
Martın 18-də “Qanun” nəşriyyatında müasir müharibə hekayələrindən ibarət antologiyanın təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Kəndə gün doğanda qayıdacağıq” adlanan topluda ən müasir Azərbaycan yazıçılarının ən maraqlı hesab olunan hekayələri toplanıb.
Müəlliflər arasında Orxan Fikrətoğlu, Elçin Hüseynbəyli, Nərmin Kamal kimi tanınmış müəlliflərdən tutmuş ən gənc qələm sahiblərinə qədər iyirmidən artıq imza yer alıb.
Kitabın tərtibçisi və baş redaktoru Şərif Ağayardır.
Müəlliflərin də iştirak edəcəyi təqdimat mərasiminə giriş sərbəstdir.
Mənbə: https://azertag.az/