Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” tarixi-kulturoloji traktatı işıq üzü görüb.
AYB-dən AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycanın qədim dövrdən bu günümüzə qədərki tarixi əhatə edir. Əsərdə bütövlükdə ümumtürk tarixinə ekskursiya olunur.
Qədim türk abidəsi olan Orxon-Yenisey kitabələrindən üzü bəri bir çox mühüm yazılı mənbəyə müraciət edən müəllif tarixi hadisələr, görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər, maarifçilərimiz haqqında şəxsi mülahizələrini bölüşür.
Anar həyat təcrübəsinə və dərin mütaliəyə dayanan yazıçı baxışı ilə əsərdə xalqımızın millət olaraq formalaşması, özünüdərk prosesinin hansı çətin mərhələlərdən keçdiyi; dil problemi, işğalçıların ana dilimizə təcavüz siyasəti, çar Rusiyasının xanlıqlarla müharibələri, Azərbaycanın ikiyə parçalanması, Şərqdə ilk demokratik cümhuriyyətin yaranışı, sovet imperiyasının qurulması, Stalin hakimiyyəti, repressiyalar, kütləvi qırğınların tariximizdə nə kimi izlər buraxdığı; əsrlərboyu Azərbaycanın başına gətirilmiş bəlaların ədəbiyyatımıza, incəsənətimizə necə sirayət etdiyi; ermənilərin torpaqlarımıza təcavüzü və Qarabağın işğalı, 20 Yanvar, Xocalı faciəsi kimi qanlı-qadalı, ağrılı-acılı hadisələrin kökündə hansı məkrli niyyətlərin gizləndiyi; vətəndaş müharibəsi təhlükəsi və ölkədə vəziyyətin kritik həddə çatması, hakimiyyət çəkişmələri, belə bir vaxtda Heydər Əliyevin yenidən hakimiyyətə dönüşü, bundan sonra respublikanın mədəni, iqtisadi, ictimai həyatında baş verən dəyişikliklərin Azərbaycanı hansı təhlükələrdən xilas etdiyi ilə bağlı bütün bu suallara cavab axtarır, tariximizə müxtəlif rakurslardan işıq salır.
Mənbə:https://azertag.az
Blog
-
Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
-
“Vətənimizə virtual səyahət” adlı layihə gerçəkləşdi
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M,Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi həyata keçirilməyə başladı. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar rayon MKS-ləri də fəal iştirak edirlər.
İlk videoçarx Azərbaycanın dilbər güşələrindən biri olan Qubaya həsr olunub. Videoçarxda Quba rayonunun əhalisi, onun təbiəti (meşələr, şəlalələr, dağlar, çaylar), tarixi, inkişaf etmiş sənətkarlıq sahələri, mətbəxi haqqında məlumatlar əks olunmuşdur. Qubanın tanınmış şəxsiyyətləri, görkəmli dövlət xadimi və sərkərdə Fətəlixan, ilk dramaturq qadın Səkinəxanım Axundzadə, Azərbaycanın ilk rəssam qadın Reyhan Topçubaşova, Əməkdar artist Fatma Mehrəliyeva, Xalq artisti Afaq Bəşirqızının və b. fotoları verilmişdir. Videoçarxda Qubanın parklarının və müasir tikililərinin fotoları da var.
Videoçarx Əməkdar artist Səxavət Məmmədovun ifasında “Qubanın ağ alması” xalq mahnısı ilə müşayiət olunur.
Videoçarxa aşağıdakı linklərdə baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=JmVUXw5jP0w
“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan materialları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür. -
Təhminə VƏLİYEVA.”Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş məqalə silsiləsindən: 8. “Baybörə oğlu Bamsı Beyrəyin boyu”nun dilində işlənən nitq etiketləri”
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.valiyevatahmina@gmail.com
“KİTABİ-DƏDƏ QORQUD” DASTANININ “BAYBÖRƏ OĞLI BAMSI BEYRƏYİN BOYU”NUN DİLİNDƏ İŞLƏNƏN NİTQ ETİKETLƏRİ
Keywords: Kitabi-Dada Qorqud, speech etiquette, Beyrak, thinking of people, morally values.
Azərbaycan dilinin ən zəngin dil materiallarını özündə ehtiva edən “Kitabi-Dədə Qorqud” yazılı abidəsinin dilində xalqın etnik təfəkkürü, əxlaqi-etik dəyərlərinin dildə ifadəsi olan nitq etiketlərinə kifayət qədər çox rast gəlinir. Qədim oğuz türklərinin məişət həyatı, etnik düşüncəsi ilə bağlı işlədilən nitq etiketlərinin bu və ya digər situasiyaya müvafiq olaraq müxtəlif formalarından istifadə özünü göstərir. “Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənmiş nitq etiketləri müxtəlif aspektdən tədqiqata cəlb olunmuş, sistemli şəkildə tədqiq edilmişdir. Hətta professor N.Cəfərov abidənin dilində yer alan müraciət etiketləri ilə bağlı fundamental surətdə tədqiqat aparmış və ayrıca kitab şəklində – “Xanım, hey!” monoqrafiyasını ərsəyə gətirmişdir. Professor Əzizxan Tanrıverdi “Dədə Qorqud kitabı”nın dil möcüzəsi” adlı monoqrafik əsərində daha az tədqiq edilmiş ayrılma etiketlərinə dair ayrıca fəsil vermiş, onları təsnif etmişdir.
“Kitabi-Dədə Qorqud” abidəsinin “Baybörə oğlu Bamsı Beyrəyin boyu” öz poetik tutumu və özündə zəngin dil materiallarını ehtiva etməsi ilə xüsusi fərqlənərək istər folklor, ədəbiyyatşünaslıq və istərsə də dilçilik, dil tarixi aspekti üzrə tədqiqatların aparılması üçün zəmin yaradır. Boyda müxtəlif situaiv məqam və hadisələrin gedişatı ilə bağlı işlədilən nitq etiketləri qədim oğuz türklərinin milli-etnik düşüncəsi və əxlaqi-etik dəyərlərinin dildə ifadəsidir. “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nda müraciət, alqış, qarğış, təbrik münasibətiləvə ayrılma, sözvermə, andiçmə, qarşılaşma məqamlarında işlədilənnitq etiketləri diqqəti cəlb edir. Boyda işlənən nitq etiketlərinin qruplaşdırılaraq verilməsi onların boyda işlənmə vəziyyətini müəyyənləşdirməyə imkan verir. “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nda işlənən xoş arzunun bildirilməsi münasibəti ilə işlədilən nitq etiketlərində xalqın arzu və istəyi ifadə olunur. “Kitabi-Dədə Qorqud” abidəsinin “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun dilində işlədilən alqış etiketlərində bu xoş arzu və niyyət əksini tapır.
“Böylə digəc Qalın Oğuz bəgləri yüz gögə tutdılar. Əl qaldırıb, dua eylədilər. “Allah-Taala sana bir oğul versün!”- dedilər.
Ol zamanda bəglərin alqışı alqış, qarğışı qarğış idi. Baybican bəg dəxi yerindən uru durdı, aydır:
“Bəglər, mənim dəxi haqqıma bir dua eylən. Allah Taala man ada bir qız verə”. Qalın Oğuz bəgləri əl qaldırdılar, dua eylədilər: “Allah Taala sənə də bir qız verə”- dedilər” (4, 52).
Baybörə bəg Qalın Oğuz bəglərini çağırdı, qonaqladı. Dədəm Qorqut gəldi, oğlana ad qoydu. Aydır:
Allah Taala sana bir oğul vermiş, tuta versün!
Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun!
Qarşu yatan qara qarlu dağlardan aşar olsa,
Allah Taala sənin oğluna aşut versün!
Qanlu-qanlu sulardan keçər olsa, keçit versün!
Qalabalıq kafirə girəndə
Allah Taala sənin oğluna fürsət versün!
Qalın Oğuz bəgləri əl götürüb dua qıldılar: “Bu ad bu yigidə qutlu olsun!”- dedilər (4, 55).
“Dügün qanlu olsun, xan qızı!” deyü barmağından altın yüzügi çıqardı, qızın parmağına keçürdi.Ortamızda bu, nişan olsun, xan qızı! – dedi (4,57)” – cümləsində həm müraciət- “Xan qızı”, həm də alqış bildirən – “Dügün qanlu olsun!” nitq etiketləri işlənmişdir.
Bundan başqa, “Yüziniz ağ olsun!”, “Ağanuzun ətməgi sizə halal olsun!”, “Əlün var olsun!” kimi alqış etiketləri və “Əlün qurısun, parmaqların çürisün, hey, donuz oğlı donuz,- derdi, göygülərə qurban ol!”, “Çalırsan, əlün qurısun!” kimi qarğış bildirən ifadələr yer alır: Beyrək aydır: “Mərə, yüziniz ağ olsun! Ağanuzun ətməgi sizə halal olsun!”- dedi.Qaçan kim Budağ atsa, Beyrək “Əlün var olsun!” dedi. Göygü atsa, “Əlün qurısun, parmaqların çürisün, hey, donuz oğlı donuz,- derdi, göygülərə qurban ol!” – derdi; Dədə Qorqut ayıtdı: “Çalırsan, əlün qurısun!”-dedi.
Xahiş, rica bildirən nitq etiketləri boyun dilində işlənən nitq etiketləri sırasındadır: Dədənin ayağuna düşdi: “Allah eşqinə məni qurtar!”- dedi; Böylə digəc Qazan bəg aydır: “Mərə, dəlü ozan! Məndən nə dilərsən? …”- dedi.
Boyun dilində sözvermə, andiçmə məqamı ilə bağlı olaraq işlədilən nitq etiketlərinin mövcudluğu da diqqəti cəlb edir: Baybican bəg aydır: “Bəglər, Allah Taala mana bir qız verəcək olursa, siz tanıq olun, mənim qızım Baybörə bəg oğlına beşikkərtmə yavıqlı olsun!”- dedi; Beyrək and içdi: “Qılıcıma doğranayın! Oxuma sancılayın! Yer kibi kərtiləyin, topraq kibi savrılayın! Sağlıqla varacaq olursam, Oğuza gəlüb, səni halallığa almaz isəm!”- dedi.
Vokativ səciyyəli müraciət bildirən nitq etiketləri boyun dilində müraciət olunanın daşıdığı keyfiyyəti və səciyyəsinə uyğun olaraq işlədilir. “Yigit” sözünün müraciət etiketi kimi boy qəhrəmanları tərəfindən işlədilməsi təsadüfi deyil. Öz igidliyi, şücaəti ilə ad qazanan el oğullarına “yigit” müraciətinin edilməsi tarixi ənənədir. “Yigit” sözü müraciət forması olaraq, “yigit”, “bəg yigit” şəklində əksini tapır: Bazirgan aydır: “Yigit, yigit, bəg yigit! Sən bənim ünüm anla, sözüm dinlə!”; Bazirganlar aydır: Bəg yigit, bizə sən ərlik işlədin. Gəl imdi bəgəndigin maldan al!- dedilər.
“Hey” müraciət forması boyun dilində geniş işləklik hüququ qazanmışdır. Bu müraciət şəklinin işlənmə vəziyyətinə baxaq: Banıçiçək aydır: “Hey, hey, dayələr, babam mana bən səni yüzi niqablu Begrəgə vermişəm”,- derdi; “Hey, bəg yigit, bizə dəxi bu keyikdən pay ver!” dedi; Beyrək qalqdı, ağlayu-ağlayu qırq yigidin yanına gəldi. Aydır: “Hey, mənim qırq yoldaşım!”; Dədə Qorqud: “Hey, oğul Qarçar, adama uş bögələk kibi bunludar…..”- dedi; Dəli Qarçar aydır: “Hay, Dədə Sultan, Tanrı bunun simüzin də alsın, aruğın da alsun! Haman qapıdan tışarı eylə, mədəd!”- dedi.
Titul, rütbə, vəzifə, təbəqələşməni ifadə edən müraciət etiketləri də “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun dilində heç də az deyil. “Bəg oğlı bəg”, “sultanım”, “mərə dayələr”, “mərə ozan” tipli müraciət etiketlərinə əyani misaldır. Qız aydır: “Çün böylə oldı, həman imdi ilərü durmaq gərək, bəg oğlı”- dedi; Qızlar aydır: “Vallah, sultanım, bu yigit yüzi niqablı yaxşı yigitdir. Bəg oğlı bəg imiş”, – dedilər; Banıçiçək otaxdan baqırdı. “Mərə dayələr, bu qavat oğlı qavat bizə ərlikmi göstərir?”;
Yenə qız aydır:
Mərə ozan! Qarşu yatan qara dağdan
Aşub gəldigində-keçdigində
Beyrək aldı bir yigidə bulışmadınmı? (4, 68).
Ailə münasibəti, qohumluq əlaqələri ilə bağlı olaraq işlədilən müraciət etiketləri qədim oğuz türklərinin məişət həyatını, təfəkkürünü ortaya qoyan ifadələrdir. Bu qəbildən olan müraciət etiketlərində ata-oğul doğmalığından irəli gələn sevgi, el ağsaqqalına hörmət, gəlinə münasibətoğuz etnik, əxlaqi dəyərlərinin ifadəsi şəklində çıxış edir. Beyrək aydır: “Bəli, pəs, əvət, ağ saqallu əziz baba, mənim dəxi istədigüm oldur”, – dedi;
“Oğul! Dünlügi altun ban evimin qəbzəsi oğul!
Qaza bənzər qızımın-gəlinimin çiçəgi oğul!
Görər gözüm aydını oğul!
Tutar belüm qüvvəti oğul!
Qalın Oğuz imrəncəsi, canım oğul!”- deyübən
çoq ağladı,
Allahına şükrlər eylədi” (4, 76).
Atanın “Altun uca evinin qəbzəsi”, “qız-gəlinin çiçəyi”, “aydın görən gözü”, “tutan belinin qüvvəti” adlandırdığı oğluna müraciətində oğuz mentalitetindən irəli gələn münasibət bilavasitə əksini tapır və “Ata evin biləyi, oğul yıxılan evin dirəyidir” atalar sözü ilə birbaşa səsləşir.
“Dilün içün öləyin, gəlincigüm!
Yoluna qurban olayın, gəlincigüm!
Yalansa bu sözlərin, gerçək ola gəlincigüm!
Sağ-əsən çıqub gəlsə,
Qarşu yatan qara dağlar sana yaylaq olsun!
Sovuq-sovuq suları sana içət olsun!
Qulum-xəlayığım sana qırnaq olsun!
Şahbaz atlarım sana binət olsun!
Qatar-qatar dəvələrim sana yüklət olsun!
Ağayılda ağca qoyunum sana şülən olsun!
Altun aqçam sana xərclıq olsun!
Dünlügi altun ban evim sana kölgə olsun!
Qara başım qurban olsun sana, gəlincigüm!- dedi” (4, 75).
Beyrəyin nitqindən verilən nümunədə sevənin sevdiyinə arzu alqış etiketlərində ifadə olunmuş, “gəlincigüm” müraciət etiketi isə əzizləmə, oxşama məqsədilə işlədilmişdir.
Könül verib sevdiyinin ölüm xəbərini alan nişanlı qızın ah-naləsini bildirildiyi Banuçiçəyin nitqində bədbəxt hadisədən doğan təəssürat yer almış və ona qarşı sevgisi müraciət etiktlərində ifadəsini tapmışdır. Güz alması kibi yanağın yırtdı:
Vay, göz açub gördigim!
Könül verib sevdigim!
Vay, al duvağum iyəsi!
Vay, alnum-başım umudı,
xan Beyrək!- deyü ağladu (4, 62)
Bəy oğlu bəyə öz sədaqətini bildirən naibin dilində də ağasına sevgi və hörmətdən doğan münasibət alqış etiketindən istifadə ilə əks olunmuşdur. “Naibi qılınıcın sıyırdı, əlinə aldı. “Mənim başım Beyrəgin başına qurban olsun!”- dedi.
Salamlaşma, qarşılaşma məqamı ilə işlədilən “əleyk-əssalam” sözü oğuzların dini mənsubiyyətinə işarə edir, islam təfəkkürünün dildə ifadəsi kimi səslənir. “Dəli Qarçar ağzın köpükləndirdi. Dədə Qorqudun yüzinə baqdı. Aydır: “Əleyk-əssalam! Ay əməl azmış, feli dönmüş, qadir Allah ağ alnına qada yazmış!….”- dedi.”– cümləsində xoş münasibət yaratmayan müraciət etiketlərinə də rast gəlinir ki, bu da Dəli Qarçar mənfi xarakter səciyyəsindən irəli gəlir.
“Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənən ayrılma məqamı ilə bağlı işlədilən nitq etiketlərinin təsnifatını verən prof. Ə.Tanrıverdi “Baybörə oğlı Bamsı Beyrəyin boyu”ndakı ayrılıq etiketlərinə də nəzər salımışdır.Yola salanların gördüyü işin təsviri və yola düşənin dilində ayrılma etiketinin işlənməsi: “…. Dədə Qorqudun sözi məqbul gəldi. Vardılar, bayındır xanın tövləsindən ol eki atı gətürdilər. Dədə Qorqut birin bindi, birin yetdi. “Yaranlar, sizi Haqqa ismarladım!”- dedi, getdi” (3, 97).
Yola düşənin heç nə demədən, vidalaşmayıb getməsi, yola salmalı olanların isə onun dalınca xoş sözlər söyləməsi: “Yigit barmağını ısırdı, aydır: Bunda minnətlə almaqdan isə, anda babam yanında minnətsiz almaq yegdir!”, – dedi; Yola salanın hədə-qorxu məzmunlu son cümləsinə görə yola düşənin heç nə demədən getməsi: “…Əgər bu dedigim nəsnələri gətürərsinüz, xoş, verdim. Əmma gətürmiyəcək olursan, bu qatla öldürmədim, ol vəqtin öldürərin!- dedi. Dədə döndi, Baybörə bəgin evlərinə getdi (3, 98).
Yola salan və yola düşənin dilində işlənmiş son cümlələrin ayrılma etiketləri funksiyasında çıxış etməsi: Qız aydır: “Çün böylə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!- dedi. Beyrək dəxi: “Nola, xanım, baş üzərinə!” – dedi (3, 101).
“Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun sonunda Dədə Qorqudun dilindən yum verilir, el ağsaqqalı bu zaman alqış etiketlərindən istifadə edir: “Dədəm Qorqud gəldi, şadlıq çaldı. Boy boyladı, soy soyladı. Qazı ərənlər başına nə gəldigün söylədi. “Bu Oğuznamə Begrəgin olsun!”- dedi. Yum verəyin, xanım:
Yerlü qara dağların yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Ağ saqallu baban yeri uçmaq olsun!
Ağ birçəkli anan yeri behişt olsun!
Oğulla qarındaşdan ayırmasun!
Axır vaqtında arı imandan ayırmasun!
“Amin! Amin! Deyənlər didar görsün!
Yığışdırsun, durışdırsun günahınızı
Adı görklü Məhəmməd Mustafa yüzi suyuna
bağışlasun, xanım, hey!…”(4, 77).
“Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun timsalında “Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənən nitq etiketlərinə nəzər salınması onlara tarixilik və müasirlik aspektindən yanaşılmasına imkan yaradır.
Ədəbiyyat:
1. Abdullayev B. “Kitabi-DədəQorqud”da nitq etiketlərinin etnomifik poetikası. Bakı: Elm, 2007, 100 s.
2. Cəfərov N. Xanım, hey!. Bakı: 1999
3. Tanrıverdi Ə. “Dədə Qorqud kitabı”nın dil möcüzəsi. Bakı: “Nurlan”, 2008, 184 s.
4. “Kitabi-Dədə Qorqud” (əsil və sadələşdirilmiş mətnlər). Bakı: Öndər, 2004, 376 s.
5. “Kitabi-Dədə Qorqud” ensiklopediyası. 2 cilddə. II cild. Bakı:Yeni Nəşrlər Evi, 2000, 567 s.
Valiyeva Tahmina
A EPOS OF “KİTABİ-DADA QORQUD” İN THE LANGUAGE “BAYBORA OGLI BAMSI BEYRAK BOYU”S PROCESSED SPEECH ETİQUETES.
SUMMARY: Ethnic-national thinking of ancient oghuz turks have been used in epos language of “Kitabi-Dada Qorqud” different speech etiquettes. In “Baybora oglı Bamsı Beyrayin boyu” of epos was included on occasion of vocativation, congrulation, happines and in permission, oathing, meeting situations used speech etiquettes. “Baybora oglı Bamsı Beyrayin boyu” in the epos narrative language of “Kitabi-Dada Qorqud” have a look used speech etiquettes by historical and contemporarial aspects. -
Təhminə VƏLİYEVA.”BƏXTİYAR VAHABZADƏNİN “FƏRYAD” PYESİNDƏ NƏSİMİLİK VƏ İNSAN PROBLEMİ”
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.valiyevatahmina@gmail.com
Açar sözlər:İmadəddin Nəsimi, hürufizm, nəsimilik, insan idealı, dövrə münasibət, ictimai problemlərin əksi
Key words:İmadaddin Nasimi, hurufism, nasimism, the ideal of “human”, occasion to the period, reflection of social problems
Ключевые слова:Имададдин Насими, хуруфизм, насимизм, идеал “человека”, повод к периоду, отражение социальных проблемBütün tarixi dövrlərdə şair və yazıçılar dövrə, zəmanəyə qarşı öz etirazını bildirmək üçün müxtəlif priyomlardan istifadə etmişlər. Məhz bu məqsədlə, XIV əsrdən etibarən əfsanələşən şəxsiyyət – İmadəddin Nəsimi obrazı ədəbiyyata gətirildi. Baş verənlərə şair üsyankarlığı ilə cavab vermək xüsusiyyəti Bəxtiyar Vahabzadə üçün də yad deyildi. O, hər zaman ya bir şeir, ya bir misra, ya irihəcmli bir poema yaxud pyeslə ya birbaşa, ya da dolayı şəkildə olaylara öz etiraz səsini ucaltmışdır. “Fəryad” pyesində Nəsimi obrazından istifadə təsadüfi xarakter daşımır. Nəsiminin pyesdə obraz seçilməsi hürufizmin insan konsepsiyası və İ.Nəsiminin cəsur, əqidəsinə sadiq şəxsiyyəti ilə daha çox bağlıdır.
Nəsimilik fəlsəfəsinə əsaslanan pyes B.Vahabzadənin ikinci tarixi dramıdır və 1984-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulmuşdur. Ədəbiyyatşünas Qulu Xəlilov “Bəxtiyar Vahabzadə bir dramaturq kimi heç bir pyesində “Fəryad”dakı qədər yetkin, bitkin və dərin görünməmişdir” sözləri ilə “Fəryad” pyesinin ədibin ən uğurlu səhnə əsəri olduğunu bildirir. Tədqiqatçı Fəridə Səfiyeva isə pyesin adının çoxproblemli mənasına diqqəti cəlb edərək yazırdı: “bu ad tarixi planda, müasir dünyagörüşü və düşüncəsi baxımından ancaq çarəsizlik, gücsüzlük, köləlik barədə assosiativ fikirlər doğurmur, əksinə insanlara tarixi taleyi və gələcəyi barədə ciddi xəbərdarlıq ruhu ilə yüklənmiş hayqırtı təsiri bağışlayır” (2, səh. 107).
Faciədə konkret olaraq ustad Nəsiminin obrazı olmasa da, Nəsimi aşiqləri olaraq iki Nəsimi obrazı yaradılmışdır. I Nəsimi obrazında təmsil olunan Həllaci Musa da və II Nəsimi də Nəsimi ideyalarını yaşatmaq, Nəsimini ölməzliyə qovuşdurmaq üçün öz canlarından belə keçməyə hazırdırlar. Bu, Vəliəhdin I Nəsimini ölümdən azad edərkən onun “O böyük insanın yaşaması naminə ölüm – həyatdır mənə” (4, səh.134) deməsi, öz ölümünü Nəsiminin yaşamasından üstün tutması səhnələrində bariz şəkildə nəzərə çarpır. II Nəsiminin dilindən verilən “Nəsimi yolunda ölənlər ki var, Yoxdur Nəsimiyə ölüm dünyada” (4, səh. 119) fikri pyesin əsas qayəsini təşkil edir. Yeddi şəkildən ibarət olan mənzum faciədə hadisələr nəsimilərin şah sarayına gətirilib həbsə salındığı zamanda cərəyan edir. İki filosofdan hansının ölkəni lərzəyə salan Nəsimi olması üzərində pyesin konflikti qurulur. Başdan-başa hikmətlə dolu olan əsərin fəlsəfi qatı nəsimilərin dustaqlarla söhbətində açılır. Məhbus Rəhmanın “sizi niyə tutublar?” sualına I Nəsiminin “düşünmüşük” deyə cavab verməsi şairin azad söz söyləmək, azad fikir bildirmək imkanını Nəsimi zamanında əldən alındığı kimi, B.Vahabzadə dövründə də müasir olduğuna işarədir. Yaxud məhbus Sübhanın “bəs necə düşünməli?” sualını II Nəsiminin “öz idrakın sönməli, öz fikrindən dönməli, Hakimiyyət sahibi hər necə düşünürsə, Bax, elə düşünməli” (4, səh.114) şəklində şərh etməsi həmin dövrdə partiya təfəkkürlülüyünün aktuallığını göstərən vacib faktordur.
I Nəsiminin II Nəsimini ölümdən qorumaq və özünü ölümə vermək üçün səyi qarşısında “Ancaq onu bil ki, bəxşiş bir həyat, Mənə ağır gələr ölümdən yüz qat” (4, səh.118) sözlərini işlətməsi Nəsimi cəsurluğunun, qorxmazlığının göstəricisi, Nəsimi ucalığının ifadəsidir. Həyatın bütün iztirablarını dadan nəsimilər ölümdən nəinki qorxmur, onu kamilliyə çatmaq vasitəsi hesab edirlər. “Nəsimi olmaq” bütün nəsimilərin ən uca məqamı, “Nəsimitək allahın yolunda ölə bilmək” arzusu onların ən ali istəyidir. Nəsimilər insanın bütün ideoloji mübarizəsində sonadək vuruşurlar. Pyesdə II Nəsimi ilə I Nəsimi arasında gedən sorğu-suallaşma əsərin diqqətə çarpan cəhətlərindəndir. Bu dialoqlarda hürufizmin təməl prinsipləri Bəxtiyar Vahabzadə dilindən şərh olunur.
İmadəddin Nəsimi fəlsəfəsində ali kateqoriya olan İnsan problemi “Fəryad”da da mərkəzi problemdir. F.Səfiyeva B.Vahabzadənin həqiqət axtarışlarının yekununun insan olduğunu bildirir: “… Bəxtiyar Vahabzadə “Fəryad”da sanki bu həqiqəti tapmışdır: Ən böyük həqiqət insan, ona xidmətdir” (2, səh. 116). B.Vahabzadə insanın qul deyil, yaradan olduğunu bildirmək, insanın qüdrəti öz daxilində axtarmasına nail olmaq və insanın öz aliliyini, ucalığını dərketməsi üçün nəsimiliyə müraciət edir. Nəsimilərin timsalında “allah”, “vəhdət”, “insan”, eşqin “idrak”la yaxud “qəlblə” dərk edilməsi məsələləri üzrə İnsan konsepsiyası şərh olunur. Məsələn, II Nəsiminin “Allaha çatmağın nə imiş yolu?” sualını I Nəsimi “qəlbin gözü yanmazsa görünməz gözə allah” (4, səh.120) şəklində cavablayır. Yaxud “II Nəsimi: Allah! Bilirik, cisim deyil, bəs nədir allah?”, “I Nəsimi: Ən yüksək olan haqda, həqiqətdədir allah… Dondunsa təkamül və gözəllik qabağında, Dərk et, bu təəccübdə, bu heyrətdədir allah”, “II Nəsimi: İnsan nə imiş?” “I Nəsimi: Gizlidir insandakı qüdrət, Hər kəs onu fəhm etməsə acizdir o, əlbət” (4, səh.120); “II Nəsimi: Vəhdət nə demək?” “I Nəsimi: Gizlidir hər zərrədə vəhdət, Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət!” (4, səh.121); “II Nəsimi: Bəs söz nə demək?” “I Nəsimi: Mən bir ağacam, yarpağı – sözlər, kökü – fikrim, Sözlərdə deyil, sözdəki hikmətdədir allah”; “II Nəsimi: Bəs zülmə sözün? I Nəsimi: Zülmün üzünə haqq deyilən silləni çəksən, Silləndə möhürlənmiş o qeyrətdədir allah” (4, səh.121); “II Nəsimi: Son məqsəd “Ənəlhəqmi?” “I Nəsimi: Bir pillədə durdunsa “Ənəlhəq” demək olmaz, Ülviyyətə çatmaqdakı niyyətdədir allah” (4, səh.122)
I Nəsiminin II Nəsimiyə ünvanladığı suallara verilən cavabda hürufizmin “Allah”, “eşq”, “insan”, “qəlb” konsepsiyası öz şərhini tapır. İdrakı ülviyyətin, eşqin bir pilləsi sayan I Nəsiminin “hər arzunun, hər məqsədin, hər niyyətin, eşqin, Son həddi, axır nöqtəsi yoxmu? (4, səh.122) sualında həllaciliyin eşqin idrakla dərki məsələsinə II Nəsimi hürufi mövqedən münasibət bildirir: İdrakdan əzəl qəlbini dindir. Qəlbin özü göydən də dərindir. Öz qəlbinə dalmazsa, cəhalətdədir insan (4, səh.123). Yaxud I Nəsiminin “Öz nəfsinə uyduqda bəs nədir insan?” sualına II Nəsimi “Dünyasına dünyada xəyanətdədir insan… Öz nəfsinə qul olsa, cəhənnəm əzabında, Öz nəfsinə qul olmasa, cənnətdədir insan” (4, səh.123) şəklində cavablayır. II Nəsiminin eşq barədə fikirləri – “Yoxdu sözüm, eşq yenilməz. Vəslində gülən aşiqə aşiq ki deyilməz. İnsan dediyin vəsl ilə insan ola bilməz. Çırpıntıda, sarsıntıda, həsrətdədir insan (4, səh.124)” də maraqlıdır. Göründüyü kimi, burada eşq və vəsl qarşılaşdırılır, eşq vəsldə deyil, insani keyfiyyətlərə malik olmaqda, insan olmaqdadır. Məhz kamil insan eşqi dərk edə, duya bilər. Nəsimilər arasında gedən dialoqlaşmada dinləyici olan dustaq Rəhmanın II Nəsimiyə ünvanladığı “Bəs bir belə kamil ikən insan, Alçaqlığı, yaltaqlığı hardan?” fəlsəfi suala cavab Nəsimi dövründə də, Bəxtiyar Vahabzadə dövründə də aktual olan problemlərin kökünün axtarılmasına sövq edir. Məhz bu cavab da elə Nəsiminin dilindən verilə bilərdi. Sözün qüdrəti ilə sarayları, neçə-neçə hökmdarları dizə gətirmək Nəsimiyə xas cəhətdir. Məhz hər vəziyyətdə doğrunu dilə gətirmək, insanı qul deyil, kölə deyil, allah səviyyəsinə qaldırmaq, onu şahlar qarşısında əydirməmək Nəsimilik tələb edir. Bu baxımdan, Nəsimi obrazı əsərdə mükəmməl şəkildə işlənmişdir. Yaşar Qarayev və Şamil Salmanovun birgə ərsəyə gətirdiyi “Poeziyanın kamilliyi” kitabında yer alan qeyd də – “Öz iri hərfli İnsan (!) idealı ilə Nəsimi orta əsrlərdən çıxıb humanizmin yenə də sınaqdan keçdiyi ideya döyüşlərində iştirak edir” (1, 163) pyesdəki Nəsimi səciyyəsini vermək baxımından çox maraqlıdır.
II Nəsimi: İnsanı ucaldan ulu bir eşq, dəyanət,
Alçaldan isə … qorxu, xəyanət.
Qorxduqsa ölümdən və əcəldən
İnsanlığı verdik demək əldən.
Qorxduqsa əgər zülmdən, haqdan keçər olduq.
Qorxduqsa əgər, zülmə qul olduq, nökər olduq. (4, səh.124)
Pyesdə Vəliəhdin məhbuslarla görüşü, onlarla söhbətləşməsində ictimai problemlər daha qabarıq şəkildə öz əksini tapır. Məhz bu epizodda B.Vahabzadənin öz fəryad səsini ucaltmaq üçün şərait yaranır,ürəyindən keçəni söyləmək imkanı ələ düşür. B.Vahabzadənin Nəsimisayağı fəryadı çoxsəciyyəli, çoxproblemlidir. Rüşvət aldığına görə həbs olunan Rəhmanın dilindən verilən “əgər alan olmasa, verən olmaz vallahı” sözləri ilə rüşvətxorluğun aşağıdan-yuxarıya “ötür-ötür oyunu” olduğuna işarə edilir. Məhbus Kəramətin qazandığını töycüyə (vergi növü- T.V) çıxan və onu el arasında təhqir edən kəndxudanın qulağını kəsməyinə görə tutulması epizodunda ciddi ictimai naqislik – vergilərin ağırlığı məsələsi diqqətə çatdırılır. Vəliəhdin “şikayət eləyəydin” deyiminə Kəramətin “qılınc özünü kəsməz” şəklində verdiyi cavab olduqca düşündürücüdür. Skeptiv düşüncəli məhbusa – Şəkkaka şübhəcilliyinə görə “dəli” damğası vurulub həbsə atılması da bir başqa faciənin əksidir. Dustaq şairlərin “biz fikir dustağıyıq” sözü Nəsiminin düşündüyünə görə həbsə məhkum edilməsi ideyasının tamamlayıcısıdır. Bəxtiyar Vahabzadənin “Fəryad”dakı etirazkar qəhrəmanlarının hər birinin nitqində bir filosofanəlik var. Hadisələrə fəlsəfi yanaşma B.Vahabzadənin ən başlıca keyfiyyətlərindən biridir. Məsələn, şairin “xoşbəxtlərə yetişməz bədbəxtlərin naləsi” kəlməsi, Rəhmanın “çöldə azad gəzənlər azadmıdır de məgər?” sualı, Dəyanətin “zamana bax, zamana, İndi bilib qanmağın əzabı var insana”, “əgər qəlbi dərindirsə səmalar qədər, Çatmaz topuğuna təriflər onun”, Şəkkakın “yaşamaq istəsən, lal ol, dinmə, sus”, Loğmanın “verdiyi nə varsa geri alarmış, Dünyanın qəribə oyunu varmış” kimi ifadələr fikrimizi təsdiqləyər. Vəliəhdi ölkədəki vəziyyətlə tanış etmək üçün özlərini rüşvətxor, qisaskar, dəli adlandıran bu məhbusların, sözün həqiqi mənasında, “fikir dustağı” olmaları aydın görünür.
Bir miqdar pul müqabilində Zahidə casusluq edən Lalın oyunun üstünün açılması epizodunda dustaqlar arasında lal bilinən birinin məkrli niyyəti ifşa olunur. Gözətçinin “ağlım olmasaydı, ağıllıların ağlına gözətçi olardımmı mən?” (4, səh.166) II Nəsimiyə istehza ilə sual etməsi təəssüfedicidir. Yaxud onun II Nəsimiyə I Nəsimi barədə xəbər vermək üçün rüşvət tələb etməsi və “Ey, pulsuz ucalıq gərəyim deyil, Pullu alçaqlığı mənə ver amma” (4, səh.167) deyimi ilə pulu hər şeydən, ucalıqdan üstün tutması acınacaqlıdır.
Pyesdə ata-oğul ziddiyyəti aparıcı xəttdir. Övladına görə təhqir olunan atalar ilə həqiqi sözə qoşulan oğullar bu ziddiyyətin təşkilediciləridir. Bu baxımdan, həllacilərə qoşulan oğulla – Dəyanət ömrünü satqınlığa, din, şəriət adı altında çirkin əməllərə sərf edən ata – Zahid obrazı əsərdə uğurlu şəkildə işlənilmişdir. Hər zaman oğlunun şəhid olmasına görə fəxrlə danışan Zahid oğlu Dəyanəti Həllaci Musanın meyidini oğurlayıb torpağa tapşırdığını öyrənəndə sarsılır. Bu paraleldə daha bir ata-oğul obrazı – Çalpapaqla hürufilərə qoşulan Tural yaradılmışdır. Ancaq Çalpapaq Şirvanda yaşayan adi kəndlidir. Ata-oğul qarşıdurması Əmirlə Vəliəhd arasında da yaşanır. Nəsimi sözünün böyüklüyü, mənəvi kamilliyi qarşısında aciz qalan Vəliəhd onu da müridliyə qəbul etməsi üçün yalvarır. Vəliəhd obrazı sarayın iç üzünü görüb, həbsdəki fikir adamlarının təsirinə düşüb həqiqətə – mənəvi kamilliyə yetişmək istəyən insan obrazıdır. “Ata məsləkini tapdayan övlad atanın əlilə boğulmalıdır!” deyə Zahidə, Çalpapağa, Dəyanəti sevən, Loğmanın qızı Ayparaya görə atasına tənə edən Əmir oğlunun da saraydan üz döndərdiyini biləndə Nəsimi qüdrəti qarşısında aciz qalır. Ata-oğul ziddiyyətində həm də iki bir-birinə zidd düşüncəli insanlar təcəssüm olunur. Bu ziddiyyətlərdə fatalizmin insanı məhvə, nəticəsizliyə apardığı ideyası Zahidin timsalında verilir. Ömrü boyu qorxu ilə yaşamağın heçliyi məsələsi isə Turalın dilindən verilən “o qədər qorxmuşam ki, həyatdan, Zərrəcə qorxmuram ölümdən daha” (4, 197) fikirdə əksini tapır. Əmirin “Zahid, bu adamın kini, nifrəti başqadır, düşməni ehkam, din deyil, Mənim zülmümdəndir hər şikayəti, Mənim məbusumdur, o, sənin deyil!” (4, 197) sözləri ilə ədib özünüifşa üsulundan məharətlə istifadə etmiş, onun əməllərini öz dili ilə vermişdi. Əmirin bu sözlərində həm də, dinsizlikdə günahlandırılan şairin din düşməni olmadığı bildirilir.
Bəxtiyar Vahabzadənin dram yaradıcılığı üçün səciyyəvi olan cəhət – “ikinci səs”, teyf məsələsi burada da özünü göstərir. Vəliəhd Dəyanətin timsalında “ikinci səs”ini eşidir, öz vicdan səsini duyur. Məhz əsərdəki bu surət xarici təsirlər nəticəsində dəyişən obrazdır.B.Vahabzadə dramaturgiyası üçün xas olan digər bir cəhət dünyaya sığmayanların “çərçivə”yə salınması xətti “Fəryad” pyesində də izlənilir. Bu, azad ruhlu nəsimilərin həbsə atılması və Vəliəhdin əqlinin illərlə saray ehkamı ilə çərçivələnməsi süjetlərində əksini tapır. Aypara obrazı isə özünü bilən, əqidəsinə sadiq qadın obrazıdır. O, insanın qüdrətinin öz içində olduğuna inanır.
Pyesin sonunda nəsimilərin öldürülməməsi simvolik məna daşıyır. Dünya durduqca, nəsimilər var olduqca Nəsimiyə ölüm olmaması ideyası finalda da izlənilir. Bu mənada, Turalın monoloqu olduqca təsirli səslənir.
Mərdliyə çağırır bu gün hər kəsi,
Dərisi soyulan şairin səsi.
Uzaq əsrlərdən gəlir nəfəsi,
Diri dünyamıza ölü dünyanın (4, səh.212)
Bu nitq Nəsiminin ölməzliyinin, əbədiyaşarlılığının şairanə ifadəsi və həm də Bəxtiyar Vahabzadənin mərdliyə çağırış səsidir.
Ədəbiyyat:
1. Qarayev Y., Salmanov Ş. Poeziyanın kamilliyi. Bakı, Yazıçı, 1985
2. Səfiyeva F. Bəxtiyar Vahabzadənin dramaturgiyası (filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya). Azərbaycan Respublikası Təhsil Nazirliyi, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Univeristeti, Bakı, 1997
3. Xəlilov Q. Kamillik, bütövlük // Kommunist, 1984, 11 may
4. Vahabzadə B. Özümlə söhbət (şeirlər, dram və poemalar). Bakı, Azərnəşr, 1985, 264 s.BƏXTİYAR VAHABZADƏNİN “FƏRYAD” PYESİNDƏNƏSİMİLİK VƏ İNSAN PROBLEMİXülasə:Görkəmli ədib Bəxtiyar Vahabzadə “Fəryad” pyesini 1984-cü ildə qələmə almışdır. Bu, onun ikinci tarixi faciəsidir. Yazıçı nəsimilik fəlsəfəsinə əsaslanaraq insan, insanın özünüdərki və həyata baxışı problemini qoymuşdur. Buna görə də əsərdə iki Nəsimi obrazı yaradılmışdır. Nəsimi sənəti və nəsimilik var olduqca Nəsimi heç vaxt ölməyəcək – bu əsərin əsas ideyasıdır. Pyesdə İmadəddin Nəsiminin bir şəxsiyyət kimi keyfiyyətlərinə daha çox diqqət yetirildi. Nəsimi cəsur sözün, əyilməz iradənin, dönməz əqidənin təmsilçisidir. Məhz bu cəhət öz dövrünün qüsurlarını açıb göstərən Bəxtiyar Vahabzadənin yazıçı niyyətinə daha çox uyğun gəlmişdir. Saray ehkamlarının kor etdiyi Vəliəhd də Nəsimi işığı ilə aydınlanır. Günahsız yerə həbs edilən məhbuslarla söhbət dövrün mənzərəsini verməyə kömək edir. Nəsimilərin arasında gedən dialoqlarda isə hürufiliyin təməl prinsipləri Bəxtiyar Vahabzadə dilindən şərh olunur.
Tahmina ValiyevaNASİMİSM AND THE PROBLEM OF HUMANİN THE PLAY “FARYAD” (SCREAM)Summary:Well-known writer Bakhtiyar Vahabzade wrote “Faryad” (Scream) in 1984. İt is his second historical tragedy. The writer gave human, the problems of human self-perceptions and review to life, it based on nasimism. That’s why it was created two Nasimi characters. Nasimi will never die as long as exist of Nasimi art and nasimism – it is the main idea of this work. İt was taken attention to İmadaddin Nasimi’s character as a person in this play. Nasimi represents the brave word, irreconcilable will, irreversible belief. He is the character of a great poet who died fearlessly and subjugated to the kings with the power of his words. This feature is compatible with the writer intention of Bakhtiyar Vahabzade, who reveals the flaws of his time. The Valiahd is also illuminated by the light of Nasimi who was blinded with the tenets of the palace.Talking to prisoners imprisoned as innocent can help the period at a glance. İn the dialogue between nasimis, the basic principles of hurufism are explained by Bakhtiyar Vahabzade.
Тахмина ВалиеваНАСИМИЗМ И ПРОБЛЕМА ЧЕЛОВЕКАВ ПЬЕСА БАХТИЯРА ВАХАБЗАДЕ «ФАРЯД» (КРИК)Резюме:Известный писатель Бахтияр Вахабзаде написал «Фаряд» (Крик) в 1984 году. Это его вторая историческая трагедия. Писатель подарил человеку проблемы человеческого самовосприятия и рецензии на жизнь, основанную на нацизме. Поэтому было создано два персонажа Насими. Насими никогда не умрет до тех пор, пока существуют искусство Насими и насимизм – это главная идея этой произвдения. В этом пьеса было обращено внимание на характер Имададдина Насими как человека. Насими олицетворяет смелое слово, непримиримую волю, безвозратную веру. Эта особенность совместима с намерением писателя Бахтияра Вахабзаде, который раскрывает недостатки своего периода. Валиахд также освещается светом Насими, который был ослеплен принципами дворца. Разговор с невиновныйзаключенными в тюрьму, может помочьпериодувзгляда. В диалоге между насимии основные принципы хуруфизмакомментироваетБахтияром Вахабзаде. -
Moskvada keçiriləcək uşaq rəsm müsabiqəsinə şəkillər göndərildi
Xəbər verdiyimiz kimi, Müstəqil dövlətlərin Kitabyayımı Assosiasiyası Rusiya Federasiyası Mətbuat və Kütləvi Kommunikasiyalar Federal Agentliyinin tapşırığı ilə Uşaq Kitabı Həftəsi çərçivəsində uşaq rəsmi müsabiqəsini təşkil edəcək. Xatırladırıq ki, müsabiqə ənənəvi olaraq 1943-cü ildən keçirilir.
Bakı səhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) ikinci dəfədir ki, müsabiqədə iştirak edir. Oxucularla virtual rejimdə işləyən M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası altı ən yaxşı rəsmi seçərək Moskvada keçirilən müsabiqəyə göndərdi.
Müsabiqəyə Böyük Vətən müharibəsində qələbənin 75-illiyinə həsr olunmuş rəsm, 2020-ci ilin yazıçı-yubilyarlarının H.X.Andersenin nağıllarının və A.Sent-Eksüperinin “Balaca şahzadə” əsərinin motivlərinə çəkilmiş şəkillər də təqdim oludu.
Müsabiqədə iki yaş kateqoriyası üzrə uşaqlar iştirak etmişdirlər: 1-ci kateqoriya –5 – 11 yaş; 2-ci kateqoriya – 12 – 16 yaş.
Moskvada keçirilən müsabiqəyə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Aminə Hidayətli, Surə Sadiqova, Mədinə Həmzətovanın, habelə 6 №-li liseyin və 46 №-li orta məktəbin şagirdləri İradə Hacızadə və Anastasiya Bekeşanın çəkdiyi rəsmlər göndərilmişdir.
-
14 mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlıyazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı
Ailəsi
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim MəmmədxanlıGöyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarındandır.
Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.Həyatı
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il[1].
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.
Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.Fəaliyyəti[redaktə | əsas redaktə]
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
Anar və Ziya Bünyadov
1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.
Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib[2].Mükafatları
- Azərbaycan SSR əməkdar incəsənət xadimi —[3]
- Azərbaycan SSR Dövlət mükafatı —[4]
- Azərbaycan Respublikasının Xalq şairi
- “İstiqlal” ordeni
- “Şöhrət” ordeni
- “Şərəf” ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- “Heydər Əliyev Mükafatı”
- “Humay” mükafatı
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
- Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Şərəf” medalı
- “Üzeyir Hacıbəyli” medalı [5]
Əsərləri
- Ağ liman
- Ömür yolu. Yaradıcılığı
- Beşmərtəbəli evin altıncı mərtəbəsi
- Əlaqə
- Vahimə
- Yaxşı padşahın nağılı
- Otel otağı
- Mütləq görüşərik
- Qırmızı “Limuzin”
- Gürcü familyası
- Dantenin yubileyi
- Şəhərin yay günləri
- Təhminə və Zaur
- Mən, sən, o və telefon
- Macal
- Sizsiz
- Ağ qoç, Qara qoç
Tərcümələri
Filmoqrafiya
Filmin adı İl Ssenari müəllifi Əsər müəllifi Quruluşçu rejissor Aktyor İştirakçı Haqqında Filmin növü Dəniz 1965 Qısametrajlı sənədli film Torpaq. Dəniz. Od. Səma 1967 Tammetrajlı bədii film Qobustan 1967 Qısametrajlı sənədli film Hər axşam on birdə 1968 Tammetrajlı bədii filmi Bu, Səttar Bəhlulzadədir 1969 Qısametrajlı sənədli televiziya filmi Gün keçdi 1971 Tammetrajlı bədii film Nəsimi 1971 Qısametrajlı sənədli film Gecə işıqları 1972 İki hissəli bədii film Yığıncaq 1972 Xatirələr sahili 1972 Tammetrajlı bədii film Var olun, qızlar… 1972 Tammetrajlı bədii film Dədə Qorqud 1975 Tammetrajlı bədii film Daşlar danışanda 1976 Qısametrajlı sənədli film İşgüzar adamlar (film, 1977) 1977 “Mozalan” süjeti Dantenin yubileyi 1978 Tammetrajlı bədii film Ötən ilin son gecəsi 1978 Tammetrajlı televiziya tamaşası Üzeyir ömrü 1981 Tammetrajlı bədii film Ötən ilin son gecəsi 1983 Tammetrajlı bədii film Qəm pəncərəsi 1986 Tammetrajlı bədii film Ssenari müəllifi və quruluşçu rejissor olduğu bədii filmlər
- Sözsüz mahnı (film, 1972) (ssenari müəllifi) (quruluşçu rejissor)
- Evləri köndələn yar (film, 1982) (ssenari müəllifi)
- İmtahan (film, 1987) (ssenari müəllifi);
- Əlaqə (film, 1989) (ssenari müəllifi);
- Təhminə (film, 1993) (ssenari müəllifi);
- Otel otağı (film, 1998) (ssenari müəllifi);
- Nigarançılıq (film, 1998) (ssenari müəllifi)
- Cavid ömrü (film, 2007) (ssenari müəllifi)
- Sübhün səfiri (film, 2012) (ssenari müəllifi)
Əsərləri əsasında çəkilmiş bədii filmlər
- Hər axşam saat 11-də (film, 1969) SSRİ, Mosfilm (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında)
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (Anarın eyniadlı romanı əsasında);
- Sizə məktub var (film, 1998) (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında)
- Aktyorun əsgisi (film, 2004) TRT. Türkiyə. (Anarın “Dantenin yubileyi” povesti əsasında) (ssenari müəllifi Atilla Engin, quruluşçu rejissor Feyzi Tuna, operator Koksan Kolkal, bəstəkar İlyas Mirzəyev. Rollarda Fərhan Şensoy, Suna Kesgin, Rasim Öztəkin və b.);
- Tilsim (film, 2005) (Anarın “Vahimə” hekayəsi əsasında).
- “Ve telefon”. Türkiyə. (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında); rejissor Nuran Evren.
- Mən, sən, o və telefon (film, 2014) (Anarın eyniadlı əsəri əsasında)
Ssenariləri əsasında çəkilmiş sənədli filmlər
- Aşıqlar (film, 1983) (ssenari müəllifi);
- Daş saatın səsi (film, 1985) (ssenari müəllifi);
- Dədə Qorqud dühası (film, 1999) (ssenari müəllifi);
- Dağ dağa rast gəlməz. (Mozalan süjeti) (ssenari müəllifi).
Ssenariləri əsasında çəkilmiş televiziya filmləri
- Qədim Gəncə, Yeni Gəncə (1981) (ssenari müəllifi) (rejissor Arif Qazıyev);
- Bu, Mircavaddır (film, 1987) (ssenari müəllifi);
- Dirsə xan oğlu Buğac boyu (film, 2000)
- Salur Qazanın evi talandığı boy (film, 2001)
Ssenariləri əsasında çəkilmiş cizgi filmlər
- Basatın igidliyi (film, 1988) (ssenari müəllifi).
İdeyası əsasında çəkilmiş filmlər
- Evləri göydələn yar (film, 2010) (ideya və süjet)
Haqqında çəkilmiş sənədli filmlər
- Anarla üz-üzə (film, 1988) (Mərkəzi Televiziyanın sifarişi ilə Anar haqqında çəkilmiş iki hissəli sənədli film. Azərbaycantelefilm. Ssenari müəllifi Zeynal Məmmədov, rejissor Ramiz Mirzəyev (Həsənoğlu), operator Adil, bəstəkar Cavanşir Quliyev. Bəstəkarın ifasında səslənən mahnının sözləri Rəsul Rzanındır).
- Anarın anları (film, 2008) tammetrajlı sənədli telefilm, rejissor Ramiz Həsənoğlu
Maraqlı faktlar
- Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə “Anar” “anmaq” (“xatırlamaq”, “yada salmaq”) feilindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.
- Kinoşünas Ayaz Salayevin iddiasına görə rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı “Sizə məktub var” (You’ve Got Mail) filminin ssenarisi Anarın “Mən, sən, o və telefon” əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.[6]
Mənbə
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- Anara kino fenomeni demək olarmı? TƏHLİL
İstinadlar
- ↑ İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. president.az, 01.03.2019 (azərb.)
- ↑ Anar başqan seçildi
- ↑ Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı — anl.az saytı
- ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1980-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il tarixli Qərarı — anl.az saytı
- ↑ Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
- ↑ “525-ci qəzet“, 7 oktyabr, 1999
-
Azərbaycan yazıçısı Varis nüfuzlu PEN-kluba üzv seçilib
Azərbaycan yazıçısı Varis dünya yazarlarının ən aparıcı və nüfuzlu təsisatı olan PEN İnternational təşkilatına üzv seçilib. Yazıçıların PEN-kluba qəbulu səs hüququna malik ölkə nümayəndəliklərinin kollegial rəhbər orqanlarının tövsiyəsi əsasında Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, yazıçımızın PEN-kluba üzvlüyü təsisatın Rusiya üzrə nümayəndəliyinin kollegial rəhbər orqanı tərəfindən dəstəklənib.
Qeyd edək ki, məqsədi irqindən və dinindən asılı olmayaraq bütün dünya yazıçılarının yaradıcı əməkdaşlığını təmin etmək, eləcə də onların hüquqlarını müdafiə etmək olan, daha çox PEN-klub adı ilə tanınan bu təsisatın mənzil-qərargahı Londonda yerləşir. Hazırda PEN-klub öz fəaliyyət və nüfuz dairəsinə görə dünyanın 101 ölkəsini əhatə edir.
Mənbə: https://azertag.az/
-
Xəyalə SEVİL.”Ölümün nübar vaxtıdı”
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Bu uzun gecənin qaranlığında
Canıma vəlvələ düşüb.
Bir kəndir özünü asıb tavandan,
Məndən əvvələ düşüb.
Gecədən bir az keçir,
Saat səhərə yaxın.
Nə intihar vaxtıdı…
Ruhum üzü göylərədi,
Ölümün nübar vaxtıdı.
Yoxdu burdan o tərəfi,
Nə günəş, nə də ki, ay olasıdı.
Bir cüt qərənfilə dönüb əllərim
Sinəmin üstünə qoyulasıdı. -
Xəyalə SEVİL.”Ürəyim qapımda döyünür indi”
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
İllər külək kimi yüyürüb keçir,
Nə ömür gecikir, nə gün gecikir.
Tale yolumuzu kəsəndən bəri,
O yol səni çəkir, bu məni çəkir.Bir qadın boylanır pəncərənizdən,
Bir uşaq ağlayır evində sənin.
Hər gün qadınından gizlənir, elə
Şəklim xəcalətdi cibində sənin.Ölür, gözümdəki ümid də ölür,
Sən gələn deyilsən, ha bəzən, düzən.
Ürəyim qapımda döyünür indi,
Çıxıb görürəm ki, sən gəlməmisən.Daha xəyallardı görüş yerimiz…
Qoy yandırım ağ şamı,
Saçlarımı dağıtsın əllərinin oxşamı.
Nə mən səni unudum, nə sən məni, yaxşımı? -
Kitabxanada Xalq artisti Bəşir Səfəroğlunun 95 illiyi qeyd olunub
Martın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Xalq artisti Bəşir Səfəroğlunun 95 illiyi ilə əlaqədar kitabxananın fəal oxucuları ilə birlikdə “Qəm dolu ürəyin gülüşü” adlı tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, oxuculara Bəşir Səfəroğlunun Azərbaycan mədəniyyətinə verdiyi töhfələr haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoymuş Bəşir Səfəroğlu qısa və mənalı ömrü müddətində yaddaqalan obrazlar yaradıb. İndinin özündə də elə bir Azərbaycan ailəsi tapılmaz ki, Bəşir Səfəroğlunun oynadığı filmləri, teatr tamaşalarını görəndə üzlərində sevinc, təbəssüm olmasın.
Qeyd edilib ki, onun xatirəsi Azərbaycan tamaşaçısının qəlbində həmişə yaşayacaq.
Mənbə: https://azertag.az/
-
Şəhla RAMAZNZAQIZI.Yeni şeirlər
Gedirsən
Gedirsən əlvida söyləmədən get,
Üzülmə, son dəfə gül, sağollaşaq.
Mehriban-mehriban hal-əhval tutaq,
Gələcəksən kimi gəl , sağollaşaq.
Kim bilir bəlkə də elə düz dedim,Cığırda önünü kollar kəsəcək.
Qırdığın ümidin toz cilikləri,
Yalın ürəyini möhkəm əzəcək?
Gedirsən gəlməyə bir baxış saxla,O baxış əritsin buz həsrətləri.
Getmə ən yaxşısı, sarıl,qucaqla,
Çəməngöz, çətindir həyat şərtləri.
Mən olmasam
Sən özünü mənsiz xoşbəxt bilmə heç.
Mən olmasam bahar gəlməz ömrünə.
Soyuq düşər,şaxta olar,qar yağar,
Yay günəşi bir də gülməz ömrünə.
Taleyini dayanacaq zənn edib,
Bahar gedər, payız enər , solarsan.
Əllərin boş, ümidlərin yarımçıq,
Unudulmuş ada kimi qalarsan.
Şəkillərim nəfəs verib isitməz,
Otağında buz bağlayıb donanda.
Göz yaşın da söndürməyə yetişməz,
Sinən başı alov-alov yananda.
Xəyalımla yatar durar ürəyin,
Hər gördüyün gözəli mən bilərsən.
Elə bilmə belə həyat xoş keçər,
Tənhalıqda yanıb-yanıb ölərsən.
Elə bilmə asan gələr bu həyat.
Darıxmaqdan ev -eşiyə sığmarsan.
And içmə ki nömrəmi də silərsən,
Bircə dəfə zəng etmərsən, yığmarsan.
Bahar bilmə bu həyatı təkcə sən,
Hələ bunun payızı var, qışı var.
İndi nə var gənc çağıdı ömrünün,
Qarşımızda qocalığın yaşı var.
Yaxşı daha tək qalanda ağlama,
Göz yaşının yox ürəyə faydası.
Çəməngözlüm, ayrılığı uzaq qov! Məhəbbətdir ömrün qızıl qaydası.
-
Şəhla RAMAZNZAQIZI.Yeni şeirlər
Həyat necə amansızdır, İlahi?!
Doğru-düzgün vaxt yetişmir heç nəyə.
Hamı soyuq güzgü kimi dayanıb,
Ölən olsa yetən yoxdu köməyə.Hərə bir cür kölə olub, qul olub.
Kimi bilir, kimi hələ bixəbər.
Sanki öldü ruhu bütün dünyanın,
Xeyirin gözünü çıxaranda şər.Elə çoxdur ata-ana görməyən,
İllər keçər sol tərəfi isinməz.
Var onları görüb salam verməyən.
Dilini ağzında diş kəsər, dinməz.Yanlışını, əyrisini görən az.
Halal qalıb, haram gəzir ürəklər.
Ruzi sanki ərşə qalxıb, çəkilib.
Əvvəlkitək kəsilmir duz çörəklər.Qadın
Toz qonmaz çiçəkdən zərif göz,
qaşıİncə, təravətli, tər olar qadın.
Ömrünün zərgəri olsa yoldaşı,
Dünyada ən gözəl zər olar qadın.
Bir damcı eşq axıt ürəyinə, sus,Gözüylə od alar zərrə qorxusuz,
Övladçün sübhəcən qalar yuxusuz.
Sevgidə cənnətlik yer olar qadın
Mələk olduğunu qəfil unutsa,Özünü gumanla, zənnlə ovutsa,
Şeytanla dostlaşıb, əl-ələ tutsa, Telindən topuğa şər olar qadın.
-
Şair-publisist Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
***
Kasıbın işi
xəcalət tərinə bulaşa-bulaşa
yoxluq adlı odun üstünə
sac qoymaqdı…
Günah da,
bir qadına şəhvətlə baxmaq deyil,
evdə uşaqları ac qoymaqdı…***
Yenə duyğu qatarımın təkəri sınıb,
Yenə sevda qayıqlarım limana gəlmir.
Duam ilə günahımın yeri səhv düşüb,
Mən susuram, qaraçuxam imana gəlmir.Kölgəm yenə aralıda acığa düşüb,
Tez-tez Tanrı görsün deyə kürəyin açır.
…Kimsə qəfil ad yazdığım qovağı kəsir,
Sonra gedib qonşu qıza ürəyin açır.Zaman sevgi küləyitək üşüdür göyü,
Dağın ağrı-acısını təpələr duyar.
Dəniz məndən gileylidir gör neçə vaxtdır,
Mən sahilə getmirəm ki, ləpələr duyar.Adam qəmdən islandısa, həyat qurutmaz,
Şeytan qəmdən maya tutub, tələmi sıxıb.
Beş yaşımdan bilirəm ki, əzrayıl kimdir,
Ölüm onda ömür adlı şələmi sıxıb…Ürək süfrə olacaqsa, eh, tulla getsin,
Sənə görə saf eşqimi zədələmirəm.
Mən adama adam kimi qapı açıram,
Mən adamı adam kimi hədələmirəm…Yenə duyğu qatarımın təkəri sınıb,
Yenə sevda qayıqlarım limana gəlmir.
Duam ilə günahımın yeri səhv düşüb,
Mən susuram, qaraçuxam imana gəlmir.***
…Tək, ruhumdu yaşıdı…
Bəlkə dürdü, qayədi;
Bəlkə namaz daşıdı,
Bəlkə də bir ayədi,
Sənə yazdığım şeir?!Üstündədi qızlığı…
Əzrayılın ahıdı…
Adəmin yalqızlığı,
Həvvanın günahıdı
Sənə yazdığım şeir.Demə, Hikmət naşısa…
Bəlkə torpaqdı, gildi…
Bir əlcə başdaşısa,
Bir əlcə boz şəkildi
Sənə yazdığım şeir. -
Şair-publisist Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
***
Kimsə bilməz bu həyat neçə dəfə çat verir…
İmanı olmayana Tanrı çürük zat verir.Ölüm də bir şahmatdı, ağı-qarası zülüm,
Şahı güddüyün yerdə şeytan qəfil mat verir.Yuxu da əcəl kimi tez haqlayır adamı,
Elə bil ki, hər dəfə kimsə ona at verir.Çətin, qanadı çıxa qorxaq dualarımın,
Əlimi qaldırdıqca, hissim, duyğum qat verir.Hikmət, əzab əzabdı, dərd eləmə boşuna,
Kölgən kefdə-damaqda, ruhun hesabat verir.***
Mən, hər əl açdıqca, qəm verdi tanrı,
Məni adam bilib əl açmadılar.
Kölgəmi yanımda edam etdilər,
Eh, mənim qapımı, gəl, açmadılar.Kimsə gözlərimə əl sürtüb getdi,
Dedilər, göydəki vaxta bax indi.
Tabut tapmadılar bu boyda kənddə,
Sən indi məndəki baxta bax, indi.Oynaya bilmədim ömür havama,
Axı, nə qalıb ki, dadası, ondan?!
Sevda nəğmələri seyrək buluddu,
Sən yağış gözləmə, qadası, ondan.Çəpər tullanmaqdan bezdim, doğrusu,
Mənim eşq payımı kəm verdi Tanrı.
Məni adam bilib əl açmadılar,
Mən, hər əl açdıqca, qəm verdi Tanrı. -
Əziz MUSA.”Mənim ol!”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüGözümün üstündə saxlaram səni,
Yaşaya bilmərəm səndən aralı,
Dərd,qüssə içində gəl qoyma məni,
Elimin, obamın nazlı maralı.Yoluna, izinə döşənərəm mən,
Səni qoruyaram ürəyim kimi,
Səni gecə-gündüz düşünərəm mən,
Canım , gözüm kimi, bəbəyim kimi.Necə and içim ki, inanasan sən,
Həmişə sadiqəm məhəbbətimə,
Nə vaxt istəyirsən yoxla, sına sən,
İnan saf eşqimə, sıdaqətimə.Səndən özgəsinə baxmaram gülüm,
Sən də bir dənəsən, nurlu Günəş tək.
Adını çəkməsə quruyar dilim,
Eşqinlə vurmasa susar bu ürək.Adınla bağlıdı həyatım, canım,
Sənsən ilk baharım, ay ömrüm, günüm.
Sənsiz ötüşməsin qoy bircə anım,
Mənim ol, mənim ol, başına dönüm. -
Əziz MUSA.”Yuxuda yazdığım şeir”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüCƏBRAYILDADIR
Ömrümün , günümün könül oxşayan,
Ən şirin nəğməsi, Cəbrayıldadır.
Hər daşı, qayası nağıl danışan,
Ərzin möcüzəsi, Cəbrayıldadır.Zaman susub qalıb Xudafərində,
Lalələr boy atır al qan yerində,
Orda öz yeri var xeyir, şərində,
Vətən şikəstəsi Cəbrayıldadır.Ellərə tanışdı şöhrəti, adı,
Atından salıbdı düşməni, yadı,
Qeyrət timsalıdı hər bir övladı,
Koroğlu nərəsi, Cəbrayıldadır.Divlər sarayında bir heyrət yatır,
Ziyaratın başı göylərə çatır,
İgidlər zirvədə tonqallar çatır,
Nuhun əfsanəsi Cəbrayıldadır.Saz, söz dastanıdır Qurbanı, Pəri,
Cəmilin şöhrəti gəzir hər yeri,
Qəhraman Ramilin ölməz hünəri,
Mehdinin nəfəsi Cəbrayıldadır,Xan Çinar olubdu yurdun şöhrəti,
Öyüddü ağsaqqal sözü, söhbəti,
El- oba tac bilir burda qeyrəti,
Quşların xoş səsi Cəbrayıldadır.Geniş Gəyən düzü tarıxdən soraq,
Arazın üstündə alışan çıraq,
Müqəddəs bir pirdi, müqəddəs ocaq,
Həyat fəlsəfəsi Cəbrayıldadır. -
Teymur ƏHMƏDOV.”Nəriman Nərimanov bu gün bizimlədir…”
2020-ci il yanvarın ilk günləri havalar soyuq keçsə də, seyrək buludlar arxasından boylanan günəşin parlaq şəfəqləri Bakının səmaya boylanan yaraşıqlı, qeyri-adi mənzərəsini nura qərq edir. Nəriman Nərimanovun əzəmətli tunc heykəli, sanki arzuların gerçəkliyinə heyrətlə baxır…
Xalqın böyük oğlu ömrü boyu bu həqiqət uğrunda oddan-alovdan keçmiş, mübarizə aparmış, şəhid olmuşdur.
Nəriman Nərimanov 1870-ci il aprelin 14-də Cənubi Qafqazın qədim mədəniyyət mərkəzi Tiflis şəhərində anadan olmuşdur.
Ömrünü müsəlman Şərqinin azadlığı uğrunda mübarizəyə həsr etmişdir.
O, XX əsrin birinci yarısında, bütün məzlum Şərq ölkələrinə nümunə ola biləcək Müstəqil Sovet Azərbaycanı qurmaq niyyətində idi. Proletariatın dahi rəhbəri V.İ.Lenin dünya inqilabının təşnəsi idi. Onun xəstələnməsi İ.V.Stalinin hakimiyyətə gəlməsi dövlətin siyasi kursunda dəyişikliyə ciddi təsir göstərdi. Xalqların birliyi, həmrəyliyi, hüquq bəyannaməsi və s. haqqında qəbul olunmuş qərarlar kağız üzərində qaldı.
N.Nərimanov oğlu Nəcəfə məktubunda ölkədə baş verən hərc-mərclik, özbaşınalıq yarandığından şikayətlənirdi.
N.Nərimanovun nəzərdə tutduğu böyük missiyanı həyata keçirməyə imkan vermədilər. Ölümündən sonra Sovetlər Birliyində 70 il N.Nərimanovu doğma xalqına unutdurmağa çalışdılar.
***
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin öz çıxışlarında söylədiyi fikirləri xatırlatmaq istərdim:
“1970-ci ildə Nərimanovun anadan olmasının 100 illik ildönümünü qeyd etmək lazım idi. Lakin millətçi ermənilər Sov.İKP MK-ya məktublar yazaraq Nərimanovun bir millətçi olduğunu, bir çox xətalar elədiyini və 100 illik yubileyinin keçirilməsinin gərəksiz olduğunu söyləyirdilər. Nərimanovun heykəlini ucaldarkən nə əziyyətlər çəkdik”.
1970-1972-ci illərdə Moskvaya göndərilən şikayət məktubları əsasında Moskvadan Bakıya yüzlərlə sorğu məktubları göndərilirdi. Akademik Cəmil Quliyev gecə-gündüz arxivlərdən sənədləri axtarıb tapır, dərhal Heydər Əliyevə təqdim edirdi. Hər gün Moskvaya, Kremlə cavab məktubları göndərilirdi.
Heydər Əliyev yazırdı: “Brejnev və Suslovla bu barədə söhbət etdik, amma onlara Nərimanovla əlaqədar yanlış məlumat çatdırılmışdı. O zaman Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev, həm də Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdi. Ona görə də Sov.İKP Mərkəzi Komitənin ən məxfi sənədləri arasında Sov.İKP(b) MK Siyasi Bürosunun 1923-cü il 15 noyabr tarixli iclasının “ən məxfi” qrifli qərarını tapıb üzə çıxarmışdı. Yaroslavskinin rəhbərliyilə Bakıya göndərilmiş yoxlama komissiyasının nəticələri və Nərimanovun ərizəsi əsasında Siyasi Büro qərar çıxarmışdı: 1) Münaqişə bitmiş hesab olunsun; 2) Nərimanov yoldaş Mərkəzi Komitənin etibarını bütünlüklə qazanmışdır və Nərimanov yoldaşdan xahiş olunsun ki, istefa ərizəsini geri götürsün”.
Bu mənəvi əzab-əziyyət, sarsıntı iki il çəkdi. Heydər Əliyev xalqın mənəvi köməyi ilə dirəniş göstərdi. Çox mübarizə apardı, iki il çarpışa-çarpışa istədiyinə nail oldu, Mərkəzi Komitənin Siyasi Bürosunda Nərimanovun anadan olmasının 100 illiyi yubileyinin 1972-ci ildə keçirilməsi qərara alındı.
1972-ci ildə Heydər Əliyev Nərimanovun heykəlinin açılışındakı çıxışında demişdir: “Nəriman Nərimanov bu gün də bizimlədir. O, özünün nəhəng qaməti ilə burada, qocaman Xəzərin dalğaları üzərində ucalır, vuruşlarda və yaradıcı əməyi şöhrətini qazanmış Bakıda ucalır və tanınmaz dərəcədə dəyişilmiş respublikamızın düzlərinə elə bil iftixarla nəzər salır, xalqın səadəti uğrunda çarpışmış mərd mübarizlə görüşə gəlmiş zəhmətkeşlərin çoxmillətli dəstələrini diqqətlə gözdən keçirir”.
Heydər Əliyev Rusiyada Nərimanovun adının əbədiləşdirilməsinə xüsusi diqqət yetirmişdir. Həştərxan vilayətinin Nərimanov şəhərində Nərimanovun heykəli ucaldılmışdır. Ulyanovsk şəhərində Nərimanov prospektində (1977-ci ilin dekabrında) Nərimanov abidəsinin açılışında izdihamlı mitinqdə Heydər Əliyev çıxış etmişdir. Həmin il Bakıda Nərimanovun xatirə muzeyi açılmışdır.
Heydər Əliyevin misilsiz xidmətlərindən biri də Sovet Hakimiyyəti dövründə, millətçi-təmayülçü kimi əsası olmayan böhtanla kimliyi xalqdan gizlədilən, unudulmağa məhkum edilən Nəriman Nərimanova əbədiyaşar, mənəvi ölməzlik verdi, xalqa qaytardı, tariximizdə boşluğu bərqərar etdi.
Beləliklə, vətənini, xalqını, tarixini sevən millətin qeyrətli vətəndaşları Heydər Əliyevin dahiyanə xidmətini minnətdarlıqla yad edir.
***
Mütəfəkkir yazıçı Cəlil Məmmədquluzadə nurani, ağsaqqal Molla Nəsrəddin əbasında, əlində əsa xalq arasında “Sizi deyib gəlmişəm”, – deyə öz həmvətənlərinə pənah gətirmişdi ki, Vətəni zülmətdən işıqlığa çıxarsın. XX yüzilliyin astanasında ictimai-siyasi aləmin yeni oyanış dövrü başlanmışdı. Bu inqilabi hərəkatın qüdrətli dalğaları gücləndiyi bir vaxtda “Molla Nəsrəddin” ədəbi-siyasi məcmuəsini, Cəlil Məmmədquluzadənin təbirincə desək, həyat özü, zamanın özü yaratmışdı. Və onun idealı da bu olmuşdu ki, Azərbaycan məmləkətində millət oyansın, inqilab ab-havasında öz torpağına sahib olsun, əkib-becərdiyindən özü bəhrələnsin. Həsən bəy Zərdabi, Nəriman Nərimanov, M.Ə.Rəsulzadə, Üzeyir Hacıbəyov, Əlibəy Hüseynzadə kimi onlarca hünərvər demokratik ziyalıların da idealı Azərbaycanı müstəqil, buxovlardan azad, məsud və xoşbəxt görmək idi. Bu gün anadan olmasının 150 illiyində xatirəsi əziz tutulan Nəriman Nərimanovun yaşadığı qısa ömründə (əlli beş ildə) vətən üçün, xalq üçün necə qəhrəmanlıqla çalışmasını minnətdarlıqla yad edirik.
Nəriman Nərimanov keçən əsrin 90-cı illərində taleyini Azərbaycanın mədəni mərkəzi Bakıya bağladığı ilk günlərdən çoxcəhətli ictimai fəaliyyətə başlamışdı. O, bütün şüurlu həyatını Azərbaycanın səadəti yolunda mübarizəyə həsr etməyə and içmişdi. Nərimanov son nəfəsinə qədər müqəddəs andına sadiq qaldı.
Nəriman Nərimanov müasirimizdir. O, öz söz-söhbəti, əməlləri ilə bu gün də yaşayır və ümumxalq işimizə kömək edir. Nərimanovun sözü ilə əməli bir olduğuna görə başı çox bəlalar çəkdi, lakin əyilmədi. Qəlbində xalqına olan böyük məhəbbəti qeyri-bərabər mübarizələrdə ona dayaq oldu. Büllur saflığın təcəssümü Nəriman Nərimanov təkcə Zaqafqaziyada deyil, bütün Şərq ölkələrində əməkçi müsəlman xalqlarına azadlıq və istiqlaliyyət yolunu göstərdi. “Bəşəriyyətin geri qalmış hissəsinə” – bacardığı qədər kömək etməyi özünə həyat məqsədi seçən Nərimanov realist və inqilabi demokratik ədəbiyyatın yaradıcılarından biri, tarixi, faciə janrının banisi, gözəl nasir, qüdrətli publisist, teatr xadimi, qayğıkeş müəllim, həkim, mətin inqilabçı, dövlət xadimi olmuşdur. Bu çoxcəhətli fəaliyyəti əsrimizin keşməkeşli ictimai-siyasi hadisələri qaynağında vüsət tapmışdı. Azərbaycan ictimai fikrinin bahadırı Nərimanovun odlu məşəl kimi yanan qəlbinin döyüntüləri bu gün həmişəkindən daha aydın eşidilməkdədir. Xalqın birliyi və suverenliyi, müstəqil Azərbaycanın bütün Şərqə nümunə olması onun ideallarının tacı idi. O, həqiqi beynəlmiləlçi kimi tarixən ayrılmaz tellərlə bağlı xalqların əlaqəsini qarşılıqlı, bərabərhüquqlu əməkdaşlıqda görürdü. Ona görə də birinci növbədə millətin özünü tanımasını, öz hüququnu dərk etməsini başlıca amil hesab edirdi. Nərimanova görə, dilin, məktəbin, mətbuatın və ədəbiyyatın milli məzmunu hürriyyətə bağlıdır. Onsuz heç bir millət özünü tanıyıb hüququnu qoruya bilməz.
Nərimanov məmləkət üçün işləyən hər kəsdən birinci növbədə vətənpərvərlik tələb edirdi. Onun fikrincə, “vətənin qədrini o kimsə bilər ki, vətən ilə ruhani rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün”. Bu baxımdan çox zaman bəxtimiz gətirmir, ona görə də başımıza olmazın müsibətlər gəlir, bəlalara düçar oluruq. Lakin təsəllimiz xalqımızın ictimai-siyasi hadisələrə fəal münasibəti, yeni təfəkkür tərzi və dirçəlişidir. İnanırıq ki, Nərimanovun vəsiyyətləri bütün keçilməz maneələrə, çətinliklərə qarşı mübarizədə, birlik və suverenliyin tam bərqərar olmasında xalqımızın yoluna nur çiləyən sönməz məşələ çevriləcəkdir.
“Əziz oğlum, əgər mənim həyatımı öyrənsən yəqin edərsən ki, hər halda 1925-ci ilədək başqaları üçün yaşamışam…”.
“Mənim əziz Nəcəfim! Hökmranlıq dalınca qaçma, o, adamı korlayır. Bir adama yaxşı bələd olmaq istəyirsənsə, onun bütün daxili aləmini, yaxşı, pis cəhətlərini bilmək istəyirsənsə, həmin adamı bir müddət hakimiyyət başına qoy; o, bütün ləyaqət və nöqsanlarını özü aşkar edəcəkdir. Əgər sən buna, yəni kütləni yalansız və riyasız öz ardınca aparmağa hazır deyilsənsə, ondan imtina etməyin daha yaxşıdır…
Amma kütlə səni qiymətləndirirsə, sənin rəhbərlikdə iştirakını zəruri sayaraq sənə etibar edirsə və sən də bu etimadın müqabilində ümumi işə həqiqətən fayda gətirə biləcəyinə əminsənsə, imtina etmə. Ancaq bir şərtlə: kütlənin istəyinin məcburiyyət nəticəsi deyil, könüllü olduğunu dərk edirsənsə. Əgər xəyalında zərrə qədər şübhə olsa ki, səni kim tərəfindən olursa-olsun, zorla seçirlər, yaxşısı budur ki, imtina et. Əks-təqdirdə sən nəinki kütlə arasında, həm də vicdanın qarşısında ləyaqətini itirərsən. Ləyaqətinə görə deyil, məcburiyyət nəticəsində hakimiyyət başında olduğunu hər dəfə dərk edəndə sən məlum bir vicdan əzabı çəkəcəksən, getdikcə hörmətin nəinki kütlənin, hətta öz gözündən də düşəcək…”.
Nərimanov Azərbaycanın gələcək xoşbəxtliyi üçün gənc nəslin düzgün, zamanın tələbinə uyğun təlim-tədrisinə diqqət yetirməyi müəllimlərin qarşısında təxirəsalınmaz vəzifə kimi irəli sürürdü. O, müəllim kimi yeni cəmiyyətə qədəm qoyan pedaqoji məktəbin ilk məzunlarına tövsiyələrlə müraciət edir. Onlara bütün çətinliklərə dözərək gənc nəsli zəhmətə alışdırmağa, cəsur, dəyanətli, doğruçul, sədaqətli vətəndaş kimi tərbiyə etməyə çağırırdı. Nəriman Nərimanov Azərbaycanı Şərq üçün bir məktəb səviyyəsində görmək arzusunda idi. O, deyirdi: “Əziz yoldaşlar! Təzə həyata qədəminizi təbrik edirəm. Vəzifəniz hər nə qədər qayət çətin, ağır, məsuliyyətli bir vəzifədirsə, bunu da düşünməlisiniz: insanın ruhunu ucaldan bir çox şey varsa, onun ən birincisi zəhmətdir. Mən istərdim, siz gələcək həyatınızda üç məsələyə diqqət edəsiniz:
Sizin tərbiyənizdə olan Azərbaycan balaları gərək zəhmətsevən olsunlar, yəni başqasının yox, öz zəhmətinin qüvvəti ilə ehtiyaclarını rəfedici olsunlar. Bunun üçün balalara təbiəti sevdirmək, onları təbiətin əlamətləri ilə maraqlandırmaq lazım gəlir.
Sizin tərbiyənizdən çıxan cavanlarımız gərək cəsur, cürətli və dəyanətli olsunlar. Yəni bir parça çörəkdən ötrü ikiüzlülük etməsinlər, filankəsin xoşuna gəlmək üçün “qatığa qara” deməsinlər.
Amandır, yoldaşlar! Buna yaxşı fikir veriniz. Mənsəbdən ötrü yalan söyləyən, gündə vicdanını satan ikiüzlü adamlar – bizim gələcək kommunaya üzv ola bilməzlər. Ona binaən, uşaqlarla daima əlaqədar olaraq hərəkətinizdə, sözünüzdə artıq dərəcədə ehtiyatlı olmalısınız. Çünki uşaq gördüyünü tez götürər.
Biz iddiamızdan əl çəkmirik: Azərbaycan Şərq üçün bir məktəbdir, yəni Şərq hazırkı halında qalarsa, biz ona hər cəhətdən müəllim olacağıq…
Ona binaən dilimizi lüzumsuz, qeyrisinin lisanının təsiri altında saxlamaq bütün işimizi təxirə salar. Bu səbəblərə görə dilimizi müstəqil bir şəklə salmaq üçün ən çox siz müəllimlərə ümid bağlayıb məktəbi bitirməyinizi yenə də səmimi-qəlbdən təbrik edirəm”.
XX əsr Azərbaycanın ictimai-siyasi fikir tarixində Nəriman Nərimanovun xidmətləri danılmazdır. Onun doğma xalqı, vətəni uğrunda mübarizəsini, ədəbi fəaliyyətini əks etdirən monoqrafik əsərlər az yazılmamışdır. Lakin yüz ildən çox keçməsinə baxmayaraq, N.Nərimanovun ictimai-siyasi fəaliyyəti barədə subyektiv mülahizə söyləyənlər tapılır. Bunun başlıca səbəbi real tarixi hadisələr, hər hansı ictimai-siyasi xadimin fəaliyyəti tarixilik baxımından, yəni dövrü, şəraiti dərindən öyrədilmədiyinə görə baş verir. Əgər araşdırmaçı-alim xüsusi tədqiqat aparmadan bir problem barədə fikir söyləmək istəyirsə, mövcud ədəbiyyata, mötəbər sayılan elmi-monoqrafik əsərlərə müraciət edə bilər. Əks halda, tarixi hadisələrə müxalif təfəkkürlə birtərəfli, subyektiv yanaşmaqla yanlış yola düşə bilər. Türkiyə filoloqu Yavuz Bülənt Bakilərin 2009-cu ildə İstanbulda “Türk edebiyyatı vakfı” nəşriyyatında çap etdirdiyi “Azərbaycan ürəyimdə bir şah damardır” kitabında Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti barədə söylədiyi yanlış fikirlər bu cəhətdən səciyyəvidir. Əslən qarabağlı olan Yavuz Bülənt Bakilər Azərbaycanın klassik və müasir ədəbiyyatının təbliğ edilməsində müəyyən xidmətləri olan ədəbiyyatşünas alim kimi tanınır. Lakin çox təəssüf ki, o, bəzən Azərbaycanda dərc olunmuş müxtəlif məsləkli əsərləri saf-çürük etmədən mötəbər mənbə kimi qəbul edir, onların təsiri altında yanlış mülahizələr də söyləyir.
Azərbaycanın tarixi müsibətindən xəbərsiz olan, 1920-ci illərdə baş verən hadisələrin mahiyyətini bilməyən Yavuz bəy o dövrün tarixi hadisələrini şərh edərkən ölkəmizə qarşı düşmənçilik siyasəti yeridən dönüklərin mülahizələrinə əsaslanır. XI Qızıl Ordunun Azərbaycanı işğal etməsinə, Azərbaycan neftinin Rusiyaya daşınmasına, rus ordusunun Azərbaycanda yerləşdirilməsinə, məscidlərin bağlanmasına, repressiya dövründə sürgünlərə, “fikir, sənət adamlarının sürgün və qətliamlarına”, sovet rejimi dövründə baş verən bütün neqativ hadisələrə görə Nəriman Nərimanovu ittiham edir, onu suçlayır.
Azərbaycan müxalifətinin və doğma xalqına qarşı cinayət törədib xaricdə ömrünü çürüdən dönüklərin sərsəmləmələrini Yavuz əfəndinin təkrar etməsi təəssüf doğurur. Zatən qarabağlı olan, “Azərbaycan ürəyimdə bir şah damardır” – deyən Yavuz Bülənt Bakilərin Azərbaycan sevgisinə şübhə etmirik. Amma yaxşı olardı ki, o, tədqiqatlarında əsaslı mənbələrə istinad edib 1920-ci illərin hadisələrinə tarixilik baxımından yanaşaydı.
Populist cızma-qara yazılarla müxalif cəbhənin fikirlərini təbliğ edərək tarixi həqiqəti unutdurmaq olmaz. Azərbaycanda və xarici ölkələrdə nəşr olunan böhtan dolu mənbələrdən bəhrələnən cənab Yavuz Bülənt Bakilər heç olmasa Nəriman Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair”, “V.İ.Leninə məktub”, “Oğlum Nəcəfə məktub”, “Qarabağ məsələsinə dair sənədlər” tarixi materialları ilə tanış olsaydı, iftira və böhtan danışmazdı. Bu tarixi sənədlər müəllim, yazıçı, publisist, ictimai-siyasi xadim Nəriman Nərimanovu Azərbaycan xalqının qeyrətli, təəssübkeş fədakar oğlu kimi səciyyələndirir. Onun vətən, xalq taleyi uğrunda təkbaşına ölüm-dirim mübarizəsi aparmasını, pərvanə kimi özünü atəşə atdığını sübut edir.
Burada, “Qarabağın taleyi” ilə əlaqədar bir hadisəni xatırlatmaq istəyirəm: 1921-ci il iyulun 4-də RKP MK Qafqaz bürosu plenumunda Stalin, Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Kirov, Nazarapetyan, Oraxelaşvili və Fiqatner Qarabağ məsələsini müzakirə edirlər. Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək qərara alınır. Nəriman Nərimanov bu qərara etiraz edir, “Azərbaycan üçün Qarabağ məsələsinin zəruriliyini nəzərə alaraq onu RKP MK-nın qəti qərarına keçirilməsini” təkid edir. Bununla da kifayətlənməyib Leninə zəng vuraraq qəti etirazını bildirir.
Ertəsi gün, 5 iyul 1921-ci ildə Qafqaz bürosu plenumu həmin tərkibdə toplaşaraq Qarabağ haqqında qərara yenidən baxmalı olur. Nəticədə Dağlıq Qarabağın Azərbaycan SSR-in hüdudlarında saxlanması qərara alınır (bax: Nəriman Nərimanov. “Məktublar və Qarabağ məsələsinə dair sənədlər”. B., 2002, səh. 88-92).
Nəriman Nərimanov Mərkəzi Komitəyə göndərdiyi “Ucqarlarda inqilabımızın tarixinə dair” məxfi məktubunda ermənilərin Dağlıq Qarabağdan əl çəkmədiklərini ciddi tənqid edir. O, İ.V.Stalinə açıq-aşkar yazır: “Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir”. “Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdı…”. “Mirzoyan erməni daşnak müəllimlərinin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsində keçirdi… Mənim zərrə qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır” (orada, səh. 75). Nəriman Nərimanov Dağlıq Qarabağın ermənilik və xristian təəssübkeşlər qaragüruhu tərəfindən Ermənistana birləşdirilməsinə imkan vermədi. O vaxt belə bir cəsarəti ancaq xalq, vətən yolunda ölümdən qorxmayan böyük bir şəxsiyyət edə bilərdi.
Xatırlatdığım bu məsələ Nəriman Nərimanovun mübarizəsi və mövqeyi barədə aydın təsəvvür yaradır. Tarixi həqiqət hər cür yalan və iftiranı rədd edir.
Azərbaycan xalqının böyük oğlu, XX əsrin görkəmli ictimai-siyasi və dövlət xadimi, ədib və həkim Nəriman Nərimanovun büllur, saf şəxsiyyətinə heç kəs kölgə sala bilməz. O, əbədiyaşardır.
Milli dəyərlərimizin hamisi Heydər Əliyev öz çıxışlarının birində demişdir:
“Şəxsiyyətləri itirmək olmaz. Bizdən ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məhəmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da. Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz.
…Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir. Amma onu da bilin ki, Nəriman Nərimanov müstəqil demokratik dövlətin xadimlərinin hamısını qoruyub saxlayan adamlardan olmuşdur… Tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir. Onu çaşdırırlar. Buna son qoymaq lazımdır. Gələcəkdə buna yol vermək olmaz…
Nəriman Nərimanov elm, mədəniyyət xadimi kimi Azərbaycan tarixində olan bir adamdırsa, böyük bir ədəbi irs qoyub gedibsə, belə etmək olarmı? Şübhəsiz ki, belə hallara yol verilməməlidir”.
***
Nəriman Nərimanov şərəfli, ibrətamiz ömür yolu keçmişdir. O, bütün həyatı boyu ürəyini məşələ çevirib bəşər övladının məsud, əmin-aman, müstəqil yaşaması uğrunda mübarizəyə aparmışdır.
Nəriman Nərimanov Kərbəlayi Nəcəf oğlu 1870-ci il aprelin 14-də Gürcüstanda Tiflis şəhərində anadan olmuşdur. Tiflis ruhani məktəbində ibtidai təhsil almışdır (1879-1885). Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir (1885-1890). Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndində pedaqoji fəaliyyətə başlamışdır (1890-1891). Bakıda Pobedonostsevin şəxsi progimnaziyasında (sonra imperator III Aleksandr adına Bakı kişi gimnaziyasında) müəllim, müfəttiş işləmişdir. İlk xalq qiraətxanası açmışdır (1894). “Nadanlıq” (1894), “Şamdan bəy” (1895), “Nadir şah” (1899) pyeslərini, “Bahadır və Sona” (1896-1908) romanını nəşr etdirmişdir. Eyni zamanda “Tərcüman”, “Kaspi” qəzetlərində ilk məqalələrini dərc etdirir. Bu dövrdə N.V.Qoqolun “Müfəttiş” komediyasını doğma dilə çevirir (1892), məktəblilər üçün dərsliklər tərtib edir: “Türk-Azərbaycan dilinin müxtəsər sərf nəhvi”, “Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça”, Müəllimsiz türk dilini öyrətməkdən ötrü ruslar üçün asan kitabça” (1891-1900), Müəllim və aktyor kimi tanınır (1891- 1902), Odessa şəhərində Novorossiya İmperator Universitetinin tibb fakültəsində təhsil alır (1902-1908). Burjua demokratik inqilabi hadisələri ilə əlaqədar universitet müvəqqəti bağlandığı vaxtlar (1905-ci ilin payızından 1906-cı ilin sonlarınadək) Bakıda “Hümmət” təşkilatına daxil olur. “Nicat” maarif cəmiyyətində teatr və konsert tamaşaları, ədəbi dərnəklər təşkil edir. İran sosial-demokrat təşkilatının yaradıcılarından biri kimi, ictimai-siyasi və publisistik fəaliyyəti ilə İran inqilabına kömək edir.
RSDFİ məramnaməsini Azərbaycan dilində tərcümə edir. Qafqaz müsəlman müəllimlərinin I qurultayının təşkili və keçirilməsində ciddi çalışır (1906, 15 avqust) “Həyat”, “İrşad” qəzetlərində “Nər”, “Arı bəy” imzaları ilə felyeton, siyasi-publisist və ədəbi tənqidi məqalələrini çap etdirir. Novorossiysk İmperator Universitetinin tibb fakültəsini bitirdikdən sonra Bakı səhərində müalicəxana açmaq istəsə də icazə verilmir (1908). İran inqilabçılarına yaxından kömək məqsədi ilə Tiflisə gedib orada işə düzəlmək istəyir (1909). Təqib olunduğundan həmin ilin mart ayının 1-də həbs olunur (1909, sentyabr). İlk gündən burada həkimlik etınəyə “Xolera-vəba”, “Çixotka-vərəm”, “Aləmi-nisvan”, “Tibb və İslam”, “Əyyaşlıq” mövzularında mülahizələr oxuması onu xalq həkimi kimi tanıdır. “Bührani-tərəqqi”, “İdel”, “Prikaspiyski kray” qəzeti redaksiyaları ilə sıx əlaqə saxlayır, elmi-publisistik məqalələrlə çıxış edir. “Ümumrusiya vərəmə qarşı mübarizə cəmiyyəti” Həştərxan şöbəsinin üzvü kimi “Ağ çiçək” həmrəylik mərasiminin təşkili və keçirilməsində fəal çalışır. İnqilabçı-demokrat tatar şairi Abdulla Tukayla şəxsən tanış olur (1911). Professor İ.İ.Meçnikovu “Şurayi-islam” cəmiyyətinin ziyalıları adından təbrik edir, onun vərəmə qarşı mübarizəsində köməkliyini əsirgəmir. Həştərxan Xalq Universitetinin sədri seçilir (1912-1913). Sürgündən sonra Bakıya qayıdıb “Qara şəhər”də xəstəxana müdiri vəzifəsinə işə düzəlir. İctimai və ədəbi fəaliyyətini gücləndirir. Bədii əsərlərini yenidən nəşr etdirir. Dövri mətbuatda ədəbi-publisistik məzmunlu məqalələrlə çıxış edir. “Xalq evi” cəmiyyəti idarə heyətinin üzvü, “Qənaət” kooperativi idarə heyətinin sədri seçilir. Gizli inqilabi fəaliyyətini leqal ictimai fəaliyyətlə əlaqələndirir. Fəhlələrin Rusiya imperiyası hakimiyyətinə qarşı mübarizəyə hazırlanmasında ciddi işlər görür. “İqbal”, “Bəsirət”, “Açıq söz” və s. qəzetlərdə “Arı bəy”, “Nər”, “Doktor N.Nərimanov” imzaları ilə tibbə dair elmi-kütləvi məqalələr ədəbi-tənqidi və ictimai-siyasi publisist əsərlərini çap etdirir (1913-1916). “Tənqid gecələri” ədəbi dərnəyi təsis edir. Bu məclisdə yeni çıxan əsərlər müzakirə olunur (1914). Bolşevik “Hümmət” təşkilatı komitəsinin sədri və RSDF (b) II Bakı komitəsinin üzvi seçilir. “Hümmət” bolşevik qəzetinin “El həyatı” jurnalının baş redaktoru olur (1917-1918). Şəhər dumasına və Müəssislər məclisinə namizəd göstərilir (1917). Bakı Xalq Komissarları Sovetinin tərkibində şəhər təsərrüfatı komissarı kimi çalışır (1918). Bakı qəza kəndli deputatları Sovetinin I qurultayının təşkilatçılarından biri kimi tanınır. Ağır xəstələndiyinə görə 1918-ci ilin iyun ayında Həştərxanda Tinaki palçıq müalicəxanasında müalicə olunur. Çox çəkmir ki, Həştərxanda ictimai-siyasi fəaliyyətini davam etdirir. Burada Həştərxan vilayətinin müsəlman işləri üzrə hərbi-siyasi komissarlığın səhiyyə şöbəsinə rəhbər, Həştərxan quberniya maarif şöbəsinin müdiri, Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar vəzifələrində çalışır. Moskvaya çağırılır. RSFSR Xalq Xarici İşlər Komissarlığı Yaxın Şərq şöbəsinin müdiri, həm də Xalq Milli İşlər Komissarının müavini təyin olunur. Xalq Milli İşlər Komissarlığı Kollegiyasının üzvü kimi ona Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar vəzifəsi həvalə edilir. Azərbaycanda Sovet Hakimiyyətinin qələbəsi ərəfəsində Azərbaycan İnqilab Komitəsinin, sonra isə Azərbaycan SSR XKS-in sədri seçilir (1920, 7 aprel). Şərq xalqlarının birinci qurultayının hazırlanması və keçirilməsində fəal iştirak edir (1920, sentyabr). “Şərq xalqlarının təbliğat və fəaliyyət Şurası” tərkibinə seçilir. Zaqafqaziya Federasiyası İttifaq Sovetinin sədrlərindən biri olur. RK (b) XII-XIII qurultaylarında MK üzvlüyünə namizəd seçilir. İtaliyada, Beynəlxalq Genuya konfransında sovet nümayəndə heyətinin tərkibində olur (1922). SSRİ MİK sədri seçilir (1922, dekabr). Ölkə daxilində ən mühüm dekret, qərar və müraciətnamələrin, eləcə də xarici siyasət tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində fəal çalışır. Şərqşünaslıq Elmi Cəmiyyətində və onun “Novıy Vostok” jurnalında əməkdaşlıq edir.
1925-ci il martın 19-da Moskvada qəflətən ürək partlamasından vəfat edir, martın 23-də orada Kreml divarları qarşısında dəfn olunur. Onun vəfatı ilə ölkənin bütün dövlət idarələrində iş dayandırıldı. 23 mart matəm günü elan edildi. Hər yerdə dövlət bayraqları 5 dəqiqəliyə endirildi, toplardan yaylım atəşi açıldı.
Moskvada Şərqşünaslıq İnstitutu uzun müddət onun adını daşıyıb. Moskvada, Bakıda, Həştərxanda, Ulyanovskda, Marneulidə keçmiş SSRİ-nin digər şəhər və rayonlarında adına küçə, meydan, məktəb və s. qoyulub, Bakıda və bir sıra yerlərdə abidəsi ucaldılıb. Moskvada yaşadığı binada qranitdən barelyef portreti təsvir olunan xatirə lövhəsi, Tbilisidə və Bakıda xatirə muzeyi açılıb. Onun haqqında bədii və sənədli filmlər çəkilib, ədəbi musiqi, rəssamlıq əsərləri yaradılıb.
Nəriman Nərimanovun həyat salnaməsi – onun ictimai-siyasi və dövlət xadimi, ədib, müəllim, həkim kimi çoxcəhətli fəaliyyəti haqqında təsəvvür yaradır. Onun titanik zəhmətinin istiqaməti ömrünü sərf etdiyi idealı, bəşərin əzəli Şərq xalqlarını əsarətdən xilas etmək, istiqlal yoluna, xoşbəxtliyə qovuşdurmaq olub.
-
Gənc esseist Nargisin “Metakədər” kitabı çap olunub
Gənc esseist Nargisin “Metakədər” kitabı çap olunub.
Kitaba 2016-2020-ci illərdə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş silsilə yazıları daxil edilib.
“Mücrü” nəşriyyatının “Proza” seriyasında nəşr edilmiş kitabın redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, ön sözün müəllifi «Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, naşiri Müşfiq Xandır.
Mənbə:http://edebiyyatqazeti.az/ -
Gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın şeirləri Özbəkistan mətbuatında
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafat”çısı, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, tanınmış gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə yazdığı məqalə Özbəkistan Respublikasının aparıcı mətbuat orqanlarından birində-“Kitab dünyası” qəzetində özbək dilində işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
-
Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın “Bir az vaxtım var…” povesti “Ulduz” jurnalında işıq üzü görüb
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın “Bir az vaxtım var…” povesti Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalında işıq üzü görüb.
Qeyd edək ki, bundan öncə də şairə-publisist Şəfa Vəliyevanın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” dərgisində (Tokat şəhəri) 40. sayısında “Ən sadə şəkil” hekayəsi dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
-
Şəfa VƏLİYEVA.”Düşüncə döngələri…”
“Ulduz”un ötənilki dekabr sayında Aslan Quliyevin tərcüməsində Dilek Yükselin “Pompeyi sevərkən” hekayəsi yer alıb. Maraqlı hekayədir, insan düşüncəsini xaraba qoymağa yetir. Necə ki Vezuvi püskürüb Pompeyi xaraba qoymuşdu…
Hekayədə Pompeyin obrazı kimi Rahib Vitanı görürük. Və onun Maximaya sevgisini… İnsanlar canlarını qurtarmaq, yaşamaq üçün Tanrılara olan sevgilərinin hüdudsuzluğunu sübut etməyə çalışır. Amma insanın insana sevgisi mücərrədliyə ünvanlanan bütün sevgilərdən daha dərindir. Rahib Vita da günbəgün Maximaya olan sevgisiylə qısqanclığın, şübhənin dərinliyinə enir, daha doğrusu, ehtirasın və heç vaxt Maximaya qovuşmayacağını bilməyinin doğurduğu kədərin əliylə dibə sürüklənir. Bəs bu dibdə onun qazancı nədir? Əlbəttə ki, ölüm! Həyat qarşı-qarşıya dayanmış iki piramidadır; biri yerin üstündə, biri yerin altında (Yer deyəndə də şərti olaraq insan həyatını nəzərdə tutarıqsa). Hər iki piramidanın da sonuncu tək daşı ölümdür – istər bir ömür boyu üzüyuxarı addımla, istərsə də üzüaşağı.
Dilek Yükselin hekayəsində Rahib Vita əvvəlcə Tanrılara olan inancı və sədaqətiylə üzüyuxarı addımlayır, sonra Maximaya olan sevgisi onu aşağı dartır. Biz sevgini hisslərin ən alisi, ən yüksəkdə dayananı zənn edirik. Bəs, İradə Aytelin “Qanlı öpüşlər”inin qadın qəhrəmanını ən bağışlanmaz səhvə – insan öldürməyə sürükləyən nəydi? Sevgi deyildimi?..
Rahib Vitanı Tanrılardan daha ehtirasla sevdiyi Maximanın boğazından ikiəlli yapışıb var gücüylə sıxmağa məcbur edən də eyni hiss idi… Və insanlığın – simvol olaraq Pompeyin faciəsi belə başlanır: sevgi öldürəndə…
8 yanvar 2020
***
“Ədəbiyyat qəzeti”ndə Qulu Ağsəs”in “Duman” hekayəsini oxudum. Hekayədə Azərbaycan ailəsinin “yazılmamış qanunları”nın bir yox, bir neçə “məcəlləsi” ilə tanış oluruq. Anayla bibinin “uşağı kim çox istəyir” yarışı, bibioğlu-dayıoğlu arasındakı yaş fərqinin “böyük-kiçik söhbəti”nə dönməsi, kənddə “dəli-dolu” olmasıyla ad çıxaran Dumanın başçı seçilməsi kimi kiçik “ipucları” bəs edir ki, bir ailə haqqında ümumi fikir sahibi olasan…
Hekayənin əvvəlində Qulu Ağsəs oxucunun diqqətini ermənilərin günahsız insanlara atəş açmasına, kəndi qorxu içində saxlamasına çəkməyə cəhd edir. Amma hekayəni oxuyan istənilən oxucudan soruşsan, “Duman kişi adamdır”-deyəcək, vəssalam… Çünki qəfildən hekayənin məcrası dəyişir; Qrişanın Dumana “ilan dili çıxartması”yla onun Noranı evlərinə gətirməsi, gizlətməsi, Noranın Rostova göndərilməsi bir-birini ardıcıl izləyir. Sonda isə Dumanın 3 min əskiyi çıxır. Məhz Noranın Rostova göndərilməsi üçün Qrişaya lazım olan 3 min.
Qulu Ağsəs qəhrəmanının sonrakı taleyi ilə bağlı məlumat vermir. Bu da oxucuya fürsət verir ki, düşüncə dənizinin dərininə baş vurmadan elə bu cümlə ilə kifayətlənsin: “Duman kişi adamdır!” Vəssalam!
…Qulu Ağsəsi şəxsən tanıyanlar bilir ki, o, xatirələrinin dolaşığındadır, nə vaxtsa bu xatirələri nizama salmaq ümidindən də çoxdan əlini üzüb. Nə olar, qoy olsun. Onun indiyə qədər yazdıqları kimi, indən sonra yazacaqları da xatirələrin içində “azdığı” vaxt əlinə keçən ilmələrdir. Bütöv bir xalça xanasındakı bircə ilmə. Özü də ərişdən-arğacdan keçirilib, amma həvələnməyib, bıçaq vurulmayıb.
6 fevral 2020 -
Kitabxananın virtual rejimdə növbəti tədbiri
Kitabxanaların fəaliyyətini virtual məkanda səmərəli formada təşkil etmək, istifadəçilərin fəallığını və onların mütaliəyə maraqlarını artırmaq məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında sorğu təşkil edib.
İzləyicilər A.S.Puşkinin “Balıqçı və balıq nağılı”nı oxuyaraq bir suala cavab verməlidirlər.
Ən maraqlı cavablar “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında, bir sıra Veb saytlarda yerləşdiriləcək.
Xatırladırıq ki, “Kitabsevər uşaqlar”ın on iki mindən çox izləyicisi, baxış sayı isə üç milyondan çoxdur.
https://www.facebook.com/pg/kitabseverushaqlar/posts/?ref=page_internal
https://www.facebook.com/kitabseverushaqlar/photos/pcb.2529131094011890/2529130484011951/?type=3&theater -
Xalq şairi Zəlimxan YAQUB.”Mən hardan bilərdim şairlik nədir?”
Keçilməz dərələr keçilməsəydi,
Aşılmaz zirvələr aşılmasaydı,
Yeldən qanad alıb, seldən güc alıb,
Ruhum küləklərə qoşulmasaydı
Mən hardan bilərdim şairlik nədir?
Torpaqdan, toxumdan, dəndən gəlməsəm,
Qurandan, kitabdan, dindən gəlməsəm,
Dərdi çoxalanda yerdəkilərin
Göylərə saldığı gündən gəlməsəm,
Mən hardan bilərdim şairlik nədir?
Minadan gəlməsəm, Turdan gəlməsəm,
Allahın verdiyi nurdan gəlməsəm,
Sinəmi saz edib, əlimi mizrab,
Qopuzdan, Qorquddan, qordan gəlməsəm,
Mən hardan bilərdim şairlik nədir?
Gedir qismətinə, bəxtinə sarı,
Yorulmur qarışqa, dincəlmir arı.
Qəlbimi riqqətə gətirməsəydi
Ana təbiətin yaratdıqları,
Mən hardan bilərdim şairlik nədir?
Fələklər sirdaşı, mələklər yarı,
Hər misra şairin sərvəti, varı.
Qulaq eşitməsə, könül duymasa
Göylərdən süzülən pıçıltıları,
Mən hardan bilərdim şairlik nədir?!
-
Xalq şairi Zəlimxan YAQUB.”Mən sözün anası”
Tanrının sözünə dirsəklənmişəm,
Söz – yaşıl yamacım, söz – talam mənim.
Yeddidən yetmişə rəngi gözümdə,
Söz – gülüm, gülşənim, söz – lalam mənim.
Dilimdə ilk kəlmə dinəndən bəri,
Söz oldu ömrümün sərvəti, zəri.
Mənəm sərkərdəsi, mənəm əsgəri,
Söz – daşım, divarım, söz – qalam mənim.
Yoğurdum, başımda ağıl elədim,
Dastana çevirdim, nağıl elədim.
Böyütdüm, bəslədim, oğul elədim,
Mən sözün anası, söz – balam mənim.
28 yanvar 2005 -
Xalq şairi Zəlimxan YAQUB.”Şair qələmiylə işin olmasın!”
Bir nadanın atdığı daşa cavab
Mənə o qələmi nə sənin dədən,
Nə vəzir, nə vəkil, nə də şah verib.
Ona söz atmasın hər gəlib gedən,
Onu Zəlimxana bir Allah verib.
Yaz deyib sevinci, yaz deyib qəmi,
Fitnəyə verməyib, fəndə verməyib.
Allahdan almışam mən o qələmi,
Mənə o qələmi bəndə verməyib.
Qələm sındırmağa yaranmamışam,
Hünərin çatırsa, gəl, sındır onu.
Əgər bacarırsan, tək bircə axşam
Yazmaq həvəsindən daşındır onu.
Qələmin dünyası ocaqdı, pirdi,
Qələm sındıranlar şümürdü, bala.
Bu nifrət nə zaman qəlbinə girdi,
İçini nə zaman gəmirdi, bala?
Baxdım bostanıma atılan daşa,
Əl sənin əlindi, daş sənin deyil.
Gülməli səhnədi, qəmli tamaşa,
Ağıl özgənindi, baş sənin deyil.
Sən daş at, mən sənə pambıq atacam,
Yaralı canımı daş ağrıtsa da.
Boş dedi-qodular gəldi-gedərdi,
Könüllər sındırıb, baş ağrıtsa da.
Səni kim bu yola çəkib, aparıb,
At getsin, fırlansın, daş ona dəysin.
Sonradan başıma qaxınc etdiyin
Əvvəlki sevgin də başına dəysin.Haqqın qəzəbinə gələrsən, bala,
Bu qələm “Saz” yazıb, “Ələsgər” yazıb.
İmrələr sözüylə çatıb vüsala,
Hər ulu kişiyə bir əsər yazıb.
Hər sevgi, hər barış bir yeni dastan,
Nifrət qəzəblərə, nifrət kinlərə.
Bu qələm dərs alıb Dərviş Yunusdan,
Bu qələm yas tutub “Didərginlər”ə.
Ey qələm sındırmaq istəyən naşı,
Allahın danışan dilidir qələm.
Şairin əlində od parçasıdı,
Cahilin əlində ölüdür qələm.
Fərhad külüngüdü Şirin yolunda,
Hasardı, qaladı şərin yolunda.
Can verib ocağın, pirin yolunda,
Ulu ustadların yoludur qələm.
Göydə bir mələkdi, yerdə pəridi,
Yanan üfüqlərin parlaq zəridi.
Coşanda Koroğlu dəliləridi,
Sevəndə Məcnuntək dəlidir qələm.Dərvişdi, ozandı, eldi, aşıqdı,
Yaradan əllərə bir yaraşıqdı.
Harda qaranlıq var, orda işıqdı,
İnsanın xilaskar əlidir qələm.
-
Xalq şairi Zəlimxan YAQUB.”Bəhmən Vətənoğluna məktublar” silsiləsindən
“BƏHMƏN VƏTƏNOĞLUNA MƏKTUBLAR”
SİLSİLƏSİNDƏN
I
DAĞLAR
Səndən ayrılanda bir ah çəkmişəm,
Kərəmtək yandırıb ah məni, dağlar!
Daramır saçımı sənsiz küləklər,
Sənsiz heç oxşamır meh məni, dağlar!
Şirin görüşlərin ömrü kəm olar,
Gözüm yaşla dolar, könlüm qəm olar.
Cənnətim çevrilib cəhənnəm olar,
Olmasam dağların mehmanı, dağlar!
Hər dərddən xəbərdar, hər işdən halı,
Şairdi daşıyan min qilü-qalı.
Zəlimxan düşsə də səndən aralı,
Saxla gözün üstə Bəhməni, dağlar!
II
GÖNDƏRİM
Bəhmən, hədələrdən qorunmaq üçün
Yarağın yoxdursa, yaraq göndərim.
Dərdini deməyə dərdli bir qələm,
Şerini yazmağa varaq göndərim.
Qoşun bil, özünü təkləmə, qardaş,
Ürəyi bu qədər yükləmə, qardaş.
Qəlbi qəm üstünə kökləmə, qardaş,
Lazımsa, eşqimi dayaq göndərim.
Cam olum, içməyə camın yoxdusa,
Tam olum, dadmağa tamın yoxdusa,
Gecə yandırmağa şamın yoxdusa,
İki gözlərimi çıraq göndərim!
Ellərə doğmadır şairin səsi,
Mən necə sevməyim el sevən kəsi?
Geniş aç qapını, ay ev yiyəsi,
Şair Zəlimxanı qonaq göndərim! -
Xalq şairi Zəlimxan YAQUB.”Kimdi”
Məfhur türk aşığı Səbri Şimşak
oğlunun lent yazılarını dinlərkən
Şimşəkoğlu, səsindəki oda qurban,
Yandırırsan, yanan kimdi, sönən kimdi?
Kimlər sənə vədə verdi, yalan çıxdı,
İlqar verib, ilqarından dönən kimdi?
Bu səsdimi, haraydımı, nalədimi,
Yanmış Kərəm, qara batmış Lələdimi,
Daşıdığın dağdan ağır şələdimi,
Qəm altında boyun büküb sinən kimdi?Bəlkə Qırat yəhərsizdi, nalı yoxdu,
Bəlkə daha qızbirçəkli nah yoxdu.
Bəlkə daha Koroğlunun halı yoxdu,
Qocalanda dəli köhlən minən kimdi?
İncitdimi xotkar səni, paşa səni,
Çekdilərmi bərkə səni, boşa səni.
Qərib olmaq döndərdimi daşa səni,
Yenilməyən qeyrətini yenən kimdi?
Dilindəki layladımı, ağıdımı,
Sinəndəki min həsrətin dağıdımı,
Ayrılıqlar yenə bizə yağıdımı,
Düşmənimiz dünən kimdi, bu gün kimdi?
Şimşəkoğlu, gəl, bir yazaq yazımızı,
Şimşəkoğlu, gəl, bir çəkək nazımızı,
Zəlimxanla qoşa çalaq sazımızı,
Dünya görsün qalxan kimdi, enən kimdi?
1989 -
Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2020-ci il. -
KARDELEN DERGİSİ’NİN 103. SAYISI ÇIKTI
29 yıldır sadece “fikrin değerini bilenlere…” hitap eden Kardelen dergisinin 103. sayısı çıktı.
Dergi yeni sayısında; “Mâddi ve Mânevi Sağlığımız” konusunu ele alıyor. Kapakta okuyucuya, Üstad Necip Fazıl’ın “Bir metre seksen santim boyunda, dinç, güzel, dik, vakur görünüşte, seyircisini tılsımlayan, açık alınlı, derin ve ateş bakışlı, nur yüzlü, her türlü illet ve marazdan salim, fevkalâde temiz ve sade giyinmiş, 35-40 yaşlarında kâmil bir insan tipi düşününüz. Bu tipin yanına da, kendi muhteşem ihtiyarlık nüshasiyle harikulâde sevimli çocukluk nüshasını ilâve ediniz; ve üçünü de el ele verdiriniz. İşte İslâm inkılâbının rüyasını gördüğü sıhhat ve güzellik tablosunun müşahhas ifade unsurları bunlardır.” sözüyle sesleniyor.
“Devlet, Vazifeni Yap!” başlıklı başyazıda Ali Erdal; “Yeryüzünde bulunan maddelerin helâl ve temiz olanlarından yiyin” ayetinden yola çıkarak sistemli olarak ve ehil kişilerle doğru bulunarak, cemiyetin de zinde ve sağlıklı olacağını söylüyor.
Dergi editörü yazısında; beslenme yönünden hatalarımızın çaresini, bugünün teknoloji tabiri ile fabrika ayarlarımıza dönerek, “Temiz ve helâlinden, bozulmamış gıdalar ile ihtiyacı karşılayacak kadar beslenerek, yeme içme alışkanlıklarımızı, öğün sayısını, tedavi yöntemlerini Anadolu’ya hâkim kültürün içinden süzüp almakta” arıyor. Site editörü de günümüzde sağlıklı yiyecek konusunda bilinçli tüketicilerin sayısının hızla arttığını ifade ediyor.
Bu sayıda yazarımız Yavuz SERT’in, daha önce Sağlık Bakanlığı İlâç ve Eczacılık Genel Müdürlüğü de yapmış olan İstanbul Medipol Üniversitesi Tıp Fakültesi Tıp Tarihi ve Etik Anabilim Dalı öğretim üyesi ve Geleneksel ve Tamamlayıcı Tıp Uygulama Araştırma Merkezi Müdürü Dr. Mahmut TOKAÇ Bey ile olan söyleşisi de okuyucularını bekliyor.
Üstad Necip Fazıl’ın “İdeolocya Örgüsü” adlı eserinden “Sıhhat ve Güzellik” bölümü ile başlayan dergide her zaman olduğu gibi fikir yazılarına, şiirlere ve hikâyelere de yer veriliyor.
Dergi ile ilgili detaylı bilgilere www.kardelendergisi.com adlı internet sitesinden veya kardelen@kardelendergisi.com adlı e-posta adresinden ulaşılabilir. Ayrıca, derginin tüm sayıları elektronik ortamda http://katalog.idp.org.tr/dergiler/567/kardelen adresinde ve tüm kapakları www.instagram.com/kardelenkapak adresinde görülebilir.
-
Həzi Aslanova həsr olunmuş şeirlər virtual oxuculara təqdim edildi
Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində iki dəfə Sovet İttıfaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar hazırlıq işləri həyata keçirilir.
Virtual oxuculara Həzi Aslanova həsr olunmuş şeirləri təqdim etmək məqsədilə Səməd Vurğunun “Qəhrəmanın ölümü”, Məmməd Təhməzovun “General Həzi”, İslam Səfərlinin “Təzə çiçəklər”, Boris Dubrovinin “Həzi Aslanov haqqında ballada” latın qrafikalı Azərbaycan əlifbasına çevrilmiş və “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında yerləşdirilmişdir. -
12 mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü
Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906, Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan SSR xalq şairi (1960), II dərəcəli Stalin mükafatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü.
Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur.
Həyatı
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı[1] kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (1937–1938), “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, “Azərbaycan”, “Kirpi” jurnallarının və ” Советский писатель” (sovetskiy pisatel)” redaksiya heyətlərinə üzv seçilmişdir.
Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki “Qırmızı Əmək Bayrağı” ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. 1971–1989-cu illərdə Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur.
1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.
Yaradıcılığı
Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazmışdır. Ən sevilən əsərlərindən biri Təbrizim əsəridir.
Əsərləri
- Süleyman Rüstəm. Seçilmiş əsərləri: I cild – Şeirləri;
- Süleyman Rüstəm. Seçilmiş əsərləri: II cild – Şeirləri, poemaları, xatirələri;
- Süleyman Rüstəm. Seçilmiş əsərləri: III cild – Pyesləri.
Filmoqrafiya
İstinadlar
Mənbə
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Vikimənbədə Süleyman Rüstəm ilə əlaqəli məlumatlar var.
-
12 mart-Xalq şairi Cabir Novruzun doğum günüdü
Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2]
Həyatı
Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.[3]
1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.
Yaradıcılığı
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.
Şeirlərinə yazılmış mahnılar
VideoŞövkət Ələkbərova – Məhəbbət – musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə – Bakının qızları – musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə – Mənim duyğularım – musiqi: Oqtay Kazımi
Zeynəb Xanlarova – Cavanlığım – musiqi: Oqtay Kazımi
Zeynəb Xanlarova – Bulaq suyu, dağ havası – musiqi: Oqtay Kazımi
Yalçın Rzazadə – Dünya düzələn deyil – musiqi: İqbal Ağayev
Yalçın Rzazadə – Böyüməyə tələsmə – musiqi: İqbal Ağayev
Manana Caparidze – Bu nə cür məhəbbətdir – musiqi: Eldar Mansurov
Aygün Kazımova – Səsim səsinə öyrəşib – musiqi: Eldar Mansurov
Mübariz Tağıyev – Ömür keçir – musiqi: Eldar Mansurov
Ruhəngiz Abdullayeva – Məhəbbət ölməyəcək – musiqi: Eldar MansurovAudio
Ağadadaş Ağayev – Gəlin gələndə – musiqi: Oqtay Kazımi
Mübariz Tağıyev – Sən oldun – musiqi: Eldar Mansurov
Brilliant Dadaşova – Gecikmiş məhəbbət – musiqi: Eldar Mansurov
İlqar Muradov – Sən oldun – musiqi: Eldar Mansurov
Heydər Anatollu – Tənhalıq – musiqi: Eldar Mansurov
Abbas Əhməd – Təki sənin səsin gəlsin – musiqi: Eldar Mansurov
Səbinə Cabbarzadə – Məhəbbət – musiqi: Eldar Mansurov -
C.X.Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
C.X.Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Xanəli oğlu Əkbərov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2020-ci il.
-
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar artist” fəxri adı
Hüseynquliyeva Nazlı Hüseynqulu qızı
“Əməkdar rəssam” fəxri adı
Qundorina İrina Sergeyevna
Sultanova Nailə Şamil qızı
“Əməkdar mədəniyyət işçisi” fəxri adı
Tağıyeva Gülnaz Xasay qızı
“Əməkdar müəllim” fəxri adı
Məmmədova Nüşabə Məmmədəli qızı
“Əməkdar tibb işçisi” fəxri adı
Rəşidova Aidə Nəcəf qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2020-ci il.
-
Kitabxananın Fəxri oxucusunun “Dünya, barışmışam səninlə” kitabı çapdan çıxdı
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm”, Rəsul Rza adına beynəlxalq, Həsən bəy Zərdabi adına mükafatlara layiq görülən Zöhrə Əsgərovanın “Dünya, barışmışam səninlə” kitabı işıq üzü gördü.
Yazıçı-publisist Zöhrə Əsgərova oxucular arasında daha çox mədəniyyət sahəsi ilə bağlı araşdırmaları, elmi-populyar yazıları ilə tanınır. ”Talelərə yazılan musiqi”, “Tarixi yaddaş və qondarma əhvalatlar”, “Odisseya “Korablya durakov”, “Zdes proletel angel” adlı kitabları və başqa esseləri oxuculara yaxşı tanışdır.
“Dünya, barışmışam səninlə” kitabında müəllifin fəlsəfi düşüncələri, mənsur şeirləri və xatirələrində yaşayan unudulmaz sənətkarlar haqqında yazılar, rəylər toplanmışdır. Müəllif insanın cəmiyyət qarşısında vəzifələrini, şəxsiyyətin yetişməsi üçün sağlam mühitin vacibliyi haqda dərin, bəşəri fikirlərini bədii şəkildə oxucularla bölüşür. Yazıçı bəşəriyyətin gələcək taleyi üçün çox narahatdır.
Zöhrə Əsgərovanın yaradıcılıq axtarışları davam edir. “Dünya, barışmışam səninlə” adlanan yeni kitabın əsas məziyyəti ondan ibarətdir ki, onun qəhrəmanları öz həqiqətinin axtarışında, əqidəsi uğrunda mübarizə əzmindədirlər.
Kitabın “Düşüncələrimlə üz-üzə” bölməsində iyirmi iki, “Mənsur şeirlər” bölməsində otuz, “Xatirələr, rəylər” bölməsində on bir material yerləşdirilmişdir. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır. -
Leyla Bədirbəylinin 100 illiyi ilə əlaqədar informasiya məktubu hazırlandı
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar informasiya məktubu hazirlandı. İnformasiya məktubunda “Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, yaradıcılıq fəaliyyəti, müəllimləri, onun oynadığı teatr tamaşaları əks olunmuşdur.
Bundan başqa, Leyla Bədirbəylinin çəkildiyi filmlər haqqında məlumat və filmlərin YouTube kanalında yerləşdiyi versiyalarının linkləri göstərilmişdir.
İnformasiya məktubunda Leyla Bədirbəylinin görkəmli şəxsiyyətlər haqqında sözləri və yaradıcı insanların Leyla Bədirbəyli haqqında fikirləri də verilmişdir.
İnformasiya məktubu
http://yasamal.cls.az/front/files/libraries/81/documents/841526351.df yerləşdirilmişdir. -
Kitabxanada Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı.
İnformasiya bülleteninə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir…” sözləri epiqraf kimi verilmişdir.
İnformasiya bülletenində “Nəriman Nərimanovun 150 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mətni yerləşdirilmişdir.
Burada, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin N.Nərimanovun 100 illik yübleyindəki məruzəsi və abidəsinin açılışında nitqi verilmişdir.
Nəriman Nərimanovun həyatı, yaradıcılığı, ictimai fəaliyyəti barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, Nəriman Nərimanov həyatı boyu geniş və çoxcəhətli ictimai, ədəbi və siyasi fəaliyyəti ilə xalqın azadlığı və səadəti uğrunda mübarizə aparmışdır. Nəriman Nərimanov M.F.Axundovun yaratdığı ədəbi məktəbin kllasik ənənələrinin qüdrətli davamçısı olmuşdur.
Materialda qeyd olunur ki, N.Nərimanov хalqın mədəni tərəqqisinə köməyi özünün başlıca vətəndaşlıq borcu hesab edirdi. O, maarifpərvər dostları S.Qənizadə, H.Mahmudbəyov, H.Sarabski və başqalarının köməyi ilə teatr truppası yaradır, tamaşalar göstərirdi.
N.Nərimanov Şərq xalqlarının azadlıq və istiqlaliyyəti çox düşündürürdü. O, geniş xalq kütlələrini inqilabi mübarizəyə cəlb etmək üçün onları dini fanatizm əsarətindən xilas etmə, qəflət yuxusundan ayılma yollarını göstərib.
N.Nərimanov “Həyat” qəzetində “Nər”, “Arı bəy” imzası ilə çap etdirdiyi “Həftə fəryadı”, “Hərdənbir” felyetonlarında və məqalələrində ictimaisiyasi hadisələrə müasirlərindən fərqli olaraq daha fəal münasibət bəsləyirdi.
İnformasiya bülletenində, Nəriman Nərimanovun hikmətli sözləri yerləşdirilmişdir.
Burada Nəriman Nərimanovun heykəltaraş, Xalq rəssamı Cəlal Qaryağdı tərəfindən Bakının Nərimanov prospektində ucaldılmış heykəli, Bakıda və Tiflisdəki ev-muzeyləri haqqında da məlumat verilir.
Bundan əlavə, informasiya bülletenində görkəmli ədib və ictimai xadim haqqında çəkilmiş filmlərin siyahısı da verilmişdir.
İnformasiya bülleteni ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Veb saytında tanış olmaq olar
-
Kənan AYDINOĞLU.”Məni”
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Yıxılsam, büdrəsəm bu yer üzündə,
tutacaq qolumdan Yaradan məni.
Mənim ünvanımı tapmaq istəsən,
sən soruş Fikrətdən, Qaradan məni.Dəyişsə, könlümdə kədər-qəm indi,
dağlarda yurd salsa, bir aləm indi,
Göz yaşın tökdüsə, bir qələm indi,
həyat götürməsin aradan məni.Dağların, aranın qonağı olsam,
gül üzlü qızların yanağı olsam.
Mən bu ilk baharın növrağı olsam,
de, hardan taparsan, haradan məni?! -
Kənan AYDINOĞLU.”Olsun”
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Deyirəm, gəzdiyim ana torpağın,
Hər qarış torpağı gül-çiçək olsun.
Bitsin bənövşəsi, laləsi belə,
Gözümün önündə tək göyçək olsun.Qədir bilən bu elin, bu obanın,
Şair üçün əyilməz bir ananın.
Məğrurlar obası Azərbaycanın,
Dizinin taqəti qoy çörək olsun.Bəndələr əməldə düz olsun gərək,
Şairlər cahanda yüz olsun gərək.
Allaha deməyə üz olsun gərək,
Alllaha hər bəndəyə tək kömək olsun. -
Kənan AYDINOĞLU.”Salam söyəyir”
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Qələm yoldaşım, şair dostum
Azər Mustafayeva.Qazax mahalında durmadan axan,
Bulaqlar şairə-salam söyləyir.
Yaşıl düzlərində ceyranı qaçan,
Yaylaqlar şairə-salam söyləyir.Çətinlik görmədən gəlib keçəndən,
Ovçular maralı dağda görəndən,
Sənin bu Qazağa yolun düşəndən,
Oylaqlar şairə-salam söyləyir.Şairlər yurduna dastanlar qoşan,
Neçə dağ, təpəni mərd kimi aşan,
Şair ürəyitək durmadan coşan,
Misralar şairə-salam söyləyir. -
Kənan AYDINOĞLU.”Sözünə qurban”
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Qardaşım Kamrana.
On yeddi baharda, on yeddi qışda,
Dediyin hər şirin sözünə qurban!
Məğrurluq eyləyib igidtək duran,
Sənintək igidin yüzünə qurban!Anamın dayağı, balası sənsən,
Mən köçsəm, cahanda qalası sənsən,
Anamın könlünü alası sənsən,
Cahana od tökən gözünə qurban!Dərdimin tapılan çarası kimi,
Kənanın könlünün yarası kimi,
Gözünün gah ağı, qarası kimi,
Sənin gülümsəyən üzünə qurban! -
Kənan AYDINOĞLU.”Sədəfli saz”
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Şairlər ilhamın səndən alıbdı,
Aşıqlar yurdunun sədəfli sazı.
Sən verdin şeiri bizim sənətə,
Aşıqlar yurdunun sədəfli sazı.Aşığın sözünü dilə gətirdin,
Sən o xoş əhvalı elə gətirdin,
Sən neçə nadanı yola gətirdin,
Aşıqlar yurdunun sədəfli sazı.Ələsgər şerini salmısan yada,
Boynunu əymədin özgəyə, yada,
Oğullar yetirdin bizim dünyada,
Aşıqlar yurdunun sədəfli sazı.Hər şair sözünü yazdı varağa,
Mövzudan çıxmadı inan qırağa,
Səni bənzədirlər sönməz ocağa,
Aşıqlar yurdunun sədəfli sazı -
Şair İbrahim Səfərlinin şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbayan Jurnalistlər Birliyinin üzvü, şair İbrahim Səfərlinin “Ağlama” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.
“İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 102-ci sayında çap olunub dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılmışdı.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
-
Şair İbrahim SƏFƏRLİ.”Ağlama”
İbrahim Hidayət Səfərli
Yaman günün ömrü azdır, ay ana,
Belə qalmaz, ötüb-keçər, ağlama.
Kəlbəcər elinə zülm eyləyən
Əcəl şərbətini içər, ağlama.Altun sarayların şamın söndürən,
Neçə zülmkarı səssiz sındıran,
Fironu taxtından vaxtsız endirən
Yaxşını yamandan seçər, ağlama.Bir elin varına göz dikənləri,
Nahaqdan torpağa qan tökənləri,
Saxta var-dövlətlə ev tikənləri
Zaman dəryazıyla biçər, ağlama.İbrahim, Fələyin budur gərdişi,
Düşməsin heç kimin tərsinə işi.
«Günü günortadan qaytaran kişi»,
Bir qapı bizə də açar, ağlama.
آغالماابراهیم صفرلی
یامان گونون عؤمرو آزدیر، آی آنا،
بئله قالماز، اؤتوب-کئچر، آغالما.
کلبجر ائلینه ظولوم ائیلهین
اجل شربتینی ایچر، آغالما.آلتون سارایالرین شمعین سؤندورن،
نئچه ظلمکاری سسیز سیندیران،
فیرعونو تاختیندان واختسیز ائندیرن
یاخشینی یاماندان سئچر، آغالما.بیر ائلین وارینا گؤز دیکنلری،
ناحاقدان تورپاغا قان تؤکنلری،
ساختا وار-دؤولتله ائو تیکنلری
زامان دریازییال بیچر، آغالما.ابراهیم، فلهیین بودور گردیشی،
دوشمهسین هئچ کیمین ترسینه ایشی.
»گونو گونورتادان قایتاران کیشی«،
بیر قاپی بیزه ده آچار، آغالما. -
USTAD Məhəmməd NƏRİMANOĞLU.”Qadan alım”
“Ata, Kəlbəcərə Murovdan aşıb gedəcəyəm”,- deyən oğlum leytenant Sənan Sadıqzadəyə
Yolunu sal, oğul, doğma dağlara,
Doyunca zirvələr gəz, qadan alım.
Haray sal çiçəkli göy yaylaqlara,
Bir dəstə bənövşə üz, qadan alım.Özünlə götürüb əsil dostları,
Dolan təpələri, qalx dağa sarı.
Yayın ortasında görəndə qarı,
Götür yaz bir qatar söz, qadan alım.O bulaq, bu tala, o da ki meşə,
Bulud aralansa, düşmən təşvişə,
Tələsik əmlikdən kabab çək şişə,
Sönməmiş ocaqda köz, qadan alım.
İldırım şaxıdı zirvədə bayaq?!
Yatma səngərində, oyaq ol, oyaq!
Bürün yapıncıya sən çoban sayaq,
Borana, çovğuna döz, qadan alım.İçməmiş keçməzsən Şirinbulaqdan,
Çıxammazsan bu tənədən, qınaqdan.
Çiçəklərin rəngi süzsün yanaqdan,
Doysun bir ömürlük göz, qadan alım?!Yenə gül açıbmı Dikyurd dərəsi?
Dərmandı çiçəyin burda hərəsi.
Çörəyə yaxılsın yağın kərəsi,
Dolçaya ayranı süz, qadan alım.Məhəmməd çalardı sazda “Yurd yeri”,
Dönsün karvanımız, köç üzügeri.
Qopar ayağımdan qıfıl, zənciri,
Düşmənin başını əz, qadan alım!20 iyun 2011-ci il, Beyləqan
-
USTAD Məhəmməd NƏRİMANOĞLU.”Dədə Şəmşir, Ağdabanım yoxdu, yox!”
Tərpətməyin, hal-əhvalım qarışıb,
Yurd gedəli din-imanım yoxdu, yox.
Kökdən düşüb telli sazım, çalarmı,
Dədə Şəmşir, Ağdabanım yoxdu, yox!Yaş da getdi, baş da getdi əlimdən,
Payız ötdü, qış da getdi əlimdən.
Uçdu tərlan quş da, getdi əlimdən,
Qayıtmağa bir gümanım yoxdu, yox!Nərimanoğlu, iyirmi ildi dözürük,
Sərgəndarıq, haqq axtarıb, gəzirik.
Canımızı bax beləcə üzürük,
Xoş gələcək bir zamanım yoxdu, yox?! -
USTAD Məhəmməd NƏRİMANOĞLU.” Unudulmuş unudulmazlar “
DAĞLARIN BƏXTƏVƏR DUSTAĞI
BU GÜN UNUDULMAZ ŞAİR-ALİMİMİZ ƏNVƏR RZANIN KƏLBƏCƏRDƏ DÜNYAYA GÖZ AÇDIĞI GÜNDÜR!
Xəzan vaxtı bahar bilin Ənvəri
Dağ çayı tək çağlamağa gələrdi…Saflaşmaq, durulaşmaq, özümüzə, kökümüzə
– saflığımıza qayıtmaq istəyəndə Ənvər Rzanın şeirlərinə üz tuturamQəlbi poetik duyğuluların qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, hətta, sevinc belə çuğlayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucuları ilə bölüşməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır.
Məqsədim heç də onların ümumilikdə haqqında söz açmaq deyil. Azərbaycan ədəbiyyatı tarixinə adları yazılanlardan biri, könlündəki silsilə dağlara söykənib, hələ sovetlər dönəmində Bakıda gözlərini Kəlbəcərə gedən yollara dikən, ulu yurdu üçün qəribsəyən Ənvər Rza ədəbi simalar arasında özünəməxsusluğu ilə sayılıb-seçildi desək, biz də haqqa tapınmış olarıq.
Şairin ədəbi bioqrafiyasına qısa nəzər salmaqla fikrimizə, məram və məqsədimizə körpü salmaq pis olmazdı: Ənvər İsmayil oglu Rzayev 1939-cu il martın 3-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dovlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirmişdir. “Goz işığı” adlı ilk şeiri 1962-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilmişdir.1967-ci ildə məzunu oldugu həmin fakültədə müəllim, 1972-ci ildə kafedra müdiri, 1979-ci ildən isə dosent kimi fəaliyyət gostərmisdir.1985-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuş şairin ömrü də yolları kimi qısa oldu: 1987-ci il iyunun 8-də Moskvada vəfat edən şair-alim vəsiyyətinə əsasən, öz doğma kəndlərində dəfn edilmişdir.
“Göz işığı” adlı ilk şeiri “Ədəbiyyat və incəsənət” qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxdıqdan sonra o, bədii yaradıcılığa başlamışdır. Dövri mətbuatda şeirləri və bədii tərcümələri ilə çıxış edən şair Bayronun “Şilyon məhbusu”, “Mazepa”, “Parizina” poemalarını tərcümə etmiş, “İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.
Ənvər Rza qəlbi poetik duyğularla cilalanmış şair və bacarıqlı tərcüməçi-alim idi. V.Şeksprin, G.Bayronun poemalarını ingiliscədən Azərbaycan dilinə tərcümə etmişdir. Bunlardan başqa, o, S.Vurğunun “Vaqif” dramını ingilis dilinə, G.Bayronun “Çayıld Haroldun Səyahəti” poemasını Azərbaycan dilinə tərcümə etmiş, vaxtsız ölüm imkan verməmişdir ki, onları tamamlasın.
Bəri başdan deyək ki, şair o bəxtəvərlərdən deyildi ki, “Seçilmiş əsərləri” cild-cild nəşr edilib kitabxanalarda oxucu gözləsin.Kitablarının sayına yox,
şeirlərinin sanbalına görə sevilən şairƏnvər Rzanın cəmi 4-5 kitabı (“Sənsiz” (1969), “Könlümə bahar düşüb”(1970), “Nə yaxşı görüşdük”(1985), “Bəxtəvər dustaq”(şeirlər və poemalar,1994) və “Kəlbəcərə gedən yollar”(2010) nəşr edildi ki, onun da ikisini özü görmədi.
Sonuncu “Kəlbəcərə gedən yollar”ında demək olar ki, şairin külliyyatı toplanmışdır. Sağlığında o qədər də səxavətlə nəşr edilməyən bütün şeiri, poemaları, həmçinin ingilis dilindən birbaşa tərcümələri də bu kitabdadır. Canlı xalq yaradıcılığının içində böyüyən, dünya ədəbiyyatının klassik və müasir məzmun və mahiyyətini kamil bilən şairin əsərləri əbədiyaşar ədəbi bir irsdir.
Könlümə-gözümə, sözümə yazılan Ənvər Rza haqqında ustad Aşıq Qəmkeş Allahverdidən, şair müəllimim İdris Verdiyevdən, bacısı oğlu Bahadur Sadıq oğlundan (sonralar isə Azərbaycan Dillər Universitetinin müəllimi Səfər İsgəndərlidən, daim yana-yana danışan “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdan, şair-alim Adil Cəmildən, filologa üzrə fəlsəfə doktoru İlham Məmmədlidən, şair Yusif Hüsyndən, alim-şair Mirvari Verdiyevadan…) eşitdiklərim şairi mənə bir az da sevdirdi. Ona görə də istəyirəm ki, Əlövsət müəllimin fikirlərinə söykənim. Deyir ki, “Ənvəri yadına salırsanmı heç”? Bu sərlövhə ilə yazısını oxumaq olmur Əlövsət müəllimin. Açığı, göz yaşlarıma hakim kəsilə bilməyib sona kimi oxuyuram. Öz yazımı yarımçıq saxlamaq istəyirəm, Ənvər Rzanın qısadan-qısa, lakin dərin mənalı, nakam ömrü kimi. Nə yaxşı ki, qədirbilənlərimiz az deyil. Əlövsət müəllim deyir ki, cəmi üç dəfə görüşü olub şairlə. Hər üçü də qəlbinə ən əziz və unudulmayacaq xatirə kimi yazılıb:
Şairimizin adlarını yuxarıda çəkdiyim kitablarının hər birini, sadəcə, vərəqləməmişəm. Ənvər Rza şeirlərinin dillər əzbər olmasına kimsənin şübhəsi varsa, ən azı, kəlbəcərliləri dilləndirsin! Lakin bu yazını qələmə almaq üçün şairin 1994-cü ildə “Azərnəşr”də oğlu Pərvizin tərtibçiliyi, Əlövsət Ağalarovun redaktorluğu ilə işıq üzü görmüş “Bəxtəvər dustaq” kitabını yenidən vərəqlədim. Kəlbəcərdən didirgin düşdüyümüz 24 il ərzində bəlkə də şair bu qədər mənə doğma olmamışdı. Göz yaşlarımla suladığım hər səhifədən dağçiçəyi, novruzgülü, nərgiz, bənövşə cücərirdi, sanki… Kəlbəcərin bu məsum baxışlı çiçəkləri də Ənvərsizləşib elə bil, solğun idilər. Amma şeirləri elə təzətərdir ki:
Yaddışımı xatirələr kötəklər,
Yaddaşımda pöhrələnər kötüklər.
Qayıdanda yol verməyə gədiklər,
Bir bəxtəvər dustaq olam dağlara.
Aman Allah! Bakıdan Kəlbəcərə – ata yurduna dönəndə imana-dinə gələn şair geri qayıtmamaq üçün özünə ölüm diləyirmiş. Hələ bir siz şair fəhminə, duyumuna baxın: dağların yağı əlinə keçəcəyini o zamanlardan hiss edirmiş:
Dağlar oğlu, dağa qoyma yağını,
Aldatdılar, uzaq sandıq yaxını.
Əritmişəm ürəyimin yağını,
Ay batanda çıraq olam dağlara.
Əlövsət müəllim düz yazıb ki, Ənvər Rza Azərbaycan və ümumən bütün türk dünyasının böyük şairidir. Həmin kitabın ön sözünü şirin söhbətləri, şeiriyyəti, söz xəzinəsi incilərindən ərmağanları qalmış Məmməd Aslanımız yazıb: “Quzeydə qar sulandı”. Yenə də orijinal deyim, yenə də tapıntıı, yenə də Məmməd Aslan özünəməxsusluğu. Xatırlayıram ki, şair Yusif Hüseynin də bir kitabının ön sözünə də qeyri-adi bir sərlövhə seçmişdi: “Qarəməngül”. Amma açmasında yazmışdı ki, mart ayında qarı deşib boylanan həmin gülə Kəlbəcərdə peşəməngül də deyilirdi. Yusifi isə həmin gülə bənzədir, lakin onun dərdi eləcə əmib boylanan, böyüyən kimi təqdim edirdi:
Quzeydə qar sulandı,
Ürəyim qarsılandı.
Yaz gəlməyib, yalandı,
Anamsız da yaz olar?!
Ənvər Rza ruhunu hiss etdinizmi? Təbiəti də doğma anası kimi sevən şair anasızlığın ağrı-acısını şeirə görün necə hopdurub?Nə yaxşı görüşdük, nə yaxşı yenə!
Dağlar mövzusu Ənvər Rza poeziyasının ana xətti olub. Şəhərdə kənd üçün qəribsəyən Ənvər müəllimin burnunun ucu bilirsiz nələrdən ötrü göynəyirmiş? Doğulduğu el-oba, uşaqlığı, sadə insanlar, qohumlar-dostlar, ana təbiətin füsunkar guşələri…
Bu da yəhərləyib mindiyim boz daş,
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!
Nəyə vurğun olubsa onun poetic ifadəsini elə verib ki, qəlbimizə, köksümüzə bulaq suyu kimi süzülüb:
Vurğundur buy ala, yamaca Ənvər,
Meyl edər yarpıza, umaca Ənvər.
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!
Ənvər Rza poetikasının özünəməxsusluğu bir də ondadır ki, şairin şeirlərinə bəstələnən mahnılar zaman keçdikcə sanki müasirləşir, gənc nəslin ruhunu oxşayır və dillər əzbərinə çevrilir. Mərhum müğənnimiz Nəzakət Məmmədovanın ifasında “Elə baxma…” mahnısı isə özgə bir ovqat yaradır insanda. Baxışların söhbəti, sevginin, lal məhəbbətin tərənnümü dinləyicidə bax elə həmin müqəddəs anları yaşadır.
Nəhayət, onu da deməyi borc bilirəm ki, bu sətirləri ağ kağıza köçürməmişdən bir gün öncə Nazirlər Kabinetindən gələn zəng məni həm diksindirdi, həm də kövrəltdi. Ənvər Rza poeziyasını sevən, Kəlbəcərin ədəbi mühitinin təbliğində yorulmayan, kəlbəcərlilərin didərginlik illərində daim yanlarında olan, dərdlərini bölüşən Qurban Sadıqov idi bu dəfə zəng edib şairin doğum gününü unudub-unutmadığımızı soruşan. Sağ olsun. Amma bilmirdi ki, şairin “Kəlbəcərə gedən yollar” şeiri ilə mən onsuz da bir mənəvi yol başlamışdım, üzü dağlara.
Kəlbəcərin həsrətindən qovurulan şair onun yollarını elə incə notlarla təsvir edir ki, sanki qoşulub onunla o dağlara gedirsən. Amma birdən fikrin dolaşır, dumana düşüb azırsan. Haralardan keçib getmir ki, bu yollar:
Min bulaqdan içib gedir,
Qayaları biçib gedir.
Ürəyimdən keçib gedir,
Kəlbəcərə gedən yollar.
“Qala dərdim” kitabımda şairin bu şeirinə üz tutub yazdığım “Kəlbəcərə gedən yollar” rədifli gəraylı ilə fikrimə nöqtə qoyur və Ənvər Rzaya bir daha əbədilik, ölməzlik, kəlbəcərsizliyə dözməyənlərə isə həsrətlərinə son qoyulmasını arzulayıram.
Yazda əriş-arğac olur
Kəlbəcərə gedən yollar.
Yayda örüş-arxac olur,
Kəlbəcərə gedən yollar.
(Ənvər Rza)Gör neçə ildi bağlıdır,
Kəlbəcərə gedən yollar?!
Sinəmiz kimi dağlıdır
Kəlbəcərə gedən yollar.Haçalanmır neçə kəndə,
Yolçusu yox bircə bəndə.
Bir yaxşı bax, gör nə gündə,
Kəlbəcərə gedən yollar.Düşməni azdıra bilmir,
Qəbrini qazdıra bilmir,
Yazısın yozdura bilmir
Kəlbəcərə gedən yollar.Ot basıbdı, yoxdu izim,
Qırılıb taqətim, dizim,
Qurban olum sizə özüm,
Kəlbəcərə gedən yollar.Sizdən keçib atam, anam,
Sizdən keçib, bacım, sonam,
Sizdən ötrü xəstə canam,
Kəlbəcərə gedən yollar.Yox, deyəsən belə olarsa dağların bəxtəvər dustağının ruhu bizdən inciyər. Elə ilk və son söz də Ənvər Rzamızınkı olsun:
Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yazda nə var, yaylaqların payızda,
Vəfasını yoxlamağa gəlmişəm.Susuzyurdum tək məcməyi, tək sini,
Şair kimi sözlə hörüb köksünü.
Gözlə çəkib bu dağların əksini,
Ürəyimdə saxlamağa gəlmişəm.Göy təpələr sarı örpək bürünür,
Duman, çiskin ayağıma sürünür.
Ata yurdu, qardaş yeri görünür,-
Bir doyunca ağlamağa gəlmişəm.Naxış olur biçinçinin hər vəri,
Qızıl payız ilhamımın sərvəri.
Xəzan vaxtı bahar bilin Ənvəri,-
Dağ çayıyam, çağlamağa gəlmişəm.“Ənvər Rzanı xatırlayarkən…”
Ənvər Rzanı xatırlamaq nə qədər savbdırsa, bir o qədər də ağrlıdır, acılıdır.Onu tanıyanlardan kim sakit, təmkinlə (Ənvər Rzanın özü kimi) onun haqqında söz aça bilər? Heç kim məncə…
Payızdı yenə də. şairin ürəkdağlayn şeirlərindən biri yaşatdı gözlərimi:Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yazda nə var, yaylaqların payızda,
Vəfasını yoxlamağa gəlmişəm.Unutmayaq ki, aradan illər keçsə də, şairin həmin fikirləri bahar təravətini qoruyub saxlayıb. Daha dəhşətlisi isə odur ki, biz o dərdi oxlaya bilmirik. Dərd bizi hədəfə alıb, bir-bir çətən çubuğu kimi qırılırıq. Daha naxış olmur biçinçinin hər vəri, qızıl payız ilhaının sərvəri, çox da xəzan vaxtı bahr bilək Ənvəri, dağ çayı tək çağlamağa gəlmir ki…
Dönüb gözlərimdə yaşa,
Axam Kəlbəcərdən ötrü.
Övlad ola bilmədimsə,
Yoxam Kəlbəcərdən ötrü!Yığmışam dərdi ürəyə,
Qəmnən əriyə-əriyə.
Dönüb şimşəyə, nərəyə
Çaxam Kəlbəcərdən ötrü?Qurbanam dərə-düzünə,
Döyməsin bizsiz dizinə.
Düşməninin sağ gözünə
Oxam Kəlbəcərdən ötrü….Bu günlərdə Ənvər Rza yuxuma gəlmişdimi deyim, yoxsa, mən Ənvər Rzalı illərin həsrətiynən yuxlamışdım, bilmirəm, gördüm ki, şairin səsi gəlir, həm də qəmgin-qəmgin:
Ayağında bir balaca yer verə,
Başmaq olam, dolaq olam dağlara.
Ya də əkib sinəsində cücərdə,
Palıd olam, qovaq olam dağlara.Yaddaşımı xatirələr kötüklər,
Yaddaşımda pöhrələnər kötüklər.
Qayıdanda yol verməyə gədiklər,
Bir bəxtəvər dustaq olam dağlara.Çaşğın dövran əməlini azdımı,
Daş kitaba qanla tarix yazdımı?!
Kövrəltmərəm, özcə dərdi azdımı,
Bir yandan da mən dağ olam dağlara?Dağlar oğlu, dağa qoyma yağını!
Aldatdılar, uzaq sandıq yaxını!
Əritmişəm ürəyimin yağını,
Ay batanda çıraq olam dağlara.Könül, elə duyduğunu saf-çürük,
Bu dağlardan ayrı keçən ömür – yük.
Bir yer verə balasına ömürlük,
İstəmirəm qonaq olam dağlara.
…Bir şairdəki fəhmə bax, İlahi, tanrı?! Sən bu hikməti onun qəlbinə necə vermişdin ki, Kəlbəcərdə kəlbəcərsizlik dərdini, həsrətini yaşadırdın Ənvər Rzaya?! Hələ nə qaçğınlıq-köçkünlük vardı onda nə də o dağlardan ayrı keçən yük ömrü!
“Ənvər Rzanı xatırlayarkən”…. nələr düşmür ki, yada. Təəssüf ki, mənən Ənvər Rza ilə həmsöhbət olub dərdləşsək də, şirin hikmətli səsini maqnitafon lentindən eşitmişəm. S. Vurğunun, Dədə Şəmşirin nəfəsi, avazı kimi yaddaşıma hopub. Amma şairlə illərlə bir süfrə arxasında oturub onu dinləyən və yadadşına acılı-şirinli xatirələr yazan bir nəfər tanıyıram. İnsan loğmnı olduğunu kəlbəcərlilərdən savayı, ölkə əhlisi də bildi və tanıdı. Kəlbəcərin ağır və məşəqqətli mühasirə illərində lampa işığına belə cərrahiyyə əməliyyatı apararaq neçə-neçə növ-cavan könüllü və Milli Ordu əsgərlərimizi amansız və vaxtsız ölümün pəncəsindən xilas edən doktor Əli İsmayılovun könül adamı olduğunu bu günlərdə duydum və təsdiqlədi ki, vallah, kitab müəllifi olmaq üçün nə dilçi-ədəbiyyatçı olmalısan, nə də yazıçı-şair. Qəlbin və qələmin könül bulğından su içirsə sən fikrini düzüb-qoş bilərsən. “Ənvər Rzanı xatırlayarkən…” kitabını birnəfəsə oxuyub (həm də marşrut avtobusunda, 20 Yanvar-Müşfiqabad yolunda) dərindən nəfəs alanda kəlbəcərlilərin yaxşı tanıdığı Əli Müseyib oğluna minnətdrlığımı ifadə edə biləcək söz tapmadım. Fikrimi qəlmə alıb sözlə ifadə edib çatdırmaq üçün gecənin bir aləmində düşünmədən, fikirləşmədən, kağız-zad qaralamadan birbaşa kompyuterin klaviyaturasındakı hərflərə sığal çəkir barmaqlarım. Xəyallanmışam, rəhmətlik Əli Qurban Dastançı demişkən, məni məndən alıb aparan xatirə kitabının hər səhifəsindən dərd boylanır. Dərd bürüyüb dördbir yanımı.
Qalaq-qalaq qaldırmışam,
Qalaqlanıb qala dərdim.
Böyüyübdü, qocalıbdı,
Mənim kimi bala dərdim.Dağdan aşıb düzə gəldik,
Həsrətlə üz-üzə gəldik.
Təhqir edən gözə gəldik,
Bir ney lazım çala dərdim.Əlim yetmir ətəyinə,
Dağda çoban tütəyinə.
Bu fələyin kötəyinə
Dönüb qara qula dərdim.
Bir-birindən əziz və unudulmaz xatirələr dil açan kitabın nə redaktoru var, nə də ön sözü. Doğrusu, bu qeyri-adi, “standartlara baş əyməyən”, əslində, “sığışmayan” kitab, nədənsə, mənə çox doğma təsir bağışladı. Yalnız ona görə yox ki, eləcə ilk səhifələrdən şirin və bu xatirələr müəllifinin kimliyi, haradan gəlib hara getmələri barədə burda maraqlı tarix səhifələnir. Bir də ona görə ki, Ənvər Rza bütövlükdə şəxsiyyət olaraq təqdim olunur oxuculara. Məncə, hətta, kəlbəcərlilərin özlərinin çoxu bilmirdi ki, Ənvər Rzanın nəsil şəcərəsində neçə tarixi şəxsiyyətlər olub və bu gün də həmin ənənə şərəflə davam etdirilir.
Mən burada Kəlbəcərin son məskunlaşma tarixinin də izinə düşən müəllifin fədakarlığını yazmaya, qeyd etməyə bilmərəm. Əlbəttə, tarixi ulu olan yurdumuzda məskunlaşmalar bir neçə dəfə olub, əgər məşhur Zar kəndinin adı “Min bir gecə” nağıllarında çəkilirsə, Şəhrizadın adı Zar şəhərindən görürülübsə, demək, Kəlbəcər qaim-qədim yurdlardandır. Onun tarixi daşlara həkk olunub. Sadəcə, sonuncu məskunlaşma 400-500 ili əhatə edir.
Beləliklə, kitabı vərəqləyir və orada dil açan xatirələrlə o illərə dönürük. Ənvər Rzanın 5-6 yaşında olarkən mühribə illərində çəkdiklər (zülm-zillət və məşəqqətlər), Kəlbəcərin ötən əsrin 30-cu illərinin üsyanları, repressiya qurbanları, erməni daşnakların qəfil hücumları, Məşədi Cəmil kimi şəxsiyyətlərin Soltan bəylə dostluğu və bunun müqabilində el-elin arxa-dayağı olması, ermənilərin hücumlarının qarşısının alınması…
Kitabı, mənə qalarsa, Kəlbəcərin tarixinə giriş hesab edərdim, Ənvər Rza ilə bağlı xatirələrlı bağlı olsa da….
Cəmi-cümlətanı 4-cə kitabı işıq üçü görüb, onlardan ikisi sağlığında, ikisi isə son illər-Ənvərsiz qaldığmız və harayladığımız didərginlik, Kəlbəcərdən uzaqlarda, Kəlbəcər həsrətiylə göyüm-göynədiyimiz bu günlərdə. “Könlüə bahar düşüb” (bəxtinə xəzan yazılan şairin), “Nə yaxşı görüşdük, nə yaxşı yenə”, “Bəxtəvər dustaq” bizi yamnca ağladır, sinəmizi dağladır “Kəlbəcərə gedən yollar”. Kitabların işıq üzü görməsində elimizin və xalqımızın dəyərli ziyalıları Eldar Hümbət oğlu Həsənovla “Azərnəşr”in baş redaktoru, təəssübkeşliyi ilə kəlbəcərlilərinin sevimli və dərd ortağı kimi tanıdığımız publisist Əlövsət Ağalarovun xidmətləri, maddi və mənəvi dəstəkləri də xüsusi qeyd edilməyə dəyər. Əli Həkim bu incə məqama qədər həssaslıq göstərib.
Şairin Moskvada xəstəxanada yanına gedib, onu sonuncu dəfə ziyarət edən Əlövsət Ağalarovun da bu məqamı kədər hissilə öz yazılarında qeyd etməsi təsadüfi deyildi. Şair bakıda o zamanlar yaşayan cəmi 5-6 kəlbəcərli ziyalıların sevimlisinə çevrilmişdi. Onların arasından Əlövsət Ağalarovun seçilməsi də təsadüfi deyildi.
Şairin həm də alim kimi Azərbaycan ədəbiyyatdındakı xidmətlərini xatirələrində qələmə alan müəllif burada da ən lazımlı, ümummilli fikirləri önə çəkməklə, sanki özünün də elm və ədəbi tənqiddən xəbərdar ədəbiyyatşünas kimi hiss etdirir. “Dünya, səni ta almıram vecimə” sərlövhəli xatirəsində Əli həkim yazır: “…Ənvər Rza Vətənini, millətini ürəkdən sevən insan idi. Azərbaycanın ikiyə bölünməsini, işğal altında olmasını çox ağrılı qəbul edirdi. Ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi. Əfsuslar olsun ki, o, bu günləri –Azərbaycanın müstəqilliyə qovuşduğunu görmədi.
Ə.Rza şeirlərində yaşadığı dövrə, ictimai quruluşa etiraz notları çoxdur. Sovet quruluşunun ədəbiyyata, şeirə tələbi belə idi: “yazılan hər bir əsər partiyalı olmalıdır”. Hətat, aşıqlard a o vaxt yüksək tribunalardan oxuyardılar: ”Qəminizmə (kommunizmə) gedirik biz!. Lakin o zamanlar xalq arasında geniş yayılmış belə bir bir şeir də vardı:
Başımızda motal papaq,
Əlimizdə zoğal çomaq,
Ağ şalvarda qara yamaq
Kommunizmə gedirik biz”!
“Dünya, səni ta almıram vecimə” şeirinin sonuncu bəndini oxuyuram. Şair görün necə “tərənnüm” edir o dövrü və bu gün üçün necə də səslənir. Şeiriyyətin də sevilməyi məhz bundadır ki, bütün dövrlərdə öz aktuallığını təsdiqləmiş olsun:
Şah Xətaim namus, qeyrət səhifəm,
Dilimizə heykəl qoyduq “Qorqud”u.
Kim deyir ki, mən acizəm, zəifəm?!
Köləliyin bir adı da qorxudu.
Qorxunun da gücü çatmaz gücümə,
Dünya, səni ta almıram vecimə.
Kitabın dəyərini artıran, maralılığını artıran səbəblər az deyil. Onlardan biri də Əli İsmayılovun (bu xatirələr müəllifinin) haqqında ayrı-ayrı nəşrlərdə müxtəlif imzaların sahiblərinin dəyərli fikirlərinin yer almasıdır. Burada kimlərin adı yoxdur k… Abdulla Qurbaninin, “Murovun qəm karvanı”, Aslan Meyramlının, “Biz gedərik, xeyirxahlar qalandı”, “” Şamil Dəlidağ, “”Kəlbəcərin qəm dastanı, viran olan gülüstanı”, Zimistan Həsənovla Məhəmməd Nərimanoğlunun, “KƏLBƏCƏR-Azərbaycanın qala qapısı”, Əli Uluxanlının, “Qartallı dağlar”, Ələsgər Ağdabanlının, “İbrət” kitablarında Əli həkimin Kəlbəcərin o ağır, mühasirə illərində göstərdiyi təmənnasız xidmətlərindən söz açılır.
…Hə, gecə keçir…Mən isə “Ənvər Rzanı xatırlayrkən” kitabı ilə üz-üzəyəm. Əslində, mən kitabın müəllifi ilə həmsöhbət olmaq, ona bu misilsiz xəzinəni bir araya gətirdiyi üçün minnətdarlıq etmək istəyirdim. Buna macal vardımı? Telefonun “Vatsapp” xidməti ilə müəllif məni kitabın təqdimatına dəvət etdiyini yazdı. Məmnum oldum. Bütün bu təmənnasız xidmətlərinizə görə Sizə, sadəcə, təşəkkür eləmək azdır, həkim, çünki şəfalı əllərinizlə belə bir müqəddəs işi də gördünüz. Bunun əvəzini heç kim, heç bir mükafat ödəyə bilməz. Sizin qızıl kimi əliniz olduğunu bilirdik, qəlbinizin də elə bu cür olduğunu öyrəndik. Buna görə var olun!
…Bu da son. Yox, hələ heç nəyin sonu olmayıb. Ənvər Rza xalqın sevimli şairidir, rəsmi ad ona qıyılmasa da… Mərhum şairimiz Bəhmən Vətənoğlunun 70 illik yubileyində bakıdakı indiki Heydər Əliyev Sarayında (o zamanlar “Respublika” adlanırdı) Xalq şairi, kəlbəcərlilrin də sevimlisi Zəlimxan Yaqub bir tutarlı və yaddaşlara yazılan fikir işlədərək dedi ki, “….Bəhmən, sən qəm eləmə ki, səni təqdim edəndə “Xalq şairi” fəxri adı demədi. Amma, siz bu ada xalq tərəfindən çoxdan layiqsiniz. Ona görə ki, sazın sinəsinə yazılan eirlərin müəllifi xalqın əsl şairləridir. Bu sırada, Ənvər Rza, Dədə Şəmşir, Məmməd Aslan… kimi söz azmanları da var.Məhəmməd NƏRİMANOĞLU
-
USTAD Məhəmməd NƏRİMANOĞLU.”İstedadlılar”
Qızıl barmaqlılar
“Bacarıqlı əllər”dən çıxan əl işləri mükəmməl sənət əsərləri kimi sevilir“Çoxuşaqlı ailə”nin üzvləri…
Onları çoxuşaqlı ailənin üzvləri də hesab etmək olar: bir-birləri ilə səmimi, doğma münasibətlərinə görə. Barmaqları qızıl olan bu istedadlıları bir “ailəyə” toplamaq heç də asan olmayıb. 10 il bundan öncə “zərgər barmaqlı” istedadlıları bir araya toplmaqla böyük xeyirxahlıq göstərilib. “Bacarıqlı Əllər Dünyası “ İctimai Birliyinin sədri Azadə Məmmədova deyir ki, fiziki məhdudiyyətli uşaqların arasında elə istedadlılar var ki, onlar artıq püxtə sənətkar kimi tanınırlar. “Azərbaycanı dünyaya tanıdaq” layihəsi ilə respublikanın müxtəlif bölgələrinə (İsmayıllı, Şəki, Şamaxı, Quba və s.) səfərlər edib, orada sərgilər keçirmişik. Belə layihələrin təşkili barmaqları qızıl hesab edilən bacarıqlı əllər sahiblərinin üzə çıxarılmasında, xüsusən onların ictimaiyyətə, cəmiyyətə inteqrasiyasında mühüm vasitələrdən biri hesab edilir”.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 2020-ci ili “Könüllülər ili “elan etməsi ilə əlaqədar reallaşdırılan layihələrdən biri də fiziki məhdudiyyətli uşaqlarla təlimlərin keçirilməsidir. 2 ay davam edəcək təlimlərdə 20 uşağa toxuma sənətinin incəlikləri öyrədiləcək ki, bu da onlara həm maddi, həm də mənəvi dəstək deməkdir.
Ümumiyyətlə, fiziki məhdudiyyətli uşaq və gənclərin “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyində bir araya gəlməsi yalnız sosial məsələ deyil. Bu, ilk növbədə həmin kateqoriyalı uşaqların həyata inteqrasiyası, onlara mənəvi dəstək məqsədi daşıyır. Qısa zaman ərzində 40-dək belə uşağın toplanması və nümunəvi əl işləri yaratmalarına səbəb, ilk növbədə Zəhra Xələfova, burada əziyyəti daha çox olan Rahim Rzayev, Sevinc Məsimova, Adil Şıxəliyev kimi sevimli müəllimlərdir. Adlarını qeyd etdiyimiz həmin müəllimlər hər bir uşaqla fərdi qaydada məşğul olmaqla, onlara həm sənət və peşələrin sirrini öyrədir, həm də sevdirirlər.
Rahim Rzayevin buradakı xidmətləri, həmçinin əl işləri haqqında isə xüsusi qeyd edilməyə layiqdir.Şamxalın “Möcüzə”si…
Azadə Məmmədova “Bacarıqlı əllər” ailəsinin üzvlərini təqdim edərkən Xələfli Samxal Şahid oğlundan başladı: “1998-ci ildə Bakıda anadan olub. Autizm sindromu və nitq inkişafı geriliyi var. Yasamal rayonundakı 153 nömrəli tam orta məktəbdə inkuliziv təhsil alıb. “Saglam Gələcəyə Yardım” İctimai Birliyi, “Birgə və Sağlam”, Bakı Uşaq Teatrı, A.Şaiq adına Kukla Teatrı, “Bacarıqlı Əllər Dünyası”, Tofiq İsmayılov adına Uşaq Qalereyası və s. yerlərdə müxtəlif dərnəklərdə təlimlər keçib. Stolüstü tennis və yüngül atletika üzrə bir çox yarışlarda iştirak edərək qalib olub. “Birgə və Sağlam”da autizmli gənclərin calışdığı “Kasalata” kafe-atelyedə peşə, ənənəvi incəsənət vasitəsilə İnkuliziv Təhsil Layihəsində keramika və foto təlimləri də alır. “Möcüzə” rəqs qrupunun üzvü olan Şamxal həm də özəl əl qabiliyyətinə malikdir – rəsmləri adamı heyran qoyur…”
Milliyyətcə Məhsəti türkü olan Umarova Astımaral Əziz qızının 15 yaşı var. O da fiziki məhdudiyyətli uşaq-gənclərdən biridir. Yalnız əl işləri ilə fərqlənmir, həm də gözəl rəqs edir. Tikmə, toxuma və muncuqlarla işləməyi sevir. “Bacarıqlı Əllər” dərnəyinin ən məsuliyyətli, həm də çalışqanlarındandır.
Nigar Süleymanzadənin də 15 yaşı var. Eşitməsi qüsurlu olan Nigar həm də nitq məhdudiyyətlidir. O da çox gözəl rəqs edir. Toxumaları və ümumiyyətlə, əl işləri onda əla alınır, müəllimi razılıq edir. Deyir ki, ilk başlayanda çətinlikləri az olmamışdı. Lakin indi onun əl işləri fərqlənir. Nigarın piserlərlə işləmək və rəsm çəkmək qabiliyyəti də var.Əngəl törətməyən əngəllik
Mustafa Abdullayevin rəsmlərinə gəlincə, onlar nümunəviliyi ilə seçilir. Erkən yaşlarından atadan yetim qalan Mustafa anasının tək övladıdır. İnkişfın ləngiməsi diaqonuzu qoyulub, çox çalışqandır. Burada öyrəndiyi sənəti ilə fəxr edir. Məsələ burasındadır ki, fiziki məhdudiyyətli olması onun qabiliyyət və bacarıqlarına heç cür əngəl törətmir. Anası şəkər xəstəliyindən əziyyət cəkir. İşlədiyi rəsmlərini bu birliyin xətti ilə satıb anasının gözünü əməliyyat etdirib…
Hüseynova Bəsti Ramil qızı 2007-ci ilin yanvar ayında Bakıda 2 saylı dogum evində dünyaya gəlib. 2 yaşına qədər hər şey normal olsa da, sonradan geriləmə baş verib. Həkimlərin rəyinə görə, autizm sindromludur. 11 saylı xususi təmayüllü məktəbin nəzdində ev təhsili alır. Anası UAF təşkilatının rəhbərliyinə belə uşaqlara göstərdiyi dəstəyə görə təşəkkürünü bildirir və əlavə edir ki, Bəstinin gözəl əl qabiliyyəti var. “Bacarıqlı Əllər Dünyası”nın sədri Azadə Məmmədova və buradakı dərnəyin müəllimlərindən Zəhra Xələfova ilə Zenfira Həbibullayevanın qayğıları sayəsində layihəyə cəlb edildikdən sonra parça üzərində naxış işləməyi öryənib. Bu naxışlar onun ən çox sevdiyi işə çevrilib. Atrıq Bəsti tikiş maşını da işlədir, tort bəzəyir. O, ümumiyyətlə, “Bacarıqlı Əllər”ə qoşulduqdan sonra əməlli-başlı inkişaf yolu keçib, həyata baxışları tamamilə dəyişib. Bu, onun fəallığında, ona tapşırılan işlərin öhdəsindən bacarıq və həvəslə gəlməsində də özünün təsdiqini tapıb. Qoçaqlığına isə söz ola bilməz.Rəngbərəng darı muncuqlarından yaradılan pələng
Mayılzadə Fatimə də təşkilatın təlimlərindən yararlanır. Gözəl əl qabiliyyətlidir: muncuqtoxuma işlərini bacarır, dəzgahda palaz, milçə ilə papaq, şərf və s. toxuyur. Suvenir, saç sancağı düzəltməyi bacarır. Rəssamlıq Akademiyasının təşkil etdiyi rəsm əsərləri müsabiqələrində dəfələrlə I, II və III yerlərin qalibi olub.
Onun 19 yaşlı qardaşı Fuad serebral, ağır tetrafarezli iflicdən əziyyət çəkir. Fatimə sərgilərdə satdığı əl işlərindən əldə etdiyi qazancı ilə qardaşının müalicəsinə köməklik göstərir. Onun özgə bir dərdi də atasının gözdən əlilliyidir. Beş nəfərlik ailəni gözdən əlil Rasim Mayılov çəkdiyi rəsmlərini satmaqla dolandırır. Bu birliyin təşkil etdiyi sərgilərdə əsərləri daha çox satılan sənətkarlardan sayılır.
Fatimənin anası Rəxşəndə Şiriyevanın işsiz olsa da, yüksək qiymət verilən əl işləri var – muncuqdan qəndqabı, səbət toxuyur. Toxuma işlərinə daha çox üstünlük verir. Məsələn, ipdən papaq, şərf toxuyur, suvenirlər, rəngbərəng darı muncuqlarından parça üzərində şəkil yaradır, saç sancağı, çələng, qapı üstündən asmaq üçün süsü düzəldə bilir.
Cabarova Gulnar da Bakda dünyaya göz açıb. Xəstəliyi də elə gözlə bağlıdır: gözdibi miopiya astiqmatizm-klobomadır. Hazırda Bakı Dövlət Pedaqoji Kollecinin II kurs tələbəsidir. Bir çox sərgilərə qatılaraq setifikat da alıb. “Bacarıqlı Əllər”in təlimlərində davamlı iştirak edən Gülnar burada bir cox əl işləri öyrənib.
Bacarıqları və istedadlı olmaları ilə seçilən bu “çoxuşaqlı ailə”nin hər bir üzvü həm də səmimidirlər. Ən əsası isə bir-birlərinə məhəbbətli davranışları ilə çoxlarına nümunədirlər…Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan” -
Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın “Sən gedəndən bəri” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.
“İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 102-ci sayında çap olunub dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılmışdı.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
-
USTAD Məhəmməd NƏRİMANOĞLU.”Gəldim”
Kənan balamı Beyləqanın ilanmələyən
düzlərində əsgəri xidmət keçmək üçün “N” saylı hərbi hissəyə təhvil verib qayıdanda elə bildim ki,
həyatda o da, mən də yalqız qaldıq.
Böyütdüyüm, yetirdiyim Kənanı
Vətənə xidmətə verdim də gəldim.
Muğan çöllərinin ceyran, cüyürün,
Nə sərin havasın gördüm də, gəldim.
Dolandıq düzləri biz qarış-qarış,
Oğulsan talehlə gəl burda barış.
Torpaq cadar-cadar, üz qırış-qırış,
Artdı bu yerlərdə dərdim də, gəldim.
Soyuq baxışlardan üzüldü canım,
Dondu damarımda qaynayan qanım.
Qəm-kədər bürüdü yenə dörd yanım,
Dərdlərdən bir qala qurdum da gəldim.
Bənövşə tək boynubükük də gördüm,
Qəriblikdə qəlbi sökük də gördüm,
Doğmalardan üzüdönük də gördüm,
Mən qəm karvanını sürdüm də gəldim.
Bahar buludu tək dolmuşdu balam,
Boylana-boylana qalmışdı balam.
İstidən indidən solmuşdu balam,
Sinəmə göz yaşım sərdim də gəldim.
20 iyul 2013-cü il, Bakı şəh. -
USTAD Məhəmməd NƏRİMANOĞLU.”Kəlbəcərə gedən yollar”
Ölməz alim-şairimiz Ənvər Rzaya
Gör neçə ildi bağlıdır,
Kəlbəcərə gedən yollar?!
Sinəmiz kimi dağlıdır
Kəlbəcərə gedən yollar.Haçalanmır neçə kəndə,
Yolçusu yox bircə bəndə.
Bir yaxşı bax, gör nə gündə,
Kəlbəcərə gedən yollar.Düşməni azdıra bilmir,
Qəbrini qazdıra bilmir,
Yazısın yozdura bilmir
Kəlbəcərə gedən yollar.Ot basıbdı, yoxdu izim,
Qırılıb taqətim, dizim,
Qurban olum sizə özüm,
Kəlbəcərə gedən yollar.Sizdən keçib atam, anam,
Sizdən keçib, bacım, sonam,
Sizdən ötrü xəstə canam,
Kəlbəcərə gedən yollar.
16 sentyabr 2012-ci il. -
USTAD Məhəmməd NƏRİMANOĞLU.”SənəmSən”
Cəmilə Çiçəyin “Əyyub və Sənəm” dastanınaBir baxışdan həsrətini duymuşam,
Sən ürəyi paralısan, sənəmsən.
Vüsalına əliçatmaz Məcnunam,
Leylimisal yaralısan, sənəm, sən!Gül qönçəsi, ətrin edib məst məni,
Üzməmişdi belə əda, qəsd məni.
Lal eyləyib, kar eyləyib – süst məni,
İndi bildim haralısan, Sənəm, sən.İstisuda, Dəlidağda maraldın,
Gül açmamış qönçə-ləçək saraldın.
Yanıb-sönüb od almamış qaraldın,
Əyyub görən o işvəli Sənəmsən?!Tər çiçəyin ləçəyisən, əsirsən,
Məhəbbətin girdabında yesirsən.
Eşqin bəlasında hələ əsirsən,
Məhəmmədə deməsən də, Sənəm, sən! -
USTAD Məhəmməd NƏRİMANOĞLU.”Göz dəyib deyirlər gülünə, gözəl!”
Yamanca susubdu, danışmır, dinmir,
Vurub qadağanı dilinə gözəl!
Bağban olub qorumadıq yəqin ki,
Göz dəyib deyirlər gülünə, gözəl!Bahar donlu tər çiçəkdən gözəlsən,
Gözəllərdən, sən göyçəkdən gözəlsən.
Ay qara tel, sən ləçəkdən gözəlsən,
Qurban didərgin obana, elinə, gözəl.Sən hürkək baxışlı körpə maralsan,
Dözərəmmi çiçək-ləçək saralsan?!
Hicranınla dərd dağında qalarsan,
Dən düşər saçına, telinə, gözəl! -
Bu gün Od çərşənbəsidir
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.Çərşənbələrr yazın gəlişindən xəbər verir.
Elmi ədəbiyyatda çərşənbələrin dörd ünsürlə adlandırılmasının müasir dövrün ənənəsi olması, yəni, bu adların sonradan qoyulması barədə fikirlər də var. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.[1][2]
sadə süfrə
Mündəricat
Su Çərşənbəsi[redaktə | əsas redaktə]
Yumurta Döyüşü
Su çərşənbəsinə Yalançı çərşənbə, Əzəl çərşənbə, Sular Novruzu da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yaradanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.
Od Çərşənbəsi[redaktə | əsas redaktə]
Boz ayda qeyd edilən ikinci çərşənbə – Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Yel Çərşənbəsi[redaktə | əsas redaktə]
Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
İnanclar:
- Yeli əsdirəni söyməzlər.
- Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel babasənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.
Üçüncü çərşənbə bəzi bölgələrdə, xüsusən də Azərbaycanın qərb rayonlarında Qara çərşənbə, Gül çərşənbə də adlandırılır. Həmin gün qəbirlər ziyarət olunar, kol-kosdan təmizlənər, dünyasını dəyişmiş yaxınlar yad edilər.[3]
İlaxır və ya torpaq çərşənbəsi[redaktə | əsas redaktə]
Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə – Topraq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.
İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar. “Çərşənbələrin sonuncusu Axır çərşənbədir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılamışlar. Torpaq çərşənbəsi ərzin donunu dəyişir, adamlar qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır. Bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel (Su), Atəş, Yel, Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları fəlakətə salan özü fəlakətə düşər” – deyə yerindən qalxır, Sel (Su), Atəş, Yel və Torpaq xatun əl-ələ verib:
Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,
Təzə ömür, təzə məhsul, il gəldi –
deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, həmin gün elin əziz günü olan Axır çərşənbə idi.
Beləcə, torpağın oyanışı olan Torpaq çərşənbəsi özlüyündə bərəkəti, məhsul artımını simvollaşdırmaqla insanları maddi nemətlər bolluğu ilə təmin edib, acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Torpağın müqəddəsliyi və həyatvericilik gücü ondadır ki, digər yaradılmışlar da torpaqdan dirilik tapıb, inkişaf edir. Bitkilərin bitib-cücərməsi timsalında digər canlılar aləminin torpağın bəxşedici gücü ilə yaranıb formalaşdığını əks etdirir. Torpaq maddi varlıq olaraq bitkiləri və insanların yaşayıb inkişaf tapmasına, fəaliyyətinə şərait yaradır.
Ümumiyyətlə, qeyd olunan çərşənbələrdə hər yaradıcı ünsürün öz yeri, mövqeyi, əhəmiyyəti və rolu var. Onların hər biri ayrı-ayrılıqda həyat, yaşayış, dirilik üçün çox vacib funksiyanı yerinə yetirməklə, hamısı birləşib vahid bir komponent təşkil edir və bütöv canlı orqanizm kimi birlikdə canlı həyatın əsasında dayanırlar. Ona görə də xalq təfəkkürünün ayrılmaz tərkib hissəsi kimi götürülən bu dörd yaradıcı həyat elementini bir-birindən təcrid edərək, birinin rolunu azaldıb, digərinin funksiyasını böyütməklə yanlışlığa yol vermək olmaz.
İlaxır çərşənbələrin hər birində onların ayrı-ayrı yaradıcı ünsürlərin adları ilə tanınıb adlanmalarına baxmayaraq, xalqımız Su, Od, Yel və Torpaq çərşənbələrinə hər zaman eyni qaydada önəm verib. Bu, həm də mərasim və ayinlərdə xalq müdrikliyinin bir göstəricisi kimi diqqət çəkir. Bütün çərşənbələrdə od ünsürünün rəmzi olan ocaq qalanır, şamlar yandırılır, su ünsürünün rəmzi kimi qapı-bacalara “su aydınlıqdır” deyə parçlarda su atılır, eləcə də yel (hava), torpaq ünsürü ilə də bağlı digər inanclar, mərasimi aktlar və s. yerinə yetirilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, xalq ilaxır çərşənbələrin hər birində bu yaradıcı elementləri simvolizə edən yaradıcı qüvvələrə eyni dərəcədə qədir-qiymət qoyur, hər bir yaradıcı qüvvəyə xoş gedəcək ayin və rituallar həyata keçirir. Professor Azad Nəbiyevin “Suya, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirən Axır çərşənbə İlaxır çərşənbələrin ən gözəli, təntənəlisi və insanları bayrama yaxınlaşdıran bir çərşənbə idi” fikrinə əsasən Axır çərşənbənin Suya, Atəşə, Yelə və Torpağa tapınmanı digər üç çərşənbənin mərasim keyfiyyətlərinə də aid etmək olar.
Tədqiqatçı Xeybər Göyyallının yazdığı kimi, sonuncu çərşənbə sayılan Torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.
Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.
Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar.
Torpaq insanları yaşayış üçün zəruri olan qida-ərzaq bolluğu ilə təmin edən real həyati varlıq stixiyasıdır. Torpaq deyir: “Öldür məni, dirildim səni” və s. bu tipli saysız-hesabsız folklor örnəklərimizin də məğzində torpağın bir yaradıcı ünsür kimi insanın yaşayışı və fəaliyyəti üçün əsas stimulverici güc olduğu bildirilir. Bütün bunlar torpağın real həyatla, gündəlik məişətimizlə bağlı olduğunu göstərən amillərdir…
Torpaq çərşənbəsində digər çərşənbələrdəki kimi simvolik məzmunlu rituallar, ayinlər keçirilir ki, bunlar da bayram ənənəsinin təbii tələbidir. Axır çərşənbənin özündən əvvəlki digər üç çərşənbədən (söhbət doğruçu çərşənbələrdən gedir) təmtəraqlı, zəngin ayin və rituallarla müşayiət olunması onun yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş – yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunur.
-
Kitabxanada Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı. İnformasiya bülletenində görkəmli sərkərdənin döyüş yolu, təltifləri, ona həsr olunmuş şeirlər, fotoqalereya və. s. məlumatlar toplanmışdır.
İnformasiya bülleteni MKS-in Veb saytında yerləşdirilib
-
Gənc yazar Kamran Murquzovun şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovun “Yoxdu ehtiyacın Sənin, ay ALLAH!” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.
“İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, adıçəkilən məqalə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib. Bundan öncə şeirləri “Kümbet”, “Usare”, ”Hece Taşları”, “Kardelen” dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
-
“Qələmlə, Silahla…” adlı kitab-albomun təqdimat mərasimi keçirilib –
Azərbaycan Yazıçılar Birliyinin atavan klubunda Müdafiə Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi Ağsaqqalar Şurasının nəşri olan “Qələmlə, Silahla…” adlı kitab-albomun təqdimat mərasimi keçirilib.
Kitab-alboma xalqımızın yüksək mənəvi keyfiyyətlərini – Vətən sevgisi, torpağı qorumaq borcu, qələbə əzmi, yadelli işğalçılara qarşı döyüşlərdə qəhrəmanlıq, fədakarlıq, şəhidlik örnəklərini özündə əks etdirən müsahibələr, şeirlər, məqalələr və tarixi şəkillər daxil edilib.
Kitab-albom ulu öndər Heydər Əliyevin “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur” fikirləri ilə başlanır.
Nəşrdə 2016-cı ilin Aprel döyüşlərindən sonra Yazıçılar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup şair və yazıçının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərindən və onların təəssüratlarından geniş söhbət açılır. Hər sətrində Azərbaycan əsgərinin gücünü, Lələtəpə zirvəsində vüqarla dalğalanan üçrəngli bayrağımızın tezliklə Şuşada da dalğalanacağına əminliyi, kül altından boy atan Cocuq Mərcanlıdakı qələbəliyi tərənnüm edən şeirlər böyük maraq doğurur.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar tədbir iştirakçılarını salamlayaraq, kitab-albomun işıq üzü görməsində göstərdiyi maddi və mənəvi dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyə minnətdarlığını bildirib.
Xalq yazıçısı Müdafiə nazirinin bir qrup yazarı qəbul etdiyi görüşü və cəbhə bölgələrinə səfərlərini xatırlayıb. Yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə və onun istənilən döyüş tapşırığını yerinə yetirməyə hər an hazır olduğundan qürurla danışıb.
AYB-nin Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadə bütün müharibələrdə digər ideoloji vasitələrlə yanaşı, ədəbiyyatın da böyük rol oynadığını qeyd edərək müharibə mövzusunda yazılan əsərlərin döyüşçünün mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində müstəsna əhəmiyyət kəsb etdiyini deyib. “Vətən müdafiəçilərinə həsr edilən əsərlər cəmiyyətlə ordu arasında sağlam mənəvi körpü yaradır. Əgər yazar döyüşçünün şücaətini, rəşadətini dolğun şəkildə əks etdirə bilirsə, əgər əsgər həmin əsərlərdə özünün obrazını görürsə, bu, ədəbiyyatın böyük uğurudur.”
Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə fəaliyyət planından söz açaraq, ordumuzun qələm sahibləri ilə işbirliyinin vacibliyini xüsusilə vurğulayıb. O, qeyd edib ki, ziyalılar, ictimai xadimlər, eləcə də şair və yazıçılarımız tez-tez Azərbaycan əsgərinin qonağı olur və ordu gənclərinin Vətənə, dövlətə, xalqa sədaqət ruhunda tərbiyə olunmasında səylərini əsirgəmirlər.
A.Qurbani Azərbaycan Ordusu şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun daha da yüksəldilməsində xidmətlərinə görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Nəriman Həsənzadəyə ünvanladığı təbrik məktubunu və qiymətli hədiyyəni görkəmli Xalq şairinə təqdim edib.
Təqdimat mərasimində Xalq yazıçıları Mövlud Süleymanlı, Elmira Axundova, akademik Nizami Cəfərov, Xalq şairi Musa Yaqub, Cocuq Mərcanlıdan gələn Səidə müəllimə və başqaları Müdafiə Nazirliyinin “Hərbi Nəşriyyat”ında hazırlanan AYB-nin Ağsaqqalar Şurasının “Qələmlə, Silahla…” nəşrini yüksək qiymətləndirib və bu vətənpərvərlik təşəbbüsünün davam etdiriləcəyinə əminliklərini bildiriblər.