
http://hecetaslari.com/hecetaslaridergisi/hecetaslari100sayiOn5haziran2023.pdf
Azərbaycan Yazıçılar Birliyi İdarə Heytənin üzvü, Prezident təqaüdçüsü,
Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru
BURASI SON MƏKANDIR
deyə qəflətdən oyanmaq
yorğun və çarəsiz düşdüyüm anda
əbədi dayanmaq
daha doğru qərardı bəlkə
hələ məskən salmaq üçün
özümə yer tapmıram
düşünüb-daşınmaq üçün
bir ömür bəs eləmədi.
Yüyrək atım
özümdən də həsrətli
ikimiz də inadla
o bildiyimiz uzaqlarda
dağıntılar altında
iniltisi xəfifcə eşidilən
azadlığın imdadına
qaçırıq nəfəs dərmədən.
Bir çox illər keçmiş olar
ruhumla tənimin
ayrıldığı zamanın üstündən
köçəri quşların
cənub küləyində gətirdiyi
azadlığın izində şəhid oldu
xəbərinə ağlarsınız.
Orda qaranlığı
hilal kimi titrədib
gecəni yatmağa qoymayan
qos-qoca bayrağam
köhnələn bir həsrətlə
əllərimi yellədib
yadlara dustaq olan vətənə sarı
meydan oxuyuram faniliyə.
ATAMIN DİLİNDƏN
ANLADIM SAVAŞLARI…
zor durumlarında
üzünü Tanrının ayağına sürtənlər
keyfli zamanlarında
çıxdılar Tanrının çiyninə
sanki ağ günə çıxmışlar daha.
Atamın dilindən eşitdim
savaş nədənlərini
ölüm qapıya dayansa belə
anlamaz insan torpağın dərdlərini.
Hər zaman acgöz savaşlarla
dünyanı qarışdırdı
şeytanın barmağı
və qarışdı günlərin qarasıyla ağı
fanilər
qafillər
şər orduları
özgə qismətə baxantək
baxdılar ata yurda
yer üzü savaşların
ayaqları altında qalanda
Tanrı çox uzaqdaydı.
Bu insan ovçuları
bu torpaq tacirləri
dünyanı dəniz
yer üzünü gəmi
insanları balıq bilib
qarmaq atdılar…
hər qarətdən və zəfərdən sonra
batdılar torpağa gözlərinədək
və onda o orqan tacirləri
yada saldılar Tanrının rəhmini
tövbə qapısında günahlarını
imdad diləyənlərin
göz yaşıyla yuyub
salavat çevirdilər.
Böyük canbazların
yapımçı olduğu
faşistlərin oynadığı
teatr səhnəsidi saşavlar
acımasız oyunlarda
el üçün ağlayanın
göz yaşını su kimi içmək
çocuqları yarpaq-yarpaq
iynəyə düzmək
fələyin siniriyə oynamaqdır
savaşlar gedərkən
və hər addımda ölüm varkən
əbəsdir itkisiz yaşamağı düşünmək.
Məzar boyda torpağı
vətən kimi qoruyanları
və qana bulaşan bayrağı
and yeri kimi öpüb
göz üstə qoyanları
ürəyinin başında saxlayar yığval.
ATAMIN MƏZARI BAŞINDA
Doğma Borçalıda
ata yurdum Saraçlıda
köhnə bir gorgahdayam
birdən fərqinə vardım
burda tək canlı olduğumu
yaşamaqdan yorulduğumu…
Hələ qar qalıb dağların başında
hələ ayazdı bozqurdlar odasında
atam Osmanın
balaca çəmənə bənzəyən
sinə torpağında
bahar gecikmiş kimi suçlu…
Qardaşımın əkdiyi
mixəyin qoxusunda
nərgizin sarısında
hələ həyat imzası var
unudulmamaq şansı qalır
və bir üzünü gün qızartmış
çiyələk kollarında
hələ yaşıldı yarpaq
hələ nəmli qalmış torpaq
bacılarımın göz yaşından.
Bu balaca çəmən
gündüz gün işıldayanda
gecə hilal doğanda
yalançı rüzgara aldanıb
gülləri oyadar yuxudan
başı üstündən
bir qara bulud
ustufca ötəndə
diksinib çiçəyini tökər.
Hər yazın sonunda
doğmaların ziyarət anında
sinə torpağında
göz yaşı içən çiyələk kolu
elə bil nədənsə
qürur duyar
qurumuş meyvəsinin
köçəri quşlara
yem olmasından.
Və burda
gündüz günəş eyni gülümsər üzüylə
gecə hilal eyni üzütü hissiylə
yürüyüb uzaqlaşmaq istər
hər gəlib gedənin arxasınca.
TANRININ GÖRK YERİDİ
HƏR KƏSİN SON MƏNZİLİ…
hər kəs sağ ikən
əbədi olduğuna inanar
və ayağına daş dəyincə
ölüncə belə yaşar
sevəndə də
əzab verəndə də
kimsə sonu düşünməz
insan min illərcə
səssiz qalmağa
daş olmağa razı
amma könüllü köçməz dünyadan.
Hər kəsin son mənzili
Tanrının görk yeridi
həyatın sonu bəlli
amma yenə
bir möcüzə bəklərik səndən
qardaşım fələk.
Bezsək də
eyni yollarda yürüməkdən
üzülsək də usanmadıq
aldığımız yaralardan
qismətdən
aqibətdən
razı qalmadıq.
Gercəklər acı da olsa
həsrətini çəkdik
birimiz himn kimi söylədik
birimiz pis xəbər kimi gizlətdik
duymaq istəmədik
bir doğrunu
bir də yalanı.
Bir şablon arzudur
həyatın gizli siması.
Tanrının görk yeridi məzarlıq
burda hər kəsin bir qibləsi var…
və hüzn törənlərində
iblis də mələyə dönər
hər Allahsız insana da
tərəddüdsüz rəhmət oxunar burda…
və sonunda sağ qalan hər kəs
görəvinin başında oyanıb
yoluna davam edər.
Tanrı da
insan da
iblis də öz işinin başında.
BİR ŞEİR YAZDIM…
günlərlə gözlədim
hava durumuna baxıb
bir öfkəsiz səmt küləyində
gecəykən dostlara ismarladım.
Eşidənlər karlığa
oxuyanlar korluğa
vurdular özlərini
qaçıb gizləndilər
güvənli saydıqları yerdə.
Bir az zirək olanlar
zamanı qabaqlayanlar
gözlərini qapadı
bir az hiyləgərlər
bir az çoxbilmişlər
bir az da fürsətçilər
odasında işıqları söndürdü
kəsildi bütün təmaslar.
Səsləndim Tanrıya sarı
ey qoca yaradan
taleyimə yazdığın
o əziz türk kimliyi
sanki ən böyük kabusmuş
mənim kəlmələrimdə
mənim adımla
pantürkçülükdə ittiham edilib
asıldı düşmən dilindən…
YALAN-GERÇƏK…
elə olaylar gördüm
qələmin yazmağa
gözlərimin oxumağa
yaddaşımın saxlamağa
gücü çatmır
nə də dünyada özümdən sonra
qoyub getmək istəmirəm
zor-xoş yaşadığımız
fani həyatı
yalan-gerçək anlatmağa
bəzən can atmır insan.
Tanrı alın-tale yazarıdı
o da heç vədə tələsmir
ürək eyləmir tamamlamağa
oyunun sonunu…
senzor fələk və şeytandı
keçici qərar belədir:
insan üçün
hələ tale yarımçıq
və aqibət məxfi saxlanılsın…
DOĞUŞDAN ÖLÜMƏ
YOLU TƏKCƏ YÜRÜDÜM
yeri döydüm
göyü döydüm
açan olmadı
vurnuxdum son nəfəsədək
yerlə göyün yaxasında
varla yoxun arasında.
Hansı yurdda yaşadımsa
bir dilsiz daş kimi
ora-bura atıldımsa
yenə susdum
səbrimi basdım daimi
öz ruhumla qol-boyun
alnı yazısız dolaşdım
xəstəliklə savaşdım
əcəlimlə uğraşdım
məni Tanrı görmədi
ölüm-itim oldu
dostlarla
doğmalarla aramızda
təkcə anılar salamat qaldı
onlar da hələ yaralı
və o anıların
qansız dodaqlarında
buna da min şükür kəlamı
laxtalanıb qurumuş.
Mənbə: https://edebiyyatqazeti.az/
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi Lütviyyə Əsgərzadənin “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı işıq üzü görüb.
Monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi Şurasının 17 mart 2023-cü il tarixli 2 saylı qərarı və AR Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının 4 may 2023-cü il tarixli 7 saylı qərarı ilə çap edilib.
Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. “Cavidşünaslığa yeni baxış, yaxud tənqidin tənqidi” başlıqlı ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımovdur. Rəyçi Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam Qəriblidir. İdeya müəllfi və redaktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.
Filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadənin bu kitabı dörd fəsildən ibarətdir. Monoqrafiyanın “Hüseyn Cavid: şəxsiyyəti və sənətkarlığı”, “Hüseyn Cavid: yaradıcılığı və Azərbaycan ədəbi tənqidi”, “Ya müttəfiq, ya ölüm: hücum-ədəbi münaqişələr, ədəbi məhkəmələr”, “Əbədi sənətkar və əbədi sənət” fəsillərində repressiya qurbanı olan filosof şair-dramaturq Hüseyn Cavidin bir romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri araşdırılır.
“Elm və təhsil” nəşriyyatında çap edilən kitab 360 səhifədir.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəri, Azərbaycanlı şairə, gənc xanım yazar Nigar Arifin “Adamların yağışı” adlı yeni kitabı nəşrə hazırlanır.
Xatırladaq ki, Azərbaycanlı şairə Nigar Arifin “Xatirələr otağı” adlı ilk şeirlər kitabı Təbrizdə işıq üzü görüb.
Kitab müəllifin oxucularıyla sayca ikinci görüşüdür. Kitabda müxtəlif illərdə qələmə alınan ədəbi-bədii nümunələr, poeziya örnəkləri yer alıb.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. İctimaiyyət nümayəndələri, ədəbi came, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəri, Azərbaycanlı şairə, gənc xanım yazar Nigar Arifin “Gecikmiş ömür” şeiri İranda “Hüner ve Camia” dərgisində Azərbayan türkcəsində və fars dilində dərc olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.
O.M.Mirqasımovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Oqtay Mirəsədulla oğlu Mirqasımov “İstiqlal” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2023-cü il
Mənbə: http://president.az
Bu gün Xalq artisti Hacıbaba Bağırovun anadan olmasından 91 il ötür
Sevimli aktyor kimi yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər. Lakin haqqında söhbət açmaq istədiyim mərhum sənətkarımız, Azərbaycanın xalq artisti Hacıbaba Bağırov isə demək olar ki, yaratdığı bütün obrazlarla yaddaşlara həkk olunub. Onun teatr tariximizdə özünəməxsus yeri var. Bu yeri o, heç şübhəsiz, öz sənətkar istedadının, ilhamının qüdrəti ilə fəth edib.
AZƏRTAC xəbər verir ki, bu gün unudulmaz sənətkarımız, Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümü tamam olur.
Çox maraqlı tərcümeyi-halı ilə seçilən Hacıbaba Bağırovun həyat yolu heç də hamar olmayıb. Uşaq ikən pionerlər sarayındakı dram dərnəyində çalışıb. Görkəmli rejissor Adil İsgəndərov onu “Vaqif”də Vidadi rolunda görəndən sonra teatr studiyasına dəvət edib. Hacıbaba Bağırov görkəmli teatr xadiminin rəhbərliyi altında aktyorluq sənətinin sirlərini öyrənib. Hələ uşaqlıqdan sevib-seçdiyi sənət onun qanına hopub. Sonra teatr fəaliyyətini Lənkəranda və Gəncədə davam etdirib.
Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarına daxil olan obrazlar komik çalarları sayəsində qısa müddətdə tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Azərbaycan Dövlət Musiqili Teatrının tarixinə həmişəlik daxil olub.
Hacıbaba Bağırovun əsl sənətkar kimi formalaşması, tanınması 1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dəvət aldıqdan sonra başlayıb. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox obrazın onun gülüş ustası kimi püxtələşməsinə və populyarlıq qazanmasına böyük təsiri olub.
Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Zülfüqar Hacıbəyovun “50 yaşında cavan”ında Orduxan, Süleyman Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, “Hardasan, ay subaylıq”da Novruzəli, Əşrəf Abbasovun “Həyətim mənim-həyatım mənim”ində Qulam, Emin Sabitoğlunun “Hicran”ında Mitoş, “Nəğməli könül”də Fərzəli, Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu”nda Cəsarət, Soltan Hacıbəyovun “Qızılgül”ündə Nadir, Ağası Məşədibəyovun “Toy kimindir?”ində Uzun, Emin Sabitoğlu, Tamara Vəliyevanın “Bankir adaxlı”, “Sizinlə gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş” trilogiyasında Sonqulu, “Məhəbbət oyunu”nda Nuruş, “On min dollarlıq keyf”də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rolları milli mədəniyyətimizin inkişafına xidmət edir.
Hacıbaba Bağırov sənətinin ən xarakterik xüsusiyyətlərindən biri də tamaşaçıda hüsn-rəğbət oyadan incə komik məqamları canlandırdığı obrazlar vasitəsilə açmaq məharəti idi. Dərin milli koloriti ilə səciyyələnən Hacıbaba Bağırov sənəti onu xalqımızın ən sevimli aktyorlarından biri etmişdir. Cəmiyyətin mənəvi saflaşması yolunda çalışan sənətkar çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirib. Teatr rəhbəri və teleşou təşkilatçısı kimi gördüyü işlər isə onun nadir istedadının yeni mühüm çalarlarını meydana çıxarıb.
Aktyor səhnə fəaliyyəti ilə yanaşı, Azərbaycan kinematoqrafiyasının inkişafına da öz sanballı töhfəsini verib. Onun kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar Azərbaycan tamaşaçısının yaddaşına həkk olunub və kino sənətimizin diqqətəlayiq uğurları kimi qiymətləndirilib.
Hacıbaba Bağırov ilk dəfə 1964-cü ildə rejissor Ağarza Quliyevin “Ulduz” musiqili kinokomediyasında çəkilərək, teatrda olduğu kimi, bu filmdə də Möhsün surətini ustalıqla yaradıb. Aktyor müsahibələrinin birində bu rolu barədə belə deyib: “Möhsün mənim kinoda ilk rolumdur. Səhnədə Möhsünü oynamaq mənim üçün çox asan idi. Ancaq eşidəndə ki, bu operettanı ekranlaşdıracaqlar, çox həyəcanlandım. Əvvəla, mən heç zaman filmə çəkilməmişdim. Olsaydı, ilk rolum olacaqdı. Film ekranlara çıxanda qanadım olsaydı, uçardım. İlk dəfə idi ki, öz oyunuma oturub kənardan baxa biləcəkdim. Doğrudan da, “Ulduz” mənim aktyorluq fəaliyyətimə, aktyor asimanıma əsl ulduz bəxş elədi. Möhsün rolunun uğurunun başlıca səbəbi obrazın mənə yaraşması idi”.
Hacıbaba Bağırovun “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma-almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. Bu obrazlara baxıb sənətkarın “Teatr, kino mənim həyatımdır” deməsinə haqq qazandırmaq olar.
Həyata 74 yaşında əlvida deyən sənətkar adını Azərbaycan teatr sənətinə elə əbədi həkk edib ki, bu gün olduğun kimi, hələ neçə-neçə qərinələr, əsrlər xatırlanacaq və onun sənət yolu gənc sənətkarlar üçün bir məktəb olaraq qalacaq.
Mənbə: https://azertag.az/
Bu gün təkcə Azərbaycanın deyil, bütöv türk dünyasının böyük yazıçısı İsa Muğannanın (Hüseynov) doğum günüdür. Onun haqqında dünyaşöhrətli yazıçı Çingiz Aytmatov “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik” deyib.
AZƏRTAC xəbər verir ki, bu gün anadan olmasının 95-ci ildönümü tamam olan İsa Muğanna zaman-zaman fərqli şəkildə dövrləşdirilən və bu dövrləşdirilmənin ənənə halını aldığı Azərbaycan ədəbiyyatının “altmışıncılar” adı ilə qəbul olunan parlaq ədəbi nəslinə mənsubdur.
İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olub. O, Nəriman Nərimanov adına Tibb İnstitutuna qəbul olunsa da, 4 ay sonra kəndə qayıdıb. Özünün dediyinə görə, bir müəllimin acı sözü onu bu fikrə düşməyə məcbur edib. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Təhsilini Xalq yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov “Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb.
İ.Muğanna 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb. Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitablarını oxucularına təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.
Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub.
İ.Muğanna yazıçı kimi altmış illik fəaliyyəti dövründə ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfələr verib. Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı aydın mövqeyi, dərin təfəkkürü ilə hər zaman oxucusunu heyrətləndirib.
Tarixi faktları, böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan ədibin özünəməxsus yanaşma və fərqli düşüncə tərzi olub. Bunun sayəsində ərsəyə gətirdiyi silsilə romanların, povestlərin ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malik rolu olub. Bu mənada ustad yazıçı öz əsərlərində ana dilinin potensial poetik imkanlarından yüksək bəhrələnərək şedevrlər yaradıb.
İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilib. O, Xalq yazıçısı fəxri adına, orden və medallara, Dövlət mükafatına layiq görülüb, Müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən görkəmli yazıçının yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilib.
Görkəmli yazıçı 2014-cü il aprelin 1-də 85 yaşında Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, ürəklərdə özünə mənəvi heykəl ucaltmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Mənbə: https://azertag.az/
Kinematoqrafçılar İttifaqları Konfederasiyası Prezidentin Qrantlar Fondunun maliyyə dəstəyi, A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun maliyyə yardımı və iştirakı ilə Moskvada Rüstəm İbrahimbəyov adına “Qızıl tağ” Beynəlxalq Milli Kinematoqrafiya Forumunu təşkil ediləcək.
Azərbaycan Kinematoqrafçılar İttifaqından AZƏRTAC-a verilən məlumata görə, Konfederasiya Şurasının qərarı ilə bu il Foruma Rüstəm İbrahimbəyovun adı verilib.
Milli Kinematoqrafiyalar Forumu, MDB ölkələrinin kino xadimləri arasında multikultural ünsiyyət üçün vahid platforma rolunu oynamağa qadir olan güclü milli assosiasiyadır. Forum fəaliyyət göstərdiyi illər ərzində Marat Sarulu, Aktan Abdıkalıkov, Bəxtiyor Xudoynazarov, Gülşad Ömərova, Yusup Razıkov və sonralar özlərini beynəlxalq kinofestivalların daimi iştirakçıları kimi təsdiqləmiş digər kinematoqrafçıların aşkarlanmasına öz töhfəsini verib. 1998-ci ildə fəaliyyətə başladığı gündən Milli Kinematoqrafiyalar Forumu 1990-cı ildə ssenarist, prodüser və rejissor Rüstəm İbrahimbəyov tərəfindən əsası qoyulmuş Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvü olan MDB ölkələri arasında ümumi kinematoqrafiya məkanının saxlanması və inkişafını əsas istiqamət kimi götürüb. Forum Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvü olan MDB ölkələrinin kino xadimləri arasında təcrübə mübadiləsi və yaradıcılıq nailiyyətləri ilə tanışlıq üçün mahiyyət etibarilə yeganə platformadır.
Bu il Forum çərçivəsində ustad kino xadimləri, rejissorlar, dramaturqlar, operatorlar və prodüserlər kinematoqrafçıların (MDB ölkələrinin kino universitetlərinin və kino fakültələrinin tələbələri və yeni məzunları) peşəkar təhsilini təkmilləşdirəcək tematik ustad dərsləri keçirəcəklər. Bu ildən başlayaraq Forum modernləşdiriləcək və rəqabətə əsaslanan fəaliyyət mərhələsinə keçəcək. Təqdim olunan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı qeyri-bədii film”, “Ən yaxşı debüt”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı tələbə debütü” kateqoriyalar üzrə qiymətləndiriləcək.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Belarus, Ermənistan olaraq yeddi ölkədən 51 filmin iştirakı üçün ərizə təqdim olunub.
Qeyd edək ki, tədbir cari ilin sentyabrında keçiriləcək.
Mənbə: https://azertag.az/
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların qastrol səfərləri həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, uzun illərdən sonra ilk dəfə belə geniş şəkildə təşkil olunan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdan ibarətdir. Eyni zamanda bu aksiya ilə ölkəmizdə ümumilikdə teatr proseslərinin canlandırılması nəzərdə tutulur.
Qastrol səfərlərinə bu ilin mart ayında başlanılıb və növbəti aylarda da davam etdirilib. Qastrol aksiyasının iyun ayına nəzərdə tutulan proqramına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Qusar Dövlət Ləzgi Dram Teatrı Gəncə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərində və Zəngilan (Ağalı kəndi), Salyan, Quba, Şabran rayonlarında tamaşa göstərəcək.
Bundan əlavə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin tələbələri Mingəçevir və Şəki şəhərlərində diplom tamaşası ilə çıxış edəcəklər.
Mənbə: https://azertag.az/
Səməd Vurğunun ev-muzeyində Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 84-cü ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə şairin qələm dostları, Vaqif poeziyasını sevənlər, gənclər iştirak ediblər.
Şairin həyat və yaradıcılığından bəhs edilib, unudulmaz xatirələr yenidən canlandırılıb. Qeyd olunub ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olub, öz yaradıcılığı ilə bir neçə nəslin ədəbi zövqünün formalaşmasında rol oynayıb və bu gün də dərin fəlsəfi ruhlu şeirləri sevilir.
Tədbir iştirakçıları şairin şeirlərindən parçalar söyləyiblər. Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş mahnılar, xalq mahnıları və digər əsərlər tanınmış sənətçilər və gənc musiqiçilərin ifasında səslənib.
Mənbə: https://azertag.az/
“Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var”, “Tələsin, insanlar” və s. ifa etdiyi mahnılar… Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb. Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatından 34 il ötür.
AZƏRTAC böyük sənətkar Rəşid Behbudovun anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna qəbul olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblının, əsgərlik illərindən sonra isə Tbilisi estrada qruplarından birinin solisti olub.
Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film tezliklə nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov Stalin mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film bu gün də müvəffəqiyyətlə nümayiş etdirilir.
R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.
İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov bənzərsiz səsi, zahiri görkəmi və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır.
Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun ifası sayəsində mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər görkəmli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyil.
Xalqını sonsuz məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.
Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyicinin qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.
1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.
Mənbə: https://azertag.az/
Akademik Milli Dram Teatrı Beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib.
Teatrdan AZƏRTAC-a daxil olan müraciətdə deyilir:
“Beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir.
“Saytın domenində olan “azdram” sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”.
Mənbə: https://azertag.az/
İyunun 15-də Bakı Konqres Mərkəzində dünyaşöhrətli pop qrupu “Gipsy Kings” ilk dəfə konsert verəcək.
AZƏRTAC xəbər verir ki, Rumba-Flamenko stilində ifaları ilə tanınan, “Bamboleo”, “Volare”, “Baila Me”, “Amor Mio” mahnıları ilə sevilən məşhur pop qrupu pərəstişkarları qarşısında öz repertuarında olan kompozisiyalarla çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Mənbə: https://azertag.az/
yunun 16-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev – 100” adlı Azərbaycan Dövlət Xor Kapellasının konserti keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, konsert Xalq artisti Gülbacı İmanovanın dirijorluğu və bədii rəhbərliyi ilə gerçəkləşəcək.
Xormeysterlər Əməkdar artist Yulizana Kuxmazova və Əməkdar incəsənət xadimi Dilarə Əliyevadır. Konsertmeysterlər Elxan Niftiyev və Nərmin Rzayeva olacaq.
Proqramda dünya bəstəkarlarının əsərləri səslənəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Mənbə: https://azertag.az/
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi FES (FULL EDUCATİON SUPPORT) Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Fİdan İSGƏNDƏROVAnı doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir. Dodaqlarınızdan gülüşün, yanaqlarınızdan isə təbəssümün əskik olmaması diləyi ilə İnşAllah!
https://www.youtube.com/watch?v=5HSsdehhn9A
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin təsisçisi və baş redaktoru Dr. Hüseyn Şərqi Əfəndini doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
İnsan öz ömrünün kamillik dövrünə qədəm qoyur, onu peşəsindən və tutduğu vəzifəsindən asılı olmayaraq hər şeydən öncə belə suallar düşündürür: xoşbəxtliyi nədə axtarmaq, necə axtarmaq? Yaşamaqda məqsəd nədir? İnsanlığın ən böyük amalı nədir? Müdrik insan o suallara birmənalı cavab verir – insan insanın qayğısını çəkməli, Vətənini və xalqını sevməli, onların xoşbəxtliyi uğrunda mübarizə aparmalı, haqqı-ədaləti uca tutmalı, bu yolda heç bir çətinlikdən qorxmamalıdı. Bütün bu duyğular, bu hisslər ana südü, ana laylası, ata öyüd-nəsihəti ilə doğulur və bütün ömrü boyu insanın ruhuna, qəlbinə hakim kəsilir.
Elə insanlar mənsub olduğu xalqın ləyaqətli övladları olur, insanlığın bəzəyi və yaraşığı sayılırlar. Onların həyatı işığa, nura bələnmiş olur, heç vaxt çətinliklərdən qorxmurlar. Böyük inamla daha mübariz olub, daha qürurlu yaşayıb, xalqın, el-obanm hörmətini qazanaraq hər yerdə, hər zaman ağsaqqallıq kürsüsündə olub, adı ehtiramla çəkilir, müdrikanə sözləri dəyərli sayılır.
Əqidəsinə, amalına sadiq, sözübütöv, mərd insan olan Alişanov Şirindil Həsən oğlu son dərəcə pozitiv enerjiyə malik bir insandır. Tanınmış ziyalı ətrafındakı insanlarla xoş rəftarı, ünsiyyət bacarığı, yüksək mədəniyyəti, prinsipiallığı, gələcəyə yüksək inam hissi ilə diqqəti cəlb edir. Yaxından tanıyanlar Şirindil müəllimə böyük hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı şəxsiyyət kimi qəbul edirlər. Azərbaycan xalqı belə nəcib, xeyirxah, mərd şəxsiyyətləri ilə daim qürur duyub, onları özünün milli sərvəti sayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “XX əsr sovet dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 5 monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifi Şirindil müəllim Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına sanballı, ciddi töhfə vermiş, barmaqla sayılası alimlərdən biridir.
Şirindil Alışanlının elmi fəaliyyət dairəsi genişmiqyaslıdır. Onun “Sözün estetik yaddaşı!” (1994), “Romantizm: mübahisələr, həqiqətlər” (rus dilində), (2000), “Ədəbi-bədii düşüncənin sərhədləri” (2010), “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” (2011), “Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi” (2013) və s. bu qəbildən monoqrafiyaları nəzəri-elmi səviyyəsi ilə fərqlənən, müasir, çağdaş filoloji mühitdə elmi-estetik təfəkkürü zənginləşdirən, inkişaf etdirən və dost-düşmən qarşısına çıxarmağa layiq əsərlərdir.
Şirindil Alışanlı yarım əsrə yaxındır ki, ədəbi-elmi yaradıcılıqla yanaşı, milli-mənəvi irsimizin nəşri və təbliği sahəsində səmərəli fəaliyyət göstərir. “Sabah” nəşriyyatının təsisatçısı, “Elm” qəzetinin baş redaktoru (1993-1998) kimi klassik və müasir ədəbiyyatımızın, tarixi və dini mənbələrimizin onlarca nümunəsini nəşr etmiş, 1997-2013-cü illərdə sizin təşkilatçılığınızla yaradılmış “Elm” Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzi Azərbaycan elmini və mədəniyyətini XX əsr boyu qazandığı elmi axtarışların yekunu olan onlarca çoxcildliklər, sanballı monoqrafiya, lüğətlər nəşr etmişdir.
Filologiya elmlər namizədi Baba Babayev yazır: “Görkəmli ədəbiyyatşünas Şirindil Alışanlı Azərbaycan ədəbiyyatşünaslığında Yaşar Qarayevin konsepsiya kimi irəli sürdüyü məsələ-problemləri davam və inkişaf etdirmişdir. Ş.Alışanlı nəzəriyyəçi olaraq bədii ədəbiyyatın ideologiyadan və ictimai fikridən asılılığına nöqtə qoyur. Alim bədii ədəbiyyatı məhz obrazlı yaradıcılıq kimi, yəni dünyagörüşün təkrarsız və əvəzsiz bir forması kimi, canlı həyata və insana daha adekvat olan inikas forması kimi dərk edərək təhlil edir. Alim “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində” məqaləsində (“Sözün yaşamaq haqqı”, 2022), “Səməd Vurğun və onun ədəbi nəsli avtoritar cəmiyyətin ədəbi-siyasi gerçəkliyi müstəvisində yazıb yaratmışlar”, – deyir. Nəzəriyyəçi daha dərin qatlara gedərək, heç kəsin görə bilmədiyi və ya deməyə gücü çatmadığı məsələləri də nişangaha gətirir”.
Bu günlərdə filologiya elmləri doktoru, professor Şirindil Alışanlının 70 illik yubileyi münasibətilə “Şirindil Alışanlı – 70” (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. – Bakı: Elm, 2023. – 664 s.) kitabı işıq üzü görmüşdür.
Kitaba filologiya elmləri doktoru Şirindil Alışanlı haqqında mətbuatda dərc edilmiş məqalələr, əsərləri haqqında rəylər, həmçinin məktub və təbriklərdən seçmələr, ona həsr edilmiş bədii nümunələr və alimin biblioqrafik göstəricisi daxil edilmişdir.
Kitab akademik İsa Həbibbəylinin “Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqidin qovşağında” adlı ön sözü ilə başlayır. Ön sözdə deyilir: “Azərbaycan ədəbiyyatşünaslığında poetika məsələlərinin kompleks şəkildə araşdırılmasına da Şirindil Alişanlı əhəmiyyətli töhfələr vermişdir. Azərbaycan ədəbiyyatının tarixi poetikası” adı ilə nəşr etdirdiyi bir neçə məqalələr toplusu ədəbi-nəzəri fikrimizin nadir poetikaşünaslıq külliyyatlarıdır. Ədəbi janr haqqındakı araşdırmaları poetika konsepsiyasını zənginləşdirən və tamamlayan nəzəri baxışlardan ibarətdir”.
Professor Şirindil Alişanlı elmin zirvəsini fəth etmiş peşəkar, ədəbiyyatşünas alimdir. Əlli ildir ədəbiyyatşünaslığın müxtəlif sahələrində fədakarcasına, şərəflə xidmət edir və bundan sonra xidmət edəcək. Çox sayda alimlər yetişdirib, xüsusilə də bədii yaradıcılığın metod problemlərinin tədqiqi ilə məşğuldur. Şirindil müəllim ədəbiyyatşünaslığımızın ən parlaq simalarından biridir.
Mən alim dostumuza uzun ömür, can sağlığı arzulayıram!
Vüqar Əhməd
filologiya elmləri doktoru, professor,
Beynəlxalq Elmlər Akadeiyasının akademiki
Bakıda böyük bir mədəniyyət tədbirinə start verilir, II Türk dünyası Ədəbiyyat və Kitab festivalı başlayır.
Elmlər Parkında düzənlənəcək bu bir həftəlik möhtəşəm tədbirdə iştirak etmək şansından mütləq yararlanın. Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədovun, mədəniyyət naziri Adil Kərimlinin, Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin, Yazıçılar Birliyinin sədri Anarın, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın, Xalq yazıçısı Çingiz Abdullayevin, BDU-nun rektoru Elçin Babayevin, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının çıxış etmələri tədbirin ranqından xəbər verir.
Festivalın təşkilatçısı olan “Beytüm” Beynəlxalq Türk Müəllifləri Təşkilatının rəhbəri, dəyərli Xəyal Rzaya bu böyük kitab bayramının təşkilinə görə minnərdarlıq bildirir, hamını bu bir həftəni Elmlər Bağında festivalla yaşamağa dəvət edirik.
Ayın 6-sı saat 12.00-də mənimlə oxucuların görüşü təşkil olunacaq. Görüşün moderatoru Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşardır.
Əziz oxucularım, buyurun gəlin, çox maraqlı olacaq!
Filologiya elmləri doktoru, professor Vaqif Sultanlının yenicə yayımlanmış “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” kitabı ən qədim dövrlərdən çağdaş dönəmədək mühacirətin keçib gəldiyi yolun, zəngin ədəbi-bədii və nəzəri-kulturoloji irsin araşdırılması baxımından önəm daşıyır.
Azərbaycan Dövlət Nəşriyyatında çap olunan bu kitab müəllifin mühacirət ədəbiyyatı ilə bağlı ilk araşdırması deyildir. Belə ki, onun “Ağır yolun yolçusu” (1996), “Azərbaycan mühacirət ədəbiyyatı” (1998), “Ömrün nicat sahili” (2004) kitabları və çoxsaylı məqalələri bu mövzuda qələmə alınıb. Həmçinin araşdırmaçının İstanbulda yayımlanmış “Azərbaycan mühacirət ədəbiyyatı” (2007), “Ruhun ağrıları” (2010) kitabları da köçmən ədəbiyyatı ilə bağlıdır.
Vaqif Sultanlının yeni kitabını əvvəlki araşdırmalarından fərqləndirən əsas cəhət burada mühacirət ədəbiyyatının tarixinə bütöv və sistemli şəkildə yanaşılmasıdır. Müəllif ilk tədqiqatlarından fərqli olaraq burada VII əsrin sonları VIII əsrin əvvəllərində Mədinəyə köç etmiş məvali şairlərdən başlayaraq Sovetlər Birliyinin dağılmasından sonra mühacirətin yayılma arealına qədər geniş zaman kəsimini əhatə edib, bu dönəmdə yaranmış ədəbi-kulturoloji irsin ümumi mənzərəsini canlandırıb.
Monoqrafiyada Azərbaycanın Quzeyinin çar Rusiyası tərəfindən işğalı ilə başlayan dönəmin miqrasiya axınları fonunda ədəbi-mədəni sferada yaşanan proseslərə yer verilib. Həmçinin rus-sovet müstəmləkəçiliyi dövründə mühacirət ədəbiyyatının keçdiyi mərhələlər işıqlandırılıb, ayrı-ayrı şəxsiyyətlərin ədəbi portreti yaradılıb.
Müəllif kitaba yazdığı “Ön söz”də tədqiqatla bağlı qənaətlərini belə ümumiləşdirir: “Bəzən bеlə bir fikir səslənir ki, mühacirət heç bir zaman sözün həqiqi mənasında böyük ədəbiyyat yaratmamış, dünya ədəbi fikrinə qeyri-adi sənət örnəkləri bəxş еtməmişdir. Bu məntiqin kifayət qədər ciddi еlmi-faktоlоji arqumеntlərə söykənmədiyini qеyd еtməklə yanaşı, bеlə bir məqama diqqət yеtirməyə еhtiyac vardır ki, tariхin müəyyən, bəlli bir zaman kəsiyində ədəbiyyatı хalqın, vətənin talеyi ilə bağlı məsələlər düşündürdüyündən ədəbi-bədii kritеriyaların bir növ “unudularaq” arхa plana kеçdiyi məqamlar da оlur. Buna görə də mühacirət ədəbiyyatı dəyərləndirilərkən onu yaradanların yalnız ədəbi istedadı deyil, sosial-əxlaqi mövqeyi də nəzərdən qaçırılmamalıdır”.
Müəllifin qənaətincə, qədim tarixə malik olan mühacirət ədəbi-bədii və nəzəri-kulturoloji irsi bütöv Azərbaycan mədəniyyətinin ayrılmaz parçasıdır.
Monoqrafiyanın mühüm özəlliklərindən biri müxtəlif dövrlərdə Azərbaycanın Güneyindən ayrı-ayrı ölkələrə mühacirət etmiş ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin də araşdırılmasıdır.
Mənbə: https://edebiyyatqazeti.az/
“Ulduz” jurnalının may sayı işıq üzü görüb.
Dərgi ədəbiyyatşünas, esseist Mətanət Vahidin özüylə söhbəti və “Şəhrizad” – milli-tarixi yaddaş romanı sənət və qadın idealının təcəssümü kimi” essesi ilə açılır. “Şeir vaxtı”nda Ramilə Qardaşxanqızının, Elsevər Məsimin, Əfşan Yusifqızının, Reyhan Kənanın, Aytac Sahədin və Xanım Sevərin şeirləri, “Nəsr” rubrikasında isə Çinarə Ömrayın “Adsız”, Hafiz Təmirovun “Dərdin böyütdüyü uşaq” hekayələri yer alıb. Şair-publisist Qulu Ağsəsin “Nüvə başlığı və ya Faites-En Bon Usage” essesini dünyada və ölkədə baş verən hadisələrə fərqli baxış kimi də səciyyələndirmək olar. Emin Pirinin “Laçın vaxtlarımız” sərlövhəli silsilə yazıları müəllifin müharibə gündəliyindən nümunələrdir. Fərid Hüseynin “Təbiət aynası” essesi Məhəmməd Füzulinin oğluna ünvanladığı “Fəzliyə nəsihət” qəsidəsindən bəhs edir.
Professor Məti Osmanoğlunun “Ustad dərsləri”nin cari mövzusu filosof Fridrix Şegelin “Mifologiya haqqında nitq”idir. Tatar ədəbiyyatının istedadlı nümayəndələrindən sayılan Gözəl Yaxinanın “Soyağacı” hekayəsi Seyfəddin Hüseynlinin tərcüməsində təqdim edilir. Aygün Əzizin “Dilimizin anasını ağlatmışıq” başlıqlı yazısında dilimizə fərqli dillərdən keçmiş sözlərin geniş təhlili aparılır. Şəfa Vəlinin “Uzaqdakı yaxınlar: Nüşabə Əsəd Məmmədli” yazısı, adından da göründüyü kimi, yazıçı, dramaturq Nüşabə Əsəd Məmmədlinin həyat və yaradıcılığının maraqlı məqamlarına işıq tutur. “Qısa fikirlər xəzinəsi”ni Erix Mariya Remark, Luis Kerroll, Tomas Eliot və başqalarının fikirləri bəzəməkdədir.
Mobil Aslanlı Huntürkün “A.Bakıxanovun poetik düşüncəsində sağlam həyat tərzi” araşdırma yazısı böyük ədibin əsərlərində sağlamlıqla bağlı tərbiyəvi məqamları diqqətə çatdırır. “Dərgidə kitab” rubrikasında filologiya üzrə fəlsəfə doktoru Kəmalə Umudovanın “Adı soyadını eşidən şair: Qulu Ağsəs” yazısı yer alıb. Yazı şair Qulu Ağsəsin zəngin yaradıcılığının əsas istiqamət və məqamlarını özündə ehtiva edir. “Dərgidə sərgi” rubrikasında 8 yaşlı rəssam Ağazadə Əbəlfəzlin rəsm əsərlərinə yer verilib.
Mənbə: https://edebiyyatqazeti.az/
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi Aslanlı Jalə Elmiyaz qızını doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir. Dodaqlarınızdan gülüşün, yanaqlarınızdan isə təbəssümün əskik olmaması diləyi ilə İnşAllah!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi Nərmin xanım Kərimovanı doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir. Dodaqlarınızdan gülüşün, yanaqlarınızdan isə təbəssümün əskik olmaması diləyi ilə İnşAllah!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 5 iyun 1939, Bakı – 28 yanvar 2015, Bakı) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı.
Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968–1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992–1994) vəzifələrində çalışmışdır.
Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962–1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963–1971). C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982–1985) işləyib.[3] Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992–1994)[4].
Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.
2019-cu ilin iyununda Qazax rayonunun “Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstünün açılışı olub.[5]
Yusif ağa Vəkilov | Məhbub xanım Vəkilova | |||||||||||||||||||||||||||||||||||
Ruqiyyə Paşabəyova | Mehdixan Vəkilov | Səməd Vəkilov | Xavər Vəkilova | |||||||||||||||||||||||||||||||||
Çiçək Vəkilova | Cavanşir Vəkilov | Yusif Vəkilov | Vaqif Vəkilov | Aybəniz Vəkilova | ||||||||||||||||||||||||||||||||
Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 mart 2003-ci il tarixli 2 saylı iclasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının 4 may 2023-cü il tarixli 7 saylı iclasının qərarları ilə çap olunmuşdur. Kitasbın elmi redaktoru akademik İsa Həbibbəyli, Ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımov, rəyçi: filologiya elmləri doktoru, professor İslam Qəribovdur. İdeya müəllifi və redaktoru Gülbəniz Babaxanlı filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlıdır. Kitabda XX əsr Azərbaycan romantizminin banisi, ədəbiyyatda özünəməxsusluğu ilə seçilən, yaradıcılığında Qərb və Şərq ədəbiyyаtı ənənələrini dаvаm və inkişаf еtdirən filosof Hüsеyn Cavidin həyatı və yaradıcılığı araşdırılır. Hüseyn Cavid müxtəlif münasibətlər, müxtəlif ədəbi qüvvələrlə ünsiyyətlər, bölüşmələr, mübahisələr fonunda təhlil edilir, Qurbanəli Şərifzadə, Şeyx Məhəmməd, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, türk romantikləri Rza Tevfik, Məhmət Akif Ərsoy, Xalid Ziya Uşaqlıgil, Əbdülhəq Hamid və başqaları ilə olan yaradıcılıq əlaqələri sistemində təqdim edilir. Repressiya qurbanı olan filosof şair-dramaturq Hüseyn Cavidin bir romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri araşdırılır.
Mənbə: https://literature.az
“MAYAK KARGO” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun “Yaman darıxmışam dostlar üçün mən” adlı yeni şeirlər kitabı işıq üzü görüb.
“Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək” layihəsinin rəhbəri və müəllifi Arzu MAHMUDOVAdır. Kitabın redaktoru Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, “BAKU CUSTOMS WORKS” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Rafət ALLAHVERDİYEV, məsləhətçisi Milli Qəhrəman Cəmil Niftəliyev adına Bakı şəhəri 233 saylı tam orta məktəbin İngilis dili müəllimi Nigar İsmayılova, tərtibatçısı isə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzovdur.
Kitabın naşiri Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair-publisist Qəşəm İSABƏYLİDİR. Kitabın üz qabığının rəssamı isə təcrübəli mütəxəssis, peşəkar rəssam Zahid MƏMMƏDOVdur.
Bu kitabda müəllifin “PRIME BROOKER AND LOGİSTİCS” MMC, “CAHAN BROKER” MMC və “BAKU CUSTOMS WORKS” MMC-də təcrübə keçdiyi dövrdə və sonralar həmkarları ilə bağlı qələmə aldığı bədii əsərləri, məqalələri və yoldaşlarının müəllifə ünvanladığı poetik nümunələrini yer alıb.
Kitab müəllifin oxucuları ilə sayca üçüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alim, tənqidçilər və Ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə şair-publisist Kənan Aydınoğlunun “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK” Nəşriyyatı, 2010) adlı şeirlər kitabı ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “LizYayınları” nəşr olunan Anne şiirleri” antologiyasında“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, şairə-publisist Şəfa Vəliyevanın “Naxış Anam” adlı şeiri işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “LizYayınları” nəşr olunan Anne şiirleri” antologiyasında Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, istedadlı gənc xanım yazar Sona İNTİZARın “Saçına dən düşüb yazıq Anamın” adlı şeiri işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “LizYayınları” nəşr olunan Anne şiirleri” antologiyasında Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycanlı gənc xanım yazar Banu Muharremin “Anamın telindən” adlı şeiri işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “LizYayınları” nəşr olunan Anne şiirleri” antologiyasında “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Azərbaycanlı şairə Xəyalə Sevilin “Anamın əlləri” şeiri işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Antolojide yer alan Azerbaycan Türkçesi ile Anne Şiirleri
Fidan Malik / Ananın Ağısı
Ruhengiz Aliyeva / Ana
Şefa Veliyeva / Naxış Anam
Banu Muharrem / Anamın Telindən
Sona İntizar / Saçına Dən Düşüb Yazıq Anamın
Fərrux Rəhimli / Annam
Samir Mustafayev / Ana
Leyla Qasımova / Mələk Anam
Xeyale Sevil / Anamın Əlləri
http://hecetaslari.com/turkaydergisi/turkay1sayi6iyun2023.pdf
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, Azərbaycanlı şairə-publisist Nəcibə İlkinin “Şəhid qoxuyur payız” adlı şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb
http://hecetaslari.com/turkaydergisi/turkay1sayi6iyun2023.pdf
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, istedadlı gənc xanım yazar Sona İNTİZARın “Dost məktubu” adlı şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb.
http://hecetaslari.com/turkaydergisi/turkay1sayi6iyun2023.pdf
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanlı şairə-publisist Bənövşə Mahmudqızının “Rəsm” adlı şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb.
http://hecetaslari.com/turkaydergisi/turkay1sayi6iyun2023.pdf
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanlı şairə-publisist VüsaləVətənxan Mehrinin “Onsuz qaralır dünyam” adlı şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb.
http://hecetaslari.com/turkaydergisi/turkay1sayi6iyun2023.pdf
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “AzərTuran” Nəşriyyatı tərəfindən yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Kənan Aydınoğlunun “Anam Təbrizim, Təbrizim!” adlı şeirlər kitabı nəşrə hazırlanır.
Kitabın redaktoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin məzunu, Milli Qəhrəman Cəmil Niftəliyev adına Bakı şəhəri 233 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aida Murğuzova, məsləhətçisi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu , Milli Qəhrəman Cəmil Niftəliyev adına Bakı şəhəri 233 saylı tam orta məktəbin İngilis dili müəllimi Nigar İsmayılova, tərtibatçısı isə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü , şair-publisist Kamran Murquzovdur. Kitab üç bölmədən ibarətdir: “Şimaldan Cənuba bir qatar gəlir”, “Ustad Məhəmmədhüseyn Şəhriyara məktublar”, “Anam Təbrizim, Təbrizim!”.
Kitabı Azərbaycan türkcəsindən fars dilinə tərcümə edən və hazırlayan Güney Azərbaycandan Əli Aslanidir.
İranda yaşayan azərbaycanlı naşir, tərcüməçi Əli Aslani Azərbaycan şairlərinin şeirlərini ərəb əlifbasına köçürərək çap edir. Əli Aslani 2002-ci ildə Urmu şəhərində doğulub. Uşaq yaşlarından ədəbiyyata marağı olub.
Kitab müəllifin oxucuları ilə sayca dördüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alim, tənqidçilər və Ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Xatırladaq ki, bundan öncə şair-publisist Kənan Aydınoğlunun “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007), “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010), “Darıxmışam dostlar üçün…” (Bakı, “Şirvannəşr”, 2023) kitabları ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
E.H.Axundovanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2023-cü il
Mənbə: http://president.az
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəri, Azərbaycanlı şairə, gənc xanım yazar Nigar Arifin şeiri Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində populyar jurnal olan “Al-Yamama”da ərəbcə dərc olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Tarix” qısametrajlı animasiya filmi Xorvatiyada keçirilən 14-cü “VAFI & RAFI – International Children and Youth Animation Film Festival”ının əsas müsabiqə proqramına daxil edilib.
“Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC bildirilib ki, festival bu gündən başlayaraq iyunun 4-dək davam edəcək.
Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi çərçivəsində nazirliyin dəstəyi ilə “OB FILM” tərəfindən istehsal olunmuş “Tarix” qısametrajlı animasiya filminin quruluşçu rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.
Film Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə doğulan, ötən illər ərzində Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən oğlanın hekayəsidir.
Qeyd edək ki, “Tarix” filmi bundan əvvəl Bakıda keçirilən 5-ci “ANIMAFILM International Animation Festival”ında, Hindistanda 19-cu “Aakruti-My Creation International Film Festival”ında (Quarter-Finalist) və Filippində keçirilən “Batangas Balisong Film Festival”ında (Finalist) iştirak edib.
Mənbə: https://azertag.az/
İyunun 2-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Sizi gözləyirik” adlı hesabat konserti təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında keçiriləcək.
Proqram rəngarəng musiqi nömrələri, bir-birindən parlaq səhnə geyimləri ilə zəngindir. Konsertdə “Şəms” uşaq xoru, vokal sinfi, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivləri çıxış edəcəklər.
Mənbə: https://azertag.az/
İyunun 9-da Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri solistlərinin konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 1997-ci ildə dünyaca məşhur skripka ifaçısı Qidon Kremer tərəfindən yaradılmış “Kremerata Baltika” kamera orkestrinin tərkibinə Latviya, Litva və Estoniyadan olan 23 gənc istedadlı musiqiçi daxildir. Orkestr 1997-ci ildə Avstriyada keçirilən “Lockenhause” festivalında ilk çıxışı ilə dərhal tamaşaçıların rəğbətini qazanıb. “Kremerata Baltika” musiqi kollektivi bu gün Avropanın ən tanınmış orkestrlərindən biri olaraq, 50-dən çox ölkədə mindən çox konsert verib. Musiqiçilər 20-dən çox CD-disk buraxıblar, 2002-ci ildə isə “Qremmi” mükafatına layiq görülüblər.
Bakı konsertinin solistləri litvalı “Kremerata”nın yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Qiyedre Dirvanauskayte olacaq.
Konsertdə, həmçinin Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri çıxış edəcək. Azərbaycan dirijorunu “Kremerata Baltika” ilə yaradıcılıq dostluğu bağlayır. O, məşhur orkestrlə müxtəlif festivallarda mütəmadi olaraq çıxış edir.
Mənbə: https://azertag.az/
Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.
Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, noyabr ayının 20-22-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir.
Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər (ərizə, 13×18 ölçüdə 2 rəngli fotoşəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı).
Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.
Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.
İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.
Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.
Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.
Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər.
Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.
Mənbə: https://azertag.az/
Artıq bir neçə gündür Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun təşəbbüsü ilə məşhur italyan opera müğənnisi Federico Longhin teatrda ustad dərsləri keçir.
AZƏRTAC xəbər verir ki, Federico teatrda öz təcrübəsini bölüşməklə yanaşı, sənət ocağının solistləri ilə fərdi məşğələlər aparır.
Nəticə etibarilə teatrın peşəkar kollektivi öz bilik və bacarıqlarını daha da stimullaşdırır.
Xatırladaq ki, layihə teatrın yaradıcı baxımından kadr potensialının və peşəkarlığın yüksəldilməsinə yönəlib və silsilə şəkildə davam edəcək.
Mənbə: https://azertag.az/
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, şair, yazıçı-publisist Gülarə Munis kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “Kişi əlləri” miniatürünü təqdim etdi.
Müəllif qılınc vuran, qalxan tutan, ox atan, zəhmətkeş, qabarlı, güclü, yenilməz, bəzən ana əlləri qədər zərif, doğma, bəzən də kövrək, titrək kişi əllərini vəsf edir.
Gülarə Munis
Kişi əlləri
(Miniatür)
Ağlımız kəsəndən bədii kitablarda ana əlləri, qadın əlləri barədə müxtəlif yazılarla qarşılaşmışıq. Amma etiraf edək ki, kişi əlləri barədə qələmə alınan yazılara o qədər də rast gəlməmişik.
Kişi əlləri…
Güclü, təpərli kişi əlləri…
Bəzi mərdanə kişilər barədə belə deyirlər: “Filankəsin qolunda Fərhad gücü var, o, dağı yerindən oynada bilər!”
O dağı yerindən oynatmağa qüdrəti çatan kişi əlləri ömür-gün yoldaşını itirəndən sonra heç kim görməsin deyə gecələr övladlarının paltarlarını da yuyur, anasız qalan övladının beşiyini də yellədir. Övladının saçlarını sığallayıb onu yuxuya verir.
Kişi əlləri…
Vətənə gəc baxan düşmən görəndə o qüvvətli kişi əlləri silahdan yapışır. Bəzən düşməni yalın əlləri ilə boğub məhv edir. Qılınc vuran, qalxan tutan, ox atan kişi əlləri…
Yaşa dolanda qabarlı, titrək, qırışlı kişi əlləri…
Evlər-imarətlər tikən, bağ-bağat salan, qohumların, dostların xeyir-şərində qollarını çirmələyib dada yetən kişi əlləri…
Qocalanda əl ağacını zorla tutan kişi əlləri…
Hanı sizin qolunuzun qüvvəti? Niyə zaman sizə qarşı belə amansız olur?
Niyə?
Kişi əlləri…
Mayın 27-də İçərişəhərdə V Milli Kitab Sərgisi işə başlayacaq.
AZƏRTAC xəbər verir ki, iyunun 4-dək davam edəcək sərgidə müxtəlif təqdimatlar, panel müzakirələri, yerli və xarici müəlliflərlə görüşlər, imza günləri, poeziya axşamları keçiriləcək.
Sərgi saat 09:00-dan 20:00-dək Qoşa Qala meydanında təşkil olunacaq.
Mənbə: https://azertag.az/
Xətai rayon Mərkəzi Kitabxanası və LM Akademiyasının birgə təşkilatçılığı ilə Xətai rayon Mərkəzi Kitabxanasında “Vətən fədailəri” adlı qazilərin həyat yolundan bəhs olunmuş tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədri, Finlandiya Qadınlar Cəmiyyətinin sədri Arzu Oktay çıxışı zamanı qeyd edib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində təhsil müəssisələrinin böyük rolu var.
Tədbirin ədəbi-bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda, şeirlər və vətənpərvərlik ruhunda ifalarla çıxış ediblər.
Mənbə: https://azertag.az/
Dövlət Turizm Agentliyinin Kollegiyasının sədri Fuad Nağıyev tərəfindən “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” təsdiq edilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, təsdiqlənmiş meyarlarda ümumi müddəalar, mehmanxanaların ulduz təsnifatı, ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları, ulduz kateqoriyaları üzrə qiymətləndirmə qaydası detallı şəkildə əksini tapıb.
Mənbə: https://azertag.az/
Dövlət Tərcümə Mərkəzinin Madriddə ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı İspaniyanın mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifləri – tanınmış Salvador dilçi-alimi, professor Sesar Edqardo Martines Flores və ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.
Mənbə: https://azertag.az/
Bu gün Qırğızıstanda MDB ölkələrinin müzey, arxiv, nəşriyyat, kitab ticarəti nümayəndələri, habelə alimlər, yazıçılar və ictimai xadimlər “İnformasiya cəmiyyətində kitab, mütaliə və xatirə institutları” III Beynəlxalq elmi-praktik konfrans çərçivəsində kitab və mütaliə məsələlərini müzakirə edirlər.
Konfransda “Kitabxananın Beynəlxalq əlaqələri” layihəsi çərçivəsində Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi-informasiya və tərcümə şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva iştirak edir. Zakirə Əliyeva konfransda ”Uşaq ədəbiyyatı dünyasında uşaqlar: ədəbiyyatın populyarlaşdırılması və mütaliə məsələləri” məruzəsi ilə çıxış edəcək.
Bişkekdə mütaliə və tarixi mədəni-irsin populyarlaşdırılması məsələlərini Azərbaycandan, Belarusiyadan, Qazaxstandan, Qırğızstandan, Rusiyadan, Türkmənstandan, Özbəkstandan olan nümayəndələr müzakirə edəcəklər.
Konfransın təşkilatçıları Kitabxana Əməkdaşlığı Regionlararası Mərkəz, YUNESKO-nun “İnformasiya hamı üçün”
Proqramının Rusiya komitəsi və Qırğızıstan Respublikasının Milli Tarix Müzeyidir. Konfransa MDB iştirakçı-dövlətlərin Dövlətlərarası Hümanitar Əməkdaşlıq Fondu, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi və Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi dəstək vermişdir.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Eşikdə yağış səsi,
İçəridə isti çörək
Və sevda fəlsəfəsi…
Yenə sevməyim tutub:
Zehnimdə bir yelləncək,
Üstündəki xəyalın,
Həsrət elə sevincək
Boylandı ha…
Nazlandım…
İçəridə isti çörək,
Eşikdə yağış səsi…
Həftənin ömrü gödək,
Təqvim ömür şirəsi…
Üçdüymə köynəyi var
“fələk” dediyimizin,
Düymələr də tez qopur…
And içərəm, günahkar
Mən deyiləm…
Adındı…
… Yenə sevməyim tutub…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Yüyürmüsən ömrü bu baş-o başa,
Arzuların gediş haqqı almayıb…
Gülə-gülə döndün ürəyi daşa,
Gözündə yaşların haqqı qalmayıb…
Unutdular yaşayırsan hardasa,
Umacaqda yada düşdü ünvanın…
Fələk kimin ürəyini qırdısa,
Təsəlli yuvası oldu sığnağın…
Sığnaq dedim…
İncimədin, bilirəm,
Sığınar şeirə hər ağlı “dəli”…
Bu gün yenə sənə baxıb gülürəm,
Güzgümüz eynidi, ay Şəfa Vəli…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Oxuduğum kitab kimi
Gözlərimdə rəfdəsən.
Söylədiyim hər cümlədə,
Hər sözdə, hər hərfdəsən.
Eşq aldı məni cənginə,
Çatdım könlümün dənginə.
Gözümün su səhənginə
Dolmusan ee, kefdəsən.
Tanı, əllərimi tanı,
Tanı, əlimin vətəni.
Sən də sevəcəksən məni,
Çoxdandı hədəfdəsən.