Blog

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Düz otuz üç ildi, az deyil, vətən”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Düz otuz üç ildi, az deyil, vətən.
    Axır gözlərindən azadlıq yaşı.
    Səni ürəyimin içinə çəkdim
    Bitdi gözlərimdə şəhidlik daşın.

    Hər şəhid daşında dil açdı haqqın,
    Ədalət ummadın heç bir kimsədən.
    Sənin vətən andın, vətən harayın,
    Tırtıllar altında əzildi nədən..

    Sərdin azadlığı qolların üstə,
    Qərənfil rəng aldı şəhid qanından.
    Baxdı gözlərini yumub sevənlər,
    Utandı sevgili çiçək adından.

    Bu qan illərimin donmuş qanıydı,
    İsindi azadlıq nəfəsində o.
    Şəhid köynəyini geyib əyninə,
    Hayqırdı vətənin haqq səsində o.

    2023.01.20

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Sevda çiçəyi!”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Gör nə vaxtdı görüşmürük əzizim,
    Nə var, nə yox, söylə halın necədi?
    Sənsiz keçən günlərimi sel yuyur
    Mənsiz keçən qeylü-qalın necədi?

    İncələnib ürəyimin telləri,
    Həsrətimin ayağı yalın qalıb.
    Səndə mənim nəyim qalıb biımirəm,
    Məndə sənin bir ovuc gülün qalıb.

    Ətrin qalıb hər qurumuş ləçəkdə,
    Xatirələr dağıdıb didir məni.
    Dur qarşıla, qapında dayanmışam,
    Son görüşdü, bir azca dindir məni.

    Nə sehrdi bu qurumuş güllərdən,
    Əl götürüb ayrıla biləmmirəm.
    Bu nə sevda, bu nə əzab,nə dərddi,
    Nə yaşaya billəm, nə öləmmirəm.

    Baxışlarım qonağındı hər gecə,
    Ümidlərim od tutub yanır indi.
    Mənim ürəyimdə qoyduğun sevgi..
    Tək sənin başına dolanır indi.

  • Şəfa Vəli: “Ədəbiyyat adamının özünü faş etməsi an məsələsidir”

    Müsahibimiz gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü Şəfa Vəlidir.

    – Özünü təqdim edəndə ən birinci cümlə hansı olur?

    – “Mən Şəfa Vəliyəm”. Və xüsusi qeyd edirəm ki, “Vəli” təxəllüs deyil. Soyadım Vəliyevadır. Ustad dediyim Əkbər Qoşalı DGTYB nəşrlərində “-yeva”ya lüzum görməyəndən sonra yazılarımın sonunda qısaca “Şəfa Vəli” yazmağı seçdim. İkinci cümlə isə belə olur: “Şair, yazıçı, redaktor, müasir dövrdə “dolanmaq” üçün lazım gəlsə, korrektor”.

    – Ədəbiyyat adamının qazancı nədir?

    – Əvvəlcə, ədəbiyyatın özünün insanlığın qazancı olduğunu vurğulamaq istəyirəm. Çünki ədəbiyyatın təməlində xəyal etmək, ardınca da bu xəyal barədə düşünmək dayanır. Bir anlıq təsəvvür edəndə ki, bəşər xəyaldan da, düşünməkdən də yoxsul ola bilərdi, adamın ürəyi sıxılır. Onda bizim axırımız nə olardı? Və ən pisi də məhz bu suala ünvan tapa bilməzdik. Bu pəncərədən baxsaq, ədəbiyyat adamları olduqca  varlıdırlar. Yaza bilməyim, yaza bilməyimin dərkində olmağım mənə özgüvən verir, lazımlılıq hissi yaşadır. Bütün hissləri dəriniylə yaşamaq fərqliliyi belə, bir məqamda intihara “hələlik” deməyə səbəb ola bilir. Və bütün bunları, sadəcə, fəlsəfi təsir bağışlamaq üçün demirəm. Ədəbiyyat adamının özünü faş etməsi an məsələsidir. Ki, o bircə anın hökmünün nəyə qadir olduğunu hamı bilir. Məhz həmin anlarda özünü faş etməyən ədəbiyyat adamı mənimçün güclü deyil, sirlidir. Bunları bir kənara qoyaq, keçək “qazanc” sözünün maddi mənasına. Burda ümumi danışmayacağam; kiminsə gəlirindən danışmağı, o gəliri hesablamağı tərbiyəsizlik sayıram. Konkret olaraq, özümdən danışacağam. Ədəbiyyatdan bir yazar kimi, 1 manat da qazanmıram. Günahı çox yerdə axtarmışam; işsizlikdə, cəmiyyətin sosial qaydalarında, nəşriyyat sisteminin olmamasında və sair və ilaxır. Açığını deyim ki, hər bir “günahkar”ın günahını sübut etməkçün, ən azı, 2 arqument gətirə bilərəm. Lakin indi – 2023-cü ilin yanvar ayı üçün düşüncəm budur: “Kimdən işim keçir (keçə bilər)?” prinsipi ən böyük günahkardır. Mənə işi düşməyən (düşməyəcəyini də düşünən) bir naşir niyə mənim kitabımı çap eləsin ki?! Cümləmi bitirmə şəklim ona haqq verdiyimi göstərə bilər, amma bu prinsipə qəti şəkildə üsyan edirəm. Ədəbiyyatı da “işim keçər”ə bağlamağı bacardılar ha, “yazaraq dolanmaq” ümidinin xatirələrin içində büzüşməkdən başqa çarəsi qalırmı? Digər yandan, etiraf etməliyəm ki, daimi olmasa da, hərdən-birdən əlimə gələn qazanc yenə ədəbiyyata olan inam sayəsindədir. Ədəbiyyatın dünyanı xilas edəcəyinə inananlar məhz ədəbiyyatdan istifadə edərək öz həqiqətlərini dünyaya çatdırmaq istəyirlər. Mənsə bu ürəyi gözəl, ümidi gözəl insanların kitablarını redaktə edirəm.

    – Redaktə yaradıcılığa mane olurmu?

    – “Hə” də desəm, “yox” da desəm, yalançı olacağam. Bəzən əlimdəki bir hekayəni, romanı redaktə edərkən özümə söz verirəm: “Bunu bitirim, müəllifə göndərim, oturub filan yarımçıq hekayəmi bitirəcəyəm”. Amma bir də başqa bir əsərin redaktəsinə başlayanadək o hekayə yadıma düşmür. Bu məqamda, redaktə mənə yazmaq üçün mane olmur. Başqa istiqamətdən baxanda isə belə qənaətə gəlmək olar: “Yadıma düşdüyü an o yarımçıq hekayəni bitirmək imkanımı əlimdən alan redaktədir”. Məsələn: Əli Rzazadənin “Uzaqdakı otaq” hekayəsini redaktə edəndən bu yana, “düymə-düymə” oynayan uşaqlarla bağlı bir hekayə yazmaq istəyirəm. Hələ hekayənin adına kompüterimdə fayl da açmamışam. Pıçıltıyla deyirəm bunu: Əli müəllimin hekayə, esse və şeirlərdən ibarət olan “Onun hekayəsi” kitabının nəşr tarixi 2022-ci ilin aprelinə aiddir. Bax, hekayə indi düşdü yadıma, indi də sənə müsahibə verirəm (gülür).

    – Bildiyim qədər, detektiv əsərlər redaktə etmisən. Bu janr elədir ki, mütləqlik qorunmalıdır. Amma sənin qələmin bədiiliyə meyillidir. Mütləqlik yaradıcılığına nə qatır? Yaxud nəyi oğurlayır?

    – İnsan gördüyü işdən nəsə öyrənir: ən inkar edilməz mütləqlik budur. Qaldı bədiiliyə, bircə cümlə ilə fikrimi ifadə etməyə çalışacağam. Ədəbi əsərin hər biri – janrından asılı olmayaraq, bədii olmağa məcburdur. “525-ci qəzet”də yayımlanan “Ədəbiyyatla bağlı kim nə düşünür?” adlı silsiləmin 3-cü yazısında bu haqda bir az “söylənmişəm”, hətta Adam Hallın təsvirindəki bədii zənginlikdən misal da çəkmişəm. Qaldı ki, müasirlərimiz olan detektiv yazıçılara, əksəriyyətinin bir problemi var: sona tez çatmaq. Hərdən redaktə prosesində bu sonun gəlişini məhz bədiiliklə “gecikdirirəm”. Uğurlu da alınır. Yəni mütləqlik mənim yaradıcılığıma təmkin qatır, mən də onu bədiiliklə bəzəyirəm. Detektiv janrı sevirəm. Amma oxumağı… Nə vaxtsa detektiv janrda nəsə yaza biləcəyəmmi, bilmirəm. Hərçənd, “Azərbaycanın ən gözəl oxucularından biri” dediyim Vəfa xanım Məmmədova “Xətir üçün” hekayəmi oxuyandan sonra yazmışdı ki: “Səndən roman gözləyirəm”. Onun bu əminliyindən sonra özümü roman yazmaqda gecikmiş kimi hiss etməyə başlamışam.

    – Səncə, yazılarında demək istədiyini oxucu anlayıbmı?

    – Burda, ən birinci, oxucu amilinin ədəbiyyatın mövcudiyyəti üçün önəmini müzakirə etmək yerinə düşər. Bəribaşdan deyim ki, müzakirəmiz açıq qalacaq. “Oxucu olmasa, ədəbiyyat yaşamaz” fikri də doğrudur, “oxucusuz da ədəbiyyat mövcuddur” fikri də. Yəni oxucunun olmasını bilmək yazan üçün xoşbəxtlikdir, növbəti əsərə başlamaq həvəsidir, özünütənqid vasitəsidir. Amma heç kimin oxumayacağını bilsəm belə, yazmaqdan əl çəkə bilmərəm. 5-ci ilə keçir ki, hekayələr kitabımın çap olunması arzusunun başını tumarlayıram. Və bu o demək deyil ki, çap olunub oxucuya çatmırsa, mənim hekayələrim mövcud deyil, yaxud bundan sonra hekayə yazmamalıyam. Qaldı ki, demək istədiyimin oxucuya çatmasına, bundan, yəqin ki, heç vaxt əmin olmayacağam. Bir dəfə bir şairin şeirləri haqqında yazı yazmışdım. Oxuyandan sonra heyrətlə demişdi: “Heç mən özüm bilmirdim ki, şeirim bu mənaya gələ bilər”. Onda anladım ki, müəllif nə yazır-yazsın, oxucu öz gördüyünü görəcək, öz anladığını anlayacaq. Bizimki, bir növ, istinad vermək, istiqamət təyin etməkdir. Yolçu (oxucu) o cığırda nə tapacaq, hansı gülü xoşlayacaq, hansı otu ayağıyla əzəcək, biz bunu bilə bilmərik.

    – Real həyatdan götürdüyün obrazlarla üz-üzə gələndə hansı hissləri keçirirsən?

    – Demək olar ki, əsərlərimdəki obrazların 90%-i real həyatdan götürülüb. Və onlarla üz-üzə gələndə susmalı olduğumu hiss edirəm. Ağzımı açsam, özümü faş edəcəyəm, sanki… “Bankın dördüncü mərtəbəsi”ndəki milliyyətcə rus olan xadimə ilə hər axşam rastlaşırdım, salamlaşırdım və su dolu vedrəni daşımaqda, ayaqaltını çırpmaqda dəfələrlə ona kömək etmişdim. Elə də çox söhbət etməmişdim, amma daxilindəki hiyləgərliyi “görürdüm”. Hekayə “Ruzigar” qəzetində çıxdı, həmin qadının əri oxudu və üz-üzə gələndə mənə dedi: “Mən də səni sakit qız bilirdim”. Və sakitcə başını sinəsinə əyib gözlərini yumdu. Bildim ki, arvadına heç nə deməyəcək… Əslində, o kişinin o andakı susqunluğu elə bir hekayə idi… “Günəş məktəbə gəlir” hekayəsinin qəhrəmanı bacımdır. Müəllim Rüstəm Əhmədov hazırda Şamaxıda yaşayır və hekayəni oxuyub. Mənə heç nə deməyib, amma hekayə çap olunandan, bir neçə həftə sonra feysbukda mənə dostluq atdı. Bildim ki, kövrəltmişəm onu. “Xətir üçün”dəki obrazların əksəriyyəti realdır və çoxu kənddəki keçmiş qonşularımızdır. Usum obrazının ağacları eşitmək, hiss etmək qabiliyyəti olduğunu da özümdən uydurmamışam; əsl adı Rüstəm olan, hamımızın Usum dediyi odunçu mənim sinif yoldaşım olub və bu günədək onun qədər təbiətlə iç-içə yaşaya bilən insana rast gəlməmişəm. Bircə, icazənlə, “Vampirin essesi”ndəki müəllimin adını çəkməyim. Tez rəhmətə gedib. Uşaqlarının gözlərindəki kədərdən utanıram…

    Şahanə MÜŞFİQ

    Mənbə: https://525.az/

  • Xəyalə SEVİL.Yeni şeirlər (2023)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri


    Hansı ölüm yaxşıdı
    Ölümlərin içində?
    Bir dinclik tapmayıb
    Yorulub ölmək?
    Yoxsa
    Onun gözlərinə, baxışlarına
    Vurulub ölmək?

    Ürəyimin içindədi,
    Əlimin çölündə yoxdu,
    İlahi, məni başa sal,
    İlahi, bilim dəə, yoxdu.

    Ayağımdan çəkildi yol,
    Yıxıldım ürəyin üstə.
    Mən onun məhəbbətinə
    Tutuldum, heç nəyin üstə.


    Kimsən, kiminləsən,
    Kimə aidsən?
    Səni sevmək istəyirəm,
    Müsaitsən?
    Sevgi nədir ki, guya?
    Bir şeyin ki axırı
    Əvvəlindən bəllidi.
    Amma, yenə
    Bu darısqal dünyamızın içində
    Bir qırıq təsəllidi.
    Ömür bölüşməli yaşımız deyil,
    Gəl ürək bölüşək,
    Gəl söz bölüşək.
    -Bir hüzün var ürəyimdə,
    Bilmirsən,
    Azalmaz, yüz bölüşək.
    Hə, nə deyirsən?
    Bir sən, bir də mən varam
    Bu tapmaca oyunumda,
    Əllərimi gizlətmişəm qoynumda,
    Taparsanmı itirsəm?

  • Arzu HÜSEYN.Yeni şeirlər (2023)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri


    Salam, Ömrüm biz tərəfə qar yağır,
    Don vurubdu üst qatını dənizin.
    Adam elə köpək kimi darıxır,
    Adam elə darıxır ki, əzizim…

    Baxırsan ki, quş yuvası yiyəsiz,
    Baxırsan ki, ağacların barı yox.
    Yaşayırsan “bəlkə”lərsiz, “niyə”siz,
    Yaşayırsan, yarı varsan, yarı yox.

    Bürünürsən keçən ilki pencəyə,
    “Üşüyərsən” – deyənin yox sazaqda.
    Gizli-gizli ağlayırsan gecəyə,
    Gülür sənə küçədəki uşaq da.

    Baxırsan ki, dağınıqsan, pintisən,
    Yaşadığın qəfəsmidir, odamı?
    Tanımırsan öz özünü indi sən,
    Tanımırsan güzgüdəki adamı.

    Salam, Ömrüm biz tərəfə qar yağır,
    Don vurubdu üst qatını dənizin.
    Adam elə köpək kimi darıxır,
    Adam elə darıxır ki əzizim…


    Demirəm ki, dərin sular dayazdı,
    Balığın da ürəyi var demirəm.
    Xatirələr on iki ay payızdı,
    Yağışı var, küləyi var demirəm.

    İnandırma “gün gələcək bir zaman”.
    Nə gün gəldi, nə o zaman-zamandı.
    Demirəm ki, həyat özü bir yalan,

    Hər birimiz o yalana inandıq.
    Demirəm ki, duman oldu, çən oldu.
    Ona görə dönmədilər gedənlər.
    Hər gülüşün arxasında qəm oldu,

    Ruhlarını uduzdular bədənlər.
    Demirəm ki, dar ağacı gül açıb,
    Budağını sinəm üstə əyirəm.
    Tanrı, sənə bu dəfə də əl açıb,
    Demirəm ki, demirəm ki…
    Deyirəm…

  • İbrahim SƏFƏRLƏR.”Ad günü” (Hekayə)

    -Ad gününə anan qurban, ay oğul, bircə sağ-salamat gəlsəydin. Ürəyim yamanca darıxır, heç özümə yer tapa bilmirəm.
    Sona xala öz-özünə danışırmış kimi həm sevinir, həm də gözləri dolurdu. Gözünün ağı-qarası Nurlanın ad günü idi. Hələ ötən 25 ildə bir dəfə də olsun Nurlana ad günü keçirməmişdi. Nurlanın bir yaşı yox idi ki, atası Fərhad 1992-ci ildə Birinci Qarabağ müharibəsində Şuşa yaxınlığında qəhrəmancasına döyüşərək şəhid olmuşdu. Fərhad Rusiyada hərbi xidməti başa vurub gəlmişdi. Ancaq gələn kimi könüllü batalyona yazılmış, heç Rusyadan əynində gətirdiyi hərbi formanı soyunub dəyişməmiş ön cəbhəyə yollanmışdı.

    • Ay qızım, Nurlanın atası da getdiyi gündən bir dəfə də olsun evə gəlmədi. Qonum-qonşudan gedənlər aradabir gəlir, bir gün qalıb əyin-başların dəyişib gedirdilər. Nurlanın atası isə ağır yaralanana qədər bir dəfə də evə gəlmədi. Eh, sən mənə fikir vermə,- deyə Sona xala Aytənə tərəf döndü.
      Nurlan da eynən atası kimi, bu müharibə başlayandan nə yerini deyir, nə də bir dəfə evə gəlirdi. Çox şükür, indi deyəsən, müharibə qurtardığı üçün evə gəlir. Amma zabit yoldaşı var, deyir o məcbur edir ki, Ad günün çox yaxşı tarixə düşüb: gedək Zəfər günümüzün şadlığını sənin Ad gününə qatıb evdə şadyanalıq edək, anamızı sevindirək: bu 25 ilin nisgilini silək qəlbindən.
      Sona xala üzünü Aytənə tutub, fikrini davam elədi:
      -Görək Saşa Nurlanı gətirəcəkmi? Oğlumdan olsa, bilirəm ki, gələn deyil. Sənin gələcəyini də Nurlan dedi, ay qızım. Səninlə heç olmasa danışıb.
      -Hə, Fərhad əmi haqqında Nurlan danışıb. Sona xala, heç xatırlamadığım atamın arzusunu yerinə yetirir Nurlan. Atam deyərmiş ki, “Bircə o Bayrağı da sanca bilsəm Şuşamızın zirvəsinə…” Şükür ki, onu da indi yerinə yetirdi, ay Sona xala .Oradan mənə zəng vurmuşdu. Bayrağı taxdığı yerdən. Dedi ki, anamla danışa bilmirəm, dayım Sabirlə danışdım .
      -Hə, ay qızım, bacısı ölmüş sevindiyindən o qədər də ağlamışdı. Sabiri deyirəm, ey, qardaşımı. Dedi: “Ay bacı, çox şükür, Nurlan atasının o arzusunu , nəsiyyətini yerinə yetirdi: Bayrağımızı sancdığı yerdən zəng eləmişdi. Sonra şəkil də çəkiblərmiş, atmışdı mənə. Bax,Fərhadın o arzusu hər birimizin yadındad. O zaman Nurlanın 1 yaşı yox idi. Fərhad ağır yaralandığına görə gətirmişdilər. Nurlan kimi, atası da çox tərs idi – dediyinin üstündə durardı. Nə qədər çalışdılar, onu maşına mindirib həkimə apara bilmədilər. Eləcə Nurlanı qucağına alıb “dilsiz-ağızsız” körpəynən danışırdı elə bil. Nurlana sanki vəsiyyət edirdi: “Oğlum, igid balam, səni mən böyüdə bilmədim, bu, mənə qismət olmadı. Səni yaradanımız saxlayacaq. Sən hərbiçi, özü də zabit olacaqsan! Bax, ən böyük ata arzusu budur: mən uğrunda şəhid olduğum Şuşaya bayrağı sən sancasan! Mən əminəm ki, mənim balam qəhrəman olacaq. Sən igud bir oğul olmalısan Vətənimizə. Ananın qorunması, dərd çəkməməsi üçün Tanrım səni ona verib. Sən də onu qoru, oğlum! Anan Vətənindi, Vətənin də Anandı, oğlum! Bu müqəddəsləri qorumaq sənə ən vacib borcdu, oğlum! Sən ata qayğısı hiss etmədin, ata qucağında olmadın. Amma Ana ilə Vətən səni qoruyacaq, böyüdəcək, sən də onlara layiq oğul olacaqsan, buna inanıram!” O, Nurlanın üzündən, alnından , gözlərindən öpüb mənə uzatdı və dedi:
    • Nurlanı sənə , səni də Allaha əmanət edirəm! Şükür, oğlumla görüşdüm, amma, ona olan istəyimi çatdıra bilmədim: böyüyəndə nə biləcək atası onu necə çox istəyirdi?! Allaha əmanət olun, Sona …
      Nə deyəcəkdisə, sözünün arxasını gətirə bilmədi. Aytən, qızım, Nurlan bilinçiki çox xoşlayır. Sən bilinçik bişir, mən də aşı dəmə qoyacam, -deyib Sona xala qızılquş kimi qalxıb mətbəxə keçdi.
    • Hə, ana, Nurlan danışanda da mənə dedi ki, “bilinçiklə dovğa da hazırlayarsan. Yaman darıxmışam anamın bişirdiyi aş üçün”.
      Aytənin ona ana deməsi Sona xalanı daha da kövrəltdi. Sona xalanın Nurlandan başqa övladı olmadığı üçün qız uşağının ilk dəfə ona ana deməsi qəribə, maraqlı gəldi və həm də kövrəldi. Axı, Aytən də ana üzü görməyib… Nurlan qısa da olsa, Aytən haqda anasına danışmışdı.

    … Nurlan xəstələnmişdi, hərbi hospitalda yatırdı. Aanası ona baş çəkməyə gəlmişdi. Aytəndən razılıq etdiyinə görə anada maraq oyanmışdı. Nurlan isə Aytən haqqında anasına danışmaq, dərdinin üstünə dərd artırmaq istəmirdi. Ana məcbur edib Aytənin kim və haralı olduğunu təkidlə tələb edəndə Nurlan danışmağa məcbur oldu. Axı, o, bu qıza yazığı gəlib, onu ömrünə yaxın duyduğunu, ona görə də ömür-gün yoldaşı seçmək istədiyini anasına necə danışacağına da çətinlik çəkirdi.
    …Aytənin atası da hərbiçi idi. Qarabağda münaqişə başlayandan silaha sarılıb kəndlərinin müdafiəsinə qalxmışdı. Onların kəndi ermənilər yaşayan ərazilərə yaxın olduğu üçün həmişə erməni quldurlarının basqınına məruz qalırdı. Buna görə də gecə-gündüz camaat ayıq-sayıq olmağa çalışırdı. Ancaq qışın soyuq, şaxtalı günlərinin birində erməni quldurları yenə gecəikən kəndə hər tərfdən hücuma keçdilər. Xeyli çəkən atışmadan sonra hərbi texnikanın gücü ilə erməni quldurları kəndi darmadağın edərək əliyalın kənd əhalisini öldürdüklərini öldürüb, əllərinə keçən dinc camaatını girov götürürlər.
    O zaman yeddiaylıq olan körpə Aytən anasının qucağlnda qarlı yollarla gecənin yarısı qardaşı Sabirin köməyi ilə Ağdama gəlib çıxırlar. Kəndin özünümüdafiə dəstəsindən bir xəbər-ətər yox idi. Aytənin atası Arifdən və digər postda olan döyüş yoldaşlarından da bir xəbər yox idi. Ermənilər həmin əraziləri tamamilə darmadağın edərək yandırmışdılar. Bir həftədən sonra Arifin və başqa üç nəfərin qəhrəmanlıqla sona qədər döyüşüb şəhid olduqları xəbərini gətirirlər. Ancaq onların şəhid olmaları da dəqiq məlum deyildi. Hamı fikirləşirdi: ya girov götürüldülər, ya da şəhid oldularsa da, ermənilər onların meyitlərini də apardılar.
    Kiçik körpəsi ilə qohum himayısinə sığınan Arifə ana balaca Aytəni atasız necə böyüdəcəyini ürəyinə salmışdı. İşə bax ki, hələ Aytənin 2 yaşı yox idi, anası ağır xəstələndi. Hara aparıldısa da, əlac olmadı. Müalicəsi mümkünsüz olan ağır xəstəlik Aytəni anasız qoydu. Aytəni tənha yaşayan bibisi Səmayə götürüb təsəllisini ondan alacağını dedi. Səmayə də dərd içində olmuş, yenicə evlənmişdilər. Heç bir ay deyildi ki, yoldaşı şəhid olmuşdu. Səmayə Arifin kiçik bacısı idi. Aytəni özünün övladı kimi saxladı. Aytən Tibb Universitetini əla qiymətlə bitirib hərbi hospitalda tibb bacısı işləməyə başladı…


    Nurlan Hərbi Akademiyaya qəbul olub bu ali məktəbi bitirdikdən bu günə qədər bir dəfə də olsun hospitala ayağı dəyməmişdi. Bir balaca xəstələnmişdi. Komandir onu məcbur edib demişdi ki, get hospitalda müalicə al
    -Həm də təlimlərdə çox əziyyət çəkən sən olubsan. Bəlkə bir azca da dincini alasan orada.
    Nurlangil – bir qurup zabit xarici dövlətlərdə birgə keçirilən təlimlər və kursda iştirak etmişdilər.
    Nurlan hospitala gəldiyi iki gündə bu tibb bacısında o qədər doğmalıq hiss etmişdi ki, az qalırdı ki, onun yaxın qohumu olduğunu desin və sübut etsin. Üçüncü gün tibb bacısı onun təyinatı üzrə dərmanını verib gedəndə Nurlan özünü toplayıb onu yolundan saxladı:
    -Xanım qız, sizdən bir söz soruşummu? Siz haralısız?! Bəlkə də biz qohumuq, ya da bir bölgədənik, mənə yamanca doğma gəlirsən…
    Aytən duruxub Nurlana baxdı. Çaşlb qalmışdı. Nə deyəcəyini bilmədi. Sadəcə, gözləri doldu. Heç nə demədən çıxıb getdi. Nurlan bir həftə burada qaldı, daha doğrusu, qalmaq da istəmirdi. Amma o gündən bir də həmin tibb bacısını görmək istəyi də gücləndiyi üçün çıxıb getmək həvəsi yox idi elə bil. Çox maraqlı gəldi ona. Sonuncu gün həkimdən o tibb bacısının kimliyini soruşdu.
    Həkim gülümsündü:
    -Yoxsa…
    Nurlan həkimin nə deyəcəyinə imkan vermədi, tələsik dedi:
    -Həkim, yox, mənə çox doğma gəldi, vallah, dedim bəlkə biz tərəfdəndi.
    -Hə, siz tərəfdəndir, cənab mayor. İcazə alıb rayona getmişdi. İndi gələcək, bu gün işə çıxacaq. Amma çox ağıllı, savadlı, mehriban, həm də deyim də, çox qəlbiqırıq, nisgilli qızdı. Qəlbi çox yuxadı, söz deməmiş, göz yaşı axıdır…
    Bu zaman Aytən qapını döyüb içəri girdi. O, xəstəni indi mayor rütbəsində, baş həkimin otağında görüb geri qayıdıb çıxmaq istədi. Baş həkim ona qayıdıb otaqdan çıxmağa imkan vermədi:
    -Gəl, gəl, Aytən, qızım, gəl, yad adam deyil, mayor, həmyerlindi, bəlkə də qohumsuz.
    Aytən azca qızaran kimi oldu, başın aşağı saldı. Nurlan həkimə tərəf dönüb icazə istədi:
    -Həkim, biz palatada beş-on on dəqiqə danışa bilərikmi Aytənlə?
    Həkim də xəstənin istəynə cavab olaraq:
    -Buyurun, cənab mayor,-deyib, həm də yarızarafat hərbi vəziyyət aldı.
    Aytən qabaqda, Nurlan arxada palataya qayıtdılar. İllərin tanışı kimi Nurlan əvvəlcə kimlərdən olduğunu soruşdu ondan. Aytən bu günə qədər başına gələn bütün işləri təfsilatı ilə xəstəsinə danışdı. Vaxtilə ona da bunları bibisi Səmayə ona danışmoşdı. İndi də o, taleyini göz yaşları ilə Nurlana danışırdı.
    Nurlan dərindən bir ah çəkərək dilləndi:
    -Deyəsən, həyatımız oxşardı…
    Artıq hər ikisi də eyni talenin yolçuları olduğunu anlayırdılar. Aytənlə Nurlan illərin həsrətlisi kimi hiss edirdilər özlərini. Buna görə də Aytən başını söykəyib Nurlanın çiyninə göz yaşları ilə onun sinəsini islatmışdı:
    -Nədən oxşar talelərimiz var, cənab mayor” – deyə Aytən çəkilib ciddi bir vəziyyət aldı.
    -Bəs mənim də həyatım səninkindən həyatından ağrılı olub. Mənim də gənc anam saçının birini ağ, birini qara hörüb məni atamın arzuladığı hərbi məktəblərdə bu günə qədər oxudub, tək tənha yaşayıb…
    -Eh, nə yazıqlar ki, mən nə ata üzü görmüşəm, nə də ana nəvazişi. Çox şükür, bibim məni anam qədər sevub. Dərd budur ki, heç onun da həyatı düz gətirməyib…


    -Aytən, qızım, yadındamı, nişanda da heç Nurlanın üzü gülmürdü? Elə hey gözü sənin axan göz yaşında idi. Bibin o tərəfdə göz yaşında, mən bu tərəfdə… Nə deyim, qızım, təki axırınız yaxşı olsun.
    Sona xalanın qəfil danışmağı Aytəni iki il bundan əvvəlki xəyallarından, fikrindən ayırdı:
    -İki ilə yaxındı ki, siz nişanlısız, vallah, anası ölmüş Nurlan heç elə bil nişanlı deyil – bir dəfə də olsun toy haqqında bir söz açmır. Eləcə “…bu işlərimiz yoluna düşsəydi, bircə əmr verilsəydi, bu murdarlardan qisasımızı alardıq”,-deyir. Ay qızım, daha mənim də ümidim yoxdu yaşamağa, Allah qoysa, bu yaydan o yana qoymuyacam sizin toyunuzu.
    Aytən utanırmış kimi aradan çıxmaq istədi, amma Sona xala buraxmadı:
    -Dayan, qızım, bu gecə də elə axşamdan səninlə Sabir dayınla çox uzaq keçmişdən danışdıq. Bir maraqlı və qorxunc yuxu gördüm. Allah xeyir eləsin, qızım, amma yaman darıxır ürəyim anası ölmüş üçün. Bircə gəlib çıxsaydı… Allah xeyir eləsin, qızım, buralarda axar çay da yoxdu, həmişə belə yuxunu axar suya söyləyərdilər. Həə, bu gecə o bədbəx Fərhadı gördüm – Nurlanın atasını deyirəm. Heç elə bil illər keçməyib ey, lap o cavan vaxtlarındakı kimiydi – gözəl, gümrah. Nurlan da gəlmişdi, həm də hərbi geyimdə idi ikisi də. Nurlanı qucaqlayıb elə ağlayırdı, elə ağlayır və deyirdi: “…Sənə qurban olum oğlum. Sənin igidlərin səninlə o qayalarla, o keçilməz sədlərlə Şuşaya necə çıxdı?! Biz hamımız sizi görürdük, oğlum, hər kəs mənə gözaydınlığı verir, səni göstərirdi. Sənin igidliyin hər birimizi ruhlandırırdı. Səninlə fəxd etdiyimizi sənə çatdırmağı deyirdilər. Sənə qurban olum, oğlum, sən ata vəsiyyətini necə eşitmişdin? O zaman çox körpə idin axı. Həə, yəqin bunu sənə anan və səni yaradan Allahımız deyib. Sən mənim qəhrəman balamsan! Üçrəngli bayrağımızı ora sancanda əlacımız olsaydı, səni başımız üzərində bu evə gətirərdik. Diqqətli ol, oğlum, sənə hiylə işlədərlər. Sənə tələ qurarlar, hər addımını diqqətli at. Səni canından çox sevən şəhid qardaşlarının ildönümündən sonra toyunu edərsən. Anana muğayat ol. Aytəni anana qız balası verib, Allaha qurban olum. Bu ərəfələrdə sənin həyatına qəsd etmək istəyənlər var, oğlum, diqqətli ol. Çox ehtiyatla hərəkət edərsən. Bax, o yüksək zirvədə sənə bir ev tikmişəm, oğlum, Aytən balamla, ananla orada xoşbəxt yaşayın! Anana muğayat ol…”
    Bir də baxdım kimsə yoxdu bu nə yuxu idi məni tutdu? Vallah elə darıxıram. Bircə dəfə anası ölmüş gəlsəydi…


    …Hava qaralırdı, amma Nurlan hələ də gəlmirdi. Özü də zən edəndə Saşa ilə birgə danışırdı. İlk hərbi məktəbə gedən gündən Saşa ilə dostluq edirdi. Heç adını mənə demədi. Nurlan eləcə Saşa deyirdi. Aradabir onun maşını ilə gəlmişdilər .
    -Ay qızım, heç nişan mənim ürəyimcə olmamışdı. Amma, bax, bu AD GÜNÜ Nurlanın özünün və Saşanın fikri idi. Nurlan dedi ki, “ana, bax, mənim 25 yaşımdır – subaylığın yubiley yaşı. Unutmamısan ki, atam 25 yaşında şəhid olub. Ona görə də mənim bu 25 illiyim yaddaqalan bir gün kimi olsun. Ürəyimdən keçib ki, atam 25 yaşında şəhid oldu, mən qalib komandir. Bu, bizə bir xatirə kimi qalsın, şəkillərimiz olsun”. Gör nələr fikirləşir bu yaşda oğlum, ay bala,-deyə Sona xala dərin köks ötürdü…


    …Keçmiş məcburi köçkünlərin məskunlaşdığı yataqxananın həyəti böyük olduğu üçün gələn maşınlar çox zaman nəzərə o qədər də çarpmırdı. Həyətə bir hərbi maşın, arxasınca hərbi ambulans, onun arzşxasınca bayraqlarla bəzədilmiş mülkiavtomobillər həyətin ortasında dayandı. Sona xala çoxmərtəbəli binanın birinci mərtəbəsində yaşayırdı. Pəncərədən həyətə toplaşan maşınları görüb Aytəni səslədi:
    -Ay qızım, Nurlangil gəldilər, gəl bir çıxaq qabağına, amma, deyəsən, çox adam gəlib onlarla birlikdə. Anası ölmüş niyə də xəbər eləməyib əvvəlcədən ki, yaxşı hazırlıq-zad görək. Birinci dəfədir ki…
    Ana tələsik əllərini yaxasına bağladığı önlüyə silib özünü çölə atdı. Aytən də Sona xalanın ardınca. Ancaq nə hərbi, nə də mülki maşınlardan bir nəfər yerə düşmək istəmirdi. Sona xala əvvəl hərbi maşına baxdı. Kimsə düşmürdü, sonra hərbi ambulansa baxdı. Yenə kimsə düşmürdü. Çaşıb ortada dayanan çarəsiz ana heç nə başa düşmürmüş kimi birdən hərbi maşına tərəf yüyürdü. Axı, Nurlanı axı iki aydı heç gözü ilə görmürdü.

    • Oğlum! Nurlan, hardasan?! Niyə məni üzürsən?! Düşsənə! Saşa, ay Saşa, sən hardasan?!
      Sona xala hərbi maşına yaxınlaşanda Saşa onu qucaqladı. Ana heç nə başa düşmürmüş kimi qıyya çəkdi:
      -Ay oğul, bəsdir mənim ürəyimi partlatmayın axı! Nurlan! Ay Nurlan, hardasan, düş görüm?!
      Saşa Sona xalanı bərk-bərk qucaqlayıb hönkürdü. Aarada onun qulaqlarına bir fəryad gəlirdi. Bu, oğlunun 25 yaşını ömründə ilk dəfə təmtəraqla keçirmək üçün hazırlıqları bitirib yolunu gözləyən bir ananın səsi, harayı, nifrini idi:
      -Ay elim-obam, Nurlanımın və atasının 25 illiyidir! Yubileyidi, gəlin! Özü də başda oturacaq! AD GÜNÜdü balamın, niyə durdunuz, Saşa, oğlum!? Keçin, keçin içəri, süfrəmiz hazırdı. Sizi gözləyir oğlum….
      O gecə yataqxana həyətində bayrağa bükülmüş üç əziz cənazə vardı. Bu əziz insanları doğma eli yana-yana qoyub ağı deyib ağlayırdı..
      Ananın ürəyi dayanmış, qara taleli Aytən də zəhər içib Nurlanla “eyni ev”də yaşayacağından ayrılmamışdı.
      Axı, atası o Uca Zirvədə onlara bir ev tikdiyini demişdi anasına…
      SON
  • Xalq şairi Mirvarid DİLBAZİ.”Ana”

    Əziz ana, can anam,
    Mənim mehriban anam.
    Arzum budur hər səhər
    Səndən əvvəl oyanam.

    Gecələr oyaq anam
    Ömrümə dayaq anam.
    İstərəm tez böyüyüb,
    Qulluğunda dayanam.

  • Xalq şairi Hüseyn ARİF.”Analar”

    Elə ki, balalar gəlir dünyaya,
    O gündən hey ölçüb, biçir analar.
    Mahnı da oxuyur, şeir də deyir
    Bəstəkar analar, şair analar.

    Dözür hər əzaba o bilə-bilə,
    Yaşayır, sirrini salmadan dilə.
    Vaxt olur, qaldırıb ağını belə
    Şərbət əvəzinə içir analar.

    Unudub illərin yorğunluğunu,
    Həyatda dincliyi, evdə yuxunu,
    Sevincin azını, qəmin çoxunu,
    Yükün ağırını seçir analar.

    Alnında zamanın açdığı qırış,
    Başına qar tökür, qar ələyir qış.
    Odun istisindən aralanmamış,
    Suyun soyuğundan keçir analar.

    Özüm də bilmirəm, Hüseyn, niyə
    Başımın tüstüsü çəkilir göyə?
    Torpaqmı anasız qalmasın deyə,
    Torpağın qoynuna köçür analar?

  • Xalq şairi Səməd VURĞUN.”Ana”

    Pək cocuğdum, yerə gömdülər səni,
    Həyata qanadsız atdılar məni.
    Bax, necə pozulub ömür gülşəni,
    Həyat sənsiz mənə zindandır, ana!

    Qoynunda bəslənir gözəl diləklər,
    Layiqdir səcdəyə sənə mələklər,
    Nerdəsən, gözlərim həp səni bəklər,
    Bax evladın nasıl giryandır, ana!

    Sən bir günəş idin, doğdum da, batdın,
    Yazıq evladını qəmlərə atdın.
    Bir cavab ver, hanki murada çatdın
    Torpaqlarda neçə zamandır, ana!

    Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
    Əzizim anacan, gözüm anacan!
    Yumuq gözlərini aç da bir oyan,
    Şimdi zaman başqa zamandır, ana!

    Yıxılıb payinə öpmək istərəm,
    Analıq mehrini görmək istərəm,
    Səni görmək üçün ölmək istərəm,
    Təsəlim ah ilə fəğandır, ana!

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Anamı yuxuda görmüşəm dünən”

    Anamı yuxuda görmüşəm dünən,
    Yuxuda bir ömür sürmüşəm dünən
    Anam evimizə dönmək istəyir,
    Görünmək istəyir, görmək istəyir,
    İpək kəlağayı salıb başına
    Qayıdıb gəlinlik, qızlıq yaşına
    Bəzənib elə bil, o, toya gəlib
    Mənim ad günümdə Poyluya gəlib.

    Analar unutmur balalarını,
    Tanrım, anaların dualarını,
    Bizim üstümüzdən əskik eləmə,
    Qadın kəsik olur, kəsik eləmə.
    Anam gördüyünə məəttəl qalıb
    Nə ocaq yeri var, nə çəpər qalıb,
    Nə qapı bacadan əsər əlamət,
    Kimdən soruşsun ki, kimindi həyət
    Qalxıb pəncərədən baxır yuxarı
    Nə ev var, nə evin köhnə şeyləri.

    Sənəyi var idi götürübdülər,
    Su daşı var idi itiribdilər,
    Divardan gəvəni qoparıbdılar
    Söküb taxtımızı aparıbdılar
    Üstü müşəmbəli çörək stolu
    O da gözə dəymir yerində yoxdur

    Deyirəm ay ana, ev bizimkidir,
    Divarlar bir idi, indi ikidir,
    Mebel alıbdılar təzə, qət-təzə,
    Parket döşəyiblər kənd evimizə
    Kran çəkibdilər təzə su gəlir,
    Dağların kəndlərə havası gəlir.
    Bir az aralıda bizim doqqaza
    Qızılgül əkiblər bizim doqqaza.

    Anam evini tanıya bilmir,
    Anam yolu-izi tanıya bilmir.
    Yol onu tanıyıb gətirib evə
    Tale talesizi tanıya bilmir
    Evinin yerində evini gəzir
    Mən onu gəzirəm, o məni gəzir
    Anam baxa-baxa qayıdıb gedir
    Məni də yuxudan ayıldıb gedir…

  • Vyanada Xalq artisti Fərhad Bədəlbəylinin 75 illik yubiley konserti keçirilib

    Dünyaşöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylinin 75 illiyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli musiqiçinin yubiley konserti olub.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova yubilyarın həyat və yaradıcılığından söz açıb.

    Qeyd edilib ki, Fərhad Bədəlbəyli Qarabağla sıx bağlı olan böyük yaradıcı nəslin davamçısıdır. Ötən əsrlərdə Cənubi Qafqazın musiqi və mədəniyyət diyarı olan Qarabağ, Şuşa şəhəri Azərbaycan incəsənəti və musiqisi tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. Onların sırasında yer alan Bədəlbəylilər nəsli təkcə Qarabağın deyil, bütünlükdə Azərbaycanın mədəni və ictimai həyatında önəmli rol oynayıb. Fərhad Bədəlbəylinin babası Bədəl bəy görkəmli pedaqoq və maarifçi, əmisi Əfrasiyab Bədəlbəyli bəstəkar və dirijor, atası Şəmsi Bədəlbəyli isə tanınmış rejissor və aktyor olub. Belə yaradıcı mühitdə dünyaya göz açan Fərhad Bədəlbəyli də həyatını musiqi ilə sıx bağlayıb.

    Diqqətə çatdırılıb ki, 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru olan, eləcə də pedaqoji fəaliyyətlə məşğul olan görkəmli musiqiçi Azərbaycanın mədəni-ictimai həyatında xüsusi çəkiyə malik şəxsiyyətlərdəndir. Qəbələ Beynəlxalq Musiqi Festivalının dünya miqyasında tanınan mədəni tədbirə çevrilməsində Fərhad Bədəlbəylinin xidməti böyükdür. Ötən il Vyana şəhərində təşkil olunmuş “Odlar Yurdunun sədaları“ beynəlxalq musiqi festivalının münsiflər heyətinə fəxri sədrlik edən F. Bədəlbəyli Azərbaycan musiqisinin Avropada təbliği və gənc istedadların üzə çıxarılmasına töhfə verib.

    Sonra Fərhad Bədəlbəyliyə həsr olunmuş sənədli videçarxlar nümayiş olunub.

    Tədbirin bədii hissəsində yubilyar Fərhad Bədəlbəyli beynəlxalq müsabiqələr laureatı Dennis Həsənov (skripka) və Mariya Şebzukova (soprano) ilə birlikdə klassik konsert proqramı təqdim edib. Konsertdə bəstəkarlar Qara Qarayev, Cövdət Haciyev, Mixail Qlinka, Yohannes Brams və digər bəstəkarların əsərləri səsləndirilib. F. Bədəlbəylinin bəstələdiyi “Ave Maria“ və “Dəniz“ əsərləri, Tofiq Quliyevin “Qaytağı” fortepiano pyesi xüsusi maraqla və rəğbətlə qarşılanıb.

    Elgün Niftəli

    AZƏRTAC-ın xüsusi müxbiri

    Vyana

    Mənbə: https://azertag.az

  • “İslam incəsənəti” Biennalesində Azərbaycan pavilyonu təqdim olunur

    Səudiyyə Ərəbistanının Ciddə şəhərində ilk dəfə “İslam incəsənəti” Biennalesinin açılış mərasimi keçirilib.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “İslam incəsənəti” Biennalesində Azərbaycan Milli İncəsənət Muzeyinin “İslam incəsənəti” kolleksiyası əsasında Azərbaycan pavilyonu təqdim olunur.

    Pavilyonda muzeyin kolleksiyasına məxsus Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini özündə əks etdirən dəyərli eksponatlar – keramika, xalçaçılıq və bədii metal sənəti nümunələri, o cümlədən XVII-XVIII əsrlərə aid nadir miniatür kolleksiyası nümayiş edilir. Həmçinin XIII əsrin yeganə tam əlyazması olan Əyukinin “Vərqa və Gülşah” poeması və rəssam Əbdülmömin Məhəmməd əl-Xoyinin illüstrasiyalarından ilhamlanaraq yaradılan “Vərqa və Gülşa: geri dönüş” adlı multimedia instalyasiyası nümayiş etdirilir.

    “İslam incəsənəti” Biennalesi aprelin 23-dək ziyarətçilər üçün açıqdır.

    Qeyd edək ki, İslam incəsənətinin dünəni, bu günü və gələcəyinin mənəvi, yaradıcı və estetik ifadəsinin araşdırılmasına həsr olunmuş Biennale Kral Əbdüləziz adına Beynəlxalq Hava Limanının “Həcc” terminalında 70.000 m² sahəni əhatə edən ərazidə təşkil edilib. “Birinci ev” mövzusunda keçirilən Biennale çərçivəsində Dar əl-Əttar əl-İslamiyyə (Küveyt), Qahirə İslam İncəsənəti Muzeyi (Misir), Benaki Muzeyi (Yunanıstan), Oman Sultanlığının Milli Muzeyi, Kral Əbdüləziz Mərkəzi Dünya Mədəniyyəti (Səudiyyə Ərəbistanı), Milli İrs İnstitutu (Tunis), Qətər Milli Kitabxanası, Əhməd Baba Ali Təhsil və İslam Araşdırmaları İnstitutu (Mali), Əl-Harameyn Fondu (Səudiyyə Ərəbistanı) və digər muzey, təşkilatlar tərəfindən İslam incəsənətinin zənginliyini, dünya müsəlmanları arasında mənəvi və bədii estetik əlaqəni özündə əks etdirən sərgi pavilyonları təqdim edilir.

    Mənbə: https://azertag.az

  • Gənc bəstəkarların “Gənclər günü”nə töhfəsi

    Fevralın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclər günü”nə həsr olunmuş “Gəncliyin səsi” festivalı çərçivəsində gənc bəstəkarların diplom işlərindən ibarət konsert təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

    Mənbə: https://azertag.az

  • “Filumena Marturano” tamaşası yenidən səhnədə

    Azərbaycan Akademik Milli Dram Teatrında yeni tamaşalardan sayılan “Filumena Marturano” tamaşası növbəti dəfə nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, tamaşa italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb.

    Yanvarın 26-da göstəriləcək səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır. Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.

    Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı əsər elə həmin il Neapoldakı Politeama teatrında tamaşaya qoyulub. Əsər Filumena Marturano adlı qadının Domeniko Soriano adlı varlı kişi ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.

    Mənbə: https://azertag.az

  • Gənc rəssamların etüdü – “Çiçəklər”

    Fevralın 1-də Xətai Sənət Mərkəzində “Çiçəklər” adlı etüd keçiriləcək. Bu tədbirdə 15-29 yaşarası rəssamlar iştirak edə bilərlər.

    Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

    “Sözügedən etüd Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunacaq.

    İştirak etmək istəyənlər qeydiyyat üçün yanvarın 30-dək Xətai Sənət Mərkəzinin vatsap ünvanına (051 310 74 0) ad, soyad və təvəllüd qeyd etməklə müraciət edə bilərlər. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

    Texnika və ölçü sərbəstdir”, – deyə Z. Əvəzov söyləyib.

    Mənbə: https://azertag.az

  • Ölkəmizin turizm potensialı 5 ay ərzində 10 beynəlxalq sərgidə tanıdılacaq

    Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu tərəfindən yerli tərəfdaşlarla birgə 2023-cü ilin fevralında Hindistanda “OTM Mumbai” və “SATTE”, Türkiyədə “EMITT”, İsraildə “IMTM” kimi beynəlxalq sərgilərdə Azərbaycanın turizm potensialının təqdimatı planlaşdırılır.

    Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib.

    Məlumata görə, ölkəmizin turizm imkanları cari ilin martında Almaniyada “ITB Berlin”, Rusiyada “MITT”, apreldə Qazaxıstanda “KITF”, may ayı ərzində isə BƏƏ-də “ATM Dubai”, Səudiyyə Ərəbistanında “Riyadh Travel Fair” və Almaniyada “IMEX Frankfurt” kimi beynəlxalq turizm sərgilərində tanıdılacaq.

    Bu sərgilərdə Azərbaycan milli stendində ziyarətçilərə və beynəlxalq turizm sənayesinin təmsilçilərinə ölkəmizə aid müxtəlif turizm məhsulları, işğaldan azad olunmuş ərazilərin turizm imkanları, qastroturizm, sağlamlıq turizmi, şərabçılıq, mədəni, işgüzar turizm, təbiət, haykinq, eləcə də qış turizmi imkanları və dağ-xizək mərkəzləri haqqında ətraflı məlumat veriləcək.

    Mənbə: https://azertag.az

  • “Cadenza” orkestrinin növbəti konserti

    Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) “B-C-B” adlı konserti olub, həmçinin orkestrin saytının (cadenzaorchestra.com) təqdimatı keçirilib.

    Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsert proqramında alman bəstəkarı J.S.Baxın, XX əsrin ən məşhur Amerika bəstəkarlarından biri J.M.Keycin fortepiano əsərləri səslənib.

    Orkestrin müşayiəti ilə solistlər Zərif Kərimova, Günel Quliyeva və Zülfiyyə Muxtarova əsrlər boyu insanları həyəcanlandıran və düşündürən musiqinin dərin duyğularını yüksək peşəkarlıqla təqdim ediblər.

    Mənbə: https://azertag.az

  • Madonnaya həsr edilmiş film layihəsi təxirə salınıb

    Dünyaşöhrətli müğənni Madonnaya həsr olunmuş bioqrafik film layihəsi ləğv edilib.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, adı açıqlanmayan film layihəsinin “Universal Pictures” studiyası tərəfindən təxirə salındığı bildirilir.

    Ekran əsərinin prodüseri Emi Paskal layihənin dayandırıldığını təsdiqləyərək bunun səbəbini Madonnanın dünya turuna çıxması ilə əlaqələndirib: “Filmində Madonna rejissor olmağı planlaşdırmışdı və baş rolu “Ozark” serialının ulduzu Culiya Qarner oynamalı idi. Sevilən müğənninin qastrol səfəri artıq elan edilib və bir çox şəhərlərdə keçiriləcək konsertlərə biletlər satılıb. Bu səbəbdən də film layihəsi təxirə salınıb”.

    Dünyaşöhrətli ifaçı filmi özünün çəkmək istəyini belə izah edib: “Mənim qeyri-adi həyatım olub və düşünürəm ki, həyatımdan bəhs olunan ekran əsəri də fərqli olmalıdır. Bir çox insanlar mənim haqqımda film çəkməyə çalışıblar. Özümdən başqa mənim həyat hekayəmi heç kim təsvir edə bilməz. Çox uzun bir ssenarim var və onu qısaltmaqda çətinlik çəkirəm. Ssenaridə müəyyən qədər ixtisarlar etməyə çalışdım, amma bu, öz bədən əzalarımı kəsmək kimidir”.

    Mənbə: https://azertag.az

  • Şair Arkadaşlarımın Dikkatine..

    Liz Yayınları olarak “anne” için yazılmış şiirlerden bir seçki hazırlamak istiyoruz.. Şirlerin başlıkları “Anne…” olmasa da konu anne olsun.
    Yayınlanmaya değer bulunan ancak çok uzun şiirler kısaltılacaktır. Bu durum sıralı noktalarla belirtilecektir.
    çok uzun olmayacak şekilde anne şiirlerinizi email ile ( lizyayinlari@gmail.com ) ulaştırırsanız, seçkimizde size de yer vereceğiz.
    Şiiri yayınlanan şairlere imzalı birer kitap gönderilecektir.

    SON KATILIM TARİHİ: 5 Şubat 2023

  • Milli Kitabxana “Hüseyn Cavid” adlı biblioqrafiya hazırlayıb

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof-şair, böyük dramaturq Hüseyn Cavid ədəbiyyat tarixində öncül yerlərdən birini tutur.

    Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavid sənətdə heç kimə bənzəməyən, orijinal bir yaradıcılıq yolu keçib və özündən sonra ölməz əsərlər qoyub gedən söz ustasıdır. Bütün yaradıcılığı boyu xeyirlə şəri qarşılaşdıran və ümumbəşəri xeyrin qələbəsinə öz sənətkar töhfəsini verən ədibin anadan olmasının ötən il 140 ili tamam olub.

    AZƏRTAC xəbər verir ki, bu məqsədlə Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Hüseyn Cavid” adlı biblioqrafiya hazırlayıb.

    1904-2022-ci illəri əhatə edən vəsaitdə ədibin kitabları, dərsliklərdə, məcmuələrdə, dövri mətbuatda çap olunan əsərləri, həyat və yaradıcılığını əks etdirən ədəbiyyat öz əksini tapıb. Həmçinin xarici dillərdə və dünyanın aparıcı kitabxanalarında mühafizə olunan əsərləri və haqqında ədəbiyyatın biblioqrafik təsvirləri də vəsaitə daxil edilib.

    Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/H.Cavid.bib.pdf linkindən istifadə edə bilərlər.

    Mənbə: https://azertag.az

  • Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş virtual sərgi

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan milyonçusu, xeyriyyəçi, ictimai xadim, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin 200 illiyi münasibətilə virtual sərgi hazırlayıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyəti, inşa etdirdiyi mədəniyyət, elm, təhsil, səhiyyə müəssisələri, Azərbaycanda mətbuat işi sahəsində gördüyü işlər haqqında geniş məlumat verilib. Materialda Hacı Zeynalabdinin elm, mədəniyyət, təhsilin zəruriliyi haqqında söylədiyi dəyərli fikirlər, layiq görüldüyü təltif və mükafatlar da yer alıb.

    Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Hacı Zeynalabdinin xatirəsinin əbədiləşdirilməsi – Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasə, Bakıda heykəlinin ucaldılması, adına ev muzeyinin olması haqqında məlumatlar da əks olunub. Virtual sərgidə milyonçunun həyat və ictimai fəaliyyətindən bəhs edən “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında”, “Azərbaycan milyonçuları”, “Allahın eşqi ilə”, “Savadlı millətin təməli-savadlı qadın (H.Z.Tağıyevin Bakıdakı qızlar məktəbi)” adlı Azərbaycan, rus və ingilis dillərində olan kitabların biblioqrafik təsviri verilib.

    Mənbə: https://azertag.az

  • Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi – ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində ingilis, rus, türk, alman, fransız, ispan, portuqal, italyan, polyak, macar, isveç, niderland, yunan, fin, gürcü, ivrit, ərəb, fars, yapon, çin, hind və digər dillər üzrə keçirdiyi seçim turlarına qeydiyyatı davam etdirir.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və digər sahələr üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin şifahi və yazılı imtahanı və sertifikatlaşdırılması əsasında aparılır.

    Turlarda iştirak üçün şəxsiyyət vəsiqəsinin surəti və CV-lər bu ilin mart ayının 31-dək mərkəzin info@aztc.gov.az  ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi 27/121A; AZ1033 ünvanına təqdim edilə bilər.

    Qeyd edək ki, mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd olunmalıdır.

    Mənbə: https://azertag.az

  • “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq

    Milli Məclisdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq.

    AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin mədəniyyət komitəsinin 2023-cü ilin iş planına daxil edilib. İş planına, həmçinin Milli Məclisin komitələrindən daxil olmuş qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması daxil edilib.

    Mənbə: https://azertag.az

  • Mir Cəlal adına III hekayə müsabiqəsi hələ də davam edir

    Xatırladaq ki, “Ədibin Evi” tərəfindən elan edilən digər müsabiqə – Mir Cəlal adına III hekayə müsabiqəsi hələ də davam edir. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə
    edibinevi@gmail.com
    ünvanına 2023-cü il 1 fevral tarixinədək göndərilməlidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.
    Birinci yerin qalibinə 3000,
    ikinci yerin qalibinə (iki mükafat) 2000,
    üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat
    pul mükafatı təqdim ediləcək.

  • Sona İNTİZAR.”TƏNHA MİSRALAR”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini


    Qonağam dünyada, gedəcəm bir gün
    Əlimi həyatdan üzəcəm əlbət.
    Məni ayrılığa eylədi sürgün,
    Məni qəm oduna atan məhəbbət.

    Yığdı çiyinimə EŞQ adlı yükü,
    Daşıdım, daşıdım, gücüm yetmədi.
    Yoruldum, tükəndi taqətim, çünki
    Mən getdim, o mənə sarı gəlmədi.

    Yolunda canımdan keçmədimmi mən?!
    Niyə bəs ayrılıq yaşatdın mənə?!
    SƏN adlı kitabı vərəqləyən mən
    Səni öz dilindən danışım sənə.

    Dilim söz tutmayıb adın gələndə
    Saçlarım tamarzı bir sığalına.
    Ətrini duyanda… Sənin kölgəndə
    Məni çox aparır məndən uzağa…

    Əllərim arxanca uzalı qaldı,
    Əl atıb əlimi tutmadın mənim.
    Ürəyim o vaxtdan yaralı qaldı,
    İNTİZAR o vaxtdan ləqəbim mənim…

  • Kənan AYDINOĞLU.”Vaxtsız məhəbbətin ünvanı yoxdu”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Şair dostum Sona İNTİZARın “Vaxtsız məhəbbətim” şeirini oxuyarkən…

    Sevgini bəndənin gözündə bu gün,
    Böyükdən Sən oldun, böyüyən Özün.
    Qəlbində həsrət var, doğar yenə də,
    Arayar sevgini, sevgini gözün.

    Gecikən vaxt deyil, məhəbbət deyil,
    Tapar öz yerini gəlincə vaxtı.
    Sənin qələminə bələdəm deyə,
    Bilirəm, söymədin taleyi, baxtı.

    İlk gündən bələdəm şerinə Sənin,
    Dünyan var qəlbində dünyadan böyük.
    Nə Məcnun, nə Kərəm, nə Fərhad yoxmuş,
    Ay SONA, gözəlSən, Leyladan böyük.

    Gülüşün bir bahar nəsimi kimi,
    Dolar ürəyimə, dolar bir kərə.
    Sevginin özəyi saf hissdən gələr,
    Sevməyi bacaran qalar bir kərə.

    Yandın eşq oduna, şair ömrünü,
    Sən də mi əritdin yanan şam təki?!
    Qəlbimdə adın var, dilimdə şerin,
    Yadıma düşsə də, ŞAMAXI, ŞƏKİ.

    Gileyli deyilsən, gileylənmədin,
    Yoxsa, dərdlərinmi dərmanı yoxdu?!
    Sən Özün SevgiSən, mən Sənə qurban,
    Vaxtsız məhəbbətin ünvanı yoxdu.

    Bakı şəhəri. 15 dekabr 2022-ci il.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”O həqq aşiqiydi”

    Zəlimxan qaynadı, daşdı, çağladı,
    Onu nəzərində Allah saxladı.
    Torpaqdan qaldırdı, elə bağladı,
    Get eldən xəbər al, torpaqdan soruş.

    Açdı sinəsini o sinədəftər,
    Nəfəsi pakıydı, ruhu təzə-tər.
    Dilindən düşmədi Vurğun, Ələsgər,
    Nə dedi, qələmdən, varaqdan soruş.

    Türkün tarixini yazdı, oxudu,
    Xınalı sözləri cehiz toxudu.
    Əzbər bilmədiyi şeir yoxuydu,
    O, Həqq aşiqiydi, sən haqdan soruş.

    Dilindən çıxanlar dillər əzbəri,
    Səsi ilahiydi, fikri bəşəri.
    Şairlər millətin ən şah əsəri,
    O xalq şairini bu xalqdan soruş.

    Sazın tellərində sözü-söhbəti,
    Sevildi əbədi, sevdi əbədi.
    Nəydi gülüşünün şəhdi-şərbəti,
    Suyunu içdiyin bulaqdan soruş.

    Məzarın bir isti ana qucağı,
    Qoy səni qızdırsın odu-ocağı.
    Ürəyin bütöv bir vətən torpağı,
    Fəxri xiyabandan, bayraqdan soruş.

  • Xalq şairi Zəlimxan YAQUB.”Salam ver”

    Gördüyün yerləri kökündən tanı,
    Cığıra salam ver, izə salam ver.
    Üzün dar günündə dərmanın olsun,
    Yanağa salam ver, üzə salam ver.

    Zərif gözəlliyi həyat çox sevir,
    Həyatın başına üzərrik çevir.
    Yaxşılığı ucalt, pisliyi devir,
    Doğrunu salamla, düzə salam ver.

    Göylərin hər yeri torpağa əziz,
    Torpağa baxırsan, dalğalı dəniz.
    Dünyanın hər yeri müqəddəs, təmiz,
    Birə hörmət göstər, yüzə salam ver.

    Təzə niyyətlərlə açılır sabah,
    Təzə duyğularla əriyir günah.
    Hər şeyi bizimçün yaradıb Allah,
    Tanrını qucaqla, bizə salam ver.

    Ətrafa, çevrəyə, çərəyə and iç,
    Ürək and yeridi, ürəyə and iç.
    Zəlimxan yediyi çörəyə and iç,
    Zəlimxan dediyi sözə sal

  • Səbinə YUSİF.“Sən mənim duamsan” (Hekayə)

    Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax Bürosunun Rəhbəri.

    Allah eşqinə, bundan sonra bir-birimizin əlini buraxmayaq!

    – Biz səninlə zamansız rastlaşdıq, Yusif.

    – Zamansız deyil. Vaxtında rastlaşdıq. Sən zamansız deyirsən.

    – Gecdi artıq. Qatar keçib. Nə qədər qaçsaq da, çata bilməyimiz mümkün deyil. Mən sizin evdə arzuolunmayan insan kimi yaşaya bilmərəm.

    – Həyatda mümkün olmayacaq iş yoxdur – tək ölümdən başqa. Mən səni ölümünə sevdim.

    Onlar söhbətlərini davam edirdilər. Ürəklərində olan nisgilə, həsrətə etdikləri söhbət dərman deyildi.

    – Sənin şərəfin, amalın o qədər müqəddəsdir ki, Yusif!

    – Sənin dürüstlüyünün heyranıyam! Əlini tut əlimdən. Söz verirəm, səni xoşbəxt edəcəm!

    – Gecikmiş sevgi əlçatmaz qalmalıdır.

    – Heç nə gec deyil!

    Artıq şər qarşmışdı. Göz-gözü görmürdü. Parkda onlardan başqa kimsə qalmamışdı. Hamı evinə getmişdi. Onlar isə nə əl-ələ tuta bilirdilər, nə də ayrıla bilirdilər.

    “Bu sevgi hardan gəldi başıma, bu, nə iş idi düşdüm”, – deyə-deyə Aydan ayağa durdu. Yusif isə gözlərini Aydanın gözündən ayırmırdı.

    – Demək sən məni sevmədin, ay üzlüm.

    – Mən sənə aşiq oldum. Vuruldum. Sən mənim Vətən Eşqim, yurd sevgimsən! Bundan gözəl sevgimi var?

    – Əgər sevsəydin…

    – Axı sən nə biləsən mən nələr çəkirəm. Bu eşq məni xəstə saldı. Sən yenə də inanmadın.

    – Mən sənə özüm kimi inanıram. Ay üzlüm, sənə söz verirəm, biz xoşbəxt olacağıq.

    – Bu, mümkün deyil. Sən də yaxşı bilirsən!

    – Niyə mənə inanmırsan? Mənə inan. İnan ki, səni çox sevirəm.

    – Sənə inanıram, Yusif. Ancaq ailənizdəki istək sən deyəni demir.

    – Yaxşı, sabah ön xəttə yollanıram. Söz ver ki, yolumu gözləyəcən.

    – Qartal baxışlım, mən səni tək bu dünyam üçün deyil, o dünyam üçün də sevdim. Əgər o dünyada mənə öz yarını seç deyə, bir seçim verilsəydi, yenə də səni seçərdim.

    Yusif Aydanı evlərinə kimi ötürdü. Qapının önündə Aydan Yusifin boynuna sarıldı:

    – Vətən qoxulum, qartal baxışlım, yolunu gözləyəcəm. Səni çoooox sevirəm. Mən səni sevdiyim qədər kimsəni sevə bilmədim. Yenə də səni düşünərək ayrı yaşamağımıza qərar verirəm. Elə bilirsən mənə asandır? Xeyr, çətindir! Çox çətindir. Mən sənin yolunda fədakarlıq edirəm, Yusif! Axı sənin…

    – Heç nə söyləmə, ay üzlüm. Səni çooox  sevirəm!

    Onlar sağollaşıb ayrıldılar. Yusif siqareti yandırıb maşına əyləşdi. Aydan isə liftə necə daxil olduğunu, evin qapısını necə açdığını belə, unutdu. Bir də o zaman ayıldı ki, hamam otağında əllərini yuyur, güzgüyə nəzər edəndə qızaran gözlərindən yağan həsrət yağışını müşahidə etdikcə daha da bərkdən ağlamağa başladı.

    Yusif isə maşında siqareti siqaretin arxasınca yandırır. Hər siqaret bitəndə özünü bitmiş hesab edir. Həyata tutunmaq üçün yenidən siqaret yandırırdı. Maşını həyətdə saxladı. Yavaş-yavaş pilləkanları qalxmağa başladı. Anası gülə-gülə qapını açdı.

    – Balama qurban olum, nə yaman gec gəldin?

    – İşim var idi, ana.

    – Görürsən bunları?

    – Bunlar nədir ana?

    Yusif qonaq otağında bəzədilmiş xonçalara baxanda sanki onu ildırım vurdu.

    – Anan boyuna qurban, sabah dayıngilə gedəcəm. Nigarın ad günüdür. Həm təbrik üçün, həm də üzük taxacam. Əlimizdə böyüyüb. Tərbiyəli qızdır. Dayınla da danışmışıq. Nigar da razıdır.

    – Ana, sabah elçi gedirsən, ancaq mənim razılığım olmadan.

    – Sən ananın ağıllı balasısan. Sözümdən çıxmazsan.

    – Ana, mən bu evliliyə razı deyiləm.

    Yusif sözünü deyib yataq otağına keçdi. Ağzıüstə necə uzandısa, elə də yuxuya getdi. Gecə saat 3-də həyacan siqnalı verildi. Yusif cəld oyanıb hazırlaşdı. Ailə üzvləri ilə sağollaşıb yola düşdü. Hərbi heyət Cəbrayıl istiqamətinə göndərildi.

    Aydan yuxudan oyandı. İnternetə baxdı. Dostlarından biri “Qarabağda döyüş başlayıb” yazısı adı altında xəbər paylaşmışdı. Xəbəri oxuyub qurtardıqdan sonra diksindi. “Yusif!Yusif! Yusif!”, – deyə öz-özünə qışqırmağa başladı. Telefonu götürüb Yusifə zəng etdi. Yusifə zəng çatmırdı. Aydan ağlayırdı. Necə də olsa, Yusifdən xəbər tumağa çalışırdı. Onun ən yaxın dostlarına zəng

    etdi. Nə Aqşinə, nə də Rüstəmə zəng çatdı. Aydan təkrar qayıtdı ki, internetdən xəbərləri oxusun. Artıq internet də kəsilmişdi. Evdə dəli olacaqdı sanki.

    Həyətə düşdü. Qonşulardan yeni bir xəbər öyrənməyə çalışdı. İnsanlar müharibə başlayıb deyə, sevinirdilər. Hamı bir nəfər kimi: “Müharibəyə aparsalar, mən də gedərəm” deyirdi. Aydan həyətdə olan insanlardan da Yusifin yerini öyrənə bilməyəcəyini anladı və evə döndü. Televizoru açdı. Xəbərlər başlamışdı. Jurnalist xanım sevinclə, göz yaşları içində Füzuli və Cəbrayılın kəndlərinin işğaldan azad olunması xəbərini deyirdi: Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli  rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olunub. Aydan sevinirdi. İnanırdı ki, qazanılan qələbədə Yusifin də payı var.

    Xəbərlər bitər-bitməz Yusifdən mesaj gəldi: “Salam, ay üzlüm. Narahat olma, düşməni məhv edirik. Qələbə bizimdir”.

    Aydanın üzü güldü. Əllərini Göyə açıb dualar etməyə başladı. Rəfiqələri ilə əlaqə saxladı.

    – İnternet kəsildiyi üçün narahatam. Cəbhədən gələn xəbərlərdən məlumat almaq çətin olur.

    – Aydan, yəqin xəbərlərdə deyiləndə eşitdin. Vəziyyətlə əlaqədər Azərbaycanda internetə məhdudiyyət qoyulub. Ancaq xarici şəbəkələr üzərindən internetə qoşulmaq mümkündür.

    Aydan Gülçindən intenetə qoşulmağı öyrəndi. Hər an, hər dəqiqə internetə daxil olur, xəbərləri öyrənməyə çalışırdı.

    44 gün Aydanın ömrünə 44 il kimi yazıldı. Canından çox sevdiyi Yusif üçün hər an dua edirdi. Hər Şəhid xəbəri eşidəndə Aydanın dizləri əsir, taqətdən düşürdü. Ali Baş Komandan İlham Əliyevin çıxışlarını diqqətlə izləyir. Rayonlar işğaldan azad olunduqca Aydanın sevinci aşıb-daşırdı.

    8 noyabr 2020-ci il. Prezident İlham Əliyevin çıxışını Aydan səbrsizliklə gözləyirdi. Yusifdən 20 gündən artıq idi ki, heç bir xəbər yox idi. Aydan həyacanla televizorun qarşısında gözləyirdi. Ali Baş Komandan çıxışa başladı: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm! İyirmi səkkiz il yarım işğalda olan Şuşa azad edildi. Şuşa indi azaddır. Biz Şuşaya qayıtmışıq. Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq”.

    Aydan sevincdən hönkürtü ilə ağlamağa başladı. Öz-özünə Yusiflə danışmağa başladı: Yusif, 44 gündür sənin adına yazdığım sətirlər hərdən yaş olub gözlərimdən axır, hərdən də ox olub ürəyimə batır. Yolunu gözləyirəm. Hardasan?

    Göz yaşları içində telefonu əlinə götürdü. Yusifə mesaj göndərdi: “Qartal baxışlım, hamıdan xəbər çıxdı. Səndən xəbər çıxmadı”.

    Şərəfli döyüş yolu keçmiş Yusif Şuşada idi. Azad olunan evlərin birində döyüş dostları ilə bərabər oturmuşdular. 30 illik həsrətdən sonra Şuşadakı evlərə Azərbaycan oğullarının qədəm qoyması tarixi hadisə idi. Telefonun enejisi bitdiyindən Aydanın mesajı Yusifə çatmamışdı. Dostlarından “powerbank” aldı. Telefon enerji yığdı. Yusif telefonu açdı. Aydanın mesajı gəldi. Dərhal cavab yazdı: “Məndən nigaran qalma, Aydanım. Çox Şükür. Şuşamız!” Aydan mesajı oxuyan an gözlərinə işıq gəldi. Dərindən nəfəs aldı. Sanki dünyaya yenidən gəldi. Allaha dualar etməyə başladı.

    Müharibə bitdikdən bir ay sonra Yusif gəldi. Şuşanın qarlı, əzəmətli dağlarından Aydana bir ovuc Vətən torpağı gətirmişdi. Aydan Yusifi möhkəm-möhkəm qucaqladı: “Daha sənin əlini buraxa bilmərəm, Yusif!”

    Elə bu vaxt anası Yusifə zəng etdi.

    – Hardasan ay oğul, qohum-əqraba yığışıb səni gözləyir.

    – Gəlirəm, ana.

    – Gəl, anan qurban. Sənə elçi gedəcəm.

    – Ana, bu dəqiqə o söhbətin yeri deyil.

    – Bilirəm oğlum, niyə elə deyirsən? Əsəbləşmə. Niyyət etmişdim döyüşdən sağ-salamat qayıt, sevdiyin qızı alacam sənə. Şükür Allaha sağ-salamat qayıtmısan. Gəl, elə bu saat Aydangilə elçi gedəcəm.

    – Gəlirəm, ana!

    “Sən mənim aşiq olduğum insansan. Allah eşqinə, bundan sonra bir-birimizin əlini buraxmayaq”, – deyən Yusif Aydanı bərk-bərk qucaqladı!

  • TOShKENTDАGI HАYDАR АLIEV NOMIDАGI OZАRBАYJON MАDАNIYaT MАRKАZIDА TАDBIR VА KITOB TАQDIMOT BOʼLIB OʼTDI

    OʼLMАSBEK Xoʼjaev

    Oʼzbekiston va Qoraqalpogʼiston Yozuvchilar uyushmasi aʼzosi, shoir-jurnalist

    Eng afzal mulk kitob – azaliy va qadim dunyoning insoniyatga bergan, ato etilgan oʼlmas, eng nodir va noyob tuhfasi. Kitob sababli diydor koʼrishib, kitob xususida soʼz aytilgan kun bayramdir. Kitob taqdimoti kechirilgan har davra azizlar anjumanidir.

    Toshkentdagi Haydar Аliev nomidagi Ozarbayjon Madaniyat markazida 2023 yil 19-yanvar kuni tadbir va kitob taqdimot boʼlib oʼtdi.

    Tadbirning bosh shiori Ozarbayjonning sobiq Prezidenti, siyosatchi-lider Haydar Аlievning ushbu soʼzlari edi:

    “1990 yilning 20 yanvar sanasi Ozarbayjonning tarixiga eng fojiali kunlardan biri, ayni zamonda xalqimizning qahramonlik sahifasi boʼlib yozilib qolajakdir!”

    Tadbirni Toshkentdagi Haydar Аliev nomidagi Ozarbayjon madaniyat markazi rahbari Samir Аbbosov ochdi. U oʼz nutqida, 1990 yilda boʼlgan fojianing Ozarbayjon xalqining xotirasida qolgan shahidlari nomi barhayot ekanligini taʼkidladi.

    Shundan soʼng taklif etilgan mehmonlar shahidlar xotirasiga sukut saqlab ehtirom bajo keltirishdi.

    Tadbir Toshkentdagi Haydar Аliev nomidagi Ozarbayjon madaniyat markazining ayvonida qizgʼin ruhda kechdi.

    Soʼzga chiqqanlar, Oʼzbek-Ozarbayjon xalqlarining abadiy doʼstligi, adabiyot, ilm, fan, madaniyat borsidagi mushtaraklik va Ozarbayjonning shahid oʼgʼlonlari Oʼzbekiston xalqining ham xotirasi, hurmatida boʼlishini taʼkidlashdi.

    Shundan keyin barcha mehmonlar Ozarbayjon madaniyat markazi zaliga “Turk dunyosidan Shushaga – Shushadan Turk dunyosiga” nomli toʼplam kitobchasi taqdimotiga taklif etildi.

    Taqdimotni oʼtkazish uchun Ozarbayjondan yosh ijodkor shoir-publitsist Intiqom Yashar kelgan.

    80 sahifadan iborat bu kitobchaning annotatsiyasida shunday yozilgan: “Ozarbayjon Respublikasi Yoshlar fondining moliyalashtirishi, Jaxon yosh Turk adiblari birligi tarafidan ijro etilgan “Turk dunyosidan Shushaga – Shushadan Turk dunyosiga” nomli loiha doirasida chop etilgan bu kitobda Turk dunyosining yangi avlod ijodkorlarining “Madaniyat poytaxti” deb eʼlon etilgan Shusha shahriga bagʼishlangan turli janrli kichik ijod namunalari oʼrin olgan.”

    Kitobning loiha rahbari Intiqom Yashar, muharriri yozuvchi-publitsist Kanon Xoji, eksperti Milliy Majlis Madaniyat qoʼmitasi ishchisi Аkbar Qoʼsholi, dizaynerlari Sarva Kamronli, Ozar Oydin, nashriyot direktori Elmon Qosimovdir. Kitob: 510 nusxada, Bokuda Ozarbayjon tilida 2022 yil, “Zardabi Nashr” nashriyot-bosmaxonasida chop etilgan.

    Kitobdan ozarbayjonlik ijodkorlar shoir-publitsist Farid Xusayn, Ramil Аxmad, Shoxona Mushfiq, Ramin Jabroil, Oyshan Raxim, Emin Piri, Intiqom Yashar, Shaxriyor del Geroniy, Yusuf Nozim; turkiyalik Аnvar Oykoʼl, Daryo Аkdemir, oʼzbekistonlik Mansur Jumaev, Nargiza Аsad; qozogʼistonlik Yerkinbek Sarikboev, qirgʼizistonlik Berdibek Jamgʼirchiev, Nurqiz Risqul qizi nomli ijodkorlarning ijod namunalari joy olgan.

    Bu toʼplamga muxtasargina ijod namunalari kiritilgan ijodkorlardan kelajakda turkiy dunyo xalqlari adabiyoti katta hajmli, salmoqdor asarlar kutib qolishini taqdimotda soʼz olgan ustozlar tarafidan taʼkidlandi.

    Eʼtiborni tortadigan yana bir jihat, xorazmlik yosh ijodkor Raxmat Bobojon oʼzbek tilidagi ijod namunalarini ozarbayjon tiliga tarjima qilib kitobga tayyorlab bergan. Bu ham bir yaxshi holat, chunki ozarbayjon tilidan turkiy til sifatida koʼpchilik oʼzbek tiliga tarjima qilaverishi mumkin, lekin oʼzi oʼzbek boʼlib ozarbayjon tiliga, chop etishga yaraydigan qilib tarjima qilish hammaning ham qoʼlidan kelavermaydi. Demak, ustoz tarjimon Gʼaybulla Salomovlar boshlagan tarjimonlik maktabining yosh vakillari ham shakillanmoqda Oʼzbekistonda.

    Kitob taqdimotiga tashrif buyurgan adabiyot, madaniyat, sanʼat va boshqa soha vakillari boʼlgan mehmonlar toʼlqinlanib nutq irod qildilar.

    Kun Oʼzbek-Ozarbayjon xalqlari-adabiyoti-madaniyati doʼstligi bayrami sifatida, Ozarbayjon shahidlarining ruhi oʼlmasligi qadriyati sifatida nurli bir kun boʼlib xotirada qoldi.

     Toshkent – 2023 yil, yanvar.

    Tong: soat: 04:12; 22.01.2023. mualliflik huquqida.

  • Məhəmməd NƏRİMANOĞLU.”Müqəddəslərimiz”


    Eşqlə naxışlanan ömür kitabı…
    Seyyid Əli:
    “Elə bilməyin ki, uşaqlığımdan qaranlıq gətirib gözümə həsrət”
    “Yeddinci qitə”
    …Çox kitablar oxuyuruq: hərəsinin müəllifi də ayrı, mövzusu da, oxucusu da…
    Ömür kitabları da elədir: lakin yazanı birdir – bizi yaradan Tanrımız. Tanrı yazana pozu yoxdur. Bunu da zaman-zaman müdriklərimiz söyləyib.
    Bir “kitab” oxumuşdum. Ömür kitabı idi, müəllifi ulu yaradan. Bu “əsər” çox müdrikləri heyran qoymuşdu. Mən onu “yeddinci qitə” adlandırmışdım. Hətta, bir qəzet də buraxmışam bu adda: “Yeddinci qitə”. Möcüzələrlə dolu bir “kitabı” axıra kimi oxuya bilmədim. Qəfil əsən səmum küləyi onun ömür səhifələrinin “vərəqləri”ni qoparıb apardı…
    İyirmi beş ildi ki, həsrətini çəkdiyim (başqa kəlbəcərlilərimin məndən artıq çəkdiklərinə şübhə eləməsəm də) Kəlbəcərimdə dünənim “dumanlı Albion” kimi xatırlanır. Uşaqlıq və yeniyetməlikdən bu mözücələrlə dolu hikmətlilər yurduna sanki həsrət qalacağımızı hamımız bilirmişik. Bəlkə də gözdən-könüldən uzaq tutmaları idi bu fəhmi bizə verən, bilmirəm. Hələ ötən əsrin 70-ci illərində şair Ənvər Rzamız görün necə duyurdu bugünkü dəhşətləri – Kəlbəcərin düşmən caynağına keçməsini və bağlı qalan yollarını:
    …Haçalanar neçə kəndə,
    Neçə bərə, neçə bəndə.
    …Düşməni azdırar çəndə
    Kəlbəcərə gedən yollar…
    Bax belə… Ənvər Rzamızın vəsf elədiyi “yazda əriş-arğac, yayda örüş-arxac olan” yollarla üz tutaq Kəlbəcərə. Eh! O yollarımız 25 ildi ki, bax belədir:
    …Haçalanmır neçə kəndə,
    Yolçusu yox bircə bəndə.
    Bir yaxşı bax, gör nə gündə,
    Kəlbəcərə gedən yollar…
    (Məhəmməd Nərimanoğlu)
    Kəlbəcərlilərlə həmsöhbət olmaqdan kimsə doyub ki…
    Hə, əziz oxucu, bir qədər uzaqdan və üzü Kəlbəcərə xəyali bir yol başlamağım təsadüfi deyil. Acılı-şirinli xatirələrimiz də orada, işğal altında qalıb. Sözümüz də, gözümüz də… Orada qalıb söz əhlimiz-nəğməli dilimiz, ağır elimiz də.
    Kəlbəcərdə körpənin də dili musiqili idi. Deyirlər ki, kimi dindirirdin orada sənə qafiyəli cavab verirdi. Bu hikməti ölməz şairimiz Bəhmən Vətənoğlundan müsahibə alanda hiss etmişəm. Kəlbəcərdən ayrıldığımız on il idi. On sual verdim. Onuna da şeirlə cavab vermişdi. Allah rəhmət eləsin! Ona görə də kəlbəcərlilərlə həmsöhbət olmaqdan kimsə doyubsa, onun səmimiyytinə inanmayın.Kəlbəcər ədəbi mühiti haqqında yüksək fikirdə olanlara təşəkkür edirəm. Onun zənginliyi ayrı-ayrı fitri istedada malik kəlbəcərlilərin çoxluğundan deyil, ilk növbədə artıq tanınmaqlarındandır, həm də Tanrı vergili olmaqlarından…
    Hələ Kəlbəcər rayon Aşıq Şəmşir adına mədəniyət evində və sonralar orada çıxan “Yenilik” qəzetində çalışarkən bütün kənd-kəsəklərimizi gəzərkən neçə-neçə istedadlılarla həmsöhbət oldum. O zaman düşünürdüm idi ki, axı, bu insanların yaradıcılığı heç də tanınmış, məşhur şairlərinkindən zəif deyil. Bəs səbəb nədir ki, ustad Dədə Şəmşirdən (Allah Səməd Vurğuna rəhmət eləsin) savayı bir aşıq, şairimizin adı respublikada rəsmi şəkildə çəkilmir, onlara fəxri adlar verilmir, kitabları nəşr edilmir?!
    Kəlbəcərin işğalından sonra həmin ədəbi mühitin ayrı-ayrı fərdləri özünü elmi və ədəbi ictimaiyyətə təqdim etdikdən, eləcə də Qənbər Şəmşiroğlunun təşəbbüsü ilə şair Yusif Hüseynlə birlikdə toplayıb Kəlbəcər ədəbi mühitini “Kəlbəcər: sazın-sözün harayı”,”Kəlbəcər dünyası: folklor nümunələri” və s. kitabları nəşr etdirdikdən sonra bu məsələnin incəlikləri açıldı.
    Kəlbəcərin insanları da sərvətdir
    Açığı, Kəlbəcər fiziki mənada əlimizdən çıxandan sonra onun mənəviyyat beşiyi, əsl cənnət-məkanlığının fərqinə vardıq. Onun insanlarının da sərvət olmasını, hətta, ulu öndər Heydər Əliyevin dilindən belə eşitdik. 1996-cı ildə bir qrup kəlbəcərlilərlə görüşündə səsləndirmişdi bu fikri: “Kəlbəcərin yalnız təbiəti, yeraltı-yerüstü sərvətləri deyil, onun insanları da sərvətdir…”
    Bəli, Kəlbəcərə ilahi yaradan heç nəyi əsirgəməmişdi, bircə cvanyandıran rəhbərlərdən savayı. Onu da son illər daha çox duyduq.
    Kəlbəcərlilərimizin ədəbi dünyasının zənginliyi daim məni heyran edib. Buna görə də onların bədii yaradıcılıq nümunələrinin toplanıb oxucu görüşünə gəlməsində əlimdən gələni əsirgəmədiyim üçün Tanrım da mənə bədii təfəkkürümün zənginləşdirilməsi yolunu əsirgəmədi. Mən də onların hər birinin yaradıcılığı ilə yaxından tanışlıqdan bəhrələndim, öyrəndim, zənginləşməyə çalışdım. 100-dən artıq kəlbəcərli şairin, söz-qələm adamının yaradıcılığna, istedadına ayna tutmuşam. Bir o qədərinin də kitablarını çapa hazırlayıb, ön söz yazmışam. Doğrudur, bu canıyananlığım bəzən mənə “töhmət” gətirib.
    Arxamca dodaq büzüb,
    “filankəsi Nərimanoğlu şair edib”,-deyiblər
    Desinlər. Çünki özləri bir kəlbəcərlinin yaradıcılığına ayna tutmayıblar, naqisliklərindən.
    Belə söz və təbli şairlərimizi saymayacağam. Onlardan biri də Tanrı möcüzəsi kimi tanınan Seyid Əlimiz idi, Allah rəhmət eləsin! Kəlbəcərdəikən Seyidin mahir saz ifaçısı və klassik Azərbaycan ədəbiyyatı bilicisi olduğundan xəbərdar idim. Kəlbəcər RPK-nın katibi İnqilab Nadirov, hətta, Seyidə şəxsi kitabxana da yaratmışdı. Azərbaycanın tanınmış söz adamları, xalq şairləri, xalq artistləri, ədəbiyyatşünas alimlərdən belə yolu Kəlbəcər və İstisuya düşənlər Seyid Əli ilə yaxından atnış olur, onun hikmətlərinə heyran qalırdılar.
    Bir dəfə “Aşıq Pəri” məclisinin üzbvlərindən bəziləri Kəlbəcərdə qonaq idi. Həmin vaxt xalq şairi Bəxtiyar Vahabzadə də Seyidin ziyarətinə gəlmişdi. O görüş rayon mədəniyyət evində keçirilirdi ki, daha geniş tamaşaçı toplaşsın. Seyid Əlinin nəinki şeirləri, sazda mahir ifası da xalq şairini elə ağlatdı ki, salon bu yaşdan boğulurdu. Seyid Əli sazı yox, öz dünyasını səsləndirirdi. Gözləri anadangəlmə görməyən (cüzi şəkildə) bir insan böyük bir kitabxananın fondunu necə oxuyurdu, İlahi, sazı necə incə ruhda dilə gətirirdi.
    İllər aradan keçdi. Seyid Əlini, yuxuda ona buta verilən yarını da itirdik. Seyid Əli öz ölümünün tarixini öncədən demişdi. Atası Seyid Xudaverdini itirdikdən sonra bu ayrılılğa dözmədi, cəmi 26 illik ömür kitabı isə min illər oxunacaq bir qara dastana çevrildi.
    Köhnə söhbətə yeni ovqat
    Bir gün yaxın dostum, əslən Kəlbəcərin Zar kəındindən olan Bəhram qardaşıma Gəncədə görüşərkən dedim ki, Seyid Əlini yuxuda görmüşəm. Məndən yamanca razılıq edirdi. Kəlbəcər aşıq-şairlərini bir ədəbi aləmdə-kitablarda təqdim etdiyim üçün. Amma özündən demədi. Bəlkə Seyidin şeir dəftərini qardaşından alasan. Onu kitab kimi nəşr etdirim?! Bəhram buna razılaşdı. Amma aradan illər keçdi. Bir gün Bəhram öz yoldaşının kitabını Bakıda nəşr etdirmək üçün yolunu yanımdan saldı. Köhnə söhbətə yeni ovqat qatdıq:
    -Nə oldu, Seyidi unutdun?! Qardaş, niyə onun şeirlərini toplamadın, gətirmədin?- Mən ondan soruşdum.
    -Eh, vallah, dəfələrlə Seyidin şeirlərini “aşıqlar” öz adlarına oxuyublar. Qardaşı da bundan incik düşüb. Dəfələrlə dedim, razı olmadı…
    Söhbətimiz burada bitsə də, Seyid Əlinin ruhuna olan mənəvi borcumu yerinə yetirə bilmədiyimi özümə bağşlamırdım. Və bir gün gənc qələm dostum, istedadlı şair, Elməddin Nicat mənə Seyid Əlinin həcmcə kiçik, səhifəcə yığcam, lakin düşüncəcə dəryalar qədər dərin olan “Görmürsənmi xəyaldayam” kitabını hədiyyə etdi. Kitab daim əməkdaşlıq elədiyim “Adiloğlu” nəşriyyatında işıq üzü görmüşdü. Kitabın redaktoru isə qələminə və şəxsiyyətinə böyük hörmət bəslədiyim şair Nadir Məmmədli idi. Elə ön sözü də o yazıb. 2008-ci ildə çapdan buraxılan kitab 10 ildən sonra mənə çatmışdı. Vərəqlədim dönə-dönə. Şeirlərini dəfələrlə, düşünə-düşünə oxudum. Həyatının bilmədiyim məqamlarını öyrəndim.
    Bəzi məqamlarla sizi də tanış eləmək borcundayam. Nadir Məmmədli yazır: “Seyid Əlinin şərəfli bir şəcərəsi var: üçüncü babası Mir Yaqub ağa Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Təxminən XIX əsrin sonlarında Mir Yaqub ağanın oğlu Seyid Məmməd hansı sabəbdənsə (o zaman İranda milli azadlıq mücahidləri ölkədən perik salınırdı. Xiyabani inqilabı dövründə bir çox soydaşımız, elə bu sətirlərin müəllifinin ulu babası Məşədi Səfər də Təbrizdən bu taya gəlib-M.N.) ailəsindən uzaqlaşıb Kəlbəcər rayonunun Zar kəndinə gəlmiş, burada məskunlaşıb ailə qurmuşdur. Kənd məscidində Quranın tədqisi ilə mıəşğul olmuşdur…”
    Əli hissinin, ruhunun gözüylə görür, oxuyur və saz çalırdı…
    Seyid Əli 1962-ci ilin mart ayının (təsadüfən “qara bayram” günü) dünyaya göz açıb. “Göz açıb”-əsluində doğulub, amma, gözləri bu fani dünyanın işığından məhrum olub. Çox cüzi görüb – iki addımlığı belə seçməyib. Bu sevincin ömrü də Əlinin özünükü kimi, qısa olub. Ailə bilib ki, o, gözlərindən şikəstdir. Əslində, qolundan tutub gəzdirdikləri Əli hissinin, ruhunun gözüylə görür və oxuyur və saz çalırdı…
    Məktəb üzü görməyən Əli elmi və ədəbi dünyanın simalarını tanıyırdı, oxuyurdu. Onu ilk dəfə ədəbi ictimaiyyətə mərhum şairimiz Məmməd Aslan təqdim etdi: “Azərbaycan gəncləri” qəzetində Əli haqqında çap etirdiyi məqaləsindən sonra onun üstünə oxucu məktubları yaz yağışı kimi selləndi, gülləndi.
    Seyid Əli fəlsəfi düşüncələri dərya olan şair idi. Sevgisi də ümman idi, məhəbbəti də, qəm-kədəri də. Sanki Yaradan ona istədiklərini eyni ölçü-biçidə vermişdi:
    Əliyəm, qəm-kədər sirdaşım oldu,
    Taleyimlə mənim savaşım oldu.
    Qəlbimi ovudan göz ayşım oldu,
    Güldürsən də məni, gülə bilmədim.
    Əli gülməsə də, heç ağlamadı da…
    Təcnis, divani, qoşma, gəraylı, rübai, qəzəl kimi klassik şeir növlərinə bələd olduğundan, fikrini nəzmə çəkən şair uzaqdan ona məktub yazan gözəllərdən birinə üz tutaraq təcnislə görək necə deyir:
    Dinlə ürəyimin səsini, ey yar,
    Könlümün mürğünə gözəl dən düşər.
    Şair məclisində mənə inan ki,
    Söhbət gözəllikdən, gözəldən düşər.
    Baxışların məsum, hüsün füsunkar,
    Dağ nərgizi kimi təravətin var.
    Mənimlə görüşə gəlməsən, ey yar,
    Yoluna baxmaqdan gözə nəm düşər.
    Dilimdə bir işirin kəlməsən mənim,
    Qəmzənlə bağrımı dəlmə sən mənim.
    Əliyəm, üzümə gülməsən mənim,
    Qara saçlarıma, gözəl, dən düşər.
    Bir rübaisində nakam şair həmin mövzunu görün necə qələmə alıb. Nə göz inciyir, nə əl əl çəkir, nə göz əl çəkir:
    Hicran salıb saçlarıma, göğzəl, dən,
    Doyammıram sənin kimi gözəldən.
    Qapına gəlməyə ehtiyacım var,-
    Dilənçinəm, götürmərəm göz əldən…
    Maraqlıdır ki, şair ədəbiyyat nəzəriyyəsinə elə bələd idi ki, o, bəzən şeirin müxtəlif, hətta, az-az işlədilən növlərinə belə müraciət edirdi. Elə “şapalaq qoşma”sı da bu qəbildən olan nümunələrdəndir:
    A şöhrət sərxoşu, mənsəb aşpazı,
    Yenə qaz götürüb havalanmısan.
    Arxanda dayanıb dayın dağ kimi,
    Əminin ağzıyla divalanmısan.
    Çalış ona-buna badalaq atma,
    Üz-gözünə dəyər şapalaq, atma.
    Barsız söyüd kimi qol-budaq atma,
    Bir də görərsən ki, ovxalanmısan.
    Gəlsən də hərdənbir mənnən göz-gözə,
    Dostuq, nöqsanını vurmaram üzə.
    Yuxuda gördüm ki, dəymirsən gözə,
    Bəlkə vəzifədən qovalanmısan?!.
    Əlinin işığına bir pərvanə özünü oda vurdu
    Bu yerdə bir daha qələm dostum Nadir Məmmədliyə təşəkkürümü bildirib, onun kitaba yazdığı ön söz yerində yazdığı “Ozanım heeeeyy!” məqalənisinə qayıdıram. Dostum yazır: “…Əlinin zəkasının gücünü Sədnik Paşayev, Bəxtiiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Ağalar Mirzə, Vidadi Babanlı, mərhum xalq artisti, qocaman muğam usdadı Yaqub Məmmədov kimi görkəmli sənətkarlar, alim və şairlər, füzulişünaslar görmüş, heyrətlənmiş, bu barədə yazılar yazmış, verilişlər hazırlamışdılar. Xalq arasında “Zarlı Əlif “, yaxud füzulişünas Əlif Abbasov el məclislərində Seyid Əli ilə Füzuli haqqında mükaliməyə girişəndə hamı heyrətdən çaşırdı. Əinin işığına bir pərvanə özünü oda vurdu – Göygöllü Mehriban. Əlini sevgi dağlarına səsləyən bu xanım sonradan Əlinin ömür-gün yoldaşı oldu – 1984-cü ildə evləndilər. Əfsus ki, övladları olmadı. Bu nisgil onun “Mənə yalan danış şeiridə aydınca sezilir”.
    Əli ata-anaya qırılmaz tellərlə bağlı ovlad idi. Elə bu sevgi də onun ömrünə yarımçıq (bunu yaradanımız bilir-M.N.) nöqtə qoydu. Atası Xudaverdinin ölümünə dözməyən Əli yeməkdən qəti imtina edib və tezliklə onunla bir torpaqda yatacağına and içir (övlad məhəbbəti-M.N.). Bu da bir qara haşiyəli tarix: 1988-ci il iyun ayının 17-si. 26 yaşlı Əlinin ömrünün son dayanacağı.
    Dünya işığından məhrum olan
    Seyid Əlinin bəkirət gözü nurlu idi
    Əlinin sinə dəftərinə üz tuturam. Sinəm alışır. Tərtəri istəyirəm. Birdən gözlərimdə kitabın ön sözündə Nadir müəllimin yazdıqları aşıb-daşır: “…2006-cı ilin noyabr ayının 18-dən 19-a keçən gecə. Tərtər-Bərdə arası Tərtər çayının sahilindəyəm. Qarşımda çiy kərpicdən tikilmiş iki daxma var. Onlardan birində acılar şəkmiş Tavat nənə (Seyid Əlinin anası-M.N.), Zümrüd, Tükəzban, bir də tabutunu çiynində gəzdirən Yusif qardaşım yaşayır. O birisi oğul-uşaq sahibi Xıdıra məxsusdur. Başçısını itirən, 13 illik (indi isə 25 ildir ki, kəlbəcərsizik-M.N.) qürbət əzabı və acınacaqlı bir yoxsulluğa düçar olmuş bu ailədəki qürurlu və dik baxışları gördükcə ürəyimə axan göz yaşlarımın içindən bir fərəh hayqırıb hər dəfə. Bircə Südabə çatışmır. Ailə qurub. Divardan Xudaverdi əmi ilə Seyid Əlinin şəkilləri mənə baxır. Dəyişən yalnız məkan və zamandır… Bu gün bura dostumun yazılarını araşdırmaq, çapa hazırlamaq məqsədilə gəlmişəm. Bunu Tavat nənədən gizlətməyi xahiş etdim. Xəstə, qoca ananın dərdini təzələmədim. Hansı kitab anaya oğlundan əziz olasıdır ki”?!.
    …Aradan il yarım ötdükdən sonra bu daxmadan bir tabut çıxdı. Quruca nəfəs idi deyirlər. Bütöv canı, Bəhmən Vətənoğlu demiş, Kəlbəcərdə qalmışdı Tavat nənənin. Əlisi ilə Xudaverdisinin üz qoyduğu qara torpağa apara bilmədilər. Təsəllilər o oldu ki, Tərtərin sahilində ona qərib qəbir qazıldı. Qəriblərin qəbirləri də niskilli görünür ey, uzaqdan adamınü ürəyini üzür.
    Tavat nənə Əlinin nə balasını gördü, oxşadı, oynatdı, nə də ilk və son kitabını vərəqləyib gözlərinə sürtdü…
    Amma Əli yaşayır, Tavat nənənin ruhu şad olsun ki, belə oğul verdi cahana – dünya işığından məhrum olan Seyid Əlinin bəkirət gözü nurlu idi. Fəhmi ilə akademikləri heyrətdə qoyan söz-söhbəti qaldı, bir də dillər əzbəri olan şeirləri ilə yaddaşlara yazıldı.
    Şeir varlığımdır, şeir canımdır,
    Ayna bulaq olub axar ürəkdə.
    Şeir sevincimdir, həyəcanımdır,
    Odlu şimşək olub çaxar ürəkdə…
    Məhəmməd NƏRİMANOĞLU

  • Məhəmməd NƏRİMANOĞLU.”ARAZAM… himə bəndəm…”


    Kəlbəcərlilərin göz yaşları yenə də Tərtər kimi çağladı
    …Bu günlərdə İbrahim Məşədi Kazım oğlu da gözünün ağı-qarası olmuş Arazına qovuşdu. Bu xəbəri alınca elə bildim ki, dağ-daş uçdu, qaldım altında. Necə də şimşək kimi çaxdı bu dağdan ağır xəbər. Az qaldım o xəbəri dilinə gətərinə qarğayım. Kimin dili gələrdi desin ki?..


    Qara bir nağıl başlamaq istəyirəm, qəhrəmanı isə bir dastanlıqdır. Haqqında bir dastanlıq danışa bilsəm də, ikicə kəlmə yazmamışam və yenə də qələm əlimdə əsim-əsim əsir, sözlər məndən küsür. Şəninə dastan yaza bilmədim. Yazacaqlarımdan qorxmuşam. Gözə gətirə biləcəyimdən ehtiyatlanmışam.
    Adını Araz qoyanda atası İbrahim dayı azərbaycanlıların o taylı-bu taylı Vətən ayrılığına son qoymaq istədi. Elə bildi ki, onun bu dünyaya gəlişiylə həmin həsrətə son qoyuldu. Bir gənclik ömrü yazıldı alnına. Qismətinə yazılanları oxumağa imkanı olmadı…
    Araz Kəlbəcərdə doğulmadı, amma ata yurduna bağlılığını dəfələrlə təsdiqlədi. Heç deməzdin ki, Bakıda, keçmiş məşhur «sovetski» küçəsində doğulmayıb. Lap elə bil ki, ata yurdu Dərəqışlaqda, Dikyurdda, Şirinbulaqda, Çatımda, Xəndəklərdə yıxılıb-durub. O yerlərdə yolları yorub. Dişgöynədən bulaqlardan ötrü həmişə sinəsi pörşülənib. Elə bax bu həsrətdən göyərən dərdin qucağında da «yuxuladı»…, «dərin bir yuxuya getdi» Araz… 2011-ci ilin «Novruz» bayramı Kəlbəcərə gəlmədiyi kimi, Arazın da ömrünə qənim kəsildi «Axırçərşənbə»…
    Araz uzaq bir səfərə çıxdı. Qayıdacağını bir kimsəyə deməyib. Anası Həyat xalanın ömrü-günü düyüldü bir boxçaya. İbrahim dayı qəlbinin ağrılarını azaldan iynə-dərmandan imtina elədi. Tək balasının dərdini alıb çiyinlərinə, ona görə də beli bükülüb. Necə də ağır olurmuş bala dərdi. Özü də tək balanın dərdi daha ağır imiş.
    Bahar gəlmədi dağlara, çünki yağı tapdağındadır. Bahar bütün könüllərə də gələ bilmədi, çünki Araz kimi neçələri ata-ananı oğulsuz qoydu.
    İki böyük, sayılıb-seçilən nəslin yetişdirdiyi tək oğul idi. Araz xarakterində də özü kirmi tək idi. Dostcanlı, qohumcanlılığı ilə ürəklərə yol açmışdı. Çalışdığı kollektivdə başına and içirdilər. «Azəryolservis» ASC-nin 67 saylı yol istismar müəssisəsinin baş mühasibi, demək, döyünən ürəyi idi. İşinə, vəzifəsinə məsuliyyəti nəinki rəhbərliyin, elə kollektivin də gözünü onu ucaltmışdı.
    Yox, yox, mən onun təkcə işi, vəzifəsi barədə danışa bilmərəm. Araz bütöv bir şəxsiyyət kimi təkcə qohumların deyil, dostlarının yaddaşında ucalıb. Qoy ucalığında qalsın, biz onun ömür yoluna düşüb dünəninə yollanaq.
    Araz İbrahim oğlu Cabbarov…
    Ehh!.. Tərcümeyihalınımı yazacağam?! Rəsmiyyətdən daim uzaq olan Araz adını şərəflə daşıdığı çay kimi, gah aşıb-daşar, gah da sərin suya dönüb könüllərə axardı. Axdı, axdı, amma qovuşduğu dəniz olmadı, bir yoxluğa, dəryaya qarışdı. Onun yoxluğundan axan göz yaşları bir ümmana çevrildi.
    Arazı toyunda tərifləyən az olmamışdı. Tanrıdan onu ata-anasına, həyat yoldaşına əmanətləmişdilər. Dilək dilənmişdi ki, qolu-budaqlı nəslin bir pöhrəsisən, Tanrı səni də qocaman palıd kimi böyütsün, kölgənin altına el-oba sığışsın, əmin oğlanları kimi…Lakin tərifə ehtiyacı olmayan Araz o təriflərdən çox-çox ucada idi.
    Kəlbəcərin Dalqılınclı ellərini imam-peyğəmbər övladı adlandırardılar, biz orada olanda. Doğrudan da bu beş para kənddən çıxıb cəmiyyətə qovuşanlar özlərinin ziyalılıqları ilə tez bir vaxtda məşhurlaşırdılar. Arazın ata-babasıgil də cəmiyyətə ziyalılar tərbiyə edən Məşədi Kazımlardandır. Atası İbrahim Kazım oğlu Cabbarov, onun qardaşı İsmayıl Cabbarov təkcə beş para kənddə deyil, Kəlbəcərdə sayılıb-seçilən el ağsaqqalına çevrilmişdi: övladlarını oxudub ali təhsilli mütəxəssis kimi yetişdirdiyinə, el-obasının dərd-sərinə qaldığına, uzun müddət Kalinin adına kolxozun sədri vəzifəsində olduğu müddətdə kimsəyə bir qəpik rüşvət vermədiyinə, əksinə, cammatı torpaqla təmin edib, onların güzəranına kömək etdiyinə görə. Kəlbəcərsizlik illərində isə İbrahim dayı qardaşı oğlanlarının respublika miqyasında tanındıqlarına görə qürur duyur, fəxr edir, Arazın tək olmadığını görüb, sevincini bəzən gizlədə bilmirdi: Musa müəllim ailimliyi, Xəqani müəllim kəlbəcərlilərə və digər neçə-neçə imkansız ailəyə çörək verdiyinə görə. Qardaşı uşaqlarının savab qazandığını yaxşı bilirdi.
    Arazı daha yaxından tanıdığım vaxtlardan qəlbimə yazdırdı adını. Arazı xalqımızın həsrət çayı adlandırması qəlbini incidirdi, hətta belə olsa da belə. Arazı dağa bənzətdim, ona görə də Murova, Kəpəzə, Dəlidağa. Araz çayı onun qəlbindən və ruhundan qaynadığını düşünürdüm.
    Fikrim yenə də uçdu dağlara. Bizim beş kənd qılınclıların arasından çıxan və şəxsiyyətə çevrilənlər, nədənsə, qısaömürlü olublar. Mən onlara, doğrudan da peyğəmbər ömrü yaşadıqlarına – kimsənin «toyuğuna kiş demədiyinə» görə, imam övladları kimi baxmışam. Son 30-40 ildə onların arasından say-seçmələri itirmişik: Hacıbaba Mehtiyev («Axır çərşənbə» gecəsi yatıb «yuxuda qalmışdı»), Nizami və Məhsəti Abbasovlar, Tahir Mehtiyev, Famil Heydər oğlu, Mirzəli Yəhya oğlunun itkinliyi, Şamo Bəşir oğlunun qəfil gedişi, Araz Cabbarov, ötən il isə anası Cəmilə xanımın ruhən oğluna qovuşması….
    Dərdlərimiz seyrəlmir, sıralanır sanki…
    Əlli illik ömür yoluma dostlarım, tanışlarım, qohumlarım, məni yaxın-uzaq tanıyanlar ürək sözlərini yazıb verirdilər. Bir gün zarafatyana qayıtdı ki:
    -Nərimanoğlu, qələm adamı olmayanlar söz yaza bilmirlər? Səni kənardakı dostlarından çox biz qohumlar yaxşı tanıyırıq. Eşitmişəm ki, haqqında kitab hazırlanır. Orda yəqin ki, bizə yer ayırmazsan.
    Bu fikri bir batman balla həzm eləmək olmazdı. Xatirini çox istədiyimi özü yaxşı bilirdi. Yarızarafat-yarıgerçək cavab verdim:

    • Mən kiməsə haqqımda söz deməyi özümə ar bilərəm. Heç kimə də deməmişəm (Bir nəfərdən savayı. Bilərəkdən də həmin sıradan bir nəfərin adını burada çəkmirəm) ki, mənim barəmdə nə isə yazsın – tərifli söz. Əgər məni olduğum kimi duyursansa, əlbəttə, yazdıqlarını qəlbimə köçürərdim…
      Aradan bir-iki gün keçmiş, zəngləşdik və o, bir vərəqlik yazını mənə verdi. Ötən il nəşr olunan «Məhəmməd Nərimanoğlu: Ömrüm kitab ömrü»nün 100-cü səhifəsindəki «50 yaşın işığı ikinci əlliyə düşsün» məqaləsini indi həyacansız oxuya bilmirəm. Mənə elə gəlir ki, nəfəsi, ruhu həmin yazıya hopub Arazın. Baxışlarımızla danışırıq.
      Sanki səsi gəlir qulaqlarıma: «Məhəmməd Nərimanoğlunu dağ çayına bənzədirəm: hərdən coşub-daşır və birdən də elə sakit-sakit danışır ki, inanmırsan bir dəqiqə əvvəlki adamdır. Başa düşmək çətin deyil. Sinəsində o qədər deyilməli və yazılmalı sözlər var ki… axı, ömür qısa bir yoldur, kimsə gedib sona çatır, kimlərsə onu başa vura bilmir. Yəqin ondandır ki, tələsir…».
      Arazın mənim barəmdə, özü demişkən, elədiyi «cızma-qaradan» onun qəlbinin dərinliklərində saxladığı və çoxlarına açmadığı fəlsəfi duyğularını duymaq o qədər də çətin deyildi. Bir səhifəlik yazıda o, bir insan ömrünün 50 illik yoluna işıq salır. Bu, o qədər də asan deyil. Əlinə ilk dəfə qələm alıb belə bir mövzuda özünü «imtahana çəkən» Araz Cabbarovun təəssüf ki, həmin yazını kitabda oxumağa ömrü çatmadı. Kitabın nəşr məsələsi gecikdikcə onun məni tələsdirməsini indi anlayıram. Nəhayət, kitab 2010-cu ildə işıq üzü gördü. Kitabı Araza çatdırmaq üçün dəfələrlə iş yerinə baş çəkdim, qismətdən bir-biri görə bilmədik. Qohumların birinin toyunda üstüörtülü şəkildə bildirdi gileyini:
      -Kitabının şirinliyini vermək mənə nəsib olmayacaq? Niyə mənə də kitabdan vermədin, axı, əvvəlkilərini hamıdan qabaq verirdin?
      Mən də öz narazılığımı gizlətmədim:
      -Mən piyada ola-ola dəfələrlə «Çermetə», iş yerinə gəlmişəm. Soruşa bilərsən. Hər dəfə iş otağının qapısnı bağlı görəndə peşman qayıtmışam…
      Beləliklə, Araz öz əli ilə qələmə aldığı yazını kitabda oxuya bilmədi. Görünür, onun barəsində mən söz açmalı və yana-yana danışmalıymışam, necə ki, illərdir bu ağrıları yaşayır və danışır, alışıb yanıram.
      Araz İbrahim oğlu mənim üçün, sadəcə, bu dünyaya sakitcə gəlib, öz missiyasını yerinə yetirib, gəldiyi kimi də çəkilib haqqa qovuşanlardan biri deyil. Bu sakitliyin arxasındakı təlatümü isə onu dərindən duyanlar oldu. Arazın dostları qohumlardan daha çox ağrını yaşayırlar. Dəfndə onların düşdüyü vəziyyəti, sadəcə, seyr etmək lazım deyildi, duymaq, onların içindəki lal harayları oxumaq gərək idi. Baxışlarda donmuş ağrıları kimsə azalda bilməzdi, Arazdan savayı…
      Təkcə Xəqani Kazımov, Musa müəllim, İsmət, Haqverdi, Hüseyn, Həşim, Fərman, Azər, Sənan, Ramin… göz yaşları ilə islatdılar məzarını.
      Arazın dayısı Vaqif müəllim, xalası Şəfiqə ilə xalaoğlusu Kamandar Arazın bu qəfil ayrılığına yana-yana qaldılar. Hamı o gün Arazın bacı-qardaşına çevrilmişdilər, çünki, Araz anadan tək olmuş, bu müvəqqəti dünyadan isə ömrünün qalan səhifələrini özü ilə götürüb getmişdi. Getmişdi ki, arxada gözüyolda qalanları daha çox yandırıb-yaxsın? Yox! O, buna qəti razı olmazdı. Nə qədər dərdli olsa da. Onu qəmli görmək mümkün deyildi. Elə bu gizli ağrıların qoynunda qıvrıla-qıvrıla da getdi Araz, qohumları, dostları incitməsin deyə. Şamo kimi, içindəki ağrıları gizlətdi. Dərdini. ağrısını azaltmayan və sağaltmayan dərmanlara göz götürüb baxmadı Araz. Arazın yuyub apara bilməyəcəyi bir dərdi bizlərə qoyub getdi.
      Yaza bilmirəm, Araz, anan Həyat xalanın hələ də donuq baxışları ilə səni necə axtarmasını… Hələ yenicə ata-ananın kim olduğunu anlamağa çalışan balalarını nə ilə ovunduracağını mən də bilmirəm. Onlar da gözlərini öz analarına dikiblər. Hamı bir-birinə baxır. Kimsə dillənib, bir daha qayıtmayacağını balalarına deyə bilmir. İbrahim dayı yana-yana qalmasın neyləsin? Sən onun qəlbinin ağrılarını azaltmaq istərkən ona dərd verib getdin. İndi qalıb iki qoşa dərdin, ağrının arasında. Öz ağrılarını unudub, sənin dərdini çəkir, amma, nə faydası…

    Yaza bilmirəm burdan sonra nə yazım? İbrahim əmiyə toxdaqlıq vermək sizə asan gəlməsin. Necə ki, mən bacarmadım. Bu ötən arxada qalan illər ərzində Arazına qovuşmaq üüçün dəfələrlə özünə qəsd eləmək fikrinə düşəndə yuxularında tək madarının ondan küsdüyünü görüb və “Arazın cüt oğul balasını bizə verən Yaradana asilik mənə yaraşmaz, Araz bizim ailənin yox, elin-obanın, xalqın, onlarda öncə isə Yaradanın idi. Bizə qonaq gəlmişdi və getdi. Hər birimiz müvəqqəti, gəldi-gedər qonağıq bu dünyada…”
    Bütün bunlar İbrahim əmiyə sanki təsəlli olmuşdu. Amma DƏRD ürəyi paralayırsa, onun calamaq… nə yamanmış. Mümkün olmurmuş.
    3 gün öncə bu acı xəbəri alanda gözlərimiz qaraldı. Araz atası İbrahim əmidən illər öncə dünyasını dəyişəndə Dərdin ağırlığından beli bükülən İbrahim əmi məzar üstündə əyilib balasına etdiyi “gilieyi” yaxından mən eşitmişdim: ”Ay etibarsız oğul, bəs mən kimin çiynində gləcəm bura?! Niyə sən atanı bu son mənzilə yola salmadın?! Dərdimin ağırlığından qorxdun, yoxsa anan Həyata başbilənlik etməkdən?! Sən ki, qorxan oğul deyildin. Mənə arxa-dayaq, dostlarına sədaqətinlə sevilirdin!”
    Bu ağını isə sonralar mənə pıçıldamışdı İbrahim Məşədi Kazım oğlu Cabbarov.
    Yamanca dolubdu, qara buludtək,
    Vədəsiz baharım, yazım ağlayır.
    Sızım-sızım sızıldayır sinəmdə,
    Köklənmir, zillənmir, sazım ağlayır.
    Arazımı fələk alıb aparıb,
    Ürəyimi öz yerindən qoparıb.
    Dözüm-dəyanəti, tabı qurtarıb,
    Çoxunu itirib, azım ağlayır.
    Kəlbəcər dərdliyəm, sinə yaralı,
    Bağçam güllər açmaz, bağım saralı.
    İbrahim Arazdan düşüb aralı,
    Şeirim, bayatım, yazım ağlayır!
    İbrahim əmi tək balası Arazdan fərqli getdi bu dünyadan. Araz görmədi, bilmədi, canından da əziz bildiyi ata-baba yurdunun azadlığını görmədi, niskilli getdi. Atasına, anasına həm özünün, həm də Kəlbəcərinin dərdini qoyub, sanki canını götürüb getdi. İbrahim əmi isə Arazına qovuşdu. Buna tələsirmiş kimi getdi. Heç kimlə görüşmədən, son kəlməsinin Araz olduğunu duydurmadan getdi. Getdi ki, Arazınndan xəbər bilsin. Axı, illərdir ki, görüşmürdülər. Ürəklərini daim bir-birinə ata-bala kimi yox, dostcasına açan istəkli dostlar kimi açan ata-balanın görüşü ziyarət imiş kimi getdi İbrahim əmi.
    Yerin behişt olsun, elimizin ağsaqqalı!
    Məhəmməd Nərimanoğlu
    Bakı, 23 yanvar 2023-cü il

  • “Qoca qırışlar kimi, beli bükülən, ömür,” –Nigar Arifin şeirləri

    Yola salmaqda olduğumuz ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

    Nigar Arif ( Ağalarova İlqar qızı)

    1993-cü il 20 yanvarda Mingəçevir şəhərində anadan olub.

    2003-2009- cu illərdə Mingəçevir şəhər Üzeyr Hacıbəyov adına 3 saylı “Uşaq Musiqi Məktəbi”ndə piano üzrə təhsil alıb.

    2010-2014- cü illərdə ADPU- nun filologiya fakultəsində “ingilis dili müəllimliyi” üzrə təhsil alıb.

    2016–2018- ci illərdə fəaliyyət göstərən Azərbaycan YazıçılarBirliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin məzunudur.

    2017-ci ildən “Dünya Gənc Türk Yazarlar Birliyi”nin üzvüdür.

    2020- ci ildən Mərakeşdə “Beynəlxalq İnsanlıq və Yaradıcılıq Forum”unun üzvüdür. Dünyada sülhün təminatında yaradıcılıq xidmətlərinə görə bu forum tərəfindən 2022-ci ildə “Dünyanın ən yaxşı medalı”na layiq görülüb.

    2021-ci ildən Özbəkistanda “Orta Asiya Yazarlar Birliyi”nin üzvüdür. Həmçinin bu birlik tərəfindən ‘Yangi Ovoz” ordeni ilə təltif olunub.

    2022-ci ildən Çində “CHINA POETRY CIRCLE” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. Çin festivalında “Mükəmməl Gənc Yazar “ adına layiq görülüb.

    2022-ci ildən Qırğızıstanda “Beynəlxalq Yazarlar Birliyi”nin üzvüdür.

    2019-cu ildə Bakıda ədəbiyyat üzrə IV LİFT Festivallar Festivalının, 2020- ci ildə Kolumbiyada keçirilən məşhur “Medelyin Dünya Şeir Festivalı”nın iştirakçısı, eləcə də Hindistan, Çin, İtaliya üzrə bir çox dünya şeir festivalları və layihələrinin iştirakçısı olub, mükafat və sertifikatlarla təltif edilib. Şeirlərindən bəziləri türk, rus, ingilis, ispan, ərəb, fars, çin, hind, portuqal, italyan, urdu kimi dillərinə tərcümə edilərək dünyanın bir çox ölkələrində dərc olunub, “ Barış” şeirinə İtalyada mahnı bəstələnib.

    Həqiqətən də xanım yazarların şeirləri daha səmimi, daha kövrək, daha duyğusal olur. Yalnız onlar deyə bilərlər ki, div boyda arzuların cırtdan ayaqları var…

    Gecikmiş görüş

    Bax belədir, əzizim,

    Yol uzundur, zaman dar,

    Hardan biləydik axı

    Div boyda arzuların

    cırtdan ayaqları var…

    Xəyallar qura-qura

    Ağlımız kəsmədi heç

    arzular da gecikər,

    birdən bizə çatammaz.

    Bir gün şirin yuxular

    daha yalan satammaz…

    Böyüməyə tələsdik

    uşaqlıq dura-dura

    Nə gənclik yaşadıq ki,

    özümüzü o dağdan

    bu daşa vura-vura…

    Bir vaxt fil qulağında,

    oyandıq qəh-qəhəylə,

    Elə bil dan söküldü

    əlimizdə qədəhlə…

    Boylandı arxamızca

    yük dolu karusellər,

    Gülümsədi uzaqdan,

    Londonlar, Brüsellər…

    Öyrəşdik uçaqlara,

    Kim nə deyə bilər ki,

    indi bu qoçaqlara?

    Gəzdik bütün dünyanı,

    Nə sən bezdin, nə də mən

    O cırtdan ayaqların

    ümidindən yapışdıq,

    Gec olsa da neyləyək

    əsas odur,ölmədik,

    evvəl-axır tapışdıq…

    Bəstəsi mən, sözü sən

    Bir dənizə dönmüşəm,

    Ləpəsi sətir-sətir.

    Dalğaların altında,

    Balıqlar yallı gedir.

    Bir dənizə dönmüşəm,

    Şeirimin sahilində.

    Kövrəlib sərt qayalar,

    Günəş tutur əlindən.

    Bir dənizə dönmüşəm,

    Göyün üzünə qaçır.

    Gəmi boyda arzular,

    Sinəmdə yelkən açır.

    Bir dənizə dönmüşəm,

    Dəniz bəbəklərində.

    Çaxılıram daş-qaşa,

    İncə biləklərində.

    Bir dənizə dönmüşəm,

    Saçları yosun-yosun.

    Zaman dodaqlarında,

    Dincəlir uzun-uzun.

    Bir dənizə dönmüşəm,

    Bu dənizin özü sən.

    Oxuduğu nəğmənin,

    Bəstəsi mən, sözü sən.

    İçimdəki səs

    Bir səs gəlsə uzaqdan,

    çağırsa gedənləri…

    Axtarıb tapsa bir-bir

    gözümdən itənləri,

    qəlbimdə susanları,

    dilimdə bitənləri…

    Bir səs gəlsə uzaqdan,

    Gəlsə, lap yaxın olsa…

    İllərin dostu kimi,

    Könül yoldaşı kimi

    Keçmiş qayğılarımdan

    Təzə qayğılaradək

    gəlib dadıma çatsa,

    əl tutsa bacım kimi,

    Əlim çatmayanlara,

    uzansa ümidlərin

    boyu qardaşım kimi,

    Bir səs gəlsə uzaqdan,

    Gəlsə, lap yaxın olsa,

    Evimdə-eşiyimdə,

    Xoş günlər keşiyində,

    dayansa atam kimi.

    Arzular beşiyimdə

    həzin bir layla çalsa,

    oxusa anam kimi…

    Bir səs gəlsə uzaqdan,

    gedənləri çağırsa,

    Gedənlər eşitməsə,

    gedənlər qayıtmasa,

    Bu səs məni də alıb,

    kaş özüylə aparsa…

    Sən də mənim kimisən

    Kaşlardan corab hördün,

    günlərimin başına,

    Bir ayağın ilişib

    bəlkələrin daşına,

    Gözlərimdən, əllərimdən sürüşüb,

    vərəqlərin üstünə

    söz-söz tökülən ömür..,

    Ovcumun içində

    qoca qırışlar kimi,

    beli bükülən, ömür,

    Sən də mənim kimisən…

    sən də mənim kimisən,

    Bir az cılız, balaca,

    Əynimə geyindiyim,

    bu köhnə pencəyimdə,

    düymələrin yerindən

    yersiz sökülən, ömür..,

    Eh… Daha bir-birimizə

    dar gəlirik dəyəsən,

    Əl dayayıb ağaca,

    dincəlmək istəyirsən,

    Duz olub dizlərimə,

    vaxtsız çəkilən ömür…

    Ciblərimdə gizlənən,

    beş qəpiklər kimisən,

    Beş qəpik qalan, ömür,

    Əlim sənlə doludu,

    Saydım qəpiklərimi,

    bir çörəyin puludu…

    Indi sol yanımda

    dərin bir nəfəs dərib,

    az əvvəl yandırdığın siqaretin közünü

    ayağınla əzirsən…

    Dodağın yana qaçır,

    Gülməkdən çox elə bil,

    gülüşündən bezirsən,

    başı dikələn ömür,

    Bilirəm, düşünürsən:

    “buna da şükür”,

    buna da şükür…

    “Ədəbiyyat və incəsənət”

    (29.12.2022)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Kim asfalt tökəcək çapıq əllərin, caddələrinə?! – Sürəyya Xəliq Xiyavinin şeirləri 

    “Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikası çox sevilir. Burda dərc edilən şeirlərin müəllifləri həmin şeirlərin əksəriyyətini İranda dərc edə bilmirlər. Təbii ki, hakim fars rejimi türklərin bu azadlıq hayqırtılarından qorxur. 

    Portalımızın əslən Təbrizdən olan Güney Azərbaycan təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sürəyya Xəliq Xiyavinin şeirlərini təqdim edir. 

    Qeyd edək ki, yazıların orfoqrafiyasına toxunulmur. 

    Sürəyya xanım Xəliq Xiyavi 1974-cü ildə Xiyox şəhərində dünyaya göz açmışdır. Xiyov, Təbriz, Ərdəbil şəhərlərində təhsil etmiş və Ədəbiyyat fakültəsini Yüksək maqistra qədər oxumuş və ədəbiyyat öyrətməni kimi çalışmışdır. Sürəyyanın iki kitabı nəşr edilmiş, birinin adı isə “Şəhər yeri qızı” adında olmuşdur. 2018-ci ildə Pərvin Etisami adına qurulan ədəbi beynəlxalq festivalında birinci ödülü qazanmışdır. O, İndi isə Ərdəbil şəhərində yaşayır.

    BİR TİKƏ ŞEİR

    Ürəyimə bir tikə düşüb

    Ağrısı yox

    Sadəcə radiolojist doktor çəkən şəkildə;

    Bir günəş görünür.

    Bu gün şeir oxuyanda

    O qədər tamsındım

    Sözcüklər yapışdı bir-birinə

    Dadlı bir tikə oldu

    Həyəcandan, düşdü ürəyimə.

    Bu tikələrə alışmışam

    Hərdən, dağ şəkilindədir

    Hərdən ağac

    Hərdən günəş, quş, ulduz, ay…

    Xəstə deyiləm

    Bunu nədən qəbul etmisiniz doktor?!

    Lütfən etiraf edin…

    Günəşə bənzər şeir tikəsi haqqında,

    Şəkildən şəkilə düşən tikələr haqqında

    Heç bir şey bilmirsiniz!

    Çörək verirsiniz getmir

    Su içirdirsiniz getmir

    Dava-dərmanla ərimir.

    Hərdən işıq səsi gəlir gözlərimdən

    Hərdən günəş qanad çalır çiyinlərimdə

    Bu tikə nə gedər,

    Nə əriyər

    Öldürməz

    İncitməz

    Siz, məni incidirsiniz!

    Bir tikə şeir düşüb ürəyimə

    Min günəş, vücudumu sarır.

    ŞEİR DƏSMALI

    Mikrofonların ürəyi

    Çirkinləşir

    Çırpınır yalanlarla…

    Ah!

    Mikrofonların dalında gizlənən qaranlıq!

    Qan tər içində çalışan canların

    Əllərinin cığırlarından;

    Yol çəkilməz cənnətə!

    Kim asfalt tökəcək

    Çapıq əllərin, caddələrinə?!

    Can verdikcə bu caddələr

    Niyə çörəyə yetişmirlər?

    Açıqla!

    Ac insanların

    Ürəklərinin cığırlarında nə var?

    Qan

    Dilək

    Od

    Öfkə?

    Ah! Mən kiminlə danışıram!

    Qaranlıq, qanların çiyinlərində oynayır.

    Qanı yaşadan səsdir

    Mikrofonları,

    Şeir dəsmalı ilə

    Silmək gərək

    Silmək

    Gərək…

    İKİ ZİRVƏ

    Barmaqlarının hər biri, bir ölkə

    Əllərimi tutduğun zaman

    On ölkənin kraliçəsi oluram.

    Baxırsan gözlərimə!

    Qəhvə ilə zeytunun

    Qovuşmaq anı, şeir olur…

    Savalan ürəyi ilə

    Bizdən şəkil çəkir

    Daş qartalın,

    Uçmağını hiss edirsənmi?

    Məncə Savalanın qan qrupu O+dir

    Görüşünə gələn bütün sevgilərlə;

    Həyat verir

    Bu qan

    Gerçək sevgilərin damarlarında

    Laxtalanmaz.

    Bir,

    Dağda nəfəs çəkirik

    Yoxsa o bizdəmi nəfəs çəkir?

    Bu gün iki dağ;

    Əl bir olubsunuz

    Saçlarım,

    İki zirvənin çiyinlərində yaşayır.

    Şeirin;

    Əlləri göydə;

    Bir ovuc üzərlik tutub

    Ay işığına!

    HALAY ÇƏKƏN QAYALAR

    Guruldayır hüzün

    Qolumdakı saatı yerə ataraq

    Qaçıram qarğalıqdan

    Pillə-pillə enirəm içimə!

    Qapını iki əlli bütün gücümlə bağlayıram;

    Gözümün içinə baxır qapı

    Anlayır məni!

    İçim;

    Qorunmuş, əl çatmayan bölgə

    Ətrafı hörülüb halay çəkən qayalarla…

    Burada heç çeşid bağlantı mümkün deyil

    Yalnız şeir ulaşımı var

    Burada əskidən bir dizə çəkəndə

    Dünya işıqlanardı

    Burası tanrı tar çalan yer.

    Bir şeir alışdırıram

    Uzaqlaşıram saxta salxım söyüdlərdən

    Yaxınlaşıram ən güvəndiyim sənə

    Sən,

    Şeirlərin dayanmayan ürəyi…

    Oyağam və yuxuda

    Yuxudayam və oyaq

    Tar çal ayılım dostum!

    Tanıyım tanımayanları

    Qara quyuları

    Daşıl vicdanları.

    Tar, tanrı, sən

    Sən, tanrı, tar.

    Qapını açmam gərək;

    Güvən nəfəs, nəfəs, nəfəs… Yayılmalı

    Sən varsan

    Sürəyyanın güvən tanrısı.

    Bir pillə, iki pillə, üç…

    Gözlərimi yumuram

    Qollarımı açıram

    Günəşə sarılıram

    Taaaaar çaaaaal…

    ZAMİNİ ÇƏKİLMİŞ ÜRƏKLƏR

    Saçlarımla beynimin arasındakı

    Məsafəyə baxıram

    Saçlarımın kökü beynimdən su içir

    Nədən saçlarımı gizlədim?

    Nədən beynimdən utanım?

    Beynimə inanmırlar

    Və mən zamini çəkilmiş ürəyimə fikirləşirəm.

    Hər gün külək

    Tellərimlə məktublaşır; həsrət bərzəxində

    Mən küləyə inanıram.

    “Suç saçındır”

    Dağların ağırlığını canıma yıxır

    Yaxamdan yapışır

    Ağrıdır

    Ağırladır

    Ağladır…

    Heç darağın dişlərindən qan axmayıb

    Göz yaşlarını saçlarıyla silən qadınlar 

    kor olmayıblar

    Saçlar uçanda,

    Hava yaralanmayın.

    Mən saçlara inanıram.

    Əllərimdə iki varlıq var

    Bir şeirim, bir də saçlarım

    İkisi də sensor…

    Və mən yəni bu gün

    “Doxsan doqquzuncu ilin 

    quyruq doğan ayının on beşi”

    Zamini çəkilmiş ürəklərə fikirləşirəm

    Zamini çəkilmiş şeirlərə…

    “Ədəbiyyat və incəsənət”

    (23.01.2023)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Varisin yeni romanı işıq üzü görüb

    Yazıçı Varisin 2021-ci ildə İstanbulda, TEDEV Yayınlarında işıq üzü görmüş “Qızıl cib saatı” romanı nəhayət ki, azərbaycanlı oxucular üçün də əlçatan olacaq. “Azərkitab” Yayınlarında roman Xalq yazıçısı Kamal Abdullanın Ön sözü ilə işıq üzü görmüşdür. 

    Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində açmağa hesablanmış bu roman Britaniya və Azərbaycan arxivlərinin materialları əsasında yazılmış, sırf statistik dünya oxucusuna ünvanlanan bir bestsellerdir.

    Nəfəskəsici dramatizm sona qədər oxucunu gərginlik içində saxlayır, zaman, məkan və hadisələr bir-birinin içində əridikcə sonda bir tam halda birləşib bütün əzəməti ilə insanlığın əsl mahiyyətini açmağa xidmət edir.

    Kitabın öz sözündə Kamal Abdulla yazır: “Roman ermənilərin yüz il öncə Bakıda törətdikləri azərbaycanlı qırğınlarına tutulan güzgü, həmçinin hazırda da davam edən Qarabağ münaqişəsinin ədalətli həlli üçün aparılan informasiya savaşında çox yaxşı silahdır. Romanda təsvir edilən ana obrazı bütün Azərbaycan analarının ümumiləşmiş insanpərvər obrazıdır. Bu obraz əksər hallarda heç bir ədəbi-bədii bənzətmələrlə deyil, sadəcə, onun əməllərinin təsviri ilə ədəbi qəhrəmana çevrilir.

    Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir.”

    Nəfis tərtibatla çıxan kitab pirat nüsxələrinin qarşısının alınması üçün müxtəlif qoruyucu detallarla işlənmişdir. 

    Növbəti həftədə kitabın satış şəbəkəsinə daxil olacağı gözlənilir. 

    “Ədəbiyyat və incəsənət”

    (19.01.2023)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Mədəniyyət Nazirliyi “Mədəniyyətə bağlı ömür” layihəsinə başlayır

    Mədəniyyət Nazirliyi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Mədəniyyətə bağlı ömür” layihəsinə start verir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, izləyicilər layihə çərçivəsində Ulu Öndər Heydər Əliyevin müxtəlif illərdə yaxından iştirak etdiyi mədəni tədbirlərdən tarixi fotoşəkilləri, mədəniyyət və incəsənət sahəsində səsləndirdiyi fikirləri ilə tanış olacaqlar.

    Müxtəlif rubrikalarla təqdim olunacaq layihə nazirliyin rəsmi saytında və sosial media hesablarında yerləşdiriləcək.

    Mənbə: https://azertag.az

  • İtalyan bəstəkarın əsəri Opera və Balet Teatrında

    Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, tamaşanı müasir dövrün ən məşhur dirijorlarından olan Korneliya fon Kerssenbrok idarə edəcək.

    İtalyan bəstəkar Cüzeppe Verdinin “Kameliyalı Qadın” (A.Düma) əsərinin motivləri əsasında bəstələdiyi “Traviata” operası həyatın məngənəsində yolunu azmış gənc Violetta ilə, ona aşiq olan Alfredonun eşq uğrunda apardığı mübarizədən bəhs edir.

    Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsində əsas rolları Xalq artistləri Əvəz Abdulla, Əkrəm Poladov, Əli Əsgərov, Əməkdar artistlər Azər Zadə, İnarə Babayeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, aparıcı solistlər Mahir Tağızadə və Nina Makarova canlandıracaq.

    Tamaşanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

    Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iTicket.az saytından əldə etmək olar.

    Mənbə: https://azertag.az

  • “Qız qalası” melodramı 8 beynəlxalq festivalın qalibi olub

    Müstəqil kinematoqrafçılar tərəfindən istehsal olunan qısametrajlı “Qız qalası” filmi bir neçə nüfuzlu beynəlxalq festivalda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib.

    AZƏRTAC xəbər verir ki, film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç və Slovakiya kimi ölkələrdə müxtəlif festivallarda qalib olub.

    Hər bir insan həyatında heç olmasa bir dəfə ruh əkizinə – “öz adamına” rast gəlir. Lakin qərarsızlıq və yaxud cəmiyyətin yaratdığı yeni münasibət normaları, heç kəsdən geri qalmamaq istəyi o adamı bizə görməyə imkan vermir. Bəzən özümüz də beynimizdə yaratdığımız səhv idealın dalınca qaçıb rast gəldiyimiz həmin adama önəm vermirik.

    “Qız qalası” filminin süjeti ayrı şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir. Tanışlıq əsnasında hər biri anlayır ki, həmin o “öz adamına” rast gəlib.

    Film boyunca qəhrəmanlar seçim etməlidir: ya hər şeyi olduğu kimi saxlayıb geri dönmək, ya da “öz adamı” ilə hər birinin daxildə arzusunda olduğu yeni münasibətlərə başlamaq…

    Filmin rejissoru və ssenari müəllifi Mehdi Ağayev, quruluşçu operatoru Delee, quruluşçu rəssamı Şahin Həsənli, montajçısı Əsgər Rəhimov, musiqisi isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur. Baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər. Prodüserlər Mehdi Ağayev, Fariz Əhmədov, Emil Nəcəfov və Orxan Dadaşovdur.

    Qeyd edək ki, müasir cəmiyyətdə mövcud olan problemləri kino dili ilə üzə çıxaran filmin Azərbaycanda premyerası 2023-cü ilin fevral ayında keçiriləcək.

    Mənbə: https://azertag.az

  • Həvəskar rəssamların təsviri sənət sərgisinə əsər qəbulu başlayıb

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə açılacaq “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisinə əsər qəbulu başlayıb.

    Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, əsərlərin mövzusu, ölçüsü və texnikası sərbəstdir, 18 yaşdan yuxarı istənilən vətəndaş müraciət edə bilər.

    Sərgiyə təqdim olunan əsərlərin fotoları ilə yanaşı, ad, soyad, əsərin adı, əsərin ölçüsü, texnikası və əlaqə nömrəsinin hisslerim2023@gmail.com elektron adresinə göndərilməsi vacibdir.

    Bir müəllif tərəfindən ən çox 3 əsər göndərilə bilər. Son müraciət tarixi fevralın 25-dəkdir. Qeyd edək ki, əsəri seçilmiş müəlliflərin siyahısı Xətai Sənət Mərkəzinin media hesablarında yayımlanacaq. Bir müəllifin 1 və ya 2 əsəri sərgilənə bilər. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq.

    Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.

    Əlavə suallar üçün (051) 310 74 01 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

    Mənbə: https://azertag.az

  • Səbinə YUSİF.”Onun adı nə idi?” (Hekayə)

    Səbinə YUSİF,

    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax Bürosunun Rəhbəri.

    “Oxucuların yaradıcılığı” rubrikasında Səbinə Yusifin  “Onun adı nə idi?” hekayəsini təqdim edirik. 

    Bu hekayəni sevgilisini, nişanlısını Vətən uğrunda itirmiş qızlarımıza həsr edirəm.

    -Siz heç sevdinizmi?

    -Bəli, sevdim. Vətən kimi müqəddəs, torpaq kimi əvəzolunmaz bir sevgi ilə sevdim.

    -Bəs indi nədən tək yaşayırsınız? –deyə tələbələr ona sual etdilər.

    Gülzar müəllimə eynəyini çıxarıb göz yaşlarını silməyə başladı.

    -Bizi bağışlayın, müəllimə.

    -Elə deməyin, övladlarım. Məni siz ağlatmadınız.

    İşlədiyi kollektivdə istiqanlılığı, diqqətcilliyi, mehribanlığı ilə seçilən Gülzar xanım tələbələrin də sevimlisi idi. Nə qədər gülərüz olsa da, bir o qədər zəhmli idi. Tələbələr onun dərsinə həmişə hazır olardılar. Tədris etdiyi ədəbiyyat fənninə böyük sevgi qatıb öyrədərdi tələbələrinə. İmtahan vaxtı Gülzar xanımın dərs dediyi tələbələr xüsusilə seçilərdi. Bu il onlar sonuncu kurs idilər. Gülzar xanım onlarla həm ana, həm bacı, həm dost idi. Bu səmimiyyətdən istifadə edib tələbələr Gülzar xanıma bu sualı ünvanladılar. Yeni dərsin mövzusu məhəbbət dastanları idi. Dərsi izah edən müəllimə ona qəfil ünvanlanan sualın təsirindən istər-istəməz 30 il əvvəli xatırladı. Müharibənin odlu-alovlu illərini. Qarabağın işğal olunduğu o ağrılı-acılı illəri xatırladı.

    -Əzizlərim, siz həyatınızın ən gözəl illərini – gənclik illərini yaşayırsınız. Siz baxdığınız hər nə varsa, sizə bir söz söyləyir: “Sevgi”! Siz xoşbəxt gənclərsiniz ki, artıq Qarabağ işğaldan azad olunub. Allah Şəhidlərimizə rəhmət eləsin. Qazilərin, zabitlərin, əsgərlərin canları həmişə sağlam olsun. Mənim sevdiyim insan da zabit idi. Vətən üçün hər an ölümə getməyə hazır idi. Qarabağ işğal olunmuşdu. Qarabağın işğalına dözə bilmirdi. Müstəqil Azərbaycan Respublikasında təhsil alan ilk zabitlərdən idi. Biz onunla eyni yurdun övladları idik. İnstitut illəri Bakıda tanış olmuşduq. O vətənpərvər gənc idi. Qarabağın işğalı ona da ağır təsir etmişdi. Bu itki ilə barışa bilmirdi.

    -Müəllimə, olar bir sual verim?

    -Buyur, qızım.

    -Onun adı nə idi? Niyə öz adını demirsiniz?

    -Bilirsən qızım, onun haqqında niyə öz adı ilə danışmıram? Çünki o Vətən amalı ilə yaşayan Qəhrəman idi. Onun özü bir yana, adı da mənim qibləmdir. Mən onu öz adı ilə çağırmadım. Mən ona Vətən Sevgim deyirdim. Elə siz də onu bu adla tanıyın. Bizi bir dəyər birləşdirmişdi – Vətən! Hərbi Akademiyanı bitirdi və ön cəbhəyə təyinat aldı. İkimiz də çox xoşbəxt idik. İkimiz də ali təhsilimizi başa vurmuşduq. 4 il idi tanıyırdıq bir-birimizi. O, mənə sevməyi öyrətdi. Yadınızda saxlayın, Vətəni sevən kişilər sevgilərinə sadiq olurlar. Həm də çox mərhəmətli olurlar hər kəsə qarşı. Mən sevgini də ona görə sevdim. O məni həmişə qorumağa çalışdı. Bakıda oxuduğumuz  illərdə mən özümü kəndimizdə yaşayırmış kimi hiss etdim. Çünki mənim arxamda o dayanmışdı. Onunla bir yerdə addım atanda elə bilirdim, əl atsam göydəki ulduzları belə dərə bilərəm. Çünki onunla Göylər də əlçatan idi. Hərdən öz-özümə deyirdim: Yatsaydım, belə bir xoşbəxt həyat yuxuma da gəlməzdi. Bəlkə də öz sevgimə özümün gözü dəydi. Çünki bizim sevgimiz bir başqa idi. O, mənimlə görüşə elə gəlirdi ki, heç yolun da xəbəri olmazdı. Elə Abbas Tufarqanlının dediyi kimi:

    Qədəm qoyub yar bağına gələndə,

    Elə gəl, elə get, yol inciməsin.

    Şəkər ləblərindən mənə busə ver,

    Dodaq tərpənməsin, dil inciməsin.

    O da görüşə elə gələrdi ki, yol da inciməzdi. Hamıdan xəbərsiz, bəxtəvər bir sevgi yaşadıq. İnstitutu bitirdik. O, ön cəbhəyə yollandı. Mən də kəndimizə. O vaxtlar mobil telefonlar satışa yeni gəlmişdi. Hər adamda yox idi. Yanvar ayı idi. Ev telefonumuza zəng gəldi. O, idi. Məzuniyyətə gəldiyini, məni görmək istədiyini dedi. Mən də evdən rəfiqəmlə görüş adı ilə çıxdım.  Məhəlləmizin qurtaracağında görüşdük. Elə bil dünyanı mənə verdilər. Çox az söhbət etdik. Dedi, birdən görən olar, sonra atangilə deyən olar. O, istəmirdi ki, mənim haqqımda kimsə bir kəlmə artıq söz danışsın. Sevgisinin ucalığından idi. Məni hər addımda qorumağa çalışırdı. Əlindəki hədiyyə qutusunu mənə verib sağollaşdı. Onu elə möhkəm qucaqladım ki. Polad kimi möhkəm idi. Ətrini hələ də unutmamışam. Cənnətin ətri var idi onda. 

    Müəllimə gözünü qurulayıb davam etdi:

    -Evə gəlib hədiyyəni açanda gördüm ki, bir mobil telefon var, bir də bir məktub. Məktubda yazmışdı: “Sən bu dünyada ən çox güvəndiyim insansan. Sənə inanıram. İnanıram ki, sən sevgimizə sadiqsən. Sən mənim nəfəsimsən. Nəfəssiz durmaq olmur. Bu telefonu sənə hədiyyə etdim ki, heç olmasa həftədə bir dəfə də olsa sənin səsini, nəfəsini eşidim”. 

    Hamıdan gizlin, hamıdan xəbərsiz həftədə bir dəfə ona zəng edərdim. Ayrılmaq istəməzdim. Vaxt elə tez gələrdi ki. Onunla danışdığım dəqiqələr elə qiymətli idi ki. Telefonda onun nəfəsini duyanda dünyanın ən xoşbəxt insanı olurdum. Həmin gün anam mənə nə qədər ev işi gördürsə belə yorulmazdım. Bilirsinizmi, sevgi insanı güclü edir. Mən onunla birlikdə elə güclü idim ki…

    Böyük ümidlə, böyük arzu ilə gözləyirdim qovuşacağımız günü. Bir gün axşam saat 8-də atam xəbərlərə baxırdı. Aparıcı xanımın dediyi cümlələri eşidəndə dünya gözlərimdə qaraldı: “Bu gün səhər saatlarında ermənistan ordusu tərəfindən atəşkəs yenidən pozulub. N saylı Hərbi Hissənin zabiti düşmənin açdığı snayperdən Şəhid olub”.

    Gözümü açanda xəstəxanada idim. O zaman artıq hər kəs xəbər tutdu bizim sevgimizdən.

    Ondan mənə bir məzarı yadigar qalıb, bir sevgimiz, bir də Vətən.

    O mənim dünyam idi. Dünyamı da apardı özü ilə.

    Onunla birlikdə addımladığımız küçələr indi mənim ən isti yuvamdır. Sizə bir məsləhətim var: Elə sevin ki, heç vaxt heyf deməyin.

    -Müəllimə, siz heyslənmədiniz? Tək qaldınız. Tək yaşlandınız.

    -Bir dəfə də olsun heyf demədim. Çünki mən bir Qəhrəmanı sevdim. Kim deyir ki, mən tək qaldım. Mən Vətən boyda bir sevgiyə sahibəm!

    “Ədəbiyyat və incəsənət”

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • “Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də

    Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com” Türkiyənin “detayhaberler.com”, Yəmənin “Parlaq Qələmlər” ədəbiyyat jurnalının feysbuk səhifəsi, Gürcüstanın “iverioni.com.ge”, Salvadorun “reflexionesinternacionalessv”, “Literatura y poesía” saytları və sosial şəbəkələri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq müxtəlif dillərdə ərsəyə gətirilən “Şuşa – sənətkarlıq və ticarət mərkəzi” (Dövlət Tərcümə Mərkəzi) adlı sənədli videoçarxın yayımına başlayıb.

    Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, videoçarx Azərbaycanın musiqi və mədəniyyət beşiyi Şuşanın tarixindən, qədim ticarət əlaqələrindən, xalçaçılıq, dulusçuluq, ipəkçilik, zərgərlik və digər sənətkarlıq abidələrinin yaranma mərhələlərindən bəhs edir.

    Mənbə: https://azertag.az

  • XIX əsrdə Qarabağda ən keyfiyyətli xalça və palazlar Şuşada toxunub VİDEO

    Şuşa xalçalarının tarixi XVIII əsrin ikinci yarısına, Şuşanın təsis edilməsindən sonrakı dövrə təsadüf edir. XVIII əsrin ikinci yarısından etibarən Qarabağın xalça istehsalı əsasən Şuşa şəhərində mərkəzləşir. XIX əsrdə Qarabağda toxunan xalça və palazların kəmiyyət və keyfiyyətinə görə Şuşa birinci olub.

    AZƏRTAC xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi videoçarx hazırlayıb.

    Videoçarxda qeyd edilir ki, incəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilən “Ləmpə”, “Qoca”, “Bulud” xalçaları və “Dəst xalı-gəbə” kimi xalça dəstləri Şuşada toxunub. Bu xalçalar xovun hündürlüyü, əlvan, şux koloritli, çox nazik, incə xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü toxunmaları ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır. Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və geniş malikanələrin bəzədilməsi üçün iri ölçülü xalçalar toxunub. Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanıb. Neçə-neçə minilliklərə, əsrlərə bələdçilik edən Şuşa xalçaları bu gün dünyada mədəni irs siyahısına daxil olan Azərbaycan xalçalarının bir qolu, Qarabağın özü kimi ayrılmaz tərkib hissəsidir. Qarabağ xalçalarını dünyaya tanıdan, “Şuşa havamdır” deyən xalçaçılıq elminin banisi Lətif Kərimov da Şuşada doğulub.

    Mənbə: https://azertag.az

  • Özbəkistanda təqdimat: “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” VİDEO

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı layihə çərçivəsində eyniadlı nəşrin təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin professor-müəllim heyəti, soydaşlarımız, özbək xalqının nümayəndələri, tələbələr iştirak ediblər.

    Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Şuşanın tarix və mədəniyyətimizdəki rolundan danışaraq, Prezident İlham Əliyevin Şuşa haqqındakı çıxışlarından sitat gətirib: “Şuşa Azərbaycan üçün həm qürur, milli mənlik, həm də mədəniyyət, incəsənət və tarixdir”.

    S.Abbasov qədim tarixi köklərə və geniş coğrafiyaya malik Türk mədəniyyətinin artıq Şuşada birləşdiyini, bu füsunkar şəhərin Türk xalqları arasında birləşdirici bir mədəni körpü missiyasını öz üzərinə götürdüyünü bildirib. Diplomat TÜRKSOY tərəfindən 2023-cü ildə Azərbaycanın mədəniyyət beşiyi qədim Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu vurğulayıb.

    O, rəhbərlik etdiyi təşkilat tərəfindən “Şuşa İli” ilə bağlı həyata keçirilən layihələr barədə danışıb. Qeyd edib ki, “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı nəşrin təqdimatına həsr olunmuş tədbir TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar Özbəkistanda keçirilən ilk tədbirdir. O, nəşrdə Türk dünyasını əhatə edən 17 şair və yazıçının Şuşa ilə bağlı şeir və hekayələrin toplandığını qeyd edib.

    Özbəkistan Yazıçılar İttifaqının sədr müavini, şair Qayrat Məcid Şuşaya səfər təəssüratlarından danışıb, Şuşanın qədim tarixə, zəngin mədəniyyətə, poeziyaya və təkrarsız ənənələrə malik nadir şəhər olduğunu diqqətə çatdırıb. O, bu qədim şəhərin hər məhəlləsinin ayrıca məscidi, bulağı, hamamı olduğunu, Şuşa şairlər, xanəndələr, tanınmış mədəniyyət, incəsənət xadimlərinin vətənli olduğunu qeyd edib.

    Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rektoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Eldor Şermanov çıxış edərək bu qəbildən tədbirlərin Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinin əhəmiyyətindən söz açaraq, bu əlaqələrin yaradılmasında əsas rola sahib olan Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

    Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, professor Nurbay Cabbarov isə çıxışında Şuşanın bütün Türk dünyasının qeyrəti, namusu olduğunu və Azərbaycanın Şuşanı azad edərək bu dəyərə sahib çıxmasını Türk dünyasında böyük zəfər və qürurlu hadisə kimi qiymətləndirib.

    Professor Saodat Muxammedova, dosent Gülbahar Aşurova, nəşrdə hekayəsi olan Nərgiz Əsədova və başqaları “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı kitabın əhəmiyyəti haqqında danışıblar. Onlar türk dünyasının daha da yaxınlaşdırılması istiqamətində belə nəşrlərin əhəmiyyətini vurğulayıblar. Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Zülfiyyə Yaqubova çıxış edərək Gənclər Fondunun fəaliyyəti barədə geniş məlumat verdikdən sonra bu layihənin də Dünya Gənc Türk Yazarlar Birliyi ilə işbirliyi nəticəsində ərsəyə gəldiyini qeyd edib.

    Layihənin rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar təqdimat mərasiminin təşkilinə görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə minnətdarlıq edib, belə nəşrlərin bütün türk dünyasında çap olunmasının əhəmiyyətindən danışıb.

    Sonda bir qrup ziyalıya Azərbaycan Gənclər Fondu və Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri fərmanları verilib.

    Mənbə: https://azertag.az

  • “Rakurs” rüblük bülleteninin xüsusi buraxılışında…

    Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” rüblük bülleteninin ötən ilin oktyabr, noyabr, dekabr aylarında görülən işləri əhatə edən nömrəsi, eyni zamanda, il ərzində olan hesabatın yerləşdiyi xüsusi buraxılışı çapdan çıxıb.

    AZƏRTAC xəbər verir ki, rüblük informasiya bülleteninin Azərbaycan Kinematoqrafçılar İttifaqının illik fəaliyyəti haqqında xüsusi buraxılışı olan nömrəsində, il ərzində həyata keçirilən layihələr, tədbirlər, kino müzakirələri haqqında informasiyalar yer alıb.

    Xüsusi buraxılışda AKİ Kino məktəbinin dinləyici qəbulu elan etməsi, “Cənubda kino günləri”, “Kino istehsalı A-dan Z-yə” layihəsinin Şəki və Bakı mərhələsi, “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsi, “Polşa kino günləri” tədbirləri haqqında məlumatlar, İttifaqa qəbul olunan yeni üzvlər və İttifaqın digər layihələri haqqında informasiyalarla tanış olmaq olar.

    Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, “hesabatlılıq və şəffaflıq fəaliyyətlərinin əsas prinsiplərindəndir. Təşkilat olaraq kino ictimaiyyəti tərəfindən qazandığımız etibarı doğrultmağı ali vəzifəmiz sayırıq”.

    Kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü əsasında çap edilir. Əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir. Bülletenin tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur.

    Mənbə: https://azertag.az

  • Qara Qarayevin əsərləri Filarmoniyada səslənəcək

    Fevralın 6-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi bəstəkar Qara Qarayevin 105 illiyinə həsr olunmuş “Qara Qarayev 105” adlı konsert təşkil ediləcək.

    AZƏRTAC xəbər verir ki, konsertdə dirijor, Əməkdar incəsənət xadimi Elşad Bağırovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (solist Əməkdar artist Fəridə Məmmədova) çıxış edəcək. Konsert proqramında bəstəkarın əsərlərindən nümunələr səsləndiriləcək.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

    Mənbə: https://azertag.az

  • Dr. Hüseyin ŞERGİDERECEK SOYTÜRK.”ISLANAN YAĞMURUN KOKUSU”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Güney AZƏRBAYCAN BÜROSUNUN RƏHBƏRİ


    Dışarıda yağmurlu sisli
    Bakü havası
    Dalıp gittiğim penceremden
    Uzattığım ellerimde
    Islanan yağmurun kokusu
    Biraz serin, biraz soğuk
    Biraz da keyifli doğrusu…
    İşte tam da
    Sonbaharın bittiği yer burası
    Ağaçlardan yavaş yavaş
    Yaprakların süzülerek dökülüşü,
    Biraz ürkek, biraz yaslı,
    Biraz da hüzünlü kokusu…
    Nasıl da ters hayat böyle
    Tabiat yapraklarını dökerken
    İnsanlar giyiniyor
    Anlamak güç doğrusu…

  • Dr. Hüseyin ŞERGİDERECEK SOYTÜRK.”ÖMRÜMÜN AYAZINDA”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Güney AZƏRBAYCAN BÜROSUNUN RƏHBƏRİ

    Ömrümün ayazında, bakıp yıldızlara
    Sayrışıp görüşürüz
    Görmesem ben uzakları, içimde dertleşir
    Uzaklaşır uzaktan uzaklar
    Paylaşır içimde uzağın sevgisini
    Bir yaz nağmesi yaz teravati
    Aşkı çiçeklendi ömrümün sonbaharında
    Bulutlar almış başınıAnlıma konmuş duman
    Büyük umman deniz derya
    Cefalar içinde süren canım
    Uzaklarda bir aşk gözlerimde yaş
    Bekler seni
    Olmadı yan yana
    Koyduk adımızı hep bir an
    Kitaplar üzerinde yan yana
    Biz yandık uzaklara
    Pervane gibi şamlara mumlara
    Hasreti sokakların şehir bohçasında bitirdik
    Adımızı ömür duvarı kitaplara,
    Kitap sayfalarına yazdık
    Sihirli bir meleğin verdiği vahden
    Kurtulmuş ölümden bir canın
    Hırsla seyrettiği dünyadan
    Bir nağme koşup aldı canımı
    Baharın sonbaharın ömrümde
    Baharlarımda gezdin can damarlarımda
    Süzdün rüyalarımda
    Adını yazdırdım
    Yüreğimin köşesine
    Ebediyen duvarlarda değil
    Kitap kapaklarında,
    Kitap sayfalarında okuyup
    Ferhat ve Şirin
    Leyla ve Mecnun beraber koşacaklar
    Bu aşkı bidâr-ı pinhandan gelen
    Söz nedir ki ne halince yanan o kalp de
    Bülbül-ü Şeydâdır figan eden
    Kısmet böyle gelmiş yazılmış Goşa’dan
    İki isim bir anda nasıl oluyor
    Çok yere yazarlar ismini istemeden
    Bak Allah ismini nerelere yazarmış
    Ve herkes böyle bilir
    Böyle anarmış!…

  • Azərbaycanlı şair Kənan Aydınoğlunun şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar, Jurnalistlər və Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi-bədii Birliklərinin üzvü Kənan Aydınoğlunun adlı şeirləri  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şair Kamran Murquzovun məqaləsi “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsindəyeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovun “ictimai-siyasi cədəyanlar və onların əsas mahiyyəti” adlı məqaləsi  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şair Namiq Hacıheydərlinin şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri şair-araşdırmacı Namiq Hacıheydərlinin adlı şeirləri  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə Güldərən Vəliyevanın şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsindəyeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyevanın Anası istedadlı Azərbaycanlı şairə Güldərən xanım VƏLİYEVAnın adlı şeirləri  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə Sevinc Həmzəyevanın şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, fiologiya elmləri doktoru Azərbaycanlı şairə Sevinc HƏMZƏYEVAnın adlı şeirləri  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım yazar Xəyalə Sevilin şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Xəyalə SEVİLin adlı şeirləri  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım yazar Şəfa Eyvazın şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, şairə-publisist, gənc xanım yazar Şəfa Eyvazın  adlı şeirləri  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım yazar Leyla Şahın şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər mükafatçısı, Azərbaycanlı gənc xanım yazar Leyla Şahın adlı şeirləri  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım yazar Arzu Hüseynin şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Arzu Hüseyninadlı şeirləri  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım yazar Banu Muharremin şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycanlı gənc xanım yazar Banu Muharremin adlı şeirləri  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 212-ci sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Zəfər yolu” Milli Dram Teatrının təqdimatında

    Yanvarın 20-21-22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” tamaşası növbəti dəfə nümayiş etdiriləcək.

    AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərovdur.

    Qeyd edək ki, səhnə əsərində baş qəhrəman yoxdur. Baş qəhrəman ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin arxalandığı xalq və xalqın güvəndiyi ordudur. Əsərdə müəllif baş verən milli azadlıq mübarizəsini dörd ailənin timsalında təqdim edir. Azərbaycanın hər bir evində, hər bir ailədə, hətta azsaylı xalqların və ölkə vətəndaşı olan digər millətlərin nümayəndələri belə vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxırlar.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

    Mənbə: https://azertag.az

  • “Babək” baleti növbəti dəfə səhnədə

    Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Babək” baleti növbəti dəfə nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, Xalq artisti, bəstəkar Aqşin Əlizadənin ötən əsrin 80-ci illərində yazdığı və 1983-cü ildə Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun quruluşunda tamaşaya qoyulan “Babək“ baletinin günümüzlə səsləşən mövzusu onun yenidən səhnəyə qayıdışına səbəb olub.

    Tamaşaya Xalq artisti Kamilla Hüseynova quruluş verib. İlk quruluşun librettosu əsasında səhnəyə qoyulan baletin librettosuna cüzi əlavələr edilib. Tamaşanın dirijoru və musiqi rəhbəri dirijorların A.Dorati adına müsabiqəsinin laureatı Orxan Həşimov, quruluşçu rəssamı isə Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

    İki pərdəli tamaşanın dekorasiyaları Tehran Babayev tərəfindən hazırlanıb.

    Qeyd edək ki, IX əsrdə xalq qəhrəmanı Babəkin ərəb istilaçılarına qarşı 20 ildən artıq bir müddətdə davam edən mübarizəsi Azərbaycan xalqının mübarizələrlə zəngin olan tarixində önəmli yer tutur və xalqımızın erməni işğalçılarına qarşı 30 ildən bəri davam edən Vətən müharibəsində qələbəsindən sonra “Babək“ baletinin səhnəyə qoyulması və nümayişi çox aktualdır.

    Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 114-cü teatr mövsümünün ilk premyera tamaşası məhz “Babək“ baleti olub.

    Mənbə: https://azertag.az

  • Bakıda Osmanlı tarixindən bəhs edən iki roman çap edilib

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaqlar üçün çoxsaylı kitablar müəllifi Çinarə Köçərlinin təsis etdiyi “Ting” nəşriyyatı Osmanlı tarixindən bəhs edən iki romanı çap edib.

    AZƏRTAC xəbər verir ki, türkiyəli yazıçı Ufuk Tufanın qələmə aldığı “Ərtoğrul bəy və Qayılar” uşaqlarla bərabər böyüklər üçün də maraq kəsb edəcək hekayətlərdən ibarətdir. Oxucular Qayıların köç xəritəsi, Qaya Alpdan Orxan Qaziyə qədər şəcərə barədə zəngin bilgilərə sahib olacaqlar.

    Müəllifin “Quruluş Osman” adlı tarixi romanı isə Osman Qazinin 1258-ci ildə başlayıb 1326-cı ildə sona çatan dastana bənzər həyatını təfərrüatı ilə təsvir edir. Yazıçının tarixi bilgilərə istinad edərək emosional təsvirlərlə qələmə aldığı roman vasitəsilə oxucular monqolların qarşısında tab gətirə bilməyən Səlcuqların axşam günəşi kimi batdığı bir vaxtda Qayı elinin Osman dövləti olaraq doğuluşuna “şahid” olacaqlar.

    Qeyd edək ki, son bir il ərzində U.Tufanla əməkdaşlıq edən nəşriyyat onun “Kitabi-Dədə Qorqud” dastanının boyları əsasında yazdığı “Bamsı Beyrək divlər ölkəsində”, “Banıçiçək pərilər diyarında” nağıl kitablarını, eləcə də 8 yaşdan yuxarı uşaqlara xitab edən hekayələrdən ibarət zəngin illüstrativ nəşrləri də ərsəyə gətirib.

    Mənbə: https://azertag.az