Blog

  • Debüt: Zabil PƏRVİZ (Neftçala).Yeni şeir

    Zabil Pərviz 1952-ci ildə Neftçalada anadan olub. 1974-cü ildə ADPU-nun filologiya fakultəsini bitirib. 1 şeir kitabı çap olunub. “Ulutürk dünyası” qəzetinin təsisçi və baş redaktorudur.

    Payız lövhələri

    Gün batır… saralıb solur şəfəqlər,
    Səma yarı qızıl, yarı gümüşdür.
    Axşam şəfəqiylə yanan üfüqlər,
    Sanki xəzan vurmuş bağa dönmüşdür.

    Dağların başında bulud dağları,
    Yayır gözlərindən gümüş məhəbbət.
    Yuyur yarpaq-yarpaq qızıl bağları,
    Payıza boyanır ana təbiət.

    Gör necə ayrılır öz baharından,
    Baharın özünü bəzəyən çinar
    Əriyib tökülür hey damla-damla,
    Qızıl piyaləyə bənzəyən çinar.

    Sanki təbiətin qəlbinə girmiş,
    Bir qızıl hörüklü gözəldir payız.
    Soyuq nəfəsilə yaşıl bağları
    Saraldır, qızardır, közərdir payız.

    Son bahar vəfasız qızlara bənzər,
    Söz verər, qönçəni gülə döndərər.
    Qəfildən tufana çevrilib əsər,
    Məhəbbət umanı külə döndərər.

  • Debüt: Miryusif MİRNƏSİROĞLU (Hacıqabul).Yeni şeirlər

    Miryusif Mirnəsiroğlu 1938-ci il martın 5-də Hacıqabulun Qarasu kəndində doğulub. “Qürbət diyarda”, “Xocalıda görüşərik”, “Sənə güvəndiyim dağlar”, “Dördüncü təcavüz olmayacaq”, “Könül nəğmələrim”, “Bir ömürdən səhifələr”, “Hacıqabuldan çıxan yollar”, “333 rübai” və digər kitabların müəllifidir. 2012-ci ildə haqqın rəhmətinə qovuşdu.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
    Dördlüklər

    Dünyaya gəlmədin boş həvəs üçün,
    Tanrı ömür yazıb hər bir kəs üçün.
    Bilməzsən bu andan sonrakı anı,
    Sən şükr et çəkdiyin hər nəfəs üçün.

    Ağırdır, bu qəmi çəkə bilmədim,
    Haqqın toxumunu əkə bilmədim.
    Sütunsuz göylərin altında belə
    Sütunlu bir koma tikə bilmədim.

    Gündüzlər Ay şəfəq saça bilmədi,
    Günəşin əlindən qaça bilmədi.
    Miryusif adlanan zavallı şair,
    Dünyanın sirrini aça bilmədi.

    Ehtiyatla dolan aşıb-daşanda,
    Əqlini başına topla çaşanda.
    Torpağa rəhm et ki, rəhm eyləsinlər,
    Sən özün bir zaman torpaqlaşanda.

    Fələk budaq kəsən dəhrəyə bənzər,
    Insan yetişməmiş meyvəyə bənzər.
    Yaxşını pislərdən ayırmaq üçün
    Dünya çalxalanan nehrəyə bənzər.

    Dünənki tumurcuq budaqdı indi,
    Dünənki budaqlar ocaqdı indi.
    Həsrətlə baxdığın nazlı gözəllər,
    Ayağın altında torpaqdı indi.

    Idrakın gücüylə mən duya bildim,
    Göydə ulduzları sanıya bildim.
    Hər gülün, çiçəyin ləçəklərində
    Tanrının adını oxuya bildim.

    Olub keçənləri yad eylə, könül,
    Kim dönüb geriyə, ad eylə könül.
    Namazdan, orucdan daha vacibdir –
    Bir sınıq könülü şad eylə, könül!

    Gözlərim çox axdı, axır duruldu,
    Ürəyim sən olan yönə buruldu.
    Düşmənim gözümlə, ürəyim imiş,
    Biri səni gördü, biri vuruldu.

  • Debüt: Zivər AĞAYEVA (Hacıqabul).Yeni şeir

    Zivər Ağayeva Hacıqabulda anadan olub.İbtidai və orta təhsilini Hacıqabulda alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.

    * * *

    Göylərdə dolanır səyyar xəyalın
    Uçmağa qüdrətin yoxdusa, gəlmə.
    Buludlar yastığım, duman yorğanım,
    Odun, hərarətin yoxdursa, gəlmə.

    Ömrümün yolları eniş, yoxuşdur,
    Hərdən günəşlidir, hərdən yağışdır.
    Həsrətim boranlı, şaxtalı qışdır,
    Anda sədaqətin yoxdursa, gəlmə.

    Bu yerdə torpağa, göydə ulduza,
    əli bərəkətli, barlı payıza,
    kəsdiyin çörəyə, daddığın duza,
    izzətin, hörmətin yoxdursa, gəlmə.

    Çəməndə çiçəyə, bağçada gülə,
    Ata ocağında qaralan külə,
    Səni boya-başa çatdıran elə
    Bir dünya həsrətin yoxdursa, gəlmə.

    Yaşa əvvəlki tək arzu, diləkdə,
    Nəfəsin duyulsun əsən küləkdə.
    Döyünən ürəkdə, vuran ürəkdə,
    O ilk məhəbbətin yoxdursa, gəlmə.

  • Debüt: Xeybər İGİDƏLİYEV (Hacıqabul).Yeni şeirlər

    Xeybər İgidəliyev 1937-ci ildə Hacıqabulda doğulub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Bir neçə il öncə haqqın rəhmətinə qovuşub.

    NƏ SƏN DOYUN, NƏ DƏ MƏN

    Əzəl gündən var-dövlətə
    nə mən uydum, nə sən uydun.
    Könül verdik məhəbbətə,
    nə sən doydun, nə mən doydum.

    Sənsiz, vallah, həyat heçdir,
    Tale bizi həmdəm seçdi.
    Ömür necə gəldi, keçdi,
    Nə sən duydun, nə mən duydum.

    Dözdük bəzən yana-yana,
    Bu sevdanın acısına.
    Biz çəkəni başqasına
    nə sən qıydın, nə mən qıydım.

    Getdi o hüsn, o yaraşıq,
    gözümüzdə sönür işıq.
    Qocalmışıq, qarımışıq,
    Nə sən oydun, nə mən buydum.

    Bulaq

    Bir gözəllə, görüşünə
    Gəldim dönə-dönə, bulaq.
    Insafdımı bundan sonra,
    Qəlb küsə, üz dönə bulaq?!

    Nə etmədi o gülyanaq,
    Dağ üstündən çəkdi min dağ.
    Gəl, sinəmin üstündən ax,
    Bəlkə odum sönə, bulaq.

    Ürəyimə salma güman,
    Yar gözündən içən zaman.
    Öpmə onun dodağından,
    Qısqanıram sənə bulaq!

  • Debüt: Məhəmməd Rza Xəlilbəyli (Salyan).

    Məhəmməd Rza Xəlilbəyli 1947-ci ildə Salyanda doğulub. ADPU-nu bitirmişdir. 1992-ci ildən – ömrünün sonuna-1998-ci ilə kimi Salyanda çıxan “Qələbə” qəzetinin redaktoru olub. “Xəlil hey…!”, “Qəhrəman Təbrizim”, “Əsrlərin sönməz məşəli”, “Boz qurdun harayı”, “Ulutürk bayramı” və digər kitabların müəllifidir. Sonuncu kitabı olan “Ələmdən qələmə” 1998-ci ildə, ölümündən bir neçə gün sonra çap olundu…

    Yurddaşlıq duyğusu

    Açıqgöz qardaşından,
    Xəbər aldı bir səhər.
    – Böyüyəndə nə olmaq,
    Istəyirsən, bəxtəvər?

    Sən ki “gündəliyini”,
    Bəzəmisən beş ilə.
    Şair, alim, rəssam ol,
    Seç birini eşq ilə.

    Cavab verdi Günətay;
    – Nə fərqi var, baş olum?
    Azərbaycanım üçün,
    Təki vətəndaş olum!

    Öləndə…

    Nə çələng umuram, nə də mükafat
    Bütün əzablara gərmişəm sinə.
    Öləndə kəfənə tutmayın məni,
    Bükün Azərbaycan xəritəsinə!

  • Debüt: Məhəmməd KAMAL (Salyan).Yeni şeir

    Məhəmməd Kamal (Məhəmməd Heydər oğlu Dadaşov) 1950-ci ildə doğulub. Salyanın Kürsəngi kəndində yaşayır. 1991-ci ildə “Savalan dağıyam dözüb durmuşam” adlı şeirlər kitabı çap olunub.

    Qan çəkəcək
    (Höccət Paşaya)

    Tonqal yanır qarış-qarış,
    Bir səs deyər oda qarış.
    Od oğlusan odla yarış,
    Baxma oda yanı, qardaş.

    Sususluğun olmaz daha,
    əkdiklərin solmaz daha.
    Boşalanlar dolmaz daha,
    Gedənlərin hanı, qardaş?

    Öz cığırın, öz yolun var,
    Öz sağın var, öz solun var.
    Koroğlu tək bir ulun var,
    Öz ulunu tanı, qardaş!

    Unudulmaz yaddaşından,
    Mənimsəsə yad daşından.
    Uzaq düşsən qardaşından,
    Qan çəkəcək qanı, qardaş.

    Sevirsənsə, halalındı,
    Izin qalsa cəlalındı.
    Od eyləsən amalındı,
    El yolunda canı, qardaş!

  • Debüt: Sabir ALİM (Neftçala).Yeni şeir

    Sabir Alim (Əsədov Sabir Alim oğlu) 18 sentyabr 1980-ci ildə Neftçala rayonunun Dördlər kəndində anadan olub. 1987-ci ildə Neftçala rayonunun Asatanlı kənd orta məktəbini, 2002-ci ildə ADPU-nun filologiya fakultəsini bitirib.
    2002-ci ildə “Tanrı səni qorusun” adlı ilk şeirlər kitabı nəşr olunub.
    2003-cü ildə “İlin ən yaxşı şeiri” nominasiyasının laureatı olub.
    2006-cı ildə “Gecikmiş qatar” adlı ikinci şeirlər kitabı çapdan çıxıb.
    2008-ci ildə Prezident təqaüdünə layiq görülüb.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    Payız simfoniyası
    Pəncərəmdə
    küləyin uçurduğu pərdələrin
    hamilə görkəmi,
    havada buludlar,
    Buludların bətnində su…

    Yağışlı və küləkli bir gündə
    tərk edilmiş qadınları xatırladar
    küçədə ayaq səslərinin çırpıldığı
    baxımsız ağaclar
    və hərdənbir axşamlar
    cındırından cin hürkən
    bomjlar yığışar
    bu ağacların dibinə.

    Yalnız göz yaşlarının
    Yanaqlarına cızdığı şəkil
    Sərxoş ərinin son zərbəsinə
    Cavab olar
    Ürəyinin səsinə
    Qulaq kəsilən qadına.

    … Pəncərəmdə
    küləyin uçurduğu pərdələrin
    hamilə görkəmi
    oxumaq necə də gözəldir
    Gecənin içinə yağan yağışın
    Musiqi sədası altında
    — Siqaret kötüyüdü yollar…

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    MƏNİM QƏBİR DAŞIM

    Bir arzum var sevənlərdən,
    Unutmayın sizlər məni.
    Gələndə də ürəklərdən
    Qoparıb atmayın məni.

    Mən öləndə qəbir daşım
    Doğma olsun sizlər üçün.
    Şəkildəki gözüm, qaşım
    Doğma olsun sizlər üçün.

    Mən öləndə qurulmasın
    Təmtəraqlı mərasimlər.
    Axar çaylar durulmasın
    Dərdimə yansa da kimlər.

    Könül verdiyim qızlar da
    Könüldən yad etsin məni.
    Oxunan xoş avazlarda
    Yaşatsınlar mən sevəni.

    Yazılan hər şeirlərim
    Dilinizdən düşməz olsun.
    Məni hər an sevənlərim
    Baxıb yanan düşmən olsun.

    Çox ağlayıb qəbir üstə
    Məni də siz incitməyin.
    Göz yaş töksə püstə-püstə
    Sizsiz qəlbi kövrəltməyin.

    Mənim üçün saf bir sevgi
    Bu həyatda əzab oldu.
    Sonda da verdi bir itki
    Verilərək, ömür soldu.

    Həbibiyəm, bu dünyadan
    Sevdim, məhəbbətsiz getdim.
    Ölsəm də, çıxmadım yaddan,
    Doymadım, söhbətsiz getdim.

    ANA

    Dünyada ən əziz nemətsən, ana!
    Hər bir an diqqətə layiqsən, ana!
    Dünyada dəyərli zinətsən, ana!
    Sənsən şeir dünyam, sazım da, ana.


    Sənsiz darıxıram yuxularımda,
    Sənsən muradım da, arzum da, ana.
    Laylalar deyirsən xəyallarımda,
    Sənsən baharım da, yazım da, ana.

    Günlərim, aylarım darıxdırıcı,
    Darıxa-darıxa həm də sıxıcı,
    Həsrətindən ruhum olub baxıcı,
    Sənsən bəxtim, alın yazım da, ana.

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    ANA

    Darıxıram yoxluğunu duyunca,
    Ayrılıq nə əzab olurmuş, ana!
    Darıxanda danışardıq doyunca,
    Tənhalıq nə yaman yorurmuş, ana!

    Əsgər oğlun əsgərlikdə darıxır,
    Həsrət məni gecələr yaman sıxır,
    Əldə silah, gözlər yollara baxır,
    Gözlərim yaş ilə dolurmuş, ana!

    Həftə sonu görüşümə gələndə,
    Kədərli üzümdə sevinc güləndə,
    Səni görəcəyəm, bunu biləndə,
    Qısa görüş qəlbə toxunmuş, ana.

    Qayıdar bu oğlun, qayıdar sənin.
    Uca zirvələrdən gələr gur səsin.
    Həsrətlə gözləyər ana körpəsin,
    Dizin üstə laylam oxunmuş, ana!

    Dedin: “oğul, vətən də sənin anan!
    Borclu olmalısan ona hər bir an!”
    Mənsə əsgərliyi bitirən zaman
    Oğul fəxri ilə, yüksəlmiş, ana!

    OLA BİLSƏYDİM…

    Mən bir tarzən olub çala bilsəydim,
    Gecə və gündüzə nəğmə deyərdim.
    Ömrümü, günümü qurban verərdim,
    Heç vaxt, bu sənətdən doydum, deməzdim.

    Mən bir çiçək olub aça bilsəydim,
    Zamansız, vaxtsız solmaq istəməzdim.
    Sevənlərin əlində sevilərdim,
    Sevənlərin əlində sevinərdim.

    Mən bir dəniz olub coşa bilsəydim,
    Dalğalarla sahili isidərdim.
    Sevənləri özümə cəlb edərdim,
    Özümə “Sevgi dənizi” deyərdim.

    Mən bir aylı gecə ola bilsəydim,
    Tənhalığı özümə dost seçərdim.
    Dərdimi gecə ilə bölüşərdim,
    O gözəl anları xoş keçirərdim.

    Mən Yaradan qüvvə ola bilsəydim,
    Qara buludu səmadan silərdim.
    Səmanın üzünü aça bilərdim,
    Həmin anda ürəkdən sevinərdim.

    Mən bir cavan ağac ola bilsəydim,
    Böyüyüb ətrafa kölgə salardım.
    Dostlarımı bura dəvət edərdim,
    Sirlərimi mən onlara açardım.

    Mən bir bulaq suyu ola bilsəydim,
    Dağlardan, dərələrdən tökülərdim.
    Bulaq başında qızları görərdim,
    Onlara da saf sevgi diləyərdim.

    Mən bir quştək göydə uça bilsəydim,
    Göyün gözəlliyini seyr edərdim.
    Göydən yerə heç enmək istəməzdim,
    Allaha yaxın olmaq istəyərdim.

    Mən bir qələm olub, yaza bilsəydim,
    Cahana “Xoşbəxtlik himni” yazardım,
    Sevənlərə “Sevgi himni” yazardım,
    Amma heç vaxt ayrılıqdan yazmazdım.

    Mən bir yağış olub yağa bilsəydim,
    Göydən yerə narın-narın düşərdim.
    Həbibi dünyasını bəzəyərdim,
    Bu dünyadan ayrılmaq istəməzdim.

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    MƏN NİYƏ SEVƏ BİLMİRƏM?

    Tanrı mənə bu əzabı
    Niyə verirsən, bilmirəm.
    Görən nədir məndəki səhv
    Mən niyə sevə bilmirəm?

    Baxıb gəzən sevənlərə,
    Alovlanan o gözlərə,
    Sonda döyüb bu dizlərə,
    Mən niyə sevə bilmirəm?

    Məhəbbətim yanar bir daş,
    Gözlərimdən axan sel, yaş,
    Mən də sevə biləydim kaş…
    Mən niyə sevə bilmirəm?

    Ürəyimin sarı simi,
    Yarama toxunan kimi,
    Köks ötürüb, çəkib qəmi,
    Mən niyə sevə bilmirəm?

    Xəstə oldum saf eşq üçün,
    Sonda qalmadı heç gücüm,
    Dərd çəkməkdən yandı içim,
    Mən niyə sevə bilmirəm?

    Axtardığım gözəl yarım,
    Sənsən ürəyimdə ağrım,
    Həbibiyəm, yandı bağrım,
    Mən niyə sevə bilmirəm?

    TƏBİƏT BAĞÇASI

    Bu gün təbiət yenə öz işində,
    Hər zaman, hər bir an öz keşiyində.
    Təbiət bağçası gözəl dünyadır,
    Sakini güldür, çiçəkdir, ağacdır.
    Torpaq öz nəfəsilə qida verir,
    Gül, çiçək, ağac ona dua edir.
    Qonağı çox olur gözəl bağçanın,
    Hətta qərib eldən gəlir qonağı.
    Külək də, yağış da qonağı olur,
    Gəlişilə gedişi unudulmur.
    Qapısı həmişə açıqdır üzə,
    Buluda, çənə, aya, həm günəşə.
    Dörd fəsildə gözəl olur libası,
    Elçilər əlindən dolu qapısı

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    OLSAM…

    Sən ulu torpaqsan, mən də ki, insan.
    Ölsəm, məni qoynuna alarmısan?
    Sevənlər göz yaşı töksə dərdimdən,
    Məzarımı əlinlə sıxarmısan?

    Mən qəlbinə yaxın bir şair olsam,
    Yazdığım şeiri oxuyarmısan?
    Gözlərində göz yaşı olub dolsam,
    Gözündən göz yaşı axıdarmısan?

    Otağında sənə baxan şəkiltək
    Gecələr sənə baxsam baxarmısan?
    Bir il qədər uzun olan həsrəttək,
    Arada darıxsan axtararmısan?

    Aynaya baxanda əksin olsam mən,
    Ənbər ləbinlə məni öpərmisən?
    Fırçamla gözəl bir rəsmini çəksəm,
    Onu dahi əsərtək sevərmisən?

    Bir dost kimi sənə bir sirr söyləsəm,
    O sirri qəlbində gizləyərmisən?
    Bədahətən sənə şeir söyləsəm,
    Sonacan oturub dinləyərmisən?

    Qəlb evimdən incik, küsülü getsən,
    Geri dönüb qapımı açarmısan?
    Qaranlıq gecənin çırağısan sən,
    Hərdən işıq saç desəm, saçarmısan?

    Günəş olub şüamı sənə saçsam,
    Sən şüalarımla qızınarmısan?
    Həbibiyəm, yağıştək yerə yağsam,
    Sən yağışlarımla islanarmısan?

    MƏHƏBBƏT

    Bu qoca dünyada biztək insana
    Ömür verib yaşadandır məhəbbət.
    Bu qoca dünyada qıza, oğlana
    Əmrin verib aldadandır, məhəbbət.

    Can, can deyib çağıran o dillərin,
    Şux qaməti qucaqlayan əllərin,
    Ətir saçan gözəl-göyçək güllərin,
    Təsirindən yaranandır, məhəbbət.

    Bəzən sevindirib, bəzən ağladan,
    Ürək qapısını üzə bağlayan,
    Sevənləri xəyallara daldıran,
    Ağılı başdan alandır, məhəbbət.

  • Gülten ERTÜRK (Türkiye Cemhuriyyeti, Ankara).Muhteşem şiirler

     

    Kemal’im

    Apansız bir hastalık geldi belimi büktü.
    İlk göz ağrım Kemal’im birden eridi, çöktü.
    Anneciğin başında gizli gizli yaş döktü
    Son günlerimde beni deli eden kederim
    Bağışladığın için önce sana Allah’ım,
    Sonra ilk göz ağrıma çok teşekkür ederim.

    Oğlum, uzun kirpiklim ne oldu birden sana?
    Haline hangi insan dayanır, hangi ana?
    Doğduğun günden beri şükrettim Yaradana.
    Son günlerimde beni deli eden kederim
    Bağışladığın için önce sana Allah’ım,
    Sonra ilk göz ağrıma çok teşekkür ederim.

    Bu dünya imtihandır Kemal’im biliyorsun
    İnan hastalığınla günahın siliyorsun
    İyileşmeni sende ben kadar diliyorsun
    Son günlerimde beni deli eden kederim
    Bağışladığın için önce sana Allah’ım,
    Sonra ilk göz ağrıma çok teşekkür ederim.

    Gözlerimin içine çaresizce bakanım
    Yüreğimi derinden alevlerle yakanım
    Ölümü genç yaşlarda kafasına takanım
    Son günlerimde beni deli eden kederim
    Bağışladığın için önce sana Allah’ım,
    Sonra ilk göz ağrıma çok teşekkür ederim.

    Gözümüzün önünde eridin azar azar
    Kimi mucize diyor, kimi de deydi nazar
    Geri döndün kalemim bak sevincini yazar
    Son günlerimde beni deli eden kederim
    Bağışladığın için önce sana Allah’ım,
    Sonra ilk göz ağrıma çok teşekkür ederim.

    Temmuz 2007

    Aksaray

    Hasan Dağı’nın etekleri
    Atalar vermiş emekleri
    Gönüllerde yatar bir saray
    Evliyalar şehri AKSARAY

    Büyüsüne çabuk kapıldı
    Az zamanda hemen tanıdım
    Beni de sizden biri sayın
    Evliyalar şehri AKSARAY

    Anadolu’nun özü burada
    Erenlerin sözü burada
    Türkiye’nin tuzu burada
    Evliyalar şehri AKSARAY

    Maneviyatından haz aldım
    Erenlerine selam saldım.
    Uyanamadım daldım daldım
    Evliyalar şehri AKSARAY

  • Şemsettin AĞAR (Dervişoğlu) (Türkiye, Ankara).Hayatı ve Yaratıcılığı

     

    ŞEMSETTİN AĞAR (DERVİŞOĞLU)

    Adıyaman Kahta Bağbaşı Köyünde doğdum. Amcamın gördüğü bir rüya üzerine ismim Şemsettin olarak konmuş.
    İlköğrenimimi köyümde,Orta Öğrenimimi Tokat İlköğretmen Okulu’nda tamamlamaya. Yüksek öğrenimimi de Anadolu Üniversitesinde tamamladım.1976 yılında Erzurum Narman Ergazi İlköğretim Okulunda başladığım öğretmenlik hayatına, güzel yurdumun birçok yöresinde devam ettim
    Sekiz yıl Erzurum’da görev yaptıktan sonra kendi isteğimle Adana Karaisalı ilçesine iline atandım. Orada da Milli Eğitim’in çeşitli kademelerinde öğretmenlik ve yöneticilik görevlerinde bulundum. 1991 yılında yine kendi isteğimle memleketim olan Adıyaman İline atandım. Adıyaman Merkez Orhangazi İlköğretim Okulunda yönetici iken 1999 yılında Türk Eğitim Sendikası Adıyaman Şube Başkanlığı’nın seçildim ve o tarihten beri profesyonel sendikacı olarak görevime devam etmekteyim. Bu görevin yanı sıra Türk Eğitim-Sen Genel merkez Disiplin Kurulu üyeliği görevini de yürütmekteyim.
    Gerçek adım Şemsettin AĞAR olup, Şemsettin DERVİŞOĞLU Mahlası ile yazmaya gayret ediyorum. Şiirde İlham kaynağım Karacaoğlan ile başlayıp Aşık Sümmani ve Günümüz Ozanlarından Merhum Yaşar Reyhani, Nusret TORUNİ başta olmak üzere Halk ozanlarımızın bir çoğundan feyiz aldım. Kalemimden, toplumsal içerikli şiir çalışmalarının yanında genelde sevda, hasret ve özleme dair şiir denemeleri damlar.

    DEM GÖRÜNÜYOR

    Bir duman çökmüş de gönül dağına
    Yamaçtan zirveye gam görünüyor
    Mihrican mı deydi vuslat bağına
    Türkü bakışında nem görünüyor

    Suç bende mi yoksa gurbet mi haklı
    Ruhu çöle saldım yitirdim aklı
    Hasretin çaresi gamzede saklı
    Gülüşün derdime em görünüyor

    Siman mehtap ile dengi dengine
    Uçarı gönlümü salar engine
    Sevdan katık mıdır çayın rengine
    Kınalı elinde dem görünüyor

    Canımdan beride olan canözüm
    Muhabbet deminde aydınlık yüzüm
    Tüm dünyaya küstü can iki gözüm
    Sensiz her şey bana kem görünüyor

    Derviş dergâhında yoksa hidayet
    Bir ömür vah ile bulur nihayet
    Visaline zaman uzarsa şayet
    Yürek kurda kuşa yem görünüyor

    Şemsettin Dervişoğlu

    HAZAR

    Möhtəşəm gözəlliyin ağlımı başdan aldı
    Qıyında yaşanmayan sevdalar yalan Hazar
    Ayrılık seherinde sazlarım hüzün çaldı
    Sineme sızı düşdü sol yanım nalan Hazar

    Sən könül taallukum hərkəsdən şaxsi kəsim
    Sən ürəkdə avazım göylərə çıxan səsim
    Milyon kez fəda olsun aldığım hər nefesim
    Mən senin başan dönüm sen yare dolan Hazar

    Həsrətin içərimdə sönməyən bir volkandı
    Duyğular Aras olub gül sineni çalkandı
    Bir Sentyabr axşamında könül şadlığa bandı
    Sənə olan bu sevda dünyaya elan Hazar

    İçimdəki atəşin hökmünü bilebilsən
    Heç getmə qal deyərdin, söz olub dilə gelsen
    Bir zerrecik suyunu mənimlə bölebilsen
    Olmazdı məndən özgə dincliyi bulan Hazar

    Qaradəniz yüreğim çırpınarkən sən deye
    Nedendir bu ayrılıq söylə bu həsrət niye
    Çaylar eş ola bilməz gözümdeki debiye
    Yadındaki Dervişin dergâhı talan Hazar

    Şemsettin AĞAR (DERVİŞOĞLU)

    (Şiir 27.09.2012 seherinde Bakü’den Gence’ye giderken yazılıb)

  • Hasan AKAR (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir

     

    BU BAKIŞLAR DÜNEDİR

    Urumeli Hisarı’nda biz de Stanbul’da
    “Türküler tutturmuşuz ”Orhan Veli gibi.
    Baharın sarhoşluğuna yakalanmışız bugün
    “Minareler katında geçen
    Gökyüzü Mahallesi’nde” Cahit Sıtkı’nın.

    Karşımızda maviliğinde yine Boğaz,
    Neredeyse martısız deniz.
    Boşuna çalıyor sanki kampanalar
    Her geçişte bilirim bir yürek yaralar.

    Ve Urumeli Hisarı’nda
    Tarihle soluklanan eski bir bankta
    Aziyade’si ile oturmuşuz Pierre Loti’nin.
    Bir fincan kahve içip
    Dalmış gitmişiz derinliklere
    Çocukken bindiğimiz bir salıncakta.

    Mevsim surlarda ilkbahar
    Bilirim bakışlar yalan söylemez.
    Belli ki buradan maziyi arıyoruz
    Elliyi aşmış işte iki sonbahar.

    Gün bitiyor,Güneş gidiyor,
    Zamanı kandırmak boşuna.
    Bu oturuş yaşanılan güne
    Bu gözlerdeki hasret dünedir.

    Biz de takıldık gayrı öylesine,
    Ağır ağır Ahmet Haşim’ce,
    Nevbahar’dan hazan mevsimine,
    Biri Karadeniz biri Akdeniz’imizle.
    Tırmanıyoruz Urumeli Hisarı’nda,
    Dönüşü yok, inişi yok artık,
    Hayatımızın son yokuşuna.

  • Ahmet DİVRİKLİOĞLU (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler

     

    SEN ZiLE Yİ ÖZLE

    KAÇ YIL OLDU GİTTİN UNUTTUN BENİ
    SEN SILAYI ÖZLE BEN İSE SENİ
    BEKLİYORUM HALA GERİ DÖNMENİ
    SEN BURAYI ÖZLE BEN İSE SENİ

    BURADA ÇOK ŞEYLER DEĞİŞTİ BİLSEN
    HAYALİN YIKILIR GELİP BİR GÖRSEN
    GEL VAZGEÇ SEVDANDAN AMA İSTERSEN
    SEN ÇİLEYİ ÖZLE BEN İSE SENİ

    GÜN DOGAR,GÜN BATAR AGARMAZ GÜNÜM
    UZATIRIM SANA YETMEZ Kİ ELİM
    GELDE BİR GÖR BENİ BU BEN DEĞİLİM
    SEN YÖREYİ ÖZLE BEN İSE SENİ

    SENSİZ YA KALMADI TADI BAĞLARIN
    ALARMIYOR RENGİ ER KİRAZLARIN
    DİŞLERİ DÖKÜLDÜ KÖHNE SURLARIN
    SEN KALEYİ ÖZLE BEN İSE SENİ

    BURADA TANIDIK YÜZLER AZALDI
    DOĞDUĞUM BU ŞEHİR YABANCI OLDU
    SENİNLE BAL TADI HATIRAM VARDI
    SEN ŞURAYI ÖZLE BEN İSE SENİ

    SENİ BEN ÖZLEDİM SENSE ZİLE Yİ
    DEREBOĞAZI NI,BAĞI,KALEYİ
    ÖZLEDİN DEĞİLMİ KİRTİK,LALEY İ
    SEN ZİLE Yİ ÖZLE BEN İSE SENİ

    İNAT

    Hayalim var,düşüm var
    Gelen günlere inat
    Bir rahvan gidişim var
    Yürüyenlere inat

    Bir tutam nefes tende
    Bir umut var yürekte
    Niyaz da var dilekte
    Bilmeyenlere inat

    Er kuşluk benim demim
    Hak ka doğrudur yönüm
    Umut görür gözlerim
    Görmeyenlere inat

    Yesi’den gelir bir yel
    Tınılar gönlümde tel
    Ödeyim derim bedel
    Vermeyenlere inat

    Titrerim Ya Hay diye
    Düşmem ümitsizliğe
    Yer bırakmam çiğliğe
    Pişmeyenlere inat

    Yunus vurur yüreğim
    Hak’ka ayan dileğim
    Geldimse gideceğim
    Göçmeyenlere inat

    Tufan kapalı kutu
    Bilir sözü,sükutu
    Gönlü sevgi hayratı
    Sevmeyenlere inat

    Ahmet DİVRİKLİOĞLU

  • Elşən BABAYEV.Yeni şeir

     

    * * *

    Ləngidim yollarında .şeytanın hiyləsiylə
    Gecikdim bəlkə də mən savablara
    Mələklər yanimda yox idi artiq
    Baş başa qalmışdım mən səhvlərimlə
    Tanrim sən də susdun bu ahlarıma
    Elə bil sınağa cəkirdin məni
    Qorxaraq sığındım günahlarıma
    Şeytan tez kəsmişdi sənə uzatdığım bu əllərimi
    Kor etdi görmədim kimi kimsəni
    Bəxş etdi qəlbimə kədəri qəmi
    Suya həsrət qalan bir səhra kimi
    Həsrət qoydu dualara dilimi
    Cahillərə yoldaş oldum
    Heç bilmirdim birdə gördüm əyyaş oldum
    Ürəyi var olan böyük daş oldum
    Sonra gördum mən anamın gözündə
    Damla-damla yaş oldum
    Usyanlarım ucaldığca bogulurdum içimdə
    Yanılırdim niyə axı hər edilən seçimdə?
    Yaşayaraq ömrümü verirmişəm məm bada
    Allahimdan başqası yalanmış bu dünyada
    Mən nəfsimə kölə olan animda
    Düşünürdum cənnətimi tapmışam bu dünyada
    Yavaş yavaş anladim ki mən tapmışam o cənnəti Xülyada
    Cavan ömrü ibatesiz keçirən
    Hər sətirdə ürəyinə biraz nifrət keçirən
    Xəyalını, arzusunu, muradını itirən
    Pessimist şairəm
    Bir dəliyəm mən
    Çox sadədir bu Elşənin alın yazısı
    Yazılıbdır ” Kədər+Qəm”

  • Elşən BABAYEV.Yeni şeir

     

    * * *

    Sarıl mənə heç kimə sarəlmadığın kimi
    Boğ məni isti nəfəsində
    Illərdir tənhalığla sevgiliyəm bir anlıq Sən ol sevgilim
    Demirəm mənə bir Leyla ol
    Və demirəm mən bir Məcnunam səninçün
    Bir xəstəlik ol, zəlil et məni
    Yaşayıram, lap istəsən öldür məni
    Ama sarıl mənə , Məni məndən al

    Susuz səhralarda parçalanmış dodağlar kimidir dodağım
    Toxun dodağınla, yaşat
    Utanma, mənki sənin əksinəm
    Qorxma, daha da yaxınlaş mənə
    Lap istəsən qışqır etrafa ki səninçün heç kiməm
    Bu şəhər , bu insanlar nifrət etsin mənə
    Sən belə nifrət mənə
    Ama yetər ki sarıl mənə, Məni məndən al

    Susmuşam yenə də
    Sən də sus danışsın hisslərimiz
    Al əlinə bir ülgüc rəsm cek kürəyimde
    Dodağinla bacarmadın ülgüclə tök qanımı
    Soruşma, sorma mənim halımı
    Bildiyini et, acıt mənii, Razıyam
    Ama yetər ki sarıl mənə, GETMƏ QAL

  • Elşən BABAYEV.Yeni şeir

     

    Bir uüfültüylə yox olan toz kimi üfürmə xatireleri kuleye
    Əldə şərab xülyalardayam sənin qarşında
    Sən pərvanəm ol dolan başıma mənsə bir şam kimi yanim sənincün
    Ya da istəməsən Çix get
    Ama
    Aparma Sevgini və aparma Sevgimi

    Yum gözünü, hisslərinlə duy məni, urəyinlə gör məni
    Bitdi şərab daha süzmə, dəm olmaq istəyirəm pay ver mənə kədərini, qəmi
    Uzat mənə kabus kimi görünən arzularını,
    Borc ver mənə qorxularını mənə öyrət qorxularla yaşamağı
    Ama
    Daş etmə, öldürmə qorxudan daha da sola qısılmış uürəyimi
    Aparma Sevgini və aparma Sevgimi

    Divarda rəsm cizar kimi ciz məni xeyalinda
    Ciz, qəlbimə çatanda bacardığın qədər qaralt
    Hələ də açma gözlərini
    Və hələ də cizmağda ol məni bacardığın qədər daha yaxşı
    Açma gözlərini hələ
    Kor olacaqsan və gözünü açdığın an çaşacaqsan,
    Tanımamışdın məni, yaxşı bilənə pis, pis bilənə yaxşı olmuşdum
    Kabus kimi təsvir etmişdin ama bax Mələk kimi saçdığım nurumla kor edirəm sənii
    Indi isə al əsanı əlinə və Çıx Get
    Xəyal etdiyin kimi xatirla məni, Bacarsan ruhumu da apar
    Ama
    Aparma Sevgini ve aparma Sevgimi

  • Azərbaycan Prezidenti yanında Gənclər Fondunun Heydər Əliyev Mərkəzində görüşü

     

    Azərbaycan Prezidenti yanında Gənclər Fondunun Heydər Əliyev Mərkəzində görüşü

    İyul ayının 9-da Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun və Qaradağ rayonu Gənclər və İdman İdarəsinin dəstəyi ilə qrant müsabiqəsi ilə əlaqədar olaraq, tədbir düzənləndi.Tədbirdə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun və Qaradağ rayonu Gənclər və İdman İdarəsinin Nümayəndələri, Lökbatan, Sahil, Qızıldaş, Buta qəsəbələrində yaşayan gənclər-gənc yazarlar və gənc idmançılar yaxından iştirak etdilər.Həmin tədbir saat 15:00-da Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində baş tutdu.Tədbiri giriş sözü ilə Qaradağ rayon Gənclər və İdman İdarəsinin sədri Elçin Abbasov açdı.Elçin Abbasov ilk növbədə təbdir iştirakçılarını salamladı və dəvətlərini qəbul edib gəldiklərinə görə hər bir iştirakçıya öz dərin minnətdarlığını bildirdi.Sonra sözünün davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün imzaladığı sərəncamlardan danışdı.Öz çıxışını başa vurandan sonra isə gəncləri maraqlandıran sualları cavablandırmaq üçün sözü Azərbaycan Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Vüsalə xanıma verdi.Vüsalə xanım da öz növbəsində tədbir iştirakçılarını salamlayıb təmsilçisi olduğu Gənclər Fondu haqqında iştirakçıları bilgiləndirdi.Sonra gənclərin suallarını cavabladı və layihələri haqqında olan bilgiləri dinlədi.Tədbirin sonunda isə Qaradağ rayon Gənclər və İdman İdarəsinin sədri Elçin Abbasov iştirakçılara uğurlar arzuladı.

  • Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

     

    Ne Olur

    Önceden söndürdüm aşk alevini
    Sorumluluk verdim yap görevini
    Sende anahtarı aç, al evini

    Bana kurşun gibi bakma ne olur
    Küllenmiş aşkımı yakma ne olur…

    Aklımdan silemem o günkü anımı
    Doldurdum senle her bir ânımı
    Kolum yastık, açtım bak sol yanımı

    Bana kurşun gibi bakma ne olur
    Benimle olmaktan bıkma ne olur…

    Aldığım haberler boynumu eğdi
    Bunca olanların sebebi neydi?
    Bu sevdaya yoksa nazar mı değdi?

    Bana kurşun gibi bakma ne olur
    Aklıma sorular takma ne olur…

    Ritmi bozuldu bu kalbin tekliyor
    Parça paça oldu yama ekliyor
    Çam kokulu o yol bizi bekliyor

    Bana kurşun gibi bakma ne olur
    Gönül sarayımı yıkma ne olur…

    Gülten ERTÜRK

    29/30.04.2007

    Annem

    Dünyaya gelmeme oldun vesile
    Çok cefalar çektin sen bile bile
    Yedirdin içirdin yapmadın hile.

    Annem taşıdığım kan canda cansın
    Bu dilim özlemle hep seni ansın…

    Hasretim sevgine ömür boyunca
    Susar bu yüreğim sana doyunca
    Adalet asillik senin soyunca.

    Annem taşıdığım kan canda cansın
    Bu dilim özlemle hep seni ansın…

    Yaptığın duada beni de gör
    Sev okşa elinde saçımı da ör
    Anne kıymetini bilemiyen kör.

    Annem taşıdığım kan canda cansın
    Bu dilim özlemle hep seni ansın…

    Sözüm namusumdur yemin ederim
    Bilmem ki hakkını nasıl öderim?
    ‘Ver’ desen canını fedadır derim.

    Annem taşıdığım kan canda cansın
    Bu dilim özlemle hep seni ansın…

    12/04/2007

  • Hasan AKAR (Türkiye Cümhuriyyeti, Tokat).Makale

     

     

    TÜRK HALK EDEBİYATINDA VEYSEL
    “Dağlar çiçek açar,Veysel dert açar”

    Halkı onun bağrından doğarak yetişenler yansıtırlar.tarih ve edebiyatı incelediğimizde halk adamı hüviyeti taşıyanların,halkın billur kaynaklarından aldıkları ham maddeyle tadına doyamadığımız birer pınar olduklarını görürüz .
    Veysel,Sivas’ın dumanlı Tecer’in ,Yıldız Dağının, yaylaların yaz-kış erimeyen karları arasında Pir Sultan’dan, Yunus Emre’ye uzanan,21 Martlarda halkının gönlünde solmayan bir nevruz çiçeğidir.Bu tür şahsiyetler halkla beslenip onların özlerini ,kültürlerini yansıttığı müddetçe gelecek kuşaklar tarafından sonsuza taşınarak halkın engin ve doyumsuz zengin kaynaklarının derinliklerinde daima yaşarlar.
    Ben onun için Veysel’i, 21 Martta kaybettik demiyorum ,aksine geçmişten nihayete uzanacak uzanan zaman evresinde Türk Dünyasının sazının tellerine ,bitmeyen uzun ince bir yolun sonsuzluğuna akortladık diyorum .
    Aşık Veysel gün gelecek tüm gerçekliğiyle yarattığı değerine özgün bir yere oturtulacaktır. Halkının ve onun kültürel değerlerini tanımadan çoğalan ve ona saygıda kusur edenlerin arttığı sözde halk sanatçılarının ötesinde halkının asil,coşkun duyarlılığını bir ayna gibi yansıtan ,yedi yaşında eline verilen oyuncak bir saza zamanının şeklini vererek halk çeşmesinde güç alan ‘yetişmek için menzile gidiyorum gündüz gece ‘diyen Veysel’i bu millet daima yaşatacaktır.
    O bir halk şairi olmasına rağmen bütün Türk dünyasını etkilemiş şahsiyettir.Berrak bir dille yazdığı şiirleri SSCB döneminde bile Türk toplumlarınca dinlenip söylenmiştir.Hatta Glastnost öncesinde Nahcıvan’da Aşık Veysel’le ilgili bir film yapılmış ,ancak o dışa kapalı dönemde filmin gösterimine izin verilmemiştir.
    Onun hemşehrisi ,Şair Yavuz Bülent Bakiler, Orta Asya, Türkistan gezilerinde Veysel’in şiirlerinin Özbekistan ve diğer Türk bölgelerinde de bilindiğini ,hatta Kırım’da bir tepeye Veysel adının verildiğini söylemektedir.
    Azerbaycan’ın ünlü şairi Prof. Dr. Bahtiyar Vahapzade ise Veysel için şunları söylemiştir .’Yunus Emre’den yedi yüzyıl sonra Türk halkının bağrından Aşık Veysel’in sesi yükseldi .20 yy. Aşık Veysel’in dilinde,Yunus Emre konuşmaya başladı .
    13 .yy.da Yunus Emre ile başlayıp,17.yy.da Karacaoğlan’da 19.yy.da Dadaloğlu’nda ortaya çıkan aşıklık geleneğinin son halkası olarak toplumsal oluşum Veysel’i kendi yetiştiği şartları ve yetenekleri ölçüsünde Türk Dünyasına armağan etmiştir.
    O,ilk şiirlerini ve türkülerini başkalarından söylemiştir. Bunlardan o yıllarda en çok meşhur olanı Ali İZZETİ’nin “Mecnunum, leyla’mı gördüm” şiiri ile yine anonim bir türkü olan “bülbül”dü.
    Veysel’i ,asıl şiir dünyamıza 1930 yılında Sivas ‘ta Maarif Müdürlüğü yapan Ahmet Kutsi Tecer tanıştırdı .5 Ocak 1931’de tertip edilen “Sivas Aşıklar Bayramı’na çağırılan Veysel’in 7 yaşında çiçek hastalığından kapanarak açılmayan gözlerine Anadolu’nun yolları açıldı .O dönemde Cevat Dursunoğlu, Ahmet Kutsi Tecer, Sebahattin Eyüpoğlu gibi yaratıcı aydınların girişimiyle halk evlerinde,köy enstitülerinde onun gibi ozanlara açılan kapı, ülke düzeyinde olmuş halkın ozanlara karşı ilgi ve sevgisini de önemli bir ölçüde yeniden yeşertip sürdürmüştür.
    Her ozanın şiirlerinde az çok kendi yaşantısı da yer alır .Özellikle halk ozanlarında bu durum daha da yoğunlaşır .Veysel’in “Genç yaşımda felek vurdu başıma,Uzun ince bir yoldayım, Dostlar beni hatırlasın” dizeleri ile başlayan şiirlerinde öbür halk ozanlarımızın kinden çok daha gerçekçi,acı ve ilginç bir kişisel ahlak görürüz.
    Onun Sivas’tan çıkışı hatta şiir yazışı 1933’ten sonraya rastlar. Ahmet Kutsi Tecer 1933’ten sonra Sivas’tan ayrılmış, o sırada Sivas lisesinde musiki öğretmeni olan halk türküleri derleyicisi ,Yurttan Seslerin kurucusu Muzaffer Sarısözen,ozanları Devlet Konservatuarı arşivinde değerlendirdiği gibi başta Veysel,Ali İzzet ve Talibi olmak üzere Sivaslı ozanları Ankara’ya ulaştırmıştır.Bir yandan konservatuarın halk bilim yönünden olduğu gibi,Türk kültürünün birer ocağı olan halkevlerinin de etkinliğinin sürdürülmesinde bu kişilerden yararlanılmıştır .Daha sonraki yıllarda Köy Enstitülerinin geliştirilmesi döneminde üstün çalışmaları olan M.E.B.Talim ve Terbiye Kurulu üyesi olan Sebahattin Eyüboğlu ,Veysel’e büyük ilgi göstererek Arifiye, Hasanoğlan ,Çifteler, Gölköy ,Pamukpınar gibi Köy Enstitülerinde Halk Bilimi Öğretmenliği yapmasını sağlamıştır.
    Sürekli bir gelişim içinde gittikçe güzel şiirler yazmayı sürdüren Veysel,1940 ‘tan sonraki bu gezici öğretmenlikleriyle aydın eğitimcilerle ,sanatçılarla ilişki kurarak başarılarını daha da arttırmıştır .1946 yılında izin alarak bu görevini bırakan Veysel, tekrar doğup büyüdüğü Sivrialan topraklarına dönmüştür .
    1950’li yıllar Veysel için yeni ,canlı bereketli ve umut yüklü yıllardır.Artık şöhreti vatan sathında boydan boya tutmuş,verilen konserlerden satılan plaklardan, şiir kitaplarından madden rahatlığa kavuşmuştur.1952 yılında halkın gönlünde taht kuran ozanın İstanbul’da büyük bir katılımın olduğu jubilesi yapılmıştır .Türkiye’de yaşayan bir halk şairi için ilk film “Karanlık Dünya “ismiyle onun köyünde çekilmiştir.
    T.B.M.M. Veysel i unutmamış 1965 yılında “Ana dilimize ve milli birliğimize yaptığı hizmetlerden dolayı” yurda hizmet tertibinden maaş bağlanmıştır.
    Veysel şiire geleneksel aşık tarzını örnek almış, önce ona ilham veren üstatlarının şiirlerini söyleyerek Kızılırmak’ın bulanık sularına doğru akmış daha sonra kendi şiirleri ile koşarak coşmuş, günü geldiğinde de yatağa sığmayan Kızılırmak gibi taşmıştır.
    O,tabiatı yansıtma bakımından halk şiiri geleneğinden oldukça ayrılıklar gösterir. Ölçü ve niteliği az çok farklı olmakla birlikte, halk ozanlarımızın çoğunluğu tabiata bakışlarındaki soyutlukta benzetme betimlemelerdeki kalıplaşmada divan ozanlarımızın etkisi altındadır. Veysel ise ona bakışında ve bazı ayrıntılarda divan şairlerimizden oldukça uzak bulunmaktadır.

    “ Yine mektup aldım gül yüzlü yardan
    Gözletme yolları ,gel deyi yazmış
    Sivrialan köyünden bizim diyardan
    Dağlar mor menekşe gül deyi yazmış”

    Dizelerinde ,köyünü, hasret duyduğu yerleri teker teker sayarken çok daha gerçekçidir.
    Şiirlerinde genellikle 6+5, 4+4 veya 4+3 veznini kullanan ozanımız yarım ve tam kafiyeleri koşmalarına ustalıkla yerleştirmiştir.
    Bütün özellikleriyle ve güzelim Türkçesi ile bizim kültür dünyamızın bir söz sultanı olduğu için yazdıklarıyla hep halkının duygularını millet,halk,yurt,toprak,birlik,cumhuriyet ve Atatürk’ü Sivrialan’da anasından emdiği süt kadar temiz bir söyleşiyle dile getirmiştir.
    Gözleri görmeyen, fakat gönül gözüyle gerçek güzellikleri çok kimseden daha iyi gören,sezen,anlayan Veysel;

    “Can kafeste durmaz uçar
    Dünya bir han konan göçer
    Ay dolanır yıllar geçer
    Dostlar beni hatırlasın” diyerek tasavvufi düşünceye özgü duygularını Yunus Emre’nin;

    “Biz dünyadan gider olduk
    Kalanlara selam olsun” mısralarıyla birleştirir.

    Yine Yaradan’ın insanları bu dünyayı, dış dünyayı görsün diye yarattığı gözlerden yedi yaşında mahrum olunca gönül gözü ile gerçekleri hepimizden daha iyi görebilecek vahdet-i vücudun aşk şarabını şöyle tasvir etmiştir:

    “Hayyam’a görünür kadehte meyde
    Neyzen’e görünür kamışta neyde
    Veysel’e görünür mevcut herşeyde
    Ne sen var, ne ben var, bir tane gaffar”

    Ateşin hamuru çiğlikten, güneşin meyveyi hamlıktan kurtardığı gibi sıkıntılar, dertler de insanları olgunlaştırır. Gün ışığına hasret dünyasında kendi kendine bir çok düğümleri çözen Veysel’in;

    “Dağlar çiçek açar Veysel dert açar
    Derdine düştüğüm yar benden kaçar
    Gerçek aşık olan kendinden geçer
    Derdini aleme yayar iniler”

    Mısralarıyla hayati incelenerek karşılaştırıldığında bu gerçek kendini apaçık gösterir.
    Veysel’in çoğu şiirinde, tabiattan izlenimler, renkler,sesler yansır. Bunların içinde baş yapıt sayılabilecek Toprak şiirinin;

    “Dost dost diye nicesine sarıldım
    Benim sadık yarim kara topraktır
    Beyhude dolandım boşa yoruldum
    Benim sadık yarim kara topraktır.”

    Mısralarında çilekeş Anadolu insanının bir parçası olan toprağın maddi unsurlarının yanında yaratılmışlığı yansıtan mana unsurları da göze çarpar.
    Veysel bizim için, balın özüdür, balın özü olarak gelmiş, balın özünü tattırmış ve bu özü bilinerek bu fani dünyadan gitmiştir. O bir bütünlüğün ballanması için çiçek özlerini toplamış, harmanlamış, yoğurmuş ve pişirmiştir. Bazı yandaşları gibi bir takım karışıklıklardan medet uman partilerin sesi, yandaşı, maddecilerin çığırtkanı olmamış; bağırtkanlığına yanaşmamış. O hep balın özünü anlatmış, yüreğini aynasında yansıtmış, sevgiye, yurtseverliğe, Türk’ün parçalanmamasına çalışmış, çağırmıştır.

    “Türk’üz, Türkler yoldaşımız
    Hesaba gelmez yaşımız
    Nerde olsa savaşımız
    Türk’üz, Türk’ü çağırırız”

    mısralarıyla hem gerekenlere gerekli cevabı vermiş, hem de Anadolu’dan Asya’ya Türk şiir geleneğinin kaynaklarına uzanmıştır,
    O Türk insanını çok seviyordu. Bu sevgisini birkaç bin yıllık bir Türk-İslam irfanını sadece ve sadece Türk-İslam irfanını Ehl-i Beyt ocağında yanmış ateşinde süzülerek yüreklenmiş sesiyle söylüyordu.

    “Aslım Türk’tür,Elhamdülillah Müslüman
    Şükür Amentüyü etmişiz iman
    Kalbimize yaraşmaz şirk ile günah
    Kalbimiz nur ile dolu sayılır”

    Veysel’i anlamak o kadar değil ama zor…Onun şiirlerinin en önemli tarafı birleştirici bütünleştirici olmasıdır. O, yıllardır Alevi-Sünni diye birbirine düşürülmek istenen insanların bu yurdun öz evlatları olduğunu anlatmıştır, bölmeye, bölünmeye karşı çıkmıştır.
    Onun bir de 1955 yılında Sivas’ta oturduğu Ali Baba Mahallesinde bir arkadaşıyla İğneci Ali’nin evinde ziyarete giden Yavuz Bülent Bakiler’in ağzından dinleyelim:
    “Israrla hazır olan sofraya otururken yemekte hazır olanlardan biri Veysel’i uyarmak istedi
    -Aman Aşık dikkat et, bu gelenler bizden değil, ikisi de Sünni ona göre konuş ha!
    Veysel’in çiçek bozuğu suratı sarardı, sofrada bir sessizlik oldu, eline aldığı kaşığı siniye atar gibi bıraktı. Başı bir süre göğsüne düştü. Elleri, çaresizlik için de birkaç defa döndü durdu. Sonra kızgın, kırgın bir sesle öfkesini boşalttı:

    -Yahu ne demek bunlar bizden değil sözü?
    Yahu ne demek Alevilik? Ne demek Sünnilik?
    Hâlâ mı siz bu kavgadasınız?

    Bu gelenler Türk mü? Türk! Müslüman mı? Müslüman! İnsan mı? İnsan!Daha var mı “Bizden değil, sizden değil” kavgası?Allah aşkına bırakın bu kafayı! Ben hoşlanmıyorum bu ikilikten.Nitekim Veysel bunu;

    “Yezid nedir, ne kızılbaş
    Değil miyiz hep bir gardaş
    Bizi yakar bizim ataş

    Söndürmek tek çaresi” mısralarında yansıtır.Onu “Sazıma” şiirinin mısralarıyla hep hatırlayacağız.

    “Ben gidersem sazım sen kal dünyada
    Gizli sırlarımı aşikar etme
    Lal olsun dillerin söyleme ya da
    Garip bülbül gibi ah ü zar etme”

    26 yıl sonra dostlar, senin şiirlerini yazdığın Yıldız Dağı’nın karlı zirvelerini Danişmend yaylalarından seyrederek,dostun Emrah’ın türbesinin karşısında Abdullah Baba’nın kucağında, senin ince uzun yolunda anıyor, arıyor.

    Tokat -Kümbet Dergisi
    Mart 1999


  • Əlirza HƏSRƏT.Yeni şeir

     

    QAPIMI DÖYMƏMİŞ AÇAN ADAMLAR

    Gözlərim diksindi yağış səsinə,
    Yağış da kəsmir ki,gözüm isinə.
    Sığınar ruhumun can qəfəsinə,-
    Qapımı döyməmiş açan adamlar.

    Qərib beşiyidir açdığım qucaq,
    Qürbətdə köz tutmaz yanan hər ocaq.
    Gör neçə bədəni başsız qoyacaq,-
    Başını götürüb qaçan adamlar.

    Gəl ayaq izini yolumdan dər də,
    Dünya cənnət olsun qoy bu xəbərdə.
    Tikər yuvasını sevən qəlblərdə,-
    Eşqdən qanadlanıb uçan adamlar.

     

  • Debüt: Rüfət AXUNDLU (Ağstafa).Yeni şeirlər

     

    Rüfət Axundlu 1983-cü ildə Ağstafa rayonunun Həsənsu kəndində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.İxtisasca teatrşünaşdır.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    ***
    Yol bir gedir göylərə.
    Min sirr gedir göylərə.
    Gedən nədir göylərə?
    Ona tamahım oldu!

    Günah etdim, doymadım,
    Min ah etdim, doymadım.
    Tamah etdim, doymadım,
    Bu da günahım oldu!

    Döndü dövran içimdə,
    Sindi vicdan içimdə.
    Bəlkə şeytan içimdə –
    gizlənib… ruhum oldu?!

    Vücud kölə, ruh nərə*?
    Dedim dayan döz hələ!
    Dözdümsə də bir belə.
    Səbir silahım oldu!

    Gah qaçdım, gah yıxıldım.
    Haqq evinə yaxındım.
    Çatıb haqqa sığındım,
    Rəbbim pənahım oldu!
    (* nərə – hara)

    BİLMİRƏM

    Səni ürəyimin sultanı sanıb,
    Gecələr yuxuda yata bilmirəm.
    Dərdimin üstünə dərd qalaqlanıb,
    Sevinci sevincə qata bilmirəm.

    Günəş tək nur tökür, şölə saçırsan,
    Mələk tək göylərə qanad açırsan.
    Məndən gizlənirsən, məndən qaçırsan,
    Əlçatmaz zirvəsən çata bilmirəm.

    Sən mənim kədərim, qəmimsən, gözəl!
    Sən mənə yar deyil, qənimsən gözəl!
    Görən elə bilir mənimsən gözəl,
    Bəs niyə əlindən tuta bilmirəm?!.

    Görüşünə tələsirəm hər səhər,
    Neçə vaxtdır görüşümüz alınmır.
    Özümüzü toplasaq da bir təhər,
    Dodaqlarda gülüşümüz alınmır.

    …Gözlərinə baxmağıma peşmanam,
    Min eybimi, günahımı görürəm.
    Bu gün ki, gün dünənimə düsmanam.
    Gözlərində sabahımı görürəm.

    Nəfəsinin soyuğunda üşüyüb,
    Baxışının alovunda qızındım.
    Min əzabı ürəyimdə daşıyıb,
    Səni gülüm, təkcə səni qazandım!

  • Debüt: Taleh MANSUR (Qazax).Yeni şeirlər

     

    Taleh Mansur 1987-ci il avqust ayının 22-də Qazaxda doğulub. “Azərbaycan” Universitetinin məzunudur.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” adlı layihə çərçivəsində layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    DAHA

    Qabaq bölüşərdik sevinci, qəmi
    Bu isə… qismətdi, bölünməz daha.
    Get, indi ünvansız baxışın kimi,
    Getdiyin ünvanın bilinməz daha.

    Gözlərim dünya tək boşaldı-doldu,
    Gözümdə dünyanın rəngləri soldu.
    Əllərim sıxıldı bir yumruq oldu,
    Ovcumda əl izin görünməz daha.

    Adın bir əzabdı, gətirsəm dilə,
    Get, özgə birini bəxtəvər elə.
    Soyuqdan, şaxtadan üşüsə belə,
    Ürəyim sevginə bürünməz daha.

    Bu həsrət sənin də qarşına keçib,
    Üzünə kədərdən bir libas biçib.
    Nə vardı sevginə qoşulub köçüb,
    Boş qalan ürəyin döyünməz daha.

    Ömrüm tükənməmiş, çatmamış sona,
    Ölümlər yaşatdın bu yazıq cana.
    Əmin ol, bir şeyə, Taleh bir yana,
    öz kölgən arxanca sürünməz daha…

    SÖYLƏ…

    Qaldırib qolunu rəqs edən zaman,
    Ürəyin atmırdı, yorulmuşdumu?
    Toy günün – o şadlıq qurulan günü,
    Qəlbində toy-büsat qurulmuşdumu?

    Üzündən asılan ağ duvaq kimi
    Gözündən xəyalım asılmışdımı?
    Sevgin də kimsəsiz bir uşaq kimi,
    Qəlbində bir küncə sıxılmışdımı?

    Sinənə baş qoyub yatan hisslərin,
    “Vağzalı” səsinə oyanmışdımı?
    Bir dəstə ağ çiçək tutan əllərin,
    Sevgimin qanına boyanmışdımı?

    Dönüb xəyallara yaşadıqların,
    “Şabaş” tək başında dolaşırdımı?
    Geydiyin ağappaq gəlin paltarın,
    O, qara bəxtinə yaraşırdımı?

    SƏNLƏR OLDU FƏQƏT “SƏN”DƏN OLMADI

    Sən ki, yaddaşıma gəlin köçmüsən,
    Demə, axtarmadı, yada salmadı.
    Əllərin ağırmış, vallah deyəsən,
    Sən qıran kölümü kimsə almadı.

    Uçdu qəlbimizdə eşqin sarayı,
    Eşitmədik, hər kəs duydu harayı.
    Bu dünyada səndən, məndən savayı,
    Sevgimizdən bir yadigar qalmadı.

    Səndə olan “sədaqət”ə nə deyim?
    Əzrayılmış bircə sadiq mələyim.
    Bu sevgisiz, bomboş qalan ürəyim
    Min bir həvəs, istək ilə dolmadı.

    Başladı neçəsi, bitdi neçəsi,
    Dolaşıq fikrimdə itdi neçəsi;
    Sən gəlmədin, gəldi getdi neçəsi
    Sənlər oldu, fəqət “sən”dən olmadı.

    KAŞ Kİ…

    Yaşayaydım, şirin yalan içində,
    Kaş ki, bilmiyəydim mən, dönük səni.
    Bir gün xəyalımdan gəlib keçəndə,
    Saxlaya biləydim ömürlük səni.

    Gedəydi qoşulub ömrə, nəyim var,
    Bir tək sən olaydın dönüb gələnim.
    Beşiyin duyğular, laylan arzular,
    Hər gün böyüyədin gözümdə mənim.

    Unudaydı yaşatmağı cismimi,
    Sevgimizi yaşadaydı bu ürək,
    Düşəydin gözümdən göz yaşım kimi,
    alçalıb gözümdən düşməzdin gərək.

    Sevəydim gecəmi qatıb gündüzə,
    Keçəydim ən ağır sınaqlarından.
    Dönəydim dilində bir kəlmə sözə,
    Yolumu salaydım dodaqlarından.

    GÖZ YAŞIM

    Qoparıb içimdən ağrı, acımı,
    Gözümün önündən tökür göz yaşım.
    Həsrətdən buz tutmuş baxışlarımı,
    İsti qollarına bükür göz yaşım.

    Sorma, həminkiyəm
    axı nə gərək?
    Sinəmdədir kədər dolu bir ürək.
    Saçlarıma sığal çəkən əlin tək,
    Kirpiymə sığal çəkir göz yaşım.

    Xatirələr bircə-bircə silinsə?
    Silinərmi sənə bağlı hər nəsə?
    Səndən fərqli nə vaxt yeri bilinsə,
    Nə yubanır,nə gecikir göz yaşım.

    Aldandanıbmı fələk quran hiyləyə?
    Bəlkə də haqlıdır bilmirəm niyə?
    Zülmətlər gözümdən çəkilər deyə,
    Gözümün qarasın sökür göz yaşım.

    Sən özün uzaqda, özgə diyarda,
    Ürəyin mənimlə qalıbdı darda.
    Nə bitəcək axı gələn baharda?
    Yanağıma ümid əkir göz yaşım.

  • İbrahim İLYASLI.Yeni şeir

     

    O SEVDALI ÇAĞLAR YADINDADIRMI

    O sevdalı çağlar yadındadırmı?-
    Bir mən igidiydim, bir də sən gözəl.
    Dünyada mənə tay dəli yoxuydu,
    Yoxuydu dünyada sənə tən gözəl.

    Bə heç demirsənmi hardadı görən
    İpək tellərinə nərgizlər hörən?
    Səniydin onlara yaraşıq verən,
    Nə çiçək gözəldi, nə çəmən gözəl.

    Sevgi bir yol gələr adama haqdan,-
    Sənin divanənəm elə o vaxtdan.
    Gözümə ağ gəlib yola baxmaqdan,
    Ürəyə xal düşüb, saça dən, gözəl.

    Mən ömür sürmədim – vaxtı uzatdım,
    Qırx il sənsizliklə başımı qatdım.
    Göynəyə-göynəyə əlliyə çatdım,-
    Gülə-gülə ölləm “öl” desən, gözəl.

    Gör mən nə saymışam fələk nə sayıb
    Dönüb sənə baxmaq sayılar ayıb…
    Aradan qırx igid ömrü addayıb,-
    Mən həmən dəliyəm, sən həmən gözəl.

     

  • İbrahim İLYASLI.Həyatı və Yaradıcılığılı

     

     

    İbrahim İlyaslı (Hacıyev İbrahim Musa oğlu) 1963-cü il mart ayının 10-da Qazax rayonunun İncə dərəsi obasının Aslanbəyli kəndində doğulub.1980-ci ildə Aslanbəyli kənd orta məktəbini bitirərək, Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsinə daxil olub.1990-cı ildə mühəndis-mexanik ixtisası üzrə institutu bitirib.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Dövri mətbuat səhifələrində haqqında yazılan məqalələr yayımlanıb.Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”, “Respublika Gəncləri”, “Elimiz.günümüz”, “Azad Qələm”, “Ədalət”, “Şərq”, “525-ci qəzet” və digər mətbu orqanlarda, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyylələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində Salyan və Cəlilabad səfərlərinin iştirakçısıdır.
    ”Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun “Politexnik” qəzetində dərc olunub.1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrinin yaratdığı “Dəniz” ədəbi birliyinə sədr seçilib və o vaxtdan fəaliyyətini bu şəhərin ədəbi mühiti ilə bağlayıb.1990-cı ildə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib, 1996-cı ildə isə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər şöbəsinin təsis konfransında şöbənin katibi seçilib.1992-ci ildə “Gənclik” nəşriyyatında çap olunmuş “Sahilsiz Dəniz” ədəbi almanaxını yazıçı Varislə birlikdə tərtib edərək, nəşrə hazırlayıb.1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib və “Ağrıdağ” nəşriyyatında “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı çap olunub.”Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə, “Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabı isə 2011-ci ildə nəşr edilib.
    2008-ci ildə “Qələm-Ofset” nəşriyyatında çap olunmuş dünya xalqlarının nağıllarından ibarət “Yüz sevimli nağıl” seriyalı 25 cildlik kitabı Türkiyə türkcəsindən çevirərək nəşrə hazırlayıb və həmin kitabların redaktoru olub.Şeirləri Türkiyə nəşr olunmuş “Çağdaş Azərbaycan şiiri” antologiyasında və Rusiyada nəşr olunmuş “Sovremennaya Azərbayjanskaya poeziya “ toplusuna daxil edilib.Bir çox Beynəlxalq Poeziya Festivallarında Azərbaycanı təmsil edib.
    Azərbaycan Respublikasıının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamlı ilə Prezident təqaüdünə layiq görülüb.
    2008-ci ildə “Bilgilər Günəşi”nin qərarı ilə türk uduq Sub-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Mahmud Kaşğari adına fondun və Türk Törə Ocağının təsis etdiyi San Yarlığı ödülünə layiq görülüb və ona bilgə sanı verilib.
    Çağdaş Azərbaycan ədəbiyyatının istedadlı şairi və Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim İlyaslı Sumqayıt şəhərində yaşayır.Ailəlidir.İki övladı var.

    BARIŞIR

    Nə sirdi, bu xalq deyilən
    Susub, ünüynən barışır?!
    Yeddi yerə parçalanır,
    Yeddi yönüynən barışır!

    Odlara düşür, buzlayır,
    Dərya içir, susuzlayır.
    Yağı gönünü duzlayır,
    Duzlu gönüynən barışır!

    Qalan şey yalandı, yalan,
    Bir sualdı mənə qalan: –
    Kölənin köləsi olan
    Hansı günüynən barışır?!

    YADINA DÜŞDÜM

    Bu gün hardan doğdu belə? –
    Gör kimin yadına düşdüm!
    Şükür Sənə, görk eləyən,
    Görkümün yadına düşdüm!

    Qoşuldum ağlar səsinə,
    Çəkildim çağlar səsinə.
    Səs verdi dağlar səsinə, –
    Ərkimin yadına düşdüm!

    Aldatdı şeytan nəfəsi,
    Atdım məni sevən kəsi.
    Hər gün məni lənətləsin,
    Hər kimin yadına düşdüm!

    ***

    Oturub ömrün içində
    çiçək şəkli çəkirəm.
    Yalan rəngləri götürüb
    gerçək şəkli çəkirəm.

    Çəkirəm ciyərlərimə
    faniliyin ətrini.
    Məndən əziz tutan varmı
    bu faninin xətrini?!

    Kimsə bilməz nə çəkdirir
    mənə mən çəkdiklərim.
    Ölümlərə cücərirlər
    olmağa əkdiklərim.

    Dəryalar mənə çəkilir,
    tufanlar məndən qopur.
    Canıma odlar ələnir,
    ruhuma sular hopur.

    Şəkillənir qələmimdə
    çoxdan ölmüş bir adam.
    Mən şair deyiləm, yavrum,
    mən bir dəli rəssamam.

    ŞEİR

    Səni
    Qana-qana
    Yazmaq olmur,
    Yaza-yaza
    Qanmaq.
    Sənə yetməyin
    Bircə yolu var:
    Yanmaq!!!
    Yanmaq!!!
    Yanmaq!!!

    ***

    Narkomanlar və dəlilərdir
    Bu məmləkətin ən bəxtəvər
    Adamları.
    Tənbəki, dərman və şərabdır
    bu ölkədə ən gərəkli nemət.
    Bir də dindən xəbərsiz mollalıqdı,
    bir də üzlü üzüyolalıqdı.
    Vəssəlam!

    – Tamammı, əfəndim?
    – Tamam, tamam!

    ***

    Narkomanlar və dəlilərdir
    Bu məmləkətin ən bəxtəvər
    Adamları.
    Tənbəki, dərman və şərabdır
    bu ölkədə ən gərəkli nemət.
    Bir də dindən xəbərsiz mollalıqdı,
    bir də üzlü üzüyolalıqdı.
    Vəssəlam!

    – Tamammı, əfəndim?
    – Tamam, tamam!

  • “TÜRK DÜNYASI GƏNC YAZARLARININ BAKI TOPLANTISI”

     

    Layihənin birinci mərhələsi başa çatıb

    30 iyun 2013-cü ildən Bakıda olan türksoylu ölkə və topluluq təmsilçiləri ilə birgə, iyulun 1-də Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyi və “Güllələnmiş heykələr”i ziyarətlə proqrama başlayan Toplantı iştirakçıları, ziyarətlərdən sonra sonra “Modern.az” redaksiyasında bu redaksiya rəhbərliyi və əməkdaşları ilə görüşüblər.
    Axşam isə R.Behbudov adına Dövlət Mahnı Teatrında Toplantının zirvə tədbiri – “DGTYB – 15: Ödül törəni və Türk Dünyası Şeir Axşamı” düzənlənib.
    Zirvə tədbirində Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun başqanı prof.dr. Nizami Cəfərov, millət vəkili Qənirə Paşayeva, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev, Azərbaycan Prezidenti yanında Gənclər Fondu Aparatının başçısı Faiq Qürbətov, “Azərbaycan Bayrağı” ordeni kavaleri İbad Hüseynov, QKTC Azərbaycan təmsilçisi Səadətdin Topukçu, Yunus Əmrə İnstitutu Azərbaycan nümayəndəliyinin başçısı Səriyyə Gündoğdu, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, univeristetlərin, QHT-lərin, KİV-lərin təmsilçiləri, şeir-sənət dostları və başqaları iştirak etmişlər. Ünlü sənətçilər – əməkdar artistlər Aybəniz Haşımova, Nuriyyə Hüseynli, Şəmistan Əlizamanlı, Firuzə İbadova, Yaqub Zurufçu, Novruz Novruzlu, vokalist İlham Əsgəroğlu, əməkdar mədəniyyət işçisi Nemət Qasımlı, yeni ulduz AYNİŞAN, gənc aşıqlar Elməddin Məmmədli, Nasir Laçınlı (Alxasov), Ramin Qasımlı və Ziyad Cəfərlinin səhnə aldığı Axşamda bir sıra DGTYB fəallarına “Türk Dünyasına Xidmət Ödülü” təqdim olunub.
    İyulun 2-də İTV-nin “Yeni Gün” proqramında canlı yayıma qatılan qonaqlar, ardınca Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Sonra isə Gənclər Təşkilatları Milli Şurasının qərargahında Dünya Gənc Türk Yazarlar Birliyinin növbəti Hesabat-seçki Qurultayı keçirilib. Qurultayda Nizamnamə dəyişikliyi, o cümlədən struktur dəyişikliyinə və təşkilat məsələsinə baxılıb.
    15 ildir DGTYB-yə başqanlıq edən Əkbər Qoşalı və bütün digər rəhbər şəxslər istefa verərək, daha gənc yaşda olan DGTYB üzvlərinə meydan tanıyıblar. Beləliklə, bundan sonra yalnız Təsisçilər Şurası (Qurucular Konseyi) başqanı olaraq görəv yapacaq Ə.Qoşalı və yaşı rəsmi gənclik yaşını keçmiş digər DGTYB mənsubları Məsləhət Şurasında (İstişarə Konseyi) çalışacaqlar. Birliyin gündəlik çalışmaları isə yeni İdarə Heyəti (Yönətim Kurulu) və Təmsilçilər Şurası (Təmsilçilər Konseyi) tərəfindən yürüdüləcəkdir. Altınbek İsmailin (Qırğız Respublikası) başqanlıq edəcəyi Təmsilçilər Konseyinin başqan yardımçıları olaraq Seyran Süleyman (Kırım) və Aybəniz Kuzəçi (Türkiyə) görəv yapacaqlar. Yönətim Kurulu başqan və yardımçıları isə Kurulun qarşı günlərdə keçiriləcək ilk iclasında seçiləcək.
    Proqramın üçüncü günündə Toplantı nümayəndələri “Azərbaycan Dil Qurumu” İB-nin başqanı, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə, Azərbaycan Yazıçılar Birliyinin başqanı, Xalq yazıçısı ANARla görüşüb; Nazirlər Kabinetində Baş nazirin müavini, Xalq yazışısı ELÇİN Əfəndiyev tərəfindən qəbul ediliblər.
    Səfər müddətində qonaqların şərəfinə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB başqanı, millət vəkili Qənirə Paşayeva, “Azərbaycan Bayrağı” ordeni kavaleri İbad Hüseynov, Türkiyə Cümhuriyyəti Azərbaycan Böyükelçiliyinin Kültür-Tanıtım müşaviri Seyidahmet Arslan və ATXƏM başqanı İlham İsmayılov tərəfindən ziyafətlər verilib (Son ziyafət Xalq şairi Zəlimxan Yaqubun iştirakı ilə baş tutmuşdur).
    Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəkləri ilə gerçəkləşdirilən layihə çərçivəsində baş tutan proqramda Azərbaycan yazarları ilə yanaşı, Türkiyə, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqurdistan, Çuvaşıstan, Kırım, Qaqauz Yeri təmsilçiləri (habelə Bakıdakı “Tuqan Tel” Tatar Mədəniyyət Mərkəzinin gənc üzvləri), habelə Rusiyanın Moskva, Sank-Peterburq şəhərlərindən, eləcə də Almaniyadan gəlmiş yeni nəsil yazarları iştirak və çıxış edirdilər.
    (Proqramda nəzərdə tutulmuş görüşlərarası müddətlərdə qonaqlar Azərbaycan paytaxtının görməli yerləri ilə, o cümlədən İçərişəhər Dövlət Qoruğu, Bayraq Meydanı və Bakı bulvarı ilə tanış olublar.)r Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyi və “Güllələnmiş heykələr”i ziyarətlə proqrama başlayan Toplantı iştirakçıları, ziyarətlərdən sonra sonra “Modern.az” redaksiyasında bu redaksiya rəhbərliyi və əməkdaşları ilə görüşüblər. Axşam isə R.Behbudov adına Dövlət Mahnı Teatrında Toplantının zirvə tədbiri – “DGTYB – 15: Ödül törəni və Türk Dünyası Şeir Axşamı” düzənlənib. Zirvə tədbirində Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun başqanı prof.dr. Nizami Cəfərov, millət vəkili Qənirə Paşayeva, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev, Azərbaycan Prezidenti yanında Gənclər Fondu Aparatının başçısı Faiq Qürbətov, “Azərbaycan Bayrağı” ordeni kavaleri İbad Hüseynov, QKTC Azərbaycan təmsilçisi Səadətdin Topukçu, Yunus Əmrə İnstitutu Azərbaycan nümayəndəliyinin başçısı Səriyyə Gündoğdu, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, univeristetlərin, QHT-lərin, KİV-lərin təmsilçiləri, şeir-sənət dostları və başqaları iştirak etmişlər. Ünlü sənətçilər – əməkdar artistlər Aybəniz Haşımova, Nuriyyə Hüseynli, Şəmistan Əlizamanlı, Firuzə İbadova, Yaqub Zurufçu, Novruz Novruzlu, vokalist İlham Əsgəroğlu, əməkdar mədəniyyət işçisi Nemət Qasımlı, yeni ulduz AYNİŞAN, gənc aşıqlar Elməddin Məmmədli, Nasir Laçınlı (Alxasov), Ramin Qasımlı və Ziyad Cəfərlinin səhnə aldığı Axşamda bir sıra DGTYB fəallarına “Türk Dünyasına Xidmət Ödülü” təqdim olunub. İyulun 2-də İTV-nin “Yeni Gün” proqramında canlı yayıma qatılan qonaqlar, ardınca Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Sonra isə Gənclər Təşkilatları Milli Şurasının qərargahında Dünya Gənc Türk Yazarlar Birliyinin növbəti Hesabat-seçki Qurultayı keçirilib. Qurultayda Nizamnamə dəyişikliyi, o cümlədən struktur dəyişikliyinə və təşkilat məsələsinə baxılıb. 15 ildir DGTYB-yə başqanlıq edən Əkbər Qoşalı və bütün digər rəhbər şəxslər istefa verərək, daha gənc yaşda olan DGTYB üzvlərinə meydan tanıyıblar. Beləliklə, bundan sonra yalnız Təsisçilər Şurası (Qurucular Konseyi) başqanı olaraq görəv yapacaq Ə.Qoşalı və yaşı rəsmi gənclik yaşını keçmiş digər DGTYB mənsubları Məsləhət Şurasında (İstişarə Konseyi) çalışacaqlar. Birliyin gündəlik çalışmaları isə yeni İdarə Heyəti (Yönətim Kurulu) və Təmsilçilər Şurası (Təmsilçilər Konseyi) tərəfindən yürüdüləcəkdir. Altınbek İsmailin (Qırğız Respublikası) başqanlıq edəcəyi Təmsilçilər Konseyinin başqan yardımçıları olaraq Seyran Süleyman (Kırım) və Aybəniz Kuzəçi (Türkiyə) görəv yapacaqlar. Yönətim Kurulu başqan və yardımçıları isə Kurulun qarşı günlərdə keçiriləcək ilk iclasında seçiləcək. Proqramın üçüncü günündə Toplantı nümayəndələri “Azərbaycan Dil Qurumu” İB-nin başqanı, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə, Azərbaycan Yazıçılar Birliyinin başqanı, Xalq yazıçısı ANARla görüşüb; Nazirlər Kabinetində Baş nazirin müavini, Xalq yazışısı ELÇİN Əfəndiyev tərəfindən qəbul ediliblər. Səfər müddətində qonaqların şərəfinə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB başqanı, millət vəkili Qənirə Paşayeva, “Azərbaycan Bayrağı” ordeni kavaleri İbad Hüseynov, Türkiyə Cümhuriyyəti Azərbaycan Böyükelçiliyinin Kültür-Tanıtım müşaviri Seyidahmet Arslan və ATXƏM başqanı İlham İsmayılov tərəfindən ziyafətlər verilib (Son ziyafət Xalq şairi Zəlimxan Yaqubun iştirakı ilə baş tutmuşdur). Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəkləri ilə gerçəkləşdirilən layihə çərçivəsində baş tutan proqramda Azərbaycan yazarları ilə yanaşı, Türkiyə, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqurdistan, Çuvaşıstan, Kırım, Qaqauz Yeri təmsilçiləri (habelə Bakıdakı “Tuqan Tel” Tatar Mədəniyyət Mərkəzinin gənc üzvləri), habelə Rusiyanın Moskva, Sank-Peterburq şəhərlərindən, eləcə də Almaniyadan gəlmiş yeni nəsil yazarları iştirak və çıxış edirdilər. (Proqramda nəzərdə tutulmuş görüşlərarası müddətlərdə qonaqlar Azərbaycan paytaxtının görməli yerləri ilə, o cümlədən İçərişəhər Dövlət Qoruğu, Bayraq Meydanı və Bakı bulvarı ilə tanış olublar.)

  • Nəcibə İLKİN.”Qəddar sevgi”(Poema).Eksklüziv

     

                 Qəddar sevgi

                        (poema)

     

    Görüşünə gəlmişdim,

    qarlı bir qış səhəri.

    Yarıb qaranlıqları,

    Aşaraq sərhədləri.

    Keçib çovgunu, qarı,

    Əldə bayraq eyləyib,

    düz əhdi, düz ilqarı,

    Görüşünə gəlmişdim…

     

    ***

    Elə çıxdın qarşıma

    sanki yad adam kimi,

    Nə “xoş gəldin” eylədin,

    nə də əlimdən tutdun.

    Yanında olduğumu

    sanki tamam unutdun.

    O solğun baxışından

    əridim bir şam kimi.

    Boğdum həyacanımı,

    boğdum acı hissimi.

    Elə sandım bir anda,

    Gələn qarlı qışam mən.

    Könlümüzü sızladan

    Həsrət dolu yaşam mən.

    Qəribə gəldi mənə,

    Belə qarşılanmağım.

    Dərd oldu ürəyimdə,

    Gecə-gündüz yanmağım.

    Elə sandım əbəsmiş,

    Bu sevgi, bu məhəbbət

    Yoxsa qara yel əsmiş?

    Ötüb keçmiş səadət!

    Həmişə gülə-gülə

    Qarşılayardın məni.

    Bir dəstə çiçək kimi

    Bəzəyərdim sinəni.

     

    İndi nə ağlayırdıq,

    nə də ki, heç gülüdrük,

    Axan göz yaşımızı

    dərdimizlə bərabər,

    içimizdə bölürdük.

    ***

     

    Görüşünə gəlmişdim…

    Qarşıladın soyuq məni.

    Öz-özümü çox danladım,

    Niyə bağışladım səni?!

    Budurmu həsrətin şirin vüsalı,

    Alışan o eşqin nə tez sönmüşdü?!

    Sanki sevgimizin isti nəfəsi,

    Odlu baxışında buza dönmüşdü.

     

    Elə bil qəlbinə yağmış yağan qar,

    Yoxsa təbiətlə bəhsə girmişdin?!

    Qəfildən gəldiyim bu gəlişi də,

    Özün də bilmədən sən gətirmişdin.

     

    Mənim başımda tufan,

    Gözümdə leysan yağış.

    Sənin içində boran,

    Gözündə buzlu baxış.

    “Niyə gəldin” söyləyib,

    Tərs-tərs baxdın  üzümə.

    Deyəcəyim sözümü

    Unutdurdun özümə.

     

    ***

    Aman Allah məhəbbət-

    Bir cəllada dönərmiş!

    O gülüşlər, sevinclər

    Ürəklərdə yox olub

    birdəfəlik sönərmiş.

    Məhəbbətin alovu

    çəkilərmiş qınına,

    Həsrət də sevgisini,

    gizlicə haraylayıb

    çağırarmış yanına.

    Sevgi tərsə dönəndə…

     

     

    Eşqin qığılcımları

    qarsalayıb üzünü,

    Deməkdə aciziymiş

    səadət də sözünü.

    Nə buluddan hay olar,

    Nə göz yaşından haray.

    Könül də yetim qalar,

    Sevgi tərsə dönəndə…

     

    ***

     

    Torpağın üstündə ağaran qar tək,

    Qəlbimin telləri ağardı birdən.

    Sakitcə lallaşıb axar sular tək,

    Eşqin dəryasını bəzədim dərddən.

     

    Sən demə sevgimə gəlibmiş bu qış,

    Əlimi əlindən ayırmaq üçün.

    Sən demə bəxtimə yağırmış yağış,

    Həsrətin təşnəsin doyurmaq üçün.

     

    Baxıb gözlərinə

    Günahkar kimi.

    Oldum bu sevdanın

    Qəddar hakimi.

     

    On ili bir günə döndərən sevgin,

    Bəs niyə bu qədər tərsinə döndü?!

    Bir günüm on ilə döndü həmin gün,

    Səndəmi bəxtimin səsinə döndün?!

     

    Bəxtimin qışına, qarına bir bax,

    Ay  mənim ömrümün son baharlısı.

    Yenidən leysan ol gözlərimdən ax,

    Qoyma  bu sevginin bitsin “yarası”.

     

    Bir zaman çalınan həzin bir laylan,

    Bir zaman açılan səhərin idim.

    İndi o yollara həsrətlə boylan,

    Bu eşqdən özümə ölüm dilədim.

     

    Soyuq baxışından elə səksəndim,

    Elə bil ki, dünya uçdu başıma.

    Nə sən sən idin, nə mən mən idim,

    Bir qara bağlandı tale daşıma.

     

    Bu yaşda sevginin dərinliyini,

    Sən ölçüb biçmədin, mənmi günahkar?!

    Bu yaşda sevginin şirinliyini,

    Şərbət tək içmədin, mənmi günahkar?!

     

    Təşnəydim bir kəlmə şirin sözünə,

    Gözlədim, onu da mənə qıymadın.

    Köz basıb vüsalın təşnə gözünə,

    Bu eşqin qanını içib, doymadın.

    ***

    Söylədim:- Budurmu əhdin, ilqarın?

    Ay ilqar yiyəsi, vədə yiyəsi,

    Ömrümü eylədin ömürdən yarı,

    Beləmi sevirlər, sevilən kəsi.

     

    And içib göylərə, and içib yerə,

    Əyləşdin eşqinin şahlıq taxtına.

    Asıb ürəyimi gündə min kərə,

    Qanımdan gül düzdün çiçək baxtına.

     

    Nə yerə sığışdı, nə göyə bu eşq,

    Ruh olub göylərə çəkildi hərdən.

    Dedilər dərmandı ürəyə bu eşq,

    Sən demə, ürəyi sökürmüş dən-dən.

     

    Dinmədin…dediyim acı kəlmələr,

    Toxundu qəlbinin nazik yerinə.

    Gördüm ki, çox yorur məni bəlkələr,

    Qoymadım bu eşqin qəm ilə dinə.

     

    Qayıtdım… Bu eşqin qara yoluyla

    Yolboyu daşlara dedim dərdimi.

    Gözümdən süzülən qanlı yaşlarım

    Düzüldü sinəmə mirvari kimi.

     

    Qayıtdım… dumanlı fikirlərimi,

    Gəldiyim yollara çəpər  eylədim.

    Ən böyük səbrimi sinəmdən asıb,

    Bu acı görüşə sipər eylədim.

     

    Qayıtdım… cavabsız qayğılarımın,

    Göynətdi qəlbimi acı tüstüsü.

    Min yerdən qan verən könül bulağım,

    Oldu bu eşqimin çiçək dəstəsi.

     

    Gileyim, güzarım haray çəkərək,

    Döndü dağ zirvəli dağ şəlaləyə.

    Hər qaya köksündən bir nalə qopdu,

    Dinlədim, eşqimin səsidir deyə.

     

    ***

    Döndü xəyallarım sısqa yağışa,

    İlqarım ağladı, əhdim ağladı.

    Döndüm yollarımda qarlı naxışa,

    Yenicə dil açan bəxtim ağladı.

     

    Sən demə aldanıb yaz vədəsinə,

    İndi də baxıram qışa dönmüşəm.

    Uymuşam eşqimin bülbül səsinə,

    Yuvası dağılmış quşa dönmüşəm.

     

    Yazdığım məktublar düşdü yadıma,

    Danladı üzümü yazdığım sözlər.

    Nələr yazmamışdın mənim adıma,

    Göynətdi qəlbimi qoyduğun izlər.

     

    Eh…həyat yalanmış, sevgi yalanmış,

    Oldum bəyaz ömrün bahar yorğunu.

    Gələn səadət də üzdə olanmış,

    Çəkmədi sinəmdən sevda oxunu.

    ***

    Həsrət varağıma töküldü qan yaş,

    Yenidən közərdi külü dərdimin.

    Dil açdı həsrətim, ürəyində daş,

    Min yerdən ah çəkdi dili dərdimin.

     

    İnlədim vəfalı bircə yar deyib,

    Sevda yolum olub tufan, qar deyib,

    Sığındım mən sənə dünyam var deyib,

    Nə tez yıxdı səni əli dərdimin?!

     

    Döndüm laylasına yar deyən kəsin,

    Sevməyən nə bilər sevgi naləsin?!

    Açdın ürəyimin qəm pəncərəsin,

    Yoxsa tufan oldu yeli dərdimin?!

     

    Ürəyim qəm yeri, dolu daş kimi,

    Sevdam gözlərimdən axdı yaş kimi,

    Asıldım yaxandan bir sirdaş kimi,

    Sənə dərd oldumu əli dərdimin?!

    ***

    İkimiz bu yolda necə yanmışıq,

    Bilir dostlarımız, bilir tanışlar.

    Bu eşqin yolunda alovlanmışıq,

    İndi bu yollarda sevgimiz qışlar.

     

    Söylədin xəyaldı, bu sevgi deyil,

    Bu  yolda hər sözə layiq bilindim.

    Yar deyib sığındım isti köksünə,

    Sən demə yenidən iki bölündüm.

     

    İkiyə bölünmüş sevən ürəyim,

    Min yerdən dağlanıb, aha büründü,

    Mənim tək sevənin, ya sevilənin,

    Taleyi özündən beləmi döndü?!

     

    Mən elə bilirdim, elə bilirdim,

    Bu sevgi ömrümə bahar gətirmiş.

    Tale ağlatdıqca elə gülürdüm,

    Sən demə gülmək də ayrılıq imiş…

     

    Sevirdim…gözümün qorası idin,

    Sevirdim…gözümün qarası idin,

    Sevirdim…qəlbimin parası idin,

    İndi nə təbibimim, nə loğmanımsan.

     

    Sənsiz  Günəş çıxar, nə Ay batardı,

    Sənsiz  gözüm görər, nə də yatardı,

    Sənsiz quru söz də məni tutardı,

    İndi nə səhərim, nə də danımsan.

     

    Bahar da sən idin, yaz da sən idin,

    Ağzımda bir kəlmə söz də mən idin,

    Qəlbimi oxşayan naz da sən idin,

    İndi nə ürəyim, nə də canımsan.

     

    Güldürə-güldürə ağlatdın məni,

    Ağlaya-ağlaya gülürəm indi.

    Sənin həsrətinə neçə can verib,

    Özümü min yerə bölürəm indi.

     

    İndi xəyallarım közə qarışıb,

    Bir ömür göz yaşım gözə qarışıb,

    Düşmüşəm yollara izə qarışıb,

    Açılmış gül idim, soluram indi.

     

    Bir dünya sevgiyəm, bir  ömür yolu,

    Sındı bu eşqimin qanadı, qolu,

    Bir dünya nəğməydim, bir ürək dolu,

    Bulud tək boşalıb doluram indi.

     

    ***

     

    Ölümə nə var ki, gedəcəm bir gün,

    Gəlib məzarıma nə deyəcəksən?!

    Xəyal tək ömründə qalacam hər  gün,

    Bax, onda sevgimə baş əyəcəksən.

     

    Şaxtalı ömrümə əlvida deyib,

    Sığındım mən sənə çətində, darda.

    Bu ülvi sevgimi kəfən eyləyib,

    Rahat yatacağam soyuq məzarda.

     

    Nə məzar ağlayıb, nə də ki, torpaq,

    Mənə yas tutacaq, ağı deyəcək.

    Xəzəl tək üstümə tökülən yarpaq,

    Sevdalı ahıma  baxıb  güləcək.

     

    Bitəcək üstümdə güllər, çiçəklər,

    Bitəcək ömrümün sənli baharı.

    Torpağım üstünə düşən ləçəklər,

    Olar sevgimizin quzeyli qarı.

     

  • Azadə ÇOBANZADƏ.Məqalə

    Əmanət Qəbirlər

                Səlim ay Səlim, Nə çox yatdın7 Qalx ayağa mallar ac qaldı qoyun quzu acından mələşir. Kifayət xanım bu sözləri eşidəndə məətdəl qaldı. Allah sən saxla , yəqin arvadın başına hava gəlib. Nə mal, nə qoyun-quzu, Nə Səlim?

    Kubra xalanın yaraşıqlı evləri, mal-qarası yağı düşmənə qaldı. Hələ bunlar bir yana əzizləyə-əzizləyə böyüdüb boya başa çatdırdığı son -beşik oğlu Niyaz şəhid oldu. Səlim kişi bu müsübətlərə dözməyib dünyasını dəyişdi. Onu öz vəsiyyətiə əməl edib qəbirstanlıqda əmanət bastırdılar.

    Kubra xala gözlərini yollara dikib ümidini üzmədi. Hər axşam səhər əllərini göyə qaldırıb Allaha yalvardı.

    Allah sən düşmənin bəlasını ver!  Haqq ədalət oz yerini tapsın. Doğma yurdumuza yuvamıza qayıdaq. Qurban olum sənə ay Allah səndən ömür yox möhlət istəyirəm. Sən mənə möhlət ver Niyazın qəbrini ziyarət edim. Onun yanında məni torpağa tapşırsınlar. Hər sabahın ümidlə açılacağını gözləyən kubra xala nədənsə bu səhər yatıb qalmışdı.

    Kifayyət xanım adəti üzrə həyat yoldaşını və uşaqlarını məktəbə yola salıb oz işləri ilə məşğul olurdu. O elə zənn edirdiki, yəqin arvad gecəni yaxşı yatmayıb. Qəflətən qışqırtıdan diksinən Kifayyət xanım doğma anası qədər xətrini istədiyi qaynanasına yaxınlaşanda arvadın halı özündə deyildi.

    Sənə qurban olum ay ana yuxu görürsən nədi? Bir az sakitləş! Kubra xala isə dil boğaza qoymurdu.

    Yaxın gəl ay Niyaz, niyə məndən qaçırsan? Boynuna qurban olum gəl üzündən öpüm, atanıda çağır gəsin ona deyiləsi sözüm var. Kifayyət xanım balaca oğlu Xalidi çağırdı.

    Oğlum qaç məktəbə atanı çağır, tez evə gəlsin nənənin halı pisləşip. Ertəsi gün Kubra xalanı oz vəsiyyətinə əməl edərək həyat yoldaşı səlim kişinin yanında əmanət kimidəfn etdilər . Kubra xalanın bu niskilli olümü hamını sarsıtdı. Hər gecə övladlarının yuxusuna girib oğlu Niyazı çağırıb qucaqlamaq istəyən Kubra xalanın övladları belə qərara gəldilər ki, Niyazın şəklini Kubra xalanın qəbir daşına vursunlar. Bəlkə bir az təskinlik tapalar. Belə də etdilər. Baş daşında Kubra xala oğlu ilə qoşa dayanmışdı. Bir müddət keçdi. Səlim kişi ilə Kubra xalanın qəbirləri arasında bitən yasəmən ağacı sanki qolarını açıb niyazın şəklini qucaqlamışdı. Bu ağac eyni ilə Kubra xala gildə doğma evlərinin eyvanı qarşısında bitən yasəmən ağacına bənzəyirdi.

    Qəbirstanlığa gələn hər kəs bu mənzərəni görəndə göz yaşlarını saxlaya bilmirdilər. Allah düşmənə lənət eləsin dedilər.

    Azədə Çobanova Kəbirli kənd sakini, mədəniyyət işçisi.

  • Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

     

    Göz Yaşartanım

    Efkarlandı deli gönül daraldı
    Sana daldım yine göz yaşartanım…
    Aşkın kanununda bu bir kuraldı
    Sende kaldım yine göz yaşartanım…

    Neler geldi neler geçti gözümden
    Pek çok yaşlar döktüm bu can özümden
    Ne olursa olsun dönmem sözümden
    Sende kaldım yine göz yaşartanım…

    Sensiz dolaşmıyor damarda kanım
    Dinmiyor nedense acır sol yanım
    Göğüs kafesimde sen benim canımmm
    Sende kaldım yine göz yaşartanım…

    Sensizlik duygusu beni kemirir
    Hüznün bile bana mutluluk verir
    Buzlu dağım seni görünce erir
    Sende kaldım yine göz yaşartanım…

    Azrail geldi de gelemem dedim
    Ben yari görmeden ölemem dedim
    Onsuz hiç bir zaman gülemem dedim
    Sende kaldım yine göz yaşartanım…

    03 02 2007

    Ne Olur

    Önceden söndürdüm aşk alevini
    Sorumluluk verdim yap görevini
    Sende anahtarı aç, al evini

    Bana kurşun gibi bakma ne olur
    Küllenmiş aşkımı yakma ne olur…

    Aklımdan silemem o günkü anımı
    Doldurdum senle her bir ânımı
    Kolum yastık, açtım bak sol yanımı

    Bana kurşun gibi bakma ne olur
    Benimle olmaktan bıkma ne olur…

    Aldığım haberler boynumu eğdi
    Bunca olanların sebebi neydi?
    Bu sevdaya yoksa nazar mı değdi?

    Bana kurşun gibi bakma ne olur
    Aklıma sorular takma ne olur…

    Ritmi bozuldu bu kalbin tekliyor
    Parça paça oldu yama ekliyor
    Çam kokulu o yol bizi bekliyor

    Bana kurşun gibi bakma ne olur
    Gönül sarayımı yıkma ne olur…

    29/30.04.2007

  • Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

     

    Yabancı

    Avuçlarıma bakmaktan ellerim duaya durdu.
    Deli gönlüm saatlerini yalnızca sana kurdu

    Attığın imzaların yerlerinde duruyor
    Aklımsa bin bir çeşit sorularını soruyor

    Karanlık odalarıma ışıklar mı doluyor?
    Mühürlü kalbimi açmaya neler sebep oluyor?

    Bir alev topu yavaş yavaş yaklaşmak da
    Vücudu hararetten ateşler sarmak da

    Kaşımdaki çeşmeden kana kana içsem diyorum
    O anda geçmişi bir kalemde siliyorum

    Dün geçmişte kaldı, yarın gelmedi
    Bu gönül hiçbir zaman muradına ermedi.

    Dünü bu güne bu günü yarına ekleyen bir şeyler var
    Ne olursa olsun yabancı sen yine bu güzelliği sar.

    26.05.2008

    Gel Artık

    ‘Gözler kalbin aynasıdır’ derler
    Ben de kalbime sakladım seni
    Bakarsan gözlerime
    Göreceksin kendini.
    Bendeki bu közler
    Söylediğim bunca sözler
    Bu gözler
    Senin gelmeni gözler…
    Bu gözler sadece seni özler…
    Bazen parçalı bulutlu
    Yine de senden umutlu
    Ara sıra duman duman
    Seni düşünür her an
    Sana olan sevgimi
    İstersen Yaradana sor
    Bir tek O biliyor.
    Yokluğun hep bana
    Buruk acı veriyor.
    Bir tanem
    Yokluğuna
    Dayanamam…
    Yaş olup düşersin diye
    Sulansa da gözlerim
    Ağlayamam…

    08/03/2007

  • İbrahim İLYASLI.Şeirlər

     

    YUXUMA SÖYKƏNMİŞ ADAM

    Sevgiyə layiq dostun yox,
    Nifrətə layiq düşmənin.
    Nə layiqsiz adamsan sən –
    Bə sənin nəyin var, nəyin?!

    Nə dərdindən ölənin var,
    Nə öldürmək istəyənin.
    Zalım adam, aciz adam,
    Bə sənin nəyin var, nəyin?!

    Matdım-matdım nə baxarsan,
    Bu Yer sənin, bu Göy sənin.
    Səninkilər sənin deyil,
    Bə sənin nəyin var, nəyin?!

    Nə haqqını tanıyırsan,
    Nə nahaqdan yox köməyin.
    Haqlı adam, haqsız adam,
    Bə sənin nəyin var, nəyin?!

    Nə ağ bayrağın yellənir,
    Nə gəlir qanlı köynəyin.
    Amalın yox, amacın yox,
    Bə sənin nəyin var, nəyin?!

    Yaşa dolmaq yaşamaqmı,
    Yaşanıb tükənmiş adam?
    Yaradandan utanbarı,
    Yuxuma söykənmiş adam!

    GETSİN

    Gəl sənə bir yalan uydurum, könül,
    Adına aldanıb yaşa da getsin.
    Ən böyük yalanmış doğru deyilən,
    Doğruçu olmağı boşla da getsin.

    Dosta yalan danış, yara yalan de,
    Dağa dərə söylə, quşa ilan de.
    Baxıb olmazlara: budu olan,- de,
    Oxunu daşlara tuşla da getsin.

    Təpil yarğanlara, çəkil çallara…
    Boylan məzə kimi qeylü-qallara.
    Çürük matahını bürü şallara,
    Bəh-bəhnən alınsın, xoşa da getsin.

    Nə gözəl toxunub fələyin toru?-
    Adam özü qaçır ağzına doğru.
    İçində quldurdu, çölündə oğru,
    İçini-çölünü xışla da getsin.

    Ömür deyiləni qılıqla, yanla,
    Fanidə oyun qur cisimlə, canla.
    Bir zaman qapına gerçək yalanla
    Qoşa gəlmişdimi? – Qoşa da getsin!

     

  • Alxan Binnətoğlunun “Elimiz.günümüz” qəzetinə müsahibəsi

     

     

    “Allah eləməsin ki, “Meydan”ın taleyi Tiflis Türk Teatrının taleyinə oxşasın…”

    Redaksiyamızın qonağı Gürcüstanda nəşr olunan “Meydan” dərgisinin baş redaktoru, şair-dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Alxan Binnətoğludur.
    Alxan müəllim, Bakıya yolunuz gec-gec düşdüyündən, biz görüş fürsətini qaçırmaq istəmədik. Xoş gördük sizi. Jurnalistlik fəaliyyətinizlə, eləcə də bədii yaradıcılığınızla kifayət qədər tanış olan bir adam kimi deyə bilərəm ki, çoxlarından: “Alxan Binnətoğlu mənim ən istəkli müəllimim olub” – sözlərini eşidəndə heç də təəccüblənmirəm. Zənnimcə, kifayət qədər təcrübəli və təmənnasız bir jurnalist, şair, dramaturq, tərcüməçi, tədqiqatçı… kimi hətta dərs demədiyiniz şəxslər belə sizi özlərinə müəllim hesab etməkdə haqlıdırlar. Siz özünüz necə düşünürsünüz? Bu haqqı qazanmaq yəqin ki, o qədər də asan olmayıb!?
    Əvvəla, dəvətinizə, ikincisi isə bu səmimi suala görə təşəkkürümü bildirirəm. Çalışacağam ki, suallarınıza səmimi də cavab verim. Bildiyiniz kimi, uzun müddət Gürcüstan ali məktəblərində işləmiş, Azərbaycan və dünya ədəbiyyatından mühazirələr oxumuşam. Təbii ki, sevimli tələbələrim çox olub. Onlar da yəqin ki, məni humanistliyi və təmənnasızlığı özünə məslək seçmiş bir insan kimi yüksək dəyərləndiriblər. Qaldı müəllimi olmadıqlarıma, yaxşı deyiblər ki, el gözü tərəzidir. Xalqımızın elə ləyaqətli oğulları olub ki, əməlləri ilə bütün gələn nəsillərə örnək olub, nümunə göstəriliblər. Kimsə özünə kimisə həyatda müəllim sayırsa, deməli, örnək götürülən şəxs öz həyatını hədər keçirmədiyi üçün sevinə, qürurlana bilər.
    Əksəriyyət sizi baş redaktoru olduğunuz “Meydan” dərgisindən tanıyıb sevir. Mənə görə, hansısa bir mətbu nəşr əslində öz naşirinin simasını birbaşa özündə əks etdirir. Yəni, “Meydan” Alxan Binnətoğlunun güzgüdəki əksidir. Düzünü deyim ki, mən bu dərginin hər sayının işıq üzü görməsini böyük intizarla gözləmişəm həmişə. Çünki burada həm dərin maraq və məzmun kəsb edən yazılar, həm yüksək poliqrafik keyfiyyət, həm də dizayn işi bir-birini tamamlayıb hər zaman. Mövzuların rəngarəngliyi, Azərbaycan-Borçalı-Gürcü mədəni-ədəbi həyatından bəhs edən olduqca maraqlı yazılar, tədqiqat xarakterli məqalələr oxucunu özünə cəlb edib. Hər mövzuya uyğun şəkillər, düzgün rəng seçimi…
    Qiymət xanım, minnətdaram ki, “Meydan” dərgisinə bu qədər yüksək dəyər verirsiniz. Axı, o həm də sizin öz doğma jurnalınızdır. Burada sizin neçə-neçə maraqlı yazılarınız, müsahibələriniz dərc olunub. Eyni zamanda, siz dərginin redaksiya heyətinin üzvüsünüz. Sözünüzə qüvvət, “Meydan”ın hər sayı böyük oxucu auditoriyası tərəfindən hər zaman xüsusi sevgi ilə qarşılanıb. Biz mövzu və müəllif sarıdan heç vaxt korluq çəkməmişik. Çalışmışıq ki, “Meydan” mətbuat meydanında həqiqətən də öz orijinallığı ilə seçilsin və sevilsin.
    Tiflisin mərkəzində meydan var. Dərgini də elə onun şərəfinə “Meydan” adlandırmışıq. O meydanda yaşamış adamların həyat və fəaliyyətinə güzgü tutmağa çalışmışıq bu “Meydan”da. İlk pianoçu, ilk rəssam qadın haqqında, Tiflisin teatr həyatı haqqında, Tiflisin, eləcə də Borçalının etnoqrafiyası haqqında çoxlu yazılar dərc eləmişik. Təəssüf ki, bütün çətinliklərə baxmayaraq, yüksək zövqlə nəşr etdirdiyimiz “Meydan” bu gün qapanmaq təhlükəsi ilə üz-üzə qalıb. Maliyyə məsələsi tezliklə həll olunmasa, Gürcüstanda yaşayan soydaşlarımızın ədəbi-mədəni, sosial-iqtisadi həyatından, elm və təhsil sahəsindəki uğur və problemlərindən bəhs edən bu dəyərli jurnalla vidalaşmalı olacaq oxucularımız. 72 səhifəlik bu nəhəng dərginin hər sayı bir cild idi. Onun cəmi 16 sayı işıq üzü gördü. Hazırda 7-8 aydır ki, çapı dayanıb jurnalımızın. Əlbəttə, bu bizi olduqca narahat edir. Lakin ümid edirik ki, dərgimiz yenidən nəşrə başlayacaq, biz öz işimizi davam etdirəcəyik. Bunu bilirsiniz nəyə oxşadıram?: – Tiflis Türk Dram Teatrının fəaliyyətini 1947-ci ildə guya “müvəqqəti olaraq” dayandırdılar. Teatr “o müvəqqəti dayanmaqla” yalnız 2004-cü ildə fəaliyyətə başladı. Teatrın o zamankı aktyorlarından artıq heç kəs qalmamışdı. Sıfırdan başlamaq lazım gəldi. Bu isə çox şeyin itirilməsi demək idi. Allah eləməsin “Meydan” həmin taleyi yaşasın.
    Çoxlu məktublar alırıq oxuculardan. Jurnalın çapının dayandığından narahatdırlar. Hələliksə… ümid yalnız gözləməyə qalır.
    “Meydan”a çox bağlı olduğunuz məlumdur, eyni zamanda mətbu aləmdə bu gün mövcud olan bir çox başqa qəzet və jurnalların əsasının qoyulmasında da mühüm rolunuzun olduğunu danmaq günah olardı. Bu barədə oxucularımıza məlumat verməyinizi istərdik.
    Təqaüdə çıxmamışdan əvvəl də, sonra da mətbuatla əlaqəm olub. Yaradıcı adamın mətbuatla əlaqəsinin olması olduqca zəruri və vacib bir şərtdir. Mən mətbuata gəldiyim illərdə Gürcüstanda respublika səviyyəli dörd əsas qəzet çıxırdı. “Sovet Gürcüstanı” da onlardan biri idi. Orada əməkdaşlığa başladı. Həmin qəzetdə müxtəlif mövzulu yazılarım, hekayələrim, şeirlərim, tərcümələrim çap olunurdu. Rayon qəzetləri, mərkəzi mətbuat, Bakıda çıxan mərkəzi qəzet və jurnallarla da sıx əməkdaşlıq edirdim.
    90-cı illərdə siyasi dəyikliklər baş verdi, mətbuat sahəsində də bir çox dəyişikliklər oldu. Mən də mətbuatla ciddi məşğul olmağa başladım. Bir nəfər mənə təklif etdi ki, gəlin Rustavidə bir qəzet çıxaraq. “Region-press” adlı bu qəzetin nəşrinə kömək etməyimi xahiş edirdilər. Dedilər, burada işçilər təcrübəsizdir… Qəzeti sahmana saldıqdan sonra həmin şəxs mənə dedi ki, Alxan müəllim, əslində mən səni qəzet üçün çağırmamışdım. Gəlin, daha ciddi bir iş görək, jurnal çap eləyək. Beləliklə də, “Meydan” adlı bu dərginin çapına başladıq. Onun adını da mən qoymuşam. Oğlum Binnəti bu işə cəlb elədim. Dərginin dizayn işi, tərtibatı isə birbaşa Binnətin adıyla bağlıdır. Oğlum olduğu üçün demirəm, etiraf etməliyəm ki, Binnətin bacarıqlı işi sayəsində “Meydan” jurnalı qısa zamanda oxucuların sevimlisinə çevrildi. 72 səhifəlik bu dərgidə Borçalı həyatı ilə bağlı, Azərbaycanda və xaricdə yaşayan borçalılar barədə gözəl tərtibatda yazılar verməkdə məqsədimiz Borçalı ruhunu yaşatmaq, milli-mənəvi sərvətlərimizi xalqa daha da yaxından tanıtmaq və sevdirmək idi.
    Alxan müəllim, jurnalistlik fəaliyyətinizlə yanaşı, sizi oxucular istedadlı şair, tərcüməçi və dramaturq kimi də yüksək dəyərləndirirlər. Lakin nədənsə bu barədə danışmaq istəmirsiniz elə bil…
    Bilirsinizmi, indi şeir yazanlar çoxdur. Bu səbəbdən, özünə “şairəm” deyənlərə qarşı adamın içində bir o qədər də xoş olmayan hiss yaranır. Mən də şeir yazmışam və indi də yazıram. Meydandakı fəaliyyətim isə məni məcbur elədi ki, Borçalı həyatına dair tədqiqat xarakterli yazılar yazım. Şeirlər, tərcümələr, dram əsərləri yazmışam. Gürcü poeziyasının bütün xoşuma gələn nümunələrini dilimizə tərcümə etmişəm. Deyəsən, tərcümələrim gürcülərin çox xoşuna gəlmişdi. Məni bəzən “Şota Rustavelinin tərcüməçisi” adlandırırdılar. Onlara dedim ki, mən bu qüdrətli şairin tərcüməçisi deyiləm, bizim çox görkəmli xalq şairlərimiz Şota Rustavelinin əsərlərini dilimizə gözəl çeviriblər. Mən onu çox təbliğ etmişəm, bəlkə də onun əsərlərini mən qədər təbliğ edən ikinci Azərbaycan şairi, tədqiqatçısı və tərcüməçisi olmayıb. Məsələn, Şota Rustavelinin novruz bayramı şənlikləri barədəki fikirlərini tədqiqata ilk dəfə mən cəlb etmişəm.
    Soruşursunuz deyə cavab verirəm: çoxlu sayda kitablarım çap olunub. İşıq üzü görməmiş neçə-neçə nəsr əsərim, povestim, tədqiqat əsərlərim var…
    Maraqlıdır ki, hələlik yalnız adını eşidib üzünü gördüyümüz “M.F.Axundzadə və Tiflis” adlı bu gözəl kitabı əldə etmək bizə nəsib olmasa da, onu əlimizdə tutmuşuq…
    Nə demək istədiyinizi anladım, Qiymət xanım. Əlinizdəki kitab yenicə nəşr olunub və mən Bakıya hələlik yalnız bu bir nüsxəni gətirmişəm. Sağlıq olsun, söz verirəm ki, sizin kitabınızı hökmən ünvanına yetirəcəyəm. Qaldı kitabın mövzu və mündəricəsinə, bu barədə qısa da olsa məlumat verməklə kifayətlənməli olacağam. Olduqca yüksək zövqlə hazırlanaraq Tiflisdə nəşr olunan bu kitab “M.F.Axundzadə və Tiflis” adlanır. Tədqiqat xarakterli bu əsərimi Akif adlı dostum nəşr etdirub. Dizaynı isə yenə də oğlum Binnətə məxsusdur.
    Alxan müəllim, kitab elə bil “Meydan”ın əkiz tayıdır. Demək istəyirəm ki, tərtibatı o qədər gözəldir, elə nəfis bir şəkildə işlənib ki, adam əlindən yerə qoymaq istəmir…
    Yaxşı tutubsunuz. Binnətin əl işi, gördüyü işə ürək qoyması bu kitabda da özünü aşkar göstərib. Bu kitab mənim son dövrlər fəaliyyətimin ən gözəl məhsuludur. 10-15 kitabım çıxıb bu günəcən, lakin boynuma alım ki, belə yüksək tərtibatda işıq üzü görmüş kitabım olmamışdı hələ. Buna görə, həm oğlum Binnətə, həm də dostum Akifə sonsuz minnətdaram.
    Gizlin deyil ki, M.F.Axundzadə ilə bağlı təzadlı fikirlər mövcuddur. Tədqiqatçıların birmənalı olmayan fikirləri sizin əlinizi işdən soyutmayıb ki?…
    Bilirsinizmi, mən bu tədqiqatlara 1960-cı illərdə, tələbəlik vaxtlarımdan başlamışam. Hələ o vaxt mən yazılarımda bu böyük filosofun adını “Axundov” yox, “Axundzadə” yazırdım. Düzdür, çap zamanı bunu qəbul etmir, “Axundov” yazırdılar. Əlyazmalarıma da baxsanız, görərsiniz ki, orada “Axundzadə”dir. Axundzadə kimi dahi şəxsiyyətlər bir əsrdə, iki əsrdə bir yaranır. Bu cür insanlara onlar əsrləri qabaqladıqlarına görə, həmişə müasirləri qısqanclıqla yanaşıblar. Kitabdakı “Mütərəqqi rol oynamağın bəlaları” adlı yazımda Rusiyanın tabeçiliyində olduğumuz vaxtlarda onların bizim başımıza açdığı oyunları, millətimizin ruhunun öldürülməsinə yönəldilmiş çirkin niyyəti açıqlamağa çalışmışam. Onlar heç vaxt Azərbaycan xalqının həyatında mütərəqqi rol oynamamışlar, əksinə bizim milləti yüz illərlə geri saldılar.
    Düzdür, M.F.Axundzadə kimi böyük şəxsiyyətin yetişməsində rusların hökmran olduqları mühit mühüm rol oynasa da, Rusiya hər zaman bizim xalqın milli ruhunu öldürməyə can atırdı. İlk aktyor qadınlardan bəhs edən yazımda Axundzadənin komediyalarında qadınların oynaması kimi olduqca mühüm məsələyə aydınlıq gətirmişəm. Mirzə Fətəlinin komediyalarında Şərq qadını ilk dəfə səhnəyə çıxdı XX əsrin əvvəllərində. Bu, Şərqdə bir inqilab idi həqiqətən də. Mirzə Fətəlini vəzifəyə ruslar gətirsələr də, o, Çar idarəsində işləsə də, öz xalqına hər zaman şərəflə, ləyaqətlə xidmət etmişdi. Fətəli yaşadığı ünvandan – “Vorontsov, 53”-dən (indiki Qordosali,17) çıxıb, işə gedərkən neçə-neçə nadanla qarşılaşmalı olurdu, çox gözü götürməyənlərin qabağından keçib gedir, onu “dinsiz”, “kafir” adlandıranların tənəsinə fikir verməməyə çalışırdı. Bu küfr oxumalar onun qəlbində ağır izlər buraxırdı. O, səviyyəsindən qat-qat aşağı olanlardan olduqca irəli getmişdi deyə, onu xəbislərin gözü götürmürdü. Onu dinsiz, materialist adlandırırdılar. Onu Spinozadan da irəli getdiyini deyirdilər. Lakin Mirzə Fətəli bütün ruhu və daxili aləmi ilə, dünyagörüşü ilə müsəlman aləminin yetişdirməsi idi. Mirzə Fətəli dinsiz deyildi, dini fanatizmin, mövhumatın düşməni, islam dininin düşmənlərinin düşməni idi.
    Bütün bu məlumatları əldə etmək üçün hansı etibarlı mənbələrə müraciət etmisiniz?
    Artıq qeyd etdiyim kimi, pedaqoji fəaliyyətə başladığım 60-cı illərdən Tiflis arxivlərində işləməyə, tədqiqatlar aparmağa başlamışam. Əsasən Axundzadə ilə bağlı məlumatlar toplamaq üçün gürcü, Azərbaycan və rus, eləcə də digər ölkə alimlərinin əsərlərindən mənbə kimi istifadə etmişəm. “Mirzə Melkum xan, yoxsa Mirzə Ağa Təbrizi?” adlı yazıda bir çox tədqiqatçıların fikirlərinin səhv olduğunu sübut edərək, belə bir qənaətə gəlmişəm ki, Mirzə Melkum xan heç də yazıçı olmayıb. Bu şəxs Mirzə Fətəli Axundzadənin yaxın dostu olub. Və o, əvvəl İranda yaşayıb, sonra Fransaya köçüb, orda da dünyasını dəyişib. Onun heç vaxt dram əsərləri olmayıb. Mirzə Ağanın Mirzə Fətəliyə göndərdiyi dörd dram əsəri məktubları ilə birlikdə tikilmiş halda hazırda Axundzadənin arxivində saxlanılır. Sən demə, Mirzə Ağa Təbrizi Axundzadə ilə dost olduğundan, oxuyub rəyini bildirsin deyə, onun komediyalarından təsirlənib yazdığı əsərlərini Fətəliyə göndərib. Mirzə Ağanın üç dram əsəri Avropada Mirzə Melkum xanın adına çap olunub. Sonradan bu əsərlərin Mirzə Ağa Təbrizinin olduğu ortaya çıxıb. Haqq-ədalət öz yerini tutub. Ermənilər zorla Melkum xanı dramaturq eləmək istəsələr də, alınmayıb.
    Axundzadənin qələm dostları, qohumları, doğmaları, əzizləri haqqında səhih məlumatla oxucular kitabın sonunda verilmiş siyahıda tanış ola bilərlər. “Mirzə Fətəlinin rütbələri və mükafatları” bölümündə onun dövlət təltifləri, rütbələri barədə dolğun məlumat almaq olar.
    Deyirlər, insan öz tədqiqat obyektinə oxşayır. Siz necə düşünürsünüz, bu belədirmi?
    Bu sözlərdə müəyyən qədər həqiqət var: mən Mirzə Fətəlinin yaşadığı evdə çox olmuşam, bağ evi vardı, orda olmuşam, keçdiyi daş küçələrdən keçmişəm, onun qarşılaşdığı kinli baxışları üzərimdə hiss etmişəm. Onun əyləşdiyi daşın üzərində oturub, dərin xəyallara dalmış, çəkdiyi məşəqqətləri, üzləşdiyi çətinlikləri duymaq istəmişəm. Belə anlarda az qala onun nəfəsini hiss edirdim, surəti göz önümdə canlanırdı.
    Tiflisdə 50 il bundan qabaq Axundzadənin 150 illiyi keçiriləndə yubileylə əlaqədar Bakıda medalyon buraxmışdılar. Fakültəmizin dekanı Həkimov vardı, mənə bir medalyon və dəvətnamə verib dedi ki, Alxan, bu medalyonu iki ildir saxlayıram, artıq qocalmışam. Sən cavansan, al bu medalyonu saxla. Mən də həmin əmanəti düz 50 il saxladım və bu yaxınlarda Mirzə Fətəlinin ev-muzeyi təmir olunub istifadəyə veriləndə, o medalyonu muzeyin əməkdaşlarına təqdim elədim. Muzey əməkdaşlarının minnətdarlıq dolu baxışlarını görəndə, özümü olduqca xoşbəxt hiss etdim.
    Kitabda Baron Rozen və Vorontsov haqqında yazılara da yer vermisiniz…
    Doğrudur, kitabda onlar haqqında yazılar yazıb, şəkillərini də vermişəm. Mirzə Fətəli Baron Rozen haqqında həmişə minnətdarlıq hissiylə qeyd edib, axı Axundzadəni işə məhz o, təyin edib. Burda tutduğu vəzifəsi ona imkan verib ki, o öz xalqının nümayəndələrinə bacardığı qədər kömək edə bilsin. Vorontsova gəldikdə isə, Tiflisdə ilk teatr binasının tikilməsi, türk teatrının açılması onun adı ilə bağlıdır. 1852-ci ildə ilk dəfə Tiflis teatrında Axundzadənin əsəri rus dilində səhnəyə qoyulub. Bir daha təkrar edirəm: Mirzə Fətəli Axundzadə yeganə şəxsiyyət idi ki, o cür çətin dövrdə Azərbaycan xalqını Tiflisdə ləyaqətlə təmsil edirdi.
    Alxan müəllim, səmimi müsahibəyə görə sizə təşəkkürümüzü bildirir, nüfuzlu bir dərginin baş redaktoru, şair, dramaturq, tərcüməçi, tədqiqatçı kimi uzun illər ərzindəki gərgin fəaliyyətinizin nəticəsində qazandığınız xalq sevgisinə biz “Elimiz.Günümüz” əməkdaşları da qoşularaq, sizə möhkəm can sağlığı, daha böyük uğurlar arzulayırıq.
    “Meydan”da görüşənədək, hörmətli baş redaktor!

    “Allah eləməsin ki, “Meydan”ın taleyi Tiflis Türk Teatrının taleyinə oxşasın…”

    Redaksiyamızın qonağı Gürcüstanda nəşr olunan “Meydan” dərgisinin baş redaktoru, şair-dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Alxan Binnətoğludur.
    Alxan müəllim, Bakıya yolunuz gec-gec düşdüyündən, biz görüş fürsətini qaçırmaq istəmədik. Xoş gördük sizi. Jurnalistlik fəaliyyətinizlə, eləcə də bədii yaradıcılığınızla kifayət qədər tanış olan bir adam kimi deyə bilərəm ki, çoxlarından: “Alxan Binnətoğlu mənim ən istəkli müəllimim olub” – sözlərini eşidəndə heç də təəccüblənmirəm. Zənnimcə, kifayət qədər təcrübəli və təmənnasız bir jurnalist, şair, dramaturq, tərcüməçi, tədqiqatçı… kimi hətta dərs demədiyiniz şəxslər belə sizi özlərinə müəllim hesab etməkdə haqlıdırlar. Siz özünüz necə düşünürsünüz? Bu haqqı qazanmaq yəqin ki, o qədər də asan olmayıb!?
    Əvvəla, dəvətinizə, ikincisi isə bu səmimi suala görə təşəkkürümü bildirirəm. Çalışacağam ki, suallarınıza səmimi də cavab verim. Bildiyiniz kimi, uzun müddət Gürcüstan ali məktəblərində işləmiş, Azərbaycan və dünya ədəbiyyatından mühazirələr oxumuşam. Təbii ki, sevimli tələbələrim çox olub. Onlar da yəqin ki, məni humanistliyi və təmənnasızlığı özünə məslək seçmiş bir insan kimi yüksək dəyərləndiriblər. Qaldı müəllimi olmadıqlarıma, yaxşı deyiblər ki, el gözü tərəzidir. Xalqımızın elə ləyaqətli oğulları olub ki, əməlləri ilə bütün gələn nəsillərə örnək olub, nümunə göstəriliblər. Kimsə özünə kimisə həyatda müəllim sayırsa, deməli, örnək götürülən şəxs öz həyatını hədər keçirmədiyi üçün sevinə, qürurlana bilər.
    Əksəriyyət sizi baş redaktoru olduğunuz “Meydan” dərgisindən tanıyıb sevir. Mənə görə, hansısa bir mətbu nəşr əslində öz naşirinin simasını birbaşa özündə əks etdirir. Yəni, “Meydan” Alxan Binnətoğlunun güzgüdəki əksidir. Düzünü deyim ki, mən bu dərginin hər sayının işıq üzü görməsini böyük intizarla gözləmişəm həmişə. Çünki burada həm dərin maraq və məzmun kəsb edən yazılar, həm yüksək poliqrafik keyfiyyət, həm də dizayn işi bir-birini tamamlayıb hər zaman. Mövzuların rəngarəngliyi, Azərbaycan-Borçalı-Gürcü mədəni-ədəbi həyatından bəhs edən olduqca maraqlı yazılar, tədqiqat xarakterli məqalələr oxucunu özünə cəlb edib. Hər mövzuya uyğun şəkillər, düzgün rəng seçimi…
    Qiymət xanım, minnətdaram ki, “Meydan” dərgisinə bu qədər yüksək dəyər verirsiniz. Axı, o həm də sizin öz doğma jurnalınızdır. Burada sizin neçə-neçə maraqlı yazılarınız, müsahibələriniz dərc olunub. Eyni zamanda, siz dərginin redaksiya heyətinin üzvüsünüz. Sözünüzə qüvvət, “Meydan”ın hər sayı böyük oxucu auditoriyası tərəfindən hər zaman xüsusi sevgi ilə qarşılanıb. Biz mövzu və müəllif sarıdan heç vaxt korluq çəkməmişik. Çalışmışıq ki, “Meydan” mətbuat meydanında həqiqətən də öz orijinallığı ilə seçilsin və sevilsin.
    Tiflisin mərkəzində meydan var. Dərgini də elə onun şərəfinə “Meydan” adlandırmışıq. O meydanda yaşamış adamların həyat və fəaliyyətinə güzgü tutmağa çalışmışıq bu “Meydan”da. İlk pianoçu, ilk rəssam qadın haqqında, Tiflisin teatr həyatı haqqında, Tiflisin, eləcə də Borçalının etnoqrafiyası haqqında çoxlu yazılar dərc eləmişik. Təəssüf ki, bütün çətinliklərə baxmayaraq, yüksək zövqlə nəşr etdirdiyimiz “Meydan” bu gün qapanmaq təhlükəsi ilə üz-üzə qalıb. Maliyyə məsələsi tezliklə həll olunmasa, Gürcüstanda yaşayan soydaşlarımızın ədəbi-mədəni, sosial-iqtisadi həyatından, elm və təhsil sahəsindəki uğur və problemlərindən bəhs edən bu dəyərli jurnalla vidalaşmalı olacaq oxucularımız. 72 səhifəlik bu nəhəng dərginin hər sayı bir cild idi. Onun cəmi 16 sayı işıq üzü gördü. Hazırda 7-8 aydır ki, çapı dayanıb jurnalımızın. Əlbəttə, bu bizi olduqca narahat edir. Lakin ümid edirik ki, dərgimiz yenidən nəşrə başlayacaq, biz öz işimizi davam etdirəcəyik. Bunu bilirsiniz nəyə oxşadıram?: – Tiflis Türk Dram Teatrının fəaliyyətini 1947-ci ildə guya “müvəqqəti olaraq” dayandırdılar. Teatr “o müvəqqəti dayanmaqla” yalnız 2004-cü ildə fəaliyyətə başladı. Teatrın o zamankı aktyorlarından artıq heç kəs qalmamışdı. Sıfırdan başlamaq lazım gəldi. Bu isə çox şeyin itirilməsi demək idi. Allah eləməsin “Meydan” həmin taleyi yaşasın.
    Çoxlu məktublar alırıq oxuculardan. Jurnalın çapının dayandığından narahatdırlar. Hələliksə… ümid yalnız gözləməyə qalır.
    “Meydan”a çox bağlı olduğunuz məlumdur, eyni zamanda mətbu aləmdə bu gün mövcud olan bir çox başqa qəzet və jurnalların əsasının qoyulmasında da mühüm rolunuzun olduğunu danmaq günah olardı. Bu barədə oxucularımıza məlumat verməyinizi istərdik.
    Təqaüdə çıxmamışdan əvvəl də, sonra da mətbuatla əlaqəm olub. Yaradıcı adamın mətbuatla əlaqəsinin olması olduqca zəruri və vacib bir şərtdir. Mən mətbuata gəldiyim illərdə Gürcüstanda respublika səviyyəli dörd əsas qəzet çıxırdı. “Sovet Gürcüstanı” da onlardan biri idi. Orada əməkdaşlığa başladı. Həmin qəzetdə müxtəlif mövzulu yazılarım, hekayələrim, şeirlərim, tərcümələrim çap olunurdu. Rayon qəzetləri, mərkəzi mətbuat, Bakıda çıxan mərkəzi qəzet və jurnallarla da sıx əməkdaşlıq edirdim.
    90-cı illərdə siyasi dəyikliklər baş verdi, mətbuat sahəsində də bir çox dəyişikliklər oldu. Mən də mətbuatla ciddi məşğul olmağa başladım. Bir nəfər mənə təklif etdi ki, gəlin Rustavidə bir qəzet çıxaraq. “Region-press” adlı bu qəzetin nəşrinə kömək etməyimi xahiş edirdilər. Dedilər, burada işçilər təcrübəsizdir… Qəzeti sahmana saldıqdan sonra həmin şəxs mənə dedi ki, Alxan müəllim, əslində mən səni qəzet üçün çağırmamışdım. Gəlin, daha ciddi bir iş görək, jurnal çap eləyək. Beləliklə də, “Meydan” adlı bu dərginin çapına başladıq. Onun adını da mən qoymuşam. Oğlum Binnəti bu işə cəlb elədim. Dərginin dizayn işi, tərtibatı isə birbaşa Binnətin adıyla bağlıdır. Oğlum olduğu üçün demirəm, etiraf etməliyəm ki, Binnətin bacarıqlı işi sayəsində “Meydan” jurnalı qısa zamanda oxucuların sevimlisinə çevrildi. 72 səhifəlik bu dərgidə Borçalı həyatı ilə bağlı, Azərbaycanda və xaricdə yaşayan borçalılar barədə gözəl tərtibatda yazılar verməkdə məqsədimiz Borçalı ruhunu yaşatmaq, milli-mənəvi sərvətlərimizi xalqa daha da yaxından tanıtmaq və sevdirmək idi.
    Alxan müəllim, jurnalistlik fəaliyyətinizlə yanaşı, sizi oxucular istedadlı şair, tərcüməçi və dramaturq kimi də yüksək dəyərləndirirlər. Lakin nədənsə bu barədə danışmaq istəmirsiniz elə bil…
    Bilirsinizmi, indi şeir yazanlar çoxdur. Bu səbəbdən, özünə “şairəm” deyənlərə qarşı adamın içində bir o qədər də xoş olmayan hiss yaranır. Mən də şeir yazmışam və indi də yazıram. Meydandakı fəaliyyətim isə məni məcbur elədi ki, Borçalı həyatına dair tədqiqat xarakterli yazılar yazım. Şeirlər, tərcümələr, dram əsərləri yazmışam. Gürcü poeziyasının bütün xoşuma gələn nümunələrini dilimizə tərcümə etmişəm. Deyəsən, tərcümələrim gürcülərin çox xoşuna gəlmişdi. Məni bəzən “Şota Rustavelinin tərcüməçisi” adlandırırdılar. Onlara dedim ki, mən bu qüdrətli şairin tərcüməçisi deyiləm, bizim çox görkəmli xalq şairlərimiz Şota Rustavelinin əsərlərini dilimizə gözəl çeviriblər. Mən onu çox təbliğ etmişəm, bəlkə də onun əsərlərini mən qədər təbliğ edən ikinci Azərbaycan şairi, tədqiqatçısı və tərcüməçisi olmayıb. Məsələn, Şota Rustavelinin novruz bayramı şənlikləri barədəki fikirlərini tədqiqata ilk dəfə mən cəlb etmişəm.
    Soruşursunuz deyə cavab verirəm: çoxlu sayda kitablarım çap olunub. İşıq üzü görməmiş neçə-neçə nəsr əsərim, povestim, tədqiqat əsərlərim var…
    Maraqlıdır ki, hələlik yalnız adını eşidib üzünü gördüyümüz “M.F.Axundzadə və Tiflis” adlı bu gözəl kitabı əldə etmək bizə nəsib olmasa da, onu əlimizdə tutmuşuq…
    Nə demək istədiyinizi anladım, Qiymət xanım. Əlinizdəki kitab yenicə nəşr olunub və mən Bakıya hələlik yalnız bu bir nüsxəni gətirmişəm. Sağlıq olsun, söz verirəm ki, sizin kitabınızı hökmən ünvanına yetirəcəyəm. Qaldı kitabın mövzu və mündəricəsinə, bu barədə qısa da olsa məlumat verməklə kifayətlənməli olacağam. Olduqca yüksək zövqlə hazırlanaraq Tiflisdə nəşr olunan bu kitab “M.F.Axundzadə və Tiflis” adlanır. Tədqiqat xarakterli bu əsərimi Akif adlı dostum nəşr etdirub. Dizaynı isə yenə də oğlum Binnətə məxsusdur.
    Alxan müəllim, kitab elə bil “Meydan”ın əkiz tayıdır. Demək istəyirəm ki, tərtibatı o qədər gözəldir, elə nəfis bir şəkildə işlənib ki, adam əlindən yerə qoymaq istəmir…
    Yaxşı tutubsunuz. Binnətin əl işi, gördüyü işə ürək qoyması bu kitabda da özünü aşkar göstərib. Bu kitab mənim son dövrlər fəaliyyətimin ən gözəl məhsuludur. 10-15 kitabım çıxıb bu günəcən, lakin boynuma alım ki, belə yüksək tərtibatda işıq üzü görmüş kitabım olmamışdı hələ. Buna görə, həm oğlum Binnətə, həm də dostum Akifə sonsuz minnətdaram.
    Gizlin deyil ki, M.F.Axundzadə ilə bağlı təzadlı fikirlər mövcuddur. Tədqiqatçıların birmənalı olmayan fikirləri sizin əlinizi işdən soyutmayıb ki?…
    Bilirsinizmi, mən bu tədqiqatlara 1960-cı illərdə, tələbəlik vaxtlarımdan başlamışam. Hələ o vaxt mən yazılarımda bu böyük filosofun adını “Axundov” yox, “Axundzadə” yazırdım. Düzdür, çap zamanı bunu qəbul etmir, “Axundov” yazırdılar. Əlyazmalarıma da baxsanız, görərsiniz ki, orada “Axundzadə”dir. Axundzadə kimi dahi şəxsiyyətlər bir əsrdə, iki əsrdə bir yaranır. Bu cür insanlara onlar əsrləri qabaqladıqlarına görə, həmişə müasirləri qısqanclıqla yanaşıblar. Kitabdakı “Mütərəqqi rol oynamağın bəlaları” adlı yazımda Rusiyanın tabeçiliyində olduğumuz vaxtlarda onların bizim başımıza açdığı oyunları, millətimizin ruhunun öldürülməsinə yönəldilmiş çirkin niyyəti açıqlamağa çalışmışam. Onlar heç vaxt Azərbaycan xalqının həyatında mütərəqqi rol oynamamışlar, əksinə bizim milləti yüz illərlə geri saldılar.
    Düzdür, M.F.Axundzadə kimi böyük şəxsiyyətin yetişməsində rusların hökmran olduqları mühit mühüm rol oynasa da, Rusiya hər zaman bizim xalqın milli ruhunu öldürməyə can atırdı. İlk aktyor qadınlardan bəhs edən yazımda Axundzadənin komediyalarında qadınların oynaması kimi olduqca mühüm məsələyə aydınlıq gətirmişəm. Mirzə Fətəlinin komediyalarında Şərq qadını ilk dəfə səhnəyə çıxdı XX əsrin əvvəllərində. Bu, Şərqdə bir inqilab idi həqiqətən də. Mirzə Fətəlini vəzifəyə ruslar gətirsələr də, o, Çar idarəsində işləsə də, öz xalqına hər zaman şərəflə, ləyaqətlə xidmət etmişdi. Fətəli yaşadığı ünvandan – “Vorontsov, 53”-dən (indiki Qordosali,17) çıxıb, işə gedərkən neçə-neçə nadanla qarşılaşmalı olurdu, çox gözü götürməyənlərin qabağından keçib gedir, onu “dinsiz”, “kafir” adlandıranların tənəsinə fikir verməməyə çalışırdı. Bu küfr oxumalar onun qəlbində ağır izlər buraxırdı. O, səviyyəsindən qat-qat aşağı olanlardan olduqca irəli getmişdi deyə, onu xəbislərin gözü götürmürdü. Onu dinsiz, materialist adlandırırdılar. Onu Spinozadan da irəli getdiyini deyirdilər. Lakin Mirzə Fətəli bütün ruhu və daxili aləmi ilə, dünyagörüşü ilə müsəlman aləminin yetişdirməsi idi. Mirzə Fətəli dinsiz deyildi, dini fanatizmin, mövhumatın düşməni, islam dininin düşmənlərinin düşməni idi.
    Bütün bu məlumatları əldə etmək üçün hansı etibarlı mənbələrə müraciət etmisiniz?
    Artıq qeyd etdiyim kimi, pedaqoji fəaliyyətə başladığım 60-cı illərdən Tiflis arxivlərində işləməyə, tədqiqatlar aparmağa başlamışam. Əsasən Axundzadə ilə bağlı məlumatlar toplamaq üçün gürcü, Azərbaycan və rus, eləcə də digər ölkə alimlərinin əsərlərindən mənbə kimi istifadə etmişəm. “Mirzə Melkum xan, yoxsa Mirzə Ağa Təbrizi?” adlı yazıda bir çox tədqiqatçıların fikirlərinin səhv olduğunu sübut edərək, belə bir qənaətə gəlmişəm ki, Mirzə Melkum xan heç də yazıçı olmayıb. Bu şəxs Mirzə Fətəli Axundzadənin yaxın dostu olub. Və o, əvvəl İranda yaşayıb, sonra Fransaya köçüb, orda da dünyasını dəyişib. Onun heç vaxt dram əsərləri olmayıb. Mirzə Ağanın Mirzə Fətəliyə göndərdiyi dörd dram əsəri məktubları ilə birlikdə tikilmiş halda hazırda Axundzadənin arxivində saxlanılır. Sən demə, Mirzə Ağa Təbrizi Axundzadə ilə dost olduğundan, oxuyub rəyini bildirsin deyə, onun komediyalarından təsirlənib yazdığı əsərlərini Fətəliyə göndərib. Mirzə Ağanın üç dram əsəri Avropada Mirzə Melkum xanın adına çap olunub. Sonradan bu əsərlərin Mirzə Ağa Təbrizinin olduğu ortaya çıxıb. Haqq-ədalət öz yerini tutub. Ermənilər zorla Melkum xanı dramaturq eləmək istəsələr də, alınmayıb.
    Axundzadənin qələm dostları, qohumları, doğmaları, əzizləri haqqında səhih məlumatla oxucular kitabın sonunda verilmiş siyahıda tanış ola bilərlər. “Mirzə Fətəlinin rütbələri və mükafatları” bölümündə onun dövlət təltifləri, rütbələri barədə dolğun məlumat almaq olar.
    Deyirlər, insan öz tədqiqat obyektinə oxşayır. Siz necə düşünürsünüz, bu belədirmi?
    Bu sözlərdə müəyyən qədər həqiqət var: mən Mirzə Fətəlinin yaşadığı evdə çox olmuşam, bağ evi vardı, orda olmuşam, keçdiyi daş küçələrdən keçmişəm, onun qarşılaşdığı kinli baxışları üzərimdə hiss etmişəm. Onun əyləşdiyi daşın üzərində oturub, dərin xəyallara dalmış, çəkdiyi məşəqqətləri, üzləşdiyi çətinlikləri duymaq istəmişəm. Belə anlarda az qala onun nəfəsini hiss edirdim, surəti göz önümdə canlanırdı.
    Tiflisdə 50 il bundan qabaq Axundzadənin 150 illiyi keçiriləndə yubileylə əlaqədar Bakıda medalyon buraxmışdılar. Fakültəmizin dekanı Həkimov vardı, mənə bir medalyon və dəvətnamə verib dedi ki, Alxan, bu medalyonu iki ildir saxlayıram, artıq qocalmışam. Sən cavansan, al bu medalyonu saxla. Mən də həmin əmanəti düz 50 il saxladım və bu yaxınlarda Mirzə Fətəlinin ev-muzeyi təmir olunub istifadəyə veriləndə, o medalyonu muzeyin əməkdaşlarına təqdim elədim. Muzey əməkdaşlarının minnətdarlıq dolu baxışlarını görəndə, özümü olduqca xoşbəxt hiss etdim.
    Kitabda Baron Rozen və Vorontsov haqqında yazılara da yer vermisiniz…
    Doğrudur, kitabda onlar haqqında yazılar yazıb, şəkillərini də vermişəm. Mirzə Fətəli Baron Rozen haqqında həmişə minnətdarlıq hissiylə qeyd edib, axı Axundzadəni işə məhz o, təyin edib. Burda tutduğu vəzifəsi ona imkan verib ki, o öz xalqının nümayəndələrinə bacardığı qədər kömək edə bilsin. Vorontsova gəldikdə isə, Tiflisdə ilk teatr binasının tikilməsi, türk teatrının açılması onun adı ilə bağlıdır. 1852-ci ildə ilk dəfə Tiflis teatrında Axundzadənin əsəri rus dilində səhnəyə qoyulub. Bir daha təkrar edirəm: Mirzə Fətəli Axundzadə yeganə şəxsiyyət idi ki, o cür çətin dövrdə Azərbaycan xalqını Tiflisdə ləyaqətlə təmsil edirdi.
    Alxan müəllim, səmimi müsahibəyə görə sizə təşəkkürümüzü bildirir, nüfuzlu bir dərginin baş redaktoru, şair, dramaturq, tərcüməçi, tədqiqatçı kimi uzun illər ərzindəki gərgin fəaliyyətinizin nəticəsində qazandığınız xalq sevgisinə biz “Elimiz.Günümüz” əməkdaşları da qoşularaq, sizə möhkəm can sağlığı, daha böyük uğurlar arzulayırıq.
    “Meydan”da görüşənədək, hörmətli baş redaktor!

  • Qiymət MƏHƏRRƏMLİ.”Şəki… Şəkililər…” (Məqalə).


    Qiymət Məhərrəmli,
    filologiya üzrə fəlsəfə doktoru, şair-publisist.

    Şəki… Şəkililər…

    Hər bir xalqın şifahi ədəbiyyatının, incəsənətinin səviyyəsi onun dünya xalqları arasında tutduğu mövqe ilə birbaşa əlaqədardır və bu mövqeyə təsiri böyükdür. Xalqların qədimliyi, keçdiyi tarixi yol və mədəni səviyyə onların yaratdığı şifahi xalq yaradıcılığı nümunələrində (bayatı, nağıl, əfsanə, rəvayət, dastan və s.) öz əksini tapmaqla yanaşı, həmin mədəniyyətin daşıyıcısı kimi də əsrlərdən-əsrlərə ötürülərək yaşadılmasında mühüm rol oynamaqdadır. Bu baxımdan, belə bir qənaətə gələ bilərik ki, Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus ağız ədəbiyyatı nümunələrinin mövcudluğu sayəsində olduqca zəngin folklor mədəniyyətimiz formalaşmışdır. Nağıl və dastanlarımızın, rəvayət və əfsanələrimizin, atalar sözləri və məsəllərimizin, lətifə və bayatılarımızın… zaman-zaman xalqımızın folklor xəzinəsinə daxil olması, bu xəzinənin getdikcə zənginləşməsinə şərait yaratmışdır. Bu nümunələr arzu və istəklərin, mədəniyyət və davranış səviyyəsinin, qəhrəmanlıq və şücaətlə şərtlənən dövr və məqamların xalqın mədəni həyatına müdaxiləsindən doğulur sanki; dildən-dilə keçən hansısa şifahi ədəbi formanın yaranışı ilə təzahür edən xalq yaradıcılığı əbədiyaşarlıq statusu qazanır. Xalqın özü tərəfindən yaradıldığı üçün bu nümunələr hər zaman sevilir, dəyərini qoruyub saxlayır. Bunlardan ən geniş yayılanı da lətifədir ki, onu dinləməyi və söyləməyi xoşlamayan adamı təsəvvürə gətirmək mümkün deyil.
    Lətifə şifahi ədəbiyyatın bir qolu kimi, bütün xalqlar tərəfindən çox sevilən yaradıcılıq formasıdır. Molla Nəsrəddin lətifələrinin xalqımızın övladlarının ağıl, şüur, əqidə və idrak səviyyəsinə, dünyagörüşünün formalaşmasına təsiri hamıya məlumdur. Hazırdasa Azərbaycanda lətifənin vətəni kimi qədim Şəkinin adı öndə çəkilir.
    Təsadüfi deyildir ki, əsrarəngiz gözəlliyə malik qədim Şəkinin adı çəkiləndə istər-istəməz insanların dodağı qaçır. Yəni, biləndə ki, qarşındakı insan şəkilidir, təbəssümünü gizlədə bilmirsən. Bu da ondan irəli gəlir ki, şəkililər olduqca baməzə, şən, hazırcavab, ağıllı, saf, təmiz, səmimi və gülərüz insanlardır. Sən bircə dəfə də olsun Şəkiyə getmisənsə, yəni ayağın Şəki torpağına dəyibsə, demək artıq sənin özünün Şəkili olmağına bircə addım qalıb. Bu yerin insanlarının şirin ləhcəsi, sözü-söhbəti səni elə ovsunlayacaq, elə məst edəcək ki, heç özün də bilmədən qarşındakı ilə elə onun öz “dilində” ünsiyyət quracaqsan. Şəkili olmağı kim istəməz ki?! “Siz də Şəkilisooz?” – deyə sual verilirsə, siz çox güman ki, zarafatla da olsa, bu sözləri “ağzınızdan qaçıracaqsınız”: “Hayındı, a gözoo yiyim, mən də Şəkiliyəm!”
    Şəkinin daşı-torpağı, çayı-bulağı, gülü-çiçəyi… belə insanla sanki bu şirin ləhcədə danışır. Burada insan ayaqla gəzib-dolaşmaqdan heç vaxt yorulmayacaq; hər addımda gözəl mənzərə, hər dəqiqəbaşı qəlbi ehtizaza gətirən şirin ixtilat, duzlu-məzəli atmaca. Bir azdan özün bu atmacalar üçün darıxacaqsan. Yenidən eşitdinmi, təzədən əriyib-əriyib muma dönəcəksən.
    Şəkililik ilk növbədə türklük deməkdir məncə. Bu qədim diyarın sakinlərini elə ilk kəlməsindən tanımaq mümkündür. Daha doğrusu, Şəkilini tanımamaq mümkünsüzdür. Şəkili həm sifət cizgilarinə, həm başın, peysərin anatomik quruluşuna, həm də göz çuxuru və burunun fiziki göstəricilərinə görə Azərbaycan türkləri arasında müstəsnalıq təşkil edən xüsusiyyətlərinə görə seçilir.
    Şəki ən çox nələri ilə tanınır? – deyə sual edilərsə, onun Xan Sarayı, Marxalı, şəbəkəsi, ipək kəlağayısı, təkəlduzu, paxlavası, pitisi… ilə yanaşı, yəqin ki, lətifələri də ilk olaraq xatırlanacaqdır. Şəki torpağının özü orijinallığı ilə seçildiyi kimi, bu məşhur sənət və yaradıcılıq nümunələri ilə də Azərbaycan və dünya mədəniyyəti xəzinəsinin ayrılmaz tərkib hissəsini təşkil etməkdədir.
    Şəkiyə hədsiz turist axınına səbəb kimi, həm də bu qədim şəhərin təbiətini və arxitekturasındakı özəlliyi, strukturundakı bənzərsiz gözəlliyi, eyni zamanda insanlarının hədsiz istiqanlılığını, dilləri, ləhcələri ilə könülləri fəthetmə qabiliyyətlərini göstərmək olar. Şəkili ağıllı və hazırcavab, namuslu və dürüst, qonaqpərvər və səmimiyyəti xoşlayandır. Onun xarakterində bir cəhət xüsusilə qabarıqdır: Şəkilidə insanı tanıyıb-bilmə, onun iç dünyasına nüfuzetmə, öyrənmə instinkti çox güclüdür. Bu, kənardan bəlkə də bir qədər şübhəli təsir bağışlaya bilər. Çünki şəkililiyin bu xüsusiyyəti ilə hər kəs tanış deyil və onun nə zaman ağzından nə “qaçıracağına” heç də hamı hazır deyil. Və bu gözlənilməz haldan şaşıranlar xeyli müddət keçdikdən, işin mahiyyətini anlayandan sonra özlərinə gəlir, hətta düşdükləri “gülünc vəziyyətdə” belə gülməkdən özlərini saxlaya bilmirlər. Bunu bəzən “şəkili bicliyi” adlandıranlar da tapılır. Lakin əslində bu, heç də biclik, kələkgəlmə cəhdi kimi anlaşılmamalı, şəkilinin ürəyinin saflığından, nazikliyindən, sözü birbaşa üzə deyərək, müqabil tərəfin qəlbini sındırmadan işin mahiyyətini ona “balabanda qandırmaq” istəyindən irəli gəlir.
    “Balabanda qandırma” Şəkilinin gündəlik məişət normasına, bir növ etiket qaydasına çevrilib. “Ə, sən lap yağ yiyif, yaxada gəzən adammışsan ki!” – deyən Şəkili qarşısındakını tənbeh edir ki, yalnız özünü düşünmə, ətarfındakılara da sayğı göstər. Hər yerə burnunu soxan kəslərə “Teyfəsiz toy olarmı?” – deyərlər. “Qəpəyh qəpəyə söykənir” – qənaətcillik, yığımcıllıq təlqin edən, “Tamahı ağlınnan çoxdu” isə nəfsi iti adamlara, qarnını güdənlərə, yalnız özünü düşünənlərin ünvanına işlənən ifadədir.
    “Sözün düzünü zarafatla deyərlər” deyimi mövcuddur. Bu deyimin Şəkililərlə nə dərəcədə əlaqədar olduğunu söyləyə bilmərəm. Ancaq fakt faktlığında qalır: Şəkili onsuz da zarafatla da olsa, sözü üzə deməsə, rahatlıq tapa bilməz.
    Məsələn, “Ay umac, mən səni işdığım, sən də məən buğuma bulaşdığın” ifadəsində belə bir məna gizlənir: axı sən kimsən ki, mən səni sayam, sən də qayıdıb mənə sayğısızlıq göstərəsən?!
    Daha bir misal: “Bu günnərdə bəy başı qırxılciyhdi”. Yəni, çox keçməz, kimisə işdən azad edərlər, “arxadan vurarlar”, “torbasını tikərlər” və s.
    Xəsis, kimsəyə xeyri dəyməyən adamların ünvanına deyilən belə bir deyimə də nəzər salaq: “Ondan yumurta alan içində sarısını tapmaz”.
    Misallardan da aydın olur ki, Şəkililər hansısa bir insanın qələt əməlini düzəltmək, onu bir növ tərbiyələndirmək üçün ağır söz deməkdənsə, acılamaqdansa, daha çox atmacalarla, necə deyərlər, işarəylə məzəmmətləməyi, ayıq salmağı, bu yolla onu səhvini düzəltməyə vadar etməyi üstün tuturlar. Əgər Şəkli kiminsə ünvanına: “Filankəs keçiyə Kəraməddin ağa diyir” – ifadəsini işlədirsə, demək bu, həmin adamın ləyaqətsiz, yaltaq, gələnə-gedənə quyruq bulayan bir kəs olduğuna işarədir.
    Tənbəl, bivec, fərasətsiz, bu səbəbdən də, özünə gün-güzaran qura bilməyən adamın barəsində – “Acınnan günorta durur” kimi istehzalı ifadə işlədən Şəkili, yalnız bugünü üçün çalışmır, o özünə halal zəhmətlə gün qazanmaqdan qürurlandığını gizlətmir: “Gəzən ayağa daş toxunar” ifadəsi zəhmətkeş Şəkilinin əzmkar, ümidverən, eyni zamanda, çətinlikdən qorxmayan, prinsipial insan olduğuna işarədir.
    “Baş kəsənin, daş kəsənin, yaş kəsənin çörəyi olmaz” deyimi özlüyündə dərin məna ehtiva etməklə, birbaşa nanəciblərə, haramzadalara, insafını əldən verənlərə ünvanlanmışdır; yəni ki, ey insan, heç vaxt Allahını unutma, imansız olma, yoxsa ruzin qəhətə çıxar, yediyin çörək gözünə durar, əməlindən xeyir görməzsən.
    Şəki lətifələrinin yaranma arealı olduqca əhatəlidir. Konkret şəxslərin adı ilə bağlı lətifələr mövcuddur ki, bunların da sırasında Hacı dayının adı birinci çəkilir. “Dodaxsız qalsın?” adlı bir lətifəyə diqqət yetirək:
    “- Diyillər, Hacı dayı danışanda hamı qarnını tutuf gülür, amma özünün heş dodağı qaşmır. Düzdürmü?
    Səən canoo yiyim, diyirsən dodağı qaşsın, kişi dodaxsız qalsın?”
    Göründüyü kimi, Hacıdayılardan olanların incə yumorla, zarafatyana işlətdiyi hər kəlmə insanın eynini açmaqla yanaşı, onların hazırcavablığından da xəbər verir.
    Daha bir lətifəyə diqqət yetirsək, görərik ki, burada məsələ tamam başqa cürdür: göstərdiyimiz nümunədə sarkazm, kinayə, sözün üzə şax deyilməsi diqqəti cəlb edir:
    “Hacı dayı satıcı işləyirdi. Yoxlamaya gəlmiş müfəttiş yola düşərkən Hacı dayı onun cibinə pul basır. Müfəttiş dillənir:
    Hacı dayı, incimədin ki? Biz də Bakıya qayıdanda əlimizə baxırlar, umurlar. Yoxsa pulu heç götürməzdim də.
    Hacı dayı əlini müfəttişin kürəyinə vuraraq deyir:
    Ay cənnətdiyin oğlu, heylə şeyin fikrini eləmə, hayındı elə billəm it aparıtdı”(!).
    Şəkili haqqını başqasına yedirən deyil, o, mərddir, cəsurdur. Gəlirini, çıxarını biləndir. Suyu üfürə-üfürə içməkdə Şəkliyə çatan az tapılar. Uşaqdan-böyüyə sözü göydə tutandılar. Necə deyərlər, “arifdirlər, sözü işarədən qanandılar”. Bədahətən söz demək, şəbədə qoşmaq, sözü bala-bəhməzə çevirmək Şəkilinin iliyində, qanındadır. Onu bu xarakterik xüsusiyyətinə görə sevir, dəyərləndirirlər.
    Gülüşü kim sevməz ki?! Lakin əgər sənin könlündən ürəkdən gülmək, könül xoşluğu ilə ömür sürmək keçirsə, Şəkiyə gəl! Bu yurdun adamları sənin yolunu hər zaman gözləyirlər.
    Dünyanın ayrı-ayrı gülüş mərkəzlərini yəqin ki, bir çox cəhətlər birləşdirir, lakin Şəkini onların heç biri ilə eyni tərəzidə çəkmək istəməzdim. Çünki Şəki elə Şəkililərin, yəni qədim sakların mədəniyyətini özündə qoruyub-yaşatdığı üçün misilsizdir.
    Qafqazın “gülüş mərkəzi” adlandırılan Şəki ilə Bolqarıstanın məşhur Qabrovo şəhəri qardaşlaşmış şəhərlərdir və hər il aprel ayının 1-də keçirilən “Gülüş Bayramı” bu gözəl mədəniyyət mərkəzlərində böyük təntənə ilə qeyd olunur.

    İstifadə olunmuş ədəbiyyat:

    Azərbaycan Folkloru Antologiyası, IV kitab, Şəki folkloru I cild. Tərtibçilər: Hikmət Əbdülhəlimov, Ramazan Qafarlı, Oruc Əliyev, Vaqif Aslan. Bakı, “Səda” nəşriyyatı, 2009. 490 səh.
    Azərbaycan Folkloru Antologiyası, VI kitab, Şəki folkloru II cild. Tərtibçi: Hikmət Əbdülhəlimovdur. Bakı, “Səda” nəşriyyatı, 2002. 496 səh.
    Azərbaycan Folkloru Antologiyası, XVIII kitab, Şəki folkloru III cild. Tərtibçi: Hikmət Əbdülhəlimovdur. Bakı, “Səda” nəşriyyatı, 2009. 532 səh.

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    QAPIMIZA ELÇİ DÜŞÜB EHTİYAC

    Haradandır bu hıçqırıq neydə ki?
    Şirinləşdi dilim bu gileydə ki.
    Tənha quşdan qatar olmaz Göydə ki,
    Durnaları sevdim dəstə şəklində.

    Xatirənlə oynayıram “gizlən-qaç”,
    Gəl saçına düyün vurum,sən də aç.
    Qapımıza elçi düşüb ehtiyac,
    Bir ala göz,boyu bəstə şəklində.

    Gördüm yolum dirənibdir yoxuşa,
    Pöhrə oldum sığındığım koğuşa.
    Hər gün səni nəzmə çəkdim,ay Şuşa,
    İtgin düşmüş bir “Şikəstə” şəklində…

    KİM SƏNƏ OXŞAYIB, SEVMİŞƏM ELƏ

    Kim sənə oxşayıb, sevmişəm elə,
    Kim sənə oxşayıb, bir tutmuşam mən.
    Hər gün bu sevdanı nəzir eləyib,-
    Sənu ürəyimdə pir tutmuşam mən.

    Hicrandır sevginin əli-ayağı,
    Əlsiz-ayaqsızlar neynir dayağı?!
    Dinsəm, açılacaq gülləsayağı,
    Dilimin ucunda sirr tutmuşam mən.

    Hələ yaxınlar var bizdən uzaqda,
    Yol dara şəkilib izdən uzaqda.
    Bir dağam könüldən, gözdən uzaqda,
    Gör belə nə gözəl qar tutmuşam mən.

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

     

    TUT AĞACI

    Aləm yığışardı tamaşasına,
    Könüllər piriydi vallah,bu xar tut.
    Təkcə bir bağın yox,bütün şəhərin,
    Yaraşıq yeriydi bu bəxtiyar tut.

    Pərdəsi olardı hər yay evimin,
    Bu tut ağacının yamyaşıl donu.
    Asılıb,yellənib budaqlarından,
    Uşaqlar at kimi çapardı onu.

    Hər il sinə gərib tufana-qara,
    Ərməğan edərdi bizə barını.
    Bu ağac kökündən qurudu bir gün,
    Qırdı ümidimin qanadlarını.

    İndi həmdəmimdir xatirələrdə,
    Nazını çəkdiyim o yaşıl pəri.
    Payızda tökülən yarpaqlarıyla,-
    Sayardım ömrümdən düşən günləri.

    Əcəb yaraşırdı bu sevgi nəğməm,
    Qonşu qızlarının dodaqlarına.
    Divanə ruhumu məlhəm eləyin,
    Bu tutun qurumuş budaqlarına.

    TOVUZDA

    Äkbär qağa, yar dodağı,
    Batıbdır bala, vaxtında.
    Seyrä çıxmaq nä gözälmiş,
    Tovuzun lala vaxtında.

    Dağladı dağlar könlümü,
    Kim dağa bağlar könlünü?
    Yar da gäräk yar könlünü,
    Oduna sala vaxtında.

    Bura bir cännät gülzarı.
    Aynasıdır zirvä qarı.
    Gälib Tovuz aşıqları,
    Havamı çala vaxtında…

  • İbrahim İLYASLI.Şeirlər

     

    SALAM-ƏLEYKÜM
    Ustad Molla Cumaya

    Salam sahibi haqqdı,
    Haqqa Salam-Əleyküm!
    Ədlü-Adil əyləşən
    Taxta Salam-Əleyküm!
    Küllü-aləm bir ola,
    Bir anı əylədəmməz,
    Vaxt bir Allah görküdü,
    Vaxta Salam-Əleyküm!

    Ötəridi hər nə var –
    Dərddi, məzədi, meydi,
    Onu bir bilən bilir-
    Nə yamandı, nə yeydi.
    Göz görür, ağıl kəsir,
    Baxt-yığval ayrı şeydi,
    Həm olan, həm olmayan
    Baxta Salam-Əleyküm!

    Yaz, İbrahim İlyaslı,
    Söylə sözün ilkini,
    Nə zamandı sinəndə
    Bir həqiqət silkini.
    Ustad, bir əməl yıxır
    Könüllərin mülkünü –
    Saxta Əleyküm-Salam,
    Saxta Salam-Əleyküm!

    İNDİ

    Çəkdim qəmini də, nəşəsini də,
    Tükətdim, dünyada bekaram indi.
    Nə qəlbim ağrıyır, nə könlüm gülür,
    Heç nəynən uyuşmur heç haram indi.

    Yamanı, yaxşısı qalsın özünə,
    Hərə qandığını təpsin gözünə.
    Bir də inanmaram adam sözünə,-
    Öz ali-Ağama nökərəm indi.

    Dərviş olamadım, dərvişmisalam,
    Ayıbıma koram, ağlıma lalam.
    Hörülüb hasarım, qurulub qalam,-
    Adım İbrahimə şikaram indi.

    NƏ BİLMİŞDİN…

    Nə baxarsan ağ varağa umudla –
    Görmürsənmi, ilham səndən qaçaqdı?
    Əlin saza, könlün sözə yatmırsa
    Şair qardaş, demək, ruhun naçaqdı.

    Demək, qəlbin qələminlə düz deyil,
    Deyəcəyin sağəməlli söz deyil…
    Görmürsənmi, göylər «hələ döz»- deyir,
    Qanmırsanmı, qara damın alçaqdı?!

    Niyyətini qat gözüyün yaşına,
    Sürt üzünü torpağına, daşına.
    Bir də dolan, beş də hərlən başına,
    Nə bilmişdin… Şeir – Pirdi, Ocaqdı!!!

  • İbrahim İLYASLI.Şeirlər

     

    ƏSİRLİKDƏN MƏKTUB

    Məmləkətim,- deməm sənə,
    Məni unudan məmləkət.
    Mən də sənin balanıydım,
    Mənə bax, utan, məmləkət!…

    Yağmalanıb yerin, göyün,-
    Göz dağıdı hər gördüyün.
    Üstü xəcalət örtüyü,
    Altı qızıl-qan məmləkət.

    Harın nəfsinə kündəsən,-
    Səfalətə sürgündəsən.
    Sən məndən betər gündəsən,
    Can, məmləkət… Can, məmləkət!

    MƏN BİR DƏLİ RƏSSAMAM

    Oturub ömrün içində
    Çiçək şəkli çəkirəm.
    Yalan rəngləri götürüb,
    Gerçək şəkli çəkirəm.

    Çəkirəm ciyərlərimə
    Faniliyin ətrini.
    Məndən əziz tutan varmı,
    Bu faninin xətrini?!

    Kimsə bilməz nə çəkdirir,
    Mənə mən çəkdiklərim.
    Ölümlərə cücərirlər
    Olmağa əkdiklərim.

    Dəryalar mənə çəkilir,
    Tufanlar məndən qopur.
    Başıma odlar ələnir,
    Ruhuma sular hopur.

    Şəkillənir qələmimdə
    Doğulmamış bir adam.
    Mən şair deyiləm, yavrum,
    Mən bir dəli rəssamam.

  • Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

     

    Sorgusuz Sualsiz Sevdim

    Sapsarı sonbahar, sararan simam
    Sanadır sitemim sır sevdiceğim
    Soğuktan soğuğa sür sıram sıram
    Serinliklerdeyim sar sevdiceğim

    Sessiz sabahımda sıkıldı sabrım
    Sebilim, sefilim, seherindeyim
    Solgunum sensizken sanki sıfırım
    Sadece seyyarım, seferindeyim.

    Sana sere serpe sevgimi serdim
    Son saltanatını sürsen sevgilim
    Sultansam, sanemsem salınıverdim
    Sığmadı sineye söküldü selim.

    Sevda sofrasında söz sini sini
    Sorgusuz sualsiz sürgünüm sana
    Sızım sızım sızda sende sevgini
    Sunup satır satır söyle sultana

    Sezdim seviyorsun saygın mı saygın
    Salkım saçak sevdan saçılıversin
    Sanadır son sözüm saklanma sakın
    Sobeledim seni sonra seversin.

    06.11.2007

    Vuslat Yok

    Öyle bir rüzgârdı ki yıldırım gibi çarptı
    Bir bahar mevsiminde kara kışa tutuldum
    Geldiğim tüm yolların düzlüğü yoktu sarptı
    Ortada göz önünde bilerek unutuldum

    Sevdiğim bir zamanlar hani senin kuzundum
    Ekmeğindim, aşındım, sofrandaki tuzundum.

    Omuzladığım yükün ne kadarda ağırdı
    Ayrılırken arkamdan gök kükredi bağırdı
    “Bırakıp beni gitme kal, dur ” diye çağırdı
    Buruktum masallarla düşlerle avutuldum.

    Sevdiğim bir zamanlar hani senin kuzundum
    Ekmeğindim, aşındım, sofrandaki tuzundum.

    Kurşun sözlerin geldi yüreğimi dağladı
    Gül tenden süzüldü yaş karaları bağladı
    O halime gök bile için için ağladı
    Aşkın değirmeninde ıslandım kurutuldum

    Sevdiğim bir zamanlar hani senin kuzundum
    Ekmeğindim, aşındım, sofrandaki tuzundum.

    11.04.2008

  • Debüt: Orxan ZAMAN (Füzuli).Şeirlər

    images

     

    TƏRCÜMEYİ-HAL

    Orxan Zaman (Əlibəyov Orxan Səfər oğlu) 1992-ci il may ayının 23-də Füzuli rayonunda anadan olub.İlk təhsilini Bakı şəhərindəki 260 saylı orta məktəbdə alıb.2009-cu ildə həmin məktəbi bitirib.2009-2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk qələm təcrübələri olan poeziya örnəklərini hələ yeddinci sinifdə ikən yazmışdır.Gənc ədibin ilk şeirləri “Ədəbiyyat naminə”, “525-ci qəzet”, “Bizim söz”, “Sumqayıt Universiteti”, “Sözün Sehri” qəzetlərində, “Davamçılar” adlı uşaq antologiyasında, müxtəlif ədəbiyyat portallarında işıq üzü görüb.
    2010-cu illərində Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən “Kitab aləmi” Nşəriyyat Poliqrafiya Mərkəzi tərəfindən “Sevgi sonatası” adlı ilk şeirlər kitabı işıq üzü gördü.Müəllifin ilk kitabı oxucular tərəfindən yüksək qarşılandı.Hal-hazırda “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” ctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı  seçilmişdir.

    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    Yeriyirəm,
    Bom-boş küçələrin qaranlığında…
    Aram-aram,
    Yağır buz yağışı.
    Həm də necə
    Elə bil bu damlalar mənə pıçıldayır:
    “O, dönəcək, o gələcək”.
    Küçənin boş qalmış səkilərində
    Özümü dənizdən uzaqda qalmış
    balıqçı sanıram.
    Qorxuram,
    Səni təkliyimdə itirib tapmaqdan.
    Səkinin işıq dirəklərindən süzülən
    sarı rəngli işığın parıltısında,
    Sənin qayğılı üzünü görürəm.
    Əllərimi işığa uzadıram,
    Sənə toxuna bilmirəm.
    Bəlkə sənsən deyə baxıram
    Baxdıqca uzanan bu boşluqlara…
    Amma sən deyilsən.
    Hər küçədə, hər tində səni görürəm,
    Amma bilirəm ki, bu küçələr kimi
    mənim də ürəyim boşdur.
    Və bilirəm nə yazıq ki,
    Bu kimsəsiz küçələri, nə də
    mənim içimdəki boşluğu dolduracaq
    bir kimsə yoxdu…

    ***
    Qaranlıq gecə…
    Üç şey:
    Ay, sən, xəyyallar,
    Şirin-şirin duyğular.
    Qapıda qışın qarı,
    Ürəkdə hərarətin,
    Nələr söyləyir mənə,
    Sənsiz yaşamaq çətin.

  • Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Amkara).Muhteşem şiirler

     

    Git

    (ÇAPRAZLAMA-GÜLCE EDEBİ AKIMI YENİ NAZIM ÖNERİSİ)

    YORMA kendini boşu boşuna
    Adını bile ANMAYACAĞIM
    Tek bir kelime istemem SORMA
    KANMAYACAĞIM yaptıklarına

    VURMA başını azgın taşlara
    Al mazini de işte kapın GİT
    İki lafınla senorya KURMA
    VAKİT artık çok geç biliyorsun

    AKIN kalmadı kapkara yüzün
    Bir daha sakın karşıma ÇIKMA
    Bana değil ol Allah’a YAKIN
    YIKMA bir daha gönül evimi

    03. 10. 2008

    Gönül Sızım

    (ÜÇGEN-GÜLCE EDEBİ AKIMI YENİ NAZIM ÖNERİSİ)

    Buz
    Gibi
    Kesildim
    Nefes bile
    Alamadım ki
    Seni gördüğüm an
    Damarımda durdu kan
    Sancılandı tek yaram
    Sevmek bana haram
    Gönül sızıma
    Senden sonra
    Yıllarca
    Bastım
    Tuz

    Kör
    Olsun
    Bakarsan
    Demiştin ya
    Bir başkasına
    Bunca sene sonra
    Söyle Allah aşkına
    Neden çıktın karşıma?
    Unutmuştu gözler
    Sönmüştü közler
    Bu gözlerle
    Bak yine
    Közler
    Kor

    03. 10. 2008

  • Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

     

    Neden Sorarsın?

    Sen “Beni unuttun mu? ” diye neden sorarsın?
    Kendimi unuturum seni asla unutmam.

    Çölümde yeşertmişken sevda denen filizi
    Sevgi ile büyütür, bakar asla kurutmam.

    Her saniye nabızda can diyerek atarsın
    Esse de bu yüreğe başka sevda tozutmam.

    İlmek ilmek işlese sevda denen tezgâhı
    Senden bir başkasına bil ki asla dokutmam.

    Seni sevmeyenlere bent olup dururum da
    Üzerine beddua kötü sözler okutmam.

    Eş, dost, akrabalarım merhaba deseler de
    Sana uzanır gibi başka bir eli tutmam.

    Leyle, Mecnun’da neymiş sana andım olsun ki
    Bu sevda ateşini mahşere dek soğutmam.

    15.12.2008

    Vuslat Yok

    Öyle bir rüzgârdı ki yıldırım gibi çarptı
    Bir bahar mevsiminde kara kışa tutuldum
    Geldiğim tüm yolların düzlüğü yoktu sarptı
    Ortada göz önünde bilerek unutuldum

    Sevdiğim bir zamanlar hani senin kuzundum
    Ekmeğindim, aşındım, sofrandaki tuzundum.

    Omuzladığım yükün ne kadarda ağırdı
    Ayrılırken arkamdan gök kükredi bağırdı
    “Bırakıp beni gitme kal, dur ” diye çağırdı
    Buruktum masallarla düşlerle avutuldum.

    Sevdiğim bir zamanlar hani senin kuzundum
    Ekmeğindim, aşındım, sofrandaki tuzundum.

    Kurşun sözlerin geldi yüreğimi dağladı
    Gül tenden süzüldü yaş karaları bağladı
    O halime gök bile için için ağladı
    Aşkın değirmeninde ıslandım kurutuldum

    Sevdiğim bir zamanlar hani senin kuzundum
    Ekmeğindim, aşındım, sofrandaki tuzundum.

    11.04.2008

  • Debüt: Elmar VÜQARLI (Gəncə).Yeni şeirlər

    e-vuqarli

     

    Elmar Vüqarlı (Elmar Nurəddin oğlu Əliyev) 1986-cı ildə Gəncə şəhərində doğulub. Mirzə Şəfi Vazehin nəslindəndir. İxtisasca filoloqdur.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
    İlk şeirlər toplusu “Yanan sükut” 2006-cı ildə “Adiloğlu”nda kitablaşdırılıb. 2006-cı ildə misirli yazar Yusif İzəddin İsadan etdiyi çevrilərə görə “Misir Mədəniyyət Mərkəzinin Təşəkkür Plaketi” ilə təltif edilib.
    Əsasən Batıda sufizmin yayılmasını araşdırır.2010-cu ildə Batının ilk Mövləvi Şeyxi – dr. Kabir Edmund Helminskinin təqdimatı ilə Amerikada fəaliyyət göstərən “Threshold Sufi Cəmiyyəti”nin fəxri üzvü seçilmişdir.
    Hal-hazırda Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimidir.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    Hər şey köhnəlib

    Gözlərimi yumub unuduram incikliyi,
    Bağışlayıram sənə bağışlamaq olmazları…
    Susursan!
    Ürəyin soyudumu nifrətdən?
    İstəyincə geyindinmi qarasını hər şeyin?!
    Əndərdinmi qarğışını sükutun qulağına?
    Bunda təzə nə var ki…
    Olanlar da belədi:
    nə göydəndüşmə, nə yerdənqalxma,
    hər şey tanış, doğma…

    Qara yellər ağı oxuyur pəncərələrdə,
    Gözə dəymir kimsə sakinsiz küçələrdə.
    Qaranlıq, səssizlik çöküb hər yana,
    Taleyim qarışıb sisə, dumana.
    Külək xəzəlləri dağıdır, oynadır, uzaqlara atır.
    Hamı mürgüləyir, hamı yatır.
    Bu tənhalığın ortasında özümü asmaq istəyirəm özümdən.
    Çıxartmaq istəyirəm boz surətimi üzümdən.

    Biganə yalnızlığımdan dağılmış dünyamın əsəbləri,
    intihar həddindəki varlığım
    qaranlıq yoxluğa tələsir.

    Qışqırıram gecəyə, –
    amma tənhalığımı duya bilmir o,
    heç nəyi guya bilmir o.

    Bu payız damı göz yaşları…
    Yenə də mi bu küçəni o baş, bu baş gəzəcəm,
    yenə də mi söyəcəm hər şeyi,
    itirib-tapacam özümü,
    siləcəm əlimin arxası ilə üzümü…
    Yığılıb boğaza həsrətim,
    kirlənib üstüm-başım.
    Boşla göz yaşlarını küləklərə.
    Mən ki şeir yazmıram!
    Mən ki hisslərimi danmıram!
    Gəl evinə dön, əzizim, yuvana..
    Bunlar köhnəlib, çox köhnəlib.
    Hər şey köhnəlib!
    Sən də, mən də köhnəlmişik!

    Xəzərlən qəlbimdə

    Bəyaz gecələrin qoynunda
    sevimli körpələrtək
    əzizlən, oxşan!
    Mürgü yuxulardan süzülüb gələn
    zülmətli işıqsan,
    aydınlan, nurlan!

    Gəl susma,
    gül,
    danış,
    unut hər şeyi,
    Xəzərlən qəlbimdə, ey əziz Neva!
    Xəzan gəncliyimi boğub suyunda
    ağlat gözümdəki donmuş yaşları!
    Axı sən bilirsən –
    Ruhumda boşluğu doldurmaq üçün
    qəlbimdən nəyisə boşaltmalısan,
    ağlat,
    göz yaşlarım qoy yusun onu,
    bu hissin nə adı,
    nə ünvanı var…

    Bu tutqun səmanın altında səssiz
    öpüşək, dərdləşək qərib dost kimi.
    Keçib hər şeyimdən alt-üst dünyamla
    atıram ruhumu sənə daş kimi!
    Xəzərlən qəlbimdə, ey əziz Neva!

    Məndəsən bu səhər

    Məndəsən bu səhər
    tənimdə can kimi,
    məndəsən bu səhər
    yaşanmış zaman kimi…
    Yerdə, göydə – hər yanda
    səni görürəm gözsüz,
    mənimlə danışırsan
    həm kəlməsiz, həm sözsüz.

    İçimdə yollar gedər
    yoluna qovuşmağa,
    ürək atar qəmini
    sonuna qovuşmağa.
    Ey mənim varlığım,
    yoxluğum qidası,
    sevincimin, kədərimin,

    əzabımın, fərəhimin
    Mayası!
    Dünyanı əldən salan
    qanlı müharibələrdən,
    “izm”lərə dolaşmış
    yarıtmaz nitsşelərdən,
    qafamı alt-üst edən
    bayağı nəğmələrdən,
    özünə tərif deyən
    kişicik gədələrdən,
    zəhlətökən, içiboş,
    çürük düşüncələrdən,
    açılması zor olan,
    düyünsüz düyünlərdən
    rahatlıq tapmaq üçün
    üz tutmağa yerim var:
    ora nə çayxana,
    nə bar,
    nə sauna-masajdır;
    nə məsciddir,
    nə kilsə,
    nə də başqa kitabdır!
    Ovunduğum o məkan –
    Sənlə dolu ürəyim!
    Həm varlığın özüdür,
    həm Özüdür ürəyim!
    Quşların cəh-cəhinə,
    burax, qarışsın səsim,
    oxusun əsim-əsim:
    Məndəsən bu səhər
    tənimdə can kimi,
    məndəsən bu səhər
    yaşanmış zaman kimi…

    Amma sən yoxsan

    İlk kəz bu şəhərdəyəm,
    bu şəhər sənin şəhərindir;
    yollarında izlərin,
    səslərində sözlərin,
    havasında nəfəsin var…
    Bu şəhərin hər yerində sən varsan,
    bu şəhər sənin şəhərindir.
    Yanlızlığıma lay-lay deyən
    köhnə qramafon səslənir
    yaxın məhəllələrin dərinliyində,
    yuxuya dalıb bu şəhər
    gecənin mürgüləyən həzinliyində.
    Qulaqlarımda uğuldayan küləklərlə danışır
    xəyallarım,
    sıxır məni həsrət dolu,
    sürgün dolu suallarım.
    Yanaqlarımda yaşlar,
    ürəyimdə illər ağrısı,
    ciyərlərimdə vərəm….
    darmadağın, pərən-pərən
    səni gəzirəm bu şəhərdə,
    amma sən yoxsan!

    Öskürək kimi boğur sənsiz arzular,
    tövşüyən nəfəsim gecəyə, çənə qarışır,
    həsrət mahnısı qoparır ayaqlarım toxunan yollar,
    ürək yoxluğunla necə barışır?!
    Amma sən yoxsan…
    Axı bu görüşə gəlmədin

    son dəfə də olsa, halımı görmək üçün,
    demək mən gecikmişəm mən
    əlvida demək üçün!

    Tablo

    Gözəgörünməz,
    sözəgörünməz
    bir çərçivədəyəm…
    Ayaqlarımın altında
    həyat qarışıq torpaq,
    başımın üzərində
    sonsuzadək uzanan
    boşluqlar,
    düşüncəmdə
    iztirablar…
    Bu tabloya baxıb
    nə sevinir,
    nə də kədərlənirəm,
    nə dəlicəsinə ağlayır,
    nə də gülürəm;
    aldığım təəssüratdan
    bir şeyi bilirəm ki,
    parça-parça
    ölürəm!

    Mələklər qapına təzimə gələr

    Bu dərdli sinəmdə qapında hər gün
    Ahu-zar eylərəm, ya Rəsulullah!
    Dalıb nurundakı rəhmət selinə
    Sevgidən ağlaram, ya Rəsulullah!

    Xəstə könüllərə məlhəm bəxş edən,
    Səninlə aləmi gözəllik sardı.
    Ey xəlq olmuşların ən xeyirlisi,
    Rəhmətin qəməri ikiyə yardı.

    Heyranın olmayan varmı birisi?!
    Gecə də, gündüz də adını söylər.
    İçməkçün qəlbindən kövsər suyunu
    Mələklər qapına təzimə gələr.

    Titrədər yerləri, göyləri səssiz,
    Qəlbimdə çağlayan kədər ağrısı.
    Ruhuma qanad ver, ruhuma ruh ver,
    Odlanar içimdə həsrət yanğısı.

    Sadiq qul-kölənəm, unutma məni,
    Səslərəm, ya Rəsul, səni yaralı.
    Diz çöküb, yalvarıb, şəfaət dilər
    Qarşında vüqarsız yazıq Vüqarlı.

  • Rafiq ODAY.”Azərbaycanın istedadlı gənc yazarlarına dəstək” layihəsi.

     

    Salam, Əziz və hörmətli gənc yazarlar!
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı (edebiyyat-az.com) Azərbaycan türkcəsində və Türkiyə türkcəsində ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarları (14-30 yaş arası) “Azərbaycanın istedadlı gənc yazarlarına dəstək” layihəsinə qoşulmağa dəvət edir.Layihənin Rəhbəri Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru Rafiq Odaydır.Layihə iyun ayının 27-dən iyul ayının 27-ə qədər davam edəcək.Layihə çərçivəsində gənc yazarların özkeçmişləri, ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri, hekayələri “Möhtəşəm Azərbaycan” qəzetinin səhifələrində dərc olunacaq, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına yerləşdirilib facebook sosial şəbəkəsində yayımlanacaq.Layihədə iştirak etmək istəyən gənc yazarlar aşağıda sadalanan bilgilərlə-məlumatlarla bizə müraciət edə bilərlər:

    Gənc yazarlar üçün lazım olan bilgilər:

    1.Özkeçmiş (Tərcümeyi-hal);
    2.Ədəbi-bədii nümunələr, poeziya örnəkləri, məqalələr, hekayələr;
    3.Şəkil (jpg formatda)

    Ünvan: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 2-ci mikraroyon, “Möhtəşəm Azərbaycan” qəzetinin redaksiyası.
    E-mail: office@edebiyyat-az.com
    Elektron orqan: edebiyyat-az.com

  • Rafiq ODAY.Yeni şeirlər

     

    GÖTÜRMÜR

    Əsmə hər bir yarpaq üstə,
    Bu ağac balta götürmür.
    Yük olanı torpaq üstə,
    Torpağın altı götürmür.

    Nə sızlarsan, viran könlüm,
    Öz içinə varan könlüm.
    Dərdə könül verən könlüm
    Başqa ovqatı götürmür.

    Bıçaq kürəyə yol tapır,
    Haram – çörəyə yol tapır.
    Çat hər ürəyə yol tapır,
    Ürək hər çatı götürmür.

    Ölümü almam eynimə,
    Əgər batmasa beynimə,
    Dar ağacı, çox öyünmə,
    Bu boğaz çatı götürmür.

    KƏRƏM ET

    Bir gözələ

    Məni kim anlayar de, səndən özgə,
    Dada çağırıram səni, kərəm et.
    Onsuz da vədəsiz qar ələnibdi,
    Artırma saçımda dəni, kərəm et.

    Kim məhkum eylədi bu baxta məni,
    Cismin əsir etdi otaqda məni,
    Bir də kim qaldırar bu taxta məni,
    Gəl salma taxtımdan məni, kərəm et.

    Qəsdləmi canıma qəsd eyləyirsən,
    Yoxsa iradəmi test eyləyirsən?!
    Bircə baxışınla məst eyləyirsən,
    Sarırsan ömrümə çəni, kərəm et.

    Baxmırsan şöhrətə, ada yaxırsan,
    Baxmırsan doğmaya, yada yaxırsan,
    Sanki bilə-bilə oda yaxırsan,
    Ruhdan ayırırsan təni, kərəm et.

    Gün boyu gör neçə dərd məndən keçir,
    Toplu məndən keçir, fərd məndən keçir,
    Bir az da sevgini qat – məndən keçir,
    Bu qədər çətindi yəni? – kərəm et!

  • Məhəbbət KƏLBƏCƏRLİ.Həyatı və Yaradıcılığı

     

    Tərcümeyi-hal
    Məmmədov Məhəbbət Şamil oğlu 1957-ci il oktyabr ayının 7-də Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuşdur.1976-cı ildə Zar kənd orta məktəbini bitirmişdir.1985-ci ildə Gəncə Dövlət Univeristetinin Azərbaycan dili və Ədəbiyyatı fakültəsinə daxil olmuş, 1990-cı ildə həmin Univeristeti bitirmişdir.1987-ci ildə Zəylik kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur.1993-cü ildə məlum Kəlbəcər hadisələrinə görə Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşaraq Kəlbəcər rayon 60 saylı orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuş.
    2004-cü ildə Şəmkir rayonuna köçdüyünə görə, Kəlbəcər rayon 74 saylı əsas məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur.
    2009-cu ilin sentyabr ayında Şəmkir rayonun “Varlı həyat” kəndində yerləşən Kəlbəcər rayon 96 saylı əsas məktəbinə direktor təyin olunmuşdur.
    On səkkiz yaşından etibarən şer yazmağa başlamış, şeirləri Respublikanın müəyyən qəzet və jurnallarında dərc olunmuşdur. İlk kitabı “Qürbətdə qalan dağlar” (1999), ikinci kitabı “Xallı təcnisim” (2008) , üçüncü kitabı “Tər bənövşəm sorma məni” (2010) dördüncü kitabı “Mən ki şair deyildim” (2012)-də çap olunmuşdur.Hal-hazırda şairin bir kitabıda Cənubi Azərbaycanda Təbriz şəhərində çapa hazırlanır.2008-ci ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.İki oğlu var ikisi də ali təhsillidir.

    Elman Tovuza
    Vətən deyəndə

    Elman Tovuz üryimin bir dərin,
    Yarası göynəyir Vətən deyndə.
    Oqədər ox dəyib bilmir ürəyim,
    Harası göynəyir vətən deyndə.

    Dadı qaçıb söhbətimin, sözümün,
    Dözümüdə tüknibdi dözümün.
    Qana dönüb qarsında gözümün,
    Qara su göynəyir Vətən deyndə.

    Durmuşam önündə dərdin,əlmin,
    Çarəsi hardadı görən bu qəmin?
    Əlimdə nazilib sınan qələmin,
    Parası göynəyir Vətən deyəndə.

    Səxavət zirvədən baxan şəhidin,
    Əbədi günş tək doğan şəhidin.
    Qanı o torpağa axan şəhidin,
    Anası göynəyir Vətən deyəndə..

     

     

  • Nemət TAHİR QARAXANLI.Yeni şeirlər

     

    ANA

    Sökülməzdi dan yeri
    Açılmazdı heç səhər
    O şirin laylaların
    Olmasaydı gecələr
    Mən dünyaya gəlməmiş
    Tanıdıb bir mələyi
    Mənə əmr etdi Xudam
    Anacan söyləməyi
    Saçmasaydı Günəş nur
    Itərdi zülmətdə Ay
    Ana,sən bir Günəşsən
    Mən sənə nisbətdə A

    * * *

    Daha məni heç nə təəccübləndirmir.
    Daha mənə heç nə qeyri-adi gəlmir.
    Fikirlərim dar beynimə,
    Hisslərim qafiyəyə,
    Ruhum isə “can” adlanan bu qəfəsə sığmayır.
    Sıxılıram, boğuluram..
    “Haqqa” doğru yol gedirəm,
    “Həqiqət”i özləyirəm
    Tamlığından ayrı düşmüş yarpaq üzərində bir şeh damlasıyam.
    Buludlara qovuşmaqçün günəşin doğmağını gözləyirəm
    Mən, keçmişindən xəbərsiz,
    Gələcəyinə biganə manqurtlaşan gəncliyəm,
    Məhvə məhkum bir xalqın son gümanı,ümidiyəm
    Atası şəhid, anası faişə bir uşağın “insanliğ”a nifrətiyəm
    Hər şeyin nəfsinə qurban verən
    əsgərin əzab çəkən vicdanıyam,qeyrətiyəm.
    Əsirlikdə təhqir olan qadınların ismətiyəm.
    “Söz” tapıb ifadə edə bilmədiklərim içimi yandırır, kül eləyir.
    Mən Qarabağda yandırılmış,xaraba qalmış bir yurdam
    Tamahına aldanaraq tələyə düşmüş,qarşısında şikar durmuş,gözləri bərələ qalmış
    Boz qurdam.
    Bədənimi buz kəsibdir,donmuşam,bəlkə,yenidən qış gəlibdir?
    …yox!yox!Deyəsən,elə mən ölmüşəm..
    Ağzımdan çıxaraq havada iz buraxan,
    Nəfəs deyil,içimdəki od-alovun istisidir,tüstüsüdür

    İÇİMDƏN KEÇƏNLƏR

    İçimdən keçənlər…
    Nifrətin əli ilə,şərin özü ilə
    Boynunu vurmuşam parlaq günəşin
    Kainat mat qalıb özü-özlüyündə
    Məni illər boyu uşaq kimi aldadan
    Xoş gələcək arzusu ilə yaşadan
    Yalançı,fırıldaq ümidlərimi qəlbimdən
    qoparıb bir-bir boynunu vurdum edam kötüyündə.
    Acaq ürəyim soymadı,”insani”hisslərim,nəfsim doymadı
    Hamısın yığıb bir yerə onları dəfn elədim
    Keçmişimin dərinliyində…
    Şaxtalı bir qış gecəsi,vaxt dayanıb
    Göydə ay,uduzla da donub…
    Bu sükutu bircə pozan
    Döyünən,arsız ürəyimdi.
    Bircə anda dayanmayan xəyallarım,diləyimdi
    …Yaşamıram,mən yoxam,mən yoxluğam
    Bir günahkar ruh sürünür can yerinə
    Tikə-tikə doğrasanda heç nə çıxmaz
    Damarımda nifrət dolanır qan yerinə
    Unutmuşam kimliyimi,itirmişəm Tanrımı,inancımı…
    Söz deməyə haqqım,yaşamağa yerim yox…
    Aslı qaldım mən göylərin ətəyində

    TÜRKƏM DEYƏNƏ

    Türkəm deyə…
    Pəncərədən düşən günəş
    Elə bil ki,buz bağlayıb.
    İsitməyir könlümü…
    Qarabağda ruhum əsir
    Savalandan külək əsir
    İçimdə boz qurd ulayır…
    Əllerim açılıb göyə
    Taleyim bürünüb göyə
    Tək günahım-Türkəm deyə
    Yasaq edildi Ana dilim
    Qurudulur Urmu gölüm

    YAŞAMAQ BƏHANƏSİ

    Yaşamaq bəhanəsi
    Yaşamaq üçün gərək bu cəmiyyətin
    ritmini tutasan
    Kimliyini,məqsədini unudasan
    Bunların dilində danışasan…
    Yox,mən bu hünərin sahibi deyiləm,bacarmaram
    Ümid edirəm ədalət tərəzisi qurular.
    Kənardan mənə baxıb ,qəhqəhə çəkən ümidlərim.
    Əlacım olsa, içimdən birdəfəlik qovaram sizi
    Əlacım olsa, bir qaşıq suda yox,göz yaşlarımda boğaram sizi
    Önümdə uzun bir tunel.
    Nə işıq görünür, nə qatar gəlir
    İrəli gedim getməyim tərəddütdəyəm
    Yenə ümidlərim irəli səsləyir
    Bu tunelin sonunda məni
    Ya həqiqət,ya ölüm gözləyir
    Yox!ölmək olmaz!
    Axı bir yanda sevdiklərim var
    Digər yanda intiharı günah sayan Tanrım
    Aha! Deyəsən, yaşamağa bəhanə tapdım..

    XATİRƏLƏR

    Xatirələr…
    Sənsizlik,tənhalıq sıxanda məni
    Arzular,ümidlər dayağım olur
    Mən haçan darıxsam,səninlə bağlı
    Şirin xatirələr qonağım olur
    Həsrət fırtınası azdırsa məni
    O ulduz gözlərin mayağım olur
    Mən eşq dənizində üzən bir gəni
    Qolların limantək sığnağım olur

    * * *

    Qorxu – nə isə itirmək hissi…
    Kimisi can itkisindən
    Kimisi mal itkisindən
    Kimisi vəzifə itkisindən
    Qorxar,susar kölələşər
    Yavaş- yavaş ,zərrə-zərrə vəhşiləşər
    İnsan da insanlığın itirməyə yaman qorxar
    Dan danışar,sonra isə qan qusar….
    Yuxu-ruhun azad olduğu an…
    Daş üstündə daş kimi yatan da var
    Yatağında ilan kimi qığrılan da var
    Yarasa kimi qaniçən,gecə həyatı yaşayan da var
    Qula çevrilmiş ruhlar,istəməsə də bu “canları”daşımağa məhkumdurlar
    Ruhlara bu cəzanı niyə vermiş Allah?
    Görən bunların hansı günahı var?…
    Sevgi – vərdişin,bağlılığın ən yüksək pilləsi…
    Yaradana sevgi
    Valideynlərə sevgi
    Vətənə sevgi
    Qadına sevgi
    Vəzifəyə sevgi
    Var -dövlətə sevgi…
    Bu qədər sevgini ürəyimizdə necə gəzdiririk,İlahi?
    Bunlar hamısı insana məxsus ehtiyaclar,istəklərdir…
    Ruhun isə bir arzusu,bir diləyi,bir sevgisi var ancaq,
    Azadlıq !Azadlıq! Azadlıq!!!

    Almaz İldırımın”Məlum bir zamanda,məhkum bir eldə
    Allahım nə ücün şair doğuldum?”
    şerinə cavab yazmışam bu şeiri….

    “Xalq düşməni” deyib təqib etdilər
    Nələr çəkmədi ki,bəlalı başı?
    Dərdini söylədi Araza,Kürə
    Xəzərə yetişdi qanlı göz yaşı

    Dedi;”dəfn edərsiniz üzü vətənə”
    Onun Kəbəsi idi hər vətən daşı
    Adıtək ruhu da qalxdı göylərə
    Qürbətdə gömdülər bir Vətəndaşı

    O Yanvar gecesi qan dənizində
    Əliyalın xalqımla birgə boğuldum
    Arxalı köpəklər cumdu elimə
    Mən də sənin kimi yurdan qovuldum

    Şəhidlər can verib aldı hüriyyət
    Onların ruhutək mən azad oldum
    Azad məmləkətdə,azad bir eldə
    Allahım nə yaxşı şair doğuldum!!!

  • Nemət Tahir QARAXANLI.Yeni şeir

     

    DƏRDLƏRİMİ YAZMIŞAM BUZ ÜSTÜNƏ

    Ümidlər qəbiristanlığıdır sanki
    Daş kimi soyuyub mənim ürəyim.
    Oxa dönmüş başdaşları dəlir sinəmi…
    İnsanlığa həsrət…Vətənə həsrət…
    Azadlığa həsrət… kəfənə həsrət
    diri ikən ölülərik biz…
    nəfəsim içimdə boğulur
    göz yaşlarım yanağımda quruyur
    Dodaqlarım çat-çat olub
    Suya həsrət torpaq kimi…
    Dərdlərimi yazışam buz üstünə
    Gözləyirəm günəşin doğmağını.
    Azalıb inancım,Taqətdən düşmüşəm.
    Zəifləyib əqidəm,odum-alovum,
    təkcə yanır varlığım.
    Nefti qurtarmış,piltəsi közərən çıraq kimi…

  • Hüseyn Arifin arxivindən şeirlər.Eksklüziv

    10335726_630733263662185_1590584312_n

     

    Tələsmə

    Baxıb sola, baxıb sağa
    Tər qoxulu bağça-bağa
    -Vaxtıdır!-deyə açılmağa
    Tələsmə, ay gül, tələsmə!

    Çən-çiskin versə də ara
    Azmı tutulmuşuq qara
    Bel bağlayıb ilk bahara
    Tələsmə, bülbül, tələsmə.

    Çat haraya, yet köməyə,
    Qoyma namərd mərdi əyə.
    Bir sözlə dostdan dönməyə
    Tələsmə, könül, tələsmə.

    Oldu

    Xəyal zirvələrə səslədi məni,
    Torpaqda əzilən dizlərim oldu.
    Alanda üstümü dağların çəni,
    Donub buz bağlayan izlərim oldu.

    Bilmirəm həyatda kimə neylədim,
    Ağlıma gələni aşkar söylədim.
    Yaxını özümdən uzaq eylədim,
    Günahkar günahsız sözlərim oldu.

    Hüseyn Arifəm, saçlarımda dən,
    Bir tərəfim bulud, bir tərəfim çən.
    İçim qan ağladı gördüklərimdən,
    Könlümün düşməni gözlərim oldu.

    Daş üzəngi

    Dağlara getmişdim,
    ulu dağlara.
    Buludlar başımın üstündən aşdı.
    Qayalar qoynunda elə bu ara
    Bir daş üzəngiyə gözüm sataşdı.

    Qədim daş üzəngi…
    Seyr et bir anlıq-
    Onda qoç Koroğlu, Babək zəhmi var.
    Bir canlı tarixdi hər qəhrəmanlıq
    Əsrdən-əsrə qalır yadigar.

    Xəyal haralara apardı məni,
    Yadlar yurdumuza çox bostan əkib.
    Köhlənlər belində ərlər çəkəni,
    Üzəngilər çəkib, yəhərlər çəkib.

    Ürək daşa dönər, demişlər bunu
    Müsibət ucundan, möhnət üzündən.
    Dəmirin dəyişib daş olduğunu
    İlk dəfə görürəm gözlərimlə mən.

    Çoxdur möcüzəsi dövrün, həyatın
    Nə qəribə hikmət, nə qəribə sirr.
    O bəlkə Qır atın, bəlkə Dür atın
    Bəlkə Ərəb atın nişanəsidir…

    Suallar, sorğular beynimdə min-min,
    Aşıq da qarşımda keçir “Cəngi”yə.
    Nə deyim, bəlkə də Ərəbzənginin
    Ayaqları dəyib bu üzəngiyə.

    Nəsillər alovdan, alovdan keçiblər,
    Bir ordu məhv olub bir çathaçatda.
    Bəlkə də Babəki boğanda qəhər
    Dəmir daşa dönüb ayağı altda.

    Daşın daş dözümü, daşın daş ömrü,
    Nə qədər köksünü irəli gərmiş.
    Yüz dağa, düyünə dözməkdən ötrü
    Dəmir də bərkiyib başa dönərmiş.

    Üzümüz nə vaxtdan nə vaxta çatır
    Şimşək nərəsi var haqqın səsində.
    Hələ cilid-cilid kitablar yatır
    Dağlar muzeyinin xəzinəsində.

     

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    MƏHƏBBƏT

    Bu qoca dünyada biztək insana
    Ömür verib yaşadandır məhəbbət.
    Bu qoca dünyada qıza, oğlana
    Əmrin verib aldadandır, məhəbbət.

    Can, can deyib çağıran o dillərin,
    Şux qaməti qucaqlayan əllərin,
    Ətir saçan gözəl-göyçək güllərin,
    Təsirindən yaranandır, məhəbbət.

    Bəzən sevindirib, bəzən ağladan,
    Ürək qapısını üzə bağlayan,
    Sevənləri xəyallara daldıran,
    Ağılı başdan alandır, məhəbbət.

    BİRCƏ SƏN YOXSAN, ƏZİZİM

    Gözəl bir qış axşamında,
    Oturmuşam otağımda,
    Siqaret də damağımda,
    Bircə sən yoxsan, əzizim.

    Yazan qələm, coşan ilham
    Mənimlədir indi, bu an.
    Otağı bürüyüb duman,
    Bircə sən yoxsan, əzizim.

    Bu axşamın qonağıdır
    Divardan asılan rəsmin.
    Bir də oxunan ağıdır,
    Bircə sən yoxsan, əzizim.

    Gedişinlə izin qaldı,
    Baxışınla gözün qaldı,
    Bir də quru sözün qaldı,
    Bircə sən yoxsan, əzizim.

  • Teymur HƏBİBİ.Yeni şeirlər

     

    GÜL FİDANI
    Gül fidanı, bəxtimin gülüsən sən,
    Nə tez mehin ətrilə soldun belə?
    Hey nazlanıb, ağlayıb, gülürsən sən,
    Nəğmələr olub düşdün dildən-dilə.

    Gül fidanı, ətirli bir çiçəksən,
    Eşq bağımda birdənəsən, sən təksən.
    Yağışam, ruhuna qidayam, gülüm,
    Bil, həsrətindən döyünən ürəksən,

    Gül fidanı, adın kimi gözəlsən,
    Gül bir yana, qadın kimi gözəlsən.
    Həbibi, hər an şad ol gözəllikdən,
    Fidanım, sən də gül kimi gözəlsən.

     

    SƏN MƏNİM ÜÇÜN…

    (Mənsur şeir)

    Sən mənim üçün tələbəlik illərindən bir xatirə…
    Sən mənim üçün saf-səmimi, ülvi məhəbbət…
    Sən mənim üçün yazdığım cavabsız mesajlar…
    Sən mənim üçün “Gül fidanı…”
    Sən mənim üçün qısa metrajlı bir film…
    Sən mənim üçün telefon zəngi…
    Sən mənim üçün gələcək can yoldaşı…
    Sən mənim üçün gələcək iş yoldaşı…
    Sən mənim üçün gələcək səfər yoldaşı…
    Sən mənim üçün sonda ayrılıq payı…
    Sən mənim üçün sonda dərd dağı…
    Sən mənim üçün həsrətdən ağlayan göz yaşı…
    Sən mənim üçün tufanlı bir dəniz…
    Sən mənim üçün ürəyin son nəbzi!

  • “Türk Dünyası Gənc Yazarlarının Bakı Toplantısı” keçiriləcək

     

    Zamanı, həvəsi olan bütün dostlarım çağrılıdır:

    Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Türk dünyası gənc yazarların Bakı toplantısı” layihəsi çərçivəsində “Dünya Gənc Türk Yazarlar Birliyi-15: ödül törəni və Türk dünyası şeir şöləni” düzənlənəcək.2013-cü il iyul ayının 1-də Bakı şəhərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 17:00-da gerçəkləşəcək.

    Həmin layihədə iştirak etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:

     

    Azərbaycan Respublikası, Bakı şəhəri, Səbayel r., R.Behbudov küçəsi,12 BAKI AZ1000

     

    Dünya Gənc Türk Yazarlar Birliyinin elektron orqanları

    www.dgtyb.org, www.bizimyazi.com

    Dünya Gənc Türk Yazarlar Birliyinin elektron poçtları

    dgtyb@box.az, yazar55@rambler.ru

  • Dünya Gənc Türk Yazarlar Birliyinin növbəti hesabat-seçki qurultayı keçiriləcək

     

    Diqqət!

    Sayğılı Dünya Gənc Türk Yazarlar Birliyi ( DGTYB) üzvləri və təəsübkeşləri!

    2013-cü il iyul ayının 2-də Bakı şəhərində Dünya Gənc Türk Yazarlar Birliyinin növbəti hesabat-seçki qurultayı keçiriləcək.Əgər sizlərdən indiyədək nümayəndə ( yaxud müşahidəçi) olması barədə bilgi əldə etməmişlər varsa, bu qurultayda iştirak etmək istəyirsinizsə, lütfən, dgtyb@box.az; yazar55@rambler.ru elektron poçtları vasitəsilə bizimlə əlaqə yaradıb, istəyinizi bildirin.

  • Gülten ERTÜRK (Türkiye Cümhuriyyeti, Ankara).Muhteşem şiirler

     

    Sevgimsin(GÜLCE-BULUŞMA)

    Ey gurup vaktinin hazin güneşi
    Sevdamın üstüne batma ne olur
    Karşımda dururken gönlümün eşi
    Derdime ayrılık katma ne olur

    Ey sevgili;
    Sevgi sözcüğünün ifadesi nedir?
    Dendiğinde
    Seni gösteresim geliyor.
    Ben seni gelmiş geçmiş zamanlara inat
    Sen yokken bile sevdim.
    Boncuk gözlerinden akan yaşlarda,
    Hayalime dolup taşarken sevdim seni.
    Kara gecelerime inat,
    Günümü aydınlatan seher vaktiydin.
    Kara bulutlara inat,
    Bereketini veren yağmur damlalarında sevdim seni.
    Okyanuslardaki her bir su damlası
    Sevgimin ifadesidir benliğimde…

    Gittiğin o gün var ya
    Aldığın güller boynunu büktü
    Kalbimse yerinden sanki söküktü
    Hasta bedenimse ezik döküktü

    Med cezirler yaşadım kimi zaman
    Kimi zaman hayal denizinde sarhoş oldum.
    Ben seni ta ki Kal-ü belâdan beri
    Ta ki karşıma çıkana kadar
    Sen olduğunu bilmeden sevdim.
    Bil ki sevgili;
    Gözlerin gözlerime tek damgası vurdu
    Yaman yurdu bu gönül zamanı sana kurdu.

    Bitti

    Yanlış zamanlarımda, farklı duygularımla
    Aşk kibritti…

    Mıknatıs sevdamızsa; birbirini kuvvetle
    Hızlı itti…

    Camdaki düşlerimin üzerine su tuttum
    Aktı gitti…

    Anla beni gönlümde ayırdığım bu yerin
    Şimdi bitti…

    9.02.2008

  • Təranə NAZİMQIZI.”Mənim vicdanım qələmimə qara ləkə deyil…..!” (Məqalə).

    MƏNİM VİCDANIM  QƏLƏMİMƏ QARA LƏKƏ DEYİL…..! 

    Hörmətli oxucular, bəzi həmkarlarımın mənə irad tutduqları məsələlərə cavab verməklə   sizinlə həmsöhbət olmaq istərdim. Bəzən məndən soruşurlar:”Bu geniş dünyada gözlərin  yaxşı heçnə görmür ki, yaxşıdan  yazasan, niyə həmişə fikirlərin iradlı olur?  Sizləri əmin edirəm, mənim gözümdən zərrə olsa yayınmaz, istər pis , istər yaxşı, bu ALLAHIN mənə verdiyi töhfədir. Qələmimlə TANRININ mənə verdiyi saf vicdan  üst – üstə düşdüyündən, özümə əmin olan dürüst  jurnalist kimi yalnız gördüklərimi yazıram. Əlbəttə, mənim də hamı kimi iki gözüm var, fərqli olan budur ki, mənim vicdanımın gözü itidir.  Sadə bir misal, evdən səhər işə getmək üçün çıxıram. İlk olaraq gözlərim  yerə sataşanda gördüyüm ayaqlar altına tökülmüş zir-zibillə yanaşı mədəniyyətsiz insanların( bəlkə də xəstə) yerdəki tüpürcəkləri olur. İnanın dediklərimi görməmək üçün ayağımın altına baxmadığımdan dəfələrlə yıxılmaqdan qurtarmışam.  Sizcə, bu mənzərə insanda hansı təəssuratı  yaradar? Ani olaraq vərəmli xəstələr göz önünə gəlir və istər – istəməz düşünürsən, bəlkə yerə tüpürən  insanlar virus daşıyıcısıdır? Əgər belədirsə onların yerə tüpürüb insanları ürəkbulandıran vəziyyətə salması hansı məntiqə uyğun gəlir? ( Məni qınamayın, gördüyüm mənzərə belə düşünməyə əsas verir) Xəstə olmaq heç də qəbahət deyil. Allah dərd də verib, dərman da.  Niyə bəzi xain xislətli  insanlar düşünürlər ki, mən xəstəyəmsə hamı xəstə olmalıdır. Axı gördüklərim bir jurnalist kimi məndə belə təsurat yaratmaya bilməz. Bu ürək bulandıran görüntülər bir yana qalsın, bir az  getməmiş dəfələrlə eyni yerdə yol təmiri adı ilə  qazılıb yarı – yarımçıq  doldurulmamış çala – çuxurla rastlaşmalı oluram. İş yerinə  çatana kimi bu və ya digər gördüyüm mənzərələrin sayını artırmaq mümkündür. Marşrutdan istifadə zamanı sürücülərin məsuliyyətsizliyindən gözlənilməz yol qəzalarının şahidi olmuşam. Artıq bu kimi  olaylar gündəlik həyatımızla eynilik təşkil edir, hətta deyərdim alışmışıq da…! Həyatda göz çıxaran və ürək ağrıdan dəfələrlə rast gəldiyim mənzərədən  biri də, dilənçilərdən fərqli olaraq, bir loxma çörək üçün ona – buna əl açan hicablı xanım  da görmüşəm. Bu yerdə hicablı jurnalist əlinə qələm götürməsin neyləsin? Necə gördüyünü qələmə almasın? Necə rast gəldiyinə irad bildirməsin? Beləsi mənim də qarşıma çıxıb, cavan qız uşağı idi, gələn maşınların qarşısına çıxıb pul üçün sürücülərə əl açırdı. İNSANLIĞI olan  bu qızın əlini boş qaytarmırdı, lakin eləsi olurdu qızı ələ salırdı.  Mən özüm hicablı olduğumdan şahidi olduğum hadisə  mənə çox ağır təsir bağışladı. Sanki bir anlığa özümü onun yerində hiss etdim. Bütün bu olanlar İSLAM dininə həqarət deyilmi? Əlbəttə bu yerdə mən özümü saxlaya bilməzdim. Xanımın qarşısına çıxıb nə etdiyinin fərqində olduğunu  israrla  xəbər aldım və onu başa salmağa çalışdım ki, sənin etdiklərin dinimizə ziddir. Səni nə vadar edir ki, bu yola düşmüsən? Cavabı çox qısa oldu:” Anam xəstədir onu yaşatmaq üçün dilənməyə  məcburam, çünki mənim heç yerdən gəlir yerim yoxdur. Təhsilim də yoxdur ki, özümə başqa iş tapım.Restoran kafedə işə düzəlmək istəmişəm, mənə irad tutublar ki,   “vid – fasonun” yoxdur. Mən qaragün  heç vaxt ağ gün görmədiyimdən, allah verənləri də itirmişəm. Nə edim, ALLAHIN verdiyi budur, həyatın amansız burulğanında çabalayıram” Mən onu başa düşüb ürəyim ağrısa da, anlatmağa çalışdım ki, sənin dediklərin əsas deyil. Sənin əlin sağ, ayağın sağ, get  özünə başqa iş tap, İSLAMİ dəyərlərə, bir halda özün də hicablısan, mömin bacıların adına  ləkə gətirmə! İSLAMI haqqilə yaşayan hər kəs dinimizin qanunlarına  boyun əyməlidir!   Xanım məni başa düşdüyünü dedi və çox peşman oldu. Mən isə o gündən sonra həmin qızı oralarda görmədim. Mənim düşünçələrimə irad tutanlar mənə cavab verin! Mən  şahid olduğum  cəmiyyətin qara ləkəsinə  necə ağ deyim? Mənim vicdanım heç vaxt yol verməz ki, qaraya ağ deyim. Nə olsun ki, söz, mətbuat azaddır. Bəs vicdan, odamı azaddır? Vicdanlı  jurnalist qələmin  təsir qüvvəsidir. Siz də  heç  şübhə yaranmasın ki,  mən yaxşı  gördüklərimi tamamilə inkar edirəm. ƏSLA! Mən də bu dövlətin vətəndaşıyam. Vətəndaş olaraq fəxr edirəm mənim dövlətim var, bayrağımız böyük dövlətlərin bayraqları sirasındadır. Öyünüləsi çox işlərimiz var. Lakin elə acı həqiqətlər var ki, heç dilə gətiriləsi deyil. Ancaq hər şeyə rəğmən fəxr edək ki,  yer üzündə millət olaraq varıq və bizi AZƏRBAYCANLI kimi tanıyırlar. Olanlarımıza yalnız  şükr etmək lazımdır. Zərurətdən dolayı  onu  nəzərə almaq lazımdır ki, kölgəli görüntülərə vicdanlı jurnalist aydınlıq gətirməlidir. Məndən ötdü, qardaşıma dəysin deyib hadisələrə göz yummaq  mümkün deyil! Mən necə görməyim, eşitməyim atalar – analar qız uşaqlarınnın bir ailədə çox olmasını arzulamır və  dünyaya gəlişini özünə utanc bilir.( Axı bizim nə qədər utanılası işlərimiz var), necə qələmə almayım, böyük – kiçik tanınmır  istirahət üçün salınan bulvar və parklarda mənəviyyatsızlıq baş alıb gedir, dövlətin xalq üçün verdiyi zəruri  qanunlar kağız üzərində qalır, insanların maddi – rifah halı ilə yanaşı sağlamlığı qənaətbəxş deyil, həkimlərin özbaşınalığı dözülməz səviyyədədir, hansı birindən söz açım, hansı birinə göz yumum? Sizlər də gördüklərinizə mənim kimi yanaşsanız  vətəndaş olaraq mənə  irad tutmazsınız. Bizlərin hər anı, hər dəqiqəsi bir tarixdir. Tarix  isə həmişə arxada qalır ki, geriyə baxanda nələrsə yadımıza düşsün. Hər dövlətin  yaxşı və pis işləri  tarixin yaddaşına hopur. Bəzən mən də öz-özümə sual edirəm “ Doğrudanmı mənim qarşıma yaxşı heçnə çıxmır yaxud mən zorla nə isə düzüb- qoşuram.” VALLAH səmimiyyətimə inanın, mən də hər şeyi gözəl görmək istərdim. Əlbəttə mən də, pisləri  yaxşı kimi  görə bilsəydim mənəvi əzab çəkməzdim. Cəmiyyət o qədər kölgəyə bürünüb ki, reallığı görmək mümkün deyil. Yalnız sözündə qələmində dürüst, cəsarətli,  diqqətli jurnalist  gözünə görünən  kölgələri  reallığa çevirə bilər. Bu qara kölgələr  səni nəinki çöldə, bayırda hətta evdə oturduğun zaman da, yaxalayır. Bu yaxında evin pəncərəsindən baxanda şahid olduğum bir hadisəni sizlərlə bölüşüm. Bu mənzərə mən yuxarı mərtəbədə yaşadığımdan, daha aydın seçilirdi. Binaların arasında  bəzən maşınlar qarşı – qarşıya çıxır, sürücülük mədəniyyəti olanlar  biri -digərinə yol verir. Bir dəfə həyətdən cürbəcür səslər gəldiyini eşitdim. Pəncərəyə yaxınlaşanda iki xarici avtomobilin üz-üzə dayandığının şahidi oldum?  Biri digərinə yol vermək istəmirdi. Baxdım ki, sürücülər hər  ikisi orta yaşlıdır. Binaların sakinləri səsə yığılmışdı. Biri deyir əvvəl mən keçəcəm, o biri deyir yox  mən. Xülasə bu sürücülər tərs keçi kimi burun – buruna dayanmışdılar.Hər iki avtomobilin sürücüləri başa düşmək istəmirdi ki, yolu kəsdiklərindən arxalarında yöluna davam etmək üçün çoxlu sayda avtomobil növbəyə durub, bir sözlə aləm bir – birinə dəymişdi. Heç kim onları ipə- sapa yatıra billmirdi. Nəhayət, məsələyə polis qarışdıqdan sonra işlər yoluna düşdü. Siz deyin, belə məsələyə jurnalist necə fikir bildirməsin? Bu mənzərəyə qocalı – cavanlı hamı baxırdı. Bizim gənc nəsil bu gördüklərindən hansı ibrəti götürsün? Həyatda bu kimi olaylara çox tez – tez rast gəlmək mümkündür. Görən göz belə faktlardan  necə yan keçə bilər? Bu gün cəmiyyət cox acınacaqlı vəziyyətdədir. İnsanlar zahirən azad olsalar da, mənəviyyatca şox kasıbdı. Mənəviyyatın kasıblığı millətin üzünə qara ləkə sayılır.LƏKƏNİN DƏRİNİ AŞILAMASI İSƏ ……. BAĞIŞLANILMAZDI!  Bəli çox israrla deyirəm bağışlanılmazdı! Dərini aşılayan ləkə bu günkü dövrümüzdə Can – Polad müəllimin “YENİ XƏBƏR” qəzetində dərc olunmuş məqaləsində QUŞ QUŞLAYAN  jurnalistlərin simasına daha dərin hopub. Mən yazını  yekulaşdırmışdım,  lakin əməkdaşı olduğum qəzetdə  Can – Polad müəllimin məqaləsinə rast gəldiyimdən, müəllifin  jurnalistlərə qarşı fikri birmənalı olmadığını nəzərə alaraq quş quşlayanlara fərqli münasibət bildirməyi özümə borc bildim.

    Hörmətli CAN – POLAD müəllim! Dediyniz jurnalistlər ov edib, quş quşlaya bilər, bəs bu jurnalistlər başa düşmür ki, onların vicdanları ovladığı quşlardan əvvəl tələyə düşüb? Bu tələnin içində çabaladıqlarının fərqində deyillərmi? Guman edirəm, mənim yazdıqlarımı oxusanız jurnalist xislətinin müxtəlifliyini görə bilərsiniz. Siz oxuyun, jurnalist kimi yaxşı heçnə gömədiyimi mənə irad tutanlara necə cavab verirəm. Əlbəttə sizinlə həmfikirəm, vicdanını pula satan jurnalistlər mətbuata, sözün, fikrin azadlığına qara LƏKƏDİR. Vicdanlı jurnalist əvvəl qələminə, sonra öz cəsarətinə güvənməlidir, ələlxüsus özünə inanmalıdır. Mən belə düşünürəm. Yazdım ki, bir az ürəyinizə sərinlik gəlsin, yəni quş quşlayan jurnalistlərlə yanaşı mətbuatda  gördüyünü gözündən vuran SNAYPER KIMI JUNALİSTLƏRİMİZ VAR. Mən özümü belə jurnalistlərlə yanaşı gördüyümdən,   dürüst yolumda mənə  irad tutanlara israrla bildirirəm. MƏNİM VİCDANIM QƏLƏMİMƏ QARA LƏKƏ OLA BİLMƏZ……!!!

  • Təranə NAZİMQIZI.”Canımızın boğazdan çıxacağı vaxt” (Məqalə).

                  CANIMIZIN BOĞAZDAN  ÇIXACAĞI VAXT

                                                 HƏLƏLİK MƏLUM DEYİL!!!… 

    İnkişaf etmiş dövlətin əzəməti onun mədəniyyətindən, təhsilindən, səhiyyəsindən və apardığı siyasətlə bağlı xalqının maddi rifahından asılıdır. Görəsən, nefti – qazı ilə varlı yaşaya biləcək qüdrətə malik olan  Azərbaycan bu göstəricilərə cavab verirmi? Məncə kənardan nə qədər qollu – budaqlı ağaca bənzəsək də,  içərimizdən yeyildiyimizin heç fərqində deyilik. Onu da yaddan çıxarmayaq ki, sosial baxımdan xalqın maddi rifahı hər tərəfli təmin olunsa da, sağlamlıq yerində deyilsə, bu göstəricilər yaşam tərzi  demək deyil. Nə qədər elmin- texnikanın, mədəniyyətin inkişaf etdiyi əsrdə yaşasaq da, səhiyyədəki boşluqlar  insanların sağlamlığını yetərincə təmin edə bilmir. Müşahidə etsək istər yaşlı, istərsə də gənc nəslin əksəriyyətinin sağlamlığı natamamdır. Axı niyə? Çünki elmin  inkişafı səhiyyədə olan boşluqları daha qabarıq şəkildə üzə çıxarır. İctimayəti narahat edən məsələlərlə tanış olmaq üçün yolumuzu səhiyyə ocaqlarından salsaq, təəssüf doğurası hal budur ki, Azərbaycanda özəl klinikalar dövlət xəstəxanalarını kölgədə qoyub desək yanılmarıq. Bu yerdə hər hansı bir xəstəliklə mübarizəyə qalxan zavallı xəstələr göz önünə gəlir. Aydın  məsələdir ki, Azərbaycanda özəl klinikalara üz tutan xəstə vətəndaşların əli mütləq cibində olmalıdır, fərq etməz istər kasıb olsun istər imkanlı. Elə ki,xəstələrin ayağı dəydi klinikanın kandarına həkimə “salam” vermək üçün ən azı iyirmi-əlli manat pulu kassaya ödəməlidir. Həkimlə salam – kəlamdan sonra xəstəni daha hansı “rasxodlar” gözləyir, o xəstənin  son dərəcə bahalı müayinələrindən asılıdır. Yazıq xəstələr lazım oldu – olmadı yersiz yoxlamalardan keçdikcə düşünürlər, görəsən, həkimin yazdığı resept nə qədər pul tutacaq, görəsən dərmanları almağa pulum çatacaq yoxsa yox, mən bunları hansı apteklərdən tapacam? Amma sağlamlıq fədaisi olan həkimlərimiz xəstələrini heç dərd çəkməyə qoymur, birbaşa yonəldir faiz üçün əməkdaşlıq etdiyi firmaların apteklərinə. “ZAVALLI XƏSTƏLƏR” od qiymətinə aldıqları dərmanların xeyrini görə bilsə yenə dərd yarıdır. Heç bir nəticə görməyən xəstə  bu dəfə televiziyadan eşidir ki, xaricdən həkimlər gəlib,  vardan yoxdan çıxmasına baxmayaraq, üz tutur xarici həkimlərin qəbuluna ki, bəlkə indi nicat tapa. Əcnəbi  ölkələrdən gələn həkimlərdən söz düşmüşkən son zamanlar Azərbaycana təşrif buyuran həkimlərin sayı-hesabı yoxdur. Görəsən biz səhərdən axşama kimi  bu həkimləri reklam etməklə niyə  öz savadlı həkimlərimizi kölgə altında qoyuruq?  Görünür bu prinsip dövlətin səhiyyə ilə  bağlı olan siyasətidir və birmənalı deyil. “Gəlmə” həkimlər Azərbaycan səhiyyəsində olan boşluqları aydin görmürmü? Hansı  gəlmə həkim azərbaycanlı vətəndaşa doğması kimi münasibət göstərə bilər, özümüzünkü nə qədər pis olsa da, ətini (pulunu) yesə də sümüyünü çölə atmaz! Sadəcə duşdüyümüz vəziyyətdən istifadə edən xarici həkimlər Azərbaycanda “qaz” vurub qazan doldurmağa gəlirlər. Bu gəlişlərin  insanları soyub mənfəət  əldə etməkdən başqa xalqa heç bir xeyri yoxdur,   bəlkə az-maz vergisindən başqa.  Görəsən bu qədər “qara qızıl” kimi sərvəti olan dövlətin bu xırda pullara doğrudanmı ehtiyacı var?  Görəsən  bizim dövlətin  hər hansı xarici dövlətdə öz klinkalarını açmağa qüdrəti çatmırmı? Bu yerdə birmənalı şəkildə deyə bilərik ki, biz və ya qeyri dövətlər xarici dövlətlərin nəzdində klinka açmaq üçün cəhd etməz, ən azı ona görə ki, onlar öz xalqının savadlı həkimlərinə inanır və öz sağlamlıqlarını onlara həvalə edirlər. Düşünməyə dəyər, məncə  bizim həkimlər heç də xarici həkimlərdən savadsız, bacarıqsız deyil. Belə çıxır ki, heç bir xarici dövlət imkan vermir ki, onun vətəndaşının sağlamlığına başqa xalqın  həkimləri müdaxilə etsin, çünki  vətəndaşının sağlamlığına biganə deyil. Bəs biz niyə bunu düşünə bilməyib, millətin həm sağlamlığını, həm maddi rifahını yadlara etibar edirik? Başqa bir məsələ, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi Azərbaycanda da hər bir vətəndaşın tibbi sığortası olmalıdır. Vətəndaş heç olmasa ildə bir və ya iki dəfə tibbi sığorta hesabına fərq etməz, dövlət yoxsa özəl (çünki vətəndaş da bizimdir, klinika da) sağlam gələcək naminə müayinədən keçə bilməlidir. Belə olsa vətəndaşların başqa ölkələrə ayaq açmasına ehtiyac qalmaz, həm də xeyir özümüzə qalar. O ki qaldı, vətəndaşın maddi imkanına  yəqin dövlət tibbi sığortanı elə planlaşdıra bilər ki, vətəndaş işlədiyi idarədən və aldığı məvacibdən asılı olaraq istərsə dövlət xəstəxanasında, istərsə özəl klinkalarda müayinə və müalicə oluna bilsin. Son zamanlar Dövlət xəstəxanaları hər cür təmin olunmasına baxmayaraq, (mətbuatda hər gün dövlətin öz hesabına açdığı və hər cür avadanlıqla təmin etdiyi xəstəxanaları görür və eşidirik, bunlar yalnız kimlərəsə göstərmək və gözə kül üfürmək üçün deyilsə əgər) nədənsə dövlət xəstəxanalarında yenə hansısa müayinələr mümkün olmur, vətəndaş özəl klinkalara göndərilir, deməli, dövlət öz həkimini yetərincə təmin edə bilmədiyi üçün özəllərdən gələn faizin həkimin cibinə getməsi üçün şərait yaradır. Belə olan təqdirdə həm dövlətin gördüyü işlər qalır kölgədə, və yenə də vətəndaş həm maddi, həm də mənəvi zərbə alır. Axı niyə  və ya nədir məqsəd? Kimi qınayaq? Həqiqəti  axtarsaq, həkim də bu dövlətin nümayəndəsidir, o da dolanmalıdır. NİYƏ? NİYƏ axı, bizim həkimlər də maddiyat səbəbilə  öz vətəndaşına maddi zərər vura-vura öz həkim adına ləkə gətirir? Niyə dövlət tibb sahəsində belə özbaşnalığa şərait yaradır?  Mübaliğəsiz deyirəm, həkimləri xalq yox, dövlət yaşatmalıdır! Dövlət öz savadlı həkimləri üçün elə şərait yaratmalıdır ki, həkimin gözü xəstənin əlində olmasın. Həkimlər də üzərinə düşən məsuliyyəti dərk edərək, millətinin sağlmlığının keşiyində təmənnasız dayansın, xalqa xidmət etsinlər ki, gələcəyimiz olan nəsil sağlam yetişsin. Gələcək nəsildən söz düşmüşkən, heç fərqinə varan varmı, ümumiyyətlə Azərbaycanda nəsil artırmı niyə azalıb? Bu gün yeni ailə quranlar tək uşaqla kifayətlənir, maraqlıdır, NİYƏ?  Ana olmaq istəyən gənc ailə səhiyyədəki indiki qiymətlərlə bir övlad sahibi olmaq üçün  beş-altı min manatı göz önünə almalıdır ki, öz övladını qucağına ala bilsin. Heç təəccübləmək lazım deyil, əfsuslar olsun ki, min əzab əziyyətlə bir uşaq sahibi olan ailə, ikinci dəfə eyni vəziyyəti yaşamağı arzulamır NİYƏ…? Bu suallarla, başımız çox ağrıyacaq. Sizləri əmin edirəm. Çünki hər ötən gün bu sualların cavabıdır. İndi düşünün bizim xalqımızın sosial durumu hansı vəziyyətdədir. Bütün bunlar genefondumuzun tükənməsinə gətirib çıxarmırmı? Bəs niyə xəstələrimiz  İrana və sair yerlərə axın edir. Çünki insanlar az pula çox şey əldə etmək istəyir. Sağlamlığı naminə xərclədiyi pulun  nəticəsini  görmək arzusundadır. Məsələn qonşu dövlət İrana, və başqa xarici ölkələrə  ayaq açan  insanlar az miqdarda pulla yoxlamadan da keçir, həkimin yazdığı kefiyyətli dərmanları apteklərindən əldə edərək, yol pulu da daxil olmaqla az vaxt ərzində Vətənə geri dönür, müalicənin nəticəsini də görür. Bizdə isə vətəndaş hələ müayinə üçün girdiyi klinikada xərclədiyi pulu görəndə  başqa bir xəstəliyə də tutulub oradan çıxır. Nə vaxta kimi bu suallar cavabsız qalacaq? Danışanda ağızdolusu deyirik ki, Azərbaycan inkişaf etmiş dölətlərlə yanaşı Avropaya intiqrasiya edir. Çox gözəl, olmazmı Avropanın millət üçün, xalq üçün xeyirli olan  işlərinə intiqrasiya edək?! Xalqımın acınacaqlı vəziyyəti məni,  həm bir vətəndaş, həm də jurnalist kimi narahat edir.  Bu gün sözün, fikrin, mətbuatın azad olduğu dövrdə yaşayırıq. Bəzi  həmkarlarım sözün, mətbuatın azadlığından sui- istifadə edərək, şou biznesin alaq otlarını gündəmdə saxlamaqla qalmaqal yaradaraq qazanc əldə edirlər. Mən həmkarlarıma üzümü tutaraq bildirmək istəyirəm: Əslində, xalqımızın işıqlandırılası problemləri daha çoxdur. Gəlin əl – ələ verib bu məsələləri araşdırmaqla məşğul olaq! Yazılası, çözüləsi o qədər dərdlərimiz var ki…! Amma kənardan necə xöşbəxt, varlı görünürük. Lakin heçnə göründüyü kimi deyil. Bu gün xalqımız canı boğazında ilişib qalan, xırıldayan yarı ölü,  canlıya  bənzəyir. BU CANIN BOĞAZDAN NƏ VAXT ÇIXACAĞI HƏLƏLİK MƏLUMDEYİL!!!…

  • Debüt: Elşad TALEHOĞLU (Ağdam).Yeni şeirlər

    1391757_1403855233180811_1376804781_a

    Elşad TALEHOĞLU

    Elşad Talehoğlu ( Əliyev Elşad Taleh oğlu) 1994-cü il yanvar ayının 16-da Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.1999-cu ildə Ağdam rayon 85 saylı tam orta məktəbin birinci sinfinə dabil olub.2011-ci ildə həmin məktəbi bitirib.2011-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk şeirlərini tələbəlik illərində qələmə alıb.Şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında nəşr olunub.Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində elmi məqalələri dərc olunub.”Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.
    2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkldaşı seçilmişdir.
    Gənc yazar Elşad Talehoğlu öncəki şeirlərində dövri mətbuat səhifələrində “Elşad Qarabaği” təxəllüsü ilə çıxış etmişdir.Şeirləri müntəzəm olaraq dövri mətbuat səhifələrində dərc olunur.Bakı və Sumqayıt şəhərlərində müxtəlif mətbu orqanlarla əməkdaşlıq əlaqələri saxlamaqdadır.Gənc yazar Elşad Qarabaği şeirlər, məqalələr müəllifidir.

    QUZANLI

    Qışın zülmətindən yaza girəndə,
    Bağ-bağçası bol olandı QUZANLI.
    XAÇIN çayı şaqqa-şuruq axanda,
    Çeşmələri göl olandı QUZANLI.

    Nazənləri bir baxarsa, yaralar,
    Ürəkləri ağılından aralar.
    Üzlər dönsə, həmən üzlər saralar,
    Gözəllərin qəlb alandı QUZANLI

    ELŞADAM, çox gördüm qaranı, ağı,
    Dolaşdım dünyanı, dolaşdım dağı.
    Nə qədər gəzsəm də, bağçanı, bağı,
    Səndən başqa bil yalandı QUZANLI.

    AY GÖZƏL!

    Sən yaxşısan, mən yaxşının quluyam,
    TANRIM sənə sevinc versin, ay gözəl!
    Sən sadəsən, mən sadənin quluyam,
    TANRIM sənə sevinc versin, ay gözəl!

    Bənzəyirsən dağ döşündə güllərə,
    Yaraşıqsan çəmənlərə, çöllərə.
    Düşməyəsən qanmaz, naşı əllərə,
    Ya mənim ol, ya heç kəsin, ay gözəl!

    ELŞAD deyir çiçək sənə, gül sənə,
    Sevməsən də, sevəcəyəm bil yenə.
    Sevinc sənə, qəmlər gəlsin qoy mənə,
    Hər bir zaman üzün gülsün, ay gözəl!

  • Elşad TALEHOĞLU.Yeni şeirlər

    1391757_1403855233180811_1376804781_a

    GƏRƏK

    Bülbüllər gülsüzdü, yalqız alıbdı,
    Bülbülün gülünü axtaran gərək!
    Erməni torpağı bizdən alıbdı,
    Onu düşmənlərdən qurtaran gərək!

    Düşdüm bülbülümdən, gülümdən ayrı,
    Gözəl AĞDAM kimi elimdən ayrı.
    Gəzib-dolanmadım qəmimdən ayrı,
    Qəmimin dərdini sağaldan gərək!

    Mən məcbur oluban bura gəlmişəm,
    Nə qədər göz yaşı töküb silmişəm.
    Körpəkən haqq-nahaqq nədi bilmişəm,
    HAQQIN meydanında ər duran gərək!

    Erməni AĞDAMDA sərasər gəzir,
    Qaçqın da VƏTƏNİN QIRAQdan süzür.
    Məni də yurd dərdi sızladır, üzür,
    Dərdlinin dərmanın bir tapan gərək!

    Qürbətdə ağlayıb “VƏTƏN!”-deyirəm,
    Ey VƏTƏN, dərdini mən də bilirəm.
    Qaçqınam, qaçqının halın görürəm,
    İndi qisasını hey alan gərək!

    ELŞAD QARABAĞİ-TALEH oğluyam,
    VƏTƏNİN köləsi, sadiq quluyam.
    Eləsə VƏTƏNDƏN niyə ayrıyam,
    Məni VƏTƏNİMDƏ dəfn edən gərək?!

    SUMQAYITIM! SUMQAYITIM!

    Ruhumla canım kimisən,
    Sumqayıtım! Sumqayıtım!
    HAQQ deyən anım kimisən,
    Sumqayıtım! Sumqayıtım!

    Ürəyimin gözü sənsən,
    Məhəbbətin sözü sənsən.
    Gözəlliyin özü sənsən,
    Sumqayıtım! Sumqayıtım!

    Gündən-günə böyüyürsən,
    İgidlərlə öyünürsən.
    Ürək kimi döyüünrsən.
    Sumqayıtım! Sumqayıtım!

    Gözlərimin qarasısan,
    Ürəyiyimin parasısan.
    Dərdimin sən çarasısan,
    Sumqayıtım! Sumqayıtım!

    Yanağımda göz yaşısan,
    Torpağımın bir daşısan.
    Xəzərimin göz, yaşısan,
    Sumqayıtım! Sumqayıtım!

    Candan ruha süzülmüsən,
    Dastanlara düzülmüsən.
    Həsrət çəkib büzülmüsən,
    Sumqayıtım! Sumqayıtım!

    Ruhuma hopub gəlibsən,
    Tufan tək qopub gəlibsən.
    ALLAHI tapıb gəlibsən,
    Sumqayıtım! Sumqayıtım!

  • Şah İsmayıl Xətayi.Həyatı və Yaradıcılığı

     

    Şah İsmayıl Əbülmüzəffər oğlu Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi (d. 23 iyun 1487, Ərdəbil – ö. 23 may 1524, Ərdəbil) və ya I İsmayıl Səfəvi (ingiliscə: Shah Ismail I) – Azərbaycanın və İranın görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və Xətai ləğəbi altında yazan tanınmış Azərbaycan şairi. Müasir Azərbaycanın milli dövlətçilik ənənələri məhz Azərbaycan dilini tarixdə ilk dəfə yeganə rəsmi dövlət dili səviyyəsinə yüksəldən Şah İsmayıldan başlanır.

    Həyatı

    Şah İsmayıl Xətai 1487-ci il iyun 23-də Ərdəbil şəhərində kökü tarixin çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu Azərbaycanlı zadəgan (bəzi ədəbiyyatlarda səhvən kürd mənşəli kimidə göstərilir)türk[1][2] ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdu. Şah İsmayıl ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub idi. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yəqubun bacısı idi.

    Şeyx Heydər döyüşlərin birində xəyanətlə öldürüldükdən sonra (1488), İsmayıl anası və qardaşları – Sultanəli və İbrahim ilə birlikdə İstəxrdə (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Rüstəm Mirzə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultan Əlinin və «qızılbaşlar»ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, Şeyx Sultanəlinin üzərinə qoşun göndərib onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli İsmayılı özünün vərəsəsi təyin edərək Ərdəbilə göndərdi. «Qızılbaşlar» İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.

    Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.

    13 yaşında İsmayıl artıq müstəqil şəkildə siyasi və fəaliyyətə başlayır. 1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollandı. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum etdi və Şirvanşah qoşunlarını məğlubiyyətə uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü. 1501-ci ilin payızında Təbrizə daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.

    I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də qızılbaşların qələbəsi ilə nəticələndi. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, Xorasanı, İraqi-ərəbi Səfəvilər dövlətinə qatdı.Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi. 1514-cü ildə sultan I Səlimin (1512-20) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə qızılbaşlar məğlubiyyətə uğradılar.

    Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi. Yerinə oğlu I Təhmasib keçdi.

    Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Cəsədini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.

    Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: «Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmi

    Şah İsmayıl şəxsiyyəti, tarixdəki yeri

    Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. O, hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan nəinki öz ölkəsinin əhalisi və alimləri, hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər. Bütün müsbət keyfiyyətlər bu böyük şəxsiyyətdə toplanmışdı. Şah İsmayıl bütün bunlarla yanaşı gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şer yazmağa başlamışdı. Şerlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin ən savadsız təbəqəsi belə bu şerləri oxuduqda nəsə öyrənir, özü üçün nəticə çıxarırdı.

    Şah İsmayıl dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona reallığı olduğu kimi qəbul etməyə mane olmurdu. Şah İsmayıl heç vaxt tamahkar olmamış, nəfsi ucundan səhvlərə yol verməmişdi və şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdu. O, insanlığa, gözəlliyə böyük qiymət verir və hər şeydə gözəllik axtarmağa çalışırdı. Şah İsmayıl az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu.

    Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi.

    Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dərd-sərinə şərik olub. Hətta rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.

    O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar.

    Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı.

    Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan dilini dövlət və şer dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə bölük işlər görmüşdür.

    Həyatının ilk anlarından daima təhlükə də olmuşdur. Hələ altı yaşı olanda müridlər tərəfindən qaçırılmasaydı öldürüləcəkdi. Lahicanda olduğu müddətdə də daim onu təhlükə gözləyirdi, altı il gizlin yaşadı. On iki yaşında Talış Məhəmməd bəyin əlindən çətinliklə də olsa qaça bildi.

    Ələ keçməməklə özünə yandaş toplayabilmək üçün minlərcə kilometr yol qət etmişdir, ayrı-ayrı iqlimlərə, huyunu-suyunu bilmədiyi tayfalar arasına girir, qarşılaşdığı hər kəsi inandırıb yanına la bilirdi. Anadoludan da minlərcə, on minlərcə insan ayaqyalın bu gənc adam üçün yollara düşürdü. Bu yollara düşməkdə türk inancından əlavə uşaq Şahın kimliyi böyük rol oynamışdır. Osmanlıda axtardığını tapmayan Anadolu xalqı, xüsusilə Ərzican, Sivas (Ustaclı eli), Karaman Türkmənləri şaha doğru yola çıxdılar. Bu gediş illərcə davam etdikcə Sultan Yavuza verilen bir dilekçedə “Budur bir zaman gəldi ki, Rum ölkəsinin xalqının çoxu Ərdəbilli olub kafirə döndü.” deyiləcəkdi.

    Xoca Sadeddin, bu köçü Ol taifenin kalanı dahi terk-i diyar etmek istediler. Ölüsü, dirisine yüklenip cümlesi çıkup gitmek istediler. deyə izzah edir.

    Şübhəsiz bu gedişi, Anadoluda kimsəsiz qalan türkün orada önəm və təhlükəsizlik qazanma istəyinə bağlayanlar da vardır. Ömründe ve diyarında kendüye adem dinmeyen bikarlar tuman (tümen) beyleri olup hadden ziyade itibar buldular. İşiten çıktı gitti. Yerinden ayrılup yurdunu terk idüp çiftin çubuğun dağıttı.

    Osmanlı və Dulkadrlı maneləri bu yürüşü dayandıra bilmirdi. Həcc yerinə Ərdəbili ziyarət edənlər, Biz diriye varırız, ölüye değil.” deyirlərdi. Bu fikri Aşıq Paşazadə, bir söylənti kimi axtarır.

    Sözssüz ki, bu hissə-hissə axının sonunda duran şəxs elə-belə, sıravi bir şəxs deyildi. Öz dövrünə görə mükəmməl təhsil görmüş birisi idi. Bu yaşda ən qanlı boğuşmaların içinə girib çıxmışdır. Çox gözəl bir döyüşçü və ovçüdur. 1500-ci ildə Tercan-Sarıqayasında bir mağarada yaşayan ve insanlara hücum edən ayını oxla vurub öldürə biləcək qədər qüvvətli və cəsarətlidir.

    Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir.

  • Debüt: Səbinə DƏNİZ (Sumqayıt).Araşdırma

     

    Səbinə Dəniz (Məmmədova Səbinə) 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.1996-cı ildə Sumqayıt şəhər 26 saylı orta məktəbinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2008-2012-ci illərdə Azərbaycan Universitetinin filologiya fakültəsində ali təhsil alıb.

    Universitet illərindən başlayaraq dövri mətbuatında yazıları çap olunur. Həmçinin əməkdaşlıq etdiyi “168 saat” qəzetində araşdırma və başqa türlü yazılarla ardıcıl olaraq çıxış edir.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    Yer altından notlar

    Yerin altı… Havasızlıq… Qəribə qoxu… İnsan axını… Yüzlərlə, minlərlə insan, fərqli simalar, bənzərsiz talelər, bənzəyən talelər… yad baxışlar, doğma insanlar, tanımadıqlarımız, tanıdıqlarımız və ya tanımadığımız tanışlarımız, yaralı qəlblər, ümid və sualla dolu gözlər, gözləntilər…
    Hamısı bir arada. Hər gün eyni qatarın içərisinə doluşub, tələsirlər…Qatarlar dolub boşalır, elə insanların qəlbləri kimi, qatarlar tələsir, elə insanların özləri kimi… Yanımdan sürətlə ötüb keçən qatarlar ömrümün günləri kimi, ayaq altda qalmış, külək vıyıltısından vərəqləri çevrilən, kitababənzəyir… Kimisə evinə, kimisə arzusuna, kimisə məqsədinə, kimisə ölümə aparır bu qatralar. Dolub-boşaldıqca o təkcə insanların yükünü çəkmir, həm də, onların qəlblərinin, arzularının, ümidlərinin və günahlarının yükünü çəkir… Daha da içəri keçdikcə hər bir simada fərqli bir “MƏN” görürəm.

    Bir az kinli, bir az soyuq, bir az ilıq, bir az doğma, bir az yad, bir az yüklü… Kimisi əlində qəzet – olmuşları və olacaqları vərəqləyir, kimisi musiqi dinləyir, kimisi yorğunluqdan yuxuya keçib, kimisi düşünür, kimisi gülür, kimisi kədərli, kimisi qeybət edir, kimi də eynəyini gözündə saxlayır, bəlkə də gözlərini, bəlkə özünü ya da bəlkə göz yaşlarını gizlətmək üçün… Biri isə köhnə və cırıq ayaqqabılarını gizlətmək üçün ayaqlarını gizlətməyə çalışır. Kimisi də qarnını sıxaraq aclıqdan gələn səsi gizlətməyə çalışır.. Bir başqası isə yanındakılarının nəzərlərindən qorxub, öz tox qarnını, cibini qabartmış, öz haqqı olmayan bir xeyli pulu gizlətməyə çalışır. Bütün bu gerçəklikləri isə Qatarlar gizlətməyə çalışır..Bu uzunsov qutularin içərisində çox şey baş verir.
    Dispetçerin səsi gəlir:
    – 20 Yanvar staniyası.. Növbəti stansiya Memar Əcəmi!

    Möcüzə

    Saatlarla ona baxmaqdan doymuram. O, çox gözəldir. Füsünkardır, valehedicidir, sakitləşdiricidir… Ona baxdıqca mənə elə gəlir ki, sanki o, ucsuz-bucaqsızdır, sonsuzdur… O, canlılara həm həyat verir, həm də ölüm bəxş edə bilir… O, dərdləri dinləyir… Ən yaxın sirdaş kimi milyonların qəlbindəkiləri bilir… Hələ də açılmayan sirləri bilir…
    O, minlərlə sevginin, ehtirasın, əhd-peymanın şahidi olub… O, aşiqlərin görüş məskəni olub… Fırtınalı, soyuq günlərdə coşub-daşıb… Həddindən artıq yüklüymüş kimi, sanki hər şeydən yorulmuş, bezmiş kimi fəryad edib… Bəzən isə inanılmaz sakitliyi olub… Bu sakitlik həm vahiməli, həm də ürəkaçıcı olub. O, çox şeylərin şahidi olub. Yaşı bilinməyən bu varlıq mənə sadəcə hüzur verir…
    Hər kəs ən pis anında ona qaçır… Çox maraqlıdır – ölümü seçəndə belə insanlar ona üz tuturlar… O, hamıya vəfalı dost və sadiq yoldaşdır. Bir çoxları onun görüşünə gəlir… Bəzilərini bəlkə də çox sevdiyindən o öz ağuşuna alaraq sonsuza qədər içində saxlayır, buraxmır… Çoxları ondan qorxur, hürkür, çəkinir…
    Budur, indi mən onun hüzurundayam …Diqqətlə ona baxıram. Məni özünə tərəf səsləyir, mən isə tərəddüd edərək, sadəcə ətrafı seyr edirəm. O, kimisinə xoşbəxtlik, kimisinə bədbəxtlik bəxş edib. Minlərlə insanın doğmasını özündən ayırıb. O günahkardırmı?! Qatildirmi?! Əsla yox…!
    O, sevdiklərini özü ilə saxlayır. Öz içində milyardlarla canlıya həyat verir. Lakin, hər gün minlərlə insan onu zəhərləyərək damla-damla öldürür, məhv edir. Ona baxdıqca hər damlasında göz yaşı, etiraflar, pıçıltı ilə deyilmiş sevgi sözləri və təəssüf ki, yorğunluq hiss edirəm. Bəli, yorğunluq… O, artıq ağır-ağır addımlayır… Hər gün dünyadakı haqsızlıqları, günahları görür, məzlumların ahını eşidib, özünü sərt qayalara çırpır. Şüşə parçası kimi çiliklənən damlalar, ətrafa səpələnir… Bu isə öz doğmalarından və sevdiklərindən ayrı düşmüş insanlara bənzəyir.
    O da, insanlar kimi bəzən gizlənməyə çalışır… Bəzən bəlkə də gizlicə, biz onu görməyəndə ağlayır. Lakin göz yaşlarını içinə axıdır, damlalara qarışır…
    Dili yoxdur fərz edirik, lakin hər gün görüşünə gələn hər kəslə danışır, dərdləşir, söhbətləşir… O bəşəriyyətin möcüzəsidir. Allahın bizə verdiyi bir lütfüdür. Gəlin onu qoruyaq..!
    Birdən qulağıma bir qadın səsi gəlir:
    – Dəniz, Dəniz qaçma yıxılarsan..