Cari ilin sonuna kimi dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında çəkilmiş “Sevgi hekayəsi” adlı bədii filmin təqdimatı olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

O bildirib ki, ekran əsərinin təqdimatı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində olacaq. Tammetrajlı filmdə şairin həyat və yaradıcılığından bəhs edilir.

Mənbə: https://azertag.az/