2020-ci ildə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi tamam olur.
Professor Əziz Mirəhmədov ömrünün altmış ilini ədəbiyyat tariximizin xüsusən XIX əsri və XX əsrin əvvəllərini əhatə edən dövrünün sistemli tədqiqinə həsr etmiş, sanballı araşdırmaları ilə milli ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir. Alimin Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Məhəmməd Hadi kimi qüdrətli ədəbi şəxsiyyətlər haqqında ictimai fikir cərəyanları ilə bədii fikrin əlaqələrini vəhdətdə götürən fundamental əsərləri ədəbiyyatşünaslığımızın nailiyyətləri sırasında özünəməxsus yer tutur. Əziz Mirəhmədovun Azərbaycan romantizminin estetik prinsiplərinə dair ümumiləşdirici mülahizələri bu istiqamətdə sonrakı tədqiqatlar üçün elmi-metodoloji baza rolu oynamışdır.
Ölkəmizdə ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov, eyni zamanda, mətbuat tariximizin öyrənilməsində əhəmiyyətli işlər görmüşdür. “Əkinçi” qəzetinin və “Molla Nəsrəddin” jurnalının yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılması alimin mətnşünaslıq sahəsində təqdirəlayiq fəaliyyətinin nəticələrindəndir. Əziz Mirəhmədov yüksəkixtisaslı elmi kadrlar hazırlanmasına böyük əmək sərf etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətlərini nəzərə alaraq, görkəmli alim Əziz Mirəhmədovun anadan olmasının 100 cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Əməkdar elm xadimi Əziz Mirəhmədovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Sizi 29 fevral 2020-ci il tarixində saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, tanınmış şair, jurnalist RƏŞAD MƏCİDlə görüşə dəvət edirik. Tədbirdə eyni zamanda şairin yeni nəşr olunuş “Qələmsiz yazılanlar” kitabı oxuculara təqdim ediləcək. Ünvan: Sumqayıt şəhəri, Heydər Parkı, Z.Hacıyev küçəsi-6. Poeziya Evi.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS- inin Q.Musabəyov adına 3 №-li kitabxana filialının əməkdaşları Xocalı soyqırımı ilə əlaqədar Yasamal rayon 1№-li Telefon Qovşağında “Xocalı harayı” adlı səyyar sərgi təşkil etdilər.Tədbirdə müəssisənin əməkdaşları iştirak etdilər.Kitabxana filialının müdiri Arzu Xudayarova sərgi barədə məlumat verdi.Tədbir iştirakçıları ermənilərin törətdiyi faciədən danışaraq bildirdilər ki, artıq bu gün dünya Xocalı soyqırımı ilə bağlı əsl həqiqətləri bilməlidir.
2020-ci ildə Belarus Yazıçılar Birliyinin “Heмaн” jurnalının 75 illik yubileyidir. Jurnalın yanvar nömrəsində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktorunun “Dağlardan yüksək yalnız… kitablar ola bilər” («Выше гор могут быть только … книги») müsahibəsi dərc olunub. Müsahibədə müasir dövrdə kitaba və mütaliəyə marağın azalması məsələləri ümümbəşəri məsələ kimi işıqlandırılır. Burada uşaq mütaliəsi haqqında fikirlər söylənilir. Müsahibədə Yasamal rayon MKS-inin son bir il ərzində həyata keçirdiyi davamlı layihələr də öz əksini tapıb. Müsahibədə informasiya dövrünün kitaba təsiri mərkəzi yer almışdır. Yazıda “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” haqqında oxuculara ətraflı məlumat verilir. Belarus oxucusuna Azərbaycan kitabxanaları haqqında digər maraqlı məlumatlar da verilir və qeyd olunur ki, Azərbaycanda milli mədəniyyətin və milli-mənəvi dəyərlərin qorunmasına, nəsillərdən-nəsillərə ötürülməsinə xüsusi diqqət yetirilir. Qeyd olunur ki, bu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Müsahibəni Belarus Yazıçılar Birliyinin 1-ci katibi Yelena Stelmax aparıb. “Heмaн” jurnalı ilə Yasamal rayon Mərkəzi Kitabxanasında tanış olmaq mümkündür.
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Komissiyanın sədri
Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri
Komissiyanın üzvləri
Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini
Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının Mədəniyyət naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının Səhiyyə naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri
Anar Quliyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru
Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Abel Məhərrəmov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri
Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi
Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Natiq Əliyev – Xalq rəssamı
Mövlud Süleymanlı – Xalq yazıçısı.
2. “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 26 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 703) 1-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Səni «dil demək» nədi?- Heç sazla da ağlamaq olmur, Məmləkətim! Dərdlərinə ayna tuta bilmir nə kaman, nə ud. Biz bir bəla kimi doğulduq sənə, sevgili yurd!
«Can Azərbaycan!» deyibən şarkılar yazdıq adına. «Yaşa! Yaşa! Yaşa!» şüarlarında basdırdıq səni. Şuşa deyib – Şuşadan, Laçın deyib – Laçından asdırdıq səni. Biz bir bəla kimi doğulduq sənə, sevgili yurd!
Heç bu şeirdə də qəminə layiq ağrı yoxdu, nöyütünə layiq kibrit. Xəcalət çək, ay şair, ay şeir, buradaca tükən, buradaca bit!..
Bu gün, Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının iyirmi səkkizinci ili tamam olur. Bununla əlaqədar, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Ana harayı” abidəsini ziyarət etdilər. “Ana harayı” abidəsi 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc azərbaycanlı əhalisinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə ucaldılmışdır. Xocalı şəhəri fevral ayının 25-də atəşə tutulmağa başladı və erməni silahlı birləşmələri səhərə yaxın şəhərə daxil oldular. Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 ahıl, yaşlı insan qətlə yetirildi, 8 ailə isə tamamilə məhv edildi. 487 nəfər yaralananların arasında 76 nəfər uşaq var idi. 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan 150 nəfərin taleyi bu günədək məlum deyil. Xocalı vəhşiliklərini ilk dəfə lentə alan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev olmuşdur. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb. Xocalı faciəsinin ildönümü ilə əlaqədar Mərkəzi Kitabxanada kitab sərgisi və stend təşkil olunmuşdur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar – 63 nəfər; qadınlar – 106 nəfər; qocalar – 70 nəfər. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini itirmişdir. 130 uşaq valideynlərindən birini itirmişdir 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar – 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir. Xocalı – əsas hədəf Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri – dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar. Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi. “Xocalı platsdarmının məhv edilməsi” sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir. Faciənin xronikası Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar. Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir. Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından: Krua l’Eveneman jurnalı(Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər. Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər. Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir. Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır. İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür. Faynenşl Tayms qəzeti(London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır. Le Mond qəzeti(Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır. İzvestiya(Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü. Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər. R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz. “Memorial” hüquq-müdafiə mərkəzinin hesabatından: Xocalı 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. Əhalinin bir hissəsi şəhəri tərk etmişdi, ancaq Xocalı İcra hakimiyyətinin başçısı E.Məmmədovun təkidli müraciətlərinə baxmayaraq dinc əhalinin tam evakuasiyası olunmamışdı. 1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı. Hücumun iştirakçıları Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi. Sovet Ordusunun 366-cı alayının hərbiçilərinin iştirakı Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər. Hücumun gedişatı Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir. Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir. Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır. Əhalinin çıxması üçün azad dəhliz Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur. Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdur və nəticədə çoxlu sayda insan həlak olmuşdur. Şəhərdə qalmış əhalinin müqəddəratı Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalmışdı. Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi. Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti Müvəqqəti saxlanılma təcridxanasının rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu. Xocalı sakinlərinin əmlakı Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər. Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır. Alınmış məlumatların qiymətləndirilməsi Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarçı kütləvi zorakılıq törədilmişdir. Azad dəhliz barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmamışdır. Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbiçiləri iştirak etmişdir. Memorial Hüquq-müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir: Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır. Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır. Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır. Maddə 17.Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır. Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.19748-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir. 366-cı alay Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir. Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur! Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara – Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır. Bu faciədə həmçinin, Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov Azərbaycanın Prezidenti və Ali Baş Komandanı olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Onlar hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlarının törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi. Tarix unutmayacaqdır Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. Tarix heç nəyi unutmur.
Yasamal rayon MKS-inin A.Şaiq adına 2 №-li kitabxana filialı və ədibin ev-muzeyinin təşkilatçılığı ilə gorkəmli şair, yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiqin doğum günü ilə əlaqədar Fəxri Xiyabanda ədibin məzarı ziyarət edildi.
Tədbirdə
kitabxananın və Abdulla Şaiqin ev-muzeyinin əməkdaşları, kitabxananın fəal oxucuları, ədibin ailə üzvləri
iştirak etdilər. Anım tədbirində ev-muzeyinin direktoru Ülkər Talıbzadə və böyük elmi işçi Arzu Hacıyeva çıxış edərək ədibin
yaradıcılığından, ictimai fəaliyyətindən danışdılar. Bildirildi ki, ömrünün 34
ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb
işlərilə də məşğul olmuşdur.
Sonda Abdulla
Şaiq adına kitabxana filialında təşkil olunmuş sərgiyə baxış keçirildi.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları A.Məmmədov adına 38 №-li tam orta məktəbdə 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirdilər. Tədbirdə kitabxananın fəal oxucusu BDU-nun Hüquq fakültəsinin tələbəsi Nuray Araz, kitabxanada təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanaçılıq informasiya fakültəsinin IV kurs tələbələri və məktəbin IV, V və VII sinif şagirdləri iştirak etdilər.
Kitabxananın
böyük metodisti İradə Hüseynova bildirdi ki, Beynəlxalq Ana Dili Gününün tarixi
1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə
etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində
həlak olan dörd nəfərin xatirəsi ilə bağlıdır. Banqladeş nümayəndələri fevralın
21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü
adlandırılması haqqında müraciət etmişlər. Məktəb kitabxanasının müdüri Səbinə
Abbasova ölkəmizdə ana dilinin qorunması ilə bağlı görülən işlərdən danışdı. Şagirdlər ana dilinə həsr olunmuş
şeirlər söylədilər.
Məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva tədbir iştirakçılarına
təşəkkürünü bildirdi.
Rusiya Federasiyası Udmurt Respublikasının Milli Kitabxanası 2018-ci ilin payızında 100 illik yubileyini qeyd etdi. Elə həmin ildən Udmurt Milli Kitabxanası Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası ilə əlaqələr qurmuş və iki kitabxana arasında beynəlxalq əməkdaşlığı genişləndirməyə başlamışdır.
Beynəlxalq
əməkdaşlıq çərçivəsində Udmurt Milli Kitabxanasında 2020-ci ildə Azərbaycan güşəsinin
yaradılması planlaşdırılır.
Bununla
əlaqədar, Yasamal rayon MKS-i Udmurt Milli Kitabxanasına Azərbaycanın tarixi, mədəniyyəti,
incəsənəti, milli adət-ənənələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,
Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ulu öndər Heydər Əliyev həsr
olunmuş kitablar, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
apardığı uğurlu siyasət haqqında, Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyevanın mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən
zəngin kitab kolleksiyası toplanmışdır. Kolleksiyaya həmçinin uşaq ədəbiyyatı,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəşr olunmuş “Dünya ədəbiyyatı
kitabxanası” seriyasından da maraqlı kitablar daxil edilib.
Yaxın
zamanlarda Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə 80 adda 102 kitab
Udmurt Milli Kitabxanasına göndəriləcək.
1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Süni ərazi bölgüsü, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan torpaqlarında “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanılıb. Azərbaycanın və ümumən, Qafqazın tarixinin təhrif olunması bu fəaliyyətin mühüm tərkib hissəsini təşkil edib.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışıblar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib.
Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olub. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi
qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.
Ümummilli lider Heydər Əliyev 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib.
2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Həmin mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, – onların da mənfur adları orada göstərilir, – Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.
Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji məntəqədə yerləşən, Dağlıq Qarabağın yeganə hava limanının yerləşdiyi Xocalı fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülüb. Dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Ümummilli lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz buraxılmasına kəskin etiraz edərək deyib: “O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır”.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyidlərin bir qismini minalayıblar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirib.
Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətidir.
Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bunu Xocalı faciəsindən təqribən ay yarım sonra – aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı qabaqcadan hazırlanmış plan əsasında həyata keçirilmiş kütləvi qırğın aktında xüsusi amansızlıqla, içərisində uşaqlar, qadınlar və qocalar olmaqla, 67 nəfər dinc sakinin qətlə yetirilməsi, onlarla şəxsin girov götürülməsi, itkin düşməsi, kəndin tamamilə yandırılması da sübut edir. Bu tədbirlərin davamı kimi 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində daha bir amansız cinayət – Ballıqaya qətliamı törədilib. Nəticədə 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib, onların arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq isə hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.
Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib.
Azərbaycan parlamenti 2017-ci il fevralın 24-də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsini bir daha təsdiq edib.
Azərbaycan Respublikasının hüquq mühafizə orqanları Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirləri davam etdirir.
Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı haqqında deyib: “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün
mühüm şərtdir”.
Bununla əlaqədar Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.
1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi
qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişiboyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-siSSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib.
1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: “…Azərbaycanda baş vermiş
hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və … hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm …Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı …Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.
Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinn üzvü,Sumqayıt Regional Mədəniyyət İdarəsi nəzdindəki Poeziya Evininin əməkdaşı Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt şəhəri üzrə xüsusi müxbirini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Yunus Əmrə (d.1238 Sarayköy, Milhalıççıq, Əskişəhər – ö.1321 Sarayköy, Milhalıççıq, Əskişəhər) — Anadoluda türkcə şeirin banilərindən biri[7]; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur.
Həyatı
Tapdıq Əmrə ilə tanış olması
Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun[10] müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarından[11]Osmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında[12] oldusa da[13], onu “Bizim Yunus” edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir.[14] Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur.[4][15]
Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir.[10] 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır.[10] Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi[4], Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi[16], məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s. mövzuları mənimsəmişdir.
Yunus Əmrə, “Risalətun-Nushiyyə” adlı məsnəvisinin sonunda belə bir cümlə yazmışdır:“Sözə tarix yeddi yüz yeddi idi, Yunus canı bu yolda fidiidi.[17]“
Bu cümləyə əsasən iddia olunur ki, Yunus Əmrə H. 707 (M.1307/8) tarixlərində həyatda olmuşdur. Adnan Ərzi tərəfindən Bəyazid Dövlət Kitabxanasında tapılmış 7912 nömrəli əlyazmada belə qeyd edilmişdir:
“Vəfatı Yunus Əmrə Müddəti-Ömür 82 İl 720[17][18]“
Bu sənədə əsasən, Yunus Əmrənin H. 720-ci ildə (M. 1320-1) vəfat etdiyi və bu tarixdən 82 il əvvəl H. 648-ci ildə (M. 1240/41) doğulmuş olduğu iddia olunur.[7]
Yunus Əmrənin məzarı olduğu iddia edilən[3] bir çox türbə və məzar vardır: Türkiyədə: Əskişəhər ilinin Mihalıççıq ilçəsinin Sarıköy kəndi (indiki Yunus Əmrə bəldəsi); Qaraman ilindəki Yunus Əmrə məscidinin həyəti; Bursa; Ağsaray ilinin Ortaköy ilçəsinin Rəşadiyə kəndi; Ünyə; Manisanın Kula ilinin Əmrə kəndi; Ərzurum ilinin Dutçu (Dutçu[19], Tuzcu[20] və ya Düzcü[21]) kəndi; Sparta ilinin Gönən və ya Keçiborlu ilçəsi; Afyonkarahisar ilinin Sandıqlı ilçəsi[22]; Sivas yaxınlığında bir yolun üstü, Toqatın Niksar ilçəsi və Azərbaycanda Qax rayonununOncallı kəndindəki Oğuz qəbiristanlığı.[23]
Səyyah Övliya ÇələbininSəyahətnamə əsərində Qaraman ilə əlaqədar olaraq “Kirişçi Ata Məscidi həyətində Yunus Əmrə Həzrətlərinin məzarı vardır.”[24] deyə yazır. Əskişəhərin Sarıköy (indiki Yunus Əmrə) kəndində Yunus Əmrənin türbəsi olduğu iddia edilən sahədəki türbə Türkiyə İstiqlaliyyət Müyaribəsi zamanı yunanlar tərəfindən uçurlsa da, 1948-ci ildə ərazidə yenidən türbə tikilməsi məqsədilə hökumətə müraciət edilmişdir.[4]1949-cu ildə türbə tikilməsi məqsədi ilə aparılan qazıntılarda, 15 nəfərə aid skeletlər tapılmışdı.[24] Qazıntı aparılan sahədə skeletlərin səthə çox yaxın bir nöqtədə olması, ərazinin qədim bir qəbir yeri olduğu barədə ciddi şübhələr doğurmuşdur. Müəyyən bərpa işlərindən sonra 6 may 1949-cu ildə türbənin açılışı olmuşdur.[4]
Bəzi tədqiqatçılar Yunus Əmrənin şeirlərində bəhs edilən 23 yaşayış məntəqəsi adından 20 dənəsinin hazırda Qaraman rayonu sərhədləri içərisində yerləşən kənd, qəsəbə, abidə adları ilə eyni olmasını Yunus Əmrənin hal-hazırda Qaraman olaraq adlandırılan ilin sərhədləri daxilindəki bölgədə yaşayıb və ölmüş ola biləcəyi iddiasını irəli sürürlər.[24]
İşlədiyi mövzularla Anadoluda inkişaf edən Türk ədəbiyyatının nümayəndələrindən sayılan Yunus Əmrə, yalnız xalq və təkkə poeziyasına deyil, divan şeirinə də təsir etmişdir.[16]Heca və əruz vəznlərində yazdığı şeirlərində məhəbbəti əsas tutmuşdur.[17] Təsəvvüflə, İslam ilə əlaqədar misralarında insanın özü, əşyalarla, Allahla olan münasibətlərini mövzusunda yazmış, ölüm, doğum, həyata bağlılıq, İlahi ədalət, insan sevgisi kimi məsələləri müzakirə etmişdir.[17]
Əsərləri
Əsərlərinin bir neçə nüsxəsi mövcuddur: Fateh, Nuru-Osmaniyə, Yəhya Əfəndi, Qərəman, Balıqəsir, Niyazi Mısri və Bursa nüsxələri.[25]
Divan
Yunus Əmrənin şeirləri bir Divanda toplanmışdır.[10][17] Şeirlər əruz və heca vəznlərində yazılmışdır.[11]
Adının mənası “Nəsihətlər kitabı”dır. Didaktik əsərdir.[25] Əmrə əsərin sonunda belə bir cümlə yazmışdır:“Sözə tarix yeddi yüz yeddi idi, Yunus canı bu yolda fidiidi.[17]“
Bu cümləyə əsasən müəllifin əsəri H. 707-ci ildə (M.1307/8) yazmış olduğu iddia olunur.[7][26][27] Əsər, məsnəvi tərzində yazılmış və 573 beytdən ibarətdir. Dini, təsəvvüfi və əxlaqi məzmunludur.[28]
Əmrə sözünün mənası
Anadoluda müxtəlif ozanların, aşıq və dərvişin adında olan Əmrə sözü türkcədə “Aşiq” mənasını verir. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilir. Türk-monqol dillərində dərman, ağız, qadınlıq, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəməq/İmrəməq felləri “aşiq olmaq” deməkdir. Əmrə sözü də aşiq mənası daşıyır.[29] Amrağ/Amra/Əmrə çevrilməsinə məruz qalmışdır. Anadoluda “imrəmək” və “imrənmək” feilləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəmək mənaları daşıyır.[30]
Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir.
Mövlana Cəlaləddin Rumi (Rumi adı ona Anadoluya (o vaxtlar Anadolu “Diyari Rum” adlanırdı) yerləşib orada yaşadığı üçün, “Əfəndimiz” mənasına gələn Mövlana isə özünə qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) indiki ƏfqanıstanınBəlx şəhərində anadan olmuşdur. Rumi o dövrün İslam mədəniyyəti mərkəzlərindən biri sayılan Bəlx qəsəbəsində müəllimlik edən və Sultan-ül Üləma (alimlər sultanı) ləqəbi ilə tanınan Bəhaəddin Vələdin oğlu idi.
Babası Əhməd Xətibi – nin oğlu Hüseyn Xətibidir. Anası əsil-nəcabətli bir ailəyə mənsub olan Möminə xatun, nənəsi Xarəzmşahlar xanədanından türk şahzadəsi Məlaikəi-Cahan Əmətullah Sultandır.
Bəhaəddin Vələd 1214–1217-ci illər arasında ailəsi ilə birgə Anadoluya köçür. Mövlana bütün ömrünü o vaxt Səlcuqların paytaxtı olan Konya şəhərində keçirir, orada da dəfn edilir. Atası Bəhaəddin Vələdin ölümündən bir il sonra, 1232-ci ildə Konyaya gələn Seyyid Bürhanəddin Mövlananın tərbiyəsi ilə məşğul olmuş və Mövlana doqquz il ona xidmət etmişdir. Rumi 38 yaşında olarkən 60 yaşlı İslam piri, dərviş Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünyagörüşünə dərin təsir göstərir, onun fikir dünyasını kökündən dəyişdirir. Şəmsə qeyri-adi bir məhəbbətlə bağlanmış Cəlaləddin onu tanrı səviyyəsində ilahiləşdirir. Bir gün Şəms sirli şəkildə qeyb olarkən, Cəlaləddin sarsılmış və müəlliminə olan məhəbbətini, onun itməsindən doğan kədər və həsrətini bədii əsərlərində – məsnəvilərdə, rübai və qəzəllərində ifadə etmişdir. Əslən Xorasandan olan Rumi şeirlərini ana dili olab fars dilində yazmışdır, türk dilində yalnız bir neçə şeri və farsca-türkcə müxəmməsi qalmışdır.
2007-ci ildə Mövlananın anadan olmasının 800 illiyi YUNESKO tərəfindən Dünya Mövlana İli elan edilmişdir.
↑ ^ C.E. Bosworth/B.G. Fragner, “Tādjīk”, in Encyclopaedia of Islam, Online Edition: “… In Islamic usage, eventually came to designate the Persians, as opposed to Turks […] the oldest citation for it which Schaeder could find was in verses of Djalāl al-Dīn Rūmī …”
↑ ^ Ritter, H.; Bausani, A. “ḎJ̲alāl al- Dīn Rūmī b. Bahāʾ al-Dīn Sulṭān al-ʿulamāʾ Walad b. Ḥusayn b. Aḥmad Ḵh̲aṭībī .” Encyclopaedia of Islam. Edited by: P. Bearman , Th. Bianquis , C.E. Bosworth , E. van Donzel and W.P. Heinrichs. Brill, 2007. Brill Online. Excerpt: “known by the sobriquet Mawlānā (Mevlânâ), Persian poet and founder of the Mawlawiyya order of dervishes
Əli Kərim adına Poeziya Evi Azərbaycanın gənc yazarlarının Sumqayıtda keçiriləcək toplantısına hazırlıq məqsədilə sizləri qeydiyyatdan keçməyə və hazırlıq görüşünə dəvət edir. Görüş 23 fevral 2020-ci il tarixində saat 12:00-da Poeziya Evində keçiriləcək. Ünvan: Sumqayıt şəhəri, Heydər Parkı, Zülfü Hacıyev 6 Əlaqə telefonları: 044 208 01 61; 055 887 51 61 E-mail : sumqayitpoeziya.evi@mail.ru
18 fevral tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi
M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları Sevil Namazova,
İradə Hüseynova və Dəniz Vətəni 94 №-li Körpələr Evi Uşaq – Bağçasında “Ucadan
oxu” keçirdilər. S.Namazova uşaqlara Mixail Zoşenkonun “Ağıllı meymun” nağılını
oxudu. O, izah etdi ki, bu nağıl hesablama əməlinin yaxşı qavranılması və fikir
yürütmək qabiliyyətinin inkişafı üçün faydalıdır. İ.Hüseynova uşaqlardan ən çox
hansı nağılı xoşladıqlarını soruşdu. Onlar “Şəngülüm, Şüngülüm, Məngülüm”
nağılını sevdiklərini söylədilər. Nağıldakı canavarın əməlini pisləyən uşaqlar
xeyirxah olmağın yaxşı əməl olduğunu bildirdilər.
Yasamal rayon MKS-inin Ə.Vahid adına 1№-li kitabxana
filialında Azərbaycan qəzəl məktəbinin görkəmli nümayəndəsi, “Füzuli yadigarı”,
qəzəlxan-şair Əliağa Vahidin 125 illiyi ilə əlaqədar “Vahidəm, xəlqimin qəzəl
şairiyəm” adlı tədbir keçirildi. Tədbirdə “Vahid” Poeziya Məclisinin sədri Hacı
Rafiq Əliyev, “Məcməüş-şüəra” məclisinin sədri, professor, qəzəlxan-şair Şahin
Fazil, məclis üzvləri Elman Qasid, Adilə Nəzərova, Azər Cəbrayılov, Fatimə Mahmudova,
Əliağa Vahidin oğlu Ramiz İskəndərov,kitabxananın əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə kitabxananın müdiri Mətanət Qasımova açaraq qonaqları
salamladı və Əliağa Vahidlə bağlı xatirələrini bölüşmək üçün sözü “Vahid”
Poeziya Məclisinin sədri Hacı Rafiq Əliyevə verdi. Məclis üzvləri ustadın qəzəllərini
oxudular. Kitabxananın oxu zalında Əliağa Vahidin əsərlərindən, jurnal və qəzet
materiallarından, fotoşəkillərdən ibarət sərgi nümayiş olundu.
Sonda tədbir iştirakçiları Əliağa Vahidin İçərişəhərdə
yerləşən büstünü ziyarət etdilər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı filialı Xalq şairi, dramaturq Nəriman Həsənzadənin doğum gününə həsr olunmuş kitab sərgisi təşkil edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, 1953-cü ildən mətbuatda çıxış edən şairin əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Bakıda “Seçilmiş əsərləri”, Tehranda “Söyüd” və Tbilisidə “Seçilmiş əsərləri” çapdan çıxıb. “Nabat xalanın çörəyi” povesti Moskvada “Molodaya qvardiya” nəşriyyatında rus dilində nəşr olunub.
Diqqətə çatdırılıb ki, Nəriman Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınıb. Xalq şairi 34 bədii – poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi məqalələr kitabının müəllifidir. 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilib. 100-dən artıq şeirinə musiqi bəstələnib.
Gürcüstanda Azərbaycanın Xalq şairi, saz və söz ustadı Zəlimxan Yaqubun adına anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində Poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb.
Kənd ağsaqqalı Ramiz Bəkirov AZƏRTAC-a bildirib ki, Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili Kəpənəkçidə olub, ziyalılarla görüşüb. O deyib ki, rayon rəhbərliyinin qərarı ilə Xalq şairinin adının əbədiləşdirilməsi və onun yaradıcılığının gələcək nəsillərə çatdırılması üçün nəzərdə tutulan Poeziya evi üçün torpaq sahəsi ayrılıb.
Bolnisi rayon bələdiyyəsinin əməkdaşları, Ramiz Bəkirov və kənd ağsaqqalları Poeziya evinin tikiləcəyi sahəyə baxış keçirib, tikilinin layihəsi barədə fikir mübadiləsi aparıblar.
Kənd sakinləri Z.Yaqubun xatirəsinin əbədiləşdirilməsi məsələsinə göstərdikləri diqqət və dəstəyə görə Bolnisi rayon rəhbərliyi və rayondan olan majoritar deputat Qoqita Meşvelianiyə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu il yanvarın 21-də Z.Yaqubun anadan olmasının 70 illiyi tamam olub. Bu münasibətilə şairin anadan olduğu kənddə keçirilən tədbirdə bir sıra təkliflər, o cümlədən Poeziya evinin tikilməsi ilə bağlı rayon rəhbərliyinə və parlamentin deputatına müraciət qəbul olunub.
Nazirlər Kabineti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında qərar imzalayıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qərara əsasən, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü” təsdiq edilib.
Eyni zamanda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin işçilərinin say həddi 215 ştat vahidi, o cümlədən regional idarələrin aparatı üzrə cəmi 20 ştat vahidi, abidə mühafizəçiləri üzrə 195 ştat vahidi müəyyən edilib.
Qərara əsasən, Dövlət Xidmətinin 5 – Bakı, Şabran, Qəbələ, Gəncə və Salyan regional idarələri yaradılıb.
Həmçinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin 2020-ci ildə saxlanılması xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
Kümbet Dergimiz 2020 yılına 53. sayı ile merhaba dedi.
EDİTÖRDEN
Yeni bir yıl, yeni bir sayı ile siz değerli okuyucularımızın karşısındayız. 2020 yılının tüm dünyaya ve ülkemize hayırlar getirmesi, huzur bulması en büyük dileğimizdir. Ekonomik sıkıntıların bu yılda devam etmesi kültür ve sanat dünyamıza yansımaları nedeniyle elbette bazı tedbirlerin, tasarrufların alınmasına ihtiyaç duyulmaktadır. Bu yüzden geçen yıl olduğu gibi 2020 yılında da iki sayı ile yayın hayatında olacağız.
Kültür ve Turizm Bakanlığı, Kütüphaneler ve Yayımlar Genel Müdürlüğü 2020 ‘de KÜMBET Dergisi’nin 200 kütüphaneye gönderilmesine karar kılarak Türk dergiciliğine olan desteğini tasarruf tedbirlerini de göz ardı etmeyerek sürdürmeye gayret etmiştir. Bu vesile ile Kültür ve Turizm Bakanlığı’na ve daima yanımızda hissettiğimiz siz değerli okuyucularımız müteşekkiriz.
53. sayımızda derginin kapağından da anlaşılacağı üzere kültür ve sanat dünyamızda yankı bulacağına inandığımız Kosova/Mamuşa Dosyası ile karşınızdayız. Bu dosya içinde Kosova’dan Milazim Mizrak, Bahtiyar Sipahioğlu, Cemali Tunalıgil ve Kosova, Priştina, Üsküp, Prizren ve Mamuşa’da düzenlen etkinliklere Türkiye’den katılan Dr. Mehmet Yardımcı, Hasan Akar ve Ahmet Divriklioğlu’nun araştırmaları yer aldı.
Diğer değerli kalemlerimiz Azerbaycan’dan Prof. Dr. Tamila Abbashanlı, Öğretim Görevlisi Sona Çerkez, ülkemizden Prof. Dr Ertuğrul Yaman, Prof. Dr. Alpaslan Demir, Prof. Dr. Hasan Boynukara, Doç. Dr. Levent Küçük, Abdullah Satoğlu, Levent Konyar, Nihat Aymak, Sündüs Arslan Akça, M. Necati Güneş, Mehmet Kurdoğlu, Mustafa Everdi, İbrahim Sağır, Bekir Yeğnidemir, Tuba Dere, Merve Nur Maden, Mehmet Binboğa, Çetin Oranlı araştırma ve makalelerini sizler için paylaştılar.
Şiir bahçesinde yine çok değerli şairlerimizin şiirleri kıştan bahara karlar arasında gülümseyen nevruzlardan, bahar dallarına öbek öbek, rengârenk sizlerin duygularına çiçek açtılar.
Arkadaşlarımız il ve ilçelerimizde yaptıkları kültür faaliyetlerini dışında Ankara, Ardahan, Kırşehir, Bayburt, Malatya’da da kültür-sanat adına yapılan etkinliklere katıldılar.
Etkinlikler dosyamızda Tokat Şairler ve Yazarlar Derneği’nin nelere imza attığını, Bize Gelen Kitaplar Dosyasında da büyük emeklerle hazırlanıp dernek arşivine gönderilen eserlerden bazı örnekleri göreceksiniz.
İki önemli duyurumuz var: Türk Dünyası Yazarlar ve Sanatçılar Vakfı (TÜRKSAV) tarafından organize edilen “19 Mayıs Türk Dünyası Diriliş ve 24. Uluslararası Türk Dünyası Hizmet Ödülleri” töreni 2020 Temmuz ayında Bayburt’ta yapılacak.
Samsun İlkadım Belediyesi tarafından Cemal Safi Şiir Yarışması düzenlendi. Aşk konulu yarışmaya katılım için son tarih 20 Mart 2020 olarak belirlendi.
Ve 2019 yılında Derneğimizin kurucu üyelerinden kültür adamı Muhsin Demirci’yi kaybetmenin üzüntüsünü yaşadık. Ruhu şâd olsun diyoruz.
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur.
Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.
Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.
Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın görkəmli yazıçısı, dövlət və ictimai-siyasi xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyinin qeyd edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və bütün
kitabxana filialları koronavirusla əlaqədar könüllülərlə fəaliyyəti genişləndirirlər.
Kitabxanaların oxucuları könüllülər sırasına qoşularaq kitabxanalarda keçirilən
tədbir və sərgiləri təbliğ edir, koronavirusla əlaqədar kitabxanalarda
hazırlanan məlumat vərəqələrini əhaliyə çatdırırlar.
Son
on gün ərzində kitabxanaların oxucuları koronavirusla bağlı Mərkəzi Kitabxana
tərəfindən hazırlanmış yaddaş vərəqələrini əhalinin iş və yaşadığı yerlərdə
onlara paylayırlar və maarifləndirmə işi aparırlar. Könüllülər kitabxanaya sözügedən
xəstəliklə bağlı yeni faktlar da təqdim edirlər.
Kitabxananın əməkdaşları könüllülərə
xüsusi diqqət göstərərək, onları daima təlimatlandırırlar. Bu iş davam edir.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” adlı II elmi sessiya keçirilib. Sessiyada “Azərbaycan” jurnalının əməkdaşı Südabə Ağabalayeva da iştirak edib. Sessiyanı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq ədəbi cərəyanlar və onların Azərbaycan ədəbiyyatındakı yeri barədə fikirlərini bölüşüb. Akademik bildirib ki, indiyə qədər az tədqiq olunduğu üçün ədəbi cərəyanlar dərindən əsaslı şəkildə öyrənilməlidir. İsa Həbibbəyli ədəbi cərəyanların öyrənilməsi istiqamətində tədqiqatları olan Məmməd Cəfər Cəfərov, Hüseyn Həşimli, Qorxmaz Quliyev, Yaşar Qarayev kimi alimlərin araşdırmalarına da münasibət bildirib. Problemin öyrənilməsi üçün institutda ayrıca Ədəbi cərəyanlar sektorunun yaradıldığını bildirib. Akademik İsa Həbibbəyli çıxışında Azərbaycan ədəbiyyatında tarixən erkən realizm, maarifçi realizm, romantizm, tənqidi realizm, sosializm realizmi, modernizm, sentimentalizm kimi cərəyanların formalaşdığını qeyd edib. Müstəqillik dövründə isə dekadenizm, magik realizm, neorealizm, postmodernizm cərəyanlarının Azərbaycan ədəbiyyatında müşahidə olunduğunu əlavə edib. Akademik həmçinin ədəbi məktəb və ədəbi cərəyanlar problemindən də bəhs edib. Ədəbi məktəblərin uzunmüddətli olduğunu, onlarda zaman sərhəddi olmadığını, ədəbi cərəyanların isə müəyyən bir zaman sərhəddində meydana gəldiyini deyib. Buna ictimai quruluşun, siyasi sistemin, mədəni hadisələrin də təsir etdiyini vurğulayıb. “Müşahidələr göstərdi ki, ədəbi yaradıcılıq çox metodlu olmalıdır. Müstəqilik dövründə romantizmin yenidən doğulmasını düşünürəm”. Müstəqillik dövrü ədəbi cərəyanlarının formalaşmasında BSU-nun nəzdində fəaliyyət göstərən Yaradıcılıq fakultəsinin, Kulis.az saytının, “Ulduz” jurnalının və s. rolu olduğunu da bildirib. Sonra filologiya elmləri doktorları Cavanşir Əliyev “Strukturalizm və poststrukturalizm metodlarının tarixi mənşəyi və ədəbi əsərlərin təhlilində mövqeyi”, Pərvanə İsayeva “Formalizm və müasir filoloji fikrə təsir mexanizmi”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova “Postmodernizm cərəyanı Azərbaycan ədəbiyyatı kontekstində” məruzələrlə çıxış ediblər. Filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubova “Ədəbiyyatşünaslıqda postmodernist mətnin təhlili problemləri” adlı məruzəsində əsas toxunduğu problemlər bunlar oldu: “İstənilən ədəbiyyat əsəri, istənilən bədii mətn tədqiqi nöqteyi-nəzərdən özünə üçlü yanaşmanı labüd edir: “nə”dən bəhs etməsi; “nə”yin “necə” təqdim olunması; “niyə”, “nə üçün” təqdim olunması. Hadisə, varlıqlar, zaman, məkan, şəxslər mətnin “nə” kateqoriyasında dayanırsa, fiksasiya və təhkiyə səviyyəsi (struktur), ifadə texnikası, dil və üslub, təhkiyəçinin baxış bucağı “necə”yə daxildir. Mətnin “nə üçün” suallarına isə mətnin əsas fikri, mövzusu (hansı məqsəd daşıyır?), ideyası və s. kimi anlayışlar cavab verir. Postmodernist mətnlərdə “nə”, “necə”, “nə üçün” arasındakı münasibətlərin ənənəvi uyğunluğu pozulur. Postmodernist mətn postmodernist estetikaya uyğun təhlil metodları tələb edir. Ədəbiyyatşünaslığın tarixinə nəzər saldıqda mətnə yanaşmanın müxtəlif paradiqmalarına rast gəlmək mümkündür. Mətn, müəllif, kontekst, oxucu dördlüyünün birinin digərlərindən dominant olduğunu üstün hesab etməklə bu paradiqmaları dörd müxtəlif qrupda təsnif etmək mümkündür. Postmodernist təhlil daha çox mətn mərkəzli nəzəriyyələrə üstünlük versə də, “müəllif ölümü” konsepsiyasında oxucunun artan mövqeyi oxucu mərkəzli nəzəriyyələri də aktuallaşdırır. Eyni zamanda keçmişə, tarixə olan ironik münasibətində pastiş və parodiyalar vasitəsilə danışmaq postmodernist mətnin səthi xəttində “başqalarına” (realizm, romantizm və s.) bənzəməklə nəticələnir. Bu da gerçəklik və mətn arasındakı münasibətlərin ənənəvi izahının postmodernist mətn təhlilinə gətirilməsinə şərait yaradır. Postmodernist mətnin təhlili Azərbaycan ədəbi nəzəri fikrində hələ də öz tam modelini tapmamış məsələlərdən biridir”. Həmçinin Ədəbi cərəyanlar sektorunun kiçik elmi işçisi Şəfa Əliyeva “Tənqidi realizm və müasir ədəbi-nəzəri fikir” adlı məruzəsində müasir dövrdə tənqidi realizmə olan maraqdan, istər Şərq, istərsə də Qərb ədəbiyyatında bu ədəbi cərəyana yenidən müraciət edilib fərqli aspektlərdən araşdırılmasından bəhs edib. Məruzədə Azərbaycan tənqidi realizminin fərqləndirici xüsusiyyətləri haqqında da geniş məlumat verilib. Ədəbi cərəyanlar sektorunun kiçik elmi işçisi Dilarə Əliyeva isə “Modernizmin tipoloji xüsusiyyətləri və Azərbaycan nəsrində təzahürü” adlı məruzəsində XX əsrin 60 – illərində Azərbaycan nəsrinin milli ənənəyə söykənərək, eyni zamanda dünya ədəbiyyatının qabaqcıl nailiyyətlərindən bəhrələnərək götürmüş olduğu yeni istiqamət-modernizm cərəyanının ədəbiyyatımızda inkişaf prosesinin müxtəlif çalarları, milli özünəməxsusluqlarını işıqlandırmışdır. Sonda Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Məmməd Əliyev çıxış edərək məruzələrə müsbət münasibət bildiriblər.
Gülnar SƏMA, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşları Sevil Namazova, Kifayət Hüseynova kərimova Səbirə 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “İntellekt A”, ”Balaca Alim” uşaq bağçalarında oldular. Onlar Uşaq Bağçalarının kitabxanalarına Gülzar İbrahimovanın “Burda bir padşah vardı…”, “Ciddi ol! 585 yumor”, Sevinc Ağa Xəlilqızının “Bu dünyanın fidanları. Дети – сияние планеты” kitablarını, Əli Poladın “Üç min ilin hikməti” CD-sini hədiyyə etdilər. Bundan başqa, kitabxananın əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında “Azərsuvenir” MMC-nin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin kitabxanalarına Əli Poladın Türkiyə Cumhuriyyətində nəşr olunmuş “Bir damcı su”, ”Əzab yüklü eşşək” kitablarını, “Üç min ilin hikməti” CD-lərini və Mirzə Əli Möcüzün şeirləri kitablarını bağışladılar.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Əsmər Əliyevanı, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşəbbüsü ilə Facebook sosial şəbəkəsində “Sərhədsiz informasiya tribunası” qrupu fəaliyyət göstərir. Layihəyə 18 sentyabr 2018-ci il tarixində start verilmişdir. Müasir dövrdə cəmiyyətin inkişafı bilavasitə informasiya ilə bağlıdır. İşinin xarakterindən asılı olaraq insan fəaliyyətinin müxtəlif sahələrində: elmi-texniki, iqtisadi, siyasi, idarəetmə, kommersiya və s. sahələrə aid informasiya yaranır, toplanır, emal olunur və istifadə edilir. Bu səhifənin yaradılmasında əsas məqsəd insanların daha çox informasiya almasına yardım etmək və onlara daha çox biliklər əldə etməyə, məlumatlanmağa, dünyagörüşlərini artırmağa kömək etməkdir. Bu səhifədən yaşından aslı olmayaraq bütün insanlar istifadə edə bilir. Səhifənin 2765 üzvü və 1.113 aktif izləyicisi vardır. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından irəli gələn ələmatdar və tarixi günlərlə bağlı, Dağlıq Qarabağ münaqişəsi, Milli Qəhrəmanlarımızın, şəhidlərimizin anım günləri ilə bağlı məlumatlar paylaşılır. Qrupda elmin bütün sahələri üzrə maraqlı məlumatlar öz əksini tapır. Qrupda materiallar Yasamal, Agcəbədi, Agdaş, Zərdab, Xaçmaz rayon MKS-lərinin əməkdaşları tərəfindən yerləşdirilir. Lahiyənin ideya rəhbəri Yasamal rayon MKS-inin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına yeni kitab hədiyyə edildi. Kitab Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunmuşdur. “Yazarlar” jurnalının xüsusi buraxılışı olan ”Dağlar” adlı almanaxda ilk dəfə olaraq dağlara həsr olunmuş bir çox şeirlər toplanmışdır. Kitab xeyriyyəçilik məqsədilə çap olunmuşdur. Layihənin rəhbəri “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, yazıçı-şair Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Zaur Ustacdır.
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib.
Yerdən-göydən əllərini üzüb, ümidin ətəyindən yapışanların sayı çoxaldıqca, Hər gün bir ilmə də süzülür ümidin ətəyi. Bir soran tapılmır ki, bu əllərin bu ətəkdə ölümü nə?! – Beləcə fərman verilir ümidlərin ölümünə. “Ən son ölən ümidlərdir” deyiminin həqiqət olduğuna inansaq, Demək ki, sonu yaxınlaşır hər şeyin, Sonu yaxınlaşır içimizdəki sevgilərin, pisliklərin, kötülüklərin. Sonu yaxınlaşır cəllad baltalarının, Üstündə çubuq döğranan kötüklərin – Və beləcə… sonu yaxınlaşır dünyanın. Allah-taalanın işi başından aşacaq innən belə, Daha heç kim mühakimə edə bilməyəcək Uca Yaradanı, Düşük-düşük danışa bilməyəcək Qurandan belə, dinnən belə…. külək hamını saman çöpü kimi qabağına qatıb, Haqq divanina kürüyəcək… Mütləq hakim isə – O! Hələ iynənin ucu boyda olsa da ümid qalıb, – Heç kimin ümidini öldürməyin, arxadaşlar! Barı özünüzə yazığınız gəlsin…
TANRIM, BİZ EYNİ DƏRDLIYIK
Dönüb, dönüb, eyni yerə, De nədən gəlirik, Tanrım? Bu dərdlər mənim üstümə, Binədən gəlir ilk, Tanrım.
Boz sərçə kimi heç yerə Köçmək niyyətində deyil. Yuvası viran könlümdə, Özgə həyətində deyil.
Bir ayrı ünvanı yoxmu, Yaxamı sevən dərdlərin?! Ya padşaha könül verə, Ya xanı sevə dərdlərin?!
Bir qurtuluş yolu göstər, Bu zalım dərdin əlindən. Nə əhvalım bir əhvaldı, Hə halım dərdin əlindən.
Bu qədər dərdə mübtəla Dönməzmi bir könül daşa?! Tanrım, biz eyni dərdliyik, Möhtacıq bir könüldaşa.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.
valiyevatahmina@gmail.com
Sevmək, onun yolunda vuruşmaq və onun uğrunda göz qırpmadan canını vermək əsl aşiqlərin işidir. Bütöv bir Vətəni sevmək, onun hər qarışı üçün vuruşmaq, bir deyil, neçə-neçə millətin, xalqın taleyi, rifahı üçün cəbhəyə atılmaq və sonadək mübarizə aparmaq İkinci Dünya Müharibəsi qəhrəmanlarını tarixin qızıl səhifələrinə yazdırdı. Təbii ki, bu, Vətən eşqi ilə döyünən ürək və səni mübarizədən yayınmamağa izn verməyən cəsarət tələb edir.
Müxtəlif zamanlarda Vətənin hər qarışı üçün düşünmədən, tərəddüd etmədən döyüşən Azərbaycanın oğul və qızları İkinci Dünya Müharibəsində də can-başla iştirak edib, cəbhə bölgələrində düşmənə qarşı mərdliklə vuruşublar. Onların düşmən qarşısında göstərdikləri şücaət qəhrəmanlıq nümunəsi olaraq anılır. Böyük Qələbə bayramının 75-ci ildönümü münasibətilə II Dünya Müharibəsi qəhrəmanlarını xatırlamaq yerinə düşər. II Dünya Müharibəsi başlanan kimi teatrdakı fəaliyyətini dayandırıb döyüşlərə qatılan Mikayıl Əhməd də döyüşçü cəsarəti ilə seçilən qəhrəmanlardan olmuşdur.
Mikayıl Soltan oğlu Əhmədov (əsl adı: Mikayılmahmud Soltanəhməd oğlu Əhməd) 1920-ci il may ayının 13-də Bakıda ziyalı ailəsində anadan olub. Atası Soltanəhməd həkim və ilahiyyatçı idi. O, İranda Tehran Universitetinin tibb fakültəsini bitirmiş və həm də ərəb və fars dillərinə mükəmməl surətdə yiyələnmişdi. Soltanəhmədin babası doktor Kərbəlayı Mahmud Pirşağı bəylərindən idi. Kərbəlayı Mahmudun babası Əhməd bəy şəcərə etibarilə “Soltan-Əhməd” xanədanına mənsubdur. Mikayılgil ailədə 3 uşaq olurlar: Məsumə böyük bacısı, Bibixanım kiçik bacısıdır. Mikayılmahmud isə ailənin tək oğlu olub.
Azərbaycan Dram Teatrının ilk baş rejissoru və direktoru Bilal Əhməd Mikayılın əmisidir. Onun təkidi ilə Mikayıl Əhməd 30-cu illərdə Bakı Teatr Texnikumunda oxuyur. Görkəmli aktrisa Nəsibə Zeynalova ilə tələbə yoldaşı olan M.Əhməd burada böyük rejissor Aleksandr Tuqanovdan dərs alır və Dram teatrında müxtəlif rollarda çıxış edir. Lakin amansız müharibələr Mikayılı yaradıcılıqdan uzaq salır. O, əvvəlcə Sovet-Fin müharibəsinə, sonra isə Böyük Vətən Müharibəsinə yollanır. Berlinə qədər döyüş yolu keçən Mikayıl Qələbə günü ağır yaralanır. Dörd qabırğası sıradan çıxır və ona süni qabırğa qoyulur. Müharibə illərində ondan heç bir xəbər-ətər bilməyən ailəsinə onun ölüm xəbəri gəlir. İlyarım Avstriyada hərbi hospitalda müalicə alan igid döyüşçü ancaq 1947-ci ildə doğma Bakıya qayıda bilir. Dəfələrlə ağır zədə alan, bədəni qəlpələrlə dolu olan qəhrəman döyüşçü, baş leytenant Mikayıl Əhməd şücaətinə görə müxtəlif orden və medallarla təltif olunur.
Müharibə veteranları hər zaman dövlətin xüsusi diqqət və qayğısını görmüşlər. Mikayıl Əhməd də bu diqqətdən kənar qalmayıb. O, “1941-1945-ci il Böyük Vətən Müharibəsinin Qələbəsinin 30 illiyi”, “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” və “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı, “Qvardiya” döş nişanı, “Fərdi təqaüdçü”, “Əmək veteranı”, “1974-cü il Sosialist Yarışının
Qalibi” kimi çoxsaylı orden-medallarla təltif edilib. Ümummilli lider Heydər Əliyevlə mütəmadi görüşləri onu Vətəninə xidmət etməyə daha da ruhlandırır. Müharibədən sonra Bakıda hərbi zavodların mühafizə idarəsinin rəisi işləyən Mikayıl Əhməd az sonra bu işindən ayrılır və taleyini “Xəzər Dəniz Gəmiçiliyi” ilə bağlayır. O, “Sovet Özbəkistanı”, “Həmid Sultanov” gəmi bərələrində müxtəlif vəzifələrdə işləyərək kapitanın baş köməkçisi vəzifəsinə qədər yüksəlir. 55 yaşında pensiyaya çıxan dənizçi doğma Xəzərdən ayrıla bilmir və 65 yaşına qədər gəmiçilikdə çalışır.
Mikayıl 1947-ci ildə Bakı Neft Texnikumunun sonuncu kurs tələbəsi Almaxanım Kərbəlayı Əzim qızı ilə evlənir (Kərbəlayı Əzim Binəqədinin el ağsaqqallarından sayılıb). Bu izdivacdan 6 övladları olur və onların hər biri ali təhsil alır. Onun böyük oğlu Əhməd fizik-ixtiraçı alim, ortancıl oğlu Mövsüm yazıçı-dramaturq, bəstəkar, kiçik oğlu Vüqar Əhməd şair, ədəbiyyatşünasdır. Nəvəsi Almaxanım Əhmədli VI Televiziya Muğam Müsabiqəsinin qalibi – “Qran-Pri” mükafatçısıdır. Qızları həkim, mühəndis və maliyyəçidir. Böyük qızı Çeşmi 2012-ci ildə 63 yaşında dünyasını dəyişib. Çeşminin üç oğlu ali təhsilli, elin ağır günlərində biganə qalmayıb Qarabağ savaşında düşmənlə mərdliklə döyüşən, Vətənə və babalarına layiq övladlardır. Nəvəsi Hüseyn Vüqar oğlu iqtisadçıdır.
Mikayıl Əhməd 1995-ci ildə 75 yaşında insult keçirərək dünyasını dəyişib. Ancaq aradan nə qədər zaman keçsə də, onun xatirəsi əziz, həyat və fəaliyyət yolu unudulmazdır.
Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Xocalıdır! Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Kəlbəcərdir! Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Şuşadır! Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Ağdamdır!” (Q. Mehdi -“12 atəş”)
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qərib Mehdidən söz açmaq böyük məsuliyyət tələb etsə də, sonucu şərəfli və qürurvericidir. Nəsrimizin, poeziyamızın, publisistikamızın, dramaturgiyamızın inkişafı və yaşaması üçün Qərib Mehdi qırxıncı qapını (kitabı) aşaraq, kamil bir ədəbiyyat adamının bütün sirlərindən hali oldu və zirvədən qırxbirinci qapıya (kitaba) yön aldı. Qırx yaşdan sonra insan həyatının müdriklik çağı başlayır. Diqqət edin ki, müdriklik, öndərlik, öngörlük tələb edən bu kitab müəllifin qırx birinci kitabıdır. Deməli, həyatda doğrudan da təsadüf deyilən həqiqət yoxdur, hər şey zərurətdir. Söhbət “Vektor” nəşriyyatında çap olunan “Duel” (esselər, kitablar haqqında rəylər və bədii ərməğanlar) kitabından gedir… Kitabın birinci hissəsi esselərdən ibarətdir. Əsası fransiz yazıçısı, filosof Monten tərəfindən qoyulan esse ədəbiyyatın (elmin) elə bir janrıdır ki, bu janra hər əlinə qələm alan müraciət edə bilməz. Etsə belə, atının nalı yarıyolda sınacaq. Esse yazmaq üçün gərək həyatın hər bir üzünə bələd olasan, qaranlığın parıltısını, işığın kölgəsini seçə, küləyin səsini, rənglərin pıçıltısını eşidə, Günəşin soyuqluğunu, qarın istisini duya, bir sözlə, həyatın fəlsəfəsini anlaya biləsən. Yəni, hər bədii boyaqla boyanmış əsərə esse demək olmaz. Esse həm də bir bayatıdır – nəsrin bayatısı – kiçik həcmli, böyük bədii və fəlsəfi tutumlu. Bu isə o deməkdir ki, esseni yazmaq üçün cəmiyyətdə müəyyən nüfuza malik söz sahibi olmaq gərəkdir. Kitabda 14 esse bütövlükdə ana təbiətin gözəlliklərinə həsr olunub. Müəllif 1982-ci ildə yazdığı bir məqaləni xatırladır.: “Yaşı 300-500 dən yuxarı olan “yubilyar” çınarlara insanlara uzun müddət səmərəli xidmətinə görə fəxri ad verməyə dəyər: Çinar – Babək, Çinar – Koroğlu, Çinar – Mehdi, Çinar – İsrafil!” Nə gözəl təklif, nə böyük arzudur. Və bu müqəddəsliyə mən də arzu əlavə etmək istəyirəm. Həmin “yubilyar” çinarlardan birinə də “Çinar – Qərib” və yaxud “Qərib – Çinar” adını verək. Ona görə ki, bütün yaradıcılığı boyunca Çinarı totemləşdirən, qutsallaşdıran Qərib Mehdi özü də Gəncə çinarları kimi Gəncədə qutsallaşıb, yaradıcılığı və Gəncəyə bağlılığı ilə çinarlaşıb. Çinar – Qərib, Qərib – Çinar obrazı mənim içimdə dolaşırkən çox dəyərli tənqidçimiz, sözün zərgəri Vaqif Yusiflinin “Gəncədə bir çinar var” adı altındakı xatirəsinə rast gəldim. O yazır: “…Əgər ağacın, axar suyun insana bənzədiyini qəbul eləsək, Gəncənin göylərə baş alan hansısa bir çınarının o yazıçıya oxşarlığını görərik. Ömrü boyu öz əlinin – qələminin zəhməti ilə yaşamış, Gəncədən çox-çox uzaqlarda tanınmış Qərib Mehdi yaradıcılığı ilə o çinarlar arasında bir qəribə oxşarlığı hələ neçə il əvvəl sezə bilmişəm”. Vaqif müəllimin mənim salmaq istədiyim cığırdan çoxdan keçdiyini görüncə tutuldum, deməli, heç də orijinal qənaətə gəlməmişdim. Lakin, o söz zərgərinin kəşf etdiyi özəlliyi mənim də gördüyümə çox sevindim və yenə də yazımın ilk adını dəyişdirmədim – Qərib Çinar qəribsəmədi… Ədəbiyyat yaranandan Vətəni vəsf, Vətənə sevgi, Vətənə ağı və s. yazarların ana mövzusudur. Qərib Mehdi də vətənpərvərlik ideyalarını yaradıcılığının tacı edərək, ürəyinin başında saxlayır. Lakin onun vətənpərvərliyi Azərbaycanda başlayıb, Azərbaycanda bitmir. Onun vətənpərvərliyi doğuldugu ocaqdan, gəncləşdiyi, ahıllaşdığı Gəncədən, sözünə qanad olan Azərbaycandan, güvənc yeri türk ellərindən rişələnərək bütün dünya boyu kök atır, budaq- budaq olur: “Mənim bir ürəyim var, iki hissədən ibarət: hərəsində Azərbaycanın bir parçası. Yeri köks qəfəsimdədir. Sıxılar – qan vurar. Açılar – qan vurar. Gündüz döyünər… Gecə döyünər… döyünər… Döyünər… Azərbaycan kimi…” (“Vəsiyyət”) . Qərib Mehdi vətənində (dünyada) baş verən haqsızlıqlara öz qələm qılıncı ilə üsyan edir. O, Xan Arazın, Dəli Kürün dili ilə təbiəti zorlayanlara, təbiəti qandallayanlara öz etirazını bildirir. “Suqovuşanda” essesindəki metanomik dialoqda Xan Araz Dəli Kürə deyir: “Sən Xan Kürsən, mən Dəli Araz. Gəl bizə çoxdan yaraşan adlarımıza sahib olaq” . Yazıçı burada Cənubi Azərbaycanla Şimali Azərbaycanın ayrı düşməsini ideya olaraq qarşısına qoysa da, mövzu şaxələnir və məqsəd bütövlənir. Burada yazıçının amalı vətəninin daşlarına – vətəndaşlarına “Oyan!” çağırışı etməkdir. Oyan ki, zorlanmayasan! Oyan ki, bölünməyəsən! Oyan ki, bir olasan! Oyan ki, Pir olasan!” – deyir. Əsərin razvyazkasında Dəli Kür Xan Arazın dəliliyinə haqq qazandırır: “Əllərinə tikanlı qandallar vurulan bir çay dəli olmazmı? Başında tikanlı qandallar yuva bağlayan bir çay dəli olmazmı? Bütöv olan doğma Vətənini iki yerə parçalayan bir çay dəli olmazmı?” …Pioner idik, Oktyabryat idik, Komsomol idik… Proletar idik. İnanırdıq Sovet babamıza, güvənirdik Sovet babamıza. Sovetlər dövrunu görmuş, yaşamış hər bir yazar o dövrə üsyan edib. Qərib Mehdi də o dövrun adamı, içindəki neçə dara çəkilmiş şeirlərin, hekayələrin edamı olaraq bu dövrə gəlib. Lakin o, hamı kimi lənətləmir, baltalaya-baltalaya qınamır sosializmi. Qərib Mehdi Sovet babasına məsum bir körpənin Allaha şikayəti kimi (Suriyalı üç yaşlı bir cocuq onun sinəsinə güllə tuşlayan əsgərə belə deyir: “Mən hər şeyi Allaha deyəcəm”) şikayət edir.
“Uşaq kimi, cavan kimi, qoca kimi qarşına yüyürdüm – heç nəyə baxmadın – güllələdin! Ağac kimi, çiçək kimi, məktəb kimi qarşına çıxdım – heç nəyə baxmadın – güllələdin! Sinəsində Bakı, Gəncə, Qarabağ yarası olan Azərbaycan kimi qarşında dayandım – heç nəyə baxmadın – güllələdin!” (“Qafur Məmmədovun son sözü”). Böyük bir kitaba sığışmayacaq ağrının, fəlakətin bir neçə cümləyə sığışdırılmasına heyran etməyə bilmirsən. Budur yazıçı peşəkarlığı, budur nasir qələmi. Yox, əslində deyərdim budur İNSAN ürəyi. O gecə Sovet babamızın güləsinə tuş gələn körpələrin, uşaqların, gənclərin, qocaların, ağacın, suyun, dənizin, təhsilin, səhiyyənin – Azərbaycanın çəkdiklərinin bundan böyük sözü olardımı?!.. Qərib Mehdi təbiətin özüdür. O, təbiətlə dilbirdir. O ağac dilini, quş dilini, dəniz dilini, torpaq dilini elə bilir ki, onların hər birini ayrı-ayrılıqda dindirir və peyzaj lirikasına can verir (təbiət bölümü). Qərib Mehdi İnsanlığın özüdür! O, barış, sevgi adamıdır. O, bəşəriyyətin birliyini çəpərləyən sərhəd məftillərinə yox deyir. O, sərhədlərə yox deyir: “Gözlərimin önündən sərhəd axır. Bu nə qəribə axin?” Və yaxud: “Gözləyirəm, gözləyirəm… saatlar keçir, aylar keçir, illər keçir, axın sərhəddinin sonu görünmür” (“Axan sərhəd”). “Ölüm, gözlə, gəlirəm” hekayəsində ermənilərin zəbt etdiyi əraziyə keçən əslən şuşalı Mələk nənəyə güllə atmayan düşmənin bədii portretini yazıçı belə çizir: “Bəlkə ona görə ki, (atəş açmadı) rəqibi öndən vurmaq onların adəti deyildi.”. Mələk nənə doğma torpağına çatır və düşmənə “İndi məni öldürün! Öldürün ki, torpağıma qovuşum”, – deyir. Müəllif burada da erməni əsgərinin dili ilə onların iç üzünü oxucu üçün taybatay açır: “Yox, mən bu yaxşılığı edə bilmərəm. Mən düşmən arzusunu cücərdə bilmərəm. Arzuna qarşı durmaqla, yaşamını təmin etməklə ikiqat qatil olmaq istəyirəm. Şuşa torpağına qovuşmaq? Sən bir xahişin böyüklüyünə bax”. “Ölüm, gözlə, gəlirəm” və “12 atəş” hekayələrində müəllif elə mətləblərə toxunur ki, düşmən düşmənliyində qalır, lakin özümüzün özümüzə olan düşmən mövqeyimiz oxucunu sarsıdır: “Düz 22 il idi ki, kəlbəcərli qaçqın məmur qapılarının düyməsini basır, nəyəsə nail olmağa çalışırdı”. Məmur qaçqına xatırladır ki, “sizin inzibati-ərazi vahidiniz başqadır – Kəlbəcər rayonu!” Beləliklə, məmur öz üzərinə düşən məsuliyyətdən boyun qaçırmaq istəyir. Qaçqının məmura verdiyi cavab isə bugünkü reallığımızı əks etdirməklə, vətənin çörəyini yeyib vətəndaşlıq etməyən hər birimizin üzünə sillə kimi vurulur: “Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Xocalıdır! Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Kəlbəcərdir! Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Şuşadır! Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Ağdamdır!” Qərib Mehdinin bu kitabı demək olar ki, bir tarixdir. Burada Sovet dövründən bu yana olan bir tarix kəsimi var. Bu kitab oxucunu maarifləndirir, dünəninə boylanmağa, keçmişini öyrənməyə sövq edir. Qərib Mehdi nəsri həm də ona görə başqalarından seçilir ki, yazıçı cümlələrində elə bədii priyomlardan istifadə edir, bu, yalnız onun özünəməxsus olur: “Günlərin birində qaranlıq hər tərəfə qanad gərəndə Məşədi İsmayıl burma bığlarının “çırağını” keçirdib, papağını mizin üstünə qoyub, vəznəli çuxasını divardan asıb yatağına girmək istəyəndə qəflətən “ÇK”-çılar (Fövqəladə Komitə) içəri doldular.” (“Cibin günahı”). Və yaxud: “Müraciət eləmədiyi həkim qalmamışdı, ancaq loğmanların heç biri onun dərisi ilə sümüyü arasına bir qram ət də artıra bilmirdi”. (“Tərəziçi” hekayəsindən). Kitabda yazıçı Vətənimizdə Vətən boyda sevgi qazanan, Vətənin boyunu ucaldan, Vətəndə Vətən olan dəyərli sənətkarlarımızdan da qürurla söz açır – “Gedirsən, tez qayıt gəl” (məşhur xanəndə Qədir Rüstəmov haqqında), “Zəlimxan Yaqub yaddaşı” (Xalq şairi Zəlimxan Yaqub haqqında), “ Müslüm Moqamayev” (Fenomen müğənni Müslüm Moqamayevin əziz xatirəsinə) və s. Kitabın üçüncü hissəsi bəşəriyyətin döyünən ürəyi olan Sevgiyə həsr edilib. Ömrünün ahıl çağını – müdrik çağını yaşayan yazıçı sevginin də ən müdrik dönəmindədir. O, həyatı necə tanıyırsa, sevgini də eləcə tanıyir. O, həyatı necə sevirsə sevgini də eləcə sevir. O, həyatı necə dəyərləndirirsə sevgini də eləcə dəyərləndirir – Böyük, Ali, Ulu! Kitabdakı hər bir bölümdə (vətənpərvərlik, təbiət, sevgi, əxlaq) müdrik yazar oxucuya nəsihət edir, yol göstərir, oxucunun bədii və mənəvi dünyasını zənginləşdirir, oxucunu əsil İnsan olmağa səsləyir: “Mən ucayam, Mən yüksəyəm, mən qüdrətliyəm, deyib, çox da lovğalanma. Yaxşı diqqət elə, yer kürəsi fırlanır”. Və yaxid: “Xəyanətin ağuşu daha ecazkar, daha cazibəli görünür”. Və: “…Axşam-səhər, vaxt-bivaxt qocaları aramsız olaraq səslər çağırır”. Və: “Milyon ilər bundan əvvəl də olub. Milyon illər bundan sonra da belə olacaq. Nə insan Allahlıq iddiasından əl çəkəcək, nə Ölüm ona Allah olmaq imknı verəcək!”. “Dostum gərək unutmayaydı ki, ondan başqa bu işlərlə məşğul olan Allah da var!” “Atam, neçə ki, sənin bu ədalət tərəzin düzgün çəkir, sən qəddini düzəldə, uşağına çörək apara bilməyəcəksən”. Və s. Kitabın son hissəsi Qərib Mehdiyə həsr olunan sevgi və dəyərlərdən ibarətdir. Burada Vaqif Yusiflinin, Əbülfət Mədətoğlunun, Sərvaz Hüseynoğlunun, Aydın Murovdağlının və başqa söz adamlarının məqalələri yer alıb. Onların arasında Aydın Murovdağlının “ Ölməzlik rəqsi” başlığı altında yazdığı dəyərlər daha çox diqqətimi cəlb etdi. Aydın müəllim bu kiçik yazısında elə böyük mətləblərə toxunur, həm də ustalıqla toxunur ki, hətta oxucunu Qərib Mehdi dünyasından ayırıb, öz dünyasına apara bilir. Murovdağlı yazır: “ Əsərdəki tut ağacı yarpaq gözləri, budaq əlləri ilə yeri-göyü müşahidə edir, xəyala dalır, sevinir, kədərlənir, keçmişlə bağlı xatirələrini vərəqləyir, gördüklərini, eşitdiklərini duyduqlarını yada salır.”. Burada böyük Türk oğlu Nazim Hikmətin “Mən bir ceviz ağacıyım” şeirinin sədası da oxucunu tərk etmir: “Ben bir ceviz ağacıyım Gülhane parkında …yapraklarım gözlerimdir, şaşarak bakarım, Yüz bin gözlə seyr ederim seni – İstanbulu! …Yapraklarım ellerimdir…” Deyirlər ki, yazıçılar, şairlər (istedadı ilə seçilənlər) Tanrı tərəfindən vergilənmiş adamlardır. Yəni, belə insanlarda altıncı hiss deyilən nəsnə – intiusiya başqalarına nisbətdə daha güclü olur. Həm də belə adamların alqış və qarğışını Tanri daha tez eşidir. Bu deyimin həqiqət olduğuna 2011-ci idə bir daha inandım. …Bakıda yaşayırdım. Gəncə ədəbi mühitindən uzaq düşmüşdüm. Həmin ərəfədə “İkimizin bir evimiz varıydı” adlı şeirlər kitabım işıq üzü görmüşdü və çox sevdiyim Qərib Mehdinin kitabım haqqında resenziyası “Ədəbiyyat” qəzetində dərc edilmişdi. Sevincimdən qanad alıb uçurdum. Qəzeti “Elmlər Akademiyası” metrosunun çıxışındakı köşkdən aldım, evə tələsirdim… Metrodan çıxdım… nə evə çatmaq, nə də haqqımda yazılanı oxumaq mənə qısmət olmadı…. Qəza keçirmişdim, ölümdən qayıtmışdım. Mən o yazını iki aydan sonra oxudum… “Evrika – İradə Aytel” başlığı altındakı yazının lap sonuncu abzasını olduğu kimi qeyd edirəm: “Ümid Gəncə ədəbi mühitinin gənc nəsil qrafasını rəqəmləşdirən, insanlaşdıran, sənətləşdirən İradə Aytelə qalmışdı. Bəlkə, bu şam, bu işıq pərvanəli olacaqdı? Eşitdiyim bir xəbər təəssüf mehi kimi ürəyimi titrətdi: “İradə xanım da Gəncəni tərk etmişdir”. Deyirlər, yalan danışmaq, yalan eşitmək günahdır. Elə bu məqamda yalan eşitmək üçün burnumun ucu göynəyir. Həmişə qanad arzuladığım, İradə, kaş səni vecsiz, səmərəsiz uzaqlara uçuran qanadların ərimiş olaydı….” Və… qanadlarım əridi, geri döndüm… Əlbəttə, dönüşümü Qərib Mehdi mənə olan sevgisindən arzulayırdı. “Duel”in redaktoru yazıçı Ümbülbanu xanımdır. Kitabda əməyi olanlara – başda “Vektor” Nəşrlər Evinin direktoru, Türk dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyasının Prezidenti Elçin İsgəndərzadə olmaqla, müəllifin hər bir yeni əsərinə diqqət, qayğı göstərən operator qızlara qədər minnətdarlıq dolu cümlələr yer alıb. Lakin kitabın ərsəyə gəlməsində ən böyük əməyi olan xanımın – Ümbülbanunun adı çəkilmir. Burada böyük şairimiz Bəxtiyar Vahabzadə ilə oxucusu arasında olan məşhur bir dialoq yadıma düşdü: – “Bəxtiyar müəllim, siz şəkili ola-ola Şəkiyə bir dənə də olsun şeir həsr etməmisiniz, niyə? – Şəki mənim anamdır. Ana sevgisi dilə gəlməz. Mənim Şəkiyə olan sevgim şeirdən böyükdür”. Qərib Mehdinin də Ünbülbanu xanıma olan sayğısı o qədər böyük ki, yazıçı o böyüklüyü elə zirvədə saxlamağı düşünüb yəqin. Onu da etiraf edim, oxuduğum əsərin orfoqrafik qayda-qanununa da çox diqqət yetirən birisiyəm. Lakin bu kitabı redaktor o qədər incəliklə, dəqiqliklə öz süzgəcindən keçirib ki, mən adət etdiyim qüsur yığnağına burada rast gəlmədim. Bu gün Qərib Mehdidən danışdım, onu da mütləq deməliyəm ki, mənim Gəncə ədəbi mühitində sevdiyim, dəyər verdiyim, öyrəndiyim başqa söz adamları da var: “Yolları gözümün içindən çəkin, görüm hansı yolla qayıdır balam”, – deyən, Bahadur Fərman, AYB Gəncə filialının başkanı, şair Xəzangül xanım, türk yazıçısı, türk xanımı Nüşabə Məmmədli, Azərbaycan Uşaq Ədəbiyyatının sütunlarından biri və birincisi Aləmzər Əlizadə, folklor dünyasının azman alimi Sədnik Paşa Pirsultanlı (yeri behişt olsun), Sədnik Paşanın şagirdi və davamçısı Ramiz Təmkin… “Ədəbiyyat qəzeti” 21 noyabr 2015
Bilsən… Bilsən, necə həsrətəm Necə həsrətəm sənə! İçimdə bir ad Adımı çəkmə deyir! O adı sıxmaqdan Dişlərim ağrıyır, Dilim göynəyir, İlahi, niyə dar edirsən Geydirdiyin bu köynəyi?! Bir müqəddəs çəməndə, Yaralı, uralı bir ağac kötüyünə Söykənib O adı hayqıracam! Göylərin naləsi – Göylərin göz yaşlarının səsi Səsimə qarışacaq, Sən bizə açacaqsan bir çəmən qucaq… Ona şeir söyləyəcəm “Gəl, sənə bir nağıl söyləyim, O nağıl ömrümün noğulu idi…” İlahi, necə susduracaqsan İçimdəki bu göynəyi?! İçimdə bir od Odumu çəkmə deyir! Torpaq altında havasız qaralan Budağam, Ağacam, Kötüyəm, Dağ-dağam! Və… Çəmənində Pir olacaq Kömür-kömür vücudum. O Pirə tapınacaq günahı olanlar, gunahdan qaçanlar. O Pirdə yaşayacaq Onun dilində Qədəhlənən adım. Arzu bağlayacaqlar Arzusu bağlı qalanlar O Pir olan, bir olan ağac vücuduma. İlahi, necə öldürəcəksən, Bu taleyi döyənəyi?!
*** Bilsəm, bir axşamçağı Qayıdacaqsan mənə Acıq verib ömrümün səni məndən qoparan Baharına, qışına Sevincimi şərabtək qaldıraram başıma! Dolanaram başına!
Bilsəm, bir axşamçağı Qayıdacaqsan mənə Səni “Vaktindən çok sonra gələn Sevdalı yagmur kibi” Sıxaram ürəyimə. Yanmaram diri-diri, Ay könlümün Sən yeri! Barmaqlarım titrəyər saçında dilim-dilim Kösöy olar ağzımda, kösöy olar lal dilim Bircə kəlmə “ah” çıxar sinəmdən ən sonuncu səs kimi rəqs edərik durmadan rəqs edərik can geyər pəncərələr önündə “kurumuş çiçekler” de. Yeni bir nəfəs kimi. Bilsəm, bir axşamçağı Qayıdacaqsan mənə Gözlərimin nurunu Düzərəm yollarına Süfrəmdəki şam kimi Bilsəm, bir axşamçağı Qayıdacaqsan mənə Geyərəm sevincimi O gecə geyindiyim O bəmbəyaz don kimi.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
“Dəli bir ağlamaq keçir könlümdən” Mərhum həmkarımAli Mustafayeve xitaben
Dağlar boyda həsrət bitib gözümdə, Qasırğası, tufanı var izimdə, Bu həsrətdən üzülmüşəm özüm də, El dağıldı, oba köçdü yerindən, “Dəli bir ağlamaq keçir könlümdən”.
Gör nə qədər biçilmişik zəmi tək, Dəryalarda qərq olmuşuq gəmi tək, Telli sazın qəm oxuyan simi tək, Köklənmişəm “Kərəm üstə” zilindən, “Dəli bir ağlamaq keçir könlümdən”.
Nə zamandır dağlarımı qar almır, Sünbüllərim dənə dolub saralmır, Yaralarım sağalmır ki, sağalmır, Palıd idim, qopulmuşam kökümdən, “Dəli bir ağlamaq keçir könlümdən”.
Vətən dərdi bir dərdimi min eylər, Həsrət axar sinəm üstdən sel eylər, Harda qaldı buz buaqlar, güneylər, Vulkan kimi püskürürəm içimdən, “Dəli bir ağlamaq keçir könlümdən”.
Xocalı harayı, Şuşa naləsi. Kəlbəcərin qan harayı, qan səsi, Sızlayır Ağdamın şuru, nəğməsi, Ağ dünyamın baxıb gecələrindən, “Dəli bir ağlamaq keçir könlümdən”.
Tərtər çayım Arazlaşıb, ay Alı! Dərdim yaman dənizləşib, ay Alı! Qarabağım Təbrizləşib, ay Alı! Karvan getdi, el ayrıldı köçündən, “Dəli bir ağlamaq keçir könlümdən”.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Bu gecə intihara Yol gedir ümidlərim. Ögey baxışlarımda Güzgülənir dərdlərim.
Azalır dodağımda Gülüşümün sayları. Hər gün ölüb gedirlər Ürəyimin tayları.
Gözlərimin işığı Ürəyimdən güc alır. Əllərimdə üşüyən Arzularım qocalır.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Aya, Günə dəyişmərəm mən səni, Səni gözəl yaradıbdı, Yaradan. Səni görüb, eşidəndə səsini, Qəlbim gülür, rahatlanır ürək, can
Baxışların alovludur, odludur, Bir baxmaqla ürək yanır, göz yanır, Sənsiz artır gözlərimin buludu, Göz yaşlarım yanağımda oynayır.
Dilim susur, baxışlarım danışır, Ay insafsız, bir kəlmə də demirsən, Həsrətindən qəlbim yanır, alışır, Dünya sənsən, həyat sənsən , ömür sən.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Durnalar, qaranquşlar, Vallah gəldi, gedərdi. Onların sevgisi də, Elə yaz, yay qədərdi.
Nə bilir ki, qış nədir, Axı köçəri quşlar. İstı yerləri sevir, Durnalar, qaranquşlar.
Onların dözümü yox, Nə qara, nə yağışa, Rahatlıqla vururlar, Ömürlərini baça,
Dözümü, məhəbbəti, Boz sərçələrdən soruş. Qar nədir, soyuq nədir, Hardan bilsin qaranquş.
Sevək boz sərçələri, Qayğılarına qalaq, Gəlin boz sərçələrə, Abidələr ucaldaq.
Bizimlə hər əzabı, Boz sərçələr daşıdı. Sərçələr bu vətənin , Yurdun vətəndaşıdı.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucuları olan qələm sahibləri kitablarını kitabxanaya hədiyyə etdilər.
Yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı yeni nəşr olunmuş “Əlvida söyləmədən…” kitabının beş nüsxəsini kitabxanaya hədiyyə etdi. Kitab Dağlıq Qarabağ hadisələrinə, bu hadisələrdə qəhrəmancasına həlak olmuş Azərbaycanın igid oğul və qızlarına həsr olunmuşdur.
Pərixanım Mikayılqızı (Muradova) müəllifi olduğu “F.B.Köçərli: “Ümmətdən-millətdə doğru” kitabının on nüsxəsini hədiyyə etdi. Müəllif ədibin “Əsərləri” kitabını transliterasiya edərək, onu kiril qrafikalı əlifbadan latın qrafikalı əlifbaya çevirmişdir.
Tanınmış uşaq yazarı, şair Gülzar İbrahimova da kitabxanaya yaxın günlərdə işıq üzü görmüş «Как подружились сказки» kitabının on nüsxəsini kiçik oxuculara hədiyyə etdi. Kitabxana qələm sahibləri ilə sıx əlaqə saxlayır və yeni nəşr olunmuş kitabların təqdimatını keçirir.
Durur ayrıldığım kölgəli çinar, Durur Gəncədəki bizim institut. Xəyalım bir yerdə tutmadı qərar, İlləri andırdı bir anlıq sükut.
Neyləyim, unutmur insan ürəyi, Yaşadım dünyadan könlü yanıqlı. Düz dörd il geyindim köhnə pencəyi, Qolu gödək oldu, boynu yamaqlı.
O pencək saxladı məni soyuqdan, Doğru danışmağı çoxu ar bilir. Əynindən çıxardıb vermişdi atan, Heç kim bilməsə də qonşular bilir.
Bəzən ac da qaldım daha nə danmaq, Danışıb gülməyə könlüm olmadı. Şerim qəzetə çap oldu, ancaq Bir qəzet almağa pulum olmadı.
Lakin bu dərdimi bilmədi heç kim, Mən bildim qədrini sevincin qəmin. Arabir xəlvəti baxıb sevindim, Təzə yamağına köhnə çəkməmin.
Gülmə, görməmisən o sevinci sən, Xoşbəxt böyümüsən, xoşbəxt ol, anam. Bir də bilirsənmi mən o sevincdən Dünyada heç kəsə arzulamıram.
Oldu sevincim də, oldu qəmim də. Bir tələbə qıza könlümü verdim. Onun hər sözünü öz aləmimdə Seminar dərsitək əzbərləyirdim.
Deyirdim, nə qədər baha olsa da, Gərək üzük alım, bu bir adətdir. Ancaq avtobusun keçib yanından, Piyada gedirdim dərsə arabir.
Qoy indi ağrısın vicdanın varsa — Girdi aramıza onda bir nəfər. Bir gəncin taleyi alt-üst olursa, Ağırdır dağılan ailə qədər.
Fikir ver hökmünə sən misalların, Deyir su quyunun dibində olur. Hayıf ki, ürəyi bəzi qızların Başqa oğlanların cibində olur.
Qoy bir sözdə deyim, çıxarma yaddan, Bu da, necə deyər, bir məsləhətdi. Çalış ki, əvvəlcə yanılmayasan, Təəssüf ikinci məğlubiyyətdi. Ömrün yolları da pilləkan kimi Gendən ucalara lap çox baxmışam. Mən o pillələrlə bir insan kimi Gör ki, necə gəlib, necə qalxmışam.
Toyda oynadılar,ürək açdılar, Sonra gecəyarı dağılışdılar. Yolda gileyləndi biri əlbəəl;
-Qız çörək yeyirdi. -Mən ölüm? -Sən öl! -Oğlanı görmüşdüm neçə il əvvəl,- Gəzənin biriydi. -Mən ölüm? -Sən öl! -Onlar evlənsə də yaşayan deyil.Qız on yaş böyükdü. -Mən ölüm? -Sən öl!
Ölməyin,ölməyin,yazıqsınınz siz, Ölsün birdəfəlik bu adətiniz.
Uzanır danışıqlar, imzalanır sənədlər. Xəritədə aləmə göstərilir sərhədlər. Səsimizə səs verir dünya başbilənləri; Ümid sənədir ancaq, Azərbaycan əsgəri!
Dəyirmi masalarda izi var dirsəklərin, Ağla sığan söhbəti,sözü var dəstəklərin. Yardım bağlamasında özü var dəstəklərin, Lap ləl-cəvahir olsun hər yardımın dəyəri. Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!
Diplomat cənabların hər biri hörmətlidir. Bu məqamda ölkəmə təşrifi qiymətlidir. Səyi təqdirə layiq, rəyi ədalətlidir. Gözdən-nəzərdən salan kimdir ki, bu işləri? Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!
İşğal altında qalır torpağımız-daşımız, Nələr görmür gözümüz, nələr çəkmir başımız…. Qarışıb bir-birinə baharımız-qışımız. Çadır göstərmək olub hər çatana peşəmiz. Sərgi olmasın deyə bu Mil-Muğan düzləri, Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!
Ali qonaqlar gəlir dünyanın hər yerindən. Ürək yanır,göz dolur Şəhid qəbirlərindən. Düşünüb daşınıram ,özlüyümdə dərindən; İntiqam ala bilməz, məzarları bəzəyən ehtiram çiçəkləri Ümid sənədir ancaq ,Azərbaycan əsgəri!!!!
Söhbətlər çözələnir, bir şey görünmür hələ, Heyyətlər təzələnir, bir şey görünmür hələ. Müddətlər təzələnir, bir şey görünmür hələ. Açılmır ki,açılmır düyünü bu torpağın. Qov alışa bilərmi, od saçmasa çaxmağın? İldırımlardan belə umma bu zərrələri, Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!