Bakı Dövlət Sirki  bütün fəsillərdə  fəaliyyət göstərməkdə davam edir.

Dekabr ayının 17-dən başlayaraq “Güzgülər dünyası”  adlı beynəlxalq sirk proqramı  nümayiş etdirəcək.

Sirk proqramı  yanvarın 8 – nə kimi davam edəcək. 

“Güzgülər dünyası” yeni il şousunun hekayəsində  şər qüvvələri ilə  xeyirxah şahzadənin mübarizəsindən bəhs olunur.

Müasir dünya sirk nümunələrini  nümayiş etdirməyi qarşısına  məqsəd qoyan  Bakı Dövlət Sirkində musiqili rəqs şouları, hava gimnastlarının qeyri – adi tryukları, klounların  yumor dolu çıxışları,  balet şousu, transformasiya illüziyası kimi digər nömrələr  proqramları rəngarəng edir.

Bundan başqa,  Bakı Dövlət Sirki  uzun illərdən sonra  Qarabağ atlarının çıxışı  ilə  milli  sirk nömrəsini də hazırlayıb.

Xatırladaq ki, payız mövsümündə “Beynəlxalq Sirk: Festival qalibləri” adlı proqram  nümayiş olunub.

Proqramların  təşkilatçısı azərbaycanlı sirk  ustası Allahverdi İsrafilovdur.

Biletləri  şəhərin bütün kassalarından və “iticket.az” saytından onlayn əldə edə bilərsiniz.

Mənbə: https://culture.gov.az/