Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi görkəmli müğənni Rəşid Behbudovun doğum günü münasibətilə videoçarx hazırlayıb.

AZƏRTAC xəbər verir ki, videoçarxda bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat yerləşdirilib.

Materialda bildirilir ki, o, 1915-ci ildə Tbilisidə anadan olub. İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov bənzərsiz səsi, zahiri görkəmi və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır. Rəşid Behbudovu bir xanəndə kimi məşhurlaşdıran dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş eyniadlı musiqili kinofilm olub. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.

Mənbə: https://azertag.az/