Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin elan etdiyi “Şuşa ili”ndə QARABAĞ-ŞUŞA mövzusunda apardığı tədqiqatlarına görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd AMEA-nın “Fəxri Fərmanı” ilə təltif olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.