdır, riyaziyyat-fizika fakültəsində təhsil alır. Çox savadlıdır. Sveta bu sözləri deyib yenə ürəkdən güldü. Şahin də ona qoşuldu. – Hə, deməli atasının gül balası… – Hə, Şahin neynim ki, öz atasından olsaydı, şofer olacaqdı da…Ha-ha-ha… – Ay səni… Çoxbilmişsən, çoxbilmiş… Sizin bu “savadınız” bizdə heç vaxt olmadı da… – Sənə əlim çatmadı, birini də səndən düzəldəsi idim… – Bəs o biri qızın kimdəndir? Sveta yenidən qəh-qəhə çəkdi, bir az toxdayandan sonra dedi: – Hə, əzizim. Böyük qızım olandan iki il sonra yenə təkmilləşdirmə institutuna göndərildim, bu dəfə isə başqa şəhərə. Xəstəxanada olarkən bir həkim oğlanla tanış oldum. O da azərbaycanlı idi. Nəzərlərini məndən çəkmədiyini gördüm. Tez bir zamanda ona elə alışdım ki… Hər gün görüşməyə başladıq. Bir ay tamam olanda geri döndüm. Bax bu qızıma hamilə qalmışdım. İndi o da həkim olmağa hazırlaşır. – Bəs yoldaşından övladın yoxdu? – Yooox, bu vacibdi məgər?! Axı bayaq özün yaxşı söz dedin: gözəl, yaraşıqlı, savadlı toxum. Hər ikisinin gülüşü salonu başına almışdı: öz aləmlərində idilər. Birdən Sveta başını azacıq qaldırıb pıçıldadı: – Yoldaşım hələ də elə bilir ki, uşaqlar ondandır. Amma arada zarafata salıb deyir: – Sveta, öz aramızdı, o qədər orda-burda oldun ki, uşaqlar da mənə oxşamadı ey. Mən isə gülürəm…. Şənlik başa çatmaq üzrə idi. Şənliyi təşkil edən Vasifin kobud səsi eşidiləndə hamı susdu. O: -Hə, dostlar, növbəti görüşümüz gələn il bu vaxt yenə burda olacaq, – deyib hamını xatirə şəkil çəkdirməyə dəvət etdi. Sveta Şahindən qopmaq istəmədi, şəkil çəkdirəndə də onunla yanaşı dayandı. Bunu görən Şahin onun qulağına pıçıldadı: -Sveta, evdə ərə gedəsi qızım, evlənəsi oğlum var axı. Hələ yoldaşımı demirəm. Sveta əl çəkmək istəmədi, nazlandı: -Gəl qızlarımdan birini oğluna al, nə olar. Sən də rahat gəlib-gedərsən bizə. Şahin tələbəlik illərində olduğu kimi birdən çılğınlaşdı: -Sən dəlisən? Bircə o qalmışdı ki, bir erməni fahisənin qızını oğluna alıb deyə lağ eləsinlər? Sveta özünü ciddi göstərmək istədi:
Mən fahisə deyiləm, mənim ərim var. Sadəcə öz qanunlarımızla hərəkət edirəm və anla ki, bütün erməni qızları belədir. -Hə də. Sizdə əri olanlar min oyundan çıxsa da, fahisə olmurlar. Çünki peysər “kişiləri” var, – Şahin bərkdən güldü. -Biz öz kişilərimizdən heç zaman uşaq dünyaya gətirmirik. Türk kişiləri mərd, qorxmaz, olduğu üçün, genimizi dəyişdirmək istəyirik. Bu bizə çoxdan tapşırılmış bir iş, xüsusi müəllimlərin keçdiyi həyat dərs olub. Mən dərsimi yaxşı aldım və vəzifəmin öhdəsindən layiqincə gəldim. Bundan belə yalnız öz kefim üçün yaşayacam. Məni düşündürən əsas qızlarımın taleyidi. Şəkil çəkdirəndən sonra Şahin Svetanı yola salmaq üçün onlara yaxınlaşdı. Sveta da, qızları da sərxoş idilər. Onlar üçün taksi saxladaraq maşına dəvət etdi. O, dostları ilə sağollaşıb maşına əyləşdi. Ünvanı eşitdikdə Şahin çaşıb qaldı:
Orda hansı binada?
10-cu binada.
Axı, o evlər xüsusi adamlar üçün tikilmişdir. Orda nə əcəb ev ala bilmisiz?
Onun da bir tarixi var.
Gizlətmə de….
Düşəndə deyərəm. Şahini dəhşət bürümüşdü. Sveta yanındakılara əhəmiyyət vermədən dedi:
Hə, Şahin bilirəm sənin üçün çox maraqlıdı. Bizim rektoru – Niyaz Qasımoviçi yaxşı tanıyırdın ? -Bəli, əlbəttə.
Bir gün məni çağırdı kabinetinə. Eşq elan elədi. Ertəsi gün saat 3-də onun otağında görüşdük. Mənim bakirəliyimi pozan o oldu. Bir- iki dəfə görüşdükdən sonra məndən ayrılmaq istədi. Dedim ki,uşağa qalmışam. Əgər məni qadının kimi qəbul etməsən, şikayət ərizəm hazırdır. O, çox qorxdu. Nə qədər yalvarsa da, uşağı abort etdirmədim. Uşağa qarşılıq bu binadan ev istədim və aldırdım. Şahin dodaqlarını gəmirdi, zorla bu sözləri deyə bildi: -Ay səni! Erməni qancıqları… Sveta heç nə olmamış kimi sözünə davam etdi: -Elə demə, biz, erməni qadınları, sevənlərimizə istədiyimizi alana qədər vəfalı oluruq. Bu da bizim qanunlarımızdan biridir. Belə olmasaydı, sizin ən yaxşı kişilərinizin arvadı, ən yaxşı vəzifədə olanlarınızın məşuqəsi olmazdıq. Hər şeyi: gözəl evləri, bərəkətli torpaqları belə əldə etmişik. Hələlik, sağ ol. İmkanın olsa, darıxanda evə zəng elə, görüşək. Səni çox sevirəm…
Nigar Arif was born in 1993 on the 20th of January in Azerbaijan. She studied at Azerbaijan State Pedagogical University in the English faculty in 2010- 2014 and graduated from “III Youth Writers’ School” in “Azerbaijan Writers’ Union” in 2016- 2017. Nigar Arif is a member of “Azerbaijan Writers’ Union”, “World Union of Young Turkish Writers”, “İnternational Writers’ Union in Kyrgyzstan”, “ Writers Union of Central Asia” and the “International Forum for Creativity and Humanity” in Morocco. Her poems have been partially translated into English, Turkish, Russian, Persian, Chinese , Portuguese , Montenegro, Spanish, Arabic, İndian, Urdu and have been published in different countries. She was a participant of “ IV LIFT- Eurasian Literary Festival of Festivals“ which was held in Baku in 2019 and “30 Festival Internacional De Poesia De Medillin” in 2020 which was held in Colombia, “Panaroma International Literary Festival 2020” in India at an online platform. She participated at the” Word trip Europe” project, “100 poets around the World for love” and “ Fourth Global Poet Virtual Meeting 2020” and so on…
The Wind
Hey wind, knocking door to door, is that one door you’re looking for, is that enough for you? Where are they now, those open doors from the hot, sunny days of summer? Where are those that loved you, to dine with and to rest; who once were pleased to welcome you and treat you as their guest? Hey wind, knocking door to door, where are your lovers now? Now the weather’s turned to winter, have they turned cold as well? Don’t knock, my dear, don’t knock, no one’s opening their door, no one will look out for you, nor call on you, no more. Who, I ask, now the weathers changed, would call on you at all? Go dear, go. Just wander round these dull grey streets and break dry trees in anger; just wait as winter turns to summer and your friends, dear wind, with the sun, will grow again once more.
The Window of Mind
No, but there is something I can’t hold back anymore, I can’t talk… Well, what I say to the dark-faced world? What I say to this time that getting dark, What I say to the day that draws to a close; What would I say? What I say to the right or wrong word – the mirror for the world that has been through my house and road, taking by hand of these crossed roads, passed by coldness and warmness of this dusty town, and smoke of the cars, and through the lights of the streets from road to road, and through the darkened hearts of people, and walked right through the eyes of the people, and turned into a word, into the mirror for the world, What I say to myself whom I have seen in this mirror? Break this mirror, break it, my life and sweet-heart! Let me not see what I realized, Well, what do you get in mind? I’m not human…I’m not human! Maybe I am a house that locked, I can’t go out of myself…I can’t! Where is a window of this house? Tell me, where opens out that window? Take my mind and lead me, Take me far away from here, Tell me, maybe the windows are the hands of the silent houses? Every day, every evening They are opened for us to embrace those that we never seen, not to show us we have seen?
I Wonder, How am I?
I am not at home today, I have gone to the far… I don’t know where I am, Well, look, probably, I have lost sight of myself… O, I don’t know, maybe… Maybe when I am in a hurry To be chasing rainbows. I have been late for myself To live to my heart’s content. As I wanted to reach us, Maybe I didn’t recognize And passed by myself… I have become thoughtful My wishes stayed hungry – Mind’s digested me… I am not at home today, My hand knocking at my door, my heart isn’t just opened, beating just itself up… It put me into fire I am burning there without you… And this life shack smells of death. It wakes me up at once. My light of hope has gone out at all. It can’t wait for a good day. You have made blind that darkened room. I am now a reproof In the house where I’m absent. I am not at home today, Don’t ask me how I am, As soon as I found you I am moved out of myself. Look, I am like that… I wonder, how am i?
To Distant Places
Hello, my friend, how are you? How’s it going down there? So, what’s the weather like? Is the wind blowing again interfering in affairs of Heaven? Does the Sun reconcile to clouds when it fell out with them? Does the rain become the eye of the house that you live in? Tell me: are the dreams playing back gammon at nights, waking up past days And drinking the memories? Do the sweet, tasteful smells that cooked by my mother you loved in childhood, knock at your door? Do the days going out Look ever at the day? Do you hear voice coming from far away, And as it touches the ears When you look for that voice Your dreams in your soul missing like me? Does your tongue mix up often spelling the old name? How is the morning there? How is the city there? They say, you fell in love there, How is that place there?
Music is Me, Word is You
I have turned into sea, Waves are line by line. Under the waves the fish is playing.
I have turned into sea, İn the coast of my verse. The sharp rocks got brittle, The sun takes it by hand.
I have turned into sea, It flies up to the sky. Dreams like the ship making sail in my soul.
I have turned into sea In the apple of the eyes. Striking against the gems On the gentle wrists.
I have turned into sea, Hairs are like water-plants. Time is on the lips resting long, and long.
I have turned into sea, You’re just the sea itself! Music of its song is me, The word of its song is you….
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Ölə bilmir şairlər Ölümü özü yazan Bir şair var haradasa… Onu sevindirmir dan, Günəş batırır yasa… Qaranlığın aşiqi, Məsumluq şeytanıdır… Gecənin yaraşığı, Əcəlin sübh anıdır… Ağlamır… Qəhərində Qələmi üzdürür o… Dünyanın səhərindən Şeirini küsdürür o… Gözünün qarasından Bəzəyir vərəqləri… Ayla gün arasından Keçirir sətirləri… Sabaha sağ çıxammır, Bu gecədən şeirlər… Burda əcəl darıxır… Ölə bilmir şairlər… (2016) Şəfa Vəli
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Yaşımın az vaxtından Boylanır xatirələr. Aramızdan ötüb keçən Nəhəng illər görünür Saçlarının ağında. Necəsən, ömrüm-günüm? Məndən sonra nə oldu? Hansı üzü əzizlədin Əlinin sığalında? Bütün köhnə xəbərləri Danış, təzədi mənə. Söylə, onun üzü, gözü, Nəyi bənzədi mənə? …Sən gəlsən, Hamıdan çıxıb gedərdim- Nələri xatırladım. O şəhəri, o binanı, O dəhlizi, Eh, bizi xatırladım. Səndə məsumluğum qalıb, Görürəm hər sözündən. Gəncliyimdən xatirəsən, Muğayət ol özündən.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Səni çox xatırladırdı, Yatıb öldürdüm gecəni. Dağıtdım fikrimin səliqəsini Ki, düşünməyim heç səni. Nə yeridi, Nə vaxtıdı həsrətin. İndi səni düşünməyə Bəs axı nə gərək var? Fikirli gəzirəm, Qəmgin gəzirəm Görən deyir, Bu işdə bir ürək var. Ümid bitir, Təsəllilər başlayır: Qoy getsin gedənlər, Nə olacaq ki? Özümə də yer qalsın Ömrümün sıxlığında. Mən varam, Həmişə öz yanımdayam Hamının yoxluğunda…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Səni gözləməyi yadırğamışam, Unudub pəncərəm yol izlərini. Üfüqə boylanıb ruhum hər axşam, Boyamır həsrətə gündüzlərini.
Səni gözləməyi yadırğamışam, Qəmin yox beynimin xatirəsində. Əllərin çoxdandır cığır çəkməyir, Tərli bədənimin xəritəsində.
Səni gözləməyi yadırğamışam, Taqət də qalmayıb ayaqlarımda. Daha həya edib qızara bilmir, Eşqin, ehtirasın yanaqlarımda.
Səni gözləməyi yadırğamışam, Nə qərib duyğudur, bir bilə bilsən. Unuda-unuda qaya olmuşam, Ərit yaddaşımı, əridə bilsən.
Hər tərəf köksünü ötürən payız, Vaxtdan dünənimi ala bilmirəm. Görəsən, mənmiydim səni sevən qız? Bağışla, yadıma sala bilmirəm. Səni gözləməyi yadırğamışam…