Dünyaşöhrətli müğənni Madonnaya həsr olunmuş bioqrafik film layihəsi ləğv edilib.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, adı açıqlanmayan film layihəsinin “Universal Pictures” studiyası tərəfindən təxirə salındığı bildirilir.

Ekran əsərinin prodüseri Emi Paskal layihənin dayandırıldığını təsdiqləyərək bunun səbəbini Madonnanın dünya turuna çıxması ilə əlaqələndirib: “Filmində Madonna rejissor olmağı planlaşdırmışdı və baş rolu “Ozark” serialının ulduzu Culiya Qarner oynamalı idi. Sevilən müğənninin qastrol səfəri artıq elan edilib və bir çox şəhərlərdə keçiriləcək konsertlərə biletlər satılıb. Bu səbəbdən də film layihəsi təxirə salınıb”.

Dünyaşöhrətli ifaçı filmi özünün çəkmək istəyini belə izah edib: “Mənim qeyri-adi həyatım olub və düşünürəm ki, həyatımdan bəhs olunan ekran əsəri də fərqli olmalıdır. Bir çox insanlar mənim haqqımda film çəkməyə çalışıblar. Özümdən başqa mənim həyat hekayəmi heç kim təsvir edə bilməz. Çox uzun bir ssenarim var və onu qısaltmaqda çətinlik çəkirəm. Ssenaridə müəyyən qədər ixtisarlar etməyə çalışdım, amma bu, öz bədən əzalarımı kəsmək kimidir”.

Mənbə: https://azertag.az