Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
* * *
Bu şəhərdə payız tənbəl, sarışın,
Bu şəhərin küçələri yuxulu.
Səsin gəlmir, başın kimə qarışıb?
Gülüşlərim sevinclərim yox olub.
Qulağını şəkləyibdir qorxular,
Yuxularım tədirgindi, qırıqdı.
Otağımın hər küncündə qoxun var,
Ciyərimə çəkə-çəkə darıxdım.
Darıxdıqca dalğalandım, kükrədim,
Darıxdıqca leysan oldum, yel oldum.
Yenə səni ürəyimdən sökmədim,
Yenə səni sevə-sevə duruldum.
Bu şəhərdə payız tənbəl, sarışın,
Bu şəhərin gözlərində qəhər var.
Unutma ki, mən cəhənnəm bu qışı,
Sənsiz ev ev üşüyəcək şəhər var.
Pəncərədən boylanıram hər səsə,
Addımınla qulağımda gülsənə.
Eybi yoxdur bu bayram da gəlməsən,
Bahar çağı durnalarla gəlsənə.
Qulağını şəkləyibdir qorxular,
Yuxularım tədirgindi, qırıqdı.
Otağımın hər küncündə qoxun var,
Ciyərimə çəkə-çəkə darıxdım.
Sənsiz yaman darıxdım…
* * *
Yoxluğun qəramət yuxudur Gülüm,
Eləcə uzanır sabaha qədər.
Gəl sənin bir ömür başına dönüm,
Sən mənə bir kiçik ümüd ol yetər.
Demirəm bu sevda daşı əridər,
Bəlkə də bir kibrit ömrüdür odu.
Yenə də ruhumu çətin kiridə,
Öpüşü, sığalı, qucağı yadın.
Çox böyük deyildir gözləntilərim,
Çətin varlığından təmənna güdəm.
Bircə əllərimi bərk tutsun əlin,
Zaman acımasız qatardı gedən.
Bircə oyananda yanımda görüm,
Sabahım gül açsın, şehli, təzə-tər.
Mən sənin bir ömür başına dönüm,
Sən mənə azacıq gülümsə yetər.