Azərbaycan Dövlət Pantomima Teatrı yanvar ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 8-də “Ağ bığlılar”, 14-də “Undergraund”, 15-də isə “Pantomima buketi” tamaşaları göstəriləcək.

Bundan başqa, yanvarın 21-də “Yük”, 22-də “6+1 nömrəli palata”, 28-də “Dejavü” və 29-da isə “Yük” tamaşaları nümayiş olunacaq.

Səhnə əsərləri saat 18:00-da təqdim ediləcək.

Mənbə: https://azertag.az