Category: Mədəniyyət

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

    13 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında görüş keçirilib.

    Görüşdə mədəniyyət naziri Anar Kərimov, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, eləcə də nazirliyin və DİM-in müvafiq struktur bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.

    Anlaşma Memorandumunun imzalanmasının əsas məqsədi sözügedən məktəb və mərkəzlərə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqələrin test imtahanlarınınşəffaflığını təmin etmək, sahə üzrə uğurlu beynəlxalq təcrübəni ölkə kontekstinə uyğun olaraq tətbiq etmək, peşəkar kadr bazasının formalaşmasına və sahə üzrə səriştəli şəxslərin pedaqoji fəaliyyətə cəlb olunmasına töhfə verməkdir.

    Sonda isə Nazirlik tərəfindən DİM-in kitabxanasına Şuşanın və Azərbaycanın tarixini əks etdirən kitablar hədiyyə olunub.

    Xatırladaq ki, görüşdən əvvəl iştirakçılar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi ilə də tanış olublar.

    Mənbə: https://culture.gov.az/

  • Gənc xanım yazar Şəfa Vəlinin müsahibəsi “Ulduz” dərgisinin dekabr sayında işıq üzü görüb

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəlinin “Dramaturgiyamızın banisi” sərlövhəli müsahibəsində böyük ədib M.F.Axundzadənin Şəkidəki ev-muzeyinin əməkdaşı Sevda Rəhimova ilə həmsöhbəti Azərbaycan Yazıçılar Birliyinin (AYB) aylıq mətbu orqanı “Ulduz” dərgisinin dekabr sayında işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şuşada qış fəslindən fotoları lentə alacaq sonuncu fotoqraf ölkəmizdə səfərdədir

    Şuşada qış fəslindən fotoları lentə alacaq sonuncu fotoqraf ölkəmizdə səfərdədir

    Xəbər verdiyimiz kimi, “Şuşa ili” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsi keçirilir.

    Layihədə iştirak edən dünyaca məşhur fotoqraflar Şuşa şəhərinə səfərlər edir və hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınır. Layihə Almaniya, Türkiyə, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşır. Hüseyn Taşkın (Türkiyə), Reto Guntli (İsveçrə) və Tiina İtkonen (Finlandiya) bu beynəlxalq layihədə iştirak edərək müvafiq olaraq yaz, yay və payız fəsillərindən fotoları lentə alıb.

    Şuşada qış fəslindən fotoları lentə alacaq növbəti fotoqraf Fabian Weiss (Almaniya) isə hazırda ölkəmizdə səfərdədir. O, cari ilin 13-16 dekabr tarixlərində Şuşanı ziyarət edəcək.

    Azərbaycana səfəri çərçivəsində dekabrın 12-də xarici fotoqraf ilə Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva arasında görüş keçirildi, “4 seasons of Shusha” layihəsinin məqsədi və gözləntilər barədə fikir mübadiləsi aparıldı.

    Qeyd edək ki, xarici fotoqrafların Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaq. Azərbaycana dəvət olunan bu mütəxəssislərin çəkdiyi fotoşəkillər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq.

    Layihənin sonunda çəkilən fotoşəkillərdən ibarət kitab-kataloq nəşr olunacaq və həm Azərbaycanda, həm də fotoqrafların öz ölkələri və dünyanın digər müxtəlif ölkələrində sərgilər təşkil ediləcək.

    Mənbə: https://culture.gov.az/

  • Polşada Milli Dövlət İdarəçilik Məktəbi tərəfindən dövlət qulluğu sahəsində təlim keçilirib

    28 noyabr-9 dekabr 2022-ci il tarixlərində Polşanın paytaxtı Varşava şəhərində Şərq Tərəfdaşlığın Dövlət İdarəçilik Akademiyasının tərkibindəki Lex Kaçinsi adına Milli Dövlət İdarəçilik Məktəbi tərəfindən dövlət administrasiyasının nümayəndələri üçün dövlət qulluğu sahəsində təlim keçilirib.

    Təlimdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini İnsan kapitalının idarə edilməsi şöbəsinin əməkdaşı Araz Əlizadə təmsil edib. O, Polşa Respublikasının İnkişaf Fondları və Regional Siyasət Nazirliyində Dövlət qulluğu mövzusunda müxtəlif təlimlərə cəlb olunub. Təlimlər zamanı Azərbaycan Respublikası və Polşa Respublikasıdakı mövcud qanunvericilik aktları ilə yanaşı dövlət qulluğuna dair müxtəlif mövzular da müzakirə edilib və təcrübə mübadiləsi həyata keçirilib.

    Həmçinin təlimlər çərçivəsində A.Əlizadə Polşa Respublikasının inkişaf fondları və regional siyasət naziri cənab Qreqoj Puda tərəfindən qəbul edilib. Görüş zamanı dövlət qulluğunun əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb.

    Mənbə: https://culture.gov.az/

  • Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Yaşat” adlı xeyriyyə konserti keçirilib

    10 dekabr 2022-ci il tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Yaşat” adlı xeyriyyə konserti keçirilib.

    Konsertdə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri (dirijor Xalq artisti Rafael Bayramov) və “Xəmsə” Estrada Ansamblı (bədii rəhbər Şəhriyar Tağıyev) çıxış edib. Xeyriyyə konsertində qəhrəmanlıq mövzusunda bir-birindən maraqlı musiqi nömrələri, dünya musiqi incilərindən nümunələr səsləndirilib.

    Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, şəhid və qazi ailələri, şəhər sakinləri fəal iştirak edib.

    Bilet satışından əldə olunan vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə “YAŞAT” fonduna ianə edilib.

    Mənbə: https://culture.gov.az/

  • Abidə mühafizəçiləri üçün təşkil olunan təlim başa çatıb

    Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə  Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” adlı təlim başa çatıb.

    Təlimdə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin, “Avey”, “Keşikçidağ”, “Qədim Şəmkir Şəhəri” və Gəncə dövlət tarix-mədəniyyət qoruqlarının 30-a yaxın abidə mühafizəçisi iştirak edib.

    Təlimdə Dövlət Xidmətinin Mədəni İrsin Qorunması şöbəsinin müdiri Ruslan Ənvərli, qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov, tarix üzrə fəlsəfə doktoru, arxeoloq İdris Əliyev və başqaları məruzələrlə çıxış ediblər.

    “Tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı”, “Tarixi abidələrin dövlət qeydiyyatına alınması prosesi”, “Aidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi” və digər mövzularda keçirilən təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

    Mənbə: https://culture.gov.az/

  • SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 110 illik yubileyinə həsr olunmuş konsert keçirildi

    Dekabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 110 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

    Musiqili gecənin əvvəlində Əməkdar İncəsənət Xadimi, musiqişünas Zümrüd Dadaşzadə maestro Niyazi haqqında söz açdı.

    Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayev, Əməkdar artist Fuad İbrahimov və Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edib. 

    Fatimə Cəfərzadə (soprano), Nigar Cəlilova (xanəndə), Fəxri Kazım-Nicat (tenor) tamaşaçılara öz ifalarını təqdim etdilər. Konsertdə bəstəkarın müəllifi olduğu “Rast” simfonik muğamı, “Vətən haqqında nəğmə”, “Xosrov və Şirin” operasından “Şirinin ariyası”, “Çitra” baletindən Süita, “Arzu” romansı, “Qaytağı və Niyazinin işləməsində “Qaragilə” xalq mahnısı səsləndi.

    Mənbə: https://culture.gov.az/

  • “Şuşa mədəniyyətinin inciləri”: Yusif Vəzir Çəmənzəminli

    “Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir. Layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat Yusif Vəzir Çəmənzəminliyə həsr olunub.

    XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixinin ən parlaq nümayəndələrindən biri olan Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub.

    İlk təhsilini Şuşada Molla Mehdinin məktəbində alıb. 1896-ci ildə Şuşa realnı məktəbinə daxil olub. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı aylıq yumoristik jurnal çıxarıb.

    1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur “Məlik Məmməd” nağılını qələmə alır. O, “Çəmənzəminli” təxəllüsündən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.


    1912-ci ildə Kiyevdə, 1919-cu ildə İstanbulda müxtəlif vəzifələrdə çalışıb. Bu dövrlər ərzində də ədəbi yaradıcılığını uğurla davam etdirib.

    Vətəninə qayıdan Yusif “Bakı işçisi” nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyir, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyir.

    1938-ci ildə Yusif Vəzir Özbəkistanın Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunub.

    1940-cı ildə həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib.

    Mənbə: https://culture.gov.az/

  • Bursada “Şuşa Günləri” keçirilib, “Türk dünyası mədəniyyət paytaxtı” simvolu Şuşa şəhərinə təhvil verilib

    8-9 dekabr tarixlərində Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Bursa Böyükşəhər Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində “Şuşa Günləri” keçirilib. “Şuşa Günləri” 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Bursa şəhərinin bu missiyanı növbəti il üçün Azərbaycanın Şuşa şəhərinə təhvil verməsi münasibətilə təşkil olunub.

    “Şuşa Günləri” çərçivəsində Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyi ilə əlaqədar onun həyat və yaradıcılığına həsr olunan və Beynəlxalq Mədəniyyət və İrs Fondu tərəfindən hazırlanan “Şuşanın tək incisi” bədii-sənədli filminin premyerası, Azərbaycanın Xalq artisti Mehriban Zəkinin Xurşidbanu Natəvanın şeirlərinin səsləndirməsi və Azərbaycan muğam triosunun müşayiəti ilə ədəbi-musiqili kompozisiya, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin “Qarabağnamə” (“Hökmdar və qızı”) pyesi və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı “Şuşada ürəyim qaldı” tamaşası (quruluşçu rejissor Mərahim Fərzəlibəyov), dünyaca məşhur fotoqraf Reza Deqatinin “Azərbaycanın incisi Şuşa” sərgisi nümayiş olunub.

    Həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrs Fondunun təşəbbüsü ilə yaradılmış “Yeddi gözəl” (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstan sənətçilərindən ibarət; bədii rəhbər Əməkdar artist Turan Manafzadə) musiqi qrupunun konserti və Azərbaycanın tanınmış modelyer-dizayneri Gülnarə Xəlilovanın “Qarabağ qadın milli geyim kolleksiyası”nın nümayişi təşkil edilib. Silsilə tədbirlərlə yanaşı Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun prezidenti Günay Əfəndiyeva, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva Bursa Bələdiyyə Başkanı Alinur Aktaş və Türkiyənin Bursa şəhərinin valisi Yakup Canbolat tərəfindən rəsmi qəbul görüşü keçirilib.

    Görüşdə 2022-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı olaraq Bursada il ərzində təşkil olunan tədbirlər və həyata keçirilən layihələr, Qarabağ Zəfəri, Şuşa və işğaldan azad olunmuş digər ərazilərdə tarixi və dini abidələrimizə qarşı erməni vandalizmi, orada bərpa quruculuq işləri, türk dünyasının ayrılmaz parçası Şuşanın zəngin tarixi, mədəniyyəti və incəsənəti, habelə “Şuşa Günləri”nin əhəmiyyəti haqqında müzakirələr aparılıb.

    9 dekabrda TÜRKSOY-un 2022-ci il “Bursa – Türk dünyası mədəniyyət paytaxtı ili”nin rəsmi bağlanış mərasimi keçirilib.

    Mərasimdə TÜRKSOY-un baş katibi Sultan Raev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş çıxış edərək Azərbaycanın zəngin mədəni irsinin beşiyi, dahi şəxsiyyətlərin vətəni olan Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını bu şəhərin tarixinin yeni və möhtəşəm səhifəsi adlandırıblar. Bu qürurverici hadisənin çox böyük önəm daşıdığı xüsusi vurğulanıb.

    Sonra Bursa şəhərinin və TÜRKSOY-ya üzv ölkələrinin sənətçilərinin iştirakı ilə musiqi proqramı təqdim olunub. Konsertdə Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova da çıxış edib.

    Bağlanış mərasimin sonunda “Türk dünyasının mədəniyyət paytaxtı” simvolu Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş tərəfindən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova təhvil verilib.

    Mənbə: https://culture.gov.az/

  • Şair Namiq Hacıheydərli ilə görüş keçirilib

    This image has an empty alt attribute; its file name is 171290457_2821495691435615_4607237874836848479_n.jpg

    Dekabrın 10-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsi çərçivəsində icra edilən “Şagirdlərdə bloqyaratma və bloqlarında hekayəyazma müsabiqələrinin keçirilməsi” layihəsi çərçivəsində AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Namiq Hacıheydərli ilə görüş keçirilmişdir.

    Onlayn görüşdə yaradıcı şagirdlərlə bir araya gəlməkdən şad olduğunu bildirərərək Namiq Hacıheydərli onların qələm təcrübələrini dinləmiş, bu mövzuda öz fikir və tövsiyələrini çatdırmışdır.

    Görüş zamanı şagirdlərin ədəbiyyat və yaradıcılıqla bağlı suallarına cavablandıran şair bu layihənin əhəmiyyətini yüksək qiymətləndirmişdir.

    Yaradıcılıq prosesinin və ədəbiyyatın özünəməxsus məziyyətlərindən danışan Namiq Hacıheydərli bu istiqamətdə maraqlı fikirlər səsləndirmiş, sonda şagirdlərə öz şeirlərindən oxumuş və görüşdən məmnunluq keçirdiyini bildirərək onlara uğurlu yol arzulamışdır.

  • “Qalanı xatirədir” kitabı Sumqayıt oxucularına təqdim olunub

    Sumqayıt şəhərindəki Əli Kərim adına Poeziya evində Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli şair Baba Vəziroğlunun “Qalanı xatirədir” kitabının təqdimatı və imza günü keçirilib.

    AZƏRTAC xəbər verir ki, Poeziya evinin rəhbəri İbrahim İlyaslı şairin yaradıcılığı, onun nəsr və şeirlərinin başlıca hərəkətverici qüvvəsi barədə məlumat verib.

    Sonra kitabın redaktoru və tədbirin təşkilatçısı, şəhərdəki 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Hüseynlinin moderatorluğu ilə davam edən tədbir məktəbin müəllim və şagird kollektivinin çıxışı, şairin şeirlərindən ibarət musiqi nömrələri ilə davam edib.

    Baba Vəziroğlu çıxışında yaradıcılığına verilən dəyərə görə təşkilatçılara təşəkkürünü bildirib.

    Sonda Baba Vəziroğlu iştirakçıların aldıqları “Qalanı xatirədir” kitablarını imzalayıb.

    Mənbə: https://azertag.az/

  • İlin son “Ulduz”u

    “Ulduz” jurnalının dekabr nömrəsi işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, jurnal İlham Əzizin özü ilə söhbəti və “Priçuda” hekayəsi ilə açılır.

    “Şeir saatı”nda Günay Nərimanın, Əlizadə Nurinin, Tural Turanın, İradə Aytelin, Xosrov Natilin və Təranə Dəmirin şeirləri yer alıb. Şəfa Vəli “Dramaturgiyamızın banisi” sərlövhəli müsahibəsində böyük ədib M.F.Axundzadənin Şəkidəki ev-muzeyinin əməkdaşı Sevda Rəhimova ilə həmsöhbət olub. Vaqif Yusiflinin “Əlli beş yaşlı “Ulduz”umuz” sərlövhəli yazısında jurnalın tarixinə nəzər yetirilir, dərginin 55 illik yubileyinə həsr edilmiş sentyabr-oktyabr nömrəsində yer alan nostalji yazıların təhlili aparılır.

    “Ulduz” jurnalı və Türkiyənin “Genc yürekler” ədəbiyyat dərgisinin ortaq layihə-rubrikasında Yusif Alper Oyarın “Ağ kölgə” hekayəsi, eləcə də Muhterem Şahinin “Gəncliyə müraciət”, Edip Aykut Çiçəklinin “Mübarək əbədiyyət” esseləri təqdim olunub.

    Ay Bəniz Əliyarın “Qayıdan torpaqlar, qayıtmayan oğullar” poeması Vətən Müharibəsi Qəhrəmanı, şəhid Xəyal Həsənova ithaf edilib.

    “Tərcümə saatı”nda Afaq Şıxlının tərcüməsində vyetnamlı şair və nasir May Van Fanın şeirlərinə, Məlahət Qənbərovanın tərcüməsində isə Qırğızıstanın Xalq yazıçısı Mar Bayciyevin “Mənim qızıl balığım” hekayələrinə yer verilib. Gənc alim və şair Tural Adışirinin “Dörd gərək, dörd dörd gərək, bir dörd gərək” yazısı özündə sufi, hürufi təliminin say və hərf simvolikasını ehtiva edir.

    “Nəsr” rubrikasının əsasını Aygün Yaşarın “Yurdçu”, Zaur Ərmuğanın “Simic” hekayələri təşkil edir. Qərib Mehdi “İşıq”dan işığa” daxili monoloqunda “Ulduz” jurnalı ilə bağlı xatirələrini bölüşür, dərginin 55 illik yubileyi münasibətilə təbriklərini ünvanlayır.

    “Debüt”də Seyfəddin Hüseynlinin təqdimatında gənc şairə Əfsanə Rəhimlinin şeirləri dərc edilib. Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin “Anarın hekayə sənəti” yazısında – adından da göründüyü kimi Xalq yazıçısı Anarın hekayələri təhlil edilir. Yazıçı, jurnalist Maya İmranın “Şəhid eşqi” reportaj-hekayəsində 2022-ci ilin sentyabrında düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Səbuhi Əhmədovun dəfn mərasimində yaşananlar qələmə alınıb.

    Oxucular filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi “Qısa fikirlər xəzinəsi” rubrikasında Ceyms Coysun, Tomas Eliotun, Oldos Hakslinin, Elias Kanettinin, Jan Bodriyarın, Xorxe Luis Borxesin, Çarlz Bukovskinin və Tomas Cefersonun müdrik fikirləriylə tanış olmaq imkanı əldə edəcəklər.

    Nəhayət, “Dərgidə kitab”da şair Faiq Hüseynbəylinin şeirləri, “Sərgi”də isə rəssam Nərmin Quluzadənin rəsmləri yer alıb.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Memarlar İttifaqının XX qurultayı keçirilib

    Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının XX qurultayı keçirilib.

    Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

    Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.

    Muğam Mərkəzində davam edən tədbiri giriş sözü ilə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə açaraq ölkəmizdə memarlığın keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, memarlığın inkişafı dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və dünyanın bir sıra ölkələrində tarix-memarlıq abidələri bərpa edilir.

    Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısının qurultay iştirakçılarına təbrik  məktubunu oxuyub. 

    Mədəniyyət naziri Anar Kərimov çıxışında nazirliyin Memarlar İttifaqı ilə uzun illərdir davam edən səmərəli əməkdaşlığından, tarixi-mədəni abidələrimizin bərpası sahəsində birgə görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan hələ min illər əvvəldən tarixi abidələrə malik olmuş, bu da xalqımızın nə qədər inkişafda olduğunun göstəricisidir. Bu ənənələr davam edərək müasir dövrə qədər gəlib çatıb. 

    Nazir, həmçinin diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi olaraq biz daima Memarlar İttifaqı ilə birgə işləyir və dəstək oluruq: “Son bir il ərzində ittifaqla bir neçə layihəmiz reallaşdırılb. Tarix-memarlıq abidələrinin reyestrinin elektonlaşdırılması məqsədilə ittifaqla işçi qrup çərçivəsində sıx əməkdaşlıq etmişik. Bu gün bu proseslər və islahatlar müzakirə edilir. Onlar da bu işə öz töhfələrini verirlər. Bu ilin iyun ayında Memarlar İttifaqı ilə Ağstafada konfrans keçirildi. Regiondakı abidələrə baxış oldu. Bu ənənənin bundan sonra da davam etdirilməsi planlaşdırılır. Belə ki, Vətən müharibəsindəki qələbəmizdən sonra Qarabağımızda  quruculuq işləri başlanılıb. Bu quruculuq işlərində memarlarımızın da üzərinə məsuliyyət düşür. Həmin ərazilərdə mədəni abidələrimiz və müəssisələrimizin əksəriyyəti dağıdılıb. Burada üzərimizə düşən vəzifə bu abidələri bərpa edərək yeni nəslə ötürməkdir”.

    Daha sonra nazir Memarlar İttifaqının sədri Elbəy Qasımzadəyə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovaya “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən nəşr etdirilən kitabları hədiyyə edib. 

    Qurultayda, həmçinin memarlıq sənətinin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup memara nazirliyin fəxri fərmanları təqdim edilib. 

    Qurultay öz işini hesabatların dinlənilməsi ilə davam etdirib.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət naziri Anar Kərimov Xalq artisti Sərdar Fərəcovla görüşüb

    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 9-da Əməkdar incəsənət xadimi, Fəxri Mədəniyyət işçisi, Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcovla görüşüb.

    Sərdar Fərəcovu 65 illik yubileyi münasibətilə təbrik edən nazir onun musiqi sənətinin inkişafındakı xidmətlərini, xüsusilə çoxillik pedaqoji fəaliyyətini vurğulayaraq sənətkara ən xoş arzularını çatdırıb.

    Bildirib ki, yubilyar sənətkar Azərbaycan mədəniyyətini, musiqi sənətini respublikada və xaricdə təbliğ edərək bir neçə sərgilərin və konsertlərin təşkilatçısı və iştirakçısı olmuş və özünü fəal, təşəbbüskar və işgüzar rəhbər kimi göstərmişdir. Sərdar Fərəcov müxtəlif illərdə 50-dən çox tamaşaya musiqi bəstələyərək musiqi sənətinin inkişafına töhfələrini vermişdir.

    Sonda nazir yubileyi münasibətilə Sərdar Fərəcova möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb, sənətkarı Mədəniyyət Nazirliyinin “Şuşa – 270” döş nişanı ilə təltif edib.

    Sərdar Fərəcov göstərilən diqqətə görə nazirə öz dərin təşəkkürünü bildirib.

    Mənbə: https://culture.gov.az/

  • Moskvada Bülbülün 125 illiyinə həsr olunmuş tədbir keçirilib

    Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən Rusiya Milli Musiqi Muzeyində Azərbaycan professional vokal məktəbinin banisi, Xalq artisti, tanınmış ictimai xadim, görkəmli opera müğənnisi Bülbülün 125 illik yubileyinə həsr olunmuş sərgi və onun repertuarından ibarət konsert keçirilib.            

    Tədbir çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Bülbülün Memorial Muzeyi və Rusiya Milli Musiqi Muzeyində qorunub saxlanılan Bülbülə aid eksponatlardan ibarət sərgi təşkil olunub.            

    Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Bülbül bütün həyatını incəsənətə və öz xalqına həsr edib. Bildirib ki, İtaliyada məşhur “La Skala” Teatrında təcrübə keçəndən sonra Vətənə qayıtmış müğənni Azərbaycan, Avropa və rus vokal məktəblərinin sintezini yaradaraq vokal sənətinə yeni münasibətin əsasını qoyub. O, 1997-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Bülbülün 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncamdan, Bülbül adına vokal müsabiqəsinin yaradılmasından bəhs edib. Polad Bülbüloğlu Azərbaycanda Bülbülün ev-muzeyinin tarixi barədə də məlumat verib. O deyib: “1981-ci ildə Bakıda, 1983-cü ildə isə Şuşada Bülbülün muzeyləri açıldı. Lakin təəssüf ki, sonradan təqribən 30 illik fasilə yaranıb. Çox sevindirici haldır ki, Şuşada, Bülbülün doğulduğu evdə yaradılmış muzey indi yenidən ziyarətçilər üçün açıqdır”.

    Polad Bülbüloğlu Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə bu tədbirin təşkilinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
    Tədbirdə çıxış edən Rusiya Milli Musiqi Muzeyinin direktoru Mixail Brızqalov Bülbülün həyat və yaradıcılığı haqqında söhbət açaraq sərgidə Bülbülün şəxsi əşyaları, diplomları, mükafatları, konsertlərdə çıxışları və opera tamaşalarının proqramlarının nümayiş etdirildiyini və sərginin eksponatlarının musiqiçinin yaradıcılıq yolunu, onun ictimai fəaliyyətini əks etdirdiyini və sərginin açılmasının iki ölkənin mədəniyyət həyatında önəmli hadisə olduğunu bildirib.

    Daha sonra Azərbaycanın əməkdar artistləri Elnarə Məmmədova, Anar Şuşalı, Təyyar Bayramov, Bülbül adına müsabiqənin laureatı Nigar Cəfərova Bülbülün repertuarından əsərlər ifa ediblər. Konsert proqramı “Qarabağ şikəstəsi” ritmik muğamı ilə başa çatıb.

    Mənbə: https://culture.gov.az/

  • Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

    Dekabrın 8-də Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

    İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

    Tədbirin bədii hissəsində Ulu Öndərin xatirəsinə həsr edilmiş mahnılar və kompozisiyalar, Əməkdar artist Aybəniz Haşımova və “Sənət” akademiyasının üzvlərinin ifasında konsert proqramı təqdim olunub.

    Mənbə: https://culture.gov.az/

  • “Şuşa yaradıcılıq emalatxanası” layihəsinə yekun vuruldu

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə cari ilin 28-30 avqust tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yaradıcı sahənin təmsilçiləri ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilib.

    “Şuşa İli” çərçivəsində gerçəkləşən layihədə müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı insanlar Şuşada bir araya gəldilər. Üç gün ərzində Şuşa ilə yaxından tanış olan 20-dən artıq bəstəkar, musiqişünas, yazıçı, oymaçı, misgər, fotoqraf və digər sənət sahibləri səfər təəssüratı altında uyğun istiqamətlər üzrə əsərlər, əl işləri yaradıblar.

    Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində layihənin yekun tədbiri keçirildi.

    İlk olaraq qonaqlar mərkəzin foyesində emalatxana iştirakçılarının yaratdıqları bədii yaradıcılıq nümunələri ilə tanış oldular. Burada sənətkarların Şuşadan ilhamlanaraq ərsəyə gətirdiyi əl işləri sərgilənirdi. Nəzər Əliyevin misgərlik, Şəhla Əsgərovanın bədii tikmə, Humay Abdullayevanın keramika, Tofiq Əliyevin oyma, Sevinc Əliyevanın ebru və Orxan Əzimin fotoqrafiya işləri böyük maraqla qarşılandı.

    Sonra tədbir mərkəzin zalında davam etdi. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

    Əməkdar incəsənət xadimi, musiqişünas, layihənin iştirakçısı Zümrüd Dadaşzadə emalatxananın əhəmiyyətindən söz açdı. Bildirdi ki, layihənin məqsədi tarixi və əzəli torpaqlarımızda otuz ilə yaxın sürən işğal dövründə törədilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında ictimaiyyəti daha geniş məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihəyə qatılan yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə təbliğ etməkdir.

    Emalatxana iştirakçılarının ərsəyə gətirdiyi əsərləri yüksək dəyərləndirən Z.Dadaşzadə Türkiyədən olan blogerlərin də dolğun reportajlar etdiyini bildirdi: “Bu gün Şuşa bərpa olunur, şəhər göz önündə dirçəlir. Biz səfərimiz zamanı şəhərin dağıntılarını da, bərpasını da eyni anda izləyirdik və bu həm kədərli, həm də qürurverici idi. Şuşada xüsusi bir gözəllik var. Bülbülün evi təmir edilib, Üzeyir bəyin evi təmir prosesindədir. Biz Şuşanı gəzərkən dahiləri yad edirdik. İnanırıq ki, Şuşa haqqında hələ neçə-neçə əsərlər yaranacaq. Bunlar həm lirik, həm də optimist ruhlu əsərlər olacaq. Layihənin təşkilinə görə Mədəniyyət Nazirliyinə bütün iştirakçılar adından təşəkkür edirəm”.

    Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov çıxışında təqdim olunan əsərləri gördükdən, dinlədikdən sonra hər kəsin muğam-sənət beşiyimiz Şuşaya bir qədər də fərqli gözlə baxacağına əminliyini qeyd etdi: “Çünki bu əsərlər gözəl Şuşa haqqında həzin, isti və fərqli təəssüratlar yaradır. Sənət adamları Şuşaya öz duyğuları və hissləri ilə yanaşıblar. İnanıram ki, layihənin davamı olacaq. Bütün iştirakçılara uğurlar arzulayıram”.

    Sonda emalatxana iştirakçılarının Şuşada olarkən lentə aldıqları videoçarx, türk youtuber Kerem Gök tərəfindən hazırlanan videoreportaj nümayiş olundu. Bəstəkarlar Əməkdar İncəsənət xadimi Ceyhun Allahverdiyevin “Vida adajiosu” (solist Özcan Cabbari), Vüqar Məmmədzadənin “Adajio”, Xalq artisti Sərdar Fərəcovun “Elegiya”, Könül Hüseynovanın “Qoruyaq dünyamızı” (sözləri Xalq şairi Vahid Əzizindir) (solistlər Xalq artisti Gülnaz İsmayılova, Atəş Qarayev, Babək Şuşalı)  əsərləri Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor: Xalq artisti Fəxrəddin Kərimov) tərəfindən ifa edildi.

    Həmçinin Xalq artisti Salman Qəmbərov və ifaçı Firidun Həmidovun caz kompozisiyası da maraqla qarşılandı.

    Tədbir gənc şair Rəvan Cavidin “Şuşaya” şeiri (qiraətçi Hüseynağa Aslanov) və xanəndələr Babək Şuşalı, Gülzar Fərəcova, Ariz Hüseynovun ifasında  (tarda Zəki Vəliyev, kamançada Əməkdar artist Rauf İslamov, nağarada Cavidan Nəbiyev)  “Qarabağ şikəstəsi”nin səslənməsi ilə başa çatdı.

    Tədbirdə qonaq qismində incəsənət nümayəndələri, qazi və şəhid ailələri, Şuşa mədəniyyət işçiləri iştirak ediblər.

    Mənbə: https://culture.gov.az/

  • ЎЛМАС ХЎЖАНИНГ КИТОБ ТАҚДИМОТИ ОЗАРБАЙЖОН ФАНЛАР АКАДЕМИЯСИДА ЎТКАЗИЛДИ

    ЎЛМАС ХЎЖАНИНГ КИТОБ ТАҚДИМОТИ ОЗАРБАЙЖОН ФАНЛАР АКАДЕМИЯСИДА ЎТКАЗИЛДИ

    Озарбайжон ўзининг кўҳна ва қадим тарихи, адабиёти ва маданияти, табиати ва гўзал Хазар (Касбий) денгизи соҳилларида жойлашганлиги билан чирой ва мафтункорлик касб этиб, улуғ ҳазрат Алишер Навоийнинг увайс устози сифатида илк “Хамса” достонини яратган Низомий Ганжавий туғилган Ватан, туркий қадим юрт сифатида ҳамиша кўринмас ришталар билан жилваланиб, ўзига ром этгувчи диёр.2022 йил ноябрь ойида Самарқандда бўлиб ўтган Туркий давлатлар ташкилотига аъзо давлатлар раҳбарларнинг саммитида Ўзбекистон-Озарбайжон алоқалари мустаҳкамлиги ва мақсадлар муштараклиги яна бир бор кўринди. Ва бу муносабатлар адабий жараёнлар ривожига ҳам ўз таъсирини кўрсатади.Яқинда Ўзбекистон ва Қорақалпоғистон Ёзувчилар уюшмаси аъзоси, шоир-журналист Ўлмасбек Хўжаев Озарбайжоннинг Боку шаҳрида ижодий сафарда бўлиб қайтди.У 16 ноябрь куни Боку Давлат университети Кутубхоначилик ва ахборот технологиялари факультетида учрашув ўтказди.17 ноябрь куни А.Карим номидаги Шимғоят ижод уйида учрашув ва мушоирада қатнашди. 2022 йил 18 ноябрь куни Озарбайжон Миллий Фанлар Академияси электрон залида Ўзбекистон ва Қорақалпоғистон Ёзувчилар уюшмаси аъзоси, шоир-журналист Ўлмасбек Хўжаевнинг “Низомий Ганжавий ва Алишер Навоий асарларида коммуникациявийлик хусусиятлар талқини” номли китобининг тақдимоти ўтказилди.Унда Озарбайжон Миллий Фанлар Академияси Низомийшунослик шўбасининг мудири Озарбайжон Миллий Фанлар Академияси мухбир аъзоси Нушоба Оросли, Озарбайжон-Туркманистон-Ўзбекистон адабий алоқалари шўбасининг мудири, филология фанлари доктори, профессор Олмос Улви Биннатова, филология фанлари доктори Яшар Қосимбейли, тарих фанлари доктори, доцент Мубориз Оғаларли, филология фанлари доктори Илҳоми Жафарсўй, филология фанлари доктори Захро Оллобердиева, филология фанлари доктори Таҳмина Бадалова Озарбайжон Миллий Фанлар Академияси Низомий Ганжавий номидаги Адабиёт институти илмий котиби, филология фанлари доктори, доцент Ойгун Бағирли китобнинг аҳамияти ҳақида маъруза қилдилар. Тадбирни Озарбайжон Миллий Фанлар Академияси Президенти Маслаҳатчиси, филология фанлари доктори, профессор Ализода Асқарли олиб борди.Тақдимот якунида Ўлмасбек Хўжаевга Озарбайжон Миллий Фанлар Академияси номидан “Низомий Ганжавий ҳаёти ва ижоди” номли китобни профессор Ализода Асқарли совға қилди. Шунингдек Озарбайжон Миллий Фанлар Академияси Низомийшунослик шўбаси тарафидан Низомий Ганжавийнинг “Хамса”си таркибига кирувчи достон китоблари, ҳамда Сайид Имомиддин Насимийнинг ва Фузулийнинг девонларини совға қилдилар.19-Ноябрь куни Ўлмасбек Хўжаев Ганжа шаҳрига бориб, улуғ мутафаккир-шайх Низомий Ганжавийнинг қабрини ва Имомзода зиёратгоҳини зиёрат қилди. Низомий Ганжавий номидаги музейида бўлди. Ганжа Регионал Маданият Идораси Марказий кутубхонаси йиғилишлар залида ҳам китоб тақдимоти ўтказилди. Тадбирни Ганжа Регионал Маданият Идораси раис маслаҳатчиси Роҳиб Ҳусайинов очди ва олиб борди. Тақдимотда Озарбайжон Ёзувчилар уюшмасининг Ганжа бўлими раҳбари Хазонгул Ҳусайинова, маслаҳатчиси-шоир Аламзар Ализода, шоир Фозил Санон, адиблар Инқилоб Исоқ, Имом Жамилли, Мушфиқ Муҳаррамов, Олмаз Юсуф қизи, Озарбайжон Миллий Фанлар Академияси Ганжа бўлими катта илмий ходими, филология фанлари номзоди Алимухтор Мухторов кутубхона фахрий ишчиси Фарида Қадимовалар китоб ҳақида ва шоир Ўлмасбек Хўжаевнинг Озарбайжонда ўтказилган “Насимий йили” ва “Низомий Ганжавий йили”даги илмий конференцияларда зоом орқали онлайн шаклда қатнашиб фаол бўлганлигини таъкидлашди. Онлайн таниши бўлган ижодкор фарзанди Ўлмасбекни Ганжада Низомий зиёрати ва китоби тақдимоти билан, туғилган кунида дийдор кўришиб турганидан севинч ва ҳаяжонда эканликларини изҳор қилишди.Шу куннинг ўзида Ўзбекистоннинг дўсти ва хайрхоҳ ҳамкори, Миллат вакили Ганира хоним Пашшаева ташаббуси ва таклифи билан Бокунинг Муҳамадий шаҳарчасида доктор Жонпўлат Имоновнинг “Холчали уй”ида учрашув меҳмони бўлди.20 ноябрь якшанба куни Ўлмасбек Хўжаев Бокунинг Ичкаришаҳар меъморий мажмуасини, ва кутубхона, китоб дўконларини кўрди.21 ноябрь куни Евроосиё университети филология факультетида ҳам учрашув ўтказди.Шунингдек, Озарбайжон Ёзувчилар уюшмасида бўлиб, уюшма раиси Анор Ризоев билан учрашди.Хазар денгизи соҳилларида ҳар оқшом сайри ажойиб илҳомлар оғушига чорлаган бўлса, адиб дўстлар таклифи билан боргани шаҳидлар қабристонида “урушнинг номи ўчсин, дунё тинч-омон турсин!” дея тилак-дуолар қилинди.Озарбайжонга ижодий сафари давомида Ўлмасбек Хўжаев Озарбайжон Миллий Фанлар Академияси Президенти Исо Ҳабиббейли имзолаган Сертификат, “А.Карим номидаги Шимғоят ижод уйининг “Фахрий меҳмон Дипломи”, “Евроосиё университети Ташаккурномаси”, “Дада Ал-аскар Маркази” ижтимоий бирлашмасининг “Фахрий Дипломи” билан тақдирлан.

  • Azərbaycan Yazıçılar Birliyinə qarşı təxribatlar davam edir

    Azərbaycan Yazıçılarının XIII Qurultayı işgüzar şəraitdə uğurla keçirildi. Ədəbiyyatımızın hər nailiyyətini gözü götürməyənlər, Yazıçılar Birliyinə qənim kəsilmiş tək-tüklər yenə də bulanıq suda balıq tutmağa cəhd edirlər. Ayrı irad tapmayanda şəkillərə ilişirlər. Qurultayımızın Rəyasət Heyətində Nizamnaməmizə uyğun olaraq, Xalq yazıçıları, Xalq şairləri, akademiklər, AYB rəhbərləri oturmuşdular. Bu şəkilə etiraz edirlər. Bəs bunlar deyil, kim oturmalıydı? Əvvəllər yalnız müəyyən saytlarda və bəzi qəzetlərdə Yazıçılar Birliynə hücumlar edilirdirsə, indi bu «mübarək» işə bəzi TV kanalları da qoşulub. Yaşlı bir yazıçının məişət problemlərindən gileyini qəsdən şişirdərək, Yazıçılar Birliyinə qarşı yeni təxribata əl atırlar. “Yazıçılar Birliyi niyə həmin yazıçıya qayğı göstərmir” – deyə məsələni şişirdirlər, olayı TV kanalına çıxararaq, Birliyimizə qarşı məhkəmə qururlar. Bu şouda “Azərbaycanda yazıçı yoxdur”, “Mənim xalqım azərbaycanlılar deyil, min nəfərdi” sözləri səsləndi. Əvvəla onu anlamaq istəmirlər ki, Yazıçılar Birliyi yaradıcı təşkilatdır, İctimai təminat nazirliyi deyil, üzvləri olan 2300 yazıçının məişət məsələləriylə, maddi durumuyla, sağlamlıq problemləriylə məşğul olmaq öhdəliyimiz yoxdur. Bunun müqabilində «bəs onda bu Birlik nəyə lazımdır» sualını verənlər görünür yaradıcılıq problemlərinin nə demək olduğunu bilmirlər.

    Yaradıcılıq məsələləri ədəbi əsərlərin müzakirəsi, yeni kitabların təqdimatı, ədəbi tədbirlər, yazıçı yubileylərinin keçirilməsi, xarici ölkələrlə ədəbi əlaqələrin qurulması, layiqli əsərlərin mükafatlandırılması, istedadlı gənclərin yetişdirilməsi və istiqamətləndirilməsi, ölkənin mühüm ictimai-siyasi prosseslərində mötəbər yazıçı sözünün səslənməsidir. Bütün bu vəzifələrin icrasına meydan verən ədəbi orqanlarımızın qorunub saxlanmasıdır.

    Doğrudur, bundan başqa ən müxtəlif məişət, maddi durum, sağlamlıq, mənzil problemləriylə bağlı bizə müraciət edən üzvlərimizə də imkan daxilində yardım etməyə çalışırıq. Binamızın Birinci mərtəbəsinin icarəyə verilməsi məhz bu məqsədlədir və buna görə də başımız az çəkməyib. Bizə son iradlar onunla bağlıdır ki, ehtiyac olan yaşlı yazıçı Əlisa Nicatı təqaüdçülər siyahısına salmamışıq, amma Əlisanın özünün etiraf etdiyi kimi heç vaxt bu məsələylə bağlı bizə müraciət etməyib. Hər il 50 yazıçıya Prezident təqaüdü veririk. Hər il ən azı bu təqaüdə 200 iddiaçı ərizə verir. İndi özünüz insafla deyin, təqaüd üçün müraciət etməyən yazıçıya təqaüd versək müraciət edib almayanlara necə cavab verə bilərik?

     Müxtəlif səbəblərdən Yazıçılar Birliyindən narazı qalan kəsi dərhal dahi adlandırmaq da artıq dəb olub. Əgər bir-iki şeir ya mahnı yazmış, yaxud ifa etmiş adamların TV kanallarında dahi kimi təqdim edilməsini nəzərə alsaq, heç vaxt Azərbaycanda bu qədər dahi olmayıb. Hələ özləri özlərini dahi və istedadlı adladıranları demirik.

     Dahi Nizamidir, Füzulidir, Şekspirdir. Televiziya aparıcısı xanım qız bu sözü hər bir çağdaş yazıçıya aid edirsə, deməli, bu sözün mənasını bilmir. Ümumiyyətlə, bəzi TV aparıcılarında və şoumenlərində Yazıçılar Birliyinə səbəbsiz qəzəb onların ədəbi biliklərindən qat-qat üstündür. TV kanallarından biri təşkilatımıza qərəzli münasibəti açıq bildirməmək, gözdən pərdə asmaq üçün Yazıçılar Birliyinin bir təmsilçisini dəvət edərkən Birliyin fəaliyyətindən bixəbər ola-ola ona qarşı çıxış edənlərə meydan verir və təsadüfi adamlardan elə bir auditoriya yığır ki, «Yazıçılar Birliyi lazım deyil» deyəndə gurultulu alqışlar qopsun. Yaxşı, dağıdın, yox edin yazıçılar ocağını, binasını market, otel, hamam edin ya bir oliqarxın igamətgahına çevirin, qəzetimizi, jurnallarımızı bağlayın, burdan evinə çörək aparan yüzlərlə insanı işsiz qoyub dincəlin!

    Xoşbəxtlikdən buna dişiniz batmaz.

    Hər bir ədəbiyyatın magistral yolu doğma dildə yaranan söz sənətidir. Bu aksiomadır. Amma bununla belə müxtəlif tarixi və ictimai səbəblərdən doğma dilində deyil, başqa dildə yazanları milli ədəbiyyatdan silmək olarmı? Nizaminin, Xaqaninin farsca yazdığını bilməyən ya unudan birisi Çingiz Abdullayevin rus dilində yazdığına görə Azərbaycan yazıçısı saymırsa, təssəvür etmək olarmı ki, hansısa bir qazax ya qırğız şoumeni Çingiz Aytmatovu ya Oljas Süleymenovu rus dilində yazdıqları üçün milli yazıçı saymasın.

     Şoumen soruşur ki, Anar müəllim son otuz ildə nə yazıb? Bu suala cavab vermək üçün onu Yazıçılar Birliyinə dəvət edirik ki, Anar müəllimin son otuz ildə yazdığı kitabları ona təqdim edək. Amma hörmətli şoumen özüylə bir hambal də gətirsin. İyirmi qalın kitabı təkbaşına daşımaq ona çətin olar.

     88 yaşlı Azərbaycan Yazıçılar Birliyi Xalq və Dövlət tərəfindən dəstəklənərək fərəhli və şərəfli ömrünü davam edir. Heç bir təxribat, dedi-qodu, yalan və böhtan Azərbaycan Yazıçılar Birliyini Haqq yolundan, həqiqi ədəbiyyat yolundan, milli maraqlarımıza xidmət yolundan sapdıra bilməz.

     Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti

     5 dekabr 2022 

    Mənbə: https://ayb.az/

  • Əlisa Nicatın balıq sərgüzəştləri və onlara iki şərh

    ü

    Əlisa Nicat: «AYB-də mənə qarşı soyuqluq o vaxt Rəsul Rzaya balıq aparmamağımın nəticəsidir». Müsahibə. 1 Dekabr 2022

     – Anarla münasibətləriniz necədir?

     – Yazıçı kimi işim yoxdur. Amma münasibətlərimiz isti deyil. Bunun da səbəbi var. Mənim bir səhvim üzündən Rəsul Rza məni çox incitdi. 10 il Yazıçılar İttifaqına üzv olmağa qoymadı, nəhayət, 1973-cü ildə Mirzə İbrahimovun göstərişi ilə üzv ola bildim. Bundan əlavə Rəsul Rza «Qızılbaşlar» romanımın çapına uzun illər mane oldu. Roman nə zaman çapa gedirdisə, rəy yazmağa qoymurdu.

     – Hansı səhvdən söhbət gedir?

    – Rəsul Rza məndən balıq istəmişdi, mən də axmaq kimi onun bu istəyini qulaqardına vurmuşdum. Xahiş etmişdi ki, cənub bölgəsində yaxşı balıqlar olur, mənə də bir dənə gətirərsən, mən də elə bil tilsim düşdüm, balıq aparmadım. Sanki kimsə qarşımı kəsib balıq aparmağa qoymadı. O vaxta qədər mənimlə münasibəti yaxşı idi və hətta poemamı oxuyub ön söz yazacağını və məhz özünün çapa verəcəyini demişdi. Amma bir ədəd balıq mənim bütün həyatımı, həyat yolumu dəyişdi. Düşünürəm ki, AYB-də mənə qarşı bugünkü soyuqluq da məhz onun davamıdır. Mövcud situasiya onu göstərir ki, Anar da soyuq münasibətilə, laqeydsizliklə balıq ədavətini davam etdirir.

     Birinci şərh: Sizcə bu sözləri deyən adamın ağlı yerindədir? Bu sayaqlamanı başlığa qoyanların, buna inananların necə?

     –  Bəs son illər Anar sizinlə maraqlanırmı?

     – Yox, qətiyyən. Nə yubileylərimi, nə doğum günlərimdə heç bir zaman yada salmayıb. 7-8 il əvvəl Prezident təqaüdü üçün Prezident Administrasiyasına müraciət etmişdim. Çünki Azərbaycanın sırf fəlsəfi yazıçısı mənəm (Görəsən fəlsəfi romanları da bu müsahibəsi səpgisindədir?), mənim bu qədər romanlarım, əsərlərim, məqalələrim var. Amma Fatma Abdullazadə Prezident təqaüdü almağımın qarşısını aldı. O zaman Prezident Administrasiyasına ünvanladığım müraciətimin mətnini mənim necə yazıçı olduğumu müəyyənləşdirmək üçün Azərbaycan Yazıçılar Birliyinə göndərmişdilər. İnsafən deyim, Anar da cavabında yazmışdı ki, AYB Əlisa Nicatın Prezident təqaüdü almasına etiraz etmir. Anar onun sürətini mənə də göndərmişdi. Çox sağ olsun. Anarın mənə pisliyi keçməyib, amma eyni zamanda yaxşılığı da dəyməyib.

     İkinci şərh: Yəqin Anara bir dəfə balıq göndərdiyi üçün təqaüd almasına etiraz etməyib və yəqin daha balıq göndərmədiyinə görə başqa yaxşılığı dəyməyib.

    Amma elə də sadəlöhv olmayın. Əlisa Nicatın ağlı yerindədir. Elə olmasydı kiçik bir incikliyini ümumxalq müzakirəsinə çıxarmazdı, kitablarını piar edib satdırmazdı və öz etirafına görə bir gecədə küllü miqdarda ianə qazanmazdı.

    AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN MƏTBUAT XİDMƏTİ

     5 dekabr 2022

    Mənbə: https://ayb.az/

  • Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın şeiri “Kümbet” dərgisində işıq üzü görüb

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı tərəfindən gerçəkləşdirilən  “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın el şairəsi Güllər Məmmədqızının “Mənim” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 58 yeni sayında dərc olunub.

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin rəhbəri, müəllifi koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 102-ci sayında çap olunub dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Şair İbrahim Səfərlinin şeiri “Kümbet” dərgisində işıq üzü görüb

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı tərəfindən gerçəkləşdirilən  “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbayan Jurnalistlər Birliyinin üzvü, şair İbrahim Səfərlinin “Kəlbəcər” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 58 yeni sayında dərc olunub.

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin rəhbəri, müəllifi koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 102-ci sayında çap olunub dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Şair-publisist Əli Rza XƏLƏFLİ.ni doğum günü münasibətilə təbrik edirik! (7 Dekabr)

    This image has an empty alt attribute; its file name is Eli-rza-xelefli.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsünü, “Kredo” qəzetinin Baş redaktorunü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Xalq artisti Emin Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək

    Dekabrın 15-16-da Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Emin ənənəvi qış konsertini təqdim edəcək.

    AZƏRTAC xəbər verir ki, konsertdə müğənni sevilən lirik kompozisiyaları və rəqs nömrələrindən ibarət hitləri ilə tamaşaçıların qarşısına çıxacaq.

    Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xəti olan Emin dünyaşöhrətli Frenk Sinatra, Elvis Presli və özünün müəllimi saydığı Müslüm Maqomayev kimi musiqi sənətinin dühalarından ilhamlanaraq bu sənətə gəlib. 2006-cı ildə onun “Still” adlı ingiliscə ilk albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda, həmçinin onun öz bəstələri də yer alıb. Daha sonra Eminin 2007-ci ildə “İncredible” adlı albomu işıq üzü görüb və albomdakı “Don’t cry” mahnısı sevilən mahnılar sırasında yer alaraq, eyni zamanda, film musiqisi kimi də tanınıb. Daha sonra isə dünya musiqi sənətinin əfsanələrindən olan E.Presli və F.Sinatranın mahnılarından ibarət “Obsession”, həmçinin “Devotion” albomlarını buraxıb.

    Mənbə: https://azertag.az/

  • Bakıda gənc şairlərin yaradıcılıq gecəsi keçirilib

    Bakıdakı Rus Evində “açıq mikrofon” formatında növbəti yaradıcılıq gecəsi keçirilib.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rus Evindəki ədəbiyyat klubunun iştirakçıları olan gənc şairlər Aydan Allahyarova, Olqa Şalayeva, Dilarə Mehdiyeva, Nina Tişşenko, Günatay Hüseynova, Tamilla Şıxəmirova, Tatyana Zorina, Aysel İbrahimova, Esmira Atluxanova, Alyaska, Bayram Məhərrəmov, Türkan Bayramzadə öz şeirlərini və tanınmış şairlərin əsərlərini oxuyublar.

    Bakıdakı Rus Evində fəaliyyət göstərən ədəbiyyat klubunun növbəti yaradıcılıq gecəsi dekabrın 9-da keçiriləcək.

    Mənbə: https://azertag.az/

  • Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

    Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə “İstedad sərhədsizdir” adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, hər il Əlillər Günü Xalça Muzeyi tərəfindən müxtəlif fiziki məhdudiyyətli insanlar üçün xüsusi proqramlar hazırlanır və hazırda muzeydə sərhədsiz muzey adlı proqram həyata keçirilir.

    Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli bildirib ki, bu gün ölkədə fiziki məhdudiyyətli insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri aparılır. Xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq onlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır. Ölkəmizin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun köməkliyi ilə əlillər üçün xüsusi mərkəzlər tikilir, onların vaxtaşırı zəruri ehtiyacları ödənilir və bir çox xeyirxah işlər görülür. Dövlət fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir. Bundan əlavə, ölkədə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir.

    Tədbirdə Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva, “Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Rəhimova və digər çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan, bu kateqoriyadan olan insanların yaradıcılıq və idman qabiliyyətlərinin dəstəklənməsi sahəsində görülən işlərdən bəhs ediblər.

    Sonra sərgiyə baxış keçirilib.

    Sərgidə fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. nümayiş olunub. Tədbirin bədii hissəsində isə sənətkarlar tərəfindən müxtəlif ustad dərsləri, həmçinin xüsusi internat şagirdlərinin çıxışlarından ibarət konsert proqramı təşkil edilib. Bundan başqa, tədbir zamanı sosial videoçarxlar təqdim olunub.

    Mənbə: https://azertag.az/

  • Rusiya və türkdilli ölkələrin tibbi turizmini birləşdirən alyans yaradılıb

    Rusiya paytaxtı Moskvada MDB-nin ən böyük müalicə-sağlamlıq turizmi forumu olan “Med Tourism-2022” keçirilib. Dörd gün davam edən tədbirdə iştirakçı ölkələrin tibbi turizm fəaliyyəti ilə məşğul olan əsas qurumları iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, ölkəmiz forumda Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Assosiasiyasının sədri, Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin üzvü Ruslan Quliyev tərəfindən təmsil olunub. Tədbirin ilk günü Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan sağlamlıq turizmi assosiasiyalarını birləşdirən alyansın yaranması elan edilib. Yeni yaradılan qurum üzv ölkələrin tibbi turizmin aparıcı peşəkar assosiasiyaları arasında əməkdaşlığı koordinasiya edəcək. Sonrakı günlərdə forum panel müzakirələri ilə davam etdirilib.

    “Rusiya və Yaxın Şərq” adlı paneldə çıxış edən təmsilçimiz Ruslan Quliyev bildirib ki, bu gün belə tədbirlərin keçirilməsi çox vacibdir. Çünki turizm o qədər həssas sahədir ki, dünyada baş verən kataklizmlər, təbiət hadisələri, pandemiya riskləri, iqtisadi və siyasi böhranlar, müharibələr həm qlobal, həm də regional miqyasda ona dərhal təsir edir: “2020-ci ilin əvvəlindən bütün dünyanı qorxu altında saxlayan COVID-19 pandemiyası qısa müddətdə qlobal turizm iqtisadiyyatını iflic vəziyyətinə salıb. Qitələrarası logistika və rabitə sahəsində qlobal məhdudiyyətlər turizm sektorunda trilyonlarla vəsaitin itirilməsinə və 100 milyon iş yerinin bağlanmasına səbəb olub. Nəzərə alsaq ki, qlobal turizm sənayesində çalışanların 75 faizi 25 yaşa qədər gənclər və bir o qədər də qadınlardır, onda bu problemin nə qədər ciddi olduğunu başa düşə bilərik”.

    Ruslan Quliyev, həmçinin Azərbaycanın öz tibbi turizmini necə inkişaf etdirməsi ilə bağlı məlumat verərək qeyd edib ki, 2016-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, “Təbii müalicə sərvətləri, müalicə yerləri və kurortlar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər dövlət proqramları bu sahəni inkişaf etdirmək istiqamətində ölkəmizin sağlamlıq turizminə xüsusi diqqət yetirdiyini göstərir. Diqqətə çatdırıb ki, Azərbaycanın tibbi turizm sahəsində olduqca böyük potensialı mövcuddur: “Min bir dərdin dərmanı olan Naftalan nefti, Qalaaltı sanatoriyası, Naxçıvanda Duzdağ, Masallıda istisu mənbələri hələ sovet dövründən indiki MDB ölkələrində tanınıb və sevilib. 2020-ci ilin Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycanın turizmin digər istiqamətləri ilə yanaşı tibbi turizm imkanlarını bir qədər də genişləndirib. Belə ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da zəngin turizm ehtiyatları hazırda öyrənilir, bu istiqamətdə gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir”, – deyə R.Quliyev bildirib.

    Qeyd edək ki, “Med Tourism-2022” forumu çərçivəsində iştirakçı ölkələrin tibbi turizm qurumları arasında əməkdaşlıq memorandumları da imzalanıb. Bu əməkdaşlıq həm assosiasiyalar, həm də tibb müəssisələrini əhatə edib.

    Mənbə: https://azertag.az/

  • Xalq artisti Rauf Hacıyevin 100 illiyi Filarmoniyada da qeyd olunacaq

    Dekabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə “Rauf Hacıyevin musiqi miniatürləri” adlı konsert təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, gecədə Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, Əməkdar artist Adilə Əliyeva, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və “Şəms-qəmər” kamera xoru (bədii rəhbər və dirijor Leyla Zalıyeva, konsertmeyster Əməkdar müəllim Naibə Şahməmmədova) çıxış edəcəklər.

    Xatırladaq ki, Prezident İlham Əliyev sənətkarın anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, il ərzində ölkəmizdə və xaricdə müxtəlif tədbirlər və layihələr həyata keçirilib.

    Mənbə: https://azertag.az/

  • Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək

    Bakıda dekabrın 10-11-də Qazaxıstan Kino Günləri keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, nümayişlər Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gerçəkləşəcək.

    Tamaşaçılara “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq. Filmləri cizgi filminin rejissoru İvan Ardaşov və bədii filmin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcəklər.

    Hər iki film ingilis subtitrləri ilə rus dilində nümayiş olunacaq.

    Giriş sərbəstdir.

    Mənbə: https://azertag.az/

  • Mədəniyyət müəssisələrində “Ustad dərsləri” həftəsi keçirildi

    XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə “Ustad dərsləri” həftəsi çərçivəsində cari ilin 28 noyabr-2 dekabr 2022-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Sumqayıt, Gəncə, İsmayıllı Regional Mədəniyyət İdarələri tabeliyində fəaliyyət göstərən uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin xor dirijorluğu, xanəndəlik və qanun müəllimləri üçün ustad dərsləri keçirilib.

    Layihənin həyata keçirilməsində məqsəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin səmərəliliyinin artırılması üzrə fəaliyyətin təkmilləşdirilməsi, optimallaşdırılması, bədii təhsil sisteminin daha da inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılmasıUMİM-də təlim prosesinin müasir təhsil standartları əsasında yenidən qurulması və tədris edilən fənlərin təhsilalanlar tərəfindən yüksək səviyyədə mənimsənilməsini təmin etməkdən ibarətdir.

    Ustad dərsləri xanəndəlik ixtisası üzrə (28 noyabr və 1 dekabr) Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar müəllim Qəzənfər Abbasov, Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi Kəmalə Cahangirova  tərəfindən aparılıb.

    UMİM-nin xanəndəlik, xor dirijorluğu və qanun müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil xor dirijorluğu ixtisası ixtisası üzrə partitura oxunuşu, xorun təşkili (şagirdlərin səslərinin təyini), dərsin təşkili (nəfəs məşğələləri, idman məşğələləri, səs məşğələləri) ,musiqi təhlili (əsərin diapazonu, tonallığı, ladı, ifa çətinlikləri, mətni, janrı), ifa növləri (akapella, unison, cüt səslər) və s. xanəndəliklə bağlı ustad dərsdə Xalq mahnısı və bəstəkar mahnısının ifası, xanəndəlik ixtisasının tədris proqramı haqqında məlumat (siniflər üzrə muğam və mahnılar) muğamlar, təsniflər, qəzəllər, bayatı, qoşma, vəznlər (heca, əruz) haqqında məlumatlar (mənaları, xarakteri, quruluşu, şöbələri və s.), qanun dərsində isə verilən əsərin alətdə üzdən oxunması (üzdən ifası), hər hansı bir əsərin əzbər ifası (sərbəst seçim), alətin yaranması və inkişaf tarixi, ixtisasın metodikası və metodologiyası (əllərin quruluşu, keçidlər, vibrasiya, pozisiyaların mənimsənilməsi yolları, hər iki əl üzərində qoyulan tapşırıqlar və onların  həlli yolları və s.) ştrixlər, dinamika, rəng çalarları, cümlə, ibarə, ifaçılıq mədəniyyəti və s. haqqında ətraflı məlumat verilib.

    Qeyd edək ki, ustad dərslərdə xanəndəlik ixtisası üzrə 31 nəfər, xor-dirijorluq ixtisası üzrə 61, qanun ixtisası üzrə isə 20 nəfər müəllim iştirak etmişdir. Bundan əlavə, aparıcı bədii təhsil müəssisələrinin istedadlı şagirdləri öz çıxışları ilə ustad dərslərə rəng qatıblar.

    Mənbə: https://culture.gov.az/

  • Ustad tarzən Əhməd Bakıxanovun məzarı ziyarət olunub

    Bu il Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun (1892-1973) anadan olmasının 130 illiyidir.

    Bu münasibətlə dekabrın 6-da II Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olunub.

    Mərasimdə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

    Sənətkarın oğlu, görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Tofiq Bakıxanov qeyd edib ki, Əhməd Bakıxanov daim axtarışda olub, Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib: “Tar ifaçılarının böyük bir nəsli Əhməd Bakıxanovun yetirmələri olub. Mən də oğlu kimi onun ifaçılıq üslubundan bəhrələnərək “Dügah”, “Nəva”, “Şahnaz”, “Hümayun” və “Rahab” simfonik muğamlarını bəstələmişəm. Bildiyiniz kimi, Prezident İlham Əliyev oktyabrın 21-də Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bu münasibətlə ölkəmizin bir sıra mədəniyyət ocağında tədbirlər keçirilir. Atamın yaradıcılığına göstərilən yüksək diqqətə görə ölkəmizin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

    Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti Ağaverdi Paşayev bildirib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun muğamı var: “Muğam bizim ana laylamızdır. Əhməd Bakıxanov da bütün ömrünü muğama, onun inkişafına və tədrisinə sərf edib. Azərbaycanda Mirzə Fərəc Rzayev, Mirzə Sadıq, Mirzə Mansur Mansurov və başqaları kimi çox tanınmış tar ifaçıları olub. Amma bu sənətkarların içərisində təkcə Əhməd Bakıxanova qismət olub ki, ona müəllim deyiblər. Mən xoşbəxt insanam ki, Əhməd Bakıxanovun sinfində oturub onun dərslərinə qulaq asmışam”.

    Çıxışlardan sonra mərasim iştirakçıları sənətkarın məzarı üzərinə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

    Xatırladaq ki, Əhməd Məmmədrza oğlu Bakıxanov 1892-ci il sentyabrın 5-də Bakıda anadan olub. İranda ustad tarzənlərdən ifaçılığın və muğamatın sirlərinə dərindən yiyələndikdən sonra 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə iştirak edib. 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Eyni zamanda musiqi təşkilatçısı olan Ə.Bakıxanov Azərbaycan Radiosu nəzdində Xalq çalğı alətləri ansamblını yaradıb və kollektivə rəhbərlik edib. 1973-cü ildən, sənətkarın vəfatından sonra ansambl ustad tarzənin adını daşıyır. Ansambl Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynqulu Sarabski, Zülfü Adıgözəlov kimi bir sıra görkəmli xanəndələri müşayiət edərək geniş konsert proqramları ilə insanların zövqünü oxşayıb.

    Ə.Bakıxanov muğam sənətinin dərin bilicisi kimi tanınmaqla yanaşı, az ifa olunan “Nəva-Nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi də məşhurdur. Eyni zamanda onun yaratdığı bir çox melodiyalar, rənglər ifaçılıqda geniş yayılıb.

    Ə.Bakıxanovun ərsəyə gətirdiyi “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrləri xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitlərdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur.

    Görkəmli musiqi xadimi 1973-cü il martın 26-da vəfat edib.

  • Görkəmli tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun 130 illiyi keçirilib

    Daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verən görkəmli tarzən Əhməd Bakıxanov muğam aləminin mükəmməl bilicisi olmaqla yanaşı, tar ifaçılığının sirlərinə dərindən yiyələnib. Yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Ə.Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilərək, ölkənin mədəni həyatında yaxından iştirak edib. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.

    Bu sözləri dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, ustad tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert proqramından əvvəl çıxış edən Əməkdar artist Azad Şükürov deyib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə görkəmli sənətkarın 130 illiyi silsilə tədbirlərlə qeyd edilir.

    Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Xalq artisti Ramiz Quliyev, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Əməkdar jurnalist İttifaq Mirzəbəyli görkəmli tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığından danışıblar. Qeyd olunub ki, 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs deyib. Eyni zamanda, Azərbaycan radiosunun nəzdində Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olub. Ə.Bakıxanov muğam sənətinin dərin bilicisi olub, ifaçılıq təcrübəsində az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi tanınıb. O, həmçinin “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur. Əhməd Bakıxanovun ifasından bəstəkar N.Məmmədov tərəfindən bir çox instrumental muğamlar -“Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Segah-Zabul”, “Rahab”, “Şüştər”, “Hümayun”, “Şahnaz” muğamları nota salınaraq çap olunub. Ə.Bakıxanovun oğlu, bəstəkar, Xalq artisti Tofiq Bakıxanov onun ifaçılıq üslubundan bəhrələnərək “Dügah”, “Nəva”, “Şahnaz”, “Hümayun”, “Rahab” simfonik muğamlarını bəstələyib.

    Konsertdə Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblı çıxış edib.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycanlı gənc xanım yazar Sona İntizarın şeirləri “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin Noyabr sayında işıq üzü görüb



    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc xanım yazar Sona İntizarın “DOST MƏKTUBU”, “KƏNAN AYDINOĞLUNA”, “YAZ, QƏLƏMİM!”, “SEVDİYİM”, “GƏL, APAR!”, “ƏLVİDA!” adlı şeirləri “Gənclər Şəhəri” doğma Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin aylıq mətbu orqanı “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin Noyabr sayında işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc yazar Kənan Aydınoğlunun şeirləri “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin Noyabr sayında işıq üzü görüb

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun “Yaşasın RƏHBƏRİ Azərbaycanın!”, “Ustad Aşıq Şəmşirə”, “Sən mənim qədrimi bilmədin, dünya!”, “Məni ayırmayın şeir dünyamdan!”, “Axı Sən gələndə başqadı dünya” adlı şeirləri “Gənclər Şəhəri” doğma Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin aylıq mətbu orqanı “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin Noyabr sayında işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • İstedad sərhədsizdir

    Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə “İstedad sərhədsizdir” adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, dekabrın 8-dək davam edəcək sərgidə fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. əl işləri nümayiş olunacaq. Sərgidə həmçinin sənətkarların ustad-dərsləri və bədii hissə də nəzərdə tutulub.

    Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilməyə başlanılıb. Bu gün ölkədə fiziki imkanlarından məhrum olan insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri aparılır. Dövlət fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir.

    Mənbə: https://azertag.az/

  • Su və rəng ahəngindən yaranmış əsərlər

    Xətai Sənət Mərkəzində “Su və rəng ahəngi – 2022” adlı akvarel sərgi açılıb.

    AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzi nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə gerçəkləşib.

    Tədbirdə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərginin əhəmiyyətindən danışıb.

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəliyinin sədri Səbinə İskəndər, Azərbaycan Dövlət Rəsm Qalereyası Muzey və ekspozisiya şöbəsinin müdiri Elçin Hüseyn sərgi haqqında fikirlərini bölüşüblər.

    Çıxışlardan sonra sərgi iştirakçılarına sertifikatlar təqdim olunub.

    Qeyd edək ki, sərginin məqsədi ölkəmizdə akvarel janrının inkişafına dəstək olmaq, bu texnika ilə çəkilmiş əsərlərə ictimai marağın artırılmasına töhfə verməkdir. Sərgidə iştirak etmək üçün 100-dən çox rəssam 250-dən artıq əsər təqdim edib. 76 rəssamın 100 əsəri sərgilənmək üçün seçilib.

    Mənbə: https://azertag.az/

  • Kuba musiqisi ilə Azərbaycan muğamı YARAT-da sintez ediləcək

    YARAT Müasir İncəsənət Məkanı musiqisevərlərin həzz alacağı xoş bir səyahətə hazırlaşır.

    Dekabrın 13-də YARAT-da reallaşacaq konsertdə Kuba musiqisinin müxtəlif üslublarının Azərbaycan muğamı ilə sintezini dinləmək imkanı olacaq.

    Bu barədə YARAT-dan AZƏRTAC-a məlumat verilib.

    İştirakçılar Kubanın ecazkar musiqi zənginliyinə daxil olan “Punto-quaxiro”, “Ça-ça-ça”, “Bolero”, “Quaraça”, “Mambo” kimi janrlardan da eşidə biləcəklər.

    Layihənin məqsədi – musiqinin bütün dünyada danışılan universal dil olduğunu bir daha vurğulamaqdır.

    Musiqili gecədə Əməkdar artist Sevinc Sarıyeva (xanəndə), Artist Cubano (gitaraçı-bəstəkar), Yusif Cəfərbəyli (xanəndə) və Məsim İslamov (tar) iştirak edəcəklər.

    Mənbə: https://azertag.az/

  • Mədəniyyət naziri Anar Kərimov gənc kinematoqrafçılarla görüşüb

    Mədəniyyət naziri Anar Kərimov dekabrın 2-də Nizami Kino Mərkəzində gənc kinematoqrafçılarla görüşüb. Görüşdə Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov və kinorejissor, Əməkdar incəsənət xadimi Elçin Musaoğlu da iştirak ediblər.

    Anar Kərimov çıxış edərək mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb. Mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və cəmiyyətin inkişafına yönəlmiş infrastrukturun qurulmasında yaradıcı gənclərin də dəstəyinə ehtiyac duyulduğunu bildirib.

    Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsinin təsdiq edildiyini söyləyən Anar Kərimov qurumun ölkəmizdə kino sənayesinin inkişafına təkan verəcəyini vurğulayıb.

    Kino sahəsinin inkişaf etdirilməsi üçün Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin, festivalların vacibliyini diqqətə çatdıran nazir gənc kino xadimlərini bu prosesdə aktiv iştirak etməyə səsləyib.

    Anar Kərimov daha sonra sözü gənclərə verib, onların fikirlərini dinləyib. Gənc kino sənətçiləri Azərbaycan kinosunun bugünkü vəziyyəti barədə fikirlərini bölüşüblər. Gənclər milli kinonun inkişaf etməsi, beynəlxalq arenaya çıxarılması və yeni ideyalara açıq olması barədə arzu və təkliflərini diqqətə çatdırıblar.

    Görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam edib.

    Mənbə: https://culture.gov.az/

  • Maestro Rauf Abdullayevin 85 illiyi qeyd olunub

    Bu il görkəmli maestro, Xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin anadan olmasının 85 illiyidir.

    Dekabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijorun yubileyi münasibətilə təntənəli gecə keçirilib.

    Maestronu təbrik etməyə gələnlər arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, sənətkarın həmkarları, dostları, ictimaiyyət nümayəndələri olub.

    Tədbirdə ilk olaraq səhnəyə Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova çıxaraq Rauf Abdullayevin yaradıcılığından, dirijor sənətinin yaranma tarixindən söz açıb. Deyib ki, dirijorluğun ayrıca bir sənət kimi formalaşma tarixi o qədər də qədim deyil. Musiqi ifaçısız yaşamır. Musiqiyə can verən, onu notlarla dinləyiciyə çatdıran məhz ifaçılardır. Bu baxımdan dirijor sənəti xüsusi bir özəlliyə malikdir. O, heç bir musiqi alətində ifa etmir, lakin bütün bu alətləri idarə edir. Musiqinin məzmununu, ideyasını çatdırmaq onun vasitəsilə gerçəkləşir: “Hər dirijorun öz dünyası, təxəyyülü, musiqiyə baxışı var. Biz orkestrdə səslənən musiqini, bəstəkarın ideyasını məhz dirijor vasitəsilə mənimsəyərək hiss edirik. Nə yaxşı ki, Azərbaycan musiqisində Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun yanında duran böyük dirijorlar olub. Azərbaycan musiqisini Niyazisiz təsəvvür etmək mümkün deyil. Musiqi mədəniyyətimizin dünya miqyasına çıxmasında onun çox böyük əməyi var. Niyazidən sonra Azərbaycan musiqisində yeni bəstəkarlar, ifaçılar nəsli yetişdi. Onların sırasında maestro Rauf Abdullayevin adını xüsusilə qeyd etmək lazımdır. O, çox böyük məharətlə öz dövrünün nəbzini tuta bilib”.

    R.Abdullayevin repertuarının zəngin olduğunu deyən prorektor dirijorun klassik və müasir əsərləri eyni məharətlə idarə etdiyini diqqətə çatdırıb: “Bir çox tanınmış bəstəkarlarımızın əsərləri onun dirijorluğu ilə səslənib. R.Abdullayev opera, simfonik orkestr, həmçinin kamera orkestri dirijoru kimi fəaliyyət göstərib. Uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb və 50-yə yaxın tamaşaya rəhbərlik edib. O, 85 illik ömrünün 60 ilə yaxın bir dövrünü bu çətin sənətə həsr edib, onun inkişafına töhfələr verib”.

    L.Hüseynova çıxışının sonunda yubileyi münasibətilə maestroya cansağlığı və yaradıcılıq uğurları arzulayıb.

    Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birlikdə ilk olaraq pult arxasına gənc dirijor Mustafa Mehmandarov keçib. Orkestrin ifasında C.Verdinin “Taleyin yolu” operasından uvertüra səslənib. Alqışlarla qarşılanan əsər bitdikdən sonra yubilyara ünvanlanan təbriklər videoçarx şəklində təqdim edilib. Videoçarxda SSRİ Xalq artisti Tamara Sinyavskaya, Xalq artistləri Fərəc Qarayev, Elçin Əzizov, dünya şöhrətli rusiyalı musiqiçilər Maksim Vengerov, Sergey Doqadin Rauf Abdullayevə təbriklərini ünvanlayıblar.

    Təbriklərdən sonra gecə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə  M.Musorqskinin “Sərgidən şəkillər” əsərinin səslənməsi ilə davam edib. Dinləyicilər gözəl musiqidən, orkestrin virtuoz və ifadəli ifasından böyük zövq alıblar.

    Gurultulu alqışlarla səhnəyə dəvət olunan və çiçək dəstələrinə qərq olan yubilyar sənətkar tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü ifadə edərək orkestrə və gənc həmkarlarına uğurlar arzulayıb.

    Qeyd edək ki, dövlət başçısının 28 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Xalq artisti Rauf Abdullayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə I dərəcəli “Əmək” ordeninə layiq görülüb.

    Mənbə: https://culture.gov.az/

  • “Şuşa mədəniyyətinin inciləri”: Rəşid Behbudov

    Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı Rəşid Behbudova həsr olunub.

    Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Əslən Şuşalıdır.

    1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alır.

    1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub.

    1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək oranın solisti və bədii rəhbəri olub.

    Dahi sənətkar 1989-cu il iyunun 9-da vəfat edib.

    Mənbə: https://culture.gov.az/

  • “Şuşa – Zirvədən uca” və “Şuşa – Qarabağın ulduzu” kitablarının təqdimatı keçirilib

    “Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İrs” Nəşriyyat evi tərəfindən “Şuşa – Zirvədən uca” və “Şuşa – Qarabağın ulduzu” kitabları çap olunub.

    Dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində yeni nəşrlərin təqdimatı keçirilib.

    Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov kitabların tarixi-mədəni əhəmiyyətini yüksək qiymətləndirib. Deyib ki, Şuşa şəhəri Azərbaycan üçün, onun mədəniyyəti üçün olduqca əhəmiyyətli və müqəddəsdir: “Qarabağımız, Şuşamız Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Ordumuzun qanı-canı bahasına azad edildi. Azərbaycanın mədəniyyət paytaxtı kimi Şuşanın tarixi-mədəni zənginliklərinin kitablarda, kataloqlarda əksini tapması böyük əhəmiyyət kəsb edir. Çünki Şuşanın hər küçəsi bir tarix, bir rəmzdir”.

    Nazir bildirib ki, Azərbaycan 44  günlük Vətən müharibəsində qalib gəlsə də, informasiya sahəsində müharibə davam edir: “Ona görə də Qarabağa, Şuşaya qayıdışımızı, azad edilmiş ərazilərimizin mədəniyyətini və tarixini bu qəbildən nəşrlər vasitəsilə dünyaya çatdırmalıyıq. Bu gün möhtərəm Prezidentimizin bilavasitə rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimiz nəinki məscidləri, eləcə də kilsələri bərpa edir. Bu da dünyaya mühüm bir mesajdır”.

    28 illik işğal illərində də Şuşaya həsr edilən kitabların nəşr olunduğunu diqqətə çatdıran Anar Kərimov həmin kitabların psixoloji cəhətdən ağır təsir bağışladığını bildirib: “Bu gün yeni işıq üzü görən kitabları isə qürurla, sevinclə təqdim edirik. Çünki əzəli torpaqlarımız artıq azaddır. Kitabların rus və ingilis dilləri ilə bərabər türk dilində də çap olunması qardaş Türkiyədə Şuşa haqqında təsəvvürlərin dərinləşməsinə öz töhfəsini verəcək”.

    Kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirən nazir “İrs” Nəşriyyat evinin rəhbəri Musa Mərcanlıya Mədəniyyət Nazirliyi tərəfindən təsis olunan “Şuşa – 270” xatirə nişanını təqdim edib.

    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli kitabları “Şuşa İli”nə layiqli töhfə kimi qiymətləndirib. Deyib ki, kitabları Şuşanın tarixi pasportu da adlandırmaq olar: “Nəşrlərdə Şuşanın tarixi, mədəni zənginlikləri özünü göstərməkdədir. Həmçinin burada şəhərin Azərbaycan elminə, incəsənətinə bəxş etdiyi şəxsiyyətlər haqqında dəqiq məlumatlar yer alıb. Sevindirici haldır ki, biz Azərbaycan rəssamlarının ictimaiyyətə az məlum olan Şuşaya həsr etdikləri əsərlərini də bu kitabda görə bilirik. Bu mənada, kitablar həm də Şuşanın rəngli ensiklopediyası sayıla bilər”.

    “İrs” Nəşriyyat evinin rəhbəri Musa Mərcanlı diqqətə çatdırıb ki, doqquz ildir fəaliyyət göstərən nəşriyyat bu silsilədən 19-cu kitabını təqdim edir. Kitab daha çox xarici auditoriya üçün nəzərdə tutulub. Düşmənlərimizlə informasiya savaşının davam etdiyi bir vaxtda belə kitabların nəşri çox önəmlidir.

    “PAŞA Həyat Sığorta” ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib ki, 10 ildir fəaliyyət göstərən qurum artıq 13-cü kitaba dəstək olur. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Şuşa ilə bağlı xatirələrini bölüşüb, nəşrlərin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq edib.

    Çıxışlardan sonra təqdimat mərasimi bədii hissə ilə davam edib. Konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistləri tərəfindən Azərbaycan bəstəkarlarının Qarabağ və Şuşaya həsr olunan əsərləri səsləndirilib.

    Qeyd edək ki, kitablarda Şuşa şəhərinin qədim tarixi, mədəni həyatı, abidələri, işğal dövründə dağıntılara məruz qalması və azadlığa qovuşması faktlar və fotolarla təqdim olunur.

    Mənbə: https://culture.gov.az/

  • Gəlin Əlisa Nicata dəstək olaq! 

    Qocaman yazıçı, filosof Əlisa Nicatın ağır məişət durumu barədə süjeti “Azadlıq radiosu”nda  ürək ağrısı ilə izlədik. Aylıq 470 manat gəlirlə ailəsini dolandırmaq zorunda qalmış yazar kommunal xərcləri belə ödəyə bilmədiyindən qışın bu çağında bir müddət işıqsız, susuz, qazsız qalıb. 

    Yazıçı Kənan Hacı belə bir post paylaşıb: “Bu gün Kitabevim.az-a gedib Əlisa Nicatın 2 kitabını aldım. Təklif edirəm ki, hər kəs heç olmasa, yazıçının 1 kitabını alsın.”

    Bəlkə həqiqətən bu təşəbbüsə qoşulaq? 

    O nəhənglikdə insanın belə acı aqibəti yolverilməzdir.

    “Ədəbiyyat və incəsənət” (02.12.2022)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Mədəniyyət Nazirliyi tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin test mərhələsinin nəticələrini elan edir

    Nazirliyin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə 28 noyabr 2022-ci il tarixində Azərbaycan Milli Kitabxanasında təşkil olunan test imtahanında iştirak etmiş namizədlərin nəticələri bəlli olub.

    Nəticələrə əsasən, test imtahanında iştirak edən 319 namizəddən 141 nəfəri (44 faiz) keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. 178 namizəd (56 faiz) isə müəyyən edilmiş keçid balından aşağı nəticə göstərməklə müsabiqədən keçməyib.

    Namizədlər aşağıdakı linkə daxil olmaqla iş nömrələri vasitəsilə test imtahanının nəticələri barədə ətraflı məlumat əldə edə bilərlər.

    Məlumat üçün bildiririk ki, test imtahanından 70% (35 düzgün cavab) nəticə əldə etmiş namizdələr Bakı şəhərində fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün, 60% (30 düzgün cavab) nəticə əldə etmiş namizdələr Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün, 50% (25 düzgün cavab) nəticə əldə etmiş namizdələr isə digər inzibati ərazi vahidlərində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün müsahibəyə buraxılacaqlar.

    Test imtahanından keçmiş namizədələrə müsahibənin proqramı, vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

    Nəticələrə dair şikayəti olan şəxslər 5-7 dekabr 2022-ci il tarixlərində apellyasiya@culture.gov.az elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər.

    Link: test imtahanının nəticələri

    Mənbə: https://culture.gov.az/

  • “Şuşa İli” çərçivəsində heykəltaraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub

    Ölkə Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq keçirilən heykəltaraşlıq müsabiqəsinin əsas məqsədi Azərbaycan incəsənətinin tarixi mərkəzi, Qarabağın baş tacı, Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin ərsəyə gətirilməsi və qorunmasına dəstək olmaqdır.

    Heykəltaraşlıq müsabiqəsinə ölkəmizin rəssamları tərəfindən 47 əsər təqdim olunub. Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış komissiya tərəfindən qaliblər seçilib.

    Qaliblərin siyahısı təqdim olunur:

    1-ci yer (2 nəfər)

    Əhmədov Xanlar – “Xan Şuşinski”

    Əhmədov Zakir – “Zəfər Yolu”

    2-ci yer (2 nəfər)

    Rzayev Zamik – “Qayıdış”

    Nəbiyeva Gülarə – “Azadlıq qanadları”

    3-cü yer (1nəfər)

    Məmmədov Fərid – “Bizim zaman”

    Həvəsləndirici mükafat (10 nəfər)

    Qaryağdı Cəlil – “Natəvan”

    Hüseynov Namiq – “Yaddaş”

    Heydərov Müşfiq – “Xarı Bülbül”

    Heydərov Müşfiq – “Xanəndə”

    Hüseynov Ramiz, Əhmədov Xanlar  –  “Pənahəli Xan”

    Qaryağdı Cəlil – “Cabbar Qaryağdı oğlu”

    Rüstəmov Süleyman – “Quruluş” Pənaxəli xan

    Xəlilov Bəhram – “Qarabağ-Azərbaycandır!”

    Səmədov Samir – “Xəzinə yüklü Qarabağ gözəli”

    Yusubova Aybəniz – “Natəvan”

    Müsabiqə barədə ətraflı məlumat almaq üçün link:

    https://culture.gov.az/az/elanlar/152

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycan Yazıçılar Birliyini biganəlikdə qınamaq gülüncdür

    Azərbaycan Yazıçılar Birliyi bütün üzvlərinə diqqətlə yanaşan, onların qayğılarına biganə qalmayan bir təşkilatdır. Vəfat etmiş imkansız üzvlərimizin ailələrinə, xəstəlikdən əziyyət çəkən üzvlərimizə, imkansız üzvlərimzə hər zaman maddi dəstəyimizi əsirgəməmişik.  Dəfələrlə bildirmişik ki, Yazıçılar Birliyi kirayəyə verdiyi sahəsindən gələn gəliri maddi vəziyyəti aşağı olan əməkdaşlara əlavə yardım olaraq və yuxarıda qeyd edilmiş məsələlərə xərcləyir. Hətta imkan olduğunda, üzvlərimizin kitab nəşrlərinə də yardım edilir. Yazıçılar Birliyinin mühasibatlığında saysız-hesabsız belə ərizələr mövcuddur. Sadəcə olaraq bunu açıqlamağı, reklam etməyi özümüzə yaraşdırmamışıq. Yazıçılar Birliyi kimi öz üzvlərinə maddi yardım edən, hər müraciətə diqqətlə yanaşan ikinci bir təşkilat bəlkə də yoxdur. Yazıçılar Birliyini biganəlikdə qınamaq gülüncdür.

    AYB Mətbuat xidməti 

    Mənbə: https://ayb.az/

  • Mətbuat xidmətinin məlumatı

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun 30 noyabr 2022-ci il tarixli müvafiq qərarına əsasən, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü​ saytın (10 illik) uzunmüddətli səmərəli fəaliyyətinə xitam veriləcək.

    Fəaliyyətə başladığı ilk gündən bəri ədəbiyyatsevərlərin, oxucuların diqqətinə ən son mədəniyyət və ədəbiyyatyönümlü xəbərləri çatdırmaqla yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək olmağı özünə borc bilən saytın rəhbərliyi və kollektivi üçün Siz dəyərli dostlarımızın sayəsində yorulmaq bilmədən çalışdı. Bir çox layihələrdə iştirak etdi. Səmərəli fəaliyyətinə görə mükafatlandırıldı. Qardaş Türkiyə Cümhuriyyətində və İranda fəaliyyət göstərən bir sıra dərgilərlə əməkdaşlıq əlaqələrinin bugünkü dönəmdə də uğurla davam etdirən, ədəbi elektron məkanında özünəməxsusluğu ilə seçilən sayt öz missiyasını yerinə yetirmiş hesab edir.​ Bununla bağlı qəbul olunan qərar deyilənləri bir daha təsdiqləyir.​

    Qeyd edək ki, sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilmiş və geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır.​

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN  “Qızıl Əllər Milli Mükafatı”na layiq görülüb

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN  “Qızıl Əllər Milli Mükafatı”na layiq görülüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Türkmənistanda dünya xalqlarının musiqi sənətinə həsr olunmuş beynəlxalq festivalda Azərbaycan da təmsil olunur

    Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin “Mükamlar” sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” adlı beynəlxalq festival öz işinə başlayıb.

    Prezident Serdar Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan Mədəniyyət Nazirliyinin təşkil etdiyi bu tədbirdə beynəlxalq təşkilatların, əlaqədar nazirliklərin rəhbərləri və nümayəndələri, müğənnilər, musiqiçilər – milli musiqi alətləri ifaçıları iştirak edirlər.

    Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Tatarıstan (Rusiya Federasiyası), Özbəkistan və İran mədəniyyət, incəsənət xadimləri iştirak edirlər.

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təqdimatı əsasında ölkəmizi sözügedən Festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir.

    Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Festivalda Mərkəzin inzibatçısı Yusif Məmmədov, azərbaycanlı ifaçılar Vahid Əliyev, Fatimə İsgəndərova və Özbəkistanda Azərbaycan saz ustadı İlham Abdullayev Festivalda iştirak edirlər.

    Mükamal Sarayına ölkə hökumətinin üzvləri, mədəniyyət sisteminin, ictimai təşkilatların rəhbərləri, yaradıcı işçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri, qonşu ali təhsil ocaqlarının professor və tələbələri toplaşmışdılar. 

    Açılış mərasimində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun “Milli musiqi sənəti dünya xalqlarının irsidir” adlı beynəlxalq festival və konfransın iştirakçılarına təbriki oxunub.

    Bu böyükmiqyaslı tədbirin əhəmiyyəti də bundan ibarətdir. Türkmənistan liderinin təbrikində deyilir: “Bu beynəlxalq festival və konfrans türkmən xalqının əsrlər boyu davam edən milli musiqi sənətinin dünya ictimaiyyətinə təbliğində, xalqların daha yaxından tanıdılmasında xüsusi rola malikdir. Dünyanı milli musiqi sənəti ilə sıx bağlayır”.

    Sonra Mükəmlər sarayının səhnəsində konsert olub.  Zəngin mədəni proqram musiqi əsərlərinin rəngarəngliyi, müxtəlif xalqların qədim xanəndəlik və ifaçılıq sənətinin nadir nümunələri Festivalda iştirakçılara təqdim olunub.

    Azərbaycan və Türkiyə musiqi kollektivlərinin, Qızılora vilayəti (Qazaxıstan), A.Curayev adına Tacikistan Dövlət Filarmoniyasının, Xorazm Musiqili Dram Teatrının (Özbəkistan) xalq musiqisi ansambllarının, Buxara şəhəri,  Qırğızıstandan gəlmiş “Etno-Oş” folklor-etnoqrafiya qrupunun ifaçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.  “Türk dünyası” musiqi və rəqs qrupunun sənətçiləri tamaşaçılara gözəl türk rəqsləri təqdim ediblər.

    Azərbaycan sənətçiləri bir sıra xalq mahnılarımızı, saz havalarını ifa ediblər. Çıxış tamaşaçıların çoxsaylı alqışları ilə müşaiyət olunub.

    Tədbirlərdə Türkmənistan dövlət və  hökumət nümayəndələri, TÜRKSOY təşkilatının rəhbəri və nümayəndələri, nazirlik və idarələr, ali təhsil müəssisələri, mədəniyyət mərkəzləri, Aşqabad Forumuna qatılan ölkələrin alim və ekspertləri də iştirak ediblər.

    Noyabrın 30-da Dövlət Mədəniyyət Sarayının Mükəmlər Sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” beynəlxalq festival və konfransının təntənəli bağlanışı, diplomların təltif edilməsi və Türkmənistan incəsənət ustalarının konserti keçiriləcək.

  • Türk dünyasının birlik simvoluna çevrilən Əhməd Cavadın yubileyi qeyd olunub

    Dövlət başçısının sərəncamı ilə bu il anadan olmasının 130 illiyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilən istiqlal şairi Əhməd Cavad (1892-1937) Azərbaycan milli ictimai fikrinin parlaq simalarından biridir. XX əsr Azərbaycan poeziyasında istiqlal ideyalarının yorulmaz təbliğatçısı olan şairin yaradıcılığı həmişə müasirdir.

    Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində AMEA Folklor İnstitutu ilə birgə Əhməd Cavadın 130 illiyinə həsr olunan tədbir keçirilib.

    İlk olaraq sözləri Əhməd Cavada, musiqisi dahi Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycanın Dövlət Himni səsləndirilib.

    Sonra açılış nitqi ilə çıxış edən Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova qonaqları salamlayıb.

    Şairin nəticəsi Cavad Axundzadə qeyd edib ki, Əhməd Cavadın adını daşımaq böyük şərəf və ikiqat məsuliyyətdir: “Mən çalışmışam ki, bu adı hər zaman doğruldum. Əhməd Cavad Azərbaycan ədəbi fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bildiyiniz kimi, Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də Əhməd Cavadın 130 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Mən bir daha Əhməd Cavadın yaradıcılığına göstərilən diqqətə görə ölkə başçısına təşəkkürümü bildirirəm. Əhməd Cavad bütün ömrünü istiqlal ideyalarına, türkçülüyə həsr edib. Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusu sıralarında, Balkan cəbhəsində hərbi əməliyyatlarda iştirak edən şair “Çırpınırdın, Qara dəniz” şeirini yazmaqla bütün Türk dünyasının birlik simvoluna çevrilib”.

    Cavad Axundzadə çıxışının sonunda tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

    AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy qeyd edib ki, Əhməd Cavadın ədəbiyyatımızdakı rolu bizim üçün milli yaddaşı yaratmağındadır.

    Daha sonra institutun nəzdində fəaliyyət göstərən “Qorqud” folklor ansamblı (bədii rəhbər – Əməkdar artist Nuriyyə Hüseynova) tərəfindən musiqili proqram təqdim olunub. Konsertdə Nuriyyə Hüseynova, Ülviyyə Sədaqət, Çilənay Hüseynova, Həlimət Sultan və Aşur Adıgözəlov şairin şeirlərinə bəstələnən “Al bayraq”, “Şükriyyə”, “Can, Azərbaycan”, “Çırpınırdın, Qara dəniz” və digər mahnıları böyük məharətlə ifa ediblər.

    İfaçıların çıxışları alqışlarla qarşılanıb.

  • “Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı” monoqrafiyası çap olunub

    Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı” (kollektiv) monoqrafiyası çap olunub. “Sənətkarın elmi pasportu seriyası”nın 31-ci nəşri olan “Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı” kitabı Ədəbiyyat İnstitutunun Elmi şurasının 6 aprel 2022-ci il tarixli qərarı ilə nəşr edilib.

    İnstitutdan Edebiyyatqazeti.az-a bildirilib ki, layihənin müəllifi və “Molla Pənah Vaqif haqqında söz” başlıqlı “Ön söz”ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Mahirə Quliyeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.

    Monoqrafiyada görkəmli Azərbaycan şairi, ictimai və dövlət xadimi Molla Pənah Vaqifin həyat və yaradıcılığından bəhs olunur. Kitabda şairin Azərbaycan poeziyasındakı mövqeyi, yaradıcılığının müxtəlif aspektlərdən təhlili ilə yanaşı, ədəbi irsinin nəşri və tədqiqi tarixi, ədəbiyyatda bədii obrazı da təqdim edilir.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Tatarıstan Respublikasının mədəniyyət naziri ilə görüş keçirilib

    Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva noyabrın 29-da ölkəmizdə səfərdə olan Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova ilə görüşüb.

    Görüş zamanı qonağı səmimi salamlayan Sevda Məmmədəliyeva xalqlarımız arasında tarixi bağlılıq, ortaq dəyərlər və mədəni əlaqələrin inkişafı üçün gələcək əməkdaşlıq perspektivlərindən söz açıb.

    Sevda Məmmədəliyeva 2022-ci ilin 28-29 noyabr tarixlərində Tatarıstanın Qabdulla Karieva adına Gənc Tamaşaçılar Teatrı tərəfindən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Nizami Gəncəvinin Leyli və Məcnun poeması əsasında tamaşanın nümayişi üçün qarşı tərəfə təşəkkürünü bildirib və bu səhnə əsərinin tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağına əminliyini ifadə edib.

    Azərbaycanda təhsil almış nazir İrada Ayupova, uzun müddətdən sonra Azərbaycana səfəri və Bakı şəhərinin yüksək surətlə inkişafı ilə bağlı xoş təəssüratlarını bölüşüb, eyni zamanda Azərbaycanda tarixən çoxsaylı zəngin mədəni tədbirlərin keçirilməsi ənənəsinin bu gün də davam etdiyinin şahidi olduğunu bildirib.

    Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, türk xalqlarını birləşdirən birgə layihələrin həyata keçirilməsi və mühüm əhəmiyyətli tədbirlərdə qarşılıqlı iştirakın önəmi vurğulanıb.

    Nazir cari ilin 4-9 dekabr tarixlərində Tatarıstanın Kazan şəhərində UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci ilin Konvensiyasının 50 illiyinə həsr olunan beynəlxalq forumun keçiriləcəyini diqqətə çatdırıb və Nazirliyin rəsmilərini bu forumda iştiraka dəvət edib. O, həmçinin, Tatarıstanda keçirlən teatr, folklor, ənənəvi uşaq oyun  festivalları, o cümlədən, türk irsi ənənələrinə və onların təbliğinə yönəlmiş beynəlxalq tədbirlər haqqında məlumat verib. Bununla yanaşı, elm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə üstünlük verilməsi, xüsusilə, gənclər arasında elm sahəsində əməkdaşlığın qurulması, Tatarıstanda türk xalqlarının tarixi üzrə uşaqlar arasında olimpiadanın keçirilməsi və bu tədbirlərdə Azərbaycan tərəfinin iştirakının önəmini vurğulayıb.

    Görüşdə Azərbaycanda və Tatarıstanda türk xalqlarına aid çoxlu sayda qədim əlyazmaların mövcud olduğu bildirilib, bu əlyazmaların araşdırılıb oxunulması üçün süni intellekt əsaslı texnologiya sahəsində birgə əməkdaşlığın zəruriliyi qeyd edilib.

    Görüş zamanı 2023-cü ilin üçün Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi, habelə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar ölkədə təşkili nəzərdə tutulan tədbirlərdə birgə əməkdaşlıq barədə məlumat mübadiləsi aparılıb. Görüşün sonunda növbəti ildə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, və bu əlamətdar günlər çərçivəsində festivallarda iştirak, birgə kino günlərinin təşkili, o cümlədən, mədəniyyət sahəsi ilə bağlı gənclər forumunun keçirilməsi müzakirə olunub.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycan filmləri “Moskovskaya premyera” IV beynəlxalq kinofestivalda təqdim olunub

    Noyabrın 29-dan dekabrın 5-dək Rusiyanın paytaxtında Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq “Moskovskaya premyera” kinofestivalı keçirilir.

    AZƏRTAC xəbər verir ki, festivalın proqramına Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Özbəkistan, Ermənistandan olan filmlərin, o cümlədən Azərbaycan və Rusiya-Azərbaycan istehsalı olan 5 filmin – “Bir cənub şəhərində”, “Əlvida, cənub şəhəri”, “İstintaq”, “Qobelen”, “Alisanın bir günü” (qısametrajlı film) nümayişi daxildir.

    Budəfəki festivala 11 ölkədən 120-yə yaxın iştirakçı və qonaq toplaşıb. Açılış mərasimi noyabrın 30-da saat 19.00-da “DomJur” kino mərkəzində təşkil olunacaq.

    Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq “Moskovskaya premyera” kinofestivalı 2003-cü ildən keçirilir. Festivalın birinci prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019-cu ildən bəri kinoforum beynəlxalq status alıb. “Moskovskaya premyera”nın vəzifəsi keçmiş SSRİ ölkələrinin vahid mədəniyyət və kinematoqrafiya məkanını inkişaf etdirməkdir.

    Daha ətraflı məlumat əldə etmək üçün Festivalın “mpfest.ru” rəsmi saytına müraciət edə bilərsiniz.

    Mənbə: https://azertag.az/

  • Mədəniyyət naziri Sumqayıtda vətəndaşlarla görüşəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 16-da saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri, Zülfü Hacıyev 53) Sumqayıt, Şuşa şəhərlərindən və Abşeron, Xızı, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

    Mədəniyyət Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar dekabrın 11-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

    Mənbə: https://azertag.az/

  • Mədəniyyət Nazirliyi təkzib edir: “Odda – İki bacı” filminə yayım vəsiqəsi verilməyib

    “Odda – İki bacı” filminə Mədəniyyət Nazirliyi tərəfindən yayım vəsiqəsi verilməyib. İstər nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.

    AZƏRTAC xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

    “Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur. Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə, bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”, – deyə məlumatda qeyd olunur.

    Mədəniyyət Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar dekabrın 11-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

    Mənbə: https://azertag.az/

  • Əkbər Qoşalı “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif edilib

    Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif olunub.

    Medalı şairə Bakıda səfərdə olan Tatarıstan Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin rəhbəri, Xalq şairi, Dövlət mükafatı laureatı Rkail Zəydulla təqdim edib.

    Əkbər Qoşalı qardaş xalqlar arasında, o cümlədən Tatarıstanla ədəbi-mədəni əlaqələrin qurulması, gücləndirilməsi yönündə uzun illərdir səmərəli fəaliyyət göstərir. O, “Gənc tatar şeiri” antologiyasını Bakıda nəşr etdirib, bir neçə tatar yazarının yaradıcılıq örnəklərini Azərbaycan dilinə çevrilərək yayınlanmasını, onların respublikamızda keçirilən beynəlxalq ədəbiyyat tədbirlərində iştirakını təşkil edib. Əkbər Qoşalı Tatarıstanda keçirilən bir neçə ədəbi-mədəni tədbirdə ölkəmizi təmsil edib.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Gənclərin roman müsabiqəsinin II seçim mərhələsinin nəticələri açıqlanıb

    “TEAS Press” nəşriyyat evinin gənc yazıçılar üçün təşkil etdiyi roman müsabiqəsinin ikinci seçim mərhələsinin nəticələri bəlli olub.

    Nəşriyyat evindən Edebiyyatqazeti.az-a bildirilib ki, münsiflər heyəti ikinci mərhələnin qısa siyahısını müəyyənləşdirib. İlk beşliyə Əfrail Abbaszadənin “Mənguberdi”, Əşrəf Əşrəfovun “Gecənin ən qaranlıq anı”, Seymur Həmzəyevin “Nikolas Bonnet – Şərqə aparan hekayə”, Elay İsmayılovun “Günah kolleksioneri” və Pərvin İsmayılovun “Xanədan” əsərləri daxil edilib.

    Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaq. Birinci yerin sahibinə 2000 (iki min) AZN məbləğində pul mükafatı veriləcək, müəllifin əsəri “TEAS Press” nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində həmin kitabın təqdimatı keçiriləcək. İkinci yerin sahibinə 1500 (min beş yüz), üçüncü yerin sahibinə isə 1000 (min) AZN məbləğində pul mükafatı veriləcək.

    Müsabiqənin nəticələri dekabrın 15-də təşkil olunacaq mükafatlandırma mərasimində açıqlanacaq.

    Qeyd edək ki, “TEAS Press” nəşriyyat evinin bu layihəni həyata keçirməkdə əsas məqsədi yeni imzaların üzə çıxarılmasına və gənc yazıçıların tanıdılmasına dəstək olmaqdan, həmçinin ümumbəşəri dəyərləri təbliğ edən mövzuları roman janrı vasitəsilə oxuculara çatdırmaqdan və ədəbi rəqabət mühitinin inkişafına töhfə verməkdən ibarətdir.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “II Sumqayıt Kitab Sərgisi” həyata keçiriləcək

    23, 24, 25 dekabr tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə “II Sumqayıt Kitab Sərgisi” həyata keçiriləcək.

    Edebiyyatqazeti.az ANAİB-ə istinadən xəbər verir ki, ötən il birincisi keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanıb. İkinci sərgi isə daha möhtəşəm proqram və çoxçeşidli kitablarla qarşınızda olacaq.

    Sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq.

    Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klasslar keçiriləcək.

    Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, sadəcə uşaqlar üçün nəzərdə tutulmuş “kids zone”da mütəmadi və əyləncəli fəaliyyətlərlə bu sərgi daha möhtəşəm olacaq!

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunmuş “Türk dünyası gəncləri-Nizami Gəncəvi dühası” kitabının təqdimatı keçiriləcək

    Dəvətlisiniz, dostlar!

    Dəvətlisiniz!
    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunmuş “Türk dünyası gəncləri-Nizami Gəncəvi dühası” kitabının təqdimatı tədbirinə dəvətlisiniz!

    (Kitablar tədbir iştirakçılarına hədiyyə olunacaq)

    Tarix: 03.12.2022
    Saat: 15:00

    Ünvan: Gəncliyə Yardım Fondunun konfrans zalı
    (Cəfərov qardaşları küçəsi 16, Tarixi Təzəbəy hamam kompleksinin yaxınlığı)

    Proqram:
    1. Kitabın təqdimatı, müzakirələr və s.
    2. Təltiflər.
    3. Kofe-çay fasiləsi.

    (İştirak durumunuz barədə öncədən məlumat verməyiniz xahiş olunur. )