Dekabrın 17-də, saat 14-də “Sabunçu Gənclər Evi”ndə maraqlı bir kitab təqdimatı olacaq. Gənc yazıçı Habil Yaşarın “Yeddinci ayın yeddisi” kitabının.
Kitab “Azərkitab” Yayınlarında gənc nəşr olunub. Redaktoru Əkbər Qoşalıdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, oxuduqca oxucunu intizarda saxlayan bu romanda oxucu gerçək sevgini də yaşayacaq, mübarizliyə də şahid olacaq, eyni zamanda müxtəlif mövzularda dəyərli düşüncələrlə də tanış olacaq.
Əsərdə Aytəkin başda olmaqla, Nihat, Fərid, Aysel və s kimi xarakterlər yer alıblar. Hər birinin öz dünyası var. Və bu günyalar əksərən bir-birinin ziddinədir.
Onu da qeyd edək ki, “Yeddinci ayın yeddisi” müəllifin ilk romanıdır.
Maraqlananalar dəvət olunur!